Перейти к содержимому
Скоро Конкурс!!! Торопитесь!!! ×

Abu Sufyan ordusu

Members
  • Публикации

    671
  • Зарегистрирован

  • Посещение

Все публикации пользователя Abu Sufyan ordusu

  1. Imam ve diger keramet sahibleri quran nazil olandan sonra dunyaya geldikleri uchun onlarin adlari tebii ki, Quranda oz eksini tapmayibdir. Bashqa sheyi demirem meger 124 000 peyqemberin hamisinin adi Quranda oz eksini tapib? Quranda imam ve sevimli bendelerin xususiyyetlerini ALLAH bize achiqlayib. Daha bundan artiq bize ne lazimdir ki,? Nece deyerler "dustur" verilib hesablama bizim boynumuza.
  2. exlaq ve elm kimliyinden asili olmayaraq gozeldir. ALLAH bizi bu nemetlerle mukafatlandirsin. Ali a.s. o sadaladiqlarin shexslere yox islama ve muselmanlara yardim ve xidmet edirdi. Ve bu da tebiidir. Chunki onun imam kimi ohdesine dushen de ele bu idi. Hakimiyyet meselesi ikinci dereceli mesele idi. Islamda da hakimiyyetin meqsedi indi basha dushunulen kimi milyonlara sahib olmaq, menemlik gostermek (bu bir menevi xestelikdir) deyil islama ve muselmanlara xidmet etmeklikdir. Ali a.s. da ele mehz bununla meshqul idi, hakimiyyetde olsa da olmasa da imam kimi oz vezifesini yerine yetirirdi. \"Murted\" adlandirdiqlarin zahirde muselman olduqlari uchun Ali a.s. onlar ile zahirde muselman muamilesi edirdi. Onlarin qarshisinda bezen susmaqi zamanin ve sheraitin telebi idi, onlara olan sevgi ve ehtiramin tezahuru deyildi, esl imamliq ve ummete qayqinin tezahuru idi. Nece deyeller \"ehemm-muhumm\" meselesi idi. Sadaladiqin shexslere munasibetini ise \"nehcul-belaqe\" kitabinda oz eksini tapmish xitbe ve mektublarinda t. bilersen, daha zalim hokmdarlarin vaxtinda sifarish ile uydurulmush hedislerde yox.
  3. Buyurun! Sual vermek sizin haqqinizdir ve kiminse bu suali "qlupost" adlandirmaqi duzgun deyil. meni bir "znayushiy" sanmayin sadece elimden geleni esirgememeye chalishdim. Siz ozunuz buyurduqunuz kimi ateist deyilsiniz. Hami ALLAHa bacardiqi kimi inanir ve sizde mustesna deyilsiniz. Namaz qilmaq, oruc tutmaq uchun ve s. siz evvelce islam dininin esaslarina iman etmelisiniz. Teessuf ki, insan buna oturduqu yerde nail olmur. Imanin rusheymleri insanin qelbinde movcuddur. ALLAH taala oz kitabinda buyurur men sizleri muselman olaraq (yeni ALLAHA teslim olmush)yaratdim, sonradan xarici muhitin (ata, ana, millet, yashadiqi erazi, dostlar, ve s.) tesiri netcesinde siz insanlar hereniz bir yolun yolchusu olursunuz. Biz insanlarin uzerine dushen qelbimizdeki imani inkishaf etdirmekdir. Bunun da ferdlerden asili olaraq muxtelif yollari movcuddur. Birincisi insan bunu semimi qelbden istemelidir. En azindan ALLAHa dua edib ozunun duz yola hidayet olunmaqini istemelidir. Sonraki etaplar muxtelifdir. Muxtelif insanlarda iman muxtelif yollarla guclenir. Mes: Imanli, exlaqli, savadli shexslerle oturub-durmaqla, dinin esaslari barede muxtelif edebiyyatlari mutalie