-
Публикации
3774 -
Зарегистрирован
-
Посещение
Все публикации пользователя SUMGAYIT
-
Prezident İlham Əliyevin dekabrın 24-də Qərbi Azərbaycandan olan ziyalılarla görüşü zamanı irəli sürdüyü Qayıdış Konsepsiyası ilə bağlı Qərbi Azərbaycan İcmasında dərhal işə başlanılıb. Axar.az xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının mətbuat katibi Ülviyyə Züfiqar bildirib. “İcma olaraq bu Konsepsiyanı vaxtında yekunlaşırmağa çalışacağıq. Konsepsiya hazır olandan sonra Qərbi Azərbaycan İcması fəaliyyətini bu sənədə əsasən davam etdirəcək”, - Ü.Züfiqar qeyd edib.
-
İraqın Kərkük vilayətinin şimalında partlayış baş verib, federal polisin 8 əməkdaşı ölüb. Bu barədə “Rudaw” telekanalı məlumat yayıb. Silahlıların bir neçə polis avtomobilinin marşrutu boyunca yerləşdirdiyi partlayıcı işə düşüb. Ölənlər arasında Daxili İşlər Nazirliyinin qüvvələrinin zabiti də var. Hadisə baş verən vaxt polis əməkdaşları Əl-Xuveyca kəndi yaxınlığındakı ərazidə patrul aparırmış.
-
KİV: “İŞİD yaraqlıları İraqdakı kəndə hücum edib, ölənlər var” İŞİD terror təşkilatının yaraqlıları İraqın şərqində yerləşən Diyala əyalətinin Bu-Bali kəndinə hücum ediblər. Bu barədə “Bağdad Al Youm” xəbər portalı məlumat yayıb. Ölkənin təhlükəsizlik xidmətlərindəki mənbənin portala verdiyi məlumata görə, hücum nəticəsində azı 7 nəfər ölüb, 5 nəfər isə yaralanıb. İraq təhlükəsizlik qüvvələrinin əlavə bölmələri kənd ərazisinə cəlb olunur.
-
Türkiyə bu il Suriya və İraqda zərərsizləşdirdiyi terrorçuların sayını açıqlayıb “Bu il Suriya və İraqda 4 minə yaxın terrorçu zərərsizləşdirilib”. Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar ilin yekunları ilə bağlı keçirilən iclasda deyib. O bildirib ki, terrorçulara qarşı mübarizə davam edir: “Əməliyyatlarımız gecə-gündüz davam edir. Yeganə hədəfimiz terrorçulardır. Biz qonşularımızın ərazi bütövlüyünə hörmət edirik”. H. Akarın sözlərinə görə, Türkiyə Silahlı Qüvvələrinin əməliyyatları beynəlxalq hüquq çərçivəsində həyata keçirilir:
-
Bundan sonra dünyada Rusiya hərbçilərini sülhməramlı kimi qəbul etməyəcəklər
-
İranda mollalar rejimə qarşı çıxır: Tehran höküməti legitimliyini itirir
-
Persia before Khomeini - The history of Iran in 15 minutes of perfectly restored film material
-
Naxçıvan 30 ildir dözür, ermənilər 5-6 gün dözə bilmir? – Sabir Rüstəmxanlı
-
7732 “Düşmənin silahları işə düşərsə, yaxşı olmayacaq. Hesab edirəm ki, ölkə başçısı qəti qərarlar verməlidir. Hər ötən gün bizim ziyanımızadır” Xəbər verdiyimiz kimi, Ermənistan Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisinə silah-sursat və hərbi texnika daşıyır. Bu məlumatı DTX rəisinin birinci müavini, general-leytenant Ceyhun Şadlinski də təsdiqləyib. Bundan əlavə, noyabrın 22-si erməni silahlı dəstəsinin üzvləri Şuşa və Tərtəri də atəşə tutub. Bütün bunlar Ermənistanın regionda sülh tərəfdaşı olmadığının göstəriciləridir. Bu fəaliyyətlər müharibə ilə nəticələnə bilərmi? Ermənistan yeni təxribatlara əl atacağı gözləniləndirmi? Məsələ ilə bağlı ehtiyatda olan zabit, hərbi jurnalist Üzeyir Cəfərov Bakupost.az -a danışıb. O, Ermənistanın hazırlıqlarına cavab reaksiyası olaraq qəti addımlar atılmalı olduğunu qeyd edib: “Ermənilərin təxribatı 2021-ci ildən bu günə qədər davam edir. Artıq anti-terror əməliyyatının vaxtı çoxdan yetişib. Biz gecikməməliyik. DTX