Перейти к содержимому
Скоро Конкурс!!! Торопитесь!!! ×

Abdurrahman22

Members
  • Публикации

    58
  • Зарегистрирован

  • Посещение

Все публикации пользователя Abdurrahman22

  1. Namaz İslamdandır. Çünki namaz İslamın dirəyidir. İslamı namazssız təsəvvür etmək mümkün deyildir. Dilin əməli kəlmeyi-şəhadəti söyləməkdirsə, bədənin də əməli namaz qılmaqdır. Namaz qılmaq kəlmeyi-şəhadəti təsdiq etməkdir. Namaz qılmayaraq, yalnız dil ilə kəlmeyi-şəhadəti söyləməklə özünü müsəlman saymaq isə insanın yalnız özü-özünü aldatmasıdır. Ömər İbn Xəttabdan (r.a) rəvayət edilmişdir: Bir gün Rəsulullah (s.a.s) hüzurunda oturmuşduq. Bu vaxt paltarı dümağ, saçları olduqca qara, üzərində yol gəlməyən və yorğunluq əlaməti görünməyən və aramızda heç kimin tanımadığı bir nəfər içəri girib, Peyğəmbər – səllAllahu aleyhi və sələm- in yanında oturdu. İki dizini onun dizlərinə söykəyib, əllərini dizlərinin üstünə qoyaraq dedi: "Ey Məhəmməd, mənə İslam haqqında xəbər ver". Rəsulullah – səllAllahu aleyhi və səlləm – buyurdu: "İslam, Allahdan başqa ilah olmadığına, Məhəmmədin Allahın rəsulu olduğuna şəhadət etmək, namaz qılmaq, zəkat vermək, Ramazanda oruc tutmaq, Beyti imkan olduqca həcc etmək". Adam: Doğru söylədin, dedi. Ömər dedi: "Adama heyrət etdik. Həm ona sual verir, həm də onun söylədiklərini təsdiq edirdi". Ömər dedi: Sonra o adam durub getdi". Bir müddətdən sonra Peyğəmbər mənə buyurdu: "Ey Ömər, o sual verənin kim olduğunu bilirsən?" Allah və Rəsulu daha gözəl bilir. Peyğəmbər buyurdu: "O, Cəbrayıl – əleyhissəlam – idi. Sizə dininizi öyrətməyə gəlmişdi" (Müslüm, 8/14) Həmçinin Əbu Abdurrəhman Ömər İbn Xəttab (r.a) rəvayət edir ki, mən Rəsulullahın (s.a.s) belə buyurduğunu eşitdim. "İslam beş təməl üzərində bina edilmişdi. Allahdan başqa ilahi olmadığına və Məhəmmədin Allahın rəsulu olduğuna şəhadət gətirmək, namaz qılmaq, zəkat vermək, Beyti həcc etmək və Ramazan ayının orucunu tutmaq". Namazın İslamdan olduğuna dair bir başqa rəvayətdə Mihcanın (r.a) hadisəsidr: Bir gün Rəsulullah (s.a.s) ilə bir məsciddə ikən namaz üçün azan oxunur, Rəsulullah (s.a.s) qalxaraq camaata namaz qıldırıb yenidən yerinə dönür. Birdən ətrafa baxarkən Mihcanın kənarda durduğunu (r.a) görür və ona tərəf dönərək "Sənin cammatla namaz qılmağına əngəl nə olduki, yoxsa sən müsəlman birisi deyilsən?" dedi. Mihcan (r.a) "Bəli Ya Rəsulullah! Mən müsəlman birisiyəm, fəqət mən bu namazı evimdə qılmışdım" dedi. Rəsulullah (s.a.s) da : "Camaat namazına gəldiyin vaxtı, namazı evində qılmış olsan belə təkrar camaatla namaz qıl" buyurdu. (Malik:1/32, Əhməd:4/34, İbn Hibban:433, Hakim:1/44) Mövzu ilə əlaqədar başqa rəvayətdə Ömər İbn Xəttabdan (r.a) belə rəvayət olunur: "Namazı tərk edənin islamdan payı yoxdur".(Malik 1/40, Sünəni-Dərakutni 2/52, Abdurrəzzak Müsənnəf: 5010) Bu hədislərdən göründüyü kimi İslam zahiri əməlləri əhatə edir. Şəhadət kəlməsini dil ilə söyləmək dilin əməli, namaz, oruc, həcc bədənin, zəkat isə malın əməlidir. Deməli təkcə dil ilə kəlmeyi-şəhadəti söyləmək və əməllərdə bunu göstərməmək insanı İslama daxil etmir. Çünki kəlmeyi-şəhadət yalnız dilin əməlidir. Bədənin əməli isə namazdır. Məhz buna görə də namazı tərk edən adam İslam dinindən çıxmışdır.
  2. Abdurrahman22

