Перейти к содержимому

şirk Və Bidət əməlləri.


ABDULAZİZ222

Recommended Posts

sen neca uzlu adamsan. yuxaridaki postda demadin ki; ya zehra, bunlari hidayet ela? Magar Allahdan bashqa hidayet edan var? boynuva al ki, qelet elamisen de. bu terslik neye lazimdir?

Sizin probleminiz Tovhidi duzgun basha dushmemekdedir. Bilirem sozlerimi indi qulaq ardina vurursan ve hele fikirleshirsen ki, Azerbaycanda Qametden vee s.. bashqa Tovhidi duzgun anlayan yoxdur. Amma hele deyil ezizim. Vallah billah hele deyil.

Allah teala buyurur:

Red 14

Haqq olan (qebul edilen) dua yalnız Ona (Allaha) olan duadır. Ondan başqasına edilen dualar (Ondan qeyrisine ibadet edenlerin duaları) qebul olunmaz (bьtler, tanrılar onların dualarını esla eşitmezler).

Zumer -3

"...Bil ki, xalis din (sırf ibadet, temiz itaet) ancaq Allaha mexsusdur. Allahı qoyub (bьtleri) цzlerine dost tutanlar: ”Biz onlara yalnız bizi Allaha yaxınlaşdırmaq ьзьn ibadet edirik!”

Belke siz hele tesevvur edirsiniz ki, bizim bu ve bu kimi, ayelerden xeberimiz yoxdur?!

Yox ezizim yanilirsiz. Siz xam xeyallara qapilaraq bele tesevvur etmisiniz ki, bu ayeler ilahi ovliyalara tevessulu qadagan edir. Sizin sehviniz burdadir ki, ovliyalara tevessul etmeyi, onlarin hacetlerin yerine yetirilmesi, xoshagelmezliklerin def edilmesini musteqil menbe kimi tesevvur edirsiz. Sizin istinad etdiyiniz ayeler iibadett ayeleridir. Halbuki, hech kes ovliyalara ibadet etmir.

Изменено пользователем nardarani
Ссылка на комментарий
Поделиться на других сайтах

  • Ответы 219
  • Created
  • Последний ответ

Top Posters In This Topic

Top Posters In This Topic

sheyx Qametin ayagi bileni sizin bashiniz bilmir. siz bilirsizse deyin, sizin sheyx Allahshukur bilir tovhid nedir?

Əziz qardaşım sən görürəm ki təzə təzə başlamısan!Ona görə də bütün qardaşlarımdan sənə qarşı xüsusi anlayış göstərmələrini xahiş edirəm.Amma öz aramızdı səndə də az yoxdu!Biraz səbirli ol qardaş!Hamımız burda haqqı öyrənmək istəyirik!

Sən türklər demişkən "önyargı"ilə məsələlərə yanaşma.Gəl sakit sakit təhlillər .raq!Qardaş kimi sənə məsləhətim sanballı şiə alimlərinin kitablarını oxumaqdır!Amma yenə deyirəm beynindəki fikri müdafiə etmək üçün yox həqiqəti öyrənmək üçün!Bir vaxtlar mən də sənin kimi burda inad edirdim amma indi məsələlər dəyişib.Buna görə Allaha həmd edirəm.

الحَمْدُ للهِ الَّذَي لاَ يَبْلُغُ مِدْحَتَهُ القَائِلُونَ، وَلاِ يُحْصِي نَعْمَاءَهُ العَادُّونَ، ولاَ يُؤَدِّي حَقَّهُ الُمجْتَهِدُونَ

Ссылка на комментарий
Поделиться на других сайтах

sheyx Qametin ayagi bileni sizin bashiniz bilmir. siz bilirsizse deyin, sizin sheyx Allahshukur bilir tovhid nedir?

Ve eleykume Salam!

elbette sheyxiniz daha Medinede oxuyub,o hara Movlana hara:-)ammaish orasindadir ki,duz deyirsen Medinede adamin bashina yox,ayagina ders verirler,ona gore sheyxinizin ayagi cox bilir>...

Ссылка на комментарий
Поделиться на других сайтах

Bir iki uşaq muşaq çıxıb təvəssülü inkar edir!Amma öz kitablarından xəbərləri yoxdur!Qardaşlar təvəssül elə şeydir ki bunu bütün İslam ümməti qəbul edir.Bunun nə sünnüsü var nə şiəsi!

