Перейти к содержимому

Scout

Members
  • Публикации

    28
  • Зарегистрирован

  • Посещение

Все публикации пользователя Scout

  1. Əssəlamu ələykum. Bir məsələnin hökmünü Cəfəri məzhəbinə uyğun olaraq, bilənlərdən öyrənmək istəyirəm. Məsələni öz üzərimdə danışacağam ki, izah etmək asan olsun. Belə ki, 14 il bundan əvvəl (artıq mən həddi-büluğ olan vaxt) atam bizim olan bir torpaq sahəsində ev tikməyə, həyətə torpaq tökdürməyə başlayıb. Həmin vaxtlarda da atam bir nəfərə sələmlə borc pul verib. Deyək ki, 5000 manat verib, bir neçə aydan sonra 8000 manat alıb. Həmin o sələm pulu (3000 manat) tikilən evin, həmçinin həyətə tökülən torpağın puluna qarışıb, bütün xərclər ümumi olub. Mən özüm də o həyətdə və o evdə böyümüşəm. İndi üstündən 14 il keçəndən sonra (artıq atam dünyasını dəyişib), mən həmin həyətin bir hissəsində öz halal pulumla ev tikib, ailə qurmaq istəyirəm. Yəni, hər bir şeyim ayrı olacaq, mənə düşən pay yalnız torpağın bir hissəsidir. O torpağın ki, puluna sələm pulu qarışıb. İndi isə, həmin o sələm pulu alınan adam sağdır, mən onu tapıb, atamın ondan aldığı sələm pulunun faizini, yəni 3000 manati ona qaytarıb, ondan halallıq ala bilərəm. Bundan əlavə, həyətə tökülən torpağın pulunun xumsunu da çıxara bilərəm. Bilmək istəyirəm, üzərimə düşən vəzifə nədir? Təkcə xumsu çıxarmaqla torpaq və onun üzərində tikilən ev halal olarmı? Həmin adamı tapıb, sələm pulunun faizini ona qaytarmağım lazımdırmı?
  2. Səlamun ələykum. Oxudum yuxarıdakıları, amma nəsə mənə qatmaqarışıq gəldi. Konkret sual yarandı məndə, istərdim elə imkan daxilində al-Fath nikli qardaş cavablandırsın. Şiə məzhəbində arxadan yaxınlığın (kişinin öz halalı ilə) konkret hökmü nədir? Olar, ya olmaz? Əgər cavab heyzli və heyzsiz vaxtlarda fərqlidirsə, onda hər iki haldakı cavabları gözləyirəm. P.S. Qardaş, mən özüm də şiəyəm, amma bu yaxınlığın haram olmadığını burda oxudum. Mənə qarışıq gəldi yuxarıdakılar, ona görə konkret sual verdim ki, fikriniz mənə dəqiq aydın olsun. Qeyri-şiələrdən cavab gözləmirəm, yəni onların cavabı mənə maraqlı deyil.
  3. Səlamun ələykum. Bu video haqda neçə vaxt əvvəl eşitsəm də, ona baxmaq bir neçə gün əvvəl mənə qismət oldu. Hadisə haqda ətraflı məlumat almaq məqsədilə İranda yaşayan tanışımdan bu barədə soruşdum. O, eşitmədiyini dedi və elə həmin dəqiqə netdə axtarış edib, mənə məlumat verdi. Əvvəl dedi, bəli, bəzi mənbələrdə 22 il əvvəlki cəsədin indi, çürüməmiş halda tapıldığı deyilir. Amma sonra başqa bir məlumat tapdı. Onun yazılarını olduğu kimi, qırmızı rəngdə yazıram. bir shey tapdim İranda şəhidlərə və onların xatırələrin gözdiyən bir təşkilat başqa söz yazıb bir namə qazetlərə veriblər ve deyiblər ki bu film bu təşkilatin yeni axtarışlarında tapılan şəhidlərdən deyil bəlkə film muaribə zamanının filmidir və o zaman neçə gün şəhidin vefatından sonra cəkilib bu cəsəd 22 ildən sonra tapılan cəsəd deyil elə cəsəd muharibə zaçani tapılib və filmdə o zaman üçündu İndi bəzilər İranda bunu mobillərdə göndərməklə özləri üçün başqa bir fikirlərlə siyasi məramlarına aid bu şəhidin o zamandaki filmindən sui istifadə edirlər məndə indi yanında olan əsgərlərin paltarlarına baxıram göriyəm ki muharibə zamanının parlatallrıdıi və bizim Pasdarlar və əsgərlər muharibədən sonra belə şeylər geymeyiblər hər halda bu video kohnədi və təzə çəkilmeyibdi burdada bəzilər belə fikir edirlər ki təzədi amma mən xəbərlərdə və təşkilatın o barədə göndərdiyi xəbəri oxudum mən sənə 100 faiz diyəm ki bu film yenid eyil və elə muharibə zamani və şəhidin 2-3 gün vəfatından sonra çəkilib burda dəbdi olunu basdıran zaman tabutun açıb baxarlar ona bular muharibə zamani oldıqına görə belə edirlər bilirsən o zaman bəzi işlər göriridilər ki gənclər şəhid olmaqdan və ya vətən yolında olumdən qorxmasınlar buda təşkilatın ən rəsmi xəbər ajansiyasının qzetində getmish xəbəridir http://iscanews.ir/fa/ShowNewsItem.aspx?NewsItemID=177179 təəsuflər olsun ki belə candan başdan keçən igidlərin qanlarından indidə bəzilər öz sisyasi məqsədlərinə görə istifadə edirlər Bəli, təəssüflər olsun ki, belə şeylərdən öz məqsədlərinə görə istifadə edənlər var. Yenə də, əmin olaraq nəsə demirəm, o oğlan da özündən demədi, netdə yazılanları dedi. Amma dediklərində də məntiq var. Onsuz da biz inanırıq ki, Allah yolunda öldürülənlər, yəni şəhidlər qəbirdə çürümürlər, hər hansı çürüməmiş şəhid cismini gözlə görmək bizdə nəyisə dəyişmir.
×
×
  • Создать...