Bodriy Опубликовано: 5 сентября, 2022 Жалоба Share Опубликовано: 5 сентября, 2022 Bu gün Məmləkətin baş prokurorluğu belə bir açıqlama ilə çıxış edib. Dərinliyinə getməyəcəm. Kim "Tərtər işi"-ni izləyirsə bütün incəliklərindən xəbəri var, kim gözünü yumub, qulaqlarını qapayıbsa onlara söz deməyin xeyri yoxdur, elə xanlarvəliyevlər kimi bir zatdılar. Amma aşikar olan odur ki, bunlara təpinəndən sonra nəhayət ki, belə məlumat yaydılar. Bütün bunlara baxmayaraq, əsil cinayətkarlar hələ də istintaqa cəlb olunmayıblar. https://reklama_zapreshena/az/hadise/bas-prokurorluq-terter-isi-ile-bagli-melumat-yayib-720465 Baş Prokurorluq "Tərtər işi" ilə bağlı məlumat yayıb Baş Prokurorluğun Mətbuat Xidmətindən APA-ya daxil olan məlumatda deyilir: Məlumat verildiyi kimi, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tərtər, Ağdam, Beyləqan rayonları istiqamətində yerləşən hərbi hissələrində xidmət edən bəzi hərbi qulluqçuların qanunazidd əməlləri ilə əlaqədar 2017-ci ilin may-iyun ayları ərzində həmin bölmələrin və digər hərbi hissələrin bir qrup hərbi qulluqçusunun cinayət-prosessual qanunvericiliyin tələblərinə zidd olaraq müvafiq səlahiyyətlərə malik olmadıqları halda qanunsuzluqlar törətməkdə şübhəli hesab etdikləri şəxsləri sorğulama prosesinə cəlb edib onlara fiziki və psixi zor tətbiq etməklə zərərçəkmiş şəxslərin ölümünə və digər ağır nəticələrə səbəb olan işgəncəyə, qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qoymaları faktları ilə əlaqədar cinayət işləri üzrə icraat təzələnmiş və Azərbaycan Respublikasının Baş prokurorunun birinci müavini tərəfindən prosessual rəhbərliyi həyata keçirilən istintaq qrupu tərəfindən 16 dekabr 2021-ci il tarixdən bütün istiqamətlər üzrə intensiv istintaq hərəkətləri aparılmaqdadır. Ötən müddət ərzində işgəncəyə və digər qanunsuz əməllərə məruz qalmış 288 yeni şəxs müəyyən edilərək zərərçəkmiş şəxs qismində tanınmaqla işin halları üzrə tam, hərtərəfli dindirilmiş, onların məhkəmə-tibbi ekspertizadan keçirilmələri təmin edilmişdir. Beləliklə, işgəncə faktları üzrə əvvəlki istintaq zamanı zərərçəkmiş kimi tanınmış şəxslərlə birlikdə cinayət işləri üzrə hal-hazıradək ümumilikdə 405 zərərçəkmiş şəxs müəyyən edilmişdir. İş üzrə zərərçəkmiş şəxslərin, habelə qanunsuz əməllərə yol vermiş hərbi qulluqçuların müəyyən edilərək dindirilməsi, eləcə də cinayət təqibi üzrə bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması istiqamətində tədbirlər davam etdirilir. 2017-ci ilin may-iyun aylarında dövlətə xəyanət faktlarının araşdırılması ilə əlaqədar işgəncəyə, fiziki və ya psixi təsirə, digər qanunsuzluqlara məruz qalan, lakin zərərçəkmiş şəxs qismində tanınmayan şəxslərdən Baş Prokurorluğun “961” Çağrı Mərkəzi, 012-361-16-47 nömrəli telefon, habelə contact@prosecutor.gov.az elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instagram, facebook, telegram, twitter) vasitəsilə əlaqə saxlamaqla dindirilmələrindən ötrü istintaqa gəlmələri xahiş olunur. Əvvəlki istintaq zamanı işgəncələr nəticəsində ölməsi müəyyən edilmiş şəxslərdən əlavə Təmkin Nizamioğlunun da işgəncələrə məruz qalması nəticəsində aldığı xəsarətlərdən xəstəxanada vəfat etməsi barədə sübutlar əldə edildiyindən, onun meyiti ekshumasiya edilmiş və keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyi ilə də