Qelem Опубликовано: 4 апреля, 2008 Жалоба Share Опубликовано: 4 апреля, 2008 (изменено) Salam aleykum! وَ مَنْ يُشاَقِقِ الرَّسُولَ مِنْ بَعْدِ ماَ تَبَيَّنَ لَهُ الْهُديَ وَ يَتَّبِعْ غَيْرَ سَبِيلِ الْمُؤْمِنِينَ نُوَلِّهِ ماَ تَوَلّيَ وَ نُصْلِهِ جَهَنَّمَ "Hər kəs, haqq onun ьзьn aydın olduqdan sonra Peyğəmbərlə mьxalifət etsə və mц`minlərin yolundan başqa yol ilə getsə, onu istədiyi şeyə həvalə edər və cəhənnəmə salarıq." СУ ОЛМаДЫҒЫ ШӘРАИТДӘ (НАМаЗ ВӘ С. Ү ТӘЈӘММүМ ВАҸИБДИР Бу барәдә ”Маидә” сурәсинин 6-ҹы ајәсини хатырлатмаг кифајәтдир. Аллаһ-таала бујурур: ”Еј иман ҝәтирәнләр! Намаз үчүн дуранда үзүнүзү вә әлләринизи–дирсәјә гәдәр јујун, башыныза вә ајағын үстүндәки чыхынтыја гәдәр мәсһ един. Әҝәр ҹәнабәтли олсаныз, өзүнүзү паклајын (гүсл един). Әҝәр хәстә вә ја сәфәрдә олсаныз, јахуд сизләрдән бири гәзаји-һаҹәт етсә (ајаг јолуна ҝетсә), јахуд өз арвады илә јахынлыг етсә вә су тапмаса, пак торпаг илә тәјәммүм едиб үзүнүзә вә әлләринизә мәсһ чәксин.” ”Ниса” сурәсинин 43-ҹү ајәсиндә бујурулур: ”Еј иман ҝәтирәнләр, сәрхош һалда намаза јахынлашмајын ки, нә дедијинизи биләсинизж һәмчинин, ҹәнабәтли һалда да (намаза јахынлашмајын), амма әҝәр јолдан кечән олсаныз, гүсл едән вахта гәдәр (ејби јохдур). Әҝәр хәстә вә ја сәфәрдә олсаныз, јахуд да сизләрдән һәр һансы биринизин гәзаји-һаҹәти ирәли ҝәлсә, јахуд арвадларынызла јахынлыг етсәниз вә су тапмасаныз, бу һалда пак торпаг илә тәјәммүм едиб әлләринизә вә үзүнүзә мәсһ един. Аллаһ бағышлајан вә меһрибандыр.” Бу барәдә ајәдән башга, сәһиһ рәвајәтләр дә һәддиндән артыг чохдур вә бу мәсәлә бүтүн мүсәлманларын фикир бирлији олан бир мәсәләдир. Тәкҹә Өмәр бу әмрлә мүхалифәт етмишдир. Мәшһур рәвајәтләрә әсасән о, фәтва вермишдир ки, су тапылмадығы һалда намаз ләғв олунур (су тапана гәдәр). Бухари вә Мүслүм өз ”Сәһиһ” китабларында (тәјәммүм бабында) Сәид ибни Әбдүррәһман ибни Әбзидән, о да атасындан белә рәвајәт етмишдир: Бир киши Өмәрин јанына ҝәлиб деди: Мән ҹүнуб олмушам вә су тапа билмирәм. Өмәр деди: Намаз гылма. Әммар Јасир орада иди. Деди: Јадында дејилми, сәнинлә (бир гошунда) мүһарибәјә ҝетмишдик, һәр икимиз ҹүнуб олдуг вә су тапа билмәдик. Сән намаз гылмадын, мән исә өзүмү торпаға булашдырыб намаз гылдым. Сонра Пејғәмбәрә дедик, бујурду: Кифајәтдир ки, әлләринизи јерә вуруб, үзүнүзә вә әлләринизин үстүнә чәкәсиниз. Өмәр деди: Еј Әммар, Аллаһдан горх! Әммар деди: Әҝәр истәјирсәнсә, буну нәгл етмәрәм!! Өмәр деди: Сәни елә олдуғун ишә тә”јин едирәм. Дејилмишдир ки, Әбдүллаһ ибни Мәс”уд бу мәсәләдә Өмәрин фәтвасына мејл етмишдир. Чүнки, Бухари өз ”Сәһиһ” китабында (1-ҹи ҹилд, сәһ.50) вә саир ”Сүнән” мүәллифләри нәгл етмишләр ки, Шәгиг ибни Сәләмә деди: Мән Әбдүллаһ ибни Мәс”удун јанында идим. Әбу Муса Әш”әри дә орада иди. Әбу Муса Әбдүллаһа деди: Мүкәлләф шәхс ҹүнуб олан вахт нә етмәлидир? Әбдүллаһ ибни Мәс”уд деди: Су тапана гәдәр намаз гылмамалыдыр. Әбу Муса деди: Бәс, онда Әммарын дедији сөзү нә едәҹәксәнж Пејғәмбәр она демишди ки, кифајәтдир ки, әлләрини јерә вурасан вә... Әбдүллаһ ибни Мәс”уд деди: Ҝөрмүрсән ки, Өмәр онунла гане олмур. Әбу Муса деди: Әмарын сөзү һеч, де ҝөрүм, бу ајә илә нә едәҹәксән?! (Сонра ”Маидә” сурәсинин 6-ҹы ајәсини охуду.) Рави дејир: Әбдүллаһ ибни Мәс”уд баша дүшмәди ки, Әбу Муса нә деди Изменено 4 апреля, 2008 пользователем Qelem Цитата Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Düshünürem Опубликовано: 6 апреля, 2008 Жалоба Share Опубликовано: 6 апреля, 2008 chox maraqlidir......Allah vedine xilaf chixmaz elbetde! Цитата Vahabilerin Allahi menem,Bunu onlarin alimi tesdiq edir. "İbtalut-Tə`vilat li Əxbaris-Sifat" adlanır. Kitabın muəllifi Abu Ya`lə b. Muhamməd b. Huseyn b. Muhamməd b. Əl-Fərradır. Bu kitabin 143-cü səhifəsində olan bir hədisi nəzərinizə çatdırmaq istəyirəm. Qatadə Ikrimədən, Ikrimə İbn Abbasdan rəvayət edir: Rasulallah buyurdu: "Rəbbimi üzü tüksüz, sallanmış qıvrım saçları olan bir cavan oğlan surətində yaşıl bağda gördüm". Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Qelem Опубликовано: 9 апреля, 2008 Автор Жалоба Share Опубликовано: 9 апреля, 2008 əbu bəkr VƏ OnUN TƏRƏFDARLARININ Peyğəmbərin sünnəti və Qur`anın aşkar hökmlərinin əksinə olan İCTİHADLARI خالي (1) SəQİFƏ GÜNÜNÜN HaDİSəLƏRİ O gündə Əbu Bəkr öz əlini uzatmışdı ki, orada iştirak edənlər onunla Peyğəmbər (s.ə.v.v)-in canişini kimi bey`ət etsinlər. Bə`ziləri öz meyl və istəkləri ilə bey`ət etdilər, bunun ardınca isə bir qrup zorla bey`ətə məcbur edildilər. Hansı ki, hamısı bilirdi ki, Peyğəmbər (s.ə.v.v) özündən sonra canişinlik məqamını öz əmisi oğlu Əliyyibni Əbi Talib (ə)-a həvalə etmişdir. Həm görmüş, həm də eşitmişdilər ki, Peyğəmbər (s.ə.v.v) öz nübüvvətini e`lan etdiyi vaxtdan e`tibarən həyatının son anlarına qədər bu məsələni dəfələrlə aşkar şəkildə buyurmuş və müxtəlif yollarla izhar etmişdir. Bunu təfərrüatı ilə öyrənmək istəyənlər mənim yazdığım “Əl-müraciat” kitabına baxa bilərlər. Çünki mən həmin kitabda Peyğəmbərin bu barədəki buyuruğu, habelə sünnü və şiələrin Peyğəmbərdən sonra xilafət məsələsindəki nəzəriyyələri ilə əlaqədar müfəssəl bəhs etmiş, “Əl-əzhər” universitetinin o dövrdəki rektoru Şeyxul-islam Səlim Bişri ilə (mən Misirdə olanda) fikir mübadiləsi etmişəm. Şeyxul-islam Səlim Bişri ilə mənim Peyğəmbərdən sonra xilafət məsələsi, onun nəss və dəlilləri ətrafında çoxlu məktublaşmalarımız olmuşdur. Bu yazışmalarda həmin məsələ ilə əlaqədar kifayət qədər bəsh etmişik və insafa, haqq-ədalətə münasib olan qədər dəlil gətirmişik. Nəticədə həmin yazışmalar Şeyxul-islam Səlim Bişrinin lütfü sayəsində bu xüsusda ən layiqli kitab halına düşmüş, haqq-həqiqət özünün tam təzahürləri ilə onda cilvələnmişdir. Allaha şükr edirik ki, belə bir müvəffəqiyyəti bizə nəsib etmişdir. Hal-hazırda “Əl-müraciat” kitabı İslam dünyasının hər yerinə yayılmış və tam bitərəfliliklə hamını sünnü və şiələrin arasında mövcud olan münaqişəli məsələlərin araşdırılmasına də`vət edir. Yaxşı olar ki, tələbələr onu mütaliə etməkdən qafil olmasınlar. Möhtərəm oxucular bizimlə sünnülərin arasında, Peyğəmbərin yalnız hədəf və məqsədlərinə dair münaqişəli məsələlər barəsində–istər o Həzrətin kəlamı, istərsə də əməlləri olsun–düşünsünlər, bəşər duyğuları və həyəcanlar onların fikir və əqllərinə hakim kəsilməsin; əziz oxucular Həzrətin hər hansı məsələ barəsindəki kəlamının anlaşılmaz olduğunu deyənlər və onun aşkar buyurduqlarının düzgünlüyünə e`tina etməyənlər kimi olmasınlar. Çünki Allah-taala buyurur: اِنَّهُ لَقَوْلُ رَسُولٍ كَرِيمٍ ذِي قُوَّةٍ عِنْدَ ذِي الْعَرْشِ مَكِينٍ مُطاَعٍ ثَمَّ اَمِينٍ وَماَ صاَحِبُكُمْ بِمَجْنُونٍ “(Hər müsəlman inanmalıdır ki,) Həqiqətən Peyğəmbərin kəlamı asimani vəhydir, vəhy mələyi Cəbraili-Əmin onu Həzrətə öyrətmişdir və sizin Peyğəmbəriniz məcnun deyildir.َ Bəs belə olan halda, ey müsəlmanlar, hara gedirsiniz?! اِنْ هُوَ اِلّاَوَحْيٌ يُوحيَ عَلَّمَهُ شَدِيدُ الْقُويَ “Onun kəlamı ilahi vəhydən başqa bir şey deyildir Cəbəril çox qüvvətli vəhy yolu ilə onu Peyğəmbərə öyrət-mişdir.َ Mən xilafət barəsində mövcud olan nəslər (inkaro-lunmaz dəlillər) kimi bir şey görməmişəm ki, Peyğəmbər (s.ə.v.v) dəfn olunmamış İslam ümmətinin əksəriyyəti tərəfindən mütəvatir və aşkar şəkildə nəql olunmuş olsun. Bundan əlavə, Peyğəmbərin be`sətdən sonrakı və Əbu Talibin evində öz qohum-əqrəbasına risalətini e`lan etdiyi dövrdən e`tibarən həyatının axır anlarına qədər bu qəbildən olan dəlil və buyuruqlar həddindən artıq çoxdur. O cümlədən, ömrünün son anlarında, otağı səhabələrlə dolu olan bir vaxtda buyurdu: “Ey camaat, mən tezliklə sizin aranızdan gedəcəyəm. Allahın kitabını və Əhli-beytimi sizin aranızda əmanət qoyuram. (Sonra Həzrət Əlinin əlindən tutub qaldırdı və buyurdu:) Bu Əli Qur`an ilə, Qur`an da Əli ilədir. Bu ikisi “Kovsər” hovuzunun yanında mənə gəlib çatana qədər bir-birindən ayrılmayacaqdır.” Peyğəmbəri Əkrəm (s.ə.v.v)-dən bu iki qiymətli əmanət (Qur`an və Əhli-beyt) barəsində nəql olunanlar sünnü və şiə firqələri arasında hakim olmaq üçün tamamilə kifayətdir. Əli (ə)ın bu kəlamdakı xüsusiyyətləri də tam aşkardır: اِنَّ فِي ذَلِكَ لَذِكْريَ لِمَنْ كاَنَ لَهُ قَلْبٌ اَوْ اَلْقَي السَّمْعَ وَ هُوَ شَهِيدٌ “Keçmişlərin həlakətində o kəslər üçün öyüd-nəsihət və xatırlatmalar vardır ki, qəlbə sahib olub bəsirətli olsun, yaxud Allahın kəlamına qulaq assın, həqiqətlərə kamil diqqət yetirsin.َ Bəli, Səqifə günündə dünyapərəstlər Peyğəmbər (s.ə.v.v)-in aşkar buyurduqlarını başqa mə`nalara yozmaqla nəssin əksinə ictihad etdilər və heç nəyi nəzərə almadan İslam xilafətini əllərinə keçirdilər! İslami xilafət işini öz aralarında həll etdilər, Bəni-Haşimdən, başqa sözlə, nübüvvət xanədanından, risalət məhəllindən, mələklərin nazil olan yerindən, İlahi vəhy mərkəzindən, Qur`ani-məcidin nazil olma məkanından heç bir xəbər yox idi. Sanki Peyğəmbərin xanədanı o Həzrətin varisləri deyilmişlər!!! Və ümmət arasında heç bir dəyər və ehtiramları yox imiş!!! Sanki, onlar Qur`anın misli, ümmətin ixtilafdan əmin-amanlıq vasitəsi, azğınlıqdan qurtuluş gəmisi və “Hittə” qapısı deyilmişlər! Sanki onlar ümmətlə müqayisədə başın bədənə olan münasibəti və başda da gözlərin başa olan münasibəti kimi deyilmişlər. Hətta onları, şairin öz məşhur qəsidəsində nəzərdə tutduğu kəslərdən fərz etmişlər: وَ يُقْضَي الاَمْرُ حِينَ تَغِيبُ تَمِيمُ وَ لاَ يَسْتَاْذَنُوا وَ هُمْ شُهُودٌ “Təym qəbiləsi qaib olanda onlar işi sona çatdırdılar; Onlar hazır olanda isə onlardan icazə də almadılar.” Bəli, Peyğəmbərin canişinliyi və xilafət məsələsi Səqifdə elə bir halda sona çatmışdı ki, Peyğəmbərin pak cənazəsi üç gün öz Əhli-beytinin və dostlarının arasında qalmış, dəfn olunmamışdı. Onlar Rəsuli Əkrəm (s.ə.v.v)-in pak cənazəsinin ətrafında göz yaşları axıdır, fəryad edir və şivən qoparırdılar; o qədər qəmli və kədərli idilər ki, baxanları sarsıdır, ürəyini yandırırdı. Hamı qorxu və həyəcan içində, narahat idilər. Amma onlar (Əbu Bəkr və Səqifə səhabələri) üç gün Peyğəmbərin cənazəsindən aralıda, öz hökumətlərinin bünövrələrini möhkəmlətməyə məşğul idilər; onlar əsla Peyğəmbərin düşündüyü kimi düşünmürdülər. Nəhayət, xilafət işi sona çatdı və onu öz əllərinə keçirdilər. Hələ Peyğəmbərin dəfn işi qurtarmamışdı ki, o Həzrətin ailəsini və dostlarını Əbu Bəkrə bey`ət etmək üçün təzyiqə mə`ruz qoydular və evlərini yandırmaqla təhdid etdilər. Belə ki, Neyl Hafiz İbrahim adlı şair öz məşhur qəsidəsində belə deyir: وَ قَوْلُهُ لِعَلِيٍّ قاَلَهاَ عُمَرُ اَكْرِمْ بِساَمِعِهاَ اَعْظِمْ بِمَلْقِيهاَ حَرَّقْتُ داَرَكَ لاَ اَبْقيَ عَلَيْكَ بِهاَ اِنْ لَمْ تُباَيِعْ وَ بِنْتُ الْمُصْطَفيَ فِيهاَ ماَ كاَنَ غَيْرُ اَبِي حَفْصٍ بِقاَئِلِهاَ اِماَمٌ فاَرِسٌ عَدْناَنٍ وَ حاَمِيهاَ “Necə də böyük söz idi ki, Ömər Əliyə dedi! Onu eşidəni əzizlə və danışanı böyük say: “Əgər bey`ət etməsən, evini oda çəkərəm! Hətta Peyğəmbərin qızı orada olsa belə!” Əbu Həfsdən (Ömərdən) qeyrisi bu sözləri Əli kimi böyük şəxsiyyətin yanında deyə bilməz. Hətta qeyri-mümkün fərzə əsasən xilafətin Peyğəmbər (s.ə.v.v) sülaləsindən olanlardan birinə məxsus olması barəsində qəti dəlilimiz olmasaydı, habelə onların yüksək əsil-nəsəbli, gözəl əxlaq, cihad, elm, əməl, ixlas və s. cəhətindən yüksək dərəcədə olmamasını, bütün insani səciyyə və fəzilətlərdə başqalarından irəli olmayıb, əksinə, sair səhabələr kimi olmasını fərz etsək belə, nə olardı ki, bey`ət mərasimini heç olmazsa, Peyğəmbərin dəfn mərasimi qurtarana qədər tə`xirə salsınlar?!! Hətta mümkün idi ki, müvəqqəti olaraq əmin-amanlığın qorunub-saxlanmasını sərkərdələrə tapşırıb sonradan xilafət və bey`ət məsələsini irəli çəksinlər. Görəsən belə etsəydilər və bir neçə günlüyə bu işdən çəkinsəydilər, bu qədər müsibət görən Peyğəmbər (s.ə.v.v) əmanətlərinə, Həzrətin ümmət arasında qalan vərəsələrinə qarşı münasib olmazdımı? Halbuki, Allah o Həzrətin barəsində belə buyurur: لَقَدْ جاَئَكُمْ رَسُولٌ مِنْ اَنْفُسِكُمْ عَزِيزٌ عَلَيْهِ ماَ عَنِتُّمْ حَرِيصٌ عَلَيْكُمْ بِالْمُؤْمِنِينَ رَؤُوفٌ رَحِيمٌ “Sizin özünüzdən olan bir Peyğəmbər sizə gəldi. Onun sizə çox ürəyi yanır. Sizin narahatlıqlarınızdan narahat olur və sizin qorunub saxlanmağınıza israr edir. O, mö`minlərə qarşı çox rə`fətli və mehribandır.” Görəsən, ümmətin narahatlığından narahat olan, onların xoşbəxt olması üçün israr edən, onlara qarşı son dərəcə mehriban olan bir Peyğəmbərin haqqı yox idimi ki, onun ailəsini narahat etməsinlər, ümmət tərəfindən ona çatan müsibətlərə mübtəla etməsinlər?! Özü də bu müsibətlər elə bir zamanda baş vermişdi ki, Peyğəmbərin vəfatı ilə qəlbləri yaralanmış, Həzrətin pak cənazəsi hələ dəfn olunmamışdı. Peyğəmbər (s.