rena73
Members-
Публикации
52 -
Зарегистрирован
-
Посещение
Все публикации пользователя rena73
-
Bir neçə ayə 2:255. Allah başqa heç bir tanrı yoxdur. əbədi, əzəli varlıq Odur. O nə mürgü, nə də yuxu bilər. Göylərdə və yerdə nə varsa Onundur. Allahın izni olmadan Onun yanında kim şəfaət edə bilər? O, bütün yaranmışların keçmişini və gələcəyini bilir. Onlar Allahın elmindən Onun Özünün istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun kürsünü göyləri və yeri əhatə etmişdir. Bunları mühafizə etmək Onun üçün heç də çətin deyildir. Ən uca, ən böyük varlıq da Odur! 26:79. Məni yedirdən də, içirdən də Odur! 26:80. Xəstələndiyim zaman mənə yalnız O, şəfa verir. 6:1. Göyləri və yeri (yoxdan) xəlq edən, zülmətləri və nuru yaradan Allaha həmd (şükür və tərif) olsun!.. Bəzi insanlar belə düşünür ki, Allah insana bir neçə yol göstərir, o isə birini seçir.Bu, cüzi iradə məsələsidir. Mənim fikrimcə, insan cüzi iradəyə malik deyil. Allah hər şeyi qədərdə müəyyən edib. Atdığımız addımı, dediyimiz sözü də, aldığımız nəfəsidə Allahın izni olmadan edə bilmərik.
-
Məni başa düşmədiniz. Çaşmamaq üçün aydınlıq gətirmirəm. Maillə ayələri tanışıma göndərdim. Ümid edirəm ki, cavab bizi qane edər. İnşaallah Yenə də heç nə başa düşmədiim Nə isə, gözləyirik. Sadəcə yazdığınız ayələrin nə məqsədlə yazdığınızı başa düşmədim Cavab budur. Amma mən o qədər də anlamadım. Sizə aydın oldusa, mənə də deyin. Onu da yazıb ki, Qurani-Kərimdə hər ayə ancaq bir mənanı daşımır. Doğrusunu Allah bilir Münafıklar diyorlar ki; “Onlara geri döndüğünüzde size özür belirttiler, şeytandan Allah’a sığınırım. Tevbe Suresi 94, “De ki: “Özür belirtmeyiniz,”. Münafıklar hep özür belirtirler ya kusura bakma oldu bir kere falan “size kesin olarak inanmıyoruz.” Bir kere münafığa kesinlikle inanılmaz. Hiçbir şekilde güvenilmez. “Allah bize, durumunuzu haber vermiştir.” Bize de Kuran’la haberlerini veriyor ve hadislerle. “Yaptıklarınızı Allah görecektir,” yani bütün yaptığınız pislikleri Allah görüyor diyor, münafıklara. “O'nun elçisi de.” Mehdi (a.s.) da, Peygamberimiz (s.a.v.) de. “Sonra gaybı da, müşahede edilebileni de bilene döndürüleceksiniz” Yani görünen ve görünmeyene yani bilinmeyene, Allah’a döneceksiniz “O, yaptıklarınızı size haber verecektir." Yani münafıklara yaptıkları haber verilecektir ne demektir biliyor musun? Perişan olacaklar demektir. “Onlara geri döndüğünüzde kendilerinden vazgeçmeniz için Allah'a and içecekler.” Bütün münafıklardan intikam alınacaktır Mehdi (a.s.) döneminde. Rezil rüsva olacaklardır.
-
2:115. Şərq də, Qərb də Allahındır: hansı tərəfə yönəlsəniz Allah oradadır. Şübhəsiz ki, Allah (öz mərhəməti ilə) genişdir, (O, hər şeyi) biləndir! 4:126. Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Allah hər şeyi ehtiva etmişdir. 41:54. (Ya Peyğəmbər!) Bil ki, onlar öz Rəbbi ilə qarşılaşacaqları barədə şəkk-şübhə içindədirlər. Və yenə bil ki, O hər şeyi ehtiva edəndir!
