-
Публикации
442 -
Зарегистрирован
-
Посещение
Все публикации пользователя Shie_cavabi
-
Allah cism deyil və maddi gözlə görüləcək. gözlə görsənməyən o demək deyil ki, maddi deyil mələklər cinlər ruhlar və sairə bizim gözümüzlə görsənmir amma maddidir.sənin əqidən islam əqidəsi deyil sən niyə şər atırsan məgər mən dedim ki, Allah gözlə dərk olunandır? Gözlər onu dərk etməz ayəsi Allahi görməyə sübutdur . yoxsa allah deyərdi ki, gözlər onu görə bilməz Mələklər və ruhlar maddi deyillər. Onlar mücərrəd məxluqlardırlar. Cinlər isə oddan yaranıblar və onlar maddədirlər. Sənin əqidənin nə olduğunu araşdıraq, sonra mənim əqidəmdən dəm vurarsan. Ən azından mən sənin kimi ALLAHın sifətdən sifətə düşəcəyini qəbul etmirəm! Mən şər atmıram! Mən də demədim ki, "ALLAHın gözlə dərk olunacağına inanırsınız!" ALLAHın nə deyib deməyəcəyini sən təyin edirsən ki, "yoxsa" ALLAH belə deyərdi, "yoxsa" belə deməzdi... və s.
-
Gülmək Allaha yaraşan sifətdir necə ki, qəzəb ona yaraşir . Sən axı niyə qarışdırırsan! Əgər mənim cibimdə 100 manat varsa mən bu pula halal bir şey ala bilirəmsə, deməli haram şeyləri də almalıyam? Axı niyə qarışdırırsan? Sən niyə müqayisəyə keçirsəm iəliyə görə müqayisə etmək olmaz Bu sayt artıq "com" domen uzantısı ilə fəaliyyət gцstərmir. Bir il olar. İndi sayt "org" və "net" domen uzantısı ilə fəaliyyət gцstərir. Bu yazdıqlarını ən azı bir il əvvəl kimsə yazıb! Sən də ağına-qarasına baxmadan köçürüb yığırsan bura! hər halda sizin hədislərdir istəsən sən onları t. bilərsən Bu uydurma hədisinizdən əl çəkən deyilsiniz dəəəə ... ALLAHa hər sifət yaraşmır ALLAH sənin Ona nisbət verdiyin sifətlərdən uzaqdır! Şəri hökmlərdə müqayisə etmək haramdır! Əqidədə isə, fəlsəfə və məntiqə əsaslanan bəhslər olduğu üçün burada müqayisə var. Müqayisə məntiq elmində də var! Amma bunlar sənin öz sözün deyil. Kiminsə yazdıqlarını "copy-paste" edirsən bura! Mənə lazım olsa ta pa bilərəm. Amma ingiliscə bilmirəm. Ərəbcəsini ver.
-
Sən deyənə qədər, mən də tapıb deyərəm!
-
Bunu hansı ayə və hədisə əsasən deyirsən? Amma Əbu-Hüreyrə kimi öz kisəndən demə! Belə çıxır ki, qiyamət günü bircə sizin ALLAHınız paltarla gələcək ki, külək vurub onun da baldırını açacaq və möminlərə reklam edəcək? Sən bunu demək istəyirsən? Oxu və ibrət götür «Göyü kitabsəhifəsi kimi büküb qatlayacağımız günü (qiyamət gününü) yadınıza salın. (O gün insanları) ilk dəfə (yoxdan) yaratdığımız kimi dirildib əvvəlki halına salarıq». (əl-Ənbiya 104). Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «İnsanlar qiyamət günü çılpaq, ayaqyalın və xitan (sünnət) edilməmiş halda həşr ediləcəklər». Aişə – radıyallahu anhə – dedi: «Ey Allahın Rəsulu! Kişilər, qadınlar (birlikdə çılpaq olaraq həşr ediləcəklər və) bir-birilərinə baxmayacaqlar?» Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Bu kimi şeylərə baxmaq belə ağır olacaqdır». hədis dəqiq bilmirəm hansı kitabdandı . bilən kimi yazaram . kim bilirsə qoy o da yazsın Loğmandan soruşdular: -Ədəbi kimdən öyrəndin? Dedi: -Ədəbsizlərdən! Adam xarabadan da ibrətgötürə bilər və öz evini möhkəm tikə bilər! Deməli ALLAH özü ilə camaat arasında fərq qoymamaq üçün belə bir "taktika" seçib. Nə üçün mənim baldırım görünsün, insanların ... görsənməsin!