Məsələn bir hədis misal olaraq verim!

‏حدثنا ‏ ‏أحمد بن منصور بن سيار ‏ ‏حدثنا ‏ ‏عثمان بن عمر ‏ ‏حدثنا ‏ ‏شعبة ‏ ‏عن ‏ ‏أبي جعفر المدني ‏ ‏عن ‏ ‏عمارة بن خزيمة بن ثابت ‏ ‏عن ‏ ‏عثمان بن حنيف ‏

‏أن رجلا ضرير البصر أتى النبي ‏ ‏صلى الله عليه وسلم ‏ ‏فقال ادع الله لي أن يعافيني فقال إن شئت أخرت لك وهو خير وإن شئت دعوت فقال ‏ ‏ادعه ‏ ‏فأمره أن يتوضأ فيحسن وضوءه ويصلي ركعتين ويدعو بهذا الدعاء اللهم إني أسألك وأتوجه إليك ‏ ‏بمحمد ‏ ‏نبي الرحمة يا ‏ ‏محمد ‏ ‏إني قد توجهت بك إلى ربي في حاجتي هذه ‏ ‏لتقضى اللهم شفعه في

‏قال ‏ ‏أبو إسحق ‏ ‏هذا ‏ ‏حديث صحيح

Osman bin Huneyfdən nəql olunur ki,kor bir kişi Rəsulullahın(s.a.v)yanına gəldi."Mənim afiyətim üçün Allaha dua et!"dedi.Peyğəmbər buyurdu ki "Belə qalmağın sənin mpwn daha xeyrli olar!,amma istəsən dua edərəm".Həmən kişi"dua et"dedi!...(Peyğəmbər ona iki rükət namaz qılıb daha sonra belə dua etməsini dedi )(mütərcim)

"Allahım,səndən rəhmət peyğəmbəri Məhəmmədə təvəssül edərək səndən istəyir və sənə yönəlirəm!Ey Məhəmməd bu hacətimin qəbulu üçün səninlə Rəbbimə yönəlirəm.Allahım onu mənim barəmdə şəfaətçi qərar ver!"Əbu İshaq(bu Tirmizinin adıdır m)dedi bu(hədis)səhihdir. (İbn Macə Kitabussalat va sunənihə 1375 ci hədis. Mə cəə fi salatil hacə babı)

http://hadith.al-islam.com/Display/Display.asp?Doc=5&Rec=1803

Sünəni İbn Macə 1-ci cild 1385-ci hədis(Beyrut çapına əsasən)

)قد رواه الترمذي في أبواب الأدعية،

Bu hədisi həmçinin Tirmizi və digər Sünən sahibləri rəvayət edir.Lazım olsa onları da göstərə bilərəm!

Dua diqqət yetirən şiə qartdaşlar təvəssül duasını xatırlayacaqlar!Vallahi bu hədis mənim o duaya olan etimadımı daha da doğrultdu!İndi gördünüz ki bu qədər camaat boş boşuna təvəssül etmir.

Yoxsa elə bilirsiniz ki ancaq sizin əxilər dəlilnən danışır!

Allahdan qorxun və insaflı olun!

الحَمْدُ للهِ الَّذَي لاَ يَبْلُغُ مِدْحَتَهُ القَائِلُونَ، وَلاِ يُحْصِي نَعْمَاءَهُ العَادُّونَ، ولاَ يُؤَدِّي حَقَّهُ الُمجْتَهِدُونَ

Ссылка на комментарий
Поделиться на других сайтах

Təəssüflər olsun ki, ABDULAZİZ qardaşımız dəfələrlə bizim xəbərdarlığımıza varmayaraq qaydaları pozurdu və onun reytinqi 100% çatdığına görə o ömürlük ban aldı.

Mövzu isə davam edir və mən istərdim ABDULAZİZ burda olmasa da bu yazıya cavab verim. Bu cavab artıq ABDULAZİZə yox, bütün oxuculara aiddir, buna görə də buna istəyən cavab verə bilər.

Mən Sizə imamlardan yox, konkret bu mələyin Allahla insanlar arasında vasitə olduğunu soruşdum, və Siz yenə də bunu təsdiqlədiz. Deməli mələkdən istəmək olar, o da vasitəçi-səbəbkar olaraq bizə istədiyimizi verəcək. Bunu aydınlaşdırdıq.

