Перейти к содержимому

Samir Aliyev

Members
  • Публикации

    66
  • Зарегистрирован

  • Посещение

Все публикации пользователя Samir Aliyev

  1. Mən sizə çətin sual verməmişəm ki,ona cavab vermək mümkün olmasın.Cavab ya hə,ya da yox olmalıdır.Bura forumdur,istəmirsiz cavab verməyə bilərsiz. Nardarani qardaşın sualının nəyinə cavab verməliyəm ki?Hər şey aydın yazılıb.Azəri dilindən başqa hansısa dilə tərcümə istəyirsiz? Xülasə,suala zəhmət olmasa cavab verin. Quran təhrif olunub iddiasını deyən adamın hökmü sizcə nədir?
  2. Mənim sualım konkretdir ve kopnkret cavab isteyir. Sizlərə görə Quranın təhrif olunduğuna inanan və onda naqislik olduğuna inanan adamın hökmü nədir?
  3. Sizə konkret sual. Quranın təhrif olunduğunu deyən adamın hökmü sizcə nədir?
  4. Samir Aliyev

    Ibni Tymiyye Kimdir?

    Hənəfilərin İmamı Bədr əd-din (Mahmud ibn Əhməd) əl-Aini söyləyir: "Kim İbn Teymiyyəni kafir olmaqda ittiham edərsə, həqiqətdə o özü kafirdir, kim onu bidətdə ittiham edərsə, həqiqətdə özü mübtədidir. Bu necə mümkündür?! Onun bütün kitabları göz qarşısındadır və orda zəlalətdən və sapmadan bir qırıq da əlamət yoxdur." ("Raddul-Vafir", s: 245) Əs-Suyuti, əz-Zəmləkənidən sitat gətirir: "Bizim Ustad, bizim Şeyx, əl-İmam, Alim, Nadir (əl-Avhad), əl-Hafiz, əl-Müctəhid, əz-Zahid, əl-Abid, Nümunə, İmamların İmamı, ümmətin misalı, alimlərin nişanəsi, peyğəmbərlərin varisi, müctəhidlərin sonuncusu, dinin nadir alimi, İslam üçün Şərəf, alimlərin hüccəti, mütəkəllimlərin hüccəti, mübtədilərin qənimi, möhtəşəm və ən uca elmlərlə bəxş olunmuş, Sünnəti yenidən yaşadan. Allah onunla bizləri faydalandırdı və onunla düşmənlərə qarşı hüccəti iqamə etdi... Taqi əd-Din İbn Teymiyyə..." İmam Suyuti bu sözlərdən sonra əlavə edir: "Mən bu bioqrafiyanı, Alləməh, öz dövrünün nadir şəxsiyyəti Şeyx Kəməl əd-Din əz-Zəmləkəninin əlyazmasından sitat gətirdim. O belə deyərdi: "Ondan (İbn Teymiyyədən) çox hifz edən biri son 500 il ərzində görülməmişdir." (əl-Əsbəh va ən-Nəzəir ən-Nəhviyyəh", 3/681) Taqəddin əs-Subkinin İbn Teymiyyə haqqında söylədiklərinə gəldikdə isə, İmam Zəhəbi bu barədə ona cavab verərək xətalarını göstərmişdir və buna cavab olaraq Taqəddin əs-Subki belə qeyd edir: "Şeyx Taqiəddin (İbn Teymiyyə) haqqında söylədiklərinə gəldikdə isə, mən onun əhatəli genişliyinə, okeana bənzər tutumluluq və nəqli və əqli elmlər haqqında biliklərinin genişliyinə, onun güclü zəkasına, ictihad və təsvir edilməyən bacarıqlarına əminəm. Mən həmişə onun haqqında bu fikridə olmuşam...." (Əd-Durar əl-Kəminə" 1/159) Əl-Hafiz ibn Dəqiq əl-İd söyləyir: "Mən İbn Teymiyyə ilə görüşdükdə, bütün elmlərin gözləri qarşısında məskən saldığı bir insan gördüm, o onlardan istədiyini alırdı və istədiyini də tərk edərdi." ("Saleh əl-Fəuzan, "Məşəhir əl-Mucəddidin", s: 26) və bu sözlərindən sonra ona belə söyləmişdir: "Vallahi, mən inanmıram ki, sənin bənzərin olan biriləri sağ qalmışdır." (əl-Bidayə van-Nihayə, 14/27, bax, eləcədə: "Zail alə Tabaqat əl-Hənəbilə", 2/392, İbn Racəb)
  5. Samir Aliyev

    Ibni Tymiyye Kimdir?

