Перейти к содержимому

Qelem

Members
  • Публикации

    111
  • Зарегистрирован

  • Посещение

Все публикации пользователя Qelem

  1. Qelem

    Exlaq Dersleri

    QUR`ANDA QƏLB “Qəlb” kəlməsi Qur`anda və hədislərdə çox işlənmişdir və çox əhəmiyyətə malikdir., lakin qəlb dedikdə məqsədin insanın döş qəfəsəsinin sol tərəfində yerləşən ət olması və özünün müntəzəm zərbələri ilə qanı bədənin hər bir yerinə göndərib heyvani həyatı davam etdirən üzv olması təsəvvür olunmamalıdır. Çünki Qur`ani Kərimdə qəlbə aid edilən şeylərin zahiri qəlblə uyğunluğu yoxdur. Məsələn, aşağıdakı ayələrə nəzər salaq: 1-Dərk etmək və əql qüvvəsini işlətmək: “Nə üçün yer üzündə seyr etmirlər ki, onunla təəqqül edəcəkləri qəlbə malik olsunlar?!” 2-Düşünməmək, dərk etməmək əqli işə salmamaq: “Onların qəlbləri vardır, lakin onunla düşünmürlər, gözləri vardır, lakin onunla görmürlür.” “Onların qəlblərinə möhür vurulmuşdur və başa düşməzlər.” 3-İman: “Allah bu insanların qəlbində İmanı təsbit etmiş və Öz tərəfindən olan ruhla onları qüvvətləndirmişdir.” 4-Küfr etmək və İman gətirməmək: “Axirətə İman gətirməyənlərin qəlbləri inkar edir və təkəbbürlük göstərirlər.” “Onlar (kafirlər) elə kəslərdir ki, onların qəlblərinə, qulaqlarına və gözlərinə möhür vurulmuşdur və onlar qafillərdir.” 5-Nifaq (münafiqlik): “Münafiqlər bundan qorxurlar ki, Allah tərəfindən bir surə nazil olsun və onların qəlblərində olanlardan xəbər versin.” 6-Hidayət: “Hər kəs Allaha İman gətirsə qəlbini hidayət edər. Allah hər bir şeydən agahdır.” Başqa bir ayədə buyurulur: “Həqiqətən bunda (keçmiş ümmətlərin həlak olmasında) qəlbləri olan, yaxud həqiqətlərə qulaq asıb şahid olanlar üçün böyük nəsihət və ibrətlər vardır.” 7-Qəflət. Qur`anda buyurulur: “O kəs ki, qəlbini Bizi yad etməkdən qafil etmişik və o, həvayi-nəfsə tabe olur, ona itaət etmə.” 8-Aramlıq və xatircəmlik. Qur`anda buyurulur: “Agah olun (və bilin) ki, qəlblər yalnız Allahı yad etməklə aramlıq t.r.” Yenə buyurulur: “Məhz O (Allah) mö`minlərin qəlblərinə aramlıq nazil etdi ki, İmanları artsın.” 9-Iztirab və tərəddüd. Qur`anda buyurulur: “Səndən yalnız Allaha və qiyamət gününə İman gətirməyən və qəlblərində şəkk-şübhə olanlar (cihaddan qaçmaq üçün) icazə istəyirlər. Onlar həmişə şəkk və tərəddüddədilər.” 10-Mehribanlıq və rəhmət. Qur`anda buyurulur: “Isaya tabe olanların qəlblərində mehribanlıq və rəhmət qərar verdik.” Yenə buyurulur: “Özünün köməyi və mö`minlərin vasitəsi ilə səni gücləndirən və onların qəlblərinə ülfət salan Allahdır.” 11-Kobud rəftar və daşürəklilik. Qur`anda buyurulur: “Əgər daşürəkli və kobud xasiyyətli olsaydın camaat sənin ətrafından dağılışardı.” Bir sözlə, Qur`anda qəlb son dərəcə böyük məziyyətlərdən bəhrələnir və nəfsani işlərin əksəriyyəti ona aid edilir. O cümlədən İman, küfr, nifaq, təəqqül, dərk etmə, haqqın qəbul edilməsi, yaxud edilməməsi, hidayət və ya zəlalət, xəta və ya qəsd, paklıq və ya aludəlik, mehribanlıq və daşürəklilik, ülfət, zikr, qəflət, qorxu, qeyz, şəkk, tərəddüd, rəhm, qəsavət, həsrət, aramlıq, təkəbbür, həsəd, üsyankarlıq, sapmaq və bu qəbildən olan çoxlu işlər qəlbə aid edilir, halbuki zahiri ürək bu kimi işlərin mənşəyi ola bilməz; bu kimi xasiyyətlər insani ruhdan və nəfsdən qaynaqlanır. Deməli qəlb dedikdə insanın insaniyyətini tə`yin edən mələkuti mücərrəd gövhər nəzərdə tutulur. Qur`anda qəlbin məqamı o qədər yüksəkdir ki, vəhydən, yə`ni insanla Allah arasında rabitə vasitəsindən söhbət açıldıqda qəlbin adı çəkilir, Peyğəmbəri Əkrəm (s.ə.v.v)-ə xitab edilərək belə buyurulur: “Ruhul-əmin (Cəbrəil) Qur`anı sənin qəlbinə nazil etdi ki, insanları (itaətsizlik edəcəkləri təqdirdə ilahi əzabdan) qorxudanlardan olasan.” Başqa ayədə buyurulur: “Hər kəs Cəbrəillə düşmənçilik etsə (Allahla düşmən olmuşdur, çünki) Cəbrəil yalnız Allahın izni ilə Qur`anı sənin qəlbinə nazil etmişdir.” Qəlbin məqamı o qədər yüksəkdir ki, vəhy mələyini görə, onun sözlərini eşidə bilər: “Allah Öz bəndəsinə (Həzrəti Muhəmmədə) vəhy etdi və Peyğəmbərin qəlbi müşahidə etdiyi şeydə (mələkdə) yalan demədi.” Qəlbin sağlamlığı və xəstəliyi Bizim həyatımız qəlbimizə və ruhumuza bağlıdır. Bədəni idarə edən də odur. Bütün əza və bədən üzvləri ona tabedir, bütün əməl və hərəkətlər qəlbdən qaynaqlanır. Deməli insanın bədbəxt və ya xoşbəxt olması da onun qəlbinin necə olmasına bağlıdır. Qur`an ayələrindən və hədislərdən mə`lum olur ki, insanın bədəni bə`zən sağlam, bə`zən isə xəstə olduğu kimi onun qəlbi də bə`zən sağlam, bə`zən isə xəstə olur. Qur`anda buyurulur: “O gündə (qiyamətdə) insan üçün mal-dövlət və övladın heç bir faydası olmaz, yalnız o kəslər üçün (faydası olar) ki, Allaha doğru sağlam qəlblə qayıtmış olsun.” Yenə buyurulur: “Həqiqətən bunda (bəd əməl sahiblərinin həlak olmasında) qəlbi olan insanlar üçün xatırlatma vardır.” Yenə buyurulur: “Behişti müttəqilər üçün yaxına gətirərlər ki, azacıq belə, uzaq olmasın. Bu, həmin behiştdir ki, Allaha doğru qayıdaraq öz nəfslərini günahdan saxlayan insanlara və`də verilmişdi. O kəslərə ki, mehriban Allahdan qorxaraq xaşe olan qəlblə gəlmiş olsun.” Gördüyunüz kimi bu ayələrdə “sağlamlıq” qəlbə aid edilir və insanın axirət səadəti Allah dərgahına sağlam və xaşe qəlblə qayıtması ilə şərtləndirilir. Digər tərəfdən Qur`ani Kərim bə`zi qəlbləri xəstə deyə qeyd edir. O cümlədən: “Onların (münafiqlərin) qəlblərində xəstəlik vardır. Allah da onların xəstəliklərini artırar.” “Qəlblərində xəstəlik olanların aludəliklərini artırdı.” “O zaman ki, münafiqlər və qəlblərində xəstəlik olanlar “Allahın və Rəsulun və`dələri qürur və aldadıcı şeydən başqa heç nə deyildir” - deyərlər.” “Sən qəlblərində xəstəlik olanları (yəhudi və məsihilərlə dostluq üçün) tələsən halda görərsən ki, deyərlər: “Qorxuruq ki, bizim üçün bir giriftarçılıq yaransın.” Bu ayələrdə küfr, nifaq və kafirlərlə dostluq qəlbin xəstəliyi ünvanı ilə qeyd olunur. Bu kimi ayələr, eləcə də Peyğəmbərdən və Əhli-beyt imamlarından nəql olunan yüzlərlə rəvayətlərdən mə`lum olur ki, insanın qəlbi və ruhu da bədəni kimi sağlam və ya xəstə ola bilər. Deməli qəlbin xəstəlik və sağlamlığını məcazi mə`naya götürməyin heç bir zərurəti yoxdur. Allahın qəlbin və nəfsin xaliqi olduğu, Peyğəmbər və pak imamların insanı və qəlbi tanıyıb qəlbin bə`zi xəstəliklərindən xəbər verdikləri halda nə üçün qəlbin xəstəliyi özünün həqiqi mə`nasına yozulmamalıdır?! Həqiqi insanşünas küfr, münafiqlik, haqqı qəbul etməmək, təkəbbür, kin-küdurət, qəzəb, siayət, söz gəzdirmək, xəyanət, xudbinlik, qorxu, bədxahlıq, töhmət, nalayiq danışmaq, qeybət etmək, kobud rəftar, zalımlıq, paxıllıq, hərislik, eyb axtarmaq, yalan danışmaq, şan-şöhrət istəmək, riyakarlıq, hiyləgərlik, sui-zən etmək, qəlbin daşlaşması, nəfsin zəifliyi və sair kimi çirkin sifətləri qəlbin və ruhun xəstəliyi kimi təqdim etmişlər. Deməli belə dərdlərlə dünyadan gedənlər Allah hüzurunda sağlam qəlbə malik olmayacaqlar ki, aşağıdakı ayənin nümunəsi olsunlar: “O gündə Allahın dərgahına sağlam qəlblə gələnlərdən başqa, mal dövlət və övlad heç kəsə fayda verməz.” Qəlbin və nəfsin xəstəliklərini əhəmiyyətsiz hesab etmək olmaz; bunlar fiziki xəstəliklərdən qat-qat təhlükəli, müalicəsi də olduqca çətindir. Fiziki və cismi xəstəliklərdə bədənin normallığı, müvazinəti pozulur, müəyyən ağrılar, narahatçılıqlar baş verir, bə`zi hallarda üzvdə nöqsanlı hal irəli gəlir, lakin hər bir halda o məhduddur və ömrünün axırına qədər davam etmir. Amma qəlbin və nəfsin xəstəlikləri öz ardınca axirət bədbəxtçiliyini, işgəncəsini və əzabını gətirir, qəlbin dərinliklərinə işləyən və ruhu yandıran bir dərd gətirir. Bu dünyada Allahdan qafil olan, ilahi nişanələri müşahidə etməyən, bir ömür zəlalət, küfr və günahda keçirən qəlb həqiqətdə kor, qaranlıq və zülmətlidir. Qiyamətdə də elə həmin korluq və işıqsızlıqla dirildiləcikdir, dərdli, əzablı, işgəncəli və ağır həyatdan başqa bir taleyə malik olmayacaqdır. Allah Qur`anda buyurur: “Hər kəs Bizim zikrimizdən üz döndərsə ağır həyata malik olacaqdır və qiyamətdə onu kor məhşur edəcəyik. O deyər: “Nə üçün məni kor diriltdin? Halbuki mən dünyada görürdüm!!” Allah onun cavabında buyurar: “Bizim ayələrimiz sənin üçün gəldi, lakin onları unutdunuz. Buna görə də sən də unudulacaqsan.” “Nə üçün yer üzündə seyr eləmirlər ki, onunla düşünə biləcəkləri qəlbləri, eşidən qulaqları olsun?! Həqiqətən (kafirlərin) zahirdəki gözləri kor deyil əksinə onların qəlblərinin gözü kordur.” “Hər kəsin bu dünyada (batini gözü) kor olsa axirətdə də kor və azğın olacaqdır.” “Hər kəsi Allah hidayət etsə o hidayət olunar, hər kəsi (öz əməli nəticəsində) azdırsa onun üçün heç bir dost və köməkçi tapmazsan və qiyamətdə onları üzü üstə dirildərik, halbuki kor lal və kar olacaqlar.” Bu sözdən təəccüblənərək “Qiyamətdə insanın batin gözü necə kor ola bilər? Məgər bizim zahirdəki qulaq-gözümüzdən başqa bir qulaq və gözümüz də varmı?” - deyə soruşa bilərsiniz. Cavabında demək lazımdır ki, insanın Xaliqinin və ilahi insanşünasların verdiyi xəbərə görə insanın qəlb və ruhunun da gözü, qulağı və dili vardır. Amma onun gözü, qulağı və dili öz növündəndir. Insanın nəfsi çox sirli bir varlıqdır, o, zatının batinində xüsusi bir həyata malikdir. Nəfsin özünəməxsus bir aləmi vardır: Bu aləmdə həm nur vardır, həm də zülmət, həm səfa və paklıq vardır, həm də küdurət, aludəlik; həm görmək və eşitmək vardır, həm də korluq və karlıq. Bu aləmin nuru və zülməti dünya aləminin nur və zülməti növündən deyildir; Allaha, məada, nübüvvətə və Qur`ana İman gətirmək nəfs aləminin nurudur. Allah Qur`anda buyurur: “Ona (Muhəmmədə) İman gətirib onu əzizləyən və kömək edənlər, həmçinin onunla olan nura (Qur`ana) tabe olanlar qurtuluşa, səadətə nail olacaqlar.” “Həqiqətən Allah tərəfindən sizin üçün nur və bəyan edən kitab nazil olmuşdur.” “Allah, islamı qəbul etmək üçün sinəsini (qəlbini) genişləndirdiyi və Pərvərdigarının tərəfindən ruh alan bir şəxs (başqaları ilə birdirmi?!) Vay olsun o kəslərin halına ki, qəlbləri Allahın zikrindən (yayınmaqla) qəsavət bağlamışdır (daşlaşmışdır), belə şəxslər aşkar azğınlıqda olacaqlar.” Allah bizə xəbər verərək buyurmuşdur ki, islam, Qur`an, İman, islamın hökmləri və qanunları bütünlükdə nurdur və onlara tabe olmaq qəlbi nurani edir. Doğrudan da bunlar qəlbə elə bu dünyada nuranilik verir, lakin onun nəticəsi axirət aləmində aşkar olur. Allah bizə yenə də xəbər verərək buyurmuşdur ki, küfr, nifaq, günah, haqdan imtina etmək zülmət və qaranlıqdır, qəlbi qaraldıb aludə edir. Əlbəttə bunun da nəticəsi axirət aləmində aşkar olacaqdır. Peyğəmbərlər də buna görə gəlmişlər ki, insanları küfr zülmətlərindən çıxardaraq İman və nur mühitinə daxil etsinlər. Qur`anda buyurulur: “(Ey Peyğəmbər!) Biz Qur`anı sənə nazil etdik ki, insanları qaranlıqlardan, zülmətlərdən nura doğru çıxarasan.” Mö`minlər elə bu dünyada İman, nəfsin saflığı, gözəl əxlaq, zikr, Allahı yad etmək və saleh əməl kimi nurun vasitəsilə öz qəlb və nəfslərini nurani edir, batini göz və qulaqları ilə həqiqətləri eşidib müşahidə edirlər, kamal dərəcələrində ilahi qürb məqamına doğru hərəkət edirlər. Belə nəfslər bu dünyadan getdikdən sonra tam mə`nada nur, sevinc, şadlıq və gözəllikdə olacaq, axirət aləmində dünyada əldə etdikləri həmin nurdan bəhrələnəcəklər. Allah Qur`anda buyurur: “Yada sal o zamanı ki, mö`min kişilər və qadınların nuru onların qabaqlarını və sağ tərəflərini işıqlandırar. (Onlara deyilər:) Bu gün sizin müjdəniz ağaclarının altından çaylar axan behişdir, bu behişdə həmişəlik qalacaqsınız. Bu da böyük qurtuluş və səadətdir.” Bəli, axirət aləminin nuru elə bu dünyada kəsb edilməlidir. Buna görə də axirət aləmində kafirlərin və münafiqlərin nuru olmayacaqdır. Qur`anda buyurulur: “Yada sal o zamanı ki, münafiq kişilər və qadınlar mö`minlərə deyər: “Icazə verin, sizin nurunuzdan istifadə edək.” Onlara deyilər: “(Əgər bacarırsınızsa) dünyaya qayıdaraq özünüz üçün nur hazırlayın.”
  2. Qelem

