-
Публикации
3774 -
Зарегистрирован
-
Посещение
Все публикации пользователя SUMGAYIT
-
Tehran-İrəvan "bacılığ"ında zövcələrin rolu
-
Zəngəzur dəhlizi ilə maskası cırılan İran
-
Yeməklərin hazırlanma qaydaları Avarların milli mətbəxi əsasən ət və süd yeməklərindən ibarətdir: qaynadılmış qoyun əti, xingal, plov, pendir, kabab və s. Qarğıdalı, qoz, halva, müxtəlif içkilər və qənnadı məmulatları geniş şəkildə istifadə olunur. Ənənəvi avar yeməklərinə qutsi (çudu) və kəsmik, gicitkən, ət, balqabaq və hətta qoz içlikli xingallar aiddir. Qafqaz xalqlarının çoxunda olduğu kimi, avar mətbəxi də maxara, burcaxal (əriştə), sülxüli, lobyadan və qurudulmuş ətdən olan müxtəlif şorbalar; şirniyyatlar: halva, asta, şərbət, qaymaq, tutdan və ya xurmadan hazırlanan bəkməz və bir çox digər məmulatları ilə seçilir. Asta. Tərkibi: 1 kq əridilmiş yağ, 1 kq 700 q un; şərbət üçün: 1 kq şəkər, 1 stəkan su, 200 q şəkər kirşanı. Yağı qazana qoyaraq qızdırmaq, unun yarısını ora tökmək və taxta qaşıqla aramsız qarışdıraraq 30 dəqiqə bişirmək, qalan unu tökərək aramsız qarışdırmağa davam edərək bir saat bişirmək və odun üzərindən götürərək bir az soyutmaq lazımdır. Şərbət üçün şəkəri isti suda əridərək qarışdıra-qarışdıra qaynama dərəcəsinə çatdırmaq,odun üzərindən götürərək soyutmaq və isti un kütləsinin üzərinə isti şərbəti tökərək yaxşı-yaxşı qarışdırmaq lazımdır. Alınan kütləni yastı qablara tökərək taxta qaşıqla döyəcləyib üstü hamar yası formaya salmaq və sora alınan səthin üstünü müxtəlif naxışlarla bəzəyirlər. Soyumuş astanın üzərinə şəkər tozunu da səpmək olar. Qovrulmuş və qabığı təmizlənmiş qozun astanın üstünə qoyulması onu xüsusilə ləzzətli edir. Asta bu günə qədər toyların və yasların mütləq yeməyi kimi qalır. Asta dolu böyük sini bəy evinə gedən gəlini müşayiət edir. Astanı elçilikdə, nişanda, uşaq dünyaya gələndə, dini bayramlarda və müqəddəs günlərdə qonaqlar üçün hazırlanır; onu qonşulara, yaxın qohumlara və dostlara sədəqə kimi də paylayırlar. Avar xingəlı. Avar ailələrində xingəllərın müxtəlif növləri bişirilir. Onlardan birinin reseptini təqdim edirik. Unu, duzu, sodanı qarışdırmaq, qatıq əlavə etmək və xəmiri yoğurmaq. Üstünü örtərək 30 dəqiqə saxlamaq. Xəmirdən 1 sm qalınlığında yayma açmaq. Sonra yaymanı 3-4 sm enində zolaqlar şəklində kəsmək, bundan sonra zolaqları kvadrat və ya romb şəklində kəsmək. Bişirilən zaman onlar yumşaq, məsaməli olmalı və ölçüsü böyüməlidir. Bişirilmək üçün suyu duzlamaq və qaynama dərəcəsinə çatdırmaq. Sonra xəmiri qaynayan suya qoymaq lazımdır. Bir neçə dəqiqə ərzində qazanın qapağı örtülü şəkildə bişirilir. Xingalın bişməsi suyun üzərinə çıxan ağ köpüklə müəyyənləşdirilir. Xingalın tam şəkildə bişməyinə əmin olmaq üçün xingalın birini çəngəllə bölmək lazımdır və əgər xəmir çəngələ yapışmırsa, onda xingallar hazırdırlar və onları sudan çıxarmaq olar. Onları çox tez bir şəkildə sudan çıxartmaq lazımdır. Bundan dərhal sonra onları xüsusi çöp ilə deşmək lazımdır, çünki çəngəllə deşilən xingallar o qədər də səliqəli görünmür. Əgər belə edilməzsə, onlar boz və daş kimi alınırlar, görünüşcə çox da xoş olmurlar. Sonra xingallar qaba düzülür, üstündən bişirilmiş ət qoyulur və ətin bişdiyi bulyonla və tomat sousu ilə birlikdə süfrəyə verilir.
-
ləzg. Афар Gicitkandan hazırlanmış afarar Mənsubiyyəti Ləzgi mətbəxi Lazımi komponentlər un, su, duz, adi soğan, digər göyərtilər Afarar — çox nazik yuvarlanmış xəmirdən müəyyən içliklə hazırlanmış məşhur ləzgi milli yeməyi. Afarar ən çox sevilən ləzgi yeməklərindən biridir. Bir çox cəhətlərinə görə çudu və osetin piroqlarına bənzəyir. Afarlar müxtəlif içliklərlə bişirilir. Afarlar ənənəvi olaraq,ləzgilərin tarixi dağlıq və dağətəyi ərazilərində bitən otlardan hazırlanır (belə otların 50-dən çox növü məlumdur). Afararın içi: çuğundur yarpaqlarından tutmuş gicitkənə qədər müxtəlif otlar ilə doldurula bilər. Balqabaq afarları populyarlıq baxımından bitki tərkibli afarlardan daha az populyardır, bu yəqin, dağlarda əkin sahələrinin az olması ilə əlaqədardır, hansı ki, burada çox geniş sahələrdə tərəvəz yetişdirmək mümkün olardı. Əksinə, dağlarda daha çox ot yetişir. Afarlar turpdan da hazırlanır. Ancaq bütün tərəvəz növlü afarlar arasında kartoflu afararıar daha çox yayılmışıdır. Ətdən hazırlanan afarlar ləzgilər arasında daha çox məşhurdur. Ət afarlarının hər yerdə olmasının səbəbləri sadədir - dağlılar arasında maldarlıq əkinçilikdən daha geniş inkişaf edib və təsərrüfatda həmişə ət bolluğu vardır. Ənənəvi olaraq, ət afarları quzu və ya mal ətindən hazırlanır. Dağlılar arasında quşçuluq mal-qaradan daha az yayılmışdır və İslam dininə etiqad edən ləzgilər üçün donuz yetişdirmək və donuz ətini yemək dini səbəblərə görə qadağandır. Hər növ afarar hazırlamağın qaydası eynidir, yeganə fərq, içliyi doldurmadan əvvəl işlənmə və hazırlanması üsulundadır. Əgər bu gicitkən afararıdırsa, yuyulmuş və doğranmış gicitkən götürülüb, bu formada afarar xəmirinin içinə qoyulur. Balqabaq, turp və ya kartof içliyi sürtgəcdən keçirilərək hazırlanır. Afarar ətlə doldurulursa, adətən quzu və ya mal əti, çox nadir hallarda quş ətindən istifadə olunur. Ət kiçik parçalara doğranılır. Demək olar ki, istənilən afarara duz, soğan və qara bibər əlavə olunur. Yağ kimi əsasən heyvan yağlarından: inək və qoyun yağından istifadə olunur.
