Перейти к содержимому
Скоро Конкурс!!! Торопитесь!!! ×

ABDULAZİZ222

Members
  • Публикации

    100
  • Зарегистрирован

  • Посещение

Все публикации пользователя ABDULAZİZ222

  1. Axı məndə sizə deyirəm ki, heç bir peyğəmbər (ə) və yaxud da Allah rəsulu (s.ə.s) öz ümmətinə deməyib ki, dualarınızda mələkləri vasitə tutun. Həmçinin vəfat edən insanı dualarda vasitə tutmaq olmaz. Çünki bu cür əməlləri xaçpərəstlər öz kilsələrində dua edən zamanı Hz Məryəmi (ə) vasitə tuturlar. 2-ci P. İohan Pavelin Hz Məryəmi vasitəçi qıldığı duanı qeyd edim: “Bütün kilsələrin din dərsi çalışmaları üçün Hz Məryəmi vasitəçiliyi ilə dua edirəm.” (2-ci P. İohan Pavelin Katolik Kilsəsi Din və əxlaq, Təzis kitabı ön sözün duası, səhifə, 22. İtaliya Vatikan). “Əbu səid-əl-Xudri (r.a) rəvayət edir ki, Allah rəsulu (s.ə.s) belə buyurdu: “Sizdən əvvəlkilərin izlərini, şübhəsiz qarış-qarış yolu ilə gedəcəksiz Onlar bir kərtənkələ deşiyinə girsələr, siz də arxalarınca girəcəksiniz” Biz dedik ki: “Yəhudilər və xaçpərəstlərmi? Allah rəsulu (s.ə.s): “Başqa kim ola bilər? Dedi.” (Səhih Buxari, İ tisam Bis – Sünnə, 14). Bunu da qeyd edim: “Əgər üz çevirəcəklərsə qoy çevirsinlər, biz səni onlara gözətçi göndərmədik, sənə düşən sadəcə təbliğdir.” (Şura, 48). “Sən sadəcə xəbərdar edənsən. Hər şeyi vəkil olan Allahdır.” (Hud, 12). Mə əs salam.
  2. Və aleykə salam. Əvvəla həkim uşağın hansı səbəbi ilə xəstələnibsə onun diaqnozunu qoya bilir. Çünki həkim müalicə edə bilir və yaxud cərrahi əməliyyat etməyə də qadirdir. Əgər sən desən ki: “Ey Həkim mənim uşağımı dərman yazıb sağalt” Bu şirk hesab olunmur. Çünki həkim burada səbəbkardır. Əgər sən səbəbsiz xəstələnməmiş desən ki: “Ey Həkim mənə kömək ol və yaxud kəsilmiş qollarımı anadan gəlmiş qollarım kimi et” və ya insan öldükdən sonra bir şəxs desə ki: “Ey Həkim ölüyə kömək et dirilt” Əlbəttə bu şirkdir. Çünki həkim bunlara qadir deyil. Yalnız həkimdən qadir olduğu şeylərdə ondan nə isə istəmək olar. İndi mənə deyin görüm İmamlar həkim kimi diaqnoz qoya bilir və yaxud insanlara dərman yazıb müalicə edə bilir? Lakin sənin 2-ci sualın mövzudan kənardır. Çünki onun üçün təzə tema açmaq lazımdır.
  3. Bunu da qeyd edim ki, əziz “al-Fath” qardaş Quran Kərimin ən gözəl təfsiri ayələri ayələr ilə açıqlamaqdır. “Lakin dəvətim onların haqdan qaçmalarını daha da artırdı.” (Nuh, 6). Mən bu ayə ilə bağlı izah edirəm ki, Nuh (ə) öz xalqını tək Allaha ibadət etməyi çağırıb dəvət etdiyi zaman. Amma onlar haqdan üz döndərmişlər. Həmçinin Nuh surəsinin 6-cı ayəsini Quran Kərimin digər ayələri bunu çox gözəl açıqlayır: “Həqiqətən, Biz Nuhu öz tayfasına peyğəmbər göndərdik. Nuh dedi: “Mən sizi (Allahın əzabı ilə) açıq-aşkar qorxudan bir peyğəmbərəm!” (Hud, 25). “Allahdan başqasına ibadət etməyin. Mən (cəzası) şiddətli (ağrılı-acılı) günün (qiyamət gününün) sizə üz verəcək əzabından qorxuram!” (Hud, 26). “(Nuh) tayfasının kafir əyan-əşrafı dedilər: “Biz səni ancaq özümüz kimi (adi) bir insan sayır, elə ilk baxışda yalnız içimizdəki səfillərin (cütçü, pinəçi, dəmirçi, dərzi və i. a.) sənə uyduğunu görürük. Eyni zamanda sizin bizdən (heç bir şeydə) üstün olduğunuzu da görmürük. Əksinə, biz sizi yalançı hesab edirik!” (Hud, 27). “(Nuh) Tayfasının başçıları ona! “Biz səni (haqq yoldan) açıq-aydın azmış görürük!, - deyə cavab verdilər.” (Əraf, 60). “Buna görə onlar (Nuhu) yalançı hesab etdilər. Biz də onu və onunla birlikdə gəmidə olanları xilas etdik.” (Əraf, 64). Bunu da qeyd edim ki, ərəb dilində “Dua” kəlməsi “Dəa” felindəndir və çağırmaq mənasında istifadə olunur. Həmçinin mən bu məsələ ilə bağlı izah edirəm ki, Nuh surəsinin 5 - 6-cı ayələrində “Dəvətu” və yaxud “Dua” kəlmələrinin mənası. Nuhun (ə) öz xalqına tək Allaha ibadət etməyi dəvət edib çağırmaq mənasındadır. Mə əs salam
