Перейти к содержимому

Kişidi bu, bığları da var.


anti-rafa

Recommended Posts

   Rafizi saytların birində  Abu Ali adlı birisi bir məqalə tərtib edib. Həmin məqaləni oxuyanda hiss edirsən ki, bu adam ərəbcə beş-üç cümlə tərcümə etdiyi üçün az qalır ki, forsundan cırılsın. Bu forsinkanı təkəbbür o qədər basıb ki, gözü ayağının altını görmür. Öz dünyasında özünü Ərəb dili ustadı hesab edir. Rəddiyyə səpkili yazısında sələfi dəvətçisi Yaşar Süleymanlını Ərəb dilini bilməməkdə ittiham edir. İndi guya ki, bunun özü Ərəb dilini zor bilir və heç vaxt səhv etmir. Mən bunun yazısını Ərəb dilini orta səviyyədə bilən bir qardaşa yolladım ki, bunun yazısına baxsın və düz olub olmadığını desin. Qardaş məqaləsinin yarısınacan yüngülvarıi göz gəzdirən kimi, çox kobud səhvlər tapdı. Qardaşın vaxtı az olduğu üçün hamısına birdən baxa bilmir.Zaman -zaman bunun səhvlərini bura qoyacayıq ki, qoy ağıllasın və biraz təvözakar olsun . Belə forsinkalar üçün deyərlər ki,

"Kişidi bu, bığları da var".

 
Tərcümədəki İlk səhvinə baxın. Etdiyi bu səhvdən aydın olur ki, bu heç orta səviyyədə belə ərəb dilini bilmir. Sadəcə olaraq, lüğətə baxıb, sözləri ard-arda qoşub yazır.
 
 
( وقوله: سطحت ظاهر في أن الارض سطح، وعليه علماء الشرع، لا كرة كما قاله أهل الهيئة وإن لم ينقض ركنا من أركان الشرع.
 
Forsinkanın tərcüməsi:
 
“Döşədiliyi” sözü aşkar şəkildə buna dəlalət edir ki, yer düz şəkildədir, – necə ki, şəriət (İslam) alimləri də bunu deyirlər –, daha astronomların dediyi kimi kürə şəklində deyildir. Hərçənd ki, buna (yerin kürə şəklində olmasına) etiqad etmək şəriətin rüknlərindən birinə zərər gətirməz.”
 
Qardaşın tərcüməsi:
 
Onun (yəni Allahın) "döşənmək" deməsi Yerin düz səth olmasını aşkar edir və şəriət alimləri onun , astronomiya alimlərinin -şəriətin ruknlarından (heç) bir ruknu pozmasa da belə,- söylədiyi kimi kürə yox, (düz sət formada olması fikri) üzərindədirlər. 
 
Forsinkanın buraxdığı səhvlər.
 
1.Əvvələn, mətn bir cümlədən ibarət olduğu hala, bütöv bir cümləni iki yerə bölüb.
2. وإن - dən sonra cavab (cəza cümləsi) gəlmədiyi üçün burdakı vav hərfi VAVu-hal bildirir, ikisi. birlikdə isə qoşalaşanda vasl ədatı olurlar. Belə cümlələr "...sa-sə belə", "...sa da, sə də", "dığı halda", "masına-məsinə rəğmən" kimi tərcümə edilir.وإن isə Ya qoşma ilə, ya da şərt bağlayıcı ilə tərcümə edilir.
Ancaq forsinka bunu nəzərə almayıb. Götürüb tabelilik bağlayıcısı olan güzəşt bağlayıcısı ilə tərcümə edib, həm də müstəqil cümlə kimi. Kişidi bu, bığları da var.
 
İndi guya bu çötki oğlandı və guya özü çötki tərcümələr ilə məşğul olur. Ağlına keçə yapayım sənin.
 
Ardını gözləyin, forsinkanın ifşası davam edir. 
Изменено пользователем anti-rafa
Ссылка на комментарий
Поделиться на других сайтах

Əslində, biz tərcümədə o qədər də incəliyin getməsinin tərəfdarı deyilik. Forsinkalar burcudanda ki, ancaq bunlar bilirlər və başqaları guya heçnə bilmir, o zaman biz bunların ağızlarını cırıb qulaqlarının dibinə qədər çatdıra bilirik. İndi guya bu forsinka çox çötki oğlandı və tərcümələrini də çox çotki edir. Sən özünü nəsə ciddi bir şey sayırsan, deyəsən. O zaman yazıları oxu, kim olduğunu tanı Əgər dərinə getmək istəyirsənsə, pajalista gedək dərinə. baxaq görək kimin ayaqları göydə qalacaq.

