Перейти к содержимому

Namaz Oyrenmek обучение намаза


Сардар

Recommended Posts

Dəstəmaz

[ Oxunub: 1643 ]

Ayaqyoluna getməyin ədəbləri

1. Ayaqyolunu elə seçmək lazımdır ki, insanlar onu görməsinlər, bədəndən qazçıxarkən ehtimal olunan səsi eşitsinlər, nə də ifrazatın və qazın iyini duya bilsinlər;

2. Ayaqyoluna özü ilə Quran, Allahın adı yazılmış kağız və ya digər əşya .rmaq bəyənilmir;

3. Ayaqyoluna daxil olmazdan əvvəl bu duanı oxumaq müstəhəbdir: «Allahummə inni əuzu bikə minə-l-xubsi və-l-xəbais!» (Allahım, şeytanlardan və onların şərindən sənə pənah .rıram!);

4. Təharət edən kəs ayaqyolunda danışmamalı, salamlaşmamalı, zərurət olmazsa çağırana cavab verməməlidir;

5. Təharət edən kəs ayaqyolunda olarkən ehtiram əlaməti olaraq üzünü və ya arxasını Qibləyə çevirməməlidir;

6. Təharət edən kəs bədəninə nəcasət (sidik və nəcis) düşməsindən özünü gözləməlidir;

7. Təharət edərkən insanların istifadə etdikləri yollardan və istirahət üçün nəzərdə tutulan yerlərdən kənara çəkilmək lazımdır;

8. Təharət edən kəs axmayan durğun sulara, özünün çimdiyi suya nəcasətin düşməsindən ehtiyat etməlidir;

9. Sidik ifraz etdikdə ayaq üstə durmaq bəyənilmir. Təharət edən kəs bunu yalnız iki şərtlə edə bilər;

a) Sidiyin paltara və ya bədənə sıçramayacağına əmin olduqda;

b) Başqalarının onun ayıb (övrət) yerlərini görməyəcəyinə əmin olduqda.

10. Hər iki ifrazat üzvünün çıxışı su (tapılmadıqda isə daş və s.) ilə təmizlənməlidir;

11. Ayaqyolunda sol əl ilə təmizlənmək lazımdır;

12. Ayaqyolundan çıxdıqda bu duanı oxumaq müstəhəbdir: «Ğufranəkə» (Allahım, Səndən bağışlanma diləyirəm!)

13. Ayaqyoluna sol ayaqla daxil olmaq və sağ ayaqla çıxmaq müstəhəbdir.

Dəstəmaz

Dəstəmazlı olmaq namazın şərtlərindəndir.

Uca Allah buyurur:

«Ey iman gətirənlər! Namaz qılmağa durduğunuz zaman üzünüzü və əllərinizi dirsəklərinizə qədər (dirsəkləriniz qə daxil olmaqla) yuyun, (yaş əlinizi) başınıza məsh edin (çəkin), ayaqlarınızı topuqlarınıza qədər (topuqlarınız da daxil olmaqla) yuyun…» («əl-Maidə», 6)

Dəstəmazın şərtləri

Dəstəmaz alan şəxs aşağıdakı şərtləri özündə cəm etməlidir:

1. Müsəlman olmaq;

2. Həddi-büluğa çatmaq (bəzi alimlərin rəyinə görə);

3. Ruhi xəstə olmamaq;

4. Təmiz su tapmaq;

5. Niyyət etmək;

6. Suyun dəriyə çatmasına mane olan hər bir amili (boya, lak və s.) aradan qaldırmaq və əzalarda quru yer saxlamamaq;

7. Bədənin nəcasətdən təmizlənməsi (paklaşdırılması);

8. Sidik və ya nəcisdən azad olmaq.

Dəstəmaz almağın qaydası

1. Dəstəmaz alan şəxs ürəyində dəstəmaz üçün niyyət edib dəstəmaz almaq istədiyini fikrindən keçirməli, bunu dillə deməməlidir. Çünki Peyğəmbər - səllallahu aleyhi və səlləm - nə dəstəmaz alandan, nə namaz qılandan, nə də hər hansı başqa bir ibadətdən qabaq niyyət edərkən niyyətini dillə deməmişdir (həcc və ümrə ziyarəti müstəsnadır). Allahın adını çəkib, yəni «bismilləh» deyib əlləri üç dəfə yumaq (şəkil 1).

2. Sonra üç dəfə ağzını yaxalamaqla (şəkil 2) burnuna su çəkib qaytarmaq (şəkil 3-4) və üzünü (qulaqlar arası və başın tüklü hissəsindən çənənin altınadək olan hissəni) üç dəfə yumaq (şəkil 5).

3. Sonra hər iki qolunu üç dəfə barmaqların ucundan dirsəklərə qədər (dirsəklər də daxil olmaqla) sağ qoldan başlamaqla yumaq (şəkil 6-7).

4. Sonra yaş əllərlə başa məsh etmək. Yəni əlləri isladıb başın qabaq hissəsindən (alının sonundan) arxasınadək (boyunadək) çəkmək, sonra başladığı yerə qaytarmaq (şəkil 8).

5. Sonra şəhadət barmaqlarını qulaqların deşiklərinə salıb baş barmaqları qulaqların arxasına çəkməklə qulaqlara məsh etmək (şəkil 9).

