Перейти к содержимому

Эда F

Members
  • Публикации

    10105
  • Зарегистрирован

  • Посещение

  • Days Won

    27

Все публикации пользователя Эда F

  1. Спасибо, родная, спа-си-бо! да, я стараюсь, очень стараюсь. И тебе счастья, Берр, огромного! ))
  2. Вести! какой такой короткий? да я тут постарела с вами. я с вами уже год, 10 мес. 25 дней и бог знает скока часов..) Откуда знаешь, что красавица? О др как догадался? Имя мое откуда знаешь? Ты на кофе гадаешь? ай хатакар ) И твое поздравление принимается, тоже с любовью ) Пасиб. хошь песенку? нет? ну тогда послушай.
  3. Саг ол бро, саг ол. Эский олмуйасан. гагашсан! Папагым хемише башымдады, просто башым йеринде дейил. Ничё, бро, дузелер. Главное, языком чесать пока умеем, а делать дела - это не ко мне, есть подчиненные, студенты и многие другие с макаронами на ушах ) не суди мя, я воздух. объявили посадку) гыза, нэтэрсэн? йинедеми учурсун? )
  4. спасибо. дорогой Занги, принимаю твое поздравление .., с любовью )
  5. если б я не пила с утра, я б наверное поняла о чем ты толкуешь, о мудрейший... )
  6. Джан, сен де бурдасан? ) любовь моя, Снегурка моя ненаглядная)) Твоя! чья ж еще? ) Ты мне не слуга (и не зли меня) Ты мой свет и вода О Ахмедага! ) Дедушка ты Морозушка Красно-носушка Длинно ты бородушка Спасибо тыбэ От Эдушки-бакинушки )
  7. Ай ну да. 25-я осень. снова! меня утром мой астролог поздравила, с 20 летием, ваще-то )) Какая милая картинка. ) птишки, печка, книги – все, что нужно для счастливой жизни. Стен нет, но я переживу, люблю сквозняк. Главное крыша над головой. А в гамаке моя лучшая половинка? ) Спасибо, Илгар! За дождь, гамак и поздравление!
  8. не похоже, что она так вкусно готовит ) Дезя, ты изменилась, похудела, или мне кажется?.. авик клевый, эт ты себя так разрисовала? )
  9. (2-ci hissə) Silib qurtardı, yerə düşdü. Mətbəxə keçıb, buz dolabını açdı. Bir parça ət düşürtdü aşağı. Üç cür xörək bişirməli idi: yarpaq dolması, kotlet və şorba. Əgər İkram axşam şorba ilə kotleti yesə, sabah onu öldürsən də, işə o xörəkləri aparan deyildi. Başqa bir təam olmalıydı. Ona görə yarpaq da çıxartdı ki, dolma büksün. “Ət açılmaqda olsun, mən gedim paltarları yuyum” – deyib, vanna otağına keçdi. Paltaryuyan maşını yox idi. Əllə yuyurdu. Həyət yoldaşı demişkən, sağlam qadın idi, özünə nə gəlib ki, bir də gedib pul verib maşın alsınlar, canı çıxmazdı ki, özü yusaydı. Düzdür, əllərinin dərisi korşalıb xarab olmuşdu, çatlar əmələ gəlmişdi, amma nə etmək olardı? ... paltar yumaqdan hələ ölən olmayıb. Əri bilən məsləhətdi, yumalıydı...,çay dəsmalları, alt paltarları, ev paltarları və s. və il. Bir xeyli əlləşdi, axır ki, yuyub qurtardı.Paltarları iri bir tasa yığıb, eyvana çıxdı ki, sərə onları. Elə sərib qurtarmışdı ki, aşağıdakı qonşu səsini başına atıb başladı qışqırmağa: - Ay qız, bu zəhirmarları sərəndə bir aşağı baxmazlar? Görmürsən ki, mən bura paltar asmışam? Mənimkilər artıq quruyub, səninkilərin suyu axır şorhaşor tökülür axı bunların üstünə. Özü də sən maşınla yumursan, yaxşı sıxa da bilmirsən, gildir-gildir su axır səninkilərdən. Budu