Перейти к содержимому

Şiyə alimlərinə görə Quranın t&#601

Abusaid

Recommended Posts

Bu mövzunu açmaqda məqsədim özlərini "Haqq" kimi qələmə vermək istəyən amma,öz küfr və böyük bidətlərini insanlardan gizlətməyə çalışan,gecə-gündüz qarşı tərəfə böhtan ataraq,mətnlərə batil şərhlər verərək insanları aldatmağa çalışan bəzi fəsadçılardır.

Bu mövzuda mən ancaq şərh vermədən Şiyə alimlərinin kitablarından inşallah sitatlar gətirməyə çalışacam.Çünki,bu baradə olan mətnlər elə açıq məna verir ki,bunların heç bir şərhə ehtiyacı yoxdur.

Adnan Bahrani yazib:

"Xülasə olaraq deyirik, Əhli beyt (a) yolu gələn, əgər mütəvatir sayılmasa da, çox sayda olan xəbərlərə görə əlimizdəki bu Quran Muhammədə (a) nazil olmuş Quranın tamamı deyildir, əksinə burda Allahın endirdiyinə müxalif olan və təhrif edilmiş, dəyişdirilmiş şeylər vardır və ordan çoxlu şeylər də çıxarılmışdır. Məsələn, Əlinin (a) adı bir çox yerdən çıxarılmışdır və Muhammədin ailəsi sözü çıxarılmışdır və eləcədə münafiqlərin adları və bundan başqa şeylər də çıxarılmışdır. Əli ibn İbrahimin təfsirində deyildiyi kimi bu Quran həm də Allahın və Onun Elçisinin razı olduğu şəkildə tərtib edilməmişdir".

Mənbə: "Məşarigu şamsu durriya"

Şiə mühəddisi Cəzairi bu kitabında deyir: "Xəbərlərdə deyilir ki, onlar (yəni imamlar) öz şiələrinə əmr etmişlər ki, mövlamız Sahibəzzaman zühur edənədək bu mövcud olan Quranı namaz qılarkən və başqa hallarda oxusunlar və onun ehkamlarına əməl etsinlər. Bir zaman bu Quran adamların əllərindən çıxıb səma-ya qalxacaq və Əmirəlmömininin tərtib etdiyi Quran üzə çıxacaq. Onda onlar onu oxuyar və onun ehkamlarına əməl edərlər" (- Cəzairi. "əl-Ənvar".)

Əsərinin müqəddiməsində isə müəllif deyir:

"Biz özümüzə söz vermişik ki, bu kitabda pak əleyhissəlamlardan (imamlardan — tərc.) götürdüklərimizdən başqa və rəvayətçilərin kitablarından götürülmüş və ancaq bizdə düzgün hesab edilən məlumatlardan başqa heç nə yazmayaq. Tarix kitablarına gəldikdə isə, onların əksəriyyətini kütlə yəhudi tarixlərindən köçürmüşdür. Ona görə də onlardan çoxu boş yalanlar və donuq hekayətlərdən ibarətdir" (Cəzairi. "əl-Ənvar", müqəddimə.)

Hüseyn ibn Məhəmməd Təqi Nuri Təbərsinin özünün məşhur "Fəsl əl-xitab fi isbat təhrif kitab Rəbb əl-ərbab" kitabında Seyid Nemətulla Cəzairidən misal gətirib dediyi kimi, on-lar şiələr arasında yayılmış bu xəbərləri və hədisləri inkar edə bilməzlər. Həmin misal belədir: "Bunu (yəni Hikmətli Kitabın təhrif olunmasını) sübut edən xəbərlər iki min hədisdən çoxdur. Müfid, tədqiqatçı Dəmmad, alim Məclisi kimi bir qrup və başqa-ları bu xəbərlərin çox geniş yayıldığını iddia edirlər". (Nuri Təbərsinin "Fəsl əl-xitab fi isbat təhrif kitab Rəbb əl-ərbab" kitabı, səh.227, Iran çapı, 1298 h.)

Daha sonra davam edərək deyir:

O, Cəzairidən belə bir misal da gətirir: "Dostlarımız Quranın təhrifinə açıq-aşkar sübut olan bu ardıcıl olaraq yayılmış xəbərlərin doğruluğu məsələ-sində həmfikirdirlər" (Fəsl əl-xitab fi isbat təhrif kitab Rəbb əl-ərbab" kitabı, səh.30.)