    Darulİslam

    Səudiyyə Ərəbistanının, Abdul Aziz bin Bazdan əvvəlki müftisi, Muhamməd bin İbrahim Aluş Şeyxə sual: س: هل تجب الهجرة من بلاد المسلمين التي يحكم فيها بالقانون؟ ج: البلد التي يحكم فيها بالقانون ليست بلد إسلام، تجب الهجرة منها “Sual: (Dünyəvi) qanunlarla hökm edilən Müsəlman ölkələrindən hicrət etmək vacibdirmi? Cavab: (Dünyəvi) qanunlarla hökm edilən ölkə İslam ölkəsi deyil! Oradan hicrət etmək vacidbir...” Muhəmməd bin İbrahim: Məcmuə Rəsail vəl Fətəva: 6/88 (Sual-1451) İndi Qamətdən soruşaq: Ölkəmiz hansı qanunlarla idarə edilir? İslam qanunlarıyla yoxsa küfr qanunlarıyla? Təbii ki küfr qanunlarıyla.. O zaman bu fətvaya görə Azərbaycan Darul İslamdırmı?...
  3. Abdurrahman22

    Darulİslam

    İbni Useymin “Şərhu Usulis Sələsə” kitabında bu barədə deyir: وبلد الشرك هو الذي تقام فيها شعائر الكفر ولا تقام فيه شعائر الإسلام كالأذان والصلاة جماعة، والأعياد، والجمعة على وجه عام شامل ، وإنما قلنا على وجه عام شامل ليخرج ما تقام فيه هذه الشعائر على وجه محصور كبلاد الكفار التي فيها أقليات مسلمة فإنها لا تكون بلاد إسلام بما تقيمه الأقليات المسلمة فيها من شعائر الإسلام، أما بلاد الإسلام فهي البلاد التي تقام فيها هذه الشعائر على وجه عام شامل. “Şirk ölkəsi (darul şirk) – Küfr şüarlarının yerinə yetirildiyi, “Əzan” “Camaat” və Bayram namazı” kimi İslam şüarlarının “ümumi və əhatəli” bir şəkildə yerinə yetirilmədiyi yerdir. Bu şüarların “bir qrup” tərəfindən yerinə yetirilməsini bunun xaricində tutmaq üçün, sadəcə “ümumi və əhatəli” şəkildə deyirik. Az sayda müsəlmanların olduğu kafirlərin ölkələri kimi. Az sayda müsəlmanın orada İslam şüarlarını yerinə yetirməsilə ora Darul İslam olmaz! İslam ölkəsi, bu şüarların “ümumi və əhatəli” şəkildə yerinə yetirildiyi yerdir!” Salih İbni Useymin: Şərhu Usulis Sələsə: 120 Gördüyümüz kimi, Darul İslam üçün “camaat və cümə” namazlarının iqaməsini şərt qoyan İbni Useymin bir şərt daha əlavə edir! Bu şüarların hamılıqla yerinə yetirilməsi! Lakin Qamət Süleymanov “təhrif minhəcində” olduğu üçün ikinci şərti gizlətmişdir! Məgər Azərbaycanda bu şüarlar hamılıqla yerinə yetirilir? 8 milyonluq bir olkədə 5000 adamın cümə qılması “əhatəli və ümumidir” demək olarmı? Bu rəqəm 1% dən daha aşağıdır…
  4. Abdurrahman22

    Darulİslam

    Hənəfi İmamlarından Haskəfi (v 1088 h) “Tənvirul Əbsar” şərhində bu barədə deyir: لا تصير دار الاسلام دار حرب إلا) بأمور ثلاثة: (بإجراء أحكام أهل الشرك، وباتصالها بدار الحرب، وبأن لا يبقى فيها مسلم أو ذمي آمنا بالامان الاول) على نفسه (ودار الحرب تصير دار الاسلام بإجراء أحكام أهل الاسلام فيها) كجمعة وعيد (وإن بقي فيها كافر أصلي وإن لم تتصل بدار الاسلام) درر “Darul Islam üç şərtlə darul hərbə çevirlər: 1. Şirk hökmlərinin icrası. 2. Darul hərbə bitişik olması. 3. Orada əvvəlki əmanla canından əmin müsəlman və ya zimmi qalmaması. Darul hərb orada İslam hökmlərinin icrasıyla Darul İslama çevrilər. Camaat və bayram namazı kimi. Orada əsli kafir olmasa, Darul İslama bitişik olmasa belə… Durər(də belədir)” Haskəfi: Əd Durrul Muxtar: 4/356.
  5. Abdurrahman22