-
Bu da təzə məsələdir? Atasının niyə? Ömrümüz bizə verilən möhlətdir. Heç kəs o birinin yerinə cavab verməyəcək. İstər atası olsun, istər anası. Valideyn dünyanı fani dünyanı tərk etdikdən sonra böyük oğun boynuna valideynın qılmadığı namazlar da gəlir АTА-АNАNIN BÖYÜK ОĞULА VАCİB ОLАN QӘZА NАMАZI Әgәr аtа müәyyәn üzrlü sәbәblәrә görә nаmаzını qılmаmış оlsа, böyük оğulа vаcibdir ki, оnun vәfаtındаn sоnrа оnlаrın qәzаsını еtsin, yахud dа hәmin nаmаzlаrı qılmаq üçün әcir tutsun. Hаbеlә, әgәr аtа, оrucunu хәstәlik, yахud sәfәrdә оlduğu üçün tutmаyıbsа vә sаğlığındа dа qәzаsını tutmаq mümkün оlmаyıbsа, böyük оğul оnun vәfаtındаn sоnrа qәzаsını tutmаlıdır. M:1409. Еhtiyаt-vаcib budur ki, böyük оğul аnаsının dа оruc-nаmаzlаrının qәzаsını yеrinә yеtirsin. M:1410. Böyük оğulа, аtа-аnаnın özlәrinin qәzаyа gеtmiş nаmаzlаrı vаcibdir; аmmа оnlаrа icаrә vә s. sәbәbilә vаcib оlаn nаmаzın qәzаsı, yахud оnlаrın dа öz аtа-аnаsının böyük оğulа vаcib оlаn оruc-nаmаzlаrı, böyük оğulа vаcib dеyil. M:1411. Mеyyitin nаmаzının qәzаsı оğlunun оğlunа (nәvәsinә) әgәr mеyyit ölәn vахtdа, hаmıdаn böyük оlsа, vаcib dеyil. Еhtiyаt-vаcib budur ki, mеyyitin övlаdı yохdursа, nаmаzlаrının qәzаsını о (nәvәsi) yеrinә yеtirsin. M:1412. Böyük оğulun, аtаnın, yахud аnаnın vәfаtı zаmаnı hәddi-büluğа çаtmаsı lаzım dеyil. Hәttа uşаq dа оlsа, hәddi-büluğа çаtаndаn sоnrа qәzаlаrı yеrinә yеtirmәlidir. О dа hәddi-büluğа çаtmаzdаn qаbаq ölsә, оndаn sоnrаkı övlаdа vаcib dеyil. M:1413. Әgәr övlаdlаrdаn biri yаşcа, bаşqаsı isә hәddi-büluğ cәhәtindәn böyük оlsа, nаmаzlаrın qәzаsı birinciyә vаcibdir. M:1414. Böyük оğulun mеyyitin mаl-dövlәtini irs аpаrmаsı lаzım (ilzаmi) dеyil. Hәttа әgәr (müәyyәn sәbәblәrә görә–qәtl, küfr vә s.) irsdәn mәhrum еdilmiş оlsа dа[21] bеlә qәzаsı vаcibdir. M:1415. Övlаdlаrdаn hаnsının böyük оğul оlmаsı mәlum оlmаzsа, qәzаlаrı yеrinә yеtirmәk оnlаrın hеç birinә vаcib dеyil. Аmmа еhtiyаt-müstәhәb budur ki, аtа-аnаnın оruc-nаmаzlаrını öz аrаlаrındа bölsünlәr, yахud dа püşk аtmаqlа оnlаrdаn biri bu işlәri yеrinә yеtirmәk üçün tәyin еdilsin. M:1416. Әgәr mеyyit, оnun qәzа оruc-nаmаzlаrı üçün әcir tutulmаsını vәsiyyәt еtmiş оlsа, әcir tutulаn şәхs dә оnun оruc-nаmаzlаrını sәhih tәrzdә yеrinә yеtirsә, böyük оğulа hеç nә vаcib dеyil. Hәmçinin bir kәs mеyyitin оruc-nаmаzlаrını pulsuz qәzа еtsә (böyük оğulа vаcib dеyil). M:1417. Nаmаzı ucаdаn vә yа аstаdаn охumаqdа böyük оğul öz vәzifәsinә әmәl еtmәlidir: yәni, sübh, mәğrib vә işа nаmаzlаrının ilk iki rәkәtini ucаdаn qılmаlıdır–hәttа әgәr аnаsının qәzа nаmаzlаrını dа qılsа. M:1418. Әgәr iki оğlаn еkiz оlsаlаr, hаnsı dаhа tеz dоğulubsа о böyük sаyılır–hәttа о birisinin nütfәsi dаhа tеz mаyаlаnmış оlsа dа. M:1419. Әgәr bir kәs nаmаz qılmаğın mümkün оlduğu miqdаr vахt kеçәndәn sоnrа, nаmаz vахtındа ölsә, о nаmаzın qәzаsı böyük оğulа vаcibdir. M:1420. Әgәr mеyyitin böyük оğlu оlmаsа, yахud böyük оğul qәzаlаrı yеrinә yеtirmәdәn ölsә, sаir övlаdlаrа qәzа vаcib dеyil. Әgәr qәzаlаrını yеrinә yеtirmәyi vәsiyyәt еtmiş оlsа, оnun mаlının üçdә birindәn vәsiyyәtә әmәl оlunmаlıdır. daha ətraflı -------->АTА-АNАNIN BÖYÜK ОĞULА VАCİB ОLАN QӘZА NАMАZI 17:110. .... (Ya Peyğəmbərim!) Namaz qılarkən səsini nə çox qaldır, nə də çox alçalt. Bunun (bu ikisinin) arasında orta bir yol tut! İnsan öləndən sonra allah qarşısında hesab vermirmi? Sonra da əməllərinin nəticəsi olaraq Cənnətə və ya Cəhənnəmə əbədi olaraq düşmürmü? Mənim bu dünyada onun qəza namazlarını qılmağımın ona nə xeyri?
-
Bu da təzə məsələdir? Atasının niyə? Ömrümüz bizə verilən möhlətdir. Heç kəs o birinin yerinə cavab verməyəcək. İstər atası olsun, istər anası.
