Перейти к содержимому

ABDULAZİZ222

Members
  • Публикации

    100
  • Зарегистрирован

  • Посещение

Все публикации пользователя ABDULAZİZ222

  1. Əs salamu aləykə. Əvvələ Ey hörmətli Abad, üləmalar tərəfindən verilən fitvalar ümumi hökm üçündür, Lakin siz onu xüsusiləşdirib xüsusi hökm ilə hökm verir siz. Buda böyük bir xətadır. Allah sizə hidayət versin. Amin. Mə əs salam.
  2. Bunu da qeyd edim ki, müşriklər bütlərini çağırmaq ilə onlara belə ibadət edirdilər. Lakin müşriklər Allahın tək vahid olduğunu qəbul edərək Allaha ibadət edib çağırırdılar. Uca Allah Quran Kərimdə bu haqda belə buyurur: “Müşriklər gəmiyə mindikləri zaman ancaq Allaha dua edərlər. Sağ-salamat quruya çıxdıqları zaman yenə də (Allaha) şərik qoşarlar». (əl-Ənkəbut 65). Müşriklərin şərik qoşduqları bütləri isə yalnız Allah dərgahında şəfaət versin deyə onları çağırırdılar. Uca Allah Quran Kərimdə bu haqda belə buyurur: “Onların dua etdikləri and tanrıların özlərindən hər hansı biri (Allah dərgahına) daha yaxın olsun deyə, Rəbbinə vəsilə axtarırlar, Onun rəhmətini umurlar, əzabından qorxurlar. Həqiqətən, Rəbbinin əzabı qorxuludur!” (İsra, 57). Hörmətli əziz “al-Fath” qardaşım sən iddia edirsən ki, peyğəmbər (ə) bizi eşidir və dəlil olaraq deyirsən ki, Allah rəsuluna (s.ə.s) salam göndərərkən salamı alır. Mən sənə cavab olaraq deyirəm ki, Peyğəmbərə (ə) mələklər salamı çatırırlar. Çünki Allah rəsulu (s.ə.s) belə buyurmuşdur: "Həqiqətən, Allahın yer üzünü səyahət edən mələkləri vardır ki, onlar ümmətimin salamını mənə çatdırırlar". (Nəsai, Cuma 5, (3, 91, 92) № 1357). “Həqiqətən, Allah və Onun mələkləri Peyğəmbərə salavat göndərirlər. Ey iman gətirənlər! Siz də ona salavat göndərib (onun üçün salavat deyib) layiqincə salamlayın!” (Әhzab, 56). Lakin Quran Kərimdə və yaxud heç bir hədisdə gəlməyib ki, mələklər peyğəmbərə (s.ə.s) istiğfar üçün duaları çatdıracaqlar. Mə əs salam
  3. Mən də sənin kimilərə deyirəm ki, bəsdir camaata kafir-kafir diyəsiz. Peyğəmbər (s.ə.s) belə buyurdu: “Kim bir müsəlmanı: “Ey kafir!” deyə çağırır vəya ona; “Ey Allahın düşmanı!” deyərsə. O adam da belə deyilsə bu söz söyləyənin özünə dönər.” Və ya “Kim Müsəlman qardaşına kafir deyərsə, o, ikisindən biri kafir olar” (Buxari, Müslim). Bunu da qeyd edim ki, sənin gətirdiyin sitatlar umumi məsələdir. Umumi hökm ilə xüsusi hökm arasında boyük fərq var. Məs salam.
