Перейти к содержимому

Эда F

Members
  • Публикации

    10105
  • Зарегистрирован

  • Посещение

  • Days Won

    27

Все публикации пользователя Эда F

  1. История показывает, что Муталлибов был для нас слишком деликатным/бархатным человеком.....нам нужен тиран. Невольно вспоминается крылатая фраза "гылындж мусэлманы". Вот тут мне и вправду стало стыдно.....
  2. И что вы предлагаете, Патрик? Принять ситуацию с безработицей как должное и закрыть глаза на безобразие, расслабиться и уйти в нирвану, потому что во всем мире происходит то же самое? Человек с дипломом АГНА не смог найти достойную работу (по спец.), устроился простым рабочим (благо, у нас сейчас везде строительные работы. Город затерялся в пыли), упал с 9 этажа, разбился. Семья в районе голодает, единственного кормильца потеряла. Дети, старые немощные родители и тд. Да, это один случай, несчастный. Его могло бы и не быть. Но когда это сплошь и рядом ( не ЧП имеется ввиду, а именно незанятость,…..когда инженер соглашается на работу носильщика, а учительница физики устраивается ночной няней в дом богачей и терпит Бог весть что от хозяина/работодателя) - это уже не случайность, по размаху тянет на национальное бедствие. Смерть одного человека – трагедия, смерть миллионов людей – статистика. Зачем я должна смириться с подобной статистикой, с негативными явлениями в своей стране, когда налицо присутствие человеческого фактора - коррупция и йерлибазлыг /коррозия общества? Зачем молодой эрудит не находит себе достойную сферу реализации и остается за бортом, так и не раскрыв свой потенциал, а его ваканцию занимает баран, который имя свое писать без ошибок не может (зато является чьим-то родственником) и единственным жизненным приоритетом признает «набить карман». Я понимаю, что «везде потоп – и тут потоп». Но не думаю, что найдутся страны, где прекрасного опытного специалиста увольняют с работы только за то, что шеф кандидатуру любовницы для этого места счел более пригодной. Ему невдомек, что пострадает общая работа и репутация компании (факт из жизни).
  3. ( ARDI) Auditoriya gur alqışlarla səs verdi. Sonra zala üstü müxtəlif yeməklərlə dolu iri bir sini gətirdilər. İnsanlar mənim arvadıma yaxınlaşıb, onu təbrik edir, hərə sinidən öz payını götürüb, ağzını marçıldadaraq yeyir və çıxıb gedirdi. Növbə mənə çatanda məcməyidə yalnız brokkolı qalmışdı. Mən onu yemək istəyirdim ki, infarkt 3 yaşlı uşağa çevrildi, əlimdəki yeməyi qapıb qapıya sarı qaçdı. Arvadım başını yırğalayıb dedi: - Ay tərbiyəsiz şuluq. Yuxudan duranda əhval-ruhiyyəm çox pis idi. Xanımım yanımda yox idi. Mətbəxdən qəhvədanın fitini eşidirdim. Sağlam səhər yeməyinin sağlam şam yeməyindən fərqli olacağı ümidi ilə tez ora qaçdım. Doğrudan da fərqli bir şey gördüm. Stolun üstündə nimçədə kahı yarpağı,nazik suxarı və kəsmik vardı. - Narahat olma, kəsmik yağsızlaşdırılıb. - Sağ ol, əzizim. Deyəsən, mənim dünən gecəki tum payım bir az çox düşdü, ona görə belə qərara gəldim ki, səhər yeməyindən vaz keçim. - qarnımı göstərib əlavə etdim – hər halda artıq çəkini unutmaq olmaz. Fikirləşirdim ki, yolda bir şey yeyərəm. Amma bu gümanım da puça çıxdı. Arvadım hər şeyi irəlicədən ölçüb-biçmişdi. - İşə səni özüm aparacağam. Özüm də işdən qarşılayacağam. - Bəs uşaqlar? - Bizimlə gedəcəklər. - Niyə onlara əzab verirsən? - Onlara diri ata lazımdır. İşləmə qabiliyyəti olan ata, daha şikəst yox. “Eybi yox. İşə pizza sifariş edərəm.” Bu da alınmadı. Mənim arvadımın sən demə fikri oxumaq istedadı da varmış. - İşdə sənə Nailə göz qoyacaq. Mən ona tapşırmışam. Görünür ki, o, stress faktoru infarkt riski kimi qəbul etmirdi. Bəlkə nə vaxtsa proqressiv elm ağ siçanlar üzərində çoxsaylı eksperimentlərdən sonra onun bu nəzəriyyəsini izah edə biləcək. İndi isə mən, elmi axtarışlardan çox-çox uzaq bir adam, qəflətən sinəmdə sıxılma hiss etdim və bunu dərhal arvadıma bildirdim. Cavabı bu oldu: - Görürsən? Artıq başlayır! Mənə elə gəldi ki, o, bütün ömrü boyu məndə ürək simptomlarının yaranmasını gözləyirdi. İşdə Nailə - arvadımın uzaq qohumu başımın üstünü kəsdirdi. O, adi işçidir. İndi isə mən əminəm ki, bu, kimliyini gizlətmək üçün bir dondur. Mən onun “Mossad” təşkilatının agenti olduğunu və bizim müəssisədə müvəqqəti təcrübə keçib öz vərdiş və bacarıqlarını mən biçarənin üzərində sınaqdan keçirdiyini öyrənsəm, heç də təəccüb etmərəm. - Sənə qadağan olunmuş hər bir şey bu siyahidə göstərilib. – Nailənin əlində A4 formatlı, hər iki üzü xırda şriftlə yazılmış bir vərəq var idi. - O siyahidə kofe yoxdur ki? - mən kofe-şopa gedə-gedə soruşdum. - Kofe birinci yerdədir. Yaşıl çay içə bilərsən. Amma qəndsiz. - Çox sağ ol. Ondansa su içərəm. Olar su? - Olar. Amma soyuq