    Ennasu Vel Ictihad

    (5) “Müəllİfətİ qulubuhum” PayInIn ləğv edİlMəsİ Allah-taala Qur`ani-məciddə bə`zi şəxslərin qəlblərinin İslama cəlb olunması məqsədi ilə onlar üçün zəkatdan müəyyən qədər pay ayırmışdır. Belə ki, buyurur: اِنَّمَا الصَّدَقاَتُ لِلْفُقَراَءِ وَالْمَساَكِينِ وَالْعاَمِلِينَ عَلَيْهاَ وَالْمُؤَلِّفَةِ قُلُوبُهُمْ وَفِي الرِّقاَبِ وَ الْغاَرِمِينَ وَ فِي سَبِيلِ اللهِ وَ ابْنِ السَّبِيلِ فَرِيضَةً مِنَ اللهِ وَ اللهُ عَلِيمٌ حَكِيمٌ “Zəkat–fəqirlərə, miskinlərə, zəkat işlərinə baxanlara, qəlbləri İslama cəlb olunmalı olan şəxslərə, qulların azad olunmasına (xərclənməli), borclulara (verilməli), Allah yolunda və yolda qalanlar üçün xərclənməlidir. Bu ilahi bir vacibdir. Allah hər şeyi bilən və hikmətlidir.” Peyğəmbəri Əkrəm (s.ə.v.v) zəkatın “müəllifəti qulubuhum” qismini elə şəxslərə verirdi ki, onların qəlbini İslama doğru cəlb etmək lazım idi. Bunlar bir neçə qrupdan ibarət idi: Onlardan bə`ziləri ərəb qəbilələrinin böyükləri idi. Peyğəmbər onlara müəyyən qədər mal-dövlət verirdi ki, müsəlman olsunlar. Digər bir qrupu isə İslamı qəbul etmişdilər, amma niyyətləri və imanları çox zəif idi, qəlblərini çoxlu bəxşişlərlə ələ almaq lazım idi. O cümlədən Əbu Süfyan və onun oğlu Müaviyə, Üyəynə ibni Həsin, Əqra ibni Habis, Abbas ibni Mirdas və s. Onlara bəxşiş verilirdi ki, bu yolla ərəb tayfalarından olan başqaları da onlar kimi İslama yönəlsinlər. Peyğəmbər (s.ə.v.v) birinci dəstəyə özünə məxsus olan xalis xümsün altıda birini əta edirdi. “Müəllifəti qulubuhum”un ikinci dəstəsi o kəslər idilər ki, zəkatdan onlara verildiklə onlardan kafirlərə qarşı müharibədə istifadə olunurdu. Peyğəmbər (s.ə.v.v) yuxarıdakı ayə nazil olduqdan ömrünün son anlarına qədər qəlbləri İslama doğru cəlb olunmalı şəxslərlə (müəllifəti qulubuhum) əlaqədar bu işi davam etdirirdi. Bütün müsəlman firqələrinin fikir birliyinə əsasən Peyğəmbəri Əkrəm (s.ə.v.v) özündən sonra bu payın ləğv edilməsi barədə heç kəsə icazə verməmişdi. Amma Əbu Bəkr iş üstünə gələndə adları sadalanan həmin qruplar öz paylarını almaq üçün, Peyğəmbər (s.ə.v.v) zamanında olduğu kimi, Əbu Bəkrin yanına gəldilər. O da bir fərman yazdı ki, öz paylarını alsınlar. Onlar Əbu Bəkrin fərmanı yazılan kağızı Ömərə göstərdilər ki, o da şahid olsun. Amma Ömər həmin fərman yazılan kağızı alıb cırdı və dedi: Bizim sizə heç bir ehtiyacımız yoxdur. Allah İslamı əzəmətli etmiş və onu sizdən ehtiyacsız etmişdir. Əgər İslamı qəbul etsəniz, sizinlə işimiz olmayacaq; əks halda, sizin cavabınızı qılıncla verəcəyik! Onlar Əbu Bəkrin yanına qayıdıb dedilər: Xəlifə sənsən, yoxsa Ömər? Əbu Bəkr dedi: Allahın istəyi ilə, xəlifə odur! Beləliklə də Ömərin gördüyü işi əməldə təsdiqlədi. Bu qəbildən olan işlər və əməllər Ömərin həyatında çox görünmüşdür. O cümlədən tarixçilər nəql edirlər ki, Üyəynə ibni Həsin və Əqra ibni Habis Əbu Bəkrin yanına gəlib dedilər: Bizim yanımızda istifadəsiz torpaqlar var, orada heç nə bitmir və ümumxalq mənfəəti də yoxdur. Onu bizim mülkiyyətimizə keçirt, bəlkə Allahın köməyi ilə bundan sonra onu yararlı hala salıb mənfəət götürə bilək. Əbu Bəkr öz ətrafındakılara dedi: Sizin bu barədə fikriniz nədir? Dedilər: Eybi yoxdur. Əbu Bəkr bir məktub yazaraq həmin əraziləri onlara bağışladı. Sonra onlar Ömərin yanına gəldilər ki, şahidlik etsin. Amma Ömər onu alıb yazılarını ağzının suyu ilə isladaraq pozdu. Onlar Ömərə qəzəblənib kobud sözlər dedilər, sonra Əbu Bəkrin yanına gəlib əsəbi halda dedilər: Allaha and olsun, biz bilmirik ki, xəlifə sənsən, yoxsa Ömər! Əbu Bəkr dedi: Xəlifə odur!!! Bu zaman Ömər gəldi və Əbu Bəkrin qarşısında dayanıb qəzəblə dedi: Bu iki nəfərə verdiyin torpaq sahəsi sənin şəxsi mülkiyyətindir, yoxsa sair müsəlmanlar da onda səninlə şərikdir?! Əbu Bəkr dedi: Sair müsəlmanlarla şərikəm. Ömər dedi: Bəs nə üçün onu bu iki nəfərə vermisən? Əbu Bəkr dedi: Bu barədə münasib adamlarla məşvərət etdim. Ömər dedi: De görüm, bütün müsəlmanlar sənin məşvərətindən razıdırmı? Əbu Bəkr cavab tapmayıb dedi: Axı mən dedim ki, sən xilafət üçün məndən daha layiqlisən, amma sən qəbul etmədin!! Bu hadisəni İbni Əbil Hədid “Nəhcül-bəlağə”yə yazdığı şərhinin 3-cü cildinin 108-ci səhifəsində, İbni Həcər Əsqəlani “Əl-isabə” kitabında və başqa tarixçilər də öz mənbələrində nəql etmişlər. Kaş Əbu Bəkr və Ömər Səqifə hadisəsində də bütün müsəlmanlarla məşvərət edəydilər! Nə yaxşı olardı ki, onlar bir az gözləyəydilər, Bəni-Haşim Peyğəmbər (s.ə.v.v)-in qüsl, kəfən və dəfn işlərini qurtarıb şurada iştirak edəydilər. Çünki xəlifə seçməkdə Bəni-Haşim hamıdan üstün idi. Bu iki xəlifə və onların ardıcılları zəkatdan “müəllifəti qulubihim” dəstəsinə pay ayırmamaq və zəkatı ayədə qeyd olunan təkcə üç qrup arasında bölmək barəsində ciddi qərara gəldilər. Ustad Dəvalibi özünün “Üsuli-fiqh” kitabının 239-cu səhifəsində zamanın dəyişilməsi ilə əlaqədar olaraq bə`zi şəriət hökmlərinin dəyişilməsinə şahid gətirərək yazır: “Bəlkə də Ömərin (rəziyəllah ənh) Qur`anın “müəllifətu qulubihim” üçün ayırdığı hədiyyələri ləğv etməkdəki ictihadı elə hökmlərin müqəddiməsində olmuşdur ki, onları zamanın dəyişməsi ilə məsləhətin dəyişilməsi əsasında nəzərə almışdır. Halbuki, Qur`anın aşkar hökmü (nəss) həmişə sabitdir və heç vaxt qüvvədən salınmır!” Mən deyirəm: Ustad Dəvalibi son dərəcə açıq-aydın e`tiraf etmişdir ki, Ömər Qur`anın aşkar buyuruğunun, heç vaxt qüvvədən salınmayan və sabit qalan hökmünün əksinə olaraq müəllifətu qulubihim adı ilə ayırdığı haqqı kəsdi və onun hökmünü öz düşündüyünə–ictihadına fəda etdi. Siz də onun dedikləri barəsində fikirləşin və onun sonrakı sözlərinə diqqət yetirin. O deyir: “Məsələ belə idi: Allah-taala İslamın əvvəllərində, müsəlmanlar zəif olarkən bu haqqı ona görə vacib etmişdi ki, şər törənəcəyi ehtimal verilən bir qrupun qəlblərini müəyyən hədiyyələr verməklə İslama cəlb etsinlər. Bu hökmün dəyişdirilməsi də mümkün idi və bunlar o kəslərin cərgəsində idilər ki, Qur`an beytül-maldan olan zəkatı onlara ayırmış və buyurmuşdu: اِنَّمَا الصَّدَقاَتُ لِلْفُقَرآءِ... Beləliklə, Qur`ani-məcid “müəllifətu qulubihim” dəstəsini zəkatın xərclənməli olduğu şəxslər sırasında qərar vermişdir. Hal-hazırda da bə`zi dövlətlər öz siyasi məqsədlərinə çatmaq üçün illik büdcələrində müəyyən şəxslərə pay ayırır və onlara müəyyən imtiyaz verirlər. Fərq yalnız bundadır ki, İslam rövnəqlənəndən, hökuməti güclənəndən sonra Ömər məsləhət gördü ki, “müəllifətu qulubihim” sayılan şəxsləri Qur`anın vacib buyurduğu hökmdən məhrum etmək lazımdır.” Biz deyirik: Ustad Dəvalibi bir daha e`tiraf etmişdir ki, Ömər Qur`ani-məcidin bu qrup üçün aşkar şəkildə vacib etdiyi haqqı kəsmişdir. Amma bununla belə, o, xəlifəyə belə bəraət qazandırır: “Müəllifətu qulubihim” payının ləğv edilməsinin mə`nası bu deyildir ki, Ömər Qur`anın aşkar buyurduqlarını batil və puç hesab etsin. Əksinə, o, Qur`an hökmünün bəyan edilməsinin səbəbini nəzərə almış və onun zahiri mə`nasına əsaslanaraq bu qrupun payını müvəqqəti dövr ilə əlaqələndirmişdir. Yə`ni o belə hesab etmişdir ki, “müəllifətu qulubuhum”u cəlb etmək və onların şərrinin qarşısını almaq elə vaxtda lazım idi ki, o vaxt İslam zəif idi. Amma İslamın gücləndiyi, habelə bu payların onlara verilməsi hökmünün dəyişilməli olduğu bir vaxtda artıq şərait belə tələb edirdi ki, o hökmün səbəbinə əməl olunsun və onlar bu haqdan məhrum edilsinlər.” Biz deyirik: Bu haqqın “müəllifətu qulubihim”ə verilməsini göstərən Qur`an hökmündə heç bir qeyd və ya şərt mövcud deyildir. Onun qeydsiz-şərtsiz olması da ayədən tam aşkar şəkildə görünməkdədir. Bunda heç kəs şək-şübhə etməmişdir. Bizim də haqqımız yoxdur ki, onu müəyyən şeylə şərtləndirək, yaxud müəyyən səbəblə yozaq. Amma əgər bu iş (yə`ni şərtləndirmək, səbəblə yozmaq) Allahın və Peyğəmbərin hökmü ilə olarsa, eybi yoxdur. Əsas məsələ budur ki, bu cür qeyd gətirilməsinə dair heç bir şahid mövcud deyildir. Buna əsasən, biz bu qrupun haqqının verilməsini hansı dəlilə əsasən müəyyən bir zaman dövrü ilə şərtləndirib, bu hökmün verilmə səbəbləri kimi onların qəlblərinin sonrakı zamanlarda deyil, təkcə İslamın zəif olduğu bir dövrdə cəlb etməkdən ibarət olduğunu iddia edə bilərik?! Bu ayənin İslamın zühur etməsinin əvvəllərində, İslam hökumətinin zəif olduğu dövrdə nazil olması məsələsi də heç hansı vəchlə onun hökmünü müəyyən bir şeylə şərtləndirə bilməz. Necə ki, elm əhlinə gizli deyildir. Bundan əlavə, biz “müəllifətu qulubihim” dəstəsinin şərrindən amanda olsaq belə, onların İslama meyl etmələri onlara verilən hədiyyələrin vasitəsi ilə olacaqdır. Hətta bu səbəbə görə olsa belə, onların payları kəsilməməli, üstəlik bə`zən İslamın güclənməsi ilə eyni zamanda bu paylar və hədiyyələr çoxaldılmalıdır. Yalnız buna ümid bəsləsək də, onların paylarının kəsilməməsi üçün kifayətdir. Peyğəmbər (s.ə.v.v) bu hədiyyələrin vasitəsi ilə çoxlarının qəlbini İslama cəlb edirdi. Çünki, bə`ziləri müsəlman olduqda onların qəbiləsi, qohum-əqrəbaları da müsəlman olurdular. Bə`zilərinin isə imanları zəif olduğuna görə bu hədiyyələr vasitəsi ilə imanları güclənirdi, bə`zilərinə də, şərlərini dəf etmək üçün hədiyyə verilirdi. Deməli, əgər biz bu qrupdan olanların şərrindən amanda qalsaq, yenə də Peyğəmbəri Əkrəm (s.ə.v.v)-ə tabe olaraq bu payı onlara verməliyik ki, özləri, yaxud qohum-əqrəbaları İslama yönəlsinlər, yaxud da e`tiqadları, imanları möhkəmlənsin. Allahın ən yaxşı bəndələri o kəslərdir ki, Peyğəmbərə tabe olub onun göstərdiyi yolla getsinlər. Bundan əlavə, İslam öz düşmənlərini məğlub edib şərlərindən amanda qaldıqdan, qüdrətli olmasından sonra bu şərait dəyişilərək müsəlmanların zərərinə qurtardı, əcnəbilər, yadellilər onlara hakim kəsildi. Müsəlmanlar məcbur oldular ki, onların köməklərinə göz diksinlər, onlarla sazişə girsinlər. Bunun şahidi hazırkı əsrdə müsəlman ölkələrində müşahidə etdiyimiz və keçmişdə baş vermiş başqa hadisələrdir. Buna əsasən, İslamın qüdrətli olduğu dövrdə bu qrupun payının ləğv edilməsi həmin dövrdə bə`zilərinin keçirdiyi qürur hissindən qaynaqlanmışdır. Amma belə bir hökmü verən Qur`ani-kərim bilikli və hikmətli Allah tərəfindən nazil olunmuş, bütün dövrləri və zamanları nəzərə almışdır. İndi mütləq (qeydsiz-şərtsiz) hökmün, ona dövrün dəyişməsi ilə və məsləhətə uyğun olaraq qeyd vurulmasının, nəticədə şəriət hökmünün dəyişilməsi barədə olan bəhsimizi davam etdirir və onun şərtlərinə diqqət yetirərək araşdırırıq. Biz İmamiyyə şiələri hamılıqla ümumi hökmün xüsusiləşdirilməsi və mütləq (qeydsiz-şərtsiz) hökmə qeyd vurulmasında məsləhəti şərt bilmirik. Amma bu (qeyd vurmaq) barədə şəriətdə aşkar bir hökm mövcud olsa, yalnız bu halda onu mö`təbər və şərt bilirik. Deməli, əgər şəriətdə onun e`tibarlı olub-olmamasına dair müəyyən və aşkar dəlil mövcud olmazsa, biz şiələrin nəzərində heç bir e`tibarı yoxdur. Buna əsasən, “mürsilə” məsləhətlərin olub-olmamasının bizim üçün heç bir fərqi yoxdur və bu məsələ Şafei və Hənəfi məzhəblərinin rə`yi ilə də uyğundur. Amma Hənbəli firqəsinin ardıcılları müqəddəs şəriətdə heç bir əsası və dəlili olmayan mürsilə məsləhəti əxz edirlər. Amma bununla belə, onu Qur`anın aşkar hökmü ilə təzadlı hesab etmirlər; onu nəss ilə eyni dərəcədə, lakin ondan sonrakı mərhələdə qəbul edirlər. Buna əsasən, hənbəlilər “müəllifətu qulubihim” barəsində olan aşkar hökmə mürsilə məsləhət səbəbi ilə qeyd vurmurlar. Bu və başqa hallarda aşkar buyuruğun, nəssin mövcud olduğu zamanda İmamiyyə, Şafei və Hənbəli firqələri kimi əməl edirlər. Maliki firqəsi də qeyd olunan nəss və sairənin olduğu hallarda həmin əsasda əməl edirlər. Çünki onların mürsilə məsləhəti şərt və mö`təbər, nəss ilə təzadlı hesab etmələrinə baxmayaraq, onu, sübuta yetməsi qəti olmayan hökmləri (vahid xəbər kimi) təzadlı bilirlər. Onlar mürsilə məsləhətləri Qur`anın ümumi şəkildə buyurduğu və dəlaləti qəti olmayan ümumi hökmlər ilə də təzadlı bilmişlər, lakin sübutu və dəlaləti qəti olan hallarda (müəllifətu qulubihim nəssi kimi) “mürsilə” məsləhətləri onunla təzadlı hesab etmələri qeyri-mümkündür. Çünki bu nəssin sübutu və dəlaləti qətidir. Sözün qısası budur ki, bütün islami məzhəblərdə, ustad Dəvalibinin dediyi və bizim izah etdiyimizə əsasən üsuli-fiqh elminin qanunları “müəllifətu qulubihim” haqqının ləğv edilməsinə heç vaxt icazə vermir. Əgər sünnü alimlərinin birinci və ikinci xəlifənin bu qrupun payını, başqa sözlə, Qur`anın aşkar şəkildə vacib etdiyi haqqı batil etmələri barəsində fikir birlikləri olmasaydı, onda deyilə bilərdi ki, birinci və ikinci xəlifə bu haqqı onlara verməməklə heç də ayənin hökmü ilə müxalifət etməmişdilər. Çünki Allah zəkatın xərclənməsi üçün 8 qrup saymışdır (fəqirlər, miskinlər, zəkat işçiləri, müəllifətu qulubihim, qullar, borclular, Allah yolunda və yolda qalan şəxslər üçün) və zəkat bu şəxslər üçün istifadə olunmalıdır. Ayə onların ayrı-ayrılıqda hər birinə verilməsini qeyd etmir. Buna əsasən, hər kəs öz malının zəkatını adları qeyd olunan bu səkkiz qrupdan birinə xərcləyərsə şər`i vəzifəsini yerinə yetirmiş olur. Həmçinin, hər kəs onu 8 qrupun hamısına bərabər şəkildə bölüşdürsə, yenə də vəzifəsini yerinə yetirmiş olur. Bu məsələ barəsində bütün müsəlmanlar fikir birliyindədir və Peyğəmbərdən sonra bütün nəsillərdə ona əməl olunurdu. Deməli, əgər Əbu Bəkr və Ömər həmişə sabit qalıb qüvvədən düşməyən bu hökmü ləğv edərək onun əksinə əməl etməsəydilər, onda Ömərin əməlinin və Əbu Bəkrin onu təsdiqləməsinin heç bir eybi olmazdı! Bəhsi sona yetirməzdən əvvəl qeyd edirik ki, ustad Dəvaləbi (əvvəllər dediyinin əksinə olaraq) İmamiyyə şiələrinə iftira da atmışdır. O deyir: “Şiələr mürsilə məsləhəti mö`təbər bilir və onu qət`i nəss və hökmlərdən üstün hesab edirlər.” Halbuki, onun dediyi bu mətləbin heç bir əsası yoxdur və bu, şiə alimlərinin heç birindən nəql olunmamışdır. Amma Süleyman Tufiyə gəldikdə isə, o, ifratçılardandır (ğali), biz onları həmişə özümüzə düşmən bilmişik, Dəvalibi də onların günahını bizim üstümüzə yıxır. Bu məsələ barəsində İmamiyyə şiələrinin nəzəri əvvəlki səhifələrdə qeyd etdiyimizdən ibarətdir və bütün şiə alimləri bu məsələ barəsində tam fikir birliyindədirlər. Onların yazdıqları üsul kitabları da hər yerdə mövcuddur. Yaxşı olardı ki, ustad Dəvaləbi şiənin əqidəsində İbni Hənbəlin kitabına əsaslanmaq əvəzinə bu barədə bizim nəql etdiklərimizi mö`təbər hesab etsin.
  3. Qelem

    Xanim Aishe

    Təlhə və Zübeyrin Peyğəmbər (s) səhabələrindən olmalarına baxmayaraq, təklikdə mərkəzi hökumət əleyhinə qiyam edib bir ordunu Məkkədən Bəsrəyə gətirməkdə rəhbərlik edə bilmək üçün o qədər də qüdrət və nüfuza malik deyildilər. Əgər Peyğəmbər (s)-in zövcəsi Ayişə onların içində olmasaydı və əməvilərin külli miqdara pulları və imkanları onların ixtiyarında qoyulmasaydı, onların məkrli tədbirləri elə Məkkədə ikən alt-üst olardı. Nəhayət, onlar Osmanın intiqamını almaq bəhanəsi ilə, həmçinin Əli (ə)-ın onun qatili, yaxud qatillərinin havadarı adlandıraraq Məkkədən Bəsrəyə tərəf hərəkət etdilər və yol boyu müntəzəm olaraq "Ya ləsarati Osman!" (Ey Osmanın intiqamını alanlar, ayağa qalxın!) şüarını səsləndirirdilər. Amma bu şüar o qədər məzhəkəli idi ki, hətta Osmanın yaxın adamları belə ona gülürdülər. Qeyd edəcəyimiz bu iki hadisə müddəanı təsdiq edər: Səid ibni As Zatü-irq adlı məntəqədə Təlhə və Zübeyrin başçılıq etdiyi nakisinlər karvanı ilə rastlaşdı. Səid (o, Bəni-Üməyyədən idi) üzünü Mərvana tutub dedi:–Hara gedirsən? Mərvan dedi:–Mən gedirəm Osmanın intiqamını alam. Səid dedi:–Niyə uzağa gedirsiniz?! Osmanın qatilləri elə sizin arxanızca gələnlərdir. (Yə`ni Təlhə və Zübeyrdir).[1] [1] "Tarixi-Təbəri", 3-cü cild, səh.472 Ibni Qüteybə bu məsələyə daha aydınlıq gətirərək yazır: "Təlhə, Zübeyr və Ayişə Xeybərin Əbu-Tas adlı məntəqəsində mənzil saldıqları zaman, Səid ibni As (Müğeyrə ibni Şö`bə də onunla yoldaş idi) əlindəki qara kamanla Ayişənin yanına gedib dedi:–Hara gedirsən? Ayişə dedi:–Bəsrəyə. Səid dedi:–Nə istəyirsən? Ayişə dedi:–Osmanın intiqamını almaq istəyirəm. Səid dedi:–Ey Ümmül-mö`minin, Osmanın qatilləri elə sənin gözünün önündədir! Təlhə və Zübeyr Əli (ə) tərəfindən tutulmamaq üçün Məkkə-Bəsrə yolundakı mənzilləri sür`ətlə ötüb gedirdilər. Buna görə də, yorğa yerişli dəvə tapmaq fikrinə düşdülər ki, mümkün qədər tez bir zamanda Ayişəni Bəsrəyə çatdırsınlar. Yolda Rənyə qəbiləsindən bir kişini gördülər. O, yorğa bir dəvəyə (erkək dəvəyə) minmişdi. Ona dedilər ki, dəvəsini satsın. O, dəvəsinə min dirhəm qiymət qoydu. Müştəri e`tiraz edib dedi:–Dəli olmusanmı?! Harda görmüsən ki, bir dəvənin min dirhəm qiyməti olsun? Dəvənin sahibi dedi:–Sən onu tanımırsan! Heç bir dəvə onunla yarışa girə bilməz! Müştəri dedi:–Əgər bu dəvəni kimin üçün almaq istədiyimizi bilsən, heç bir dirhəm də almadan onu bağışlayarsan. Soruşdu: Kim üçün alırsınız? Dedi:–Ümmül-mö`minin Ayişə üçün. Dəvənin sahibi Peyğəmbərə olan sədaqət və ixlas üzündən dəvəni təmənnasız onlara verdi. Müştəri ondan bələdçi kimi istifadə etmək üçün onu Ayişənin karvanının endiyi yerə .rdı və o erkək dəvənin əvəzində ona bir dişi dəvə, üstəlik dörd yüz (yaxud altı yüz) dirhəm pul verdi, ona dedi ki, çölün bu yerini keçib getməkdə kömək etsin. O da razılaşıb qəbul etdi. Bələdçi bu məntəqəni hamıdan yaxşı tanıyırdı. O deyir: "Hər abadlıqdan və su quyusunun yanından keçəndə Ayişə oranın adını məndən soruşurdu. Nəhayət Hov`əb məntəqəsindən keçəndə oranın itlərinin səsi ucaldı. Ümmül-mö`minin başını kəcavədən çıxarıb soruşdu: Bura haradır? Dedim:–"Hov`əbdir." Ayişə bu adı eşidən kimi fəryad etdi, dərhal dəvənin ayağından vurub onu yatırtdı. Sonra dedi:–"Allaha and olsun, mən (Peyğəmbərin buyurduğu) o arvadam ki, o, Hov`əbdən keçir və oranın itləri onun dəvəsinə hürürlər." Bu cümləni üç dəfə təkrar etdi və qışqırıb dedi ki, onu geri qaytarsınlar. Ayişənin dayanması ilə karvandakılar da dayandı və dəvələrini yatırtdılar. Hərəkət etmək üçün israr etməyin heç bir nəticəsi olmadı. Bir gün orada qaldılar. Nəhayət Ayişənin bacısı oğlu Əbdüllah ibni Zübeyr gəlib dedi:–Tez ol hərəkətə başla, Əli bizi tə`qib edir! Ola bilsin ki, hamımız onunla müharibədə ələ keçək.[1] [1] "Tarixi-Təbəri", 3-cü cild, səh.975 Təbəri təəssüb üzündən həqiqəti gizlədir və baş verən əhvalatı yuxarıda nəql olunan sadəliklə yazır. Lakin ondan qabaq yaşamış Ibni Qüteybə (276-cı hicri qəməri ilində vəfat etmişdir) yazır: "Ümmül-mö`minin Hov`əb adını eşitdikdə, Təlhənin oğluna dedi:–"Mən hökmən qayıtmalıyam! Çünki bir gün Peyğəmbər öz zövcələri ilə danışırdı. Mən də onların içində idim. Həzrət buyurdu: "Mən görürəm ki, sizlərdən biri Hov`əb məntəqəsindən keçir və oranın itləri onun üstünə hürür." Sonra üzünü mənə tutub dedi:–"Hümeyra, məbada sən elə o arvad olasan!" Bu vaxt Təlhənin oğlu ondan yola davam etməsini istədi, lakin heç bir faydası olmadı. Onun bacısı oğlu Əbdüllah ibni Zübeyr münafiqcəsinə and içib dedi:–"Buranın adı Hov`əb deyil. Biz Hov`əbi gecənin əvvəlində keçdik." Bu sözlə də kifayətlənməyib çöl ərəblərindən bir neçəsini gətirib onları yalandan and içdirdi ki, bu məntəqənin adı Hov`əb deyil. (Bu cür yalan şəhadət islam tarixində görünməmişdir.) Bundan sonra karvan hərəkətə başladı və Bəsrəni ələ keçirmək üçün şəhərin yaxınlığında düşərgə saldılar. (Osman ibni Hənif Əli (ə) tərəfindən orada hakim idi)[2] [2] "Nəhcül-bəlağə"nin şərhi , (Ibni Əbil-Hədid), 9-cu cild, səh.312
  4. Qelem

    Ibtidai Eqaid Dersleri

    بِسمِ الله الرحمن الرَحِيمِ اَلْحَمْدُللَِّهِ رَبِّ الْعَالَمِيَن وَصَلَّى اللّهُ عَلَى سَيِّدِنَا مُحَمَّدٍ وَآلِهِ الطَّاهِرِينَ وَلاَ سِيَّمَا بَقِيَةِ اللَّهِ فىِ اْلاَرَضِيَن Bismillahirrəhmanirrəhim Bütün həmdsəna aləmlərin Rəbbi olan Allaha məxsusdur! Allahın salam və salavatı ağamız və seyyidimiz Həzrət Muhəmməd və onun pak Əhlibeytinə, xüsusilə Allahın yer üzündə saxladığı şəxsə həzrət Məhdiyə olsun! Allah mütləq kamal sahibidir nə deməkdir? Subuti sifətlər nədir? Səlbi sifətlər nədir? BU GUNKU DƏRSİ BAŞA DUŞMƏK VƏHHABİLƏRƏ CAVABDIR ALLAHIN SƏLBİ SİFƏTLƏRİ Allahın sifətlərini cəmal və cəlal olaraq iki qismə böldük. Allahın kamalını göstərən sifətlərə “cəmal” və yaxud “sübuti”, nöqsan və eybin Onun zatından uzaq olmasını göstərən sifətlərə isə “cəlal” və yaxud “səlbi” sifətlər deyilir. Səlbi sifətlər dedikdə, Allah taalanın hər hansı bir eyb və nöqsandan uzaq olması nəzərdə tutulur. Allahın zatı ehtiyacsız və mütləq (sonsuz, heç bir şeylə hüdudlanmayan) kamal olduğu üçün, nöqsan və ehtiyac göstərən hər hansı bir sifətdən uzaq və pakdır. Məhz buna görə də ilahiyyat alimləri deyirlər: Allah cisim deyil, Onun məkanı yoxdur və heç bir şeyə də daxil ola bilməz. Çünki bu kimi xüsusiyyətlərin hamısı varlığın nöqsan və ehtiyaclı olmasından irəli gəlir. Nöqsanlı hal sayılan sifətlərdən biri də gözə görünməkdir. Çünki, bir şeyin görünə bilməsi üçün, gözə görünmənin müəyyən şəraiti yaranmalıdır. Məsələn, aşağıdakı şərtlər olmalıdır: 1-Məkanda və xüsusi bir yerdə olsun; 2-Qaranlıqda olmasın. Yə`ni onun olduğu yer işıqlı olsun; 3-Onunla onu görənin arasında müəyyən qədər fasilə olsun. Aydındır ki, bu şərtlər Allahın deyil, əksinə maddənin və cismani varlıqların xüsusiyyətlərindəndir. Bundan əlavə, əgər Allah gözlə görünsə, onda iki hal təsəvvür oluna bilər: Ya Onun vücudu bütünlüklə, ya da bir hissəsi görünməlidir. Birinci halda hər şeyi əhatə edən Allah məhdud olacaq. İkinci surətdə isə müxtəlif hissələrdən təşkil olunacaq. Bunların hər ikisi də Allahın uca məqamından uzaqdır. Bu deyilənlərin hamısı Allahın hissi və gözlə görünməsinin qeyri-mümkün olmasını göstərir. Amma güclü iman və mə`nəviyyat nəticəsində qəlb (bəsirət) gözü ilə Allah taalanı müşahidə etmək olar. Həzrət Əli (ə)-ın səhabələrindən sayılan Zə`ləb Yəmani o Həzrətə ərz etdi: Öz Allahını görübsənmi? İmam cavabında buyurdu: “Mən görmədiyim Rəbbə ibadət etmərəm!” Zə`ləb Yəmani yenə soruşdu: Onu necə görürsən? İmam buyurdu: “Onu zahiri gözlər görə bilməz, amma qəlblər həqiqi iman sayəsində görə (dərk edə) bilərlər.” Allahın gözlə görünməsinin qeyri-mümkün olmasını əqli dəlildən əlavə, Qur`an ayələri də açıq-aşkar sübut edir. Həzrət Musa (ə) Bəni-İsrailin israrı ilə, Allahdan gözə görünməsini istədikdə, inkar cavabı eşidir: “Musa dedi: Ey Rəbbim, Özünü mənə göstər, Sənə baxım. Allah buyurdu: Sən Məni əsla görə bilməzsən!” Burada bir sual yaranır: Əgər Allahın gözə görünməsi qeyri-mümkündürsə, onda nə üçün Qur`ani-kərim “Qiyamət günündə layiqli bəndələr Ona baxacaqlar”-deyə buyurur? “O gün sevinib gülən üzlər öz Rəbbinə tərəf baxacaqdır.” Sualın cavabı budur ki, bu şərif ayədə baxmaq kəlməsindən məqsəd, Allah taalanın rəhmətini gözləməkdir. Çünki, ayənin özündə bu mətləbə iki dəlil vardır: 1-Baxmağı gözə deyil, üzlərə nisbət verib buyurur: “O gün sevinib gülən üzlər öz Rəbbinə tərəf baxacaqdır.” Əgər məqsəd Allahı görmək olsaydı, onda görməyi üzlərə yox, gözlərə nisbət verməli idi. 2-Bu surədə iki qrupdan söhbət açılır: a) Üzləri sevinib gülənlər: Onların mükafatı: “Allaha tərəf baxacaqlar ” ifadəsi ilə ilə bəyan edilir. b) Üzləri qəm-qüssəli olanlar: Onların cəzası isə “Sahiblərinin bel sümüklərinin dəhşətli bir əzabla qırılacağını anlayacaqlar” ifadəsi ilə bəyan edilir. İkinci cümlədə məqsəd bundan ibarətdir ki, onların bel sümükləri dəhşətli bir əzabla qırılacaq və təbiidir ki, onlar da bu əzabın baş verəcəyini gözləyəcəklər. Bu şahidlərin vasitəsilə, qeyd olunan birinci ayədə məqsədin nə olduğunu başa düşmək asan olar. O da budur ki, sevinib gülən üzlər Allahın rəhmətini gözləyəcəklər. “Allaha tərəf baxacaqlar” ifadəsi, məcazi mə`nada rəhmətin gözlənilməsini göstərir. Bu məsələ ilə əlaqədar çoxlu dəlillər qeyd olunmuşdur. Məsələn: “Filankəsin gözü, başqasının əlindədir”, yə`ni ondan kömək umur. Qur`anın müəyyən bir ayəsini təfsir edərkən, heç vaxt həmin ayənin özü ilə kifayətlənmək olmaz, əksinə, həmin mövzu ilə əlaqədar bütün oxşar ayələr də qeyd olunur və onların məcmusundan o ayənin həqiqi mə`nası başa düşülür. Gözə görünmək məsələsinə gəldikdə də, əgər ona aid olan bütün ayələr, habelə bu barədəki hədislər toplanarsa, məhz onda İslam nöqteyi-nəzərindən Allahın gözlə görünməsinin qeyri mümkün olması aydın olacaq. Mə`lum olur ki, Həzrət Musa (ə) yalnız Bəni-İsrailin israrına görə Allahdan, gözə görünməsini istəmişdi. Onlar deyirdilər: “Ey Musa, Allahın səsini eşidib, nəql etdiyin kimi, elə Onu gözünlə də gör və bizim üçün vəsf et.” Qur`an buyurur: “Yadınıza salın o zamanı ki, (Musaya) dediniz: Ya Musa, Allahı aşkar surətdə görməyincə heç vaxt sənə inanmayacağıq.” Məhz bu səbəbə görə də Həzrət Musa Allahdan gözə görünməsini istədi, amma inkar cavabı eşitdi: “Musaya və`d etdiyimiz vaxt gəlib çatanda Rəbbi onunla danışdı. Musa dedi: Ey Rəbbim! Özünü mənə göstər, Sənə baxım. Allah buyurdu: Sən Məni əsla görə bilməzsən!” XƏBƏRİ SİFƏTLƏR İndiyə qədər, danışmaqdan başqa bəyan olunan sair ilahi sifətlərin Allahda olub-olmamasını əql hökm edir. Amma Qur`ani-kərimdə və hədislərdə bir sıra sifətlər vardır ki, onların nəql olunan hədislərdən başqa, digər bir mənbəsi yoxdur. Məsələn: 1-Yədullah (Allahın əli): “(Ey Peyğəmbər!) Sənə bey`ət edənlər, şübhəsiz ki, Allaha bey`ət etmiş olurlar. Allahın əli onların əllərinin üstündədir.” 2-Vəchullah (Allahın siması): “Şərq də, qərb də Allahındır. Hansı tərəfə üz tutsanız, Allah ordadır. Şübhəsiz ki, Allahın mərhəməti genişdir və hər şeyi biləndir.” 3-Eynullah (Allahın gözü): “Nəzarətimiz altında və vəhyimiz üzrə (sənə öyrədəcəyimiz kimi) gəmini düzəlt.” 4-İstəva ələl-ərş (Ərşdə əyləşdi): “Rəhman Allah, ərşi (hökmü) altına almışdır.” Bunlara ona görə “xəbəri sifətlər” deyirlər ki, onlar barəsində yalnız nəqli (nəql olunan) dəlillər xəbər verir. Əqli baxımdan bu sifətləri adi camaat arasında düşünülən mə`naya yazmaq olmaz. Əks halda əqli və nəqli dəlillərin qəbul etmədiyi halda Allahın cisim olması, onun oxşarı (bənzəri) olması lazım gəlir. Məhz buna görə də bu sifətlərin həqiqi mə`nasını anlamaq üçün, mütləq Qur`ani-kərimin ayələrini ayrı-ayrılıqda deyil, bir məcmuə halında nəzərə almalıyıq. Bilmək lazımdır ki, ərəb dili, başqa dillərdə olduğu kimi, məcazi mə`nalarla doludur. Qur`ani-kərimdə bu mə`nalardan istifadə eilmişdir. İndi isə xəbəri sifətlərin bəyan etməyə başlayırıq. a) Qur`ani-kərim yuxarıda qeyd etdiyimiz birinci ayədə buyurur: “Sənə bey`ət edənlər, şübhəsiz ki, Allaha bey`ət etmiş olurlar. Allahın əli onların əllərinin üstündədir.” Bu ayədə məqsəd Allahın cisim olması və Onun əli olması, eləcə də əlinin onların əllərindən üstün olması deyil, Allahın qüdrətinin onların qüdrətindən üstün olması nəzərdə tutulur. Ayənin davamında deyilənlər bu mətləbə tutarlı sübutdur: “Kim bey`əti pozsa, ancaq öz əleyhinə pozmış olar. äim Allahla etdiyi əhdi yerinə yetirsə, Allah ona böyük mükafat verər.” “Bey`ət pozanları hədələyib, bey`ətə vəfalı olanlara müjdə və mükafat vermək” ifadələri göstərir ki, Allahın əli dedikdə Onun qüdrət və hakimiyyəti nəzərdə tutulur. Adətən, bə`zi vaxtlar müxtəlif mədəniyyətlərdə “yəd” (əl) kəlməsi məcazi mə`nada qüdrəti göstərir. Məsələn belə deyirlər: “Əl, əl üstədir.” b) Allah taalanın siması dedikdə isə məqsəd, insana məxsus olan üzv deyil, əksinə, Onun zatı nəzərdə tutulur. Qur`ani-kərim insanın məhv olması haqda xəbər verərək buyurur: “Yer üzündə olan hər kəs fanidir.” Ayənin davamında yalnız Allahın vücudunun sabit qalmasından söhbət açılaraq buyurulur: “Yalnız əzəmət və kərəm sahibi olan Rəbbinin zatı əbədi qalar.” Ayənin əsl və həqiqi mə`nası budur ki, uca Tanrı xüsusi bir yerdə deyil, əksinə, Onun vücudu hər bir şeyi əhatə etmişdir, hər tərəfə üz tutsaq, Allah oradadır. Bu mətləbi sübut etmək üçün Allahın iki sifətinə işarə edirik: 1-Vasi`: Yə`ni Allah taalanın vücudu sonsuzdur. 2-Alim: Yə`ni Allah hər şeyi biləndir. v) Qur`ani-kərimdə buyurulur: “Nuh Allah tərəfindən gəmini düzəltməyə mə`mur oldu.” Halbuki, gəminin dənizdən çox uzaq bir yerdə düzəldilməsi sonrakı hadisələrdən xəbərsiz bir qrupun istehza etməsinə səbəb olurdu. Məhz belə bir şəraitdə Allah ona “gəmini düzəlt, sən Bizim gözümüz -nəzarətimiz altındasan, bu işi Biz sənə vəhy etdik” buyurdu. Burada məqsəd budur ki, Həzrət Nuh (ə) Allahın əmrinə əməl edib, Onun himayəsi və nəzarəti altında olduğundan, istehza edənlər ona heç bir zərər yetirə bilməzlər. q) “Ərş” kəlməsi ərəb dilində “taxt” və “kürsü” mə`nasını ifadə edir. “İstəva” fe`li “əla” kəlməsi ilə birgə olduqda, “qərarlaşma” və “bir şeyin üzərində oturmaq” mə`nasını daşıyır. Padşahlar hakimiyyət kürsüsündə qərar t.ndan sonra ölkə işlərini sahmana salmağa başlayırdılar. Allahın məkanının olmamasını həm əqli, həm də nəqli dəlillər sübut edir. Bundan başqa, taxt və kürsü üzərində əyləşməyi ifadə edən cümlələrdə Allahın cisim olması deyil, əksinə, mə`cazi mə`nada kainatın işlərini tədbir etmək, sahmana salmaq nəzərdə tutulur. Bu mətləbin şahidi kimi aşağıdakıları qeyd etmək olar: 1-Qur`ani-kərimin müxtəlif ayələrində, bu cümlədən qabaq Allah taala göyü və yeri, habelə kainatda olan sair şeyləri gözə görünməz sütun üzərində yaratmasından söz açır. 2-Qur`anın müxtəlif ayələrində bu cümlədən qabaq dünyanın işlərinin tədbirindən söz açılır. Bu cümlə iki məsələni bəyan edən ayələr arasında, (yə`ni yaradılış və dünyanın tədbiri) yerləşdiyindən, ərş üzərində oturmaqdan məqsədin nə olacağını asanlıqla dərk etmək olar. O da budur ki, Qur`ani-kərim bizə başa salmaq istəyir ki, kainat özünün bu qədər əzəməti ilə belə, onun idarə olunması Allah taalanın ixtiyarından xaric deyil, yaradılışdan əlavə, dünyanın işlərinin tədbiri də tamamilə Onun ixtiyarındadır. Bu barədə olan ayələrdən təkcə birini qeyd etməklə kifayətlənirik: “Rəbbiniz göyləri və yeri altı gündə xəlq edən, sonra ərşi hökmü altına alan, hər işi öz yerinə qoyan (sahmana salan) Allahdır. Onun izni olmadan heç bir şəfaət edən olmaz.”
  5. Qelem

