http://www.bizimyol.az/?mod=news&act=view&nid=18873
İTV-də «elita müzakirəsi» baş tutmayıb
Nizami Cəfərovla Yaqub Mahmudov Rüstəm İbrahimbəyovla debata çıxmaqdan imtina edib
Milli Məclisdə xalq yazıçısı Rüstəm İbrahimbəyovun «Pravda.ru» saytına müsahibəsinə görə tənqid hədəfinə götürəndən sonra İctimai Televiziya debat təşkil edərək tərəflərə müraciət edib.
Debata Rüstəm İbrahimbəyov, Elmira Axundova, qarşı tərəfdən isə Atatürk Mərkəzinin rəhbəri Nizami Cəfərov və tarixçi-alim Yaqub Mahmudov dəvət olunub. Yalnız debatın çəkilişləri .rılacaq gün deputatlar Nizami Cəfərovla Yaqub Mahmudov iştirakdan imtina ediblər.
Bu barədə «Bizim Yol»a açıqlama verən deputat Elmira Axundova bildirib ki, bu məsələdə təşəbbüs İctimai Televiziya rəhbərliyindən gəlib: «Ancaq sonuncu gün televiziyadan mənə zəng edib dedilər ki, debat alınmayacaq. Çünki Rüstəm müəllimi Milli Məclisdə tənqid edən insanlar iştirakdan imtina ediblər».
------------------------------------------------------------------------------------------
şlafkoylu qalstuklu akademiklər "zadni xod" veriblər, işlər xarabdır......
йох, а мяним ишим деиль)