-
Arının genetik kodu Canlıların genetik şifrəsi olan DNT-lər xromosomlar üzərində qurulmuşdur. Məsələn, Dünyadakı bütün arıların xromosom sayı eynidir. Ümumiyyətlə, heyvanların dişisində və erkəyində bərabər sayda xromosom var. Lakin arının vəziyyəti, digərlərindən bir az fərqlidir. Çünki erkək arı 16 tək xromosoma, dişi arı 16 cüt xromosoma malikdir. Arı bu baxımdan -xromosom sayı baxımından- fərqlidir. Bu fərqliliyə Quranda Nəhl surəsində işarə edilə bilər. (Ən doğrusunu Allah bilir.) Quranda "arı" mənasını verən "Nəhl" adlı surə tam 16-cı surədir. Eyni zamanda, arı da 16 xromosomlu bir canlıdır. Halley ulduzu Müasir astronomiyadakı əhəmiyyətli inkişaflardan biri, Halley kometasının kəşfidir. Edmund Halley adlı alim bu ulduzun 76 illik dolanma müddəti olduğunu XVIII əsrdə ortaya qoymuşdur. Edmund Halley bu kəşfi ilə, kometaların astronomik orbitlərini də açıqlığa çıxarmışdır. "Halley" adı ilə xatırlanan bu ulduzun adı Quranda diqqət çəkici bir şəkildə Ənam surəsinin 76-cı ayəsində keçməkdədir: Gecə qaranlığı (onu) bürüdükdə o, bir ulduz görüb: “Bu mənim Rəbbimdir!” dedi. (Ulduz) batdıqda isə: “Mən batanları sevmirəm”, söylədi. (əl-Ənam surəsi, 76) "Halley" sözünü meydana gətirən hərflər Quranda ilk dəfə bu ayədə keçməkdədir. Üstəlik bu ayədə "itib gedən" bir ulduzdan bəhs edilməsi də son dərəcə mənalıdır. Bundan başqa, ayədə "ulduz" mənasını verən ərəb dilində "kəvkəba" sözü də, "Halley" hərflərinin yaxınında iştirak etməkdədir: Bu ayənin nömrəsi olan 76 sayı da ulduzun dönmə müddəti olan 76 ilə işarə edilə bilər. (Doğrusunu Allah bilir.) Ayənin nömrəsi olan 76 sayı, Halley ulduzunu təmsil edir, çünki Halley ulduzu 76 ildə bir Dünyadan görünür, yəni orbitini 76 ildə bir tamamlayar. Bu səbəblə, Halley ulduzunun Quranda ilk olaraq 76-cı ayədə keçməsi Allahın bir möcüzəsidir. Qum təpələri və Mars planeti Qurandakı "Əhqaf" surəsi "qum təpələri" mənasını verməkdədir. Astronomiyada Mars deyildiyində ağıla ilk gələn xüsusiyyətlərindən biri, Marsdakı yüksək qum yığınları, yəni nəhəng "qum təpələri"dir. Mars bu xüsusiyyəti ilə digər planetlərdən fərqlidir. Əhqaf surəsinin 23-cü ayəsindəki hərflərin düzülmələrinə baxdığımızda isə, ərəb dilində Mim, Əlif, Rə və Sin hərflərinin yan-yana gələrək Mars sözünü meydana gətirməsinin şahidi oluruq. Bu hərflərin Marsın xüsusiyyətlərindən biri olan və "qum təpələri" mənasını verən Əhqaf surəsində iştirak etməsi son dərəcə diqqət çəkicidir. Üstəlik yalnız Mars deyil, eyni zamanda, Marsın peyki olan göy cismi "Deimos" sözü də bu surədə yan-yana keçməkdədir. Marsın ətrafında dönən "Deimos" adlı göy cisminə aid hərflər, Əhqaf surəsinin 30-cu ayəsində yan-yana gəlməkdədir. Bütün bunlar zamandan münəzzəh Rəbbimizin Dərgahında təcəlli edən sonsuz elm və məlumatının nümunələrindəndir.
-
Möminin vəzifəsi bütün həyatı boyu Allaha qulluq etməkdir. Allaha olan qulluğun xaricində başqa bir məntiqlə qurulmuş həyat, Allahı inkar etmək və ya Ona ortaq qoşmaq mənasını verir ki, bu davranışın sonu cəhənnəm ola bilər. Başqa cür desək dünya həyatı mömin üçün vasitə olmalıdır. Mömin, həyatın hər bir hissəsini Allaha yaxınlaşmaq və Onun dininə xidmət etmək üçün vasitə olaraq görməlidir. Əgər vasitə məqsəd halına gəlirsə (inkarçılar belə edir) o halda ortada böyük bir təhlükə olduğu aydın olur. Mömin, Allaha qulluq etmək üçün yaşayır və o, dünyadan çoxdan imtina etmişdir. Allah bu vəziyyəti Quranda belə açıqlayır: Doğrudan da, Allah möminlərdən, Cənnət müqabilində onların canlarını və mallarını satın almışdır. (Çünki) onlar Allah yolunda vuruşub öldürür və öldürülürlər. (Bu, Allahın) Tövratda, İncildə və Quranda Öz öhdəsinə götürdüyü bir vəddir. Allahdan daha yaxşı əhdini yerinə yetirən kimdir? Elə isə sövdələşdiyiniz alış-verişə görə sevinin. Məhz bu, böyük uğurdur. (Tövbə Surəsi, 111) Möminlər mallarını və canlarını Allaha həsr etmişlər. Bu səbəbdən malları və ya canlarını Allah yolunda xərcləməkdən çəkinməzlər. Allah nəyi əmr edirsə, onu şövqlə edərlər. Allah bir nemət versə, ondan istifadə edər və Rəbbimizə şükr edərlər. Belə bir mömin heç bir fədakarlıqdan çəkinməz və dünyadakı heç bir şey onu mübarizədən uzaqlaşdırıb məşğul edə bilməz. Allahın əmrini yerinə yetirmək üçün dünyanın ən gözəl nemətlərini bir kənara qoyub bir anda özünü ölüm təhlükəsinə atmağa da hazırdır. Buna zidd olan davranışın sonu isə peşmanlıqdır. Allah ayədə bu hökmü verir: De: “Əgər atalarınız, oğullarınız, qardaşlarınız, zövcələriniz, yaxın qohumlarınız, qazandığınız mallar, iflasa uğramasından qorxduğunuz alış-verişiniz və bəyəndiyiniz məskənlər sizə Allahdan, Onun Elçisindən və Onun yolunda cəhd etməkdən daha əzizdirsə, Allah Öz əmri ilə gəlincəyə qədər gözləyin. Allah günahkarları doğru yola yönəltməz”. (Tövbə Surəsi, 24)
-
Amma bir nüans da var. Peyğəmbərimiz bunu da deyib: Mənim sözümü Quranla tutuşdurun, uyğundursa mənim sözümdür, uyğun deyilsə, mənim sözüm deyil.