rəisinin birinci müavini Ceyhun Şadlinskinin səsləndirdiyi fikirlər o anlama gəlir ki, artıq Azərbaycanın səbri tükənib. Əvvəl avtomat silahlar, minalar daşıyırdılar. İndi isə ağır texnika daşıyırlar. O texnika ora muzey, yaxud parad üçün daşınmır. Şuşa, Laçın və yaxın ərazilərə zərbə endirmək üçün daşınır. Ona görə Azərbaycan, Rusiya, Fransa və Amerikaya baxmadan addımlar atmalıdır. Əks təqdirdə şəhid və itkilərimiz qaçılmazdır. Buna yol vermək olmaz. Dünən axşam saatlarında Dövlət Müdafiə Nazirliyi Rusiya “bədməramlılarına” xəbərdarlıq etdi ki, Azərbaycan toponimlərindən düzgün istifadə edin. Onlara sülhməramlı yox, bədməramlı deyirəm, çünki əməlləri bəddir. Neçə aydır ki, Azərbaycan MN, XİN bəyanat verir. Amma onlar özlərini qanmazlığa qoyub “Stepanakert”, “Dağlıq Qarabağ” yazırlar. Biz özümüzü son dərəcədə humanist aparırıq. Amma görün Azərbaycan üçün nələr hazırlanır. Şuşaya atəş açmaq birbaşa bizim qeyrətimizə, namusumuza sataşmaq cəhdidir”. Ü.Cəfərov hesab edir ki, proseslər dərinləşmədən rəsmi Bakı sərt addımlar atmalıdır: “Rusiya Xankəndidə referendum keçirməyə hazırlaşır. Vardanyan kimi yaramazı göndərirlər, hoqqabazlıqla məşğuldurlar. Bir naziri çıxarıb, o birini qoyurlar. Dünyanı da belə bir qondarma qurumun mövcudluğuna öyrəşdirirlər. Moskva heç vaxt Azərbaycana qarşı səmimi olmur. Belə olsaydı, 2020-ci ildə imzalanan sənədin müddəalarına hörmətlə yanaşardı. Ermənistanla nə planı varsa, özü bilər. Əsas xətası bizdən uzaq olsun. Moskva dünyanı zəiflətmək istəyir. Bu gün Ukraynanın 70 faizi elektrik enerjisiz qalıb. Dünya Rusiyanın hegemonluq cəhdlərinin qarşısında acizlik nümayiş etdirir. Biz öz dövlətimizin maraqları çərçivəsində addım atmalıyıq. DTX deyirsə, ağır texnika daşınır, bu artıq təhlükəli bir məsələdir. Ermənistan heç bir halda regionda sülhə maraqlı deyil. Məsələ kökündən həll olunmalıdır. Ərazilərimizdə quruculuq işləri gedir. Düşmənin silahları işə düşərsə, yaxşı olmayacaq. Hesab edirəm ki, ölkə başçısı qəti qərarlar verməlidir. Hər ötən gün bizim ziyanımızadır”.
-
Haaqada erməni terrorizminə qarşı aksiya keçirilib
-
Laçın yolunda aksiyada iştirak üçün artıq ailəvi gələnlər var
-
İranın paytaxtı Tehranın şimal-qərbində yerləşən Kərəc həbsxanasında baş verən iğtişaşlar zamanı bir məhbus ölüb, çoxlu sayda məhbus yaralanıb. İRNA xəbər verir ki, hadisə ilə bağlı Əlburz şəhərinin baş prokuroru Hüseyn Fəzli Herikəndi açıqlama verib. Onun sözlərinə görə, narkotik maddələrlə bağlı mühakimə olunan məhbuslar arasında toqquşmalar olub, təhlükəsizlik qüvvələrinin müdaxiləsindən sonra iğtişaşlar dayanıb. Yaralanan iki nəfər ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Norveçdə yerləşən İran İnsan Haqları Təşkilatı bildirib ki, həbsxana rəhbərliyi ölüm hökmü verilən məhbusu edam üçün başqa kameraya köçürdükdən sonra məhbuslar qiyam qaldırıb.
-
Xankəndi yolundakı aksiyanın altıncı günü Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində ermənilərin qanunsuz fəaliyyətləri ilə bağlı monitorinq keçirmək üçün gedən ekofəalların və QHT nümayəndələrinin Şuşa-Xankəndi yolunda etiraz aksiyası davam edir. Axar.az xəbər verir ki, aksiyanın beşinci günündə etirazçılar ekoloji terrora son qoyulması, yataqlarda monitorinq keçirilməsi tələbləri ilə şüarlar səsləndiriblər. Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.