etmekle, mocuzelerle, yaradilishda tefekkur etmekle ve s. Uzun sozun qisasi insan imani uzerinde doqru olan metodlardan istifade ederek (yeri gelmishken bu metodlar Quranda sadalanir) chalishmalidir ki, o, guclensin. Namaz, oruc ve s. kimi dini vacibatlar bu yolda muselmana destek verir. Biz hamimiz bu ve ya diger formada gunah edirik siz yene de mustesna deyilsiniz. Ancaq ALLAHa imanin mertebeleri var. Sizin ALLAHa imaniniz ashaqi mertebelerden sayilir. madam ki, siz aqilli ve savadlisiniz ve bu nemeti de size ALLAh eta edibdir neye gore "vera"nizi guclendirib onde gedenlerden olmayasiniz? Bu "vera"ni ALLAHin buyurduqu emellerle guclendirmeyesiniz? sizin ALLAHA olan inam ve sevginiz ve ALLAhin size olan rehmet ve sevgisi neye gore artmasin? Bu sizin iradeye baqlidir. Yeter ki, bunu ALLAH buyurduqu yollarla edesiniz mehdud aqlimizin derk etdiyi yollarla yox. Chun aqlimizla heyatda chox sehvlere yol veririk. Ancaq ALLAHin buyurduqu yol (din) bizi sehve .rmaz. Chun her sheyin doqrusunu bilen yalniz odur. ALLAH her yerdedir. Yalniz yuxarida soylediyim kimi biz azmamaq uchun ALLAHin bize buyurduqu yol ve metodlardan istifade etmeliyik. ALLAHin yer uzunde en muasir ve insanlarin tesirine az meruz qalmish dini "Islam" dinidir. Islamin ve muselmanlarin olduqu yer ise mescidler ve heqiqi ziyaretgahlardir. Bele deyek mescidlerde sizin ALLAHa yaxinlashma shansiniz daha boyukdur. Neyse bu uzun meseledir.......... o ki, qaldi "ne sablyudat" meselesine insan oz evine, mektebe, universitete ishe, cemiyyet arasina ve s. getdiyi halda bele mueyyen normalara riayet edir. Hemchinin ALLAhin evine (mescide) getmeyin de bir normalari (edebi) var. ALLAHin varliqina inanmaq artiq muselmanchiliqa atilmish ilk addimdir. Sonrasi ise senden asilidir. madam ki, muselman sayilmaq isteyirsiniz gerek Islamin esaslari ile tanish olasiniz ve emel edesiniz. ALLAH ozu sine komek olsun! inetde ve heyatda bu cur qehremanlar choxdur . burda teeccublu bir shey yoxdur. Insanlarin reaksiyalari muxtelif olur dindar olub olmamaqindan asili olmayaraq. Bu suala inshaALLAH ozunuzu "istenniy muselmanka" saydiqiniz zaman shexsen ozunuz cavab verersiniz. ALLAH sizi hidayet etsin!
  4. Sorushmaq ayib olmasin senin ozun hansi cebhede yer alirsan? Shiye Abu Bekr, Omer, Osman ......Emevi xelifeleri, Abbasiler ...........dinsiz turk sultanlari, xain fars shahlarinin ohdesinden geldikleri halda, bu gune geder yashayib fealiyyet gosterdikleri halda Qamet kimisinin tebliqati ile ezilerlermi? eksine Qamet kimiler Shiyelere elek, imtahan rolunu oynayir.
  5. Yusif suresi 63-66 ayeler. Yaqub peyqember ozu peyqember olduqu halda gozleri kor olmushdu ve ozune senin tebirinle desek komek etmemishdir. Amma oqlu Yusifin koyneyi ile ALLAHin izni ile shefa tapir. Yaxud Muhammad a.s. yehudi qadinin zeherlemesi neticesinde xestelik tapir ve vefat edir. Bes sence o neye gore ozune shefa dilemir?