    Exlaq Dersleri

    İnsan bu dünyada axirət üçün ya nur və bəsirət hazırlayır, ya da zülmət və qaranlıq. Əgər bu dünya da kor və nursuz olsa axirət aləmində də kor və nursuz olaraq məhşərə gətirilər. Qur`anda buyurulur: “Hər kəs (qəlbinin gözü) bu dünyada kor olsa axirətdə də kor və azğın şəkildə məhşur olunar.” Mərhum Əllamə Təbatəbai (rizvanullahi əleyh) buyurub: Nəcəfi Əşrəf şəhərində çox abid və zahid bir şeyx yaşayırdı, ona “Şeyx Əbud” deyirdilər. O, Allah övliyalarından, seyri-süluk əhlindən idi. Daim zikr deyər, ibadətlə məşğul olardı. Bə`zi vaxtlar “Vadiyussəlam” qəbiristanlığına gedər, saatlarla orada oturub fikirləşər, bə`zən də gəzişərdi. Xarab olmuş və təzə qəbirlərə diqqətlə nəzər salardı. Bir gün qəbiristanlıqdan qayıtdığı zaman alimlərdən bir neçəsi onunla qarşılaşıb halını soruşur və deyirlər: Şeyx Əbud, “Vadiyussəlam” da nə xəbər var? O deyir: Təzə bir xəbər yoxdur. İsrar etdikləri zaman deyir: Çox qəribə bir məsələ ilə qarşılaşdım. Köhnə və yeni qəbirlər barəsində nə qədər diqqət etdimsə onlarda ilan, əqrəb və əzab vasitələrini görmədim. Qəbirlərin birindən soruşdum: Rəvayətlərdə qeyd olunur ki, qəbirdə meyyitə ilan, əqrəb və sair əzab verən həşəratların vasitəsi ilə işgəncə verilir. Amma mən sizin yanınızda ilan-əqrəb görmürəm. Qəbirdən belə cavab gəldi: Bəli, bizim yanımızda ilan əqrəb yoxdur, siz özünüz dünyadan özünüzlə birlikdə ilan-əqrəb gətirirsiniz və burada sizə onlarla işgəncə verilir. İnsanın nəfsani və batini həyatı həqiqi və real bir həyatdır. İnsan zatının batinində real bir yolu ötüb keçir: bu yol ya onu səadətə və kamala çatdırır, ya da bədbəxtçiliyə və fəlakətə düçar edir. Onun həqiqi və real həyatı vardır ki, insanın əqidə, əxlaq və əməlləri nəticəsində formalaşır. Allah-taala Qur`anda buyurur: “Hər kəs izzət istəyirsə (bilməlidir ki, ) bütün izzətlər Allaha məxsusdur. Pak kəlmələr (pak nəfslər) Allaha doğru qaldırılır və saleh əməl də onu yuxarı .rır.” Bizim nəfsimizin fe`liyyəti bizim fəaliyyət, iş və əməllərimizin məhsulu olub bizim əqidə, əxlaq, səciyyə, xislət və əməllərimizin vasitəsi ilə formalaşır, onun yaxşı və ya pis nəticəsi də axirət aləmində aşkar olacaqdır. ÖZÜMÜZDƏN NƏ DÜZƏLDIRIK? Yüksək (ali) elmlərdə isbat olunmuşdur ki, insan ruhunun yaranması cisimdən başlayır, lakin onun davam edib qalması ruhani yönə malikdir. Yə`ni insanın mələkuti ruhu onun əvvəlki cismani surətindədir ki, tədrici olaraq hərəkət və təkamül edib insani ruhun ilkin (ən aşağı) mərhələsinə yə`ni bil-qüvvə insan mərhələsinə çatır. Hərəkət və təkamül həmin mərhələdə də dayanmır və ömrünün axırına qədər davam edir. Işin əvvəlində mücərrəd, mələkuti və maddi aləmin fövqündə olan bir varlıqdır, lakin tam və kamil mücərrədliyə malik deyildir, öz vücudunun aşağı mərhələsi baxımından cismə və bədənə əlaqəlidir və iki mərtəbəyə malikdir: Onun bir mərtəbəsi maddi olub bədənlə əlaqəlidir, o, maddi işləri görür, buna görə də onun barəsində hərəkət və kamala doğru yönəlmə təsəvvür olunur. Digər mərtəbəsi isə mücərrəd olub maddənin fövqündədir və buna görə də qeyri-maddi işləri görür. Onun bir yönü heyvan və cismani, digər yönü isə insan və mələkutidir. Birdən artıq həqiqət olmamasına baxmayaraq həm heyvani sifət və qərizələrə malik olub heyvani işləri görür, həm də insani sifətlərə və qərizələrə malik olaraq insani işlər görür. Bu qəribə və barəsində Allah-taalanın “təbarəkəllahu əhsənul-xaliqin” deyə buyurduğu bir varlıq hərəkətin başlanğıcında əvvəlcədən qurulmuş və kamil bir varlıq deyildir; o, tədrici olaraq özünü qurur və pərvəriş verir. Əməl və hərəkətlərdən qaynaqlanan əqidə, fikir, səciyyə və xislətlər insanın vücudunun hüviyyətini yaradır, onu tədrici olaraq kamala çatdırır. Səciyyələr də insan vücuduna ariz olan (sonradan gələn) işlər deyil, sadəcə onun vücud hüviyyətinin qurucusudur. Maraqlıdır ki, insanın fikir, əqidə və səciyyələri insanın təkcə vücudunda yox, onun “nə olmasında” da tə`sir qoyur. Yə`ni düzgün əqidə və fikirlər, gözəl əxlaq, xislət və saleh əməl nəticəsində yaranan səciyyələr tədrici olaraq insanı kamal mərhələlərinə yönəltdiyi, onu insaniyyətin kamil mərtəbəsinə və ilahi qürb məqamına çatdırdığı kimi, cəalət, batil əqidələr, rəzil əxlaq, səciyyə və çirkin işlər nəticəsində yaranan qəsavətlər insanın ruhunu zəiflədir, onu tədricən heyvaniyyət mərhələsinə endirir, nəhayət o, heyvaniyyətin qaranlıq və zülmətli vadisinə süqut edir. Heyvani xislət və səciyyələrin ona nüfuz edib möhkəmlənməsi, cəhalət və qəsavətin onun batini zatında yerləşməsi nəticəsində bir heyvan surətinə düşür. Onun zatı doğrudan da heyvan olur və heyvani şəxsiyyətə malik olur. Artıq o insan deyil, bir heyvandır, hətta heyvandan da aşağı səviyyəlidir, insaniyyət yolu ilə heyvana dönmüş bir varlıqdır. Zahirdə bir insan kimi yaşamasına baxmayaraq batində heyvan olmuşdur, lakin bunu dərk etmir. Heyvanın heyvan olması onun zahiri görkəmləri və quruluşları ilə deyil, onlarda olan heyvani nəfslərin varlığı, heyvani meyllər və qərizələrə qeydsiz-şərtsiz tabe olmaqladır. Canavar xüsusi formada olduğuna görə canavar deyil, əksinə onun yırtıcılıq xüsusiyyətinə, bu kimi qərizələrə qeydsiz-şərtsiz tabe olmasına, əql qüvvəsindən məhrum olduğuna görə canavar sayılır. Əgər bir kəsdə yırtıcılıq xüsusiyyəti qələbə çalaraq onun əql gözünü, bəsirətini kor etsə həmin şəxs batində doğrudan da çöldə yaşayan canavarlardan qat-qat yırtıcı olan canavara çevrilmiş olur. Çünki öz əql qüvvəsini və dərrakəsini yırtıcılıq xüsusiyyətinin xidmətinə vermiş olur. Bə`zi şəxslər elə cinayətlərə mürtəkib olurlar ki, hətta çöldə yaşayan canavarlar belə heç vaxt bu kimi cinayət işləri görməz. Belə bir şəxs canavar deyildirmi? Əlbəttə ki, canavardırlar!, lakin özləri bunu dərk etmir, başqaları da onları insan kimi təsəvvür edirlər. Qiyamətdə, insanların batinin aşkar olduğu bir gündə, gözlərin önündən pərdələr qaldırıldığı zaman onların batinləri aşkar olacaq və mə`lum olacaqdır ki, behişt canavarların yeri deyildir, canavar Allah övliyaları və Allahın saleh bəndələri ilə bir yerdə ola bilməz. Insaniyyət yolu ilə canavara çevrilən belə bir şəxs cəhənnəmin qaranlıq və zülmətli mühitlərində əzaba layiq görülməlidir. Deməli insan özünün gələcək şəxsiyyətini elə bu dünyada qurmalıdır: ya insan olaraq Allah dərgahına müqərrəb olan mələklərdən də yüksək bir məqama çatır, ya da batində müxtəlif heyvanlar surətinə düşür. Bu məsələ həm ali elmlərdə isbat olunmuşdur, həm Allah övliyaları kəşf və şühudla bunu gördüklərini demişlər, həm də Peyğəmbəri Əkrəm (s) və mə`sum imamlar – yə`ni həqiqi insanlar bu barədə xəbər vermişlər. Peyğəmbəri Əkrəm (s) buyurub: “Insanlar qiyamətdə elə surətdə məhşur olub gələcəklər ki, meymun və donuz surətləri onlardan qat-qat yaxşıdır.” Əmirəl-mö`minin Əliyyibni Əbitalib (ə) fasiq və əxlaqsız bir alim barəsində buyurur: “Onun surəti insan surətidir, lakin qəlbi heyvan qəlbidir. Hidayət yolunu tanımır ki, ona tabe olsun, azğınlıq yolunu bilmir ki, ondan çəkinsin. Belə bir şəxs dirilər arasında olan ölüdür.” İmam Cə`fər Sadiq (ə) buyurub: “Təkəbbürlü şəxslər qarışqa surətinə düşər və camaatın hesabı sona çatana qədər məhşər əhlinin ayağı altında tapdalanarlar.” Allah-taala Qur`anda buyurur: “Və izəl-vuhuşu huşirət” yə`ni o zaman (qiyamət günündə) vəhşi heyvanlar məhşur olar.” Müfəssirlərdən bə`ziləri bu ayənin təfsirində demişlər ki, “vəhşilər” dedikdə qiyamətdə heyvan surətində dirilən vəhşi insanlar nəzərdə tutulur, çünki heyvanların təklifi yoxdur və onlar qiyamətdə dirildilməzlər. Qur`anda buyurulur: “Həqiqətən bu gün sizin ayrılıq gününüzdür; elə bir gündür ki, sur çalınanda siz dəstə-dəstə gələrsiniz.” Bə`zi müfəssirlər bu ayənin mə`nasında demişlər ki, qiyamətdə insanlar bir-birindən ayrılar, hər kəs özünün batini surəti ilə eyni surətdə olanlarla birlikdə məhşur olar. Həmin ayənin təfsirdə Peyğəmbəri Əkrəm (s) -dən qəribə bir əhvalat nəql olunmuşdur. Məaz ibni Cəbəl deyir: Peyğəmbəri Əkrəm (s) ”Yovmə yunfəxu fissuri fətə`tunə əfvacən” ayəsinin təfsirində buyurdu: Ey Məaz! Çox böyük bir məsələ barəsində soruşdun! Bu halda Peyğəmbərin göz yaşları axmağa başladı, sonra buyurdu: “Mənim ümmətimdən on dəstə başqaları ilə fərqlənən müxtəlif surətlərdə məhşur olacaqdır: Bə`ziləri meymun surətində, bə`ziləri donuz surətində, bə`ziləri başları yerdə, ayaqları isə göydə hərəkət edən halda, bə`ziləri kor və sərgərdan, bə`ziləri kar və lal halda olub heç nəyi dərk etməz, bə`ziləri dillərini çeynəyir, ağızlarından çirk və qan axır və (bütün) məhşər əhli onlara nifrət edir, bə`zilərinin əlləri və ayaqları kəsilmişdir, bə`ziləri oddan olan budaqlarda divara çəkilmiş haldadır, bə`ziləri üfunətli heyvan ölüsündən də pis iy verir, bə`ziləri bədənlərinə misdən olan paltarlar geymiş və bu da bədənlərinə yapışmış olar.” Sonra buyurdu: Meymun şəklində gələnlər söz .rıb-gətirənlər, sözgəzdirənlərdir. Donuz surətində məhşur olanlar rüşvət alanlar və haram mal yeyənlərdir, kəlləsi üstə hərəkət edənlər riba yeyənlərdir, kor gələnlər qəzavət və mühakimədə zülm edənlərdir, kar və kor olanlar rəftarlarında xudpəsənd oulb özünü bəyənənlərdir, dillərini dişləyənlər əməlləri sözləri ilə uyğun olmayan alim və qazilərdir. Əlləri və ayaqları kəsilmiş halda gələnlər qonşularına əziyyət vermiş olanlardır. Oddan olan budaqlardan asılan kəslər insanların hüzurunda camaatdan siayət edərlər. Üfunətli iyləri olan şəxslər dünyada həvayi-nəfsə uyan, ləzzətlərin ardınca gedib öz mal-dövlətlərindən Allah haqqını verməyənlərdir. Bədənlərində misdən paltar olanlar təkəbbürlülər və lovğalardır.” Deməli, əxlaqi işləri əhəmiyyətsiz və kiçik hesab etmək olmaz; onlar çox mühüm və insan müqəddəratını həll edən işlər olub insanın batini şəxsiyyətini və nəfsani həyatını qurur və hətta onun nə olmasında tə`sir qoyur. Əxlaq elmi təkcə “necə yaşamağı” deyil, “necə olmağı” da öyrədir.
  6. bir dene Jurnalist vardi,nese demek istedi amma deyemmedi getdi indi gozleyirikki hansisa bir selefi chixa cavab vereki yox sehv deyirsiz quranda mecaz yoxdu. ve subut edeki Allahin mekani var.eli ayagi var amma mexluq deyil bir sozle yuxardaki suali Tekrar edirem Selefiler siz ibadet etdiyiniz Allahla(Büt) Divin ne ferqi var?
  7. sen bu temani evvelden oxumusanmi? oxuyubsansa demek bilirsen sohbet neden gedir,ve verilen suallara cavab vermeden movzunu deyishmek istemeyin acizliyinizden ireli gelir.basha dushurem seni,axi cigerin yanir yehudi eqidesinde olmaginiz subut olub deye... qaldi eqidemizden dansihmaga yungul shekilde yaziram ibtidai eqide dersleri temasinda,tanish ola bilersen ve gelib burda bosh sozler yazmazsan Allaha sherik qoshur shieler sozunede nece lazimdir reddiyye verilib shir ve bidet emeller temasinda,get oxu gor.sozun olsa orda yazarsan,bashdan ayaga oxu yaxshi? P.S moderden xahish edirem bu adamin movzuya ait olmayan sozlerini sile.movzunun megzini deyishmeye chalishir acizlikden....yol verilmezdir buda..
  8. Qelem

    Xanim Aishe

    Bəsrənin işğal olunması planını da elə o təklif etmişdi. O, həm də Təlhəni, Zübeyri və Ayişəni bu əyaləti almaq üçün təşviq edirdi. Osmanın fərari valiləri Məkkədə bir yerə yığışmışdılar; Əbdüllah ibni Ömər və onun qardaşı Übeydullah, həmçinin Mərvan ibni Həkəm, Osmanın övladları, qulamları və Bəni-Üməyyədən bir qrup onlara qoşulmuşdular. Amma bu tanınmış şəxslərin çağırışları xalq kütlələrini Məkkədən və yolun yarısından Əli (ə)-ın əleyhinə qiyam etməyə təhrik edə bilmirdi.[4] ( [4] "Əl-Cəməl", səh.121) Buna görə də onlar hökmən Osmanın işdən çıxarılmış hakimlərinin və Bəni-Üməyyənin bəxşişləri ilə yığılan adi döyüşçü qüvvələrinin yanında mə`nəvi arxaya malik olmalı idilər ki, bu yol boyu yaşayan ərəblərin həyəcanlarını təhrik edə bilsin. Buna görə də Ayişə və Həfsəni, bu qrupun mə`nəvi rəhbərliyini öhdələrinə alaraq onlarla birlikdə Bəsrəyə tərəf hərəkət etməyə də`vət etdilər. Düzdür ki, Ayişə Məkkəyə daxil olan vaxtdan e`tibarən Əli (ə)-la müxalifətə başlamışdı, lakin öz müxalif fikirlərini keçirmək üçün heç bir əsaslı tədbiri yox idi. Qoşuna rəhbərliyi öhdəsinə alıb Bəsrəyə yola düşəcəyi fikrindən belə keçməmişdi. Buna görə də Zübeyr öz oğlu Əbdüllahı (Ayişənin bacısı oğlunu) onun evinə göndərdi ki, Ayişəni qiyam edib Bəsrəyə getmək üçün təşviq etsin. O Əbdüllaha belə cavab verdi: Mən heç vaxt camaata qiyam əmri verməmişəm. Mən Məkkəyə gəlmişəm ki, camaata onların imamlarının necə öldürülməsini e`lan edəm və bir qrupun xəlifəni tövbələtdirdikdən sonra öldürməsini deyəm ki, camaatın özü xəlifəyə hücum edib onu öldürənlərə və rəhbərliyi məşvərətsiz olaraq əlinə alanlara qarşı qiyam etsin. Əbdüllah dedi:–Əgər Osmanın qatilləri və Əli barəsindəki fikrin belədirsə, onda nə üçün Əlinin əleyhinə olaraq bizə kömək etməkdən çəkinirsən?! Halbuki müsəlmanların bir qrupu qiyam üçün öz hazırlıqlarını bildirmişlər. Ayişə dedi:–Bir az gözlə, bu barədə fikirləşim. Əbdüllah onun sözlərinin mə`nasından razı olduğunu duydu. Buna görə evə qayıdanda Təlhə və Zübeyrə müjdə verdi ki, Ümmül-mö`minin bizim istəyimizi qəbul etdi. Sabahısı gün də Ayişənin yanına getdi və onun tam və qəti razılığını cəlb etdi. Carçı məsciddə və bazarda Ayişənin Təlhə və Zübeyrlə birlikdə çıxacağını e`lan etdi, beləliklə də Əli (ə)-ın əleyhinə qiyam və Bəsrənin işğal olunması qəti tədbir oldu. Təbəri qiyamçıların çağırışlarını belə nəql edir: "Agah olun və bilin ki, Ümmül-mö`minin, Təlhə və Zübeyr Bəsrəyə yola düşürlər! Hər kəs islamı əziz etmək, müsəlmanların qanını halal edənlərlə döyüşmək və Osmanın intiqamını almaq istəyirsə, bu dəstə ilə hərəkət etsin. Hər kəsin atı və getmək pulu yoxdursa, bu onun atı, bu da onun səfər xərci!"[5] [5] "Tarixi-Təbəri", 3-cü cild, səh.167 Siyasət oyunbazları camaatın dini hisslərini daha çox təhrik etmək üçün Peyğəmbər (s)-in o biri zövcəsi Həfsəni də qiyama qoşmaq istədilər. O dedi:–"Mən Ayişəyə tabeyəm. O, səfərə çıxmağa hazırdırsa, mən də hazıram." Amma hərəkət vaxtı çatanda qardaşı Əbdüllah onu səfərdən saxladı. Həfsə Ayişəyə belə bir xəbər göndərdi: "Qardaşım məni sizinlə birlikdə hərəkət etməyə qoymadı."
  9. Qelem

