ABDULAZİZ222
Members-
Публикации
100 -
Зарегистрирован
-
Посещение
Все публикации пользователя ABDULAZİZ222
-
Əs salamu aleykə. Əziz “Nardarani” qardaşım buyur bax: "(Ey Məhəmməd) de: “Mənə bir xəbər verin görüm, sizin Allahdan başqa dua etdikləriniz yer üzündə (yaxud yerdən və ona bənzər şeylərdən) nə yaratmışlar?! Yoxsa onların göylərdə (Allahla) bir şərikliyi var?! Əgər doğru deyirsinizsə, (dediyinizi sübut etmək üçün) mənə bundan (bu Qurandan) əvvəl (Allahdan sizə nazil olmuş) bir kitab, yaxud (əvvəlki peyğəmbərlərdən, ümmətlərdən sizə gəlib çatmış) elmdən qalan bir şey (əsər) gətirin.” (Əhqaf 4). Bədr müharibəsində öldürülən müşriklər bir quyuda basdırıldıqdan sonra Allah Rəsulu (s.ə.v.) onların yanına gəlib bеlə dеdiyi bildirilmişdir: «Еy filankəs oğlu filankəs! Еy filankəs oğlu filankəs! Allah Rəsulunun sizə vеrdiyi sözün haqq olduğunu gördünüzmü? Çünki mən Allahın mənə vеrdiyi sözün haqq olduğunu gördüm». Ömər ibn Хəttab dеdi: “Еy Allahın Rəsulu, ruhsuz cəsədlərləmi danışırsınız? O, bеlə cavab vеrdi: «Söylədiklərimi onlar sizin еşitməyinizdən pis еşitmirlər. Amma onlar (sizdən fərqli olaraq) mənə hеç bir şəkildə cavab vеrə bilməzlər. (Müslim, Səhih-i Müslim, əl-Cənnə və sıfаti nаimihə, Bаb 17, Hədis № 76(2873). Bir ölü, qəbrinin yanında durub onu çağıranı eşitsə belə qiyamətə qədər cavab verə bilməyəcəyi üçün bu ayənin ehtiyacına gəlir: «Allahın yaхınından qiyamət gününə qədər ona cavab vеrə bilməyəcək kimsələri çağırandan daha zəlil kimdir? Halbuki bunlar onların çağırışının fərqində dеyillər» (Əhqaf surəsi - 5). Ərəb dilində “büt” işlənən söz “mən” ( من) kimsə və yaxud kimsələr “ma” (ما) da şey və yaxud şeylər mənasını ifadə edilir. Mən” ( من) “kimsələr” deyiləndə, ruhlar və yaxud ölülər nəzərdə tutulur. Amma “ma” (ما) deyiləndə köməyə çağıran daş, ağac və digər maddələrdən düzəldilmiş büt və heykəllər qeyd olunur. Əhqaf surəsinin 5-ci ayəsində üç yеrdə «mən» ( من) kəlməsi istifadə olunur. Bu kəlmə ərərbcədə şüurlu canlılar üçün istifadə də olunur. Bunu sübut etmək üçün «mən» kəlməsi Quranda şüurlu insanlara da istifadə olunur. Dəlir olaraq bu ayəni qeyd edirəm. Uca Allah belə buyurur: «Allah hər heyvanı (canlını) bir sudan (nütfədən) yaratmışdır. Onların bəzisi qarnı üstə sürünür, bəzisi iki, bəzisi isə dörd ayaq üstündə gəzir. Allah istədiyini yaradır. Həqiqətən, Allah hər şeyə qadirdir!» (Nur surəsi-45) Bu ayədə «bəzisi» dеyə tərcümə еdilən «mən» ( من) kəlməsidir. İki ayağı üzərində gəzən insanların, şüurlu canlılar olduğu qəti olaraq bilindiyi üçün digər canlılara da «mən» ( من) kəlməsi uyğun görülmüşdür. Əhqaf surəsinin 5-ci ayəsində «mən» ( من) deyə tərcümə edilən “kimsələri” kəlməsi dedikdə iki ayağı üzərində gəzən insanların, şüurlu canlılar insan olduğunu mənasını verir. Beləliklə də Əhqaf surəsinin 5-ci ayəsində “kimsələri” kəlməsi əməl-saleh insanlar yəni (övliyalar) İmamların ruhları qeyd olunur. «Allahın yaхınından qiyamət gününə qədər ona cavab vеrə bilməyəcək kimsələri çağırandan daha zəlil kimdir? Halbuki bunlar onların çağırışının fərqində dеyillər» (Əhqaf surəsi - 5).«İnsanlar məhşərə toplanacaqları zaman (qiyamət günü) bunlar (bu bütlər) onlara (müşriklərə) düşmən olacaq və onların ibadətini inkar edəcəklər.» (Əhqaf, 6). Aхirət günü bütlərin, hər birinin canlı bir varlığa dönüb insanlarla birlikdə bir yеrə toplanmayacaqları dəqiqdir. Buna еhtiyac da olmayacaq. Çünki daşın, mеtalın və ya taхtanın Allaha vеrəcək hеç bir hеsabı yoхdur. Əhqaf surəsinin 6-cı ayəsində qeyd olunanlar haqq-hеsaba çəkilə bilən şüurlu varlıqlardır. Bunlar da imamların ruhlarıdır ki, duaları eşitsələr də belə cavab verə bilməzlər. Əs salamu aleykum və rahmətullahi təalə.
-
Bismi-Təala. Əziz "Volk" yenə qeyd edirəm Nur surəsinin 63-cü ayəsində açıqlanan «دُعَا» dua kəlməsi ilə əlaqədar ibn Abbas (r.a) belə qeyd edir: “Məqsəd Allah rəsulunun (s.ə.s) duasını öz duanız kimi hesab etməyin. Onun duası, sizinkilərdən fərqli olaraq, Allah dərgahında mütləq qəbul olunar. Yəni Allah rəsulunun (s.ə.s) sizin üçün bəddua etməyinizə səbəb olmayın. Çünki onun duası qəbul olunan bir duadır. (İmam Qurtubi, əl-Cəmiuli-Əhkamil-Quran, 12-ci cild, səh 494-496). Bunu da qeyd edim ki, Allah rəsulu (s.ə.s) sağ olduğu zaman ayə qəsd olunur.
-
Əs salamu aleykə. Əziz “Nardarani”. Əməl-saleh insanlar öldükdən sonra onları büt, heykəllərinə çevirmişlər. Səbəb budur ki, müşriklər əməl-saleh insanları belə yada salaraq Allaha dua edəcəkləri zaman əməl-saleh insanları ilə vasitə tuturdular. Bununla da bu cür əməllər şirk sayılır. Mə əs salam.
-
İbn Kəsir (Allah ona rəhmət etsin) Nisa surəsinin 64-ci ayəsini təfsirdə qeyd etdiyi ravi: Utbi- Əbi Abdullah Məhəmməd bin Əhməd bin Abdul Əziz əl Utbi. (255 hicri/869)ütüƏl-Utbu Onun tarixçi olması “Tarixi Bağdad“ (2/324), “əl-İbər” (1/413) və “Şəzrat əz-Zəhəb” (2/65) əsərlərində qeyd olunur. Utbidən qeyd olunan hədis sənədində Muhamməd İbn Harb əl-Hilali adlı ravi mövcuddur və o, naməlumdur, tərcüməsidə yoxdur. Şeyx Muhamməd ibn Əhməd ibn Abd əl-Hadi, rahiməhullah, deyir: “Bəzilərinin qeyd etdiyi bu hadisə Utbədən sənədsiz nəql olunmuşdur, bəziləri də bunu Muhamməd bin Harb əl-Hilalidən və bəziləri də Muhamməd bin Harb və Əbul-Həsən əz-Zəfəranidən, və o da, bədəvi ərəbdən rəvayət etmək surəti ilə nəql etmişlər. Beyhəqi “Şuabil-İmən” əsərində qüsurlu bir sənədlə Muhamməd bin Ruh bin Yezid əl-Basridən rəvayət edir, o dedi: Mənə Əbu Hərb əl-Hilali nəql etdi. İrəlidə göstərəcəyimiz kimi, bəzi yalançılar sənədi Əli ibn Əbi Talibə qədər çatdırıblar. Uydurma olaraq, bədəvinin hadisəsini dəlil kimi istifadə etmək yararsızdır, onun sənədi nöqsanlı və müxtəlifdir və sözləri də yalandır.” (Mənbə: “Sarim əl-Mumki fi Nəhr əl-Subki”, səh: 212). Əlavə olaraq sənəddəki Muhamməd ibn Heysəm və Əhməd bin Muhamməd ibn Heysəm ibn Adiy, ravinin oğlu və nəvəsidir və onların da hal tərcüməsi naməlumdur. Ona görə də bu rəvayətin isntinadı səhih deyil. Bu rəvayətin digər sənədi haqqında da hökm eynidir. Sənədində Heysəm İbn Adiy adlı ravi mövcuddur. İmam Buxarı, Yəhya ibn Main və Əbu Davud onun haqqında “yalançı etibarsız”, İmam Nəsai və digərləri isə “munkər əl-hədis” söyləmişdir. (“Mizənul-İtidəl”, 7/111-112, nöm: 9319, “əl-Muğni”, 2/717, “əd-Duafə val-Mətrukin”, 3/179, “əl-Məcruhin”, 3/92, “əl-Cərh va Tədil”, 9/85). Diqqət yetirin Utbidən, gələn belə hədis səhih sayılmaz çünki hədisin özündə qeyd olunan bədəvi ərəbin şəxsi adı bilinmir və bəlli deyil buna görə də bədəvi ərəb naməlum olaraq qalır. Kimliyinin və etibarlılığının dəqiq bilinməməsi səbəbi ilə bu cür hədislər səhih sayılmaz, çünki hədis elmində bilindiyi kimi bu iki şərt bir rəvayətin səhihliyi üçün (bədəvi ərəbin) adı məlum olmalıdır. Bununlada naməlum bədəvi ərəb bizə numunə ola bilməz. İsa (ə) ölüləri dirildirdi və İsa (s) Allah arasında səbəbkar idi. Həmçinin İsa (ə) eşidirdi, görürdü, suala-cavab verə bilirdi və insanlar onun ilə təmasda ola bilirdilər. Necə ki, həkimdə səbəbkardır və ruhlardan O, fərqli olaraq eşidir, görür, suala-cavab verə bilir və yaxud insanlar onun ilə təmasda ola bilirlər həmçinin cərrahi əməliyyat etməyə də qadirdir. Əziz “al-Fath” qardaş demənə görüm: İmamlar həkim kimi insanları cərrahi əməliyyat etməyə də qadirdir və yaxud İmamlar insanlar ilə təmasda ola bilirlər? “Əgər siz onları çağırsanız, onlar sizin duanızı eşitməzlər, eşitsələr də cavab verə bilməzlər. Özləri də Qiyamət günü sizin onlara ibadət etdiyinizi danacaqlar. Heç kəs hər şeydən Xəbərdar olan Allah kimi sənə xəbər verə bilməz.” (Fatir, 14). sən ozündə mənim ilə razılaşıb dedin ki; "sadəcə biz onu eşitmirik. Gəlik hələlik bunu qəbul edək." Təəssüflər olsun ki, Təbatəbainin "Mizən" təfsiri məndə kompüterdadır “İmam” ərəb dilində rəhbər deyilir. Lakin Əli ilə Həsəndən başqa qalanları rəhbər olmayıblar. Hətta Xəlifə olaraq Mə`mun Əbul Həsən ər-Rza Xəlifəliyi təqdim edəndə Lakin O, (Rza) isə Xəlifəlikdən imtina etmişdir. Onlar (İmalarınız) öz zamanlarında böyük alimlər olmuşdular. Nümunə olaraq Əbu Abdullah, Cəfər Sadiq əleyhissalamı göstərmək olar. (Allah onların hamısından razı olsun)
-
Əs salamu aleykə. Əziz “al-Fath” qardaş Təbəri zumər surəsinin 3-cü ayəsi ilə əlaqədar belə qeyd edir: "Ayədə qeyd olunan müşriklərin. “Biz yalnız Allaha yaxınlaşmaq üçün bütlərə ibadət edirik.” Dedikləri açıq aşkardır. Mücahid deyir ki “Qureyş müşriklərinin bütlər üçün dediklərini onlardan qabaq müşriklər mələklərə, Məryəm oğlu İsaya və Üzeyir üçün də demişlər.” Bununla da müşriklər Allahın varlığını inkar etməyib onun rizasını qazanmaq üçün btlərə dua edirdilər.” (Ət-Təbəri, Təbəri təfsiri, 23-cü cild, 39-cu surə). http://www.haznevi.net/icerikoku.aspx?KID=5368&BID=62 Əziz “al-Fath” qardaş sənə bunu da qeyd edim ki, ərəb dilində “büt” işlənən söz “mən” ( من) kimsə və yaxud kimsələr “ma” (ما) da şey və yaxud şeylər mənasını ifadə edilir. Mən” ( من) “kimsələr” deyiləndə, ruhlar və yaxud ölülər nəzərdə tutulur. Amma “ma” (ما) deyiləndə köməyə çağıran daş, ağac və digər maddələrdən düzəldilmiş büt və heykəllər qeyd olunur. Lakin əziz “al-Fath” qardaş Quran tərcümələrində “büt” sözləri mötərizədə qeyd olunur. Bunu da qeyd edim ki, zumər surəsinin 3-cü ayəsində tərcüməsində “büt” sözü ilə əvəz edilən “övliya” mənasıdır. Belə açıqlanır ki, əməl saleh övliyaları müşriklər sonradan büt heykəl formasında yaratmışdılar. Müşriklərin səbəbi də əməl saleh övliyaların büt heykəl formasında yaratmaları odur ki, Allaha yaxınlaşmaq üçün onları vasitə tutsunlar.
