Abdurrahman22
Members-
Публикации
58 -
Зарегистрирован
-
Посещение
Все публикации пользователя Abdurrahman22
-
Ey Haris! Yenə yalan, yenə iftira, yenə zənn! Niyə dilinizlə Cəhənnəmi satın alırsız? Niyə bu qədər şübhələrlə yanaşırsız hər şeyə? Kim sizə öyrədib bu qaydaları. Dediyin sözlərə görə nə qədər məsuliyyət daşıdığını düşünürsənmi? Hansı bir insan dini şouya çevirə bilər? Dəlilin varmı buna? Bütün günü siz deyilmisiniz "xəvariclərdən", "ixvanlardan" "təkfirçilərdən" danışan? Dəvətinizin əsas prinsipini bu təşkil etmirmi? Hanı Allahın Rübubiyyətinə dəvətiniz? Yoxsa hiss etmirsiniz əsl xəvaric və təkfirçi olduğunuzu?
-
Əgər bilmək istəyirsənsə alimləri təkfir etmirəm. Yox əgər hər hansı bir yazımda Şeyx Albaninin(rh) irca xətası olduğunu deyirəmsə bu təkfir deyil. Yəqinki bu qaydanı bilirsən. Əgər diqqət etsən təkfirçi hesab etdiyiniz müsəlmanların forumunda (ehlitevhid.com) keçmiş və müasir sələf alimlərindən dəlillər gətirilir. Və forumun heç bir yerində sən sələf alimlərinin təkfir olunduğunu görməzssən. İndi özün müqayisə et. Abu-Bakr məscidinin forumu ilə təkfirçi hesab etdiyiniz müsəlmanların forumuna ədalətlə qiymət ver. İkinci bir məsələ isə mənim Hacıbalanı müdafiə etdiyimi iddia edirsən. Əksinə mən dəflərlə vurğulamışam ki, bura "HACIBALANIN MÜDAFİƏ FORUMU DEYİL!!!". Bir daha yenə xatırlatdım. Lakin istənilən bir insanın xətası ola bilər. Heç kim bunu danmır. Əgər bildiyim bir məslədə Hacıbla olmasın digər insan olsun. Onun haqqında yanlış fikir varsa onu düzəltmək məyər caiz deyil? Amma sizdə bunun tam əksini görürəm. Hacıbalaya qarşı olan kininizdən ötrü nə aqlınıza gəlirsə danışırsız. Ortalıqda isə dəliliniz yoxdur. Ancaq ümumi sözlər.... Digər tərəfdən idda edirsən ki, dəvətə zərbə vuranlarda məhz bunlardır. İndi sualım sənə belədir. De görüm hansı zərbəni vurublar? Yaxudda dəvətdə hansı yanlışlıqlar var? Və nə səbəbə sən müsəlmanlara "müasir xəvaric" deyirsən?
-
Ey Haris! Sən yenə ümumi danışırsan. Əgər haqqı axtranlardan və doğru sözlü olanlardan olsaydın, gedib Əqidə kitablarına baş vurardın. Bu sənin üçün faydalı olardı. Yoxsa filankəs məndən salamı kəsdi, mənə müşrik dedi deməklə özünü sudan duru hesab eləmə. İndi sənə 1 sualım var. Sən hazırda Cihadın fardul-ayn olması barəsində gedib hansı kitabları araşdırdın? Oxuduğun kitabları yaz bura biz də baxaq. Görək hansı kitablardanoxudun ki, hazırda Cihad fardul-kifayədir. Buyur yaz dəlillərini....
-
Bəli cəmiyyətdə "murciyyə xəstəliyini" yayan Qamət neçə-neçə insanları sələf adı altında korlaşdırmışdır. Özlərini sələfin yolunda hesab edən bu zavalılar isə, iman və küfr məsələsində səsləfdən qeyri bir yol tutduqlarının fərqində deyillər. Bunun fərqində olanlar isə "xəvaric" damğası vurulub, qınaq obyektinə çevrilir.