ha, mənim quru paltarlarımı tamam islatdın! Tamam islatdın mənim qurularımı....islatdın tamam....budu ha, mənimkilər də tam yaş oldular.., tam yaş oldu mənimkilər də..... Qonşu elə deyinə-deyinə də içəri keçdi: “bu mürdəşirüzünüyumuş səhərlər işdə olur axı adətən, indi niyə evdə qaxılıb oturub görəsən, bəlkə işdən qovublar bunu? Bilsəydim, evdədir bu, paltarlarımı elə quruyan kimi yığardım, dünən gecədən, başım qarışdı seriala.... mən nə bilim....tamam islatdı mənimkiləri öz murdar suyu ilə, əh!” - Yaxşı da, ay Sənəm, bağışla, sən allah, fikirli olmuşam, baxmamışam. Tez-tələsik indicə sərdiyi paltarları yığıb, eyvanın içindəki zivələrdən asmağa başladı. Orda isə yer az idi deyə, paltarlar yaxşı qurumurdu. Çarəsi yox idi, neyləməliydi? Həyasız Sənəmə baş qoşa bilməzdi ki.... İşin tərsliyindən üçüncü zivə çox köhnə, üzülmüş olduğundan, paltarların ağırlığına davam gətirməyib qırıldı. Yuyulmuş paltarlar eyvanın yerinə düşüb tam bulaşdılar. Amma o, Sənəm ya İkram kimi hər şeyə deyinənlərdən deyildi. Kirimişcə onları yığıb vanna otağına gətirdi, bir də təzədən yudu. Sonra ip tapıb, özü üçün təzə zivə çəkdi və yuduqlarını asdı. Mətbəxə keçib gözucu saata baxdı. Tələsməliydi, yoxsa xörəyi çatdırmazdı İkram gələnə. Ətə soğan qatıb, ət maşınından çəkdi. O da əl əməyi, güc tələb edirdi. Elektrik maşını yox idi, dədə-baba qaydası ilə çəkirdi əti. Ümumiyyətlə, onların məişəti texnikanın nəinki son, heç köhnə nailiyyətlərindən də xəbərdar deyildi. Hər bir iş qadının güclü qolları, əyilməz iradəsi hesabına başa gəlirdi. Çəkilmiş ətdən xırda küftələr tutdu, şorba bişirməyə başladı. Paralel kotletləri də qızartdı, makaron süzdü. Dolma tədarükünə başlamaq istəyirdi ki, bir də gördü, evdə düyü yoxdu, göyərtini də şorbaya töküb qurtarıb. Məyus oldu. Amma deyinmədi, yox.O axı deyinənlərdən deyildi. Tez-tələsik jaketini geyinib, elə xalatda, başmaqla binanın altındakı marketə endi. İstədiklərini alıb evə qayıtdı. Mətbəxə cumub, dolmanı bişirməyə başladı. Saatsa qaçırdı. Tez, tez, tez..... tələsmək lazımdır, yoxsa çatmazdı. Nəhayət, bitirdi. Yorğun halda önlüyü mıxçadan asıb, özünü qonaq otağındakı köhnə divanın üstünə atdı. 5 dəqiqə oturub, nəfəsini dərdi. Nəsə özünü pis hiss edirdi. “Yəqin təzyiqim qalxıb” düşündü. Qalxıb servantın gözündən dərman tapıb içdi. Heç ölçmədi də təzyiqini, evdə atasının aparatı vardı, amma ərinirdi axtarıb tapmağa. Hələ işləri qurtarmamışdı. Ayağının altına dolabça, onun da üstünə kətili qoyub, antresolun qapısını açdı. Mətbəxdə qalıb yer tutan iri aş qazanını ora qoymalı idi. Qazana yer eləyəndə ğözü qara bir bağlamaya sataşdı. Götürüb açdı. Yenə həmən fotolar... Elə orada, kətilin üstündəcə onları nəzərdən keçirtdi...., artıq neçənci dəfə... hətta demək olar, darıxmışdı bu şəkillərçün..., bu fotolar hamısı tanış idi ona. Əri ilə aşnasının şəkilləriydi, müxtəlif məkanlarda. Restoranda qol-boyun oturduqları yerdə, dəniz kənarında, çimərlik kafesində, bulvarda. Qadının tək şəkilləri..... Yox, yox, ürəyi qəşş eləyib, tappıltı ilə ordan yerə gəlmədi, dişi bağırsağını da kəsmədi (dişləri bağırsaq