Перейти к содержимому
Скоро Конкурс!!! Торопитесь!!! ×

Əbdül_Əziz222

Members
  • Публикации

    42
  • Зарегистрирован

  • Посещение

Все публикации пользователя Əbdül_Əziz222

  1. Əs-sələmu aleykum! قال رسول الله صلي الله عليه و سلم «اللّهُمّ لاَ تَجْعَلْ قَبْرِي وَثَناً يُعْبَدُ» أنا أقول (عبد العزيز) : إذن كان حسب رسول الله صلي الله عليه و سلم قبرا وثنا. لأن الأصنام التي يعبدها بعص المشركين كانت علي مقابر الناس الصالحين Allahın Elçisi (s.ə.v) dedi: "Allahım! Mənim qəbrimi ibadət edilən büt etmə." Mən (Əbdül Əziz ) deyirəm: Deməli Allahın Elçisi (s.ə.v) qəbiri büt hesab etmişdir. Çünki bəzi Allaha şərik qoşanların ibadət etdikləri bütlər əməli saleh insanların qəbirlərin üzərində idi. Beləliklə müxaliflər iddia edirlər ki, guya biz (Sələflər) bütlərə, daşlara və taxtalara aid olan ayələri İmamların qəbirlərə aid edirik. Amma həqiqətən qeyd olunmuş rəvayətdən təsvir olunur ki, Peyğəmbər (s.ə.v) ibadət edilən qəbirə büt hesab etmişdir. Yəni müşriklər Allah yaxınlaşmaq üçün qəbir sahiblərinə (pirlərə) dua edərək vasitəçi qərar edərdilər. Bundan ötəri bəzi müşriklər bu cür üsulla Allaha şərik qoşurdular. Müvəffəqiyyət tək Allahdandır.
  2. Allahi cism kimi qebul eleyen,Allahi elli,qollu,ayaqli tesevvur eleyen avtomatik kafirdir...Chunki Allahin hechneye ehtiyaci yoxdur ki onun eli qolu olsun... Heç bir şəkk yoxdur ki, hər kim Allahı cisim hesab edirsə və bu cür etiqadla ölərsə kafir kimi ölər. Beləliklə hörmətli "Klaynn" bir şeyi yazarkən onu araşdırıb yazmaq daha gözəl olardı. Sual: Şeyx bəzi bidət-əhli, (Yollarını azmışlar) əhli-sunnə val camaata (eyni zamanda xüsusən Sələflərə) böhtan ataraq qeyd edirlər ki, sizlər Allahın zatını (cisimləşdirib) məxluqata bənzədirsiniz bu doğrudurmu? Bismilləhi Təalə! (Uca Allahın adı ilə!) Cavab: Əvvəla hər zaman bidət-əhli (Yollarını azmışlar) dində öz yeniliklərini gətirib bununla razı olmayanları kafir elan etmişlər. Eyni ilə olaraq Allahı zatını cisimləşdirməyinə gəlincə isə bidət-əhlinin bizlərə açıq aşkar atdıqları böhtandır. Eləcə də, bu məsələdə şeyx İslam İbn Teymiyyənidə (Allah ona rəhmət etsin) ittiham etmişlər. Lakin bidət-əhlinin bu ittihamları acıq aşkar ağ yalandan başqa bir şey deyildir. هذا هو موقع سلف عن ذات الله التعالى. فهو ينقسم الى أربعة أقسام. Beləliklə Allahın zatı barəsində sələfin mövqeyi belədir. Bu 4 hissəyə bölünür. أقول مع هذه المسالة Bu məsələ ilə bağlı deyirəm: 1. Qəbul etmək. Necə ki, Uca Allah bu haqda belə buyurur: «Ey iblis, sənə mənim iki əlimlə yaratdığıma səcdə etməyə nə mane oldu» (Sad 75). Bununla belə ayədə "Yədeyyə" yəni "iki əl" zikir olunur və biz də yalnız ayənin zahirini qəbul edərək bunun keyfiyyətinin necəliyini iddia etmirik və əks təqdirdə bunu qəbul etməyənlər isə ayənin zahirini inkar edirlər. Beləliklə biz ayənin zahirini qəbul edərək kifayətlənirik. «Kitabı sənə nazil edən Odur. O Kitabın bir qismi mənası aydın ayələrdir ki, bunlar da Kitabın anasıdır. Digərləri isə mənası aydın olmayan ayələrdir. Qəlblərində əyrilik olanlar