Əvvəla hədisdə qeyd olunan keçəl kişi qeybdən gözü ilə görməyərək mələki çağırıb demir “Ya mələk mənə kömək ol” Lakin siz qeybdən gözünüz ilə imamları görməyərək “Ya İmam mənə kömək ol” deyirsiniz. Eləcə də keçəl kişi mələki gözü ilə görüb onun ilə təmasda olur. Lakin siz İmamları gözünüz ilə görməyərək onlar sizin ilə təmasda olmayaraq siz “Ya İmam mənə kömək ol” deyirsiniz. Hədisin şərhi siz əqidəniz ilə böyük fərqi var.

Çox həyif ki, sələfilərin gözü pis görür və onlar açıq aydın yazılan sualı da ya düzgün oxuya bilmirlər, yada ki, təkəbbürlük onları onu tam anlamağa imkan vermir.

Mən sualımda aydın yazmışam ki,

Mən Sizə imamlardan yox, konkret bu mələyin Allahla insanlar arasında vasitə olduğunu soruşdum, və Siz yenə də bunu təsdiqlədiz. Deməli mələkdən istəmək olar, o da vasitəçi-səbəbkar olaraq bizə istədiyimizi verəcək. Bunu aydınlaşdırdıq.

Amma sələf qardaşımız suala cavab vermədən yenə də imamlardan yazır! Açığı bu heç sual da deyil, çünki o bundan əvvəlki postunda “Eləcə də hədisdə qeyd olunan kimi mələk insanlar ilə təmasda olur” və ondan əvvəl “mələk vasitəçidir, mələk səbəbkardır” yazmışdı. Mən sadəcə onun yazdığının təsdiqini istəyirdim, amma o adətinə görə öz sözlərini təsdiq etməkdən boyun qaçırdı.

Onun bu yazısından aydın oldu ki, keçəl kişi mələyi gözü ilə görüb onunla təmasda olub, buna görə də o ondan istəyə bilər. Amma biz peyğəmbəri, imamları gözlə görmədiyimizə görə onlardan heç nə istəyə bilmərik! Mənə çox maraqlıdı ki, bu qaydanı kim qoyub? Bəlkə şəriətdə belə bir qanun var? Bunu quran ayəsi ilə isbat edə bilərsiz?

Peyğəmbəri və ya imamı vasitəçi tutmaq üçün onu görmək vacib deyil. Onun bizi eşitməsi bizə bəsdir.

Bunu da qeyd edim ki, məkandan asılı olmayaraq hər şeyi eşidən bilən Uca Allahdır və Peyğəmbər (s.ə.s) müstəqil olaraq eşitmir, çünki bu hədis buna dəlidir: "Abdullah ibn Məsud (r.a) rəvayət edir ki, Allah rəsulu (s.ə.s) belə buyurdu: "Həqiqətən, Allahın yer üzünü səyahət edən mələkləri vardır ki, onlar ümmətimin salamını mənə çatdırırlar". (Ən-Nəsai – Namaz kitabı, 5, (3, 43) hədis № 1265: İmam Əhməd, Müsnəd: hədis № 4093. Səhihdir).

Qardaşımız başa düşmədiyi və səhihliyi haqda bir məlumatı olmadığı bir hədisi əsas tutaraq bizim gətirdiyimiz digər səhih hədisləri rədd edir. Həmçinin onun dediyinə görə Quran, Buxari və Müslümdən savayı onun üçün heç bir kitab hüccət deyil! Amma sərf edən hədisləri o kitablarda t.nda, səhihliyi haqda fikirləşmədən onları sübut kimi bizə təqdim edir.

Əvvəla bu mələklər peyğəmbərə göndərilən salamları hesablayir, necə ki bizim çiynimizdə oturan mələklər bizim ona gördərdiyimiz salamları öz kitabına qeyd edirlər və sonra ona çatdırırlar. Bu o demək deyil ki, salamlar yalnız bu yolla peyğəmbərə çatır.

İkincisi isə mənim əvvəl sələf böyüklərindən gətirdiyim hədislər necə oldu, onlar sərf etmədiyinə görə qəbul olunmur?

Sünnə əhli, hətta İbn Teymiyyə və İbn Baz etiraf edirlər ki, ölülər ziyarətçilərin səsini eşidir və ruhları qaytarıldığından cavab da verirlər.(Məcmuu fətavi, Ben Baz, c. 13, səh-235. «Səlatul-mumin», əl-Qəhtani, s.1391).