  4. Əs salamu aleykum. Əvvəla həkim ölülərdən və yaxud ruhlardan fərqi olaraq diridir və o, eşidir, görür, suala-cavab verə bilir və yaxud insanlar onun ilə təmasda ola bilirlər həmçinin həkim cərrahi əməliyyat etməyə də qadirdir. Lakin Həkimə desək ki: Ey həkim mənə kömək ol və ya ey həkim bu məkana yağış yağdır və yaxud da bu ölünü dirilt” Əlbəttə bu şirkdir. Çünki insanların yalnız qadir olduğu şeylər onlardan nə isə istəmək olar. Məsələn diri insana necə müraciət etmək olar: “Ey filankəs əllərini mənim üçün qaldırıb dua elə” Diri insan əllərini qaldırıb dua etməyə də qadirdir. Həmçinin həkimdə cərrahi əməliyyat etməyə də qadirdir. Amma həkim ölünü diriltməyə qadir deyil. Məsəl üçün külə dönmüş ölünü həkim dirildə bilməz. Yenə qeyd edim insanların yalnız qadir olduğu şeylər onlardan nə isə istəmək olar. Sualın varsa buyur İslamda utanmaq yoxdur.
  5. Güman edirəm ki, bu mənim sizin ilə axırıncı yazmağımdır. Çünki siz hər dəfə mənə band ilə hədə qorxu gəlib mənə band qoyaraq 20 faiz reytinqimi yuxarı qaldırırsınız. Həmçinin sizin ilə elmi mübahisə .rmaqda olmaz. Çünki siz tez-tez əsəbiləşirsiniz. Qiyamət günündə ədalətsiz olduğunuza görə cavab verəcəksiniz. Sizə bu işi moderatorluğu həvalə edilibsə siz vicdan ilə işləməlisiniz. «Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin! ( Əgər belə etsəniz) Allah əməllərinizi islah edər və günahlarınızı bağışlayar. Hər kəs Allaha və Peyğəmbərinə itaət etsə, böyük bir səadətə ( Cənnətə) nail olar». ( əl-Əhzab 70-71). “al-Fath” qardaş sənin qəlbində necə də müsəlmanlara qarşı kin var. “Allah rəsulu (s.ə.s) belə buyurdu: “Möminlərin bir-birinə olan sevgisinin, rəhmətinin və şəfqətinin misalı bir cəsədə bənzəyir. Əgər cəsəddən bir üzv ağrılardan şikayət edərsə digər üzvləri yuxusuzluq və qızdırma ilə narahat olar.” (Buxari, 5665- ci hədis, Müslim, 2586- cı hədis) "Ənəs (r.a) rəvayət edir ki, Allah rəsulu (s.ə.s) belə buyurdu: “Üç şey var ki, sizlərdən kimdə olarsa o, imanın şirinliyini dadar. Allah və Rəsulunu hər şeydən çox sevmək, Allah rizası üçün bir-birinizi sevmək, Allah onu küfrdən xilas etdikdən sonra yenə küfrə dönməkdən atəşə atılmasından xoşlanmadığı kimi xoşlanmamaq.” (Səhihi-Buxari, İman Kitabı, c. 1, səh. 9, 11). Rica edirəm Nəxcül-Bələğa kitabında neçənci xutbəsi olduğunu qeyd edin Əvvəla prezidentin köməkçisi eşidir, prezidenti görür, prezidentin sualına-cavab verə bilir və yaxud prezident onun ilə təmasda ola bilirlər. Lakin de görüm İmamlar (ə) prezidentin köməkçisi kimi sizin ilə təmasda ola bilirlər? Mənim üçün bu cur hekayətlər Hüccət sayılmaz. Mənə konkret yaz görüm Allah rəsulu (s.ə.s) həyatında öz dualarında ölü və yaxud ruhları vasitə tutub? konkret Hə yoxsa Yox. Rica edirəm Tirmizi və yaxud İmam Əhmədin hədisin nömrəsini və babını qeyd edin. Çünki nəşrlər müxtəlif olurlar. Bunu da qeyd edim ki, İslam ümməti üçün ən gözəl nümunə Allah rəsuludur (s.ə.s) Lakin Allah rəsulu (s.ə.s) dualarında heç bir ölünü və yaxud ruhları vasitə tutmayıb. "Bu, Mənim doğru yolumdur, onu tutub gedin. Başqa yollara uymayın. Çünki, o yollar sizi Allahın yolundan uzaqlaşdırar. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə pis əməllərdən çəkinəsiniz." (Ənam, 153). "De ki: «Əgər Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızın üstünü örtüb sizi bağışlasın. Allah bağışlayan və mərhəmətlidir». (Ali İmran 31). «Peyğəmbər sizə nə verirsə onu götürün, nəyi qadağan edirsə ondan əl çəkin. Allahdan qorxun. Həqiqətən Allahın cəzası çox şüddətlidir». (əl-Həşr 7). . «Peyğəmbərə itaət edən şəxs – Allaha itaət etmiş olur. Kim üz döndərsə bil ki, biz səni onların üzərində gözətçi göndərmədik». (ən- Nisa 80). Əziz “al-Fath” qardaş bu sənə şamil olunur. Uca Allah bizləri anlaşılmazlıqa düşdüyümüz məsələlərdə bu anlaşılmazlığı Allah və Rəsuluna buraxmağımızı tövsiyə edir. «Əgər bir iş barəsində mübahisə etsəniz, Allaha və Qiyamət gününə inanırsınızsa, onu Allaha və Peyğəmbərinə həvalə edin! Bu daha xeyirli və nəticə etibarı ilə daha yaxşıdır». ( ən-Nisa 59).