fitnə-fəsad törətmək və istədikləri kimi yozmaq məqsədilə mənası aydın olmayanın ardınca düşərlər. Onun yozumunu isə Allahdan başqa heç kəs bilməz. Elmdə qüvvətli olanlar isə deyərlər: "Biz onlara iman gətirdik, hamısı bizim Rəbbimizdəndir". Bunu isə ancaq ağıl sahibləri dərk edərlər.» (İmran, 7) 2. Uca Allahın sifətlərini məxluqatın sifətləri kimi təsvir etməmək, eyni ilə məxluqatların cisminə bənzətməmək, çünki Uca Allah bu haqda belə buyurur: «Onun heç bir tayı bərabəri, bənzəri də yoxdur». (əl-İxlas, 4). «Onun heç bir şey bənzəri yoxdur». (əş-Şura 11). 3. Allahın sifətlərinin mahiyyəti, keyfiyyəti haqqında vəsf etməmək. Yəni Allahın zatı metaldan, taxtadan, daşdan, dəmirdən və sair şeylərdən təsvir etməmək və bununla belə Allahın keyfiyyət, mahiyyətinin necəliyi haqqında suallar verməmək. Çünki Uca Allah bu haqda belə buyurur: «Allah ona aid etdikləri sifətlərdən uzaqdır». (əs-Saffət 159). 4. İnkar etməmək. Yəni Quran və Sünnədə isbat olunub, biz də onu isbat edib, qəbul edirik. Məsələn: Allah görür, eşidir və sair. «Şübhə yox ki, Allah (hər şeyi) eşidən (SƏMİ) və görəndir (BƏSİRDİR)». (ən-Nisa 58). Müvəffəqiyyət tək Allahdandır.
  3. Deyirəm: Müşriklərin əqidələrində açıq şirk mövcud idi. Yəni Muşriklər xalis Allaha şərik qoşurdular. Amma hazır ki, vaxta isə, cahil müsəlmanlar əməllərində şərik qoşurlar. Buda gizli şirkdir. Hər iki şeydən Allaha sığınam.
  4. ابى عبد الله عليه السلام قال : من زار قبر الحسين بن على عليه السلام يوم عاشوراء عارفا بحقه كان كمن زار الله فى عرشه Əba Abdullah (Cəfər Sadiq) əlehissələm, buyurdu: "Hər kim Hüseyn ibn Əli əleyhissələmın qəbrini aşura günü doğru olduğunu bilərək ziyarət edərsə, Allahı onun ərşində ziyarət etmiş kimidir" Rica edirəm ki, göstərilmiş hədisi haqqında müxaliflər izah etsinlər. Amma mənə görə qeyd olunmuş hekayətin mətni küfrdür. Lakin İmam Hüseynin (r.a) fəziləti haqqında Allah rəsulundan (s.ə.v) gələn hədislərə heç bir şəkk yoxdur. Həmd etmək yalnız Allahadır.
  5. Hörmətli "al-Fath" qardaş bu məsələ haqqında Allahın sonuncu Elçisi (s.ə.v) özü şərh edir: Hörmətli Əbdül_Əziz222 mən əminəm ki, Sizin yaddaşınız yaxşıdır və mənim Sizinlə bu haqda olan mübahisəmi unutmamısız. Onu da bilirsiz ki, mən bir neçə dəfə Sizə ban vermişəm, amma səbəbini yəgin yaddan çıxarmısız. Eybi yox, mən Sizin yadınıza salaram ki, bir daha bu səhvə yol verməyəsiz. Forumun qaydalarına bir istifadəçiyə hansısa mövzuya görə ban verilibsə və əgər o başqa nik açıb yenidən o mövziya qatılsa ona yenidən ban verilməlidir. Onu da bilməlisiz ki, mən qaydalara riayət edənəm, buna görə də mənə bu şəraiti yaratmayın ki, Sizə yenidən ban verim. Siz başqa mövzularda maneəsiz yaza bilərsiz.
  6. Hörmətli "Müctəba" hamıya bəllidir ki, Omər Abbasın (radiyəllahu ənhumə) yanına gəldiyi zaman Abbas saq idi və vəfat etməmişdir. Quranda əməli-salehlərin dualarında meyit ilə vasitə tutmağını zikir olunmayıb və bu əməl müşriklərin əməllərindən sayılır. Bu barədə qeyd edəcəyəm. Müvəffəqiyyət tək Allahdandır.