Anas ibn Malik deyir: Peyğəmbərlər öz qəbirlərində sağdır və Allaha ibadət edirlər. (Hafiz Xeysəmi “Macma əz-Zəvahid” cild 8, səh 211; Mənəvi “Feyz əl-Qədir” cild 3, səh 184). Şeyx Albani bu hədisin səhih olduğunu yazır (“Səlsələtu əl axadis əs səhihə” hədis № 621).

Bəyhəqi Səyid ibn Müsayibdən gətirir ki: Biz Əli ibn Əbu Taliblə qəbiristanlığa gəldik. Əli dedi: Salam olsun sizə ey qəbir əhli. Siz öz durumunuz haqda bizə danışın, bizdə sizə danışaq. Səyid ibn Müsayib deyir: Birdən qəbirdən bir səs gəldi: Salam olsun sizə ey əmir əl-möminin! De bizə nələr olub. Əli dedi:...... (“Həqiqətu təvəssül vəl vəsilə” səh 242)

Və İbn Təymiyyənin şagirdi İnb Qəyyum yazır: Peyğəmbər deyib: Müsəlman öz mömin qardaşının qəbri yanından keçərkən sual etsə, Allah-təala o adamı dirildər ki, o qadraşına cavab versin (İbn Qəyyum “Ər-Ruh” səh 9).

Bu hədislərdən aydın olur ki, ölülər bizi eşidir və hətta bizə cavab da verə bilir. Həmçinin biz bilirik ki, peyğəmbər bu dünyada olarkən səhabələr ona təvəssül edirdilər.

Diriliyində ona təvəssül etmək olarsa, ölümündən sonra niyə bu qadağan olur? Bu qaydanı hansısa quran ayəsi ilə sübut edə bilərsiz?

Quraqlıq illərində Ömər ibn Xəttab yağış istəyi ilə Peyğəmbərin (s) əmisi Abbasa təvəssül etdi və dedi: «Xudaya, biz sənə və Peyğəmbərimizə (s) təvəssül edirdik, bizə su göndərirdin. İndi sənə və Peyğəmbərin (s) əmisinə təvəssül edir və su istəyirik.» Bu duadan sonra Abbasa təvəssül bəhrəsini verdi və Allah yağış nazil etdi. («Səhih Buxari», fəzaile əshab, səh. 626, hədis 3710) Bu hədis «Səhih Buxari»də iki yerdə nəql olunmuşdur. İddia edən olsa ki, Ömər diriyə təvəssül etmişdir, siz şiələr isə ölüyə təvəssül edirsiz, onlara belə cavab verirəm: Allahın övliyaları hər zaman diridirlər və eşidirlər. Hətta sələfilər də qəbul edirlər ki, qəbir əhli ziyarətçinin salamını eşidir və onun cavab verə bilməsi üçün Allah ona ruhunu qaytarır. «Ölülər ziyarətçinin salamını eşidir və Allah onların ruhunu qaytarır ki, salamın cavabını versinlər.» («Səlatul-mumin», əl-Qəhtani, səh. 1392)

Şeyxul-islam İzəddin ibn abd əl Salam öz fətvasında deyir: Meyin onu ziyarət edənləri tanıyır. Bizə ölən insana salam vermək əmr olunub, əgər ölü bizi eşidməsəydi Allah ona salam verməyi bizə əmr etməzdı. “Əl-fətava Şeyxul-islam İzəddin ibn abd əl Salam”, səh 341.

Bunu İbn Təymiyyə və Ben Baz kimi sələf böyükləri təsdiq edirlər. Amma öz dediklərinə zidd çıxaraq ölüləri çağırmağı onlara ibadət kimi dəyərləndirir və bunu şirk sayırlar.(«Töhfətul-ixvan», Ben Baz, s. 12). Əslində isə kiminsə ölülərə ibadət etməsi, Peyğəmbəri (s) və Əlini (ə) xaliq sayması gülünc iddiadır.

Deyirki, şiələr şirkə yol verir, Peyğəmbərin (s) qəbri kənarında əllərini dua üçün qaldırır, Peyğəmbərdən (s) nə isə istəyirlər, imamlara nəzir edir, «ya Əli», «ya Hüseyn» çağırırlar. Bütün bunlar şirk sayılır.

