Перейти к содержимому

Эда F

Members
  • Публикации

    10105
  • Зарегистрирован

  • Посещение

  • Days Won

    27

Все публикации пользователя Эда F

  1. Эда F

    Фото в сетях

    тема о том, как некоторые мужчины зарабатывают себе на жизнь.
  2. Evdə kişi O gün evimə bir kişi gəldi. Adını soruşdum, demədi. Kimliyini sadəcə təxmin edirdim. Qucağıma girdi, dizlərimi yaladı, əl atıb saçımın düzənini pozdu. Evimdə hər şey onun idi, heç nə üçün icazə almazdı, hara istərdi gedərdi, nə istərdi edərdi. Disklərimi, kitablarımı, suvenirlərimi ələk-vələk eləmişdi. Acgöz idi, yedirirdim, doymurdu. İsti su xoşlamırdı, yeməyi xüsusi qabdan yeyirdi, çimizdirəndə mırıldanırdı. Bir də qısqanc idi yaman. Yanımda bir adam oturan kimi əl atıb cırmaqlardı. Bir gün eyvandan düşüb qaçdı. Ha axtardım, tapmadım. Qəzetə elan verdim: “Filan vaxt evdən getmiş, qayıtmamış”. Cizgilərini birər-birər yazdım, tapana mükafat boyun oldum. Tapılmadı. Vəfasız... Onlar həmişə belə edir.. Elə darıxıram onunçun..., mənim ağ pişiyim..
  3. Sən başlama Başlama – sonunu yazaram. Danlama – onsuz da bezaram. Gəlməsən – yolumu azaram. Gəl. Gəl ki, cığırlarda çapar atlarımızın birgə izləri qalsın. Soyunma – donunu geyərəm. Darıxma – istimi bölərəm. Çağırsan – qoynuna gələrəm. Çağır. Çağır ki, fəzanın kitabına adıma xitabın düşsün. Sazağı - gözündən sezərəm. Nisgili – qəlbindən silərəm. Unutsan – sinədən deyərəm. Unut. Unut da şans burax mənə. Səninçün bir dünya yaratdım, “səmaları qıpqızıl”...
  4. Göylərə baxıram Eyvana çıxıram, şəhərə baxıram. Ucsuz-bucaqsız işıq seli. Ləpələnir sanki. Onu dəniz bilsəm, dalğalar məni bağışlar, düşünürəm. Göylərə baxıram. Ulduz seli. Onu kosmosun mesajı qəbul edirəm, amma anlamıram. Göylər məni bağışlar, düşünürəm. Çöllərə baxıram, səhralığa. Qumcuqlar seli, sarı-qızılı. Sıyıq qazanını xatırladır. Karvan məndən inciməz, yəqin ki. İnsanlara baxıram. Şir, pələng, tülkü, dovşan, çaqqal görürəm. Meşə məndən inciməsin. Aylı gecədə dənizə baxıram. Gecənin günəşini sularda tapıram. Günəş məndən inciməsin. Sabah məndən inciməsin. Sular məndən inciməsin. Göylərə baxıram...
  5. Dadlı Səndə bütün qapılardan açar var..., ölüm. Səni qapıdan qovanda pəncərədən girmirsən, yox. Bacadan da düşmürsən. Sən divardan keçirsən.. Sən gözəgörünməz, eşidilməz, toxunulmaz və qoxusuzsan. Yalnız dadın var sənin. Zəmilərin saralmış yaşılıdır sənin dadın, qurumuş çay yatağındakı ağ daşlardır, meşədə ildırım vurmuş ağacın eybəcər qara budaqları, ilanın tərk etdiyi qabıq, dünənki gün, torpaqdakı çürüntü, sönmüş şam, tabut üstündə yolunmuş saçlardır sənin dadın. Sildim dodaqlarımı, dadın getmədi. Gözlərimə hopub dadın, barmaqlarımın ucuna, burnuma, qulaqlarıma dolub. Tərk edəcəm dadın hopmuş cismimi bir gün.., səndən qurtulacam. Miledi
  6. Готика Mən burdan Mən bilirəm, hər şey yaxşı olacaq. Yıxılmış səkkizlikdi hər şeyin sonu. Hər şey yıxılana qədərdi.. Mən burdan gedəndə xoşbəxt olacam. Təkcə xoşbəxt yox, həm də rahat. Təkcə rahat yox, həm də asudə. Təkcə asudə yox, həm də yüngül. Təkcə yüngül yox, həm də şəffaf. Təkcə şəffaf yox, həm də batinsiz. İç dünyamı burda qoyub gedəcəm. Heç nə aparmayacam özümlə. Heç nə! Heç özümü də! Gedəcəm. Axtarmayasız.. Rahatlığı xoşbəxtlik sananlar, asudəliyində rahatlıq tapanlar, yüngüllüyü ilə asudə olanlar, şəffaflığı yüngüllük bilənlər, batinsizdə şəffaflıq görənlər. Gövdəsiz ağaclar, damarsız ürəklər, siz məni başa düşməzsiz. Mən lal danışanlardanam. Dilsiz dodağam mən, odsuz alov. Asılan canam, kətil də, torpaq da altımdan qaçmış. Ürəyimdən cəhənnəmin damar çayı axır rəngi qapqara.