ə.v.v) xanədanını o Həzrətin əldən getməsi kimi böyük bir müsibət dərin kədərə, qəm-qüssəyə düçar etmişdi. Buna əsasən, Əbu Bəkr və onun tərəfdarlarının bu işi bir neçə günlüyə tə`xirə salıb onlara başsağlığı vermələri daha layiqli, Peyğəmbərin ehtiramını saxlamağa daha yaxın və İslam ümmətinin vahid sıralarda birləşib vəhdətə çatmasına daha münasib və daha hikmətli olardı. Amma bütün bunların əksinə olaraq Əbu Bəkr və Ömər qərara almışdılar ki, nəyin bahasına olursa olsun, Peyğəmbər (s.ə.v.v) xanədanını xilafətdən məhrum etsinlər. Onlar qorxurdular ki, fürsəti əldən vermək və onlara möhlət vermək əks nəticə verə bilər. Əgər Peyğəmbər xanədanını məşvərət üçün Səqifəyə çağırsaydılar, o sülalənin xilafətə daha layiqli olmaları üçün dəlilləri aşkar olacaq, sözləri qüvvəyə minəcəkdi. Buna görə də Əbu Bəkr və onun tərəfdarları Bəni-Haşimin Peyğəmbərin müsibətində başı qarışmasından, qüsl, kəfən, dəfn işlərində məşğul olmalarından istifadə edərək onlardan hətta bir nəfəri belə də`vət etmədən bey`ət işini başladılar və onlar bu işləri qurtarmamışdan qabaq hər şeyi sona çatdırdılar. Bundan əlavə, müsəlmanların keçirdiyi iztirab və həyəcan hisləri də onların məkrli planlarına kömək etdi. Çünki, Mədinədə yaşayan ənsardan çoxu Səqifədə yığışmışdılar ki, (Xəzrəc qəbiləsinin böyüyü olan) Sə`d ibni Übadəni xilafətə seçsinlər. Bəşir ibni Sə`d ibni Sə`ləbə Xəzrəci (onun əmioğlusu idi) və (Ovs qəbiləsinin başçısı olan) Üseyd ibni Hüzeyr rəhbərlik məqamında Sə`din rəqibləri idi və onun namizədliyinə həsəd .rır, onun işinin baş tutacağından qorxurdular. Buna görə də sə`y edirdilər ki, nəyin bahasına olursa olsun, Sə`d ibni Übadənin xilafətə çatmasının qarşısını alsınlar. Bundan əlavə, Üveym ibni Saidə Ovsi və ənsarın həmpeymanı olan Muin ibni Ədi, Sə`din müxalifləri ilə əlbir oldular. Onlar Əbu Bəkr, Ömər və onların tərəfdarları ilə məxfi şəkildə əlaqə saxlayırdılar. Sonuncu iki nəfər Peyğəmbərin zamanında da Əbu Bəkrin dostlarından idi və Sə`də qarşı kin-küdurət bəsləyirdilər. Məhz buna görə də Üveym özünü tə`cili olaraq Əbu Bəkr və Ömərə çatdırdı və onların Sə`d ilə rəqabət ruhiyyələrini qızışdırdı. Bu zaman Əbu Bəkr və Ömər, Əbu Übeydə Cərrah və Əbu Hüzeyfənin qulamı Salim onlarla birlikdə Səqifəyə gəldilər. Mühacirlərdən başqa bir qrupu da onlara qoşuldu. Mühacir və ənsar arasında çəkişmə kəskinləşməyə başladı. Yavaş-yavaş səs-küy qalxmağa başladı, hətta qan tökülməsi də gözlənilirdi. Bu zaman Əbu Bəkr ayağa qalxıb ənsarı tə`riflədi və onları yaxşı adla qeyd etdi, sonra son dərəcə soyuqqanlıq və ehtiyatla onlara belə xitab etdi: –Mühacirlər Peyğəmbərin vücud ağaclarıdır. Onlar elə bərəkətli toxumdurlar ki, Peyğəmbər onlardan yaranmışdır. Sonra xatırlatdı ki, əgər xilafət mühacirlərə çatsa, onda vəzirlik ənsara çatacaqdır! Daha sonra Ömər və Əbu Übeydənin əlindən tutub oradakılara dedi ki, ikisindən hansı ilə istəsələr, bey`ət etsinlər. Amma elə bu zaman Ömər və Bəşir ibni Sə`d qabağa düşüb Əbu Bəkrlə bey`ət etdilər. Hələ onların bey`əti sona çatmamış, Üseyd ibni Hüzeyr, Üveym ibni Saidə, Müin ibni Ədi, Əbu Übeydə Cərrah, Əbu Hüzeyfənin qulamı Salim və Xalid ibni Vəlid irəli atılaraq onunla bey`ət etdilər, sonra camaatı mümkün olan yollarla Əbu Bəkrə bey`ət etməyə məcbur etdilər. Bu xüsusda Ömər, ondan sonra Üseyd ibni Hüzeyf, daha sonra isə Xalid ibni Vəlid, Qonfiz ibni Ümeyr hamıdan artıq canfəşanlıq edir və ciddiyyət göstərirdilər. Əbu Bəkrlə bey`ət sona çatdıqdan sonra ətrafın-dakılar onu dövrələyib, səs-küylə, şadlıqla, gəlinin bəy evinə getdiyi kimi Peyğəmbər (s.ə.v.v) məscidinə daxil etdilər. Halbuki, Peyğəmbərin pak cənazəsi üç gün idi ki, yerdə qalmışdı və Bəni-Haşim qəbiləsi onun ətrafında oturaraq qanlı göz yaşları axıdırdılar. Buna görə də Əli ((ə)) bu iş üçün vaxt tapmamışdı; onun işi yalnız aşağıdakı şe`ri təkrarlamaq idi: وَ اَصْبَحَ اَقْواَمٌ يَقُولُونَ ماَ اشْتَهُوا وَ يَطْغَوْنَ لِماَ غاَلَ زَيْدًا غَواَئِلُ “Bir qrup adam yığışıb istədiklərini dedilər, Hadisələr Zeydi bizdən aldıqda isə tüğyan etdilər.” Əli (ə) da ümmətin qorunub saxlanması, müsəlmanların ümumi məsləhət və mənafeyinə riayət olunması üçün və daha mühüm işləri nisbətən mühüm işlərdən irəli salaraq Peyğəmbərlə bağladığı əhd-peymana əməl etdi (və Əbu Bəkrin əleyhinə qiyam etmədi). Beləliklə, mövcud vəziyyətin müqabilində gözlərində tikan, boğazında sümük qalan bir şəxs kimi 25 il səbr etdi. Əbu Bəkr Covhəri Şə`bidən nəql edərək deyir: Ömər və Xalid ibni Valid Fatimənin evinə üz tutdular. Ömər evə daxil oldu, Xalid isə evin qapısında dayandı. Ömər Zübeyrə (o, e`tiraz əlaməti olaraq Fatimənin evində oturanlardan biri idi) dedi: Əlində nə üçün qılınc tutmusan? Zübeyr dedi: Bunu hazırlamışam ki, Əli ilə bey`ət edəm. Çoxları, o cümlədən Miqdad və Bəni-Haşim tayfası-nın hamısı o zaman Fatimə əleyha salamın evində idilər. Ömər Zübeyrin qılıncını alıb qapı ağzında olan daşa çırpdı. Sonra Zübeyri Xalidin yanına .rdılar. Xalidin yanında çoxlu adam var idi. Əbu Bəkr onları Ömər və Xalidi qorumaq üçün göndərmişdi. Sonra Ömər Əliyə dedi: Qalx ayağa və Əbu Bəkrlə bey`ət et! Amma Əli (ə) ona e`tina etmədi. Ömər onun əlindən tutub dedi: Qalx ayağa! Amma Əli (ə) yerindən qalxmadı. Bu zaman Ömərin tərəfdarları hücum edərək o Həzrəti də Zübeyr kimi .rıb Xalidə təhvil verdilər. Sonra Əli (ə) və Zübeyri acınacaqlı tərzdə Əbu Bəkrin yanına .rdılar. Bu zaman Mədinənin küçələri camaatın izdihamından təlatümə gəlmişdi. Hamı bu mənzərəni müşahidə edirdi. Həzrət Fatimə Əli (ə) ilə bu cür rəftar olunduğunu görüb fəryad etdi. Bəni-Haşim və sair qəbilələrdən olan qadınlar onun ətrafına yığışdılar. Fatimə (əleyha salam) qapıya gəldi və ayaq üstə dayanıb fəryad etdi: Ey Əbu Bəkr! Nə tez Peyğəmbərin ailəsinə hücum etdin?! Allaha and olsun, nə qədər ki, diriyəm, Ömərlə danış-mayacağam!.. İnsan o dövrdə baş verən hadisələri araşdırarkən, Əbu Bəkrin ölüm ayağında dediyi sözün mə`nasını yaxşı-yaxşı başa düşür. O demişdi: Kaş, hətta iş müharibə ilə nəticələnsəydi belə, Fatimənin eviylə işim olmayaydı! Amma Əbu Bəkr Covhəri “Əs-səqifə” kitabında Əbu Lühey`ədən, o da Əbul Əsvəddən belə rəvayət edir: Ömər və onunla gələnlər Əlinin evini işğal etdilər. Fatimə fəryad edərək onları Allaha and verdi ki, Peyğəmbərin Əhli-beytinə toxunmasınlar. Amma onlar Əli və Zübeyri zorla evdən çıxartdılar. Ömər onları acınacaqlı şəkildə Əbu Bəkrin yanına .rdı. Həmçinin Covhəri rəvayət etmişdir ki, Ömər ənsar və mühacirdən olan bir neçə nəfər ilə Fatimənin evinə gəlib dedi: Allaha and olsun, bu evdə oturanlar mütləq Əbu Bəkrlə bey`ət üçün çıxmalıdırlar. Əks halda, ev qarışıq hamısını yandıracağam. Zübeyr qılıncını siyirib Ömərə həmlə etdi, amma onun yanındakılar qılıncı Zübeyrin əlindən aldılar. Ömər qılıncı alıb daşa çırpdı və sındırdı. Sonra onları faciəli şəkildə evdən çıxartdı. Mövcud vəziyyətdən yaranan narahatçılıqlar səbəbilə Əli (ə) özünün Peyğəmbər (s.ə.v.v) ilə əhd-peymanının qorunub-saxlanması üçün, habelə onun haqqının tapdalanmasına e`tiraz əlaməti olaraq guşənişinlik yolunu seçdi, nəhayət məcburi surətdə onu evdən çıxartdılar. O, öz haqqını necə də yerində isbat etdi! Belə ki, Əbu Bəkrə xitab edərək buyurdu: فَاِنْ كُنْتَ بِالْقُرْبيَ حَجَجْتَ خَصِيمَهُمْ فَغَيْرُكَ اَوْليَ بِالنَّبِيِّ وَ اَقْرَبُ وَ اِنْ كُنْتَ بِالشُّوريَ مَلَكْتَ اُمُورَهُمْ فَكَيْفَ بِهَذاَ وَ الْمُشِيرُونَ غَيبِّبُ “Əgər (xilafəti ələ keçirmək üçün) Peyğəmbərlə qohumluq bəhanəsi edərək müxaliflərlə çarpışdınsa, (Bil ki,) səndən başqası Peyğəmbərə daha yaxındır; Əgər şura ilə camaatın rəhbərlik işini ələ keçirmisənsə, Bu necə şura idi ki, rə`y verənlər orada iştirak etmirdi?! Bu iki beyt “Nəhcül-bəlağə”də mövcuddur. İbni Əbil Hədid və Şeyx Məhəmməd Əbdüh “Nəhcül-bəlağə”yə yazdığı şərhlərində bu iki beyti ətraflı şəkildə şərh etmişlər. Yaxşı olardı ki, mütaliə əhli onlara nəzər salsın. Biz də “Əl-müraciat” kitabının 80-cı hissəsində bu iki beytin barəsində müəyyən qədər şərh vermişik. Abbas ibni Əbdülmüttəlib də Əbu Bəkrlə mübahisə edərkən bu iki beytdən istifadə etmişdir. Çünki onların arasında baş verən söhbət zamanı Əbu Bəkrə dedi: Əgər sən xilafəti Peyğəmbərlə qohumluğu bəhanə edərək ələ keçirmisənsə, onda bizim haqqımızı əlimizdən almısan. Əgər müsəlmanların mənafeyinin qorunub saxlanması üçün bu işi görmüsənsə, biz ümmət arasında sizdən irəliyik. Əgər iman əhlinin sənə rə`y verməsini bəhanə edir və nəticədə bu mənsəbə qanuni seçilməyini güman edirsənsə, biz müxalifət etdikdə bu seçki qanunsuz olacaqdır. İbni Əbil Hədidin “Nəhcül-bəlağə”yə yazdığı şərhin-də qeyd olunduğu kimi, Abbas Əbu Bəkrə dedi: İndi ki, deyirsən “biz Peyğəmbərin vücud ağacıyıq”, onda bilməlisən ki, siz (Məkkə mühacirləri) yalnız bu ağacın qonşularısınız, biz isə o ağacın qol-budağıyıq. Abbasın sözü Əli (ə)ın buyurduğu kəlamın məzmunudur. Həzrət buyurmuşdu: “Onlar ağac məsələsini dəlil gətirdilər, amma həmin ağacın meyvəsini tələf etdilər.” İbni Əbil Hədid öz şərhinin 2-ci cildində Zübeyr ibni Bəkkarın “Əl-müvəffəqiyyat” kitabından nəql edir ki, Fəzl ibni Abbas dedi: Ey Qureyş camaatı! Xüsusilə, ey Bəni-Teym! (Əbu Bəkrin qəbiləsidir.) Siz xilafəti Peyğəmbərə qohum olmağı bəhanə edərək ələ keçirdiniz, halbuki biz ona sizdən daha layiqik. Əgər biz layiqli olduğumuz bu mənsəbi tələb etsəydik, camaatın bizə qarşı rəğbətsizliyi daha artıq olardı. Çünki onlar bizə qarşı kin bəsləyir və həsəd .rırdılar. Sonra biz bildik ki, Əli (ə) Peyğəmbərlə (xilafət qəsbkarlarına qarşı qiyam etməmək, qılınc çəkməmək barədə) bir əhd-peyman bağlamış və ona əməl etməyi özünə vacib bilmişdir. Əbul Fidanın “Müxtəsər” kitabında və İbni Əbil Hədidin “Nəhcül-bəlağə”yə yazdığı şərhində qeyd olunur ki, Ütbət ibni Əbu Ləhəb aşağıdakı kinayəli şe`rləri Səqifə hadisəsi ilə əlaqədar qoşmuşdur: ماَ كُنْتُ اَحْسبُ اَنَّ الاَمْرَمُنْصَرِفٌ عَنْ هاَشِمٍ ثُمَّ مِنْهاَ عَنْ اَبِي حَسَنٍ اَلَيْسَ اَوَّلَ مَنْ صَلّيَ لِقِبْلَتِكُمْ وَ اَعْلَمَ النّاَسِ بِالْقُرْآنِ وَ السُّنَنِ وَ اَقْرَبَ النّاَسِ عَهْدًا بِالنَّبِيِّ وَ مَنْ جِبْرِيلُ عَوْنٌ لَهُ بِالْغُسْلِ وَ الْكَفَنِ مَنْ فِيهِ ماَ فِيهِمْ لاَ يَمْتَرُونَ بِهِ وَ لَيْسَ فِي الْقَوْمِ ماَ فِيهِ مِنَ الْحُسْنِ ماَ ذَا الَّذِي رَدَّهُمْ عَنْهُ فَنَعْلَمُهُ هاَ اِنَّ ذاَ غَبَنٌ مِنْ اَعْظَمِ الْغَبَنِ “Mən əsla güman etməzdim ki, xilafət Bəni-Haşimdən, xüsusilə Əbul Həsəndən (Əli (ə)dan) alınsın. Məgər o (Əli (ə) sizin qiblənizə namaz qılan ilk şəxs deyildimi?! Mə’ər o, Qur`ana və Peyğəmbər (s) sünnətinə ən bilikli adam və Peyğəmbərə ən yaxın adam deyildimi? O həmin kəs deyildimi ki, Peyğəmbərə qüsl verib kəfənə bükdüyü zaman Cəbrail ona kömək edirdi? Əli o kəsdir ki, onun vücudunda olanlar, şübhəsiz, başqasından deyildi. Onda olan gözəl və insani xüsusiyyətlər müxaliflərinin heç birində yox idi. Amma nə oldu ki, onlar Əlidən üz çevirdilər? Biz bilirik. Bunu bilin ki, bu, ən böyük ziyanlardan biri idi.” Zübeyr ibni Bəkkar “Əl-müvəffəqiyyat” kitabında bu beytləri nəql etdikdən sonra yazır: Əli (ə) Ütbət ibni Əbi Ləhəbin ardınca bir adam göndərdi və sifariş etdi ki, bir daha bu şe`ri təkrarlamasın! O Həzrət buyurdu: “Bizim nəzərimizdə dinin salamat qalması hər şeydən artıq əhəmiyyətlidir.” Həmçinin Zübeyr ibni Bəkkar “Əl-müvəffəqiyyat” kitabında (İbni Əbil Hədiddən nəqlən) yazır: Əbu Süfyan Əli (ə)ın olduğu evin yanından keçəndə dayanıb dedi: بَنِي هاَشِمٍ لاَ تَطْمَعُوا النّاَسَ فِيكُمْ وَ لاَ سِيَّماَ تَيْمُ بْنُ مَرَّةَ اَوْ عَدِيُّ فَمَا الاَمْْرُ اِلّاَ فِيكُمْ وَ اِلَيْكُمْ وَ لَيْسَ لَهاَ اِلّاَ اَبُو الْحَسَنِ عَلِيٌّ اَبَا الْحَسَنِ فَاشْدُدْ بِهاَ كَفَّ حاَزِمٍ فَاِنَّكَ بِالاَمْرِ الَّذِي يُرْتَجيَ مَلِيٌّ “Bəni Haşim! Ehtiyatlı olun, camaat sizə tamah salmasın, Xüsusilə Təym ibni Mərrənin qəbiləsi (Əbu Bəkrin qəbiləsi) və Ədinin qəbiləsi (Ömərin qəbiləsi) sizə tamah salmasın. Xilafət sizin ailənizdədir və sizə üz gətirmişdir. Əbul-Həsən Əlidən başqa heç kəs ona layiq deyildir. Ey Əbəl-Həsən! Xilafətə sahib olmaq üçün öz kəmərini möhkəm bağla! Çünki sən hər nəzərdən bu mühüm işə layiqsən. Amma Əbu Süfyanın sözlərinin Əli (ə)ın nəzərində heç bir əhəmiyyəti yox idi. Odur ki, Həzrət ona buyurdu: Peyğəmbər (s.