Перейти к содержимому
Скоро Конкурс!!! Торопитесь!!! ×

Shie_cavabi

Members
  • Публикации

    442
  • Зарегистрирован

  • Посещение

Все публикации пользователя Shie_cavabi

  1. Shie_cavabi

    Pirler.

    Çox müşrik-müşrik deyirsən. Amma öz məxfi şirklərindən xəbərin yoxdur. Elə danışırsan ki, elə bil biz ALLAHın adını tutmuruq. Sənin hansı dinə, hansı məzhəbə qulluq etməyin məlum da deyil. Çünki, müsəlmanı da müşrik sayırsan. Sən kimin qulusan? Səudiyyənin? Ay özünü qeyri-yazıq sayan məxluq! Cadu, sehr şiə məzhəbində haramdır. Bunu edən də böyük günah qazanır.
  2. Shie_cavabi

    Pirler.

    Ağzının danışığına fikir ver.Ayı dediyin o qardaşların başına gətirlən sənə edilsəydi Allah bilir bu dəqiqə nəyə qulluq edirdin. Soruşmaq eyb deyilsə, onlara nə ediblər?
  3. Shie_cavabi

    Pirler.

    Onu da öyrədib! Amma siz danırsınız! İslamda monarxiya yoxudrsa, Osman öz qırılmışlarını, qohum-əqrabasını niyə doldurdu xilafətə?! Bir də İmam Əlini (ə) Peyğəmbər (s) ALLAHın əmrilə özündən sonra xəlifə təyin etmişdi və bunun üçün ALLAHın əmrilə Qədir-xumda beyət də almışdı! Yenə də inad edirsiniz! Delil getir! DELIL.. bosh bosh danishmagnan deyil ee..Osman® hech kesi hech hara doldurmayib! 50$-lig mollalarivizin danishdigi revayetleri ireli surme ee Gurannan danish,dogru durust xedistderden danish.Senin Osman hagginda bele danishmaga ixtiyarin yoxdu! o senin uchun sizin Etaga deyil ee..ozu ozunu seyid teyin etsin,o ozu ozunu teyin etmeyib ee yazig sizller onu ucaltmisiz,gebrinin ustunu Kilseye oxshatmisiz Elebil Lenin zatdi.Giyamet gununde ne deyeceysiz o kim idi? dushunun bunu indi bu heyatda..Peygember(s.a.v) demishdi ki mennen sonra bir peygember gelseydi shubhesiz bu Omar® olardi! Dəlil gətirmişəm də, nağıl danışmamışam ki! Osman kimdi ki, mənim ondan danışmağa ixtiyarım olmasın? Bəni üməyyə tayfasının zir-zibillərini xilafətə elə o gətirdi. Əbu sufyanla da arası saz olub. Ömrünün yarıdan çoxunu bütpərəst olub. Ətağa bütpərəst olmadığım üçün Osmandan üstündür. (Əsəbləşmə, bu bir həqiqətdir!) O ALLAHın gözəl bəndələrindən idi. Fikrin özünə getməsin, biz robot deyilik, düşünürük! Tökülüb eee Yığıb-yığışdıran yoxdur! Ömər müsəlmanları islamı qəbul etdikləri üçün döyən, onlara əzab və işkəncə verən, bütpərəst, şərab içən alkaş, Məhəmməd (s) peyğəmbərin peyğəmbərliyinə şəkk edən, hicrətin 7-ci ili şərab tuluğunu əlindən yerə qoyan deyilmi?! Bircə belə xüsusiyyətlər malik olan peyğəmbərimiz çatışmırdı. Bu uydurma və qondarma hədisi haradan tapmısan?
  4. Shie_cavabi

    Pirler.