  7. Sənə də salam aleykum və rahmətullahi və barəkətuh! Zahirən hökm verəndə, əməli yaddan çıxartma. Əməl - qəlbdəki olan imanın və əqidənin kamilləşdirən amilidir. Əhli sünnə və Caamat əqidəsinə görə iman - qəlbdə iman, dildə söz, və orqanların əməlidir. Bu tərifi İbn Teymiya (ra) verib. Biz müzakirə etdiyimiz mövzuda dildə də küfr var, əməl də də. Bunları hansı sələfin əqidəsində gördün? Sələfin adından elmsiz danışmaq lazım deyil. Mən yuxarıda şərh vermişəm sələfin adından - tanış ola bilərsən. Allah elmini artırsıın Və əleykəssələmu və rahmətullahi təalə minəlləhi və bərakətuhu vəl mağfiratuhu! Əziz və səxavətli olan mənim abu_Muhammad qardaşım! Mən ümumən bunu qeyd etmişəm və bu sələfin ümumi fikridir, (çünki biz bu cur təlim almışıq) o cümlədən sələflər bidət-əhlini (yolundan azanları) kafir görməyiblər. Şəkk yoxdur ki, bidət-əhlinin əqidələrində şirk, küfr əməlləri var və bu səbəbdən yollarını azmışlar, lakin zahirən müsəlman sayılırlar, çünki Allahın Elçisi (s.ə.v) buyurmuşdu: "Mənim ümmətim 73 firqəyə bölünəcəkdir" Bununla belə, bu söz dəlildir ki, Allah rəsulu (s.ə.v) yollarını azanları ümmətdən saymışdır. Əlavə olaraq bunu da qeyd edim ki, hər bir kafir ümməti "Muhəmmədur rasululləh" cümləsini demir və o cümlədən bunu haqq olaraq qəbul etmirlər. Heç bir şəkk yoxdur ki, kafir o şəxslərdir ki, əbədi olaraq cəhənnəmdə qalacaqlar və onlar məhz müşriklər, bütpərəstlər, yəhudilər, xaçpərəstlərdir. Amma xüsusi təkfirə gəlincə isə, bu iş qazilərə həvalə olunur. Allah bizləri doğru yala müvəffəq etsin. Amin. Müvəffəqiyyət tək Allahdandır.
  8. Va aleykumussələmu və rahmətulləhi təalə! Əziz və hörmətli "MHI" 1989-cu ildə cümə namazı Azərbaycanda bərpa olunsa da, lakin rəsmi qeyd olmamışdır. Həqiqətən həmd Allahadır.
  9. Deyirəm: Ümumi olaraq şiələr müsəlman sayılırlar, çünki İslamda hökmlər zahirdən verilir və eyni zamanda hər kim şəhadət deyərsə artıq islama daxil olar və müsəlman sayılar. Bu ümumi olaraq sələflərin üsuludur (min-həccidir). Həmd və təriflər yalnız Allahadır.
  10. Rica edirəm müsəlman qardaşlarda mövzudan kənara çıxmayın!
  11. Nəhayət əhli-şiə olan müsəlman qardaşları ( - hansılar ki, qardaş sözü əshabələri ilə Peyğəmbərin zövcəsini söyməyənlərə şamil olunur) cümə namazını qılmağa qərar verdilər. Eyni zamanda səhv etmirəmsə "Məşədi Dadaş" məscidində cümə namazı qılınır. Mən hesab edirəm ki, Cümə namazını qılmaq hər bir şəxs üçün böyük bir şərəf və müvəffəqiyyətdir. Eləcə də, deyirəm: Şiə mənsubu olan müsəlmanlara Cümə namazını Azərbaycanda ilk dəfə qıldıqları üçün onları təbrik edirəm! Uca Allah buyurmuşdur: "Ey iman gətirənlər! Cümə günü namaza çağırış səslənəndə Allahı yad etmək üçün məscidə getməyə çalışın və bu gün alverdən əl çəkin..." (Cüm'ə surəsi, 9). Bu barədə hədis: "Allah namaz qılmağa qadir olub şəriətə görə üzrlü səbəb olmadan üç cümə günü ardıcıl olaraq saymazlıq göstərib cümə namazı qılmayan adamın qəlbinə qəflət və azğınlıq damğası vurar". Allah eləməsin ki, biz də bu hədisdə haqqında danışılan adamlardan olaq. Amin. Təməl hədis qaynaqlarında zikir olunduğu kimi Cümə günü Peyğəmbərə və onun ailəsinə daha çox salavat göndərmək lazımdır. Müvəffəqiyyət tək Allahdandır.