    Xanim Aishe

    CƏMƏL MÜHARİBƏSİNİN XƏRCLƏRİ Cəməl müharibəsinin xərclərini Osmanın hakimiyyəti dövründə beytül-malı qarət edib külli miqdarda sərvət əldə edən hakimlər ödədilər. Məqsədləri də Əli (ə)-ın təzə təşəkkül tapmış dövlətini əvvəlki hala salıb onu devirmək idi. Bu müharibənin ağır xərclərini tə`min edənlərdən bir neçəsinin adını qeyd edirik: 1. Əbdüllah ibni Əbu-Rəbiə. (Osmanın Yəməndəki (Sən`adakı) valisi.) O, Osmana kömək etmək məqsədi ilə Sən`adan çıxdı, amma yolda onun qətlə yetirilməsindən agah olduqda Məkkəyə qayıtdı. Ayişənin Osmanın intiqamını almaq üçün camaatı də`vət etdiyini eşitdikdə məscidə daxil oldu, taxtın üstündə oturub qışqırdı: "Hər kəs xəlifənin intiqamını almaq üçün cihadda iştirak etsə, mən onun yol xərcini tə`min edəcəyəm!" O, döyüşdə iştirak etmək üçün çoxlarını yaraqla tə`min etdi. 2. Yə`li ibni Üməyyə. (Osmanın qoşun sərkərdələrindən biri idi). O, Əbdüllahın sözü ilə bu yolda külli miqdarda pul xərclədi, altı yüz dəvə alıb Məkkədən hərəkət etmək üçün hazırladı. Dəvələrin hər birinə bir nəfər mindirdi və müharibə xərclərinin tə`min olunması üçün on min dinar pul verdi.[1] İmam (ə) onun bəxşişlərindən xəbərdar olanda buyurdu: "Üməyyənin oğlu on min dinarı haradan gətirmişdir?! O, bunları yalnız beytül-maldan oğurlamışdır! Allaha and olsun, əgər onu və Əbu Rəbiənin oğlunu tutsam, sərvətlərini müsadirə edib Beytül-mala qaytaracağam."[2] [1] "Tarixi-Təbəri", 3-cü cild, səh.166 [2] Ibni Qüteybənin nəql etdiyinə görə, o, Zübeyrə altmış min dinar, Təlhəyə isə qırx min dinar pul vermişdi. Bax: "Əl-Cəməl", səh.123-124; "Tarixi Xüləfa", səh.57 *** 3. Əbdüllah ibni Amir (Bəsrənin valisi) O, özü ilə külli miqdarda mal-dövlət götürüb Bəsrədən Məkkəyə qaçmışdı.[3] [3] "Tarixi-Təbəri" 3-cü cild, səh.166; "Əl-imamətu vəs-siyasət", 1-ci cild səh.55
  10. Qelem

    Ennasu Vel Ictihad

    (4) ÜSAMəNİN ORDUSUNA QOŞULMaQDAN İmtİna etməK Birinci xəlifə Əbu Bəkrin Peyğəmbərin aşkar buyurduqlarının əksinə əməl etdiyi hallardan biri də Üsamət ibni Zeyd ibni Harisin ordusu ilə əlaqədar hadisə idi. Peyğəmbəri Əkrəm (s.ə.v.v) bu ordunu 11-ci hicri ilində, ömrünün axır günlərində romalılarla müharibəyə səfərbər etmişdi. Bununla əvvəlki məğlubiyyətlərin əvəzini çıxmaq istəyirdi. Görəcəyimiz kimi, bu barədə Peyğəmbərin çoxlu aşkar buyuruqları vardır ki, səhabələr (xüsusilə birinci və ikinci xəlifə) ona əməl etmədilər. Hadisə belə olmuşdu: Peyğəmbəri Əkrəm (s.ə.v.v) Üsamət ibni Zeydin ordusuna həddindən artıq əhəmiyyət verirdi. Belə ki, əshaba göstəriş vermişdi ki, Üsamənin bayrağı altında yığışmaq üçün hazırlaşsınlar. Bu barədə onlara çoxlu tə`kidlər etmişdi. Sonra onların iradələrini gücləndirmək, himmət-lərini təhrik etmək üçün onları səfərbər etməyi şəxsən öhdəsinə aldı. Beləliklə də bütün ənsar və mühacir başçılarını, o cümlədən Əbu Bəkri, Öməri, Əbu Übeydə Cərrahı, Sə`d ibni Əbu Vəqqası və sairlərini Üsamənin qoşununa yığdı. (Bu hadisə hicrətin 11-ci ilində, səfər ayının qurtarmasına 4 gün qalmış baş vermişdi.) Sonrakı gün Peyğəmbər (s.ə.v.v) Üsaməni çağırıb buyurdu: Mən səni bu orduya sərkərdə seçirəm. Elə indi atan şəhid olan yerə doğru yola düşüb Allah düşmənləri ilə cihad et. Übna camaatı ilə ciddiyyətli ol. Sür`ətlə hərəkət et ki, düşmənin vəziyyətindən agah olasan. Əgər Allah səni onlara qalib edərsə, onların arasında çox dayanma. Özünlə bələdçilər götür və əvvəlcədən casuslar göndər. Səfər ayının 28-də Rəsuli Əkrəm (s.ə.v.v)-in vəfatı ilə nəticələnən xəstəliyi daha da şiddətlənməyə başladı; qızdırması artdı və yorğan-döşəyə düşdü. Səfərin 29-da Həzrət səhabələr tərəfindən səfərbərlik planının icrasında səhlənkarlığa yol verildiyini gördükdə şəxsən onların yanına getdi və onları hərəkət etməyə təşviq etdi. Sonra onların fədakarlıq ruhiyyəsini təhrik etmək, iradələrini gücləndirmək üçün bayrağı Üsamət ibni Zeydə verdi və buyurdu: Allahın adı ilə və Allah yolunda cihad et, Allahı inkar edənlərə qarşı müharibə .r. Sonra qaldırdığı bayrağı Büreydəyə verdi, Cürf adlı yeri ordugah seçdi. Səhabələr orada da Peyğəmbərin buyurduğu yerə getmək barədə aşkar əmrlərini eşitdikləri halda səhlənkarlıq etdilər və bu mühüm məsələyə e`tinasız yanaşdılar. Bütün İslam tarixçiləri və sirə yazanları fikir birliyindədirlər ki, Əbu Bəkr və Ömər Üsamənin ordusunda idilər. Onlar bu hadisəni öz kitablarında inkarolunmaz hadisələr sırasında qeyd etmişlər və bu, heç də ixtilaflı məsələ deyildir. Əziz oxucular bu barədə əlavə mə`lumat almaq üçün bu ordugahdan söz açan mənbələrə, o cümlədən Məhəmməd ibni Sə`din “Təbəqat”, “Tarixi-Təbəri”, “Tarixi-İbni Əsir”, “Sireyi-Dehlani” və sair kitablara baxa bilərlər. Hələbi öz “Sirə” kitabının 3-cü cildində bu ordugah barəsində söz açarkən maraqlı bir hadisəni nəql edir. Biz də onu olduğu kimi qeyd edirik: Abbasi xəlifələrindən olan Məhdi Abbasi Bəsrəyə daxil olanda camaat huşluluq və zəkalıqda Əyas ibni Müaviyəni misal göstərirdilər. Uşaq olmasına baxmayaraq dörd yüz nəfər böyük alimdən ayıq idi və Əyas onların qarşısında idi. Məhdi dedi: Ar olsun bu saqqallara! Bunların arasında yaşlı bir kişi yoxdurmu ki, bu uşağın yerinə onların qabağına düşsün? Sonra Əyasdan soruşdu: Neçə yaşın var? O dedi: Mənim yaşım Üsamənin Peyğəmbər tərə-findən ordu sərkərdəsi tə`yin olunan zamandakı yaşı qədərdir. Halbuki, o zaman Əbu Bəkr və Ömər o orduda idi. Məhdi Abbasi dedi: Əhsən sənə! İndi bildim ki, sən gərək bunların qabağında olasan. Hələbi yazır: O zaman onun 17 yaşı var idi. Səhabələrdən bir qrupu Üsamət ibni Zeydin o yaşda Peyğəmbəri Əkrəm (s.ə.v.v) tərəfindən sərkərdə tə`yin edilməsi məsələsində Həzrətə irad tutdular. (Elə əvvəllər də onun atası Zeydin Peyğəmbər tərəfindən sərkərdə seçilməsinə irad tutub Həzrətə tə`nə vururdular.) Halbuki, onlar Peyğəmbərin şəxsən Üsaməni bu məqama tə`yin etdiyini və “səni bu ordunun sərkərdəsi tə`yin edirəm” dediyini eşidib görmüşdülər. Peyğəmbər (s.ə.v.v) qızdırmalı olduğuna baxmayaraq öz əli ilə sərkərdəlik bayrağını qaldırdı. Amma bütün bunlar səhabələrin Həzrətin bu işinə tə`nə vurmalarına mane ola bilmədi. Onlar bu işdə Peyğəmbərə həddindən artıq irad tuturdular. Həzrət də onların irad tutmalarından və tə`nə vurmalarından çox qəzəbləndi. İş o yerə çatdı ki, öz vəfatından iki gün əvvəl–şənbə günü, rəbiul-əvvəl ayının 10-da qızdırmanın şiddətli olduğuna baxmayaraq başını dəsmal ilə bağlayıb minbərə çıxdı və Allaha həmd-səna etdikdən sonra buyurdu (bunu bütün sünnü-şiə tarixçi və mühəddisləri nəql etmişlər): –Ey camaat! Bu nədir?! Sizin bə`zilərinizdən Üsamə-nin mənim tərəfimdən seçilməsinə irad eşidirəm? Sizin bu işə irad tutmağınız heç də təzə iş deyildir; əvvəllər də onun atasını sərkərdə seçəndə irad tuturdunuz. Allaha and olsun! Əvvəllər Zeydin, ondan sonra isə oğlunun ləşkərə sərkərdə olmağa ləyaqəti vardır. Sonra onlara ciddi tapşırıqlar verdi ki, özlərini Üsamənin ordusuna çatdırsınlar. Bunun ardınca səhabələr dəstə-dəstə vidalaşıb Cüfrdəki ordugaha yollandılar. Peyğəmbər (s.ə.v.v) yenə də onları təşviq edirdi ki, mümkün qədər tez, sür`ətlə getsinlər. Hətta Həzrətin xəstəliyi şiddətlənəndə müntəzəm buyururdu: “Üsamənin ordusunu təchiz etmək üçün çalışın, Üsamənin ordusunu hərəkət etdirin. Üsamənin ordusunu yola salın.” Peyğəmbər (s.ə.v.v)-in bu sözləri təkrar etməsinə baxmayaraq səhabələrdən bə`ziləri yenə də ordugaha getməkdən imtina edib, e`tinasızlıq göstərirdilər. İkinci gün (rəbiul-əvvəlin 12-də) Üsamə ordugahdan çıxıb Peyğəmbərin hüzuruna gəldi. Həzrət göstəriş verdi ki, tez hərəkət etsin. Sonra buyurdu: Allahın köməyi ilə sabah hərəkət etməlisən. Üsamə də vidalaşıb ordugaha qayıtdı. Sonra Ömərlə Əbu Übeydə Cərrah Peyğəmbərin yanına qayıtdı, evə daxil olanda Həzrət artıq can üstündə idi. Bir neçə andan sonra fani dünya ilə vidalaşdı. (Ruhumuz və bütün aləmlərin ruhu ona fəda olsun!) Bunun ardınca ordu Mədinəyə daxil oldu. Səhabələr qərara aldılar ki, ordunun döyüşə göndərilməsi məsələsini birdəfəlik ləğv etsinlər. Odur ki, bu barədə Əbu Bəkrlə məsləhətləşdilər. Onlar öz qərarlarını həyata keçirməyə israr edirdilər! Hansı ki, Peyğəmbərin Üsamənin ordusunu hərəkət etdirməkdəki bütün sə`ylərin görmüş və bu barədəki sözlərini eşitmişdilər. Belə ki, Həzrət daim ordudan gələn xəbərləri izləyir və onu yola salmaq üçün ciddi sə`y edirdi. Həzrət şəxsən Üsaməni orduya sərkərdə seçmiş, bayrağı onun əli ilə qaldırmış və buyurmuşdu: “Sabah sübh Allahın köməyi ilə hərəkət edərsən.” Əgər Əbu Bəkr mane olmasaydı, sair səhabələr bütün ordunu şəhərə qaytaracaq və bayrağı aşağı salacaqdılar. Amma Əbu Bəkr bu işə razılıq vermədi. Səhabələr onun da Üsamənin ordusunu hərəkət etdirməkdə ciddi və qətiyyətli olduğunu gördükdə Ömər ibni Xəttab gəlib ənsarın tərəfindən ondan istədi ki, Üsaməni ordu sərkərdəliyindən götürüb yerinə başqa adam tə`yin etsin! Amma Əbu Bəkr bu işi məsləhət görmədi, Üsaməni işdən götürməkdən, habelə ordunun yola düşməyinə mane olmaqdan imtina etdi. Hətta iş o yerə çatdı ki, Əbu Bəkr Ömərin saqqalından tutub dedi: Ey Xəttabın oğlu, anan matəmində otursun! Kaş anan səni doğmayaydı! Peyğəmbər onu orduya sərkərdə tə`yin etmişdir, sən isə mənə deyirsən ki, onu işdən götürüm! Nəhayət ordunu yola saldılar. Üsamə üç min nəfər igid cəngavər ilə ordugahdan hərəkət etdi. O, Peyğəmbərin buyurduğuna əasən, Übnaya həmlə etdi. Qısa müddətli döyüşdən sonra atasının qatilini tapıb qətlə yetirdi. Bu müharibədə müsəlmanlardan hətta bir nəfər belə ölmədi. Üsamə həmin gün atasının atına minmişdi. Onların şüarları Peyğəmbərin Bədr müharibəsində verdiyi “Ya mənsurə ümmət” şüarından ibarət idi. Qənimətləri bölüşdürən zaman Üsamə atlılara iki, piyadalara isə bir pay verdi, özü də bir pay götürdü. *** Uzun-uzadı söhbətdən sonra Üsamənin ordusu Mədinədən çıxarkən Peyğəmbərin bu orduya qoşulmağı əmr etdiyi bə`zi şəxslər ordu ilə getməkdən imtina etdilər! Sünnü alimi Şəhristani “Miləl və nihəl” kitabının 4-cü müqəddiməsində yazır: Peyğəmbər öz səhabələrinə buyurdu: جَهِّزُوا جَيْشَ اُساَمَةَ لَعَنَ اللهُ مَنْ تَخَلَّفَ عَنْهُ “Üsamənin ordusuna qoşulun. Bu orduya qoşulmaqdan imtina edənlərə Allah lə`nət eləsin!” Bə`zi səhabələrin Peyğəmbərin bu əmrinə e`tinasızlıq etmələrinin və ordu ilə birlikdə hərəkət etməmələrinin səbəbi bu idi ki, onlar öz siyasətlərinin bünövrələrini möhkəmləndirmək, sahmana salmaq istəyirdilər. Odur ki, öz məqsədlərini əməli olaraq Peyğəmbərin aşkar və tə`kidli buyuruqlarından qabağa saldılar. Onlar duymuşdular ki, bu iş onların siyasi mövqelərinin qorunub saxlanması üçün son dərəcə zəruridir. Bilirdilər ki, əgər bu qoşunun yola salınmasına e`tinasızlıq etsələr də bu iş ləğv edilməyəcəkdir. Əgər onlar Peyğəmbərin vəfatından qabaq müharibəyə getsəydilər, xilafət sözsüz ki, əllərindən çıxacaqdı. Peyğəmbər də istəyirdi ki, onlar bir neçə müddət mərkəzdə olmasınlar və öz vəfatından sonra Əli (ə)ın xilafəti üçün şərait tamamilə hazır olsun, onlar müharibədən qayıdan zaman isə artıq iş-işdən keçmiş olsun, ixtilaf və çəkişmə yaranmasın. Peyğəmbərin 17 yaşlı Üsaməni onlara ordu başçısı tə`yin etməsinin səbəbi bu idi: Həzrət bununla bə`zilə-rinin ifratçılığının qarşısını almaq, inadkarları müti eləmək istəyirdi ki, sonradan rəiyyətin əmr sahibinə (həqiqi xəlifəyə) qarşı yarada biləcəkləri ixtilafların qarşısı alınsın. Amma onlar Peyğəmbərin məqsədini başa düşmüş-dülər. Ona görə də əvvəlcə Üsamə kimi bir cavan oğlanın sərkərdəliyini Peyğəmbərə irad tutdular, sonra isə qoşunla birlikdə getməkdən boyun qaçırdılar. Bu da onunla nəticələndi ki, Peyğəmbərin sağlığında ordu Mədinədən hərəkət etmədi. Bundan sonra da sə`y edirdilər ki, ləşkərin yola salınması məsələsini birdəfəlik ləğv etsinlər və bayrağı Üsamənin əlindən alaraq işdən çıxartsınlar. Axırda da onların əksəriyyəti həmin qoşunla getməkdən imtina etdilər. İmtina edənlərin önündə Əbu Bəkr və Ömər dayanmışdı. Buna əsasən, Üsamənin ordusu ilə əlaqədar beş məsələ var idi ki, onlar da Peyğəmbərin aşkar buyuruğuna əməl etmədilər. Çünki onlar istəyirdilər ki, siyasi işlərdə öz mövqeylərini qoruyub saxlasınlar, Peyğəmbərin aşkar buyurduqlarının əksinə olaraq öz ictihadlarına əməl etsinlər. Misrin “Əl-əzhər” universitetinin sabiq rektoru Şeyxul İslam Bişri bizim müraciətlərimizin birində onların əvəzindən üzrxahlıq edərək belə demişdir: “Düzdür ki, Peyğəmbər onları təşviq edirdi ki, tez bir zamanda Üsamənin ordusuna qoşulsunlar və özü də onlara ciddi nəzarət edirdi. Həzrət bayrağı Üsamənin əlinə verəndə buyurdu ki, “sabah Übnaya tərəf hərəkət et” və ona möhlət vermədi ki, axşam çağına kimi Mədinədə qalsın; tə`kidlə buyurdu ki, hərəkətdə tələs. Amma Həzrət dərhal xəstələndi və qorxurdu ki, əcəli gəlib çatsın. Buna görə də səhabələr Peyğəmbəri o halda qoyub gedə bilməzdilər; ordugahda gözlədilər ki, işin nə ilə nəticələnəcəyini bilsinlər. Bu da onların Peyğəmbəri qəlbən sevib dərin məhəbbət bəsləmələri, hər an ondan nigaran qalmaları üçün idi. Onların Üsamənin ordusuna qoşulmaqda e`tinasızlıq göstərmələrinin səbəbləri də aşağıdakı iki şeyi gözləmələri idi: Onlar gözləyirdilər ki, ya Peyğəmbərin sağalmasından xoşhal olsunlar, ya da əgər Həzrət vəfat edərsə, onun dəfn mərasimində iştirak etmək savabını qazansınlar, habelə Həzrətdən sonra hökumət üçün hər kəs seçilərsə onun üçün lazımi şərait yaratsınlar. Buna əsasən onların bu işə gecikmələrinin üzrlü səbəbləri var idi, onlara irad tutmağın yeri yoxdur. Onların Üsamət ibni Zeydin sərkərdəliyi ilə əlaqədar, Peyğəmbərdən sözdə eşitdikləri və əməldə gördükləri aşkar buyuruqlarla yanaşı, o Həzrəti məzəm-mət etmələrinin səbəbi yalnız Üsamənin cavanlığı idi. Çünki səhabələr arasında çoxlu yaşlı adamlar var idi. Təbiidir ki, onların ruhiyyələri cavanlara itaət etmək və təslim olmağa hazır deyildi. Buna əsasən Üsamənin sərkərdəliyini qəbul etməmək onların nəzərində bid`ət deyil, əksinə bəşər təbiətinin tələbi idi! Amma Peyğəmbərin vəfatından sonra onların Üsaməni sərkərdəlik məqamından götürmək məqsədi ilə irəli sürdükləri təkliflərə gəldikdə isə, bə`ziləri demişlər ki, onlar belə güman edirdilər ki, xəlifə onların nəzərdə tutduqları məsləhət xatirinə onlarla razılaşacaqdır. (Şeyxul İslam həmin yerdə deyir:) Sözün doğrusu, mən səhabələrin Üsaməni işdən götürmək barədəki tələblərindən Peyğəmbərin qəzəblənməsi, onların Peyğəmbəri məzəmmət etməsi və Həzrətin ağır xəstə olduğu halda başını bağlayıb evdən məscidə getməsi, minbərdə bu xüsusda danışması ilə əlaqədar, habelə onların arasında məşhur olan belə bir hadisəyə bəraət qazandıra biləcək və əqlin qəbul edə biləcəyi əsaslı bir səbəb t. bilmirəm. Buna əsasən, o tarixi hadisələrdən sonra onların bəhanə gətirmələrinin səbəbi elə bir məsələdir ki, onu Allahdan başqa heç kəs bilmir. Amma Peyğəmbərin bu qoşunu yola salmaqdakı, onları bu işə çox tələsdirməsi və müntəzəm sifarişlərinə baxmayaraq onların Üsamənin ordusunu yola salmamaq barəsində qəti qərara gəlmələri, Əbu Bəkrə bu barədə israr etmələri və s. bütün bunlar İslam paytaxtının müşriklərdən qorunub saxlanması naminə idi. Çünki şəhər boş qaldığı və ordunun çıxıb getdiyi halda müşriklər tərəfindən hücumlar gözlənilirdi. Necə ki, Peyğəmbərin vəfatından sonra nifaq yarandı, yəhudilər və məsihilər cür`ətləndilər, ərəb qəbilələrindən bə`ziləri zəkat verməkdən imtina etdilər. Səhabələr Əbu Bəkr Siddiqdən istəyirdilər ki, Üsaməni səfərdən saxlasın, amma o qəbul etmədi və dedi: Allaha and olsun, mənim üçün ölmək Peyğəmbərin göstərişlərini yerinə yetirməməkdən daha yaxşıdır. Bu qeyd olunanları bizim mühəddislər (sünnü hədis yazanları) Əbu Bəkr Siddiqdən nəql etmişlər. Başqalarının da İslamın hifz olunmasından başqa məqsədləri olmadığı üçün Üsamənin ordusunun qaytarılmasında israr etmələrinin üzrlü səbəbləri var idi. Amma Əbu Bəkr, Ömər və sair səhabələrin Üsamənin ordusuna getməkdən boyun qaçırmalarının səbəbinə gəldikdə isə, qeyd etməliyik ki, bu, yalnız İslam səltənətinin qorunub saxlanması, Peyğəmbər sünnətinin möhkəmləndirilməsi və müsəlmanların dini işlərinin yalnız bu yolla qorunub saxlanması xatirinə idi!!! Amma Şəhristaninin “Miləl və nihəl” kitabında nəql etdiyinə gəldikdə isə, biz onu mürsəl və sənədsiz görürük. Hələbi və Seyyid Dehlani öz “Sirə” kitablarında deyirlər ki, ümumiyyətlə bu barədə heç bir hədis nəql olunmamışdır. (Sonra mənə xitabən yazmışdı Əgər siz sünnülərin təriqi ilə bir hədis rəvayət edirsinizsə, bizi də agah edin, sizə təşəkkür edərik.” Mən onun cavabında belə yazmışdım: Siz səhabələrin Peyğəmbər tərəfindən Üsamənin qoşununda dərhal getməyə əmr olunduqlarına baxmayaraq hərəkət etməkdə e`tinasızlıqlarını, o müddət ərzində Cürf ordugahında dayanmalarını, şübhəsiz, qəbul edirsiniz. Həmçinin, e`tiraf edirsiniz ki, onlar Peyğəmbər (s.ə.v.v)-in əməl və sözlərini, aşkar buyuruqlarını görüb eşitdikdən sonra sərkərdəlik işinin Üsaməyə həvalə edilməsini məzəmmət etdilər. Həmçinin, qəbul edirsiniz ki, Peyğəmbərin onların sözlərindən qəzəblənməsindən, Üsamənin sərkərdəlik xüsusunda Həzrəti məzəmmət etmələrindən sonra belə, səhabələr Əbu Bəkrə dedilər ki, Üsaməni işdən götürsün. Həzrətin qızdırmalı və narahat halda evdən çıxıb bu məsələ ilə əlaqədar minbərdə buyurduğu xütbə tarixi hadisələr sırasındadır. Siz bilirsiniz ki, Peyğəmbər (s.ə.v.v) o çıxışında Üsamənin və onun atasının layiqli ordu başçı olmasını bildirdi. Bunu da qəbul edirsiniz ki, onlar xəlifəyə dedilər ki, Peyğəmbərin hərəkət etməsinə əmr etdiyi ordunun hərəkətinin qarşısını alsınlar və Həzrətin mübarək əli ilə Üsamə üçün qaldırılan bayrağı ondan alsınlar. Həzrətin Üsamənin ordusunun yola düşməsində son dərəcə israr etməsini və bu işin vacib olması barəsindəki sifarişlərinin hamısını gördünüz. Bunu da təsdiq edirsiniz ki, Həzrət bə`zilərinin Üsamənin ordusuna birləşməsini şəxsən göstəriş vermiş və buyurmuşdu ki, Üsamənin sərkərdəliyini qəbul etsinlər. Amma onlar bu işdən imtina etdilər. Siz tarixçilərin aşkar qeyd etdikləri, mühəddis və ravilərin tə`kid etdikləri bu mövzuları e`tiraf edirsiniz. Bir sözlə, onların üzrlü səbəblər kimi qeyd etdikləri bundan ibarətdir ki, səhabələr öz təsəvvürlərinə görə bu işin yerinə yetirilməsində İslamın məsləhət və mənafeyini nəzərə almışdılar, amma Peyğəmbərin göstərişinə uyğun əməl etməmişlər. Biz də bundan başqa bir söz demirik! Bizim sözümüzün canı bundan ibarətdir: deyin görək, səhabələr Peyğəmbərin buyurduqlarının istisnasız olaraq hamısına əməl etməyə vəzifəli idilərmi, ya yox? Sizin cavabınız mənfidir (yə`ni vəzifəli deyildirlər), bizim cavabımız isə müsbətdir (yə`ni Həzrətin bütün əmrlərini qeydsiz-şərtsiz olaraq yerinə yetirməyə vəzifəli idilər). Deməli onların bu barədə Peyğəmbərin əmrinə itaət etməmələrinə e`tiraf etməyiniz bizim nəzəriyyəmizin doğruluğunu bir daha sübuta yetirir. Amma onların bu işləri üzrlü səbəblər üzündən edib-etməmələrinə gəldikdə isə, bu sual artıq mövzumuzdan xaricdir və bu heç kimə gizli deyildir. Onlar Üsamənin ordusu məsələsində öz təsəvvürlərinə görə, İslamın məsləhətini Peyğəmbərin aşkar buyurduqlarından irəli keçirmişdilər! Amma nə üçün demirsiniz ki, onlar öz nəzərlərinə əsasən, Peyğəmbərdən sonra xilafət məsələsində də İslamın məsləhətini Peyğəmbərin Qədir Xumda və sair yerlərdə buyurduqları aşkar kəlamlarından irəli saldılar?! Siz səhabələrin Üsamə ibni Zeydin sərkərdə seçilməsi ilə əlaqədar Həzrətə irad tutub tə`nə vurmalarının səbəbini belə yozmusunuz ki, onun kimi cavanın aralarında çox yaşlı adamlar olan bir orduya sərkərdə tə`yin edilməsi bunu tələb edirdi və yaşlıların da cavanlara itaət etməmələri çox təbii bir məsələdir. Amma nə üçün bunu Peyğəmbərin Qədir Xumdakı göstərişlərinə əməl etməyənlər barəsində demirsiniz?! Hansı ki, sizin dediyiniz dəlilə görə Əli (ə) İslamda yaşlı səhabələrə rəhbər olacaq ən cavan şəxslərdən biri idi, amma siz onun rəhbərliyinə inanmırsınız. Çünki nəql etdiyimiz kimi, Peyğəmbər vəfat edən zaman Əli (ə)ın yaşının az olduğunu deyirdilər, elə Üsaməni də Peyğəmbər (s.ə.v.v) sərkərdə tə`yin edən zaman yaşının az olmasını bəhanə gətirirdilər. Bildiyimiz kimi, orduya rəhbərlik ilə xilafət məsələsi arasında çox da fasilə yoxdur. İndi ki, onlar öz təbiətlərinə uyğun olaraq cavan bir şəxsin rəhbərlik etdiyi orduda iştirak edərək ona itaət etməkdən boyun qaçırırlar, deməli, həyatları dövründə bütün dini və dünyəvi işlərdə heç vaxt bir cavana tabe olmazlar. Bundan əlavə, deyirsiniz ki, yaşlılar təbiətlərinin tələbi ilə cavanlara itaət etməyə hazır və razı deyildilər. Əgər sizin məqsədiniz ümumi bir hökmdürsə, onda biz onu qəbul etmirik. Çünki qəlbi iman nuru ilə dolu olan mö`min qocalar Allaha və Peyğəmbər (s.ə.v.v)-ə itaət etməkdə cavan və ya qeyri-cavan arasında heç bir fərq qoymurlar. فَلاَ وَرَبِّكَ لاَ يُؤْمِنُونَ حَتّيَ يُحَكِّمُوكَ فِيماَ شَجَرَ بَيْنَهُمْ ثُمَّ لاَ يَجِدُوا فِي اَنْفُسِهِمْ حَرَجًا مِمّاَ قَضَيْتَ وَ يُسَلِّمُوا تَسْلِيمًا “Yox, (ey Peyğəmbər,) Allaha and olsun! Nə qədər ki, səni öz ixtilaflarında hakim etməyiblər və sənin hökm etdiyinə qəlbən razı və tam təslim olmayıblar, sənə iman gətirməzlər.” وَ ماَ آتاَكُمُ الرَّسُولُ فَخُذُوهُ وَ ماَ نَهاَكُمْ عَنْهُ فَانْتَهُوا “Peyğəmbər (s.ə.v.v) sizə hər nə gətirsə, qəbul edin; sizi hər şeydən çəkindirirsə, ondan uzaq olun.” وَ ماَ كاَنَ لِمُؤْمِنٍ وَ لاَ مُؤْمِنَةٍ اِذاَ قَضيَ اللهُ وَ رَسُولُهُ اَمْرًا اَنْ يَكُونَ لَهُمُ الْخِيَرَةُ مِنْ اَمْرِهِمْ وَ مَنْ يَعْصِ اللهَ وَ رَسُولَهُ فَقَدْ ضَلَّ ضَلاَلاً مُبِينًا “Heç bir mö`min kişi və mö`minə qadının haqqı yoxdur ki, hər vaxt Allah və Onun Peyğəmbəri əmr verəndə hökm etməyə ixtiyarları olsun. Hər kəs Allaha və Peyğəmbərə qarşı üsyankarlıq və itaətsizlik etsə, şübhəsiz, aşkar azğınlıqdadır.” Amma onların Üsamənin ordusuna qoşulmaqdan imtina emələri ilə əlaqədar olan məsələlərə gəldikdə isə, qeyd etmək lazımdır ki, Şəhristani onu tarixi hadisələr sırasında qeyd etmişdir. Sizin öz aliminiz Əbu Bəkr Əhməd ibni Əbdül Əziz Covhərinin “Əs-səqifə” kitabında nəql etdiyini biz eynilə qeyd edirik: Əhməd ibni İshaq ibni Saleh Əhməd ibni Yəsardan, o da Səid ibni Kəsir Ənsaridən, o da öz hədis ravilərindən, nəhayət Əbdüllah ibni Əbdürrəhmandan nəql edir ki, Peyğəmbər (s.ə.v.v) vəfatı ilə nəticələnən xəstəlik zamanı Üsamə ibni Zeyd ibni Harisəni mühacir və ənsarın böyüklərindən təşkil olunmuş orduya sərkərdə tə`yin etdi. Onların içərisində Əbu Bəkr, Ömər, Əbu Übeydə Cərrah, Əbdürrəhman ibni Ovf, Təlhə və Zübeyr də var idi. Peyğəmbər (s.ə.v.v) Üsaməni onlara başçı tə`yin edib buyurdu ki, Üsamə ordu ilə atasının şəhid olduğu Mutə ərazisinə həmlə etsin və Fələstində düşmənlərlə vuruşsun. Üsamə bu işdə ağır tərpəndi. Əsgərlər də ona baxıb e`tinasızlıq etdilər. Peyğəmbər (s.ə.v.v) xəstəliyinin gah şiddətlənib, gah da zəiflədiyi belə bir vaxtda tə`kid etdi ki, ordunu gecikmədən hərəkət etdirsin. İş o yerə çatdı ki, Üsamə dedi: Atam-anam sənə fəda olsun! İcazə verirsənmi, sən sağalana qədər bir neçə gün qalım? Peyğəmbər (s.ə.v.v) buyurdu: Yox! Hərəkət et, Allah həmişə səninlə olacaq. Üsamə dedi: Ya Rəsuləllah! Axı mən belə bir şəraitdə hərəkət etsəm və siz də bu halda qalsanız, qəlbim aramlaşmaz. Həzrət buyurdu: (Qorxma,) qələbə və sağlamlıqla yanaşı olacaqsan. Üsamə dedi: Ya Rəsuləllah! İstəmirəm ki, süvarilərin hazırlıqlı olmaması barəsində sizə bir şey deyəm. Peyğəmbər (s.ə.v.v) buyurdu: Sənə dediklərimə əməl et! Sonra Həzrət huşdan getdi. Üsamə ayağa qalxıb hazırlaşdı və hərəkət etdi. Peyğəmbər (s.ə.v.v) huşa gələndə Üsamə və onun ordusunun vəziyyətini soruşdu. Dedilər ki, onlar hərəkət etmək üçün hazırlaşırlar. Bununla belə, Həzrət müntəzəm olaraq buyururdu: “Üsamənin ordusunu yola salın. Hər kəs o qoşundan qayıtsa, Allah ona lə`nət eləsin!” Üsamə ordunun bayrağını başının üstündə qaldırmış və səhabələr ətrafını tutmuş halda hərəkət etməyə başladı, Cürf adlı məntəqəyə çatanda düşərgə saldı. Mühacirlərin çoxu, Əbu Bəkr, Ömər, habelə, Üseyd ibni Hüzeyr, Şübeyr ibni Sə`d və sair ənsar böyükləri də onunla birlikdə idi. Bu zaman Üsamənin anası Ümmü Əymənin göndərdiyi bir nəfər gəlib dedi: Qayıdın, Peyğəmbər can üstündədir! Üsamə dərhal ayağa qalxıb bayraq əlində Mədinəyə daxil oldu və onu Peyğəmbərin qapısının ağzında yerə sancdı. Bu vaxt artıq Peyğəmbər (s.ə.v.v) fani dünya ilə vidalaşmışdı. (Əbu Bəkr Covhərinin sözlərinin sonu.) Tarixçilərdən başqa bir qrupu da onu nəql etmişlər. O cümlədən, Əllamə Mö`təzili İbni Əbil Hədid “Nəhcül-bəlağə”yə yazdığı şəhrin 2-ci cildinin (Misir çapı) 20-ci səhifəsindən başlayaraq onu qeyd etmişdir.
  11. Qelem