bu hal təsdiq olunmuşdur. Cinayət-prosessual qanunvericiliyə uyğun olaraq qeyd edilən şəxsin yaxın qohumunun zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınması təmin edilmişdir. Cinayət işinin istintaqı zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verməsi, onları qanunsuz azadlıqdan məhrum etməsi və digər cinayət əməlləri ilə bağlı əsaslı şübhələr müəyyən edilən Orucov Bəkir Şirin oğlu və Əhmədov Ramil Bəşir oğlu Cinayət Məcəlləsinin 126.3 (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurma), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.3 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma) və 341.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilmişdir. Həmçinin Məmmədov Rahib Ramazan oğlu Cinayət Məcəlləsinin 145.3, 293.2, 341.2.2 və 341.2.3-cü maddələri təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Eyni zamanda hazırda cəza çəkən Cümşüdov Qurban Qədim oğlu və Ağadadaşov Cavid Zahid oğlunun məhkum edildikləri hallardan başqa çoxsaylı zərərçəkmiş şəxslərə qarşı qanunsuz əməllərə yol vermələrinə əsaslı şübhələr müəyyən edildiyindən Cinayət Məcəlləsinin 145.3, 293.2, 341.2.2, 341.2.3 və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara müvafiq ittiham elan edilmişdir. Beləliklə, cinayət işləri üzrə icraatın təzələnməsindən ötən müddət ərzində ümumilikdə 17 nəfər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmiş, onlardan 12 nəfər barəsində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilmiş, 1 nəfər barəsində axtarış elan olunmuş, 4 nəfər isə başqa cinayətlərə görə cəza çəkmə müəssisələrində cəza çəkdikləri nəzərə alınmaqla barələrində qətimkan tədbiri seçilməmişdir. Əlavə istintaq aparılması üçün prokurorluğun protesti əsasında məhkəmələr tərəfindən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılan əvvəllər dövlətə xəyanət ittihamı ilə barələrində cinayət təqibi aparılmış, lakin sonradan bu hal öz təsdiqini tapmamaqla, hərbi xidmət əleyhinə və digər cinayətlərə görə məhkum olunmuş 26 şəxs barəsində cinayət təqibi ilə bağlı bütün hallar hərtərəfli, tam və obyektiv araşdırılaraq, onlardan 19 şəxs barəsində cinayət təqibinə bəraətverici əsaslarla, digər 7 şəxs barəsində olan təqibə müəyyən epizodlar üzrə bəraətverici, bir qisim epizodlar üzrə isə bəraətverici olmayan əsaslarla xitam verilməsi haqqında qərarlar qəbul edilmişdir. Həmçinin, Hüseynov Mehman Telman oğlu və Ağazadə Elxan Kəmaləddin oğlu barəsində dövlətə xəyanət ittihamı ilə aparılmış cinayət təqibinə öldüklərinə görə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qəbul edilmiş 19 dekabr 2017-ci il tarixli qərarlar qanunsuz və əsassız olduğundan Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən ləğv edilmiş və onlarla əlaqədar bütün halların tam, hərtərəfli və obyektiv araşdırılmaqla yekun qərarların qəbul edilməsi təmin ediləcəkdir. Bununla yanaşı, aparılan istintaq zamanı əldə edilmiş mötəbər sübutlar əsasında əvvəllər istintaqı aparılmaqla məhkəməyə göndərilmiş 3 cinayət işi üzrə dövlətə xəyanət və digər maddələrlə təqsirli bilinərək müxtəlif müddətlərdə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş ümumilikdə 19 şəxs barəsində Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən yeni açılmış hallarla əlaqədar həmin şəxslər barəsində olan məhkəmə