-
Məni başa düşmədiniz. Çaşmamaq üçün aydınlıq gətirmirəm. Maillə ayələri tanışıma göndərdim. Ümid edirəm ki, cavab bizi qane edər. İnşaallah Yenə də heç nə başa düşmədiim Nə isə, gözləyirik. Sadəcə yazdığınız ayələrin nə məqsədlə yazdığınızı başa düşmədim Maşaallah hər mövzuya dair məlumatınız var. Maddəyə də münasibətinizi bildirsəydiniz, yaxşı olardı
-
Mən biləni, İsa peyğəmbər Mehdi əleyhissalama kömək etmək üçün göndəriləcək. Xristianlar onun vasitəsilə islamı qəbul edəcək.Yəhudilər isə Musa peyğəmbərin sandığı və Tövratın əsli tapıldıqdan sonra islamı qəbul edəcəklər. İslam dünyaya hakim olacaq. Dünyanın da tək hakimi Mehdi olacaq. Bir hədisdə deyildiyi kimi, dünya necə haqsızlıqla dolub-daşmışdısa, eləcə də ədalətlə dolub-daşacaq. Doğrudur?
-
Niyə başa düşmürsünüz? Mən iddia etmirəm. Sualıma cavab axtarıram. Zənnimə görə, bəli, vaxtında qılınmayan namaz, doğrusunu Allah bilir, qəbul deyil. Doğrudur, Quranı və Peyğəmbərin sünnəsini rəhbər etmək lazımdır. Xahiş edirəm, mənə tutarlı və əsaslı cavab verin. Yazılarınızdan dini bigilərinizin kifayət qədər olduğunu görürəm.
-
Baxın, yenə çevirirsiniz sözümü. Axı harada yazılıb qəza namazı? Sizcə, Allah deyə bilməzdi ki, hansı səbəblərdə qəza namazı qılmaq olar? 18:109. de: “Əgər Rəbbimin sözlərini yazmaq üçün dərya mürəkkəb olsaydı və bir o qədər də ona əlavə etsəydik, yenə də Rəbbimin sözləri tükənmədən öncə onlar tükənərdi!”
-
Məni başa düşmədiniz. Çaşmamaq üçün aydınlıq gətirmirəm. Maillə ayələri tanışıma göndərdim. Ümid edirəm ki, cavab bizi qane edər. İnşaallah
-
Quranda hər yerdə namazın vaxtlı-vaxında qılınması vacib buyurulmuşdur. Və yenə də Quranda mən qəza namazına rast gəlmirəm. Allah isə bizi Quranla hesaba çəkəcək. 4:101. Səfərə çıxdığınız zaman kafirlərin sizə zərər yetirəcəklərindən qorxarsınızsa, namazı qısaltmaq sizə günah hesab edilməz. Həqiqətən kafirlər sizinlə açıq düşməndirlər. 4:102. (Ya Rəsulum!) Sən (əsgərlərin) içərisində olub onlara namaz qıldırdığın zaman onlardan bir dəstə silahlarını (özlərilə) götürsünlər. səcdə edən kimi sizin arxanıza (düşmənin önünə) keçsinlər. Sonra o biri dəstə öz ehtiyat vasitələrini və silahlarını götürərək gəlib səninlə birlikdə namaz qılsın! Kafirlər istərdilər ki, sizin silahlarınızdan və mallarınızdan heç bir xəbəriniz olmayaydı və onlar da sizin üzərinizə birdəfəlik (qəfil bir hücumla) basqın edəydilər. Yağışdan əziyyət çəkdiyiniz, yaxud xəstə olduğunuz zaman silahlarınızı yerə qoymaq sizə günah deyildir, lakin ehtiyatınızı gözləyin! Şübhəsiz ki, Allah kafirlər üçün alçaldıcı əzab hazırlamışdır! Hətta peyğəmbərimizə bu ağır şəraitdə belə namazın vaxında qılınması fərz buyurulmuşdur. Tanışlarım tez-tez qəza edirlər. İşim vardı, sübh namazına dura bilmədim deyirlər. Mən isə bunun doğru olduğunu düşünmürəm. Peyğəmbərimiz ən ağır zamanlarında belə ibadətini vaxinda edirdi. Allaha ibadətdən vacib nə işimiz ola bilər ki.. Bu dünyada keçərli ola bilər bu sözlər, axı Allaha cavab verəndə bəhanə gətirə bilməyəcəyik.
-
Bilmirdim, hədisi dəqiq yaza bilərsiniz?
-
Sualınız çox maraqlıdır. Düzdür, sizə qarşı yazılar oxudum. Amma bu ayələrə fikir verib, ayırmısınız, maşaallah, nə deyim. Cavabım yoxdur, amma maraqlanaram. Bilmirəm aidiyyəti var, yoxsa yox, bir ayə deyim. 58:22. (Ya Peyğəmbər!) Allaha və axirət gününə inanan heç bir tayfanın Allah və Onun Peyğəmbəri əleyhinə çıxanlarla – öz ataları, oğulları, qardaşları, yaxın qohumları olsalar belə - dostluq etdiyini görməzsən. Onlar elə kimsələrdir ki, Allah onların qəlblərinə iman yazmış və Öz dərgahından onlara ruh vermişdir... Qeyd etdiyimə fikir verin. Allahın ruhunu yalnız mömin bəndələr daşıyır. 2:18. Onlar kar, lal və kordurlar (haqqı eşitməz, danışmaz və görməzlər). Buna görə də (öz pis adətlərindən, yaramaz əməllərindən) dönməzlər. 16:21. Onlar ölüdürlər, diri deyillər və nə vaxt diriləcəklərini də bilməzlər.