    Salamu Aleykum! siz burda ele her deyge meshe ayilarinnan,nebilim meshe gardashdarindan danishirsiz! bilmirem onlar kimdi! onu tekche bilirem ki biz hamimiz muselmanix ve yalniz Subhan Allahtalay ibadet etmeli ve yalniz ondan istemeliyik! eger evveller camahatin biliyi olmayim,gurandan uzag olublar,omrunde bir xedis bele oxumayiblar ne etsinler gedirdiler bu olulerin yanina! Amma onlarin yolun davam etdirmek lazim deyil gardash.Indi her olkede biznesin artmasi uchun bir seyid yada bir dash goyublar ki camahat ora axinsin pul yigilsin! bir az ayig olmag lazimdi.Oz imkanlarini bashga sheye yoneltmek yeni ki kasiblara el tutmag,kasibda ki hamimizin gohumlarinda var ilk novbede onlardi! h=geydirme seyidler yox! Yalniz eger kiminse seyid oldugu barede Mekkeden subut yoxdursa.Hami bilir ki Iordaniyada institut var hansi ki bu seyidleri uzun muddet boyu inceliyib oyrenib,butun muselmanlar yashayan olkelerde maraxlanib ve seyid olanlara onlarin seyid olmagi barede sened bele verib.Chox evsuslar olsun ki,Azerbaycandan bir shexse bele bir sened verilmeyib.Sonunda bir ayede getirim nezerinize! Ələykum salam! İndi biz Qur`an da oxuyuruq, hədis də. Ata-babalarımız nəyisə düz ediblərsə, onları qəbul edirik. Nəyisə savadsızlıqdan səhv ediblərsə onu düzəltməyə çalışırıq, qardaş. Kasıblara əl tutmaq üçün ayıq olmaq deyincə, bu məsələ Qur`an və hədislərdə gəlib. Bunun üçün camaatı elə Qur`an və hədislərə dəvət etsəydin daha yaxşı olardı. Ziyarətgahların hansısa ölkədə olması isə onlara bir xələl gətirmir! Məkkə, İordaniya, Səudiyyə nə vaxtdan seyidə qiymət verən çıxıb? Peyğəmbərin (s) nəvəsi İmam Həsəni (ə) seyid sayırsa onun qəbrini niyə dağıdıb? İndi niyə qoymur təmir edilsin?
  5. Shie_cavabi

    Pirler.