qərarlarına yenidən baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumuna müraciət edilmişdir. İstintaqın gedişatı barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir. 1 Цитата A bullet changes a lot in the head, even if it hits the ass. © Al Capone Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Bodriy Опубликовано: 6 сентября, 2022 Автор Жалоба Share Опубликовано: 6 сентября, 2022 https://haqqinreklama_zapreshena.com259018 Мистика «Тертерского дела»: замученный пытками лейтенант Низамиоглу в могиле словно живой Накануне Генпрокуратура распространила новую информацию о ходе следствия по нашумевшему «Тертерскому делу». Следствием доказано, что военнослужащий Темкин Низамиоглу скончался в результате пыток. Была проведена эксгумация тела военнослужащего, а факт пыток подтвержден заключением судмедэкспертизы. Как сообщает издание Qafqazinfo, лейтенант Темкин Низамиоглу служил в Тертере и был участником апрельских боев. Военнослужащий находился на учениях, когда его неожиданно отозвали, задержали, доставили в поселок Ширхарх и подвергли пыткам. 15 мая 2017 года семье Темкина сообщили о его гибели, а тело доставили в Ордубад. В это время отец военнослужащего Низами Гулиев находился в горах и попросил дождаться его прихода. Несмотря на это, Темкина Низамиоглу похоронили в селе Даркенд Ордубадского района без участия родителей. Военнослужащего похоронили в гробу, который запретили открывать. Участникам похорон сообщили, что лейтенант скончался от сердечной недостаточности. После того как члены семьи начали жаловаться, им выдали официальное медицинское заключение о том, что Темкин Низамиоглу скончался от пневмонии, сопряженной с острой легочной недостаточностью. Однако последующие события свидетельствуют о некой мистике в этом странном деле. Спустя пять лет, 11 мая 2022 года, в присутствии представителей государственных ведомств была проведена эксгумация тела Темкина Низамиоглу. К удивлению судмедэкспертов, тело военнослужащего осталось нетленным. Будто какая-то сверхъестественная сила не позволила скрыть следы пыток, которыми был замучен лейтенант. Было установлено, что военнослужащего избивали тупым предметом, на его теле остались многочисленные переломы. Цитата A bullet changes a lot in the head, even if it hits the ass. © Al Capone Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
palakero Опубликовано: 7 сентября, 2022 Жалоба Share Опубликовано: 7 сентября, 2022 я думаю что те, кто это сделал сами являются врагами народа... это наверняка сильно повлияло на наш воинский состав... 3 Цитата Сабина Пашаева ... как сложилась твоя судьба ? Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Bodriy Опубликовано: 7 сентября, 2022 Автор Жалоба Share Опубликовано: 7 сентября, 2022 8 minutes ago, palakero said: я думаю что те, кто это сделал сами являются врагами народа... это наверняка сильно повлияло на наш воинский состав... Daxildəki 5-ci kolonun xarici kəşfiyyat tərəfindən işlənmiş əməliyyatının icrasıdır. Bütün agenturanın adı-soyadı məlumdur amma siyasi iradə Şimala bağlıdır. Hələ ki, birbaşa iştirakçıların bir qismini saxlayıblar. Çalışmaq lazımdır ki, "Tərtər işi"ndə indiyə qədər baş tutan sabotajlar təkrar olunmasın. 