Продолжаем (теперь уже касательно самого раздела совместно нажитого):
7. В каких случаях имущество может быть поделено непоровну:
6.25.Ailə qanunvericiliyi ər-arvadın ümumi əmlakının bölünməsi zamanı bu payları bərabər hesab etməklə yanaşı, payların qeyri-bərabər bölünməsinə əsas verən halları da müəyyən etmişdir. Belə ki, məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan birinin üzrsüz səbəbdən gəlir əldə etmədiyini və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyini nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər (Ailə Məcəlləsinin 37.2-ci maddəsi).
6.26.İstinad olunan maddənin mənası baxımından sadəcə yetkinlik yaşına çatmayan uşaqların ayrı yaşayan valideynlərdən birinin himayəsində qalması məhkəmələr tərəfindən bu normadan çıxış edərək, ümumi əmlakın qeyri-bərabər bölünməsi üçün əsas ola bilməz. Ümumi əmlakın bölünməsi zamanı birbaşa və ya dolayısı ilə məhz yetkinlik yaşına çatmayan uşaqların mənafeyinə xidmət edən xüsusi hallar nəzərə alınmalı və bu əsasla ümumi əmlakdakı payların qeyri-bərabər bölünməsi zamanı hər bir halda yetkinlik yaşına çatmayan uşaqların mənafeyinin bunu tələb etdiyi məhkəmə tərəfindən əsaslandırılmalıdır.
6.27.Məhkəmələr nəzərə almalıdırlar ki, ər-arvadın əmlakının qeyri-bərabər bölünməsinə imkan verən uşaqların mənafeləri sırasına əsasən uşaqların sağlamlıq vəziyyətindən doğan, xüsusi qabiliyyətlərinin həyata keçirilməsinə təsir edən və ya qanunvericiliyə əsasən çoxuşaqlı ailələr üçün verilən sosial təminatlardan istifadə edən ailələrdə uşaqların həyat şəraitinin, məişət rejiminin, sosial-iqtisadi mühitin qorunub saxlanması zərurəti kimi müstəsna hallar aid edilir.
6.28.Bu baxımdan misal üçün, tərəflərin ümumi əmlakı iki mənzildən ibarətdirsə, ümumi əmlakın bölünməsi zamanı məhkəmə valideynlərdən birinin əmlakdakı payını himayəsində saxlanılan uşaqların mənafeyini nəzərə alaraq, daha artıq müəyyən edə və həmin paya mütənasib olaraq sahəsi nisbətən daha geniş olan və ya otaqlarının sayı çox olan mənzili həmin tərəfə, sahəsi və ya otaqlarının sayı daha az olan mənzili qarşı tərəfə verə bilər. Yaxud ümumi əmlak iki avtomobildən ibarətdirsə, məhkəmə çoxuşaqlı ailədə 13 ər-arvadın paylarını qeyri-bərabər bölə və həmin paya uyğun olaraq, daha çox oturacaq yeri olan avtomobili uşaqlar yanında saxlanılan tərəfə verə bilər.
6.29.Bölgü zamanı hər bir halda mütənasiblik nəzərə alınmalı, bu cür bölgünün məqsədinin ərin (arvadın) daha çox əmlak əldə etməsi deyil, uşaqların üstün mənafelərinin təmin edilməsi olduğu daim diqqətdə saxlanılmalıdır. Tərəflərin ümumi mülkiyyətində daha artıq sayda əmlak varsa, yetkinlik yaşına çatmayan uşaqların ayrı yaşayan valideynlərdən birinin himayəsində qalmasına istinadla ümumi əmlak üzərində tərəflərin paylarının qeyri-bərabər müəyyən edilməsi Ailə Məcəlləsinin 37.2-ci maddəsinin yuxarıda ifadə edilmiş məqsədlərinə xidmət etmir.
6.30.Qanunverici ümumi əmlakın qeyri-bərabər bölünməsinə əsas ola biləcək ərin (arvadın) diqqətəlayiq mənafelərinin dairəsini konkret müəyyən etməmiş, hansı xüsusatların bu kateqoriyaya aid edilməsinin mümkünlüyünü hər bir konkret işin hallarından asılı olaraq məhkəmənin mülahizəsinə buraxmışdır. Bununla belə həmin əsaslar sırasında ər-arvaddan birinin üzrsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi halları xüsusi vurğulamışdır.
6.33.Nəzərə alınmalıdır ki, ər-arvaddan birinin gəlir əldə etməməsi o halda əmlakın qeyri-bərabər bölünməsinə əsas verə bilər ki, ər və ya arvad heç bir üzrlü səbəb olmadan ailənin rifahı üçün birgə fəaliyyətdə iştirak etməkdən yayınmış olsun. Ailə Məcəlləsinin 32.3-cü maddəsinə əsasən nikah dövründə gəlir gətirən hər hansı fəaliyyətlə məşğul olmasa da, ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olan, yaxud müstəqil qazancının olmaması digər üzrlü səbəblərlə (o cümlədən sağlamlıq vəziyyəti ilə) bağlı olan ər (arvad) da ümumi əmlak üzərində bərabər pay hüququna malikdir.
6.34.Ailə Məcəlləsinin 37.2-ci maddəsində ər-arvadın ümumi əmlakının qeyribərabər bölünməsinin digər əsası kimi birgə mülkiyyətin ailənin mənafeyinə zidd olaraq sərf edilməsi halı nəzərdə tutulmuşdur. Ərin (arvadın) ümumi əmlakı birbaşa və ya dolayısı ilə ailə ehtiyaclarına aid olmayan şəxsi məqsədlərinə, zərərli vərdişlərə sərf etməklə və ya ailə qanunvericiliyində müəyyən edilmiş vəzifə və ailədə davranış qaydalarına zidd davranaraq, ümumi əmlakın digər şəkildə əhəmiyyətli azalmasına səbəb olması birgə mülkiyyətinin bölünməsi zamanı payların qeyri-bərabər müəyyən olunması üçün əsas ola bilər.