6. Sonra ayaqları üç dəfə barmaqların ucundan topuqlara qədər (topuqlar da daxil olmaqla), əvvəl sağ (şəkil 10), sonra sol ayağı yumaq (şəkil 11). Ayaqları yuyarkən barmaqların arası yuyulmalı və topuğun alt nahiyəsinə suyun çatmasına diqqət yetirilməlidir.

Dəstəmaz alıb qurtardıqdan sonra bu duanı oxumaq müstəhəbdir: "Əşhədu ən lə iləhə illəllahu vəhdəhu lə şərikə ləhu va əşhədu ənnə Muhammədən abduhu va rasuluhu. Allahummə-calni minət-təvvabinə vəc-alni minəl-mutətahhirin!" (Mən şahidlik edirəm ki, Allahdan başqa (ibadətə layiq olan) məbud (ilah) yoxdur, təkdir heç bir şəriki yoxdur və şahidlik edirəm ki, Məhəmməd Onun qulu və Elçisidir. Allahım məni tövbə edənlərdən və pak olanlardan et!).

Dəstəmazı batil edən amillər

1. Ön və arxa ifrazat çıxışlarından xaric olan sidik, nəcis, məzi, yel, istihazə halında gələn qan və s.;

2. Dərin yuxuya getmək və ya huşu itirmək;

3. Dəvə əti yemək;

4. Övrət yerinə bilavasitə toxunmaq (Bəzi alimlərin rəyinə görə);

Dəstəmazı batil etməyən amillər

1. Ön və arxa ifrazat çıxışlarından başqa bədənin istənilən yerindən çıxan qan və s.;

2. Qadına şəhvətlə və ya şəhvətsiz bilavasitə toxunmaq;

3. Odda bişmiş yeməkdən yemək;

4. Dəstəmazın pozulmasına şəkk etmək;

5. Qəh-qəhə ilə gülmək;

6. Meyitə toxunmaq;

7. Qusmaq;

8. Mürgüləmək;

9. Murdar şeyə toxunmaq (murdar şeyə toxunduqda onu su ilə təmizləmək kifayətdir).

Xüff və corablara məsh çəkilməsi

Xüff - ayağa geyinilən yüngül dəri ayaqqabıdır. Onlara məsh çəkmək olar. Corablara da məsh çəkmək olar. Xüfflərə və corablara dəstəmazda ayaqları yumaq əvəzinə isladılmış sağ və sol əlin iç tərəfi ilə məsh çəkilir (şəkil: 12). Bu zaman corabın nazik və ya qalın, salamat və ya yırtıq olmasının fərqi yoxdur.

Xüfflərə və corablara məsh çəkməyin aşağıdakı dörd şərti vardır:

1. Onları geyən artıq dəstəmazlı olsun;

2. Xüfflər və corablar təmiz olsunlar;

3. Onlara məsh yalnız dəstəmaz olanda çəkilsin. Qüsldə isə onlar çıxarılır və ayaqlar yuyulur;

4. Daimi yaşayış yerində yaşayan üçün məshin təsir müddəti 24 saat, səfərdə olanlar üçün isə 72 saat.

http://www.abubakr-mescidi.com/images/libr...t_namaz/001.jpg фото №1

http://www.abubakr-mescidi.com/images/libr...t_namaz/002.jpg фото№2

http://www.abubakr-mescidi.com/images/libr...t_namaz/002.jpg

http://www.abubakr-mescidi.com/images/libr...t_namaz/002.jpg фото№4

http://www.abubakr-mescidi.com/images/libr...t_namaz/002.jpg фто№5

http://www.abubakr-mescidi.com/images/libr...t_namaz/002.jpg фото №6

http://www.abubakr-mescidi.com/images/libr..._namaz/002.jpg7

http://www.abubakr-mescidi.com/images/libr..._namaz/002.jpg8

http://www.abubakr-mescidi.com/images/libr..._namaz/002.jpg9

http://www.abubakr-mescidi.com/images/libr...namaz/002.jpg10

http://www.abubakr-mescidi.com/images/libr...namaz/002.jpg11

http://www.abubakr-mescidi.com/images/libr...namaz/002.jpg12

Sizin öz dininiz var, mənim də öz dinim! (Elə isə sizin dininiz sizə, menim dinim də mene)!” Gurani Keriml-Kafirun (Kafirlər) suresi

Ссылка на комментарий
Поделиться на других сайтах

Təyəmmüm

[ Oxunub: 1056 ]

Uca Allah buyurur: «…Xəstələndiyiniz, səfərdə olduğunuz, ayaqyolundan gəldiyiniz və ya qadınlarla yaxınlıq etdiyiniz zaman su tapmasanız, pak torpaqla təyəmmüm edin, ondan üzünüzə və əllərinizə sürtün…» («əl-Maidə», 6)

Təyəmmüm etməyin qaydası

1 Niyyət edib bismilləh demək və ovucların içini təyəmmüm üçün seçilmiş yerə bir dəfə vurmaq (şəkil 13-14).

2 Onlara yapışmış toz-torpağı üfürüb və ya bir-birinə çırpıb təmizləmək.

3 Sonra əlləri üzə çəkmək (şəkil 15) və bir-birinə sürtmək (şəkil 16).

Təyəmmüm yalnız təmiz torpaq və buna bənzərlə edilməlidir.