Bunlar bizim zahiri əməllərinizə görə hökm verirlər!

Bütün müsəlmanlar qəbul edirlər ki, Peyğəmbər (s) belə buyurub: «Əməllər niyyətə görədir.» («Səhih Müslüm», kitabul-cihad, h. 1907) Məgər sizin alimlər şiələrin niyyətindən xəbərdardır?! Bilirlər şiələr qəbir kənarında dua üçün əl açarkən kimi çağırırlar?! Xəbərləri varmı ki, şiələr hansı niyyətlə nəzir edir?! Aydındır ki, onlar şiələrin niyyətindən xəbərsizdir. Yəqin ki, sizin alimlər mələklərin Adəmə səcdəsini görsəydilər, onları müşrik, şeytanı isə haqlı sayardılar. Mələklərə «Adəmə səcdə edin», deyə əmr etdikdə boyun qaçıran İblisdən savayı hamısı səcdə etdi.»(«Bəqərə», 34)

Yəqin ki, onlar Yə’qub və yoldaşlarının həzrət Yusifə səcdə etdiyini görsəydilər, onları şirkdə ittiham edərdilər.(«Yusif», 100)

Axı bu səcdələr zahirən insan qarşısında idi. Peyğəmbərin (s) qəbri kənarında dua üçün əl açmağı şirk sayanlar, insan qarşısında səcdəni, şübhəsiz ki, daha böyük şirk hesab etməlidirlər.

İbn Kəsir öz təfsirində deyir:

«Sizin Allahdan başqa üz tutduqlarınız nə özlərinə, nə də sizə kömək edə bilərlər» («Ə`raf», 197) ayəsi bütlərə ibadət edən müşriklərə aiddir. Müşriklər bütlərə ibadət edir və onlardan kömək istəyirdilər...

Sünnilər və sələfilər arasında mötəbər sayılan bu təfsirdən aydın olur ki, ayədə «çağırmaq» yox, «ibadət etmək» nəzərdə tutulur. Aydın məsələdir ki, heç bir müsəlman ölülərə və Allahın övliyalarına ibadət etmir. Sələfilərin həmin ayəni müsəlmanlara aid etməsi və onları övliyalara ibadətdə suçlaması misilsiz bir bidətdir.

Şirk odur ki, insan Allaha yox, bir başqasına görə ibadət etsin, namaz qılsın, oruc tutsun, həccə getsin, nəzir boyun alsın. Dünyada vahid Allaha sitayişi ilə seçilən müsəlmanlara qarşı bu sayaq ittihamlar çirkin böhtandan savayı bir şey deyil.

Əgər bir müsəlman «ya peyğəmbər», «ya Əli», «ya Həsən», «ya Hüseyn» deyə çağırırsa, bu çağırış ibadət yox, təvəssüldür. Qur’an ayələrindən də mə’lum olur ki, belə bir iş caizdir: «Onlar özlərinə zülm etdikləri zaman dərhal sənin yanına gəlib Allahdan bağışlanmaq diləsəydilər və Peyğəmbər (s) də onlar üçün əfv istəsəydi, şübhəsiz ki, Allahın tövbələri qəbul edən və mərhəmətli olduğunu bilərdilər.» («Nisa», 64)

Ничтожен ты или велик - причина тому... твой язык... /Носир Хисроу/

Ссылка на комментарий
Поделиться на других сайтах

Həmçinin biz peyğəmbərə, imama xatir Allahdan istəyə bilərik.

Siz peyğəmbərdən imamdan yox daşdan və parçadan istəyirsiniz necə ki, bu əməli müşriklər edirdilər. Bunu sizin üləma sayılan Xomeyni (ağa) deyir: “Gizli bir əməl də olsa belə, daşdan və parçadan istədiyini tələb etmək şirk deyil” (Kəşful-Əsrar, səhifə, 49). Yəni Allahı qoyub daşdan və parçadan istəyə bilərsən. Allahu Əkbər bu cür şirk əməlindən Uca Allaha sığınıram.

Yenə də təhrif, özü də həmişəki kimi yarımçıq.

" Batil bir əməl olsa da, daşdan və yaxud qayadan bir şey tələb etmək şirk deyildir. Sonra şübhəsiz ki, biz Allahın qüdrət verdiyi imamların və peyğəmbərlərin müqəddəs ruhlarından mədət umuruq."

Fikir verin yazib "Batil əməl"!