    İbn Hacər əl-Əsqalani deyir: "Mən şeyxlərimizin şeyxi əl-Hafiz Bəhauddin Abdullah ibn Muhamməd ibn Xalilin icazəsi ilə əl-Hafiz Silahuddin əl-Bəlainin yazdığı əl-yazmasından oxudum: Bizim Şeyx və ustadımız, Allah və bizlər arasındakı işlərdə İmam, təhqiqin Şeyxi, özündən sonra gələnlərlə birlikdə ən yaxşı yolda gedən, bütün qövmlərin etiraf etdiyi kimi saysız dərəcədə çoxlu heyrətamiz keyfiyyətlərin və nurlu dəlillərin sahibi, Allah bizlərə onun fövqəladə elmindən bəhrələnməyi qismət etsin və onu bizlər üçün həm bu dünyada və həm də axirətdə bir fayda etsin. O, Şeyxdir, İmamdır, məsələləri anlayan Alim, Saduq, Okean, Nur Hovuzu, İmamların İmamı, müsəlman ümməti üçün bir Şərəf, alimlərin Nişanəsi, peyğəmbərlərin varisi, müctəhidlərin sonuncusu, din alimləri içində nadir, Şeyx al-İslam, alimlərin Hüccəti, məxluqlar üçün nümunə, elm əhli üçün sübut, bidətçilərin qənimi, müzakirə sahiblərinin qılıncı, elm bəhri, faydalı xəzinə, Quran müfəssiri, zamanların möhtəşəmliyi, bu və digər zamanlarda nadir. Həqiqətən də, Taqiuddin (İbn Teymiyyə) müsəlmanların imamıdır, məxluqata qarşı Allahın hüccətidir, salehlərdən biri, sələflərdən biri, məzhəbin muftisi, haqqın köməkçisi, hidayət əlaməti, hafizlərin sütunu, sözlərin mənalarının cəngavəri, Şəriətin (evin küncündəki) son daşı, yeni elmlərin banisi Əbul-Abbas İbn Teymiyyə..." (İbn Hacər əl-Əsqalani, "əd-Durər əl-Kəminəh", İbn Teymiyyənin həyatı) Əl-Hafiz əl-Mizzi söyləyir: "Mən onun bənzərini görmədim, heç onun öz gözü öz bənzərini görməmişdir. Ondan yaxşı Allahın Kitabını və peyğəmbərinin Sünnətini bilən birini və nə də onlara tabeçilikdə onda yaxın birini görmədim." (Şeyx Bəhcətul Beytər, "Həyət Şeyxul-İslam ibn Teymiyyə", s:21) Əl-Hafiz ibn Dəqiq əl-İd söyləyir: "Mən İbn Teymiyyə ilə görüşdükdə, bütün elmlərin gözləri qarşısında məskən saldığı bir insan gördüm, o onlardan istədiyini alırdı və istədiyini də tərk edərdi." ("Saleh əl-Fəuzan, "Məşəhir əl-Mucəddidin", s: 26) və bu sözlərindən sonra ona belə söyləmişdir: "Vallahi, mən inanmıram ki, sənin bənzərin olan biriləri sağ qalmışdır." (əl-Bidayə van-Nihayə, 14/27, bax, eləcədə: "Zail alə Tabaqat əl-Hənəbilə", 2/392, İbn Racəb) Qadilər qadisi İbn əl-Hururi deyir: "Əgər İbn Teymiyyə Şeyx al-İslam deyildirsə, o zaman kimdir?" (Həyət Şeyxul-İslam, s:26) Əş-Şeyx Mulla Ali əl-Qari söyləyir: ""Mədaricus-Salikin" (İbnulQayyim) kitabını araşdıran biri üçün aydın olar ki, bu iki şəxs (İbn Teymiyyə və İbnul-Qayyim) Əhli-Sünnət val-Cəmaatın ən böyüklərindəndirlər və bu ümmətin övliyalarıdırlar." ("Mirqat əl-Məfatih", 8/251-252) Muhamməd ibn Abdul Bərr əs-Subki söyləyir: "Vallahi, İbn Teymiyyəyə haqqı bildikdən sonra ondan üz döndərən cahil və şəhvətlər sahibi birisindən başqası nifrət etməz." ("Raddul-Vafir", s: 95)
  6. Samir Aliyev

    Ibni Tymiyye Kimdir?

    O, müctəhid və öz dövrünün mücəddidi olmuşdur, Əhməd ibn Abdulhəlim ibn Abdussalam ibn Abdullah ibn Əbu Qasim ibn Teymiyyə əl-Harrani Təqiuddin Əbu əl-Abbas ibn Şihəbuddin. O bidətlərin və küfrün yayıldığı bir dövrdə iman bayrağını və Əhli-Sünnət anlayışını qaldırdı. İbn Teymiyyə bidət və təhriflərə qarşı şiddətli mübarizə səbəbi ilə müxaliflərinin gözündə bir düşmənə çevrilmişdi və bu zat haqqında düşmənləri bacardıqları qədər yalanlar yaymaqda heç yorulmadılar. Əl-Hafiz əl-Bəzzar, İbn Teymiyyənin müxaliflərini təsvir edərək deyir: “…sən ona (İbn Teymiyyə) müxalif olan, (insanları) ondan uzaqlaşdırmağa çalışan, ona nifrət edən alimlər içində dünya mallarını toplamaqda ən həris, onları tələbdə ən hiyləgər, ən riyakar, şöhrətə ən həvəskar və yalançılar içində ən məhsuldarı olanlardan başqalarını görə bilməzsən.” (əl-Bəzzar, “əl-Aləm əl-Uliyyəh”, s: 82) İbn Teymiyyəni öz dövründə və ondan sonra bir çox alimlər elminə, zühdünə, təqvasına və sələfin yoluna bağlılığına görə mədh etmişdir. Bu tərif və mədhlərin bir çoxunu Şeyx əl-Hafiz ibn Nəsiruddin tərəfindən “Raddul-Vafir” kitabında toplanmışdır və İbn Teymiyyəyə “şeyxul-islam” adını aid