Перейти к содержимому
Цените друг друга.Ведь вы не знаете что вас ждет через минуту! Сабр! ×

Azərbaycan, ölkəm Mənim.


PRIKOLISTKA

Recommended Posts

Azərbaycan Respublikası, Qafqazda, böyük bir hissəsi cənub-qərbi Asiyaya, şimalda kiçik bir hissəsi ilə Avropaya daxil olan və Xəzər dənizinə sahili olan dövlət.

Rəsmi dil - Azərbaycan dili

Paytaxt - Bakı şəhəri

Böyük şəhərlər -Bakı, Gəncə, Sumqayıt, Naxçıvan, Mingəçevir, Quba

Prezident - İlham Heydər oğlu Əliyev ( 2003)

Baş Nazir - Artur Rasizadə

Qanunvericilik hakimiyyətini həyata keçirən orqan - Milli Məclis

Dövlət rəmzləri - Azərbaycan Respublikasının Dövlət bayrağı, Azərbaycan Respublikasının Dövlət gerbi və Azərbaycan Respublikasının Dövlət

himnidir.

Rəsmi dövlət dili - Azərbaycan dilidir.

Din - Əsasən İslam dini, digər dinlər bunlardır: Yəhudilik, Xristianlıq, Alban-udi kilsəsi.

Ərazi - 86.600 km²

Əhali - 8.467.000

Sıxlıq - 90 nəfər/km²

Pul vahidi - Azərbaycan Manatı

Saat qurşağı - Yay saati EET (UTC+4) EEST (UTC+5)

Həftənin birinci günü - bazar ertəsi ( monday)

İnternet TLd - .az

Telefon kodu - +994

line.gif
Ссылка на комментарий
Поделиться на других сайтах

  • Ответы 61
  • Created
  • Последний ответ

Top Posters In This Topic

Top Posters In This Topic

Bayramlar Və Əlamətdar Günlər.