-
Skan və ya ləzgi pizzası Skan ləzgi mətbəxinin ən dadlı təamlarındandır. Şəkidə piti, Lənkəranda ləvəngi nə qədər məşhurdursa, Qusarda da skan bir o qədər sevilir. Bu yeməyi ləzgilər ən sevimli qonaqları üçün bişirirlər. Yeməyin adı ləzgi dilində "çın-kan" yəni «odun üstü» mənasını verir. Qusarda skanın onlarla növü bişirilir. Görünüş eyni olsa da, tərkibinə qatılan ərzaqlara görə dadları fərqli olur. Ən çox bişirilən skan isə ət və kartofla hazırlanır. Skanın hazırlanması üçün un, yağ, 0,5 kiloqram qoyun əti, 0,5 kiloqram kartof, 100 qram quyruq, iki baş soğan, duz, istiot və zövqə görə başqa ədviyyələr tələb olunur. Əvvəlcə un, süd, su, yumurta, duz qatılaraq yumşaq xəmir yoğrulur. Hazır xəmir üstü örtülərək kənara qoyulur. Sonra skanın içliyi hazırlanır. Bunun üçün ət və soğan ət maşınından keçirilərək, çox nazik doğranmış çiy kartof, göyərti, duz və istiotla qarışdırılır. Skanın içliyi zövqə görə dəyişir. Göbələkli, lobyalı, pendirli, qozlu skanlar da var. İçlik hazır olandan sonra xəmirdən iki lavaş yayılır, yağlanıb kündələnir. Lavaşlardan birinin üstünə hazır içlik qoyulur, o birisi ilə üstü örtülür və kənarları bərkidilir. Skan tavaya qoyulduqdan sonra üstünə yağ sürtülür və çəngəllə bəzək vurulur. Sobada təxminən 40 dəqiqəyə bişir. Skan sobadan çıxarılaraq qalın süfrənin arasında saxlanılır və 10-15 dəqiqə sonra yemək üçün təqdim olunur. İyirmi ildən çoxdur aşbazlıq edən Rəmziyyə Allahquliyeva AZƏRTAC-a müsahibəsində bildirib ki, skan restoranda ən çox sifariş verilən ləzgi yeməyidir. Qusara gələn hər kəs bu yeməyin dadına baxmaq istəyir. Xüsusilə əcnəbi turistlər skana böyük maraq göstərirlər. Yeməklə yanaşı, onun hazırlanması qaydasını soruşurlar. Skan müştərilərə 15 manata təqdim olunur. «Ləzgilərin qədim yeməklərindən olan skan bərəkətli və doyumlu olması ilə seçilir. Bir skan böyük ailə üçün kifayət edir. Çünki onun tərkibində yağlı qoyun əti və başqa qüvvətli komponentlər var», — deyə R.Allahquliyeva qeyd edib. Skan Qusarda, xüsusilə də kəndlərdə hər evdə bişirilir. Yeməyə el arasında skan piroqu və ya ləzgi pizzası da deyirlər.
-
Türk dünyasının önemli şehri Şuşa'da ne gördük? GZT GZT Avrasya Editörü Nazgul Kenzhetay, 44 günlük savaştan sonra 30 yılın ardından tekrar Azerbaycan topraklarına katılan Şuşa'da. Baykar Savunma Teknik Müdürü Selçuk Bayraktar'ın davetlisi olarak Şuşa'ya giden Nazgül, ermeni işgalinden kurtarılan şehre dair gözlemlerini ve bölgedeki son durumu aktardı.