  6. ABDULAZİZ222

    Gedir Xum

    Əs salamu aleykə əziz “Nardarani” qardaş mən bunları hamısını sizdən yaxşı bilirəm. Mənim nəzərdə tutduğum sizin məsum saydığınız İmamlardan kimlər bu haqda rəvayət edib. Rica edirəm mənə yalnız şiə mənbələrindən qeyd edin. Mə əs salam.
  7. Əs salamu aleykə buda sənin sualına cavab: Bədr müharibəsində öldürülən müşriklər bir quyuda basdırıldıqdan sonra Allah Rəsulu (s.ə.v.) onların yanına gəlib bеlə dеdiyi bildirilmişdir: «Еy filankəs oğlu filankəs! Еy filankəs oğlu filankəs! Allah Rəsulunun sizə vеrdiyi sözün haqq olduğunu gördünüzmü? Çünki mən Allahın mənə vеrdiyi sözün haqq olduğunu gördüm». Ömər ibn Хəttab dеdi: “Еy Allahın Rəsulu, ruhsuz cəsədlərləmi danışırsınız? O, bеlə cavab vеrdi: «Söylədiklərimi onlar sizin еşitməyinizdən pis еşitmirlər. Amma onlar (sizdən fərqli olaraq) mənə hеç bir şəkildə cavab vеrə bilməzlər. (Müslim, Səhih-i Müslim, əl-Cənnə və sıfаti nаimihə, Bаb 17, Hədis № 76(2873). Bir ölü, qəbrinin yanında durub onu çağıranı eşitsə belə qiyamətə qədər cavab verə bilməyəcəyi üçün bu ayənin ehtiyacına gəlir: «Allahın yaхınından qiyamət gününə qədər ona cavab vеrə bilməyəcək kimsələri (ölüləri və yaxud ruhları) çağırandan daha zəlil kimdir? Halbuki bunlar onların çağırışının fərqində dеyillər» (Əhqaf surəsi - 5). Mə əs salam.
  8. ABDULAZİZ222

    Gedir Xum

    Əs-salamu aleykum və rahmətullahi təalə. Mən şiə qardaşlarıma bir sual vermək istəyirəm Qədir-xum günündə Allah rəsulunun (s) belə buyurduğunu: “Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır.” Qeyd etməsi şiə mənbələrdə hansı İmam bunu rəvayət edir. Yəni hansı İmamdan (ə) bu rəvayət gəlir. Rica edirəm əgər kim bilirsə mənbəni qeyd etsin. Mə əs salam.
  9. Əs saləmu aləykum və rahmətullah. Sənin safiqunun “Ya Mehdi” deməyin zahiri görüşü şirkdir. Çünki “ya” ərəb dilində “ey” və yaxud mədət deməkdir yəni kömək istəməkdir. Lakin sən “safiqu” Mehdini (ə) gözün ilə görməyə-görməyə ondan (ə) kömək istəyirsən. Allahdan qeyrisindən qadir olmadığı şeydən nə isə istəmək bu artıq şirk sayılır. Kim əgər “Ya Mehdi” deyirsə o, artıq hesab edir ki, məkandan aslı olmayaraq Mehdi (ə) onu eşidir. Lakin məkandan aslı olmayaraq hər bir yerdə eşidən bilən Uca Allahdır. Həmin şəxs Uca Allahın keyfiyyət sifətini Mehdiyə (ə) aid edir. Məgər “safiqu” sənə ---> “Ya Allah” demək kifayət deyirmi?
  10. Hamıya məlumdur ki, insanın bədənindən ruhu tərk etdisə o, artıq ölü sayılır və ərəb dilində “meyyid” deyilir və ölülərində dua etməyi mümkün deyil dua əməl kimi vasitədir ölülərin kimlər üçün dua etmələri ağlasığışmaz çünki onların artıq əməlləri kəsilmişdir. Allah qatında şəhidlər diridirlər lakin bizim yanımızda isə ölüdürlər. Bunu da qeyd edim ki, peyğəmbər (s.ə.s) də şəhidlərdən idi. Lakin Allah – subhənəhu və təalə onun da öləcəyini xəbər vermişdir. “(Ey Məhəmməd!) Şübhəsiz ki, sən də öləcəksən, onlar da öləcəklər.” (Zumər 30).“Dirilərlə ölülər də eyni deyillər! Şübhəsiz ki, Allah dilədiyinə eşitdirər. Sən isə qəbirlərdə olanlara eşitdirən deyilsən! (Fatir 22). “Şübhəsiz ki, sən nə ölülərə başa sala bilər, nə də dönüb gedən karlara çağırışı eşitdirə bilərsən.” (Nəml 80). “Şübhəsiz ki, sən çağırışı nə ölülərə bildirə bilərsən, nə də dönüb gedən karlara eşitdirə bilərsən.” (Rum 52). Ayələrin zahiri hamıya məlum oldu ki, ölülərin və yaxud ruhların insanlar üçün duada vasitə ola bilməzlər. Mə əs salam.