1 Yanvar - Yenı il Bayramı

2 Fevral - Azərbaycan Gənclər günü

1 Mart - Mülkü Müdafiyə günü

8 Mart - Beynəlxalq Qadınlar günü

10 Mart - Azərbaycan Teatr günü

20-21 Mart - Novruz Bayramı

23 Mart - Ümumdünya Hidrometeorologiya günü

27 Mart - Beynəlxaq Teatr günü

2 Aprel - Beynəlxaq Uşaq Kitab günü

7 Aprel - Ümumdünya Sağlamlıq günü

12 Aprel - Kosmonavtika günü

23 Aprel - Ümumdünya Kitab günü

2 May - Türk Dünyasının Həmrəylik günü

3 May - Beynəlxaq Söz və Mətbuat Azadlığı günü

9 May - Faşizim Üzərində Qələbə günü

13 May - Beynəlxalq Ailə günü

18 May - Beynəlxalq Muzey günü

22 May - Beynəlxaq Bioloji Müxtəliflik günü

28 May - Respublika Günü

1 İyun - Uşaqların Beynəlxalq Müdafiyə günü

2 İyun - Azərbaycan Polis günü

5 İyun - Ətraf Mühitin Qorunması günü

15 İyun - Milli Qurtuluş Günü

16 İyun - Beynəlxalq Atalar günü

17 İyun - Beynəlxalq Tibb İşciləri günü

26 İyun - Azərbaycan Silahlı Qüvvələri Günü

30 İyun - Azərbaycan Sevgililər günü

22 İyul - Milli Mətbuat və Junalistika günü

1 Avqust -Azərbaycan Əlifbası günü

2 Avqust - Milli Kino günü

18 Avqust - Azərbaycan Sərhəd Qoşunları günü

7 Sentyabr - Beynəlxalq Aviasiya günü

8 Sentyabr - Jurnalistlərin Beynəlxalq Həmrəyliyi günü

15 Sentyabr - Bilik günü

18 Sentyabr - Milli Musiqi günü

20 Sentyabr - Azərbaycan Nefçiləri günü

27 Sentyabr - Ümumdünya Turizm günü

1 Oktyabr - Beynəlxalq Ahıllar günü

1 Oktyabr - Azərbaycan Prokurorluq günü

5 Oktyabr - Beynəlxalq Müəllimlər günü

10 Oktyabr - Azərbaycan Yangınsondürənləri günü

18 Oktyabr - Azərbaycan Respulikasının Dövlət Müstəqilliyi Günü

6 Noyabr - Azərbaycan Milli Televiziya və Radio günü

12 Noyabr - Azərbaycan Republikasının Konstitusiyası Günü

17 Noyabr - Milli Dircəliş Günü

22 Noyabr - Azərbaycan Ədliyyə İşçiləri günü

3 Dekabr - Beynəlxalq Əlillər günü

11 Dekabr - Uşaqların Beynəlxalq Televiziya və Radio Verlişləri günü

31 Dekabr - Dünya Azərbaycanlıların Həmrəyliy Günü

Qurban Bayramı

Ötən ildəkindən 10 gün qabaq olur

Ramazan Bayramı

Ötən ildəkindən 10 gün qabaq olur

Изменено пользователем PRIKOLISTKA
line.gif
Ссылка на комментарий
Поделиться на других сайтах

AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT RƏMZLƏRİ



Maddə 23. Azərbaycan dövlətinin rəmzləri

(Konstitusiya maddəsi) I. Azərbaycan Respublikasının dövlət rəmzləri Azərbaycan Respublikasının Dövlət bayrağı, Azərbaycan Respublikasının Dövlət gerbi və Azərbaycan Respublikasının Dövlət himnidir.

II. Azərbaycan Respublikasının Dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir və qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.

III. Azərbaycan Respublikası Dövlət bayrağının və Azərbaycan Respublikası Dövlət gerbinin təsviri, Azərbaycan Respublikası Dövlət himninin musiqisi və mətni Konstitusiya qanunu ilə müəyyən edilir.

Azərbaycan Respublikasının Dövlət Bayrağı

stateSymbols_01_1.jpg

Azərbaycanda üçrəngli dövlət bayrağı ilk dəfə 1918-ci il noyabr ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edilmişdir. 1920-ci il aprelin 28-də Xalq Cümhuriyyəti süqut etdikdən və Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycanda bu bayraqdan imtina edilmişdir.

Bu bayraq ikinci dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə bərpa edilmiş və Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edilmişdir. Eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır.

1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxmış və üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar vermişdir.

Azərbaycan Respublikasının dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir. Mavi rəng - Azərbaycan xalqının türk mənşəli olmasını, qırmızı rəng - müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək istəyini, yaşıl rəng - islam sivilizasiyasına mənsubluğunu ifadə edir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.

line.gif
Ссылка на комментарий
Поделиться на других сайтах

Azərbaycan Respublikasının Dövlət gerbi.

stateSymbols_01_2.jpg

Azərbaycanın dövlət gerbi haqqında Azərbaycan Xalq Cümhuriyyəti hökuməti 1920-ci il yanvarın 30-da müsabiqə elan etmiş və müsabiqədən keçəcək gerb nümunəsinin həmin ilin mayın 28-də qəbul ediləcəyi haqqında qərar çıxarmışdır. Lakin 1920-ci il aprel ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin süqut etməsi nəticəsində gerb qəbul edilməmişdir.

1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Dövlət gerbi ilə bağlı məsələni müzakirə edərək, Azərbaycan SSR Ali Soveti qarşısında Azərbaycanın Dövlət gerbinin hazırlanması üçün yeni müsabiqənin elan olunması haqqında vəsatət qaldırmışdır.

Müsabiqə 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə elan olunmuşdur. 1991-1992-ci illər ərzində müsabiqəyə Dövlət gerbinin onlarla layihəsi təqdim olunmuş, müzakirələr zamanı 1919-1920-ci illərdə hazırlanmış layihələrdən birinin qəbul edilməsi ilə bağlı təkliflər də səslənmişdir.

Azərbaycan Respublikasının Ali Soveti 1993-cü il yanvarın 19-da qəbul etdiyi Konstitusiya Qanunu ilə 1919-1920-ci illərdə hazırlanmış Dövlət gerbi layihələrindən birini müəyyən dəyişikliklərlə Azərbaycan Respublikasının Dövlət gerbi kimi təsdiq etmişdir.