1 Цитата A bullet changes a lot in the head, even if it hits the ass. © Al Capone Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Bodriy Опубликовано: 7 сентября, 2022 Автор Жалоба Share Опубликовано: 7 сентября, 2022 Цитата A bullet changes a lot in the head, even if it hits the ass. © Al Capone Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Bodriy Опубликовано: 7 сентября, 2022 Автор Жалоба Share Опубликовано: 7 сентября, 2022 Maraqlı faktlar və adlar səsləndirilir. @Zlaw @intanella Bir peşəkar kimi fikirləriniz olduqca maraqlıdır. Forumda hüquqşünaslar varsa iştirakları təqdirəlayiqdir. 1 Цитата A bullet changes a lot in the head, even if it hits the ass. © Al Capone Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
intanella Опубликовано: 7 сентября, 2022 Жалоба Share Опубликовано: 7 сентября, 2022 Только что, Bodriy сказал: Maraqlı faktlar və adlar səsləndirilir. @Zlaw @intanella Bir peşəkar kimi fikirləriniz olduqca maraqlıdır. Forumda hüquqşünaslar varsa iştirakları təqdirəlayiqdir. Mən belə işlərə qarışmıram, ümumiyyətlə maraqlanmıram, oxumuram, baxmıram. 1 Цитата Эх вы, серость! Это же бубль-гум!© Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Bodriy Опубликовано: 7 сентября, 2022 Автор Жалоба Share Опубликовано: 7 сентября, 2022 Just now, intanella said: Mən belə işlərə qarışmıram, ümumiyyətlə maraqlanmıram, oxumuram, baxmıram. Biabırçılıq !!! Bu nə rəzalətdir, qulaqlarım kar olaydı, eşitməzdim !! 1 1 Цитата A bullet changes a lot in the head, even if it hits the ass. © Al Capone Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
intanella Опубликовано: 7 сентября, 2022 Жалоба Share Опубликовано: 7 сентября, 2022 Только что, Bodriy сказал: Biabırçılıq !!! Bu nə rəzalətdir, qulaqlarım kar olaydı, eşitməzdim !! Давайте без ярлыков. Ölkəmizdə o qədər biabırçılıq,rəzalət şeylər var, siz mənim mövqeyimə ilişirsiniz?) 1 Цитата Эх вы, серость! Это же бубль-гум!© Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Bodriy Опубликовано: 7 сентября, 2022 Автор Жалоба Share Опубликовано: 7 сентября, 2022 Just now, intanella said: Давайте без ярлыков. Ölkəmizdə o qədər biabırçılıq,rəzalət şeylər var, siz mənim mövqeyimə ilişirsiniz?) İlişmirəm. Bu təyinatın burada tətbiqi yoxdur! Açıq-aydın deyirəm - rəzalətdir. Heç bir söz oyunu ilə bunu ört-basdır etmək də mümkün deyil. Çox savadlı, güniş dünyagörüşlü peşəkar bir hüquqşünas kimi mövqeimin və fikirlərimin nədən bəhs etdiyini çox yaxşı anlayırsınız. Deyırdim ki,, peşəkar kimi təsəvvür ediləndən də yaxşı. Amma bu cür mövqe aşılamaq və göstərmık ən azından insanlığa uyöun deyil. Xuda-hafiz !! 2 Цитата A bullet changes a lot in the head, even if it hits the ass. © Al Capone Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
intanella Опубликовано: 7 сентября, 2022 Жалоба Share Опубликовано: 7 сентября, 2022 Sizə də yaxşı yol)) 1 Цитата Эх вы, серость! Это же бубль-гум!© Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Maestro Опубликовано: 8 сентября, 2022 Жалоба Share Опубликовано: 8 сентября, 2022 Təəssüf edirəm ki,bizim ölkədə haqsızlıq və özbaşınalıq halları cəzasını almır.MTN işində də ikinci dərəcəli insanları həbs etdilər,rəhbər isə azadlıqda şad Xürrəm həyat sürür. 1 Цитата Кесарю-кесарево.Богу -богово,а миру-мир! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Zlaw Опубликовано: 8 сентября, 2022 Жалоба Share Опубликовано: 8 сентября, 2022 10 часов назад, Bodriy сказал: Maraqlı faktlar və adlar səsləndirilir. @Zlaw @intanella Bir peşəkar kimi fikirləriniz olduqca maraqlıdır. Forumda hüquqşünaslar varsa iştirakları təqdirəlayiqdir. Бир ики дэфя 365 вахты бу мовзуда сохбет етмишик. Хямчинин бир дэфя демишдим ки вахты илэ истинтаг группун юзвю мэннян йахынды( хал хазырда иш йерин дяйишиб). Буна бахмайараг там шякилдя мэним мэлуматым йохдур вэ бу иш барясиндя бир хюгугшунас олараг пешякяр фикр сясляндирмяк муйян дэрэчэдэ чятинлик чякирям. Ону вургулайа билярим ки, сатгынлыг олуф, муйян эскяр вэ забитляр ермяниляря ишдийиб, ишкянчя верилиф,Силахлы гюввялин забитляри тэрэфдэн, буда бир фактдыр. Мэндян сорушсалар ки, бу ишин истинтагын узадылмасында гюнахкарлар кимдир дейярдим Кечииш Баш прокурор, онун муавини, Силахлы гуввялярин муйян генерал вэ забитляри, Хярби прокурорлугун ишчиляри. Роликдэ дедикляри хярби чеврилиш фикри иля разы дегюлям. Индики Хокумяти хеч кяс чевиря билмяз. 2 Цитата Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Bodriy Опубликовано: 8 сентября, 2022 Автор Жалоба Share Опубликовано: 8 сентября, 2022 (изменено) 24 minutes ago, Zlaw said: Бир ики дэфя 365 вахты бу мовзуда сохбет етмишик. Хямчинин бир дэфя демишдим ки вахты илэ истинтаг группун юзвю мэннян йахынды( хал хазырда иш йерин дяйишиб). Буна бахмайараг там шякилдя мэним мэлуматым йохдур вэ бу иш барясиндя бир хюгугшунас олараг пешякяр фикр сясляндирмяк муйян дэрэчэдэ чятинлик чякирям. Ону вургулайа билярим ки, сатгынлыг олуф, муйян эскяр вэ забитляр ермяниляря ишдийиб, ишкянчя верилиф,Силахлы гюввялин забитляри тэрэфдэн, буда бир фактдыр. Мэндян сорушсалар ки, бу ишин истинтагын узадылмасында гюнахкарлар кимдир дейярдим Кечииш Баш прокурор, онун муавини, Силахлы гуввялярин муйян генерал вэ забитляри, Хярби прокурорлугун ишчиляри. Роликдэ дедикляри хярби чеврилиш фикри иля разы дегюлям. Индики Хокумяти хеч кяс чевиря билмяз. Fikirlərinizlə tanış idim, mövqenizi bildirmişdiz və qiymətləndirirəm. Amma məsələnin umumi qoyuluşu ilə tam əks fikirdəyəm, yəni məsələnin kökündə göstərilən "Ону вургулайа билярим ки, сатгынлыг олуф, муйян эскяр вэ забитляр ермяниляря ишдийиб, ишкянчя верилиф,Силахлы гюввялин забитляри тэрэфдэн, буда бир фактдыр." hissəsində satqılığın yalnız yüksək ranqlı zabitlər arasında olduğu mənim üçün faktdır. İşgəncələr görən, məsuliyyətə cəlb edilən, məhkəmələrdə ittiham olunanlar arasında 1 (bir) nəfər də düşmənə işləyən sıravi və ya aşağı zabit heyəti olmayıb. Bu haqda - "satqınlıq haqda məlumat" elə HP-uq tərəfindən yayılıb və müəllifləri də məlumdur. 3-cü tərəfə və ya kiməsə istinad etməyə ehtiyacım yoxdur. HP-luq hələ 1 (bir) dənə də faktiki material ortaya qoymayıb və qoya da bilməz - çünki belə şey yoxdur. Səbəbi isə çox sadədir. Изменено 8 сентября, 2022 пользователем Bodriy 1 Цитата A bullet changes a lot in the head, even if it hits the ass. © Al Capone Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Bodriy Опубликовано: 8 сентября, 2022 Автор Жалоба Share Опубликовано: 8 сентября, 2022 https://musavat.com/news/necmeddin-sadikov-novbede-gozleyir-qacarsa_918790.html?d=1 Nəcməddin Sadıkov “növbədə” gözləyir - qaçarsa... Bəkir Orucov işgəncələri özbaşına təşkil etməyib, ona o zaman Baş Qərargah rəisi olan Nəcməddin Sadıkov göstəriş verə bilərdi Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən general-mayor Bəkir Orucovun ittiham olunduğu maddələr məlum olub. Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib ki, cinayət işinin istintaqı zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verməsi, onları qanunsuz azadlıqdan məhrum etməsi və digər cinayət əməlləri ilə bağlı əsaslı şübhələr müəyyən edilən Bəkir Şirin oğlu Orucov və Ramil Bəşir oğlu Əhmədov Cinayət Məcəlləsinin 126.3 (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurma), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.3 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma) və 341.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları ilə 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Qeyd edək ki, general-mayor Bəkir Orucovun “Tərtər işi” ilə bağlı şübhəli şəxs olduğu iddia olunur. Bəkir Orucov ötən ilin sentyabr ayının 27-də Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi vəzifəsindən azad edilib, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi təyin edilib. O, hərbi liseyin rəisi olarkən, orada rüşvət faktları ilə bağlı narazılıqlar olub və bu barədə mediada məlumatlar dərc edilib. Xatırladaq ki, “Tərtər işi” ilə bağlı yenilənən cinayət işinin istintaqı zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verilməsi, onları qanunsuz azadlıqdan məhrum etməsi və vəzifə səlahiyyətlərini aşmasına əsaslı şübhələr müəyyən edilən Rəşid Ağaşərif oğlu Niftəliyev, Ruslan Məhəmmədəli oğlu Mikayılov, Sənan Səxavət oğlu Maşıyev, Cabir Babaxan oğlu Qəhrəmanov, Polad Seyfəddin oğlu Əzizov, Elçin Kalam oğlu Əliyev və İntiqam Şərif oğlu Məmmədov Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma), 341.2.3 və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində həbs-qətimkan tədbiri seçilib. Uzun müddətdir Azərbaycanın ictimaiyyətində bu işlə bağlı müzakirə aparılır. Qeyd edilir ki, bu işdə Müdafiə Nazirliyinin sabiq Qərargah rəisi Nəcməddin Sadıkovun da əli var. Artıq bu işlə bağlı yüksək rütbəli bir general həbs edilibsə, izlərin həqiqətən də Nəcməddin Sadıkova aparıldığı qənaətinə gəlmək olarmı? Onun ölkədən qaçışı nə dərəcədə realdır? Hərbi ekspert Telman Əbilov “Yeni Müsavat”a deyib ki, Tərtər hadisələri əslində Beyləqan korpusundan başlayıb: “İlk dəfə hələ 2008-ci ildə Beyləqan korpusunda oxşar hadisələr olmuşdu. Orada 2-3 nəfərə qarşı belə işgəncələri sınaqdan çıxarıblar. Nəcməddin Sadıkov başda olmaqla bu işi sonradan, 2017-ci ildə daha kütləvi şəkildə Beyləqanda, 2-ci korpus üzrə etdilər. İlk ölüm hadisəsi də orada oldu. Bəkir Orucov həmin vaxt 2-ci korpusun qərargah rəisi olub. O, orada işgəncə məkanı qurub. İşgəncə verənləri ora gətiriblər. 90-a yaxın hərbçimizə orada işgəncə veriblər. Orada işgəncələrlə hərbçilərimizidən izahatlar alıblar. Ona görə də "Tərtər işi"ndə işgəncəyə məruz qalan hərbçilərimiz Bəkir Orucovun, hüquqşünas Rahib Məmmədovun adını çəkirlər. Bir də bir təhqiqatçının adı çəkilib. Onları da həbs ediblər. Aydın məsələdir ki, Bəkir Orucov işgəncələri özbaşına təşkil etməyib. Ona korpus komandiri və ya o zaman Baş Qərargah rəisi olan Nəcməddin Sadıkov göstəriş verə bilərdi. O, bu iki nəfərdən birinin əmrini yerinə yetirib. Bu gün istintaq lazımı səviyyədə aparılmır. Bu işlərin başında