-
Публикации
10105 -
Зарегистрирован
-
Посещение
-
Days Won
27
Все публикации пользователя Эда F
-
тонко...
- 3668 ответов
-
- əlini mənə bəsdərəcik...
- take me away
- (и ещё %d)
-
О Патрик! Да продлит Аллах дни ваши на земле! )) Аминь!!! )
-
А Св. Патрику за это что полагается? ))
-
Времени не жалко? ) На это обычно годы уходят (я уж молчу о нервах). А результат всегда один - 0. ))
-
Об чем вообще речь, Вест? )). Вы свели разговор к межличностным отношениям. Самик же, по-моему имел ввиду соц.сети. Ну, напр. по его мнению, было бы совсем не плохо, если мы все знали друг-друга в лицо, а также знали год рожд. и др. данные. А зачем? От этого мои посты не станут более читаемы... ПС. Самик, ты на авик мой посмотри, теперешний. Есть сходство.. )
-
Если будем ее, мысль мою, относить к двум-пяти процентам от общего числа, то ничего фантастического в ней нет, Самик. Остальные же проценты пусть составляют комплексы, конспирация и что душе угодно..)
-
Отлично! Мне очень близки и стиль и тематика. Потому: отлично! Вообще, люблю тему «Один дома» и всякую интроспекцию, разговоры с самим собой, когда многое выясняется и никто не мешает/не отвлекает/не путается под ногами. Радует, что на родном языке. Кстати… məndən stəkan haqda soruşanda, demirəm yarıboşdu/yarıdolu, “yarımçıqdır” deyirəm. Quru və sürüşkən bir cavab. Что касается старого города…. gizlənməyib o və ölməyib. Onun burnunu ovublar ...sadəcə... Daha bir epizod: mənə elə gəlir ki, qapıdan küçəyə suyu ancaq Bakıda atırlar., bir də olsa-olsa bəlkə İtaliya şəhərlərinin bəzi koloritli məhəllələrində. Хотелось бы акцентировать также настенный ковер и арагчын. Без них картина получилась бы неполной. Отжимается, чтоб не умереть – это, конечно, способ ). Только фильм не совсем о Баку, а скорее о бакинце, молодость которого старый Баку унес с собой, а новый город его не принимает и не примет никогда, потому что он олицетворение прошлого (с ним и умрет часть старого города), а эти две ипостаси (əski və yeni) в современном городе никак не уживаются. И не верьте, когда говорят, что Баку – köhnəliklə yeniliyin sintezidir. Пустой звук! Никакого синтеза нет, есть неуважение к старинному городу и притеснение. ПС. После 9-ой минуты… хорошую новость так и не услышали.. или это несущественно?..
-
что за гранью возможного.. ))
-
Небоскребы и курортные зоны тоже ВАУ! )
-
Да, он сказал: "Bir millət, iki dövlət", чем акцентировал родство между двумя нациями. Но он также сказал:"Fəxr edirəm ki, mən Azərbaycanlıyam" Спасибо, Бакылы. Ест-но, этим всё сказано. Да и тот факт, что мы имеем свой родной язык - довольно резкий аргумент, чтоб прекратить любой глупый спор на сабжект: Тюрки ли мы?
-
Вы знаете, это у нас в крови: подсознательно ищем старшего брата. Biz həmişə kiminsə şalvarına yamaq olmalıyıq. Вчера русских называли старшим братом (кстати, ничего против них не имею, а балдею от "приставучести и липучести" собственного народа), сегодня вдруг решили, что мы тюрки, а завтра если заявят, что мы на самом деле никакой не тюркоязычный народ, а потомки древних армян (насколько вообще правильно слово "древний" к ним относить?..) - я не удивлюсь, ни сколечки, ибо народ еще не определил, кто он есть… И когда же он научится "быть причиной себя?!"
-
- 3668 ответов
-
- əlini mənə bəsdərəcik...
- take me away
- (и ещё %d)
-
- 3668 ответов
-
- əlini mənə bəsdərəcik...