-
Əs salamu aleykum və rahmətullahi təalə. Əziz “al-Fath” qardaş əvvəla utanmırsan hələ söz yazırsan bu məsələ ilə bağlı Məhəmməd Hüseyn Təbatəbainin “Əl-Mizan” təfsirinə (Nur, 31. Əhzab 53-59 müraciət edərsən sənin bəyənmədin hədisi Təbatəbaidə özü də qeyd edir. Ömər ibn Xəttaba Cəbrail (ə) vasitəsi ilə vəhy gəlməyib. Sən de görüm Şair deyir ki: “Mənə ilham gəlməsə mən şer yaza bilmərəm” indi nə deyirsən əziz “al-Fath” qardaş şairə Allah tərəfdən Cəbrail (ə) vasitəsi ilə vəhy gəlir? Rica edirəm əziz “al-Fath” qardaş mövzudan kənara çıxmayın. İnsanlar kimi ruhlar bizlərə sual verib cavab ala bilirlər. Həmçinin İnsanlar ruhların salamlarını eşidir və yaxud eşitsə salamlarını ala bilir? Əziz “al-Fath” qardaş mən heç kimi aldatmıram sən ayənin orijinalına baxmadan hökm verir sən hələ mənə üstəlik hədə qorxu gəlib deyir siz ki, sənə: “band” qoyacağam. Allaha sizə hidayət versin. Əziz qardaş bacılar gəlin ayəni orijinalına formasına müraciət edib baxaq görək “büt” yazılıb yoxsa “övliya” مِن دُونِهِ أَوْلِيَا “min dunihi əuliyə” (Zumər 3) İndi de görüm əziz “al-Fath” qardaş Quranı kim tərif edir mən yoxsa sən? Əziz “al-Fath” qardaş bizdə sizdən fərqli olaraq (İmamlar) Alimlər məsul deyirlər xəta edə bilərlər çünki Allah rəsulu (s.ə.s) belə buyurmuşdu: “Alimlər ictihadlarında xəta edərsə 1 savab əgər düz olarlarsa 2 savab qazanarlar” Əvvəla ayə nazil olan zaman Allah rəsulu (s.ə.s) sağ idi. Bununla da sünnədə diri insan ilə vasitə tutmaq olar. Bunlardan Ənəs ibn Malikin (Allah ondan razı olsun!) rəvayət etdiyi hədisi göstərmək olar: «Peyğəmbər salavatullah dövründə bərk quraqlıq baş verir. Cümə günü Allahın salavatı və salamı olmuş minbərə xütbə oxumağa qalxarkən bir bədəvi (köçəri –tərc.) ərəb minbərlə üzbəüz qapıdan içəri girir və hökm verilən yerə yönəlir. Peyğəmbər (s.s)m qalxıb onu qarşılayır. Köçəri ərəb deyir: «Ya Rəsulullah! Mal-dövlət, ailə-uşaq, mal-qara, qoyun-quzu əldən gedir. Allaha dua et ki, bizə yağış yağdırsın. Salavatullah (Peyğəmbər – tərc.) əllərini qaldırdı, hətta qoltuqlarının altının ağı göründü və dedi: «Ilahi! Bizə yağış yağdır! Bizə yağış yağdır! Bizə yağış yağdır!» Adamlar da əllərini qaldırıb onunla birlikdə dua etdilər. Rəvayətdə Ənəs deyir: «Səma şüşə kimi idi. Onun arxasından buludlar bir-bir çıxıb diş kimi düzüldü. Buludlar səmanın mətkəzinə yığışdıqdan sonra yağış yağdı. Nəfsim əlində olana (Allaha – tərc.) and olsun, o buludları elə düzdü ki, elə bil bunlar dağlar idi. Peyğəmbər salavatullah o qədər minbərdə qalıb dua etdi ki, mən yağış damcılarının onun saqqalından süzülüb düşdüyünü gördüm (Rəvayətdə həmçinin deyilir: «Külək qalxdı, buludlar ətrafa səpələndi. Sonradan bir yerə yığışdı, səmanın ağzı açıldı və ordan gur su axmağa başladı. Peyğəmbər salavatullah minbərdən aşağı düşdü və namaz qıldı. Məsciddən çıxıb evə gedənəcən bərk islandıq. Bu gün, sabah, o biri gün və gələn həftəyədək aramsız yağış yağdı. Şəhərin arxları daşdı. Allaha and olsun, altı gün biz günəşi görə bilmədik»). Bir həftə keçəndən sonra elə həmin qapıdan bir kişi içəri girdi. Peyğəmbər (s.s.) xütbə oxumaq üçün minbərə qalxırdı. O, kişini qarşıladı. Kişi dedi: «Ya Rəsulullah! Evlər dağılır, yollar bağlanır, mal-qaranı su .rır, arxlar aşıb-daşır, mülklərimiz suda batır. Allaha dua et ki, yağışı saxlasın». Peyğəmbər (s.s) gülümsədi, əlini qaldırıb dedi: «Ilahi, ətrafımıza, üstümüzə yox, Ilahi, dağların, təpələrin, torpaqların və qumların üstünə, vadilərin içinə və ağacların yarpaqlarına tök yağışı!» O, əlini buludlara tərəf uzadan kimi onlar dağıldı və səmanın ortasında açıq havadan bir dairə əmələ gəldi. Mən Mədinənin ətrafında həm sağa, həm də sola səpələnən buludlara baxdım. Elə bil Mədinənin üstündən pərdə açıldı. Ətrafımıza yağırdı, şəhərə bir damcı belə düşmürdü. Bayıra çıxıb (günəşli) havada gəzdik. Allah adamlara Allahın ən gözəl salavatı və salamı olmuş Peyğəmbərinin kəramətini və onun duasına cavab verdiyini nümayiş etdirirdi. Bir ay ərzində vadilərə yağış yağdı. O tərəflərdən yalnız atla gəlmək mümkün idi» (əl-Buxarı, «Müxtəsərim»: 224-226. 497. № 933-cü hədis, Səhih Muslim, № 897-cш hədis). Ənəs ibn Malik (Allah ondan razı olsun!) bu rəvayəti verir: «Ömər ibn Xəttab (Allah ondan razı olsun!) quraqlıq baş verəndə Abbas ibn Əbdülmüttəlibə üz tutub yağış yağması üçün dua etməsini istəyib demişdir: «Ilahi, biz Sənə Peyğəmbərimiz (s.s) vasitəsilə təvəssül edirdik, bizə yağış göndərirdin. Indi isə Sənə Peyğəmbərimizin əmisi vasitəsilə təvəssül edirik. Bununla biz Peyğəmbərimizin (s.s) özünü nəzərdə tutmuş oluruq. Biz ondan dua etməyi tələb edir və onun duası ilə Allaha yaxınlaşırıq. Indi isə Peyğəmbər (s.s) rəhmətə getmişdir və bizim üçün dua edə bilməz. Biz Peyğəmbərimizin əmisi Abbasa üz tutub bizim üçün dua etməsini istədik» (Buxarı, 2/397; Ibn Sədi, «Təbəqat», 4/28-29; Buxarı, «Müxtəsərim», 536). Əziz “al-Fath” qardaş sizin ərəb qrammatikasından xəbəriniz yoxdursa mən burda neyliyim. Yenə də qeyd edim Nisa surəsinin 64-cü ayəsində “İz zaləmu” Yənin bu ayədə ذإِ "İz" hərfinin işlənməsi, peyğəmbərin (s.ə.s) sağ olduğu zamanına subüt edildiyinə dəlildir. Çünki bu «Madi» yəni keçmiş zamanı müəyyən etmək üçün istifadə olunur! Bəli, əgər ayədə ا إِذَ "İzə"şəklində qeyd olunsaydı bu zaman əziz "al-Fath" qardaşın dəlil tələb etməkdə haqlı olardılar, çünki "İzə" fərqlidir və ümumi mənanı ifadə edir, həm «Madi» yəni keçmiş, həm «Mudari» yəni gələcək, həm də «İstiqbal» yəni gələcəyə məxsus zaman üçün bildirilir. Lakin "İz" isə keçmiş zamana xasdır. Əziz “al-Fath” qardaş Nisa 64-cü ayədə Allah rəsulu (s.ə.s) sağ ikən qeyd olunur. Əgər Allah rəsulu (s.ə.s) dünyadan köçmüş olandan sonra vasitə onun ilə olsa idi. Nisə 64-cü ayəsində qeyd olunardı ki: “cə ukə qabrakə” yəni “sənin qəbrinin yanına gəlib” qeyd olunardı. Bu ona dəlalət edir ki, ölüyə salam verəndə o cavab verir. Lakin sən diri insana salam verəndə onun salamını eşidirsən: “Bəli” bəs ölüyə salam verəndə onun salamını eşidirsən? Əziz “al-Fath” qardaş bunu da qeyd edim ki, insanlardan qadir olduğu şeylərdə nə isə istəmək olar. Əgər Həkimə desək ki: “Mənə övlad ver” və yaxud “Məni öldürüb və sonradan dirilt ” şübhəsiz ki, bu şirkdir çünki həkim buna qadir deyil. Lakin diri insanın hansı şərtlər ilə ondan nə isə istəmək olar. Misal üçün: “Ey filankəs mənim üçün əllərini qaldırıb dua elə” Diri insan əllərini qaldırıb dua etməyə qadirdir.Yenə də qeyd edim ki, insanlardan yalnız qadir olduğu şeylərdə nə isə istəmək olar. Mən bunu başa dümədim rica edirəm əziz “al-Fath” qardaş bunu tam şəkildə izah edəsiniz. Bunuda qeyd edim ki, “Mən sizdən və sizin Allahdan başqa dua etdiyiniz şeyləri tərk edib və öz Rəbbimə dua edirəm. Ola bilsin ki, mən Rəbbimə dua etməklə heç vaxt bədbəxt olmayım” (Məryəm, 48).“Haqq olan dua yalnız Ona (Allaha) olan duadır. Ondan başqasına edilən dualar qəbul olunmaz.” (Rəd, 14). Mə əs salam.
-
Əziz “al-Fath” qardaşım əgər ölülər ilə vasitə tutmaq olsa idi Allah rəsulu (s.ə.s) əmr edərdi ki: “dualarınızda peyğəmbərləri vasitə tutun” və yaxud Allah rəsulu (s.ə.s) dualarında İbrahimi (ə) vasitə tutardı. Həmçinin Allah rəsulu (s.ə.s) əmr edərdi ki: “Mən və mənim Əhli beytim öləndən sonra Allaha dua edən zaman bizləri vasitə tutarsız”. Əs salamu aleykum və rahmətullahi təalə. Əvvələ əziz “al-Fath” qardaş Allah rəsulunun (s.ə.s) əməlləri bizim üçün nümunədir. Bunu da qeyd edim ki, Allah-sübhanəhu və təala bizlərə Peyğəmbərinin bizə əmr etdiklərini yerinə yetirməyimizi və qadağan etdiklərindən çəkinməyimizi əmr edərək buyurur: «Peyğəmbər sizə nə verirsə onu götürün, nəyi qadağan edirsə ondan əl çəkin. Allahdan qorxun. Həqiqətən, Allahın cəzası çox şiddətlidir». (əl-Həşr 7). “Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil ediləni (Quranı) təbliğ et. Əgər (bunu) etməsən, (Allahın) risalətini (sənə həvalə etdiyik elçilik, peyğəmbərlik vəzifəsini) yerinə yetirmiş olmazsan. Allah səni insanlardan qoruyacaq. Həqiqətən, Allah kafir camaatı düz yola yönəltməz!”) (Maidə, 67). “Aişə (r.a) rəvayət edir ki, əgər Allah rəsulu (s.ə.s) özünə gələn bir şey gizlətsəydi bu ayəni gizlədərdi”: (Əhzab, surəsinin 37-ci ayəsi). - (Səhih Müslim, İman 77 bab, Hədis № 288). Əgər Allaha dua edəcəyi zaman dünyadan köçmüş insan ilə vasitə tutmaq olsa idi Əli (r.a) xutbələrin birində Nəhcul-bəlağə kitabında Allah rəsulunu (s.ə.s) vasitə tutardı. Həmçinin Əli (r.a) Kufədə xəlifə olaraq Peyğəmbəri (s.ə.s) dualarında vasitə tutardı. Mə əs salam.
-
Bismi-Təalə. Diri insanlar ilə təvəssul etməyə Quran və sünnədə dəlil var. Diri insan eşidir, görür, və əllərini qaldırıb Allaha dua etməyə qadirdir. Misal üçün həkim diridir o, eşidir, görür, suala-cavab verə bilir həmçinin cərrahi əməliyyat etməyə qadirdir. Diri insan ilə təvəssul barəsində Quran və sünnədə dəlillər. “Ya Musa! (Allahın sənin dualarını qəbul etmək və peyğəmbərlik vermək barəsində) səninlə olan əhdi hörmətinə bizim üçün Rəbbinə dua et. Əgər bu əzabı bizdən götürsə, biz, hökmən, sənə iman gətirəcək və İsrail oğullarını səninlə birlikdə (istədikləri yerə) göndərəcəyik. (Əraf 134). “Ənəs ibn Malik (Allah ondan razı olsun!) rəvayət edir ki: «Ömər ibn Xəttab (Allah ondan razı olsun!) quraqlıq baş verəndə Abbas ibn Əbdülmüttəlibə üz tutub yağış yağması üçün dua etməsini istəyib demişdir: «Ilahi, biz Sənə Peyğəmbərimiz (s.s) vasitəsilə təvəssül edirdik, bizə yağış göndərirdin. Indi isə Sənə Peyğəmbərimizin əmisi vasitəsi ilə təvəssül edirik. Bununla biz Peyğəmbərimizin (s.s) özünü nəzərdə tutmuş oluruq. Biz ondan dua etməyi tələb edir və onun duası ilə Allaha yaxınlaşırıq. Indi isə Peyğəmbər (s.s) rəhmətə getmişdir və bizim üçün dua edə bilməz. Biz Peyğəmbərimizin əmisi Abbasa üz tutub bizim üçün dua etməsini istədik» (Buxarı, 2/397; Ibn Sədi, «Təbəqat», 4/28-29; Buxarı, «Müxtəsərim», 536). Əvvələ bunu mən yox Quran və sünnə qadağan edir. Çünki bu əməl müşriklərin əməlləridir. Əziz “Nardarani” qardaşım sənin alimlərinin kitablarından sübut üçün dəlil: “Allah rəsulu (s) buyurdu: “Mənim qəbrimi büt kimi ibadətgaha çevirməyin və qibləgah etməyin. Uca Allah yəhudiləri lənətləyib ki, peyğəmbərlərin qəbirlərini ibadətgaha çevirmişlər.” (Babəveyh əl-Qummi, “Mən lə yəhduruhu əl-fəqih”i. 1 cild, səhifə 178 hədis № 532, Biharul-ənvar. 79 cild, səhifə 20, həmçinin 80 cild, səhifə 313). Mən copy-paste etmirəm yalnız Quran və sünnəyə uyğun olaraq fikirləri qeyd edirəm. Mə əs salam.
-
Əs salamu aleykum və rahmətullahi təalə. Mən bu forumda tamaşaçılar üçün qeyd edirəm ki, Allahdan qeyrisini qadir olmadığı şeylərdə çağırmaq şübhəsiz ki, şirkdir. Lakin bunu da qeyd edim ki, hansı şərtlər ilə Allahdan qeyrisini çağırmaq olar. Məsələn. 1) İnsan diri olmalıdır. 2) Eşidən olmalıdır. 3) Əllərini qaldırıb dua etməyinə qadir olmalıdır. Zəlalət-əhlinə cavab olaraq. 1) Şübhəsiz ki, şəhidlər insanlar kimi bədənləri canlı deyirlər. Yəni insanlar kimi onların orqanları yoxdur. 2) Şəhidlər eşitsələrsə cavab verə bilməzlər. Yəni insanlar öz aralarında necə təmasda olurlarsa misal üçün diri insanlar suala cavab verə bilir. Lakin şəhidlər isə insanlar ilə sual cavab vermək kimi təmasda ola bilmirlər. 3) Diri insan eşidir, görür, və olduğu şeylərə qadirdir. Misal üçün həkim diridir o, eşidir, görür, suala-cavab verə bilir həmçinin cərrahi əməliyyat etməyə qadirdir. Lakin şəhidlər isə həkim kimi cərrahi əməliyyat etməyə qadir deyil. Əgər bir şəxs əllərini qaldırıb dua edərkən desə ki: “Ya İmam mənim üçün Allahdan bağışlanmağı istə” Həmin o, şəxs etiqad edir ki, məkandan asılı olmayaraq İmam onun duasını eşidir necə ki, Allahın eşitdiyi kimi. Amma hər şeyi eşidən bilər Allahdır. Həmin o, şəxs Allahın keyfiyyət sifətlərini İmamlara aid edir. “Allah Ona şərik qoşmağı əsla bağışlamaz. Bundan başqa olan günahları isə dilədiyi kimsə üçün bağışlar. Allaha şərik qoşan şəxs, şübhəsiz ki, (haqq yoldan) çox azmışdır.” (Nisa, 116). Mə əs salam.
-
Əs salamu aleykum və rahmətullahi təalə. Əziz “al-Fath” qardaş sən vəhy ilə ilham gəlməyi eyni tərzdə fikirləşmə. Mən sənin qeyd etdiyin hədisi açıqlayacağam. Ömər ibn Xəttaba Cəbrail (ə) vasitəsi ilə vəhy gəlməyib. Sən de görüm Şair deyir ki: “Mənə ilham gəlməsə mən şer yaza bilmərəm” indi nə deyirsən əziz “al-Fath” qardaş şairə Allah tərəfdən Cəbrail (ə) vasitəsi ilə vəhy gəlir? Təbii ki, yox. Həmçinində Ömər ibn Xəttaba ilham gəlirdi O, öz fikrini Allah rəsuluna (s.ə.s) bildirirdi. Bu məsələ ilə bağlı sübut etmək üçün bir neçə sitat gətirim. “Ömər ibn Xəttab (r.a.) rəvayət edir ki, «Mən üç ayədə – İbrahimin (ə.) məqamı, hicab və Bədr əsirləri haqqında olan ayələrdə Rəbbinə müvafiq oldum». (Səhih Müslim», 15/162, 6156-cı hədis). “(Ey mö‘minlər!) İbrahimin durduğu yeri özünüzə namazgah edin!.” (Bəqərə, 125).Ömər (r.a.) Allah rəsuluna (s.ə.s) müraciət edərək: «Ey Allahın elçisi! Bəlkə, zövcələrinə hicab geyinməyi əmr edəsən?» – deyə təklif etdikdə, Allah təala bu ayəni nazil etdi: “Onlardan (Peyğəmbərin (s.a.s.) zövcələrindən) bir şey soruşduqda, (evlərinə daxil olmadan) pərdə arxasından soruşun. Bu həm sizin, həm də onların ürəklərinə daha çox təmizlik bəxş edər” (Əhzab, 53). (Buxari; Təfsirəl-Quran 33-cü surəsi). Ömər ibn Xəttab (r.a.): «Allahım, şərabın hökmünü bizə açıq-aydın bəyan et!» – deyə dua etdikdə, Uca Allah bu ayəni nazil etdi: «(Ey Məhəmməd!) Səndən içki və qumar (meysir) haqqında sual edənlərə söylə: "Onlarda həm böyük günah, həm də insanlar üçün mənfəət vardır. Lakin günahları mənfəətlərindən daha böyükdür"» (Bəqərə, 219). Ömər (r.a.) yenə: «Allahım, şərabın hökmünü bizə açıq-aydın bəyan et!» – deyə dua etdikdə, Uca Allah bu ayəni nazil etdi: «Ey iman gətirənlər! Sərxoş ikən nə dediyinizi anlamayana qədər, cünub olduğunuz halda qüsl edənədək namaza (namaz qılınan yerə) yaxınlaşmayın!» (Nisa, 43). Ömər (r.a.) bir daha: «Allahım, şərabın hökmünü bizə açıq-aydın bəyan et!» – deyə dua etdikdə, Uca Allah bu ayələri nazil etdi: «Ey iman gətirənlər! Şərab (içki) da, qumar da, bütlər də, fal oxlarıda şeytanın əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə nicat t.sınız! Şübhəsiz ki, şeytan içki və qumarla aranıza ədavət və kin salmaq, sizi Allahı yada salmaqdan və namaz qılmaqdan ayırmaq istər. Artıq bu işə son qoyacaqsınızmı?» (Maidə, 90-91). Bunu eşidən Ömər (r.a.): «Son qoyduq, son qoyduq» – deyə təkrar etdi. (Tirmizi, Təfsirəl-Quran. s. 5, Hadis №: 3049). Mə əs salam,
-
Əs salamu aleykum. Əziz “volk” mənim üçün bu cür hekayətlər və İmam Əhmədin fiqhi Hüccət deyil. Çünki əgər ölü insanları ilə vasitə tutmaq olsa idi Allah rəsulu (s.ə.s) dualarında peyğəmbərləri vasitə tutardı və bu məsələ ilə bağlı Quran və sünnədə konkret açıqlanardı. Mənə Quran və sunnədən dəlil gətir ki, Allah rəsulu (s.ə.s) dualarında İbrahimi (ə) vasitə tutardı. Mən də sənin ilə burda razılaşım. Çünki mənim üçün Hüccət Allah və rəsuludur. Mə əs salam.