Su ola-ola səbəbsiz yerə təyəmmüm almaq şəriətə müxalifdir və bu cür qılınan namaz batildir. Ona görə hətta namazın vaxtı çıxırsa da qüsl və ya dəstəmaz əvəzinə təyəmmüm etmək olmaz. Su ilə qüsl və ya dəstəmaz alıb sonra namaz qılınmalıdır.

Nə zaman təyəmmüm etmək olar?

1. Su tapılmadıqda və ya istər qüsl, istərsə də dəstəmaz alaraq paklaşmağa kifayət qədər su olmadıqda;

2. Dəstəmaz almalı, yaxud qüsl etməli adam yaralı və ya xəstə olduqda halının pisləşməsindən, yaxud xəstəliyinin uzanmasından qorxduğu zaman;

3. Hava çox soyuq olduqda, dəstəmaz alan, yaxud qüsl edən adam soyuq sudan istifadə etdiyi təqdirdə ona zərər toxunacağından qorxduqda, yaxud sudan istifadə etmək (qızdırmaq və s.) imkanı olmadıqda;

4. İçməli su sarıdan korluq çəkdikdə, xörək bişirmək üçün su çatmadıqda və digər zəruri məqsədlərdən ötrü suya ehtiyac olduqda;

5. Yaxınlıqda olan suya çatmaq mümkün olmadıqda, məsələn: düşmənin və ya yırtıcı heyvanın onun suya yaxınlaşmasına mane olduğu, yaxud canı, namusu və malından qorxduğu halda, həbsdə olduqda, yaxud suyu quyudan çıxarmağa gücü çatmadıqda və s.

Təyəmmümü batil edən amillər

1. Əvvəldə göstərilmiş dəstəmaz və qüslü batil edən amillər təyəmmümü də batil edir.

2. Bura su tapılmadığı halda təyəmmüm edilmişsə, su tapılandan sonra onun batil olmasını və sudan istifadə etməyə imkanı olmadığı üçün təyəmmüm etmiş adamın bu imkanı əldə etməsini də əlavə etmək olar.

3. Təyəmmüm edib namaz qılmış şəxs su tapılandan sonra təyəmmümlə qıldığı namazı təkrar etməməlidir.

4. Təyəmmüm alınan namazın vaxtının çıxması həmin təyəmmümü batil etmir.

Sizin öz dininiz var, mənim də öz dinim! (Elə isə sizin dininiz sizə, menim dinim də mene)!” Gurani Keriml-Kafirun (Kafirlər) suresi

Ссылка на комментарий
Поделиться на других сайтах

Forumda uzun postlar yerləşdirmək qadağandır. Onlara ssılka vermək lazımdır. Qaydaları oxuyun! Изменено пользователем al-Fath

Sizin öz dininiz var, mənim də öz dinim! (Elə isə sizin dininiz sizə, menim dinim də mene)!” Gurani Keriml-Kafirun (Kafirlər) suresi

Ссылка на комментарий
Поделиться на других сайтах

Forumda uzun postlar yerləşdirmək qadağandır. Onlara ssılka vermək lazımdır. Qaydaları oxuyun!

Silka dejirsiniz jaxşi bax buda ssilkalar

 destemez Ссылка:  http://www.abubakr-mescidi.com/modules/news/article.php?storyid=299 

Tayammüm ссылка:  http://www.abubakr-mescidi.com/modules/new...php?storyid=301

Namaz ссылка:  http://www.abubakr-mescidi.com/modules/news/article.php?storyid=303

Изменено пользователем Сардар

Sizin öz dininiz var, mənim də öz dinim! (Elə isə sizin dininiz sizə, menim dinim də mene)!” Gurani Keriml-Kafirun (Kafirlər) suresi

Ссылка на комментарий
Поделиться на других сайтах

Мене теблиг ким еде билер?

Sualinizi basha dushmedim xajish edirem tekrar edin

Sizin öz dininiz var, mənim də öz dinim! (Elə isə sizin dininiz sizə, menim dinim də mene)!” Gurani Keriml-Kafirun (Kafirlər) suresi

Ссылка на комментарий
Поделиться на других сайтах

Fu shie sajitnin ssilkasini nije gojdunuz menim temama bu sizin shie ssilkanizi ec oximagda istemirem.

Изменено пользователем Сардар

Sizin öz dininiz var, mənim də öz dinim! (Elə isə sizin dininiz sizə, menim dinim də mene)!” Gurani Keriml-Kafirun (Kafirlər) suresi

Ссылка на комментарий
Поделиться на других сайтах

Fu shie sajitnin ssilkasini nije gojdunuz menim temama bu sizin shie ssilkanizi ec oximagda istemirem.

Mövzumuz əgər Allaha ibadət-namazdan gedirsə mən də sizə yardımçı olmaq istəyirəm! Görün necə də yaxşı yazılıb bu kitablar:

http://haqqyolu.org/kitabxana/read.php?id=20081018084946

http://haqqyolu.org/kitabxana/read.php?id=20081115024305

Hələlik bu qədər!!!!!!

Ссылка на комментарий
Поделиться на других сайтах

Əssalamun aleykum.

Baxdım o kitaba amma oxumaq üçün məsləhətli kitab hesab etmədim.

Kitabda yazılanlardan belə nəticə çıxarmaq olar ki, bütün onların hamısını etməyi kitabın müəllifi buyurub.

Heç bir mənbə göstərilməyib. Nə Qurani Kərimdən nə də ki, səhih hədislərdən dəlil gətirilməyib.