- take me away
- (и ещё %d)
-
(2-ci hissə) Otağım qaranlıq, yanımda şam, dizlərim üstündə pişik, büzüşüb yatıb. Pəncərəmin altında şəhər nəfəs alır. Gecə işıqları meşədə uçuşan işıldaquşları xatırladır. Qaranlıq öz hamilə qarnını gərib köhnə məhəllələrin, təzə göydələnlərin üzərinə. Yağış yuyur şəhərin günahlarını. Belə havada təkəm-tükəm insanlar da görünür küçələrdə. Çətirlə yağışdan birtəhər qorunaraq, nohurlu küçələrdə sərt ziqzaqlar cızırlar. Bəzilərinin heç çətiri də yoxdur. Çıpa-çıp su içindədirlər. Amma bu onları narahat eləmir, görünür, başlarını dik tutub, şəstlə yeriyirlər, sanki qorxmurlar yağışdan. Belələrinə, təbiətin qovğasından qorxmayanlara xüsusi ehtiramım olub həmişə. Bunlar öz kiçicik insan Mənlərini təbiətə qarşı qoyanlardır. O qədər məmnunam ki..., ya pişiyin təsirindəndir, bilmirəm, amma məni yuxu aparır. İstəyirəm gözlərimi yumum yatım və mütləq nəsə görüm. Sakit tonlu bir röya. Fikirləşirəm, əgər yuxularımçun proqram tuta bilsəydim, bunu dəqiq eliyərdim. Görmək istədiyim yuxuları görərdim, axtardığım adamlarla görüşərdım. Sonra var gücümlə əlləşərdim ki, məni arzularıma çatdıran yuxularım çin olsun. ..... səslər eşidilir. Qonşularımdı. Cavan ailə. Qadının da, kişinin də səsini çox yaxşı tanıyıram. Tez-tez sözləri çəp gəlir, yola gedə bilmirlər, səssiz-səmirsiz yaşaya bilmirlər. Bazar günləri oğlan tez-tez harasa çıxıb gedir, itir bir sutkalıq. İşdən sonra hər axşam evə dönmür. Gözləyirlər onu, gözləyirlər....... hətta xörəyini qızdırıb plitə üzərində saxlayırlar, süfrə açırlar onun üçün, osa gəlmir. Amma eşitdiyimə görə özləri evlənmişdilər, necə deyərlər, sevib-seçib. Yeri gəlmişkən, məhz belə, yəni uca hisslər üzərində qurulan ailələrin bir çoxunun dağılmasının şahidi olmuşam. Səbəb: anlaşılmazlıq. Bütün sualları kəsən leytmotiv: “əclafın biriymiş, tanımamışam”. Mənə isə çatmır, qətiyyən çatmır, necə olur ki, illərlə görüşdüyün, gedib-gəldiyin, birgə bayramlar yola saldığın birisini tanımayasan? Yəni belə maskalanmışdı?.... Nə isə, qayıdaq qonşuma. Elə qapının ağzındaca sözləşdilər, o getdi. Getdi, arxasınca qapını bağladılar. Amma o hələ bilmirdi ki, bu son gedişi idi. Daha onunçun qapını açmayacaqlar, onu evə buraxmayacaqlar. Çünki səbir kasası dolub artıq. Bu, son hədd idi, son hədə, qışqırıq, göz yaşları və ümidlərin də sonuncusu idi, hansı ki, param-parça oldu. Gərək belə qırılanana qədər naziltməyəsən heç şeyi..... Ona yazığım gəldi bir anlıq. Belə havada heç iti də evdən qovmazdılar. Onusa qovdular..., bilsəydi, heç işdən evə qayıtmazdı. Budur, çıxdı küçəyə, yazığa heç çətir də vermədilər, ya özü götürmədi.....çox qürurlu adamdı qonşum. Qürurlu və zavallı...... Onu müşayiət edirəm gözlərimlə..., gözdən itənə qədər. Ürəyimdə ona səbr və təmkin diləyirəm. Onunçun indi pisdi, çox pis. Amma bilmək olmaz, bəlkə ona elə bu lazımmış? Bəlkə bu epizodla gələcək xoş günlərinə imza atmış olur? Biz insanlar başımıza gələnləri həmən zaman kəsiyində tədqiq edib, pisi pis görürük, yaxşını yaxşı. Amma üstündən vaxt aşanda, məlum olur ki, o vaxtki pis yaxşılığaymış, yaxşı bildiyimiz isə əksinə.... Yağışsa yağır.... Pişiksə yatır..... Şəhərin günahları yuyulur, damla-damla. Bəlkə mən də çıxım dayanım küçədə, qoy yağış mənimkiləri də yusun.., günahlarımı.., ya bəlkə heç gücü çatmadı. Ayaqlarım keyidi pəncərə qırağında oturmaqdan. Bir