-
ءَامَنُواْ اتَّقُواْ اللَّهَ وَ ابْتَغُواْ إِلَيْهِ الْوَسِيلَة Əs salamu aleykə. Əziz “Nardarani” qardaşım “amənuttəqullahə vəbtəğu ileyhil vəsılətə” Yəni Allaha tərəf vasilə axtarın. (Maidə 35). Bu ayədə “Vəsilə” sözünün işlənməsi əməllər qəsd olunur. Ruhlar və yaxud ölülər ilə vasitə axtarmaqdan söhbət gedə bilməz çünki əgər belə olsa idi ayədə qeyd olunardı ki: “Allaha tərəf ruhlar və yaxud ölülər ilə vasitə axtarın”. Lakin Quranın bütün ayələri bu cür əməllərin əleyhinədir. Ərəbcə “vəsilə” sözünün mənasını müxtəlif növlərə bölünür. Məsələn. 1). Allaha yaxınlaşmaq deməkdir. Yəni əmr etdiklərinə itaət etmək və qadağan etdiklərindən çəkinməklə Allaha yaxlnlaşmaq mənasını verir. 3). Allaha necə yaxınlaşmaq olar? Allahın özünə dua edərkən o artıq dua vasitəyə çevirilir. Çünki Allah ilə insan arasında dua vasitə olur. 2). Sağ ikən insan ilə vasitə tuturaq şəfaət dua etməsini tələb etməkdir. Səhabələrin Peyğəmbərdən (səlləllahu əleyhi və səlləm) sağ ikən şəfayət tələb etdikləri kimi. Şəriətə uyğun təvəssülün (yəni vasitənin ) göstərilən növləri bunlardır. 1. Allah-təalaya Onun gözəl adlarından və ya ülvi sifətlərindən biri ilə təvəssülü. Bu növ təvəssülün şəriətə uyğunluğuna Allah-təalanın bu kəlamı dəlalət edir: «Ən gözəl adlar (əsmayi-hüsna) Allahındır. Onu bu adlarla çağırıb dua edin. Onun adları barəsində küfr edənləri (əziz sözündən Uzza, Allah sözündən əl-Lat, mənnan sözündən Mənat kimi adlar düzəldib haqq yoldan azanları) tərk edin. Onlar etdikləri əməllərin cəzasını alacaqlar!» (Əraf, 180). Yəni Allah-təalaya Onun gözəl adları ilə yalvarıb, Ona dua edin. Şübhəsiz ki, Qüdrət və Cəlal sahibinin ülvi sifətləri də bu tələbə cavab verir. Çünki Sübhanəhunun gözəl adları həm də Təbarək və Təalaya xas olan ülvi sifətlərdir. 2. Həyatda sağ ikən saleh bir kimsənin duası ilə Allaha təvəssül etmək. (Buxari, 964). Bunu subüt etmək üçün yəni həyatda sağ ikən saleh bir kimsənin Allaha vasitə tutaraq dua etməsi. Quran Kərimdən qeyd edirəm. Uca Allah belə buyur: “(Yəqubun oğlanları dedilər: ) “Ata! Bizim üçün günahlarımızın bağışlanmasını dilə. Biz, doğrudan da, günahkar olmuşuq!” dedilər. (Yusuf, 97). Digər ayə: “(Yəqub) dedi: “Mən Rəbbimdən sizin bağışlanmağınızı diləyəcəyəm. O, həqiqətən, bağışlayandır, rəhm edəndir!” (Yusuf, 98). “Ya Musa! (Allahın sənin dualarını qəbul etmək və peyğəmbərlik vermək barəsində) səninlə olan əhdi hörmətinə bizim üçün Rəbbinə dua et. Əgər bu əzabı bizdən götürsə, biz, hökmən, sənə iman gətirəcək və İsrail oğullarını səninlə birlikdə (istədikləri yerə) göndərəcəyik. (Əraf 134). Diqqət yetirin bütün bu ayələrdə peyğəmbərlər sağdır. Digər ayələr: “Onlar dedilər: “Bizdən ötrü Rəbbini çağırıb (Rəbbinə dua edib) soruş ki, o (inək) nə cür olmalıdır?” (Musa: ) “Allah o inəyin nə çox qoca, nə də çox cavan deyil, bunların ikisinin arasında (düyə) olduğunu buyurur. Sizə əmr olunan şeyi yerinə yetirin!” –dedi. (Bəqərə 68). “Onlar (yenə) söylədilər: “Bizim üçün Rəbbinə dua et ki, onun əsl sifətini bizə bildirsin, çünki biz (ümumiyyətlə) inəkləri bir-birinə bənzədirik. Əgər Allah istəsə (biz kəsilməsi əmr edilən o inəyi t.r və bu məsələ barəsində), əlbəttə, düz yolda olarıq”. (Bəqərə, 70). Həyatda sağ ikən saleh bir kimsənin Allaha vasitə tutaraq dua etməsi. Buna Sunnədən dəlil: Bunlardan Ənəs ibn Malikin (Allah ondan razı olsun!) rəvayət etdiyi hədisi göstərmək olar: «Peyğəmbər salavatullah dövründə bərk quraqlıq baş verir. Cümə günü Allahın salavatı və salamı olmuş minbərə xütbə oxumağa qalxarkən bir bədəvi (köçəri –tərc.) ərəb minbərlə üzbəüz qapıdan içəri girir və hökm verilən yerə yönəlir. Peyğəmbər (s.s)m qalxıb onu qarşılayır. Köçəri ərəb deyir: «Ya Rəsulullah! Mal-dövlət, ailə-uşaq, mal-qara, qoyun-quzu əldən gedir. Allaha dua et ki, bizə yağış yağdırsın. Salavatullah (Peyğəmbər – tərc.) əllərini qaldırdı, hətta qoltuqlarının altının ağı göründü və dedi: «Ilahi! Bizə yağış yağdır! Bizə yağış yağdır! Bizə yağış yağdır!» Adamlar da əllərini qaldırıb onunla birlikdə dua etdilər. Rəvayətdə Ənəs deyir: «Səma şüşə kimi idi. Onun arxasından buludlar bir-bir çıxıb diş kimi düzüldü. Buludlar səmanın mətkəzinə yığışdıqdan sonra yağış yağdı. Nəfsim əlində olana (Allaha – tərc.) and olsun, o buludları elə düzdü ki, elə bil bunlar dağlar idi. Peyğəmbər salavatullah o qədər minbərdə qalıb dua etdi ki, mən yağış damcılarının onun saqqalından süzülüb düşdüyünü gördüm (Rəvayətdə həmçinin deyilir: «Külək qalxdı, buludlar ətrafa səpələndi. Sonradan bir yerə yığışdı, səmanın ağzı açıldı və ordan gur su axmağa başladı. Peyğəmbər salavatullah minbərdən aşağı düşdü və namaz qıldı. Məsciddən çıxıb evə gedənəcən bərk islandıq. Bu gün, sabah, o biri gün və gələn həftəyədək aramsız yağış yağdı. Şəhərin arxları daşdı. Allaha and olsun, altı gün biz günəşi görə bilmədik»). Bir həftə keçəndən sonra elə həmin qapıdan bir kişi içəri girdi. Peyğəmbər (s.s.) xütbə oxumaq üçün minbərə qalxırdı. O, kişini qarşıladı. Kişi dedi: «Ya Rəsulullah! Evlər dağılır, yollar bağlanır, mal-qaranı su .rır, arxlar aşıb-daşır, mülklərimiz suda batır. Allaha dua et ki, yağışı saxlasın». Peyğəmbər (s.s) gülümsədi, əlini qaldırıb dedi: «Ilahi, ətrafımıza, üstümüzə yox, Ilahi, dağların, təpələrin, torpaqların və qumların üstünə, vadilərin içinə və ağacların yarpaqlarına tök yağışı!» O, əlini buludlara tərəf uzadan kimi onlar dağıldı və səmanın ortasında açıq havadan bir dairə əmələ gəldi. Mən Mədinənin ətrafında həm sağa, həm də sola səpələnən buludlara baxdım. Elə bil Mədinənin üstündən pərdə açıldı. Ətrafımıza yağırdı, şəhərə bir damcı belə düşmürdü. Bayıra çıxıb (günəşli) havada gəzdik. Allah adamlara Allahın ən gözəl salavatı və salamı olmuş Peyğəmbərinin kəramətini və onun duasına cavab verdiyini nümayiş etdirirdi. Bir ay ərzində vadilərə yağış yağdı. O tərəflərdən yalnız atla gəlmək mümkün idi» (əl-Buxarı, «Müxtəsərim»: 224-226. 497. № 933-cü hədis, Səhih Muslim, № 897-cш hədis). Ənəs ibn Malik (Allah ondan razı olsun!) bu rəvayəti verir: «Ömər ibn Xəttab (Allah ondan razı olsun!) quraqlıq baş verəndə Abbas ibn Əbdülmüttəlibə üz tutub yağış yağması üçün dua etməsini istəyib demişdir: «Ilahi, biz Sənə Peyğəmbərimiz (s.s) vasitəsilə təvəssül edirdik, bizə yağış göndərirdin. Indi isə Sənə Peyğəmbərimizin əmisi vasitəsilə təvəssül edirik. Bununla biz Peyğəmbərimizin (s.s) özünü nəzərdə tutmuş oluruq. Biz ondan dua etməyi tələb edir və onun duası ilə Allaha yaxınlaşırıq. Indi isə Peyğəmbər (s.s) rəhmətə getmişdir və bizim üçün dua edə bilməz. Biz Peyğəmbərimizin əmisi Abbasa üz tutub bizim üçün dua etməsini istədik» (Buxarı, 2/397; Ibn Sədi, «Təbəqat», 4/28-29; Buxarı, «Müxtəsərim», 536). Digər rəvayət: “Peyğəmbərin (s.s.) tanınmış ardıcıllarından olan Səlim ibn Amir Xəbairiyə səhih istinadla bu rəvayəti verir: «Quraqlıq düşəndə Müaviyyə ibn Əbu Süfyan və Dəməşq sakinləri yağış duası etmək üçün küçəyə çıxdılar. Müaviyyə minbərə qalxıb dedi: «Yəzid ibn Əsvəd əl-Cürəşi haradadır? Onu çağırdılar. O adamların içindən keçib gəldi. Müaviyyə ona minbərə çıxmağı əmr etdi. O qalxıb Müaviyyənin qabağında oturdu. Müaviyyə dedi: «Ilahi, biz bu gün ən yaxşı və tanınmış adamımız vasitəsilə Səndən mərhəmət diləyirik. Ilahi, biz bu gün Səndən Yəzid ibn Əsvəd əl-Cürəşi vasitəsilə mərhəmət diləyirik. Ey Yəzid, əllərini Allaha sarı qaldır. O, əllərini qaldırdı, adamlar da əllərini qaldırdılar. Bir az keçmişdi ki, buludlar qərb tərəfdə ağızda diş kimi yan-yana düzüldü. Külək onları coşdurdu. Elə bir yağış yağdı ki, adamlar çox çətinliklə evlərinə çata bildilər.» (Hafiz Əsqalani, «Isabə», 3/634; Əbu Zərə Dəməşqi və Yaqub ibn Süfyan, «Tarix». Səlim ibn Amirdən səhih istinadlıdır). 3. Saleh əməllərlə Allaha təvəssül etmək. Mağara dostlarının hekayəsinin mətni, bu növ təvəssüllərdəndir. Onlardan hər biri etmiş olduğu saleh bir əməllə Allaha təvəssül etmişdi və Allah dualarına cavab vermişdi. (Buxari, 3279). Təbarəkə və təalanın bu kəlamı deyiləni sübut edir: “O bəndələr ki: “Ey Rəbbimiz, biz həqiqətən (Sənə) iman gətirmişik, günahlarımızı bağışlayıb bizi cəhənnəm əzabından qoru!” – deyirlər.” (Ali-İmran 16). “Ey Rəbbimiz! Həqiqətən, biz: “Rəbbinizə inanın!” – deyə imana tərəf çağıran bir kimsənin çağırışını eşidib Sənə iman gətirdik. Ey Rəbbimiz! İndi günahlarımızı bizə bağışla, təqsirlərimizdən keç (böyük günahlarımızı bağışla, kiçik günahlarımızın üstünü ört) və canımızı yaxşı əməl sahibləri ilə bir yerdə al !” (Ali-İmran 193). Allah sübhanəhu və taalə bizə əməlin yaxşı, yəni sünnəyə müvafiq olmasını buyurur. O, həmçinin buyurur ki, bu əməl sahibi yalnız Allaha məxsus etməli, başqasını nəzərdə tutmamalıdır. Mə əs salam.