Azərbaycan Respublikasının Dövlət gerbi Azərbaycan dövlətinin müstəqilliyi rəmzidir. Dövlət gerbi palıd budaqlarından və sünbüllərdən ibarət qövsün üzərində yerləşən şərq qalxanının təsvirindən ibarətdir. Qalxanın üstündə Azərbaycan Respublikasının Dövlət bayrağının rəngləri fonunda səkkizguşəli ulduz, ulduzun mərkəzində alov təsviri vardır.

Dövlət gerbinin qabarıq təsviri:

Azərbaycan Respublikası Prezidentinin iqamətgahına və xidməti kabinetinə;

Azərbaycan Respublikası parlamentinin binasına, iclas salonuna və parlament sədrinin xidməti kabinetinə;

Azərbaycan Respublikasının bütün məhkəmələrinin, hərbi tribunallarının binalarına, məhkəmə iclaslarının salonlarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Ali Məhkəməsi sədrlərinin xidməti kabinetlərinə;

Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş hallarda dövlət orqanlarının binalarına;

Azərbaycan Respublikasının diplomatik və ticarət nümayəndəliklərinin, konsulluq idarələrinin binalarına vurulur.

line.gif
Ссылка на комментарий
Поделиться на других сайтах

Azərbaycan Respublikasının Dövlət Himni

1920-ci il yanvarın 30-da Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası Cümhuriyyətin milli himninin hazırlanması haqqında qərar qəbul etdi və bu məqsədlə Xalq Maarif Nazirliyi tərəfindən müsabiqə elan edildi. Lakin 1920-ci il aprelin 28-də Xalq Cümhuriyyətinin süqutu Azərbaycanın milli himnini qəbul etməyə imkan vermədi.

1992-ci il mayın 27-də parlament "Azərbaycan Respublikasının Dövlət himni haqqında" Qanun qəbul etdi. Qanuna əsasən, 1919-cu ildə böyük bəstəkar Üzeyir Hacıbəyov və şair Əhməd Cavad tərəfindən tərtib edilmiş "Azərbaycan marşı" Azərbaycanın Dövlət himni kimi təsdiq edildi.

Musiqisi: Üzeyir Hacıbəyovun



Sözləri: Əhməd Cavadındır

Azərbaycan, Azərbaycan!



Ey qəhrəman övladın şanlı Vətəni!

Səndən ötrü can verməyə cümlə hazırız!

Səndən ötrü qan tökməyə cümlə qadiriz!

Üç rəngli bayrağınla məsud yaşa!

Minlərlə can qurban oldu,

Sinən hərbə meydan oldu!

Hüququndan keçən əsgər!

Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,

Sənə hər an can qurban!

Sənə min bir məhəbbət

Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,

Bayrağını yüksəltməyə,

Cümlə gənclər müştaqdır!

Şanlı Vətən, şanlı Vətən!

Azərbaycan, Azərbaycan!

Həmçinin burdan himnin musiqisini yükləyə bilərsiniz. Himnin musiqisi

Изменено пользователем PRIKOLISTKA
line.gif
Ссылка на комментарий
Поделиться на других сайтах

Sag olun,bacym.Azerbajcanyn devlet remzlerini bilmek ve gorumag her bir azerbajcanlynyn mugeddes borcudur.Bajragymyzyn,herbimizin ve himnimizin en xyrda megamlaryna geder degiglikle ojrenib bilmejimiz her birimiz uchun vacib bir shertdir.Bezen milli meclis salonynda bele himnimiz oxundugu zaman uzvlerin choxunun himnin metnini bilmemeleri chox biabyrchy bir haldyr.Bajragymyzyn da tez-tez ja tersine gojuldugunun,(jeni mavi ashagyda,jashylsa juxaryda)bu kimi nadanlyglaryn shahidi olurug.Bunlar bizim mustegillijimizin remzleridir ve onlara da son derece hormet ve mehebbet numajish etdirmelijik.

Men pul vahidlerimizin de mustegil devletimizin remzi kimi hormetle janashylmasyna chagyryram.Pullarymyzy terli ciblerimizde ezik uzuk etmek de nadanlygyn bir tezahurudur.Pullara,ejni zamanda devlet mustegillijimizin remzi kimi baxarag bojuk hormetle janashmalyjyg.Esginazlaryn gorunmasy uchun vacibdir ki,pullary sadece cibe dejil,pul kiselerine gojag.

Bir daha userlerimizi devletimizin esas remzilerini degiglikle ojrenib jadda saxlamaga chagyryram.