olmasın. Bütün günü Nailə məni izlədi. Arvadımın tapşırıqlarını Spartada böyümüş və autizmdən əziyyət çəkən alman pedantlığı ilə yerinə yetirirdi. Bütün gün ərzində yediyim bir kök, bir yaşıl alma və üç qoz oldu. Vəssalam. Nailə özü isə iri ağ çörək parçası ilə toyuğun budunu öturdü və üstündən də Koka-Kola içdi. Məni suya qonaq edəndə isə özü üçün iri bir fincan sirin çay süzüb şokoladla içdi. Şokolad, əlbəttə ki, mənim ehtiyatlarımdan götürülmüşdü. Beynimdə onun şəninə epitetlər dolaşmaqda idi, hansıları ki, heç dilimə də gətirmək istəmirəm. Onların içində ən abırlısı “ifritə” idi. Axşam xanımım, söz verdiyi kimi, ardımca işə gəldi. Mən bütün yol boyu susub özümü elə aparırdım ki, guya danışmağa heyim yoxdur. O isə buna heç əhəmiyyət də vermirdi. Mən cəsarətsiz halda şama nə yeyəcəyimi öyrənmək istədim. - Flamandsayağı bişmiş turpla nanəli sous. Mən qorxa-qorxa soruşdum: - Kiyev kotleti sağlam qida sayılmır? - Yox, canım. Orda bilirsən nə qədər xolesterin var? Ah, “XOLESTERİN”. Mən bu sözün dəlisiyəm. Necə də ürək qızdıran bir sözdür.Ondan kömürdə qızardılıb, təzə kartofun dəyirmi dilimləri ilə ciddi ardıcıllıqla şişə çəkilmiş quyruq iyi gəlir. Bunları nimçəyə yığasan, yanında da üstündə qızardılmış ət və nazik sarı piy qatı olan iri bir qabırğa. Daha sonra halqalarla doğranılıb üstünə sumaq səpilmiş sogan və istı təndir çörəyi. Uzaqda isə klarnetin həzin səsi. Bütün bunları mənə bir kəlmə söz - XOLESTERİN pıçıldayırdı. Bu şirin röyadan məni arvadımın səsi oyatdı. O, hansısa toydan danışırdı. - Bilirsən bəxtimiz nədə gətirdi? Təzə paltara 200$ xərcləmək lazım deyil artıq. Sən düz deyirdin. (İlahi, şükür. Heç olmasa bir xoş xəbər). Bir həftə də sağlam həyat tərzi keçirsək, mən artıq 5 kq-ı da atacağam və sənin məsləhətinə əməl edib keçən ilki paltarı geyəcəyəm. İndi mənə hər şey gün kimi aydın oldu. “ Deməli, tamaşa bundan ötrü imiş. 200$-la mən canımı qurtara bilərəm. Göz önünə yenə də qızarmış kartof, kofe gəldi. Ən əsası isə zəhləmgetmiş brokkoli sözünü dir daha eşitməyəcəkdim.” - Əzizim, düşünürəm ki, sənin kimi ecazkar bir qadın eyni paltarı 2 dəfə geyməməlidir. - Demək istəyirsən, gedirik ticarət mərkəzinə? - Gedirik. Amma bir az sonra. Əvvəlcə yolumuz Mak Drayvadir. Mənim xolesterin ehtiyatımı bərpa etmək lazımdır. Unutmusan? İnfarkta qədər mənim hələ 20 il 9 ayım var.
  4. MENİM SAĞLAM HEYAT TERZİ HEKAYETİM - İnfarkt cavanlaşır! - Qapını açan kimi eşitdiyim ilk söz bu oldu. Söz elə tonda deyildi ki, sanki bu dələduz mərəzin cavanlaşması prosesi mənim həyat yoldaşım tərəfindən irəlicədən xəbər verilibm, sadəcə elmi cəmiyyət onun bu uzaqgörənliyinə məhəl qoymurmuş. Qapını tam açdıqdan sonra mən onun, öz həyat yoldaşımın bu arzuolunmaz halın qarşısını almaq üçün tam hazır şəkildə dayandığını gördüm. - Salamlar, əzizim! - Mən ayaqqabılarımı çıxarıb, otağa keçdim. Sözün düzü, cavanlaşan infarkt problemi məni, əlbəttə ki, maraqlandırırdı, amma mədədən gələn səslər fikrimi bu mövzudan bir qədər yayındırıb, qurultunun mənbəyinə yönəldirdi. Burnumu çəkib havanı iylədim. Baş beynin qoxu mərkəzində bir neçə saniyəlik şok yaşandı və mərkəz həyəcan siqnalını beyin qabığına ötürdü. Əgər bu siqnal sinir elektrik impulsu dilindən azərbaycancaya tərcümə olunsa, təxminən belə bir şey alınar: “Ey, yuxarıdakılar! Bu nə işdir? Hanı pörtlədilmiş ətin, qızardılmış toyuğun, heç olmasa ət pirojkisinin xoş ətri?” - Orta hədd 61 yaş 7 aydan 59 yaş 11 aya enib. - Deməli, infarkta qədər mənim hələ 20 il 9 ayım var. Mən bu qədər yaşamaram. Acından ölərəm mən. – Bilirsən infarktın əsas səbəbi nədir? - Deyingən arvad? - Yox, bir də cəhd ele. - 8 Martla əlaqədar stress? - Yox, tapmadın. Artıq çəki. Ürəyimə nəsə damdı. Beyin qabığı, nəhayət ki, eşitmə orqanından aldığı informasiyanı təhlil edib, daha əvvəl qoxu orqanından aldıqları ilə müqayisə edib, insan dilində belə səsləndiriləcək bir nəticə aldı: “Diqqət! Diqqət! Həyəcan! 1№-li hazırlıq! Çox güman ki, pəhriz saxlayası olacağıq. Bütün orqanlara təcili telefonoqramma göndərilsin. İlk məlumatdan etibarən qəza rejiminə keçirik”. Sonra beyin mənim üçün ayrıca bir məlumat göndərdi: “Bura bax, arvadınla məsələni özün həll elə. Yoxsa istəyirsən mən işə qarışım? Potensiya məsələsinə bilirsən də kim baxır?” - Nə danışırsan? Ay-ay-ay! Bazar ertəsindən gedirəm uşaqlarla futbol oynamağa. Bu, o qədər də uğurlu cəhd deyildi. Hər halda ağlıma gələn birinci şey bu oldu. Xanımım mənim rəsmi məlumatıma tam etinasız yanaşdı. - Biz səninlə sağlam qidalanma tərzinə keçirik. “Diqqət! Diqqət! Qəza rejimi işə salınır! Bütün qidalı maddələr ürəklə beynin fasiləsiz işləməsinə yönəldilsin”. - Nə vaxtdan? - Mən bu gün səhərdən, sən indiki andan etibarən. - Etiraz