  11. Əs saləmu aləykə və rahmətullah. Ey mənin qardaşım Allah səni xeyir ilə mükafatlandırsın. Amin.
  12. Əs salamu aleykum və rahmətullahi təalə. 1) Əvvələ Malik əd-Dar'dan, qeyd olunan hədis Quran Kərimə müxalifdir: “Mən dedim: “Rəbbinizdən bağışlanmağınızı diləyin. Çünki O, çox bağışlayandır!” (Nuh, 10). "O, sizin üzərinizə bol-bol yağış göndərər" (Nuh, 11). 2) İbn Əbi Hatim, “əl-Cərh vat-Tadil” kitabında qeyd edir: “Əbu Salehdən başqa ravilər arasınada Malik əd-Dar'danı xatırladan olmayıb.” (əl-Cərh vat-Tadil, 4/1-213). Bununla da göründüyünüz kimi o, etibarlı hesab olunmurdu. Bunu da qeyd edim ki, ibn Əbu Hatim gözəl hafiz olduğunu baxmayaraq Malik əd-Dar'danı etibarlı olduğunu qeyd etmirdi. Çünki o, naməlum olaraq qalırdı. Həmçinin Hafiz İbn Hacərin sözünə müxalif deyildi. Çünki Hafiz İbn Hacər Əbu Salehdən gələn raviləri etibarı olduğunu qeyd edirdi. Lakin Malik əd-Dar'danı etibarlı olduğunu qeyd etməyib. Əgər hədis səhih olsa idi Hafiz İbn Hacər əvvəldə qeyd edərdi ki: "Malik əd-Dardan səhih bir sənədi ilə" 3) Həmçinin İslam ümməti üçün ən gözəl nümunə Allah rəsuludur (s.ə.s) Lakin Allah rəsulu (s.ə.s) dualarında heç bir ölünü və yaxud ruhları vasitə tutmayıb. "Bu, Mənim doğru yolumdur, onu tutub gedin. Başqa yollara uymayın. Çünki, o yollar sizi Allahın yolundan uzaqlaşdırar. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə pis əməllərdən çəkinəsiniz." (Ənam, 153).
  13. Əziz “al-Fath” qardaşım hamıya məlumdur ki, Nuh (ə) öz xalqını tək Allaha ibadət etməyə çağırırdı və ayədə “ دَعَوْتُ” “də'əautu” kəlməsi o mənanı verir. Gəlin daha ətraflı izah edim: “(Nuh) dedi: “Ey Rəbbim! Mən xalqımı gecə-gündüz (tək Allaha ibadət etməyə) dəvət etdim!” (Nuh, 5) Nuh surəsinin 5-ci ayəsində Nuh (ə) öz xalqını nə dəvət edib çağırdırsa bu ayə onu çox gözəl açıqlayır: “Biz Nuhu öz tayfasına (peyğəmbər) göndərdik. O (Nuh) dedi: “Ey camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur. Mən (müsibəti) böyük günün (qiyamət gününün) sizə üz verəcək əzabından qorxuram!” (Əraf, 59). Əziz “al-Fath” qardaşım Nisa surəsinin 64-cü ayəsində “İz” sözün işlənməsi Allah rəsulunun (s.ə.s) sağ olduğu zamanına xasdır. Əgər “İzə” sözü işlənsəydi onda Allah rəsulunun (s.ə.s) ölümündən sonrada şamil etmək olardı. Yəni Allah rəsulunun (s.ə.s) qəbri ilə təvəssul etmək olardı. Nisa surəsinin 64-cü ayəsini Quran Kərimin digər ayələri bunu çox gözəl açıqlayır “Onlara əzab gəldikdə dedilər: “Ya Musa! (Allahın sənin dualarını qəbul etmək və peyğəmbərlik vermək barəsində) səninlə olan əhdi hörmətinə bizim üçün Rəbbinə dua et. Əgər bu əzabı bizdən götürsə, biz, hökmən, sənə iman gətirəcək və İsrail oğullarını səninlə birlikdə (istədikləri yerə) göndərəcəyik”. (Əraf, 134). Lakin ardıca gələn ayəyə diqqət yetirin: “Elə ki, əzabı bir müddətə onlardan götürdük, dərhal (əhdi) pozdular. (Əraf, 135). Bu ayələrdə Fironun adamları Musaya (ə) gəlib deyirlər ki, bizim üçün Allaha dua et. Lakin Uca Allah Musanın (ə) duasını qəbul edir. Amma onlar dərhal öz əhdlərini pozdular. Bunu da qeyd edim ki, Musa (ə) eşidirdi, görürdü, suala-cavab verə bilirdi və yaxud insanlar onun ilə təmasda ola bilirdilər həmçinin Musa (ə) əllərini qaldırıb Allaha dua etməyə də qadir idi. Mən şərh etdim ki, Quran və sünnədə qeyd olnur ki, diri insan ilə təvəssul etmək olar. Lakin ölü və yaxud ruhlar ilə təvəssul qeyd olunmayıb. Çünki nə buna açıq aşkar ayələr var, nə də Allah rəsulu (s.ə.s) dualarında ölü və yaxud ruhları vasitə tutub. Bunu da qeyd edim ki, İslam ümməti üçün ən gözəl nümunə Allah rəsuludur (s.ə.s) əgər Allah rəsulu (s.ə.s) dualarında ölü və yaxud ruhları vasitə tutmayıbsa biz də ondan nümunə götürərək ölüləri və yaxud ruhları dualarımızda vasitə tuta bilmərik. Lakin müxaliflər qeyd etsələr ki: “Peyğəmbər özü özü-üçün vəsilədir ona heç bir kəsin vəsiləsinə ehtiyac yoxdur” Onlara cavab olaraq mən belə qeyd edirəm: Əgər hələ olsa idi Allah rəsulu (s.