Nəsə yazmaqdan əvvəl sizə məsləhət görürəm forumun qaydaları ilə tanış olasız.
Sizin ingilis dilində (tərcüməsin) yazdıqlarınız şiəyə qarşı deyil, əksinə onun tərəfini saxlayır. Onu tərcümə etsəydiz bunu görərdiz. Qısa olaraq mən sizə yazım: hədisin əvvəlində deyilir: Ömərə dedilər ki, bir kəs deyir ki, Ömər ölsə mən filan insana beyət edərdim. Ömər bundan narahat olub camaatı yığıb xütbə dedi: Dedi ki, əbu Bəkrin seçilməsi birdən və səhv iş oldu, bunu təkrarlayan cəzalanıb öldürülməlidir.
Gördüyünüz kimi Ömər bu seçkilərin düzgün olmadığını deyir!
Sonra Ömər deyir: Əli, Zübeyr və ənsarlar bizə (Əbu Bəkr və Ömərə) qarşı çıxıblar. (Həmin Buxari yazır ki, əli haqladır, haq da Əli ilə!).
Axırda da Ömər deyir: Biz Əbu Bəkrə beyət etdik çünki qorxurduq ki, digrəri, əhsarların istədiyi bir insan xəlifə olar.
Birdə nəzərinizə çatdırım ki, Əli və Zübeyt orada olmayıblar, Əli bu vaxt peyğəmbərin meyidini yuyurdu, seçkilərdən sonra isə Əbu Bəkrə və Ömərə qarşı olanlar Fatimənin evində yığışdılar. Baxın bu haqda mən burda yazmışam: http://forum.bakililar.az/index.php?s=&...t&p=1714904
Mən bunları hamısını sizə yazdım ki, siz etdiyiniz təhrifi görəsiz. Bu təhrifə, offtopa və tərcüməsiz xarici dildə mətnə görə reytinqinizi 20% artırıram.