  6. Dunya həyatı ilə Bərzəx həyatı arasında rabitə mövcuddur Qurani-kərimin ayələrindən və Rəsulullahdan (s) nəql olunmuş hədislərdən məlum olur ki, bərzəx aləmindəki həyatlа maddi dünya aləmində yaşayan insanlar arasında əlaqə vardır. Yəni maddi dünya aləmində yaşayan insanlar onları səsləyəndə bərzəх аləmində оlаnlаr eşidir və onlara bir şey haqqında sual verəndə və ya nə isə istəyəndə Qadir Allahın izni ilə cavab verirlər. 1. “Sonra onları şiddətli bir zəlzələ cənginə aldı və onlar evlərində üzü üstə düşüb həlak oldular. Saleh onlardan üz döndərib dedi: Ey mənim qövmüm, həqiqətən mən Rəbbimin risalətini sizə çatdırdım və sizə nəsihət verdim, lakin siz nəsihət edənləri sevmirsiniz” (Ə`raf, ayə 78,79) Əgər Allahın həlak etdiyi qövm eşitmirdilər bəs onda Saleh (ə) kiminlə danışıb onları məzəmmət edirdi? 2. Qurani-kərimdə Şuəyb peyğəmbərin (ə) qövmü haqqında da buna oxşar əhvalat nəql olunub. (Ə`raf, ayə 91,92) 3. “Səndən öncə göndərdiyimiz peyğəmbərlərdən soruş, məgər biz onlar üçün yeganə olan Allahdan başqa bir mə`bud qərar verdikmi?”(Zuxruf, ayə 45) 4. Qurani-kərimin çoxlu ayələrində dünyadan getmiş peyğəmbərlərə salam olunur. Əgər yenə də kimsə onların öləndən sonra sair əşyalarla fərqlənməyib eşitmədiklərini iddia etsə o adam ya kafirdir, ya da əhli-beyt məktəbi ilə düşmən olduğundan hətta Qurani-kərimi belə inkar etməkdən çəkinmir. “Aləmlərdə Huha salam olsun”, “Salam olsun İbrahimə”, “Musaya və Harunа saılam olsun”, “Salam olsun İlyasə”, “Göndərilmişlərə salam olsun”..... Bu ayələrdən məlum olur ki, bu dünya ilə bərzəx aləmi arasında rabitə mövcuddur. Bərzəx əhli eşidir və lazım olan zаmаn Allahın izni ilə cavab verməyə qadirdirlər. Çünki əgər Bərzəx aləmində Qiyamət gününün hökmünü gözləyənlər eşitməsəydilər onlardan soruşmaq və ya onlara salam etmək lаzımsız və bihudə bir iş оlаrdı. Bunu inkar edənlər əslində Allahın qüdrətini inkar edib ben Baz və Albaninin qüdrətinə iman gətirənlərdirlər. Amma Qadir olan Allah heç vaxt bihudə iş görməz. Misirdə əhli sünnətin böyük alimi və Əl-Əzhər elm mərkəzinin şeyxi Məhmud Şəltut deyir: “Dini mənbələrdən məlum olur ki, ruhun bədəndən xaric olması ilə ölüm bаş vеrir və o, idrak qüvvəsinə malikdir, əbədi olaraq qаlır. Ona salam göndərənin salamını eşidir, qəbrinin ziyarətinə gələnləri tanıyır, Bərzəx aləmində ləzzət, nemət və əzabı dərk edir” (əl-Fətava, Şəltut, səh. 19) Əgər 20-ci əsrdə elmi dərəcəsinə görə əhli sünnətin möhtərəm аlimi sayılan Şeyx Məhmud Şəltut bu məsələnin dinin zəruri etiqadlarından olmasını bəyan edibsə bəs onda Ben Baz və Albani kimi nadanlar nəyə əsaslanaraq ölümdən sonrakı həyatın mövcudluğunu inkar ediblər? Şeyxul İslam İzuddin ibn Əbdussəlam fətvalarında yazır: “Məlumdur ki, meyyit onu ziyarət edəni tanıyır. Çünki bizə ona salam etmək əmr olunub. Müqəddəs şəriət sahibi heç vaxt eşitməyənə salam etməyi bizə əmr etməz”(əl-Fətava şeyxul İslam İzuddin ibn Əbdussəlam səh. 431) Hədislərdən dəlillər: 1. Rəsulullah (s) buyurub: “Müsəlman dünyada tanıdığı mömin qardaşının qəbrinin yanından keçəndə