ə.s) dünyasını dəyişdikdən sonra Əli (ə) dualarında birində peyğəmbəri (s.ə.s) vasitə tutardı. Lakin Əli (ə) Allaha dua edən zaman dualarında heç bir ölüləri və yaxud ruhları vasitə tutmayıb. Və həmçinin bu məsələ ilə bağlı Nəhcul-bəlağə kitabında bu qeyd olunardı. Əziz “al-Fath” qardaş mən səndən tələb edirəm əgər iddia edirsən ibn Həcər Səhih Buxariyə şərh veribsə onda Malik əd-Darın gələn hədisi Səhih Buxaridə gətir çünki hədis orada olmalıdır ki, ona şərh verilsin və hədisin babını və nömrəsini qeyd et. Əgər mümkündürsə scan et yaxşı olar ərəb dilində olsun. Rica edirəm hədisin nömrəsini və babını qeyd edin. Mə əs salam
  14. Bismi-təalə. Şirkin tam kəlməsi. Bunu da qeyd edim ki, şiə məzhəbində bir başa İmamlardan istəmək olar. Mən bunu sübut etmək üçün onların mənbələrinə müraciət edəcəyəm. Daha ətraflı şiə alimlərindən sayılan əllamə Məhəmməd Təqi əl-Məclisi belə rəvayət edir: “Əgər Allahdan nəyisə istədiyin zaman dərhal İmamların qəbrinə gedib orada məktub yazaraq və yaxud məktubu torpağa basdıraraq və yaxud da dərin bir quyuya atsa. Şübhəsiz ki, yazdığı məktub İmamlara gəlib çatar.” (Biharül -ənvar, 94-ci cild, səh, 29. Beyrut çapı). Beləliklə də imamlardan biri öz şiəsinə yəni tərəfdarlarına guya belə bir məktub yazmışdır: “Nəyəsə ehtiyacın olduğu zaman sadəcə dilinnən məni çağır «Ey imam mənə kömək ol» deyə həmin anda mən sənə yetişib duanı qəbul edərəm”. (Biharül -ənvar, 22-ci cild, səh. 94). Şiə alimlər tərəfindən bu hədisləri səhih saymışlar. Məsələn Xomeynidə səhih saymışdır və bunu “Kəşful-Əsrar” kitabın da qeyd etmişdir. Həmçinin Xomeyni bu məsələ ilə bağlı belə izah edir: “Şübhəsiz ki, əgər İmamları, Rəbb olduğuna inanmırsınızsa onlara bir başa dua edib çağıra bilərsizniz bu şirk deyil. Həmçinin ölü ilə diri arasında heç bir fərq yoxdur. Hətta belə taştan parçadan istədiyinizi onlardan tələb edə birlərsiz bu şirkin növü deyildir”. (Kəşful-Əsrar, 30). Bu şirk əməlindən Allaha sığınıram. Bu cür fikirlərdən tam əminliklə mən deyirəm ki, Quran Kərimə müxalifdir. “(Ya Rəsulum!) Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən (onlara) yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm”. (Bəqərə, 186). “Rəbbiniz buyurdu: “Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim.” (Mömin, 60). “Rəbbinizə yalvara-yalvara, həm də gizlicə dua edin. Şübhəsiz ki, O, həddi aşanları (qışqıraraq dua edənləri) sevməz!” (Əraf, 55). Bəzi şiələr iddia edirlər ki, dualar yalnız imamların adları ilə qəbul olunur və bu cür hədislərə istinadən əsaslanırlar: “Allah yalnız imamların adları ilə duanı qəbul edir.” (Vəsail əş-Şiə, 4/139). Digər rəvayətdə isə belə qeyd olunur: “Hər kəs 12 imamların adları ilə dua edərsə istədiyinə çatar. Hər kəs bizdən başqası ilə dua edərsə həlak olar hətta həlakını istəmiş olar. (Biharül-ənvar, 23 ci cild, səh 103). Bəzi şiələr Allahın "Əsma-ül Hüsna" adlarını yəni Uca Allahın ən gözəl İsim və Sifətlərini imamlar ilə əlaqədər iddia edirlər. “Muavuyyə b. Əmmar, Əbu Abdullahdan (Cəfəri Sadiq əleyhissalam) (belə dediyini eşitmişdir): “Allahın gözəl adları vardır. Onu bununla çağırın” (Əraf 180.) ayəsi ilə əlaqədər olaraq (Əbu Abdullahdan əleyhissalam) belə rəvayət etmişdir: “Allaha and olsun ki, Allahın ən gözəl adları bizik (12 imamlar). Belə ki, bizim imamlığımızı qəbul etməyən (Uca Allah) heç bir qulun əməlini qəbul etməyəcəkdir”. (Müqayisə üçün Azərbaycan dilində, “Üsuli kafi” 1 ci cild, səh 232-233, hədis № 353). Lakin Uca Allah belə buyurur: “Ən gözəl adlar (əsmayi-hüsna) Allahındır. Onu bu adlarla çağırıb dua edin. Onun adları barəsində küfr edənləri (əziz sözündən Uzza, Allah sözündən əl-Lat, mənnan sözündən Mənat kimi adlar düzəldib haqq yoldan azanları) tərk edin. Onlar etdikləri əməllərin cəzasını alacaqlar.” (Əraf 180).
