перелистал все 85 страниц, чтоб найти HBS.
Bayram idi, gecəquşu oxurdu,Adaxlı qız bəy corabın toxurdu,Hər kəs şalın bir bacadan soxurdu,Ay nə gözəl qaydadı şal sallamaq,Bəy şalına bayramlığın bağlamaq.Şal istədim mən də evdə ağladım,Bir şal alıb tez belimə bağladım,Qulamgilə qaçdım, şalı salladım,Fatma xala mənə corab bağladı,Xan nənəmi yada salıb ağladı.Bayram olub, qızıl palçıq əzərlər,Naqqış vurub, otaqları bəzərlər,Taxçalara dizmələri dizərlərQız-gəlinin fındıqçası, hənası,Həvəslənər anası, qaynanası.