  4. Yaxşı bəs sən kimsən ki, camaatı təkfir edib kafir sayırsan. Əvvələ Alimlər məsul deyirlər xəta edə bilərlər çünki Allah rəsulu (s.ə.s) belə buyurmuşdu: “Alimlər ictihadlarında xəta edərsə 1 savab əgər düz olarlarsa 2 savab qazanarlar” Ey Hörmətli Berq məgər Allah rəsulu (s.ə.s) sağlığında Ruhları vasitə tutub? “Abdullah ibn Məsud (r.a) rəvayət edir ki, Allah rəsulu (s.ə.s) belə buyurdu: “Mömin tənə edən, lənət oxuyan, kobud və əxlaqsız olmaz” (Tirmizi, 1977-ci hədis, Albani səhihləşdirmişdir, “əs-Sahihə”, 320-ci hədis.) Bunuda qeyd edim ki, mən məzhəbçi deyiləl çünki məzhəb bidətdir. Lakin sənin fikrin 100% xavaric fikridir. Çünki sənin için peşən kiminsə qeybətini etməkdir. Məs salam
  5. Rica edirəm hörmətli “Berq” mövzunu əvvəldən oxu sonra isə öz fikrini qeyd et. Bunların hamısına cavab yazmışam. Mə əs salam.
  6. Əvvələ mömin bir şəxs “Əla” ilə yazışmaq və ona bu əməl yaraşmaz. Bəli fərqi var. Çünki Yaqub (ə) diri idi. Sən yalan danışıb “Təqiyyə” edirsən gətir ayəni ki, Yaqub (ə) Allahı qoyub oğlundan şəfa istəyib. Özü də siz yox mən yox bunu Quran ayəsi deyir: “Allahdan başqa heç kəsə dua etməyin!”. (Cinn 18). Yəni Allaha üz tutub çağırdığınız zaman onun ilə yanaşı heç kəsi çağırmayın. Yusifin (ə) köynəyi bir səbəbdir çünki Qurani – Kərimdə digər ayələr bunu çox gözəl açıqlayır. «Xəstələndiyim zaman mənə yalnız O, (Allah) şəfa verir.» (Şuəra 80). Digər ayədə Uca Allah belə buyurur: «Dе ki: «O şəfaət bütünlüylə Allahındır.» (Zumər, 44). Qurandan dəlil gətir ki, Nəbi (s.ə.s) qəbrində bizim üçün Allahdan şəfayət istəyir? Onda sən niyə hər namazında əllərini qaldırıb qunut tutub “Rəbbənə ətinə...” deyirsən? Lakin Namaz özü sırf Allaha olan bir idadətdir. Amma namazın içində isə əllərini qaldırıb qunut tutursan. Bununla da nəticəyə gəlmər olar ki, dua ibadətdir. Yalnız Allahı çağırdığın zaman dua ibadət sayılır. Yəni Allaha dua edərkən heç kəsi onun ilə yanaşı çağıra bilməzsən. Çünki Allahı çağırdığın zaman çağırdığın ibadətdən sayılır. Allah rəsulu da (s.ə.s) deyib ki, xaçpərəstlər necə Hz Məryəmi dua zaman vasitə tuturlarsa sizdə məni rəhmətə gedəndən sonra dualarınızda vasitə tutmayın. Quran ayəsi dəlil gətir ki, Allah onlara şəfa verməyə izn verir. Mə əs salam
  7. Hörmətli “al-Fath” görünür ki, sizin öz məzhəbinizdən xəbəriniz yoxdur. Bovl məsələsi ilə bağlı şiə mərcəyin-təqlidi Fazil Lənkərani “TƏXƏLLİNİN MÜSTƏHƏB VƏ MƏKRUHATI” fəslində belə qeyd edir. “Məsələ: 83 “Ayaq üstə bovl etmək, habelə, bərk torpağın üstünə, heyvanların (həşəratların) yuvasına, suya, xüsusilə axarı olmayan (bir yerə yığılmış) suya bovl etmək məkruhdur.” (Fazil Lənkəraninin "ŞƏRİƏT HÖKMLƏRİNİN İZAHI" səh, 14. M:83). Sizin ağanızın fikrisə əsasən ayaq üstə bovl etmək məkruhdur, yəni caizdir. Rica edirəm əziz qardaş və bacılar mövzudan kənara çıxmayın.