-
Bismi-Təalə. Əssələmu aleykum va rahmətullahi va bərakətuh. Uca Allah belə buyurur: “Və (tabeçiliyində olanlara) dedilər: “Öz tanrılarınızı tərk etməyin, (xüsusilə) Bəddi, Suvaı, Yəğusu, Yəuqu və Nəsri atmayın!” (Nuh, 23). "İbn Abbas (r.a) rəvayət edir ki: “Bəddi, Suvaı, Yəğusu, Yəuqu və Nəsri, bunlar hamısı Nuh (ə) qövmünün əməlisaleh insanları idilər. Onlar öldükdən sonra şeytan onların yaşadığı qövmün insanlarına vəsvəsə edir ki, onların qəbirləri üstündə onların heykəllərini ucaltsınlar və onların adlarını həmən heykəllərə versinlər. Uzun müddət keçdikdən və elm yaddan çıxdıqdan sonra o, heykəllərə ibadət etməyə başladılar. (Buxari; Təfsir əl-Quran , 71-ci surə, bab 1). “Aişə (r.a) rəvayət edir ki, Allah rəsuluna (s.ə.s) Ümmü Həbibə (r.a) ilə Üm Sələmə (r.a) Həbəşistanda gördükləri «Mariya» adında olan kilsədən xəbər verdilər. Allah rəsulu (s.ə.s) cavab olaraq belə buyurdu: “Həqiqətən onlar o kəsrlərdir ki, özlərinin içərisində əməlisaleh insan vəfat edib ölərsə, onun qəbrinin üstündə bir məscid tikərlər və onun şəkillərini məscidlərdə asarlar. Onlar qiyamət günündə Allah yanında ən pis məxluqatlar olacaqlar .” (Səhih Müslim, 1-ci cild, səh 375, hədis № 528). Əziz “Nardarani” qardaşım müşriklərin bütləri hamısı əməlisaleh insanlar olublar. Müşriklər Allaha yaxınlaşmaq üçün bütlərini vasitə tuturdular. Müşriklər Allahın bütün kainatı yaratmasına və tək vahid olduağuna inanırlar və bu məsələ ilə bağlı misal üçün sitat gətirim: Uca Allah bеlə buyurur: «Onlardan soruşsan ki, «O göyləri və yеri yaradan, Günəşə və Aya baş əydirən kimdir? Qətiyyətlə «Allahdır» dеyəcəkdirlər. Еlə isə nеcə üz çеvirirlər?.» (Ənkəbut surəsi-61). Gördüyünüz kimi müşriklər Allahın tək olduğunu qəbul edirlər. Lakin Allaha yaxınlaşmaq üçün butlərini vasitə tuturdular. Məsəsən: Müşrik vasitəçinin o səlahiyyəti, Allahdan aldığına inanır. Məkkəli müşriklər Kəbəni təvaf еdərkən bеlə dеyirdilər: «Ləbbеyk lə şərikə lək illə şərikin huvə lək təmlikunu və ma mələk» Yəni: «Əmr еlə Allahım, sənin hеç bir şərikin yoхdur. Yalnız bir şərikin vardır ki, onun da, bütün səlahiyyətlərinin də sahibi Sənsən». Bunu nəql еdən Abdullah ibn Abbas dеyir ki, onlar «Ləbbеyk lə şərikə lək» - «Əmr еlə Allahım, sənin hеç bir şərikin yoхdur» dеdikləri vaхt Muhəmməd Pеyğəmbər (s.ə.v.) belə deyərdi: “Yazıq sizə! Bu qətidir, bu qətidir.” (Muslim, Həcc, 3,22-1185). Müşriklər Allaha yaxınlaşmaq üçün bütlərini vasitə tuturdular: “Doğrusu, əsl din ancaq Allaha məxsusdur. Allahı qoyub başqalarını (əməlisalehləri) özlərinə dost tutanlar: "Biz, onlara ancaq bizi Allaha daha çox yaxınlaşdırsınlar deyə ibadət edirik"– deyirlər. Əlbəttə ki, Allah ziddiyyətə düşdükləri şeylər barəsində onların arasında Öz hökmünü verəcəkdir. Şübhəsiz ki, Allah yalançı və kafirləri doğru yola yönəltməz.” (Zumər, 3). Müşriklər deyirdilər ki, Allah yanında bütlərimiz bizə şəfaətçidir. “Onlar Allahı qoyub özlərinə nə bir xeyir, nə də bir zərər verə bilən bütlərə ibadət edir və: Bunlar Allah yanında bizdən ötrü şəfaət edənlərdir!” – deyirlər. De: “Allaha göylərdə və yerdə (Özünə şərik) bilmədiyi bir şeyimi xəbər verirsiniz? Allah Özünə şərik qoşulan bütlərdən uzaqdır və ucadır!” (Yunus, 18). Muşriklər Allaha dua edən zaman butlərinini vasitə tuturdular. Uca Allah Quranın bir çox ayəsində müşriklərin xüsusiyyətlərini sadalarkən onların Allahdan başqasına dua etdiklərini qeyd edir: “Onlar Allahı qoyub, yalnız qadın adlarını daşıyan bütlərə yalvarır və yalnız üsyankar şeytana sitayiş edirlər.” (Nisa, 117). “De: "Doğru danışanlarsınızsa, deyin görüm, əgər sizə Allahın əzabı gəlsə və ya həmin Saat sizi haqlayarsa, Allahdan başqasınımı çağıracaqsınız?” (Ənam, 40). “Xeyr! Siz yalnız Onu çağıracaqsınız. Əgər Allah istəsə, Ona uzaqlaşdırması haqqında yalvardığınız bəlanı aradan qaldırar və şərik qoşduğunuz şeyləri unudarsınız.” (Ənam, 41). “De: "Allahdan başqa yalvardıqlarınıza ibadət etmək mənə qadağan edilmişdir". De: "Mən sizin nəfsinizin istəklərinə uymaram. Əks halda mən haqq yoldan azar və doğru yola yönəlmişlərdən olmaram”. (Ənam, 56). “Müşriklərin Allahdan başqalarına tapındıqlarını (Dua etdiklərini) söyməyin. Yoxsa onlar da elmsiz olaraq düşməncəsinə Allahı söyərlər. Biz hər bir ümmətə öz əməllərini beləcə gözəlləşdirdik. Sonra isə onların dönüşü öz Rəbbinə olacaq, O da nə etdikləri barədə onlara xəbər verəcəkdir.” (Ənam, 108). “Allaha qarşı yalan uyduran və ya Onun ayələrini yalan hesab edən kimsədən daha zalım kim ola bilər? Yazıda olan qismətləri onlara nəsib olacaqdır. Nəhayət, elçilərimiz onların canını almaq üçün yanlarına gəldikdə: "Allahdan savayı çağırdıqlarınız haradadır?"– deyəcəklər. Onlar: "Bizi qoyub qaçıblar!"– deyəcək və kafir olduqlarına dair öz əleyhlərinə şahidlik edəcəklər.” (Əraf, 37). “Allahdan savayı çağırdıqlarınız da sizin kimi qullardır. Əgər doğru deyirsinizsə, çağırın onları, sizə cavab versinlər.” (Əraf, 194). “Ondan savayı çağırdıqlarınız nə sizə yardım edə bilər, nə də özlərinə köməkçi ola bilərlər”. (Əraf, 197). “De: "Allahdan başqa məbud saydıqlarınızı çağırın. Onlar bəlanı sizdən nə uzaqlaşdırmağa, nə də onu başqasına yönəltməyə qadir deyillər” . (İsra, 56). “Onların yalvardıqları məbudların özləri də Rəbbinə – hansı daha yaxın olacaq deyə vəsilə axtarırlar, Onun rəhmətini umurlar, əzabından qorxurlar. Həqiqətən, Rəbbinin əzabından qorunmaq gərəkdir.” (İsra, 57). “Mən sizi və Allahdan başqa sitayiş etdiyiniz bütləri tərk edir və öz Rəbbimə dua edirəm. Ola bilsin ki, mən Rəbbimə dua etməklə heç vaxt bədbəxt olmayım.” (Məryəm, 48). “O, Allahı tərk edərək özünə nə zərər, nə də xeyir verə bilməyənə yalvarır. Dərin azğınlıq da elə budur.” (Həcc, 12). “Bu belədir. Çünki Allah Haqdır. Kafirlərin Ondan başqa yalvardıqları isə batildir. Həqiqətən, Allah Ucadır, Böyükdür.” (Həcc, 62). “Müşriklərə: "Şəriklərinizi çağırın!"– deyiləcək. Müşriklər onları çağıracaq, lakin şərikləri onlara cavab verməyəcəklər. Onlar əzabı görəcəklər. Yaxşı olardı ki, onlar doğru yolla getmiş olaydılar.” (Qasas, 64). “Allahla yanaşı başqa bir məbuda yalvarma! Ondan başqa ibadətə layiq olan heç bir məbud yoxdur. Onun Üzündən başqa hər şey məhv olacaqdır. Hökm Onundur və siz Ona qaytarılacaqsınız.” (Qasas, 88). “Əgər siz onları çağırsanız, onlar sizin duanızı eşitməzlər, eşitsələr də cavab verə bilməzlər. Özləri də Qiyamət günü sizin onlara ibadət etdiyinizi danacaqlar. Heç kəs hər şeydən Xəbərdar olan Allah kimi sənə xəbər verə bilməz.” (Fatir, 14). “De: "Allahdan başqa yalvardığınız şəriklər haqda düşündünüzmü? Bir mənə göstərin görüm, onlar yer üzündə nəyi yaradıblar? Yoxsa onların göylərin yaradılmasında şərikliyi var?" Yaxud onlara bir kitab vermişik, onlar da ondakı dəlilə istinad edirlər? Xeyr! Zalımlar bir-birinə ancaq yalan vəd verirlər.” (Fatir, 40). “De: "Rəbbimdən mənə açıq-aydın dəlillər gəldiyi zaman sizin Allahdan başqa yalvardıqlarınıza ibadət etmək mənə qadağan edilmiş və mənə aləmlərin Rəbbinə itaət etmək əmr olunmuşdur”. (Ğafir, 66).
-
Bismi-Təala. Əs salamu əleykum. Əziz qardaş və bacılar sizi Qurban bayramı münasibəti ilə hamınızı təbrik edirəm. Ilk öncə Nisa surəsinin 64-cü ayəsinə diqqət yetirək. “Biz hər bir peyğəmbəri, ancaq ona Allahın iznilə itaət olunsun deyə, göndərdik. Onlar (münafiqlər) özlərinə zülm etdikləri zaman dərhal sənin yanına gəlib Allahdan bağışlanmaq diləsəydilər və Peyğəmbər də onlar üçün əfv istəsəydi, əlbəttə, Allahın tövbələri qəbul edən, mərhəmətli olduğunu bilərdilər.” (Nisa 64). وَلَوْ أَنَّهُمْ إِذ ظَّلَمُواْ أَنفُسَهُمْ جَآؤُوكَ فَاسْتَغْفَرُواْ اللّهَ وَاسْتَغْفَرَ لَهُمُ الرَّسُولُ لَوَجَدُواْ اللّهَ تَوَّاباً رَّحِيماً 1). Gəlin Nisa surəsinin 64-ci ayəsini ərəbcə orijinal formasına diqqət yetirək. Bu ayədə ذإِ "İz" hərfinin işlənməsi, peyğəmbərin (s.ə.s) sağ olduğu zamanına subüt edildiyinə dəlildir. Çünki bu «Madi» yəni keçmiş zamanı müəyyən etmək üçün istifadə olunur! Bəli, əgər ayədə ا إِذَ "İzə"şəklində qeyd olunsaydı bu zaman əziz "al-Fath" qardaşın dəlil tələb etməkdə haqlı olardılar, çünki "İzə" fərqlidir və ümumi mənanı ifadə edir, həm «Madi» yəni keçmiş, həm «Mudari» yəni gələcək, həm də «İstiqbal» yəni gələcəyə məxsus zaman üçün bildirilir. Lakin "İz" isə keçmiş zamana xasdır. 2). “Onlar (münafiqlər) özlərinə zülm etdikləri zaman dərhal sənin yanına gəlib". Yəni Allah rəsulu (s.ə.s) nəzərdə tutulur. Ayədə “sənin yanına gəlib” qeyd olunur və ərəbcə orijinal formasına diqqət yetirək. «جَآؤُوكَ» Azəri dilində tərcüməsi “cə ukə” sənin yanına gəlib nəzərdə tutulur. Yəni keçmiş zamanı bildirilir. Əgər ayədə belə qeyd olunsaydı “cə ukə qabraka” yəni “sənin qəbrinin yanına gəlib” bu zaman "al-Fath" qardaşın tələb etməkdə haqlı olardı. 3). Nisa surəsinin 64 ayəsi Quran ilə təfsir. "Onlar (münafiqlər) özlərinə zülm etdikləri zaman dərhal sənin yanına gəlib Allahdan bağışlanmaq diləsəydilər və Peyğəmbər də onlar üçün əfv istəsəydi.” (Nisa 64). Lakin Qurani – Kərimdə digər ayələr bunu çox gözəl açıqlayır. “Onlara (MUNAFİQLƏRƏ): “Gəlin Allahın Peyğəmbəri (Rəbbinizdən) sizin bağışlanmağınızı diləsin!”–deyildiyi zaman (istehza ilə) başlarını (MUNAFİQLƏR) bulayar və sən (Ya Rəsulum!) onların təkəbbürlə üz çevirdiklərini görərsən.” (Munafiqun 5). “Sən onların (MUNAFİQLƏRİN) bağışlanmasını diləsən də, diləməsən də, fərqi yoxdur. Onsuz da Allah onları bağışlamayacaqdır. Şübhəsiz ki, Allah fasiq qövmü doğru yola yönəltməz.” (Munafiqun 6).Nisa surəsinin 64-ci ayəsini Peyğəmbər, səllallahu aleyhi va səlləm, sağ olduğu zaman hansı səbəbi ilə nazil olunmasının təfsiri: Əbu Bəkr əl Əsammi belə nəql edir: “Bir qism münafiqlər Allah rəsulu üçün hiylə qurmaq məqsədi ilə məsləhətləşdilər. Sonra hiyləni həyata keçirmək üçün Allah rəsulnun yanına gəldilər. Cəbrail (ə) gəlib Allah rəsuna münafiqlərin hiylə qurduqlarını xəbər verdi və Allah rəsulu (s.ə.s) münafiqlərə belə buyurdu: “Bir qisim insanlar həyata keçirə bilməyəcəkləri edə bilməyəcəkləri bir şeyi arzu edərək yanımaza gəldilər. Qalxsınlar Allahdan bağışlanma deləsinlər mən də onlar üçün Allahdan bağışlanma istəyim.” Sonra davamən belə buyurdu: “Qalxmırsız?”. Munafiqlər qalxmayıb Allahdan bağışlanma istəmədilər. Allah rəsulu münafiqlərə (iki üzlülərə) belə buyurdu: “Ey filənkəs qalx ey filənkəs qalx”. Onlardan 12-ni saydı. Münafiqlər Allah rəsuluna müraciət edib belə dedilər: “Ey Allah rəsulu sənin dediklərin düzdür həqiqətən biz sənə bir hiylə qurmuşduq özümüzə zülm etdik Allaha tövbə edirik sən bizim üçün Allahdan bağışlanmaq istə.” Allah rəsulu (s.ə.s) buyurdu: “Mən sizin üçün Allahdan bağışlanmaq istəməkdə daha da yaxın idım Uca Allah da bunu qəbul etməyə daha da yaxın idi. Lakin siz qalxıb Allahdan bağışlama istəmədizniz. İndi isə buranı tərk edin” deyə münafiqlərə dedi.” (Bedreddin Çetiner, Esbab-ı Nüzul, Quran təfsiri, Nisa surəsinin 64-ci ayənin nazil olması fəsli, 1/232-233.) “Münafiqlərin hiyləsi izah edilir ki, özləri tərəfindən tikilmiş bir məscididir. Hansı ki, Təbuk döyüşündən sonra Allah rəsulu (s.