Qümminin təfsirini şərh etmiş bir şiə alimi Quranın təhrif olunduğuna dair alimlərin sözlərini qeyd edərək demişdir: "Lakin digər keçmiş və sonrakı alimlərin və mühəddislərin sözlərindən görünür ki, onlar Quranda naqislik olduğunu söyləyirlər. Belə-lərinə Küleyni, Bərqi, Əyyaşi, Nümani, Fürat ibn Ibrahim, Əhməd ibn Əbu Talib Təbərsi, Məclisi, Seyyid Cəzairi, Hürr Amili, Fütuni, Seyyid Bəhrani kimilərini misal göstərmək olar. Onlar öz məzhəblərini elə ayələr və rəvayətlərlə sübut etməyə çalışmışlar ki, onlara göz yummaq mümkün deyil". (Seyyid Teyyib Musəvinin "Təfsir əl-Qümmi"yə müqəddiməsi, səh.23, 24.)

Seyid Nemətulla Hüseyni "əl-Ənvar" kitabında deyir: "Quranı nazil olduğu kimi Əmirəlmöminindən başqa heç kəsin tərtib etmədiyi barədə xəbərlərin sayı-hesabı yoxdur"

(Seyid Nemətulla Cəzairi. "əl-Ənvar ən-Neməniyyə fi bə-yan mərifət ən-nəşə əl-insaniyyə".)

İnşallah davamı olacaq.

Ссылка на комментарий
Поделиться на других сайтах

Molla Məhəmməd Təqi Kaşaninin fars dilində yazdığı "Hidayət ət-talibin" adlı kitabından hərfi tərcümə edilmiş bir parçada nə dediyinə nəzər salaq: "Osman özünün dostlarından və Əlinin düşmən-lərindən olan Zeyd ibn Sabitə əmr etdi ki, Quranı toplasın, ondan Əhl əl-Beytin üstün cəhətlərini və onların düşmənlərini pisləyən yerləri çıxarsın. Hal-hazırda adamların əlində olan və Osman müshəfi kimi tanınmış Quran Osmanın əmrilə toplanmış hə-min Qurandır" ("Hidayət ət-talibin", səh.368, Tehran çapı, 1282 h.)

Molla Məhəmməd Baqir Məclisi yazır: "Münafiqlər Əlinin xəlifə olmasından qəzəb-ləndilər və xəlifənin başına bu müsibəti gətir-dilər, ikinci xəlifə ilə, yəni Allahın Kitabı ilə də belə rəftar etdilər, nəticədə onu parça-parça et-dilər" ("Həyat əl-qülub", "Vida həcci" fəsli, 49-cu nömrə, səh.681, 2-ci cild, fars dilində, Nulküşur çapı, Hindistan.)

Əli Əsğər Bürcərdi Məhəmməd şah Qacar zamanında yazdığı kitabında təkrar edir. O de-yir: "Vacib olan odur ki, biz bəzi münafiqlərin tər-tib etdikləri Quranda təhriflərin və buraxılmış yerlərin olması ilə yanaşı, əsl Quranda heç bir dəyişiklik və təbdilin olmadığına inanmalıyıq. Əsl həqiqi Quran isə bizdə əsrin imamında — məşhur Mehdidədir (Allah onun zühurunu tezləşdirsin!)". (Əqaid əş-şiə", səh.27, Iran çapı)

Mirzə Hüseyn Təqi Nuri Təbərsi de-yir: "Buna dəlalət edən xəbərlərin sayı iki min hədisdən çoxdur. Müfid, Damad, Məclisi kimi bir qrup alim onların yayıldığını iddia etmiş, Şeyx Əbu Cəfər Tusi də "ət-Tibyan"da onların sayca çoxluğunu bildirmişdir. Həmçinin bir dəstə də onların ardıcıllığını iddia etmişdir". O sözünü belə tamamlayır: "Bil ki, bu xə-bərlər əshabələrimizin şəriət ehkamlarını isbat etmək üçün istinad etdikləri mötəbər kitablardan və Peyğəmbərin əhvalatlarından götürülmüşdür" (Təbərsinin "Fəsl əl-xitab fi isbat təhrif kitab Rəbb əl-ərbab" əsəri, səh.227, Iran çapı.)

"Quranın təhrif olunduğu sözünü bizə aid edən adam yalançıdır" deyən Ibn Babveyh Qümmi özünün "əl-Xisal" kitabında belə bir hədis rəvayət edir: "Bizə Cəssani (bənna) kimi tanınmış Məhəmməd ibn Ömər Hafiz Bağdadi bir hədis danışıb dedi: — Bizə Abdulla ibn Bişr bir hədis danışıb dedi: — Bizə Həsən ibn Zəbərqan Muradi bir hədis danışıb dedi: — Bizə Əbu Bəkr ibn Əyyaş Əcləh Əbu Zübeyrdən Cabirin belə dediyi haqqında bir hədis danışdı: "Mən Rəsulullah səlləllahü əleyhi və alihinin belə dediyini eşitmişəm: "Qiyamət günü gələndə üç şey şikayət edəcək: müshəf, məscid və mənim nəslim. Müs-həf deyəcək ki, ya Rəbb, məni yandırdılar və parça-parça etdilər..."