Daşdan, qayadan komək diləmək batil əməl olsa da şirk deyil. Şirk o vaxt olar ki, biz mövcud olan vasitələri özü-özlüyündə müstəqil sayaq. (Yani, baş verən hadisələrin yalniz onlardan asılı olduğunu və Allahla hər hansı bir şəkildə heç bir əlaqəsi olmadığını düşünək). Lakin, əgər belə olmazsa və onları yalnız Allahın istək və iznilə bizim məqsədimizə yetişməkdə bir vasitə kimi qəbul ediriksə, tövhid yolundan xaric olmariq.

Necə ki, bunu Alah-təala quranda deyir: Nəcm 26 - Göylərdə neçə-neçə mələklər vardır ki, onların şəfaəti heç bir fayda verməz. Ancaq Allah Öz istədiyi və razı olduğu kimsəyə (mələyə, yaxud möminə) izin verdikdən sonra (onun şəfaəti fayda verər) .

bunu 32 - əs-Səcdə surəsində deyir:24 - (Çətinliklərə) səbr etdikləri və ayələrimizə ürəkdən inandıqları üçün Biz onlardan əmrimizlə (insanlara) haqq yolu göstərən rəhbərlər (imam) təyin etmişdik.

Əvvəla sənin qeyd etdiyin imam rəhbər sözü təfsirlərə görə peyğəmbərlərdilər sizin imamlar yox.

Peyğəmbər və imam bu ayrı ayrı şeyıərdir. Peyğəmbər Allahdan şəriət gətirəndir. İmam isə dini rəhbərdir. 124000 peyğəmbərdən cəmi 5-I imam olub, amma peyğəmbər olmayan imamlarda var ki, onları da Allah-təala təyin edir. Necə o yuxarıda qeyd etdiyim ayədə və digər ayələrdə bunu qeyd edir.

AAA tapdım mən 1998-ci ildə şiə məzhəbində olduğum zaman Cümə məscidində mənə Ocaq Nicat ağa deyirdi ki: “Mən Mehdi (ə) ilə bir, iki dəfə görüşmüşəm.” Yəqin ki, “Əl-Fath” qardaş səndə bu yaxınlarda görüşərsən? Rica edirəm bunu təhqir kimi baxma. Çünki mən bunu Ocaq Nicat ağanın öz dilindən eşitmişəm.

çox gülməlidir

Ola bilər ki, sizin üçün bu gülməlidir. Lakin sizin müctəhidlər ildə bir dəfə ağa ilə yəni Mehdi (ə) ilə görüşürlər və sizin də bu əqidənizdir

Bu iddiada çoxlarınız olursuz, amma bu günə kimi heç biriniz sübut gətirməmisiniz.

İndi mən deyin görüm, elmli şiələrdən, alimlərindən kim sizin tərəfə keçib? Heç kim! Sizə yalnız elmsiz cahillər baş qoşur. Bəs Sizdən şiəliyə kimlər keçib? Bir iki alimin adını çəkim biləsiz, bu Ticanidir, İsam Amad və s.

Əvvəla Ticanini bura qeyd etmə çünki o, mürtəddir. Quran üçün belə deyir: “Quranil Kərim fitnəl müslimin” yəni Quranı Kərim fitnədir müsəlmanlar üçün. Buyur yüklə bax:

http://www.kerbela.be/ticani.wmv.

4-cü dəqiqə 57-ci saniyə.

Bunu da qeyd edim ki, İraqda böyük şiə alimlərdən sayılan Seyyid Hüseyn Müsəvi (rahiməhullahi təalə) haqqı başa düşərək əhli-sunnəni qəbul etmişdir.

Bu ssilka açılmır, həmçinin Müsəvi haqda cavabınızı ayrı temada verdim.

Pulun verilməsini isə hələ Sizin şeyxiniz özü deyir. Bir onun Ələsgərlə söhbətinə (kasetdə) qulaq asın.

And olsun canım əlində olan Allaha ki, sənin dediyin böhtandan başqa bir şey deyil, çünki o kasetə öz qulaqlarım ilə özüm eşitmişəm.

Yaxşı qulaq asmamısız.

Ələsgər Qamətə deyir ki, Siz məscidə insanları pulla yığırsız. Mən deyirdim ki, bunun axırı olmacaq.

Qamət deyir : O puldan biz sənə də verirdik. Nə oldu arası kəsilən kimi çıxıb getdin?