ə.s) o məscidi sökməyə əmr etmişdir.” İmam Qurtubi Nisa surəsinin 63-cü ayəsinə təfsir edərkən belə qeyd etmişdir. (Əl-Cəmiu li-Əhkami’l-Kur’an,: 5/303-304). O ki, qaldı Nisa surəsinin 64-cü ayəsində “İbni Kəsirin” və “İmam Qurtubinin” Təfsirlərində qeyd etdikləri. Bunların hamısına mən cavab verəcəyəm. Diqqət yetirin Utbidən, və Malik əd-Dar'dan,və yaxud Əbu Sadiqdən və qeyrilərindən gələn belə hədislər səhih sayılmaz çünki hədisin özündə qeyd olunan bədəvi ərəbin şəxsi adı bilinmir və bəlli deyil buna görə də bədəvi ərəb naməlum olaraq qalır. Kimliyinin və etibarlılığının dəqiq bilinməməsi səbəbi ilə bu cür hədislər səhih sayılmaz, çünki hədis elmində bilindiyi kimi bu iki şərt bir rəvayətin səhihliyi üçün (bədəvi ərəbin) adı məlum olmalıdır. Bu vacib olan şərtlərdəndir. Bunu mötəbər hədis alimləri də qeyd etmişdilər. Həmçinin Şeyx Albani rahiməhullah, öz təvəssul kitabında da bu məsələ ilə bağlı qeyd edir. Bununlada naməlum bədəvi ərəb bizə numunə ola bilməz. Həmçinin bu cür hədislər qanunda qüvvədə də ola bilməzlər. Səbəbi budur ki, bu cür hekayətlərin istinadı saxta uydurma və yalandır. Yuxarıda rəvayətlərin batil olmasını sübut etməklə, peyğəmbərimizin, səllallahu aleyhi va səlləm, mübarək qəbri ilə təvəssül (vasitə) etməyin şirk olduğunu söyləyirəm. Buna heçbir şübhə yoxdur. Bu növ rəvayətlərin xəbərlərini şeyx İslam İbn Teymiyyə (Allah ona rəhmət etsin) " Sirat əl-Mustaqim" kitabında batil adlandırır. ("İqtida əs-Sırat al-Mustaqim", s: 373). Qardaşım rica edirəm təhqirə keçmə çünki möminə yaraşmaz təhqir etmək. "Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) buyurmuşdur: “Tənəçi və lənətcil insanlar Qiyamət günü şahid və şəfaətçi olmazlar.” (Səhih Müslim, 2598-ci hədis). "Abdullah ibn Məsud (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) buyurdu: “Mömin tənə edən, lənət oxuyan, kobud və əxlaqsız olmaz”. (Tirmizi, 1977-ci hədis, Albani səhihləşdirmişdir, “əs-Sahihə”, 320-ci hədis). Bəli Musa (ə) müsəlman olub və digər peyğəmbərlərdə müsəlman olublar. Əgər sən buna şubhə ilə yanaşırsansa mən tam əminliklə deyə bilərəm ki, sən tam şəkildə İslam dinini tərk etdin çünki İsalam əqidəsinə görə bütün peyğəmbərlərə iman gətirib və onları müsəlman olduğunu saymaq lazımdır. “İbrahim nə yəhudi, nə də xaçpərəst idi. O ancaq hənif (batildən haqqa tapınan, haqqa yönəlmiş olan) müsəlman (Allaha təslim olan) idi və (Allaha) şərik qoşanlardan deyildi.” (İmaran, 67). Əziz “al-Fath” qardaş indi nə deyirsən Musa və yaxud bütün peyğəmbərlər müsəlman yəni Allaha təslim olanlardan deyildimi? “al-Fath” qardaş mən sübut edəcəyəm ki, sizin əqidə yəhudilərin əqidəsinə uyğundur. “Ammar əs - Cəbati belə rəvayət etmişdir: ” Əbu Abdullaha (Cəfəri Sadiq əleyhissalam) dedim: “Hökm verdiyiniz zaman, nə ilə hökm verirsiniz?” Buyurdu ki: “Allahın və Davudun hökmü ilə, haqqında heç nə bilmədiyimiz bir şey qarşımıza çıxdığı zaman, bu barədə hökmü Ruhul – Quddusdan (yəni Cəbraildən) alırıq”. (Müqayisə üçün Azərbaycan dilində, “Üsuli kafi” 1 ci cild, səh 695, hədis № 1035). Başqa hədisdə yenə bu haqda qeyd olunur: “Cueyd əl – Həmədani belə rəvayət etmişdir: ” Əli ibn Hüseyn (yəni Zeynal Abidin) əleyhissalama dedim: “Hansı hökmlə hökm verirsiniz?” Dedi ki: “Davudun nəslinin hökmü ilə (hökm veririk). Bir məsələ barədə hökm tapmada çətinlik çəksək, bununla bağlı həlli Ruhul - Quddusdan (yəni Cəbraildən) alırıq”. Müqayisə üçün Azərbaycan dilində, “Üsuli kafi” 1 ci cild, səh 695, hədis № 1036). Əizi "al-Fath” qardaş sənə belə bir sual olaraq: Yaxşı onda harda qaldı Məhəmmədin (s.ə.s) hökmü? Bunu da qeyd edim ki, Davud (ə) və onun nəsli İslam ümməti üçün peyğəmbər göndərilməmişdir və İmamlar (ə) Davudun (ə) hökmü ilə hökm verə bilməzlər. “Sizin üçün din olaraq islamı bəyənib seçdim.” (Maidə, 3). Təbii ki, yəhudilər Davudun (ə) hökmü ilə hökm verirlər. Şiələrin mötəbər sayılan hədis alimi Məhəmməd Yəqub ibn Kuleyni əl-kafi kitablarında 16299 hədis rəvayət etmişdir. Şiələrə görə bunların hamısı etibarlı və düzgün hesab olunur. Çünki, Kuleynin Usuli-Kafi adlı kitabın “ön sözünə” müraciət etdikdə belə qeyd olunmuşdur: “Məhəmməd Kuleyni Mehdi Sahibuz – zamanla bir dövrdə yaşamış, hətta bəzi mənbələrə görə onunla görüşmüşdür. Məhz bu amillər kitabın daha düzgün (səhih) hədislərdən toplandığına bir sübutdur. Kitabın 4 əsrdə yazıldığını nəzərə alsaq, onu deyə bilərik ki, həmin dövrlərdə İslam dünyasında yalan hədis söyləyənlər çoxalmışdır. Onlar bu və ya digər hakimin mənafeyini nəzərə alıb özlərindən hədis uyduraraq bu yollar var – dövlət toplayırdılar. Məhəmməd Kuleyninin belə bir sanballı əsəri həmin yalan hədislərə tutarlı bir cavab idi. Kitabın daha tutarlı xüsusiyyətlərindən biri də odur ki, böyük İslam (şiə) alimlərindən olan Əllamə Məclisi, Seyyid Nemətullah Cəzairidən gələn rəvayətə görə bu kitab on ikinci İmam Mehdi Sahibuz – zaman (ə)ın hüzuruna yetişmiş, İmam kitabı öz mübarək nəzərindən keçirərək tərifləmiş və “Bu kitab biz müsəlman (şiə) ümməti üçün kifayətdir” deyə buyurmuşdur. Bu səbəbdən də kitabın həm çox düzgün hədislərdən toplandığını, həm də kifayət qədər mükəmməl yazıldığı aydınlaşır. (Müqayisə üçün Azərbaycan dilində, “Üsuli kafi” Ön söz, 1 ci cild, səh 7).Əziz “al-Fath” qardaş əgər sən iddia etsəki, Kuleyninin Kafi kitablarında zəif hədislər var məzhəbinə qarşı müxalif çıxırsan. Çünki, Kuleynin ön sözündə qeyd etdiyim kimi: “İslam dünyasında yalan hədis söyləyənlər çoxalmışdır. Məhəmməd Kuleyninin belə bir sanballı əsəri həmin yalan hədislərə tutarlı bir cavab idi” Həmçinin qeyd olunur ki: “bu kitab on ikinci İmam Mehdi Sahibuz – zaman (ə)ın hüzuruna yetişmiş, İmam kitabı öz mübarək nəzərindən keçirərək tərifləmiş və “Bu kitab biz müsəlman (şiə) ümməti üçün kifayətdir” deyə buyurmuşdur.” Bununla da Kuleynin bütün əsərləri şiələrə görə səhih hesab olunur. Çünki O: “Məhəmməd Kuleyni Mehdi Sahibuz – zamanla bir dövrdə yaşamış, hətta bəzi mənbələrə görə onunla görüşmüşdür. Məhz bu amillər kitabın daha düzgün (səhih) hədislərdən toplandığına bir sübutdur.” Mə əs salam.
-
Bismi-Təala. Əs salamu əleykum. Əziz qardaş və bacılar sizi Qurban bayramı münasibəti ilə hamınızı təbrik edirəm. Nur surəsinin 63-cü ayəsində açıqlanan «دُعَا» dua kəlməsi ilə əlaqədar ibn Abbas (r.a) belə qeyd edir: “Məqsəd Allah rəsulunun (s.ə.s) duasını öz duanız kimi hesab etməyin. Onun duası, sizinkilərdən fərqli olaraq, Allah dərgahında mütləq qəbul olunar. Yəni Allah rəsulunun (s.ə.s) sizin üçün bəddua etməyinizə səbəb olmayın. Çünki onun duası qəbul olunan bir duadır. (İmam Qurtubi, əl-Cəmiuli-Əhkamil-Quran, 12-ci cild, səh 494-496). Bütün təfsir alimlərinin yekdil fikrinə görə: Dua nə vaxt Quranda qeyd olunursa 2 qismə bölünür. İbadət duası və istək duası. Misal üçün: 1). İstək duası yəni öz dilin ilə Allahdan istəyirsən. «Ya Rəbb, məni, valideynlərimi və möminləri haqq-hesab günü bağışla!» (Ibrahim,41). 2). İbadət duası yəni öz əməllərin ilə Allahdan istəyirsən. “Ey iman gətirənlər! (Namaz qıldıqda) rüku edin, səcdəyə q.nın; Rəbbinizə ibadət edin və yaxşı işlər görün ki, nicat t.sınız! (Mətləbinizə yetişəsiniz!).” (Həcc, 77). “Namaz qılın, zəkat verin və rüku edənlərlə birlikdə rüku edin!” (Bəqərə, 43). Bununla da qeyd olunur ki, dua ibadətdir. Çünki Allah rəsulu (s.ə.s) belə buyurmuşdu: «Dua ibadətdir.» (Tirmizi, Duа, 1, 3372 sаylı hədis). Bu cür dəlillərdən sonra məlum oldu ki, Dua ibadətdir. İndi sən əziz “al-Fath” qardaş Allaha dua edən zaman İmamları vasitə tutsan İmamlar Allahdan qeyri sayılır yoxsa yox? İbadət Allahın haqqıdır dua ibadətdəndir. Əgər sən “al-Fath” qardaş Allaha dua etdiyin zaman İmamları çağırırsansa onda İmamlar Allahdan qeyrisi sayılar. Çünki dua Allahın haqqıdır duada ibadətdir. Nəticədə qeyd olunur ki, sənin verdiyin şəhadət kəlməsinin andı pozulur. Çünki sən şəhadət kəlməsini deyəndə deyirsən ki: “Mən söz verirəm ki, yalnız Allaha ibadət edəcəyəm.” Fatihə surəsinin 5-ci ayəsinə ehtiyac gəlir “Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik!” (Fatihə, 5). Əziz “al-Fath” qardaşım əgər ölü insanlar ilə vasitə tutmaq olsa idi Allah rəsulu (s.ə.s) dualarında İbrahimi (ə) vasitə tutardı. Və həmçinin səhabələrinə və əhli-beytinə əmr edərdi ki, dualarınızda peyğəmbərləri vasitə tutun. Mə əs salam.
-
Bismi-təala. Əs salamu aləykə. Əziz “al-Fath” qardaş sənə sual verirəm: “Əşhədu ən lə iləhə illəllah” - Mən şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur. Yəni mən söz verirəm ki, yalnız Allaha ibadət edəcəyəm. Şübhəsiz kim Allahdan qeyrisinə ibadət edərsə söz verdiyi andı pozar. «Rəbbiniz dedi: "Mənə dua edin, Mən də sizə cavab verim. Həqiqətən, Mənə ibadət etməyə təkəbbür göstərənlər Cəhənnəmə zəlil olaraq girəcəklər".» (Mumin, və yaxud Ğafir, 60). Uca Allah bu ayədə duanı ibadət adlandırır çünki Allah rəsulu (s.ə.s) belə buyurmuşdur: «Dua ibadətdir.» (Tirmizi, Duа, 1, 3372 sаylı hədis). “Ənəs ibn Məlik (r.a) rəvayət edir ki, Allah rəsulu (s.ə.s) belə buyurdu: “Dua ibadətlərin beyni və özüdür.” (Tirmizi, Dua fəsli, hədis № 3371). Şövkani (rahiməhullah) Mumin və yaxud Ğafir surəsinin 60-cı ayəsini təfsir edərkən belə qeyd edir: “Ayə duanın ibadətdən olduğuna sübutdur. Çünki Uca Allah qullarına Ona dua etmələrini əmr etmiş və sonra isə belə buyurmuşdur: “...Mənə ibadət etməyi təkəbbürlərinə sağışdırmayanlar...” Bu ayədən məlum olur ki, dua ibadətdir.” (Tuhfətuz-zəkirin, səh 29). Bunu da qeyd edim ki, əgər ibadətdə Allahın şəriki yoxdursa bu ona dəlalət edir ki, dua edilən zaman Allahın heç bir şəriki olmaz. Çünki Uca Allah Mumin və yaxud Ğafir surəsinin 60-cı ayəsində duanı ibadət adlandırır. Bu cür dəlillərdən sonra məlum oldu ki, Dua ibadətdir. İndi sən əziz “al-Fath” qardaş Allaha dua edən zaman İmamları vasitə tutsan İmamlar Allahdan qeyri sayılır yoxsa yox? İbadət Allahın haqqıdır dua ibadətdəndir. Əgər sən “al-Fath” qardaş Allaha dua etdiyin zaman İmamları çağırırsansa onda İmamlar Allahdan qeyrisi sayılar. Çünki dua Allahın haqqıdır duada ibadətdir. Nəticədə qeyd olunur ki, sənin verdiyin şəhadət kəlməsinin andı pozulur. Çünki sən şəhadət kəlməsini deyəndə deyirsən ki: “Mən söz verirəm ki, yalnız Allaha ibadət edəcəyəm.” Fatihə surəsinin 5-ci ayəsinə ehtiyac gəlir “Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik!” (Fatihə, 5). Əziz “al-Fath” qardaşım əgər ölü insanlar ilə vasitə tutmaq olsa idi Allah rəsulu (s.ə.s) dualarında İbrahimi (ə) vasitə tutardı. Və həmçinin səhabələrinə və əhli-beytinə əmr edərdi ki, dualarınızda peyğəmbərləri vasitə tutun. Mə əs salam.
-