ondan halətini soruşsa Allah-təala onun ruhuna cavab verməyə icazə verəcək”, “Ölülər cənazə Mərаsimində iştirak edənlərin ayaq səslərini eşidirlər”(ər-Ruh İbn Qəyyum, səh. 9) 2. “Sələf bu məsələdə icma ediblər və təvatur xəbərlər vasitəsilə bizə yetişib, ölmüş insan onun ziyarətinə gələnləri tanıyır və onların gəlməyindən xoşhal olur” (ər-Ruh İbn Qəyyum, səh. 9) 3. İbn Əbi Dunya “əl-Qubur” kitabında Aişədən nəql edib ki, Rəsulullah (s) buyurub: “Hər kəs mömin qardaşının qəbrinin ziyarətinə gedib onun qəbrinin yanında otursa, qəbirdə olan onunla ünsiyyətdə оlуb oradan uzaqlaşana qədər salamının cavabını qaytarar” 4. Əbu Hureyrə nəql edib: “Hər kəs qəbrin yanında keçəndə qəbr sahibinə salam etsə qəbir sahibi onu tanıyıb salamının cavabını qaytarar”( Feyzul-qədir, 5/487) 5. Beyhəqi Səid ibn Musəyyibdən nəql edib: Biz Əli ibn Əbi Talib ilə Mədinə qəbristanlığına daxil olduq, o Həzrət əhli qəbristanlığa nida etdi: Allahın salam və rəhməti olsun sizlərə! Sizdə olan xəbərlərdən bizə deyirsiniz ya biz sizə xəbər verək? Səid ibn Musəyyib deyir: Bir səs eşitdim ki, dedi: Ələykumussəlam və rəhmətullahi və bərəkatuh ya Əmirəlmuminin! Bizdən sonra baş verənlər haqqında bizə xəbər ver! Həzrət buyurdu: Amma bunu bilin ki, xanımlarınız sizdən sonra başqalarına ərə getdilər. Yığdığınız mallarınız bölüşdürüldü, övladlarınız yetimlərin zümrəsinə daxil oldular, tikdiyiniz evlər düşmənlərinizin əllərinə keçdi. Bunlar bizim sizə verəcəyimiz xəbərlərdir. Sizdə bizə verməyə hansı xəbərlər var? Səid ibn Musəyyib deyir: Qəbirdən bir səs gəldi. Kəfənlərimiz yırtıldı, tüklərimiz tökülüb dərilərimiz bədənlərimizdən ayrıldı. Gözlərimiz hədəqədən çıxıb burunlarımızdan çirklər axmağa başladı, Özümüzdən qabaq hər nə göndərmişdik onları burada gördük. Özümüzdən sonra hər nə miras qoymuşduq ona görə ziyan etdiyimizi başa düşdük...” (Həqiqətul təvəssül vəl vəsilə Musa Muhəmməd Əli .242) 6. Buxari və Muslim nəql ediblər: “Meyyit qəbirə qoyulandan sonra cənazə mərаsimində iştirak edənlərin ayaq səslərini eşidir” ( Fəthul Bari 3/205) 7. Əbu Hureyrə nəql edib: Rəsulullah (s) həmişə qəbristana gedəndə əhli qubur ilə belə danışırdı: “Allahın salamı olsun sizə ey müsəlmanlar və möminlər diyarı! İnşaallah biz də sizə yetişəcəyik. Allahdan bizim və sizin üçün rəhmət diləyirəm!” (təlxisul hubeyr 2/137) 8. İbn Əbbas nəql edib: “Səhabələrdən biri qəbir üstündə çadır qurmuşdu, amma bilmirdi ki, altında qəbir var. Birdən “Mulk” surəsini qiraətini eşitdi. Surə başa çatanda Rəsulullahın yanına gəlib dedi: Ya Rəsuləllah(s)! Mən bir qəbrin üstündə xeymə qurmuşdum, amma bilmirdim orada qəbir var. Birdən orada kiminsə “Mulk” surəsini qiraət etdiyini eşitdim. Rəsulullah (s) buyurdu bu surə insana qəbirin əzabından nicat verər” (Səhih Tirməzi, kitab fəzailul Quran) Əlbəttə nəql olunan bütün hədislər əhli sünnətin mötəbər saydıqları kitablarından iqtibas olunub. Mümkündür, bir zaman gələcək vəhhabilər (sələfilər) bu kitabların da onların əqidələri ilə əsaslı surətdə ziddiyyətdə olduğunu görüb kitabların müəlliflərini