əsatir xatırladım. Göyün üzündə cırtdanların anası yaşayırmış. O cırtdanların ki, özləri yerin altında qərarlaşıb, bütöv bir cəmlik, tam bir sivilizasiya mövcudluğunda. Balaca, yox, cıppılı, saqqalları dizlərində, hirsli, eqoist varlıqlardır. Qızıla son dərəcə həris oğru cırtdanlar. Yağan yağış onların anasının göz yaşlarıdır. Yuxarıdan oğlanlarının hərəkətlərinə baxır, bir şey edə bilmir, güc verir göz yaşlarına. Ağla ki, ağlayasan. Göz yaşları, yəni yağış damlaları hopur torpağa. Torpaq qatını keşəndən sonra mirvari dənəciklərə çevrilir. Bu dənəcikləri onun oğlanları birər-birər gəzib yığır, bütün yeraltı məkandan, kölgələr krallıqlarından. Öz canları bahasına. Yəni risklə, filan-beşməkan. Toplayıb sayırlar. Neçə sandıq topladıq? Bu say müəyyən həddə çatanda, cırtdanlardan biri (məhz kim, bunu püşk atmaqla özləri seçir) yeraltı əsarətdən canını qurtarır. Onun karması dəyişdirilir, adam qiyafəsinə salınıb, yerin üstünə göndərilir. Göndərilir ki, insan həyatı yaşasın, insan kimi. Yəni bizlərə daha irəli getmiş varlıqlar kimi baxırlar..., amma mən deməzdim... Nə isə, mənim nə düşündüyümün mətləbə heç bir dəxli yoxdur, ona görə düşüncələrimi özümə saxlayım, söhbət indi cırtdandan gedir. Yer səthinə göndərilmiş cırtdan burdakı insan həyatını sona vurduqdan sonra bizlər kimi ölmür, göylərə çəkilir, anasının yanına və orda, səma ierarxiyasında öz layiqli yerini tutur (baxır burda necə yaşayıb, nələr qaynadıb. Əgər göylərə qətiyyən lazım deyilsə, yenidən öz qardaşlarının yanına göndərilir). Ana isə ağlamağından qalmır. Elə hey ağlayır ki, o birilərini də yer səthinə qaldıra bilsin. Belə... Yağış kəsmək bilmir. Mən durum gedim. Pişiyi yerinə qoyum, özümə şərab süzüm. Bir vacib zəng çalmalıyam. Bir vacib məktub qəbul etməliyəm bu gecə. Əvvəlcə eyvanın qapısını açım, otağı buzladım. Üşüyəndə real dünyanın reallığına daha qəti inanıram. Dırnaqlarımı keçirirəm onun “ovuclarına”, bütün nikbin-bədbin fikirlər məni tərk edir, hiss edirəm ki, yaşayıram... Qonşudan yenə səslər gəlir. Kimsə qapını döyəcləyir, özü də inadla. Ba! Ola bilməz! Yəni proqnozumda yanılmışam mən? Qonşum qayıdıb gəldi ya...? Bütün təqsirlər yağışdadır!
- 3668 ответов
-
- əlini mənə bəsdərəcik...
- take me away
- (и ещё %d)
-
- 3668 ответов
-
- əlini mənə bəsdərəcik...
- take me away
- (и ещё %d)
-
Yağış Bu gün yağış yağırdı. Göylər bu gün yaş idi. Nəmli gözlərdən xoşun gəlir, bilirəm. Mənim gözlərimi heç vaxt nəm görməmisən. Tamarzisan göz yaşıma. Bax göylərə. Buludlar axıdır gözünün yaşını, bax. Sonra pəncərələr açılacaq, evlərə sərin payız havası almaqdan ötrü. Ciblərdə mobil telefonlar səslənəcək, yağışa görə təxirə salınmış görüşləri bərpa etməkdən ötrü. Adamlar yağış gölməçələrində ayaqlarını şappıldada-şappıldada harasa tələsəcək,.......biri xoş xəbər aparmağa, biri bəd xəbər almağa, birinə işdən qovulması haqda məlumat veriləcək, o birinə aliment kəsiləcək, başqa birinə ilk dəfə “sevirəm” söyləniləcək. Eh, insanlar, talelər.... Xoşlayıram, yağış narın-narın, tənbəl-tənbəl səpələyəndə. Havanı qoxulamağı xoşlayıram, yağışın təravətini duymağı, bir də nəm torpağın iyini. Şəhərin həyasız quşları adamlardan çəkinmədən yağış nohurlarından su içir, dimdikləri ilə lələklərini təmizləyirlər. Heç nə veclərinə deyil. Onlar yerə daha yaxındır, torpağın iyini daha yaxşı duyurlar. Yağışlı havada yuxarıdan