Allah hamımıza hidayət versin.

Əssalamun aleykum.

Ссылка на комментарий
Поделиться на других сайтах

Əssalamun aleykum.

Baxdım o kitaba amma oxumaq üçün məsləhətli kitab hesab etmədim.

Kitabda yazılanlardan belə nəticə çıxarmaq olar ki, bütün onların hamısını etməyi kitabın müəllifi buyurub.

Heç bir mənbə göstərilməyib. Nə Qurani Kərimdən nə də ki, səhih hədislərdən dəlil gətirilməyib.

Allah hamımıza hidayət versin.

Əssalamun aleykum.

Əleykəssalam!

Bu kitab şəriətdən bəhs edir! Dinin qayda və qanunlarından! Əgər hər bir vacibati quranın ayəsinə istinadən versəydilər kitab çox bəyük ola bilərdi ki, yeni dinə başlayanlar düşünürə yorular və ya tam başa düşməzdilər! Kitabı oxudunuzsa gərərsiz orda səhv tapmaq olmur :)

Ссылка на комментарий
Поделиться на других сайтах

Corablara da məsh çəkmək olar.

S.a. chox maraglidir, ne vaxtdan corablar insan ezasi hesab olunur ve onlarin uzerine mesh cekilir?? greenyes

SALAM VE DUA iLE...

Mala, nichtojna, tlenna moya plot

No kak je v ney TVOYA LYUBOV meshaetsa QOSPOD????

BU DA KECHER!!!

Ссылка на комментарий
Поделиться на других сайтах

Əleykəssalam!

Bu kitab şəriətdən bəhs edir! Dinin qayda və qanunlarından! Əgər hər bir vacibati quranın ayəsinə istinadən versəydilər kitab çox bəyük ola bilərdi ki, yeni dinə başlayanlar düşünürə yorular və ya tam başa düşməzdilər! Kitabı oxudunuzsa gərərsiz orda səhv tapmaq olmur :)[/font]

Əssalamun aleykum.

Məncə kitabın bu şəkildə yazılması daha çox yorucudur nəinki dəlillərlə və mənbələr göstərilməklə.

Özünüz fikirləşin bir şeyin mahiyyətinə varmadan əzbərləmək elm deyil.

Özümə gəldikdə isə kitaba ancaq nəzər saldım amma oxumadım. Çünki mən yalnız dəlillərə əsaslanan və mənbələri göstərilən kitabları oxumağa üstünlük verirəm. Onda daha maraqlı olur və məsələnin mahiyyətini dərk etmək daha asan olur. Ola bilər ki, kitabda çox gözəl şeylər yazılsın. Amma Siz qeyd etdiyiniz kimi yeni dinə başlayanlar və dində savadı az olanlar (onlardan biri də mən) üçün yorucudur. Kitabın böyük olması isə problem deyil. Elm almaq istəyən şəxs belə şeylərə fikir vermir, əksinə onun informasiyanın daha təfsilatlı olmağı xoşdur.

Allah hamımızı haqq yola yönəltsin. Amin.

Əssalamun aleykum.

Ссылка на комментарий
Поделиться на других сайтах

Namaz haqqında Qurandan цyrəndiklərim.

Allah kimdir?

Allah gцylərin və yerin nurudur. Kainatı yaradıb ona nur verən, yer və gцy əhlinə haqq yolu gцstərən xaliqdir.

Ən – Nur 24, ayə 35.

----------------------------------------------------------------------------------------------------

Din – səmimiyyətdir,

Səbr – işıqlanmadır,

Təmizlik – dinin yarısıdır,

Savab iş – sьbutdur.

Hər kəs цz gьnьnь başlayır və цz qəlbinin satıcısı olur,

ya onu azad edəcək, ya da onu məhvə gətirəcək.

----------------------------------------------------------------------------------------------------

Namaz nədir?

Namaz – [farsca – dua, ibadət] deməkdir. Hər gьn beş dəfə Allaha mьraciətlə icra edilən mьsəlman ibadətidir.

Gьndə beş dəfə namaz qılmaq, ağlı başında olan hər bir mьsəlman ьзьn məcburidir.

Namaz – Allaha dua edib Ondan hər zaman kцmək istəmək deməkdir.

------------------------------------------------------¬¬¬¬¬¬¬¬¬¬¬¬¬¬¬¬¬¬¬¬¬¬¬----------------------------------------------

Namaz insanlara hansı vaxtlarda mьəyyən edilmişdir?

Həqiqətən namaz insanlara mьəyyən vaxtlarda fərz vacib edilmişdir. Bunlar:

1. Sьbh - namazı [ərəbcə - səhər, səhər зağı];

2. Zцhr - namazı [ərəbcə - gьnortaзağı];

3. Əsr - namazı [ərəbcə - ikindi zamanı, gьnortadan sonra];

4. Məğrib - [ərəb. - gьn batanda, axşam],buna [farsca – Şam namazı da deyirlər];

5. İşa - [ərəbcə - axşam, gecə başlayanda], [farsca – Xьftən axşamзağı]; deyilir.

----------------------------------------------------------------------------------------------------

Şəriət namaza başlamaq istəyən şəxsdən nəyi tələb edir?

Şəriət mьsəlmandan [цzьnь tək olan bir Allaha təslim edən şəxsdən tələb edir ki, namaza durarkən ilk nцvbədə hər şeyi unutsun.