-
1905-ci ildə Albert Einstein işığın kvantalara, yəni enerji porsiyalarına sahib olduğu iddiasını ortaya atdı. Bu enerji porsiyalarına foton adı verilirdi. Zərrəcik olaraq adlandırılsalar da fotonlar 1860-larda James Clerk Maxwell’in iddia etdiyi kimi dalğa hərəkətinə bərabər şəkildə müşahidə edilə bilirdi. Bu səbəbdən işıq, dalğa və zərrəcik arasında keçid kimi idi.(1) Ancaq bu vəziyyət, Newton fizikası baxımından olduqca böyük ziddiyyət kəsb edirdi. Einstein'dən sonra alman əsilli fizik Max Planck, işıq üzərində çalışmalar .raraq işığın həm dalğa, həm də zərrəcik halında olduğunu söylədi və bütün elm dünyasını təəcübləndirdi. Kvant nəzəriyyəsi adı altında ortaya atdığı bu nəzəriyyəyə görə enerji düz və davamlı deyil, kəsik, qopuq və nöqtəvari porsiyalar halında yayılırdı. Bu düşüncə Planck sabiti olaraq riyaziyyata köçürüldü. Kvant hadisəsində işıq həm maddə, həm də dalğa xüsusiyyəti göstərirdi. Foton deyilən maddəyə kosmosda dalğa yoldaşlıq edirdi. Yəni işıq kosmosda dalğa kimi, qarşısına maneə çıxdıqda isə aktiv zərrəcik kimi davranırdı. Başqa sözlə işıq, qarşısına maneə çıxana qədər enerji şəklinə bürünür, maneə ilə qarşılaşdığında isə sanki maddi varlığı varmış kimi qum dənələrinə oxşar şəkildə zərrəciklər formasını alırdı. Bu nəzəriyyə Planck'dan sonra Albert Einstein, Niels Bohr, Louis De Broglie, Erwin Schroedinger, Werner Heisenberg, Paul Adrian Maurica Dirac və Wolfgang Pauli kimi elm adamları tərəfindən inkişaf etdirildi. Hər birinə bu böyük kəşfdən ötrü Nobel mükafatı verilib. Elm adamları, artıq maddənin cansız, kor və anlaşılmaz zərrəciklər olduğuna inanmırdılar. Başqa sözlə desək kvant fizikası materialist məna daşımırdı. Çünki maddənin özündə maddi olmayan bir şeylər vardı. Einstein, Phillip Lenard və Compton işığın dənəcik quruluşunu araşdırarkən, Luis De Broglie də dalğaların quruluşunu araşdırmağa başladı. Broglie'nin kəşfi isə fövqəladə idi. .rdığı çalışmalar nəticəsində atom altı zərrəciklərin də dalğa xüsusiyyətləri göstərdiklərini müşahidə etmişdi. Elektron, proton kimi zərrəciklər də özlərini dalğa kimi .rırdılar. Yəni materializmin mütləq maddə olaraq təyin etdiyi atomun içində materialistlərin inancının əksinə maddə deyil, əslində var olmayan enerji dalğaları vardı. Atomun içindəki bu kiçik zərrələr eynilə işıq kimi istədikləri zaman dalğa kimi davranır, istədikləri zaman da zərrəcik xüsusiyyəti göstərirdilər. Yəni materialist şərhə görə atomun içində "mütləq şəkildə var olan maddə", materialistlərin proqnozlarının əksinə bəzən görünən olur, bəzən də yox olurdu. Bu mühüm kəşf gerçək dünya zənn etdiyimiz görüntülərin kölgə varlıq olduğunu, maddənin fizikadan tamamilə uzaqlaşdığını və metafizikaya yönəldiyini göstərirdi. (2) Fizik Richard Feynman, atom altı zərrəciklər və işıqla bağlı bu maraqlı gerçəyi bu sözlərlə açıqlayır: "Elektronların və işığın necə davrandıqlarını artıq bilirik. Necə davranırlar? Zərrəciklər kimi davrandıqlarını söyləsəm səhv təəssürata gətirib çıxarmış olaram. Dalğa kimi davranırlar desəm, yenə eyni şey. Onlar özlərinə xas, bənzəri olmayan şəkildə hərəkət edirlər. Texniki olaraq buna "kvant mexaniki davranış forması" deyə bilərik. Bu, daha əvvəl gördüyünüz heç bir şeyə bənzəməyən davranış formasıdır... Ən azından belə bir sadələşdirmə edə bilərik: elektronlar müəyyən mənada eynilə fotonlar kimi davranırlar; ikisi də eyni şəkildə "əcaibdir". Necə davrandıqlarını qəbul etmək təxəyyül tələb edir; çünki qəbul edəcəyiniz şey bildiyiniz hər şeydən fərqlidir... Bunun niyə belə olduğunu heç kim bilmir. "(3) Bütün bunları yekunlaşdırsaq, kvant mexanikaçılarının söylədikləri obyektiv (həqiqi) dünyanın bir illuziya olduğu idi.(4) Max Planck Institude of Physics (Max Planck Fizika İnstitutu) idarəçisi prof. Hans-Peter Dürr bu gerçəyi belə təqdim edir: Maddə hər nədirsə, maddədən hazırlanmamışdır.(5) 1. George Gilder http://www.taemag.com/issues/articleid.170...icle_detail.asp 2. David Pratt http://www.theosophy-nw.org/theosnw/science/prat-mat.htm 3. Richard Feynman, The Character of Physical Law, Türkçe baskı: Fizik Yasaları Üzerine, TÜBİTAK Yayınları, s. 149-151 - http://www.zamandayolculuk.com/cetinbal/kopenhag.htm 4. Thomas J. McFarlane, "The Illusion of Materialism" http://www.integralscience.org/materialism/materialism.htm 5. Peter Russell, The Primacy of Consciousness, http://www.peterussell.com/SP/PrimConsc.html
-
Xahiş edirəm, mənə deyin, qəza namazı var, yoxsa YOX!