Ссылка на комментарий
Поделиться на других сайтах

Əlbəttə, sizin yazdıqlarınızla tam razıyam, ancaq gəlin hörməti ilk olaraq forumda yazı formamızdan başlayaq, sizin postunuzu çətinliklə oxudum, ona görə hörmətli Azər777, sizdən xahişim budur ki, azərbaycanca yazarakən, ilk öncə azəri şriftindən istifadə edəsiniz. Bunun üçün Lucida Sans Unicode şriftindən istifadə edin. Klaviaturanı isə Az rejiminə keçirdin. :ofigel:

Изменено пользователем PRIKOLISTKA
line.gif
Ссылка на комментарий
Поделиться на других сайтах

Bacym,sag olun,komeklik etdiyinize gore.Dediyiniz srifte kechdim,amma klaviaturany nece Az rejime kechire bilerem?Men Azerbaycanda dejilem ve kompiuteri de orda almamysham,bele dushunuem ki,bele imkandan da yagin ki,mehrumam.Ele deyilmi?

Ссылка на комментарий
Поделиться на других сайтах

salam , mən də azərbaycanda yaşamıram, məndə də azərbaycan dilli klaviatura yoxdu, laikn şrifti siz komputerin control panel > regional and language bolumunden əlavə edə bilərsiz. Bunu bilməmiş olmazsız. Sonra sizə lazım olan, klaviaturada yazılmayan hərfləri ü - w, ö - [ , ğ- ], ı - ; , ə - ' , ç - , , ş - . , düymələrini basmaqla çap edə bilərsiz. Elece de nöqtə üçün - / , vergül üçün shift / , sual işarəsi üçün - shift ve 7 , dırnaq işarəsi shift2düymelerini basmaqla çap edə bilərsiz. UĞURLAR.

PS. Burdakı balaca offtopa görə üzr istəyirəm, ümidvaram ki, qaydalara aid movzu administrasiya tərəfindən yaradılanandan sonara, bu yazılanlar silinəcək.

Изменено пользователем PRIKOLISTKA
line.gif
Ссылка на комментарий
Поделиться на других сайтах

Azərbaycan mənim də ölkəmdir. Mən Azərbaycandan razıyam,yalnız millətdən narazıyam, savadsızlıq hətdən artıq çoxdur! Bu da bizi başqa ölkələrdən geri qoyur! Əsası maddi yox,mənəvi varlı olmaq lazımdır! Təəsüflər ki Azərbaycan mənəvi çox az,maddi cəhətdən varlı bir ölkədir! Düzdür savadlı insanlarımız da var, ancaq onların çoxu başqa ölkələrə gedirlər, çünkü onlara demək olar ki, şərait yaradılmır ölkəmizdə.Necə deyerlər muharibə vaxtı neytral ölkələr çalışırlar ki müharibə edən ölkələrin savadlı insanlrını öz ölkələrinə cəzb etsinlər. Buna misal ABŞ,İsveşrə,Avstraliya,Kanada ve s ölkələri saymaq olar! :)

Ссылка на комментарий
Поделиться на других сайтах

salam , mən də azərbaycanda yaşamıram, məndə də azərbaycan dilli klaviatura yoxdu, laikn şrifti siz komputerin control panel > regional and language bolumunden əlavə edə bilərsiz. Bunu bilməmiş olmazsız. Sonra sizə lazım olan, klaviaturada yazılmayan hərfləri ü - w, ö - [ , ğ- ], ı - ; , ə - ' , ç - , , ş - . , düymələrini basmaqla çap edə bilərsiz. Elece de nöqtə üçün - / , vergül üçün shift / , sual işarəsi üçün - shift ve 7 , dırnaq işarəsi shift2düymelerini basmaqla çap edə bilərsiz. UĞURLAR.

PS. Burdakı balaca offtopa görə üzr istəyirəm, ümidvaram ki, qaydalara aid movzu administrasiya tərəfindən yaradılanandan sonara, bu yazılanlar silinəcək.

Təşəkkür bu cür ətraflı məlumata görə. Azərbaycanca düzgün yazmaq haqqda ayrıca mövzu açsanız, lap səmərəli olar.

PS mövzuya dair: gerbin üzərində alov ALLAH sözü kimi yazılıb. Maraqlıdır, bizim Parlament gerbi qəbul edəndə bundan agah idimi?