etməyə haqqım var? - Yox. Əllərini yu. Şam yeməyi səni gözləyir. Mən ayaqlarımı sürüyə-sürüyə vanna otağına keçdim. Niyə mən evə dönərkən yolda yemədim? Yolumun üstündə neçə yerdə şaurma satırdılar. Onun iyi məni dəli etmişdi, mən isə evdə şam etməyə üstünlük verdim. Ev yeməklərinin şaurma kimi dadlı qoxusu olmasa da, hər halda mən təamın hazırlandığı inqredientlərin Lamark təsnifatının hansı inkişaf məhələsində olduğundan xəbərdaram. Şaurmaya gəldikdə isə, məndə belə əminlik yoxdur. Bundan başqa ordakı ətin mənbəyi ilə bağlı fikirlər Azərbaycanın fauna sərhədlərini çoxdan aşıb. Əllərimi yuyub stol arxasına keçdim. Xanımım qazanı stolun üstünə qoyub, köhnə ingilis filmlərində qonaqların adını elan edən saray xadimi kimi dedi: - Koreyasayağı brokkoli. 225 kaloriy. Sənin gündəlik normanın 11%-i. Şam yeməyi 25%-dən çox olmamalıdır. Çatmayan kalorini çayla yeyəcəyin balqabaq tumlarından alarsan. “Diqqət! Diqqət! Xoş ovqat mərkəzinin təchizatı təcili dayandırılsın. Qənaət olunmuş kalorinin yarısı H3-ə, digər yarısı depressiya mərkəzinin təchizatının gücləndirilməsinə yönəldilsin.” O, mənim qabıma bir qədər yemək qoyub, qarşısındakı stikerdə yazdı: “225 k. 11%.” Stikeri soyuducuya yapışdırdı. - Bu dəhşət neçə gün davam edəcək? - Nə dəhşət? Mən onu başa düşə bilmirdim. – Bax bu! - deyib barmağımı nimçəyə tuşladım. – Çin biqudısı. - Koreya brokkolisi. - Fərqi yoxdur. Mən bu yeməklərin heç üzünü də görməmişəm. Mən bu əcaib şeyləri nə qədər yeməliyəm? - Əzizim, o dəqiqə görünür ki, sənin sağlam qidalanma sahəsindəki elmi axtarışlardan xəbərin yoxdur. (Bunu düz deyirdi. Doğrudan da xəbərim yox idi). Əgər xəbərin olsaydı bilərdin ki, ən məşhur dietoloqlar belə pəhrizi qadağan edirlər. - Əgər qadağan edirlərsə, bu natürmort nədir onda? – deyib nimçəni göstərdim. - Bu heç də pəhriz deyil, sağlam həyat tərzidir. Pəhriz saxlamaq olmaz. Daim saglam qidalanmaq lazımdır. - Yəni bu iztirab bir həftəlik deyil? - Yox, ömrünün axırına qədərdir! - deyib, sevinclə mənə baxdı. Mən gülümsündüm. Yəni ona təbəssüm kimi göründü. Əslində bu, mimiki əzələlərin əsəbi spazmı idi. - Hə, əzizim, dadına baxmırsan? Mən, nəhayət ki, üzümdəki əyri təbəssümü dəf etdim və brokkolidən baalaca bir tikə qoparıb ağzıma qoydum. Bu vaxta qədər mənim Koreya mətbəxindən xəbərim yox idi. Yalnız cavanlıqda bilmədən Koreya pirojkisi yemişdim. Bunlar ət pirojkisi idi. Lakin iribuynuzlu qaramalın yox, it ətindən hazırlanmışdı. Brokkolidə isə müəyyən qədər dad var idi, hər halda. Mən çox ümid edirdim ki, belə şam yeməyindən sonra ürəyim bulanmaz. Ehtimal nəzəriyyəsinə görə belə bir şey olmamalı idi. Nə isə, mənim kimi qatı antivegetarian üçun Koreya mətbəxinin bu incisi xalis məşəqqət idi. - Hə, necədir? - Əsl şedevr!! Amma kalorini düz hesablamamısan. Bu təamın bir çəngəli fiziki əməklə məşğul olan yetkin kişinin bütün gündəlik normasını ödəyir. (Mən əmin idim ki, saatlarla monitor önündə oturmaq ağır fiziki əməyə bərabər bir şey idi). Mən artıq doymuşam. Balqabaq tumlarını sabaha saxlayıram. Bu sözlərlə mən stol arxasından qalxdım. Məlum məsələdir ki, televizora baxanda da məni sevimli çipslərimdən məhrum etdilər. Çayla içməyə bircə dənə ərik qurusu verdilər. Çayın rəngi ürək bulandırırdı – açıq saman rəngində idi. Mənə elə gəlir ki, bu rəng ancaq moça analizi üçün yararlıdır. Çay pürrəngi olmalıdır, xoruzquyruğu. Sonra mən yatmağa getdim. Düzü, heç maraqlanmadım ki, potensiya mərkəzi beyin qabığının əmrini yerinə yetirib ya yox. Belə məlum oldu ki, sağlam həyat tərzi anlayışına təkcə qidalanma yox, həm də intensiv cinsi əlaqə daxildir. Belə... Bu sahədə beyin öz təhdidini reallaşdırmadı. Nə isə.... Hər şeyə rəğmən ovqatım bir az düzəldi. Əvəzində baş verənlərdən sonra aclıq hissi şiddətləndi. Mən xanımıma mənim üzərimdə eksperimenti dayandırmaq və mənə yemək verməyi təklif etdim. Nəticə özünü çox gözlətmədi. Aldıgım bir nəlbəki balqabaq tumu oldu. Sağlam insanın mədəsinin həcmi 0.5 l-dir. Bir nəlbəki tumun həcmini isə müəyyənləşdirmək çətindir. Mənim hesabıma görə bu, mədənin həcmindən 20 dəfə az olmalıdır. Yəni boş şüşə qaba yarım qədəh qum tökmək kimi bir şeydir bu. Bu kinayədən sonra qanım bir az da qaraldı. Əgər qrafik qurmuş olsaq, absis oxunda vaxtı, ordinat oxunda əhvalı göstərsək, onda əyri 0 nöqtəsindən intim əlaqənin başlanğıcına qədər azacıq qalxıb ....... və elə orda da qalmişdi. Tumlardan sonra isə əyri kəskin xətlə aşağı enib, hətta mənfi kəmiyyətlərə keçirdi. Yəni ovqatim çox təlx idi. Çox pis yatdım, yuxuda infarktın gözünün içinə baxdım. İnfarkt 15 yaşında cavan oglan şəklində idi. Arvadım onun yanında ağ xalatda durmuşdu, əlində çubuq var idi, üzünü zala tutub deyirdi: - Baxın,infarkt cavanlaşır!