-
Yenə də Allah səndən razı olsun Saluhiddin qardaş! Bu Qamətin dəvəti bəllidir! O sələf adı altında murciyyə əqidəsini məscid əhlinə yayır. Bu məsələdən deməzdimki məscid əhlinin xəbəri yoxdur.Xəbərləri var! Lakin Qamət oradakı insanlarda elə bir hiss yaradıb ki, kim bu barədə söhbət eləsə deməli o fitnəkardır və dəvətə zərbə vurmaq istəyir. Qamətə görə kiməsə kafir demək üçün mütləq şəkildə ya qazi olmalısan ya da ki, Mədinə Beynəlxalq Unversitetinin professoru olmalısan. Və iddi edir ki, o belə işlərlə məşqul deyil. Onun işi dəvətdir. Amma yenədə yalan deyir. Bunu sadəcə gözü baqlanmış məscid cammatı görmür. Hazırda Qamətin dəvət prinsipi "təkfir " üzərində qurulub. İşi-gücü ancaq "xəvariclər", "təkfirçilərdir" . Özü artıq onları təkfir etməyə başlayıb. Amma ona sual verəndəki filankəs namaz qılmır və Qiyaməti inkar edir. O zaman deyir ki, bizim işimiz dəvətdir, təkfir deyil. Bunların dəvəti budur. Sadəcə ora gələn yeni camaat onun bu oyunlarını hələm anlamıllar. Əqidə kitablarını oxuduqca inşallah anlayacaqlar. Mən artıq bir şeyin şahidiyəm ki, qardaşlar kitablar oxuduqca Qamətin dəvətinin nəyə əsaslandığını anlayıllar.
-
Salahuddin qardaş, Allah səndən razı olsun! Çox gözəl cavab vermisən Naym adında istifadəçiyə. Mən də ona bir-iki söz demək istəyirəm. Ey Nuaym! Saluhuddin qardaş sənə yetəricə cavab verib. Sənin gözlərini də bir daha haqqın pəncərəsinə doğru açıb. Düzü bu sənin və bu yazını oxuyan "murciyyə" xəstəliyinə tutulmuş kimsələr üçün çox faydalı olacaq. Dəvət, dəvət deyirsən. Həm tövhidə, həm də şirkə dəvəti "dəvət" sayırsız? Budurmu dəvət?
-
Çalış həmişə adil ol! Yazdığın yazı özünə qarşı bir dəlildir ki, hədislərdən ya xəbərin yoxdur yada ki kimlərəsə qarşı nifrətindən bunu yazmısan. O kitabı bizdə oxumuşuq. O kitabda qeyri-adi bir şey yoxdur. Sadəcə sən kitabı düzgün anlamamısan. Mən sənin yalançı olduğunu sübut da edə bilərəm. Və bunun qaydasını da yaxşı bilirəm. Çünki sənin kimi yalançıları biz müsəlmanlar çox asandlıqla aşkar edə bilirik. 1) O kitabdakı hədislərin hansında deyilir ki, Rasulullah qadınla anal dəlikdən cinsi əlaqəyə izn verib? Doğru sözlüsənsə dəlini yaz. Həmin kitabın səhifəsini de və yaz bura. Əgər dəqiq bilmək istəyirsənsə orada belə deyilir: "Qadınlarınızla arxadan qabağa cinsi əlaqədə olmaqınızda bir qəbahət yoxdur." Söhbəti anlamamısan. Rasulullah anal dəlikdən yaxınlıq etməyi haram buyurub. Lakin arxadan qabaq (Uşaq olan yer) tərəfə istiqamətdə olmağa bir söz deməyib. Buna dəlil Quranda da var. Aç oxu. 2)Əski ilə qadının cinsiyyət üzvünü ay başı vaxtı əl ilə toxunmaq məyər haramdır? Bunu Rasulullah edibsə sən kimsən ki, qadağan qoyasan. 3) Sən elə bilirsənki İslamda bu cür mövzularda danışmaq əxlaqsızlıqdır? İslam hər tərəfli dindir. Evlilik məsələləri, cinsi əlaqədə olma məsələsi hətta ayaq yoluna getməyə kimi olan məslələr bizə Rasulullah tərəfindən öyrədilib. 4) Vəhhab Allahın adıdır. Çalış bu adı insanlara vermə. Bu ad Allaha layiqdir. Allah-Vəhhabdır! Bir sözü deyəndə öz sözün məsuliyyətini dərk et.