etməyin küfr olduğunu dilinə gətirənlərə rəddiyədir. İmam əl-Hafiz əz-Zəhəbi deyir: “Onun ixtilaflı məsələlər haqqında rəyləri zikr etməsi və dəlilləri qeyd etdikdən sonra güclü rəyi müəyyən etməsi möhtəşəmdir və o ictihad etmək şərtlərini ödədiyi üçün bir müctəhiddir. Mən müəyyən bir məsələ barədə içindən hökm çıxarılan bir ayəni belə tezliklə yada salan və nəssləri onların mənbələrinə istinad ilə belə güclü hifz edən birini görmədim. Sünnət onun gözlərinin qarşısında və dilinin ucunda bəlağətli ifadələrdə və açıq bir görüntü halında idi. O təfsirdə və onun bəyanında Allahın əlamətlərindən bir əlamət idi. Dinin əsasında və ixtilaflı məsələlər barəsində onun tayı yox idi, bununla bərabər səxavət və cəsarət onda idi, nəfslərin həzzlərindən uzaq idi. Onun müxtəlif elmlərdə verdiyi fətvalar bəlkə də 300 cildə çatmışdır, bəlkə də daha çox və o, ona qarşı yönəldilmiş ittihamlara baxmayaraq həmişə Allah rızası üçün haqqı söyləmişdir... O ağ dərili, qara saçlı və saqqalında bir neçə ağ tük olan qara saqqallı idi. Onun saçları qulaq uclarına qədər tökülərdi. Onun gözləri bəlağətləri dillər idi, geniş çiyinləri və yüksək, aydın səsi ilə sürətli qiraəti var idi. O tez qəzəblənərdi, lakin tez də səbr və ehtiyat ilə özünü ələ alardı... O, namazlarını və oruclarını hifz edərdi, əhkamları zahirən və batinən ucaldardı. O, kasıb fəhm ilə fətva vermədi, çünki o güclü zəka sahibi idi, və elmsizlikdən də fətva vermədi, çünki o, aşıb-daşan bir okean idi. O, din ilə də xəfif davranmazdı, əksinə Quran, Sünnət və qiyasa əsasən hökm verərdi, dəlilləri sələfə tabe olaraq qəbul edərdi və hökm verərdi. Əgər xəta edibsə bir savabı, haqqa isabət edibsə iki savab qazanmışdır." (İbn Hacər əl-Əsqalani, "əd-Durər əl-Kəminəh", İbn Teymiyyənin həyatı) İbn Hacər əl-Əsqalani dedi: "Şeyxlərimizin şeyxi, əl-Hafiz Əbu əl-Yu'məri (İbn Seyyid ən-Nəs) özünün İbn Teymiyyə haqqında yazdığı bioqrafiyasında deyir: Əl-Mizzi məndən Şeyxul-İslam Taqiuddin haqqında rəyimi soruşmaqla təkid etdi. Mən onu sahib olduğu elmlərdə səadətə qovuşmuş biri kimi tanıdım. O sünən və əsərləri tamamilə hifz edərdi və onları tətbiq edərdi. Təfsir elmindən danışarkən bayrağını əlində .rardı, fiqhdə hökm verərkən onun hüdudunu bilərdi. Hədis elmindən danışarsa, bu elmin əhlindən idi və bütün xəbərləri bilərdi. Din və firqələr haqqında dərs verərkən, ondan daha əhatəli və detallı elmə sahib birisi seçilməzdi, o hər bir elmdə öz dövrünün alimlərini üstələdi, sən onun kimi başqa bir alimi görə bilməzsən, heç onun öz gözləri özü kimi bir alim görmədi..." (İbn Hacər əl-Əsqalani, "əd-Durər əl-Kəminəh", İbn Teymiyyənin həyatı)
  7. Şeyhləri Mufid "Əvail maqalat" kitabında deyib: Üz səifə Mətn. Rəcət, bə`da və Quran təlifi haqqında. əl-İmamiyyə firqəsi, Qiyamət günündən əvvəl ölülərdən dünyaya geri dönməyin mütləq olması üzərində ittifaq etmişdir. Hətta onların arasında rucunun dəqiq mənasında ixtilaf olsa da, onun ümumi anlayışı üzərində ittifaq ediblər. Mətn. Bəda ləfzi ALLAHu Təalənin vəsfi haqqındadır, bu, eşitmək sifəti barədə olsa da, burada heç bir bənzətmə edilməz. (İmamilər) İttifaq etmişlər ki, zəlalət imamları Quranın bir çox əmirlərinə müxalifət etmişlər və Qurandakı ayələrin və peyğəmbərin sünnətinin tələblərini tərk ediblər Mutəzilə, Xaricilər, Zeydiyyə, Murciə və Hədis əhli bütün bu saydıqlarımızın hamısında İmamiyyə firqəsinə müxalifətdə icma ediblər. Mətn. Quranın yazılması barədə və qrupların oradakı əlavələr və nöqsanlar barədəki etiqadı Deyirem: Qurandakı ixtilaf və sonradan zalımların orada etdikləri düşürmələr və nöqsanlar barədə Muhamməd ailəsindən olan hidayət imamlarından gələn xəbərlər mütəvatir olaraq gəlmişdir."
  8. Samir Aliyev

    Sehabeler

    Sizin boş kopi-peystlərinizi sildim və sizə xəbərdarlıq edirəm ki, bunu bir daha təkrarlamayasınız. Bu forumdu, burda hərə öz fikrini bildirir. Sözünüz və ya sübutunuz varsa yazın, daha bilmədiyiniz şeyləri kopya edib sübut kimi burada yerləşdirməyin! Gələn dəfə reytinqinizi artıracam!