Əziz Bakılılar və şəhərimizin qonaqları, ...

AZE.az - AZEрбайджанские новости

Мой блог

Ссылка на комментарий
Поделиться на других сайтах

PRIKOLISTKA Bacim,evvela,size oz teshekkurumu bildirirem,mene komek etmek isteyinizden ireli chekdiyiniz zehmete gore.Amma menim kompyutorla bagly bildiklerim chox mehduddur ve dediyiniz elaveleri de etmeyi bacarmiram,sadece helelik menim yazilarimin gebahetlerini uzurlu hesab edib,chox da ginaga chekmemeyinizi xahish edirem.Elacim sade transliti gozlemek ve bu erefede demek istediklerimi mumkun geder basha dushulecek terzde yazmaga chalyshmagdyr.Hormetle

Ссылка на комментарий
Поделиться на других сайтах

PS mövzuya dair: gerbin üzərində alov ALLAH sözü kimi yazılıb. Maraqlıdır, bizim Parlament gerbi qəbul edəndə bundan agah idimi?[/font][/size]

Mənə elə gəlir ki, gerbin üzərindəki alov şəklinin Allah sözünün yazlışına heç bir dəxli yoxdur! Oxşarliğa qalsa,çox oxşarlıqlar olur. Məsələn, sağ Əlinizi qabaqa uzadin,barmaqlarınızı birləşdirin,şaquli formada tutun, Allah yazisinin oxşarliğinı yenə görəcəksiniz.HÖRMƏTLƏ :)

Ссылка на комментарий
Поделиться на других сайтах

Mənə elə gəlir ki, gerbin üzərindəki alov şəklinin Allah sözünün yazlışına heç bir dəxli yoxdur! Oxşarliğa qalsa,çox oxşarlıqlar olur. Məsələn, sağ Əlinizi qabaqa uzadin,barmaqlarınızı birləşdirin,şaquli formada tutun, Allah yazisinin oxşarliğinı yenə görəcəksiniz.HÖRMƏTLƏ :gagulik:

Hörmətli Qarışqa,

birincisi, əli də Allah yaradıb ))

ikincisi, alovun ən sol dilinə nəzər yetirin. "Nədənsə", alovun dili aşağı dönür. Heç belə çəkilmiş alov görmüsünüz? Dəqiq, elə ərəb "h" hərfinin alınması üçün.

Bundan əlavə, "nədənsə", ən sağ dil o biri dillərdən müstəqil (ayrı) durub. Dəqiq "A(Ə)" hərfi kimi.

Bunlar heç cür təsadüf ola bilməz.

Hörmətlə,

Elxan

Əziz Bakılılar və şəhərimizin qonaqları, ...

AZE.az - AZEрбайджанские новости

Мой блог

Ссылка на комментарий
Поделиться на других сайтах

Hörmətli Qarışqa,

birincisi, əli də Allah yaradıb ))

ikincisi, alovun ən sol dilinə nəzər yetirin. "Nədənsə", alovun dili aşağı dönür. Heç belə çəkilmiş alov görmüsünüz? Dəqiq, elə ərəb "h" hərfinin alınması üçün.

Bundan əlavə, "nədənsə", ən sağ dil o biri dillərdən müstəqil (ayrı) durub. Dəqiq "A(Ə)" hərfi kimi.

Bunlar heç cür təsadüf ola bilməz.

Hörmətlə,

Elxan

Hörmətli Elxan bəy, Ətraflı məlumatınıza görə sizə təşəkkür edirəm.Çox güman ki,siz düzgün qeyd etdiniz.Təşəkkürlər! HÖRMƏTLƏ :prigprig:

Ссылка на комментарий
Поделиться на других сайтах

Üzr isteyirəm. dünən deyəsən forumda problem olub. hər dəfə mesaj göndərəndə düşünurdüm getmir və təkrar takrar çalışırdım Elxanın mesajını cavablandırım. Bir daha üzr istəyirəm!

Изменено пользователем Гарышга
Ссылка на комментарий
Поделиться на других сайтах

Hörmətli Qarışqa,

birincisi, əli də Allah yaradıb ))

ikincisi, alovun ən sol dilinə nəzər yetirin. "Nədənsə", alovun dili aşağı dönür. Heç belə çəkilmiş alov görmüsünüz? Dəqiq, elə ərəb "h" hərfinin alınması üçün.