-
В Армении прозрели: «мученик алиевского режима», оказывается, провокатор, ублюдок и сволочь Это очень показательная история, выставившая многих в очень нелепом свете. Для начала напомню, что 19 января около 01:30 в укрытии инженерно-саперной роты N-й воинской части МО РА, расположенной на территории села Азат Гегаркуникской области возник пожар. В результате которого погибло, по меньшей мере, 15 армянских военнослужащих. По предварительным данным армянской полиции, загорелся бензин, которым отапливалось здание части. Следственный комитет РА возбудил уголовное производство по статье о нарушении техники безопасности при использовании горючих веществ. В этой связи в РА развернулась широкая дискуссия, озвучивались разные призывы, вплоть до требований отправить в отставку руководство МО РА. Не остался в стороне и так называемый блогер, а по сути провокатор и «содержанка» армянских хозяев Александр Лапшин. Явно мнящий себя экспертом широкого профиля, он решил вставить «свои пять копеек» и в этот вопрос. Он констатировал, что «в данном случае солдаты погибли даже без участия противника, они просто сгорели заживо в казарме». Какая-то непонятная грусть сквозила в этой части рассуждений Лапшина. Но на этом он не остановился. «Как такое вообще возможно, что 17 молодых и полных сил парней не смогли выбраться из небольшого 2-3 этажного здания? Даже если бы они выпрыгивали бы из окон, то прыжок со второго этажа не был бы смертельным. Получается, что окна и двери казармы были заблокированы? Я правильно понимаю, что окна армянских казарм закрыты решетками, а железные двери закрываются на ночь чтобы солдаты не могли выйти? Если это так, то это грубейшее нарушение правил пожарной безопасности, не говоря уже о том, что в случае внезапного обстрела солдаты должны иметь возможность выбежать из здания», — добавил он. Тоже такие себе рассуждения, монолог о том, что масло масляное. Но и это было не все. По словам Лапшина, если командиры ответственные за эту трагедию не окажутся сами в «закрытом помещении с решетками на окнах» лет на десять (могу порекомендовать Нубарашенскую тюрьму), то проект Республика Армения логичнее закрывать. Вот так, совершенно конкретно — Армения была названа проектом, не более того. Осталось Лапшину добавить, кто именно создал и поддерживает данный проект. Или вспомнить выражение Бориса Грызлова о том, что «Армения является форпостом России на Кавказе». Пока Лапшин так далеко в констатации реальности не зашел. Но и сказанного им было достаточно, чтобы этого прохиндея подвергли в Армении жесткой порке. Пока словесной, а дальше видно будет. «В день ужасного горя с солдатами из Гегаркуника решил напомнить о себе еще один провокатор — Лапшин. Вместо того, чтобы сказать слова сочувствия, он написал, что Армению, как проект, нужно закрыть. Кто дал право этому ублюдку говорить что-то против суверенитета Армении? Человеку, который вечно просит армян помочь ему деньгами на пропитание, чтобы он мог гулять по миру и не сдохнуть с голоду», — возмутился армянский блогер Роман Багдасарян. По его словам, Лапшин придумал себе образ «мученика алиевского режима», чтобы люди поверили в эту сказку. Пока что, констатирует армянский блогер, Лапшин только получает шелестящие купюры от армян, а президенту Азербайджана Ильхаму Алиеву «глубоко наплевать на визги Лапшина». Уже — поразительное откровение. Впрочем, и это еще не все. «Таких агентов, работающих на Союз армян России, карабахских бизнесменов и российские спецслужбы на самом деле нужно держать на расстоянии вытянутой руки. Пусть он, Лапшин, и ему подобные сволочи, «любят Армению» за свой счет, а не собирают подачки с нас, армян, на свое жалкое существование в роли бродяги по всему миру. Никто не должен позволять ни одной мрази говорить что-то кривое в адрес армянского государства», — заявил Р.Багдасарян. Он прав. Ровно такую же оценку Лапшину давали и в нашей стране. Он действительно, говоря словами Багдасаряна, провокатор, ублюдок и сволочь, которого содержат и используют в своих целях САР, карабахские сепаратисты и российские спецслужбы. Другое дело, что мы об этом писали еще много лет назад, призывая тех же армян не увлекаться инвестициями в такого рода проходимцев. Тогда они были глухи к нашим предупреждениям. Сейчас, как минимум частично, прозрели. Перестанут ли спонсоры Лапшина вкладываться в этот проект? Не думаю. Но то, что брезгливость в отношении этого проходимца открыто проявляют уже и в РА, очень показательно. То же самое, уверен, ждет и Сатановского, Милонова и прочих персонажей, которые пока радуют армян своими антиазербайджанскими заявлениями. Но придет момент, когда и они вызовут гнев армянской стороны. И тогда им дана будет ровно такая же оценка, какая уже дана Лапшину.
-
Табор уходит в землю
-
Maşınlarda plyonka və jalüzlərin quraşdırılması ilə bağlı Nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsi qaydası təsdiq edilib. Avtosfer.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Nazirlər Kabinetinin 2023-cü il 21 yanvar tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsi Qaydası”na əsasən nəqliyyat vasitələrinin sürücüdən arxa tərəfdə yerləşən yan şüşələrinə, yük yerinin yan şüşələrinə və arxa şüşələrinə aşağıdakı örtüklərin çəkilməsinə yol verilir: - minik avtomobillərində – plyonka çəkilməsinə və ya jalüzlərin quraşdırılmasına; - yük avtomobillərində, avtobuslarda, mikroavtobuslarda, trolleybuslarda və tramvaylarda – plyonka çəkilməsinə (sərnişindaşıma fəaliyyətində istifadə olunan avtobuslar və mikroavtobuslar istisna olmaqla), jalüzlərin quraşdırılmasına və ya pərdə asılmasına. Nəqliyyat vasitələrinin küləyə qarşı olan ön şüşəsinin yuxarı hissəsinə, hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda, nəqliyyat vasitələrinin sürücüdən arxa tərəfdə yerləşən yan şüşələrinə, yük yerinin yan şüşələrinə və arxa şüşələrinə çəkilməsinə yol verilən örtüklərin işıqburaxma qabiliyyətinin həddi məhdudlaşdırılmır. Nəqliyyat vasitələrinin küləyə qarşı olan ön şüşəsinin yuxarı hissəsinə istehsalçı zavod tərəfindən quraşdırılmış günlüklərin hündürlüyü səviyyəsində, nəqliyyat vasitələrinin konstruksiyasında günlüklər nəzərdə tutulmadıqda isə 15-sm-dən çox olmamaq şərtilə plyonka çəkilməsinə yol verilir. Qeyd edək ki, bu qərar dərc edildiyi tarixdən 30 gün sonra qüvvəyə minəcək.
-
İranda polisdən görünməmiş qəddarlıq: Qadını yumruq və təpiklə döydü İranda silahlı xüsusi təyinatlı polis zabiti heç bir səbəb olmadan yoldan keçən günahsız qadına hücum edərək onu təpiklə və yumruqla döyüb. Bu barədə “Azad İran” “Telegram” kanalı video paylaşıb. Bildirilir ki, qorxunc hadisə Tehranın Şəriəti küçəsində metro stansiyasının çıxışında baş verib. Videonu qeydə alan şahidin sözlərinə görə silahlı zabit heç bir səbəb olmadan yoldan keçənlərə hücum edib. “O, qaçmadığı üçün qadına təpik və yumruq vurur, qaçmasını tələb edirdi”, - deyə şahid əlavə edib.