    Elə əmr be məruf edirsən ki, elə bil mənə "ağacdələn" yazan sən deyildin? Bizim dinimiz islamdır. Bizi ruslarla müqayisə etmə! 52- mərasimi bizim sünni qardaşlardadır. 40 mərasiminin isə hədislərdə dəlili var. Sənə nə qədər deyək ki, o şəkillərin şiə məzhəbində dini dəlili yoxdur, bunu edənlər cahil şəxslərdir. Möhürün dini dəlili var. "Torpağa səcdə!" Gözmuncuğu türkiyəli hənəfi türklərdədir. Bizdə bəd nəzər duası var. Düzdür ki, bizdən də savadsız şəxslər göz muncuğu istifadə edirirlər. Lakin bu bizim əqidəmiz demək deyil. Səhv etmirəmsə üzərliyin dini dəlili olmalıdır. Amma dəqiq bilmədiyim üçün dərinə getmirəm. Hər halda araşdıra bilərəm! Sitat: Birde esas ikonaniz yaddan chixmamish deyim sizin o Etaga butun marshrutlari taxsileri 20 gepiye gezir! Ətağanın şəkilinin heç bir eybi yoxdur. Bir dəfə cavab yazmışam. Qiymətin isə məsələyə qətiyyən dəxli yoxdur. Sitat: hech olmasa namaz gilanda onun sheklin yigishtirin! yoxsa sizde shekil olar gilanda? asrda yox aaa sizi gullelesende esri gilmazsiz sizinki 3 defed, Biz əsr namazı qılırıq. Zöhrlə birlikdə. Sən elə deyirsən ki, elə bil biz əsr namazını inkar edirik. Sitat: sonra ise sige ve ireli bazdiga.. Siğəni sənin səhabələrin etmirdi ki?! Sənin səhabələrin bizdən artıq kişidir? Bir də siğə haqqında əlavə mövzu var. 10 gün əvvəl mən ora axırıncı cavabı yazmışam. Niyə səsiniz çıxmır? Cavabınız qurtarıb?
  6. Elə ordakılar da Allah yolunda vuruşur.Müharibədə hər cür üsuldan istifadə edilir.Necə ki Peyğəmbər-sas-edib.Rasulullahın dediyi kimi"Hərb hiylədir". Lap əvvəl bunu deyim ki, Peyğəmbərin (s) bu buyuruğunun ərəbcəsini və mənbəsini göstər!!! İkinci isə deyim ki; Müharibədə özünü partlatmağa bir şərtlə icazə verilir; Sənə hücum edilir və sən özünü partlatmaqla böyük bir hücumun qarşısını alırsan. Məsələn, tankı partladırsan ki, piyadalara yol açılsın. Sən bunu eləməsən, tankla yüz nəfəri qıracaqlar. Sən bunu etməklə yüz nəfərin sağ qalmasına şərait yaradırsan. Daha gedib kiminsə balasını, namaz qılanları partlatmırsan! Buna terror deyilir və islam bunu kəskin şəkildə pisləyir!