  5. (ARDI) - Oğlum! Eldəniz! Bu neçə illər harda idin? Mən əziyyət çəkirdim! Elə bilirdim, ölmüsən. Mən axı sənin cansız cəsədini görmüşdüm. - O, yuxu idi, Zaur. Sadəcə bir yuxu. - Biz indi hardayıq? - Mənim evimdə. Mənim kəndimdə. Görürsən, buralar necə gözəldir. Zaur ətrafa boylandı. Ətrafda yaşıl, gül-çiçəklə bəzənmiş dağlar vardı. Səma gömgöy idi. - Olar mən həmişəlik burda, sənin yanında qalım? - Olmaz. Sən qayıtmalısan. - İstəmirəm. Qorxuram. Qorxuram ki, sən təzədən ölərsən. Mən bunu istəmirəm. - Get, get. Artıq vaxtdır, getməlisən. - Sən məni bağışlayırsan? - Mən kiməm ki, bağışlayım? Mənim sənə acığım tutmayıb. Elə yaşa ki, özün öz günahını yuya biləsən. - Bəs məni kim bağışlayacaq? - O! Oğlan qeybə çəkildi. Zaur ətrafa nəzər saldı. Dağlar da yox idi. Zaur özünü yenə həmən o qəbul şöbəsində gördü. Kamuflyajda 3 yuxulu gənc yorğun halda taxt üzərində, biri isə kətildə əyləşmişdi. Daha birisi çöməlib yerdə oturaraq, divara söykənmişdi. - Cəld olun, hamı ayağa qalxsın. Eldəniz, sən uzan. Zaur şkafa tərəf qaçıb, nitroqliserin götürdü və gəncin dilinin altına qoydu. - Mənim ancaq mədəm ağriyir. - Sus, oğlum, sus. Tibb bacısı, oksigen! Aspirin. Morfi hazırlayın. Elektrodları birləşdirin, EKQ edəcəyik. Sən, defibrillyatoru gətir. Tibb bacısı onu çağırdı: - Doktor, bu biri xəstə zorla nəfəs alır, ona da baxın. Zaur bu sözlərə məhəl qoymadı: - Bu, ekssudativ plevritdir. Apar şöbəyə, oksigen ver, ampisid vur. Sınaq qoymaq vacib deyil. Bir vaxtlar qoymuşdum. Anginalı xəstəni də apar. Bunda qrıjadır, cərrahı çağır. Bu biri xəstədə adi bronxitdir. Ona bromqeksin, ampisillin ver və səhər göndər geri, getsin. Zaur Eldənizlə məşğul olmağa başladı. - Doktor, başım ağrıyır. - Nitroqliserindəndir. İndi kardioqrama baxarıq. Zaur masa arxasına keçib,lentə baxmağa başladı. Diqqətlə baxıb şübhəli bir şey görmədi. “Ola bilməz. Axı meyitin yarılması arxa divarda infarkt faktını təsdiqləmişdi”. O yenə kardioqramı nəzərdən keçirirdi ki, ayaq səsləri gəldi. - Doktor, cəld şöbəyə gedin. Onlar küçəyə qaçdılar. “Zülmət. Bu nədir? Yağış yağır? Hə, elədir, yağışdır. Orda nə ola bilər? O, hələ 3 gün də burada yatasıdır, sonra Bakıya yola salmalıyıq. 3 ay da orda qalıb, sonra öz hissəsinə dönməlidir. Nə baş verib axı?” Ramil artıq nəfəs almırdı. - Mən ona iynə vurdum, o boğulmağa başladı və birdən tənəffüs kəsildi. “Anafilaksiya. Ola bilməz! Mən axı o vaxt sınaq qoymuşdum....” Zaur onun yanına qaçdı. Nəbz itmişdi. Nəfəs yox idi. - Hamını oyat, bura çağır. ___________________________ Yenə də zülmət. Yenə də işıq. Yenə də Eldəniz peyda olur. - Mən axı dedim sənə. Məndə hər şey qaydasındadır. Narahat olma mənə görə. - Başa düşmürəm, nələr baş verir? Axı mən sənin cənazənin yarılmasında özüm şəxsən iştirak etmişəm. Bilirəm ki, səndə infarkt idi. Ramil üçün isə mən sınaq qoymuşdum. Dəqiq yadımdadır. Ampisidə qarşı heç bir reaksiya qeydə alınmamışdı. - Zaur, keçənə güzəşt deyərlər. Sən hər şeyi korladın. Get, həyatını yaşa. - Axı necə? Necə yaşayım? - Bilmirəm. Sən yaxşı bilərsən. Mənim ömrüm qısa olub - cəmi-cümlətanı 19 il, sənin isə 40 yaşın var. Get, səni gözləyirlər. Yenə də zülmət və sükunət. ____________________________ - Doktor, düzünü deyin. Proqnoz ürəkaçandır? – qadın mavi gözlərini həkimə dikib soruşdu. Zaurun bir vaxtlar dediyi kimi, istədiyini almamış əl çəkən deyildi. - Hələ heç nə deyə bilmərəm. Mən əməliyyat zamanı əlimdən gələni etdim. Alın sümüyü parçalanıb. Bir neçə qəlpəni çıxarıb atdım. Həmçinin hematomanı da. Xəstənin vəziyyəti çox ağırdır. Amma şansı var. Reaksiyalar itməyib, bu yaxşıdır. Hətta sayıqlayır da. Elə hey kimisə infarktdan, plevritdən, qastritdən qurtarmağa çalışır. Bir də Eldəniz adlı birini çağırır. Belə bir tanışınız var? - Bilmirəm. Bəlkə də. Deməli, o sağalacaq? - Ola bilər. Söyləmək çətindir. Dua edin. Hər halda bu da ona kömək edər, məncə. Mən gecə-gündüz dua edəcəyəm. Çox sağ olun. Bir həftədən sonra o, özünə gəldi. Bir aydan sonra isə işinə qayıtdı. Hətta maşın da sürür. Düzdür, yer buzla örtülü olanda daha maşınla çıxmır. Həyat şirin şeydir axı. Heç kəs ölmək istəmir. Nə 19, nə 40 yaşında. ________________________ * - Məni öldürsələr də, svetofora heç vaxt işıqfor deməyəcəyəm, kompyuterə də bilgisayar.