də şiəliyə meyilli olduqlarında ittiham edib rədd edəcəklər. Bu məsələ qəribə deyi, çünki artıq bu iradlar meydana çıxmışdır və biz yaxın gələcəkdə bu məlliflərə yönəldilmiş ittihamları cəm edib ayrıca bir məqalədə dərc edəcəyik. Şiə mənbələrindən sitat gətirməməyimizin səbəbi cahil və nadanları hidayət etməyin mühüm olduğunu nəzərə alıb yoldan azmış vəhhabilərə əhli sünnət kitablarını tanıtdırmaqdır. Çünki bu məsələdə şiələrin əqidələri Qurana və Peyğəmbər sünnətinə etimad etdikləri üçün möhkəmdir. Onlar Ben Baz və Albani kimi nadanlara əhəmiyyət vermirlər. Peyğəmbərlər Bərzəx aləmində Yəqin ki, dünyadan getmiş peyğəmbərlərin Bərzəxdəki həyatı hamını maraqlandırır. Yəni hamı üçün maraqlıdır ki, meyğəmbərlər dünyadan gedəndən sonra Qiyamətə qədər harada olacaqlar və onların bərzəxdəki həyatı ilə adi insanların həyatı fərqlidirmi? 1. Ənəs ibn Malik Rəsulullahdan (s) nəql edib: “Peyğəmbərlər qəbirlərində diridirlər və namaz qılırlar”. Bу hədisi Hafiz Heysəmi “Məcməuzzəvaid” 8/211, Əllamə Mənavi “Feyzul qədir” 3/184 kitablarında nəql ediblər. Albani də “silsilətu əhadisissəhihə” kitabında 621-ci hədisi buna həsr edib. 2. Rəsulullah (s):“Ölümdən sonrakı elmim dünyadakı elmim kimidir”(Kənzul ummal, 1/507, hədis 2242) 3. Darəmi Səid ibn Əbdul Əzizdən nəql edib ki, o namaz vaxtlarını Rəsulullahın qəbrindən eşitdiyi səslərə görə təyin edərdi. (Sunəne Darəmi, 1/56,57 hədis 93) 4. Hafiz Heysəmi səhih sənədlə Əbu Hureyrədən nəql edib: “Rəsulullah (s) buyurdu: And olsun o kəsə ki, Əbul Qasimin canı onun əlindədir! İsa ibn Məryəm adil hakim və imam kimi yer üzünə gələcək, xaçı sındıracaq, donuzları qırıb insanlar arasında sülh yaradacaq. Camaat arasında ədavət və kini aradan qaldıracaq, amma heç kəs onu qəbul etməyəcək. Mənim qəbrimin yanından keçəndə məni «Ya Muhəmməd!» deyə çağırsa onun cavabını verəcəyəm”. (Məcməuzzəvaid, 8/211) 5. Heysəmi Əbdullah ibn Məsuddan səhih sənədlə nəql edib: “Rəsulullah (s) buyurdu: Mənim sizin aranızda olmağım sizin xeyrinizədir. Çünki siz hədis nəql edirsiniz və sizin üçün də hədis nəql olunur. Mənim vəfatım da sizin üçün faydalıdır. Çünki bütün əməlləriniz mənim hüzuruma gətiriləcək və əməl kitabınızda gördüyüm bütün yaxşı əməllərinizə görə Allaha şükr edərəm. Əməl kitabınızda gördüyüm pis işlərinizə görə Allaha istiğfar edərəm” (Məcməuzzəvaid, 9/24 , Syuti əl Xəsaisul kubra 2/281) Bu hədisin sənədi haqqında əhli sünnətin hədis alimlərinin rəyinə muraciət edək: а) Hafiz İraqi deyib: “Bu hədisin sənədi yaxşı və mötəbərdir” (Tərhuttəsrib fi şərhittəqrib 3/297) b) Hafiz Heysəmi: “Bu hədisi Bəzat nəql edib və onun sənədində ravilər səhihdirlər” (Məcməuzzəvaid, 9/24) c) Mənavi və Xifaci bu hədisin səhih olduğuna etiraf ediblər.