Ссылка на комментарий
Поделиться на других сайтах

FORSİNKANIN ifaşası davam edir.(2)

 

 

مسائل اللغة والصرف المسألة الأولى حول كلمة " الأرض " الأرض: كرة مظلمة مركبة من الجواهر الفردة، مؤنثة جمعها أروض وآراض وأرضون وأراض... وكل ما سفل فهو أرض، يقال: من أطاعني كنت له أرضا، يراد به التواضع
 
Forsinkanın tərcüməsi :
 
“Dilçilik və sərf məsələləri:
Birinci məsələ - “əl-ard” (yer) kəliməsi barədə:
“Əl-ard” (yer): tək cövhərlərdən təşkil olunmuş qaranlıq bir kürədir. Müənnəs (qadın cinsində olan) isimdir. Cəmi “arud”, “arad”, “aradun və “ərad”dır... (Yuxarıdan) aşağıya düşən hər bir şeyə “ard” deyilir. Ərəblər deyirlər: “Kim mənə itaət etsə, onun üçün ard olaram.” Bununla, təvazökar olmağı nəzərdə tuturlar.”
 
Qardaşın tərcüməsi
"Lüğət və morfologiya məsələləri. 
“Ərd” kəliməsi barəsində birinci məsələ:
“Ərd” (kəlimənin cinsi etibarı ilə) müənnəs və (kəmiyyəti baxımından isə) cəmi  “Urudun”, “Aradun”, “Ardunə” və “Əradin” (olan),  vahid materiyalardan quraşdırılmış, qaranlıq bir kürə(demək)dir. Altda olan nə varsa,(və ya bir şeyin ən yuxarısından ən aşağısına nə düşərsə,) o, “ərd”-dir, (hətta ərəblərdə  ) onun  ilə təvəzükarlıq murad edilən “kim mənə itaət edərsə, onun üçün (ayağının altında basdığı) yer olaram”,- ( ibarəsi də) deyilir".
 
Forsinkanın bəzi "kiçik"(!) xətaları.
1)مؤنثة sözü özündən öncəki cümlənin sifəti olduğu halda, forsinka bunu nəzərə almayıb və sifətdən müstəqil bir cümlə düzəldib.
2)جمعها sözü və bu sözdən sonra gələn qism nöqtələrə qədər olan qism özündən öncəki cümlənin sifəti olduğu halda, forsinka bunu gözdən qaçırmış. Mən deyərdim ki, nəyin ki, gözdən qaçırmış, heç bundan xəbəri olmayıb belə. Forsinki ikinci müstəqil cümlə qurmuş və جمعها sözünü 3-cü növ təyini söz birləşməsinin ikinci tərəfi kimi göstərib onu mübtəda yerində işlətmiş. 
3)ما سفل ilə başlayan cümlə şərt cümləsi olduğu halda, forsinka bu cümləni sila cümləsi kimi tərcümə etmiş . 
Adam gərək nə qədər naturalni uzunqulaq olsun ki, şərt cümləsini sila cümləsi kimi tərcümə etsin. Olmayan ağlıva tüpürüm sənin. Öz tərcümələri səhvlər ilə dolu olduğu halda, sizcə, belə uzunqulaqların başqalarından səhv tutmağa haqqı çatırmı?
Изменено пользователем anti-rafa
Ссылка на комментарий
Поделиться на других сайтах

FORSİNKANIN ifşası davam edir.(3)

 

 

والذي يهمنا أن الأرض هل هي واحد بالشخص وهي الكرة المسكونة الحاضرة، أم هي موضوع للمعنى الأعم
 
FORSİNKANIN tərcüməsi 
“Bizi maraqlandıran budur ki, görəsən “əl-ard” bir yerin – hal-hazırda sakini olduğumuz bu kürənin adıdır, yoxsa, bu söz daha geniş mənaya üçün nəzərdə tutulub?”
 
Qardaşın tərcüməsi:
 
Bizi maraqlandıran (budur ki) ərd (kəliməsi) hazırki, (üzərində) məskunlaşılmış kürə olduğu halda, o , şəxsən bir(varlıqdır)dir, yoxsa o, ən ümümi (əhatəli) məna üçün (Allah tərəfindən lüğətə) qoyulmuşdur.
 