Əs salamu aləykə. Əziz “al-Fath” qardaş əvvələ bunu da qeyd edim ki, məgər əhli-beyt və sizin saydınız məsum imamlar peyğəmbərin (s) yolu ilə sünnəti ilə getməyiblər? Təbii ki, əhli-beyt peyğəmbərin (s) yolu ilə sünnəti ilə gediblər. Və həmçinin Şeyx Allabanida (rahiməhullah təala) bunu qeyd edir. Sünnə peyğəmbərin (s) yolu deməkdir. Və əhli-beytdə peyğəmbərin (s) yolu ilə sünnəti ilə gediblər. Əvvələ mən öz əqidəmdən çox yaxşı xəbərim var. Bunu da qeyd edim ki, Fəthul-Bari kitabı Səhih Buxarinin şərhi də olsa da Malik əd-Dar'dan, gələn hədis Səhih Buxaridə yoxdur. Nəzərinə çatdırım ki, İbn Əbi Şeybə, Malik əd-Dar'dan, gələn hədis Təbərani rəvayət edir. Təbəranidə gələn hədislər hamısı səhih sayılmır çünki Təbarani deyir ki, mən eşitdiyimi hədisləri qeyd edəcəyəm. Lakin Təbaranindən fərqli olaraq Səhih Buxari yalnız səhih hədisləri toplayıb. Qardaşım hədis onun ilə əlaqədar deyir ki, ölülər diri insanlar üçün Allah dərgahına vasitə tutsunlar. Lakin hədis ona dəlalət edir ki, ölülər bir birləri ilə Allah dərgahında danışarlar. Qardaşım Allah rəsulu (s.ə.s) ölülərə salam verib. Lakin səndən fərqli olaraq Allah rəsulu (s.ə.s) dua edən zaman Peyğəmbərləri vasitə tutmayıb. Əziz “al-Fath” qardaş Mən yenə Təbəriyə istinadən qeyd edirəm ki, ən gözəl təfsir Quran ayələrini başqa ayələr ilə təfsir etməkdir. Sən özündə etiraf edirsən ki, “Düzdür burda Təbəri deyir ki, Saleh (ə) getməzdən əvvəl bu sözləri onlara dedi” Gedib şiə təfsirçilərinin alimlərinə məsələn: Təbərsinin “Məcməül-bəyan” və yaxud Təbatəbainin “Əl-Mizan” Əraf, 79-cu ayəsinin təfsirlərində baxa bilərsən. Qardaşım bu hədisdə peyğəmbər olmadığı halda özlərinə ilham yəni xəbər gəlir “Muhaddesun” qeyd olunur. Haradadır o hədis ki, Ömər ibn Xattab qeybdən xəbər verirdi. Gətir o hədisi. «Rəbbiniz dedi: "Mənə dua edin, Mən də sizə cavab verim. Həqiqətən, Mənə ibadət etməyə təkəbbür göstərənlər Cəhənnəmə zəlil olaraq girəcəklər".» (Mumin, və yaxud Ğafir, 60). Uca Allah bu ayədə duanı ibadət adlandırır çünki Allah rəsulu (s.ə.s) belə buyurmuşdur: «Dua ibadətdir.» (Tirmizi, Duа, 1, 3372 sаylı hədis). Yenə qeyd edim ki, əgər ibadətdə Allahın şəriki yoxdursa bu ona dəlalət edir ki, dua edilən zaman Allahın heç bir şəriki olmaz. Çünki Uca Allah Mumin və yaxud Ğafir surəsinin 60-cı ayəsində duanı ibadət adlandırır. Qardaşım sənin nəzərinə çatdırım ki, xaçpərəstlər İsanı Allah yox Allahın oğlu hesab edirlər. Və sizin kimi Allaha dua edən zaman Hz. İsanı və Hz. Meriyamı vasitə tuturlar. Həmçinin də xaçpərəstlər iddia etmirlər ki, Hz. İsa və Hz. Meriyam onlara müstəqil olaraq kömək edəcəkdir. Dəlil çünki İsa incildə özü Allaha dua edib. Xaçpərəstlər sizi kimi iddia edir ki, Allaha yaxınlaşmaq üçün biz İsanı (İmamları) vasitə tutmalıyıq. Katoliklərə görə: «Dua xüsusən Ataya (yəni Allaha) xitab edirlir. Еynən İsaya da yönəlir, xüsusi ilə də onun adı tutulub yalvardığı zaman. (İncil, Romаlılar Vatikan, Katolik Kilsəsi Din və Əхlаq Tеzisləri, pаrаqrаf 2680). "(Ya Rəsulum!) Yadına sal ki, Biz evi (Kəbəni) insanlar üçün savab (ziyarətgah) və əmin-amanlıq yeri etdik. (Ey möminlər! Sizə də: ) “İbrahimin durduğu yeri (özünüzə) namazgah edin!” - (dedik). İbrahimə və İsmailə də: “Evimi (Kəbəni) təvaf edənlər, orada qalıb həmişə ibadətdə olanlar, rüku və səcdə ilə namaz qılanlar üçün (bütlərdən) təmizləyin! – deyə tövsiyə etdik. (Bəqərə, 125). Siz heç utanırsız?! Mən axı Sizdən xahiş etdim ki, öz şiə adətlərinizi qırağa qoyub mənimlə səmimi olasız! Niyə ayəni tam şəkildə qeyd etmirsiniz? Hələ utanmıya-utanmıya mənə o ayəni sübut kimi göstərirsiz? İbrahim məqamı namazgah adlanır yəni qiblə. Təbəruk isə adlanmır. “al-Fath” qardaş əvvələ yəhudilər namaz qılırlar. Lakin başlarını tərpədə-tərpədə kimi qılırlar. Dəlil Allah rəsulu (s.ə.s) merac gecəsində Musanı (ə) namaz qılan görüb. Mən sübut edəcəyəm ki, sizin əqidə yəhudilərin əqidəsinə uyğundur. “Ammar əs - Cəbati belə rəvayət etmişdir: ” Əbu Abdullaha (Cəfəri Sadiq əleyhissalam) dedim: “Hökm verdiyiniz zaman, nə ilə hökm verirsiniz?” Buyurdu ki: “Allahın və Davudun hökmü ilə, haqqında heç nə bilmədiyimiz bir şey qarşımıza çıxdığı zaman, bu barədə hökmü Ruhul – Quddusdan (yəni Cəbraildən) alırıq”. (Müqayisə üçün Azərbaycan dilində, “Üsuli kafi” 1 ci cild, səh 695, hədis № 1035). Başqa hədisdə yenə bu haqda qeyd olunur: “Cueyd əl – Həmədani belə rəvayət etmişdir: ” Əli ibn Hüseyn (yəni Zeynal Abidin) əleyhissalama dedim: “Hansı hökmlə hökm verirsiniz?” Dedi ki: “Davudun nəslinin hökmü ilə (hökm veririk). Bir məsələ barədə hökm tapmada çətinlik çəksək, bununla bağlı həlli Ruhul - Quddusdan (yəni Cəbraildən) alırıq”. Müqayisə üçün Azərbaycan dilində, “Üsuli kafi” 1 ci cild, səh 695, hədis № 1036). Əizi "al-Fath” qardaş sənə belə bir sual olaraq: Yaxşı onda harda qaldı Məhəmmədin (s.ə.s) hökmü? Bunu da qeyd edim ki, Davud (ə) və onun nəsli İslam ümməti üçün peyğəmbər göndərilməmişdir və İmamlar (ə) Davudun (ə) hökmü ilə hökm verə bilməzlər. “Sizin üçün din olaraq islamı bəyənib seçdim.” (Maidə, 3). Təbii ki, yəhudilər Davudun (ə) hökmü ilə hökm verirlər.Mə əs salam
-
Əs salamu aləykə. Əziz “al-Fath” qardaş «Şübhəsiz ki, məscidlər Allahındır. Allahdan başqa heç kəsə dua etməyin!». (Cinn 18). « وَأَنَّ الْمَسَاجِدَ لِلَّهِ فَلَا تَدْعُوا مَعَ اللَّهِ أَحَداً ». Yəni Allah ilə bərabər heç kəsi çağırmayın. Ayənin orijinal formasınında «تَدْعُو» “təd u” kəlməsi dua çağırmaq adlanır və “əhədən” « أَحَداً » inkar şəklində gəlir və qeyri-müəyyənlikdə gəldiyi üçün “yuhitul-umum” ümumi əhatə üçün qeyd olunur. Yəni Allaha dua etdiyin zaman nə mələyi nə peyğəmbəri nə də imamları Allah ilə bərabər çağıra bilməzsən. «Rəbbiniz dedi: "Mənə dua edin, Mən də sizə cavab verim. Həqiqətən, Mənə ibadət etməyə təkəbbür göstərənlər Cəhənnəmə zəlil olaraq girəcəklər".» (Mumin, və yaxud Ğafir, 60). Uca Allah bu ayədə duanı ibadət adlandırır çünki Allah rəsulu (s.ə.s) belə buyurmuşdur: «Dua ibadətdir.» (Tirmizi, Duа, 1, 3372 sаylı hədis). “Ənəs ibn Məlik (r.a) rəvayət edir ki, Allah rəsulu (s.ə.s) belə buyurdu: “Dua ibadətlərin beyni və özüdür.” (Tirmizi, Dua fəsli, hədis № 3371). Şövkani (rahiməhullah) Mumin və yaxud Ğafir surəsinin 60-cı ayəsini təfsir edərkən belə qeyd edir: “Ayə duanın ibadətdən olduğuna sübutdur. Çünki Uca Allah qullarına Ona dua etmələrini əmr etmiş və sonra isə belə buyurmuşdur: “...Mənə ibadət etməyi təkəbbürlərinə sağışdırmayanlar...” Bu ayədən məlum olur ki, dua ibadətdir.” (Tuhfətuz-zəkirin, səh 29). Bunu da qeyd edim ki, əgər ibadətdə Allahın şəriki yoxdursa bu ona dəlalət edir ki, dua edilən zaman Allah ilə bərabər heç kəsi çağırmaq olmaz çünki dua da ibadətdən sayılır. “Allah Ona şərik qoşmağı əsla bağışlamaz. Bundan başqa olan günahları isə dilədiyi kimsə üçün bağışlar. Allaha şərik qoşan şəxs, şübhəsiz ki, (haqq yoldan) çox azmışdır.” (Nisa, 116). Əziz “al-Fath” qardaşım əgər ölü insanlar ilə vasitə tutmaq olsa idi Allah rəsulu (s.ə.s) dualarında İbrahimi (ə) vasitə tutardı. Və səhabələrinə və əhli-beytinə əmr edərdi ki, dualarınızda peyğəmbərləri vasitə tutun. Bunu da qeyd edim ki, nə Allah rəsulu (s.ə.s) nə onun səhabələri nə əhli-beyti dualarında ölü insanları vasitə tutmayıblar. Yenə qeyd edim ki, əgər ibadətdə Allahın şəriki yoxdursa bu ona dəlalət edir ki, dua edilən zaman Allahın heç bir şəriki olmaz. Çünki Uca Allah Mumin və yaxud Ğafir surəsinin 60-cı ayəsində duanı ibadət adlandırır. “Onlara: "Allahın nazil etdiyinə tabe olun!"– deyildikdə, onlar: "Xeyr, biz atalarımızın tutduğu yolu tutacağıq!"– deyirlər. Bəs ataları bir şey anlamayıb doğru yola yönəlməyiblərsə necə?” (Bəqərə, 170). “Allah onların ürəyinə və qulağına möhür vurmuşdur. Gözlərində də pərdə vardır. Onları böyük bir əzab gözləyir! (Bəqərə, 7).
-
Əs salamu aləykə. Əziz “al-Fath” qardaş buyur bax Təbəri Əraf, 79-cü ayəsi ilə əlaqədər Salehin ümməti hələ sağ ikən Saleh onlara belə demişdir. “Ey gövmüm, mən sizə Rəbbimin əmrini çatdırdım və sizin üçün nəsihət etdim, lakin siz nəsihət edənləri sevmirsiniz”. (Əraf 79) Təbəri təfsirinə baxın. http://www.haznevi.net/icerikoku.aspx?KID=5336&BID=62 1) Cavab: Əvvələ söhbət cinlər cadugarlardan yox ölülərdən söhbət gedir. 2) Cavab: Gətir hədisiki Ömər İbn Xattab qeydən xəbər verirb. Özüdə Buxaridə və rica edirəm hədisin nömrəsi və babını qeyd et. Ay Əziz “al-Fath” qardaşım ibn Təymiyyə və Əbdul Vəhhab peyğəmbərə (s.ə.s) əsasən iddia edir ki, ölülər ilə vasitə tutmaq şikdir. Bunu da qeyd edim ki, şiələrin əhli-beyt məktəbi adlandırdığı kitablarında mötəbər alimlərinin hədislərində qeyd edilir ki, Allaha dua etdiyi zaman qəbirlərin sahibləri ilə vasitə tutmaq qadağandır. Məsələn: “Allah rəsulu (s) buyurdu: “Mənim qəbrimi büt kimi ibadətgaha çevirməyin və qibləgah etməyin. Uca Allah yəhudiləri lənətləyib ki, peyğəmbərlərin qəbirlərini ibadətgaha çevirmişlər.” (Babəveyh əl-Qummi, “Mən lə yəhduruhu əl-fəqih”i. 1 cild, səhifə 178 hədis № 532, Biharul-ənvar. 79 cild, səhifə 20, həmçinin 80 cild, səhifə 313). “Əmirəl möminin Əli (ə) rəvayət edir ki, Allah rəsulu (s) belə buyurdu: “Mənim qəbrimi bayram yerinə çevirməyin. Məscidləri və yaxud evlərinizi qəbirlərə döndərməyin.” (Əllamə Təbərsi “Mustədrəkul-Vəsail”. 2 çild, səifə 379, hədis № 2240). “Allah rəsulu (s) belə buyurdu: “Öz evlərinizi Quran oxumaqla nurlandırın, (məscidləli) xristiyan və yəhudilər kimi qəbirlərə çevirməyin”. (Usuli-Kafi, cild 2, səh. 610). Həmçinin Əhli- sunnə alimləri də belə rəvayət etmişdilər. “Əbu Hureyrə (r.a) rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – belə buyurdu: “Allahım mənim qəbrimi ibadətgah olan bütə çevirmə”. (Əhməd, №. 7352; İbn S'ad, II, 241-242; Mufaddal Çenedi, Fedailu't-Medine, 66/a; Ebu Ya'ia, Müsned 312/a; Humeydı, 1025; Ebu Nuaym, Hiıye, VI, 283 ve VII, 317. Səhih sənəd ilə). Digər hədis: “İbn Yəsir (r.a) rəvayət edir ki, Allah rəsulunun (s.ə.s) belə dua etdiyini eşitdim: “Allahım mənim qəbrimi ibadətgaha çevirmə! Peyğəmbərlərin qəbirlərini məscid halına gətirəm ümmətə Allahın qəzəbi şiddətli olar”. (Muvatta, səfərdə namaz kitabı: 85). Bu cür hədislər ona dəlalət edir ki, Allah rəsulunun (s.ə.s) və yaxud bir əməl-saleh bəndənin qəbri ilə vasitə tutmaq şirk olduğunu göstərir. Bəli yəhudilər dəstəmaz alır. Yəhudilər dəstəmaz alarkən üzlərini 3 dəfə yox 2 dəfədən artıq yumurlar. Yəhudilər dəstəmaz alarkən dirsəklərinin yuxarısından aşağı yuyurlar. Yəhudilər dəri ayaqlarına məs çəkirlər və sair. (Yəhudi kitabı, “Əhdi-Ətiq” Vəhy 16:4, 23:40, 40:38). Bunu da qeyd edim ki, Yəhudilərdə namaz qılırlar Sən İmamlara salam verəndə onların salamını eşidirsən? Əziz “al-Fath” qardaşım Səhih Buxaridə iddia edirsən ki,"Malik əd-Dar'dan!" gələn hədis var, Mən də səndən tələb edirəm ki, hədisin nömrəsini və babını qeyd elə və bu forumda tamaşaçılarda sənin haqlı olduğunu görsünlər. Mə əs salam
-
Əvvələ mən ölülərdən fərqli olaraq klaviaturada yaza bilirəm dəlil gətir ki, imamlar mənim kimi klaviaturada yaza bilirlər. Lakin merac gecəsi Peyğəmbərə (s.ə.s) xasdır yoxsa yox? Bunu da qeyd edim ki, cinlər Peyğəmbərlər deyirlər. İmam Əhməd Mənim üçün Huccət deyil mənə yalnız Allah və rəsulu hüccətdir. Əziz “al-Fath” qardaş bunu da qeyd edim ki, Alimlər məsul deyirlər xəta edə bilərlər çünki Allah rəsulu (s.ə.s) belə buyurmuşdu: “Alimlər ictihadlarında xəta edərsə 1 savab əgər düz olarlarsa 2 savab qazanarlar” «Yusuf» surəsinin 93-cü, ayəsini Qurani – Kərimdə digər ayələr bunu çox gözəl açıqlayır. «Xəstələndiyim zaman mənə yalnız O, (Allah) şəfa verir.» (Şuəra 80). Yusif (ə) öz başına yox məhz Cəbarail (ə) vəhy ilə köynəyin Yaqubun (ə) közlərinə şəfa verəcəyinə bildirmişdir. Bunuda qeyd edim ki, insanları çaşdıran məsələlərdən də birədə əqidə məsələsidir. Çünki hədisin mətnində belə qeyd olunur ki, Uca Allah belə buyurur: “Ey Adəm, əgər Məhəmməd olmasaydı səni yaratmazdım.” Sösüz ki, buda Qurana müxalifdir. Çünki Uca Allah belə buyurmuşdur:“Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım!” (Zariyat, 56). Maraqlısı budur ki, yalançı peyğəmbər hesab olunan Mirzə Qulam iddia edirdi ki, guya Uca Allah ona belə demişdir: “Əgər sən olmasaydın mən göyləri vasitəçi yaratmazdım.” (Həqiqət-əl Vahiy, səh 99). Mə əs salam.
-
Əvvələ əziz “al-Fath” qardaş mən səndən fərqli olaraq Quranı özümdən yox təfsir alimlərinə istinadən qeyd edirəm. Bunu da qeyd edim ki, mən sizin məzhəbinizi təhqir etməyib demədim ki, sizin dəstəmaz fiqhi yəhudilərin dəstəmaz fiqhi ilə eyni bərabərdir. [/font]“Səndən əvvəl göndərdiyimiz peyğəmbərlərdən soruş: “Biz Rəhmandan başqa ibadət olunası tanrılarmı müəyyən etmişik?” Nəbi (s.ə.s) nəyi soruşurdu onların ümmətlərindən “Biz Rəhmandan başqa ibadət olunası tanrılarmı müəyyən etmişik?” Əziz “al-Fath” qardaş biz Azərbaycanda yaşayırıq Rusiyada yox rica edirəm əgər öz xalqına hörmət ilə yanaşırsansa Azərbaycan dilində yaz. Mə əs salam.