  6. (ARDI) Bəlkə angina yox, difteriya idi? Stop. Yox, bu da ola bilməz. Üçüncü. Artıq qapı açılır. Anafilaksiya? Kimdə? Burda ki, heç kimə heç nə eləməmişik.” Əsgər yerdə uzanmışdı. “Deməli, qastrit deyil. Bəs nədir? Bəlkə... Yox, ola bilməz. 19 yaşında?” Zaur onun yanına qaçdı. - Adı? - Eldəniz. - Eldəniz! - Zaur var gücü ilə bağırdı və oğlanın çiyinlərindən tutub silkələdi. Heç bir rearsiya yox idi. Tənəffüs də yoxdur. “Süni tənəffüs lazımdır. Nəbz var? Yox”. - Hamını ayağa qaldır. Bura gəlsinlər. – o, bu sözləri deyib, əsgərə süni nəfəs verməyə başladı. - Zaur, əl çək ondan. Hər şey bitdi artıq. Yalnız indi o, dəhşətli dərəcədə yorulduğunu anladı. Kiteli tam yaş idi, sıxsaydın, su damardı. Kürəyi, ayaqları, əlləri göynəyirdi. Zaur saata baxdı. Düz 25 dəqiqə idi ki, əlləşirdi. Hər şey hədər getdi. Möcüzə baş vermədi. Nə ürəkdaxili inyeksiya, nə də 4 elektroşok fayda verdi. Əsgərin cavan və solğun nəşi yerdə uzanmışdı. - Ona nə olmuşdu? - deyə rəis soruşdu. - Mədəsi idi - Zaur güclə cavab verdi. İndi ona hər şey aydın idi. Əslində bu, mədə ağrısı adı altında maskalanmış gizli miokard infarktı idi. 19 yaşlı gəncdə! Düzdür, təəccüblüdür, amma mümkünsüz bir şey də deyil. - Zaur, özünü günahlandırma . - bu sözləri deyən onun dostu idi, stomatoloq - Nə lazımdırsa, sən etdin. “Etdim. Əslində heç nə etmədim. Edə bilmədim. O getdi. İlk növbədə kardioqram etmək lazım idi. Mən belə halların olduğunu bilirdim. Hətta dərs vəsaitlərində də bu barədə yazılıb. Yox, bu gəncin ölümündə mən günahkaram. Başım qarışdı plevritə, bu fikrimdən yayındı”. Zaur çıxanda gecə idi. Doğrudan da yağış yağırdı. “Nə edim? İndi özümü nəylə məşğul edim? Məhz indi, bu saniyə nə edim? Çəkən olsaydım, yəqin siqaret çəkərdim. Amma çəkən deyiləm. İçim sərxoş olana qədər? O da mənlik deyil. Bəlkə gedim infarktın qastroloji forması haqda oxuyum? Bu indi nəyə lazımdır? Daldan atılan daş.... Bəs onda nə edim? Ah, indi dəli olacam.” Birdən onun yadına plevritli xəstə düşdü və o, palataya tərəf yollandı. “Sınağın nəticəsinə baxıb, antibiotik vurmalıyam”. Ramil sakitcə yatmışdı. Hərarəti düşmüşdü, tənəffüsü normal idi. “O yatanda, bu dünyada Eldəniz adında bir əsgər var idi. Duranda görəcək ki, bu əsgər artıq yoxdur. O yatıb, heç nədən xəbəri yoxdur. Heç bir günahı da yoxdur. Ah, mən sənin yerində olmaq istərdim “ - Zaur fikirləşdi. Hətta mənim plevritimə belə baxmadan? Mən xəstəyəm axı.” - daxilindəki səs soruşdu. “Plevrit! Nə olsun ki? Boş şeydir, keçib gedər”. “Bəs ölən oğlanın yerində olmaq istərdin?” Zaur bilmədi nə cavab versin. Ölüdən nə soruşasan, amma yəqin ki, soruşsaydilar, o cavab verərdi ki, yox, ölmək istəmirəm. 19 yaşında kim ölmək istəyər ki?.... Zaur qəbul şöbəsinə qayıtdı. Komandir, rəis və başqaları burda idi. Korpusa artıq xəbər göndərilmişdi, müdiriyyətin gəlişini gözləyirdilər. Otaqda məzar sükutu var idi. Cənazəni taxtın üstünə qoyub, üzünü örtmüşdülər. Zaur xəstəlik tarixçəsini yazmağa başladı. İndi çox diqqətli olmaq lazım idi. Rəis ona yaxınlaşıb, çiyni üstündən baxdı və dedi: - Bunu at getsin. Hələ yarım saatımız var. Təzəsini yaz, mən diktə edəcəyəm. Zaur lal nəzərlərlə ona baxdı. - Başa düş, oğlum, ona daha heç nə kömək etməz. Səni tutub aparsalar, biz bundan çox əziyyət çəkəcəyik. Sən yaxşı həkimsən. Əsk həkim. İşə can yandırırsan. Mən hər şeyi görürəm. Hamının səhvi olur. Ələlxüsus belə şəraitdə işləyəndə. - Onun ölümündə mən müqəssirəm. Mən özümü bağışlamayacağam. - Bağışlarsan. Unudarsan. Bu həyatdır. Otur, yaz. __________________________ O, doğrudan da, bağışladı özünü. Unutdu. Yəni tam unutmasa da, hər halda daim bu barədə fikirləşmirdi daha. Özünü də daha əvvəlki kimi suçlamırdı. Doğrudan da, o vaxtlar 5 adamın əvəzinə işləyirdi, cavan və təcrübəsiz idi. O hal da elə bir şey idi ki, təcrübəli həkimi də çaşdıra bilərdi. 19 yaşında cizli infarkt. Bir də kim bilir, əgər vaxtında müəyyən işlər görülsəydi, ilk yardım göstərilsəydi, onu xilas etmək mümkün olardı ya yox. Xəstəni 5 km yolu qət etməyə məcbur edən hər halda o deyildi. Zaur 2 ildən sonra ordudan tərxis olunub, həkimlik karyerasına başladı. Doğurdan da, çox yaxşı həkim idi. Tezliklə namizədlik dissertasiyasını müdafiə etdi. Bir neçə klinikada konsultasiyalara gedirdi. Şəxsi həyatı da normal idi, öz axarında - yaraşıqlı xanımı, sağlam uşaqları, geniş, rahat mənzili. Həmən gün işdə yubanmışdı. Pankreatitlə ağır xəstə gətirmişdilər. Zaur cəld diaqnoz qoyub, dərman təyin etdi, xəstənin halı yaxşılaşanda evə getməyi qərara aldı. - Doktor, ehtiyatlı ol, yer buzla örtülüdür. - Çıxış qapısındakı gözətçi onu xəbərdar etdi. - Narahat olma, mən buzda sürə bilirəm. O, yaxın günlərdə aldığı “Toyota”ya oturub, klinikanın həyətini tərk etdi. Svetofora 50 m qalmışdı ki, yaşıl işıq yanıb-sönməyə başladı. ___________________________ Birdən qaranlıq çəkildi. Sanki gözlənilmədən işığı yandırdılar. Zaur özünü çox yüngül və sərbəst hiss eləməyə başladı. O yalnız irəlidəki işığı görürdü. Sonra işığın tərkindən bir nəfər çıxdı. Bu o idi. Zaur o dəqiqə onun adını xatırladı. - Eldəniz. - Hə, mənəm. - Sən sağsan? - Hər şey qaydasındadır. - Sən axı yoxsan. Biz səni o vaxt itirdik. - Hər şey yaxşıdır. Mədəm daha ağrımır. Çox sağ olun. Zaur ağlayırdı.