şəhərə tamaşa edəsən. İri prospektlər, güzgüyə dönmüş küçələr, hisi-tozu yuyulmuş ağaclar, ağaclar dibindəki qızılı xəzəl... Belə yağışda maşın selində olmağı xoşlayıram. Qoy tıxaclar yaransın, hava axşama doğru əyilsin. Bilməyim, qaş qaralana mənzil başına yetişəcəm ya yox. Qoy axtarsınlar məni, narahat olsunlar, zəng çalsınlar, qaldırmayım, - ”zəng çatmadı”.. Lirik bir melodiya tapım. Səsini azaldım, yalnız mənimçün oxusun. Musiqi sədaları altında maşının tısbağa yerişi adamı əsəbiləşdirmir, əksinə. Heç istəmirsən, getdiyin yerə gedib çatasan. Düşünməyə əlinə imkan düşüb, istifadə elə. Ya düşünməməyə?.... hər şeyi unutmağa, hər şeyin üstündən xətt çəkməyə. Yağ, yağış, yağ, apar məni uzaqlara... Körpüləri xoşlayıram. Onların altından, üstündən keçən maşın axınını..., özü də qaş qaralanda, payızın sərinində. Hamı evinə tələsir, çox tələsənlər və çox narahatlar siqnal səslərindən bəlli. Bir də, xoşlayıram yağış dənizə yağanda. “Dolu dəryaya yağar” ifadəsini xatırlayıb bilaixtiyar gülümsəyirəm. Bir anlıq təsəvvür edirəm: yağış hər tərəfə yağır, dənizə çatanda “susub, səsini kəsir” ki, bura dənizdir, bura onsuz da yaşdır. Dənizə baş qoşmayım, sahillərinə yağım. Damlaların dəniz səthi ilə təmasını xoşlayıram və bu təmasdan doğan dairəcikləri. O dairəciklər hərəsi bir damla taleyidir. Damlalar şappıltı ilə suya düşür və başlayır öz taleyini yaşamağa. Düzdür, bir-birinə çox bənzəyir bu damcı talelər.. Yağış kəsəndən sonra sahildə oturub, axşam düşməsini gözləyəsən. Dənizin özünə baxmayasan, yox. Xoşlamıram, özü də toran qovuşandan sonra. O mənə böyük bir qır qazanını xatırladır, ətrafında şeytanlar uzun tiyələrlə durub qarışdırdıqları iri bir çəlləyi,... ya da ucsuz-bucaqsız bataqlığı. Yox, dənizə heç gözümün ucuyla da baxmazdım. Qan rəngli qürubları seyr edərdim. Axşam alatoranında məndən uzaqlaşan dənizə “sahillə məni təkbətək qoyub, getmə” deyərdim. Şıdırğı yağışı da xoşlayıram. Təbiətin şıltağını, dəlisovluğunu. Amma külək olmasın, sadəcə göyün navalçaları açılsın, axıtsın yerə selini-suyunu. Təbiət yaxasını cırıb ağlasın. Mən də evdən seyr edim, pəncərə arxasından. İri pəncərə qırağı olsun, orda oturum. Evdə işığı söndürüm, pişiyimi qucağıma alım, onun yumşaq tüklərini sığallaya-sığallaya burnumu soyuq, tərli şüşəyə söykəyib baxım. Yanımda şam olsun, tam qaranlıq xoşlamıram. Tam zülmətdə qaranlığın dadını bilmirəm. Mütləq hardansa işıq süzülməlidir. Hətta əynimdə nə olmasını da təsəvvür edirəm. Açıq-qəhvəyi köhnə sviterim, dizləri sürtülmüş dar cins şalvarım. Sviterin qollarını çəkirəm dirsəyə qədər, darıxdırır mıni. Bir qolumda saat, o birində gümüş bilərziyim. Boynumda həmayil (амулет), ondan heç vaxt ayrılmıram, yay-qış, gecə-gündüz mənimlədi. Saçımsa kürəyimdə, qıvrılır, üzümə dağılır, mənə mane olur, amma mən yığmıram onu, qoy əsəblərimi qıdıqlasın bir az. Mən ancaq fikirləşəndə saçımı yığıram. Bir də vacib rəsmi görüşə gedəndə. İndi mən heç nə eləmirəm, sadəcə yağışa baxıram. (1-ci hissənin sonu)
- 3668 ответов
-
- əlini mənə bəsdərəcik...
- take me away
- (и ещё %d)
-
Ох, захвалил ты меня..)
- 3668 ответов
-
- əlini mənə bəsdərəcik...
- take me away
- (и ещё %d)
-
Вау, Патрик! ))
-
Обратите внимание на живот. Где тут торс? Женский сексуальный торс? Для сравнения: Ну или так хотя бы:
-
Ничё я не шучу. Негритянская комплекция вне конкуренции.