  7. 80-cı illərin sonlarında bura Ərəb ölkələrindən dəvətçilər gəlməyə başladı.Yavaş-yavaş inkişaf elədi.Qarabağ müharibəsi isə məlumdur nə vaxt atəşkəs olub.Onda bəlkə Azərbaycanda 100 nəfər sələfi olardı ya olmazdı. 1980-ci illərdə sovet vaxtı idi. Onlara ağız açmağa belə imkan verməzdilər. 1990-cı illərin sonunda de, deyim; "hə". Amma sənin mücahid qardaşlarının məzhəbi iki yüz ildir ki, zəli kimi daraşıb islama! İndi Çeçenistan, Dağıstan, İnquşetiya, Əfqanıstan, Pakistan sizə cihad üçün maraqlı gəlir, amma Qarabağ müharibəsində ərəb qardaçlarımızdan bir xəbər yox idi!
  8. Birincisi,Talibanın bura nə dəxli var?Qafqaz Əmirliyi inşallah zülm etmir.Əksinə zalimləri bir-bir aradn götürür.Məsələn,Dağıstanın daxili işlər naziri var idi.Camaat ondan nələr çəkmişdi.Allah yardımıyla bu Allah düşmənini öldürdülər. Bir də rusun küfrünü qeyd edirsən.Guya onun küfründən başqa zülmü yoxdur.Neçə əsrdi Qafqazdakı millətlərin başına nə oyunları açıblar?Heç Amerika onlar qədər müsəlmanlara divan tutmayıb.Amerikanın adı axır vaxtlar çıxıb. Talibanın adı ona görə çəkilir ki, onlar da (vəhhabiliyi danan) sələfilərdirlər. Onların qurduğu dövlətdə şiə müsəlmanlara olmazın zülmünü edirdilər. O ki, qaldı Dağıstanın daxili işlər nazirini öldürməyə, öldürürsünüzsə, tək onu öldürün. Daha gedib uşaqları öldürməyin. Rusun küfrü barədə yazmışam, amma hədisə uyğun. Rusun zülmü barədə də yazmışam. "Qur`anı öyrənmək istəyənlərin nəzərinə" mövzusunda. Zülm edənin milliyyəti və ölkəsi fərq etmir. Zalım elə zalımdır. İslamda zülm etmək və ona tabe olmaq məqbul sayılmır. ALLAH təala Qur`anda buyurur: Nə zülm edin, nə zülmə tabe olun! 2-ci surə, "əl-Bəqərə" (inək) surəsi, 279-cu ayə.
  9. Hansı qısa balağı?Əllamə Muhamməd Baqir məclisinin "Möminlərin zinəti" kitabında kişilərin etməsi gərəkəni deyirsən? Müvəhhid! Mən inkar etmədim, qardaş! Nəyi inkar etdim? Mən ərəbcə lüğətə baxdım, orada qorxutmaq yazmışdı, terror yox. O ki qaldı, əl-Ənfal surəsi, 60-cı ayənin izahına, mən təfsirə baxmadım. İnşa ALLAH vaxtım olan kimi, baxıb yazaram! Amma hər halda islam dini terroru qəbul etmir. Bunları edənlər islamı ləkələyənlərdirlər! O ki qaldı, Əllamə Muhəmməd Baqir Məclisiyə, və onun "Möminlərin zinəti" kitabına, müəllif orada hədisləri qeyd edib. Peyğəmbərin (s) zamanında cahil, təkəbbürlü və şanpərəst ərəblər uzun paltar geyinərdilər. Peyğəmbərimiz (s) də onların bu əməlini məzəmmət edib. Amma indi heç kəs uzun paltarı təkəbbür olaraq geyinmir. İndi qısa balaqlı olmaq təvazökarlıq rəmzi sayılmır və lazım deyil.
  10. Shie_cavabi

