Перейти к содержимому

Yanlış zənn etmək.


Əbdül_Əziz222

Recommended Posts

Hörmət müsəlmanlar ilk öncə hamınızı Allahın salamı ilə salamlayıram və Uca Allahdan bizləri doğru yola müvəffəq etməyini diləyirəm. (Amin.)

Bu gün ki, günlərdə aktual mövzusu barəsində qeyd edəcəyəm. Müxaliflər (şiələr) tərəfindən dəbdə olan geyim və saqqal haqqında məzxərə (lağlağıya) qoymaqlarıdır. Müxaliflər iddia edirlər ki, Vəhhabilər o şəxslərdir ki, saqqaları uzun, balaqları isə qısadır. Lakin bu onu göstərir ki, müxaliflər cahildirlər, çünki onlar öz kitablarından xəbərləri yoxdur. Belə ki, müxaliflərin əhli-beyt adlandırdığı kitabların birində müddəssir surəsinin 4-cü ayəsində "Paltarını təmizlə" təfsirində belə qeyd olunur: "Ayənin mənası paltarı qısa geyinmək deməkdir. "(Ət-Təbərisi: Müstədrək, cild-3, fəsil- 3, səh- 238, rəv- 3475) (cild- 3, fəsil- 17, səh- 260, rəv- 3530). Həmçinin müxaliflərin məşhur Biharul Ənvar adlı kitabda da qeyd olunur ki: "Paltarını təmizlə" Məhəmməd Ibn Əlidən (a.s.) müddəssir surəsinin 4-cü, ayəsi haqda soruşduqda O, belə cavab vermişdir: "Yəni paltarını qısalt. Sonra isə dedi: Paltarın topuqlarından aşağı düşməsin. Çünki paltarı topuqdan aşağı geyinmək Bənu Umeyyənin əməlindəndir" (Məclisi: Biharul Ənvar: cild- 83, səh- 260, rəv- 10, fəsil- 6). Deyirəm: Məhəmməd Ibn Əlinin (ə) : "Paltarını qısalt" deməsi yəni paltarını topuqdan yuxarı şəriətə müvafiq (uyğun) geyin deməkdir.

müxaliflərin məşhur və mötəbər Ət-Təbərsinin Müstədrək kitabında deyilir: "Saqqalı qırxmaq Allahın yaratdığını dəyişməkdir. Kim Allahın yaratdığını dəyişərsə Allah ona lənət etsin!" (bax: Müstədrək, cild-1, fəsil-40, səh- 406, rəv- 1003).

Həzrət Peyğəmbərdən (s) nəql edir: "Məcusilər (atəşpərəstlər) saqqalarını kəsib bığlarını uzadırlar; Amma biz (müsəlmanlar) bığımızı qısaldıb, saqqalımızı uzadırıq" ("əl-Fəqih", cild 1, səh 76).

Rəvayət edilir ki, İran padşahının göndərdiyi iki şəxs Həzrət Peyğəmbərin (s) yanına gəldikdə saqqaları kəsilmişdi və uzun, buruq bığları var idi. Allahın elçisi (s) onlara buyurdu: "Vay olsun sizə! Kim sizə belə etmənizi əmr etmişdir?!". Cavab verdilər ki, "Bunu bizə Rəbbimiz olan Kisra əmr etmişdir". Peyğəmbər (s) cavabında buyurdu: "Amma mənim Rəbbim mənə bığımı qısaltmağı və saqqalımı uzatmağı əmr edib!" ("Müstədrəkül-vəsail", cild 1, səh. 59).

İmam Əli (ə) Həzrət Peyğəmbərdən (s) rəvayət edir: "Saqqalı kəsmək özünü doğramaq kimidir. Özünü doğruyan (əziyyət verən) kəs Allahın rəhmətin uzaq olsun!" ("əş-Əsiyəyt", səh 158).

İmam Əli (ə) buyurur: "Cündi Bəni Mərvan keçmiş ümmətlərdən saqqalını qırxan və bığlarını uzadıb buran cəmiyyətlərdi. Onların bu hərəkətləri heyvan şəklinə çevrilmələrinə səbəb oldu" ("Üsuli Kafi", cild 1, səh 366).

İmam Sadiq (ə) buyurur: "Bığı qısaldıb saqqal buraxmaq Həzrət İbrahimin (ə) sünnətlərindəndir. Allah-Təala Qurani-Məciddə onun sünnərinə əməl etməyi əmr etmişdir" ("Məcməül-bəyan", cild 1, səh 200).

Müvəffəqiyyət tək Allahdandır.

Ссылка на комментарий
Поделиться на других сайтах

Forum aləmində hələm sənin kimi mənasız yazıları olan görməmişdim.

Ay yoldaş paltarın qısa geyinməsini bizdə qəbul edirik. Saqqalında uzadılmasınıda qəbul edirik. Lakin paltar qisadılması qaldı keçmiş zamanda. Çünki, artıq PALTARI UZADMAQ təkəbbürlük ələmati sayılmır. Paltarın qisaldılması nə üçün vacib edilmişdi? Çünki, təkəbbürlü insanlar paltarlarını uzadardılar. İndiki zamanəmizdə artıq belə bir şey olmadığından daha bu höküm qüvvədən düşüb.

O ki, qaldə saqqal məsələsinə burada da biz saqqalın uzadılmasının və dibində qırxılmasını deyirik. Lakin uzadmaq üçün bir hədd deyirirk. Daha başını buraxmırırq.

Ссылка на комментарий
Поделиться на других сайтах

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Гость
Ответить в тему...

×   Вы вставили отформатированное содержимое.   Удалить форматирование

  Only 75 emoji are allowed.

×   Ваша ссылка была автоматически встроена.   Отобразить как ссылку

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

Загрузка...
×
×
  • Создать...