-
Sənin ALLAHının şəkillərini əldə eləmişəm! TƏK BAX! HEÇ KİMƏ DEMƏ! http://suzzyq3793.files.wordpress.com/2009/02/hinduism.jpg http://www.markville.ss.yrdsb.edu.on.ca/pr...es/gsaraswt.jpg http://www.enlightened-spirituality.org/im..._bg_smaller.jpg http://z.about.com/d/contraception/1/0/i/2...indudieties.jpg http://members.cox.net/waldorfedu/weredu/w...mages/Shiva.gif http://akbarbarca.com/Politics/religion/Hinduism.jpg http://mantiqaltayr.files.wordpress.com/2009/07/shiva.jpg http://shibuiyogablog.files.wordpress.com/2009/07/shiva1.jpg Öz ALLAHınızla bu ALLAHlar arasında olan fərqləri deyə bilərsənmi?!
-
nə vaxtdan 2 əl qüdrət olub? Allah özü quranda deyir ki , 2 əli var . adama daha nbaşa salmaq olar ?sənin işin gücün Quran ayələrinə başqa məna verməkdir.Allah mürəkkəb deyil O vaxtdan ki, ALLAHın cism olmaması sübut olunub! Cismin əli olmaz! ALLAH özü Qur`anda çox şey deyir ki, zahiri mənanın əksini verir. Bütün bunların dəqiq mənası üçün təfsir elmini dəqiq bilmək lazımdır. Əgər təfsiri bilməsən, elə "kor tutduğunu buraxmayan kimi" deyəcəksən ki, ALLAHın əli var, əli ilə baldırını qaşıyır, eşşəyinin yüyənindən tutub yerə enir və tatamiyə çıxıb Yəqub (ə) peyğəmbərlə güləşir. Naqis əqidəli insan, kamil əqidəli insana "nəyisə başa salmağı" ancaq təsəvvür edə bilər! Sənin işin gücün isə, "ALLAHın foto robotu"-nu hazırlamaqdır! "ALLAHın foto robotu" tam hazır olanda bir versiyasını da mənə verərsən! Mənim ALLAHım mürəkkəb deyil. Sənin ALLAHın isə əsl mürəkkəbdir!
-
Onların xilafətini qəbul edirəm ki... Onları islamı nə günə saldılar... və sən onlardan gələn heç bir şeyi qəbul etmirsən , ona görə ki, onlar sizin əqidəyə görə şeytana uyublar və onun əsgərləridir düzdümü? Onlardan gələn heç bir şeyi deyil ... Bir neçə şeyi qəbul edirəm ... Məsələn Ömərin hicri qəməri təqvimini hicrətlə uzlaşdırmasını ... Ömərin qəddarlığını ... Əbu-bəkrin qoyun olmaq istəməsini ... və s. Bizim əqidəmizdə dəlilsiz bir zərrə belə yoxdur ... Onların şəxsiyyətini araşdırsaq uduzarsan ... Ən azından bunu deyim ki, onların üçü də bütpərəst olublar ... Biz bütpərəstin dönüb mömin olmasını qəbul edirik, amma onun möminlərə rəhbər olmasını qəbul etmirik ... Bu Qur`ana ziddir.
-
Əvvəla mən qatıqlamıram! Hamı görür ki, sən ikiüzlülük edirsən! Yalandan nik dəyişirsən! Hələ bunlar azmış kimi, böhtan da atırsan! Hamı yaxşı görür ki, kimdir şərəfsiz!
-
Onların xilafətini qəbul edirəm ki... Onları islamı nə günə saldılar...
-
Yuxarıdakı məqalələrinə cavab yazacağam. Amma vaxtım olanda! İndi isə buna cavab yazım! Uca ALLAH münafiq, iki üzlü, cihaddan qaçan, Peyğəmbərə (s) əziyyət edən, alçaq səhabələr haqqında da onlarla ayə nazil edib. Onlara da baxa bilərsən! Əvvəla biz heç kimi söymürük. Pisləri isə lənətləyirik! Pis səhabələr də onların içində olmaqla! Nə əcəb? İmam Əli (ə)? İmam? Nə isə! Yenə deyirəm! Biz onları söymürük. Amma sənin dediyin hədis elə deyil. Orada təhrifə yol vermisən. Əsil hədisi tapıb sənə göstərərəm!