-
Yanvarın 21-də saat 10 radələrində Sumqayıt şəhəri Corat bağlarında yaşayan 1964-cü il təvəllüdlü Sevil Quliyevanı bıçaqlamaqda şübhəli bilinən həyat yoldaşı 1963-cü təvəllüdlü Atlıxan Hüseynxanov saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Faktla bağlı araşdırma aparılır. 14:40 Yanvarın 21-də saat 10 radələrində Sumqayıt şəhəri Corat bağlarında yaşayan qadının bıçaq xəsarətləri alması barədə polisə məlumat daxil olub. DİN-in mətbuat xidmətindən .-a bildirilib ki araşdırmalarla cinayət əməlini törədən 1964-cü il təvəllüdlü Sevil Quliyevanın həyat yoldaşı 1963-cü təvəllüdlü Atlıxan Huseynxanov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib. Polis əməkdaşları tərəfindən onun saxlanılması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri görülür.
-
Tanınmış sosial media mütəxəssisi və şirkət rəhbəri İlqar Mirzə barəsində cinayət işi başlanıb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, o, Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə təqsirli bilinir. Belə ki, İlqar Mirzə bu il yanvarın 8-də həyat yoldaşını birgə yaşadıqları evdə döyüb. O, ailə münaqişəsi zəminində xanımının baş nahiyəsindən bir neçə dəfə vurmaqla, burun qanaxması və göz nahiyəsində əzilmələrə səbəb olub. Məsələ ilə bağlı Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsində təhqiqat aparılıb. İlqar Mirzə barəsində cinayət təqibi başlanaraq toplanan materiallar baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib. Cinayət işi ilə əlaqədar məhkəmənin hazırlıq iclası yanvarın 27-nə təyin edilib. Hadisə ilə bağlı mövqeyini öyrənmək üçün İlqar Mirzənin özü ilə də əlaqə saxlanılıb. O, məsələnin həqiqətəuyğun olmadığını və bu işin sifariş olduğunu iddia edib: “Hadisəni araşdıran təhqiqatçıdan daha ətraflı məlumat əldə edə bilərsiniz”. Qeyd edək ki, uzun müddətdir sosial media sahəsində mütəxəssis kimi çalışan İ.Mirzə TedX, MilliNet, Xaricdə Təhsil Forumu kimi bir sıra böyük tədbirlərdə təlimçi kimi çıxış edib. O, hazırda SMM şirkətlərindən birinin rəhbəridir.
-
Bu gün axşam saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən evlərdən birində sakinlərin uzunmüddətli telefon zənglərinə və giriş qapısının döyülməsinə reaksiya verməmələri səbəbindən xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Bu barədə FHN-dən məlumat verilib. Bildirilib ki, dərhal əraziyə FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri cəlb olunub. Xilasedicilər əməliyyat şəraitinə uyğun olaraq birmərtəbəli fərdi yaşayış evinin pəncərəsinin dəmir barmaqlıqlarını xüsusi alət və avadanlıqlar vasitəsilə kəsərək evə daxil olublar. Evdə aşkar olunmuş 1987-ci il təvəllüdlü Cuvarov Atəş Vahid oğlunun meyiti və sağ vəziyyətdə olan 2017-ci il təvəllüdlü Cuvarov M.A. aidiyyəti üzrə təhvil verilib. 21:48 Yanvarın 22-si saat 20 radələrində paytaxtın Binəqədi rayon sakinləri Pərvanə İsmayılovanın xəsarət alması və Atəş Cuvarovun isə birgə yaşadıqları evdə ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Bu barədə Binəqədi rayon prokurorluğundan məlumat verilib. Qeyd olunub ki, dərhal prokurorluq əməkdaşları tərəfindən ekspert-kriminalistin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri hərəkətlər aparılıb. İlkin araşdırma zamanı 1987-ci il təvəllüdlü Atəş Cuvarovun aralarında yaranmış mübahisə zamanı kəsici-deşici alətlə 1983-cü il təvəllüdlü arvadı Pərvanə İsmayılovaya xəsarət yetirərək qəsdən öldürməyə cəhd etməsinə, daha sonra isə həmin alətlə özünə xəsarət yetirərək intihar etməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1 (qəsdən adam öldürməyə cəhd) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələrilə cinayət işi başlanıb. Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir. 21:23 Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib. APA xəbər verir ki, hadisə Cavadxan küçəsində qeydə alınıb. 1983-cü il təvəllüdlü İsmayılova Pərvanə Əhməd qızı 20 saylı poliknikanın qarşısında bıçaqlanıb. Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, fakt araşdırılır.
-
Bakıda qadın ərini baltalayıb. .-ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Qaradağ rayonu Qızıldaş qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini 28 yaşlı Lalə İmaşova yaşadığı evdə əri 36 yaşlı Ceyhunun başına balta ilə xəsarət yetirib. Hadisəni törədən L.İmaşova tutulub. Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində cinayət işi başladılıb və araşdırma aparılır.
