Darjeeling Опубликовано: 12 февраля, 2008 Жалоба Share Опубликовано: 12 февраля, 2008 (изменено) Bu günlərdə İnternetdə bir neçə Azərbaycan mahnısının sözlərini axtardım və təəccüblə qənaətə gəldim ki, bu mövzuya aid saytlar, demək olar ki, yoxdur. O səbəbdən gəlin burada Azərbaycan musiqi xəzinəsini təşkil edən sevimli xalq mahnılarımızın və sovet dövrünün Azərbaycan xit mahnılarının sözlərini toplayaq. Niyə müasir mahnıların deyil ? Çünki müstəqillik dövründə yaranan mahnıların sayı çox olsa da, bir o qədər də keyfiyyəti aşağıdır. Ona görə ara mahnıların həvəskarları ayrica mövzu aça bilər. Əlbəttə, müasir mahnilar arasında layiqli nüsxələr də mövcuddur. Az da olsa. Amma seçim çətinliyi olacaq... Onlar üçün də ayrı mövzu açmaq pis olmazdı. Beləliklə, mən başlayıram və sizin fəal iştirakınıza ümid edirəm SARI GƏLİN Saçın ucun hörməzlər Gülü sulu dərməzlər Sarı gəlin Saçın ucun hörməzlər Gülü sulu dərməzlər Sarı gəlin Bu sevda nə sevdadır Səni mənə verməzlər Neynim aman, aman Neynim aman, aman Sarı gəlin Bu sevda nə sevdadır Səni mənə verməzlər Neynim aman, aman Neynim aman, aman Sarı gəlin Bu dərənin uzunu, Çoban qaytar quzunu, quzunu Bu dərənin uzunu, Çoban qaytar quzunu, quzunu Nə ola bir gün görrəm Nazlı yarın üzünü Neynim aman, aman Neynim aman, aman Sarı gəlin Nə ola bir gün görrəm Nazlı yarın üzünü Neynim aman, aman Neynim aman, aman Sarı gəlin Bu sevda nə sevdadır Səni mənə verməzlər Neynim aman, aman Neynim aman, aman Sarı gəlin Səni mənə verməzlər Ay nənən ölsün, Sarı gəlin, aman Neynim aman, aman Neynim aman, aman Sarı gəlin Изменено 12 февраля, 2008 пользователем Darjeeling Цитата Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Morena23 Опубликовано: 16 апреля, 2009 Жалоба Share Опубликовано: 16 апреля, 2009 aman allah heç bir mahnının sözlərini axıra kimi bilmirəm ki birin yazım hamısın ala yarımçıq bilirəm ama birini yazacam yadıma düşəndə Цитата Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
PRIKOLISTKA Опубликовано: 16 апреля, 2009 Жалоба Share Опубликовано: 16 апреля, 2009 Yazın, yazın. Maraqlı olar bu sözləri oxumaq ) Цитата Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SEYRCI Опубликовано: 24 апреля, 2009 Жалоба Share Опубликовано: 24 апреля, 2009 Qonşu forumların birində mənim yerləşdirdiyim postlarda bir çox mahniların sozləri var... Burada da həvəslə onları yaziram... QUBAnin ağ almasi Qubanin ağ almasi, Yeməyə var alması, Yarim gələnə qalıb, Yaramın sağalması Sevirəm, sevirəm yar, Səni mən yar, Sevirəm yar, yar Qubadan alma aldim, Yarima yola saldim, Yarim gələnə kimi, Heyva tək saraldım... Цитата Не говорите ЧТО мне делать и я не скажу КУДА вам идти! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SEYRCI Опубликовано: 24 апреля, 2009 Жалоба Share Опубликовано: 24 апреля, 2009 Gəl bizə yar Ay dağlar səndə gözüm var, Ay məndə dərdə dözüm var, Xəbər verin yar gəlsin, Ay ürəyimdə sözum var. Gəl bizə, gəl bizə, gəl bizə yar, Qurbanam o qaş-gözə yar. Ay su gəlir arxa nə var, Ay dolanır çarxa nə var, Məndən öz yarim küsüb, Heç bilmirem xalxa nə var. Ay mən aşiqəm, Gəncə var, Ay Şəki, Şirvan, Gəncə var, Yar yardan ayrılsada, Məhəbbət ölüncə var... Цитата Не говорите ЧТО мне делать и я не скажу КУДА вам идти! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SEYRCI Опубликовано: 24 апреля, 2009 Жалоба Share Опубликовано: 24 апреля, 2009 Lacın Araz axar su ilə, Dəstə-dəstə gül ilə, Mən yarımı sevirəm Şirin-şirin dil ilə Ay Lacın, can Lacın, Mən sənə qurban Lacın... Bağçaların barı gül, Yarı göncə, yarı gül, Gec acldın, tez soldun, Açmayaydın barı gül, Ay Lacın, can Lacın, Mən sənə qurban Lacın... Yeri-yeri küsən yar, Yeni eşqə düşən yar, Elçiləri qırılmış... Özü elçi düşən yar! Ay Lacın, can Lacin, Mən sənə qurban Lacın... Ən çox sevib dinlədiyim mahnılardan biri... Цитата Не говорите ЧТО мне делать и я не скажу КУДА вам идти! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SEYRCI Опубликовано: 24 апреля, 2009 Жалоба Share Опубликовано: 24 апреля, 2009 Qaragilə Gəlmişəm otağına, Oyadam səni Qaragilə, oyadam səni, Nə gözəl xəlq eləmiş Yaradan səni, Qaragilə Götürüb mən qacaram aradan səni, Qaragilə Aradan səni... Ağac olaydım, Yolda duraydım, Sən gələn yola,Qaragilə Kölgə salaydım... Təbrizin küçələri dolanba-dolan, Qaragilə, dolanba-dolan, Nə mənə qız qəhətdir, nə sənə oğlan,Qaragilə, Əgər məni sevmirsən, get, ayrı dolan, Qaragilə, Get, ayrı dolan, Gızılgül əsdi, səbrimi kəsdi, Sil gözün yaşın Qaragilə, ağlama, bəsdir... Daha bir əfsanəvi xalq mahnımız... Цитата Не говорите ЧТО мне делать и я не скажу КУДА вам идти! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SEYRCI Опубликовано: 24 апреля, 2009 Жалоба Share Опубликовано: 24 апреля, 2009 .rdı sellər Saranı Arpa çayi aşdı-daşdı, Sel Saranı aldı qaçdı, Alagözlü, qələmqaşlı, .rdı sellər Saranı, Bir alagözlu balanı... Gedin deyin Xançobana, Gəlməsin bu il Muğana, Muğan batıb nahaq qana, .rdı sellər Saranı, Bir alagözlu balanı... Arpa çayi sərin olmaz, Axar sular dərin olmaz, Sara kimi gəlin olmaz, .rdı sellər Saranı, Bir alagözlu balanı... Цитата Не говорите ЧТО мне делать и я не скажу КУДА вам идти! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SEYRCI Опубликовано: 24 апреля, 2009 Жалоба Share Опубликовано: 24 апреля, 2009 Sona bülbüllər Su atdım yara dəydi, sona bülbüllər, Əlim divara dəydi, saçı sünbüllər, Dilim-ağzım qurusun, sona bülbüllər, Nə dedim yara dəydi, saçı sünbüllər Elə yar-yar deyirlər, heç məni demirlər, Ay sona bülbüllər. Evləri köndələn yar, sona bülbüllər, Bizə gül göndərən yar saçı sünbüllər, Gülün yarpıza dönsün, sona bülbüllər, Bizdən üz döndərən yar, saçı sünbüllər. Dəryada gəmim qaldı, sona bülbüllər Biçmədim, zəmim qaldı, saçı sünbüllər, Çox çəkdim yar cefasın, sona bülbüllər, Mənə dərd-qəmi qaldı, saşı sünbüllər. Цитата Не говорите ЧТО мне делать и я не скажу КУДА вам идти! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SEYRCI Опубликовано: 24 апреля, 2009 Жалоба Share Опубликовано: 24 апреля, 2009 Bəh-bəh Gül açılanda yaz olur, bəh-bəh-bəh! Kədərim, qəmim az olur, bəh-bəh-bəh! Gözəldə işvə-naz olur, bəh-bəh-bəh! Gəl-gəl, gözəl yar, sevirəm səni! Yarın bağında şirin olur üzüm, Sənin ayrılığına nəcə dözüm? Sənə qurban olsun bu iki gözüm, Gəl-gəl, gözəl yar, sevirəm səni! Bülbül bağlarda səs salır cəh-cəh-cəh! Güllərin ətrini alır, bəh-bəh-bəh! Musiqi səsi ucalır, cəh-cəh-cəh! Gəl-gəl, gözəl yar, sevirəm səni! Цитата Не говорите ЧТО мне делать и я не скажу КУДА вам идти! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SEYRCI Опубликовано: 24 апреля, 2009 Жалоба Share Опубликовано: 24 апреля, 2009 Durnam Dilbər könlüm aramı, Yoxdur könlüm aramı, Sən ki tebib deyildin, Neçin açdın yaramı, durnam? Sən haralisan, durnam? Mən buralarda durmam, Gedəlisən, əsmər yarım, Gəl sinəm üste dolan, Qarpız kəsdim, yeyən yox, Halın necə, deyən yox, Yarım mənlə barışıb, Gözün aydin deyən yox, durnam. Qarpız kəsdim bal kimi, Dilimlədim nar kimi, Gördüm yarın əllərini, Gecə yağmiş qar kimi, durnam. Цитата Не говорите ЧТО мне делать и я не скажу КУДА вам идти! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SEYRCI Опубликовано: 24 апреля, 2009 Жалоба Share Опубликовано: 24 апреля, 2009 Əlində sazı Qurbanı Əlində sazı qurbanı, Eyləmə nazın qurbanı, Ollam gözlərin qurbanı, Öldürmə məni, yandırma məni, Dur gəl naz ilə, naz ilə, Söhbət, saz ilə, saz ilə. Nə baxirsan yanı-yanı, Oldum gözlərin qurbanı, Əvvəlki məhəbbət hanı, Belə şümşad barmaq olmaz, Ləbin kimi qaymaq olmaz, Gülüm səndən doymaq olmaz. Цитата Не говорите ЧТО мне делать и я не скажу КУДА вам идти! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SEYRCI Опубликовано: 24 апреля, 2009 Жалоба Share Опубликовано: 24 апреля, 2009 Aman nənə Asta yeri, kəmər düşər belindən, Aman nənə, zalım nənə, yar nənə, Ayrı düsdüm gülümdən, bülbülümdən, Aman nənə, zalım nənə, yar nənə, O qədər sevirəm, düsməz dilimdən, Ay aman yar, ay zalım yar, Ay gözəl yar, ay gül yar. Bir yaylığım vardı gülü ozündən, Aman nənə, zalım nənə, yar nənə, Dolanır boynuma ozü-ozündən, Aman nənə, zalım nənə, yar nənə, Mən nə dedim, küsdün mənim sözümdən? Ay aman yar, ay zalım yar, Ay gözəl yar, ay gül yar. Yarima demişəm mənə saz alsın, Aman nənə, zalım nənə, yar nənə, Onu çalım, dərdi-qəmim azalsın, Aman nənə, zalım nənə, yar nənə Məgər mən ölmüşəm, yarım qız alsın? Ay aman yar, ay zalım yar, ay gül yar. Цитата Не говорите ЧТО мне делать и я не скажу КУДА вам идти! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SEYRCI Опубликовано: 24 апреля, 2009 Жалоба Share Опубликовано: 24 апреля, 2009 Deyin mübarək olsun Deyin, mübarək olsun, Bu toy mübarək olsun, Gəlin getdiyi yollar, Gül olsun, çiçək olsun. Ulduz gəlin, ay gəlin, Yoxdur sənə tay, gəlin, Bu gün sənin toyundur, Nazik yuxa yay, gəlin. Dəryadan keçdim, gəldim, Suyundan içdim, gəldim, Gözəllərin içindən, Tək səni seçdim, g'ldim. Цитата Не говорите ЧТО мне делать и я не скажу КУДА вам идти! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SEYRCI Опубликовано: 24 апреля, 2009 Жалоба Share Опубликовано: 24 апреля, 2009 Bağçada güllər Ay dərya kənarında bir ev tikmişəm, Ay hasarın çəkmişəm, üstün örtmüşəm, Ay bu gələn gözələ gözüm dikmişəm. Bağçada güllər, oxur bülbüllər, Blə deyirlər, yənə yaz gəlir. Ay əlinə al, çalıb dindir sazını, Ay mən çəkərəm hər dəm sənin nazını, Ay şəmsi-qəmər kimi göstər üzünü. Цитата Не говорите ЧТО мне делать и я не скажу КУДА вам идти! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SEYRCI Опубликовано: 24 апреля, 2009 Жалоба Share Опубликовано: 24 апреля, 2009 Ceyran Araxçının məndədir, ceyran, Sərmişəm, çəməndədir, ceyran, Aləm gözələ dönsə, ceyran, Mənim gözüm səndədir, ceyran. Aşiqin çoxdur sənin sənin, çoxdur, Kipriyin oxdur sənin, oxdur, Dərdindən mən dəliyəm, Heç xəbərin yoxdur sənin, ceyran. Ulduz dönüb ay olmaz, ceyran, Qış keçməsə yay olmaz ceyran, Könül sevən gözələ, ceyran, Gözəllikdə tay olmaz, ceyran. Цитата Не говорите ЧТО мне делать и я не скажу КУДА вам идти! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SEYRCI Опубликовано: 24 апреля, 2009 Жалоба Share Опубликовано: 24 апреля, 2009 Aman təklik əlindən Haray getdi dəm əldən, Qoymaz məni qəm əldən, Gedirsə, dərd-qəm getsin, Getməsin həmdəm əldən Aman, təklik əlindən, Bidad, təklik əlindən, Baş götürüb gedərəm, Bivəfa yar əlindən. Qərənfiləm, dəstəyəm, Bülbüləm, qəfəsdəyəm, Gedin yarima deyin, Həsrətindən xəstəyəm. Цитата Не говорите ЧТО мне делать и я не скажу КУДА вам идти! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SEYRCI Опубликовано: 24 апреля, 2009 Жалоба Share Опубликовано: 24 апреля, 2009 Daşlı qala Bulaq başı toz olar, Üstü dolu qız olar, Əyil, dəsmalın götür, Mən götürsem söz olar. Bu qala daşlı qala, Çınqıllı, daşlı qala, Qorxuram, gəlməyəsən, Gözlərim yaşlı qala. Əzizim olmayaydi, Saralıb solmayaydi, Bir ayrılıq, bir ölüm, Heç biri olmayaydı, Dağlara çən düşəndə, Sünbülə dən düsəndə, Ruhum bədəndə oynar, Yadıma sən düşəndə. Цитата Не говорите ЧТО мне делать и я не скажу КУДА вам идти! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SEYRCI Опубликовано: 24 апреля, 2009 Жалоба Share Опубликовано: 24 апреля, 2009 Qara qız Bülbüllər gəzər bağı, Yar gələr, süzər bağı, Dodağın gül qönçəsi, Açılsa, bəzər bağı. Tellərini yan dara, qız, Eylə dərdimə çarə, qız, Ay qaşı-gözü qara qız, Eylə dərdimə çarə, qız. Mən aşiqəm halına, Üzdə qara xalına, Lalə, bənövşə yetməz, Yarın gül camalına. Bulud ötüb, ay hanı? Qaşın kimi yay hanı? Gəzdim eli-obanı, Eldə sənə tay hanı? Цитата Не говорите ЧТО мне делать и я не скажу КУДА вам идти! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SEYRCI Опубликовано: 24 апреля, 2009 Жалоба Share Опубликовано: 24 апреля, 2009 Girdim yarın bağçasına Girdim yarın bağçasına, çiçəklər açmış, O yar mənim ürəyimə yaralar sancmış, Gəl, gəl, gəl gözəlim, gəl, sevirəm səni, Əgər qismətim olarsan, alaram səni. Girdim eşqin dəryasina, gəmim dolmadı, Gənc yaşımda bir yar sevdim, mənim olmadı. Ən sevimli mahnılardan biri... Цитата Не говорите ЧТО мне делать и я не скажу КУДА вам идти! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SEYRCI Опубликовано: 24 апреля, 2009 Жалоба Share Опубликовано: 24 апреля, 2009 Əsmərim Əsmərim biçim-biçim, Ölurəm Əsmər üçün, Aləm mənə düşməndir, Əsməri sevdiyimçün. Gülüm oy, oy, oy, gözəl yariı, Əsmərim oy… Əsmərin yanaqları, Su götürüb arxları, Şeh düsmüş gülə bənzər, Əsmərin dodaqları. Цитата Не говорите ЧТО мне делать и я не скажу КУДА вам идти! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SEYRCI Опубликовано: 24 апреля, 2009 Жалоба Share Опубликовано: 24 апреля, 2009 Evləri var xana-xana Evləri var xana-xana, Mən kül oldum, ay aman, yana-yana, Yaylığının yanı buta, Məni saldın, ay aman, ay aman yanar oda, Obaları oymaq-oymaq, Yalan sözdür, ay aman, yardan doymaq, Üzü gülər, ləbi qaymaq, Yalan sözdür, ay aman, yardan doymaq, Heç olmazmiş, ay aman, yardan doymaq, Yalan sözdür, yalan sözdür, yardan doymaq. Цитата Не говорите ЧТО мне делать и я не скажу КУДА вам идти! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SEYRCI Опубликовано: 24 апреля, 2009 Жалоба Share Опубликовано: 24 апреля, 2009 Qarabağın maralı Gəzmə məndən aralı, könlüm səndən yaralı, Gözlərinə heyranam, Qarabağın maralı, Sən bulaq üstə gələndə, qıygacı baxıb güləndə, Aldın səbrü-qərarimi, Qarabağın marali. Mən qurbanam gözlərə, şirin-şirin sözlərə, Bir qonaq gəl bizlərə, Qarabağın maralı. O günə qurban kəsərəm, gəlməsən səndən küsərəm, Gəzərəm səndən aralı, Qarabağın maralı. Gedək Qırxqız yaylağına, ceyran-cüyür oylağına, Enək Isa bulağına, Qarabağın maralı. Turşsu olsun yaylagımız, gözəl Şuşa oylagımız, Sən olaydın qonagımız, Qarabağın maralı. Цитата Не говорите ЧТО мне делать и я не скажу КУДА вам идти! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SEYRCI Опубликовано: 24 апреля, 2009 Жалоба Share Опубликовано: 24 апреля, 2009 Xumar oldum Mən gəlmişəm sənə qonaq, Ceyran, mənə bax, bax, Mənə bişir bir qayqanaq, Ay qiz mənə bax, bax, Maral, mənə bax, bax. Xumar oldum, xumar oldum, Kətan koynək, nazik bədən, Gördüm, bihal oldum… Getdim gördüm bağda yatıb, Ay qız mənə bax, bax, Qara zülfü gülə batıb, Ceyran, mənə bax, bax, Maral, mənə bax, bax. Цитата Не говорите ЧТО мне делать и я не скажу КУДА вам идти! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SEYRCI Опубликовано: 24 апреля, 2009 Жалоба Share Опубликовано: 24 апреля, 2009 Üç meyvə Meyvələrdə üç meyvə var, üçü də balam yeməli, Biri alma, biri heyva, biri nar, Alma sənin, heyva da sənin, nar mənim yar, nar mənim, Indi bildim, sən mənimsən, sən mənim… Bu yerlərin üç yolu var, üçü də balam getməli, Biri eniş, biri yoxuş, biri düz, Eniş sənin, yoxuş sənin, düz mənim yar, düz mənim, Bilirəm, gəlməlisən gəlməli… Ayda bir yol, həftədə bir yol, gəlməlisən gəlməli… Цитата Не говорите ЧТО мне делать и я не скажу КУДА вам идти! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SEYRCI Опубликовано: 25 апреля, 2009 Жалоба Share Опубликовано: 25 апреля, 2009 Ikisi bir boyda gəzən gözəllər Ikisi bir boyda gəzən gözəllər, Toyda, mağarda süzən gözəllər, Hər sözə bir söz düzən gözəllər, Adı dillərdə gəzən gözəllər. Eyvana çıxdım, gördüm yar gəlir, Dağlar maralı o maral gəlir, Başına örtüb xara şal gəlir, Yanağı üstə qara xal gəlir. Asıq gərək deyə sözün düz-düzə, Aşıqlar kimi baxaq göz-gözə, Hörüklü saçlar tökülsün dizə, Hərdən bir üzlər dəysin üz-üzə. Gəl, cavanıq, gəl verək əl-ələ, Yellər əsəndə dəysin tel-telə, Qovuşaq omrə necə sel-selə, Gələk uz-uzə necə gül-gülə. Цитата Не говорите ЧТО мне делать и я не скажу КУДА вам идти! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SEYRCI Опубликовано: 25 апреля, 2009 Жалоба Share Опубликовано: 25 апреля, 2009 Evlərinin ögü yonca kərkük xalq mahnısı Evlərinin ögü yonca, Yonca qalxmış dam boyunca, dam boyunca, Boyu uzun, beli incə, ninnə yarım, ninnə, Əsmər yarım, ninnə, ninnə, ninnə. Evlərinin ögü lalə, Saqi olub ver piyalə, ver piyalə, Yoldaş olaq, düşək yola, ninnə yarım, ninnə, Əsmər yarım, ninnə, ninnə, ninnə. Evlərinin ögü darçın, Fələk qoymur gözüm açım, vallah açım, Səni alim, hara qaçım, ninnə yarim, ninnə, Əsmər yarım, ninnə, ninnə, ninnə… Doymadan dinlədiyim mahnilardan biri… Behiştlik Nərminə xanım Məmmədovanın əvəzsiz ifasi… Цитата Не говорите ЧТО мне делать и я не скажу КУДА вам идти! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SEYRCI Опубликовано: 25 апреля, 2009 Жалоба Share Опубликовано: 25 апреля, 2009 Mənzəri Qərənfil abı gərək, Yar yarın babı gərək, Zərrəcə eşq olanın, Dərya qədər tabı gərək. Necə-necə ərz eləyim məğzimi yarə, Ərzimi bənd eləyib eləsin çarə, Necə-necə şərab olur üzüm suyundan, Bəsləsən atlas olar tut yarpağından. Aşiqəm, gözdə qara, göz qara, qaş qara, Yolunu gözləməkdən qalmayıb gözdə qara, Səbr elə, halva bişər ey qora səndən, Bəsləsən atlas olar tut yarpağından. Necə-necə şərab olur üzüm suyundan, Bəsləsən atlas olar tut yarpağından. Цитата Не говорите ЧТО мне делать и я не скажу КУДА вам идти! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SEYRCI Опубликовано: 25 апреля, 2009 Жалоба Share Опубликовано: 25 апреля, 2009 (изменено) O surmeli gozlerin O surmeli gozlerin, Sirin-sirin sozlerin, Tebietin eliyle, Cekilmis surmelerin. Eline ayna al, gor ne melahetlisen, Qedir bilen yaninda, dunyadan qiymetlisen. Basinda var sal bunun, Uzunde var xal bunun, Bir deli seytan deyir, Dur, qadasin al bunun… Изменено 25 апреля, 2009 пользователем SEYRCI Цитата Не говорите ЧТО мне делать и я не скажу КУДА вам идти! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SEYRCI Опубликовано: 25 апреля, 2009 Жалоба Share Опубликовано: 25 апреля, 2009 Nərgizim Niyə məndən küsmüsən, Nərgizim? Əlini məndən üzmüsən, Nərgizim, Tez gəl qəlbim dözməyir hicrana, Vəfalı ol, qəsd etmə bu cana. De hardasan, harda, Gözüm qaldı yolda, Nərgizim, Tez gəl qəlbim dözməyir hicrana, Vəfalı ol, qəsd etmə bu cana. Söz vermişdin gələrəm, gəlmədin, Saf eşqimi, duygumu bilmədin, Tez gəl qəlbim dözməyir hicrana, Vəfalı ol, qəsd etmə bu cana. Цитата Не говорите ЧТО мне делать и я не скажу КУДА вам идти! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SEYRCI Опубликовано: 25 апреля, 2009 Жалоба Share Опубликовано: 25 апреля, 2009 Gülə-gülə Gülüşlərin cingildəsin saz kimi, Hər tərəfə yayılsın avaz kimi, Sən güləndə könül gülür yaz kimi, Gülə-gülə, gülə-gülə, ay xanım, Gülə-gülə, gülə-gülə al canım! Yasəmənlər açıb çiçəklənəndə, Bənövşələr küsüb boynun əyəndə, Şeh düşübən çəmənlər şehlənəndə, Gülə-gülə, gülə-gülə, ay xanım, Gülə-gülə, gülə-gülə al canım! Sən güləndə açır gül, yasəmənlər, Heyran olur avazın eşidənlər, Görən varmı, sənin kimi bəxtəvər, Gülə-gülə, gülə-gülə, ay xanım, Gülə-gülə, gülə-gülə al canım! Цитата Не говорите ЧТО мне делать и я не скажу КУДА вам идти! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SEYRCI Опубликовано: 25 апреля, 2009 Жалоба Share Опубликовано: 25 апреля, 2009 Gəncədən fayton gəlir… Gəncədən fayton gəlir, fayton gəlir gəlir Ay fayton gəlir… Atları yorğun gəlir, yorğun gəlir gəlir, Ay yorğun gəlir, Sarı köynək, sarı cəpkən, badamı göz gəlir, Sarı köynək, sarı cəpkən, badamı göz gəlir… Bu gələn haralıdır, bu gələn haralıdır, bu gələn haralı? Gəncənin maralıdır, Gəncənin maralı, Gəncənin maralı, Sarı köynək, sarı cəpkən, badamı göz gəlir, Sarı köynək, sarı cəpkən, badamı göz gəlir… Цитата Не говорите ЧТО мне делать и я не скажу КУДА вам идти! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SEYRCI Опубликовано: 25 апреля, 2009 Жалоба Share Опубликовано: 25 апреля, 2009 Sudan gələn sürməli qız Sudan gələn sürməli qiz, Çox incidir kuzə səni, Elə naz ilə gəlirsən, Gəlməyəsən gözə səni. Kuzəni əlindən allam, Qolumu boynuna sallam, Gəlsən səni özüm alam, Di, dur gəl, aman günüdür, Eşqimin yaman günüdür, Kuzənə ipək düzərəm, Eşqinlə çöllər gəzərəm, Sənsiz mən necə dözərəm? Ay bu gələn yarım ozüdür, Gözləri ceyran gözüdür… Rəhmətlik anamın ən sevimli mahnısı… Цитата Не говорите ЧТО мне делать и я не скажу КУДА вам идти! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SEYRCI Опубликовано: 25 апреля, 2009 Жалоба Share Опубликовано: 25 апреля, 2009 Noleydi… Mən aşiq oyanınca, Mən yanım o yanınca, Kəsim yastiğın yanın, Yalvarım oyanınca. Noleydi, yarım, noleydi, Qapqara birçək olaydım, Hamıya çirkin olsamda, Yarıma göycək olaydım. Təbriz üstü Miyana, Gül sünbülə dayana, Oxu, bülbülüm, oxu, Bəlkə yarım oyana… Цитата Не говорите ЧТО мне делать и я не скажу КУДА вам идти! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SEYRCI Опубликовано: 25 апреля, 2009 Жалоба Share Опубликовано: 25 апреля, 2009 Noleydi… Mən aşiq oyanınca, Mən yanım o yanınca, Kəsim yastiğın yanın, Yalvarım oyanınca. Noleydi, yarım, noleydi, Qapqara birçək olaydım, Hamıya çirkin olsamda, Yarıma göycək olaydım. Təbriz üstü Miyana, Gül sünbülə dayana, Oxu, bülbülüm, oxu, Bəlkə yarım oyana… Цитата Не говорите ЧТО мне делать и я не скажу КУДА вам идти! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Recommended Posts
Join the conversation
You can post now and register later. If you have an account, sign in now to post with your account.