    Ennasu Vel Ictihad

    (3) Zeyd İbnİ Harİsənİn sərKərdəlİyİ Şamda yerləşən Mutə adlı yerdə baş verən və elə o adla da məşhurlaşan Mutə müharibəsi 8-ci hicri ilinin cəmadiyəl-əvvəl ayında baş verdi. Peyğəmbər (səlləlahu əleyhi və alihi və səlləm) bu müharibədə Zeyd ibni Harisəni (o, əvvəllər Peyğəmbərin qulamı və Şam əhlindən olan məsihi idi, Həzrət onu azad etmişdi) orduya sərkərdə seçdi və buyurdu: Əgər sən şəhid olsan, Cə`fər ibni Əbu Talib, o da şəhid olsa, Əbdüllah ibni Rəvahə sərkərdə olsun. Bu mövzu barəsində bütün müsəlmanlar fikir birliyindədirlər, amma bəlkə də ən səhih nəzəriyyə imamiyyə şiələrinin alimlərinin yazdıqlarıdır. O da bundan ibarətdir ki, Peyğəmbərin əmrinə əsasən, ordunun sərkərdəliyi əvvəlcə Cə`fər ibni Əbu Talibə, sonra Zeyd ibni Harisəyə, daha sonra isə Əbdüllah ibni Rəvahəyə tapşırılmalı idi. Əhli-beytdən bu barədə gəlib çatan rəvayətlər həddindən artıq çoxdur. Müddəamızın canlı şahidi Məhəmməd ibni İshaqın “Məğazi” kitabında Həssan ibni Sabit və Kə`b ibni Malik Ənsaridən nəql etdiyidir. O, Cə`fərin (şəhid olan zaman) matəmində bir şe`r qoşaraq onu tə`rifləmişdi. Ordu sərkərdələrinin tərtib olunması barəsində nəzər müxtəlifliyindən asılı olmayaraq Peyğəmbərin Zeyd ibni Harisənin sərkərdəliyi barəsində olan buyuruğu danılmazdır. İstər birinci, istər ikinci və istərsə də üçüncü şəxs olsun. Bu, Peyğəmbərin səhabələrə və orduya verdiyi əmr idi və itaət olunması vacib idi. Buna əsasən, Zeydin bu məqama tə`yin olunmasından sonra bə`zi səhabələrin onun sərkərdəliyini məzəmmət etməsinin əsla yeri yox idi. Amma əgər bir kəs Peyğəmbər kimi mə`sum bir şəxsin buyurduğunun müqabilində mə`sum olmayanların ictihadını caiz bilsə, bu başqa məsələ. (Bu da bəhs olunan ictihad məsələsidir. Müt.) Bu müharibənin səbəbi bu idi: Peyğəmbər (s.ə.v.v) səhabələrindən Haris ibni Ümeyr adlı birini Şamda yerləşən Busra padşahına səfir göndərdi ki, onu yeganə Allaha və Peyğəmbərə itaət etməyə də`vət etsin, o da müsəlmanlığı qəbul etsin. Amma o, məqsədə çatmamış yolda Şürəhbil ibni Ömərlə rastlaşdı. Ömər soruşdu: Hara gedirsən? Haris dedi: Şama getmək istəyirəm. Dedi: Olmaya sən Muhəmmədin göndərdiklərindənsən? Dedi: Bəli. Şürəhbil göstəriş verdi ki, onu tutub boynunu vursunlar. (Peyğəmbərin göndərdiyi səfirlər içərisində ondan başqa bir kəsin boynu vurulmamışdı.) Bu xəbər Peyğəmbəri Əkrəm (s.ə.v.v)-ə çatanda öz qüvvələrini Mutə müharibəsi üçün səfərbər etdi və üç nəfəri qoşuna sərkərdə seçdi. Bu müharibədə onların hər üçü növbə ilə qoşuna sərkərdə olub fədakarlıqla müharibə etdilər və nəhayət şəhadət iftixarına nail oldular. Onlar üç min nəfərlik qoşunla 200 min nəfərlik Roma ordusunun müqabilində rəşadətlə müqavimət göstərdilər...
  12. Qelem

    Ennasu Vel Ictihad

    Ömər Əbu BəKrİn Göstərİşİ İlə xəlİfə olur! Əbu Bəkr və onun ardıcıllarının aşkar dəlillərin əksinə olaraq şəxsi nəzəriyyələrini irəli sürdüyü və onu əməli olaraq həyata keçirdiyi ikinci hadisə budur: Əbu Bəkr vəfat edərkən vəsiyyət etdi ki, özündən sonra Ömər xəlifə olsun. Əmirəl-Mö`minin Əliyyibni Əbi Talib (ə) “Nəhcül-bəlağə”də Əbu Bəkrin barəsində buyurur: “O, öz sağlığında xilafətdən kənara çəkilmək istəyirdi (dildə özünü xilafətdən kənara çəkib deyirdi ki, nə qədər ki, Əli sizin aranızdadır, mən heç nəyəm!), amma ölümündən sonra bu mənsəbi başqası (yə`ni Ömər) üçün hazırladı və onu dəvənin iki döşü kimi öz aralarında bölüşdürdülər.” Çox qəribədir! Bir nəfər sabahın cəzasından, qiyamət gününün hesab-kitabından azacıq belə qorxmadan, bir şeyi onun həqiqi sahibindən zorla alır, sonra isə istədiyi hər kəsə həvalə edir! Sanki o, unutmuş və ya özünü unutqanlığa vurmuşdu ki, Peyğəmbər (s.ə.v.v) özündən sonra xilafəti Əli (ə)a və ondan sonra da onun mə`sum övladlarına tapşırmışdır. Halbuki, onlar iki ağır əmanətdən biridir: hər kəs onlara sarılsa yolunu azmaz; Hər kəs din işlərində onların getdiyi yolla getsə, haqqa, həqiqətə çatar. O Əhli-beyt ki, tərəzinin gözündə Qur`anla bərabərdir və qiyamət günündə “Kovsər” hovuzunun yanında Peyğəmbərə çatana qədər o ikisi bir-birindən ayrılmayacaqlar. Onlar elə pak sülalədir ki, Nuhun nicat gəmisinə bənzəyir; hər kəs ona minsə, nicat t.r və hər kəs ondan uzaq düşsə, qərq olar. Onlar Bəni-İsrailin “Hittə” qapısına bənzəyir. Hər kəs oraya qədəm qoysa, günahları bağışlanar. Onlar yer əhlinin ilahi əzabdan, İslam ümmətinin dində yaranacaq ixtilaflardan amanda qalması səbəbidirlər. Hərgah ərəblərdən hər hansı bir qəbilə onlarla müxalifətə qalxsa, işləri ixtilafa düşər və İblisin dəstəsinə çevriləcəklər. Bu barədə çoxlu başqa hədislər də mövcuddur ki, imamların Peyğəmbərdən sonra xilafətə hamıdan artıq layiqli olduqlarını göstərir. Biz “Əl-müraciat” kitabında onun bir qismini qeyd etmişik. Maraqla-nanlar oraya baxa bilərlər.
  13. Qelem