Ağlı, fikri yayınmasın. Əgər yayınarsa onun namazı qəbul olunmaz və onun namazı şeytan oyuncağına bənzər.

Зьnki Şeytan insanı həmişə fikri yayındığı vaxt зaşdırmaq istər.

Ona gцrədə namaza durarkən ilk nцvbədə bu sцzləri desin.

Əuzu billahi minəş–şeytanir–rəcim [Yəni Şeytandan uzaqlaşıb Allaha sığınıram].

Ən – Nəhl 16, ayə 98.

Bu sцzləri deyən şəxsin namazına Şeytan Allahın qorxusundan heз vaxt mane ola bilməz.

O, namaz qılmağa hazırlaşarkən qəlbini Allah qarşısında təmiz tutmalıdır.

Yəni eqoizmi, paxıllıq hissini, dedi – qoduları unutmalı,”gьnah”sayılan əməllərdən uzaq olmalıdır.

Həqiqətən namaz [insanı] зirkin və pis əməllərdən зəkindirər!

Əl – Ənkəbut 29, ayə 45.

----------------------------------------------------------------------------------------------------

Namaz qılan şəxs ibadəti kimə etməlidir?

[Namaz qılan şəxs mьtləq bir olan Allahın naminə namaz qılmaq niyyətində olduğunu mьəyyən etməlidir].

Sizin tanrınız tək olan Allahdır, Ondan başqa tanrı yoxdur.

O,rəhmli və mərhəmətlidir.

Əl – Bəqərə 2, ayə 163.

O, Allah Rəbbinizdir! Ondan başqa heз bir tanrı yoxdur. Hər şeyi yaradan Odur.

Buna gцrə də yalnız Ona ibadət edin. O,hər şeyə vəkildir.

Əl – Ənam 6, ayə 102.

----------------------------------------------------------------------------------------------------

Peyğəmbərlərimiz bizə nəyin olmadığına şahidlik etdilər?

Allah цzьndən başqa heз bir tanrı olmadığına şahiddir.

Mələklər də elm sahibləri [peyğəmbərlər] də haqqa - ədalətə boyun qoyaraq [haqqa tapınaraq] O qьvvət və hikmət sahibindən baзqa ibadətə layiq heз bir varlıq olmadığına şəhadət verdilər.

Ali – İmran 3, ayə 18.

----------------------------------------------------------------------------------------------------

Nə ьзьn Allah insanlara namaz qılmağı buyurmuşdur?

Ey insanlar! Sizi və sizdən əvvəlkiləri yaratmış Rəbbinizə ibadət edin ki, bəlkə bununla mьttəqi olasınız!

[Yəni Allahdan qorxub pis əməllərdən зəkinəsiniz!]

Əl – Bəqərə 2, ayə 21.

---------------------------------------------------------------------------------------------

Namazı hansı vaxtlarda qılmaq lazımdır?

Namazı gьndьzьn iki başında [gьnortadan əvvəl və sonra yəni səhər, gьnorta və gьn batan зağı və ya gьnьn iki başında,] və

gecənin bəzi saatlarında [axşam və gecə vaxtı ] qıl. Həqiqətən, [beş vaxt namaz kimi] yaxşı əməllər pis işləri [kiзik gьnahları] yuyub .rar.

Bu, [Allahın mьkafatını və cəzasını] yada salanlara цyьd – nəsihət və xatırlatmadır.

Hud 11, ayə 114.

Gьnortadan gecənin qaranlığınadək namaz qıl. Sьbh namazını da qıl. Зьnki sьbh

namazı mьşahidə olunur.

Əl – İsra 17, ayə 78.

----------------------------------------------------------------------------------------------------

Namaza durarkən necə geyinmək lazımdır?

Ey Adəm oğulları! Hər ibadət vaxtı [namaz qılarkən, məscidə gedərkən və ya təvaf edərkən] gцzəl libaslarınızı geyin.

Əl – Əraf 7, ayə 31.

----------------------------------------------------------------------------------------------------

Namaza başlamazdan əvvəl necə yuyunmaq lazımdır?

Ey iman gətirənlər! Namaz qılmağa durduğunuz zaman ьzьnьzь və əllərinizi dirsəklərə qədər yuyun, başınıza məsh edin, ayaqlarınızı topuqlarınıza qədər yuyun.

Əgər cinsi əlaqədə olmusunuzsa, qьsl edin [bədəninizi başdan ayağa qədər yuyub təmizləyin].

Xəstələndiyiniz, səfərdə olduğunuz, ayaq yolundan gəldiyiniz və ya qadınlarla yaxınlıq etdiyiniz zaman su tapmasanız pak torpaqla təyəmmьm edin, ondan ьzьnьzə və əllərinizə sьrtьn,

Allah sizi зətinliyə salmaq istəməz, lakin O sizi pak, təmiz etmək [istər] və sizə olan nemətini tamamlamaq [artırmaq] istər ki, bəlkə şьkr edəsiniz!

Əl – Maidə 5, ayə 6.

----------------------------------------------------------------------------------------------------

Allah namaz qılanları hansı sцzlə sabitqədəm edər?

Allah iman gətirənləri dьnyada da, axirətdə də mцhkəm bir sцzlə [kəlmeyi şəhadətlə] sabitqədəm edər.Əşhədь ənla ilahə illəllah və əşhədu ənnə Muhəmmədən əbduhu və rəsuluhu;

Yəni Allah təkdir, Məhəmməd onun elзisidir.