  12. Sənə yazığ Abdulaziz 222 on dəfə dediki təvəssül ancaq 1.Diri, saleh adamla eləmək olar! 2. Əməllərlə olar! 2. Allahın Adları ilə təvəssül. Bu üç təvəssülə Quranda və Sünnədə dəlil var. Bundan qeyri təvəssül növləri ya şirk, yada bidədir. Gərək məndə təkrar edəm? Əs-sələmu aleykum ya Abu Cəfər Allah səni xeyirlə mükafatlandırsın. Mən hesab edirəm ki, moderator səni şəhid edəcək, yəni band qoyacaq, lakin bu cür şəhidlərdən bu forumda mən çox olmuşam.... Allah onlara hidayət ilə əməllərini islah etsin. Amin
  13. Hədisin ərəbcəsini rica edirəm, altdan yazılan dəlillərə baxdım, amma bu hədisi t. bilmədim nədənsə Elə-belə danışmaq lazım deyil. Siz heç yerə baxmamısız! Ərəbcə istəyirsiz? Buyur: Səhih Buxari Kitab əl-Təfsir, hədis 4559 ـ حَدَّثَنَا مُسَدَّدٌ، حَدَّثَنَا يَحْيَى، عَنْ عِمْرَانَ أَبِي بَكْرٍ، حَدَّثَنَا أَبُو رَجَاءٍ، عَنْ عِمْرَانَ بْنِ حُصَيْنٍ ـ رضى الله عنهما ـ قَالَ أُنْزِلَتْ آيَةُ الْمُتْعَةِ فِي كِتَابِ اللَّهِ فَفَعَلْنَاهَا مَعَ رَسُولِ اللَّهِ صلى الله عليه وسلم، وَلَمْ يُنْزَلْ قُرْآنٌ يُحَرِّمُهُ، وَلَمْ يَنْهَ عَنْهَا حَتَّى مَاتَ قَالَ رَجُلٌ بِرَأْيِهِ مَا شَاءَ‏.‏ http://www.al-eman.com/hadeeth/viewchp.asp...=13&CID=134 Hörmətli "al-Fath" rica edirəm hədisi tərcümə edəndə düzgün tərzdə və onun fəslini də qeyd edin... Bunu qeyd edim ki, 4559-cu nömrəli hədisdə "mut'a" kəlməsi "təməttə'a" həccinə aid olunur. Çünki göstərilmiş hədisin başlığı altında olan "Ümrədən sonra həcc" fəsli zikir olunur, Eləcə də, müvəqqəti nigahdan heç bir bəhs olunmur. Ona görə ki, hədisin başlığı altında olan fəsli dəqiq fikir vermək lazımdır. " 33 ـ باب ‏{‏فَمَنْ تَمَتَّعَ بِالْعُمْرَةِ إِلَى الْحَجِّ‏}‏ حذف التشكيل" Bunu da qeyd edim ki, "təməttə'a"- həccin bir növü sayılır. Həccin növü iki hissəyə bölünür "Qiran" həcci və "təməttə" həcci. Peyğəmbərin (s. a.) özü Vida həccində qıran həcci etmişdir. Yəni ümrə ilə həcci birləşdirmişdir. Beləliklə Peyğəmbərin (s.ə.v) qıran həcci etmiş olduğunu bu mövzuda səhih və açıq iyirmiyə yaxın hədislər varid olmuşdur. Eyni ilə "təməttə" həcci haqqında Buxarı və Müslim, Səhihində İbn Ömərdən (r.a) rəvayət olunur. Bununla belə, "Qiran" həcci ehramda olarkən ümrə ilə həcci birləşdirilir. Lakin "təməttə" həcci isə ehrama girərkən ümrəni etdikdən sonra ehram çıxardılır və Qurban kəsilən günü ehrama girərək həccə niyyət olunur. Həmçinində mən Həccdə olarkən "təməttə'a" həcci etmişəm. Burada heç bir bəhs yoxdur. Hörmətli "al-Fath" qardaşım "mut'a"- kəlməsi sizi çaşdırmasın deyə həm ümrədən sonra "təməttə'a" həccinə, həm də müvəqqəti nigaha deyilir. Lakin Buxaridə qeyd olunan 4559-cu nömrəli hədisdə "mut'a" kəlməsi "təməttə'a" həccinə şamil olunur. Müvəqqəti nigahdan heç bir söhbət gedə bilməz. Müvəffəqiyyət tək Allahdandır.