(Feyzul qədir, 3/401, Şərhuşşəfa 1/102) 6. Yusuf ibn Əli Zənani Mədinədə yaşayan bəni Haşimdən olan bir qadından nəql edib: “Xidmətçi işlədiyim evin sahibləri mənə əziyyət verirdilər. Mən Rəsulullahın qəbrinə pənah .rıb şikayət etdim. Həzrətin rövzəsindən səs eşitdim, deyirdi ki, mən sənin üçün səbr etməkdə örnəyəm. Gərək bu çətinliyin müqabilində səbr edəsən. Bir neçə gündən sonra həmin adamlar dünyadan getdilər və mənim çətinliklərim aradan getdi”. (əl-havi lilfətava, Syuti 2/261) 7. Beyhəqi “Dəlailunnubuvvə” kitabında səhih bir hədisdə Ənəs ibn Malikdən nəql edib: “Rəsulullah (s) buyurdu: Meracа gedəndə qırmızı qum təpəsinə yetişəndə Musa peyğəmbəri gördüm, qəbirdə namaz qılırdı”. (Səhih Muslim, 2/267) 8. Əbu Hureyrə Rəsulullahdan (s) nəqıl edib: “Hər kəs mənim qəbrimin ziyarətinə gələ və «Ya Muhəmməd!» deyib məni çağırsa yəqin bilsin ki, mən onun çağırışına cavab verəcəyəm”. (İbn Həcər Əsqəlani “əl-mətalibul aliyə” 4/23) 9. Hakim Nişaburi ibn Əbbasdan nəql edib: “Rəsulullah (s) oturmuşdu və Əsma bintə Umeys də onun yanında durmuşdу. Birdən Rəsulullah (s) bir nəfərin salamının cavabını verdi. Həzrət buyurdu: Ey Əsma bu Cəfər idi. Cəbrayil və Mikayil ilə birlikdə yanımızdan keçəndə bizə salam göndərdilər...” (Həqiqətu təvəssul vəl vəsilə, səh. 265. Hakim Nişaburudən nəql )
  7. Forumda "Sacda hara olar" adli movzu var. Oxusan sualina cavab t.rsan inshaALLAH!
  8. Gerek baqishlayasan soz ile seni basha sala bilmedim. Qeybi sene gostermek qudretine ise malik deyilem. Sen hech qeybin, qeybe inamin ne olduqunu bilirsen ay sheyx? Qeybe inam esasen neqli delillerle olur. Nece ki, axiret, melekler, qiyamet ve s. bunlarin hech birini ne sen ne deki men bu mehdud eqlimizle doqru-durust derk etmirik, sadece inaniriq. Bir sheyi gormemeyin ve ya derk etmemeyin onu inkar etmeyine esas vermir. evvellerde dediyim kimi senin dushunce terzin ile maddiyyatchilarin dushunce terzinde chox cuzi ferq var.
  9. Bes bu postda deyirdin bunlar xaliqin xususiyyetleridir mexluqun yox. Eh sheyx, ozunde dolashib qalmisan bilmirsen ne yazirsan. Mexluqat yox Enbiyalarin Eshrefi Muhammad s.a.v.s. xatirine yer-goy, derk edib-etmediyin sheyler yaradilibsa ALLAH istese ondan senin sadaladiqin sheyleri esirgeyermi? Harda olur sa olsun vefat etmeyib ki, saqdir. Imam da ALLAHin bildiyi yerdedir. Zaman ve mekan ele bu dunyanin, yani Gunesh sisteminin anlayishidir mucerred alemin yox. Gunesh ve ayin fealiyyeti ALLAhin iradesine baqlidir. Peyqemberler, imamlar ve hetta teqvali momin bendeler de ALLAHA chox yaxin olduqlari uchun ALLAHin iradesi ile zamana ve mekana mudaxile ede bilirler. bezi misallar getirim sene aydin olsun: Muhammad a.s. ayi iki yere bolmesi, guneshi qaytarmasi, meraci, Suleyman peyqemberin guneshi qaytarmasi, eshabi-kehfin (peyqember olmadiqlari halda) 300 il zamanin tesirinden qorunmasi, Meryem s.a. (peyqember olmadiqi halda) ALLAhin onunla munacati ve mucerred (zaman ve mekan olmayan) alemin qidalari ile qidalanmasi ve s. Meger Quran ve hedislerde rast gelmemisen ki, ALLAH istekli bendelerine arzuladiqi her sheyi eta eder? Sen yene de tereddudler ichindesen. Gah deyirsen bu xususiyyetler yoxdur, gahda deyirsen var amma onlar peyqemberdiler axi. Yuxarilarda qeyd etdiyim kimi ALLAhin keramet eta etmekliyi yalniz peyqember ve imamlarla mehdudlashmir. ALLAh istekli bendelerinden oz rehmetini esirgemir.