  7. SÜRÜŞKEN CIĞIR Svetofora* çatmağa 50 m qalmışdı ki, yaşıl işıq yanıb-sönməyə başladı. Zaur bilirdi ki, buzun üzərində maşının qəflətən dayandırılması hansı nəticələrə gətirə bilər, ona görə də ayağını qazdan çəkib, birinci sürətə keçdi. Avtomobil tədricən dayanmağa başladı. Düz svetoforun qarşısına çatanda maşın demək olar ki, tam dayanmışdı və Zaur lingi neytral bölümə atmaq istəyirdi ki, arxadakı maşının onunla toqquşduğunu hiss etdi. Zərbə maşını yol ayrıcına atdı. Avtomatik olaraq, Zaur əyləci basdı və o dəqiqə də səhvini anladı. Maşının arxa hissəsi yolla ötən digər iri avtomobilin altına yönəldi. Daha bir zərbə. Zaurun son dəfə gördüyü mənzərə - üzbəüz çıxan “BMV” fonarının gur isığı oldu. Bütün hadisə 2-3 san. davam etdi. Amma bu qısa zaman kəsiyində beynində o qədər fikir cövlan elədi ki.... Oğluna çoxdan bəri soz verib, hələ də almadığı noutbukdan tutmuş uşaqlıq xatirələrindən sızıb gəlmiş və anası tərəfindən onun satdığı tumların alınmasına qəti qadağa qoyulmuş qonşu Knarikin sifətinə qədər (Anası tam əsassız surətdə qonşu haqda belə söyləyirdi: “O, tumları gecə güvəcində qızardır, onları yemək olmaz”. Zaur o vaxtdan dilinə tum vurmurdu). Zaura elə gəldi ki, ölümünə 1 san.qalmış gözləri önündən ötüb keçən bütün həyatı cəfəng bir şeydir. Xatirələr heç bir ardıcıllıq-filan gözləmədən beyninə soxulurdu. Ən son anda həmən o oğlan yadına düşdü. Adı nə idi onun? Zaur təəccübləndi ki, oğlanın adını unudub. Taqqıltı, kəskin ağrı, qaranlıq, sükut...... - Doktor Zaur, doktor Zaur, qalxın - əsgər çiynindən tutub onu silkələyirdi. Zaur cəld sıçrayıb qalxdı. Nə baş verdiyini öyrənməmişdən qabaq, hər ehtimala qarşı irəlicədən ipləri boşaldılmış çəkmələrini geydi, kəmərini taxıb papağını başına qoydu və otaqdan çıxdı. - Neçə nəfərdirlər? - artıq küçədə soruşdu. - 5-6 nəfər. - Hardandırlar? - N hissəsindən. - Həmişə gecə yarısı gəlirlər. Orduda həkim işlədiyi bu 2 il ərzində Zaur gecələr hövlnak yuxudan oyadılmasına adət etmişdi artıq. İndi payızdır, hələ işi o qədər ağır deyil. Qışda demək olar ki, gecələr yatmaq tamamilə mümkün olmur. Bəzən çox gərgin iş günündən sonra gecə 30 nəfər xəstə gətirirlər. Gecə saat 3-də uzanır ki, bir az gözünün acısını alsın, 10 dəqiqədən sonra yenə durquzurlar. Kimsə qızdırır, kimsə qaytarır, kiminsə isterikası başlayıb. Bu dəli ritmdə üzlər yaddan çıxır, disney xatirində qalan soyadlar, diaqnozlar, hərbi hissələrin nömrələri olur. Zaur qəbul şöbəsinə daxil oldu. Kamuflyajda 3 yuxulu gənc yorğun halda taxt üzərində oturmuşdu, biri isə onlardan bir az aralı, kətildə əyləşmişdi. Birinə yer çatmadığından, çömələrək yerdə oturub, divara söykənmişdi. Xəstələri müşayiət edən gizir Zaurla özünəməxsus tərzdə salamlaşdı. Bu, hərbi salamlaşma deyildi. Hamı bilirdi ki, zabit poqonlarına baxmayaraq, həkimlərə hərbi psixologiya çətinliklə aşılanır. Ona görə də Nizamnaməni o qədər də gözləmirdilər. - Hə, danış görüm bu simulyant-riyakarlar haqqında. - Rəis, elə demə. Simulyant olsaydılar, gündüz gətirərdim. - Deməli, bunlar əsl xəstədir? Ona görə gecə gətirmisən? Nə ilə gətirdin? - Stansiyaya qədər piyada, ordan qatarla, sonra yenə piyada. - Bəs sizin UAZ-ik hanı? - Allah bilir, hardadır. Yəqin yenə təmirdədir. Zaur xəstələrə ötəri nəzər salan kimi gözü birini tutdu. - Oğlum, bura yaxınlaş. “Oğul” ondan 6-7 yaş kiçik olardı, sadəcə zabitlər əsgərlərə belə müraciət edirdilər. Gənc çətinliklə taxtdan qalxıb Zaura yaxınlaşdı. O dəqiqə təngnəfəslik başladı. - Adın nədir? - Ramil. - Köynəyini qaldır. Bədəninə fonendoskopun soyuq metalı toxunanda, əsgər diksindi. Onun dərisi quru və isti idi. Müayinədən sonra Zaur növbətçi tibb bacısına dedi: - Təcili buna yer düzəlt. Xəstəlik tarixçəsi aç. Diaqnoz – ekssudativ plevrit. Sonra o gizirə tərəf çevrildi: - Sizin həkim heç olmasa baxıb buna? Belə tövşümə ilə sən onu necə piyada gətirmisən, başa düşə bilmirəm. Mən bu barədə qeydiyyat aparmalıyam, incimə. - Doktor, sənə qurban olum, lazım deyil. Komandir mənim başımı kəsər. - Cəhənnəmə ki. İşləməyən baş sənin nəyinə lazımdır? Bu qayda ilə sən bu bədbəxtləri yollarda öldürəcəksən, onda daha sənin başının kəsilməyinin heç bir faydası olmayacaq. Elə indi cəzalandırılmağın yaxşıdır. - Mən nə edə bilərəm axı? Maşın yoxdur. Bu mənim günahımdır? - Taksi ilə gətirəydin. - Taksi 10 şirvana gətirir. Pul da yoxdur axı. - Get komandirə yaxınlaş. Deynən, maşın verməsən öləcək. - Doktor, anamın canı üçün, son dəfə olsun ki, maşınsız gətirirəm. Sən allah, heç nə yazma. Zaur artıq ona fikir vermirdi, xəstələrlə məşğul idi. Bronxit, qastrit, qrıja, angina. “Belə, boş yerimiz yoxdur. Plevrit üçün palata boşaltmalıyıq, bir neçə gün burda saxlayıb, vəziyyətini tənzimləyib, əgər lazımdırsa, punksiya götürüb, sonra Bakıya ğöndərərik. Qrija üçün indi cərrahı çağırarıq, qoy baxsın. Bronxiti səhərə qədər saxlayıb rentgen edərik, əgər pnevmoniya yoxdursa, dərmanları qoltuğuna vurub təzədən briqadanın tibb məntəqəsinə göndərərik. Qastriti də eləcə - səhər rentgen, sonra