  14. Əbdüləziz mən əvvəlki postumda Sizə yazdım ki, bu tema artıq müzakirə olunub və bunu bir də təkrar etməyin. Kimə lazımdırsa yerləşdirdiyim ssılkaya girib sizin cəfəhgiyatı oxuya bilər.
  15. Ümumi qaydalara görə qadının ərindən boşanmasını yalnız qazilər şurasından hakimlər təyin edə bilər. Lakin ən doğrusunu Allah bilir.
  16. İmam Əhməd, Allah rəsulu (s.ə.s) deyil və sözsüz ki, xəta edə bilər, çünki məsum deyil. İmam Əhməd (rahiməhullahi təalə) deyir: «Nə məni, (Yəni İmam Əhmədi) nə də Maliki və əş-Şafiini təqlid edin. Həmçinin əl-Auzaiini, əs-Saurini təqlid etməyin. Onların əxz etdiyi mənbələrdən siz də götürün» (əl-Fulani, İbn əl-Qayyim). "Əl-Ayzainin, Malikin, və Əbu-Hənifənin, fikirləri olaraq qalır. Onlar mənim üçün eynidirlər. Lakin dəlil sübut yalnız Quran və sunnədən axtarmaq lazımdır." (Əl-Cəmi, 2 cild, səh 149). ƏBU HƏNİFƏ (Allah ona rəhmət eləsin!) deyib: «Əgər Allah təalanın Kitabına və Peyğəmbərin –səllallahu aleyhi və alihi və səlləm- dediklərinə müxalif bir söz desəm, bu sözümü qəbul etməyin.» Bunuda qeyd edim ki, Allah rəsulunun (s.ə.s) sözlərindən başqa bütün sözlər rədd edilir. Müvəffəqiyyət tək Allahdandır. Ona bir qush, buna bir qush, o xetakardir, bu mushrikdir, Quran ve sunne deyib durmusunuz. QURANI basha dushmek bele asan olsaydi onda gerek savadli erebler hamisi momin olaydi. Indiki ereb dunyasi bunun eksini gosterir. Ona pak olanlardan bashqa hech kes toxunmaz, zikr ehlinden sorushun ayesi boshu boshuna nazil olub? Alimler menim seleflerimdir hedisi nahaqdan soylenilib? Hedisleri soyleyenlerinde, sherh edenlerinde heresine yuxarida qeyd etdiyim kimi bir miz qoyursunuz. Peyqember deyilsiniz ki, vehyiniz ola, mesum imam qebul etmirsiniz ki, xetasiz aliminiz ola, keramet qebul etmirsiniz ki, shirkdir. Bes yerde ne qaldi? Siz ve sheytan? Yoxsa bir iki dene mehelle alimleri, sheytan ve siz? ALLAH resulu olmaya sizinle sohbet edir xeberimiz yoxdur? Size bu mentiq axi hardandir? Ozunuzu Baki sheherinin ortasinda bedevi ereb formasina salib ona kafir, buna mushrik deyerek gunde bir esassiz iddiada bulunursunuz. Ele bilirsiniz peyqember bu cur gorunushle, bu cur dushunce terzi ile qelblere yol tapib? Bu cur dushunce terzi ile esrlerle islam alimleri kehsfler edib? Gozleriniz qan ile alishib yanir, meger peyqemberin (alayazubillah) gozlerinden qan damirdi, hami barede sui zenn edirdi? Hörmətli "Abu Sufyan ordusu" olan qardaşım bir az səbirli və təmkinli olun, çünki burada heç kim heç kəsi müşrik ilə kafir adlandırmır və sair... Əvvəla sələf deyəndə siz nəyi qəsd edirsiniz? Lakin sabit olunmuş rəvayətlərə görə hədis-əhlinə sələflər deyilib. Burada heç bir bəhs yoxdur. مَنْ عَمِلَ عَمَلاً لَيْسَ عَلَيْهِ أَمْرُنَا فَهُوَ رَدٌّ » . تحفة 17455 - 1718/18 Mövzu ilə əlaqədar olaraq Allah rəsulunun (s.ə.s) dediyi kimi: "Hər kim bizim bu dinimizdə olmayan bir yenilik edərsə və onu dinə qatmağa çalışarsa o əməllər ilə sözlər rədd edilir." (Səhih əl-Buxari 2697; Səhih Müslim 1718) "Biz Kitabda (Quranda) heç bir şeyi nəzərdən qaçırmadıq" (Ənam, 38). Bununla belə Quran və sunnədə ölüləri dua zamanı vasitəçi qərar verməyi açıq aşkar varid olunmayıb. Eyni zamanda bir başa bu haqda Allah rəsulundan (s.ə.s) heç bir şey qeyd olunmayıb. Beləliklə bu cür təvəssül etmək bidətdir və olduqca şirkə .ran yoldur. Müvəffəqiyyət tək Allahdandır.