-
Doğrudur, adı keçən yeganə qadındır, amma bəhsi keçən yox. Hz. Fatimeyi Zəhranın, inşaallah, fəzilətli olmasına inanıram. Bir də onu da deyim ki, kimin daha fəzilətli olduğunu Allah bilir, bəndə yox.
-
Peyğəmbər (s) buyurub ki, namazı mənim tək qılın. Əlbəttə ixlas da vacib məsələdir. Ancaq siz qiblənin əksinə namaz qıla bilərsiz? Siz niyə sözümü belə çevirirsiniz, başa düşmədim. Allah qiblənin istiqamətini Quranda bildirmiş və vacib bilmişdir. Əllərin bağlı və açıq olması barədə mənə bir ayə göstərin.
-
"Xarici dünya"nın maddi həqiqətə sahib olmadığı və Allahın davamlı olaraq ruhumuza göstərdiyi görüntülərdən ibarət olduğu elmi və məntiqi həqiqətdir. Bununla yanaşı insanlar ümumiyyətlə "xarici dünya" anlayışına hər şeyi daxil etmir və ya etmək istəmirlər. dünya yalnız insanı sınamaq üçün yaradılan görüntülər cəmidir. İnsanlar qısa həyatları boyunca həqiqətdə, maddi əsli olmayan hisslərlə sınanırlar. Bu hisslər isə əsasən möhtəşəm və cazibədar göstərilir. Bu həqiqiət, Quranda belə xəbər verilir: "Qadınlar, uşaqlar, qızıl-gümüş yığınları, yaxşı cins atlar, mal-qara və əkin yerləri kimi nəfsin istədiyi və arzuladığı şeylər insanlara gözəl və cazibədar göstərilmişdir. Bunlar dünya həyatının keçici zövqüdür, gözəl dönüş yeri isə Allah qatında olandır." (Ali imran Surəsi, 14) İnsanların çoxu sahib olduqları ya da olmağa çalışdıqları malların, pulların, yığdıqları qızılların, gümüşlərin, ləl-cəvahiratların, kredit kartlarının, istifadə etdikləri şkaf dolusu paltarların, son model avtomobillərin, bir sözlə hər cür zənginliyin sehriylə dinlərini bir kənara qoyur, axirəti unudur və yalnız dünyaya yönəlirlər. "İşim var", "idealarım var", "məsuliyyətim var", "vaxtım azdır", "vacib işlərim var", "sonra edərəm" deyərək, dünyanın "bər-bəzəkli və cazibədar" üzünə aldanaraq namaz qılmaz, mallarını kasıblara verməz, axirətdə qazanc əldə etməyə vasitə olan ibadətlərə yönəlməzlər. Əksinə, yalnız dünyada qazanc əldə etməyə çalışaraq ömürlərini sərf edərlər. "Onlar dünya həyatının görünən tərəfini bilir, axirətdən isə büsbütün qafildirlər." ayəsində məhz bu aldanma təsvir edilir. (Rum Surəsi, 7) İnsan, bu izah edilənlər haqqında bir az dərin düşünsə, bu cür qeyri-adi, heyrətamiz həqiqəti özü də açıq-aydın dərk edər. Bilməliyik ki, "dünya" dediyimiz görünütüləri yaradan Allah olduğuna görə bu dünyadakı bütün malın, mülkün sahibi də yalnız Allahdır. Necə ki, Quranda vurğulanır: "Göylərdə və yerdə nə varsa hamısı Allahındır. Allah, hər şeyi əhatə edəndir." (Nisa Surəsi, 126) Əsli xəyal olan ehtiraslar naminə dini bir kənara qoymaq və nəticədə sonsuz həyatı itirmək isə çox böyük ağılsızlıqdır. Bunun insana gətirdiyi tək şey sonsuz itkidir. Yeri gəlmişkən, diqqət yetirməli olduğumuz çox mühüm məsələ var: Qarşı-qarşıya olduğumuz bu həqiqət bizi "bütün sahib olduğunuz və dəlicəsinə sevdiyiniz var-dövlət, uşaqlar, dostlar, yoldaşlar, vəzifə-mövqe yox olacaq, ona görə də mənası yoxdur" nəticəsinə gətirməməlidir. Doğru nəticə belədir: Sahib olduqlarınızın heç biri bu an onsuz da yoxdur, hamısı yalnız xəyaldan ibarətdir, Allahın sizi sınamaq üçün göstərdiyi görüntülərdir. Diqqət yetirsəniz bu iki nəticə arasındakı fərqi görərsiniz. İnsan bu gerçəyi bu an qəbul etmək istəməsə və bütün sahib olduqlarını varmış kimi qəbul edərək özünü aldatsa belə nəticədə ölümündən sonra yenidən dirildiyində, yəni axirətdə hər şey çox dəqiq ortaya çıxacaq. İnsan "...Sən bu gün sərrast görürsən!" (Qaf Surəsi, 22) ayəsinin sirri ilə hər şeyi daha açıq fərq edəcək. Amma əgər dünyadakı həyatını xəyali məqsədlər naminə sərf edibsə, orada heç yaşamamağı diləyəcək, "Kaş o ölüm qəti (əbədi) olaydı! Mal-dövlətim mənə heç bir fayda vermədi, güc və qüdrətim yox olub getdi" deyərək həlak olacaq. (Həqqa surəsi, 27-29) Ağıllı bir insanın öhdəsinə düşən, bütün kainatın bu ən böyük həqiqətini vaxt var ikən burada qavramağa çalışmaqdır. Əks halda bütün ömrünü ilğımlar arxasınca qaçaraq israf edər və sonda çox böyük itkiyə məruz qalar. Allah, dünyada ilğımlar arxasınca qaçıb öz Yaradıcısını unudan bu insanların son vəziyyətlərini belə bildirir: "İnkar edənlər; onların əməlləri ucsuz-bucaqsız ərazidəki ilğıma bənzəyər; susayan onu su sanar. Nəhayət ona çatdığında bir şey t. bilməz və yanında Allahı t.r. (Allah da) Onun hesabını tam olaraq verər. Allah tez haqq-hesab çəkəndir." (Nur Surəsi, 39)