Ələsgər dedi: Yox! Mən pulun kəsilməsindən əvvəl Sizin yanınızdan getdim.

Ничтожен ты или велик - причина тому... твой язык... /Носир Хисроу/

Ссылка на комментарий
Поделиться на других сайтах

Kim imamları Allah, məbud sayıb onlara ibadət edir? əgər biz imamları Allahla yanaşı yox, sadəcə vasitəçi kimi çağırsaq bu şirkdir?

Siz bunu şirk hesab etməsəniz də bu şirkdir. Bəli bu şirkdir fərq etməz vasitəçi və ya yanaşı, əsas budur ki, İmamları (ə) Allah ilə bərabər çağırırsınız. Hörmətli "al-Fath" sən bunu şirk hesab etməsən də bu şirkdir dəlil sənə gətirirəm ki, qiyamət günündə Allaha şərik qoşanlar deyəcəklər ki, “Ya Rəbbi biz sənə şik qoşmamışıq.” Bax Müşrik Müşrikliyini inkar edİr. Uca Allah belə buyurur: «Onların hamısını bir yеrə toplayacağımız gün, şərik qoşanlara bеlə dеyəcyik: «Hanı, hardadır sizin o хəyalını qurduğunuz şеylər? » Sonra onların yayınmaq üçün cavabı bеlə olacaq: Rəbbimiz Allaha and olsun ki, biz müşrik dеyildik». Budur baх, özlərini nеcə də inkar еdirlər. Allaha şərik qoşduqları şеylər onlardan nеcə də uzaqlaşdılar.» (Ənam surəsi – 22-24). Müşrik Müşrikliyini inkar edİr: “..Rəbbimiz Allaha and olsun ki, biz müşrik dеyildik». Budur baх, özlərini nеcə də inkar еdirlər. Allaha şərik qoşduqları şеylər onlardan nеcə də uzaqlaşdılar.” (Ənam surəsi – 23-24)

Bu da sələfin ikiüzlülüyü. Diqqət edin o nə yazır: Bəli bu şirkdir fərq etməz vasitəçi və ya yanaşı, əsas budur ki, İmamları (ə) Allah ilə bərabər çağırırsınız. Məgər vasitəçi bərabər deməkdir? Əgər biz peyğəmbəri özü heç nəyə qadir olmayan bir vasitəçi hesab ediriksə, deməli biz onu Allahla bərabər tuturuq? Bu sözlərdən belə çıxır ki, Allah Özü də özü heç nəyə qadir deyil !? Əstağfirullah!

Bu açıq bir şərdir, çünki heç bir müsəlman peyğəmbəri, imamları Allahla bərabər saymır, onlara ibadət etmir və onların Allah kimi nəyəsə qadir olduğuna inanmır. Müsəlmanlar onları sadəcə Allah ilə öz aralarında vasitəçi qərar verir.

Necə yani mən Allahdan qeyrisindən istəmirəm, istəyirsiz axı. Elə bu həkimdən şəfa istəyirsiz. Özünüz deyirdiz ki, Allahdan qeyrisindən heç nə istəmək olmaz

Həkimdən nə isə istəmək olar. Lakin Allahın qadir olduğu şeylərdən nə isə istəmək olmaz. Bunu etsən bu şirkdir

Siz həkimdən bir fincan çay yox, şəfa istəyirsiz. Şəfanı da verən Allahdır. Demirsiz ki, Allahın qadir olduğu şeyi başqasından istəmək şirkdir?! Niyə Allahın verdiyi şəfanı həkimdən istəyirsiz?

Quranı Allah yaratmayıb, o Allahla birgə həmişə olub?! Bəs bu şirk deyil?

Sabitdir ki, Quran Allah kəlamıdır. Çünki Uca Allah belə buyurur: “(Öz peyğəmbərinə) Quranı öyrətdi. İnsanı yaratdı.” (Rəhman, 2-3). Əgər Quran insan kimi məxluqat olsa idi. Uca Allah belə buyurardı: “Quran ilə insanı yaratdı” Lakin əksinə olaraq Uca Allah belə buyurar: “Quranı öyrətdi.” (Rəhman, 2). Buda dəlidir ki, Quran məxluqat yox Allah kəlamıdır. Mə əs salam.