ə.v.v) mənimlə əhd-peyman bağlamışdır, mən də həmin əhd-peymanın üzərində durmuşam. Əbu Süfyan o Həzrətin yanından çıxıb Abbas ibni Əbdül Müttəlibin evinə getdi və ona dedi: Sən xilafətə və öz qardaşın oğluna varis olmağa hamıdan artıq layiqsən. Əlini aç, səninlə bey`ət edim. Abbas təbəssüm edib dedi: Əlinin boşladığı şeyi mən istəyim?! Əbu Süfyan ondan da mə`yus olaraq çıxıb getdi. Bəli, Əbu Bəkr ilə bey`ət, onların öz dedikləri kimi, elə bir azğınlıq idi ki, Allah müsəlmanları onun şərrindən qorudu. Amma bu qoruma məhz Əli (ə)ın qüdrətli əlləri, xoşagəlməz hadisələr müqabilində səbirli və mətanətli olması, bütün müsibətlərə göz yumması və nəhayət, öz haqqını İslamın diri qalması yolunda fəda etməsi ilə müyəssər olmuşdu. Цитата Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Qelem Опубликовано: 11 апреля, 2008 Автор Жалоба Share Опубликовано: 11 апреля, 2008 Ömər Əbu BəKrİn Göstərİşİ İlə xəlİfə olur! Əbu Bəkr və onun ardıcıllarının aşkar dəlillərin əksinə olaraq şəxsi nəzəriyyələrini irəli sürdüyü və onu əməli olaraq həyata keçirdiyi ikinci hadisə budur: Əbu Bəkr vəfat edərkən vəsiyyət etdi ki, özündən sonra Ömər xəlifə olsun. Əmirəl-Mö`minin Əliyyibni Əbi Talib (ə) “Nəhcül-bəlağə”də Əbu Bəkrin barəsində buyurur: “O, öz sağlığında xilafətdən kənara çəkilmək istəyirdi (dildə özünü xilafətdən kənara çəkib deyirdi ki, nə qədər ki, Əli sizin aranızdadır, mən heç nəyəm!), amma ölümündən sonra bu mənsəbi başqası (yə`ni Ömər) üçün hazırladı və onu dəvənin iki döşü kimi öz aralarında bölüşdürdülər.” Çox qəribədir! Bir nəfər sabahın cəzasından, qiyamət gününün hesab-kitabından azacıq belə qorxmadan, bir şeyi onun həqiqi sahibindən zorla alır, sonra isə istədiyi hər kəsə həvalə edir! Sanki o, unutmuş və ya özünü unutqanlığa vurmuşdu ki, Peyğəmbər (s.ə.v.v) özündən sonra xilafəti Əli (ə)a və ondan sonra da onun mə`sum övladlarına tapşırmışdır. Halbuki, onlar iki ağır əmanətdən biridir: hər kəs onlara sarılsa yolunu azmaz; Hər kəs din işlərində onların getdiyi yolla getsə, haqqa, həqiqətə çatar. O Əhli-beyt ki, tərəzinin gözündə Qur`anla bərabərdir və qiyamət günündə “Kovsər” hovuzunun yanında Peyğəmbərə çatana qədər o ikisi bir-birindən ayrılmayacaqlar. Onlar elə pak sülalədir ki, Nuhun nicat gəmisinə bənzəyir; hər kəs ona minsə, nicat t.r və hər kəs ondan uzaq düşsə, qərq olar. Onlar Bəni-İsrailin “Hittə” qapısına bənzəyir. Hər kəs oraya qədəm qoysa, günahları bağışlanar. Onlar yer əhlinin ilahi əzabdan, İslam ümmətinin dində yaranacaq ixtilaflardan amanda qalması səbəbidirlər. Hərgah ərəblərdən hər hansı bir qəbilə onlarla müxalifətə qalxsa, işləri ixtilafa düşər və İblisin dəstəsinə çevriləcəklər. Bu barədə çoxlu başqa hədislər də mövcuddur ki, imamların Peyğəmbərdən sonra xilafətə hamıdan artıq layiqli olduqlarını göstərir. Biz “Əl-müraciat” kitabında onun bir qismini qeyd etmişik. Maraqla-nanlar oraya baxa bilərlər. Цитата Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Qelem Опубликовано: 11 апреля, 2008 Автор Жалоба Share Опубликовано: 11 апреля, 2008 (3) Zeyd İbnİ Harİsənİn sərKərdəlİyİ Şamda yerləşən Mutə adlı yerdə baş verən və elə o adla da məşhurlaşan Mutə müharibəsi 8-ci hicri ilinin cəmadiyəl-əvvəl ayında baş verdi. Peyğəmbər (səlləlahu əleyhi və alihi və səlləm) bu müharibədə Zeyd ibni Harisəni (o, əvvəllər Peyğəmbərin qulamı və Şam əhlindən olan məsihi idi, Həzrət onu azad etmişdi) orduya sərkərdə seçdi və buyurdu: Əgər sən şəhid olsan, Cə`fər ibni Əbu Talib, o da şəhid olsa, Əbdüllah ibni Rəvahə sərkərdə olsun. Bu mövzu barəsində bütün müsəlmanlar fikir birliyindədirlər, amma bəlkə də ən səhih nəzəriyyə imamiyyə şiələrinin alimlərinin yazdıqlarıdır. O da bundan ibarətdir ki, Peyğəmbərin əmrinə əsasən, ordunun sərkərdəliyi əvvəlcə Cə`fər ibni Əbu Talibə, sonra Zeyd ibni Harisəyə, daha sonra isə Əbdüllah ibni Rəvahəyə tapşırılmalı idi. Əhli-beytdən bu barədə gəlib çatan rəvayətlər həddindən artıq çoxdur. Müddəamızın canlı şahidi Məhəmməd ibni İshaqın “Məğazi” kitabında Həssan ibni Sabit və Kə`b ibni Malik Ənsaridən nəql etdiyidir. O, Cə`fərin (şəhid olan zaman) matəmində bir şe`r qoşaraq onu tə`rifləmişdi. Ordu sərkərdələrinin tərtib olunması barəsində nəzər müxtəlifliyindən asılı olmayaraq Peyğəmbərin Zeyd ibni Harisənin sərkərdəliyi barəsində olan buyuruğu danılmazdır. İstər birinci, istər ikinci və istərsə də üçüncü şəxs olsun. Bu, Peyğəmbərin səhabələrə və orduya verdiyi əmr idi və itaət olunması vacib idi. Buna əsasən, Zeydin bu məqama tə`yin olunmasından sonra bə`zi səhabələrin onun sərkərdəliyini məzəmmət etməsinin əsla yeri yox idi. Amma əgər bir kəs Peyğəmbər kimi mə`sum bir şəxsin buyurduğunun müqabilində mə`sum olmayanların ictihadını caiz bilsə, bu başqa məsələ. (Bu da bəhs olunan ictihad məsələsidir. Müt.) Bu müharibənin səbəbi bu idi: Peyğəmbər (s.ə.v.v) səhabələrindən Haris ibni Ümeyr adlı birini Şamda yerləşən Busra padşahına səfir göndərdi ki, onu yeganə Allaha və Peyğəmbərə itaət etməyə də`vət etsin, o da müsəlmanlığı qəbul etsin. Amma o, məqsədə çatmamış yolda Şürəhbil ibni Ömərlə rastlaşdı. Ömər soruşdu: Hara gedirsən? Haris dedi: Şama getmək istəyirəm. Dedi: Olmaya sən Muhəmmədin göndərdiklərindənsən? Dedi: Bəli. Şürəhbil göstəriş verdi ki, onu tutub boynunu vursunlar. (Peyğəmbərin göndərdiyi səfirlər içərisində ondan başqa bir kəsin boynu vurulmamışdı.) Bu xəbər Peyğəmbəri Əkrəm (s.ə.v.v)-ə çatanda öz qüvvələrini Mutə müharibəsi üçün səfərbər etdi və üç nəfəri qoşuna sərkərdə seçdi. Bu müharibədə onların hər üçü növbə ilə qoşuna sərkərdə olub fədakarlıqla müharibə etdilər və nəhayət şəhadət iftixarına nail oldular. Onlar üç min nəfərlik qoşunla 200 min nəfərlik Roma ordusunun müqabilində rəşadətlə müqavimət göstərdilər... Цитата Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Qelem Опубликовано: 11 апреля, 2008 Автор Жалоба Share Опубликовано: 11 апреля, 2008 (4) ÜSAMəNİN ORDUSUNA QOŞULMaQDAN İmtİna etməK Birinci xəlifə Əbu Bəkrin Peyğəmbərin aşkar buyurduqlarının əksinə əməl etdiyi hallardan biri də Üsamət ibni Zeyd ibni Harisin ordusu ilə əlaqədar hadisə idi. Peyğəmbəri Əkrəm (s.ə.v.v) bu ordunu 11-ci hicri ilində, ömrünün axır günlərində romalılarla müharibəyə səfərbər etmişdi. Bununla əvvəlki məğlubiyyətlərin əvəzini çıxmaq istəyirdi. Görəcəyimiz kimi, bu barədə Peyğəmbərin çoxlu aşkar buyuruqları vardır ki, səhabələr (xüsusilə birinci və ikinci xəlifə) ona əməl etmədilər. Hadisə belə olmuşdu: Peyğəmbəri Əkrəm (s.ə.v.v) Üsamət ibni Zeydin ordusuna həddindən artıq əhəmiyyət verirdi. Belə ki, əshaba göstəriş vermişdi ki, Üsamənin bayrağı altında yığışmaq üçün hazırlaşsınlar. Bu barədə onlara çoxlu tə`kidlər etmişdi. Sonra onların iradələrini gücləndirmək, himmət-lərini təhrik etmək üçün onları səfərbər etməyi şəxsən öhdəsinə aldı. Beləliklə də bütün ənsar və mühacir başçılarını, o cümlədən Əbu Bəkri, Öməri, Əbu Übeydə Cərrahı, Sə`d ibni Əbu Vəqqası və sairlərini Üsamənin qoşununa yığdı. (Bu hadisə hicrətin 11-ci ilində, səfər ayının qurtarmasına 4 gün qalmış baş vermişdi.) Sonrakı gün Peyğəmbər (s.ə.v.v) Üsaməni çağırıb buyurdu: Mən səni bu orduya sərkərdə seçirəm. Elə indi atan şəhid olan yerə doğru yola düşüb Allah düşmənləri ilə cihad et. Übna camaatı ilə ciddiyyətli ol. Sür`ətlə hərəkət et ki, düşmənin vəziyyətindən agah olasan. Əgər Allah səni onlara qalib edərsə, onların arasında çox dayanma. Özünlə bələdçilər götür və əvvəlcədən casuslar göndər. Səfər ayının 28-də Rəsuli Əkrəm (s.ə.v.v)-in vəfatı ilə nəticələnən xəstəliyi daha da şiddətlənməyə başladı; qızdırması artdı və yorğan-döşəyə düşdü. Səfərin 29-da Həzrət səhabələr tərəfindən səfərbərlik planının icrasında səhlənkarlığa yol verildiyini gördükdə şəxsən onların yanına getdi və onları hərəkət etməyə təşviq etdi. Sonra onların fədakarlıq ruhiyyəsini təhrik etmək, iradələrini gücləndirmək üçün bayrağı Üsamət ibni Zeydə verdi və buyurdu: Allahın adı ilə və Allah yolunda cihad et, Allahı inkar edənlərə qarşı müharibə .r. Sonra qaldırdığı bayrağı Büreydəyə verdi, Cürf adlı yeri ordugah seçdi. Səhabələr orada da Peyğəmbərin buyurduğu yerə getmək barədə aşkar əmrlərini eşitdikləri halda səhlənkarlıq etdilər və bu mühüm məsələyə e`tinasız yanaşdılar. Bütün İslam tarixçiləri və sirə yazanları fikir birliyindədirlər ki, Əbu Bəkr və Ömər Üsamənin ordusunda idilər. Onlar bu hadisəni öz kitablarında inkarolunmaz hadisələr sırasında qeyd etmişlər və bu, heç də ixtilaflı məsələ deyildir. Əziz oxucular bu barədə əlavə mə`lumat almaq üçün bu ordugahdan söz açan mənbələrə, o cümlədən Məhəmməd ibni Sə`din “Təbəqat”, “Tarixi-Təbəri”, “Tarixi-İbni Əsir”, “Sireyi-Dehlani” və sair kitablara baxa bilərlər. Hələbi öz “Sirə” kitabının 3-cü cildində bu ordugah barəsində söz açarkən maraqlı bir hadisəni nəql edir. Biz də onu olduğu kimi qeyd edirik: Abbasi xəlifələrindən olan Məhdi Abbasi Bəsrəyə daxil olanda camaat huşluluq və zəkalıqda Əyas ibni Müaviyəni misal göstərirdilər. Uşaq olmasına baxmayaraq dörd yüz nəfər böyük alimdən ayıq idi və Əyas onların qarşısında idi. Məhdi dedi: Ar olsun bu saqqallara! Bunların arasında yaşlı bir kişi yoxdurmu ki, bu uşağın yerinə onların qabağına düşsün? Sonra Əyasdan soruşdu: Neçə yaşın var? O dedi: Mənim yaşım Üsamənin Peyğəmbər tərə-findən ordu sərkərdəsi tə`yin olunan zamandakı yaşı qədərdir. Halbuki, o zaman Əbu Bəkr və Ömər o orduda idi. Məhdi Abbasi dedi: Əhsən sənə! İndi bildim ki, sən gərək bunların qabağında olasan. Hələbi yazır: O zaman onun 17 yaşı var idi. Səhabələrdən bir qrupu Üsamət ibni Zeydin o yaşda Peyğəmbəri Əkrəm (s.ə.v.v) tərəfindən sərkərdə tə`yin edilməsi məsələsində Həzrətə irad tutdular. (Elə əvvəllər də onun atası Zeydin Peyğəmbər tərəfindən sərkərdə seçilməsinə irad tutub Həzrətə tə`nə vururdular.) Halbuki, onlar Peyğəmbərin şəxsən Üsaməni bu məqama tə`yin etdiyini və “səni bu ordunun sərkərdəsi tə`yin edirəm” dediyini eşidib görmüşdülər. Peyğəmbər (s.ə.v.v) qızdırmalı olduğuna baxmayaraq öz əli ilə sərkərdəlik bayrağını qaldırdı. Amma bütün bunlar səhabələrin Həzrətin bu işinə tə`nə vurmalarına mane ola bilmədi. Onlar bu işdə Peyğəmbərə həddindən artıq irad tuturdular. Həzrət də onların irad tutmalarından və tə`nə vurmalarından çox qəzəbləndi. İş o yerə çatdı ki, öz vəfatından iki gün əvvəl–şənbə günü, rəbiul-əvvəl ayının 10-da qızdırmanın şiddətli olduğuna baxmayaraq başını dəsmal ilə bağlayıb minbərə çıxdı və Allaha həmd-səna etdikdən sonra buyurdu (bunu bütün sünnü-şiə tarixçi və mühəddisləri nəql etmişlər): –Ey camaat! Bu nədir?! Sizin bə`zilərinizdən Üsamə-nin mənim tərəfimdən seçilməsinə irad eşidirəm? Sizin bu işə irad tutmağınız heç də təzə iş deyildir; əvvəllər də onun atasını sərkərdə seçəndə irad tuturdunuz. Allaha and olsun! Əvvəllər Zeydin, ondan sonra isə oğlunun ləşkərə sərkərdə olmağa ləyaqəti vardır. Sonra onlara ciddi tapşırıqlar verdi ki, özlərini Üsamənin ordusuna çatdırsınlar. Bunun ardınca səhabələr dəstə-dəstə vidalaşıb Cüfrdəki ordugaha yollandılar. Peyğəmbər (s.ə.v.v) yenə də onları təşviq edirdi ki, mümkün qədər tez, sür`ətlə getsinlər. Hətta Həzrətin xəstəliyi şiddətlənəndə müntəzəm buyururdu: “Üsamənin ordusunu təchiz etmək üçün çalışın, Üsamənin ordusunu hərəkət etdirin. Üsamənin ordusunu yola salın.” Peyğəmbər (s.