-
Əs salamu aləykə. Əvvələ əziz “al-Fath” qardaş “Valəddallin”dən sonra Amin deməyə dəlil var çünki Allah rəsulu (s.ə.s) bunu deyərdi. “Əbu Hüreyrə (r.a) rəvayət edir ki, Allah rəsulu (s.ə.s) belə buyurdu: “İmam Amin dediyi zaman sizdə Amin deyir çünki bir kimsənin Amin deməsi mələklərin amin deməsinə təsadüf edərsə o, kimsənin keçmiş günahları bağışlanar ” İbnu Şihab deyir ki: “Allah rəsulu (s.ə.s) Amin deyərdi.” (Səhih Buxari Azan: 112; Səhih Müslim, Saləh: 72, (410); Muvatta, Saləh: 44, (1, 87); Əbu Davud, Saləh: 172, (936); Tirmizi, Saləh: 185 (250); Nesai, İftitah: 34, 35, (2, 144); İbnu Mace, İqamət: 14, (851). Cavab: Allah yolunda öldürülənlərə (şəhid olanlara) “ölü” deməyin. (Bəqərə, 154). Və ayənin ardıca bu sözlər qeyd edilir “lakin siz bunu dərk etmirsiniz.” yəni siz bunu hiss edə bilməzsiniz həmçinin də başa düşə bilməzsiniz. Allah – subhənəhu və təalə digər ayədə belə buyurur: “Allaha və peyğəmbərinə iman gətirənlər – məhz onlar öz Rəbbi dərgahında olan siddiqlər və şəhidlərdir.” (Hədid 19). Uca Allah şəhidləri öz qatında adlandırır. Buna bərzəx aləmi deyilir yəni şəhidlər o məqamı gözləyirlər ki, qiyamət gününü tam şəkildə cənnətə daxil olsunlar. Məhz “Ölü” deməyin. Məqsəd nədir bunuda izah edirəm. 1-ci. Mənası belə açıqlanır: Möminlər qəbirlərində cənnətə daxil olmağını arzuluyırlar amma ora daxil ola bilməzlər. Lakin mominlərdən fərqli olaraq şəhidlərin ruhları quş formasında olaraq cənnətə daxil olarlar. Cənnətin ruzıləridən istifadə edib qidalanırlar. (İbn Cərir ət-Təbəri, Təbəri Tefsir Bəqərə, 154: 1/373-375). Bu məsələ ilə bağlı digər ayənin ehtiyacına gəlir. “Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Əsl həqiqətdə onlar diridirlər. Onlara Rəbbi yanında ruzi (cənnət ruzisi) əta olunur.” (İmran 169). 2-ci. Mənası belə açıqlanır: “Raşıd ibn Sad (r.a) Allah rəsulunun (s.ə.s) əshabələrin birindən belə rəvayət edir: “Bir insan Allah rəsuluna (s.ə.s) deyir: “Ey Allahın rəsulu! Möminlər qəbirdə sorğu sual edilir. Lakin şəhidlər isə sorğu sual edilmir səbəbi nədir?” Allah rəsulu (s.ə.s) cavab olaraq belə buyurdu: “Şəhidin başındakı qılınc yarası onun üçün imtahan olaraq kifayət edər.” (Bu rəvayəti Nəsai nəql edir. “Cənazələr” Fəsli. Hədis, № 2026). Hədisin mətnindən aydın olur ki, möminlər qəbir əzabı çəkirlər. Lakin şəhidlər isə qəbir əzabı çəkməzlər. Digər ayənin ehtiyacına gəlir. “Firdovs cənnətinə varis olanlar, orada əbədi qalanlar” (Muminun 11). “Onlar Allahın Öz mərhəmətindən onlara bəxş etdiyi nemətə (şəhidlik rütbəsinə) sevinir, arxalarınca gəlib hələ özlərinə çatmamış (şəhidlik səadətinə hələ nail olmamış) kəslərin (axirətdə) heç bir qorxusu olmayacağına və onların qəm-qüssə görməyəcəklərinə görə şadlıq edirlər.” (İmran 170). 3-cü. Mənası belə açıqlanır: Allah yolunda can verib ölənlərə boş mənasız kimsələr kimi ölmüş deməyin. Onlar doğru yolda ölmüşlər. Çün ki, şəhidlərin ruhları Allah qatında böyük mükafat olaraq istədiyi vaxta cənnətə daxil olub çıxarlar. (Səhih Müslim, “Şəhidlər Allah dərgahında Babı” No: 1887 .TiriTiizi, K. Tefsir el-Kur'an sure 3 hah: 19. Hadis No: 3011). 4-cü. Mənası belə açıqlanır: Ölü dünyasını tətk etdikdə heş bir şəkildə heç bir şeydən ləzzət almaz. Lakin şəhidlər isə cənnətə olan ruzilərdən istifadə edərək ləzzət alarlar. 5-ci. Mənası belə açıqlanır: Allah yolunda öldürülənlərə “ölü” deməyin. Cümlədə məqsəd budur ki, şəhid olan ölüləri ilə digər ölülərli bərabər tutmayın. Çünki şəhidlərin ruhları yaşıl quşların daxilinə yerləşdirlir. Onların ruhları Cənnət çaylarının yanına gəlir, Cənnət meyvələrindən yeyir və Ərşin kölgəsində yerləşdirilmiş çıraqların yanına qayıdırlar. Yemək-içməklərinin və qayıtdıqları yerin nə qədər gözəl olduğunu gördüklərinin ləzzətini alarlar. (Celal Yıldırım, İlmin Işığında Asrın Kur’an Tefsiri, Anadolu çapı: 1/402.Əl-Buxari, 3/1389). Ölülər ilə vasitə tutmaq mümkün deyir çünki dua bir əməlldir dəlil olaraq Allah Rəsulu belə buyurdu: “İnsan öldükdə əməllər kəsilir.”(Səhihi-Buxari, Kitrabur-Riqaq, c. VII, səh.193; Səhihi-Müslim, Kitabuz-Zühd, Hədis №5. Əbu Davud, № 4903). Hamıya məlumdur ki, insanın bədənindən ruhu tərk etdisə o, artıq ölü sayılır və ərəb dilində “meyyid” deyilir və ölülərində dua etməyi mümkün deyil dua əməl kimi vasitədir ölülərin kimlər üçün dua etmələri ağlasığışmaz çünki onların artıq əməlləri kəsilmişdir. Allah qatında şəhidlər diridirlər lakin bizim yanımızda isə ölüdürlər. Bunu da qeyd edim ki, peyğəmbər (s.ə.s) də şəhidlərdən idi. Allah – subhənəhu və təalə onun da öləcəyini xəbər vermişdir. “(Ey Məhəmməd!) Şübhəsiz ki, sən də öləcəksən, onlar da öləcəklər.” (Zumər 30). “Muhəmməd ancaq bir peyğəmbərdir. Ondan əvvəl də peyğəmbərlər gəlib-getmişlər. Əgər o, ölsə və ya öldürülsə, siz gerimi dönəcəksiniz? (Dininizdən dönəcək və ya döyüşdən qaçacaqsınız?) Halbuki geri dönən şəxs Allaha heç bir zərər yetirməz. Lakin Allah şükür edənlərə mükafat verər.” (İmran 144). “(Ya Rəsulum!) Səndən əvvəl də (dünyada) heç bir bəşərə əbədiyyət (ölməzlik) vermədik. Belə olduğu təqdirdə, sən ölsən, onlar dirimi qalacaqlar.” (Ənbiya 34). “Hər bir kəs (hər bir canlı) ölümü dadacaqdır. Sonra da (qiyamət günü) hüzurumuza qaytarılacaqsınız. (Ənkəbut 57). “Hər bir kəs (canlı) ölümü dadacaqdır. Şübhəsiz ki, mükafatlarınız qiyamət günü tamamilə veriləcəkdir.” (İmran 185). Bunu qeyd edim ki, dua zamanı ölüləri vasitə tutmaq heç bir fayda verməz. Qurani – Kərimin digər ayələri bunu çox gözəl açıqlayır. “Şübhəsiz ki, sən nə ölülərə başa sala bilər, nə də dönüb gedən karlara çağırışı eşitdirə bilərsən!” (Ən-Nəml, 80). “Şübhəsiz ki, sən çağırışı nə ölülərə bildirə bilərsən, nə də dönüb gedən karlara eşitdirəbilərsən!” (Ər-Rum, 52). “Dirilərlə ölülər də eyni deyillər! Şübhəsiz ki, Allah dilədiyinə eşitdirər. Sən isə qəbirlərdə olanlara eşitdirən deyilsən!” (Fatir, 22). Ayənin zahirində qeyd olunur ki, “Sən isə qəbirlərdə olanlara eşitdirən deyilsən” Əvvəla: Malik əd-Darın kimliyinin və etibarlılığının dəqiq bilinməməsi səbəbi ilə bu hədisi səhih saymırıq, çünki hədis elmində bilindiyi kimi bu iki şərt bir rəvayətin səhihliyi üçün vacib olan şərtlərdir. Çünki hədisin özündə qeyd olunan bədəvi ərəbin şəxsi adı bilinmir və bəlli deyil buna görə də bədəvi ərəb naməlum olaraq qalır. Kimliyinin və etibarlılığının dəqiq bilinməməsi səbəbi ilə bu cür hədislər səhih sayılmaz, çünki hədis elmində bilindiyi kimi bu iki şərt bir rəvayətin səhihliyi üçün (bədəvi ərəbin) adı məlum olmalıdır. Bu vacib olan şərtlərdəndir. Bunu mötəbər hədis alimləri də qeyd etmişdilər. Həmçinin Şeyx Albani (rahiməhullah təala) öz təvəssul kitabında da bu məsələ ilə bağlı qeyd edir. Bununlada naməlum bədəvi ərəb bizə numunə ola bilməz. Həmçinin bu cür hədislər qanunda qüvvədə də ola bilməzlər. Səbəbi budur ki, bu cür hekayətlərin istinadı saxta uydurma və yalandır. Yuxarıda rəvayətlərin batil olmasını sübut etməklə, peyğəmbərimizin, səllallahu aleyhi va səlləm, mübarək qəbri ilə təvəssül (vasitə) etməyin şirk olduğunu söyləyirəm. Buna heçbir şübhə yoxdur. Bu növ rəvayətlərin xəbərlərini şeyx İslam İbn Teymiyyə (Allah ona rəhmət etsin) " Sirat əl-Mustaqim" kitabında batil adlandırır. ("İqtida əs-Sırat al-Mustaqim", s: 373). Bir ölü, qəbrinin yanında durub onu çağıranı eşitsə belə qiyamətə qədər cavab verə bilməyəcəyi üçün bu ayənin ehtiyacına gəlir: «Allahın yaхınından qiyamət gününə qədər ona cavab vеrə bilməyəcək kimsələri çağırandan daha zəlil kimdir? Halbuki bunlar onların çağırışının fərqində dеyillər» (Əhqaf surəsi - 5) Ərəb dilində «mən» kəlməsi (من) kimsə və ya kimsələr, mənasını ifadə еdilir. Əhqaf surəsinin 5-ci ayəsində üç yеrdə «mən» kəlməsi istifadə də olunur. Bu kəlmə ərərbcədə şüurlu canlılar üçün istifadə olunur. Bunu sübut etmək üçün «mən» kəlməsi Quranda şüurlu insanlara da istifadə olunur. Dəlir olaraq bu ayəni qeyd edirəm. Uca Allah belə buyurur: «Allah hər heyvanı (canlını) bir sudan (nütfədən) yaratmışdır. Onların bəzisi qarnı üstə sürünür, bəzisi iki, bəzisi isə dörd ayaq üstündə gəzir. Allah istədiyini yaradır. Həqiqətən, Allah hər şeyə qadirdir!» (Nur surəsi-45) Bu ayədə «bəzisi» dеyə tərcümə еdilən «mən» kəlməsidir. İki ayağı üzərində gəzən insanların, şüurlu canlılar olduğu qəti olaraq bilindiyi üçün digər canlılara da «mən» kəlməsi uyğun görülmüşdür. Əhqaf surəsinin 5-ci ayəsində «mən» deyə tərcümə edilən “kimsələri” kəlməsi dedikdə iki ayağı üzərində gəzən insanların, şüurlu canlılar insan olduğunu mənasını verir. Beləliklə də Əhqaf surəsinin 5-ci ayəsində “kimsələri” kəlməsi əməl-saleh insanlar yəni (övliyalar) İmamların ruhları qeyd olunur. «Allahın yaхınından qiyamət gününə qədər ona cavab vеrə bilməyəcək kimsələri çağırandan daha zəlil kimdir? Halbuki bunlar onların çağırışının fərqində dеyillər» (Əhqaf surəsi - 5). Əziz “al-Fath” qardaşım siz hansı təfsirə əsasən bunları iddia edirsiz rica edirəm mənbəni qeyd edin çünki hərkəs Qurana özündən təfsir verərsə hamıya məlumdur halı necə olacaq? Təbəri təfsirinin mənbəyini qeyd edirəm buyur bax (Ət-Təbəri, Təbəri təfsiri, 4-cü cild, 77 səhifə). Müqayisə üçün şiə alimlərinin Quran təfsir kitablarına gedib baxa bilərsən. Təbərsinin “Məcməül-bəyan” və yaxud Təbatəbainin “Əl-Mizan” təfsirlərində.
-
Əs salamu aleykə “Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik! (Fatihə, 5) ”Bizi doğru (düz) yola yönəlt!” (Fatihə, 6) “Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!” (Fatihə, 7) Amin Allahım duamı qəbul et. Məgər bu dua deyilmi? Məgər Allah sənə hidayət versin dua deyilmi? Əvvəla biz təvəssülü rədd etmirik çünki təvəssül diri insan ilə olur ölü ilə yox necə ki, səhih Buxaridə bu qeyd olunur ki: “Ənəs ibn Malik (Allah ondan razı olsun!) bu rəvayəti verir: «Ömər ibn Xəttab (Allah ondan razı olsun!) quraqlıq baş verəndə Abbas ibn Əbdülmüttəlibə üz tutub yağış yağması üçün dua etməsini istəyib demişdir: «Ilahi, biz Sənə Peyğəmbərimiz (s.s) vasitəsilə təvəssül edirdik, bizə yağış göndərirdin. Indi isə Sənə Peyğəmbərimizin əmisi vasitəsilə təvəssül edirik. Bununla biz Peyğəmbərimizin (s.s) özünü nəzərdə tutmuş oluruq. Biz ondan dua etməyi tələb edir və onun duası ilə Allaha yaxınlaşırıq. Indi isə Peyğəmbər (s.s) rəhmətə getmişdir və bizim üçün dua edə bilməz. Biz Peyğəmbərimizin əmisi Abbasa üz tutub bizim üçün dua etməsini istədik» (Buxarı, 2/397; Ibn Sədi, «Təbəqat», 4/28-29; Buxarı, «Müxtəsərim», 536). Diqqət yetirin bu ayədə Musa (ə) sağdır. “Ya Musa! (Allahın sənin dualarını qəbul etmək və peyğəmbərlik vermək barəsində) səninlə olan əhdi hörmətinə bizim üçün Rəbbinə dua et. Əgər bu əzabı bizdən götürsə, biz, hökmən, sənə iman gətirəcək və İsrail oğullarını səninlə birlikdə (istədikləri yerə) göndərəcəyik. (Əraf 134). İslam hədislərində bərzəx həyatı “Əgər siz onları çağırsanız, onlar sizin duanızı eşitməzlər, eşitsələr də cavab verə bilməzlər. Özləri də Qiyamət günü sizin onlara ibadət etdiyinizi danacaqlar. Heç kəs hər şeydən Xəbərdar olan Allah kimi sənə xəbər verə bilməz.” (Fatir, 14). Əvvəla əziz “al-Fath” qardaşım sən hansı təfsirə əsasən bunu qeyd edirsən. Hamıya bəllidir ki, kim özündən Qurana təfsir verərsə onun axırı harada olacaqır məlumdur. “(Saleh) Onlardan üz döndərib dedi: “Ey gövmüm, mən sizə Rəbbimin əmrini çatdırdım və sizin üçün nəsihət etdim, lakin siz nəsihət edənləri sevmirsiniz”. (Əraf, 79). Bu ayəni Təbəri belə təfsir edir: Salehin ümməti Səmud dəvəsi kəsib özlərinə əzabın dərhal gəlməsini istəyərkən Saleh onların arasından çıxıb getmişdir. Çünki Allah ona üç gün içərisində ümmətini həlak edəcəyinin bildirmişdir. Saleh onların yanından ayrılaraq onlara belə demişdir: “Ey gövmüm, mən sizə Rəbbimin əmrini çatdırdım və sizin üçün nəsihət etdim, lakin siz nəsihət edənləri sevmirsiniz”. (Ət-Təbəri, Təbəri təfsiri, 4-cü cild, 77 səhifə). Gedib “Mizan” təfsirinə də baxa bilərsən. Əziz “al-Fath” qardaşım sənə cavab olaraq mən Təbəri təfsirinə istinadən qeyd edim ki, Qurani – Kərimi ən gözəl təfsiri budur ki, ayələri ayələr ilə təfsir etməkdir. “Sonra o dəvəni tutub kəsdilər və (bununla da) Rəbbinin əmrini saymazyana pozub (istehza ilə): “Ey Saleh! Əgər sən (həqiqi) peyğəmbərlərdənsənsə, bizi qorxutduğunu (bizi təhdid etdiyin əzabı) gətir görək!” – dedilər.