  9. Maidə-67 ayəsinin harda nazil olmasi baradə hədis və ya təfsir alimlərinin rəylərini bizə mümkünsə yazin.
  10. Maidə-67 ayəsinin harda nazil olmasi baradə hədis və ya təfsir alimlərinin rəylərini bizə mümkünsə yazin.
  11. Maidə-67 ayəsinin harda nazil olmasi baradə hədis və ya təfsir alimlərinin rəylərini bizə mümkünsə yazin.
  12. Eger sen bu kitabi oxusan çox suala özün cavab t. bilersen.Orda ki,her şey delili ve isnadi ile yazilib. http://d-sunnah.nm.ru/LICO%20SHIIZMA1.pdf
  13. İbn Faris «Məqayis əl-luğa» kitabında: «Ərəbcə ət-təəhhul sözünün evlənmək mə'nasında işlən¬diyini, kişinin əhli onun arvadına və ona ən yaxın insanlara, evin əhli onun sakinlərinə, islam əhli onu qəbul edib Allah-təalanın qoyduğu qayda-qanunlara əməl edən insanlara» – deyildiyini bildirir. (Яр-Раьиб ял-Исфащани. «ял-Муфрадат фи ьариб ял-Гур'ан», сящ.29.) Dilçi alim ər-Rağib əl-İsfahaninin bu məsələyə münasibəti belədir: «Kişinin əhli onun qohumlarına və onunla eyni dində olan insanlara deyilir. Həmçinin bu, sənətləri eyni olan, bir evdə və ya ölkədə yaşayan insanlara da aiddir. Əslində isə kişinin əhli onunla bir yerdə yaşayan şəxslərdir. Sonralar bu mə'na daha da genişlənərək aralarında qohumluq əlaqəsi olan insanlara da şamil edilmişdir. Qeyd edək ki, Qur'anın «əl-Əhzab» surəsinin 33-cu ayəsinə görə Əhli-beyt deyildikdə peyğəmbərin ailəsi nəzərdə tutulur. Həmin ayədə deyilir: "…Ey əhli-beyt! Allah sizdən çirkinliyi yox etmək və sizi tərtəmiz (pak) etmək istər" («əl-Əhzab», 33). Beləliklə, kişinin əhli dedikdə zövcəsi, islam əhli dedikdə isə onun qayda-qanunlarına əməl edən insanlar nəzərdə tutulur. Sonra o bildirir ki, ərəbcə, kişi evlənərsə ona ailə sahibi oldu deyilir və birinə Allah-təala səni Cənnətdə evləndirsin dedikdə həmin mə'na nəzərdə tutulur». İbn Manzurun «Lisən əl-arab» kitabında qeyd edilir ki, «Məzhəb əhli onun ardıcıllarına, islam əhli onun qayda-qanunlarına əməl edənlərə, əmr əhli hakimlərə, ev əhli onun sakinlərinə, kişinin əhli ona ən yaxın insanlara deyilir və Peyğəmbərin (s.) Əhli-beyti onun zövcələri, qızları və kürəkəni Əlidir. Peyğəmbərin Əhli-beytinin yalnız onun zövcə¬lərindən ibarət olduğu da nəql edilmişdir. Sonra o bildirir ki, ərəb dilində «ət-təəhhul» sözü evlənmək mə'nasında işlədilir və arvadı, uşaq¬ları olan kişiyə «əhil», evlənməyən şəxsə «azəb», kişiyə ən yaxın insanlara onun əhli, Allah-təalaya və peyğəm¬bərinə yaxın olan insanlara isə övliyalar deyilir». ( Ибн Манзур. «Лисян ял-араб», ж.11, с.29-30.) «Təc əl-arus» kitabında bu məsələ ilə bağlı deyilir ki, «Məzhəb əhli onu qəbul edib inanan insanlar, kişinin əhli zövcəsi və övladlarıdır. Qur'anın «əl-Qəsəs» surəsinin 29-cu ayəsində də həmin bu mə'na nəzərdə tutulur. Bu ayədə belə qeyd olunur: "Musa (onillik xidmət) müddətini başa vurub ailəsi ilə birlikdə (Misirə tərəf) yola çıxdığı zaman Tur dağı tərəfdə bir od gördü…". («Əl-Qəsəs», 29) Ayədəki ailə sözü ilə Musa peyğəmbərin zövcəsinə işarə olunur. Məhəmməd peyğəmbərin əhli dedikdə də onun zövcələri, qızları və kürəkəni Əli (Allah ondan razı olsun!) qəsd olunur. Həmçinin onun əhlinin ona yaxın kişi qohumlarını, nəvələrini əhatə etdiyi də qeyd olunmuşdur. Aşağıdakı ayələrdə də yuxarıda qeyd etdiyimiz mə'na nəzərdə tutulur. Allah-təala Qur'anda buyurur: «Əhlinə namaz qılmağı əmr et, özün də ona (namaza) səbrlə davam et» («Taha», 132). Digər Qur'an ayəsində isə belə deyilir: «…Ey Əhli-beyt! Allah sizdən çirkinliyi yox etmək və sizi tərtəmiz (pak) etmək istər» («əl-Əhzab», 33). Başqa bir ayədə Allah-təala buyurur: «… Ey ev əhli! Allahın mərhəməti və bərəkəti sizin üstünüzdə olsun…» («Hud», 73). Beləliklə hər peyğəmbərin əhli onun ümməti və millətidir. Allah-təala Qur'anda buyurur: «O öz ümmətinə namaz qılmağı, zəkat verməyi əmr edirdi…» («Məryəm», 55). Ayədə İsmayıl peyğəmbərdən bəhs edilir və oradakı «əhl» sözü yuxarıda qeyd etdiyimiz mə'nanı ifadə edir. Həmçinin «əl-Misbah əl-munir» kitabında bu məsələ ilə bağlı deyilir: «Kişinin əhli onun qadın¬larına, ev əhlinə və tərəfdarlarına deyilir». Bununla da dilçi alimlərin qeyd etdiyi dəlil¬lərdən