  17. Sual: Ya Şeyx (Ey ağ saqqal ) bəzi zəlalət-əhli deyir ki: "bütlərə aid olan ayələri imamların qəbirlərə şamil edirsiniz" və bu doğru məlumatdırmı? Cabab olaraq deyirəm: Büt sözlərinə gəlincə isə 2 qismə bölünür: 1) "Sanəmun" "صنم" və onun cəm şəkilçisi isə "Əsnəmun" "أصنام" deyilir. 2) "Vəsənun" "وثن" və onun cəm şəkilçisi isə "Əausənun" "أوثان" deyilir. 1) Şərh: "صنم" "Sanəmun" kəlməsinin mənası budur ki, Allahdan başqa ibadət olunan bir məbub olaraq bir surətdir. Onun surəti insan sifəti şəklində təsvir olunur və yaxud heyvan cismi şəklində və ya heyvanın kəlləsi, ulduz şəkli, günəş və ay şəklində vəsf olunur. Beləliklə hər hansı bir surət ilahiləşdirib təsvir olunarsa bu surət büt adlanar. 2) Şərh: "وثن" "Vəsənun" kəlməsinin mənası budur ki, Allahdan başqa ibadət olunan surət şəkilində olmayan bir məbuddur. Deməli qəbirlərin heykələridir və bütlər deyildir. Yəni qəbirlərin başdaşıları idi. Eyni ilə müəyyən bir qisimdə olan müşriklər qəbirlərin başdaşıların heykəllərini ziyarət edirdilər və bütlər deyildir. Məsələn bütün alimlərin yekdiı rəyinə görə müşriklərin bütləri sayılan "Lat" deyilən bir şəxs ölündən sonra onun qəbrinin başında müşriklər toplanaraq ona ibadət etməyə başladırlar. Beləliklə "Lat" deyilən şəxsin qəbrinin üstündə müşriklər ona büt kimi ibadət etdirdilər. Necə ki, Quran-kərimdə İbrahimin (ə) dediyi kimi bütləri qəbirlərin başdaşılarının heykəlləri kimi qeyd etmişdir. وَقَالَ إِنَّمَا اتَّخَذْتُم مِّن دُونِ اللَّهِ أَوْثَاناً مَّوَدَّةَ بَيْنِكُمْ فِي الْحَيَاةِ الدُّنْيَا﴾ [العنكبوت:25] "(İbrahim onlara) dedi: "Siz aranızda ancaq dünya həyatına bəslədiyiniz vurğunluğa görə Allahı qoyub bütlərə pərəstiş etdiniz." (Ənkəbut, 25). Bu məsələ ilə bağlı müəyyən elim-əhlindən olan bir hissə demişlər ki, müşriklər bütlər ilə qəbirlərin başdaşıları olan heykəllərə ibadət etmişlər. Çünki bəzi ayələrdə bütlər ilə qəbirlərin başdaşıları qeyd olunur. Yəni "Sanəmun" ilə "Vəsənun" kəlmələri zikir olmuşdur. Eləcə də bütlər ilə qəbirlərin başdaşılarına ibadət olunan kimi qələmə almışlar. Eyni ilə "Vəsənun" "وثن" kəlməsinə gəlincə isə ilk öncə göstərilir: Çünki o məbud kimi göstərmişdir. Bundan ötəri peyğəmbər (s.ə.s) demişdir: «اللّهُمّ لاَ تَجْعَلْ قَبْرِي وَثَناً يُعْبَدُ» «Allahım mənim qəbrimi ibadətkag olunan məbuda çevirmə» Deməli peyğəmbər (s.ə.s) Allahı çağırıb ki, onun qəbrini məbud etməsin və həmçinin hədisin mətnində "وَثَناً" "vəsənən" kəlməsi zikir olunur. Beləliklə "vəsənən" kəlməsinin mənası məhz qəbirlərə ibadət olunan büt kimi qəsd olunur. Çünki peyğəmbər (s.ə.s): «Allahım mənim qəbrimi ibadətkag olunan (وَثَناً vəsənən) məbuda çevirmə» deməsi açıq aşkar buna dəlalət edir. Müvəffəqiyyət tək Allahdandır.
×
×
  • Создать...