  15. Əs salamu aleykə. Əziz “Nardarani” qardaşım Allah – subhənəhu və təalə belə buyurur: “Allah yolunda öldürülənlərə (şəhid olanlara) “ölü” deməyin. Və ayənin ardıca bu sözlər qeyd edilir “lakin siz bunu dərk etmirsiniz.” (Bəqərə, 154). “Və ləkil lə təş 'u ru 'n” وَلَكِن لاَّ تَشْعُرُونَ Uca Allah qeyd edir ki, siz bunu başa düşə bilməzsiniz. Siz “Nardarani” bunu necə başa düşə bilərsiniz? Həmçinin Uca Allah qeyd edir ki, şəhidlər ölü deyirlər diridirlər lakin siz bunu başa düşə bilməzsiniz. Amma sən “Nardarani” deyirsən ki: “Mən başa düşürəm onlar necə dirildilər” Bunu da qeyd edim ki, gözü ilə bir şeyi görmədiyi halda ondan xəbər verirsə o artıq qeyd aləmi sayılır. Lakin qeyb aləmi isə yalnız Allaha aiddir. Bunu da qeyd edim ki, hər kəs iddia etsə ki: “Şəhidlərin yaşadıqları insanlar kimi həyat tərzindədir ” Şübhəsiz ki, o, insan kafirdir. “Dirilərlə ölülər də eyni deyillər! Şübhəsiz ki, Allah dilədiyinə eşitdirər. Sən isə qəbirlərdə olanlara eşitdirən deyilsən” (Fatir, 22).
  16. Əs salamu aleykum və rahmətullahi təalə. Əziz “al-Fath” qardaş mən Nuh surəsinin 5-ci ayəsi ilə əlaqədar Nuh (ə) öz ümmətinə nəyi dəvət edibsə bunu Quran ayələri ilə izah edəcəmyəm: “O dedi: “Ey Rəbbim! Mən qövmümü gecə-gündüz (imana, haqq yola) dəvət etdim!” (Nuh, 5). Quran-kərimin digər ayələri Nuh (ə) nəyə dəvət etdiyini çox gözəl açıqlayır. “Biz Nuhu öz tayfasına (peyğəmbər) göndərdik. O dedi: “Ey camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur. Mən (müsibəti) böyük günün (qiyamət gününün) sizə üz verəcək əzabından qorxuram!” (Əraf, 59). “Həqiqətən, Biz Nuhu öz tayfasına peyğəmbər göndərdik. Nuh dedi: “Mən sizi (Allahın əzabı ilə) açıq-aşkar qorxudan bir peyğəmbərəm!” (Hud, 25). “Allahdan başqasına ibadət etməyin. Mən (cəzası) şiddətli (ağrılı-acılı) günün (qiyamət gününün) sizə üz verəcək əzabından qorxuram!” (Hud, 26). “Həqiqətən, Biz Nuhu öz qövmünə peyğəmbər göndərdik. O belə dedi: “Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa (ibadət edəcək) heç bir tanrınız yoxdur. Məgər (Allahın əzabından) qorxmursunuz?” (Muminun, 23). “(Nuh) dedi: “Mən (haqq yoldan) heç azmamışam, lakin mən aləmlərin Rəbbi tərəfindən göndərilmiş bir peyğəmbərəm!” (Əraf, 61). “Mən sizə Rəbbimin əmrlərini təbliğ edir və öyüd-nəsihət verirəm. Allahdan (gələn vəhy ilə) sizin bilmədiklərinizi bilirəm!” (Əraf, 62). “Yoxsa sizi (Allahın əzabı ilə) qorxutmaq, sizin də qorxmanız və (bunun nəticəsində) rəhm oluna bilinməniz üçün içərinizdən olan bir adam (peyğəmbər) vasitəsilə Rəbbinizdən sizə xəbərdarlıq gəlməsinə təəccüb edirsiniz?” (Əraf, 63). Əvvəla: Malik əd-Darın kimliyinin və etibarlılığının dəqiq bilinməməsi səbəbi ilə bu hədisi səhih saymırıq, çünki hədisin özündə qeyd olunan bədəvi ərəbin şəxsi adı bilinmir və bəlli deyil buna görə də bədəvi ərəb naməlum olaraq qalır. Kimliyinin və etibarlılığının dəqiq bilinməməsi səbəbi ilə bu cür hədislər səhih sayılmaz, çünki hədis elmində bilindiyi kimi bu iki şərt bir rəvayətin səhihliyi üçün (bədəvi ərəbin) adı məlum olmalıdır. Əvvələ qardaşım Allah rəsuluna (s.