  7. бу серийадан 2 йазым. чох севирем бу стили. готиканы хер кес севмир ве бир аз четин баша душулур. бир аз ачым: 1 -джи йазы: устунде гюллер ве гушлар олан парчадан тикилмиш дондур, баладжа гызын ейнинде, кирледир ону, тез-тез йуйур ве с... галаны метнде. 2-джиде ган хисседжиклери (эритроцит, лейкоцит ве с.) , борулар йени дамарлар. 4камералы тюрьма - урек, сонра агджийерлер тесвир олунур ве с. атеросклероз - эсрин хестелийинден сёз ачылыр. шехер - йени инсан, ве онун оз организминин башына гетирдийи ойунлар.. нийе бес "Узаглашараг"? камеранын обйективине уйгун гойулуб ад. йени еввел камера микросдан башлайыр - илк плана 1 йазыда гюллер, гушлар душур, узаглашдыгджа анлашылыр ки, бу багча дейил, парча имиш. Парча палтар имиш, .. ве с. 2-джи йазыда еввел гоншулар верилир (ган куреджиклери), сонра камера. узаглашанда айдын олур ки, онлар дамарларла херекет едирлермиш, дамарлар инсан беденинде ахырмыш ве илахыр.
  8. 2. Mümkünsə qolunuzu qatlamayın Qonşular. Ağ, qırmızı, hərəsi bir rəngdə. Hərəsi bir ölçü və formada. Hərənin öz işi-peşəsi, həyat tərzi, yaşam planı. Ağlar bir az ibarəlidi, artmağa meyllidi, artanda pis şeylər baş verir. Bu qonşu hissəciklər balıq kimi suda üzürlər. Su da borularla axır, lap elə çay da deyə bilərsiz, qollanır, şaxələnir, ətrafa yayılır. Buradakı suyun rəngi qırmızı. Bu boru şaxələri daim ətraf mühitə nəsə verir,nəsə alır. Olur ki, içi ilə axan suyun rənfi dəyişir, tündləşir. Müəyyən məzəli yerlərdən keçir borular. Dördkameralı bir həbsxanaya düşür, qabarcıqlarla dolu ikipaylı məkana baş çəkir, enli-ensiz hər yerə yol açır. Bəzi yerlərdə bu boruların divarı bir qədər qalınlaşıb, artıq şeylər yapışıb ora, yarıəhəng-yarıyağlı, gediş-gəlişə mane olur. Bu borular böyük bir şəhərə məxsusdur. Qırmızılar – onun su təchizatı, tündlər kanalizasiya sistemidir. Bu şəhərin 2 əli, 2 ayağı, baş və büzdümü var. Şəhər də adsız deyil, daxilindəki küçələr də. Bəzən bu şəhər-varlıq qəribə hərəkətlər edir, bükülür, dikəlir, əzilir, çöməlir, qanrılır, boylanır. Onda onun daxili boruları da məcbur qalıb, bükülən yerlərdə qatlanır, əyilir. Və boru ilə üzən hissəciklər – ağ, qırmızı və s. əzilir bu bükük yerlərdə, başlayır çığırmağa. Amma şəhərin heç vecinə də deyil. Hegemon dominant içərisindəkilərin harayınımı eşidəcək?! Şəhər öz keyfində.., zavodları siqaret sümürür durmadan, dəyirmanı daşdan yumşaq nə tapırsa üyüdür. Ətrafında onu narahat edən hər nə varsa, hamısını dördkameralı dustaqxanasına salmaqla məşğuldur. Sultanlıq edir şəhər. Sultanlıqsa yaxşı şey deyil. Əgər adının sonuna bu "sultanlığın" birinci 4 hərfi yazılmış bir iş “şəhərin” başına gəlsə, hamı boruları müqəssir sanacaq. Boru neyləsin axı?.. Miledi