Bundan əlavə, "nədənsə", ən sağ dil o biri dillərdən müstəqil (ayrı) durub. Dəqiq "A(Ə)" hərfi kimi.

Bunlar heç cür təsadüf ola bilməz.

Hörmətlə,

Elxan

Salam aleykum.

Allah yazısına dəstəmazsız əl vurmaq olmaz Buna görə, xarici pasportların üzərindəki o Alovun üzərinə kiçik skoç parçası yapışdırsanız daha yaxşı olar. Nəyinsə yapışdırıldığı bilinmir, heç narahat olmayın.

SALAM VE DUA iLE...

Mala, nichtojna, tlenna moya plot

No kak je v ney TVOYA LYUBOV meshaetsa QOSPOD????

BU DA KECHER!!!

Ссылка на комментарий
Поделиться на других сайтах

Elxan, hər şeydə mistika axtarmaq nə qədər məqsədə uyğundur ? MERYEM xanımın, xarici passportların üzərinə skoç yapışdırılmaq təklifini sizin təbliğatınızın nəticəsi qəbul etsəm, yanılmaram ki ?

İdealların dağıdılması diləyilə,

never GIVE UP!

Ссылка на комментарий
Поделиться на других сайтах

Elxan, hər şeydə mistika axtarmaq nə qədər məqsədə uyğundur ? MERYEM xanımın, xarici passportların üzərinə skoç yapışdırılmaq təklifini sizin təbliğatınızın nəticəsi qəbul etsəm, yanılmaram ki ?

İdealların dağıdılması diləyilə,

S.A

:) Xeyr. Men bunu Heccden gelenlerde gormüşəm. Səbəbini də yuxarıda qeyd etdiyim kimi izah etdilər.

SALAM VE DUA iLE...

Mala, nichtojna, tlenna moya plot

No kak je v ney TVOYA LYUBOV meshaetsa QOSPOD????

BU DA KECHER!!!

Ссылка на комментарий
Поделиться на других сайтах

mistika =)

EL, mistika o təqdirdə olardı ki, həmən alov təbii bir şəkildə yaranardı.

Amma alovu insan çəkib, özü də dindar. Əgər təkzib etmək istəyirsizsə, internetdə axtarın və bir dənə də olsun "dünyəvi" alov tapın ki, dilləri özünü yuxarıdakı kimi .rır.

Xüsusən də ona nəzər salın ki, təbii şəkildə alovun dili heç vaxt aşağıya tərəf 180 dərəcə dönmür.

Bunun izahı onda ola bilər ki, şablon 18-20-ci illərdə yaradılıb və bizim deputatlar onu dərinə getməyib gözəl çəkilmiş bir alov kimi göturub istifadə ediblər.

Bir də, dediyinizə xahiş edirəm nəzarət edin. Mən təbliğat .rmıram. Sadəcə, ərəb dilini 2 il universitetdə oxumuşam və açıq aydın ərəb yazısını gözüm o dəqiqə tutur.

Həm də, mən burdə dəqiq arqumentlər gətirirəm və bu heç də kifayət deyil ki, Siz sadəcə digərinin dediyiniə yarlıq (etiket) asazız "mistika", "nadanlıq" və sairə. Digərlərinin fikirlərinə daha hörmətlə və tolerant yanaşmağı öyrənmək Sizə faydalı olardı.

Sübut etməyin yolunu da mən göstərdim: ikinci buna bənzər həqiqi alov tapın.

Hörmətlə,

Elxan

Əziz Bakılılar və şəhərimizin qonaqları, ...

AZE.az - AZEрбайджанские новости

Мой блог

Ссылка на комментарий
Поделиться на других сайтах

Hörmətli Elxan,

Elə isə gəlin bir şeydə razılaşaq ki, sizin bu araşdırmanız düzgün nəticə vermədi. Düşünürəm ki, siz məni doğru anladınız.

Sevgilərlə,

never GIVE UP!

Ссылка на комментарий
Поделиться на других сайтах

Hörmətli Elxan,

Elə isə gəlin bir şeydə razılaşaq ki, sizin bu araşdırmanız düzgün nəticə vermədi. Düşünürəm ki, siz məni doğru anladınız.