  10. Sen hemisheki kimi bohtanlarla danishirsan. Sahil mescidinde sizin elinize behane veren soyqunchuluqlar bash vermir. Men ora ile az-chox tanisham. Mescide getmemek uchun behane axtaranlarin uydurmalaridir. Birdeki mescide namaza gedenlerin hansi birinden pul teleb olunur ki,? Sizin camaati maariflendirmeniz uchun hele ozunuzun maariflenmenize ehtiyyaciniz var. Nece deyerler "Kechelin dermani olsa birinci oz bashina surter" Bir-iki dene shablon ayelerin zahiri menasi, avamlarin pirlerdeki emelleri ve ac-goz dinsiz mollalarin hoqqabazliqlarini elinize bayraq edib dushmusunuz ortaliqa guya maariflendirme ve tebliq ishi ile meshqulsunuz. P.S. eger qardashlarinin sahil qesebesinde toretdikleri biabirchiliqlardan xeberin varsa bizimle bolushmeni rica edirem.
  11. Mohur torpaqdir. Onun uzerine secde edilir. daha etrafli melumat uchun forumda bu barede movzu var oxuyub faydalanmaq olar.
  12. Neye gore shielerin nezaretinde olan mescidlere gedib cemaat namazina qoshulmursunuz? Ozunuz ayrica cemaet teshkil edirsiniz? Sahil qesebesindeki veziyyet ise tamam bashqa curdur. Orada sunnuler cemaata qoshulmadan rahatliqla furada namazlarini qilib gedirler. Ancaq "Noviy muselmanlar" ekseriyyeti de lezgi ve bir neche rus Sahil qesebesindeki toretdikleri biabirchiliqlarina gore mescide buraxilmamaqlarina ustunluk verilir. Mescidin ehtiramini gozden salmamaq xatirine. Onsuzda camaat mescide dil uzatmaq uchun behaneler axtarirlar. Mescid ALLAHin evidir ve ora her bir muselmanin gedish-gelish yeri olmalidir amma edebini saxlamaq sherti ile.
  13. Neyse hemisheki kimi suallara cavab vermedin. Mene bezen ele gelir ki, sen hech yazilanlari doqru durust basha dushmursen. Sen lap alemsen e sheyx. Bashlayaq goze gorunmezlikden. Hava goze gorunur? yox, amma xaliq deyil, radio dalqalar, siqnallar goze gorunur? yox, amma xaliq deyiller, cin (yeqin sozun menasini bilirsen), melekler goze gorunur? yox, amma xaliq deyiller, Isa a.s. saq ola-ola goze gorunur? yox amma xaliq deyil. Size heyranam. Siz gah deyirsiniz xaliqi goreceyik, indi de deyirsen gozegorunmezlik xaliq sifetidir? Ozun ozunu basha dushursen? Her yerde olma ve eshitme meselesi. Neml suresinde Suleyman peyqember gozunu qirpmaqa macal tapmadan Cin bashqa kainatdan Bilqeys taxt-tacini onun huzuruna getirir. Cine bu qudreti veren ALLAH mexluqatin eshrefi olan insana bunu eta etmezmi? Ilahi hokmler verme. Peyqemberlerde ALLAHin izni ile ilahi hokmleri insanlara chatdirirdilar, Quran ilahi hokmleri bize chatdirir ve .s. Burda teeccublu ne var ki,? Olmezlik sifeti. Burda uje sen naqil danishirsan. Insanin omrunu uzatmaq ve qisaltmaq ALLAHin iradesine baqlidir. Adem a.s. Nuh a.s. ................ meger bunlar 60 il omur surubler? Belke Isa a.s. saq olmaqini danacaqsan? Senin materialistlerle ozun demish chox cuzi ferqin var.
  14. Guranin hansi ayesinde ayaqqabi, corab ve 1 sutka sozu yazilib? Sen ki, Quran delilleri qabaqinda bash eyirsen. Bes qollarini yumaq uchun hansi mesleheti verirsen? Camaat arasinda hicabini soyunasi deyil ki,?