-
Şərəfsizsən ona görə ki, mən sənin özünlə söhbət edirəm, sən isə başqasının da adını tutursan! Sənin qohum-əqrabandan bura kimisə qatmamışam! Kişisənsə mənimlə danış! Atamı bura qatma! Şükür ALLAHa ki, mən ata-babalarımın tarixini də bilirəm! Sənin kimi ... pozdum! Bu ramazan günündə ağzımı açdırma da! Sənə elə sözlər deyərəm ki, yeddi qatından keçər! Sözün varsa danış, yoxdursa səsini kəs! Yoxsa ...
-
ALLAH yalançılara lənət eləsin! KİTABIN ADI-\-CİLDLƏRİN SAYI-\-MÜƏLLİFİN ADI-\-MÜƏLLİFİN VƏFATI (H/Q) "Təfsiru Əbi Həmzə Sumali"-\-1-cild-\-Əbu Həmzə Sumali-\-148 h.q. "Təfsir əl-imam əl-Əskəri (ə)"-\-1-cild-\-İmam Həsən Əskəri (ə)-\-260 h.q. "Təfsiru Əyyaşi"-\-2-cild-\-Muhəmməd ibn Məsud Əyyaşi-\-320 h.q. "Təfsir əl-qummi"-\-2-cild-\-Əli ibn İbrahim əl-Qummi-\-329 h.q. "Təfsir Furat əl-Kufi"-\-1-cild-\-Furat ibn İbrahim əl-Kufi-\-352 h.q. "Həqaiq ət-tə`vil"-\-1-cild-\-əş-Şərif Rəzi-\-406 h.q. "ət-Tibyan"-\-10-cild-\-Şeyx Tusi-\-460 h.q. "Təfsiru məcmə` əl-bəyan"-\-10-cild-\-Şeyx Təbərsi-\-560 h.q. Yenə var ... istəsən davam edə bilərəm ... ALLAH yalançıya lənət eləsin! ALLAH bizim başımızı uca eləyib! Sənin kimilər başıaşağı deməklə, biz başıaşağı olmarıq!
-
Yalan danışma! Başı-aşağı özünsən! İndi sənə təfsir kitablarımızı yazaram görərsən!
-
Kimin təfsirinə baxacaqsan? Baxandan sonra adreslərini də yazacağam! Onda görərsən!
-
bu hədislər Qurana zidd deyil həmin şeylər quranda da var Amma gör siz də necədir sizdə də Üz,göz əl vəsaira var amma deyilir bunlar imamlardir. Sizin hədislərdə bu yolla imamalar ilahiləşdirilir Allah isə maddiləşdirilir bu da dəlillər Qur`anda deyilir ki, ALLAH sifətdən-sifətə düşür? Bizdə bir neçə belə hədis var ki, bunlar da tə`vil-dir. Bunları da buyuranlar imamlar özləri olduğu üçün, "onlar özləri özlərini ilahiləşdirir" demək düzgün deyil. Bu hədislərin raviləri də imamları ALLAH deyil, insan kimi qəbul ediblər. Burada o bəhsi etmək istəsən, edə bilərik! Bu da dəlillər! İngiliscəni saxla özünə, lazım olar!
-
O ki qaldı sən deyən hədisə, orada deyilir " تجلى لهم الرب" "Rəbbləri onlara təcəlla edəcək" və "فإذا نظروا إليه" "Ona tərəf baxacaqlar" kəlməsi də Qur`anın ayəsinə uyğundur. Bunların Qur`andakı ayə ilə heç bir fərqi yoxdur! Fərqi görmürsənsə onda o hədisi qəbul et. Artiq nə qədər sübut gətirmək olar? "Onda o hədisi qəbul et" nə deməkdir? "Onda" sözünün izah edə bilərsən? Mən ayəni inkar etmişdim? İndi deyirsən ki, Onda o hədisi qəbul et! Mən dedim ki, ayənin təfsirinə baxmaq lazımdır. Bu qədər. Əvvəl Azərbaycan dilini dəqiq öyrən sonra yaz! Onda ... Sənin gətirdiyin sübut deyildi. Sadəcə Qur`anı dəstəkləyən bir hədis idi. Hədisdə işlənən kəlmələrin Qur`anda işlənən kəlmələrdən qətiyyən fərqi yox idi. Sənin məntiqinə əsasən, onlar fərqlidir? Mən əvvəl elə bilirdim ki, savadlı bir adamla bəhs, müzakirə edəcəyəm, indi isə görürəm ki, onun-bunun yazdığını "copy-paste" edirsən! Dəstəkləyici hədisi mənə dəlil göstərirsən! Mən o ayəni inkar edirdim ki, hədisə görə ayəni qəbul edim?