-
Bakıda həyat yoldaşını qətlə yetirməkdə təqsirli bilinən Gülnar Vəlizadənin cinayət işi üzrə təfərrüat məlum olub. Ölkə.Az xəbər verir ki, məlumata görə Suraxanı rayonu, Hövsan qəsəbəsində 25.12.1990-cı il təvəllüdlü Elşən Hadızadə yaşadığı evdə bədəninin müxtəlif nahiyələrindən kəsilmiş-deşilmiş xəsarət alıb və aparıldığı xəstəxanada ölüb. Aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində E.Hadızadənin həyat yoldaşı, 1991-ci il təvəllüdlü Gülnar Vəlizadə tərəfindən qətlə yetirilməsinə əsaslı şübhələr yaranıb. G.Vəlizadə şübhəli şəxs qismində saxlanılıb. İş üzrə dindirilmiş Gülnar Vəlizadə ifadəsində bildirib ki, Elşən Hadızadə ilə Azərbaycan Texniki Universitetində təhsil alarkən tanış olub. Bir-birilərini sevib 2014-cü ildə ailə qurublar. 2015-ci və 2018-ci illərdə iki övladları dünyaya gəlib. Uzun müddət kirayədə və atasının himayəsində yaşayıb maddi çətinlik çəkiblər. Elşənin valideynlərinin maddi dəstəyi ilə Hövsan qəsəbəsində ev alıblar. Elşən dost tanışlarından müxtəlif məbləğlərdə borc pul alsa da, sonradan onları qaytara bilməyib. Borc pul verən şəxslər artıq qapıya gəldikdə, o, əsəbiləşib. Aralarında maddi sıxıntılara görə dəfələrlə mübahisələr yaranıb. Onu uşaqların gözü qarşısında döyüb. Övladları da atalarının bu hərəkətlərindən qorxub. Ailə məsələlərinə müdaxilə etdiyindən Elşən atasından işlərinə qarışmamasını tələb edib. Əri qəsəbədə fəaliyyət göstərən marketdə satıcı kimi işləməyə başlayıb. Yanvarın 29-da axşam Elşən işdən evə gələndə Gülnar uşaqlardan birinə dərs keçib. Əri sakit olmalarını tələb edəndə, ona uşağa dərs öyrətdiyini bildirib. Buna görə dalaşıblar və yoldaşı ona əl qaldırıb uşağın beşiyini də təpiklə vuraraq sındırıb. Səhərisi gün saat 8-də işə gedən Elşən günorta evə gəlib. Dişi ağrıdığı üçün əri çarpayıya uzanıb yatmaq istəsə də, onu uzanmağa qoymayıb. Ondan uşağın beşiyini necə qırıbsa, elə də düzəltməyini tələb edib. Yaranan növbəti mübahisə zamanı Elşən otaqda uşaqların gözü qarşısında onu döyüb və sağ əli ilə boğazından tutub boğub. Nəfəsinin kəsildiyini görüb bir anda Elşənin əlindən çıxıb qabdan mətbəx bıçağını götürüb sol əlində saxladığı bıçaqla ərinin sinəsinə zərbə endirib. Sinəsindən qan axdığından əri əyilib yerə oturub. Gülnar Vəlizadə ifadəsinin davamında bildirib ki, qaçaraq qonşusundan dərman alaraq onunla birlikdə evə qayıdıb. Qonşusu sakitləşdirici iynə vurduqdan sonra onu çarpayıya uzadıblar. Qonşusuna Elşənin bıçaqla özünə xəsarət yetirdiyini bildirib. Çünki əri ona söyləyib ki, kim soruşsa, deyərsən, özüm özümü vurmuşam, bilsələr ki, sən vurmusan, polislər səni tutacaq. Bundan sonra qonşusunun tapşırığı ilə aptekə gedərək lazımı dərmanlar alıb. O vaxta qədər atası, əmisi və yoldaşının Azad adlı dostu onlara gəliblər. Elşən bıçağın təsadüfən ona batdığını bildirdikdə, atası deyib ki, yalan danışmağın yeri yoxdur, polislərə düzünü söyləyəcəklər. Dəfələrlə telefonu alıb Təcili Tibbi Yardıma zəng etmək istəsə də, əri buna imkan verməyib. Növbəti dəfə o, “103” xidmətinə saat 16:30 rədələrində zəng edib. Gülnar Vəlizadə bildirib ki, yoldaşının vəziyyəti ağırlaşdığından o, təcili yardıma saat 17:39 radələrində yenidən zəng edib. Tibbi briqada gələrək Elşəni xəstəxanaya aparıb. Gülnar Vəlizadə əlavə edib ki, Elşəni öldürmək məqsədi olmayıb. Bir neçə dəfə aralarında dava baş verəndə bıçaqla onu qorxudub, amma həmin gün kəsici alət təsadüfən özü də bilmədən onun sinəsinə batıb. Əməlindən çox peşmandır. Elşənlə bir-birilərini istəyib evləniblər və aralarındakı mübahisələrə baxmayaraq onu sevib. Məhkəmə iclasında Gülnar Vəlizadə ittiham üzrə özünü qismən təqsirli bilib. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini və övladlarına tez qovuşa bilməsi üçün ona mümkün qədər yüngül cəza verilməsini xahiş edib. Zərərçəkmiş şəxsi hüquqi varisi hadisə nəticəsində oğlunu itirdiyini bildirərək gəlininə ağır cəza verilməsini istəyib. Sonda məhkəmənin hökmü ilə Gülnar Vəlizadə CM-nin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsi ölümünə səbəb olma) maddəsi ilə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum olunub.
-
Mənə elə gəlir ki, hər şey Bakı və Moskvadan asılıdır. Axar.az xəbər verir ki, bu sözləri Kornegi Fondunun eksperti Tomas de Vaal erməni internet kanalında təşkil edilən müzakirədə “Laçın yolu nə vaxt və necə açıla bilər” sualına cavabında deyib. O bildirib ki, çox güman, Moskva və Bakı arasında bu barədə danışıqlar gedir: “Biz bu danışıqlar haqda heç nə bilmirik. ABŞ-dan, AB-dən müəyyən çağırışlar var. Əlbəttə, Azərbaycanın iradı odur ki, yolda nəqliyyatın hərəkətində şəffaflıq olmalıdır (Laçın yolundan silah, mina daşınması, hərbi məqsədlər və Azərbaycanın yeraltı sərvətlərinin talanmasında istifadəsi olunması nəzərdə tutulur – red.), kimlərin bu yoldan keçdiyi bilinməlidir. Hesab edirəm ki, bu məsələ həll oluna bilər. O ki qaldı Prezident İlham Əliyevin daha iddialı tələbləri, təəssüf ki, bununla bağlı biz heç nə deyə bilmərik”.