-
ABDULAZİZ222! Məyər səhabələrin ata-anaları müsəlman idilər? Axı onlar da kafir idilər. Deməli onlar nəcis idilər. Bu o deməkdir ki, doğulan uşaqlar (səhablər) nəcisdirlər? Doğulan uşaq müsəlman kimi doğulduğunu şeyxin Qamət öyrətməyib sənə? Nə üçün Allah Peyğəmbərimizə(s.a.s) anası üçün dua etməyə icazə vermədi? Halbuki Peyğəmbərimizin(s.a.s) anası Cahiliyyə dönəmində vəfat etmişdi. Amma Allah bunu üzür görmədi və anasını müsəlmanlardan hesab etmədi. Bəs necə olur ki, İslam kamil bir din olduğu halda namaz qılmayan atan və anan üçün cahilliyi üzr görürsən? Yoxsa sən öz ata-ananı Rasulullahın (s.a.s) ata-anasından üstünmü bilirsən? Bu nə cür yanaşmadır sizdə? Nə zamana kimi bu batil düşüncələrinizlə özünüzü və cammatı çaşdıracaqsınız?
-
Xahiş edirəm tülkü-tülkü varinatlardan istifa etməyin. İslam dövləti nədir? İslam ölkəsi nədir? Bunlar arasındakı fərq nədir? De hamı bilsin. Əgər çətinlyin olsa Qamət müəlliminə sual ver .
-
Qamət Süleymanov həmçinin də onun dəvətinə dəstək verənlər www.#####.com saytının forumda elmi müzkirə .rmaqdan həmişə çəkinillər. çünki bilirlər ki, orada onları dəlillərlə məhv edəcəklər. Həmişə də oranın elmli müsəlmanları Qaməti elmi müzakirəyə dəvət etmişlər. Lakin nədənsə QAmət ora gedib çıxa bilmir.....
-
Birinci, Müsəlmanların toyunda Allahı zikr etmək caiz deyil? Bəs müsəlmanın toyunda nə etmək lazımdır? Çalğı çalıb, şıllaq atmaq lazımdır? Sən yəqin cahillərin etdiyi toylarda o qədər başqa abu-hava görmüsənki, belə toyları görəndə sənə qəribə gəlir. İkinci, toylarda nə gəldi danışıllar deyirsən. Nə danışıllar qeyri-islamı? De biz də bilək. Yoxsa yenə onun-bunun aqzından eşidib burda nə gəldi aqzına danışırsan? İndi kim aqzına gələni danışır? Sən ya irad etdiyin kimsələr? Üçüncü, Deyirsənki Alixan Musayev o disklərə rəddiyə verib. Hanı o disklər? Nəsə gözümüzə dəymir. Yoxsa bu sənin gözünə görsənir? Dördüncü, Deyirsənki cammatdan pul yığırlar. Bu pulun nə məqsədlə yığıldığını bilirsənmi? Yoxsa yenə kimdənsə eşitmisən və nə gəldi danışırsan? Ömründə ərsiz müsəlman qadınlara maddi yardım göstərmisənmi? Xəstə müsəlman uşaqlara maddi kömək etmisənmi? Fərz edəkki etmisən. Amma bir düşün ki, bu maddi yardımı 1 nəfər deyil 1000 nəfər edir. Bunun nəyi pisdir? Yoxsa sədəqə vermək də xəvariclikdir? Beşinci, Kim sünnəni tərk edib? Yenə yalan! Yenə yalan! Hansı sünnə tərk olunub? Ümumi ifadələr işlətmə. Filan-filan şeyləri tərk ediblər deməklə kimlərəsə xəvaric demək hansı qaydalarda var? Konkret dəlil gətir bu məsələdə. Məsələn de ki, Filan şeyi tərk ediblər .Amma Sünnədə bunu tərk edən xəvaricdir. Sonra cavab gözlə. Yoxsa onun bunun aqzından nə eşitdin gəlib burda yazma. Öz vaxtına heyfin gəlmirsə qarşındakı insanın vaxtına heyfin gəlsin. Get ondansa elm öyrən.
-
Görünür diskə yaxşı baxmamısan. Lap tutaq ki baxmısan. Bu nə cür yanaşmadır? Sən onun hanısa bir sözünün audio hissəsini bura qoy və ya qeyd elə ki, Filah diskin filan dəqiqəsində o bu kəlməni deyib . Yoxsa ümumi ifadələr işlədib kimisə tənqid etmək düzgün deyil. Çalış ədalətli ol. Kim olur olsun əgər özünü müsəlman sayırsansa çalış o adam haqqında tam yəqinliyin olsun sonra fikir yürüt. Əgər elmin varsa sən də o diskə rəddiyyə ver. Əgər elmin yoxdursa ən yaxşısı susmaqdır Yenə qeyd edirəm: "Bura Hacıbalanın Müdafiə Forumu deyil"!!!