  8. Əs salamu aleykum və rahmətullahi təalə. Əziz qardaş və bacılar bunu da qeyd edim ki, Qamət Süleymanov xəta edə bilər, çünki O, məsum deyil. Hədis şərifdə Allah rəsulu (s.ə.s) belə buyurmuşdur: “Hər bir kəs müsəlmanın eybini gizlədərsə, Uca Allahda onun eybini gizlədər.” (Səhih Müslim, hədis № 2580). Bunu da qeyd edim ki, Qamət Süleymanov deyir ki, Azərbaycan ölkəsi Darul – İslamdır. Bu məsələ ilə bağlı mən onu tam şəkildə dəstəkləyirəm. Lakin lənətullahi aleyhi xavaric sayılan təkfirçilər deyirlər ki, Azərbaycan ölkəsi Darul – Kufurdur. Həmçinin Azərbaycan xalqının camaatının əksəriyyətini kafir hesab edirlər. Bunu da qeyd edim ki, ilk dəfə xavariclər raşidi xəlifəli Osman və Əlini (Allah onların hər ikisindən razı olsun) kafir hesab edərək onları öldürmüşdülər. Hətta xavariclərin şairlərindən biri yazır ki: “Əlini (ə) öldürən şəxs haqq yolunda Əlini (ə) öldürmüşdür, çünki O, bunu Allahın rizasını qazanmaq üçün bunu edib” Görün xavariclər nə etdilər Allah rəsulununun (s.ə.s) cənnət ilə müjdələmiş insanı öldürdülər. Xavariclər kimə qarşı çıxdılar? Ölkə rəhbərlərinə qarşı çıxdılar. İndi isə tarix təkrarlanır. Bunu da qeyd edim ki, 4 məzhəbin imamları nə də sələfin salehin gedən insanların yolları heç biri hökumət başçısına qarşı çıxmamışdır. “Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar (əmr) sahiblərinə itaət edin! Əgər bir iş barəsində mübahisə etsəniz, Allaha və qiyamət gününə inanırsınızsa, onu Allaha və Peyğəmbərə həvalə edin! Bu daha xeyirli və nəticə etibarilə daha yaxşıdır.” (Nisa, 59). Fudeyl ibn İyad (rahiməhullahi təalə) belə demişdir: “Əgər mənim qəbul olunması bir duam olsa idi, o duanı rəhbərlər üçün edərdim.” (Əbu Nueym. “əl-Hilyə” 8\91). Mən onlar üçün dua edirəm “Allahumə əslih vulətəl müslimin” Tərc – “Allahım müsəlman rəhbərlərini islah et” Mə əs salam.
  9. Buda hədisin şərhi buyur bax; Hadîsin oturarak işemeğe delâleti evlâ tarîkiyledir. Çünkü ayakla dike-lerek işeme caiz olunca, oturarak işemek daha çok caizdir (Aynî). Buhârî, ayakta işemeği babın hadîsiyle isbât etti. Oturarak işemeği de evlâ tarîkıyle isbât etti. Sarihler de hükmü böyle takrir eltiler. Bana göre müellifin babı bağlamaktan maksadı, sırf ayakta işemenin cevazını isbât değildir. Sanki o: Ayakta işemek de caiz olur, işemenin cevazı yalnız oturmak hâline münhasır olmaz demiştir (Şâh Veliyyuliah). (Mehmed Sofuoğlu, Sahih-i Buhari ve Tercemesi, Ötüken Yayınları:1/351.) Əvvələ sən mənə haqsız yerə band qoymağuva görə səni Allaha həvalə edirəm. Sən Quran ayələrini özün istəyən kimi tərcümə edib yozursan. Ayə isə