    Pirler.

    Amma bir dəfə dedin ki, Peyğəmbərə (s) tabe olmaq olmaz! Qur`andan pirlər, ziyarətgahlar haqqında (mesaj 333-də) cavab yazmışam! Qur`andan yazdım aaa ... Elə Qur`an özü həm ziyarətgahlara, həm də Peyğəmbər (s) ailəsinə hörmət etməyi əmr edir!
  11. Shie_cavabi

    Pirler.

    Sənin konkret olaraq nəyə büt dediyini bilmək olar? Ya ALLAH təvhiddir, Ya Hüseyn (ə) imamət! Şirkin nə olduğunu izah elə! Həqiqəti danan, həqiqətdən dəm vurur! Hamı görür ki, bir namaz qılan bahalı maşın sürürsə, yüz namaz qılmayan bahalı maşın sürür!
  12. Shie_cavabi

    Pirler.

    Subhan Allahtala guranda atdara bele and ichir Al Adiya suresinde,chunku o yaradandi o yaratdigi her bir sheye and iche biler! amma insan subhen Allahtalanin guludur ve onunchun ancag onun adin tutmalidir! ondan bashgasina and ichmeyi mehs bu onu shirke baglayir! birdeki guranda bir neche aye var hansi ki,mehs bu pirlere zidd gedir,bunu sizlerde chox gozel bilirsiz,amma hegigeti uze chixarmaga goymullar,chunki milyonlarnan pul elden chixa biler.. وَإِذَا سَأَلَكَ عِبَادِي عَنِّي فَإِنِّي قَرِيبٌ ۖ أُجِيبُ دَعْوَةَ الدَّاعِ إِذَا دَعَانِ ۖ فَلْيَسْتَجِيبُوا لِي وَلْيُؤْمِنُوا بِي لَعَلَّهُمْ يَرْشُدُونَ (Ya Rəsulum!) Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən (onlara) yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər. Bununla da, ola bilsin ki, doğru yola yetişsinlər. Mən də orada yazmışam ki, "və başqa məxluqlara" and içir. Lakin ALLAHın and içdiyi məxluqların hamısı dəyərli məxluqlardırlar. ALLAH-taala da insana ALLAHın qapısına başqaları ilə gəlməyi əmr edib! Bax burada: Ey iman gətirənlər! Allahdan qorxun, Ona (Onun rəhmətinə və lütfünə qovuşmaq üçün) vəsilə (yol) axtarın. 5-ci surə, "əı-Maidə" (süfrə) surəsi, 35-ci ayə. İnternet ünvanı: http://quran.az/index.php?lang=aze&soorah=5&aya=35&query=&author=1 Siz bu ayəni görmürsünüz, biz isə həm görürük və həm də əməl edirik. ALLAHın kor etdiyinə nə deyə bilərik ki?! Məsələn? Bir də, mən ziyarətgahların islamda və Qur`anda olması barədə (mesaj 333-də) ayə gətirdim, amma qəbul etmədiniz! İnadkarsınız siz! Bu ayənin isə ziyarətgahlarla yaxından-uzaqdan əlaqəsi yoxdur. Bu ayəyə əsasən də ziyarətgahlarda hacət ALLAHdan istənilməlidir. Amma təvəssül də öz yerində!
  13. Kimdi saqqallarını qırxan?Bayaq küçede ne qeder saqqallı gördüm... Qısa balağlı da gördün?
  14. Orda müharibe olanda hele bu eqide yayılmamışdı.Guya bilmirsen? Bəs bu göbələklər hansı yağışdan sonra çıxıblar?
  15. Müqtəda əs-Sədr Amerika ilə döyüşürdü! Nəcəf şəhərinin müdafiəsində! Ermənilərə dəstək verib deyəndə, nəyi nəzərdə tutursan! Bir vaxtlar Qarabağ müharibəsində İran Azərbaycana silah-sursat, qida və əsgər göndərirdi. Sonra Azərbaycan İrana arxa çevirdi, üz tutdu İranın düşmənlərinə tərəf! İran da Ermənistana nə verirsə, pulla verir. Müftə vermir. İran-İraq müharibəsində isə İran müdafiədə olub! Hücum edən isə İraq olub! Məsələn? Bu lap ağ yalan oldu! Orada tatar-monqollar az şiə qırıb? Şiə kitabxanalarını da onlar yandırıb! Bu terror deyil əxi! Səfəvilər əvvəl sülhlə təslim olmağa çağırıblar, son anda isə döyüşüblər. Aç "Qızılbaşlar", "Xudafərin körpüsü" kitablarını oxu və ən azından öz xalqının da tarixindən xəbərdar ol! De görək (bu ağ yalan) necə olub?
  16. Hücum yox terror! İmam Əli (ə) buyurub: "Dövlət küfrlə yaşayar, zülmlə yaşamaz!" Rusun küfrü, sənin zülmündən daha yaxşıdır. Taliban dövründə Əfqanıstanlı şiələr yağ alanda, talibanlılar yağı tutub şiənin əlindən alırdılar. Sən buna ədalət deyirsən?! Kiminsə balasını acından öldürmək ədalətdir?!
  17. Hə müvəhhid, əhli-təvhid. Ona cihad yox terror deyilir. Cihad ALLAH yolunda edilir. Özü də kişi kimi meydan açmaqla! Daha gizlənə-gizlənə yox! Peyğəmbər (s) buyurub: "Müsəlman o şəxsdir ki, camaat onun əlindən və dilindən amanda qalsın!" Qorxutmaq, elə qorxutmaqdır. Sənin başa düşdüyün terror deyil. Yəni sən təchizatlı ol ki, kimsə sənə hücum etməyə cürət etməsin!
  18. Shie_cavabi

    Pirler.

    Sənə kim dedi ki, mən Qur`an oxumuram? Təki məni ALLAH qəbul etsin, sənin kimilərin tənəsinin bir zərəri yoxdur!
  19. Shie_cavabi

    Pirler.

    Ayələri yaxşı gətirirsən, amma nə adresini düzgün vermisən, nə də işlətmə yerini düzgün seçə bilmisən! O ki qaldı, ağacdələnə ... Mən hələ ki, səni təhqir edib, heyvana oxşatmaımşam! Amma ağac dələn "meşə ayılarından" daha da xeyirli məxluqdur!
  20. Şükür olsun aləmlərin Rəbbi olan ALLAHa! Biz ALLAHın razı olduğu bütün günlərə düşməyə razıyıq!
  21. Bir az vaxtım azdır, amma arxayın ol; Sənin o rədiyyənə bir rəddiyyə yazacağam ki, gəl görəsən! Sonra da admin heyətə bir siçan deşiyi sifariş verəcəm! Arada lazımın olar!
  22. Shie_cavabi

    Pirler.