-
Sənin şiə kitabından gətirdiyin dəlil Qur`ana tam uyğun idi. Mənim isə bir az vaxtım az olduğu üçün ayələrin təfsirinə baxa bilməmişəm. Baxıb sənə yazacağam. Bunun da təfsirini sənə yazmalı olacağam! Deyəsən bu ayə səni qiyamətdə ALLAHı bostan qarpızı kimi, adi gözlə görəcəyinə ümidləndirib. Amma bil ki, ALLAH cism deyil və maddi gözlə əsla görülə bilməz. Bunu qəbul elə. Bu islam dininin əqidəsidir. Sən bir "lən" kəlməsilə ALLAHın görünməzliyini baltalayıb, Onu görünəcək və hiss olunacaq bir varlığa çevirirsən. Amma bu da çox çəkməyəcək ki, bir proqram əldə etmişəm. Onda bu ayələrin təfsirinə baxıb sənə yazacağam!
-
Söhbət insanda olub, ALLAHa yaraşmayan sifətlərdən gedir. Əgər ALLAHın qəzəb sifəti varsa, bu o demək deyil ki, onun yumor hissi də olmalıdır! Sən axı niyə qarışdırırsan! Əgər mənim cibimdə 100 manat varsa mən bu pula halal bir şey ala bilirəmsə, deməli haram şeyləri də almalıyam? Axı niyə qarışdırırsan? Bu sayt artıq "com" domen uzantısı ilə fəaliyyət göstərmir. Bir il olar. İndi sayt "org" və "net" domen uzantısı ilə fəaliyyət göstərir. Bu yazdıqlarını ən azı bir il əvvəl kimsə yazıb! Sən də ağına-qarasına baxmadan köçürüb yığırsan bura! Sən bu hədisi haradansa "copy-paste" edirsən. Burada moderə kömək edən bacı var? Deyəsən ehlitevhid.com -un forumundandır. Oradakı Uyeyne-ni nəzərdə tutubsan. Onunkunu, bunukunu öz adından yazanda, heç olmasa o yazılanları da oxu. Birdən kimsə özü özünü söyər, sən də üzünü köçürüb özünü biabır edərsən. Ayıbdır! Sözün yoxdursa, gəl de sənə orfoqrafiya, sinonimlər və s. lüğətlərin adını verək ki, arada istifadə elə.
-
Sənə bir hədis yazıram, amma çoxdan oxuduğum üçün xırdalıqları yadımda deyil! Musa (ə) peyğəmbər bir gün Tur dağına ALLAHla danışmağa gedirdi, yolda bir çobanı görür. Görür ki, bu çoban çox uzun namaz qılır. Nə isə gedir ALLAHla danışmağa. Danışıqdan sonra ALLAHdan soruşur: -İlahi o çobanın Sənin yanında olan məqamı nə qədərdir? ALLAH cavab verir: -Heç nə qədər! Musa (ə) soruşur: -O ki, çox ibadətkar bəndədir! ALLAH cavab verir: -Mən bəndəmə savabı onun mərifəti qədər verirəm! O çobanın mərifəti yoxdur. İstəyirsənsə geri qayıdanda onunla söhbətləş! Musa (ə) geri qayıdarkən çobanın yanına gedir və onunla söhbət etməyə başlayır. Ondan soruşur: -Bu qədər namaz qılırsan, dua, ibadət edirsən ALLAH qəbul eləsin. Bəs hansı ibadəti daha çox etmək istəyərdin? Çoban cavab verir: -Buradakı çəmənlik olduqca yaşıldır, təzə otlar var. Deyirəm əgər ALLAH eşşşşşşşşəyini mənə versəydi, onu burada can-başla otarardım! Onun eşşşşşşşəyinə yaxşı qulluq edərdim!!! Musa (ə) peyğəmbər ALLAHın hikmətinə bir daha valeh oldu ... Sənin o çobanla nə qədər fərqin var? O deyir ALLAHın eşşəyi, sən deyirsən ALLAHın baldırı. Fərqiniz nədir? Sən ALLAHını sifətdən-sifətə düşəndə tanıyacaqsan. Amma mənim ALLAHım sifətdən-sifətə düşmür.