ə.v.v)-in bu sözləri təkrar etməsinə baxmayaraq səhabələrdən bə`ziləri yenə də ordugaha getməkdən imtina edib, e`tinasızlıq göstərirdilər. İkinci gün (rəbiul-əvvəlin 12-də) Üsamə ordugahdan çıxıb Peyğəmbərin hüzuruna gəldi. Həzrət göstəriş verdi ki, tez hərəkət etsin. Sonra buyurdu: Allahın köməyi ilə sabah hərəkət etməlisən. Üsamə də vidalaşıb ordugaha qayıtdı. Sonra Ömərlə Əbu Übeydə Cərrah Peyğəmbərin yanına qayıtdı, evə daxil olanda Həzrət artıq can üstündə idi. Bir neçə andan sonra fani dünya ilə vidalaşdı. (Ruhumuz və bütün aləmlərin ruhu ona fəda olsun!) Bunun ardınca ordu Mədinəyə daxil oldu. Səhabələr qərara aldılar ki, ordunun döyüşə göndərilməsi məsələsini birdəfəlik ləğv etsinlər. Odur ki, bu barədə Əbu Bəkrlə məsləhətləşdilər. Onlar öz qərarlarını həyata keçirməyə israr edirdilər! Hansı ki, Peyğəmbərin Üsamənin ordusunu hərəkət etdirməkdəki bütün sə`ylərin görmüş və bu barədəki sözlərini eşitmişdilər. Belə ki, Həzrət daim ordudan gələn xəbərləri izləyir və onu yola salmaq üçün ciddi sə`y edirdi. Həzrət şəxsən Üsaməni orduya sərkərdə seçmiş, bayrağı onun əli ilə qaldırmış və buyurmuşdu: “Sabah sübh Allahın köməyi ilə hərəkət edərsən.” Əgər Əbu Bəkr mane olmasaydı, sair səhabələr bütün ordunu şəhərə qaytaracaq və bayrağı aşağı salacaqdılar. Amma Əbu Bəkr bu işə razılıq vermədi. Səhabələr onun da Üsamənin ordusunu hərəkət etdirməkdə ciddi və qətiyyətli olduğunu gördükdə Ömər ibni Xəttab gəlib ənsarın tərəfindən ondan istədi ki, Üsaməni ordu sərkərdəliyindən götürüb yerinə başqa adam tə`yin etsin! Amma Əbu Bəkr bu işi məsləhət görmədi, Üsaməni işdən götürməkdən, habelə ordunun yola düşməyinə mane olmaqdan imtina etdi. Hətta iş o yerə çatdı ki, Əbu Bəkr Ömərin saqqalından tutub dedi: Ey Xəttabın oğlu, anan matəmində otursun! Kaş anan səni doğmayaydı! Peyğəmbər onu orduya sərkərdə tə`yin etmişdir, sən isə mənə deyirsən ki, onu işdən götürüm! Nəhayət ordunu yola saldılar. Üsamə üç min nəfər igid cəngavər ilə ordugahdan hərəkət etdi. O, Peyğəmbərin buyurduğuna əasən, Übnaya həmlə etdi. Qısa müddətli döyüşdən sonra atasının qatilini tapıb qətlə yetirdi. Bu müharibədə müsəlmanlardan hətta bir nəfər belə ölmədi. Üsamə həmin gün atasının atına minmişdi. Onların şüarları Peyğəmbərin Bədr müharibəsində verdiyi “Ya mənsurə ümmət” şüarından ibarət idi. Qənimətləri bölüşdürən zaman Üsamə atlılara iki, piyadalara isə bir pay verdi, özü də bir pay götürdü. *** Uzun-uzadı söhbətdən sonra Üsamənin ordusu Mədinədən çıxarkən Peyğəmbərin bu orduya qoşulmağı əmr etdiyi bə`zi şəxslər ordu ilə getməkdən imtina etdilər! Sünnü alimi Şəhristani “Miləl və nihəl” kitabının 4-cü müqəddiməsində yazır: Peyğəmbər öz səhabələrinə buyurdu: جَهِّزُوا جَيْشَ اُساَمَةَ لَعَنَ اللهُ مَنْ تَخَلَّفَ عَنْهُ “Üsamənin ordusuna qoşulun. Bu orduya qoşulmaqdan imtina edənlərə Allah lə`nət eləsin!” Bə`zi səhabələrin Peyğəmbərin bu əmrinə e`tinasızlıq etmələrinin və ordu ilə birlikdə hərəkət etməmələrinin səbəbi bu idi ki, onlar öz siyasətlərinin bünövrələrini möhkəmləndirmək, sahmana salmaq istəyirdilər. Odur ki, öz məqsədlərini əməli olaraq Peyğəmbərin aşkar və tə`kidli buyuruqlarından qabağa saldılar. Onlar duymuşdular ki, bu iş onların siyasi mövqelərinin qorunub saxlanması üçün son dərəcə zəruridir. Bilirdilər ki, əgər bu qoşunun yola salınmasına e`tinasızlıq etsələr də bu iş ləğv edilməyəcəkdir. Əgər onlar Peyğəmbərin vəfatından qabaq müharibəyə getsəydilər, xilafət sözsüz ki, əllərindən çıxacaqdı. Peyğəmbər də istəyirdi ki, onlar bir neçə müddət mərkəzdə olmasınlar və öz vəfatından sonra Əli (ə)ın xilafəti üçün şərait tamamilə hazır olsun, onlar müharibədən qayıdan zaman isə artıq iş-işdən keçmiş olsun, ixtilaf və çəkişmə yaranmasın. Peyğəmbərin 17 yaşlı Üsaməni onlara ordu başçısı tə`yin etməsinin səbəbi bu idi: Həzrət bununla bə`zilə-rinin ifratçılığının qarşısını almaq, inadkarları müti eləmək istəyirdi ki, sonradan rəiyyətin əmr sahibinə (həqiqi xəlifəyə) qarşı yarada biləcəkləri ixtilafların qarşısı alınsın. Amma onlar Peyğəmbərin məqsədini başa düşmüş-dülər. Ona görə də əvvəlcə Üsamə kimi bir cavan oğlanın sərkərdəliyini Peyğəmbərə irad tutdular, sonra isə qoşunla birlikdə getməkdən boyun qaçırdılar. Bu da onunla nəticələndi ki, Peyğəmbərin sağlığında ordu Mədinədən hərəkət etmədi. Bundan sonra da sə`y edirdilər ki, ləşkərin yola salınması məsələsini birdəfəlik ləğv etsinlər və bayrağı Üsamənin əlindən alaraq işdən çıxartsınlar. Axırda da onların əksəriyyəti həmin qoşunla getməkdən imtina etdilər. İmtina edənlərin önündə Əbu Bəkr və Ömər dayanmışdı. Buna əsasən, Üsamənin ordusu ilə əlaqədar beş məsələ var idi ki, onlar da Peyğəmbərin aşkar buyuruğuna əməl etmədilər. Çünki onlar istəyirdilər ki, siyasi işlərdə öz mövqeylərini qoruyub saxlasınlar, Peyğəmbərin aşkar buyurduqlarının əksinə olaraq öz ictihadlarına əməl etsinlər. Misrin “Əl-əzhər” universitetinin sabiq rektoru Şeyxul İslam Bişri bizim müraciətlərimizin birində onların əvəzindən üzrxahlıq edərək belə demişdir: “Düzdür ki, Peyğəmbər onları təşviq edirdi ki, tez bir zamanda Üsamənin ordusuna qoşulsunlar və özü də onlara ciddi nəzarət edirdi. Həzrət bayrağı Üsamənin əlinə verəndə buyurdu ki, “sabah Übnaya tərəf hərəkət et” və ona möhlət vermədi ki, axşam çağına kimi Mədinədə qalsın; tə`kidlə buyurdu ki, hərəkətdə tələs. Amma Həzrət dərhal xəstələndi və qorxurdu ki, əcəli gəlib çatsın. Buna görə də səhabələr Peyğəmbəri o halda qoyub gedə bilməzdilər; ordugahda gözlədilər ki, işin nə ilə nəticələnəcəyini bilsinlər. Bu da onların Peyğəmbəri qəlbən sevib dərin məhəbbət bəsləmələri, hər an ondan nigaran qalmaları üçün idi. Onların Üsamənin ordusuna qoşulmaqda e`tinasızlıq göstərmələrinin səbəbləri də aşağıdakı iki şeyi gözləmələri idi: Onlar gözləyirdilər ki, ya Peyğəmbərin sağalmasından xoşhal olsunlar, ya da əgər Həzrət vəfat edərsə, onun dəfn mərasimində iştirak etmək savabını qazansınlar, habelə Həzrətdən sonra hökumət üçün hər kəs seçilərsə onun üçün lazımi şərait yaratsınlar. Buna əsasən onların bu işə gecikmələrinin üzrlü səbəbləri var idi, onlara irad tutmağın yeri yoxdur. Onların Üsamət ibni Zeydin sərkərdəliyi ilə əlaqədar, Peyğəmbərdən sözdə eşitdikləri və əməldə gördükləri aşkar buyuruqlarla yanaşı, o Həzrəti məzəm-mət etmələrinin səbəbi yalnız Üsamənin cavanlığı idi. Çünki səhabələr arasında çoxlu yaşlı adamlar var idi. Təbiidir ki, onların ruhiyyələri cavanlara itaət etmək və təslim olmağa hazır deyildi. Buna əsasən Üsamənin sərkərdəliyini qəbul etməmək onların nəzərində bid`ət deyil, əksinə bəşər təbiətinin tələbi idi! Amma Peyğəmbərin vəfatından sonra onların Üsaməni sərkərdəlik məqamından götürmək məqsədi ilə irəli sürdükləri təkliflərə gəldikdə isə, bə`ziləri demişlər ki, onlar belə güman edirdilər ki, xəlifə onların nəzərdə tutduqları məsləhət xatirinə onlarla razılaşacaqdır. (Şeyxul İslam həmin yerdə deyir:) Sözün doğrusu, mən səhabələrin Üsaməni işdən götürmək barədəki tələblərindən Peyğəmbərin qəzəblənməsi, onların Peyğəmbəri məzəmmət etməsi və Həzrətin ağır xəstə olduğu halda başını bağlayıb evdən məscidə getməsi, minbərdə bu xüsusda danışması ilə əlaqədar, habelə onların arasında məşhur olan belə bir hadisəyə bəraət qazandıra biləcək və əqlin qəbul edə biləcəyi əsaslı bir səbəb t. bilmirəm. Buna əsasən, o tarixi hadisələrdən sonra onların bəhanə gətirmələrinin səbəbi elə bir məsələdir ki, onu Allahdan başqa heç kəs bilmir. Amma Peyğəmbərin bu qoşunu yola salmaqdakı, onları bu işə çox tələsdirməsi və müntəzəm sifarişlərinə baxmayaraq onların Üsamənin ordusunu yola salmamaq barəsində qəti qərara gəlmələri, Əbu Bəkrə bu barədə israr etmələri və s. bütün bunlar İslam paytaxtının müşriklərdən qorunub saxlanması naminə idi. Çünki şəhər boş qaldığı və ordunun çıxıb getdiyi halda müşriklər tərəfindən hücumlar gözlənilirdi. Necə ki, Peyğəmbərin vəfatından sonra nifaq yarandı, yəhudilər və məsihilər cür`ətləndilər, ərəb qəbilələrindən bə`ziləri zəkat verməkdən imtina etdilər. Səhabələr Əbu Bəkr Siddiqdən istəyirdilər ki, Üsaməni səfərdən saxlasın, amma o qəbul etmədi və dedi: Allaha and olsun, mənim üçün ölmək Peyğəmbərin göstərişlərini yerinə yetirməməkdən daha yaxşıdır. Bu qeyd olunanları bizim mühəddislər (sünnü hədis yazanları) Əbu Bəkr Siddiqdən nəql etmişlər. Başqalarının da İslamın hifz olunmasından başqa məqsədləri olmadığı üçün Üsamənin ordusunun qaytarılmasında israr etmələrinin üzrlü səbəbləri var idi. Amma Əbu Bəkr, Ömər və sair səhabələrin Üsamənin ordusuna getməkdən boyun qaçırmalarının səbəbinə gəldikdə isə, qeyd etməliyik ki, bu, yalnız İslam səltənətinin qorunub saxlanması, Peyğəmbər sünnətinin möhkəmləndirilməsi və müsəlmanların dini işlərinin yalnız bu yolla qorunub saxlanması xatirinə idi!!! Amma Şəhristaninin “Miləl və nihəl” kitabında nəql etdiyinə gəldikdə isə, biz onu mürsəl və sənədsiz görürük. Hələbi və Seyyid Dehlani öz “Sirə” kitablarında deyirlər ki, ümumiyyətlə bu barədə heç bir hədis nəql olunmamışdır. (Sonra mənə xitabən yazmışdı Əgər siz sünnülərin təriqi ilə bir hədis rəvayət edirsinizsə, bizi də agah edin, sizə təşəkkür edərik.” Mən onun cavabında belə yazmışdım: Siz səhabələrin Peyğəmbər tərəfindən Üsamənin qoşununda dərhal getməyə əmr olunduqlarına baxmayaraq hərəkət etməkdə e`tinasızlıqlarını, o müddət ərzində Cürf ordugahında dayanmalarını, şübhəsiz, qəbul edirsiniz. Həmçinin, e`tiraf edirsiniz ki, onlar Peyğəmbər (s.ə.v.v)-in əməl və sözlərini, aşkar buyuruqlarını görüb eşitdikdən sonra sərkərdəlik işinin Üsaməyə həvalə edilməsini məzəmmət etdilər. Həmçinin, qəbul edirsiniz ki, Peyğəmbərin onların sözlərindən qəzəblənməsindən, Üsamənin sərkərdəlik xüsusunda Həzrəti məzəmmət etmələrindən sonra belə, səhabələr Əbu Bəkrə dedilər ki, Üsaməni işdən götürsün. Həzrətin qızdırmalı və narahat halda evdən çıxıb bu məsələ ilə əlaqədar minbərdə buyurduğu xütbə tarixi hadisələr sırasındadır. Siz bilirsiniz ki, Peyğəmbər (s.ə.v.v) o çıxışında Üsamənin və onun atasının layiqli ordu başçı olmasını bildirdi. Bunu da qəbul edirsiniz ki, onlar xəlifəyə dedilər ki, Peyğəmbərin hərəkət etməsinə əmr etdiyi ordunun hərəkətinin qarşısını alsınlar və Həzrətin mübarək əli ilə Üsamə üçün qaldırılan bayrağı ondan alsınlar. Həzrətin Üsamənin ordusunun yola düşməsində son dərəcə israr etməsini və bu işin vacib olması barəsindəki sifarişlərinin hamısını gördünüz. Bunu da təsdiq edirsiniz ki, Həzrət bə`zilərinin Üsamənin ordusuna birləşməsini şəxsən göstəriş vermiş və buyurmuşdu ki, Üsamənin sərkərdəliyini qəbul etsinlər. Amma onlar bu işdən imtina etdilər. Siz tarixçilərin aşkar qeyd etdikləri, mühəddis və ravilərin tə`kid etdikləri bu mövzuları e`tiraf edirsiniz. Bir sözlə, onların üzrlü səbəblər kimi qeyd etdikləri bundan ibarətdir ki, səhabələr öz təsəvvürlərinə görə bu işin yerinə yetirilməsində İslamın məsləhət və mənafeyini nəzərə almışdılar, amma Peyğəmbərin göstərişinə uyğun əməl etməmişlər. Biz də bundan başqa bir söz demirik! Bizim sözümüzün canı bundan ibarətdir: deyin görək, səhabələr Peyğəmbərin buyurduqlarının istisnasız olaraq hamısına əməl etməyə vəzifəli idilərmi, ya yox? Sizin cavabınız mənfidir (yə`ni vəzifəli deyildirlər), bizim cavabımız isə müsbətdir (yə`ni Həzrətin bütün əmrlərini qeydsiz-şərtsiz olaraq yerinə yetirməyə vəzifəli idilər). Deməli onların bu barədə Peyğəmbərin əmrinə itaət etməmələrinə e`tiraf etməyiniz bizim nəzəriyyəmizin doğruluğunu bir daha sübuta yetirir. Amma onların bu işləri üzrlü səbəblər üzündən edib-etməmələrinə gəldikdə isə, bu sual artıq mövzumuzdan xaricdir və bu heç kimə gizli deyildir. Onlar Üsamənin ordusu məsələsində öz təsəvvürlərinə görə, İslamın məsləhətini Peyğəmbərin aşkar buyurduqlarından irəli keçirmişdilər! Amma nə üçün demirsiniz ki, onlar öz nəzərlərinə əsasən, Peyğəmbərdən sonra xilafət məsələsində də İslamın məsləhətini Peyğəmbərin Qədir Xumda və sair yerlərdə buyurduqları aşkar kəlamlarından irəli saldılar?! Siz səhabələrin Üsamə ibni Zeydin sərkərdə seçilməsi ilə əlaqədar Həzrətə irad tutub tə`nə vurmalarının səbəbini belə yozmusunuz ki, onun kimi cavanın aralarında çox yaşlı adamlar olan bir orduya sərkərdə tə`yin edilməsi bunu tələb edirdi və yaşlıların da cavanlara itaət etməmələri çox təbii bir məsələdir. Amma nə üçün bunu Peyğəmbərin Qədir Xumdakı göstərişlərinə əməl etməyənlər barəsində demirsiniz?! Hansı ki, sizin dediyiniz dəlilə görə Əli (ə) İslamda yaşlı səhabələrə rəhbər olacaq ən cavan şəxslərdən biri idi, amma siz onun rəhbərliyinə inanmırsınız. Çünki nəql etdiyimiz kimi, Peyğəmbər vəfat edən zaman Əli (ə)ın yaşının az olduğunu deyirdilər, elə Üsaməni də Peyğəmbər (s.ə.v.v) sərkərdə tə`yin edən zaman yaşının az olmasını bəhanə gətirirdilər. Bildiyimiz kimi, orduya rəhbərlik ilə xilafət məsələsi arasında çox da fasilə yoxdur. İndi ki, onlar öz təbiətlərinə uyğun olaraq cavan bir şəxsin rəhbərlik etdiyi orduda iştirak edərək ona itaət etməkdən boyun qaçırırlar, deməli, həyatları dövründə bütün dini və dünyəvi işlərdə heç vaxt bir cavana tabe olmazlar. Bundan əlavə, deyirsiniz ki, yaşlılar təbiətlərinin tələbi ilə cavanlara itaət etməyə hazır və razı deyildilər. Əgər sizin məqsədiniz ümumi bir hökmdürsə, onda biz onu qəbul etmirik. Çünki qəlbi iman nuru ilə dolu olan mö`min qocalar Allaha və Peyğəmbər (s.ə.v.v)-ə itaət etməkdə cavan və ya qeyri-cavan arasında heç bir fərq qoymurlar. فَلاَ وَرَبِّكَ لاَ يُؤْمِنُونَ حَتّيَ يُحَكِّمُوكَ فِيماَ شَجَرَ بَيْنَهُمْ ثُمَّ لاَ يَجِدُوا فِي اَنْفُسِهِمْ حَرَجًا مِمّاَ قَضَيْتَ وَ يُسَلِّمُوا تَسْلِيمًا “Yox, (ey Peyğəmbər,) Allaha and olsun! Nə qədər ki, səni öz ixtilaflarında hakim etməyiblər və sənin hökm etdiyinə qəlbən razı və tam təslim olmayıblar, sənə iman gətirməzlər.” وَ ماَ آتاَكُمُ الرَّسُولُ فَخُذُوهُ وَ ماَ نَهاَكُمْ عَنْهُ فَانْتَهُوا “Peyğəmbər (s.