-
Harda demişəmki müsəlmanlar kafirdir? Mən yenə qeyd edirəmki bura "Hacıbalanın müdafiə komitəsi deyil". Sən niyə onun bunun sözünü danışırsan? Bu səni sonda yalançı edəcək. Necəki bunu yixarıda qeyd etmişəm.
-
Qardaş mümkünsə bu kitabı da dediyim yükləmə serverlerine qoy ki ordan götürüb www. islamaz.azeriblog.com saytına gonderek. Kitablar bölməsində yerləşdirsinlər.
-
Qardaş səndən mümkünsə bu kitabın yeni düzəldilmiş variantını www.boxca.com yükləmə saytına və ya http://download.yousendit.com saytında yerleşdir. Rapidşareden yükləmək olmur.
-
Aqzını açıb İslama qarşı hansı kəlməni işlətdiki onun haqqında pis zəndə oldun? Bir adamı yaxından tanımadan, onunla oturub elmi müzakirə .rmadan onun haqqında necə fikir yürüdə bilərsiz? Bu metodu kim sizə öyrətdi? Baxdığın dizkə bizdə baxmışıq. Sən diskə baxmısan amma o söhbətdə canlı iştirak edən misir, mədinə, suriya tələbələri olub. Hansısa ləfzi xətaya görə kiməsə quldur, julik, xevaric, münafiq demək olarmı? O diskə rəddiyə disk yazılıb. Bəs ona nece baxmısınızmı? baxsdaydınız yəqin bu barədə söhbət açmazdınız. O diskə qarşı rədiyyə verilməmişdən öncə bir çox murciyyələr bunu əllərində dəlil göstərirdilər. Necəki rəddiyə çıxdı elə bil qurbağa gölünə daş atdılar. Hamı sakitləşdi. Qarha-qur dayandı. Bura Hacıbalanın Müdafiə Forumu deyil! Buna ehtiyac da yoxdur.Sadəcə çalışın məsələləri bir tərəfli anliz etməyin. Bu sizə yalnız korluq gətirər. Mədinə yolu
-
Müsəlmana zındıq deməyi kim sənə öyrədib? Səndə günah görmürəm.Müsəlmanlara "münafiq", "cəhənnəm köpəyi", "xəvariclərin quyruğu" deyən "Şeyxin Qamətin" sənin kimi də tələbəsi olacaq. Camatı təkfirçilikdə ittiham etdiyiniz halda kimə gəldi "münafiq" deməyə adət etmsiz. Münafiq kafirdən betərdir. Görünür təkfir etməyin qaydasını da bilmirsiz. Nəzərdə tutduğun adamın yəhudilərin agenti olmağına dair dəlilin-sübutun varmı? Əgər doğru sözlüsənsə buyur sübut elə. Mədinə yolu
-
Əbu-Bəkr məscidinin "elm tələbələri" özlərini sələfin mənhəcinə nisbətmi edirlər? Doğrusu əqaid kitablarını oxuyan bu fikri deməz. Görünür Sələfin mənhəcini yaxşı bilmirsən. Əbu-Bəkr məscidinin "elm tələbələrinin" sələfin dəvəti ilə nə yaxından nədə ki uzaqdan bir yaxınlığı yoxdur. Onlar sadəcə sələf adına danışan murciyyələrdir. Şeyx İbn Useymin "Namazı tərk edənin hökmü" kitabında bu cür dəvət edənləri murciyyə əqidəsinə mənsub olduğunu deyir. Görünür sən bu alimləri təzə tanıyırsan. Onların verdiyi bəzi fətvaların bir hissəsini gptürüb digərini təvil edən bu murciyyələr sənin kimiləri əsl müsəlmanlara "xəvaric" deməyə vadar edir. Şeyx Məhəmməd İbn Əbdulvəhhabin "Tövhid" kitabının 39-cu fəsilində murciyylərin əqidələri barsəində söhbət açır. Məsləhətim budur aç o hissəni oxu, sonra yenidən Əbu-Bəkr məscidinin "elm tələbələrinin" dəvəti ilə tutuşdur. Onda sənə bəlli olacaq ki , bunlar sələfin mənhəcinə dəvət edir yoxsa murciyyələrin.