Sevgilərlə,

Fikrinizi izah edin zəhmət olmasa.

"Düzgün nəticə" nədir? Sizin istədiyiniz nəticə?

Əgər yenə də yazı haqqda versiyama etirazınız varsa, onda konkret arqumentləri gözləyirəm.

Əziz Bakılılar və şəhərimizin qonaqları, ...

AZE.az - AZEрбайджанские новости

Мой блог

Ссылка на комментарий
Поделиться на других сайтах

Dьşьnьrəmki, mьbahisə yaradan məsələ gцstərilmiş məlumatın hər hansı bir saytdan kцзьrьlməsidir. Nəzərə alaraq saytlar mьxtəlif və rəsmiyyətdən uzaqdırlar, qeyd etmək istərdimki, həqiqətən də gerbdə ALLAH sцzь yazılmışdır. Əski əlifbanı bilib və yaxud bilməyib burada yanlış fikirlər yaratmaq məqsədəuyğun saymazdım. Belə ki, bəzi saytlarda aзıqlamalar "alov" sцzь ilə kifayətlənilir. Rəsmi olaraq qeyd olunurki ------ Gerbin mərkəzində alov əski əlifba ilə yazılmış ALLAH sцzьnь ifadə edir.

Изменено пользователем BOSS22

Туз, он и в Африке Туз

Ссылка на комментарий
Поделиться на других сайтах

Əzizim, necə düşünürsünüz, "xarici passportun üzərinə skoç yapışdıraq" fikri nə deməkdir ? Rica edirəm, bu kiməsə qeyri-ciddi bir məsələ kimi görsənə bilər. Amma, məncə belə deyil. Zəhmət olmasa, bu haqda düşünək dostlar.

PS. mən bəzi şeyləri həqiqətən də yazmaq istəmirəm. Amma, düşünürəm ki, ismarıcımın gedişatından sizlər bunu anlayırsınız

never GIVE UP!

Ссылка на комментарий
Поделиться на других сайтах

Bir də bir şey qeyd edim. Alov ilə Allahın nə əlaqəsi ? Nəyə görə gerbin üzərinə Alov çəkiblər və onu SIRF ALLAH yazısı formasında yazıblar ?

never GIVE UP!

Ссылка на комментарий
Поделиться на других сайтах

Gerb-dövlət haqqında konkret məlumatlar yığımıdır, əgər bizim tarixə və eradan əvvəlki məlumatlara arxalansaq, ikisinin də gerbdə yeri var.

Туз, он и в Африке Туз

Ссылка на комментарий
Поделиться на других сайтах

Əzizim, necə düşünürsünüz, "xarici passportun üzərinə skoç yapışdıraq" fikri nə deməkdir ? Rica edirəm, bu kiməsə qeyri-ciddi bir məsələ kimi görsənə bilər. Amma, məncə belə deyil. Zəhmət olmasa, bu haqda düşünək dostlar.

PS. mən bəzi şeyləri həqiqətən də yazmaq istəmirəm. Amma, düşünürəm ki, ismarıcımın gedişatından sizlər bunu anlayırsınız

MƏn bunu ciddi olaraq t'klif etmişdim. Təbii ki, o insanlara hansılar ki, Allaha inanır və günahdan çəkinmək istəyir.

Pasportu skoçlamaq lazım deyil, sadəcə Allah yazısı olan yeri nəzərdə tutrdum.

SALAM VE DUA iLE...

Mala, nichtojna, tlenna moya plot

No kak je v ney TVOYA LYUBOV meshaetsa QOSPOD????

BU DA KECHER!!!

Ссылка на комментарий
Поделиться на других сайтах

Yəqin ki, alov bizim keçmişimizə aiddir. Hal hazırda da alov bizim ölkəmizin əsas rəmzlərindən biridir (Odlar Yurdu). Allah isə bizim əsasən müsəlman olmağımıza işarədir.

Düşünürəm ki, bunu hansısa dindar adamlar gizli formada keçiriblər. Dünyəvi düşüncəlilər adətən ərəb əlifbasından agah deyillər və sadəcə görünüşünə görə səs veriblər. Demək olar ki, azlıq çoxluqa beləliklə istəyini calaya bilib.