Nəcməddin Sadıkov dayanır, onu həbs etmədən obyektiv araşdırma aparmaq mümkün deyil". Telman Əbilov deyir ki, “Tərtər işi”ndə zərərçəkənlərin böyük əksəriyyətini üzə çıxmasında müstəsna xidmətləri olan ictimai şəxslərin həbsi də yolverilməzdir: “İlham Aslanoğlunun, partiya rəhbəri Əli Əliyevin həbsləri də ”Tərtər işi"nin nə dərəcədə obyektiv aparılmasının göstəricisidir. Bu adamlar ortaya mövqe qoyub işin obyektiv aparılmasını tələb edirdilər. Beyləqan korpusundan 2-3 nəfərin həbsi ilə kifayətlənmək olmaz. “Tərtər işi” Beyləqan korpusundan başlayıb. Bunu hamı bilsin. Nəcməddin Sadıkovun rəhbərliyi altında bu işlər baş tutub. Ən son xəbər budur ki, Tərtərdə məlum hadisələrlə bağlı ilk iclas Prezident Administrasiyasında Ramiz Mehdiyevin rəhbərliyi altında keçirilib. Həmin iclasda bu işin başlanmasına göstəriş verib. İclasda Ramiz Mehdiyevin göstərişi ilə 4 nazirliyin rəhbərləri iştirak ediblər. Sonradan həmin nazirliklərin birgə bəyanat verməsi də Mehdiyevin təşəbbüsü ilə olub. Bu gün bu məsələlər açıqlanmır. Deyilmir ki, Tərtər hadisələri bizim Milli Ordumuzun qüdrətini sarsıtmaq, aprel döyüşlərində göstərilən döyüş ruhunu qırmaq, İkinci Qarabağ müharibəsində Azərbaycanının məğlubiyyətini təmin etməyə hesablanmışdı. Açıq-aşkar Azərbaycanın müdafiə qüdrətini məhv etməyə hesablanan addımlar idi. Allaha şükür ki, buna nail olmadılar. Göydə Allah, yerdə ordumuz və qardaş Türkiyə dövlətinin dəstəyi bu planları alt-üst etdi. Bizə düşmən kəsilən Rusiya bunları hesablaya bilməmişdi, səhvə yol vermişdi. Bizə verdikləri badalaqdan yıxılmadıq, torpaqlarımızı geri ala bildik. Rusiyanın istəyi vardı ki, Azərbaycandakı vassalları vasitəsilə Ukaynadan əvvəl ölkəmizi daha dərin işğala məruz qoysun. Planları vardı ki, Gəncə dəhlizini bağlasınlar. Tovuz hadisələri də bu planın tərkib hissəsi idi. Azərbaycanın qərbə çıxışını bağlamaq niyyətində idilər. Bu işi Rusiyanın iki vassalı - Azərbaycanda yüksək vəzifələrdə olan Ramiz Mehdiyevlə Nəcməddin Sadıkovun vasitəsilə həyata keçirməyə cəhdlər etdilər. Məqsəd Azərbaycanın müstəqilliyinə son qoymaq idi. Tərtər məsələsinin xeyir-duasını Ramiz Mehdiyev vermişdi. Hər iki şəxs Azərbaycana xəyanətə görə həbsə alınmalı, Azərbaycan məhkəməsi qarşısında cavab verməlidir". Цитата A bullet changes a lot in the head, even if it hits the ass. © Al Capone Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Bodriy Опубликовано: 18 сентября, 2022 Автор Жалоба Share Опубликовано: 18 сентября, 2022 Bu günlərdə sərhəddə baş verənlər, 80-dən çox şəhid, yüzlərlə yaralı - bunlar Aprel 2016 -dan başlamış satqın çətənin dayanmadan törətdiyi təxribatların nəticələridir. Müdafiə Nazirlitində Məmləkəti fəlakətə aparan, satqın dəstə ifşa olunub həbs edilməli, mühakimə olunub cəzasını almalıdır. Tərtər işi davam edir. Цитата A bullet changes a lot in the head, even if it hits the ass. © Al Capone Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Da Vinci Опубликовано: 18 сентября, 2022 Жалоба Share Опубликовано: 18 сентября, 2022 Недавние события показали,что предателей ещё много,и надо из всех кончать. 2 1 Цитата Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Recommended Posts
Join the conversation
You can post now and register later. If you have an account, sign in now to post with your account.