ə.v.v) sizə hər nə gətirsə, qəbul edin; sizi hər şeydən çəkindirirsə, ondan uzaq olun.” وَ ماَ كاَنَ لِمُؤْمِنٍ وَ لاَ مُؤْمِنَةٍ اِذاَ قَضيَ اللهُ وَ رَسُولُهُ اَمْرًا اَنْ يَكُونَ لَهُمُ الْخِيَرَةُ مِنْ اَمْرِهِمْ وَ مَنْ يَعْصِ اللهَ وَ رَسُولَهُ فَقَدْ ضَلَّ ضَلاَلاً مُبِينًا “Heç bir mö`min kişi və mö`minə qadının haqqı yoxdur ki, hər vaxt Allah və Onun Peyğəmbəri əmr verəndə hökm etməyə ixtiyarları olsun. Hər kəs Allaha və Peyğəmbərə qarşı üsyankarlıq və itaətsizlik etsə, şübhəsiz, aşkar azğınlıqdadır.” Amma onların Üsamənin ordusuna qoşulmaqdan imtina emələri ilə əlaqədar olan məsələlərə gəldikdə isə, qeyd etmək lazımdır ki, Şəhristani onu tarixi hadisələr sırasında qeyd etmişdir. Sizin öz aliminiz Əbu Bəkr Əhməd ibni Əbdül Əziz Covhərinin “Əs-səqifə” kitabında nəql etdiyini biz eynilə qeyd edirik: Əhməd ibni İshaq ibni Saleh Əhməd ibni Yəsardan, o da Səid ibni Kəsir Ənsaridən, o da öz hədis ravilərindən, nəhayət Əbdüllah ibni Əbdürrəhmandan nəql edir ki, Peyğəmbər (s.ə.v.v) vəfatı ilə nəticələnən xəstəlik zamanı Üsamə ibni Zeyd ibni Harisəni mühacir və ənsarın böyüklərindən təşkil olunmuş orduya sərkərdə tə`yin etdi. Onların içərisində Əbu Bəkr, Ömər, Əbu Übeydə Cərrah, Əbdürrəhman ibni Ovf, Təlhə və Zübeyr də var idi. Peyğəmbər (s.ə.v.v) Üsaməni onlara başçı tə`yin edib buyurdu ki, Üsamə ordu ilə atasının şəhid olduğu Mutə ərazisinə həmlə etsin və Fələstində düşmənlərlə vuruşsun. Üsamə bu işdə ağır tərpəndi. Əsgərlər də ona baxıb e`tinasızlıq etdilər. Peyğəmbər (s.ə.v.v) xəstəliyinin gah şiddətlənib, gah da zəiflədiyi belə bir vaxtda tə`kid etdi ki, ordunu gecikmədən hərəkət etdirsin. İş o yerə çatdı ki, Üsamə dedi: Atam-anam sənə fəda olsun! İcazə verirsənmi, sən sağalana qədər bir neçə gün qalım? Peyğəmbər (s.ə.v.v) buyurdu: Yox! Hərəkət et, Allah həmişə səninlə olacaq. Üsamə dedi: Ya Rəsuləllah! Axı mən belə bir şəraitdə hərəkət etsəm və siz də bu halda qalsanız, qəlbim aramlaşmaz. Həzrət buyurdu: (Qorxma,) qələbə və sağlamlıqla yanaşı olacaqsan. Üsamə dedi: Ya Rəsuləllah! İstəmirəm ki, süvarilərin hazırlıqlı olmaması barəsində sizə bir şey deyəm. Peyğəmbər (s.ə.v.v) buyurdu: Sənə dediklərimə əməl et! Sonra Həzrət huşdan getdi. Üsamə ayağa qalxıb hazırlaşdı və hərəkət etdi. Peyğəmbər (s.ə.v.v) huşa gələndə Üsamə və onun ordusunun vəziyyətini soruşdu. Dedilər ki, onlar hərəkət etmək üçün hazırlaşırlar. Bununla belə, Həzrət müntəzəm olaraq buyururdu: “Üsamənin ordusunu yola salın. Hər kəs o qoşundan qayıtsa, Allah ona lə`nət eləsin!” Üsamə ordunun bayrağını başının üstündə qaldırmış və səhabələr ətrafını tutmuş halda hərəkət etməyə başladı, Cürf adlı məntəqəyə çatanda düşərgə saldı. Mühacirlərin çoxu, Əbu Bəkr, Ömər, habelə, Üseyd ibni Hüzeyr, Şübeyr ibni Sə`d və sair ənsar böyükləri də onunla birlikdə idi. Bu zaman Üsamənin anası Ümmü Əymənin göndərdiyi bir nəfər gəlib dedi: Qayıdın, Peyğəmbər can üstündədir! Üsamə dərhal ayağa qalxıb bayraq əlində Mədinəyə daxil oldu və onu Peyğəmbərin qapısının ağzında yerə sancdı. Bu vaxt artıq Peyğəmbər (s.ə.v.v) fani dünya ilə vidalaşmışdı. (Əbu Bəkr Covhərinin sözlərinin sonu.) Tarixçilərdən başqa bir qrupu da onu nəql etmişlər. O cümlədən, Əllamə Mö`təzili İbni Əbil Hədid “Nəhcül-bəlağə”yə yazdığı şəhrin 2-ci cildinin (Misir çapı) 20-ci səhifəsindən başlayaraq onu qeyd etmişdir. Цитата Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Qelem Опубликовано: 13 апреля, 2008 Автор Жалоба Share Опубликовано: 13 апреля, 2008 (5) “Müəllİfətİ qulubuhum” PayInIn ləğv edİlMəsİ Allah-taala Qur`ani-məciddə bə`zi şəxslərin qəlblərinin İslama cəlb olunması məqsədi ilə onlar üçün zəkatdan müəyyən qədər pay ayırmışdır. Belə ki, buyurur: اِنَّمَا الصَّدَقاَتُ لِلْفُقَراَءِ وَالْمَساَكِينِ وَالْعاَمِلِينَ عَلَيْهاَ وَالْمُؤَلِّفَةِ قُلُوبُهُمْ وَفِي الرِّقاَبِ وَ الْغاَرِمِينَ وَ فِي سَبِيلِ اللهِ وَ ابْنِ السَّبِيلِ فَرِيضَةً مِنَ اللهِ وَ اللهُ عَلِيمٌ حَكِيمٌ “Zəkat–fəqirlərə, miskinlərə, zəkat işlərinə baxanlara, qəlbləri İslama cəlb olunmalı olan şəxslərə, qulların azad olunmasına (xərclənməli), borclulara (verilməli), Allah yolunda və yolda qalanlar üçün xərclənməlidir. Bu ilahi bir vacibdir. Allah hər şeyi bilən və hikmətlidir.” Peyğəmbəri Əkrəm (s.ə.v.v) zəkatın “müəllifəti qulubuhum” qismini elə şəxslərə verirdi ki, onların qəlbini İslama doğru cəlb etmək lazım idi. Bunlar bir neçə qrupdan ibarət idi: Onlardan bə`ziləri ərəb qəbilələrinin böyükləri idi. Peyğəmbər onlara müəyyən qədər mal-dövlət verirdi ki, müsəlman olsunlar. Digər bir qrupu isə İslamı qəbul etmişdilər, amma niyyətləri və imanları çox zəif idi, qəlblərini çoxlu bəxşişlərlə ələ almaq lazım idi. O cümlədən Əbu Süfyan və onun oğlu Müaviyə, Üyəynə ibni Həsin, Əqra ibni Habis, Abbas ibni Mirdas və s. Onlara bəxşiş verilirdi ki, bu yolla ərəb tayfalarından olan başqaları da onlar kimi İslama yönəlsinlər. Peyğəmbər (s.ə.v.v) birinci dəstəyə özünə məxsus olan xalis xümsün altıda birini əta edirdi. “Müəllifəti qulubuhum”un ikinci dəstəsi o kəslər idilər ki, zəkatdan onlara verildiklə onlardan kafirlərə qarşı müharibədə istifadə olunurdu. Peyğəmbər (s.ə.v.v) yuxarıdakı ayə nazil olduqdan ömrünün son anlarına qədər qəlbləri İslama doğru cəlb olunmalı şəxslərlə (müəllifəti qulubuhum) əlaqədar bu işi davam etdirirdi. Bütün müsəlman firqələrinin fikir birliyinə əsasən Peyğəmbəri Əkrəm (s.ə.v.v) özündən sonra bu payın ləğv edilməsi barədə heç kəsə icazə verməmişdi. Amma Əbu Bəkr iş üstünə gələndə adları sadalanan həmin qruplar öz paylarını almaq üçün, Peyğəmbər (s.ə.v.v) zamanında olduğu kimi, Əbu Bəkrin yanına gəldilər. O da bir fərman yazdı ki, öz paylarını alsınlar. Onlar Əbu Bəkrin fərmanı yazılan kağızı Ömərə göstərdilər ki, o da şahid olsun. Amma Ömər həmin fərman yazılan kağızı alıb cırdı və dedi: Bizim sizə heç bir ehtiyacımız yoxdur. Allah İslamı əzəmətli etmiş və onu sizdən ehtiyacsız etmişdir. Əgər İslamı qəbul etsəniz, sizinlə işimiz olmayacaq; əks halda, sizin cavabınızı qılıncla verəcəyik! Onlar Əbu Bəkrin yanına qayıdıb dedilər: Xəlifə sənsən, yoxsa Ömər? Əbu Bəkr dedi: Allahın istəyi ilə, xəlifə odur! Beləliklə də Ömərin gördüyü işi əməldə təsdiqlədi. Bu qəbildən olan işlər və əməllər Ömərin həyatında çox görünmüşdür. O cümlədən tarixçilər nəql edirlər ki, Üyəynə ibni Həsin və Əqra ibni Habis Əbu Bəkrin yanına gəlib dedilər: Bizim yanımızda istifadəsiz torpaqlar var, orada heç nə bitmir və ümumxalq mənfəəti də yoxdur. Onu bizim mülkiyyətimizə keçirt, bəlkə Allahın köməyi ilə bundan sonra onu yararlı hala salıb mənfəət götürə bilək. Əbu Bəkr öz ətrafındakılara dedi: Sizin bu barədə fikriniz nədir? Dedilər: Eybi yoxdur. Əbu Bəkr bir məktub yazaraq həmin əraziləri onlara bağışladı. Sonra onlar Ömərin yanına gəldilər ki, şahidlik etsin. Amma Ömər onu alıb yazılarını ağzının suyu ilə isladaraq pozdu. Onlar Ömərə qəzəblənib kobud sözlər dedilər, sonra Əbu Bəkrin yanına gəlib əsəbi halda dedilər: Allaha and olsun, biz bilmirik ki, xəlifə sənsən, yoxsa Ömər! Əbu Bəkr dedi: Xəlifə odur!!! Bu zaman Ömər gəldi və Əbu Bəkrin qarşısında dayanıb qəzəblə dedi: Bu iki nəfərə verdiyin torpaq sahəsi sənin şəxsi mülkiyyətindir, yoxsa sair müsəlmanlar da onda səninlə şərikdir?! Əbu Bəkr dedi: Sair müsəlmanlarla şərikəm. Ömər dedi: Bəs nə üçün onu bu iki nəfərə vermisən? Əbu Bəkr dedi: Bu barədə münasib adamlarla məşvərət etdim. Ömər dedi: De görüm, bütün müsəlmanlar sənin məşvərətindən razıdırmı? Əbu Bəkr cavab tapmayıb dedi: Axı mən dedim ki, sən xilafət üçün məndən daha layiqlisən, amma sən qəbul etmədin!! Bu hadisəni İbni Əbil Hədid “Nəhcül-bəlağə”yə yazdığı şərhinin 3-cü cildinin 108-ci səhifəsində, İbni Həcər Əsqəlani “Əl-isabə” kitabında və başqa tarixçilər də öz mənbələrində nəql etmişlər. Kaş Əbu Bəkr və Ömər Səqifə hadisəsində də bütün müsəlmanlarla məşvərət edəydilər! Nə yaxşı olardı ki, onlar bir az gözləyəydilər, Bəni-Haşim Peyğəmbər (s.ə.v.v)-in qüsl, kəfən və dəfn işlərini qurtarıb şurada iştirak edəydilər. Çünki xəlifə seçməkdə Bəni-Haşim hamıdan üstün idi. Bu iki xəlifə və onların ardıcılları zəkatdan “müəllifəti qulubihim” dəstəsinə pay ayırmamaq və zəkatı ayədə qeyd olunan təkcə üç qrup arasında bölmək barəsində ciddi qərara gəldilər. Ustad Dəvalibi özünün “Üsuli-fiqh” kitabının 239-cu səhifəsində zamanın dəyişilməsi ilə əlaqədar olaraq bə`zi şəriət hökmlərinin dəyişilməsinə şahid gətirərək yazır: “Bəlkə də Ömərin (rəziyəllah ənh) Qur`anın “müəllifətu qulubihim” üçün ayırdığı hədiyyələri ləğv etməkdəki ictihadı elə hökmlərin müqəddiməsində olmuşdur ki, onları zamanın dəyişməsi ilə məsləhətin dəyişilməsi əsasında nəzərə almışdır. Halbuki, Qur`anın aşkar hökmü (nəss) həmişə sabitdir və heç vaxt qüvvədən salınmır!” Mən deyirəm: Ustad Dəvalibi son dərəcə açıq-aydın e`tiraf etmişdir ki, Ömər Qur`anın aşkar buyuruğunun, heç vaxt qüvvədən salınmayan və sabit qalan hökmünün əksinə olaraq müəllifətu qulubihim adı ilə ayırdığı haqqı kəsdi və onun hökmünü öz düşündüyünə–ictihadına fəda etdi. Siz də onun dedikləri barəsində fikirləşin və onun sonrakı sözlərinə diqqət yetirin. O deyir: “Məsələ belə idi: Allah-taala İslamın əvvəllərində, müsəlmanlar zəif olarkən bu haqqı ona görə vacib etmişdi ki, şər törənəcəyi ehtimal verilən bir qrupun qəlblərini müəyyən hədiyyələr verməklə İslama cəlb etsinlər. Bu hökmün dəyişdirilməsi də mümkün idi və bunlar o kəslərin cərgəsində idilər ki, Qur`an beytül-maldan olan zəkatı onlara ayırmış və buyurmuşdu: اِنَّمَا الصَّدَقاَتُ لِلْفُقَرآءِ... Beləliklə, Qur`ani-məcid “müəllifətu qulubihim” dəstəsini zəkatın xərclənməli olduğu şəxslər sırasında qərar vermişdir. Hal-hazırda da bə`zi dövlətlər öz siyasi məqsədlərinə çatmaq üçün illik büdcələrində müəyyən şəxslərə pay ayırır və onlara müəyyən imtiyaz verirlər. Fərq yalnız bundadır ki, İslam rövnəqlənəndən, hökuməti güclənəndən sonra Ömər məsləhət gördü ki, “müəllifətu qulubihim” sayılan şəxsləri Qur`anın vacib buyurduğu hökmdən məhrum etmək lazımdır.” Biz deyirik: Ustad Dəvalibi bir daha e`tiraf etmişdir ki, Ömər Qur`ani-məcidin bu qrup üçün aşkar şəkildə vacib etdiyi haqqı kəsmişdir. Amma bununla belə, o, xəlifəyə belə bəraət qazandırır: “Müəllifətu qulubihim” payının ləğv edilməsinin mə`nası bu deyildir ki, Ömər Qur`anın aşkar buyurduqlarını batil və puç hesab etsin. Əksinə, o, Qur`an hökmünün bəyan edilməsinin səbəbini nəzərə almış və onun zahiri mə`nasına əsaslanaraq bu qrupun payını müvəqqəti dövr ilə əlaqələndirmişdir. Yə`ni o belə hesab etmişdir ki, “müəllifətu qulubuhum”u cəlb etmək və onların şərrinin qarşısını almaq elə vaxtda lazım idi ki, o vaxt İslam zəif idi. Amma İslamın gücləndiyi, habelə bu payların onlara verilməsi hökmünün dəyişilməli olduğu bir vaxtda artıq şərait belə tələb edirdi ki, o hökmün səbəbinə əməl olunsun və onlar bu haqdan məhrum edilsinlər.” Biz deyirik: Bu haqqın “müəllifətu qulubihim”ə verilməsini göstərən Qur`an hökmündə heç bir qeyd və ya şərt mövcud deyildir. Onun qeydsiz-şərtsiz olması da ayədən tam aşkar şəkildə görünməkdədir. Bunda heç kəs şək-şübhə etməmişdir. Bizim də haqqımız yoxdur ki, onu müəyyən şeylə şərtləndirək, yaxud müəyyən səbəblə yozaq. Amma əgər bu iş (yə`ni şərtləndirmək, səbəblə yozmaq) Allahın və Peyğəmbərin hökmü ilə olarsa, eybi yoxdur. Əsas məsələ budur ki, bu cür qeyd gətirilməsinə dair heç bir şahid mövcud deyildir. Buna əsasən, biz bu qrupun haqqının verilməsini hansı dəlilə əsasən müəyyən bir zaman dövrü ilə şərtləndirib, bu hökmün verilmə səbəbləri kimi onların qəlblərinin sonrakı zamanlarda deyil, təkcə İslamın zəif olduğu bir dövrdə cəlb etməkdən ibarət olduğunu iddia edə bilərik?! Bu ayənin İslamın zühur etməsinin əvvəllərində, İslam hökumətinin zəif olduğu dövrdə nazil olması məsələsi də heç hansı vəchlə onun hökmünü müəyyən bir şeylə şərtləndirə bilməz. Necə ki, elm əhlinə gizli deyildir. Bundan əlavə, biz “müəllifətu qulubihim” dəstəsinin şərrindən amanda olsaq belə, onların İslama meyl etmələri onlara verilən hədiyyələrin vasitəsi ilə olacaqdır. Hətta bu səbəbə görə olsa belə, onların payları kəsilməməli, üstəlik bə`zən İslamın güclənməsi ilə eyni zamanda bu paylar və hədiyyələr çoxaldılmalıdır. Yalnız buna ümid bəsləsək də, onların paylarının kəsilməməsi üçün kifayətdir. Peyğəmbər (s.ə.v.v) bu hədiyyələrin vasitəsi ilə çoxlarının qəlbini İslama cəlb edirdi. Çünki, bə`ziləri müsəlman olduqda onların qəbiləsi, qohum-əqrəbaları da müsəlman olurdular. Bə`zilərinin isə imanları zəif olduğuna görə bu hədiyyələr vasitəsi ilə imanları güclənirdi, bə`zilərinə də, şərlərini dəf etmək üçün hədiyyə verilirdi. Deməli, əgər biz bu qrupdan olanların şərrindən amanda qalsaq, yenə də Peyğəmbəri Əkrəm (s.