-
Panfarsist mahiyyətli rejim bütün insan haqlarına xas olan qanunlara əməl etmədiyi kimi, uşaqların da hüquqlarını qorumur. Bu dörd ayın içində azyaşlılara qarşı törədilən amansız cinayətləri bütün dünya bildi. İranın hər yerində azyaşlı uşaqlar öldürüldü, tutuldu, cəzaya məhkum edildi. Bu sözləri Axar.az-a güneyli milli fəal Şərifə Cəfəri İranda uşaq hüquqları ilə bağlı danışarkən deyib. Onun sözlərinə görə, hüququ pozulan, azadlığı əlindən alınan 18 yaşdan aşağı şəxslər arasında azərbaycanlılar da var: “Noyabr ayında Əmir Rza Bagiri adlı 16 yaşlı təbrizli yeniyetmə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq, “rəhbəri təhqir etmə” və “hökumətə qarşı təbliğat”da günahlandırıldı. Həmin ayda saxlanılan digər azyaşlı, 15 yaşlı Ərşiya İmamquluzadə isə din xadiminin çalmasını vurub salmaqda ittiham olunmuşdu. Ona həbsxanada çoxlu işgəncə verdilər. Çıxandan iki gün sonra yeniyetmə intihar etdi. Yəlda Ağafəzli adında Tehranda yaşayan ərdəbilli qız da həbsxanadan çıxandan iki gün sonra həyatına son qoydu. Həmçinin, oktyabr ayının 13-də Ərdəbilin “Şahid" mədrəsəsinə polislər mülki geyimdə basqın edib, şüar səsləndirən qız uşaqlarını döydülər. On qız yaralandı, xəstəxanaya apardılar. Bu hadisədə Əsra Pənahi daxili qanaxma nəticəsində həyatını itirdi. Bunlar İran rejiminin uşaqlara olan münasibətini əks etdirir. İndi isə Bəlucistanda 6-7 uşaq tutulub, hələ də onlardan xəbər yoxdur”. Milli fəal həbsxanadan azadlığa çıxan yeniyetmələrin intihar səbəblərinə də toxunub: “Azyaşlılara hansı işgəncə verir, nələr yedirirlər, bəlli deyil. Həyatsevər uşaqların həbsxanadan çıxandan sonra özünü öldürməsi çox şübhəlidir. Uşaqlarda bir qorxu yaratmaq istəyirlər. Öz ailəmizin nümunəsindən deyə bilərəm ki, bacı və qardaşımın 12, 13, 16 yaşlı uşaqları “Traktor” oyununu izləməyə gedərkən ciblərindən balaca bir Türkiyə bayrağı tapmışdılar. Onları aparıb, o qədər döymüşdülər ki, uşaqlar böyük stress keçirmiş və qorxmuşdular. 16 yaşı olanın isə saçlarını kəsib, həbsxanaya atmışdılar. Bacımgil pul girov qoyub, onu çıxartmışdı. Rejim uşağa-böyüyə baxmır. Heç kimə fərq qoymadan ən şiddətli cəza verir”. Ərk - Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin müdiri Jalə Təbrizi isə uşaq hüquqlarının pozulmasında İranın beynəlxalq qanunlarla deyil, şəriət qanunları ilə idarə edilməsinin əsas rol oynadığını bildirib: “İran Uşaq Konvensiyasına qoşulsa da, qaydalarına heç zaman əməl etməyib, hörmət göstərməyib. Ölkə beynəlxalq qanunlarla deyil, şəriət qanunları ilə idarə olunur. Bu, müasir dövrdə qəbuledilməzdir. Şəriət qanunları ilə gənc və yeniyetmə insanlarımız həbs olunur, asılır. Şəriət qanunlarına görə, yeniyetmələrin erkən evliliyi bəlli yaşdan sonra məqbul sayılır. Son beş ildə 250 min uşaq erkən evliliyə cəlb olunub. Onların əylənmək və uşaqlıq həyatını yaşamaq hüquqları əlindən alınıb. Nə qədər qız uşaqları erkən yaşda ana olur və doğuş zamanı həyatını itirir. Bu isə cinayətdir. Onlar təhsildən yayındırılır. Bunun əsas səbəblərdən biri də yoxsulluqdur. İran Konstitusiyasının 30-cu maddəsində təhsilin pulsuz olduğu deyilir. Lakin bu qanun icra olunmur və yoxsul ailənin övladları təhsil hüququndan məhrumdur. Kəndlərin çoxunda məktəb yoxdur. Məktəb yaşlı uşaqlar küçə alveri ilə məşğul olur, bəzən cinsi zorakılığa məruz qalır. Etnik millətlərin uşaqları da əziyyət çəkir. Onların bəzilərinin şəxsiyyət vəsiqəsi belə yoxdur. Ana dilində təhsil ala bilmirlər. Fars dilində oxumaq istəməyən uşaqlar təhsildən yayınır və savadsız böyüyürlər. Bu isə irqi ayrı-seçkilikdir. Uşaqlara qarşı qanunsuzluqdur. Onlar yaşamır. Odur ki, gənc və yeniyetmələr meydanlardadır. Öz haqlarını tələb etmək üçün mübarizə aparır”.
-
Самая скоростная в Европе линия метрополитена запущена в воскресенье в Стамбуле, она связала турецкий мегаполис с международным аэропортом в его европейской части. Поезда будут следовать по новой ветке со скоростью 90-120 км/час, сообщают турецкие СМИ. Время в пути от станции Кягытхане, откуда проложена 34-километровая ветка, до аэропорта Стамбула займет порядка 24 минут. Выступая на церемонии запуска новой линии метро, президент Турции Реджеп Тайип Эрдоган отметил, что она рассчитана на перевозку в день 800 тыс. пассажиров. «Благодаря реализации этого проекта Турция показала всему миру свою силу и возможности в вопросе строительства метро. Стамбул возглавляет список городов в мире, где больше других развиваются железнодорожные транспортные системы. После завершения всех реализуемых в этом направлении проектов общая длина этих систем превысит 380 км», — сказал Эрдоган. Он также сообщил, что в течение месяца поездки по новой ветке метро будут бесплатными. Глава Минтранса Адиль Караисмаилоглу сообщил, что общая протяженность линии с подключением к ней новых станций составит 69 км. «Мы создаем огромную систему метро, которая к концу года охватит всю европейскую часть Стамбула. В перспективе новая ветка метро будет интегрирована со скоростной железнодорожной линией. Стамбульский аэропорт станет остановкой скоростного поезда из Анкары. Проект находится на стадии проведения тендера, в течение года планируется начать работы по прокладке этой линии», — отметил министр.