O ki qaldı skotça, onun daha sivil metodu var :) Əgər kimsə o yazını müdafiə etmək istəyirsə (ona qalsa gerb də qorunmağa layiq bir şeydir), onda sadəcə üzlük alsın və çəksin üzünə və nə özünü, nə də millətini skotç ilə gülünc vəziyyətə qoymasın.

PS öz tekstinizi redaktə edəndə, azəricə yazı üçün sadələşmiş redaktə variantından istifadə etməyin, çünki yazı dağılır.

Əziz Bakılılar və şəhərimizin qonaqları, ...

AZE.az - AZEрбайджанские новости

Мой блог

Ссылка на комментарий
Поделиться на других сайтах

gerb.gif - bu gerb

bu da Allah yazısı.

ALLAH.jpg

Gerbdə 4 dilim var, Allah yazısında 5.

və bir də, Elxan, bizim gerbimizi yevrey çəkib. Müsəlman yox =)

VƏ əgər siz Allah yazısındakı dilimləri bayraq edərəkdən o alovun Allah anlamını verdiyini düşünürsünüzsə, icazə verin, mən də oradakı masson elementlərini nəzərinizə çatdırım =)

Odur ki, dostlar, rica edirəm, GERB qala-qala, orada Allah yazıldığına görə GERB müqəddəsləşdirilməlidir deməyin ! Gerb onsuz da müqəddəsdir ! Orada Allah yazılsa da, yazlmasa !

Изменено пользователем EL

never GIVE UP!

Ссылка на комментарий
Поделиться на других сайтах

gerb.gif - bu gerb

bu da Allah yazısı.

ALLAH.jpg

Gerbdə 4 dilim var, Allah yazısında 5.

və bir də, Elxan, bizim gerbimizi yevrey çəkib. Müsəlman yox =)

VƏ əgər siz Allah yazısındakı dilimləri bayraq edərəkdən o alovun Allah anlamını verdiyini düşünürsünüzsə, icazə verin, mən də oradakı masson elementlərini nəzərinizə çatdırım =)

Odur ki, dostlar, rica edirəm, GERB qala-qala, orada Allah yazıldığına görə GERB müqəddəsləşdirilməlidir deməyin ! Gerb onsuz da müqəddəsdir ! Orada Allah yazılsa da, yazlmasa !

EL,

1. Mən Sizdən xahiş etdim ALOVun şəklini verəsiz ki dili aşağıya dönsün, amma Siz bunun əvəzinə Allah sözünün KALLİGRAFİK yazısını verirsiz.

2. Ərəbcə KALLİGRAFİK yazıda sözləri min cür şəkilə salmaq olur, amma kitab yazısında bu belə görsənir:

al-ism.jpg

Sadə əlyazmada isə (yəni, elə belə məktub yazsam məsələn) axırıncı hərfin (H hərfinin) sonluğu tam bağlanmamış dairə təşkil edir. Dəqiq elə alovdakı kimi.

3. Hansı yahudi çəkib bizim gerbimizi? Adını və link zəhmət olmasa. Və birdə gördüyünüz masson elementləri barədə də yazın. Oxu atıb, kamanı gizlətməyin nə mənası?

Əziz Bakılılar və şəhərimizin qonaqları, ...

AZE.az - AZEрбайджанские новости

Мой блог

Ссылка на комментарий
Поделиться на других сайтах

Elxan, bildiyim qədərilə heç bir mənbədə gerbi düzəldən şəxsin adı yoxdur. Yenə deyirəm, ola bilsin, mən səhv edirəm, amma, rast gəlməmişəm. Yevreyə gəlincə isə, sizin dindar azlıqlar ehtimalınızdan qaynaqlanaraq mən də həmin şəxsin yevrey olduğunu deyirəm. Niyə? Çünki, o dövrdə din olduqca sıxışdırılmışdı və sözçü qüvvə qərbçilər idi...

və bir daha təkrar edirəm ki, mən gerbə gerb olduğu üçün hörmət edilməsinin tərəfdarıyam. Allah yazıldığı üçün yox !

never GIVE UP!

Ссылка на комментарий
Поделиться на других сайтах

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Гость
Ответить в тему...

×   Вы вставили отформатированное содержимое.   Удалить форматирование

  Only 75 emoji are allowed.

×   Ваша ссылка была автоматически встроена.   Отобразить как ссылку

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

Загрузка...
×
×
  • Создать...