    Ibtidai Eqaid Dersleri

    بِسمِ الله الرحمن الرَحِيمِ اَلْحَمْدُللَِّهِ رَبِّ الْعَالَمِيَن وَصَلَّى اللّهُ عَلَى سَيِّدِنَا مُحَمَّدٍ وَآلِهِ الطَّاهِرِينَ وَلاَ سِيَّمَا بَقِيَةِ اللَّهِ فىِ اْلاَرَضِيَن Bİsmİllahİr-rəhmanİr-rəhİm Butun həmd-səna, tə`rif aləmlərin Rəbbi olan Allaha məxsusdur! Allahın salam və salavatı ağamız və seyyidimiz Həzrət Muhəmməd və onun pak Əhli-beytinə, xususilə Allahın yer uzundə saxladığı şəxsə (həzrət Məhdiyə) olsun! Allah taalanın Müqəddəs zatı sonsuz, qeyri-məhdud bir həqiqətdir, Onun heç bir tayı-bərabəri, bənzəri yoxdur. Elə buna görə də məhdud varlıq olan insan Allah taalanın zatının nə olmasını dərk edə bilməz. Amma Onu cəmal (sübuti, olan) və cəlal (səlbi, Ondan inkar olunan) sifətləri vasitəsilə tanıya bilər. Cəmal sifətləri dedikdə məqsəd, Allah taalanın vücudunun kamalını göstərən sifətlərdir. Məsələn: elm, qüdrət, həyat, ixtiyar və s... Cəlal sifətlər dedikdə isə məqsəd, Allahdan uzaq olan sifətlərdir. Çünki bu kimi sifətlər eybli, nöqsanlı və aciz olduğunu çatdırır. Allah taala da nöqsan və eyb sayılan hər növ sifətlərdən uzaq və pakdır. Məkanda yerləşmək, cisim olmaq, zamanla hüdudlanmaq, bir neçə şeydən tərkib tapmaq və s. kimi sifətlər buna misal ola bilər. (Bu iki sifətin birincisinə sübuti, ikincisinə isə səlbi sifətlər də deyilir.) Biz həqiqəti tanımaq üçün hissiyyat, əql və vəhydən kömək alırıq. Allah taalanın cəmal və cəlal sifətlərini tanımaq üçün də bu iki yoldan kömək almaq olar: 1-Əql yolu: Allahın xəlq etdiyi varlıq aləmində .rılan tədqiqat, onun mürəkkəb sirr və rəmzləri bizə, Allahın vücudunun kamal həddə olmasını göstərir. Məgər bu böyük kainatı elm, qüdrət, ixtiyar olmadan qurub tənzim etmək olarmı?! Qur`ani-kərim bu barədə əqlin verdiyi hökmü təsdiq etmək üçün insanı kainata aid olan ayələri araşdırmağa də`vət edir: “De ki, bir gör göylərdə və yerdə (Allahın birliyini və qüdrətini sübut edən) nələr var!” Əlbəttə, əql təbiətin sirlərini araşdırarkən hissiyyatdan kömək alır. Belə ki, əvvəlcə hissiyyat hər hansı mövzunu qəribə şəkildə dərk edir, sonra isə əql, məxluqunu qəribə olmasını Xaliqin cəmal və qüdrət nişanəsi hesab edir. 2-Vəhy yolu: Əgər qəti dəlillər nübüvvət və vəhyin, həmçinin Qur`anın və Peyğəmbər kəlamının tamamilə Allah tərəfindən olduğunu isbat etsə, onda təbiidir ki, Qur`an və hədislərdə gələnlər Allahın sifətlərini tanımaqda insana kömək edər. Bu iki yol Allahı ən yaxşı sifətlərlə vəsf etmişdir. Qur`ani-kərimdə Allah taala üçün 135 isim və sifət bəyan olunmuşdur. Misal üçün aşağıdakı ayəni qeyd edirik: “O həmin Allahdır ki, Ondan başqa heç bir tanrı yoxdur, (bütün məxluqatın) sahibidir, müqəddəs və pakdır, əmin-amanlıq, salamatlıq bəxş edəndir, gözətçi, yenilməz qüvvət və qüdrət sahibidir, məqamı böyük və (hər şeyin) fövqündə olan Allahdır! Allah müşriklərin Ona şərik qoşduğu şeylərdən pak-pakizədir. O (hər şeyi) yaradan və (hər şeyə) surət verən Allahdır. Ən gözəl adlar (əsmayi-hüsna) ancaq Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Ona təqdis və təsbih deyər. O, yenilməz qüvvət və hikmət sahibidir.” Allahın sifətlərini tanımaqla əlaqədar bəhsi inkar edənlər, “müəttilə” adlanırlar. Çünki, onlar insanı əql və vəhyin hidayət etdiyi İslamın yüksək maarifindən məhrum edirlər. Əgər bu kimi maarif barədə elmi mübahisələr .rmaq qadağan olsaydı, Qur`ani-kərimdə bu qədər sifətlərin zikr olunması və onlar barədə təfəkkür etməyə əmr olunması əbəs bir iş olardı. *** Başqa bir baxımdan Allah taalanın sifətləri iki qismə bölünür: 1-Zat sifətləri; bunlar o sifətlərdir ki, Allah taalanı həmin sifətlərin vasitəsilə vəsf etmək üçün, zatın özünü təsəvvür etmək kifayətdir. Başqa sözlə, o sifətlər Allahın zat məqamından alınır, dərk edilir. Məsələn: elm, qüdrət və həyat. 2-Fe`l sifətləri; Bunlar o sifətlərdir ki, Allahın zatı, Onun fe`llərini (işlərini) nəzərə alaraq həmin sifətlərlə vəsf olunsun. Məsələn: ruzi verən, yaradan, bəxş edən və s. kimi sifətlər fe`l sifətləridir. Əgər Allahdan bir iş baş verməsə bu sifətlər gerçəkləşməz. Başqa sözlə, Allahdan xəlq etmək və ruzi vermək kimi bir iş baş verməyincə, Onu xaliq və ruzi verən adlandıra bilmərik, baxmayaraq ki, xəlq etmək, ruzi vermək, rəhmət və bəxşiş etməyə zatən qadirdir. Allahın fe`l sifətlərinin hamısının mənşəyi Onun uca zatından ibarətdir. Yə`ni Allah taala bütün fe`li kamalların mənşəyi olan mütləq kamal sahibidir. ALLAHIN ZAT SİFƏTLƏRİ 1-Əbədi elm. Allahın elminin Onun zatı ilə eyni olması hökmünə əsasən bu elm əbədi və sonsuzdur. Qur`ani-kərim müxtəlif ayələrdə Allah taalanın sonsuz elminə işarə edərək buyurur: “Həqiqətən, Allah hər şeyi biləndir.” Həmçinin buyurur: “Məgər yaradan (sizin gizlin saxladığınız hər şeyi) bilməzmi?! Allah (hər şeyi) incəliyinə qədər biləndir, (hər şeydən) xəbərdardır!” Mə`sum imamlardan nəql olunan hədislərdə də dəfələrlə Allahın əbədi və sonsuz elmi bəyan olunmuşdur. İmam Sadiq (ə) buyurur: “Allahın məkanı yaratmazdan qabaq ona alim olması, bütün məxluqatı yaratmasından öncə, onlardan xəbərdar olması, elə onları yaratmasından sonrakı elmi kimidir” 2-Yenilməz qüdrət. Allahın qüdrəti də, elmi kimi, əbədi və yenilməzdir. Onun qüdrətinin zatı ilə eyni olmasının hökmünə əsasən qüdrəti də qeyri-məhdud və sonsuzdur. Qur`ani-kərim Allahın yenilməz qüdrət və qüvvətinə tə`kid edərək buyurur: “Allah hər şeyə qadirdir.” Həmçinin buyurur: “Allah hər şeyə (hər şeyi yaratmağa və məhv etməyə) qadirdir.” İmam Sadiq (ə) buyurur: “Bütün əşyalar (və məxluqlar) Allahın elmi, qüdrəti, hakimiyyəti, malikiyyəti (səltənəti) və onları əhatə etməsi baxımından eyni bir səviyyədədir.” Zatən qeyri-mümkün olan bir şeyin yaranması Allahın qüdrət dairəsindən xaricdir, amma bu, Onun qüdrətinin məhdud və naqis olmasına səbəb deyil, əksinə bu halda həmin şeyin icad olmağa qabiliyyəti yoxdur. Həzrət Əli (əleyhissalam)-dan zatən qeyri-mümkün olan işlərin icad olunması haqda soruşulduqda buyurdu: “Şübhəsiz, Allah taalanı aciz hesab etmək olmaz, amma sənin soruşduğun sual, mümkün olan bir şey deyildir.” 3-Həyat (yaşayış). Alim və qadir olan Allah diridir. Çünki, qeyd etdiyimiz sifətlər (elm və qüdrət) diri olan varlığın xüsusiyyətlərindəndir. Məhz bununla da Allahın həyatı və diriliyi mə`lum olur. Əlbəttə, Allahın həyat və yaşayışı digər sifətlərində olduğu kimi, hər hansı eyb və nöqsandan uzaq və pakdır. Onun həyatı insan həyatı kimi deyildir. O, zatən diri olduğu üçün heç vaxt ölə bilməz. Başqa sözlə, Allahın vücudu mütləq kamal olduğu üçün, Onun zatında bir növ nöqsan hesab olunan ölümə yer yoxdur. Qur`ani-kərim bu barədə buyurur: “(Ya Mühəmməd!) Ölməz, həmişə diri olan Allaha təvəkkül et!” 4-İradə və ixtiyar. Agah failin (iş görənin) işi, agah olmayan failin işinə nisbətən daha mükəmməldir. Eləcə də, iradə və ixtiyar sahibi olan failin işi, məcburiyyət qarşısında qalaraq iş görən failin işindən üstündür, çünki, məcburiyyət qarşısında qalaraq iş görən fail işin yalnız bir tərəfini seçməlidir (ya onu məcburən görməli, ya da tərk etməlidir.) Bu da Onun işinin nöqsanlı olmasına dəlalət edir. Qeyd olunan incəliyə, habelə Allahın varlıq aləmində bütün cəhətlərdən mükəmməl fail olmasına diqqət yetirdikdə, Allah taalanın zatının məcbur olması deyil, əksinə tam ixtiyar sahibi olması mə`lum olur. “Allah müriddir” (iradə sahibidir) dedikdə, məqsəd Onun tam ixtiyar sahibi olmasıdır. İnsanda bir işin tədriclə baş verməsinə səbəb olan iradə mə`nasını Allahın zatı barəsində işlətmək düz deyildir. Buna görə də Əhli-beytin (ə) hədislərində insanların bu işlə əlaqədar səhvə düşməsinin qarşısı alınsın deyə, Allahın bir işi iradə etməsi elə o işin heç bir fasilə olmadan görülməsi kimi qiymətləndirilmişdir. Belə ki, hədisdə buyurulur: “İnsana aid olan iradə daxili bir halətdir ki, onun ardınca iş, fe`l yerinə yetirilir. Amma Allahın iradəsinə gəldikdə isə, bu halət olmadan, fe`l dərhal icad olunur.” Beləliklə, ixtiyar mə`nasını ifadə edən İRADƏ Allahın zat sifətlərindən sayılır, amma icad etmək və varlıq bəxş etmək Onun fe`l sifətlərindəndir. ALLAHIN FE`L SİFƏTLƏRİ Allahın bə`zi fe`l sifətləri 1-Danışmaq. 2-Doğruluq. 3-Hikmət. Qur`ani-kərim Allahın Musa ilə danışdığını bəyan edərək buyurur: “Allah Musa ilə, sözlə danışdı.” Həmçinin buyurur: “Heç bir bəşər övladına Allahla danışmaq müyəssər olmaz. Allah onlarla ancaq vəhylə, yaxud pərdə arxasından danışar və ya bir elçi (mələk) göndərər.” Deməli, danışmağın Allahın sifətlərindən olmasında heç bir şəkk-şübhə yodur. Əsas məsələ onun həqiqəti, hansı keyfiyyətdə olması barəsindədir. Yə`ni sual yaranır ki, görəsən bu sifət Allahın zat sifətlərindəndir, yoxsa fe`l sifətlərindən?! Aydın məsələdir ki, insanda olan danışığı Allah üçün təsəvvür etmək olmaz. Qur`ani-kərimdə Allahın danışmasının həqiqətini başa düşmək üçün elə Qur`anın özünə müraciət etmək lazımdır. Qur`an Allahın Öz bəndələri ilə danışmasını üç cür bəyan edərək buyurur: “Heç bir bəşər övladına Allahla danışmaq müyəssər olmaz. Allah onlarla ancaq vəhylə, yaxud pərdə arxasından danışar və ya bir elçi (mələk) göndərər. O da Allahın izni ilə Allahın istədiyini vəhy edər. Həqiqətən, O, (hər şeydən) ucadır, hikmət sahibidir.” Allahın insan ilə danışması yalnız aşağıda qeyd olunan üç yolla mümkündür: 1- Qəlbə ilham etməklə; 2- Hicab arxasından danışmaqla; belə ki, insan (peyğəmbər) Allahın danışığını eşidir, lakin Onu görmür. Allahın Musa (ə)-la danışması buna misal ola bilər. 3- Bir elçi (mələk) göndərər ki, o da Allahın izni ilə vəhy edər. Yuxarıdakı ayədə Allahın insanla danışması ya vasitəsiz (birbaşa), ya da mələyin vasitəsi ilə bir söz icad etməklə olur. Birinci surətdə söz birbaşa peyğəmbərin qəlbinə ilham olunur, ya da qulaqları vasitəsilə onun qəlbinə çatır. Bu surətlərin hər birində sözü icad etmək mə`nasını ifadə edən danışmaq Allah taalanın fe`l sifətlərindən sayılır. Allahın danışmasının necəliyi barədə olan bu izahlar Qur`ani-kərimdən əldə olunur. İndi isə bu məsələni başqa cəhətdən araşdırırıq. O da budur ki, Allah taala bütün kainatı Özünün kəlamı və sözü sayıb buyurur: “(Ya Mühəmməd!) De ki, əgər Rəbbimin kəlmələrini yazmaq üçün dəryalar mürəkkəb olsaydı və bir o qədər də ona əlavə etsəydik, yenə də Rəbbimin sözləri tükənməzdən əvvəl onlar tükənərdi.” Bu ayədə “kəlimat” (sözlər) dedikdə, məqsəd, Allahdan başqa bir kimsənin saymağa qüdrəti olmayan məxluqlardır. Şahid də budur ki, Qur`ani-kərimdə Həzrət İsa Məsih (ə) “kəlimətullah” (yə`ni Allahın kəlamı) adlandırılmışdır: “Həqiqətən, Məryəmin oğlu İsa Məsih Allahın peyğəmbəri və (Cəbrail vasitəsilə) Məryəmə çatdırdığı sözdür.” Həzrət Əmirəl-mö`minin Əli (ə) söhbətlərinin birində Allahın kəlamını Onun fe`li kimi təfsir etmiş və buyurmuşdur: “Allah taala bir şeyi yaratmaq istəsə, ona “ol!” deyir, o da dərhal vücuda gəlir. Amma Onun danışması nə uca səs, nə də eşidilən nida deyildir. Allahın danışması Onun fe`lidir. Həmin şeyi yoxdan yaradır və ona varlıq bəxş edir.” Allahın kəlamını (sözünü) iki cür-vasitəsiz və ya mələk vasitəsilə mə`na etdik. Bununla da isbat olunacaq ki, Allahın kəlamı qədim deyil, hadisdir (yə`ni zaman baxımından sonradan vücuda gəlmişdir). Çünki, Allahın kəlamı, elə Onun fe`lidir, təbii olaraq Allahın fe`li də hadisdir. Deməli, “danışmaq” hadis bir işdir. Baxmayaraq ki, Allahın kəlamı hadis və sonradan vücuda gəlmişdir, lakin ədəb qaydalarına riayət etmək üçün Allahın kəlamına “məxluq” demirik. Çünki, onun “saxta və düzəldilmiş” mə`nasına təfsir edilməsi ehtimalı qarşıya çıxa bilərdi. Amma əgər belə bir iş qarşıya çıxmasaydı, təbii olaraq Allahdan başqa hər bir şeyi Onun məxluqu hesab etmək lap yerinə düşərdi. Süleyman ibni Cə`fər deyir: İmam Musa ibni Cə`fər (ə)-dan soruşdum: Qur`an Allahın məxluqudur? Həzrət cavabında buyurdu: “Mən deyirəm ki, Qur`an Allahın kəlamıdır.” 212-ci hicri ilində müsəlmanlar arasında Qur`anın qədim və ya hadis olması barədə bir məsələ ortaya çıxdı və bu məsələ onların arasında ixtilafa və iki tirəliliyə gətirib çıxartdı. Qur`anın qədim olmasını iddia edənlərin öz müddəaları üçün düzgün və tutarlı dəlilləri yox idi. Çünki, bə`zi ehtimallara görə Qur`an hadis, bə`zilərinə görə isə qədim olurdu. Əgər Allahın kəlamı dedikdə məqsədimiz, oxuduğumuz Qur`an kitabı və onun ayrı-ayrı kəlmələri, habelə Allah tərəfindən Cəbrailin vasitəsilə Həzrət Peyğəmbər (s)-in qəlbinə nazil olunan kəlmələr olsa, şübhəsiz ki, bunların hamısı hadisdir. Yox əgər məqsədimiz, peyğəmbərlərin başına gələn əhvalatlar, həmçinin Peyğəmbəri Əkrəmin (s) müşriklərlə .rdığı döyüşlərə aid olan Qur`an ayələrinin mə`na və məfhumudursa, yenə də onları qədim adlandırmaq olmaz. Amma əgər, məqsədimiz, Allahın Qur`anın kəlmə və mə`nalarına olan elmidirsə, şübhəsiz, bu, qədim olub Onun zat sifətlərindən sayılacaqdır. Allah taalanın fe`li sifətlərindən biri də Onun “sidq”, yə`ni öz buyurduqlarında doğruçu olmasıdır. Yalan danışmaq pis və qəbahətli bir iş olduğu üçün, heç vaxt Allahın zatında ona yer ola bilməz. Bunun dəlili də tamamilə aydındır. Çünki, yalan danışmaq ya nadanların və cahillərin, ya acizlərin, ya qorxaqların, ya da ehtiyaclıların işidir. Allah taala da bunların hamısından uzaq və pakdır. Başqa sözlə, yalan danışmaq pis işdir, Allah da pis işlərdən uzaq və pakdır. Allah taalanın fe`l sifətlərindən biri də Onun hikmətli olmasıdır və Həkim, Allahın adlarından biridir. Allah taala Həkimdir-dedikdə məqsəd budur ki, Onun bütün işləri son dərəcə möhkəm və eyibsizdir, həmçinin ondan hər hansı bir yersiz və əbəs iş baş vermir. Allahın bütün işlərinin möhkəm və eybsiz olmasının dəlili, gözəl yaratdığı kainat və ondakı son dərəcə dəqiq nizam-intizamdır. Qur`ani-kərim buyurur: “Bu, hər şeyi bacarıqla, yerli-yerində edən Allahın gördüyü işdir.” (Allahın bütün işlərinin tam hikmət əsasında olub heç nəyin yersiz və əbəs olmaması dəlili, “Sad” surəsinin 27-ci ayəsidir. Orada buyurulur: “Biz göyü, yeri və onların arasında olanları boş-boşuna, əbəs yerə yaratmadıq.” Ümumiyyətlə, Allah taala mütləq kamala malik olduğundan, Onun fe`l və işləri də mütləq kamal əsasında olmalı, işlərində əsla əbəs və boş-boşuna bir şey olmamalıdır.
  14. Qelem

    Exlaq Dersleri

    BATİNİ HƏYAT İnsanın bu dьnyada bir zahiri həyata malikdir ki, onun cismi və bədəni ilə əlaqədardır. O yeyir, iзir, yatır, hərəkət edir, iş gцrьr, lakin eyni halda onun zatının batinində nəfsani bir həyatı da vardır. O, bu dьnyada yaşaması ilə eyni zamanda zatının batinində ya səadətə, kamala və nuraniyyətə doğru seyr edir, ya da bədbəxtliyə, qaranlıqlara doğru yuvarlanır; ya insaniyyətin həqiqi yolunda Allaha doğru hərəkət edir, ya da insaniyyət yolundan azaraq heyvanlığın qaranlıq, zьlmətli və alзaq vadilərinə yuvarlanır; ya kamalın yьksək dərəcələrindən nura, sevincə, camala gedən yoldadır, ya da zьlmətlərə, əzab və sьquta .ran yoldadır. Camaatın əksəriyyətinin bu batini həyatdan qafil olmasına baxmayaraq bunun gerзəkliyi vardır. Allah Qur`anda buyurur : "Dünya həyatının zahirindən agahdırlar, lakin axirət həyatından (batini həyatdan) qafildirlər.” Amma bilməyin, yaxud bilməməyin real gerçəklikdə heç bir tə`siri yoxdur. Qiyamətdə maddiyyat pərdələri insanın gцzləri цnьndən зəkildikdə цzьnьn fe`liyyətə зatmış gerзəkliyindən agah olacaqdır. Mьtəal Allah Qur`anda buyurub: "(Qiyamətdə insana deyilər:) Sən dünyada bu məsələdən qafil idin, lakin bu gün sənin gözlərin daha itidir." Bu ayədən mə`lum olur ki, axirətlə əlaqədar olan işlər elə bu dьnyada və insan vucudunun batinində mцvcuddur, lakin insan ondan qafildir, o, qəflət pərdələrinin gцtьrьldьyь axirət aləmində hər bir şeyi əyani olaraq mьşahidə edəcəkdir. Qur`ani Kərim ayələrindən və hədislərdən mə`lum olur ki, insanın nəfsi bu dьnyada mьəyyən şeylər kəsb edir, onun kəsb etdiyi şeylər həmişə onunla yanaşı olacaqdır, onun axirətdəki gələcəyi ьзьn mьqəddəratı həll edən rol ifa edəcəkdir. Nьmunə olaraq aşağıdakı ayələri qeyd edirik : "Hər bir nəfs gördüyü əməllərin girovundadır.” "Hər bir nəfs kəsb etdiyi şeyləri qiyamətdə tamam-kamal olaraq alacaqdır.” "Allah sizi, bihudə andlarınız vasitəsi ilə cəzalandırmaz, lakin qəlbinizin kəsb etdiyi şeylərin vasitəsi ilə cəzalandırar. Allah bağışlayan və helm sahibidir.” Digər bir ayədə buyurulur: "Allah heç bir nəfsi, onun qüdrətindən artıq olaraq mьkəlləf etməz. (Nəfsin) kəsb etdiyi bьtьn yaxşılıqlar onun цzьnьnkьdьr, onun bьtьn pis işləri də цz ziyanına tamam olacaqdır.” Yenə buyurulur: "O gündə ki, hər bir nəfs yerinə yetirdiyi yaxşı işi цz qarşısında hazır gцrəcəkdir, eləcə də yerinə yetirdiyi pis işləri gцrəcək və arzu edəcəkdir ki, kaş onunla pis işləri arasında uzun-uzadı fasilə olaydı!” "Hər kəs saleh bir əməl yerinə yetirsə öz nəfsi üçün yerinə yetirmişdir, hər kəs зirkin bir işə mьrtəkib olsa цz nəfsinin ziyanına olacaqdır. Sonra sizin hamınız Pərvərdigarınıza doğru qaytarılacaqsınız.” "Hər kəs zərrə miqdarında yaxşı iş gцrmьş olsa onu qiyamətdə gцrəcəkdir, hər kəs zərrə qədər pis iş gцrmьş olsa onu mьşahidə edəcəkdir.” Başqa ayədə buyurulur: "İnsan üçün özünün sə`ylərinin hasilindən başqa bir şey qalmaz və o qiyamətdə цz sə`ylərini gцrəcəkdir.” Yenə buyurulur: "Əvvəlcədən (bu dünyada) öz nəfsləriniz üçün göndərdiyiniz şeylərin hamısını Allah yanında t.caqsınız.” "O gündə (qiyamətdə) insanın mal-dцvləti və цvladları ona heз bir fayda yetirməz; yalnız Allahın gцrьşьnə sağlam qəlblə gələnlərdən başqa.” Peyğəmbəri Əkrəm (s) səhabələrdən birinə buyurdu: "Ey Qeys! Sən hökmən özün üçün bir munis hazırlayacaqsan və o, qəbirdə səninlə olacaq. O diridir və sən onunla birlikdə dəfn olunacaqsan. Əgər o yaxşı və əziz olsa səni də əziz edəcək, əgər alзaq olsa səni də alзaldacaqdır. Sonra sən qiyamətdə onunla birlikdə diriləcəksən, səndən hesab-kitab зəkiləcəkdir. Зalış, цzьn ьзьn əməli saleh bir munis seз; əgər saleh olsa onunla ьnsiyyətdə olacaqsan, əgər azğın və fasiq olsa sənin vəhşətin və əzabın onun tərəfindən başqa bir şey olmayacaqdır. O munis sənin əməllərindir.” İnsan elə bu dünya da özünün axirət həyatının tə`min olunmasına və nəfsinin pərvəriş edilməsinə məşğuldur. Əqidə və fikirlər, səciyyə və xasiyyətlər, məhəbbət, bağlılıq və ьnsiyyətlər, eləcə də nəfsdə tə`sir qoyan sair işlərin vasitəsi ilə tədrici olaraq qurulur və pərvəriş tapır. Onun necə olması bu kimi işlərlə bağlıdır. Haqq mə`rifət və əqidələr, gцzəl əxlaq və insani səciyyələr, Allaha məhəbbət və bağlılıq, Allahla ьnsiyyət və Ona diqqət yetirmək, Allaha itaət edib Onun razılığını qazanmaq, Allahın əmr etdiyi saleh əməlləri yerinə yetirmək insanın mələkuti ruhunu kamal dərəcələrinə doğru yьksəldir və Allahın qьrb məqamına зatdırır. İnsan İman və saleh əməl vasitəsi ilə elə bu dьnyada yeni və pak-pakizə bir həyata malik olur, bu da axirət aləmində aşkar olur. Qur`ani-kərimdə buyurulur: "Hər kəs – istər qadın, istərsə də kişi İmanı olduğu halda saleh bir əməl gцrsə Biz onu pak və gцzəl bir həyatla dirildərik.” İnsan, bu dünyada bədən və cismi ilə ləzzət alıb bəhrələndiyi ne`mətlərdən əlavə mə`nəvi ne`mətlərdən də bəhrələnir, onların vasitəsi ilə цz ruhuna pərvəriş verir, цzьnьn mə`nəvi və axirət həyatını qurur. Bunun da nəticəsi axirət aləmində zahir olur. İmam Cə`fər Sadiq (ə)buyurur: "Allah Öz bəndələrinə buyurur: Ey mənim siddiq (sadiq) bəndələrim! Dünyada Mənə ibadət ne`mətindən istifadə edin ki, axirət aləmində elə bunlardan bəhrələnəsiz." Əmirəl-mö`minin Əliyyibni Əbitalib (ə)buyurub: "Allah zikrinə müdavimət etmək ruhların qidasıdır.” Əmirəl-mö`minin Əliyyibni Əbitalib (ə)yenə buyurub: "Allahı zikr (yad) etməyi heз vaxt unutmayın, зьnki o, qəlblərin nurudur.” Behişt və onun ne`mətləri, eləcə də cəhənnəm və onun əzabları elə bu dьnyada, insanın əqidə, əxlaq və əməllərinin vasitəsi ilə əmələ gəlir. Biz ondan qafil olsaq da, axirət aləmində, sirlərin aşkar olduğu bir gьndə həqiqətlər aşkar olacaqdır. İmam Səccad (ə)buyurub: "Agah olun! Hər kəs Allah övliyası ilə dьşmənзilik etsə, Allah dinindən başqa bir din seзsə, Allah vəlisinə e`tina etməsə və цz rə`yinə əməl etsə bədənləri yeyən atəş şц`lələrində olar; elə bədənlər ki, ruhlarını əldən vermiş və bədbəxtlik onlara qələbə зalmışdır. Bunlar elə цlьlərdir ki, atəşin hərarətini dərk etmirlər. Əgər diri olsaydılar atəşin əzabını və hərarətini dərk edərdilər. Ey bəsirət sahibləri! İbrət alın və Allaha həmd edin ki, sizi hidayət etmişdir.” Qur`anda buyurulur: "Yetimlərin mal-dövlətini nahaq yerə yeyənlər öz qarınlırına od daxil edirlər və bu odlar tezliklə şц`lələnəcəkdir.”
  15. Eqidesini bilen Selefi yoxdumu burda?
  16. Qelem

    Xanim Aishe

    Osmanın evinin misirli və iraqlı qiyamçılar tərəfindən mühasirə edildiyi vaxt Ayişə Həcc məqsədi ilə Mədinədən çıxmışdı. Məkkədə Osmanın qətlə yetirilməsi xəbərini eşitdi, bundan sonra xilafətin nə yerdə olduğundan bir xəbər tutmadı. Buna görə də Mədinəyə getməyi qərara aldı. Sərf mənzilində ibni Ümmü Kilab adlı bir nəfərlə rastlaşdı və Mədinənin vəziyyətini soruşdu. O dedi ki, xəlifənin evinin mühasirəsi səksən gün çəkdi, sonra onu öldürdülər və bir neçə gündən sonra Əli (ə)-la bey`ət etdilər. Ayişə mühacir və ənsarın hamısının Əli (ə)-la bey`ət etmələrindən xəbərdar olduqda özündən çıxdı və dedi: "Kaş göylər başıma töküləydi!" Sonra əmr etdi ki, kəcavəsini Məkkəyə qaytarsınlar. Artıq o, Osman barəsindəki fikrini dəyişərək deyirdi: "Allaha and olsun ki, Osman məzlumcasına öldürülmüşdür! Mən onun intiqamını qatillərdən alacağam!" Bu xəbəri gətirən kişi üzünü ona tutub dedi:–Sən camaata deyirdin: "Osman kafir olmuşdur, qiyafədən yəhudi kişisinə oxşayır, onu öldürün!" - deyən ilk adam idin, indi nə oldu ki, əvvəl dediyin sözdən döndün?! O dedi:–Osmanın qatilləri ona tövbələtmə verdilər, amma sonra öldürdülər. Hamı Osmandan danışırdı, mən də bə`zi sözlər deyirdim. Amma mənim axırıncı sözüm əvvəlki sözümdən daha yaxşıdır. O kişi Ayişənin bəhanələrinin əsassız olduğuna dair bir şe`r oxudu, bu şe`rin bə`zi beytlərinin tərcüməsini veririk: "Xəlifənin qətlinə fərman verdin və bizə dedin ki, o, Allah dinindən çıxmışdır. Sözsüz ki, biz onu öldürməkdə sənin fərmanına qulaq asdıq. Bizim fikrimizcə, onun qatili elə onun qətlinə fərman verən şəxsdir!" Ayişə Məscidül-Həramın qarşısında kəcavədən endi, "Hicri-Ismail"ə gedib orada bir pərdə asdı. Camaat onun ətrafına yığışdı. O, camaata xitab edərək deyirdi: "Camaat! Osman nahaq yerə öldürülmüşdür və mən onun intiqamını alacağam."[1] [1]"Tarixi-Təbəri", 3-cü cild, səh.172
  17. Qelem

    Xanim Aishe

    Təlhə və Zübeyr (qiyamdan əvvəl) İmam (ə)-ın hüzuruna gəlib dedilər: "Biz sənə bey`ət etdik ki, rəhbərlikdə səninlə şərik olaq." İmam (ə) onların şərtlərini təkzib edib buyurdu: "(Xeyr) siz mənimlə bey`ət etdiniz ki, lazım olan vaxt mənə kömək edəsiniz."[1] [1] "Nəhcül-bəlağə", 4-cü xütbə Ibni Qüteybə özünün "Xüləfa" adlı kitabında onların İmam (ə)-la müzakirələrini nəql edərək belə yazır: Onlar Əliyə dedilər: Sən bilirsənmi, biz səninlə hansı əsasda bey`ət etmişik? İmam buyurdu: Əlbəttə ki, bilirəm! Siz mənə itaət etmək əsasında bey`ət etmisiniz. Elə Əbu Bəkr və Ömərlə də bu əsasda bey`ət etmişdiniz. Zübeyr güman edirdi ki, İmam (ə) Iraqın hakimiyyətini ona verəcək. Təlhə də fikirləşirdi ki, Yəmənin hökuməti onun olacaqdır. Lakin İmam (ə)-ın beytül-malı bölməkdə seçdiyi üsul və islam əyalətlərini idarə etmək üçün onları deyil, başqalarını göndərməsi onları öz arzularına çatmaqdan naümid etdi. Buna görə də Mədinədən qaçıb İmam (ə)-ın əleyhinə hiylə qurmaq qərarına gəldilər. Qaçmazdan əvvəl Zübeyr Qüreyşin ümumi yığıncağında dedi:–"Bizim haqqımız elə budurmu?! Biz Osmanın əleyhinə qiyam etdik və onun qətlinə şərait yaratdıq, halbuki Əli o vaxt evdə oturmuşdu. Rəhbərliyi əlinə alandan sonra işi başqalarına tapşırdı![2] [2]"Tarixi-Xüləfa", 1-ci cild, səh.49, Misir çapı
  18. Qelem

    Xanim Aishe

    Bu üç qrup aşağıdakılardan ibarət idi: 1. "Nakisin", yaxud əhd–peyman pozanlar Bu qrupun başçıları, xüsusilə Peyğəmbər (s)-in zövcəsi Ayişənin himayəsi və Əli (ə)-ın hökumətində hər şeydən məhrum olan Bəni-Üməyyənin saysız-hesabsız yardımları ilə Bəsrə və Kufə şəhərlərini ələ keçirmək üçün böyük bir ordu yaradaraq, özlərini Bəsrəyə yetirdilər və oranı işğal etdilər. Imam (ə) onları tə`qib etməyə başladı və tərəflər arasında baş verən qanlı döyüşdə Təlhə və Zübeyr öldürüldü, onların ordusu darmadağın edildi. Onlardan bə`ziləri əsir düşdülər və sonralar Imam (ə) onları əfv etdi. 2. "Qasitin", yaxud zülmkarlar və həqiqət yolunu azanlar Bunların başçısı Müaviyə idi. O, hiylə və məkrlə, aldadıcı səhnələr yaratmaqla iki ilə yaxın və hətta Imam (ə)-ın ömrünün axırına kimi o həzrəti rahat qoymadı. Siffeyn müharibəsi Iraqla Şam arasında olan bir məntəqədə baş verdi. Bu döyüşdə yüz mindən artıq müsəlmanın qanı axıdıldı. Bundan sonra Müaviyənin Şamda guşənişin olmasına baxmayaraq Imam (ə) özünün son məqsədinə çatmadı. 3. "Mariqin", yaxud dindən çıxanlar (xəvariclər) Bunlar Siffeyn müharibəsinin sonuna kimi Əli (ə)-ın tərəfində olub o həzrətin önündə qılınc vururdular. Lakin Müaviyənin məkrli siyasətləri onların öz imamlarına qarşı qiyam etmələrinə, həm Imamın, həm də Müaviyənin əleyhinə olan üçüncü bir qrupun təşkil edilməsinə səbəb oldu. Bunların islama, müsəlmanlara və Imam (ə)-ın hökumətinə qarşı törədəcəyi təhlükə ilk iki qrupun törətdiyi təhlükədən qat-qat artıq idi. Əli (ə) onlarla Nəhrəvan adlı bir yerdə qarşılaşdı və onlardan çoxunu dağıtdı. Ikinci dəfə olaraq Şamda fitnə-fəsadın kökünü kəsmək üçün özünü hazırlamaq istəyəndə, xəvaricdən olan bir nəfərin əli ilə öldrüldü və şəhadət şərbətini içdi. Bunula da insaniyyət özünün ən şərəfli və ən əziz şəxsiyyətlərindən birini, islam isə Peyğəmbər (s)-dən sonra özünün ən ləyaqətli şəxsiyyətini itirdi, ədalət çırağı həzrət Məhdi (ə)-ın zühuruna qədər söndü. Bu kədərli hadisədən öncə Imam (ə) onun baş verəcəyindən agah idi. Buna görə də Osmanın qətlindən sonra inqilabçılar onun evinə axışaraq ona bey`ət etmək istədikləri zaman həzrət buyurdu: "Məndən əl çəkib başqasının sorağına gedin, çünki biz elə hadisələrlə qarşılaşırıq ki, qəlblər və əqllər heç vaxt onlara tab gətirə bilməz."[1] [1] "Tarixi-Təbəri", 3-cü cild, səh.156 Imam (ə) Peyğəmbər (s)-in verdiyi xəbər əsasında bu kədərli hadisələrdən agah idi. Islam hədisçiləri Peyğəmbər (s)-dən nəql edirlər ki, o həzrət, Əli (ə)-a belə buyurdu: "Ey Əli! Sən əhd-peyman pozanlarla, zülmkarlarla və dindən xaric olanlarla vuruşacaqsan." *** Əhd-peyman pozanlar, yə`ni Təlhə, Zübeyr və onların havadarları Əli (ə)-la aşkar şəkildə bey`ət etmişdilər. Belə ki, ümumxalq kütlələrinin göstərdiyi təzyiq, mühacir və ənsarın hücumu onları bey`ət etməyə vadar etmişdi. Lakin müxalifətə başlayan vaxt iddia etdilər ki, Əlinin hökumətinə biz zahiri şəkildə və dildə bey`ət etmişdik, ona səmimi qəlbdən rə`y verməmişdik. Imam (ə) onlara belə cavab vermişdir: "O özünün bey`ət etdiyini e`tiraf etdi, lakin (indi) iddia edir ki, batində onun əksini gizlətmiş imiş. O ya gərək bu mətləbə dair şahid və sübut gətirsin, ya da öz bey`ətinə qayıtsın."[1] [1] Yenə orada, 8-ci xütbə ***
  19. Qelem