hospital. Boğazı ağriyanın yüksək hərarəti var, o gərək bir həftə yata”. Zaur masa arxasına keçib, cəld xəstəlik tarixçəsini doldurmağa başladı. Onu narahat edən əsasən plevritli xəstə idi. Xəstələrə lazımi dərmanları yazıb, onları tibb bacısına tapşırdı və şöbəyə tələsdi. Ramil artıq gecə geyimində idi. O, çarpayıda uzanıb çox çətinliklə nəfəs alırdı. Zaur palataya oksigen balonu gətirib, şlanqı xəstənin burnuna keçirtdi. Xəstənin tənəffüsü tədricən normallaşdı. Sonra o özü şəxsən venoz kateter qoyub, damara dərmanları köçürməyə başladı. Hər şey tam dəqiqliklə ölçülüb – biçilməlidir. Sınaq qoyulub, analgin vurulub, antibiotikə 15 dəqiqədən sonra başlayacağıq. Daha nə? Sidik kateterini də unurmaq olmaz. Qalanı – rentgen, punksiya – sabah. Səhər tezdən rəisin yanına gedib, evakuasiya xahiş edəcəm”. Zaur yorğun halda özünü stula atdı. Ramil yatmışdı. “Yatar da..... Yatmasın neyləsin? Biçarə bir ağciyərlə 5 km yol addımlayıb”. Onu yavaş-yavaş yuxu aparırdı. Birdən dəhlizdən ayaq səsləri gəldi. Mənfur, xəbis bir hissiyyat bütün daxilinə hakim kəsildi, yuxusu qaçdı. Zaur özünü dəhlizə atanda, az qaldı ki, növbətçi ilə toqquşsun. - Doktor, tez. Qəbul şöbəsinə. Onlar yubanmadan küçəyə çıxdılar. “Zülmət. Bu nədir, yağış yağır? Ya mənə elə gəlir? Bu nə ola bilər? Ax, daha 3 pillə qalıb. Birinci. Qrijanın fəsadıdır bəlkə? Yox, bu boş şeydir, belə hay-küyə səbəb olmazdı. İkinci.
  8. Есть юзеры, которых хоть и форум теряет, но их светлый, яркий образ надолго откладывается в нашей памяти. Они незабываемы. Зубейр один из них. Его давно уже тут не видно. Т.е. активного Зубейра, каким мы его знали, нет. Мы всегда будем его вспоминать с большой любовью и теплотой…… Зэб, извини, кажется, немного смахивает на некролог…….Я из самых добрых побуждений.) Сам знаешь, я тебя очень-очень сИлЬнО У В А Ж А Ю !! Выставляю перевод «Гололед»а. Перевела я рассказ 100 лет тому назад. «Гололед» не похож на др. произведения Зубейра. Он очень трепетно относился к данному рассказу. И мне он очень нравится. В общем, к чему лишние слова? Щас опять что-то ляпну. Перевод представляется вашему вниманию. Тут оригинал: http://forum.bakililar.az/index.php?showtopic=88616
  9. То, что пишу, не только наших соотечественников касается. Почему люди восхваляют правительство, скрывая при этом недовольство правящим режимом? Если спроецировать на микромодель (т.е. на человека) то теория кармистов очень даже актуально звучит: Ежик событий. Как бы не стало хуже…. Никогда вслух не жалуйтесь! Разве не может быть хуже, чем есть? Конечно, может. Как у совершенства нет предела, так и у свержения/падения нет конца-края. Если начнете ныть, то уровень «хужести» будет постоянно возрастать. Человек такая субстанция, которой свойственна неудовлетворенность. Ныть в любом случае не стоит. Что сделано для нас, и на том спасибо. Каждый гражданин должен сделать все от него зависящее, чтоб процветала Родина. Согласна как с Клином, так и с Аристократом. Вопиющая проблема (еще одна) : безработица. (не надо мне приводить цифры, в каких странах более плачевное положение. Меня интересует что творится тут). Плачевный факт: довольно эрудированные дееспособные люди (среди них немало молодых и талантливых ) остаются не у дел. Тапш, взятки, адамын адамы и тд. Не хочу много писать. Тем более о внешней политике. А о внутренней пожалуй скажу пару слов. Напр. тут о детях с различными проблемами только сейчас начали серьезно думать, когда поняли, что их число с каждым годом неуклонно растет. А с повзрослевшими (подростки ) никакая работа не ведется, нет спец.институтов, которые бы готовили кадров для работы с ними. В Турции (далеко ходить не надо за примером) работает целая система, как и в др. странах, где каждому человеку с определенными проб. со здоровьем оказывается помощь, чтоб человек в дальнейшем не почувствовал себя изгоем общества, а стал полноправным гражданином своей страны и приносил пользу. В словах А…, тоже есть правда. Независимость – она прекрасна.
  10. Среди них есть также и известные бизнесмены: Араз Агаларов левша.
  11. Мейхана – исконно Апшеронский фольклорный жанр. Сейчас она популярна и в периферии.(были же времена, когда ее запретили). Обратите внимание, ребята с регионов Азербайджана поют мейхана именно с Апшеронским акцентом. За что им спасибо. Спой ее как-то по-другому, она потеряет весь свой смак и прелесть. Также я не представляю себе ашугские песни без «агрын алейм, гадан алейм». Это особый колорит – имбирь/шафран/зира, что ничем не заменишь. Мугамат (гэзэл) никакого диалекта и искажений не терпит.
  12. То же касается и Мулдашева. Читала все его книги и «АнтиМулдашев»а тоже (П.Образцов). Есть в книге Образцова рациональное зерно, особенно касательно зеркал времени, Генофонда человечества, что сидит в сомати в тибетской пещере, куда вход замурован. Но не все его доводы убедительны по отношению к известному уфимскому офтальмологу. Пишущий перед собой может ставить разные цели. Читатель же должен быть объективным всегда.