-
İrandan dünya azərbaycanlılarının həmrəyliyinə qarşı təxribat 2014-cü ildən etibarən İranın ali rəhbəri Əli Xameneyinin Ərdəbil əyaləti üzrə nümayəndəsi və Ərdəbilin imam-cüməsi, eləcə də ölkənin mühüm qurumlarından biri olan Ekspertlər Şurasının üzvü Ayətullah Seyid Həsən Amilinin təşəbbüsü ilə hər il yanvar ayının 19-u bu ölkədə, xüsusən onun azərbaycanlılar yaşayan əyalətlərində “Dünya Müsəlman Azəriləri Günü” kimi qeyd olunur. 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününə alternativ və cavab kimi düşünülmüş bu tarixin seçilməsi aşağıdakı kimi əsaslandırılır: “19 yanvar 1990-cı ildə Sovet hökumətinin zəifləməsi ilə 70 il özünün tarixi vətəni İrandan, islami və şiə kimliyindən uzaq qalmış Azərbaycan Respublikası əhalisi İran sərhədlərinə axışdı, “Allahu Əkbər”, “La ilahə illəllah” şüarları səsləndirərək, tikanlı məftilləri qırdılar, çətin və təhlükəli bir şəraitə baxmayaraq, İran torpağına daxil oldular. Onlar hər şeydən öncə öz ana vətənləri İranın torpağını öpdülər. Sonra məscidlərə gedərək, namaz qıldılar. Bu dönüş günü Azərbaycanın müasir tarixinə azərbaycanlıların iranlı və islami kimliyinə qayıdış günü kimi daxil oldu”. Göründüyü kimi, İran rejiminin ideoloqları çoxlarının yaxşı xatırladığı yaxın tarixin hadisələrini həyasızcasına təhrif edir, 1989-cu ilin sonunda baş vermiş sərhəd hərəkatının, həmçinin 1990-cı ilin 20 yanvarı ərəfəsi və sonrasında baş vermiş proseslərin mahiyyətini başqa cür təqdim etməyə çalışırlar. Daha dəqiq desək, soyuq qış günlərində min bir əziyyətlə, bütün maneələri aşaraq öz qan qardaşları ilə ayrılığa və az qala iki əsrlik həsrətə son qoymaq üçün Quzey Azərbaycan əhalisinin bütövlük amalı ilə Arazın o tayına üz tutması azərbaycanlıların guya İrana və islama can atması kimi qələmə verilir. Həmin saxta tezis srağagün, yəni yanvarın 19-da Ərdəbilin Şeyx Səfi kompleksindəki Xətayi salonunda keçirilən növbəti mərasimdə də dönə-dönə təkrar edilib.
-
И что даже призыв к нам «защищать права армян, проживающих в Нагорном Карабахе, и воздерживаться от ненавистнической риторики, призывающей к дискриминации армян и призывающей армян покинуть Нагорный Карабах» вызвал приступ желчи у всегда недовольных армянских страдальцев. Только резолюция, требующая сдать Шушу, Баку и перечислить все средства нашего Госнефтефонда армянам по причине их избыточной пушистости вызвала бы одобрение в Армении. Хотя и в такой формулировке нашли бы недостатки! При жесткой реакции надлежащих государственных структур особого резонанса в обществе в целом это решение не вызвало. Ну, приняли и приняли. Порежут коротко наш халат, как переводится известная азербайджанская пословица, символизирующая глубокую безразличную «побарабанность» какого-либо события лицу, данную пословицу произносящую. Что это? Эйфория? Иллюзия вседозволенности? Банальная глупость обывателя? Нет, нет и нет. Это как раз-таки тот иммунитет, о котором я упоминал вверху. О, как же наивны и смешны мы были тогда, в начале 90-ых, когда нам казалось, что мнение международных организаций что-то значит. Что если нам наконец удастся объяснить, показать, доказать очевидное – что мы никого не трогали, что соседи принесли беду и войну в наш дом, что мы только защищаем то, что принадлежит нам по праву – то все проблемы решатся. С каким ликованием мы встретили резолюции Совбеза ООН! Ведь нам казалось, что теперь то армяне точно не отвертятся. ООН! Совбез!!! Резолюции!!!! Откуда же нам было знать, что все они не стоят бумаги, на которой напечатаны. И что только сила азербайджанского солдата, мудрость и воля человека, стоящего во главе нашей армии, способны заставить озверевшую от безнаказанности свору армянских шакалов-сепаратистов вернуть то, над чем она глумилась 30 лет. Нашу землю. И это было в середине 90-ых, когда глобальная система международной безопасности еще что-то значила. Когда страны не вводили войска на территории других стран просто потому, что видели там какую-то угрозу своей национальной безопасности. Когда ООН еще был «Оооон!», а не «Ааааон…», которым она стала сегодня. Мы выучили урок, пусть нам за него пришлось дорого заплатить. Мы сдали экзамен. Каждый на своем месте, от главы государства до водителя грузовика, доставляющего продовольствие для армии, от командующих корпусами до медсестер в военных госпиталях. Мы сдали на «пять». Если кто сомневается, пусть спросят у армян. Они тоже были в «экзаменационной комиссии» - того требуют законы войны. Можно спросить у наших друзей, которые вместе с нами радовались нашему успеху. Можно спросить у наших недругов, не успевавших утирать кровавые сопли любимым сестрицам. Именно поэтому подобные резолюции, так же, как и нападки законодателей из отдельных стран, горе-аналитических центров и ангажированных «общественных деятелей», выползших из общественных туалетов, нас не смущают. Не поймите меня превратно – я не призываю к тотальной конфронтации. Не агитирую в пользу изоляционизма. Не преуменьшаю важность поддержания партнерских отношений. В плане умения строить и развивать отношения мы кому угодно дадим фору. Беглого просмотра наших внешнеполитических контактов и встреч, включая программу президента в Давосе, более чем достаточно. Но тем, кто все еще пытается учить нас жить на нашей же земле и связывать нам руки при попытках избавиться от остаточных явлений тридцатилетней изнурительной «пАРМдемии», мы можем сказать одно: хороших выходных, господа! И удачи…