-
ALLAHın əli haqqında da bu mövzuya yazacaqdım! ALLAHı Yəqub (ə) peyğəmbərlə güləşdirməyinizdən də yazacaqdım. Amma vaxtım olmadı. ALLAH ayədə əlim dedikdə öz qüdrətini nəzərdə tutur. Daha iki ələ sahib olduğunu bildirmir. Bu Onun zatından uzaqdır. Belə olsa ALLAH mürəkkəb olur və bu da ALLAHdan uzaqdır. Nədənsə qardaşlar ALLAHı mürəkkəb və maddi bilməkdə çox həvəslidirlər.
-
Vasim məmməd əliyev və ziya bünyadov o ayəni səhv tərcümə edib ayənin dəqiqdüzgün tərcüməsi belədir. 42 Baldırın açılacağı və onlar səcdəyə çağırılacaqları, lakin (buna) qadir ola bilməyəcəkləri gün – İnsanların qiyamət günü heç bir paltari zadı olmayacaq hami lüt olacaq Yox bir, bircə Əlixan Musayev düzgün tərcümə edə bilir. Ayənin tərcüməsini mən ərəbcə bilməyənlər üçün yazmışam. Fərq eləmir ki, onu kim tərcümə edib. Ziya Bünyadov və Vasim Məmmədəliyevin tərcüməsini mənə öyrətmə. Onların tərcüməsində mötərizədə yazılanlar sünnilərin nəzəridir, açıq cümlədə yazılanlar isə şiələrin nəzəridir. Bunu hansı ayə və hədisə əsasən deyirsən? Amma Əbu-Hüreyrə kimi öz kisəndən demə! Belə çıxır ki, qiyamət günü bircə sizin ALLAHınız paltarla gələcək ki, külək vurub onun da baldırını açacaq və möminlərə reklam edəcək? Sən bunu demək istəyirsən?
-
O ki qaldı sən deyən hədisə, orada deyilir " تجلى لهم الرب" "Rəbbləri onlara təcəlla edəcək" və "فإذا نظروا إليه" "Ona tərəf baxacaqlar" kəlməsi də Qur`anın ayəsinə uyğundur. Bunların Qur`andakı ayə ilə heç bir fərqi yoxdur! Qur`an ayələrinin təfsiri bura da şamil edilir. Amma sizin hədislərdə isə ALLAHa ayaq, baldır, sifətdən-sifətə düşmə də nisbət verilir.
-
Heç kəs Allahi maddi hesab etmir . Maddi olda idi Allahi gözlə dərk etmək mümkün olardı.hər gözlə görsənən isə maddi deyil məsəslən havani sən görmürsən amma o var və maddidir. xeyr Allah demək istəyir ki, bu dünyada Onu görməyə Musanın gücü çatmaz. Ona görə də dağı misal çəkdi.yoxsa niyə çəkirdi ki dəxli odur ki, onlar dabu dünyada heç vaxt ölüm istəmirdilər . necə ki Musa bu dünyada Allahi heç vaxt görə bilməzdi. O dünyada isə tamamilə tərsinədir . Yəni kafirlər ölüm istəyəcək . Möminlər Allahi görəcək Mən havanı görmək istəsəm, görə bilərəm! İstənilən növ havadan nümunə götürüb onu müxtəlif labaratoriyda analiz də edə bilərəm! Amma bunu ALLAH haqqında demək mümkün deyil! Əgər Musa (ə) peyğəmbərin ALLAHdan Özünü onlara göstərməsini istəməsi haqqında baş verənləri dəqiq bilsəydin, onda bilərdin ki, misal nə üçün çəkilir! Orada Bəni İsrail qövmü ALLAHı açıq-aşkar görmək istəyirlər! Musa (ə) peyğəmbər isə dəqiq bilir ki, ALLAHı nə dünyada, nə də axirətdə görmək mümkün deyil! Daha sonra isə, öz qövmünün inadından sonra, onların içindən 70 nəfər adam seçir və dağa gedir. ALLAHdan Özünü göstərməsini istəyir. Sonra ALLAH o avamları başa salmaq üçün dağı misal çəkir! Sitat dəxli odur ki, onlar dabu dünyada heç vaxt ölüm istəmirdilər . necə ki Musa bu dünyada Allahi heç vaxt görə bilməzdi. O dünyada isə tamamilə tərsinədir . Yəni kafirlər ölüm istəyəcək . Möminlər Allahi görəcək Necə yəni, o dünya bu dünyanın tərsidir? ALLAH Qur`anda buyurur: (Ya Peyğəmbər!) İman gətirən və yaxşı işlər görən kimsələrə müjdə ver: onlar üçün (ağacları) altından çaylar axan cənnətlər (bağlar) vardır. (O cənnətlərin) meyvələrindən bir ruzi yedikləri zaman: "Bu bizim əvvəlcə (dünya evində) yediyimiz ruzidir", -deyəcəklər. Əslində isə bu (ruzi, meyvələr) onlara (dünyadakılara zahirən) bənzər olaraq verilmişdir. Onlardan ötrü orada (hər cəhətdən) pak (olan) zövcələr də var. Onlar (möminlər) orada əbədi qalacaqlar. 2-ci surə, "əl-Bəqərə", (inək) surəsi, 25-ci ayə. http://quran.az/index.php?lang=aze&soo...y=&author=1 Bu ayəyə əsasən, axirət dünyaya oxşardır. Bir də sən niyə bu iki ayəni müqayisə edirsən?