-
Bizim millət ağıllıdır. Hacıbala da bu millətdəndir. Deməli Hacıbala da ağıllıdır. Hacıbala Mədinə Beynəlxalq Unveristetini bitirməyib. O Suriyada oxuyub. Hər deyiləni danışmaq görürsənmi adamı necə yalançı edir? Bilmədiyin şeylər və kimsələr haqqında danışma. Qiyamət gününə iman edibsənsə Allahdan qorx və doğru danış. Mədinə yolu
-
Xəvariclər kimlərdir? Kimlərə xəvaric deyilir? Mədinə yolu
-
Namazı tərk edən ittifaqla kafirdir. Buna Qurandan , Sünnədən kifayət qədər dəlillər var. Bu haqda kitab oxumaq istəyənlər aşağıdakı linkdən bu barədə kitabı yükləyə bilərlər. http://www.boxca.com/9lsps3loxcrm/Tarik_Salat4.pdf.html
-
Namaz qılmayanın hökmü kitabını yükləyə bilərsiz Kitabın adı Namaz qılamayanın hökmü Kitabın müəllifi Məhəmməd bin Saleh əl-Üseymin Kitabın dili azəri Kitabın formatı Pdf Kitabın həcmi YÜKLƏ 2,57 MB Qeyd: Linkin tam görünüşü http://www.boxca.com/9lsps3loxcrm/Tarik_Salat4.pdf.html
-
Allah razı olsun qardaş. Kitabı yüklədik və oxuduq. Maşallah gözəl kitabdır.
-
Bunu biz demirik. Bunu uca Allah Qurani-Kərimdə buyurur. Bunu Allahın Rəsulu belə deyir. Fasiq günahkar müsəlmana verilən addır. Əgər bir müsəlman böyük günah (fisk) edərsə o müsəlman təkfir olunmaz və ona kafir demək olmaz. Lakin namaz qılmayanlar İslamda olmadığlarından onlara müsəlmanlara verilən hökm uyqulanmaz. Tutaq ki, bir müsəlman namaz qılır, oruc tutur, zəkat verir lakin imanın zəyifliyindən zina edib. Bu halda ona kafir demək olarmı? Bunun özünün də şərhə ehtiyacı var. Əgər namaz qılan lakin zina etmiş adam zinanı haram bilərsə lakin imanın zəyifliyinə görə bu naqis əməli edibsə o adama kafr deyilməz. Yox əksinə zinanı halal bilərsə bu adam namaz qılsa da, oruc tutsa da kafir hökmündədir.
-
Namaz qılmayan kəslər hər nə qədər iman etdiklərini söyləsələr də, bu söz onların dillərində qalır. Bu xislətli insanlar Allaha inandıqlarını və Axirət gününə iman etdiklərini yalnız dilləri ilə təsdiq edib, gerçəkdən isə bunu əməlləri ilə təsdiqləməzlər. Bunların imanı yalnız dildədir. İman isə dilin iqrarı, qəlbin təsdiqi və əməllərlə bunlara riyaət etməkdir. Uca Allah bu cür insanlar haqqında Qurani-Kərimdə belə buyurur: "İnsanlar arasında elələri də vardır ki: " Biz Allaha və Axirət gününə inanırıq"– deyirlər. Halbuki onlar iman etməmişlər" (Bəqərə,8) Digər bir ayədə Uca Allah belə buyurur: "Onlara: "Rüku edin!"– deyildiyi zaman rüku etməzlər.O gün haqqı yalan sayanların vay halına! Onlar bu Qurandan sonra hansı sözə inanacaqlar? (Mürsələt, 48-50) Günümüzdə elə bir adam tapmaq olmaz ki, namaz haqqında nəsə eşitməsin. Hər kəsin namaz haqqında məlumatı var. Heç kəs də namaz qılmamağı cahilliklə əlaqələndirə bilməz. Cahillik o zaman üzürlü sayı bilər ki, "namaz qılmaq əmri" o millətə, o fərdə çatmasın. Lakin günümüzdə informasiya vasitələrinin sürətlə və geniş yayıldağı bir dönəmdə namaz qılmamağı cahilliklə əlaqələndirmək yanlışlıqdır. Çünki hazırda hər kəsin namaz haqqında kifayət qədər bilgi almağa imkanı var.