-
Hz. Məryəm həyatının hər anında, gördüyü hər işdə Allaha yönələn, Allahın adını ucaldan, Rəbbimizə ürəkdən bağlı, səmimi mömindir. Allah İmran ailəsini aləmlərə üstün etdiyi kimi bu ailəyə mənsub olan Hz. Məryəmi də seçmiş, onu ən gözəl şəkildə yetişdirərək bütün pisliklərdən təmizləmiş və onu aləmlərin qadınlarına üstün etmişdir. Allah Quranda Hz. Məryəmin bu üstünlüyünü belə bildirir: Bir zaman mələklər dedilər: “Ey Məryəm! Həqiqətən, Allah səni seçdi, təmizlədi və seçib aləmlərin qadınlarından üstün etdi. Ey Məryəm! Rəbbinə itaət et, səcdə qıl və rükuya gedənlərlə birlikdə rükuya get!” (Ali İmran Surəsi, 42-43) Allah Hz. Məryəmin İffətini Müsəlmanlara Nümunə Göstərmişdir Hz. Məryəm də ailəsi kimi yaşadığı cəmiyyətdə Allaha olan bağlılığı, ixlası və səmimiyyəti ilə tanınan insandır. Allah onun Özünə ‘könüldən bağlı olanlardan’ olduğunu bildirir. Hz. Məryəmin ətrafındakı insanlar arasında bilinən başqa bir xüsusiyyəti isə ‘ismətini qorumuş olması’, yəni iffətinə olan düşkünlüyüdür. Allah Hz. Məryəmin bu üstün əxlaqını Quranda belə xəbər verir: Həmçinin ismətini qoruyan İmran qızı Məryəmi də (misal çəkdi). Biz ona Öz ruhumuzdan üfürdük. O, Rəbbinin Sözlərini və Onun Kitablarını təsdiq etdi və itaət edənlərdən oldu. (Təhrim Surəsi, 12) İsmətini qoruyan (Məryəmi də yada sal!) Biz Öz ruhumuzdan (Cəbrail vasitəsilə) ona üfürdük, onu və onun oğlunu aləmlərə bir möcüzə etdik. (Ənbiya Surəsi, 91) Hz. Məryəm həyatı boyu göstərdiyi üstün əxlaq ilə bütün müsəlman qadınlar üçün gözəl nümunə olmuşdur. Allah Hz. Məryəmə dünyada əhəmiyyətli bir məsuliyyət vermiş və bu şərəfli vəzifə üçün onu Quranın ifadəsiylə ‘gözəl bir fidan kimi’ (3/37) yetişdirmişdir. Allah onu İmran ailəsi kimi seçmiş, güclü və səmimi iman sahiblərinin soyundan edərək onun bu üstün əxlaqlı insanlar tərəfindən yetişdirilməsini təmin etmişdir. Allah bununla yanaşı Hz. Məryəmi Hz. Zəkəriyyaya tapşırmış, üstün və seçilmiş peyğəmbərin əxlaqıyla əxlaqlandırmışdır. Allahın rəhməti sayəsində doğulduğu andan etibarən bu müqəddəs insanların tərbiyəsilə şərəflənən Hz. Məryəm güclü iman və üstün əxlaq səviyyəsinə çatmışdır. Bu yetkinliyə çatdıqdan sonra isə Allah möcüzələrini göstərərək, Hz. Məryəmin üzərindəki rəhmətini, qorumasını və mərhəmətini açıq-aşkar görməsini təmin etmişdir. Hz. Məryəm ibadət edərkən mehrabda davamlı olaraq yemək olması Allahın ona olan dəstəyinin və rəhmətinin açıq göstəricisidir. Allah daha sonra Hz. Məryəmi Cəbrayıl ilə görüşdürərək, ona olan bu rəhmətini Cəbrayılın sözləriylə də bildirmişdir. Hz. Məryəm həyatının hər anında Allaha qarşı göstərdiyi gözəl əxlaqıyla, Allaha olan səmimi bağlılığını və sədaqətini ən gözəl şəkildə nümayiş etdirmişdir. Allahın özünü sınadığı bütün çətin hadisələrdəki dayanıqlılığı, təvəkkülü, qeydsiz-şərtsiz təslimiyyətiylə də Allaha nə qədər könüldən və səmimiyyətlə bağlı olduğunu ən gözəl şəkildə ifadə etmişdir. Hz. Məryəmin yaşadığı bütün çətin anlarda yalnız olması, onun üçün çox əhəmiyyətli sınaq olmuşdur. Çünki insanlar çətin anlarında daim özlərinə kömək edəcək, dəstək olacaq, yol göstərəcək bəzilərinə ehtiyac duyar və olmadığında da bəziləri tək olduqları üçün zəiflik və kədər hissinə qapılarlar. Hz. Məryəmdə isə əsla belə bir vəziyyət olmamışdır. O, hər şeyi yalnız Allahdan