-
həmin ayədə Allahın nemətin və lütfündən getmir. Allahin nemətini lütfünü hər gün görürük. Heç kəs Allahi maddi hesab etmir . Maddi olda idi Allahi gözlə dərk etmək mümkün olardı.hər gözlə görsənən isə maddi deyil məsəslən havani sən görmürsən amma o var və maddidir. «O gün [neçə-neçə] üzlər parlayacaq, öz Rəbbinə baxacaqdır». (Qiyamə, 22,23) Bu ayədə olan altı kəlmədən beşi Allahı görməyə dəlalət edir. 1. «O gün»-ün xüsusən qeyd olunması; Bəsirətlə görməyə gəlincə, onsuzda insanlar hər zaman Allahı görürlər. Bəs onda bunu o günlə xüsusiləşdirməkdə hikmət nədir? Sözsüz ki, bu gözlə görməyə işarədir. 2. «üzlər» - məlumdur ki, gözlər üzdədir və bəsirətin üzlə ifadə olunmasına lüzum yoxdur. Deməli bu kəlmə də gözlə görməyə işarədir. 3. «parlayacaq» - bu ifadə möminlərə aiddir və məlumdur ki, kafirlər də bəsirətlə Allahı görür lakin inadkarlıqlarından dillərilə Onu inkar edirlər. Qiyamət günü isə onlar Allahı gözlə görməkdən məhrum olacaqlar. Uca Allah buyurur: «Xeyr! O gün onlar Rəbbindən [örtüklə] ayrılacaqlar [Onu görməyəcəklər]!» (əl-Mutaffifin, 15) Məgər kafirlər qiyamət günü Allahın varlığıqını, onları sorğu-sual edəcəyini bəsirətləri ilə görməyəcəklər? Bəs onda örtük onların harasına çəkiləcəkdir? 4. إلي" " – ön qoşması istiqamət bildirir. Məlumdur ki, istiqamət yalnız göz üçündür, bəsirət üçün isə istiqamətin olmasına lüzum yoxdur. 5. «baxacaq» - bəsirət olsa idi başqa ifadə olardı məsələn: «dərk edəcək» və ya «hiss edəcək». Bu ayələrin təfsirinə baxıb səninlə ətraflı müzakirə edərəm! Digər tərəfdən isə, sənin dəlillərindən bəziləri qəbul edilməzdir. Amma hələlik tələsmirəm və təfsirə baxdıqdan sonra, səninlə ətraflı müzakirə edəcəyəm!
-
Məntiq elmində belə bir qayda var: Bir şeyi isbat etmək, başqa bir şeyi inkar etmək deyil! Amma inkar edilməyən şey sübut olunmayınca fərziyyədir. Sən ALLAHın gülməsi olan fərziyyəni sübut edə bilərsənmi? ALLAHın rəhmi, lütfü, qəzəbi və s. bu kimi sifətləri sübuta yetib və bütün islam alimləri bu sifətləri qəbul ediblər. Bu sifətlər Qur`anda və ALLAHın "Əsmaul-hüsna"-sında (gözəl adlarında) gəlib. Amma ALLAHın gülməsi, məxluqata oxşadılması heç bir yerdə gəlməyib! sən əgər Allahın gülməsini məxluqata bənzədirsənsə onda gərək qəzəb görmək eşitmək rəhm və sairdə də bənzədəsən. Hansı əsasla? Dəlilin var? ALLAH məxluqatın bəzilərinə öz sifətlərindən verib! İnsana da həmçinin rəhm etmək, lütf göstərmək, bağışlamaq və s. verib. Amma gülmək, ağlamaq, yemək, içmək və s. sifətlər insanda var ki, bunlar ALLAHda yoxdur və bu sifətlər ALLAHın sifətləri ilə də müqayisə edilə bilməz.