    Xanim Aishe

    NAKİSİNLƏRLƏ MÜHARİBƏ (CƏMƏL MÜHARİBƏSİ) Ənsar və mühacirdən ibarət olan səhabələrin Əli (ə)-la bey`ət etmək üçün misli görünməmiş dərəcədə çalışıb haqq-ədalət hökumətinin bərqərar edilməsini tələb etmələri nəticəsində Imam (ə) rəhbərliyi əlinə aldı və camaatla islam qanunlarına və Peyğəmbər (s) sünnəsinə müvafiq şəkildə rəftar etməyə başladı. Onun beytül-malı bölüşdürməkdə seçdiyi yol həmişə ədalətin və gözəl qanunların bərqərar olmasından narahat olan, ayrı-seçkiliyin tərəfdarı olan və özlərinin qeyri-məhdud nəfsani istəklərini, maddi tamahlarını tə`min etmək istəyənləri qəzəbləndirdi. Imam (ə) özünün beş illik hakimiyyəti dövründə itaətsizliklərinin və üsyankarlıqlarının həddi-hüdudu olmayan üç inadkar qrupla üzbəüz oldu. Onlar Osmana məxsus olan hökumət qaydalarının yenidən bərpa edilməsini, yersiz bəxşişləri, israfçılıqları, Müaviyə kimi nalayiq adamların hakimiyyətdə saxlanmasını, keçmiş xəlifənin dövründəki valilərin rəhbərliklərinin möhkəmləndirilməsini və s. tələb edirdilər. Müsəlman qardaşların qanının axıdıldığı bu müharibələrdə Ühüddə və Bədrdə iştirak edib islam tarixinin ən çətin vaxtlarında Peyğəmbər (s)-in önündə qılınc çəkən səhabələr bu dəfə o həzrətin həqiqi xəlifəsinin önündə döyüşərək Imam (ə)-ın ali məqsədlərini həyata keçirmək yolunda canlarını qurban etdilər. Bundan əlavə, Imam (ə)-ın layiqli insanlar yetişdirməsi, ümmətin hidayəti və islam tə`limlərinin öyrədilməsinə sərf olunası qiymətli vaxtı müqəddəs ideyalar qarşısında bir əngəl olan bu üç qrupun şərinin dəf edilməsinə sərf olundu, nəhayət Imam (ə), özünün islami sünnə və qanunlar əsasında olan dünyəvi bir hökumət qurmaq kimi son məqsədinə yetişməzdən əvvəl, hakimiyyət günəşi beş il nur saçdıqdan sonra qüruba endi. Islam hökuməti onun şəhadətindən sonra irsi bir səltənət şəklinə düşdü, Üməyyə və Abbas övladları onu bir-birinə ötürdülər və həqiqi islam hökuməti mö`minlərin qəlbində bir arzu olaraq qaldı.
  20. Qelem

    Ennasu Vel Ictihad

    əbu bəkr VƏ OnUN TƏRƏFDARLARININ Peyğəmbərin sünnəti və Qur`anın aşkar hökmlərinin əksinə olan İCTİHADLARI خالي (1) SəQİFƏ GÜNÜNÜN HaDİSəLƏRİ O gündə Əbu Bəkr öz əlini uzatmışdı ki, orada iştirak edənlər onunla Peyğəmbər (s.ə.v.v)-in canişini kimi bey`ət etsinlər. Bə`ziləri öz meyl və istəkləri ilə bey`ət etdilər, bunun ardınca isə bir qrup zorla bey`ətə məcbur edildilər. Hansı ki, hamısı bilirdi ki, Peyğəmbər (s.ə.v.v) özündən sonra canişinlik məqamını öz əmisi oğlu Əliyyibni Əbi Talib (ə)-a həvalə etmişdir. Həm görmüş, həm də eşitmişdilər ki, Peyğəmbər (s.ə.v.v) öz nübüvvətini e`lan etdiyi vaxtdan e`tibarən həyatının son anlarına qədər bu məsələni dəfələrlə aşkar şəkildə buyurmuş və müxtəlif yollarla izhar etmişdir. Bunu təfərrüatı ilə öyrənmək istəyənlər mənim yazdığım “Əl-müraciat” kitabına baxa bilərlər. Çünki mən həmin kitabda Peyğəmbərin bu barədəki buyuruğu, habelə sünnü və şiələrin Peyğəmbərdən sonra xilafət məsələsindəki nəzəriyyələri ilə əlaqədar müfəssəl bəhs etmiş, “Əl-əzhər” universitetinin o dövrdəki rektoru Şeyxul-islam Səlim Bişri ilə (mən Misirdə olanda) fikir mübadiləsi etmişəm. Şeyxul-islam Səlim Bişri ilə mənim Peyğəmbərdən sonra xilafət məsələsi, onun nəss və dəlilləri ətrafında çoxlu məktublaşmalarımız olmuşdur. Bu yazışmalarda həmin məsələ ilə əlaqədar kifayət qədər bəsh etmişik və insafa, haqq-ədalətə münasib olan qədər dəlil gətirmişik. Nəticədə həmin yazışmalar Şeyxul-islam Səlim Bişrinin lütfü sayəsində bu xüsusda ən layiqli kitab halına düşmüş, haqq-həqiqət özünün tam təzahürləri ilə onda cilvələnmişdir. Allaha şükr edirik ki, belə bir müvəffəqiyyəti bizə nəsib etmişdir. Hal-hazırda “Əl-müraciat” kitabı İslam dünyasının hər yerinə yayılmış və tam bitərəfliliklə hamını sünnü və şiələrin arasında mövcud olan münaqişəli məsələlərin araşdırılmasına də`vət edir. Yaxşı olar ki, tələbələr onu mütaliə etməkdən qafil olmasınlar. Möhtərəm oxucular bizimlə sünnülərin arasında, Peyğəmbərin yalnız hədəf və məqsədlərinə dair münaqişəli məsələlər barəsində–istər o Həzrətin kəlamı, istərsə də əməlləri olsun–düşünsünlər, bəşər duyğuları və həyəcanlar onların fikir və əqllərinə hakim kəsilməsin; əziz oxucular Həzrətin hər hansı məsələ barəsindəki kəlamının anlaşılmaz olduğunu deyənlər və onun aşkar buyurduqlarının düzgünlüyünə e`tina etməyənlər kimi olmasınlar. Çünki Allah-taala buyurur: اِنَّهُ لَقَوْلُ رَسُولٍ كَرِيمٍ ذِي قُوَّةٍ عِنْدَ ذِي الْعَرْشِ مَكِينٍ مُطاَعٍ ثَمَّ اَمِينٍ وَماَ صاَحِبُكُمْ بِمَجْنُونٍ “(Hər müsəlman inanmalıdır ki,) Həqiqətən Peyğəmbərin kəlamı asimani vəhydir, vəhy mələyi Cəbraili-Əmin onu Həzrətə öyrətmişdir və sizin Peyğəmbəriniz məcnun deyildir.َ Bəs belə olan halda, ey müsəlmanlar, hara gedirsiniz?! اِنْ هُوَ اِلّاَوَحْيٌ يُوحيَ عَلَّمَهُ شَدِيدُ الْقُويَ “Onun kəlamı ilahi vəhydən başqa bir şey deyildir Cəbəril çox qüvvətli vəhy yolu ilə onu Peyğəmbərə öyrət-mişdir.َ Mən xilafət barəsində mövcud olan nəslər (inkaro-lunmaz dəlillər) kimi bir şey görməmişəm ki, Peyğəmbər (s.ə.v.v) dəfn olunmamış İslam ümmətinin əksəriyyəti tərəfindən mütəvatir və aşkar şəkildə nəql olunmuş olsun. Bundan əlavə, Peyğəmbərin be`sətdən sonrakı və Əbu Talibin evində öz qohum-əqrəbasına risalətini e`lan etdiyi dövrdən e`tibarən həyatının axır anlarına qədər bu qəbildən olan dəlil və buyuruqlar həddindən artıq çoxdur. O cümlədən, ömrünün son anlarında, otağı səhabələrlə dolu olan bir vaxtda buyurdu: “Ey camaat, mən tezliklə sizin aranızdan gedəcəyəm. Allahın kitabını və Əhli-beytimi sizin aranızda əmanət qoyuram. (Sonra Həzrət Əlinin əlindən tutub qaldırdı və buyurdu:) Bu Əli Qur`an ilə, Qur`an da Əli ilədir. Bu ikisi “Kovsər” hovuzunun yanında mənə gəlib çatana qədər bir-birindən ayrılmayacaqdır.” Peyğəmbəri Əkrəm (s.ə.v.v)-dən bu iki qiymətli əmanət (Qur`an və Əhli-beyt) barəsində nəql olunanlar sünnü və şiə firqələri arasında hakim olmaq üçün tamamilə kifayətdir. Əli (ə)ın bu kəlamdakı xüsusiyyətləri də tam aşkardır: اِنَّ فِي ذَلِكَ لَذِكْريَ لِمَنْ كاَنَ لَهُ قَلْبٌ اَوْ اَلْقَي السَّمْعَ وَ هُوَ شَهِيدٌ “Keçmişlərin həlakətində o kəslər üçün öyüd-nəsihət və xatırlatmalar vardır ki, qəlbə sahib olub bəsirətli olsun, yaxud Allahın kəlamına qulaq assın, həqiqətlərə kamil diqqət yetirsin.َ Bəli, Səqifə günündə dünyapərəstlər Peyğəmbər (s.ə.v.v)-in aşkar buyurduqlarını başqa mə`nalara yozmaqla nəssin əksinə ictihad etdilər və heç nəyi nəzərə almadan İslam xilafətini əllərinə keçirdilər! İslami xilafət işini öz aralarında həll etdilər, Bəni-Haşimdən, başqa sözlə, nübüvvət xanədanından, risalət məhəllindən, mələklərin nazil olan yerindən, İlahi vəhy mərkəzindən, Qur`ani-məcidin nazil olma məkanından heç bir xəbər yox idi. Sanki Peyğəmbərin xanədanı o Həzrətin varisləri deyilmişlər!!! Və ümmət arasında heç bir dəyər və ehtiramları yox imiş!!! Sanki, onlar Qur`anın misli, ümmətin ixtilafdan əmin-amanlıq vasitəsi, azğınlıqdan qurtuluş gəmisi və “Hittə” qapısı deyilmişlər! Sanki onlar ümmətlə müqayisədə başın bədənə olan münasibəti və başda da gözlərin başa olan münasibəti kimi deyilmişlər. Hətta onları, şairin öz məşhur qəsidəsində nəzərdə tutduğu kəslərdən fərz etmişlər: وَ يُقْضَي الاَمْرُ حِينَ تَغِيبُ تَمِيمُ وَ لاَ يَسْتَاْذَنُوا وَ هُمْ شُهُودٌ “Təym qəbiləsi qaib olanda onlar işi sona çatdırdılar; Onlar hazır olanda isə onlardan icazə də almadılar.” Bəli, Peyğəmbərin canişinliyi və xilafət məsələsi Səqifdə elə bir halda sona çatmışdı ki, Peyğəmbərin pak cənazəsi üç gün öz Əhli-beytinin və dostlarının arasında qalmış, dəfn olunmamışdı. Onlar Rəsuli Əkrəm (s.ə.v.v)-in pak cənazəsinin ətrafında göz yaşları axıdır, fəryad edir və şivən qoparırdılar; o qədər qəmli və kədərli idilər ki, baxanları sarsıdır, ürəyini yandırırdı. Hamı qorxu və həyəcan içində, narahat idilər. Amma onlar (Əbu Bəkr və Səqifə səhabələri) üç gün Peyğəmbərin cənazəsindən aralıda, öz hökumətlərinin bünövrələrini möhkəmlətməyə məşğul idilər; onlar əsla Peyğəmbərin düşündüyü kimi düşünmürdülər. Nəhayət, xilafət işi sona çatdı və onu öz əllərinə keçirdilər. Hələ Peyğəmbərin dəfn işi qurtarmamışdı ki, o Həzrətin ailəsini və dostlarını Əbu Bəkrə bey`ət etmək üçün təzyiqə mə`ruz qoydular və evlərini yandırmaqla təhdid etdilər. Belə ki, Neyl Hafiz İbrahim adlı şair öz məşhur qəsidəsində belə deyir: وَ قَوْلُهُ لِعَلِيٍّ قاَلَهاَ عُمَرُ اَكْرِمْ بِساَمِعِهاَ اَعْظِمْ بِمَلْقِيهاَ حَرَّقْتُ داَرَكَ لاَ اَبْقيَ عَلَيْكَ بِهاَ اِنْ لَمْ تُباَيِعْ وَ بِنْتُ الْمُصْطَفيَ فِيهاَ ماَ كاَنَ غَيْرُ اَبِي حَفْصٍ بِقاَئِلِهاَ اِماَمٌ فاَرِسٌ عَدْناَنٍ وَ حاَمِيهاَ “Necə də böyük söz idi ki, Ömər Əliyə dedi! Onu eşidəni əzizlə və danışanı böyük say: “Əgər bey`ət etməsən, evini oda çəkərəm! Hətta Peyğəmbərin qızı orada olsa belə!” Əbu Həfsdən (Ömərdən) qeyrisi bu sözləri Əli kimi böyük şəxsiyyətin yanında deyə bilməz. Hətta qeyri-mümkün fərzə əsasən xilafətin Peyğəmbər (s.ə.v.v) sülaləsindən olanlardan birinə məxsus olması barəsində qəti dəlilimiz olmasaydı, habelə onların yüksək əsil-nəsəbli, gözəl əxlaq, cihad, elm, əməl, ixlas və s. cəhətindən yüksək dərəcədə olmamasını, bütün insani səciyyə və fəzilətlərdə başqalarından irəli olmayıb, əksinə, sair səhabələr kimi olmasını fərz etsək belə, nə olardı ki, bey`ət mərasimini heç olmazsa, Peyğəmbərin dəfn mərasimi qurtarana qədər tə`xirə salsınlar?!! Hətta mümkün idi ki, müvəqqəti olaraq əmin-amanlığın qorunub-saxlanmasını sərkərdələrə tapşırıb sonradan xilafət və bey`ət məsələsini irəli çəksinlər. Görəsən belə etsəydilər və bir neçə günlüyə bu işdən çəkinsəydilər, bu qədər müsibət görən Peyğəmbər (s.ə.v.v) əmanətlərinə, Həzrətin ümmət arasında qalan vərəsələrinə qarşı münasib olmazdımı? Halbuki, Allah o Həzrətin barəsində belə buyurur: لَقَدْ جاَئَكُمْ رَسُولٌ مِنْ اَنْفُسِكُمْ عَزِيزٌ عَلَيْهِ ماَ عَنِتُّمْ حَرِيصٌ عَلَيْكُمْ بِالْمُؤْمِنِينَ رَؤُوفٌ رَحِيمٌ “Sizin özünüzdən olan bir Peyğəmbər sizə gəldi. Onun sizə çox ürəyi yanır. Sizin narahatlıqlarınızdan narahat olur və sizin qorunub saxlanmağınıza israr edir. O, mö`minlərə qarşı çox rə`fətli və mehribandır.” Görəsən, ümmətin narahatlığından narahat olan, onların xoşbəxt olması üçün israr edən, onlara qarşı son dərəcə mehriban olan bir Peyğəmbərin haqqı yox idimi ki, onun ailəsini narahat etməsinlər, ümmət tərəfindən ona çatan müsibətlərə mübtəla etməsinlər?! Özü də bu müsibətlər elə bir zamanda baş vermişdi ki, Peyğəmbərin vəfatı ilə qəlbləri yaralanmış, Həzrətin pak cənazəsi hələ dəfn olunmamışdı. Peyğəmbər (s.ə.v.v) xanədanını o Həzrətin əldən getməsi kimi böyük bir müsibət dərin kədərə, qəm-qüssəyə düçar etmişdi. Buna əsasən, Əbu Bəkr və onun tərəfdarlarının bu işi bir neçə günlüyə tə`xirə salıb onlara başsağlığı vermələri daha layiqli, Peyğəmbərin ehtiramını saxlamağa daha yaxın və İslam ümmətinin vahid sıralarda birləşib vəhdətə çatmasına daha münasib və daha hikmətli olardı. Amma bütün bunların əksinə olaraq Əbu Bəkr və Ömər qərara almışdılar ki, nəyin bahasına olursa olsun, Peyğəmbər (s.ə.v.v) xanədanını xilafətdən məhrum etsinlər. Onlar qorxurdular ki, fürsəti əldən vermək və onlara möhlət vermək əks nəticə verə bilər. Əgər Peyğəmbər xanədanını məşvərət üçün Səqifəyə çağırsaydılar, o sülalənin xilafətə daha layiqli olmaları üçün dəlilləri aşkar olacaq, sözləri qüvvəyə minəcəkdi. Buna görə də Əbu Bəkr və onun tərəfdarları Bəni-Haşimin Peyğəmbərin müsibətində başı qarışmasından, qüsl, kəfən, dəfn işlərində məşğul olmalarından istifadə edərək onlardan hətta bir nəfəri belə də`vət etmədən bey`ət işini başladılar və onlar bu işləri qurtarmamışdan qabaq hər şeyi sona çatdırdılar. Bundan əlavə, müsəlmanların keçirdiyi iztirab və həyəcan hisləri də onların məkrli planlarına kömək etdi. Çünki, Mədinədə yaşayan ənsardan çoxu Səqifədə yığışmışdılar ki, (Xəzrəc qəbiləsinin böyüyü olan) Sə`d ibni Übadəni xilafətə seçsinlər. Bəşir ibni Sə`d ibni Sə`ləbə Xəzrəci (onun əmioğlusu idi) və (Ovs qəbiləsinin başçısı olan) Üseyd ibni Hüzeyr rəhbərlik məqamında Sə`din rəqibləri idi və onun namizədliyinə həsəd .rır, onun işinin baş tutacağından qorxurdular. Buna görə də sə`y edirdilər ki, nəyin bahasına olursa olsun, Sə`d ibni Übadənin xilafətə çatmasının qarşısını alsınlar. Bundan əlavə, Üveym ibni Saidə Ovsi və ənsarın həmpeymanı olan Muin ibni Ədi, Sə`din müxalifləri ilə əlbir oldular. Onlar Əbu Bəkr, Ömər və onların tərəfdarları ilə məxfi şəkildə əlaqə saxlayırdılar. Sonuncu iki nəfər Peyğəmbərin zamanında da Əbu Bəkrin dostlarından idi və Sə`də qarşı kin-küdurət bəsləyirdilər. Məhz buna görə də Üveym özünü tə`cili olaraq Əbu Bəkr və Ömərə çatdırdı və onların Sə`d ilə rəqabət ruhiyyələrini qızışdırdı. Bu zaman Əbu Bəkr və Ömər, Əbu Übeydə Cərrah və Əbu Hüzeyfənin qulamı Salim onlarla birlikdə Səqifəyə gəldilər. Mühacirlərdən başqa bir qrupu da onlara qoşuldu. Mühacir və ənsar arasında çəkişmə kəskinləşməyə başladı. Yavaş-yavaş səs-küy qalxmağa başladı, hətta qan tökülməsi də gözlənilirdi. Bu zaman Əbu Bəkr ayağa qalxıb ənsarı tə`riflədi və onları yaxşı adla qeyd etdi, sonra son dərəcə soyuqqanlıq və ehtiyatla onlara belə xitab etdi: –Mühacirlər Peyğəmbərin vücud ağaclarıdır. Onlar elə bərəkətli toxumdurlar ki, Peyğəmbər onlardan yaranmışdır. Sonra xatırlatdı ki, əgər xilafət mühacirlərə çatsa, onda vəzirlik ənsara çatacaqdır! Daha sonra Ömər və Əbu Übeydənin əlindən tutub oradakılara dedi ki, ikisindən hansı ilə istəsələr, bey`ət etsinlər. Amma elə bu zaman Ömər və Bəşir ibni Sə`d qabağa düşüb Əbu Bəkrlə bey`ət etdilər. Hələ onların bey`əti sona çatmamış, Üseyd ibni Hüzeyr, Üveym ibni Saidə, Müin ibni Ədi, Əbu Übeydə Cərrah, Əbu Hüzeyfənin qulamı Salim və Xalid ibni Vəlid irəli atılaraq onunla bey`ət etdilər, sonra camaatı mümkün olan yollarla Əbu Bəkrə bey`ət etməyə məcbur etdilər. Bu xüsusda Ömər, ondan sonra Üseyd ibni Hüzeyf, daha sonra isə Xalid ibni Vəlid, Qonfiz ibni Ümeyr hamıdan artıq canfəşanlıq edir və ciddiyyət göstərirdilər. Əbu Bəkrlə bey`ət sona çatdıqdan sonra ətrafın-dakılar onu dövrələyib, səs-küylə, şadlıqla, gəlinin bəy evinə getdiyi kimi Peyğəmbər (s.ə.v.v) məscidinə daxil etdilər. Halbuki, Peyğəmbərin pak cənazəsi üç gün idi ki, yerdə qalmışdı və Bəni-Haşim qəbiləsi onun ətrafında oturaraq qanlı göz yaşları axıdırdılar. Buna görə də Əli ((ə)) bu iş üçün vaxt tapmamışdı; onun işi yalnız aşağıdakı şe`ri təkrarlamaq idi: وَ اَصْبَحَ اَقْواَمٌ يَقُولُونَ ماَ اشْتَهُوا وَ يَطْغَوْنَ لِماَ غاَلَ زَيْدًا غَواَئِلُ “Bir qrup adam yığışıb istədiklərini dedilər, Hadisələr Zeydi bizdən aldıqda isə tüğyan etdilər.” Əli (ə) da ümmətin qorunub saxlanması, müsəlmanların ümumi məsləhət və mənafeyinə riayət olunması üçün və daha mühüm işləri nisbətən mühüm işlərdən irəli salaraq Peyğəmbərlə bağladığı əhd-peymana əməl etdi (və Əbu Bəkrin əleyhinə qiyam etmədi). Beləliklə, mövcud vəziyyətin müqabilində gözlərində tikan, boğazında sümük qalan bir şəxs kimi 25 il səbr etdi. Əbu Bəkr Covhəri Şə`bidən nəql edərək deyir: Ömər və Xalid ibni Valid Fatimənin evinə üz tutdular. Ömər evə daxil oldu, Xalid isə evin qapısında dayandı. Ömər Zübeyrə (o, e`tiraz əlaməti olaraq Fatimənin evində oturanlardan biri idi) dedi: Əlində nə üçün qılınc tutmusan? Zübeyr dedi: Bunu hazırlamışam ki, Əli ilə bey`ət edəm. Çoxları, o cümlədən Miqdad və Bəni-Haşim tayfası-nın hamısı o zaman Fatimə əleyha salamın evində idilər. Ömər Zübeyrin qılıncını alıb qapı ağzında olan daşa çırpdı. Sonra Zübeyri Xalidin yanına .rdılar. Xalidin yanında çoxlu adam var idi. Əbu Bəkr onları Ömər və Xalidi qorumaq üçün göndərmişdi. Sonra Ömər Əliyə dedi: Qalx ayağa və Əbu Bəkrlə bey`ət et! Amma Əli (ə) ona e`tina etmədi. Ömər onun əlindən tutub dedi: Qalx ayağa! Amma Əli (ə) yerindən qalxmadı. Bu zaman Ömərin tərəfdarları hücum edərək o Həzrəti də Zübeyr kimi .rıb Xalidə təhvil verdilər. Sonra Əli (ə) və Zübeyri acınacaqlı tərzdə Əbu Bəkrin yanına .rdılar. Bu zaman Mədinənin küçələri camaatın izdihamından təlatümə gəlmişdi. Hamı bu mənzərəni müşahidə edirdi. Həzrət Fatimə Əli (ə) ilə bu cür rəftar olunduğunu görüb fəryad etdi. Bəni-Haşim və sair qəbilələrdən olan qadınlar onun ətrafına yığışdılar. Fatimə (əleyha salam) qapıya gəldi və ayaq üstə dayanıb fəryad etdi: Ey Əbu Bəkr! Nə tez Peyğəmbərin ailəsinə hücum etdin?! Allaha and olsun, nə qədər ki, diriyəm, Ömərlə danış-mayacağam!.. İnsan o dövrdə baş verən hadisələri araşdırarkən, Əbu Bəkrin ölüm ayağında dediyi sözün mə`nasını yaxşı-yaxşı başa düşür. O demişdi: Kaş, hətta iş müharibə ilə nəticələnsəydi belə, Fatimənin eviylə işim olmayaydı! Amma Əbu Bəkr Covhəri “Əs-səqifə” kitabında Əbu Lühey`ədən, o da Əbul Əsvəddən belə rəvayət edir: Ömər və onunla gələnlər Əlinin evini işğal etdilər. Fatimə fəryad edərək onları Allaha and verdi ki, Peyğəmbərin Əhli-beytinə toxunmasınlar. Amma onlar Əli və Zübeyri zorla evdən çıxartdılar. Ömər onları acınacaqlı şəkildə Əbu Bəkrin yanına .rdı. Həmçinin Covhəri rəvayət etmişdir ki, Ömər ənsar və mühacirdən olan bir neçə nəfər ilə Fatimənin evinə gəlib dedi: Allaha and olsun, bu evdə oturanlar mütləq Əbu Bəkrlə bey`ət üçün çıxmalıdırlar. Əks halda, ev qarışıq hamısını yandıracağam. Zübeyr qılıncını siyirib Ömərə həmlə etdi, amma onun yanındakılar qılıncı Zübeyrin əlindən aldılar. Ömər qılıncı alıb daşa çırpdı və sındırdı. Sonra onları faciəli şəkildə evdən çıxartdı. Mövcud vəziyyətdən yaranan narahatçılıqlar səbəbilə Əli (ə) özünün Peyğəmbər (s.ə.v.v) ilə əhd-peymanının qorunub-saxlanması üçün, habelə onun haqqının tapdalanmasına e`tiraz əlaməti olaraq guşənişinlik yolunu seçdi, nəhayət məcburi surətdə onu evdən çıxartdılar. O, öz haqqını necə də yerində isbat etdi! Belə ki, Əbu Bəkrə xitab edərək buyurdu: فَاِنْ كُنْتَ بِالْقُرْبيَ حَجَجْتَ خَصِيمَهُمْ فَغَيْرُكَ اَوْليَ بِالنَّبِيِّ وَ اَقْرَبُ وَ اِنْ كُنْتَ بِالشُّوريَ مَلَكْتَ اُمُورَهُمْ فَكَيْفَ بِهَذاَ وَ الْمُشِيرُونَ غَيبِّبُ “Əgər (xilafəti ələ keçirmək üçün) Peyğəmbərlə qohumluq bəhanəsi edərək müxaliflərlə çarpışdınsa, (Bil ki,) səndən başqası Peyğəmbərə daha yaxındır; Əgər şura ilə camaatın rəhbərlik işini ələ keçirmisənsə, Bu necə şura idi ki, rə`y verənlər orada iştirak etmirdi?! Bu iki beyt “Nəhcül-bəlağə”də mövcuddur. İbni Əbil Hədid və Şeyx Məhəmməd Əbdüh “Nəhcül-bəlağə”yə yazdığı şərhlərində bu iki beyti ətraflı şəkildə şərh etmişlər. Yaxşı olardı ki, mütaliə əhli onlara nəzər salsın. Biz də “Əl-müraciat” kitabının 80-cı hissəsində bu iki beytin barəsində müəyyən qədər şərh vermişik. Abbas ibni Əbdülmüttəlib də Əbu Bəkrlə mübahisə edərkən bu iki beytdən istifadə etmişdir. Çünki onların arasında baş verən söhbət zamanı Əbu Bəkrə dedi: Əgər sən xilafəti Peyğəmbərlə qohumluğu bəhanə edərək ələ keçirmisənsə, onda bizim haqqımızı əlimizdən almısan. Əgər müsəlmanların mənafeyinin qorunub saxlanması üçün bu işi görmüsənsə, biz ümmət arasında sizdən irəliyik. Əgər iman əhlinin sənə rə`y verməsini bəhanə edir və nəticədə bu mənsəbə qanuni seçilməyini güman edirsənsə, biz müxalifət etdikdə bu seçki qanunsuz olacaqdır. İbni Əbil Hədidin “Nəhcül-bəlağə”yə yazdığı şərhin-də qeyd olunduğu kimi, Abbas Əbu Bəkrə dedi: İndi ki, deyirsən “biz Peyğəmbərin vücud ağacıyıq”, onda bilməlisən ki, siz (Məkkə mühacirləri) yalnız bu ağacın qonşularısınız, biz isə o ağacın qol-budağıyıq. Abbasın sözü Əli (ə)ın buyurduğu kəlamın məzmunudur. Həzrət buyurmuşdu: “Onlar ağac məsələsini dəlil gətirdilər, amma həmin ağacın meyvəsini tələf etdilər.” İbni Əbil Hədid öz şərhinin 2-ci cildində Zübeyr ibni Bəkkarın “Əl-müvəffəqiyyat” kitabından nəql edir ki, Fəzl ibni Abbas dedi: Ey Qureyş camaatı! Xüsusilə, ey Bəni-Teym! (Əbu Bəkrin qəbiləsidir.) Siz xilafəti Peyğəmbərə qohum olmağı bəhanə edərək ələ keçirdiniz, halbuki biz ona sizdən daha layiqik. Əgər biz layiqli olduğumuz bu mənsəbi tələb etsəydik, camaatın bizə qarşı rəğbətsizliyi daha artıq olardı. Çünki onlar bizə qarşı kin bəsləyir və həsəd .rırdılar. Sonra biz bildik ki, Əli (ə) Peyğəmbərlə (xilafət qəsbkarlarına qarşı qiyam etməmək, qılınc çəkməmək barədə) bir əhd-peyman bağlamış və ona əməl etməyi özünə vacib bilmişdir. Əbul Fidanın “Müxtəsər” kitabında və İbni Əbil Hədidin “Nəhcül-bəlağə”yə yazdığı şərhində qeyd olunur ki, Ütbət ibni Əbu Ləhəb aşağıdakı kinayəli şe`rləri Səqifə hadisəsi ilə əlaqədar qoşmuşdur: ماَ كُنْتُ اَحْسبُ اَنَّ الاَمْرَمُنْصَرِفٌ عَنْ هاَشِمٍ ثُمَّ مِنْهاَ عَنْ اَبِي حَسَنٍ اَلَيْسَ اَوَّلَ مَنْ صَلّيَ لِقِبْلَتِكُمْ وَ اَعْلَمَ النّاَسِ بِالْقُرْآنِ وَ السُّنَنِ وَ اَقْرَبَ النّاَسِ عَهْدًا بِالنَّبِيِّ وَ مَنْ جِبْرِيلُ عَوْنٌ لَهُ بِالْغُسْلِ وَ الْكَفَنِ مَنْ فِيهِ ماَ فِيهِمْ لاَ يَمْتَرُونَ بِهِ وَ لَيْسَ فِي الْقَوْمِ ماَ فِيهِ مِنَ الْحُسْنِ ماَ ذَا الَّذِي رَدَّهُمْ عَنْهُ فَنَعْلَمُهُ هاَ اِنَّ ذاَ غَبَنٌ مِنْ اَعْظَمِ الْغَبَنِ “Mən əsla güman etməzdim ki, xilafət Bəni-Haşimdən, xüsusilə Əbul Həsəndən (Əli (ə)dan) alınsın. Məgər o (Əli (ə) sizin qiblənizə namaz qılan ilk şəxs deyildimi?! Mə’ər o, Qur`ana və Peyğəmbər (s) sünnətinə ən bilikli adam və Peyğəmbərə ən yaxın adam deyildimi? O həmin kəs deyildimi ki, Peyğəmbərə qüsl verib kəfənə bükdüyü zaman Cəbrail ona kömək edirdi? Əli o kəsdir ki, onun vücudunda olanlar, şübhəsiz, başqasından deyildi. Onda olan gözəl və insani xüsusiyyətlər müxaliflərinin heç birində yox idi. Amma nə oldu ki, onlar Əlidən üz çevirdilər? Biz bilirik. Bunu bilin ki, bu, ən böyük ziyanlardan biri idi.” Zübeyr ibni Bəkkar “Əl-müvəffəqiyyat” kitabında bu beytləri nəql etdikdən sonra yazır: Əli (ə) Ütbət ibni Əbi Ləhəbin ardınca bir adam göndərdi və sifariş etdi ki, bir daha bu şe`ri təkrarlamasın! O Həzrət buyurdu: “Bizim nəzərimizdə dinin salamat qalması hər şeydən artıq əhəmiyyətlidir.” Həmçinin Zübeyr ibni Bəkkar “Əl-müvəffəqiyyat” kitabında (İbni Əbil Hədiddən nəqlən) yazır: Əbu Süfyan Əli (ə)ın olduğu evin yanından keçəndə dayanıb dedi: بَنِي هاَشِمٍ لاَ تَطْمَعُوا النّاَسَ فِيكُمْ وَ لاَ سِيَّماَ تَيْمُ بْنُ مَرَّةَ اَوْ عَدِيُّ فَمَا الاَمْْرُ اِلّاَ فِيكُمْ وَ اِلَيْكُمْ وَ لَيْسَ لَهاَ اِلّاَ اَبُو الْحَسَنِ عَلِيٌّ اَبَا الْحَسَنِ فَاشْدُدْ بِهاَ كَفَّ حاَزِمٍ فَاِنَّكَ بِالاَمْرِ الَّذِي يُرْتَجيَ مَلِيٌّ “Bəni Haşim! Ehtiyatlı olun, camaat sizə tamah salmasın, Xüsusilə Təym ibni Mərrənin qəbiləsi (Əbu Bəkrin qəbiləsi) və Ədinin qəbiləsi (Ömərin qəbiləsi) sizə tamah salmasın. Xilafət sizin ailənizdədir və sizə üz gətirmişdir. Əbul-Həsən Əlidən başqa heç kəs ona layiq deyildir. Ey Əbəl-Həsən! Xilafətə sahib olmaq üçün öz kəmərini möhkəm bağla! Çünki sən hər nəzərdən bu mühüm işə layiqsən. Amma Əbu Süfyanın sözlərinin Əli (ə)ın nəzərində heç bir əhəmiyyəti yox idi. Odur ki, Həzrət ona buyurdu: Peyğəmbər (s.ə.v.v) mənimlə əhd-peyman bağlamışdır, mən də həmin əhd-peymanın üzərində durmuşam. Əbu Süfyan o Həzrətin yanından çıxıb Abbas ibni Əbdül Müttəlibin evinə getdi və ona dedi: Sən xilafətə və öz qardaşın oğluna varis olmağa hamıdan artıq layiqsən. Əlini aç, səninlə bey`ət edim. Abbas təbəssüm edib dedi: Əlinin boşladığı şeyi mən istəyim?! Əbu Süfyan ondan da mə`yus olaraq çıxıb getdi. Bəli, Əbu Bəkr ilə bey`ət, onların öz dedikləri kimi, elə bir azğınlıq idi ki, Allah müsəlmanları onun şərrindən qorudu. Amma bu qoruma məhz Əli (ə)ın qüdrətli əlləri, xoşagəlməz hadisələr müqabilində səbirli və mətanətli olması, bütün müsibətlərə göz yumması və nəhayət, öz haqqını İslamın diri qalması yolunda fəda etməsi ilə müyəssər olmuşdu.
  21. Qelem