ə.v.v)-ə tabe olaraq bu payı onlara verməliyik ki, özləri, yaxud qohum-əqrəbaları İslama yönəlsinlər, yaxud da e`tiqadları, imanları möhkəmlənsin. Allahın ən yaxşı bəndələri o kəslərdir ki, Peyğəmbərə tabe olub onun göstərdiyi yolla getsinlər. Bundan əlavə, İslam öz düşmənlərini məğlub edib şərlərindən amanda qaldıqdan, qüdrətli olmasından sonra bu şərait dəyişilərək müsəlmanların zərərinə qurtardı, əcnəbilər, yadellilər onlara hakim kəsildi. Müsəlmanlar məcbur oldular ki, onların köməklərinə göz diksinlər, onlarla sazişə girsinlər. Bunun şahidi hazırkı əsrdə müsəlman ölkələrində müşahidə etdiyimiz və keçmişdə baş vermiş başqa hadisələrdir. Buna əsasən, İslamın qüdrətli olduğu dövrdə bu qrupun payının ləğv edilməsi həmin dövrdə bə`zilərinin keçirdiyi qürur hissindən qaynaqlanmışdır. Amma belə bir hökmü verən Qur`ani-kərim bilikli və hikmətli Allah tərəfindən nazil olunmuş, bütün dövrləri və zamanları nəzərə almışdır. İndi mütləq (qeydsiz-şərtsiz) hökmün, ona dövrün dəyişməsi ilə və məsləhətə uyğun olaraq qeyd vurulmasının, nəticədə şəriət hökmünün dəyişilməsi barədə olan bəhsimizi davam etdirir və onun şərtlərinə diqqət yetirərək araşdırırıq. Biz İmamiyyə şiələri hamılıqla ümumi hökmün xüsusiləşdirilməsi və mütləq (qeydsiz-şərtsiz) hökmə qeyd vurulmasında məsləhəti şərt bilmirik. Amma bu (qeyd vurmaq) barədə şəriətdə aşkar bir hökm mövcud olsa, yalnız bu halda onu mö`təbər və şərt bilirik. Deməli, əgər şəriətdə onun e`tibarlı olub-olmamasına dair müəyyən və aşkar dəlil mövcud olmazsa, biz şiələrin nəzərində heç bir e`tibarı yoxdur. Buna əsasən, “mürsilə” məsləhətlərin olub-olmamasının bizim üçün heç bir fərqi yoxdur və bu məsələ Şafei və Hənəfi məzhəblərinin rə`yi ilə də uyğundur. Amma Hənbəli firqəsinin ardıcılları müqəddəs şəriətdə heç bir əsası və dəlili olmayan mürsilə məsləhəti əxz edirlər. Amma bununla belə, onu Qur`anın aşkar hökmü ilə təzadlı hesab etmirlər; onu nəss ilə eyni dərəcədə, lakin ondan sonrakı mərhələdə qəbul edirlər. Buna əsasən, hənbəlilər “müəllifətu qulubihim” barəsində olan aşkar hökmə mürsilə məsləhət səbəbi ilə qeyd vurmurlar. Bu və başqa hallarda aşkar buyuruğun, nəssin mövcud olduğu zamanda İmamiyyə, Şafei və Hənbəli firqələri kimi əməl edirlər. Maliki firqəsi də qeyd olunan nəss və sairənin olduğu hallarda həmin əsasda əməl edirlər. Çünki onların mürsilə məsləhəti şərt və mö`təbər, nəss ilə təzadlı hesab etmələrinə baxmayaraq, onu, sübuta yetməsi qəti olmayan hökmləri (vahid xəbər kimi) təzadlı bilirlər. Onlar mürsilə məsləhətləri Qur`anın ümumi şəkildə buyurduğu və dəlaləti qəti olmayan ümumi hökmlər ilə də təzadlı bilmişlər, lakin sübutu və dəlaləti qəti olan hallarda (müəllifətu qulubihim nəssi kimi) “mürsilə” məsləhətləri onunla təzadlı hesab etmələri qeyri-mümkündür. Çünki bu nəssin sübutu və dəlaləti qətidir. Sözün qısası budur ki, bütün islami məzhəblərdə, ustad Dəvalibinin dediyi və bizim izah etdiyimizə əsasən üsuli-fiqh elminin qanunları “müəllifətu qulubihim” haqqının ləğv edilməsinə heç vaxt icazə vermir. Əgər sünnü alimlərinin birinci və ikinci xəlifənin bu qrupun payını, başqa sözlə, Qur`anın aşkar şəkildə vacib etdiyi haqqı batil etmələri barəsində fikir birlikləri olmasaydı, onda deyilə bilərdi ki, birinci və ikinci xəlifə bu haqqı onlara verməməklə heç də ayənin hökmü ilə müxalifət etməmişdilər. Çünki Allah zəkatın xərclənməsi üçün 8 qrup saymışdır (fəqirlər, miskinlər, zəkat işçiləri, müəllifətu qulubihim, qullar, borclular, Allah yolunda və yolda qalan şəxslər üçün) və zəkat bu şəxslər üçün istifadə olunmalıdır. Ayə onların ayrı-ayrılıqda hər birinə verilməsini qeyd etmir. Buna əsasən, hər kəs öz malının zəkatını adları qeyd olunan bu səkkiz qrupdan birinə xərcləyərsə şər`i vəzifəsini yerinə yetirmiş olur. Həmçinin, hər kəs onu 8 qrupun hamısına bərabər şəkildə bölüşdürsə, yenə də vəzifəsini yerinə yetirmiş olur. Bu məsələ barəsində bütün müsəlmanlar fikir birliyindədir və Peyğəmbərdən sonra bütün nəsillərdə ona əməl olunurdu. Deməli, əgər Əbu Bəkr və Ömər həmişə sabit qalıb qüvvədən düşməyən bu hökmü ləğv edərək onun əksinə əməl etməsəydilər, onda Ömərin əməlinin və Əbu Bəkrin onu təsdiqləməsinin heç bir eybi olmazdı! Bəhsi sona yetirməzdən əvvəl qeyd edirik ki, ustad Dəvaləbi (əvvəllər dediyinin əksinə olaraq) İmamiyyə şiələrinə iftira da atmışdır. O deyir: “Şiələr mürsilə məsləhəti mö`təbər bilir və onu qət`i nəss və hökmlərdən üstün hesab edirlər.” Halbuki, onun dediyi bu mətləbin heç bir əsası yoxdur və bu, şiə alimlərinin heç birindən nəql olunmamışdır. Amma Süleyman Tufiyə gəldikdə isə, o, ifratçılardandır (ğali), biz onları həmişə özümüzə düşmən bilmişik, Dəvalibi də onların günahını bizim üstümüzə yıxır. Bu məsələ barəsində İmamiyyə şiələrinin nəzəri əvvəlki səhifələrdə qeyd etdiyimizdən ibarətdir və bütün şiə alimləri bu məsələ barəsində tam fikir birliyindədirlər. Onların yazdıqları üsul kitabları da hər yerdə mövcuddur. Yaxşı olardı ki, ustad Dəvaləbi şiənin əqidəsində İbni Hənbəlin kitabına əsaslanmaq əvəzinə bu barədə bizim nəql etdiklərimizi mö`təbər hesab etsin. Цитата Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Qelem Опубликовано: 15 апреля, 2008 Автор Жалоба Share Опубликовано: 15 апреля, 2008 (6) “Zİl-Qurba” PayInIn ləğv edİlMəsİ Peyğəmbərin yaxın adamlarının beytül-maldan olan payları barəsində Qur`an aşkar şəkildə belə buyurur: وَاعْلَمُوا اَنَّماَ غَنِمْتُمْ مِنْ شَيْءٍ فَاِنَّ لِلَهِ خُمُسَهُ وَ لِلرَّسُولِ وَ لِذِي الْقُرْبيَ وَ الْيَتاَميَ وَ الْمَساَكِينِ وَابْنِ السَّبِيلِ اِنْ كُنْتُمْ آمَنْتُمْ بِاللهِ وَ ماَ اَنْزَلْناَ عَليَ عَبْدِناَ يَوْمَ الْفُرْقاَنِ يَوْمَ الْتَقيَ الْجَمْعاَنِ وَ اللهُ عَليَ كُلِّ شَيْئٍ قَدِيرٌ “Bilin ki, həqiqətən ələ gətirdiyiniz hər şeyin beşdə biri (xümsü) Allahın, Peyğəmbərin, onun yaxın adamlarının, yetimlərin, yoxsulların və yolda qalanlarındır. Əgər Allaha və “Fürqan” günündə–iki qrupun qarşılaşdığı gündə Öz bəndəmizə nazil etdiyimizə iman gətirmisinizsə, bilin ki, Allah hər şeyə qadirdir.” Ayədəki “min şəy`in” ÂÊÚ†gÓÍÚ(s.ə.v.v)Ì kəlməsi “ma ğənimtum” «“†⁄ÓÊÂÚ=ÔÂÚ kəlməsindəki «“-nı bəyan edir. Buna əsasən ayənin mə`nası belə olur: İstifadə etdiyiniz hər şeyin–istər az olsun, istərsə də çox, hətta bir ip olsa belə, onun xümsü (beşdə biri) Allaha, Peyğəmbərə və onun yaxın adamlarına məxsusdur. Buxari və Müslüm öz “Səhih” kitablarında rəvayət etmişlər ki, Peyğəmbəri Əkrəm Əbdül-qeysdən gələn hey`ətə göstəriş verdi ki, Allaha iman gətirsinlər, sonra buyurdu: Bilirsinizmi, Allaha iman gətirmək nə deməkdir? Dedilər: Allah və Onun Peyğəmbəri daha yaxşı bilər. Peyğəmbər buyurdu: İman–Allahın birliyinə və Muhəmmədin risalətinə şəhadət vermək, namaz qılıb, zəkat vermək, Ramazan ayının orucunu tutmaq və ələ gətirdiyiniz şeylərin xümsünü verməkdən ibarətdir.” اِنْ كُنْتُمْ آمَنْتُمْ بِاللهِ (Əgər Allaha iman gətirmisinizsə) cümləsinin mə`nası budur ki, xüms ayədə qeyd olunan sahibinin qanuni haqqıdır və onlara verilməsi vacibdir. Belə isə, əgər Allaha imanınız varsa, ona göz dikməyin və sahiblərinə təhvil edin. Mülahizə etdiyiniz kimi, xümsün verilməsi ayədə tə`kid olunmuş, onu tərk edənlərə isə xəbərdarlıq edilmişdir. Qibləyə namaz qılan müsəlmanların hamısı fikir birliyindədirlər ki, xümsdən bir pay Peyğəmbərə, digər pay isə o Həzrətin yaxın qohumlarına məxsus edilmişdir. Peyğəmbəri Əkrəm (s.ə.v.v) həyatda olduğu dövrdə bu hökm Qur`anın buyurduğu qaydada cərəyan edirdi. Amma Əbu Bəkr xilafətə keçəndə xüms ayəsini başqa mə`naya yozaraq Peyğəmbərin vəfatı ilə o Həzrətə və onun qohum-əqrəbasına məxsus olan payı ləğv edərək onun Bəni-Haşim tayfasına verilməsinə mane oldu və onları ayənin buyurduğu sair qrupların (yetimlər, miskinlər, yolda qalanlar) sırasına keçirdi. Böyük sünnü müfəssiri Zəməxşəri özünün məşhur “Kəşşaf” təfsirində xüms ayəsinin barəsində yazır: “İbni Abbasdan rəvayət olunmuşdur ki, xüms 6 hissədən ibarətdir. İki hissəsi Allaha və Peyğəmbərə, bir hissəsi isə Həzrətin qohum-əqrəbalarına məxsusdur. Nə qədər ki, Peyğəmbər sağ idi, ona xüms verilirdi. Lakin Əbu Bəkr onu yalnız üç sinfə (yetimlər, miskinlər və yolda qalanlara) verdi. Ömər və ondan sonrakı xəlifələrdən belə rəvayət olunmuşdur: “Əbu Bəkr Bəni-Haşimi xümsdən məhrum etdi.” Buxari və Müslüm öz “Səhih” kitablarında Ayişəyə istinadən yazmışlar ki, Fatimeyi Zəhra Əbu Bəkrdən tələb etdi ki, Peyğəmbərin (Allah tərəfindən olan əmr əsasında Mədinədə ona verdiyi Fədəki və Xeybər xümsündən qalan) irsi geri qaytarsın. Amma Əbu Bəkr imtina etdi və Fatiməyə onlardan heç nə vermədi. Həzrəti Fatimə Əbu Bəkrə e`tiraz etdi. Lakin Əbu Bəkr yenə də e`tina etmədi. Fatimeyi Zəhra ondan incidi və ömrünün axırına qədər Əbu Bəkrlə danışmadı, Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in vəfatından sonra 6 ay yaşadı. Vəfat etdikdən sonra Həzrət Əli (ə) (vəsiyyətinə uyğun olaraq) onu gecə dəfn etdi və Əbu Bəkrə xəbər vermədi; ona təkcə özü cənazə namazı qıldı. “Səhihi-Müslüm”də Yezid ibni Hürdən belə rəvayət olunmuşdur: Nəcdət ibni Amir Həruri xaricilərdən olan Əbdüllah ibni Abbasa məktub yazdı. İbni Abbas məktubu oxuyub cavabını yazanda mən də onun yanında idim. İbni Abbas belə yazdı: Məndən Allahın Qur`anda adlarını çəkdiyi zil-qurba (yə`ni Peyğəmbərin yaxın qohum-əqrəbaları-müt.) payı barəsində soruşub onların kim olduqlarını bilmək istəmisən. Biz həmişə bilirdik ki, Peyğəmbərin yaxın adamları bizik, lakin bizim qövmümüz bizi ondan məhrum etdilər. Həmin hədisi Əhməd ibni Hənbəl (sünnü rəvayətçi-lərinin ən məşhuru) ibni Abbasdan nəql etmişdir. “Müsnəd” kitabları yazanlar bu hadisəni hamısı səhih olan müxtəlif yollarla nəql etmişlər. Peyğəmbər Əhli-beytinin məzhəbi də öz imamlarından mütəvatir şəkillərdə rəvayət olunanları nəql edir. Bununla belə, sünnü alimləri və imamlarının əksəriyyəti birinci və ikinci xəlifənin rə`yinə tabe olmuş və Peyğəmbərin qohum-əqrəbası sayılan zil-qurbaya, onlara məxsus olan xümsdən heç nə ayırmamışlar. Malik ibni Ənəs xümsün xərclənməsini müsəlman-ların rəhbərinin rə`yinə həvalə etmişdir ki, o, istədiyi qədər müsəlmanların xeyirli işlərinə sərf etsin. Onun nəzərinə görə xümsdə Peyğəmbərin qohum-əqrəbası, yetimlər, fəqirlər və yolda qalanlar üçün heç bir haqq yoxdur. Əbu Hənifə və onun tərəfdarları Peyğəmbər (səlləl-lahu əleyhi və alihi və səlləm) və onun qohum-əqrəbasının payını Həzrətin vəfatından sonra ləğv etmiş, yalnız yetimlər, fəqirlər və yolda qalanların arasında bərabər şəkildə bölərək bu üç təbəqədə Bəni-Haşimlə başqaları arasında heç bir fərq qoymamışdır. Şafei xümsü beş yerə bölərək onlardan bir hissəsini Peyğəmbərə məxsus etmişdir ki, o payı onun özü müsəlmanların xeyrinə olan işlərdə, o cümlədən hərbi təchizat, silah-sursat, at və sair kimi minik vasitələrinin alınmasına xərcləyirdi. Bir hissəsini isə Peyğəmbərin qohumlarına, Bəni-Haşim və Əbdül-Müttəlib övladlarına verir, amma Əbdüş-Şəms və Nofəlin övladlarına vermirdi. Peyğəmbər (s.