Forsinkanın bəzi "kiçik"(!) səhvlər.
1)وهي الكرة -dan sonra gələn hal cümləsi olduğu halda, bunu əlavə kimi götürüb.
 
2)الأعم kəliməsi sifətin üstünlük dərəcəsində olduğu halda, forsinka onu sifətin muqayisəli formasında tərcümə edib . Bu elementar bir şeydir, amma forsinka bunu bilmir.
Ссылка на комментарий
Поделиться на других сайтах

FORSİNKANIN ifaşası davam edir.(4)

 

أقول : إن الفلك هو المحيط بالارض الدائر عليها وفيه الشمس والقمر وسائر النجوم ، والارض في وسطه بمنزلة النقطة في وسط الدائرة ، وهذا مذهب أبي القاسم البلخي وجماعة كثير ة من أهل التوحيد ، ومذهب أكثر القدماء والمنجمين وقد خالف فيه جماعة من بصرية المعتزلة وغيرهم من أهل النحل .
 
Forsinkanın tərcüməsi
 
“Deyirəm: fələk1 Yeri dairə şəklində əhatə etmişdir. Orada günəş, ay və digər ulduzlar vardır. Yer fələyin ortasında dairənin ortasındakı nöqtə kimidir. Əbul-Qasim əl-Bəlxinin və tövhid əhlindən olan çoxlu şəxslərin, habelə, qədim alimlərin və münəccimlərin (astronomların) əksəriyyətinin fikri budur. Bəsrə mötəzililərindən və digər məzhəblərdən olan bir dəstə şəxs isə bu barədə fərqli fikir söyləmişlər.” 
 
Qardaşın tərcüməsi:
 
Deyirəm: “ Fələk, özündə günəş, ay və sair ulduzlar qərar tutduğu və Yer (isə) onun mərkəzində, dairənin mərkəzindəki nöqtə kimi olduğu  halda, yeri əhatə edən və onu dövrəyə alan(varlıq)dır. Bu, mötəzilə (əqidəli) Bəsrəlilərdən bir dəstə və onlardan başqa digər firqələrdən olanlar buna (bu görüşə) müxalif olduğu halda, Əbu’ l-Qasim  əl-Bəlxinin və monteistlərdən bir çoxunun məzhəbidir və qədim alimlərin və münəccimlərin əksəriyyətinin məzhəbidir".
 
Forsinkanın bəzi "kiçik"(!) xətalar.
1) الدائر عليها həmcins xəbər olduğu halda, forsinka onu tərzi hərəkət zərfi kimi tərcümə edir. Deməli, bu adamın başı qarnı kimi işləyir.
2) وفيه الشمس hal cümləsidir, amma forsinka müstəqil cümlə kimi bunu tərcümə edib və hal cümləsi kimi verməyib.
3)والارض في وسطه ikinci hal cümləsidir , amma forsinka yenə də bunu halı cümləsi kimi tərcümə etməyib.
4) وقد خالف فيه hal cümləsidir, amma Forsinka üçün müstəqil bir cümlədir.
Изменено пользователем anti-rafa
Ссылка на комментарий
Поделиться на других сайтах

ne ucun öemeg o saytlara muraciet etmirsiniz.? qorxursunuz ki, cavabini layiqince alarsiniz?men erebce bilmirem ve sizi de basha lushmurem. basha dushduyum odur ki, siz vehabisiniz ve onu da tebliq edirsiniz. ancaq bilin ki, kokunu qeyri muselmanlarin yaratdiqinin islama ziyani var.

Ссылка на комментарий
Поделиться на других сайтах

ne ucun öemeg o saytlara muraciet etmirsiniz.? qorxursunuz ki, cavabini layiqince alarsiniz?men erebce bilmirem ve sizi de basha lushmurem. basha dushduyum odur ki, siz vehabisiniz ve onu da tebliq edirsiniz. ancaq bilin ki, kokunu qeyri muselmanlarin yaratdiqinin islama ziyani var.

 

Nə qorxmaq? Qorxan olsaydıq, niyə aşkara yazırdıq bunu? Forsinkanın özünə də face-də bu yazını yollamışıq.Bizi  blok edib çıxdı  aradan.

Ссылка на комментарий
Поделиться на других сайтах

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Гость
Ответить в тему...

×   Вы вставили отформатированное содержимое.   Удалить форматирование

  Only 75 emoji are allowed.

×   Ваша ссылка была автоматически встроена.   Отобразить как ссылку

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

Загрузка...
×
×
  • Создать...