ə.s) sağ olduğu zaman ayə şamil olunur. Əgər sən deyən kimi olsaydı yəni ruhlar və yaxud ölülər ilə vasitə tutmaq olsa idi onda Nisa surəsinin 64-cü ayəsi belə qeyd olunardı. “Onlar özlərinə zülm etdikləri zaman dərhal sənin (qəbrinin) yanına gəlib Allahdan bağışlanmaq diləsəydilər və Peyğəmbər də (hətta dünyasını dəyişdikdən də sonra) onlar üçün əfv istəsəydi, əlbəttə, Allahın tövbələri qəbul edən, mərhəmətli olduğunu bilərdilər.” Əziz “al-Fath” qardaş əgər ayənin orijinalında belə qeyd olunsaydı “Cə ukə qabraka” yəni “Sənin qəbrinin yanına gəlib” bu zaman sənin tələb etməkdə bu barədə haqlı olardın. Yaxşı bəs onda sən ölü və yaxud ruhları görürsən sənin üçün necə əllərini qaldırıb dua edirlər? Diyəsən siz qeyb aləmindən xoşunuz gəlir danışmaq. Qeyb aləmi yalnız Allaha aiddir. “Həqiqətən, o saatı (qiyamətin qopacağı vaxtı) ancaq Allah bilir. Yağışı (istədiyi vaxt) göydən O yağdırır, bətnlərdə olanı (doğulacaq uşağın oğlan, yaxud qız, xəstə və ya sağlam, xoşbəxt və ya bədbəxt, yaxşı və ya pis əməl sahibi olacağını) O bilir. Heç kəs səhər nə kəsb edəcəyini (savab, yaxud günah qazanacağını), heç kəs harada öləcəyini bilməz. Allah isə, şübhəsiz ki, (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır!” (Loğman, 34). Bunu da qeyd edim ki, əgər bir şəxs gözü ilə bir şeyi görməyibsə lakin ondan xəbər verirsə o artıq qeyd aləmi sayılır. Qardaşım Allah rəsulu (s.ə.s) sağ olduğu zamana şamil olunur.
  17. Əs salamu aleykə buyur burda axtaıb t.rsan Mizan təfsirini mənim sənin qədər vaxtım yoxdur. http://al-shia.com/html/ara/lib/lib.php?id=2
  18. Əgər Allah rəsulunun (s.ə.s) sağlığında bir kimsə gedib ondan bir başa özünə desəydi ki: “Ey Allahın elçisi mənə kömək ol və yaxud bu məkana yağış endir” Əlbəttə bu şirkdir. Lakin Hədis qeyd olunur ki, Köçəri ərəb deyir: «Ya Rəsulullah! Mal-dövlət, ailə-uşaq, mal-qara, qoyun-quzu əldən gedir. Allaha dua et ki, bizə yağış yağdırsın. Salavatullah (Peyğəmbər – tərc.) əllərini qaldırdı, hətta qoltuqlarının altının ağı göründü və dedi: «Ilahi! Bizə yağış yağdır! Bizə yağış yağdır! Bizə yağış yağdır!» Adamlar da əllərini qaldırıb onunla birlikdə dua etdilər. (əl-Buxarı, «Müxtəsərim»: 224-226. 497. № 933-cü hədis, Səhih Muslim, № 897-cш hədis).
  19. Əziz (Volk) İslam da “Orada men bileni” və yaxud filankəs biləni keçmir. İslam nə sənin nə də mənim ağılımızdan ölçülmür. İslam Quran və Sunnə ilə ölçülür. Bizə fəlsəfə lazım deyil. Çünki riyaziyyat da 2 üstə gəl 2 bərabərdir 4. Allahın hökmündə də düşünəcək bir şey yoxdur. Bunuda qeyd edim ki, Nur surəsinin 63-cü ayəsi munafiqlər üçün nazil olmuşdur. (Əsbabil-Nüzul, 2-ci cild, səh 663). Gəlin ayə ilə bağlı diqqət yetirək. “Peyğəmbərin duasını öz duanız kimi hesab etməyin” Yəni Allah rəsulunun (s.ə.s) sizin üçün bəddua etməyinizə səbəb olmayın. Çünki onun duası qəbul olunan bir duadır. Ayənin davamı subut edir ki, söhbət munafiqlərdən gedir: “Həqiqətən, Allah sizlərdən (xütbə zamanı məsciddən) xəlvət sovuşub aradan çıxanları bilir. Onun (Allahın, yaxud Peyğəmbərin) əmrinə qarşı çıxanlar başlarına gələcək bir bəladan, yaxud düçar olacaqları şiddətli bir əzabdan həzər etsinlər!” (Nur, 63). Əgər sən desən ki: “Yox bu hələ deyil belədir” «Peyğəmbəri, öz aranızda bir-birinizi çağırdığınız kimi çağırmayın» Cavab olaraq sənə (Volk) belədir: Əvvələ Allah rəsulu (s.ə.s) sağ olduğu zaman ayə nazil olmuşdur. Çünki Allah rəsulu (s.ə.s) ruhlardan və yaxud ölülərdən fərqli olaraq eşidirdi, görürdü, suala-cavab verə bilirdi və insanlar onun səsini eşirdi və həmçinin əllərini qaldırıb dua etməyə də qadir idi. Mə əs salam
  20. Allah rəsulu (s.ə.s) sağ ikən eşidir, görür, suala-cavab verə bilir və insanlar onun səsini eşidir həmçinin əllərini qaldırıb dua etməyə qadirdir. İndi de görüm dünyadan köçmüş insanlar yəni ruhların və yaxud ölülülərin səslərini diri insanlar eşidə bilir? “Eşitsələr də cavab verə bilməzlər” (Fatir, 14).