    Exlaq Dersleri

    İNSANI DƏYƏRLƏR İnsan da iki “öz” vardır: Heyvani və insani “öz”. İnsanın dəyəri heyvani “öz” ilə yox, onun insani “öz”ü ilə ölçülür. Heyvani “öz” həqiqətdə özününkü deyildir. İnsanın bir növ heyvan olmasına, özünün heyvani həyatının tələblərinə diqqət yetirməli olmasına baxmayaraq bu dünyada heyvan kimi yaşamaq üçün gəlməmişdir; o, insani həyatını təkmilləşdirmək üçün öz heyvani həyatından istifadə etməlidir. İnsanın hər iki həyatında – heyvani və insani həyatında müxtəlif ehtiyacları vardır və onların mənbəyi də vücudunda qoyulmuşdur. Heyvan olub inkişaf etməli olduğuna görə suya, qidaya, yaşayış məskəninə, paltara və s. -yə ehtiyacı vardır. O, diri qalmaq üçün suya, qidaya ehtiyac duyur, onun tə`min olunması üçün ciddi cəhdlə sə`y göstərir, onun varlığında aclıq, susuzluq, yeməyə, suya olan meyl və ləzzət hissləri qoyulmuşdur. İnsan növünün qalıb davam etməsi üçün onun varlığında cinsi qərizə və həyat yoldaşına olan meyl qoyulmuşdur. İnsan öz nəslinin qalıb davam etməsini sevir, öz həyatını davam etdirmək üçün heyvani həyatının tələblərini də ödəməlidir. Yeməyi gördükdə, aclıq hiss edib yemək istədikdə öz-özünə deyir ki, yemək hazırlayıb yeməliyəm, əgər bu məqsədin həyata keçməsi yolunda müəyyən maneələr olsa onunla mübarizə .rmalıyam. Bu hiss pis bir şey deyildir, çünki insan, öz həyatını davam etdirmək üçün işləməli, yeməli və içməlidir. İslamda nəinki onun qarşısı alınmamış, əksinə bu işə tövsiyə də edilmişdir., lakin bunu da bilmək lazımdır ki, heyvani həyat hədəf deyil, sadəcə bir müqəddimə, vasitədir. Deməli əgər bir kəs heyvani həyata üstünlük versə və özünün heyvani meyl və istəklərini tə`min etmək üçün gecə-gündüz ciddiyyətlə çalışsa, öz həyatının hədəfini yemək, içmək, istirahət etmək, geyinmək, şəhvətbazlıq etmək, heyvani qərizələri tə`min etmək qərar versə belə bir şəxs tam mə`nada azğınlığa düçar olmuşdur. Çünki bu halda özünün mələkuti ruhunu və insani əqlini kənara qoymuş və onu “unutqanlıq evində” həbs etmiş olur. Belə bir şəxsi insan hesab etmək olmaz: əslində o, insan surətində olan bir heyvandır, onun əqli vardır, lakin öz əqlinə o qədər əhəmiyyət vermir ki, insani səciyyələri, əxlaqi fəzilətləri tanıyıb onun ardınca gedə bilmir. Gözü və qulağı vardır, lakin həqiqətləri görüb eşitmir. Qur`ani Kərim belə şəxsləri heyvan, hətta ondan da artıq azğınlar adlandırır. Çünki heyvanın ağlı yoxdur və dərk eləmir, lakin belə insanın əql qüvvəsi ola-ola heç bir şeyi başa düşmür. Qur`anda buyurulur: “Əgər sənin də`vətini qəbul etməsələr bil ki, onlar öz həvayi-nəfslərinə tabe olurlar. Allahın hidayətini boşlayıb öz həvayi-nəfslərinə tabe olanlardan da azğın bir şəxs ola bilərmi?! Allah zalımları heç vaxt hidayət etməz.” Başqa bir ayədə buyurulur: “Həqiqətən cin və insanlardan çoxunu cəhənnəm üçün yaratmışıq (yə`ni onlar düzgün olmayan seçki əsasında cəhənnəmə gedərlər), çünki onların qəlbi var, lakin onunla başa düşmürlər, gözləri vardır, lakin onunla görmürlər, qulaqları vardır, amma onunla eşitmirlər. Bunlar heyvanlar kimi, hətta onlardan da daha azğındılar. Onlar qafil olandırlar.” Başqa bir yerdə buyurulur: “O şəxsi gördünmü ki, alim (elmli) ola-ola öz həvayi-nəfsini öz mə`budu qərar verdi, Allah da onu zəlalətə saldı, qulaqlarına və qəlbinə möhür vurdu, gözlərinə pərdə saldı?! Allahdan başqa kim onu hidayət edə bilər?! Nə üçün öyüd-nəsihət (ibrət) almırsınız?!” Mələkuti nəfsini, insani kamal və səadətini nəfsani istəklərə və heyvani həyata qurban verənlər nə qədər ziyankar və bədbəxtdirlər! Onlar öz insani nəfslərini heyvani ləzzətlərə dəyişmişlər. Əmirəl-mö`minin Əliyyibni Əbitalib (ə)buyurur: “(Əsl) xəsarət görən o kəsdir ki, dünyaya baş qoşsun və axirət həyatında olan bəhrəsini əldən versin.” Yenə buyurur: “Öz nəfsini çirkin, yaramaz işlərdən saxla, baxmayaraq ki, o, səni rəğbətli olduğun işlərə çəkir. Çünki öz nəfsindən verdiyin şeylər müqabilində əvəz almırsan. Özünü başqasına qul etmə, halbuki Allah səni azad yaratmışdır. Bir xeyir ki, şərdən başqa bir şey ilə əldə olunmaz, xeyir deyildir. Çətinlikdən başqa şey ilə əldə olunmayan xeyir asan olmaz.” Başqa bir yerdə buyurur: “Necə də pis ticarətdir ki, dünyanı öz nəfsinin dəyəri kimi biləsən və onu Allah yolunda olanların əvəzində satasan.” Amma insan “heyvani öz”də xülasələnmir, onun insani bir “öz”ü də vardır və onun səbəbi ilə müqəddəs aləmdən gələn mücərrəd və mələkuti bir gövhər sayılır və heyvani istəklərdən tamamilə başqa olan dəyərləri tələb edir. Əgər insan öz zatına, mələkuti ruhuna baxsa, özünü yaxşı-yaxşı tanısa biləcəkdir ki, qüdrət, kərəm, elm, rəhmət, bəxşiş, nur, ehsan, xeyir və ədalət aləmindən, bir sözlə kamal aləmindən gəlmişdir və həmin aləmlə mütənasibdir. Burada insanın başqa bir bəsirəti olmalı və digər bir aləmə baxmalıdır. O, Mütləq kamala baxaraq onun dəyərlərinə meyl edir, həmin dəyərlərdən istifadə edərək öz nəfsini heyvaniyyətin aşağı mərhələsindən hərəkət etdirərək kamalın yüksək mərhələlərinə çatdırır və ilahi dərgaha yaxınlaşır. Məhz burada əxlaqi dəyərlərin yüksək məqamı aydın olur. İnsanın elm, ehsan, xeyirxahlıq, fədakarlıq, ədalət, bəxşiş, məhrumları, zəifləri müdafiə etmək, doğruçuluq, düzgünlük, əmanətdarlıq kimi dəyərləri istəməsinin səbəbi də məhz budur ki, özünün kamal aləmindən gəldiyini bilir, belə dəyərlərin özünün yüksək insani məqamına mütənasib olduğunu görür, məhz buna görə də bunları sevir, hətta öz heyvani “öünü” və onun istəklərini bu dəyərlərə çatmaq yolunda qurban verməyə razı olur. Əxlaqi dəyərlər və insani keyfiyyətlər bir sıra ruhani-mə`nəvi kamallardan ibarətdir ki, insanın mələkuti ruhu özünün kamal istəyən ehtiyacları ilə onlarla olan tənasübünü dərk edir və deyir ki, bu işləri görmək lazımdır. Əxlaqi cəhətdən “yerinə yetirilməli” lərin mənşəyi nəfsin şərafət və kəramətindən qaynaqlanır və ruhani kamala, zatın yüksəkliyinə çatmaq üçün istifadə olunur. “Haqq yolunda fədakarlıq etməliyik” deməsinin mə`nası budur ki, fədakarlıq mənim zatımın təkamülə çatması, tərəqqi etməsi üçün faydalıdır və bu yüksəkliyə çatmalıyam. İnsanların mə`nəvi kamallara çatmasının yeganə bir vasitəsi vardır və bütün insanlar dəyərlərin və dəyərlərə zidd olan şeyləri tanınmaqda bir-birinə oxşar yaradılmışdır. İnsan özünün pak və kamal sevən fitrətinə müraciət etdikdə, həvəslərdən uzaqda düşünsə həm əxlaqi fəzilətləri və dəyərləri, həm də əxlaqa zidd olan fəzilətləri anlaya bilər. Bu, bütün insanlarda və bütün dövrlərdə belə olmuşdur. Amma insanlardan bə`zilərinin belə müqəddəs bir idrakdan məhrum olmalarının səbəbinə gəldikdə isə, demək lazımdır ki, onların güclü heyvani meylləri və şiddətli həva-həvəsləri əqllərinin nurunu söndürmüşdür və özləri nəfsin tə`siri altına düşmüşdür. Qur`an da fəzilətlərin və rəzilətlərin dərk olunmasını insanların fitri bir xüsusiyyəti hesab edərək buyurur: “And olsun nəfsə və o kəsə ki, nəfsi gözəl yaratdı, azğınlıq və təqva yolunu ona öyrədib ilham etdi. Belə isə hər kəs öz nəfsini saflaşdırıb pərvəriş versə qurtuluşa nail olacaqdır, hər kəs onu günah və çirkin əxlaqla aludə etsə ziyan görəcəkdir.” Peyğəmbərlər bu məqsədlə gəlmişlər ki, insanların yatmış fitrətlərini oyatsınlar, onların agah olmayan əxlaqi şüurlarını agah şüura çevirsinlər, insanları fəzilətlərə, əxlaqi səciyyələrə diqqət yetirməkdə, onları tanımaqda, kamal mərhələlərini dəf etməkdə və Pərvərdigarın qürb məqamına çatmaqda kömək etsinlər. Onlar gəlmişlər ki, insanları, insaniyyətin yüksək dərəcəsinə çatmaq, yüksək insani dəyərlərin dirçəldilməsi və qorunmasının zərurətindən agah etsinlər, insanlara bu mühüm məsələni xatırladıb desinlər ki, siz heyvan deyil, insansınız və mələkdən yüksək bir varlıqsınız. Dünyəvi işlər və heyvani təzahürlər sizin mələkuti məqamınıza layiq deyildir, özünüzü onlara satmayın. İmam Səccad (ə)-dan “İnsanların ən yüksəyi, ən şərafətlisi kimdir?” deyə soruşulduqda, buyurdu: “O kəsdir ki, dünyanı öz nəfsinin şərəf və dəyəri müqabilində görməsin.” Əgər insan özünün insani şəxsiyyətini tanıyıb insani “öz” ünü gücləndirsə onda batinində əxlaqi fəzilətlər dirçələcəkdir və rəzil xislətlərə qalib gələcəkdir. Məhz bu zaman insanın şəxsiyyəti ona icazə vermir ki, insani dəyərləri boşlayıb əxlaqa zidd olan şeylərin ardınca getsin, məsələn doğruluqdan, düzgünlükdən əl çəkib yalanın ardınca getsin, əmanətdarlıqdan əl çəkərək xəyanətin ardınca getsin, izzəti-nəfsi (nəfsi əziz saxlamağı) buraxaraq zəlilliyə tərəf getsin, ehsanı boşlayaraq camaata əzab-əziyyət vermək və sair kimi işlərin ardınca getsin. Əmirəl-mö`minin Əmirəl-mö`minin Əliyyibni Əbitalib (ə)buyurur: “Hər kəs öz nəfsini əzizləsə nəfsani istəklər onun nəzərində alçalacaqdır.” Peyğəmbərlər daim çalışmışlar ki, insanların fitrətlərini oyatsınlar, nəticədə öz varlıqlarının cövhərinin nədən ibarət olduğunu anlasınlar, Allahla olan əlaqə və bağlılıqlarını dərk etsinlər, hər bir şeylərini Allah dərgahına yaxınlaşmaq və razılıq məqamını əldə etmək üçün sərf etsinlər, belə ki, hətta yemək, içmək, yatmaq, baxmaq, danışmaq, işləmək, yaşamaq, ölmək və s. kimi işlər hamılıqla əxlaqi və müqəddəslik yönünə malik olsun. İnsan Allahın bəndəsi olub Onun razılığından başqa bir şeyi nəzərində almasa onun bütün işləri ibadət, əxlaq və dəyər olacaqdır. “De: Mənim namazım da, həcc əməllərim də, ölməyim də, diriliyim də hamısı aləmlərin Rəbbi olan Allah üçündür, Onun heç bir şəriki yoxdur, mən də bu işə əmr olunmuşam, mən birinci müsəlmanam.” Məhz buna görə də islam dinində insanın özünün tanımasının xüsusi dəyəri vardır. Əmirəl-mö`minin Əmirəl-mö`minin Əliyyibni Əbitalib (ə)buyurub: “Nəfsi tanımaq mənfəətlərin ən faydalısıdır.” Yenə buyurur: “Hər kəs öz nəfsini tanısa onun işləri əzəmətli olar.” Özünü və nəfsini tanımaq dedikdə məqsəd pasportda qeyd olunanlar deyil, əksinə bu mə`nayadır ki, insan özünün yaradılış aləmindəki həqiqi məqamını tanısın və başa düşsün ki, yer üzündə yaşayan sadə bir canlı deyil, o, rübubi aləmindən gəlmiş bir nur, Allahın yer üzündəki xəlifəsi və Onun əmanətdarıdır, agah, ixtiyarlı və azad yaradılan bir mələkuti varlıqdır ki, sonsuz kamal mərhələlərinə doğru seyr etməli, özünün xüsusi yaradılışı ilə özünü paklaşdırmalı və nəfsinə pərvəriş verilməsi mə`suliyyətini öhdəsinə almalıdır. İnsan belə bir mə`rifət əsasında kəramət və şərafət hiss edir, özünün varlıq dəyərini və müqəddəsliyini anlayır, həmçinin əxlaqi səciyyələr və insani fəzilətlər onun üçün həqiqi mə`na və dəyər kəsb edir. Məhz belə olan surətdə ümidsizlikdən, mə`yusluqdan, puç fikirlərdən, bihudəlikdən və gündəlik təkrarlardan xilas olur, həyat onun üçün dəyərli, müqəddəs və hədəfli gözəl olur.
×
×
  • Создать...