  9. QOTika Uzaqlaşaraq 1. Bülbülləri ütüləməyin Aman, nə gözəl bağ-bağat. Nə şirin büsat! Gül-gülü çağırır, bülbül-bülbülü. Güllər son dərəcə təravətli, bülbüllər son dərəcə gözəl. Budaqlar havada deyil, ağ müstəvi üzərində, bir-biri ilə çəpəkisinə, uzununa, eninə, çarpazlaşa-çarpazlaşa uzanır harasa. Bəzi yerlərdə bağça kəsilib, qol və boyun yeri açılıb onda. Əgər kəsilməsəydi, onu heç kəs geyə bilməzdi axı. Onu yeniyetmə bir qız geyir. Bu onun yeganə donudur və tez-tez kirləndirir onu. Onda bağ-bağatı suya basır, başlayır çəngələməyə gülləri. Güllər solur, bülbüllərinsə qulağına su dolur. Sonrasa sudan çıxarıb yaxşıca çırpır, onda bülbüllərin ürəyi gedir, güllərsə az qalır qopa budaqdan düşə. Ondan da sonrası aparıb günün altından asır ki, bağın yaşı qurusun. Bağın yaşı həqiqətən quruyur, amma bülbüllər uyuyur günün təsirindən və şux rəngini itirir. Ekzekusiya bununla bitmir. Sonunda bir işgəncə alətini dağlayıb basır bağın bağrına. Güllər yana-yana ütülənir, bülbüllərin cızdağı çıxır. Lap sonda dar, qaranlıq bir yerə itələyir bağçanı, qutu kimi bir yerə, Tantal zülmündən qurtulmuş bülbüllər qalır havasızlıqda. Bir müddətdən sonra qızcığaz əlbisəni yenidən geyinib, başlayır bağçanı öz istisi ilə isitməyə, könlünü almağa. Güllərin nəfəsi qayıdır, rəngi qaçmış bülbülün avazı qayıtmır ki, qayıtmır. Bülbül neyləsin axı?..
  10. по сведениям моего врачебного окружения, они более-менее планку держат касательно нейролептиков. С гипотензивными, седативными, кардиологическими средствами та же история.
  11. я тоже когда вырасту, стану большим академиком., если не генералом, конечно..
  12. в нашем здании тоже один генерал живет. если в каждом здании по генералу.,, гер хара гедир... сколько зданий в г.Баку, ынтыресно? пс. кста, у нас "членкоров и академиков" не меньше. гыы..
  13. упс...раздел азерб.-ский. gözəl dediz.. !
  14. илин адамы данышанын озюню сечэрдим. а вот интересно, он еще на свободе? думаю нет.., тутуб басыблар йегин. он прав. все у нас для показухи. одни рисовки блин.. кстати, на счет лекарств. знаете, что они не работают? На Басина единственная аптека (преп.немецкого производства), где можно было приобрести более-менее качественные мед.препараты, как недавно выяснилось, тоже уже не те.. а стоят в 2-3 раза дороже.
  15. Эда F

    Наблюдения-3

    Патрик, я совершенно без комплексов, если что ). и все правильно понимаю. ) жаль, не видела я вашего Аполлона / Леннона
  16. Эда F

    Наблюдения-3

    выходит ты всецело наша )
  17. Эда F

    Курилка-2

    оки. вычеркиваем )
  18. Эда F

    Наблюдения-3

    на форуме? хто она? ))
  19. Эда F

    Память..

    думаю второе. а знаешь какой кайф перечитывать. сразу возвращает тебя в те дни.. вспоминаешь все в деталях
  20. Эда F

    Память..

    ты знаешь, я тоже кинулась сразу все раздавать. не знаю, у меня паника была.. и вообще, бывает у меня так. при глубокой депрессии от всего хочется избавиться. в такие моменты могу подарить или выбросить оч.ценную вещь. потом меня остановили. соседка. будто разбудила. "что ты делаешь? оставь хоть что-нибудь из ее вещей . ийини алмага.". буквально из чемодана вытащила (мечиде гондерирдим) ее жакет и одно платье, ее любимое. в том платье она ко мне приходила ... щас и вправду ийини алырам. не постирала даже.
×
×
  • Создать...