-
Режьте наш халат короче! Мы все стали немного медиками за последние два года. Если конкретнее, то эпидемиологами. Иммунитет, эпидемия, пандемия, карантин, вирус, группа риска – все эти слова в одночасье вошли в нашу жизнь. Об этом вроде бы все уже сказано и написано, причем порой с лихвой. Но мое обращение к иммунитету нации на этот раз прямого отношения к медицине не имеет. На днях Европарламент принял антиазербайджанскую резолюцию. Из нее следует, что во всех бедах на населенных армянами территориях Азербайджана, где в данный момент расположились миротворцы РФ, виноваты мы. А вы не знали, что все наша вина? Мы виноваты в горах трупов людей, умерших голодной смертью – ведь трюфеля и черную икру мы не пропускаем по причине полного бессердечия. Шампанское тоже. А людей мучит жажда! Мы повинны в предсмертных хрипах пациентов, которые так и не дождались заветных медикаментов – прививки от бешенства или препаратов для лечения «миацума головного мозга». Мы несем ответственность за слезы детей, которых пугают «головорезы-азербайджанцы». Те самые азербайджанцы, матерей, жен и детей которых истребляли отцы и деды этих пугливых армянских детей в начале 90-ых. Мы, конечно, не хотим, чтобы дети плакали, причем вне зависимости от того, наши это дети, украинские, армянские, русские или любые другие. Но, к сожалению, армянских детей, пришедших в ужас при виде азербайджанцев, утешить нечем. Им придется видеть нас регулярно, причем чем дальше, тем больше. А ежели кто попытается нас убедить, что испуг детей в Ханкенди - это достаточное основание для того, чтобы отказаться от своей международно признанной территории, то извиняйте. Прощеньица просим у всего честного народа, как говаривали на Руси в старину, но не склеится такой разговор. Потому как никто нам не сможет объяснить, почему слезы испугавшихся вида азербайджанцев армянских детей имеют значение, а предсмертные рыдания зверски убитых детей азербайджанских можно списать и забыть. И по какой причине исковерканные жизни миллиона азербайджанцев не перевесили паранойю соседнего народа, внезапно возжелавшего оттяпать кусок земли у соседей. Хотя, погодите, и в этом тоже, наверное, мы виноваты! Нет, если кто настолько впечатлился зрелищем испуганных детей, едущих из Иревана в Ханкенди, что готов забыть трагедию моего народа – их право. Пусть забывают. Это останется на их совести. Но проблема таких склеротиков (опять медицина!) в том, что мы не забыли. И пусть мы армянских детей не убиваем – в отличии от армян, которые отличились и в 1-ую, и 2-ую Карабахскую – пролитую невинную азербайджанскую кровь превращать в летний дождичек не выйдет. Кстати, армянские доблестные воины без всяких сомнений повторили бы «подвиги» своих «героев» времен 1-ой войны и истребляли бы мирное население наших городов и сел за милую душу (или за немилую?). Но руки коротки. Мечты о «Ходжалы-2020» были вырваны вместе с сердцами «мечтателей». Ну, и другими частями их тел. Некоторые по-прежнему ищут. Вернемся к Европарламенту. Не будем особо останавливаться на том, что это тот самый орган, в котором недавно оскандалилась большой друг армян Ева Кайли – впрочем, есть причины полагать, что она явно не единственный депутат, который берет взятки в евро. Вот вам и новое объяснение фразы «евродепутат»!
-
Güney Azərbaycanın güclü zəlzələ nəticəsində dağılan Xoy bölgəsinin əhalisi çarəsiz vəziyyətdədir, onlara yardım göstərilmir. Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib. Bildirilir ki, sərt qış günləri və qazsızlıqdan əziyyət çəkən əhalinin vəziyyəti təbii fəlakətlə daha da pisləşib. Amma səlahiyyətli orqanlardan onlara yardım əli uzadan yoxdur. Sakinlərin sözlərinə görə onların telefon zənglərinə cavab verilmir. “Hətta bir ədəd çadır da vermirlər”, - deyə zərərçəkənlərdən biri şikayətində bildirib.
-
Hulusi Akar: “Bu günə kimi “Taxıl dəhlizi” ilə 18 milyon ton məhsul artıq alıcılara çatdırılıb” “Dövlət başçıları səviyyəsində təmaslar nəticəsində Ukrayna limanlarından kənd təsərrüfatı məhsullarının ixracını blokdan çıxara bildik”. Bu sözləri Almaniyanın “Ramşteyn” aviabazasında “Ukraynanın müdafiəsi üzrə təmas qrupu”nun (23 ölkənin nazirlərinin iştirakı ilə) iclasının yekunu üzrə jurnalistlərlə söhbətində Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Hulusi Akar xatırladıb ki, Rusiya ilə Ukrayna arasında müharibənin ilk günlərindən Türkiyə Montrö Konvensiyasının maddələrini tətbiq edib. “Məhz Türkiyənin siyasəti sayəsində bu gün bölgədə nisbi sabitlik qorunur. Dövlət başçıları səviyyəsində təmaslar nəticəsində biz əsirlərin mübadiləsinə nail olduq, eləcə də Ukrayna limanlarından kənd təsərrüfatı məhsullarının ixracını da blokdan çıxara bildik. Bu günə kimi “Taxıl dəhlizi” ilə 18 milyon ton məhsul artıq alıcılara çatdırılıb. Rusiya və Ukrayna liderləri ilə danışıqlar aparan Prezident Rəcəb Tayyib Ərdoğanın səyləri problemlərin həlli yolunu asanlaşdırır”, - deyə Akar qeyd edib.