(Ibn Babveyh Qümmi. "əl-Xisal", səh.83, Iran çapı, hicri 1302.)

Mühsin Kaşi özünün "əs-Safi" təfsirində Seyyid Mürtəzanın dəlillərini qeyd edəndən sonra deyir: "Mən mömin-lərdən Quranın nəqli və qorunmasına dair fərziyyə-lərin çox olduğunu deyənə belə deyirəm ki, münafiq-lərin onu dəyişməsinə, Peyğəmbərin varisinin baş-qası ilə əvəz edilməsinə, xilafətin dəyişdirilmə-sinə dair onların rəyinə və istəyinə zidd olan fər-ziyyələr də çoxdur və bunun Quranda əsası var. O, sözünün sonunda deyir: "Onun Peyğəmbərin dövründə indi olduğu şəkildə toplanıb qurtarması isə sübut olunmamışdır. Bir halda ki o, hissə-hissə nazil olurdu və Peyğəmbərin ömrünün sonunacan nazil olmaq-da davam edirdi, onda o necə toplanıb qurtarmış ola bilərdi?" ("Təfsir əs-Safi", səh.14, 1-ci cild, kitabın müqəd-diməsi.)

Seyyid Cəzairi bunu şiə-lərin Quranın təhrif edildiyini deməkdə yekdil ol-duqlarını qeyd edəndən sonra belə etiraf etmişdir: "Bəli, bu məsələdə Mürtəza, Səduq, şeyx Təbərsi şiə-lərə müxalif çıxmış və hökm vermişlər ki, bu mə-lum müshəfin ilk səhifəsi ilə son səhifəsi ara-sında yazılanlar (Allah tərəfindən) nazil olmuş Qurandan başqa bir şey deyil və o nə təhrif olunmuş, nə də bir yeri başqa şeylə əvəz edilmişdir... Görü-nür, onlar bu sözü bir çox məqsədlərlə demişlər, bu məqsədlərdən biri də Quranı tənədən xilas etmək idi". Sonra o aydınlaşdırır: "Necə ola bilər ki, bu məşhur adamlar öz əsərlərində Quranın başına bu işlərin gətirildiyini əhatə edən çoxlu xəbərlər rə-vayət etmişlər, Quran ayəsi də bunu təsdiq etmişdir? — "Sonra dəyişdirilib belə oldu" (Seyyid Nemətulla Cəzairi. "əl-Ənvar" əsəri.)

əl-Kafi"ni şərh etmiş, hicri 1089-cu ildə vəfat etmiş Molla Xəlil Qəzvini "Quranın on yeddi min ayəsi var" hədisindən sonra deyir: "Qurandan çox şeyin buraxıldığına dəla-lət edən hədislərin sayı o qədər çoxdur ki, onları in-kar etmək mümkün deyil, ... haqqında danışılmış hə-dislərdən sonra mövcud Quranın nazil olmuş Quran olduğunu iddia etmək də asan deyil. Əbu Bəkrin, Ömə-rin və Osmanın əməlləri ilə tanış olandan sonra əshabələrin və müsəlmanların Quranın qaydaya salın-masına və qorunub saxlanmasına qayğı ilə yanaşmaları qərarına gəlmək çox zəif bir nəticə çıxarmaq deməkdir". (Safi. "əl-Kafi fi əl-üsul"un şərhi, "Quranın fəziləti" kitabı, səh.75, 8-ci cild, Nulküşur çapı, Hindistan, fars dilində.)

AXMAQ SAYTLARDAN KOPYA ELEYIB DOLDURURSAN BURA!

HEC AQILA GELMEDIN EE SEN,SERCENIN MAHNISINDA OLDUQU KIMI:AQLIMI VERDIM ,XIYAR ALDIM,DINQIL SAZIM,DINQIL! ESHI HEC OZUNE YAZIQIN GELMIR?BU QEDR BOSHBOQAZLIQ OLAR! A KISI GET BIR OZUNU HEKIME GOSTER DEEEE) YAZIQSAN AXI!AXI OXUYAN OLMAYACAQ BUNU))) OXUYAN DA ELE SENIN TAYINDIR! :P

YA OLDUĞUN KIMI GÖRUN,YA GÖRUNDUYUN KIMI OL!!!

Ссылка на комментарий
Поделиться на других сайтах

Bu mövzu artıq mövcuddur, buna görə də bunu bağlayıram.

Xahiş olunur orda davam edin.

http://forum.bakililar.az/index.php?showtopic=60227

Ничтожен ты или велик - причина тому... твой язык... /Носир Хисроу/

Ссылка на комментарий
Поделиться на других сайтах

Гость
Эта тема закрыта для публикации сообщений.
×
×
  • Создать...