belədir. “(Müşriklər) bəlkə, özlərinə bir yardım oluna deyə, Allahdan başqa tanrılar (bütlər) qəbul etdilər.” (Yasin, 74) Bu ayə ilə bağlı İmam Qurtubi belə izah edir: “Müşriklər heç bir güc qüvvətinə malik olmayan uydurma tanrılarını çağırırdılar. (İmam Qurtubi, əl-Cəmiuli-Əhkam, 14-cü cild, səhifə 437). Sən yenə Quran ayələrini təhrif edirsən buyur sizin Vasif Məmmədəliyev tərcüməsi: “(Müşriklər qiyamət günü) onlar üçün şəfaət diləsinlər deyə, Allahdan başqa tanrılar qəbul etdilər. (Məryəm, 81). Bu ayədə işlənilən “İzzən” kəlməsi “köməkçilər” mənasını verir və yaxud “Axirətdə şəfaətçilər” mənası da deməkdir. Bununla da qeyd olmur ki, müşriklər bütləri onlar üçün şəfaət diləsinlər deyə, Allahdan başqa tanrılar qəbul etdirdilər. Yaxşı bəs Nuh (ə) və ya Allah rəsulu (s.ə.s) müşriklərə nəyi etiraz edirdi? Yalançı özünsən. Bunu da qeyd edim ki, sizin əqidənizdə yalan danışmaq var özü də “Təqiyyə” Bunu məndən sən yaxşı bilirsən sənin haqqında müdiriyyətə şikayət edəcəyəm. Buyur bax “Göylərdə neçə-neçə mələklər vardır ki, onların şəfaəti heç bir fayda verməz.” (ən-Nəcm, 26). Bu məsələ ilə bağlı İmam Qurtubi belə şərh verir: “Allahın mələklərini və yaxud bütləri çağırıb mənim üçün bunlar Allaha daha yaxın deyə iddia edən kimsələrə bir xəbər verməkdir. (İmam Qurtubi, əl-Cəmiuli-Əhkam, 16-cı cild, səhifə 462-463). Lakin ibn Cərir ət-Təbəri belə şərh verir: “Uca Allah bu ayədə qeyd edir ki, bütə dua edib çağıranlar və “Biz bunlara sadəcə bizi Allaha yaxınlaşdırsın deyə dua edirik” deyən müşrikləri qınayır. Çünki özünə çox yaxın olan mələklərin Allahın izni olmadan şəfaətçi olmaqları heç bir fayda verməz qeyd olunur. Bununla da müşriklərin Allaha orta qoşulan bütlərinə dua edib çağırmaqlarının heç bir fayda verməyəcəyini Uca Allah xəbər verməkdədir.” (Ət-Təbəri Təfsiri, 8-ci cild, 45, səhifə). Əvvələ Yaqubun (ə) oğlanları Yaquba (ə) müraciət edən zaman Yaqub (ə) sağ idi rəhmətə də getməmişdir. Əgər dünyadan köçmüş insandırsa bu şirk hesab olunur. Bu haqda da sizə məlumat vermişəm. Lakin əgər diri insandırsa ondan Allahın qadir olduğu şeylərdən nə isə istəmək bu da şirkdir. Bunu da qeyd edim ki, “Fath” qardaş diri insanlar bir-birləri ilə müraciət edib çağıran zaman bu şirk hesab olunmur. Məsələn hörmətli “al-Fath” qardaş mən sənə müraciət edib deyirəm ki: “Ey Fath əllərini mənim üçün qalxızıb Allahı çağır” bu şirk deyil. Çünki sən əllərini qaldırmağa qadirsən. Lakin mən səndən Allah qadir olduğu şeylərdə nə isə istəsən bu artıq şirkdir. Sən "al-Fath" qardaş mənə haqsız yerə band qoymağuva görə sənin haqqında müdiriyyətə şikayət edəcəyəm. Mə əs salam.