  15. Cesretsiz senin ozunsen! Senin firlanmaqinin sebebi ozunun savadsizliqin ve tereddudler ichinde batib qalmaqliqindadir.
  16. Hansi xususiyyeti nezerde tutursan? Naqil danishma konkret ol! Teessuf ki, sizin hech xristianlilar qeder dininiz yoxdur. Aciz cahil muselmanlardir ki, dunyanin her yerinde qanlari su evezine axidilir. Imamin zuhuru ALLAHin iradesine baqlidir. (elayazubILLAH belke ele tesevvur edirsen o senin iradenle fealiyyet gosterir?)Nece ki, Isanin a.s. zuhuru, qiyamet gunu ve s. ALLAHin iradesine baqlidir. Hemin vaxt neinki muctehidler arasinda olan ixtilaf, butun muselmanlar arasinda olan ixtilaf ve dunyada bash veren edaletsizliklere son qoyulacaq INSHAALLAH!
  17. Men de islami oyrendikce sizin dininizle islam dini arasinda oxsharliq t. bilmirem. Sen oz dinini doqru-durust oyrenmemish o biri dinlere ne tez agah oldun? Her oxuyan Molla Penah olmur.
  18. Sizin alimlerinizin seviyyesini senin kimi cahilleri burda chox gozel numayish etdirir. Ehsen! Senin chox guclu yumor hissin var. Amma teessufler olsun ki, bura sirk deyil. Nedeki, bizde eylenmeye heves yoxdur.
  19. Abu Sufyan ordusu

    4 Qiz Ve ....

    Sizin fikrinizce muselmanlar ideal olsaydilar imtahan dunyasinin menasi olardimi? Her saqqal buraxib namaz qilan kishi, her hicablanib namaz qilan qadin, her oxuyan alim kamil insan olsaydi cennetin ne deyeri olardi? Biz insanlar tebietce eziyyetsiz hazir kokeye ustunluk veririk. Teessuf ki, iman ve axiret meselelerinde de beleyik. Bu cur hadiseler ve bundanda daha dehshetli hadiseler bir imtahandir, elekdir ve Butun insanlarin bashina gelir muselman olub-olmamaqindan asili olmayaraq. Esas olan aqibetimizin xeyr olmasidir. ALLAh xeyrli aqibeti butun bendelerine nesib etsin!
  20. Senin chox gozel anlama ve cavab verme uslubun var. Senin muellimlerin hech xecalet chekmirlermi?
  21. ALLAh sevimli bendelerine istediyi butun qudreti eta eder. Bu ALLAHin iradesine baqlidir sen ve senin kimiler bunu qebul etsede, etmesede. Biz boyuklerimize kimliyinden asili olmayaraq ALLAH rizasi uchun her zaman her yerde ehtiram edirik (ibadet etmirik haaaaa, ehtiram edirik ALLAH rizasi uchun. bezi sheyleri gec qavrayanlar uchun hashiye). "Ilahliq" xususiyyetini senden eshidirem. Delillerini de get yalanchi ve bohtanchi muellimlerinden sorush!
  22. Sadaladiqlarin mexluqlardir Xaliq deyildirler ay "Sheyx". Umidvaram Xaliq ile mexluqun ferqini bilirsen?! Sohbet xaliqden gedir. Hech oz yazdiqlarin senin xoshuna gelir? Meger insan heyvan deyil?(El-insanu heyvanun natiqun) Meger qush heyvan deyil? Bashqa varliq deyende neyi nezerde tutursan? Umidvaram heyvanin ne olduqunu bilirsen? Sohbet zoologiyadan getmir ha!!!!!!
  23. Dunyanin ekser hisselerinde muselmanlari qirirlar sen ise hele de gulursen!? Bel gorunur sen "Noviy muselmanlardan" deyilsen? "Sheyxin" fetvalarini beyenmirsen? Senin hansi fiqhi mezhebe mexsus olduqunu oyrenmek olar? Rica edirem bezileri kimi mezhebsiz olduqunu soyleme!
  24. Shieler meshi birbasha ayaqin ustune chekirler.( bezi hallar istisna olmaqla)Odur ki, onlar bunu sen dediyin kimi "mehz" etmir. Qardash-qardasha gulmekdense chetinliklerinde destek olsun.
×
×
  • Создать...