-
Laçın yolunda Azərbaycan-Rusiya qarşıdurması: Regionu yeni müharibə gözləyirmi?
-
Azərbaycanlıları görəndə dizimiz əsir: Fransa da gəlsə... Bu günlərdə Qarabağda baş verən azərbaycanlı fəalların aksiyası erməni xalqının gözünü bir şeyə də açdı. Biz rusların Azərbaycan qarşısında qorxduğunu müşahidə etdik. Ölmədik, bu günü də gördük. İllərdir Ermənistanda rus bazası olub. İrəvan Rusiyanı qorxmaz, ordusunu güclü bilib. Amma bu günlərdə baş verənlərə baxsaq, dizləri titrəyən rus əsgərini, dillərini udmuş rus zabiti görürük.
-
İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” QSC-in nümayəndələrindən ibarət heyət Rusiya sülhməramlılarının qərargahında görüş keçirib. Axar.az xəbər verir ki, bu barədə Monitorinq qrupunun rəhbəri Məsim Məmmədov bildirib. Görüşdə bir daha qeyd olunub ki, təqdim edilən yol xəritəsinə uyğun olaraq “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarına yerində baxış həyata keçirilməli, müvafiq monitorinq və inventarizasiya işlərinin təşkili məsələləri həllini tapmalıdır. Monitorinq qrupunun yataqlara yerində baxış keçirməsinə lazımi şərait yaradılmayıb və qarşıya qoyulan vəzifələrin icrasına nail olunmayıb. Monitorinq qrupu üzvləri tərəfindən bir daha qeyd edilib ki, yataqların qanunsuz istismarı dayandırlmalı, ərazidə kompleks monitorinq işləri həyata keçirilməlidir.
-
Bədməramlıların Qarabağdakı 25 aylıq fəaliyyətinin təhlili
-
Rusiya bədməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və Qeyri Hökümət Təşkilatları təmsilçiləri Laçın - Şuşa yolunda aksiyanı davam etdirirlər. Aksiya iştirakçıları ekoloji terror və yataqların qanunsuz istismarı əleyhinə şüarlar səsləndirir, Rusiya bədməramlılarının komandanı Andrey Volkovla görüş tələb edirlər.
-
Xankəndi yolunda son durum: İynə atsan, yerə düşməz... Azərbaycanlı ekofəalların, QHT nümayəndələrinin, könüllülərin və jurnalistlərin Laçın yolundakı aksiyasında iştirak edən Jurnalist Ekspert Mərkəzinin sədri, tanınmış jurnalist Ceyhun Musaoğlunun Axar.az-a müsahibəsi: - Ceyhun bəy, hazırda ərazidə vəziyyət necədir? - Azərbaycanlı ekofəalların, könüllülərin Laçın yolunda keçirdiyi aksiya növbəli şəkildə davam edir. Tələb ondan ibarətdir ki, Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının monitorinqlərinə mane olunmasın. Sülhməramlılar bizim həmin ərazilərə daxil olmağımıza imkan vermir. Halbuki həmin yerlər Azərbaycan ərazisidir. Ona görə aksiya hər keçən gün daha da genişlənir. - Rusiya sülhməramlılarının aksiya keçirilən əraziyə səsgücləndirici gətirilməsi ilə bağlı məlumatlar yayılıb. Bunun səbəbi nədir? - Aksiya iştirakçıları şüarların səslənməsində səsgücləndiricilərdən istifadə edir, o cümlədən aralıq vaxtlarda musiqi səsləndirir. Rusiya sülhməramlıları da gətirdikləri səsgücləndiricilərlə öz musiqilərini bizə dinlətdirirlər. Narahat olmayın, bizim səsimiz daha gur çıxır. - Aksiya iştirakçıları ilə sülhməramlılar arasında hansısa xoşagəlməz olay baş verirmi? Ümumiyyətlə, münasibət necədir? - Münasibət normaldır. Bununla bağlı fotolar da çəkmişik. Sadəcə aksiyanın xarakterinə uyğun olaraq onlara ayrılan zonada dayanıb, növbə çəkirlər. Biz də onlarla üzbəüz dayanıb şüarlar səsləndirib, aksiyamızı davam etdiririk. - Təxminən ərazidə nə qədər aksiya iştirakçısı var? - Dəqiq say demək çətindir. Bildiyiniz kimi, aksiya Şuşadan Xankəndiyə ayrılan yolun girişindədir. Ərazidə çadırlar qurulub. Çox insan var, demək olar, iynə atsan, yerə düşməz.