  10. Hörmətli “Volk” siz niyə görə fiqhi məsələni əqidə məsələsi ilə eyni tutusuz ? Məgər hədislər də qeyd olnub ki, Peyğəmbərlər (ə) sağlıqları zaman dualarında Mələkləri və ya ruhları vasitə tutublar? Bu forumda tamaşaçılar üçün Quran ayəsi dəlil gətir ki, Allahın göndərdiyi elçilər dualarında Mələkləri və ölüləri vasitə tutublar. Mən neyliyim ki, sizin qəlbiniz möhürlənib. “Allah onların ürəyinə və qulağına möhür vurmuşdur. Gözlərində də pərdə vardır. Onları böyük bir əzab gözləyir! (Bəqərə, 7). Bu mövzu ilə əlaqədar Qamətin nə aidiyyəti var. Rica edirəm Forum iştirakçılardan təvəssül mövzudan kənara çıxmasınlar.
  11. Siz iddia edir siz ki: “Biz (yəni şiələr) İmamları müstəqil olaraq Allaha dua edən zamanı çağırmırıq. Lakin müşriklər bizdən fərqli olaraq öz bütlərini müstəqil olaraq çağırırdılar. Yəni Allahdan asılı olmayaraq müstəqil formasında bütə dua edib çağırırdılar." Cavab: Əvvələ bunu da qeyd edim ki, müşriklər öz bütlərini müstəqil olaraq çağırmırdılar. Çünki Məkkə müşrikləri bilirdilər ki, hər bir şeyi yoxdan var edən, ruzi verən, öldürən, dirildən, tədbir edən Uca və böyük Allahdır. Uca Allah bu haqda Quran Kərim də belə buyurur: «De ki, sizə göylərdən və yerdən ruzi verən kimdir, qulaqlara və gözlərə sahib olan kimdir, ölüdən diri, diridən ölü çıxaran kimdir, hər işi düzüb qoşan səhmana salan kimdir. Onlar Allahdır deyəcəklər. Bəs onda Allahdan qorxmursunuz? O, sizin həqiqi Rəbbiniz olan Allahdır. Haqdan sonra ancaq azmaq gəlir. Elə isə necə üz döndərirsiniz?». (Yunis 31-32). «De ki, əgər bilirsinizsə bu yer və yer üzərində olanlar kimindir? Onlar mütləq Allahındır. Sən de ki, bəs elə isə düşünmürsüz. De ki, yeddi göyün Rəbbi və böyük əzəmətli ərşin sahibi kimdir? Müşriklər «mütləq Allahındır» deyə cavab verəcəklər. Onda sən de ki, bəs elə isə qorxmursunuz?. De ki, əgər bilirsinizsə hər şeyin hökmü əlində olan, himayə edən, amma özünün himayəyə ehtiyacı olmayan kimdir? Onlar Allahındır deyə cavab verəcəklər. Bəs elə isə nə üçün qaçırsınız?». (əl-Muminun 84-89). Müşriklər gəmiyə mindikləri zaman ancaq Allaha dua edərlər. Sağ-salamat quruya çıxdıqları zaman yenə də (Allaha) şərik qoşarlar». (əl-Ənkəbut 65).