peyğəmbərin (s.) Əhli-beyti dedikdə kimlərin nəzərdə tutulduğu bizə aydın oldu. Beləliklə, peyğəm¬bərin (s) Əhli-beytinə onun zövcələri, sonra uşaqları və qohumlar daxildir. Qur'anda bir neçə yerdə bu mə'naya işarə olunmuşdur. Allah-təala Qur'anda Xəli¬lullah İbrahim peyğəmbərin hekayətində mələklərin onun yanına müjdə ilə gəlməsindən bəhs edərkən buyurur: «(İbrahimin) arvadı (Sara pərdə arxasında) dur¬muşdu (və ya qonaqlara qulluq edirdi). O (bu sözləri eşidib Lut tayfasının başına gələcək müsibətdən qafil olduğuna sevinərək və ya qoca yaşında oğlu olacağına təəccüblənərək) güldü. Bundan sonra Biz onu İshaqla, İshaqın ardınca Yə'qubla (İshaqın, ondan sonra Yə'qubun dünyaya gələcəyi ilə) müjdə¬lədik. (İbrahimin arvadı) dedi: "Vay halıma! Mən qoca bir qarı, bu ərim də ixtiyar bir kişi olduğu halda, mən necə doğa bilərəm?! Bu çox təəccüblü bir şeydir!"» («Hud», 71-72). Bu ayələrin davamı olan, yuxarıda göstərdiyimiz «Hud» surəsinin 73-cü ayəsində qeyd olunan Əhli-beyt ifadəsində də İbrahim peyğəmbərin (ə) zövcəsi nəzərdə tutulur. Həmçinin Allah-təala Qur'anda Musa peyğəmbər (ə) haqqında danışarkən buyurur: «Musa (onillik xidmət) müddətini başa vurub ailəsi ilə birlikdə (Misirə tərəf) yola çıxdığı zaman Tur dağı tərəfdə bir od gördü. O, ailəsinə dedi: "Siz (mən qayıdanadək burada) durun. Mən bir od gördüm…"» («əl-Qəsəs», 29). Bu ayədə də Əhli-beyt dedikdə Musa peyğəmbərin (ə) həyat yoldaşı nəzərdə tutulur. Çünki, həmin vaxt Musa peyğəmbərin (ə) yanında həyat yoldaşından başqa heç kim yox idi. Bundan əlavə Qur'anda peyğəmbərin (s) zövcələrinə xitabən Əhli-beyt ifadəsi işlədilir. Allah-təala Qur'anda buyurur: «Evlərinizdə qərar tutun. İlkin Cahiliyyət döv¬ründəki kimi açıq-saçıq olmayın. (Bər-bəzəyinizi taxaraq evdən çıxıb özünüzü, gözəlliyinizi yad kişi¬lərə göstərməyin!) Namaz qılın, zəkat verin, Allaha və Rəsuluna itaət edin. Siz ey (Peyğəmbərin) ev əhli! Allah sizdən çirkinliyi yox etmək və sizi tərtəmiz (pak) etmək istər! Allahın evlərinizdə oxunan ayələ¬rini (Qur'anı) və Hikməti (Peyğəmbərin qoyduğu qayda-qanunu) xatırlayın. Allah (mö'minlərə) lütf¬kardır, (bəndələrinin bütün əməllərindən) xəbər¬dardır!» («əl-Əhzab», 33-34). Qur'an elmləri haqqında azacıq mə'lumata malik olan insan ayədə qeyd olunan Əhli-beyt ifadəsinin peyğəmbərin (s) zövcələrinə aid olduğunu başa düşər. Çünki ayənin əvvəlindəki "vaqarnə" (evlərinizdə qərar tutun) sözü, ondan əvvəl və sonra gələn ayələrin mö'minlərin analarına (Allah onlardan razı olsun!) xitabən deyildiyinə dəlalət edir. Təfsir alimi əl-Qurtubi öz kitabında bu ayənin mə'nasını belə şərh edir: «Ayədən aydın olur ki, Əhli-beyt anlamı peyğəmbərin (s) zövcələrini və ona yaxın digər insanları əhatə edir. "Yutahhirakum" fe'linin kişi cin¬sində işlədilməsi peyğəmbərin (s), Əli, Həsən və Hüseynin Əhli-beytdən olmasından irəli gəlir. Çünki, ərəb dilində kişi və qadına birlikdə müraciət edildiyi zaman fe'l kişi cinsində işlə¬dilir. Ayənin mə'nasından aydın olur ki, peyğəmbərin (s) zövcələri onun Əhli-beytindən sayılırlar. Ona görə ki, bu ayə onlar haqqında nazil olub və onlardan bəhs edir. Dediklərimizi ayənin mə'nası da təsdiq¬ləyir!»
  14. Ehl-i beyt kavramını daha geniş tutmak isteyen bazı alimler, ayette geçen Ehl-i beyt'ten muradın Kureyş'in Beni Haşim kolunun hepsidir demişlerdir. Buna delil olarak da Zeyd b. Erkam'dan gelen bir rivayet gösterilmektedir. Nitekim bu rivayette Rasulullah (s.a.v.)'in şöyle dediği bildirilmiştir: ''Haberiniz olsun ben size iki ağırlık (sekaleyn) bırakıyorum. Bunlardan biri Allah Teala'nın kitabıdır. O, Allah'ın ipi olup kim ona tutunursa hidayet üzere olur, kim de onu terk ederse dalalete düşer. İkincisi ise, ''Itretim Ehl-i beyt'imdir.'' (Hadisin ravileri dediler ki): biz, Zeyd b. Erkam'a sorduk: ''Peygamberin hanımları da Ehl-i beyt'ten midir?'' Zeyd: ''Hayır dedi, Allah'a yemin olsun, kadın bir müddet erkeklerle birlikte olur, sonra kocası onu boşar, o da babasına ve kavmine döner. Rasulullah'ın Ehl-i beyt'i; aslı ve kendisinden sonra sadaka haram olan asebesidir.'' (Müslim, Fedailu's-Sahabe, 