gözləmiş, yalnız Allaha güvənmişdir. Dəstəyi, köməyi ancaq Allahdan istəmiş və Onun göstərəcəyi yola tabe olmağın, Onun sözünə itaət etmənin imdadına çatacağını bilmişdir. Ən çətin anında belə ümidsizliyə düşməmiş, Allahın bütün yaşadıqlarını mütləq xeyrə çevirəcəyini, çətinliklərin hər birini ən gözəl şəkildə aradan qaldıracağını bilərək Allaha könüldən təslim olmuşdur. Necə ki, Allah, yaşadığı hər çətinliklə birlikdə onun üçün bir asanlıq yaratmış, onu daim köməyi və rəhmətiylə dəstəkləmiş və qarşılaşdığı çətinlikləri çox böyük xeyirlərə və gözəlliklərə çevirmişdir. Bununla yanaşı qarşı-qarşıya qaldığı hadisələri necə həll edə biləcəyi mövzusunda heç bir təcrübəsinin olmaması da Hz. Məryəm üçün əhəmiyyətli imtahan olmuşdur. Hamilə qalmış və tək başına uşaq dünyaya gətirmək məcburiyyətində qalmışdır. Bu haqda heç bir təcrübəsi yoxdur. Ancaq həyatının hər mərhələsində olduğu kimi, bu hadisədə də heç bir şəkildə ümidsizliyə qapılmamışdır. Çox güclü, iradəli və qərarlı şəxsiyyət göstərmiş və Allahın köməyiylə bütün bunların ən gözəl şəkildə öhdəsindən gələcəyini bilməyin rahatlığını və etibarını yaşamışdır. Necə ki, burda da Allah onu ən mükəmməl nemətlərlə dəstəkləmiş, işini asanlaşdırmış və göstərdiyi güclü xarakterdən ötrü ona uğur qazandırmışdır. Hz. Məryəmin əxlaqındakı üstünlüyün bir başqa göstəricisi isə onun boynuna götürdüyü çətin məsuliyyəti yerinə yetirərkən yaşadığı çətinliklər qarşısında gözəl bir səbir göstərməsidir. Hz. Məryəm çox əhəmiyyətli və şərəfli bir vəzifə boynuna götürmüşdür. Ancaq bu üstün və şərəfli vəziyyətin qövmü tərəfindən lazım olduğu kimi aydın olmaması, inkar içərisində olan xalqının özünə haqsız dünyagörüşüylə yaxınlaşıb böhtanlar atması, Hz. Məryəm üçün əhəmiyyətli bir səbir və sınaq olmuşdur. Bu zaman da Allaha olan etibarında səbir və davamlılıq göstərmişdir. Güclü, iradəli və dözümlü xarakterindən heç vaxt güzəştə getməmişdir. Hər hadisənin Allahın idarəsində olduğunu və Allahın özünü bütün bu böhtanlardan ən gözəl şəkildə təmizə çıxaracağını bilərək, bu hadisələrə və insanların cahil rəftarlarına qarşı gözəl bir səbir ilə səbr etmişdir. Hz. Məryəmin bu hadisələr əsnasında diqqət çəkən bir başqa xüsusiyyəti isə insanların razılığından tamamilə sıyrılmış olmasıdır. Allaha qatqısız bir iman ilə təslim olmuşdur. Bu səbəblə də insanların şərhlərindən, qınamalarından heç vaxt təsirlənməmişdir. Səmimi imanı və ixlasından ötrü onun üçün əsl əhəmiyyətli olan Allahın razılığına uyğun hərəkət etmək olmuşdur. Göründüyü kimi Hz. Məryəm hər işində daim qatqısız olaraq Allaha yönəlmiş, imanındakı və Allaha olan təslimiyyətindəki bu səmimiyyət nəticəsində də hər zaman Allahın rəhmətiylə qarşılıq görmüşdür. Unudulmamalıdır ki, gözəl əxlaqı başqalarına da izah etmənin iki yolu vardır. İnsan bəzən gözəl əxlaqı sözləriylə, bəzən də bütün bunları insanlar üçün gözəl nümunə göstərərək davranışlarıyla izah edər. Bu iki yol arasında ən məqbul və əslində ən təsirli olanı insanın rəftarlarıyla etdiyi təbliğdir. Çünki bu ən səmimi olandır. Təqlid edilməsi mümkün deyil. Bu ancaq imanın ürəkdə səmimi olaraq yaşanmasıyla, insanın inandıqlarını ən səmimi şəkildə həyata keçirib rəftarlarına əks etdirməsiylə reallaşa bilər. Hz. Məryəm bu üstün əxlaqı göstərə bilmiş, imanıyla, rəftarlarıyla və əxlaqıyla bütün insanlar üçün əhəmiyyətli nümunə və təbliğ vəsiləsi olmuşdur. Onun insanlara olan bu səmimi təbliği Allahın diləməsiylə ən gözəl şəkildə qarşılıq görür, iman edənlərin imanda dərinləşib Hz. Məryəmin nümunə əxlaqını yaşamaları və Hz. Məryəm xarakterini qazanmaları üçün əhəmiyyətli bir vəsilə olur.
-
Doğrudur, çünki namazda əsas məsələ ixlasdır. Yəni tam səmimiyyətlə Allaha ibadət etməkdir. Quranda da əsas ruku və səcdə qeyd olunur. Yəni, belə başa düşürəm ki, əli açıq da qılmaq olar, əli bağlı da.