  12. Sənin sualına kifayət qədər cavab yazmışam. Allah sənə hidayət versin. Amin.
  13. Sən danışırsan. Hamı səni bir də bu forumda yalançı olduğuna şahid oldular. Çünki Əgər sən haqq yolunda olduğunu özünü bilirsənsə bu tamaşaçılara bu forumda Quran ayəsi dəlil gətir ki, Allahın göndərdiyi elçilər dualarında ölüləri vasitə tutublar. Əvvələ «Təvəssül» sözünün ərəb dilində mənası: «istənilənə yaxınlaşmaq, ona istəklə çatmaq» mənasını verir. Müşriklər Allaha yaxınlaşmaq üçün büt olan əməl saleh bəndələri çağırırdılar. Uca Allah bu haqda Quran Kərim də belə buyurur: “Allahdan savayı çağırdıqlarınız da sizin kimi (insan olaraq) bəndələrdir . Əgər doğru deyirsinizsə, çağırın onları, sizə cavab versinlər.” (Əraf, 194). “Ondan savayı çağırdıqlarınız nə sizə yardım edə bilər, nə də özlərinə köməkçi ola bilərlər.” (Əraf, 197). “De: "Allahdan başqa dua etdiklərinizə ibadət etmək mənə qadağan edilmişdir". (Ənam, 56). Uca Allah yalnız ona dua etməyi əmr edir. "De: "Mən yalnız öz Rəbbimə dua edirəm və kimisə Ona şərik qoşmuram!" (Cinn 20). “Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik!” (Fatihə, 5). Hörmətli “nardarani” sənin etdiyin vəsilə müşriklərin etdiyi vəsiləsindən heç bir fərqi yoxdur. Uca Allah bu haqda Quran Kərim də belə buyurur: “Onların dua etdikləri and tanrıların özlərindən hər hansı biri (Allah dərgahına) daha yaxın olsun deyə, Rəbbinə vəsilə axtarırlar, Onun rəhmətini umurlar, əzabından qorxurlar. Həqiqətən, Rəbbinin əzabı qorxuludur!” (İsra, 57). Sən nə gic-gic şeylər yazırsan Allah rəsuluna (s.ə.s) böhtan atıb, hələ üstəlik Nəuzu-Biləh yazırsan Allahdan qorx. “bovl” nədir.
  14. Şiələrin 21-ci əsrin müctəhidi Ayətullahil-üzma Fazil Lənkərani “Haizin hökmləri fəslində”qeyd edir: “Heyz halında olan qadına arxadan yaxınlıq etməyin kəffarəsi (Yəni Allah qarşısında günahı bağışlanması üçün edəcəyi əməl) yoxdur.” (Fazil Lənkəraninin "ŞƏRİƏT HÖKMLƏRİNİN İZAHI" səh.58,M:454). Halbuki Allah və Rəsulu (s.ə.s) Lutun (ə) qövmünə və Lut qövmünün etdiyi işi edənləri lənət edib. Şübhəsiz ki, şiələrin bu məsələ ilə bağlı gələn rəvayətlərə Quranı Kərimə müxalifdir, çünki Allah – sübhanəhu və təala belə buyurur: “(Ya Rəsulum!) Səndən heyz (aybaşı) barəsində sual edənlərə söylə: “Heyz əziyyətli bir haldır. Heyz zamanı qadınlardan kənar olun, (heyzdən) təmizlənməyənə qədər onlarla yaxınlıq etməyin, (Bəqərə 222). Əgər cinsi əlaqəyə arxadan icazə verilsəydi Allah – sübhanəhu və təala buyurardı ki: “Heyz vaxtı qadınlar ilə arxadan cinsi əlaqəyə yaxınlaşın”. Lakin Uca Allah tam əksinə olaraq “Heyz zamanı qadınlardan kənar olun” deyə buyurur. Təbiidir ki, qadın ilə cinsi əlaqə arxadan yaxınlıq etmək qadağandır. Allah – sübhanəhu və təala sonradan izah edir ki, kişi öz qadınınla necə yaxınlıq edə bilər. Uca Allah belə buyurur: “Təmizləndikdən sonra isə Allahın sizə əmr etdiyi yerdən (buyurduğu qayda üzrə) onlara yaxınlaşın!” (Bəqərə 222). Allah – sübhanəhu və təala əkin yəni uşaqlıq yolu ilə yaxınlaşmağı əmr edir: “Qadınlarınız sizin (övlad əkdiyiniz) tarlanızdır. İstədiyiniz vaxtda öz tarlanıza yaxınlaşın.” (Bəqərə 223). Tarla – sözünün mənası “övlad əkdiyiniz” yəni dünyaya doğulan uşaqlıq yeridir. Mə əs salam.
  15. ABDULAZİZ222

    Gedir Xum

    Əziz “Volk” sənə təşəkkür edirəm. Sual: Cəfəri Sadiq (ə) kimə istinadən bu xəbəri qeyd edirdi. Yəni Cəfəri Sadiq (ə) kimdən bu xəbəri eşitmişdir. Rica edirəm əgər bilirsənsə mənbəni qeyd et.