  13. Патрик, откуда же она копипействовала? Она была незаурядной личностью. С ранних лет не была похожа на других людей. Человек обладал недюжинным умом и завидной работоспособностью. Ее всегда тянуло к таинственному. Блаватская обладала даром ясновидения (об этом пишет ее биограф Писарева). Может она с небес копипействовала? Тогда это по-другому называется, Патрик. Создание Теософского общества связано с ее имеем. Вот что она говорит по поводу своей причастности к спиритическим сеансам: «Я была послана………….продемонстрировать ложность спиритуалистической теории духов». Она создатель теософских журналов, автор ряда книг, написанных с целью приподнять завесу тайны над эзотерическими учениями древности. Выносливая, сильная, умная Женщина с неиссякаемой рабочей энергией. Не буду тут писать всю ее автобиографию. Придется накатать страниц 20, не меньше. Кому это интересно? По поводу ее разоблачения: «ОПИ опубликовало доклад, в котором охарактеризовало ее как одного из совершеннейших, гениальнейших и интереснейших мошенников в истории. И до сего времени данный доклад приводится как доказательство мошенничества Блаватской и несостоятельности теософии». И смех и грех! Несостоятельность теософии. Эта самая теософия и есть древнейшая религия и наука доисторических цивилизаций, до уровня технократического развития которых нам расти и расти. Кто мы такие, чтобы судить о науке древних? Спустя 100 лет человечество признало заслуги Е.П. Блаватской – 1991 год был объявлен ЮНЕСКО годом Блаватской. (может потом опять обвинили ее в недобросовестности и объявили мошенником,…….это я знать не могу) И в конце цитирую одно из писем махатм: «Вы никогда не узнаете ее такой, какой знали ее мы, потому вы никогда не сможете судить о ней справедливо и беспристрастно. Вы наблюдаете лишь поверхность вещей………………это психологическая головоломка. Мы под покровом эксцентричности находим в ее внутреннем «Я» мудрость более глубокую, чем вы сами когда-либо сможете воспринять.»
  14. Если верить Е.П. Блаватской («Тайная доктрина» - колоссальный по объему труд) и Э.Р.Мулдашеву, то рас на Земле было 5 (предыдущие цивилизации). Представители первой расы «саморожденные» представляли собой ангелоподобных существ ростом 50-60 м. и размножались делением. Представители второй расы людей – «бессмертные» представляли собой уже более плотных, но еще призракоподобных существ высотой около 40 м., имели один глаз (по типу «третьего»), размножались путем почкования и спор. Третья раса, «лемурийцы» имела наиболее длинный период существования. В пределах этой расы произошло разделение полов, появились кости, тело уплотнилось, и из четвероруких и двуликих ростом около 20 м. они превратились в двуруких и одноликих уже меньшего размера. Наибольшего процветания добились позднейшие представители -- лемуро-атланты. Представители четвертой расы, называемой атлантами, были двурукие, ростом около 6-8 м. и имели плотное тело. Кстати, о нынешних свидетелствах цивилизации атлантов Блаватская пишет так: « …..Пирамиды Египта, Карнака и тысяи развалин….монументальный Начкон-Ват в Камбодж…развалины Паленке и Уксмала в Центральной Америке…..» Лемурия и Атлантида, поочередно существующие на Земле, были высокоразвитыми цивилизациями. Но технократическое развитие каждой из этих цивилизаций неизбежно вело к конфликтам и войнам, которые вели к гибели цивилизаций. Всемирный протоп….полюса двинулись. Земля пережила две глобальные катастрофы: первая погубила лемурийцев, вторая – атлантов. Каждая цивилизация зарождалась в недрах предыдущей. Но передачи древних знаний и технологий предыдущей цивилизации не происходило. Представители пятой расы (т.е. нашей цивилизации) называемой арийцами , вначале были большого роста, чем сейчас, но потом постепенно уменьшились до нынешних размеров. Считается, что на Земле будет всего 7 рас. Будет ли конец света? Исчезнем ли мы тоже с лица Земли? Ответить на этот вопрос однозначно трудно. Аватар (гуру) Сатья Саи Баба (Земля ему пухом) считал, что никогда не наступит конец света. Если хотите узнать мое личное мнение, то оно такое: кто знает, сколько нас было и сколько еще будет? Сколько апокалипсисов пережила наша планета и сколько еще предстоит? Много-много вопросительных знаков ??????????????????????? ПС. Я очень верила в конец света (21.12.12). Но он так и не наступил )).
  15. А я люблю. И в рестораны, театр, и на концерты, выставки. Не люблю жутко в гости ходить.
  16. Ты нарушила нашу традицию, начала пост без многозначительного Пфф )). Пучок укропа? О, ты его явно недооцениваешь, недолюбливаешь, недо..... Собственно говоря, о чем мы дискутируем, а?? Я уже забыла, с чего начали. Когда дело касается тебя, я не могу сквозь пальцы смотреть на происходящее. Пойми ты. ) Забыли. На всякий случай Пфф. )
  17. Обычно так говорят: гэпии гэир )) Честно скажу, я свой язык не узнаю, когда так сильно искажают его. Также не понимаю, когда говорят на блатном русском.
  18. И то, и другое искажает язык. Я никогда не придираюсь при общении к обычным людям, таким же, как я сама. Нам ошибки простительны. Но в эфире мне хочется видеть приятные лица, стильную внешность, слышать безупречную (т.е. правильную) дикцию.
  19. Оса, дорогая моя, объясняю на пальцах: ( попишу, пожалуй, кириллицей) Гедэджэксэн - гедэССЭН Апараджаг - апараЖАХ Хэгиги - хэККИ (ударение на первом слоге) Гэлэджэйэм - гэлэЖЭМ Неджэсиниз - нэтэрсэн, аз? )) Един - ейлэ, дайна! Дейин (сойлэйин) - де да бэ! (небезызвестный эдабэ) Хеч нэ баша дюшмюр - хырнан зыры ганмейир. Ну все! Держите меня, перешла на идиомы )). Первый столбец - правильный литературный, мной обожаемый. Второй - с региональным диалектом. Насколько он правильный, судить вам ). Любой диалект, и не только районский, но и Апшеронский - есть искажение. Меняется орфография. Окончания или опускаются или сливаются с последней буквой основы. Да не только это. И лексические ошибки бывают, и фонетические. Бывает, что нарушают морфологические нормы (профессиональные журналисты!)
×
×
  • Создать...