ə.v.v) övladlarının oğlanlarına iki, qızlarına isə bir pay verirdi. Xümsün yerdə qalan üç hissəsini də aralarında heç bir fərq qoymadan yetimlər, fəqirlər və yolda qalanlara bölürdü. Amma İmamiyyə şiələri xümsü 6 yerə bölürlər: Allah və Peyğəmbər üçün iki hissə; bu iki hissə və Peyğəmbərin qohum-əqrəbasına məxsus olan üçüncü hissə Peyğəmbərin haqq canişini olan İmama məxsusdur. Yerdə qalan hissə isə (Peyğəmbər övladlarından olan) yetimlərə, miskinlərə və yolda qalanlara məxsusdur. Bu xüsusda sair camaat onlarla şərik deyillər. Çünki Allah-taala sədəqəni və zəkatı onlara haram etmiş, əvəzində xümsü onlara vermişdir. Bunu Təbəri öz təfsirində İmam Əliyyibnil Hüseyn və onun oğlu Həzrət Baqir əleyhiməssalamdan rəvayət etmişdir. Qeyd: Bizim böyük fəqihlərimiz (Allah onların hamısından razı olsun) tam yekdilliklə fikir birliyindədirlər ki, xüms insanın kəsb, ticarət, əkinçilik, südçülük, xurma və istifadə etdiyi sair şeylərə vacibdir. Həmçinin xüms xəzinə, mə`dən, dəryanın dibindən əldə olunan cəvahirata və fiqhi kitablarda qeyd olunan sair şeylərə düşür. Bunun dəlili də məhz qeyd olunan şərif ayədən ibarətdir: “Bilin ki, əldə etdiyiniz hər şeyin xümsü Allah və Peyğəmbərə məxsusdur.” Çünki “ənnəma ğənimtum اَنَّماَ غَنِمْتُمَْ cümləsində “ğənimtum”un kökündən alınan “ğənim”, “məğnəm” və s. insanın istifadə etdiyi şeylərdir ki, ərəb dilinin lüğəti də bunu bəyan edir. Əlavə mə`lumat almaq üçün şiə fiqhi kitablarının xüms bölməsinə baxa bilərsiniz. Biz burada yalnız Əbu Bəkrin Qur`anın hökmü ilə Peyğəmbərin yaxın qohum-əqrəbalarına məxsus olan zil-qurba haqqını ləğv etməkdə şərif ayənin aşkar hökmünün əksinə hərəkət etməsini bəyan edirdik. Цитата Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Qelem Опубликовано: 21 апреля, 2008 Автор Жалоба Share Опубликовано: 21 апреля, 2008 (7) PEYĞƏMBƏRLƏR DƏ ÖZLƏRİNDƏN SOnRA İRS QOYUB GEDİRLƏR Peyğəmbərlərin özlərindən sonra irs qoyub getmələri aşağıdakı ayənin mə`nasıdır: لِلرِّجاَلِ نَصِيبٌ مِمّاَ تَرَكَ الْواَلِداَنِ وَ الاَقْرَبُونَ وَ لِلنِّساَءِ نَصِيبٌ مِمّاَ تَرَكَ الْواَلِداَنِ وَ الاَقْرَبُونَ مِمّاَ قَلَّ مِنْهُ اَوْ كَثُرَ نَصِيبًا مَفْرُوضًا "Kişilər üçün ata, ana və qohum-əqrəbaların qoyub getdiklərindən bəhrə (irs) vardır; qadınlar üçün də ata, ana və qohum-əqrəbaların qoyub getdiklərindən–az və ya çox–bəhrə müqəddər olunmuşdur." Həmçinin buyurur: يُوصِيكُمُ اللهُ فِي اَوْلاَدِكُمْ لِلذَّكَرِ مِثْلُ حَظِّ الاُنْثَيَيْنِ "Allah sizə övladlarınız barəsində tövsiyə edir: oğlanlarınız üçün qızın .racağı bəhrədən iki qat artıq müqərrər olunmuşdur." Bu ayələrin hamısı özünün ümumi mə`nalarında həm peyğəmbərlərə, həm də onlardan aşağı səviyyədə olan bütün bəşər övladlarına aiddir. Bu ümumilik aşağıdakı ayələrdə də görünməkdədir: كُتِبَ عَلَيْكُمُ الصِّياَمُ كَماَ كُتِبَ عَلَي الَّذِينَ مِنْ قَبْلِكُمْ "Oruc sizə yazıldı (və vacib oldu), necə ki, sizdən qabaqkılara yazılmışdı (vacib olmuşdu)." Ayənin davamında buyurur: فَمَنْ كاَنَ مِنْكُمْ مَرِيضًا اَوْ عَليَ سَفَرٍفَعِدَّةٌ مِنْ اَيّاَمٍ اُخَرَ "Hər kəs Ramazan ayında xəstə və ya səfərdə olsa, oruc tuta bilmədiyi günlərin əvəzini (Ramazan ayından) sonrakı günlərdə qəzası etməlidir." Həmçinin bu ayəni də qeyd etmək olar: حَرَّمَ عَلَيْكُمُ الْمَيْتَةَ "Allah ölü heyvan ətini, donuz ətini və sair kimi şeyləri hamıya haram etmişdir." Peyğəmbərlərlə şər`ən vəzifəli olan sair şəxslər arasında fərq qoymayan çoxlu ayələri də misal göstərmək olar. Bu vəzifələr Peyğəmbərlə sair şəxslər arasında müştərək olub yerinə yetirilmək baxımından heç bir fərqə malik deyildir. Yalnız belə fərz edilir ki, bu ayələrdə Peyğəmbərə xitab olunur ki, əvvəlcə o əməl etsin, sonra isə başqalarına çatdırsın. Bu baxımdan Peyğəmbər ilahi hökmlərə əməl etməkdə ciddiyyətli olmaqda başqalarından daha irəlidə və öndədir. İkincisi, hökmü Peyğəmbərə ümumi şəkildə şamil olan ayələrdən aşağıdakı ayəni qeyd etmək olar: وَ اُولُو الاَرْحاَمِ بَعْضُهُمْ اَوْليَ بِبَعْضٍ فِي كِتاَبِ اللهِ "Allahın kitabında qohumların bə`ziləri bə`zilə-rindən (irs .rmaqda) daha layiqlidirlər." Allah-taala bu ayədə irs hökmünü, hamıdan əvvəl, vəfat edən ən yaxın şəxsin ən yaxın adamları üçün qərar vermişdir. İrs hökmü, Cəbrailin vasitəsi ilə Peyğəmbərə vəhy edilməmişdən əvvəl dində vilayət (qəyyumluq) hüquqlarının bir hissəsi idi. Amma Allah-taala İslamı və müsəlmanları əzəmətli etdikdən sonra yuxarıdakı şərif ayənin vasitəsi ilə əvvəllər irs .ran şəxslərin hökmünü qüvvədən salaraq irs haqqını yalnız vəfat edənin yaxın adamlarına həsr etdi. Əlbəttə, vəfat edən şəxs istər Peyğəmbər (s.ə.v.v) olsun, istərsə də başqaları, həmçinin, istər varislər vəfat edənin qohumları olsun, istərsə də fəraizdən və yaxud başqa adamlardan olsun, onların irs qoyub gedən adamla yaxınlıq dərəcələri nəzərə alınır (yuxarıdakı şərif ayənin zahiri mə`nasına əsasən). Müddəamızın sübutu üçün aşağıdakı ayəyə istinad edirik. Allah-taala Zəkəriyya peyğəmbərin hekayətini belə nəql edir: اِذْ ناَديَ رَبَّهُ نِداَءًا خَفِيًّا قاَلَ رِبِّ اِنِّي وَهَنَ الْعَظْمُ مِنِّي ...وَ اِنِّي خِفْتُ الْمَواَلِيَ مِنْ وَراَئِي وَكاَنِتِ امْرَاَتِي عاَقِرًا فَهَبْ لِي مِنْ لَدُنْكَ وَلِيًّا يَرِثُنِي وَيَرِثُ مِنْ آلِ يَعْقُوبَ وَاجْعَلْهُ رَبِّ رَضِيًّا "Zəkəriyya öz Rəbbini xəlvətdə çağırıb dedi: Pərvər-digara! Sümüklərim süstləşmiş, başım ağarmışdır... Mən özümdən sonra varislərimdən qorxuram, arvadım da doğmur. Mənə bir övlad əta et ki, məndən və Yə`qub sülaləsindən irs .rsın. Pərvərdigara, onu bəyənilmiş-lərdən et." Həzrəti Zəhra (əleyha salam) və onun övladlarından olan imamlar bu ayəyə istinad edərək buyurmuşlar ki, peyğəmbərlər də mal-dövləti irs .rırlar və bu ayədə qeyd olunan irs heç də elm və nübüvvət olmayıb, mal-dövlətdir. Peyğəmbər (s.ə.v.v) xanədanının həqiqi dostları olan böyük şiə alimləri də bu xüsusda Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in əziz qızı Həzrət Zəhradan və onun mə`sum olan övladlarından nəql etmişlər ki, irs kəlməsi həm lüğətdə, həm də şəriət istilahında yalnız varisə çatan, onun mülkiyyətinə keçən mal-dövlətə şamil olur. Mal-dövlətdən başqa şeylərdə isə məcazi mə`nada işlənir. Müəyyən bir dəlil və səbəb olmadan bir sözün həqiqi mə`nasından məcazi mə`nasına keçmək olmaz. Həzrəti Zəkəriyya Allaha dua edərək deyir: "Pərvərdigara, mənə verəcəyin və məndən irs .ran bu oğlanı Öz yanında bəyənilmişlərdən et ki, Sənin əmrlərini yerinə yetirsin." Əgər ayədəki irs kəlməsini nübüvvət deyə mə`nalan-dırsaq, yersiz olacaqdır. Çünki heç kəs "Pərvərdigara, bizim üçün bir peyğəmbər göndər, onu aqil və əxlaq nəzərindən bəyənilmiş et"-deməz. Çünki əgər peyğəmbərdirsə, şübhəsiz, əvvəldən aqil və bəyəniləndir. Nübüvvətin məfhumunda bəyənilmiş olmaqdan daha mühüm mə`na gizlənmişdir. Müddəamızın şahidi budur ki, Həzrəti Zəkəriyya (ə) Allaha ərz edir ki, mən özümdən sonra əmioğlanlarımdan qorxuram. Onun Allahdan varis istəməsinin də səbəbi məhz bu qorxudur. Bu qorxu da, şübhəsiz ki, özündən sonra elm və nübüvvət üçün deyil, yalnız mal-dövləti üçündür. Çünki o bilirdi ki, Allah-taala heç vaxt nübüvvətə ləyaqəti olmayan bir kəsi peyğəmbərliyə seçməz, hikmətini ləyaqətsiz bir şəxsə verməz. O Həzrət bunlardan əsla qorxmurdu. Bundan əlavə, o Həzrət həm də bilirdi ki, onun be`sətinin əsas səbəbi elm və hikmətin cəmiyyətdə yayılmasıdır, buna görə də onun belə bir məqsəd yolunda qorxmasına heç bir əsas yox idi. Bizə irad tutub deyə bilərlər ki, ayədəki irs kəlməsi mal-dövləti çatdırdığı təqdirdə siz şiələrin əleyhinə tamam olur və siz ilahi peyğəmbəri paxıllıqda ittiham edirsiniz. Cavabda deməliyik ki, biz bu sözdən Allaha pənah .rırıq. Çünki mal-dövləti həm mö`min, həm kafir, həm yaxşı və həm də pis insanlar əldə edə bilər. Həzrəti Zəkəriyyanın da öz əmioğlanlarından qorxmasına da haqqı vardır. Çünki onlar fəsad əhli olsaydılar, onun mal-dövlətinə sahib olaraq, lazımsız məqsədlərdə sərf edəcəkdilər. Elə bundan yaranan qorxu da hikmətlə tamamilə uyğundur. Ona görə ki, fəsad əhlinin gücləndirilməsi və onlara, öz nalayiq, yaramaz əməllərində kömək edilməsi həm əqli, həm də dini baxımdan bəyənilməzdir. Deməli, hər kəs dediyimiz bu mə`nanı paxıllıq kimi qəbul edərsə, doğrudan da insafsızlıq etmişdir. Həzrət Zəkəriyyanın "özümdən sonra varislərimdən qorxuram"-deməsindən mə`lum olur ki, onun qorxusu varislərinin əxlaq və əməllərindən irəli gəlirmiş. O demək istəyirdi ki, Pərvərdigara, qorxuram ki, varislərim məndən sonra irsimi Sənin əmrlərinə qarşı (günah yolunda) sərf etsinlər. Belə isə, ey Pərvərdi’ar, mənə bəyənilən bir oğlan əta et ki, irsimi Sənin razılığın yolunda sərf etsin. Bir sözlə, yeganə çıxış yolu budur ki, bu ayədəki irsi nübüvvət deyil, mal-dövlət olan irs kimi mə`nalandıraq, nəticədə "yərisuni" kəlməsi insanın ilk növbədə düşьndьyь kimi, öz həqiqi mə`nasını çatdırar. Çünki burada onun nübüvvət kimi mə`na olunması üçün heç bir şahid yoxdur. Üstəlik bu şərif ayənin özündə belə həqiqi mə`nanın ifadə olunmasına dair kifayət qədər şahidlər mövcuddur. Bu qeyd olunanlar Peyğəmbərin, Qur`anla bərabər olub heç vaxt ondan ayrılmayan pak Əhli-beytinin qeyd olunan ayə barəsindəki rə`yidir. Bütün müsəlmanlar Peyğəmbərin qızı Fatimeyi Zəhra ilə Əbu Bəkrin arasında baş verən hadisədən agahdırlar: Fatimə atasının irsini Əbu Bəkrdən tələb etdikdə, Əbu Bəkr dedi: Peyğəmbər buyurmuşdur: "Biz irs qoymuruq; özümüzdən sonra qoyduqlarımız sədəqə olub müsəlmanlara çatır." Halbuki, bu hədis Fatimeyi Zəhra və onun mə`sum İmamlar olan övladları tərəfindən rədd olunmuşdur və Həzrəti Zəhraya lazımi cavab verə bilməz. Amma əgər ’ÓњÓ‚Ó: kəlməsini zəmmə ilə oxuyub («†=Ó—Ó„ÚÊ«) cümləsində «-nın xəbəri götürsək, onda başqa məsələ. Lakin bunun da isbatı üçün heç bir dəlil yoxdur. Çünki ola bilsin ki, « (ma) kəlməsi =—„Ê« (tərəkna) fe`linin məf`ulu olaraq nəsb mövqeyində, ’њ‚: isə « üçün hal olsun. Bu halda Əbu Bəkrin dediyi hədisin mə`nası belə olur: "Bizdən qalan sədəqələrdə varislərimizin heç bir haqqı yoxdur." Ayişə deyir: "Atam Əbu Bəkr Peyğəmbərin mirasından Fatiməyə heç nə vermədi və ondan qalanların hamısını müsadirə edib beytül-mala qatdı. Fatimə də Əbu Bəkrdən incidi, Peyğəmbərdən altı ay sonra vəfat etdi və ömrünün axırına qədər onunla danışmadı. Əli onun vəsiyyətinə əsasən, Əbu Bəkrə xəbər vermədən gecə dəfn etdi və təklikdə ona cənazə namazı qıldı." Həzrət Zəhra (əleyha salam)-ın öz vəsiyyətinə əsasən gecə ikən dəfn olunması hadisəsini "Səhihi-Buxari"nin şərhçiləri, habelə Qəstəlani "İrşad" kitabında, Ənsari "Töhfə" kitabında nəql etmişlər. Həmçinin, Fatimeyi Zəhranın cənazəsinə Əbu Bəkrə xəbər verilmədən Əli (ə) tərəfindən namaz qılınması məsələsini "Sihahi-sittə"nin müəllifləri mö`təbər sənədlərlə Ayişədən rəvayət etmişlər. Bəli, Fatimə Əbu Bəkrin onunla o cür sərt və kobud tərzdə rəftar etməsindən çox narahat olub qəzəbləndi, (və ömrünün axırına kimi qəzəbli qaldı), sonra başına çadra salıb öz xidmətçilərindən və Bəni-Haşim qadınlarından bir neçəsi onu dövrəyə almış halda, Peyğəmbər məscidinə daxil oldu. O vaxt Əbu Bəkr mühacir, ənsar və sairlərdən ibarət olan bir dəstə adamın içində idi. Camaatla Fatimənin arasından pərdə asıldı. Həzrət pərdənin arxasında elə ürək yandıran nalə etdi ki, oradakıların hamısı ağladı, məclis əhlini kədərləndirdi və məclisdə dərin bir dəyişiklik yaratdı. Sonra sakitləşdi, məclisdəkilərin səs-küyü yatdıqdan sonra sözə başlayıb Peyğəmbər (səlləl-lahu əleyhi və alihi və səlləm)-in danışığını xatır-ladan bir xitabə söylədi. Camaatın hamısı bu sözlərdən son dərəcə tə`sirləndi və həyəcanlandılar. Əgər o dövrə hakim olan irtica siyasəti olmasaydı, artıq hər şey tamam olmuşdu və Əbu Bəkrin tərəfdarlarının müqəddəratı həll olunacaqdı. Amma siyasət heç nəyə rəhm etmədiyindən, heç nəyi tanımadığından, axırda Əbu Bəkr onların həyəcanlarına üstün gələ bildi. Həzrəti Fatimeyi Zəhranın xütbəsindən agah olanlar o həzrətin dövrün qəsbkar hökumətini necə məhkum etdiyini, öz irsini və qanuni haqqını isbat etmək üçün Qur`anın möhkəm ayələrindən necə dəlil-sübut gətirdiyini və bütün bəhanə yollarını onların üzünə necə bağladığını yaxşı bilirlər. Əli və Fatimə (əleyhiməssalam) bu xitabəni elə həmin günlərdə öz övladları üçün, sonrakı nəsillər də bunu özlərindən sonrakılar üçün nəql etmiş və nəhayət bizim üçün də gəlib çatmışdır. Biz Fatimə tərəfdarları onu öz ata-babalarımızdan, onlar da öz ata-babalarından, nəhayət İmamların övladlarından, onlar da Həzrəti Əli və Fatimədən nəql edirlər. Elə indinin özündə də siz onu mərhum Təbərsinin "Ehticac" və Əllamə Məclisinin "Biharul-ənvar" kitablarında görə bilərsiniz. Məşhur sünnü alimlərindən Əbu Bəkr Əhməd ibni Əbdül-əziz Covhəri özünün "Əs-Səqifə" və "Fədək" adlı kitablarında, bə`ziləri Həzrəti Əlinin əzəmətli qızı Zeynəbə, bə`ziləri İmam Muhəmməd Baqir (ə)a, bə`ziləri isə Əbdüllah ibni Həsən ibni Həsənə çatan sənədlərlə, onların da hamısı Fatimeyi Zəhra əleyha salamdan rəvayət etmişlər. İbni Əbil Hədid Mö`təzili "Nəhcül-bəlağə"yə yazdığı şərhin 4-cü cildinin 78-ci səhifəsində bunu qeyd etmişdir. Həmçinin Əbu Əbdillah Məhəmməd ibni İmran Mərzbani mö`təbər sənədlərlə onu Ürvət ibni Zübeyrdən, o da Ayişədən nəql etmişdir ki, o xitabəni Fatimeyi Zəhradan eşitmişdir. Həmçinin, Mərzbani bu xitabəni başqa sənədlə Zeyd ibni Əlidən, o da atası Əli ibni Hüseyndən, o da atası İmam Hüseyn (ə)dan və o da anası Fatimədən rəvayət etmişdir. O, Zeyd ibni Əlidən belə nəql edir: "Əbu Talib sülaləsindən olan yaşlı kişiləri gördüm, onlar bu xitabəni öz ata-analarından rəvayət edir və övladlarına öyrədirdilər." *** Bəli, o gün Fatimeyi Zəhra Əbu Bəkrin qarşısında öz atası Peyğəmbərdən irs .rmasını isbat etmək üçün Qur`anın möhkəm ayələrinə istinad etdi, elə dəlillər gətirdi ki, onlar heç vaxt rədd oluna və ya inkar edilə bilməzdi. O cümlədən Həzrət buyurdu: "Məgər qəsdən Allahın kitabını tərk edib, ona əməl etmirsiniz? Halbuki, Qur`an buyurur: وَ وَرِثَ سُلَيْماَنُ داوُودَ "Süleyman (öz atası) Davuddan irs .rdı." Həmçinin, Zəkəriyyanın hadisəsini bəyan edərkən onun dilindən deyilir: وَكاَنَتِ امْرَاَتِي عاَقِرًا فَهَبْ لِي مِنْ لَدُنْكَ وَلِيًّا يَرِثُنِي وَيَرِثُ مِنْ آلِ يَعْقُوبَ وَاجْعَلْهُ رَبِّ رَضِيًّا "Pərvərdigara, mənə bir oğlan əta et ki, məndən və Yə`qub övladlarından irs .rsın. Pərvərdigara, onu bəyənilmişlərdən qərar ver." Həmçinin Allah-taala buyurur: وَ اُولُو الاَرْحاَمِ بَعْضُهُمْ اَوْليَ بِبَعْضٍ فِي كِتاَبِ اللهِ "Allahın kitabında qohumların bə`ziləri bə`zilə-rindən (irs .rmaqda) daha artıq layiqdirlər." Yenə buyurur: يُوصِيكُمُ اللهُ فِي اَوْلاَدِكُمْ لِلذَّكَرِ مِثْلُ حَظِّ الاُنْثَيَيْنِ "Allah övladlarınız barəsində sizə belə vəsiyyət edir: irs .ran zaman oğlanlara qızlardan iki qat artıq pay verin." Yenə buyurur: كُتِبَ عَلَيْكُمْ اِذاَ حَضَرَ اَحَدَكُمُ الْمَوْتُ اِنْ تَرَكَ خَيْرًا الْوَصِيَّةُ لِلْواَلِدَيْنِ وَ الاَقْرَبِينَ بِالْمَعْرُوفِ حَقّا عَلَي الْمُتَّقِينَ "Əcəliniz gəlib çatan zaman, sizdən qalan mal-dövləti pərhizkarların layiq olduğu kimi və ədalətin tələbi ilə ata-ananıza və qohum-əqrəbanıza verin." Sonra Fatimeyi Zəhra buyurdu: "Məgər Allah sizi bir ayə ilə məxsus etmişdir ki, mənim atamı həmin ayədən xaric etmiş olsun? Yoxsa güman edirsiniz ki, siz Qur`anın ümumi və xüsusi ayələrinə mənim atamdan və əmioğlumdan daha artıq agahsınız?! Və ya deyirsiniz ki, biz iki başqa-başqa din ardıcıllarıyıq və ona görə də irs .rmırıq?!" Əziz oxucular, diqqət edib görün ki, Fatimeyi Zəhra peyğəmbərlərin irs .rmasını isbat etmək üçün, hər şeydən əvvəl, Həzrət Davud və Zəkəriyyanın dediklərinə istinad edir. Belə ki, bu ayələrdə onların övladları üçün irs qoyub getməsi açıq-aşkar şəkildə bəyan olunmuşdur. Qəti və inkarolunmaz bir məsələdir ki, Fatimeyi Zəhra Qur`anın hökmlərinə, İslamı onun nazil olmasından sonra qəbul edənlərdən daha artıq agah idi. Amma həmin şəxslər bu ayələrdəki irsi mal-dövlət mə`nasına deyil, kitab və nübüvvət mə`nasına yozdular, heç bir dəlil-sübut olmadan sözün mə`cazi mə`nasını həqiqi mə`nasından irəli keçirtdilər. Halbuki, insanın hər hansı sözdən ilk növbədə düşьndьyь mə`na–məhz onun həqiqi mə`nasıdır. Əgər onların yozduqları bu cür yozumlar düzgün olsaydı, onda Əbu Bəkr, onun ətrafında olan mühacir, ənsar və sairləri Peyğəmbərin qızı ilə mübahisəyə qalxmalı idilər. Amma onlar Peyğəmbərin qızının gətirdiyi dəlillər qarşısında e`tiraz edib, irad tuta bilmədilər. Həzrəti Fatimeyi Zəhra ilə onun ətrafında olanlar tərəfindən irəli sürülən mübahisəli məsələlərdən biri də bu idi ki, Həzrəti Fatimə soruşdu: Ey Əbu Bəkr! Əgər bu gün sən ölsən, irsin kimə çatacaqdır? Əbu Bəkr dedi: Övladlarıma və ailəmə. Həzrət buyurdu: Onda nə üçün sən Peyğəmbərin varisi olmusan və o Həzrətin övladları və ailəsi ondan irs .rmamalıdırlar?! Əbu Bəkr dedi: Ey Peyğəmbərin qızı! Bu iş məndən baş verməmişdir. Həzrət buyurdu: Yox, elə sənin işindir! Sən Peyğəmbərin şəxsi mülkü olan və Allah tərəfindən bizə əta olunan Fədəki bizdən zorla almısan. Bu hədisi İbni Əbil Hədid mö`təbər sənədlər əsasında (Əbu Bəkr Covhəridən nəqlən) Əmirəl-mö`minin Əli (ə)ın bacısı Ümmü Haninin qulamından nəql etmişdir. Həmçinin, İbni Əbil Hədid mö`təbər sənədlərlə (Əbu Bəkr Covhəridən nəqlən) Əbu Sələmədən nəql edir ki, Fatimeyi Zəhra öz irsini Əbu Bəkrdən tələb edəndə Əbu Bəkr dedi: Mən Peyğəmbərdən eşitdim ki, belə buyururdu: "Peyğəmbərlər irs qoymurlar". Mən də elə Peyğəmbərin gördüyü işləri görür, onun qoyub getdiyi irsi onun işlətdiyi yerlərdə sərf edirəm. Fatimə buyurdu: Ey Əbu Bəkr! Sənin qızların səndən irs .rırlar, amma Peyğəmbər öz qızları üçün irs qoymur? Əbu Bəkr dedi: Bəli, belədir!!! Əhməd ibni Hənbəl də bu hədisin oxşarını mö`təbər sənədlərlə Əbu Sələmədən rəvayət etmişdir. Həmçinin, Əbu Bəkr Covhəri "Əs-səqifə" və "Fədək" adlı kitablarında Əbu Talibin qızı Ümmü Hanidən rəvayət etmişdir ki, Fatimə Əbu Bəkrə dedi: Sən ölsən, səndən kim irs .racaqdır? Dedi: Övladlarım və ailəm. Buyurdu: Onda nə üçün Peyğəmbərin irsi bizə yox, sənə çatmalıdır?" Əbu Bəkr dedi: Ey Peyğəmbərin qızı, sənin atan heç nəyi irs qoyub getməmişdir! Buyurdu: Yox, belə deyildir, onun irsi Allahın payıdır ki, onu bizim üçün müqəddər etdi və o, sən onu bizim əlimizdən alan vaxta qədər bizim ixtiyarımızda idi. Əbu Bəkr dedi: Mən Peyğəmbərdən eşitdim ki, buyururdu: "Bizim əlimizdə olanları Allah bizə ruzi vermişdir. Mən ölsəm, müsəlmanlara çatacaqdır." Əhməd Hənbəl Ümmü Sələmədən rəvayət edir ki, Fatimeyi Zəhra Əbu Bəkrə dedi: Sənin qızların səndən irs .rırlar, amma Peyğəmbər öz Цитата Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Qelem Опубликовано: 21 апреля, 2008 Автор Жалоба Share Опубликовано: 21 апреля, 2008 Əhməd Hənbəl Ümmü Sələmədən rəvayət edir ki, Fatimeyi Zəhra Əbu Bəkrə dedi: Sənin qızların səndən irs .rırlar, amma Peyğəmbər öz qızı üçün irs qoyub getmir?! Əbu Bəkr dedi: Bəli! Covhəri də bu hədisi Əbu Tüfeyldən nəql etmişdir. Bu məsələ ilə əlaqədar olan rəvayətlər, xüsusilə, Peyğəmbərin pak Əhli-beytindən nəql olunan rəvayətlər mütəvatirdir. Covhəri "Əs-Səqifə" və "Fədək" kitablarında rəvayət edir ki, Əbu Bəkr Fatimeyi Zəhranın cavabında dedi: Ey Peyğəmbərin qızı! Allaha and olsun, mən atan Peyğəmbəri Allahın məxluqları arasında hamıdan artıq sevirəm. Onun öldüyü zaman Allahdan arzu edirdim ki, yer-’öy alt-üst olsun! Allaha and olsun, mənim nəzərimdə qızım Ayişənin yoxsul olması sənin yoxsul olmağından daha yaxşıdır! Sən belə hesab edirsən ki, mən qara-qırmızı dərili insanların haqqını özlərinə verəcəyəm, amma Peyğəmbərin qızı olduğun halda, sənin haqqını tapdalayacağam?! Bu mal-dövlət Peyğəmbərin deyil, müsəlmanlarındır; camaat onu Peyğəmbər üçün gətirirdi, Həzrət də onu Allah yolunda sərf edirdi. Peyğəmbər vəfat edəndən sonra mən də onun kimi həmin mal-dövləti götürüb onun xərclədiyi yolda sərf edirəm. Fatimə buyurdu: Allaha and olsun, bundan sonra heç vaxt səninlə danışmayacağam! Əbu Bəkr dedi: Allaha and olsun, mən də səndən əl çəkməyəcəyəm. Fatimə buyurdu: Allaha and olsun, mən sənə qarğış edirəm! Əbu Bəkr dedi: Allaha and olsun, mən sənin üçün dua edirəm. Fatimeyi Zəhra vəfat edəndə vəsiyyət etdi ki, Əbu Bəkr onun cənazə namazında iştirak etməsin. Qeyd olunanlardan mə`lum olur ki, Əbu Bəkr Fatimənin Həzrəti Zəkəriyya və Davudun irs .rması ilə əlaqədar olan iki ayəni dəlil gətirərək peyğəmbərlərin doğrudan da öz övladları üçün irs qoyub getməsini sübut etməsini rədd edə bilmədi. O, yalnız iddia etdi ki, Peyğəmbərdən qalan mal-dövlət o Həzrətin şəxsi malı deyil. Həzrəti Fatimə də bu iddianı qəbul etmədi. Çünki o, atasının işlərindən daha yaxşı agah idi. وَ لاَ حَوْلَ وَ لاَ قُوَّةَ اِلّاَ بِاللهِ الْعَلِيِّ الْعِظِيمِ Və la hövlə və la quvvətə illa billahil-əliyyil-əzim.Bəli, Peyğəmbərin qızı öz danılmaz haqqını isbat etmək üçün əvvəlcə Qur`an ayələrini dəlil gətirib sonra sübut etdi ki, irs və vəsiyyət ayələrinin ümumi mə`nalarına əsasən, o, atasından irs .rmalıdır. Habelə, onlara başa saldı ki, bu ümumi hökmlər nə Allahın kitabının, nə də Peyğəmbər sünnətinin vasitəsi ilə məhdudlanmamışdır. Həzrət Fatimə bu xüsusda öz şiddətli inkarını o zaman aşkar etdi ki, buyurdu: Yoxsa Allah sizi irs barəsində olan müəyyən bir ayə ilə məxsus etmişdirmi ki, Peyğəmbəri o ayənin hökmündən xaric etmiş olsun? Həzrət bu inkar edici istifham (sual) ilə Qur`anın ümumi ayələri müqabilində hər hansı istisna və məxsus edici bir ayənin varlığını inkar etdi. Sonra buyurdu: Yoxsa siz Qur`anın ümumi və xüsusi ayələrinə atamdan və əmioğlumdan daha artıq agahsınız? Bu tovbixi istifham (cavabı mütləq mənfi olan məzəmmətedici sual) ilə Peyğəmbərin sözlərində və sünnətdə həmin hökmü məhdudlaşdıran bir şeyin olmadığını da bəyan etdi, üstəlik qeydin (ümumi hökmü məhdudlandıran xüsusi hökmün) olmasını mütləq şəkildə rədd etdi. Çünki, əgər müxəssis (qeyd) mövcud olsaydı, Peyğəmbər (s.ə.v.v) və onun haqq canişini həmin məsələni həzrət Fatimə üçün də bəyan edərdilər. Habelə, belə bir şey mövcud olduğu halda Peyğəmbər (s.ə.v.v) və Əli (ə)ın onu Fatimeyi Zəhraya deməmələri qeyri-mümkün bir iş idi. Ola bilməzdi ki, belə bir məsələnin Fatimeyi Zəhra üçün bəyan olunmasında e`tinasızlıq etsinlər. Əks halda risalətin çatdırılmasında təfrit və e`tinasızlıq, inzarda (insanların ilahi əzabdan qorxudulmasında) e`tinasızlıq, haqqın gizlədilməsi, cəhalətə təşviq olunma, batilə tərəf sürüklənmə, Həzrətin o mübahisədən saxlanılmasında süstlük, həmçinin cəbhələşmə, kin-küdurət, nahaq yerə düşmənзilik və s. lazım gələrdi. Qeyd olunan bütün bu halların heç birinin Peyğəmbər (s.ə.v.v) və onun mə`sum canişinindən baş verməsi qeyri-mümkündür. Peyğəmbərin öz qızı və qəlbinin parçası–Fatimeyi Zəhraya olan diqqəti və ona qarşı atalıq məhəbbəti adi ataların öz övladlarına göstərdiyi məhəbbətlərdən qat-qat artıq idi. Peyğəmbəri Əkrəm (s.ə.v.v) özünün bu sonsuz məhəbbətini "sənə fəda olum"-deyərək izhar edirdi. Peyğəmbər (s.ə.v.v) qızının tə`lim-tərbiyəsində, böyüyüb boya-başa çatmasında tam ciddiyyətlə sə`y edərək onu kamalın ən yüksək dərəcələrinə çatdırdı. Peyğəmbərin yeganə yadigarı ilahi mə`rifətdə, Allahşьnaslıqda, ilahi hökmlərlə tanışlıqda son dərəcə mə`lumatlı idi. Mə’ər mümkün olan iş idimi ki, Peyğəmbər (s.ə.v.v) onun şər`i vəzifələri ilə əlaqədar olan bir məsələni öz qızından gizli saxlasın? Əsla! Allaha and olsun, heç bir vəchlə mümkün deyil! Necə mümkün ola bilərdi ki, Peyğəmbər məsələni məxfi saxlamaqla vəfatından sonra irsin tələb olunması yolunda öz qızını, ona çatacaq bütün müsibətlərlə qarşı-qarşıya qoysun? Hətta o Həzrətin irsinin varislərinə verilməsini qadağan etməklə ümməti fitnəyə salsın? Necə mümkün ola bilərdi ki, o Həzrətin həyat yoldaşı Əli (ə) Peyğəmbərin qardaşlığı və fədaisi ola-ola, bütün elmi, hikməti və İslamda parlaq keçmişi ilə, Peyğəmbərin kürəkəni və onunla qohum olması, böyüklük, yüksək məqamlıq və vilayətin zati səciyyələri, vəsiyyətin xüsusiyyətləri ilə belə, "Biz peyğəmbərlər heç nəyi irs qoymuruq" hədisini görməmiş olsun? Necə mümkün ola bilərdi ki, Peyğəmbər (s.ə.v.v) bu hədisi öz sirlərinin keşikзisi və müdafiəçisi, elm və hikmət şəhərinin darvazası, qapısı, ümmət içərisində Peyğəmbərin ən yaxın köməkçisi, ümmətin "Hittə" babı, müsəlmanların nicat gəmisi və onların pərakəndəlik və təfriqədən qurtuluş səbəbi olan Əli (ə) kimi belə bir şəxsdən gizlətmiş olsun? Necə mümkün ola bilərdi ki, Peyğəmbərin əmisi və o Həzrətin sülaləsindən qalan yeganə bir şəxs–Əbdül-Müttəlibin oğlu Abbas bu hədisi eşitməmiş olsun? Nə üçün Həzrətin mənsub olduğu Bəni-Haşim tayfasından bir nəfər olsun belə, bu hədisi Peyğəmbərdən eşitməmiş, nəticədə o Həzrətdən sonra həmin müsibətlərə mübtəla olmuşlar?! Nə üçün bütün mö`minlər üçün ana sayılan Peyğəmbərin qadınları bu hədisi eşitməmişdilər? Belə ki, Osmanın xilafəti zamanı onun yanına adam göndərərək istəmişdilər ki, onları Peyğəmbərdən çatacaq irsdən məhrum etməsin?! Necə mümkün ola bilərdi ki, Peyğəmbər (s.ə.v.v) bu hökmü ondan irs .rmayan şəxslər üçün bəyan etsin, amma irs .rmalı olan şəxslərdən gizli saxlasın?! Peyğəmbər heç vaxt ilahi hökmlərin bəyan olunmasının qarşısını almazdı. Bundan əlavə, (Əbu Bəkrin dediyi bu hədis) "Ya Peyğəmbər, öz qohum-əqrəbanı ilahi əzabdan qorxut!" ayəsinin hökmünün tam əksinədir, çünki, ə’ər belə bir hədis deyilmiş olsaydı, bu ayənin hökmünə görə, ilk növbədə ən yaxın adamlara deyilməli idi. Həmçinin, (bu iş) o Həzrətin öz səhabələrinə son dərəcədə diqqət yetirməsi ilə əsla uyğun deyildi. *** Peyğəmbərin ismətli qızının sözlərində bir cümlə bütün dinləyiciləri tə`sirləndirib mat-məəttəl edir: "Yoxsa deyirsiniz ki, biz iki din ardıcıllarıyıq, ona görə də irs .rmayacağıq?!" Bu sözlə onlara bu həqiqəti başa salmaq istəyirdi ki, irsin qanuni olmasını göstərən ayələrin hökmü onların təsəvvür etdikləri ilə deyil, əksinə, yalnız o zaman məhdudlaşır ki, iki müxtəlif din ardıcılları olsunlar. Çünki Peyğəmbər buyurmuşdur ki, "iki din ardıcılları bir-birindən irs .rmır". Yalnız bu hədisin vasitəsilə irsin ümumi qanunları məhdudlaşır. Buna əsasən, Həzrət demək istəyirdi ki, ey məni atamın irsindən məhrum edən hökumət işзiləri, siz belə güman edirsiniz ki, mən onun qızıyam, amma müsəlman deyiləm? Bu halda mənim İslam dinindən çıxmağımı isbat edə biləcək şər`i dəliliniz varmı?! فَاِنّاَ لِلّهِ وَ اِنّاَ اِلَيْهِ راَجِعُون َ Fə inna lillahi və inna iləyhi raciun. Цитата Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
al-Fath Опубликовано: 22 апреля, 2008 Жалоба Share Опубликовано: 22 апреля, 2008 Qelem qurtarın bu kopi-peystlərlə forumu doldurmağı. Bu forumun qaydalarına görə qadağandır. Sözünüz varsa qısa və konkret yazın, ya da ki, onlayn ssilka verin. Цитата Ничтожен ты или велик - причина тому... твой язык... /Носир Хисроу/ Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Recommended Posts
Join the conversation
You can post now and register later. If you have an account, sign in now to post with your account.