İbrahim 14, ayə 27.

----------------------------------------------------------------------------------------------------

Namazda deyilən o pak sцzləri, Allah dərgahına nə qaldırar?

Hər kəs [dьnyada] izzət – qьdrət, şərəf – şan istəsə, [bilsin ki, dьnyada da, axirətdə də] bьtьn izzət – qьdrət, şərəf – şan ancaq Allaha məxsusdur.

Pak sцz [tцvhid kəlməsi, zikr, həmd – səna] Ona tərəf yьksələr və pak sцzь [Allah dərgahına] yaxşı əməl qaldırar. [Allah pak sцzь eşidər, saleh əməli də qəbul edər].

Fatir 35, ayə 10.

----------------------------------------------------------------------------------------------------

Namaz qılan ьzьnь hansı tərəfə tutmalıdır?

[Ya Məhəmməd!] Biz sənin ьzьnьn gцyə tərəf зevrildiyini gцrьrьk, ona gцrə də səni razı olduğun qibləyə tərəf dцndərəcəyik.

İndi ьzьnь Məscidьlhərama tərəf зevir! [Ey mьsəlmanlar!] Harada olsanız [namaz vaxtı] ьzьnьzь oraya dцndərin.

Kitab verilmiş ьmmətlər bunun цz Rəbbi tərəfindən bir həqiqət olduğunu yaxşı bilirlər. Allah onların əməllərindən xəbərsiz deyildir.

Əl – Bəqərə 2, ayə 144.

Bu evin Rəbbinə [Kəbbənin sahibi olan Allaha] ibadət etsinlər!

Əl – Qureyş 106, ayə 3.

----------------------------------------------------------------------------------------------------

Namazı hansı səslə demək lazımdır?

Namaz qılarkən səsini nə зox qaldır, nə də зox alзalt. Bunun [bu ikisinin] arasında orta bir yol tut!

Əl – İsra 17, ayə 110.

[Ey insan] Sən [dua edərkən] səsini ucaltsanda, [ucaltmasanda], heз bir fərqi yoxdur. Зьnki Allah sirri də, sirrdən daha gizli olanı da [məxfini də] bilir.

[Allah nəinki qəlblərin sirlərindən, hətta ani olaraq ьrəklərdən keзən gizli niyyətlərdən də xəbərdardır.

Buna gцrə də цzьnь yorub uca səslə dua, yaxud zikr etmə.Əsas məsələ Allaha edilən ibadətin səmimiyyətidir!

Taha 20, ayə 7.

----------------------------------------------------------------------------------------------------

Allah namazda nəyi sevməz?

Rəbbinizə yalvara – yalvara, həm də gizlicə dua edin.Şьbhəsiz ki, Allah [namazda] həddi aşanları [qışqıraraq dua edənləri] sevməz!

Əl – Əraf 7, ayə 55.

----------------------------------------------------------------------------------------------------

Namazın mətləbə зatması ьзьn daha nə etmək lazımdır?

Allaha ibadət edin və yaxşı işlər gцrьn ki, bəlkə nicat t.sınız![mətləbinə yetişəsiniz!].

, ayə

----------------------------------------------------------------------------------------------------

Namaz sцzlərdən başqa daha nə ilə mьşaiyyət olunmalıdır?

[Namaz sцzlərdən başqa rьku və səcdə ilə mьşaiyyət olunmalıdır.

Rьku – aşağı əyilmək, Səcdə - diz зцkmək].

Ey iman gətirənlər! [namaz qılanda] rьku edin, səcdəyə q.nın ;

Əl – Həcc 22, ayə 77.

----------------------------------------------------------------------------------------------------

Namaz qılan Allahın adına xoş bir sцz deyəndə nə etmiş olur?

[Namaz vaxtı Allaha edilən] xoş bir sцz [La ilahə illəllah,Muhəmmədun rəsulullah; Yəni Allahdan başqa Allah yoxdur, Məhəmməd onun elзisidir ] kцkь yerdə mцhkəm olub, budaqları səmaya ucalan gцzəl bir ağac kimidir.O ağac Rəbbinin izni ilə bəhrəsini hər vaxt verir. Allah insanlar ьзьn belə məsəllər зəkir ki, bəlkə dьşьnьb ibrət alsınlar! [Ağacın kцkь yerdə, budaqları gцydə olduğu kimi, mцminin də imanı qəlbində sabit qalır, əməlləri isə gцyə - Allah dərgahına yьksəlib ona daim savab qazandırır].

İbrahim 14, ayə 24, 25.

----------------------------------------------------------------------------------------------------

Namazda ”Allahu Əkbər ” sцzьnь deyən nə etmiş olur?

”Allahu Əkbər”–Allahı zikr etmək [Allahın cəlalını və əzəmətini həmişə və hər yerdə yada salmaq] şьbhəsiz ki,[savab etibarilə bьtьn başqa ibadətlərdən] daha bцyьkdьr.

Əl – Ənkəbut 29, ayə 45.

[Зьnki] Gцylərdə və yerdə bцyьklьk yalnız Ona məxsusdur. O,yenilməz qьvvət və hikmət sahibidir!

Əl – Casiyə 45, ayə 37.

----------------------------------------------------------------------------------------------------

Hər kəs Rəhmanı zikr etməkdən boyun qaзırsa nə etmiş olar?