  21. Əs salamu aleykum və rahmətullahi təalə. Diqqət yetirin. “Əgər siz onları çağırsanız, onlar sizin duanızı eşitməzlər, eşitsələr də cavab verə bilməzlər. Özləri də Qiyamət günü sizin onlara ibadət etdiyinizi danacaqlar. Heç kəs hər şeydən Xəbərdar olan Allah kimi sənə xəbər verə bilməz.” (Fatir, 14). Əziz “al-Fath” qardaş Allah bizlərə ağıl şüur verib və gəlin məntiq ilə bir şeyə yanaşaq. Nə vaxtdan daş, metal və yaxud ağac eşitsələr də belə cavab verə bilmirdilər? Məgər daş, metal və yaxud ağac nəyisə eşidir? Məgər bütlər duaları eşidirdilər eşitsələr də belə cavab verə bilmirdilər? Bu absurddur çünki metal, daş, ağac, və yaxud büt eşitmir. Lakin Fatir surəsinin 14-cü ayəsində qeyd olunur ki: “Onlar sizin duanızı eşitməzlər, eşitsələr də cavab verə bilməzlər” . (Fatir, 14). Ayədə nəzərdə tutulan şüurlu varlıqlardılar yəni ruhlar və yaxud ölülərdilər. Mə əs salam.
  22. Əziz “al-Fath” qardaş mən sizdən tələb edirəm Quranın Fatir surəsinin 14-cü ayəsində ərəb orijinal formasında göstər görüm harada yazılıb ki, büt. İndi de görüm əziz “al-Fath” qardaş Quranı kim tərif edir mən yoxsa sən? Bunu da qeyd edim ki, mən bu forumda saxtakarlıq ilə məşğul deyirəm bəziləri kimi və həmçinin də tərcüməni ədalətli qeyd edirəm. Yaddan çıxartma ki, əziz “al-Fath” qardaş biz nə fars nə də ərəbik. Hamıdan savayı biz Azərbaycanlıyıq. Allah sənə hidayət versin. Amin. “Ey Rəbbimiz! Bizi və bizdən əvvəlki iman gətirmiş (din) qardaşlarımızı bağışla. Bizim qəlblərimizdə iman gətirənlərə qarşı kinə (həsədə) yer vermə. Ey Rəbbimiz! Sən, həqiqətən, şəfqətlisən, mərhəmətlisən!” (Həşr, 10). “Ey Rəbbimiz! Biz (Sənə) iman gətirdik. Artıq bizi bağışla, bizə rəhm et. Sən rəhm edənlərin ən yaxşısısan!” (Muminun, 109).
  23. Mən sizə bu gün bir bu temada http://forum.bakililar.az/index.php?s=&amp...t&p=1614669 bir də ki, burada cəza əvəzinə xəbərdarlıq edirəm. Bura Sizin üçün bazar deyil, burda şikayətlər və qaydalar yazılır. Sözünüzü temada yazmısız, daha burda təkrar etməyə ehtiyac yoxdur.
  24. Əs salamu aleykə. Əziz “Nardarani” qardaşım Allah – subhənəhu və təalə Mumin, və yaxud Ğafir surəsinin 60-cı ayəsində duanı ibadət adlandırır. Bunu da qeyd edim ki, əgər ibadət Allahın haqqıdırsa duada ibadətdəndir. Yəni ibadətdə Allahın heç bir şəriki yoxdursa bu ona dəlalət edir ki, Allaha dua edilən zaman onun heç bir şəriki olmaz. Çünki dua ibadətdəndir. Mə əs salam.
  25. Əs salamu əleykə. Əziz “al-Fath” qardaş sizin ilə münaqişə etmək mümkün deyil. Çünki siz sui-istifadə edərək “moderator” rütbəsindən mənə “band” ilə hədə qorxu gəlirsiz. Uca Allah kim haqqı inkar edib öz mövqelərini tərk etməyənlər üçün belə buyurur: “Onlara: "Allahın nazil etdiyinə tabe olun!"– deyildikdə, onlar: "Xeyr, biz atalarımızın tutduğu yolu tutacağıq!"– deyirlər. Bəs ataları bir şey anlamayıb doğru yola yönəlməyiblərsə necə?” (Bəqərə, 170). “Allah onların ürəyinə və qulağına möhür vurmuşdur. Gözlərində də pərdə vardır. Onları böyük bir əzab gözləyir! (Bəqərə, 7).
×
×
  • Создать...