36; Hazin, a.g.e., c.V, s.380). Bu hadis-i şerifin Zeyd b. Erkam'dan başka tarikle gelen rivayetinde Peygamber efendimizin şöyle buyurduğu haber verilmiştir: ''Şüphesiz ben size iki önemli şey bırakıyorum. Bunlardan birincisi Allah'ın kitabı Kur'an-ı Kerim'dir ki onda hidayet ve nur vardır. O'nu ittihaz ediniz ve O'na uyunuz. İkincisi de benim Ehl-i beyt'imdir. O halde Ehl-i beyt'imi gözetiniz, Ehl-i beyt'imi gözetiniz.'' Ravilerden biri olan Hüseyn, Zeyd'e dedi ki: ''Ey Zeyd, Peygamberin hanımları Ehl-i beyt'inden değiller mi? Zeyd, bu soruya şöyle cevap verdi: ''Kadınları da Ehl-i beyt'indendir. Lakin (asıl) Ehl-i beyt, kendilerine zekat haram olanlardır.'' Huseyn tekrar: ''Peki bunlar kimlerdir? diye sordu. Zeyd ise cevaben: ''Bunlar: Âl-i Ali, Âl-i Ukayl, Âli Ca'fer ve Âl-i Abbas'tır'' dedi. (Müslim, Fedailu's-Sahabe, 36; Hazin, a.g.e., c.V, s.380.) Bir rivayette anlatıldığına göre, Peygamberimiz Zeynep ile evlendiği gün, bütün hanımlarının odalarını dolaşmış ve her birine: ''Allah'ın selamı üzerinize olsun ey Ehl-i beyt!'' diye taltif ederek buyurmuşlardır. (Buhari, İmam-ı Abdillah Muhammed b. İsmail, el-Camiu's-Sahih, Tefsir, 33,) Hz. Peygamber (s.a.v.)'in hanımlarına ''Ey Ehl-i beyt'' diye hitap etmesi hanımlarının Ehl-i beyt'ten olduğunun bariz bir delili olarak görülmüştür. Başta İbn Abbas, Buhari, İbn Ebi Hatim, İbn Asakir, İkrime, el-Kelbi, Mukatil b. Süleyman, Said b. Cübeyr gibi tefsir ve hadis ilminin önderleri bu ayetin zahiri anlamını dikkate alarak; ''Ehl-i beyt kapsamına sadece Peygamberin zevceleri girer ve ayetten geçen ''beyt''ten maksat, Peygamberin zevcelerinin mesken edindikleri evdir'' demişlerdir. (''Ehl-i beyt'' md., DİA, c.X, s.498; Canan, a.g.e., c.XIII; s.54.) Bütün bu rivayetlerin ve görüşlerin mesnedleri sahih hadis nakilleri olduğuna göre, bu görüşlerin hepsini bir arada düşünerek Ehl-i beyt'in bu rivayetlerde ifade edilenlerin hepsine şamil olduğunu söylemek daha uygun ve daha ihtiyatlı olacaktır. Bu çerçevede Ehl-i beyt, Hz. Peygamber (s.a.v.)'in: a) Bütün hanımları, b) Kızı Hz. Fatıma, c) Torunları, d) Amcası Hz. Abbas ve amcazadeleri Hz. Ali, Ukayl ve Ca'fer'in ailelerinden ibaret olduğunu kabul etmek gerekir.
  15. Men eslinde size 2-ci postda gisa da olsa bu haggda yazdim.Siz nedense ancag görmek istediyinizi görürsüz,diger deliller sizin üçün maragli deyil.Bu sizin inadkar oldugunuzun göstericisidir.Zeyd(r.a) hedisi Peyğəmbərin (s.a.s) zövcələrinin ümumən, Əli, Aqil, Cəfər və Abbasın ailələrinin (Allah onlardan razı olsun!) isə xüsusi olaraq əhli-beytə daxil olmasından irəli gəlir. Sual yarana bilər ki, peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) öz əbası ilə Əli, Fatimə, Həsən və Hüseyni (Allah onlardan razı olsun!) örtmüşsə, sonrakı nəsil peyğəmbərin vaxtında yaşamadığı halda həmin hadisədə (əba altına salınma) olmayıblarsa, əhli-beytə necə daxil edildilər? Belə izah etmək olar ki, Peyğəmbərin (s.a.s) öz əbasının altına yalnız Əli, Fatimə, Həsən və Hüseynin (Allah onlardan razı olsun!) salınmasına baxmayaraq sonrakı nəsillərində əhli beytə aid edilməsinə səbəb onların Əlinin ailəsi və ata tərəfdən yaxın olmalarıdır. Bu onu göstərir ki, əhli-beytə yalnız Əli, Fatimə, Həsən və Hüseyn (Allah onlardan razı olsun!) daxil deyil. Ixtilafın araşdırılmasını "sədəqə kimlərə verilməlidir" yönümündən də .rsaq müəyyən təzadları görmək olar. Şübhə yoxdur ki, hər bir kişinin arvadı boşanmayıbsa o, onun ailəsinin üzvüdür. Lakin peyğəmbərin arvadları boşanmış olarsa başqa kişilərə onlarla evlənmək haramdır: (Əhzab 6) Hədisdə peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı salamı olsun!) bizə tərk etdiyi ikinci əmanət əhli-beytidir. Əhli-beytinə yardım etmək, onları "zəkat malı alan" vəziyyətə salmamaq hədisin qayəsidir. Bu hədislər və onların şərhləri göstərir ki, "ev əhlinə kimlər daxildir" sualının cavabı belədir: Peyğəmbərin (s.a.s) zövcələri, Əlinin, Aqilin, Cəfərin, Abbasın ailələri (Allah onlardan razı olsun!) onun ev əhlinə daxildir. Daha sonra bu hədisi öz əsassız iddialarına dəlil kimi qəbul edənlərdən soruşmaq lazımdır. Zeyd bin Ərqamın bu sözü barədə nə deyirsiniz? Soruşdu: "Onlar kimlərdir?" Dedi: "Onlar Alinin ailəsi, Aqilin ailəsi, Cəfərin ailəsi və Abbasın ailəsidir." Soruşdular: "Bunların hamısına sədəqə haramdır?" Dedi: "Bəli!" O zaman bu sual yerindədir: Məgər siz Aqil, Abbas və cəfərin ailələrini də bu sıraya daxil edirsizmi? Əgər sizə görə Əhli Beyt 5 nəfərdirsə,hansi əsasla digər imamlari da Əhli Beytdən hesab edirsiz? Siz ey Peyğəmbərin zövcələri!