  16. Əvvələ sənin gətirdiyin təvəssul barəsində hekayət məsəl üçün Malik əd-Dar'dan və ya başqalarından nə Səhih Buxaridə nə də Səhih Müslimdə qeyd olunmayıb. Bunu da qeyd edim ki, Buxari ilə Müslim yalnız səhih hədisləri toplayıblar. Lakin qalan Muhəddislər qeyd ediblər ki, biz yalnız eşitdiklərimi qeyd edəcəyik. Görünür kimin əqidəsində Sahabələri takib edən kimdir. Hamıya məlumdur ki, Allah rəsulu (s.ə.s) müşriklər ilə mübarizə .rıb. Müşriklərin əməlləri isə Allahdan qeyrisinə dua edib çağırmaq idi. Bunu görən Allah rəsulu (s.ə.s) belə buyurmuşdur: “Mənim qəbrimi büt kimi ibadətgaha çevirməyin.” (Biharul-ənvar. 79 cild, səhifə 20, həmçinin 80 cild, səhifə 313). Yəni müşriklər necə ki, Vəddi, Suvaı, Yəğusu, Yəuqu və Nəsri kimi ölüləri çağırırdılarsa mənim də qəbrimi büt kimi ibadət edilən yerə çevirməyin. Yəni mənim vəfatımdan sonra məni dua edilən zaman çağırmayın. Əziz “Nardarani” qardaşım Quran ayəsi dəlil gətir ki, Allahın göndərdiyi elçilər dualarında ölüləri vasitə tutublar. Bu forumda tamaşaçılar şahiddir ki, təvəssul mövzusunda kim acizdir.
  17. Mənim üçün Hüccət Allah və Rəsuludur. Mənə yalnız Səhih Buxaridən və yaxud Səhih Müslimdən dəlil gətir ki, Sahabələr Peyğəmbərin (s) qəbri ilə təvəssul ediblər. Sənin nə qədər yalançı olduğu bu forumda tamaşaçılar şahid oldular. Bu hədis yəqin ki, sənə kifayət edər “Əta İbn Yəsir (r.a) rəvayət edir ki, Allah rəsulunun (s.ə.s) belə dua etdiyini eşitdim: “Allahım mənim qəbrimi ibadət edilən bütə çevirmə! Peyğəmbərlərin qəbirlərini məscid halına gətirəm ümmətə Allahın qəzəbi şiddətli olar”. (İmam Malik, Muvatta; Qəsr-us-Səlat, 85). Bunu da qeyd edim ki, İslam ümməti üçün ən gözəl nümunə əziz "Nardarani" qardaş Allah rəsuludur (s.ə.s). Lakin Allah rəsulu (s.ə.s) dualarında heç bir ölünü və yaxud ruhları vasitə tutmayıb. Bunu başa duş «Peyğəmbər sizə nə verirsə onu götürün, nəyi qadağan edirsə ondan əl çəkin. Allahdan qorxun. Həqiqətən Allahın cəzası çox şüddətlidir». (əl-Həşr 7). «Bu, Mənim doğru yolumdur, onu tutub gedin. Başqa yollara uymayın. Çünki, o yollar sizi Allahın yolundan uzaqlaşdırar. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə pis əməllərdən çəkinəsiniz.» (Ənam, 153). «De ki: «Əgər Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızın üstünü örtüb sizi bağışlasın. Allah bağışlayan və mərhəmətlidir». (Ali İmran 31). «Peyğəmbərə itaət edən şəxs – Allaha itaət etmiş olur. Kim üz döndərsə bil ki, biz səni onların üzərində gözətçi göndərmədik». (ən- Nisa 80).