Deməli Siz Quranın yaradılmamasını iddia edirsiz! Deməli Allah onu yaradmayıb, o Allahla birgə həmişə var idi! Və Siz yazırsız ki, Allah Quranı yaradmayıb, O sadəcə onu insana öyrətdi.

Əgər Quran yaradılıbsa, amma onu Allah yaradmayıb, deməli ya onu başqa bir Allah yaradıb və ya o özü özünü yaradıb. Bu sizin əqidəyə görə ikinci Allahın olması deməkdir.

Əgər Quran yaradılmayıbsa və o Allahla birgə həmişə var idi, yenə də Allah ilə birgə digər Allah sayılır.

Və bunun hamısından belə çıxır ki, kainatda Allahın yaratmadığı varlıqlar var.

Bəs bu inanclar şirk və küfr deyil?

Ничтожен ты или велик - причина тому... твой язык... /Носир Хисроу/

Ссылка на комментарий
Поделиться на других сайтах

Osman bin Huneyfdən nəql olunur ki,kor bir kişi Rəsulullahın(s.a.v)yanına gəldi."Mənim afiyətim üçün Allaha dua et!"dedi.Peyğəmbər buyurdu ki "Belə qalmağın sənin mpwn daha xeyrli olar!,amma istəsən dua edərəm".Həmən kişi"dua et"dedi!...(Peyğəmbər ona iki rükət namaz qılıb daha sonra belə dua etməsini dedi )(mütərcim)

"Allahım,səndən rəhmət peyğəmbəri Məhəmmədə təvəssül edərək səndən istəyir və sənə yönəlirəm!Ey Məhəmməd bu hacətimin qəbulu üçün səninlə Rəbbimə yönəlirəm.Allahım onu mənim barəmdə şəfaətçi qərar ver!"Əbu İshaq(bu Tirmizinin adıdır m)dedi bu(hədis)səhihdir. (İbn Macə Kitabussalat va sunənihə 1375 ci hədis. Mə cəə fi salatil hacə babı)

http://hadith.al-islam.com/Display/Display...=5&Rec=1803

Salam qardaşım.

Mən bu hədisi hələ söhbətin əvvəlində #67 postumda gətirmişəm, amma Abdulaziz onu qəbul etmədi.

Muhamməd ibn Camil Zinu

İslam əqidəsi (əhli-sünnətin əqidəsi) kitabında 21-ci bəndində (təvəssül) yazır: Peyğəmbər və övliyalar vasitəsi ilə təvəssül bütpərəstlikdir və bunun sübutu üçün 112-ci səhifədə hədis gətirir:

Kor bir kişi peyğəmbərə “Allahdan məmin üçün dua et və mənim üçün şəfaət istə” dedi. Peyğəmbər dedi: istəsən dua edərəm amma səbr etsən sənin üçün yaxşıdır.

Nə üçünsə Zinu hədisi yarımçıq gətitir, tam hədis isə belədir:

Kor kişi peyğəmbərin dua etməsini istədi və peyğəmbər ona dəstəmaz almasını buyurdu. Sonra iki rəkət namaz qılmasını və bu duanı oxumağı tapşırdı: Allahım Səndən peyğəmbərin vasitəsi ilə istəyirəm. Ey Mühəmməd mən sənin vasitənlə Allahdan istəyirəm, mənim duamı yerinə yetir. Allahım Mühəmmədin duasını (mənim üçün istədiyi şəfaəti) qəbul et! (Əhmədin Müsnədi cild 4 səh 138, həmçinin bu hədisi Nişapuri öz Müstədrəkində, İbn Macə, Tirmizi gətiriblər və bu hədisi səhih adlandırıblar).

Gördüyünüz kimi tək sələfilər yox, hətta onların alimləri belə istədiklərini qizlədir, onlara lazım olanı gətirirlər. Hədisləri və ayələri onlara lazım olan mənada insanlara çatdırırlar!

Ничтожен ты или велик - причина тому... твой язык... /Носир Хисроу/

Ссылка на комментарий
Поделиться на других сайтах

  • 3 months later...

Göründüyü kimi artıq bu temada müzakirə olunan məsələlər təkrar olunur.

Tema artıq özünü tükədib.

Tema bağlıdır.

Ничтожен ты или велик - причина тому... твой язык... /Носир Хисроу/

Ссылка на комментарий
Поделиться на других сайтах

Гость
Эта тема закрыта для публикации сообщений.
×
×
  • Создать...