Hər kəs Rəhmanı zikr etməkdən boyun qaзırsa, Biz ona Şeytanı urcah edərik və

O, Şeytanın yaxın dostu olar. Şeytanlar onları doğru yoldan зıxardar,

onlar isə цzılərinin haqq yolda olduqlarını gьman edərlər!

Əz – Zuxruf 43, ayə 36, 37.

----------------------------------------------------------------------------------------------------

Allah hər namaz qılanı imtahana зəkirmi?

İnsanlar yalnız;[ibadət edib,namaz qılmaqla]”İman gətirdik!”– demələrilə onlardan əl зəkilib imtahan olunmayacaqlarını sanırlar?

[Xeyr, Biz onları yeri gəldikcə malları, цvladları və canları ilə sınayacağıq ki, hansının həqiqi, hansının yalanзı mцmin olduğunu ayırd edib bilək!]

Əl – Ənkəbut 29, ayə 2.

----------------------------------------------------------------------------------------------------

Namaz vaxtı Allahdan ruzi diləmək olarmı?

Rəbbinizdən ruzi diləməniz sizin ьзьn gьnah deyildir.

Əl – Bəqərə 2, ayə 198.

----------------------------------------------------------------------------------------------------

Hər bir mьsəlman Cьmə namazına getməlidirmi?

Ey iman gətirənlər!Cьmə gьnь namaza зağrıldığınız zaman Allahı zikr etməyə tələsin və alış – verişi buraxın.

Bilsəniz, bu sizin ьзьn nə qədər xeyirlidir. Namaz qılınıb qurtardıqdan sonra yer ьzьnə dağılıb Allahın kərəmindən ruzi diləyin! Və

Allahı зox zikr edin ki, bəlkə nicat tapıb səadətə qovuşasınız! [Hər iki dьnyada muradınıza yetişəsiniz!]

Əl – Cumuə 62, ayə 9, 10

----------------------------------------------------------------------------------------------------

Namaza şəkk ilə yanaşanlar nə etmiş olurlar?

İnsanlardan eləsi də vardır ki, Allaha şəkklə ibadət edər. Əgər ona bir xeyir toxunsa, arxayın olar.

Yox əgər ona bir bəla, mьsibət ьz versə yenə kьfrə qayıdar. Beləsi dьnyanı da əldən verər, axirəti də. Aзıq aşkar ziyan budur, bu!

Əl – Həcc 22, ayə 11.

Adamlar arasında elələri də vardır ki, ” Biz Allaha iman gətirdik!” – deyər, Allah yolunda bir əziyyət gцrdьkdə isə insanların fitnəsini Allahın əzabı kimi qəbul edərlər.

Əgər Rəbbindən bir zəfər gəlsə, mьtləq; ”Biz də sizinləyik!” – deyərlər. Məgər Allah aləmlər əhlinin ьrəklərində olanları bilmirmi?

Əl – Ənkəbut 29, ayə10.

----------------------------------------------------------------------------------------------------

Allah bəndələrinə nə dərəcədə yaxındır?

Bəndələrim Məni səndən soruşduqda sцylə ki, Mən onlara yaxınam. Dua edib Məni зağıranın duasını [namazını] qəbul edərəm.

Gərək onlar da, Mənim зağırışımı qəbul edib Mənə iman gətirsinlər. Bununla da ola bilsin ki, doğru yola yetişsinlər.

Əl – Bəqərə 2, ayə 186.

----------------------------------------------------------------------------------------------------

Kimlər Allaha iman gətirər?

Bizim ayələrimizə ancaq ayələrimizlə цyьd – nəsihət olunduqları zaman səcdəyə q.nanlar və təkəbbьr

[yəni lovğalıq] gцstərməyərək Rəbbini həmd – səna ilə təqdis edənlər iman gətirər .

Əs – Səcdə 32, ayə 15.

----------------------------------------------------------------------------------------------------

Namazda salavat demək lazımdırmı?

Həqiqətən Allah və mələkləri Peyğəmbərə salavat [xeyir–dua] gцndərirlər.Ey iman gətirənlər! Siz də ona salavat gцndərib layiqincə salamlayın!

[Allahummə səlli əla Muhəmmədin və ali Muhəmməd. Əssəlamu ələykə əyyuhənnəbi və rəhmətullahi və bərəkətuhu – deyin!

Yəni, Allahım, Məhəmmədə və onun ailəsinə xeyir – dua ver. Ey Peyğəmbər, salam, Allahın rəhməti və bərəkəti sənə olsun].

Əl – Əhzab 33, ayə 56.

----------------------------------------------------------------------------------------------------

Namazı ayaq ьstə qıla bilməyən nə etməlidir?

Biz heз kəsi gьcь зatmayan işi gцrməyə vadar etmərik. [Hər kəsi yalnız qьvvəsi зatdığı qədər yьkləyərik.

Namazı ayaq ьstə qıla bilməyən oturub qıla bilər].

Əl – Muminun 23, ayə 62.

----------------------------------------------------------------------------------------------------

Namaza nə vaxt yaxın durmaq olmaz?

Ey iman gətirənlər! Sərxoş ikən nə dediyini anlamayana qədər və murdar [cьnub] olduğunuz zaman qьsl edənədək namaza [namaz qılınan yerə] yaxınlaşmayın.

Ən – Nisa 4, ayə 43.

----------------------------------------------------------------------------------------------------

Səfərə зıxdığınız zaman namazı qısaltmaq olarmı?