</FONT> Sizdən hansı biriniz açıq-aşkar bir çirkin iş görsə, onun əzabı ikiqat olar. Bu, Allah üçün asandır! Sizdən hər kim Allaha və Rəsuluna itaət edib yaxşı işlər görsə, onun mükafatını ikiqat verərik. Biz onun üçün tükənməz ruzi hazırlamışıq. Siz ey Peyğəmbərin zövcələri! Allahdan qorxacağınız təqdirdə siz qadınların heç biri kimi deyilsiniz. Buna görə də yumşaq danışmayın, yoxsa qəlbində mərəz olan tamaha düşər. (Danışdığınız zaman) gözəl danışın! Evlərinizdə qərar tutun. İlkin Cahiliyyat dövründəki kimi açıq-saçıq olmayın. Namaz qılın, zəkat verin, Allaha və Rəsuluna itaət edin. Ey əhli-beyt! Allah sizdən çirkinliyi yox etmək və sizi tərtəmiz etmək istər! Bu ayədə və ayələrdə Allahın peyğəmbərin, salləllahu aleyhi va səlləm, zövcələrinə xitab etməsi heç kəsdən gizli deyil. Hətta şiə alimi Məclisi də bunu etiraf edir: فلعل آية التطهير أيضا وضعوها في موضع زعموا أنها تناسبه أو أدخلوها في سياق</B> مخاطبة الزوجات لبعض مصالحهم الدنيوية وقد ظهر من الأخبار عدم ارتباطهن بقصتهن فالاعتماد في هذا على النظم والترتيب ظاهر البطلان ولو سلم عدم التغيير في الترتيب فنقول سيأتي أخبار مستفيضة بأنه سقط في القرآن آيات كثيرة فلعله سقط مما قبل الآية وما بعدها آيات لو ثبتت لم يفت الربط الظاهري "</FONT> "Ola bilsin ki, təthir ayələrini eləcədə bəzi dünyəvi maraqlara görə, bu ayənin zövcələrə də xitab edilən bir məzmunda olduğunu iddia etmək üçün ora daxil ediblər. Gələn xəbərlərə görə onların qəsdləri ilə irtibatı olmadığı və ayələrin nizam və tərtibinə etimad olunmadığı və bunun zahirinin batil olduğunu göstərir. Əgər hətta tərtibdə bir dəyişiklik olmasa da, deyirik ki, irəlidə saysız xəbərlər gələcək ki, Qurandan çoxlu ayə çıxarılmışdır. Ola bilsin ki, ayədən əvvəl və sonrakı ayələr çıxarılmışdır, bu sabit olsa belə, zahiri ilə əlaqəsi itir..." "Bihər əl-Ənvar", 35/24
  16. Siz ancag görmək istədiyiniz və şərhinə məhəl goymadan bir hədisə əsasən özünüz nəyəsə hökm verirsiz. Ibn Abbas, Ikrimə, Miqatil, Səid bin Cübeyr (Allah onlardan razı olsun!) kimi böyük səhabələrə görə əhli-beytə Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) arvadları daxildir. Çünki əl-Əhzab surəsinin 28-34-cü ayələrində müraciət peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) zövcələrinə edilir: "YA PEYĞƏMBƏR! ARVADLARINA BELƏ DE: "ƏGƏR SIZ DÜNYA HƏYATINI VƏ ONUN DƏBDƏBƏSINI ISTƏYIRSINIZSƏ, GƏLIN SIZƏ TALAQ HAQQINIZI VERIM VƏ GÖZƏL BIR TƏRZDƏ BOŞAYIM! YOX, ƏGƏR ALLAHI, ONUN RƏSULUNU VƏ AXIRƏT YURDUNU ISTƏYIRSINIZSƏ, ALLAH IÇƏRINIZDƏN YAXŞI IŞLƏR GÖRƏNLƏR ÜÇÜN BÖYÜK BIR MÜKAFAT HAZIRLAMIŞDIR. SIZ EY PEYĞƏMBƏRIN ARVADLARI! SIZDƏN HANSI BIRINIZ AÇIQ-AŞKAR BIR ÇIRKIN IŞ GÖRSƏ, ONUN ƏZABI IKIQAT OLAR. BU, ALLAH ÜÇÜN ASANDIR! SIZDƏN HƏR KIM ALLAHA VƏ RƏSULUNA ITAƏT EDIB YAXŞI IŞLƏR GÖRSƏ, ONUN MÜKAFATINI IKIQAT VERƏRIK. BIZ ONUN ÜÇÜN TÜKƏNMƏZ GÖZƏL VƏ MINNƏTSIZ RUZI HAZIRLAMIŞIQ. SIZ EY PEYĞƏMBƏRIN ARVADLARI! ALLAHDAN QORXACAĞINIZ TƏQDIRDƏ SIZ (BAŞQA) QADINLARIN HEÇ BIRI KIMI DEYILSINIZ. BUNA GÖRƏ DƏ YAD KIŞILƏRLƏ YUMŞAQ DANIŞMAYIN, YOXSA QƏLBINDƏ MƏRƏZ (ŞƏKK, NIFAQ VƏ GÜNAH MƏRƏZI) OLAN TAMAHA (ÖZGƏ TƏMANANNAYA) DÜŞƏR. (DANIŞDIĞINIZ ZAMAN) GÖZƏL DANIŞIN. EVLƏRINIZDƏ QƏRAR TUTUN. ILKIN CAHILIYYƏT DÖVRÜNDƏKI KIMI AÇIQ-SAÇIQ OLMAYIN. NAMAZ QILIN, ZƏKAT VERIN, ALLAHA VƏ RƏSULUNA İTAƏT EDIN. SIZ EY EV ƏHLI! ALLAH SIZDƏN ÇIRKINLIYI YOX ETMƏK VƏ SIZI TƏRTƏMIZ, PAK ETMƏK ETMƏK ISTƏR! ALLAHIN EVLƏRINIZDƏ OXUNAN AYƏLƏRINI VƏ HIKMƏTI (PEYĞƏMBƏRIN QOYDUĞU QAYDA-QANUNU) XATIRLAYIN. ALLAH (MÖ'MINLƏRƏ) LÜTFKARDIR VƏ XƏBƏRDARDIR" (əl-Əhzab, 28-34). Bu ayələrdən görünür ki, "ev" deyildikdə Peyğəmbər və zövcələrinin yaşadığı məskənlər nəzərdə tutulur və müraciət arvadlaradır. Həmçinin Qur'anda başqa yerdə—Hud surəsinin 72-73-cü ayəsində: "(Ibrahimin arvadı): "Vay halıma! Mən qoca bir qarı, bu ərim də ixtiyar bir kişi olduğu halda mən necə doğa bilərəm?! Bu çox təəccüblü bir şeydir!" (Mələklər ona) dedilər: "Allahın əmrinə təəccübmü edirsən? Ey ev əhli! Allahın bərəkəti və mərhəməti üstündə olsun..."