-
Volkov niyə gizlənir? Birincisi, Moskvanın təlimatı bu yöndədir: - Rusiya məsələni diplomatik kanallarla həll etmək niyyətindədir və istisna deyil ki, bunun üçün Bakıya müəyyən təzyiqlər də edilib, hərçənd, prosesin davam etməsi nəticə əldə etmədiklərini deməyə əsas verir; - Rusiyanın gözləmə mövqeyi həm də “beynəlxalq ictimaiyyətin” Azərbaycana təzyiq edə biləcəyindən qaynaqlanır: ruslar hesab edir ki, ABŞ, Fransa və Avropa İttifaqının çağırış etməsi və “bütün tərəflərin” eyni mövqe sərgiləməsi nəticəsində Bakı geri addım atacaq; İkincisi, Volkovun (Rusiyanın) hazırda nəsə etmək imkanları məhduddur: sülhməramlıların komandanı aksiya iştirakçılarının qarşısına çıxarsa ya tələbləri icra etməlidir, ya da müdaxilə əmri verməlidir və ruslar indi bunun heç birini edə bilmir. Bu baxımdan, Volkovun məsələnin həllinə qədər Xocalıda yerləşən qərargahından çıxacağı ehtimalı azdır. O da istisna deyil ki, Rusiya proseslərin sonunda Volkovu geri çağıracaq.
-
7-ci maddənin vaxtı çatdı: Xankəndiyə qayıdış zamanıdır Cəmiyyətin, onun müxtəlif təbəqələrinin Azərbaycan ərazilərində müvəqqəti yerləşmiş rus sülhməramlıların hərəkətlərindən narazılıqlarını bildirmək, Azərbaycan ərazilərinin talanmasına etiraz etmək hüququ təbiidir.
-
08:30 Aksiyanın ilk günü nümayişçiləri qorxutmaq üçün sülhməramlılar əraziyə pulemyot və ağır artilleriya gətirmişdilər. Ancaq beynəlxalq hüquqa görə onların Azərbaycan əhalisinə, sivil etirazçılara zor tətbiq etmək hüququ yoxdur. Bu sözləri Axar.az-a azərbaycanlıların Şuşa-Xankəndi yolunda keçirdiyi aksiya haqda danışan politoloq Turab Rzayev deyib. Politoloq bildirib ki, sülhməramlılar ancaq tərəflərdən biri onlara atəş açdığı zaman həmin tərəfə qarşılıq verə bilər: “Bu cavab isə onlara qarşı edilən hərəkətlərə adekvat olmalıdır. İndiki halda sülhməramlıların aksiya keçirilən ərazidən ağır texnika və pulemyotları çıxartması çox doğru qərar idi”. Ekspert bildirib ki, Laçın dəhlizindən silah-sursat, texnika, İran agentləri, təxribatçı qruplar, terrorçular, strateji məhsullar keçir, Azərbaycanın qızıl, mis mədənləri, meşələri, suları talan olunur. Amma Azərbaycan buna müdaxilə edə bilmir. Aydın məsələdir ki, Azərbaycan tərəfi buna dözmək niyyətində deyil. Politoloq sülhməramlılar arasında yerli və gəlmə erməni əsilli şəxslərin olmasıyla bağlı məlumatlara da toxunub: “Sülhməramlıların daim üzübağlı gəzməsi də buna işarədir. Dünyanın heç bir yerində sülhməramlı üzünü bağlamır. Onlar öz formasında adı, soyadı, qan qrupu, rütbəsi olan, müsbət missiya yerinə yetirən açıq şəxslərdir. Ancaq rus sülhməramlıların maskalanması ciddi şübhə yaradır. Sülhməramlıların rəhbəri Volkovun adı Suriyada terrorçularla yaxın əlaqədə, yerli terrorçularla birgə qanunsuz ticarətdə hallanıb. Onun PK/YPG terrorçuları ilə eyni tədbirlərdə çəkilən fotoları da yayılıb. Ona görə Volkovun talançılarla işbirliyi qurmadığından əmin ola bilmərik. Eyni zamanda beynəlxalq erməni lobbisinin ayırdığı pullardan ona bir pay çatmadığını da istisna edə bilmərik. Vaxtilə 366-cı motoatıcı briqada da Xocalı qətliamını törədərkən pul almışdı. Rus ordusunun tarixində belə ləkələr var”.