Səfərə зıxdığınız zaman kafirlərin sizə zərər yetirəcəklərindən qorxarsınızsa,

namazı qısaltmaq [dцrd rəkətli namazı iki rəkət qılmaq] sizə gьnah hesab edilməz.

Ən – Nisa 4, ayə 101.

----------------------------------------------------------------------------------------------------

Təhlьkə olan yerdə namaz qılmaq olarmı?

Əgər qorxsanız, piyada qedə - gedə və ya minik ьstə qılın,

əmin olduqda isə Allahı, bilmədiyiniz şeyləri sizə [Peyğəmbər və Quran vasitəsilə] nə cьr цyrədibsə, o cьr anın.

Əl – Bəqərə 2, ayə 239.

----------------------------------------------------------------------------------------------------

Əsgərlər namazlarını necə qılmalıdır?

[Ya Məhəmməd!] Sən [əsgərlərin] iзərisində olub, onlara namaz qıldığın zaman onlardan bir dəstə silahlarını gцtьrьb [silahlı vəziyyətdə] səninlə birlikdə namaza dursun.

Bunlar [bir rəkət namazı tamamlayıb] səcdə edən kimi sizin arxanıza [dьşmənin цnьnə] keзsinlər.

Sonra namaz qılmayan dəstə цz ehtiyyat vasitələrini və silahlarını gцtьrərək gəlib səninlə birlikdə namaz qılsın! Kafirlər istərdilər ki,

sizin silahlarınızdan və mallarınızdan heз bir xəbəriniz olmayaydı və onlar da sizin ьzərinizə birdəfəlik [qəfil] bir hьcuma basqın edəydilər.

Yağışdan əziyyət зəkdiyiniz, yaxud xəstə olduğunuz zaman silahlarınızı [namaz vaxtı] yerə qoymaq sizə gьnah deyildir, lakin ehtiyatınızı gцzləyin!

Ən – Nisa 4, ayə 102.

Namazlarınızı qıldıqdan sonra ayaq ьstə olanda, oturanda da, uzananda da Allahı zikr edin, arxayınlığa зıxdıqda isə,

namazı [цz qaydasınca] qılın! Зьnki namaz mцminlərə mьəyyən vaxtlarda fərz [vacib] edilmişdir.

Ən – Nisa 4, ayə 103.

----------------------------------------------------------------------------------------------------

Ey iman gətirənlər! Allahı зox zikr edin!

Əl – Əhzab 33, ayə 41.

----------------------------------------------------------------------------------------------------

Nə ьзьn gecə namazı əlverişli və mьnasibdir?

Şьbhəsiz ki, gecə [namaz qılmaq ьзьn yataqdan] qalxmaq [зox зətin olsa da] daha əlverişli və sцz demək [Quran oxumaq, dua etmək] daha mьnasibdir.

Əl – Muzzəmmil 73, ayə 6.

Зьnki gьndьz sənin uzun – uzadı davam edən [dьnyəvi] işlərin vardır. [Gьndьz insanın işi зox olur, məişət işləri hardasa onu ibadətdən bir qədər yayındırır.

Gecə isə insan rahatlaşır, heз kəs ona mane olmur. İnsan цz daxilinə q.nıb Rəbbi ilə tək qalır, qulaq qəlbə daha yaxın olur.

Buna gцrə də gecə ibadət etmək зətin olsa da, daha məqsədəuyğundur.Gecə namazı gьndьz namazından təsircə, savabca daha gьclьdьr].

Əl – Muzzəmmil 73, ayə 7.

:flower:

----------------------------------------------------------------------------------------------------

:type:

Forumda uzun yazıları yerləşdirmək qadağandır. Onlara ya ssılka vermək, yada ki, fayl şəklində foruma yükləmək lazımdır. Sizə xəbərdarlıq edirəm!

Изменено пользователем al-Fath

Человек, живущий одиноко, существует только наполовину.

П. Буаст

Ссылка на комментарий
Поделиться на других сайтах

ISTERSIZ HENEFI, ISTERSIZ HENBELI, ISTERSIZ , MALIKI, ISTERSIZ SHAFI, ISTERSIZ SUNNU, ISTERSIZ SHIYE,MUSELMAN, ISTERSIZ MUSEVI,ISTERSIZ XRISTIYAN : Hushu halinde Allaha Namaz qilsaniz inshallah Namaziniz Qebul Olar.

Biz nece oldirki artiq mesh mohur sunnu shiye vehabi felan sohbetlerin icinde itib batiriq, ISLAM ise kenardan bize hesretle baxir.

Ey Allahin Bendeleri Mubahise etmeyin Hidayeti veren Allahdir kim olursaqnizsa olun neyniyirsiz eleyin Allaha yaxin olun Allahi xatirlayin Allah icin hushu halinde namaz qilin.

Fitne Fesada axar acmayin .

Asanlashdirin cetinleshdirmeyin.

--------------------------------------------------------------------------------------------------------------------

HEYATA BAXISHINIZI DEYISHDIRECEK ESERLER

Ссылка на комментарий
Поделиться на других сайтах

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Гость
Ответить в тему...

×   Вы вставили отформатированное содержимое.   Удалить форматирование

  Only 75 emoji are allowed.

×   Ваша ссылка была автоматически встроена.   Отобразить как ссылку

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

Загрузка...
×
×
  • Создать...