—deyilir. Burada da müraciət edilərkən, qadınlara xas olan "sizə" şəxs əvəzliyi kimi, "aleykunnə" əvəzinə "aleykum"—kişilərə müraciət forması işlədilir. Hətta ərəb dilində "keyfə əhlukə" (arvadın, ailən necədir?) sualına "hum bixeyr" (onlar yaxşıdır) kimi cavab verilir. "Hum" isə kişi cinsinə aid şəxs əvəzliyidir. Deməli, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) zövcələri əhli-beytə daxildirlər. Əgər müraciət forması kişilərədirsə, bəs Fatimə? Onda gərək Fatimə ev əhlinə daxil edilməsin.Yox, əgər Fatimənin əhli-beytə daxil edilməsinə səbəb onu Peyğəmbər öz əbasının altına salmasıdırsa, onda yalnız əba altına salınan 4 nəfər—Əli,Fatimə,Həsən və Hüseyn (Allah onlardan razı olsun!) əhli-beytə daxildirlər. Bu da doğru deyil. Çünki əhli-beyt məfhumu geniş olub, ora çoxları daxildir. Rasulullah(s.a.s) Zeynəb ilə evləndiyi günü bütün xanimlarinin otaglarini gəzərək və hər birinə "Allahin salami üzərinizə olsun ey Ehli Beyt" deyə müraciət etmişdi (Buxari,Camius- Sahih,Təfsir 33) Yezid bin Həyyan rəvayət edir: "Bir gün Hüseyn bin Səbrə və Amr bin Muslim ilə birlikdə Zeyd bin Ərqamın (Allah ondan razı olsun!) yanına getmişdik. Oturarkən Hüseyn, Zeyd bin Ərqama belə dedi: "Ey Zeyd, sən çox xeyirlə qarşılaşdın. Rəsulullahı (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) gördün, eşitdin, birlikdə döyüşlərdə oldun və arxasında namaz qıldın. Beləcə neçə xeyirli işlər sənə nəsib oldu. Rəsulullahdan (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) eşitdiklərindən danış. Dedi: "Ey qardaşımın oğlu, vallahi yaşlandım, aradan çox il keçib, Rəsulullahdan (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) eşitdiklərimdən bə'zilərinin unutmuşam. Indi rəvayət edəcəklərimi qəbul edin, susanda məcbur etməyin: —Məkkə və Mədinə arasında "Xum" adlanan yerdə Rəsulullah (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) bir bulaq başında xütbə verdi. Allaha həmd-səna etdikdən sonra belə buyurdu: "Ey insanlar! Mən ancaq bir bəşər övladıyam. Rəbbimin elçisinin gəlib ona cavab verəcəyim, qayıdacağım gün yaxınlaşır. Sizə iki ağır şey tərk edirəm. Birinci Allahın hidayət və nur olan kitabı Qur'andır. Allahın kitabını tutun və ondan möhkəm yapışın". Qur'an haqqında rəğbətləndirici sözləri söylədikdən sonra dedi: "Ikinci əhli beytimdir. Əhli beytim haqqında Allahdan qorxmağınızı, xəta etməməyinizi yadınızda saxlayın"—deyərək bunu 3 dəfə təkrarları. Hüseyn: "Ey Zeyd, əhli beyti kimdir? Zövcələri əhli beytdən deyilmi?"—deyərək soruşdu. Zeyd dedi: "Qadınları da əhli beytdəndir. Lakin, əhli-beyt özündən sonra sədəqə almaları haram olan kəslərdir" dedi. Onlar kimdir?—deyəndə: Zeyd dedi: "Əlinin ailəsi, Aqilin ailəsi, Cə'fərin ailəsi, Abbasın ailəsidir". Hüseyn: "Onların hamısına sədəqə haramdır" soruşanda, Zeyd: "Bəli" dedi" (Müslim; Kitabul- fadail, 2408). Sual yarana bilər ki, peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) öz əbası ilə Əli, Fatimə, Həsən və Hüseyni (Allah onlardan razı olsun!) örtmüşsə, sonrakı nəsil peyğəmbərin vaxtında yaşamadığı halda həmin hadisədə (əba altına salınma) olmayıblarsa, əhli-beytə necə daxil edildilər? Belə izah etmək olar ki, peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) öz əbasının altına yalnız Əli, Fatimə, Həsən və Hüseynin (Allah onlardan razı olsun!) salınmasına baxmayaraq sonrakı nəsillərində əhli beytə aid edilməsinə səbəb onların Əlinin ailəsi və ata tərəfdən yaxın olmalarıdır. Bu onu göstərir ki, əhli-beytə yalnız Əli, Fatimə, Həsən və Hüseyn (Allah onlardan razı olsun!) daxil deyil. Bu və buna bənzər hədisləri və təfsir alimlərinin rəylərinə görə Rasulullah(s.a.s) zövcələri, Əlinin, Aqilin, Cəfərin, Abbasın ailələri (Allah onlardan razı olsun!) onun ev əhlinə daxildir.
×
×
  • Создать...