-
Şuşa yolunda aksiya - Bu, sülhməramlıların ərazilərimizdən vaxtından əvvəl çıxarılması üçün əsasdır
-
Xankəndi-Gorus avtomobil yolunun bağlanması (Şuşa-Xankəndi yolunda azərbaycanlı ekofəalların aksiyası nəzərdə tutulur – red.) 10 noyabr 2020-ci il sənədinin icrasıdır. Axar.az xəbər verir ki, bu sözləri erməni mediasına açıqlamasında Ermənistan silahlı qüvvələri Baş Qərargahının keçmiş rəisi Movses Akopyan deyib. O bildirib ki, hazırkı vəziyyəti pis qiymətləndirir: “Amma düşünürəm ki, danışıqlar nəticəsində yol açıla bilər. Onların heç biri Ermənistan hakimiyyətini və Qarabağdakıları (erməni separatçılar nəzərdə tutulur – red.) diqqətə almır. Əsasən, 10 noyabr bəyanatının icrası prosesi gedir. Bu sənədə görə, Qarabağ Azərbaycanın bir hissəsidir. Amma hər şey dəyişə də bilər. Dəyişikliyi kimin və hansı şəkildə edə biləcəyini isə bilmirəm”. O bildirib ki, məsələ ilə bağlı BMT TŞ-yə Qarabağ separatçılarının müraciəti heç bir nəticə verməyəcək.
-
Volkov görüşümüzə buna görə gəlmir – Vəkilov Azərbaycanlı ekofəalların və QHT nümayəndələrinin Şuşa-Xankəndi yolundakı aksiyasında iştirak edən hüquqşünas, “Müvəkkil” Hüquq Mərkəzinin rəhbəri Səməd Vəkilovun Axar.az-a müsahibəsi: - Hazırda aksiyanın keçirildiyi ərazidə vəziyyət necədir? - Aksiya tam gücü ilə davam edir. Bu gün onlarla QHT-çi, jurnalist həmkarlarımız da bizə qoşuldu. Hazırda 1000 nəfərə yaxın aksiya iştiraçısı var. Hər kəs yüksək əhval-ruhiyyədədir. - Ərazidə nə qədər çadır qurulub? - Yalnız 3 ədəd çadır var. - Bəs, aksiya iştirakçıları gecəni necə keçirə bildi? - Çadırlar yatmaq, dincəlmək üçün deyil, sadəcə, çay içmək olur, bir neçə stul da var. Biz gecəni yatmamışıq, aksiyamız gecə boyu, səhərə qədər davam edib. - Orda havanın çox soyuq olduğunu bilirik. Aksiya iştirakçıları o soyuqdan necə qorunur? - Yalnız tonqallarla. - Aksiya iştirakçılarının ərzaq təminatı necədir? - Yeməklə bağlı heç bir problem yoxdur. Zatən bura yeməyə gəlməmişik, ancaq ac da qalmırıq. Hər şey qaydasındadır. - Təhlükəsizliyiniz necə təmin olunur? - Hazırda təhlükəsizliyimiz Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən təmin olunur, narahat olmayın. Arxamızda Şuşa var, Ordumuz var, öz torpağımızda kimdən qorxasıyıq?! - Dünəndən bəri aksiya iştirakçıları rus sülhməramlılarının komandanı Andrey Volkovu görüşə çağırır. Sizcə, Volkov niyə görüşə gəlmir? - Bilirsiniz, ötən dəfə Volkov söz vermişdi ki, ekoloqların monitorinq keçirməsi üçün bütün şərait yaradılacaq. Amma o, sözündən döndü, heç bir şərait yaradılmadı. Biz hələ bilmirik ki, bu təminatı verməyə Volkovun səlahiyyəti çatır, ya yox! Görünür, həm bu, həm də ötən dəfə verdiyi sözü yerinə yetirə bilmədiyi və bunun sorğulanacağını bildiyi üçün Volkov bizim görüşümüzə gəlmir. - Hədəfiniz nədir? Aksiya nə qədər davam edə bilər? - Tələblərimiz yerinə yetirilənə qədər aksiya davam edəcək. Bu bir gün də, 10 gün də, bir ay da çəkə bilər. Heç kim geri çəkilmək fikrində deyil. Hər kəs sona qədər burada dayanmağı qarşısına məqsəd qoyub. Dünəndən bəri Azərbaycanın hər yerindən bizə zənglər olur, hər kəs əlində gələni etməyə hazır olduğunu deyir. Bura gəlmək üçün can atan xeyli insan var. Hətta şəhid ailələri, qazilərimiz gəlmək istəyirlər. Biz arxamızda Azərbaycan xalqını hiss edirik.
