Прочитайте статусы и обязанности министерств.
где прочитать, есть ссылки?
Прочитайте внимательно свою ссылку. Там мошенники выдают себя за…….и т.д.
"... сотрудников структур государственной власти "
и что МВД этим не занимается выходит?
мы долго спорить будем, поэтому прочитайте статусы и сами всё поймёте. МВД тоже может разоблачить, но это дело МНБ.
Могуть разоблачать оба министерства (Предотвращение раскрытие)
Maddə 1. Əməliyyat-axtarış fəaliyyətinin anlayışı, məqsədləri və vəzifələri
I. Əməliyyat-axtarış fəaliyyəti - müvafiq dövlət orqanları tərəfindən aşkar və qeyri-aşkar üsullarla bu Qanunla müəyyən edilmiş tədbirlərin həyata keçirilməsidir.
II. Əməliyyat-axtarış fəaliyyəti insan həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, hüquqi şəxslərin qanuni mənafelərini, dövlət və hərbi sirrini, habelə milli təhlükəsizliyi cinayətkar qəsdlərdən müdafiə etmək məqsədi ilə həyata keçirilir.
III. Əməliyyat-axtarış fəaliyyətinin vəzifələri aşağıdakılardır:
1) hazırlanan və törədilən cinayətlərin qarşısının alınması;
2) törədilmiş cinayətlərin aşkar edilməsi və açılması;
3) cinayətləri hazırlayan, törədən və ya törətmiş şəxslərin müəyyən edilməsi;
4) məhkəmə, istintaq və təhqiqat orqanlarından gizlənən, cəza çəkməkdən boyun qaçıran və ya itkin düşən şəxslərin axtarılması;
5) naməlum meyitlərin şəxsiyyətinin müəyyən edilməsi.
Maddə 6. Əməliyyat-axtarış fəaliyyəti subyektlərinin vəzifələri
Bu Qanunun 1-ci maddəsində göstərilən məqsədlərə nail olmaq üçün əməliyyat-axtarış fəaliyyəti subyektlərinin aşağıdakı vəzifələri vardır:
1) insan və vətəndaş hüquq və azadlıqlarının, fiziki və hüquqi şəxslərin qanunla müdafiə olunan mənafelərinin, ictimai və dövlət təhlükəsizliyinin qorunması üçün öz səlahiyyətləri daxilində bütün qanuni tədbirləri görmək;
2) əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair məhkəmə qərarlarını, istintaq orqanlarının qərarlarını və ya cinayət işləri üzrə yazılı tapşırıqlarını, habelə əməliyyat-axtarış fəaliyyətinin səlahiyyətli subyektlərinin qərarlarını yerinə yetirmək;
3) əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş məlumatları, onların mənbəyini və əldə edilməsi üsullarını yaymadan, konkret cinayət işi üzrə təhqiqatı və ya istintaqı .ran şəxsə və yaxud məhkəməyə vermək;
4) Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən xarici dövlətlərin hüquq-mühafizə orqanlarının və müvafiq beynəlxalq təşkilatlarının sorğularına cavab vermək;
5) Azərbaycan Respublikasının ərazisində əməliyyat-axtarış fəaliyyətinin digər subyektlərinin səlahiyyətinə aid olan faktların aşkar edildiyi təqdirdə təxirəsalınmaz tədbirlər keçirməklə onları xəbərdar etmək və lazımi kömək göstərmək;
6) əməliyyat-axtarış fəaliyyətini həyata keçirərkən konspirasiya qaydalarına riayət edilməsi üçün müvafiq tədbirlər görmək;
7) öz qulluq mövqeyinə görə məxfi məlumatlara və ya xüsusi icazə tələb edən işlərə buraxılan şəxsləri yoxlamaq;
8) öz əməkdaşlarının, onların yaxın qohumlarının, əməliyyat-axtarış fəaliyyəti subyektlərinə kömək edən şəxslərin, onların yaxın qohumlarının, habelə cinayət prosesi iştirakçılarının, onların yaxın qohumlarının şəxsi təhlükəsizliyini və əmlakının hüquqa zidd qəsdlərdən qorunmasını təmin etmək;
9) hər hansı şəxslə əməkdaşlığın məxfiliyini və anonimliyini təmin etmək;
10) hadisələrin, faktların, əşyaların və digər informasiya mənbələrinin əməliyyat uçotunu .rmaq.