    İnşa ALLAH, Şiə cavabını ALLAH yandırmasın! Mən Nəsiminin adını çəkməklə, heç də özümü yandırmamışam! Nəsiminin adını çəkmək, ALLAHa şərik qoşmağın hansı növünə daxildir? Nəsimin də sənin kimi burnunun ucundan başqa bir şey görməyənlər edam etdilər! Bir də ki, sən kimsən ki, məni edam edəsən?
  23. Shie_cavabi

    Pirler.

    ALLAHa şükürlər olsun ki, İmam Əli (ə) bəzi təvəssüllərimi cavabsız qoymayıb! İnşa ALLAH bundan sonra da cavabsız qoymayacaq! Bu gün də çərşənbə axşamıdır. Məsumlara (ə) təvəssül edəcəyəm!
  24. Shie_cavabi

    Pirler.

    Ay özünü xoşbəxt sayan!!! Mən də bilirəm! Mən onu ALLAH (c.c.) saymıram ki! Adam balası kimi ... Mənə lazım olan bəzi şeyləri İmam Əliyə (ə) təvəssül edib almışam! Daha ondan kibrit çöpü istəməmişəm! Biz də o qaydaları bilirik. Amma siz yarıda qırıb, qaçmısınız! Biz isə axıra qədər davam edirik! Bəli, sən başa düşmürsən! Xeyr, mən İmam Əlini (ə) ALLAHın (c.c.) bir qulu bilirəm! İmam Əli (ə) ALLAHa ibadət edən, ALLAHa (c.c.) təvəkkül edən, gözəl bir bəndə idi! Biz bir güzgüyük! Bizə baxan özünü görər! Neyləyək ki, sən özünü belə gördün?! ALLAH (c.c.) yaxşı bilir ki, kimə lənət etmək lazımdır. ALLAH ürəyinə görə versin!
  25. Shie_cavabi

    Pirler.

    Səhih Buxarinin "تفسير القرآن ", "Qur`an təfsiri" fəslində, "يوم يكشف عن ساق ", "Baldırın açılacağı gün" bölməsində belə bir rəvayətlə qarşılaşırıq? ‏حدثنا ‏ ‏آدم ‏ ‏حدثنا ‏ ‏الليث ‏ ‏عن ‏ ‏خالد بن يزيد ‏ ‏عن ‏ ‏سعيد بن أبي هلال ‏ ‏عن ‏ ‏زيد بن أسلم ‏ ‏عن ‏ ‏عطاء بن يسار ‏ ‏عن ‏ ‏أبي سعيد ‏ ‏رضي الله عنه ‏ ‏قال ‏ ‏سمعت النبي ‏ ‏صلى الله عليه وسلم ‏ ‏يقول ‏ ‏يكشف ربنا عن ساقه فيسجد له كل مؤمن ومؤمنة فيبقى كل من كان يسجد في الدنيا ‏ ‏رياء ‏ ‏وسمعة ‏ ‏فيذهب ليسجد فيعود ظهره ‏ ‏طبقا واحدا ‏ ... ravilər zənciri ... Əbi Sə`d deyir: Peyğəmbərin (s) belə buyurduğunu eşitdim: Rəbbimiz bizə baldırını göstərəcək. Bütün mömin və möminələr Ona səcdə edəcəklər. Yalnız dünyada riya və süm`ə niyyətilə səcdə edənlər qalacaqlar. Onlar səcdə etmək üçün gedəcəklər, amma səcdə edə bilməyəcəklər.
×
×
  • Создать...