  18. Ümumi razılaşmır fikir var ki, əgər hədis Quran ilə uyğun gəlirsə o hədisi götürün. Lakin əgər Quran ilə uyğun gəmirsə o hədisə etibar etmək olmaz. Amma Malik əd-Dar'dan, gələn hədis Quran Kərimə müxalifdir. Çünki Quran ayəsinə görə Allahdan bağışlanma istəyin. Allah da sizə yağışı nəsib edər. Uca belə buyurur: “Mən dedim: “Rəbbinizdən bağışlanmağınızı diləyin. Çünki O, çox bağışlayandır! O, sizin üzərinizə bol-bol yağış göndərər. ” (Nuh, 10-11). Bunu da qeyd edim ki, Quranda qeyd olunmayıb ki, qıtlıq olduğu zaman gedin Peyğəmbərin (ə) qəbri ilə vasitə axtarın. Mə əs salam
  19. ABDULAZİZ222

    Gedir Xum

    Mənə maidə 67-yox. Qədir-xum günündə Allah rəsulunun (s) belə buyurduğunu: “Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır.” Qeyd etməsi şiə mənbələrdə hansı İmam bunu rəvayət edir. Yəni hansı İmamdan (ə) bu rəvayət gəlir. Rica edirəm əgər bilirsə mənbəni qeyd et. Mə əs salam.
  20. Əs salamu aleykum və rahmətullahi təalə. 1) Cavab: Əgər bir şəxs Allahın qadir olduğu şeylərdə həkimdən bunları tələb etsə bu artıq şirk hesab olunur. 2) Cavab: Əgər bir şəxs həkimə xəstələndiyi üçün ondan kömək istəyib müalicə etsən deyə müraciət etsə bu şirk hesab olunmur. Çünki burada həkim səbəbkardır. 3) Cavab: Həkim ölülərdən və yaxud ruhlardan fərqli olaraq o, diridir və o, eşidir, görür, suala-cavab verə bilir və yaxud insanlar onun ilə təmasda ola bilirlər həmçinin həkim xəstəyə diaqnoz qoyub müalicə edib cərrahi əməliyyat etməyə də qadirdir. 4) Sual: Ölülər və yaxud ruhlar diri insan olan həkim kimi suala-cavab verə bilirlər? və ya insanlar onun ilə təmasda ola bilirlər? və yaxud da xəstəyə diaqnoz qoyub müalicə edib cərrahi əməliyyat etməyə qadirdilər?
  21. Mən sizin sualınıza Post #102 də cavab yazmışam.
  22. ABDULAZİZ222

    Gedir Xum

    Konket səhifəsini qeyd et və deyirsən Məhəmməd Baqir (ə) rəvayət edir? Bəlkə Məhəmməd Baqir (ə) Maidə surəsinin 67-ci ayəsindən rəvayət edir. Mənbəni və konkret hansı imamdan rəvayət edilir qeyd et.
  23. Əs-salamu aleykə . 1) Əvvələ hədisdə qeyd olunur ki, Ömər (r.a) peyğəmbərin (s) əmisi sayılan Abbasa (r.a) təvəssul barəsində müraciət edən zaman Abbas (r.a) sağ idi. 2) Sənin bu qədər gətirdiyin hekayətlərin heç biri qəbul olunmaz. Çünki bu hekayətlər mənim üçün Hüccət sayılmaz. 3) Sən de görüm “Nardarani” qardaş Allah rəsulu (s.ə.s) həyatda olarkən dua edən zaman ölüləri və yaxud ruhları vasitə tutub? Ya hə ya da yox. Konkret.
  24. ABDULAZİZ222

    Gedir Xum

    Deyəsən şiə qardaşlardan bir xəbər yoxdur?
  25. Va aləykə salam. Yox bu şirk deyil. Çünki Həkim burada səbəbkardır. Hansı ki, səbəbkar olan həkim ölülərdən və yaxud ruhlardan fərqi olaraq o, diridir və o, eşidir, görür, suala-cavab verə bilir və yaxud insanlar onun ilə təmasda ola bilirlər həmçinin həkim xəstəyə diaqnoz qoyub müalicə edib cərrahi əməliyyat etməyə də qadirdir. Mə əs salam.
×
×
  • Создать...