(Əraf, 77). - “(Saleh) onlardan üz döndərib belə dedi: “Ey camaatım! Mən sizə Rəbbimin əmrini (mənə lütf etdiyi peyğəmbərliyi) təbliğ etdim və sizə öyüd-nəsihət verdim. Lakin siz öyüd-nəsihət verənləri sevmirsiniz!” (Əraf, 79). - “Buna görə də onları dəhşətli bir sarsıntı (yerdən zəlzələ, göydən tükürpədici bir səs) bürüdü, onlar öz evlərində diz üstə düşüb qaldılar (bir göz qırpımında həlak oldular). (Əraf, 78). Əziz “al-Fath” qardaşım sənin yox təfsirçilərə istinadən bunu qeyd edim: “Elə bu zaman onları dəhşətli bir sarsıntı (yerdən zəlzələ, göydən tükürpədici bir səs) bürüdü və onlar öz evlərində diz üstə düşüb qaldılar (bir göz qırpımında həlak oldular).” (Əraf, 91). Quran-kərimin digər ayələri bunu çox gözəl açıqlayır. “Onlar dedilər: “Həqiqətən, sən (əməlli-başlı) ovsunlanmışlardansan! (Divanənin birisən! Sən hara, peyğəmbərlik hara?) (Şuəra,185). “Sən də bizim kimi adi bir insansan! Bizə elə gəlir ki, sən yalançının birisən! (Şuəra, 186). “Əgər, doğru danışanlardansansa (həqiqi peyğəmbərsənsə), göyün bir parçasını üstümüzə endir!” (Şuəra, 187). “(Şüeyb) dedi: “Sizin nələr etdiyinizi Rəbbim daha yaxşı bilir!” (Şuəra, 188). “Nəhayət, onu (Şüeybi) təkzib etdilər və buna görə də buludlu günün (qızmar günəşdən sonra peyda olan qara buludun) əzabı onları yaxaladı. Həqiqətən, o, böyük (müdhiş) bir günün əzabı idi.” (Şuəra, 189). “Şüeybi yalançı adlandıranlar, sanki orada (evlərində) heç bir şənlik (nemət) içində yaşamamışdılar. Şüeybi təkzib edənlərin özləri ziyana uğrayanlar oldular”. (Əraf, 92). (Şüeyb) onlardan üz döndərib dedi: “Ey camaatım! Mən sizə Rəbbimin əmrlərini təbliğ etdim və öyüd-nəsihət verdim. İndi kafir bir tayfadan ötrü necə yas tutum?” (Əraf, 93). İbn Cərir ət-Təbəri Əraf surəsinin 93-cü ayəsini belə izah edir: “Şueyb ümmətindən ayrılaraq üzərilərinə əzabın kəskin olaraq gələcəyini başa düşərək onlara belə buyurmuşdu: Şübhəsiz ki, Rəbbimin əmirlərini dəvət etdim və ona itaət etməsi üçün sizə nəsihət verdim. İndi mən Rəbbinin birliyini inkar edən və peyğəmbərlərini yalançı hesab edən kafir tayfanı baş verəcək fəlakətə necə yas tutum?” (Ət-Təbəri, Təbəri təfsiri, 4-cü cild, 86 səhifə). Əziz “al-Fath” qardaşım əcəb öz xeyrinizə Quran-kərimə şərh verisiz. Lakin mən Əllamə Məhəmməd Hüseyn Təbatəbainin “Əl-Mizan” təfsirində sizin qeyd etdiklərinizə rast gəlməmişəm. “Səndən əvvəl göndərdiyimiz peyğəmbərlərdən (onların ümmətlərinin alimlərindən və müxlis möminlərindən) soruş: “Biz Rəhmandan başqa ibadət olunası tanrılarmı müəyyən etmişik?!” (Zuxruf, 45). Quran-kərimin digər ayəsi bunu çox gözəl açıqlayır. “(Ya Peyğəmbərim!) Əgər sənə nazil etdiyimizə şübhə edirsənsə, (bu haqda) səndən əvvəl kitab (Tövrat) oxuyanlardan (Abdullah ibn Salam kimi kitab əhlindən) soruş. Haqq sənə, sözsüz ki, Rəbbindən gəlmişdir. Şübhə edənlərdən olma!” (Yunus, 94). Zuxruf surəsinin 45-ci ayəsi ilə əlaqələr İmam Qurtubi belə izah edir: “İbn Məsudun qiraətinə görə belə açıqlanır ki: “Səndən qabaq göndərdiyimiz rəsullara nə göndərdiyimizi soruş.” Mücahid, əs-Səddi, əd-Dahhaq, Katadə, Ata, əl-Həsən, və ibn Abbasın fikir rəyləri də budur ki: “Ya Peyğəmbərim! Sən Tövrat və İncil kitablarına iman gətirənlərdən (inananlardan) soruş.” İzahı budur ki: Səndən əvvəl göndərdiyimiz peyğəmbərlərə tabı olanlardan soruş. Peyğəmbərlər dedikdə məqsəd onların ümmətidir. (İmam Qurtubi, Cəmiuli-Əhkamil-Quran, 15-ci cild, səhifə 511-513). Digər rəy fikri: “İbn Abbas və ibn Zeyd qeyd edirlər ki: Uca Allah Merac gecəsi Adəmin nəslindən gələn bütün peyğəmbərlə diriltdi. Həmin günü Cəbrail Peyğəmbər (s.ə.s) ilə bərabər idi. Cəbrail (ə) azan və sonradan isə iqamə verib “Ey Məhəmməd qabağa keçib namaz qıldır” dedi. Allah rəsulu (s.ə.s) peyğəmbərlərə namaz qıldırıb bitirdikdən sonra Cəbrail ona müraciət edərək belə buyurdu: “Səndən əvvəl göndərdiyimiz peyğəmbərlərdən soruş: “Biz Rəhmandan başqa ibadət olunası tanrılarmı müəyyən etmişik?” Allah rəsulu, (s.ə.s) Cəbrailə (ə) cavab verərək belə buyurdu: “Ehtiyac yoxdur çünki mən bu məsələ ilə bağlı çox gözəl bilirəm.” (Suyiti, əd-Durrul-Mənsur, 7-ci cild, səhifə 382). Əgər şiələr iddia etsələr ki, dəlil var ki, Allah rəsulu, (s.ə.s) Merac gecəsi Peyğəmbərlərin (ə) ruhları ilə danışıb. Mən onlara cavab olaraq deyirəm: 1) Allah rəsulu (s.ə.s) Merac gecəsi Peyğəmbərlər ilə üzbəüz görüşüb. Lakin şiələr İmamlar ilə üzbəüz görüşmürlər. Və İmamları çağırmaq artıq qeybdən xəbər verir. 2) Merac gecəsi Allah rəsulu (s.ə.s) göyün neçənci qatında olub. Lakin şiələr İmamları çağırıb vasitə tutanda göyün neçənci qatında olmurlar. 3) Merac gecəsi Allah rəsuluna (s.ə.s) xasdır necə ki, qeybdən xəbər vermək və yaxud çoxlu həyat yoldaşı sahibi olmaq və sair. 4) Merac gecəsi Allah rəsulu (s.ə.s) göyün neçənci qatında idi. Lakin biz yer kürəsindəyik. Məkan isə ayrı-ayrı yerlərdi. 5) Merac gecəsi Allah rəsulunun (s.ə.s) möcüzələrindəndir. Lakin bunu da qeyd edim ki, Merac gecəsi İmamların möcüzələrindən sayılmır. Bədr müharibəsində öldürülən müşriklər bir quyuda basdırıldıqdan sonra Allah Rəsulu (s.ə.v.) onların yanına gəlib bеlə dеdiyi bildirilmişdir: «Еy filankəs oğlu filankəs! Еy filankəs oğlu filankəs! Allah Rəsulunun sizə vеrdiyi sözün haqq olduğunu gördünüzmü? Çünki mən Allahın mənə vеrdiyi sözün haqq olduğunu gördüm». Ömər ibn Хəttab dеdi: “Еy Allahın Rəsulu, ruhsuz cəsədlərləmi danışırsınız? O, bеlə cavab vеrdi: «Söylədiklərimi onlar sizin еşitməyinizdən pis еşitmirlər. Amma onlar (sizdən fərqli olaraq) mənə hеç bir şəkildə cavab vеrə bilməzlər. (Müslim, Səhih-i Müslim, əl-Cənnə və sıfаti nаimihə, Bаb 17, Hədis № 76(2873). Bir ölü, qəbrinin yanında durub onu çağıranı eşitsə belə qiyamətə qədər cavab verə bilməyəcəyi üçün bu ayənin ehtiyacına gəlir: «Allahın yaхınından qiyamət gününə qədər ona cavab vеrə bilməyəcək kimsələri çağırandan daha zəlil kimdir? Halbuki bunlar onların çağırışının fərqində dеyillər» (Əhqaf surəsi - 5) Qardaşım buna dəlil var konkret Quran ayəsi. Ümumiyyətcə hər bir şəfayət Allahdandır. Həmçinin «Yusuf» surəsinin 93-cü, ayəsini Qurani – Kərimdə digər ayələr bunu çox gözəl açıqlayır. «Xəstələndiyim zaman mənə yalnız O, (Allah) şəfa verir.» (Şuəra 80). Digər ayədə uca Allah belə buyurur: «Dе ki: «O şəfaət bütünlüylə Allahındır.» (Zumər, 44).«Yusuf» surəsinin 93-cü, ayəsi isə təfsirlərdə belə şərh olunur: “Mücahid bu məsələ bağlı ilə belə qeyd edir: “ Hz Yusifin köynəyi ata babalarından miras kimi qalma idi. Bu köynək həmən köynəkdir ki, Nəmrud Hz. İbrahimi atəşə atıldığı zaman Cəbrail (ə) onu cənnətdən gətirib Hz. İbrahimə geyindirmişdi. Hz. İbrahim bu köynəyi Hz. İshaqa və Hz. İshaq da sonradan Hz. Yaquba O, da Hz. Yusifə vermişdir. Hz. Cəbrail vəhy ilə Hz. Yusifə o köynəyinin onun atasının gözünün üstünə sürtməsi üçün göndərilməsinə bildirmişdir. Çünki o köynəyin cənnətdən gələn hiss edici iyi var idi. Və o köynəkdən cənnətin hiss edici iyi gəlməsi isə xəstə olana hökmən şəfa verərdi. (İmam Qurtubi, Əl-Camiu li-Ahkami’l-Qur’an, «Yusuf 93»: 9/385-391). “Alimlər bu məsələ bağlı ilə belə qeyd edirlər ki: “Allahdan açıq bir vəhy ilə Yusifin (ə) köynəyi atasının gözünə sürtməklə onun sağalacağını Cəbrail, Yusifə (ə) bildirmişdir. Əgər belə bir vəhy olmasa idi, o bunu bilməzdi. (Fəhrəddin ər-Razi, Təfsir-i Kəbir Məfâtihu’l-Gayb, «Yusuf 93»: 13/ 337-338). Təbəri bu məsələ ilə bağlı qısaca belə izah edir: “Bu köynək. Hz.Yusifə verilmiş olan bir möcüzədir. Cəbrail (ə) vəhy ilə Hz.Yusifə öz köynəyini atasının gözünə sürtmək üçün ona bildirmiş O, da Hz. Yaquba o koynəyi göndərmişdir. (İbn. Cərir ət-Təbəri, Təbəri Təfsiri «Yusuf 93»: 5/51). Göründüyü kimi Yusif (ə) öz başına yox məhz Cəbarail (ə) vəhy ilə köynəyin Yaqubun (ə) közlərinə şəfa verəcəyinə bildirmişdir. Bunu da qeyd edim ki, hər bir peyğəmbərlərin möcüzələri olub. Xüsusi ilə Yusifin (ə) köynəyi möcüzələrindən biri idi. Yaddan çıxartmaq lazım deyil ki, İmamlar, peyğəmbərlər deyil. Sonda bunu qeyd edim ki, əziz “al-Fath” qardaşım əgər ölülər ilə vasitə tutmaq olsa idi Allah rəsulu (s.ə.s) əmr edərdi ki: “dualarınızda peyğəmbərləri vasitə tutun” və yaxud Allah rəsulu (s.ə.s) dualarında İbrahimi (ə) vasitə tutardı. Həmçinin Allah rəsulu (s.ə.s) əmr edərdi ki: “Məni və mənim Əhli beytimi vəfatımızdan sonra Allaha dua edən zaman vasitə tutarsız”. Amma bu heç bir hədisdə qeyd olunmur. Hətta şiə fiqhinə görə İmamlarda buna əməl etməyiblər. Lakin Allah rəsulu (s.ə.s) Əhli beyt bizə nümunədir əgər onlar bunu etməyiblərsə bu artıq şirk və bidətə .ran yoldur. Mə əs salam [/font]
-
Əs salamu aleykə. Suala cavab: Bütün təfsir alimlərinin yekdil fikrinə görə: Dua nə vaxt Quranda qeyd olunursa 2 qismə bölünür. İstək duası yəni öz dilinlə Allahdan istəyirsən. «Ya Rəbb, məni, valideynlərimi və möminləri haqq-hesab günü bağışla!» (Ibrahim,41). 2). İbadət duası yəni öz əməllərinlə Allahdan istəyirsən. “Ey iman gətirənlər! (Namaz qıldıqda) rüku edin, səcdəyə q.nın; Rəbbinizə ibadət edin və yaxşı işlər görün ki, nicat t.sınız! (Mətləbinizə yetişəsiniz!).” (Həcc, 77). “Namaz qılın, zəkat verin və rüku edənlərlə birlikdə rüku edin!” (Bəqərə, 43). İbadət duası istək duası ilə seçilir. Məsələn: Zəkat verən zaman Allahdan heç nə diləmirsən yalnız Allah rizası üçün bunu edirsən və bunu öz əməllərinlə ibadət edirsən bu isə ibadət duası sayılır. İstək duası Allahdan istiyirsən. Məslən: “Ya Rəbbi məni bağışla” bu isə istək duası adlanır. “Allah rəsulu (s.ə.s) belə buyurdu: «Dua ibadətdir.» (Tirmizi, Duа, 1, 3372 sаylı hədis). Əgər Allaha dua etdiyin zaman dünyadan köçmüş insan ilə vasitə tutmaq olsa idi Əli (r.a) xutbələrin birində Nəhcul-bəlağə kitabında bunu qeyd edərdi. Lakin Əli (r.a) Kufədə xəlifə idi Peyğəmbəri (s.ə.s) dualarında vasitə tutabilərdi. Amma Əli (r.a) bilirdiki Allaha dua etdiyi zaman dünyadan köçmüş insan ilə vasitə tutmaq olmaz. Əli (r.a) Kufədə xütbə verdiyi zaman yağış üçün istəyən duasını qeyd edim: “Allahım, səndən bərəkətli torpaqlarımızı bitkilərlə dolduran, vadilərimizi canlandıran, heyvanlara ömür verən, günəşi çöllər və torpaqları məhsullar edən su istəyirik. Allahım, bizim üzərimizə hər tərəfi isladan, qab tökülən su kimi yağış endir.” (Nəhcul-bəlağə, səh 126, 115-ci xütbə. Mubahilə çapı, Bakı 2006). Gəlin Əlinin (r.a) özü üçün digər dua etdiyini müşahidə edək: “Allahım məndən daha yaxşı bildiyin şeylər üçün məni bağışla. Allahım söz verib vəfa görmədiyim əhdlərim üçün məni bağışla. Sənə yaxınlaşmağı dilimlə söylədiyim halda, qəlbimin müxalifətliyinə görə məni bağışla. Allahım gözlərimin işarələrini, faydasız sözlərimi, qəlbimin yersiz arzularını və dilimin sürüşkənliyinin görə əfvini diləyirəm.” (Nəhcul-bəlağə, səh 76, 78-ci xütbə, Hz.Əli duası. Mubahilə çapı, Bakı 2006). Gördüyünüz kimi Əli (r.a) Allaha dua etdiyi zaman Peyğəmbəri (s.ə.s) vasitə tutmur halbuki Allah rəsulu (s.ə.s) dünyadan köçmüş idi. Ölü ilə diri insanın arasında böyük fərq var. Məsələn: Diri insan eşidir, görür, və olduğu şeylərə qadirdir. Misal üçün həkim diridir o, eşidir, görür, suala-cavab verə bilir həmçinin cərrahi əməliyyat etməyə qadirdir. Əgər həkimə desək ki, mənə övlad, və yaxud şəfa ver həkim nə övlad nə də şəfa verməyə qadir deyil. İnsanlar yalnız qadir olduğu şeylərə qadir ola bilər. Ölü nə bizi görür nə bizi eşidir nə də həkim kimi cərrahi əməliyyat etməyinə qadir deyil. «Rəbbiniz dedi: "Mənə dua edin, Mən də sizə cavab verim. Həqiqətən, Mənə ibadət etməyə təkəbbür göstərənlər Cəhənnəmə zəlil olaraq girəcəklər".» (Mumin, və yaxud Gafir, 60). Uca Allah bu ayədə duanı ibadət adlandırır çünki Allah rəsulu (s.ə.s) belə buyurmuşdur: «Dua ibadətdir.» (Tirmizi, Duа, 1, 3372 sаylı hədis). Əgər ibadətdə Allahın şəriki yoxdursa bu ona dəlalət edir ki, dua edilən zaman Allah ilə bərabər heç kəsi çağırmaq olmaz çünki dua da ibadətdən sayılır.
-
Əs salamu aleykum. Dəlil bizə yalnız Quran və sunnədir. Cinn surəsinin 18-ci ayəsin də qeyd olunur ki, Allaha dua edərkən heç kimi onunla yanaşı çağırmayın. «Şübhəsiz ki, məscidlər Allahındır. Allahdan başqa heç kəsə dua etməyin!». (Cinn 18). « وَأَنَّ الْمَسَاجِدَ لِلَّهِ فَلَا تَدْعُوا مَعَ اللَّهِ أَحَداً ». Yəni Allah ilə bərabər heç kəsi çağırmayın. Ayənin orijinal formasınında «تَدْعُو» “təd u” kəlməsi dua çağırmaq adlanır və “əhədən” « أَحَداً » qeyri-müəyyənlikdə inkar şəklində qeyd olunur. Yəni Allaha dua etdiyin zaman nə mələyi nə peyğəmbəri nə də imamları onunla bərabər çağıra bilməzsən. Cinn surəsinin 18-ci ayəsi ümumi təfsirlərdə belə qeyd olunur ki, Müşriklər Məscudəl Haramda Allaha dua etdiyi zaman öz bütləri ilə Allaha yaxınlaşırdılar. (Zumər 3). Yəhudilər Allaha dua etdiyi zaman peyğəmbərlərin qəbirləri ilə Allaha yaxınlaşırdılar. Xaçpərəstlər Allaha dua etdiyi zaman Hz. İsanı və yaxud Hz. Məryəmi vasitə tuturdular. Bütün təfsir alimlərinin yekdil fikrinə görə Cinn surəsinin 18-ci ayəsi «Allahdan başqa heç kəsə dua etməyin» məhz bu səbəblərdən nazil olmuşdur. Bu forumda tamaşaçılar üçün Quran ayəsi dəlil gətirin ki, İmamlar ilə vasitə tutmaq olar. Lakin konkret ayə var ki: «Allahdan başqa heç kəsə dua etməyin» Mə əs salam.