    Darulİslam

    Şafi alimlərindən İmam Suleyman bin Muhamməd əl-Buceyrimi, rahiməhullah, deyir: وقال الشّافعيّة: هي كلّ أرض تظهر فيها أحكام الإسلام - ويراد بظهور أحكام الإسلام: كلّ حكم من أحكامه، أو يسكنها المسلمون وإن كان معهم فيها أهل ذمّة، أو فتحها المسلمون، وأقرّوها بيد الكفّار، أو كانوا يسكنونها، ثمّ أجلاهم الكفّار "Şafilər deyirlər: "(Dar əl-İslam) İslam hökmlərinin zahir olduğu hər bir yerdir və İslam hökümlərinin zahir olması ilə İslamın hökmlərindən bütün hökmləri qəsd edir, və ya orada müsəlmanlar yaşayırlar, hətta onlarla birlikdə zimmə əhli olsa belə və ya oranı müsəlmanlar fəth ediblər və kafirlər öz əlləri ilə veriblər və ya orada yaşayıblar, lakin kafirlər tərəfindən qovulublar." "Haşiyə əl-Buceyrimi", 4/220 Suleyman bin Muhamməd bin Ömər əl-Buceyrimi. Misirin məşhur şafi alimlərindəndir. Hicri 1131-ci ildə doğulmuşdur və hicri 1221-ci ildə vəfat etmişdir. Yazdığı kitablardan: "Təcrid li-Nəfi əl-Abid Haşiyə əl-Buceyrimi alə əl-Minhəc", "Tuhfətul-Həbib alə Şərh əl-Xatib", "Haşiyə alə əl-İqna fi həl Əlfəz Əbi Şuca"
  6. Abdurrahman22

    Darulİslam

    Qadi Əbi Yala Əl Hanbəli (Vəfatı 458 hicri) bu barədə dedi: كل دار كانـت الغلبة فيها لأحكام الكفر دون أحكام الإسلام فهى دار الكفر “İslam hökmlərindən başqa, küfr hökmlərinin qalib olduğu bütün torpaqlar Darul Küfrdür.” Qaynaq: “Əl Muatəməd fi Usulud Din” Səh. 276. Beyrut 1974 çapı. قاضي أبي يعلى الحنبلي المعتمد في أصول الدين
  7. Abdurrahman22

    Darulİslam

    İbni Muflih əl Hanbəli (749-803 h/ 1348-1401 m)"Ədəb Əş Şəria" kitabında (1/231) məsələmiz haqqında görüşünü deyir: فكل دار غلب عليها أحكام المسلمين فدار الإسلام وإن غلب عليها أحكام الكفار فدار الكفر ولا دار لغيرهما "Müsəlmanların hökmlərinin qalib olduğu bütün torpaqlar Darul İslamdır. Əgər orada kafirlərin hökmləri qalibdirsə Darul Küfrdür. Bu ikisindən başqa dar yoxdur"
  8. Abdurrahman22

    Darulİslam

    Hidayete tabe olanlara Allahın salamı olsun! Hənbəli fəqihlərindən İbnul Qeyyim əl Cəvziyyə "Zimmət əhlinin hökmləri" adlı kitabında deyir: قال الجمهور دار الإسلام هي التي نزلها المسلمون وجرت عليها أحكام الإسلام وما لم تجر عليه أحكام الإسلام لم يكن دار إسلام وإن لاصقها فهذه الطائف قريبة إلى مكة جدا ولم تصر دار إسلام بفتح مكة وكذلك الساحل "Cumhur dedi: "Darul İslam, Müsəlmanların yaşadığı və üzərində İslam hökmlərinin icra edildiyi yerdir. Üzərində İslam hökmləri icra edilməyən yer, ona bitişik olsa belə Darul İslam olmaz! Ət Taif Məkkəyə çox yaxın idi, Məkkənin fəthi ilə Darul İslam olmadı. Sahildə bunun kimi." Qaynaq: İbnul Qeyyim əl Cəvziyyə "Əhkəmu Əhliz Zimmə" 2/728 (Daru İbni Hazm çapı)
×
×
  • Создать...