hayında deyildi, pis gündə idi), heç bilmək istəsəz, tükü də tərpənmədi..., dəli deyildi ki.... O indi bunlara adi şey kimi baxırdı. İlk dəfə görəndə şoka düşmüşdü, əl-ayağı soyumuş, kürəyinə sanki bıçaq sancılmışdı. Bax o vaxt dişi də bağırsağını kəsmişdi (o vaxt dişləri azdan-çoxdan qaydasında idi), başının tükləri də biz-biz durmuşdu, ürəyi də qəşş eləmişdi, hətta gerçəkdən yerə də sərilmişdi – yəni bütün bu kompleks icrada idi. İlk dəfə o, bu şəkilləri dolabda tapmışdı. Sonra tez-tez onları çıxarıb baxar, bəzən ağlar, bəzənsə dinməzcə köks ötürərdi. Əlbəttə ki, ərinin gözü düşən qadın yanmış gözəl idi, ondan cavan və yaraşıqlı idi. Bir dəfə hətta axmaq bir hərəkət də eləmişdi. Ərinin sevgilisinin şəklini əlinə alıb, güzgü önünə keçmışdı, fırlanıb özünə o tərəfdən-bu tərəfdən, öndən-arxadan baxmışdı, şəkillə müqayisə etmişdi....eh, nə isə....dərin bir ahla kifayətlənmişdi. Bir dəfə isə şəkilləri götürdüyü yerə yox, başqa yerə qoymuşdu səhvən. Əri məsələni başa düşmüş, ona bir söz deməyib, şəkillərin yerini dəyişmişdi. Qadın sonra axtarmışdı onları, tapmamışdı, sən demə, burdaymışlar.... Təzədən qaytarıb yerinə qoydu. Neyləsin? Boşanası deyidi ki, bu yaşda..., camaatı özünə güldürməyəcəkdi ki.... Nə isə, antresolu bağlayıb, yerə düşdü. Fikrini dağıtmaq üçün mətbəxin kafellərini silməyi qərara aldı. Beli zoqquldayırdı, amma onun işini kim görəsiydi ki... Məhlul çıxartdı, süngər (губка) tapıb, cani-dildən döşəndi kafellərin üstünə. Elə təzəcə silib qurtarmışdı ki, bir də gördü saat 9-a qalıb, həyət yoldaşının qayıdan vaxtıdır. Yadına düşdü ki, yemək yeməyib. Amma heç yemək də istəmirdi, doğrusu. Plitənin üstündə 3 xörək buğlanırdı. Qapaqlarını qaldırıb baxdı, iy tutmuşdu onu, yemək istəmirdi. Özü üçün bir stəkan çay şüzdü, nəlbəkiyə 2 peçenye qoyub, qonaq otağına keçdi. Divanın üstünə yıxdı özünü, çayın soyumasını gözləməyə başladı. Elə bu vaxt qapının zəngi çalındı. Əri idi. Durub qapını açdı. Açan kimi də İkramın turşumuş sifətindən anladı ki, yenə nədənsə narazıdır, yenə bütün dünyanın ona borcu var. - Daş düşsün bunların başına, arvad, daş! – salamsız-kəlamsız bəyzadə sözə başladı. - Nə olub, ay kişi? - Nə olacaqmış day?! Bu xarabada gərək nə yağış, nə qar yağsın. Göydən yerə 2 gilə su düşən kimi, küçələr olur lehmə-palçıq. Ayaqqabılarım, şalvarımın ətəkləri tamam batıb. Sən bilirsən ki, Almaniyada küçələri şampunla yuyurlar? Mənim də qonşu Səməd kimi altımda X5-im yoxdu ki, küçələrin zir-zibili mənə yapışmasın. - Eybi yox, çıxart, təmizlərəm. - Sonra, sonra. Mən paltarımı dəyişim, sən sonra təmizləyərsən. İndi yeməyimi ver, acından ölürəm.- bu sözləri deyəndə nəzərləri qonaq otağının açıq qapısından içəri, stolun üstünə zilləndi. Stəkandakı çayı və peçenyeləri görəndə öz-özünə fikirləşdi: “Güc deyil ki, zalımın qızı bütün günü yeyir də.... Bununku gödəniyyətdi ey, gödəniyyət. Şişib,motala dönüb, yenə də yeyir”. Qadın mətbəxə keçıb, xörəyi çəkdi, çörək doğradı, bir adamlıq salat düzəltdi və ərini səslədi. - Ay İkram, gəl, hazırdı. - Çay da dəmlə. Mənə səhərki köhnə çayı süzmə. Paltarlarımı da təmizləməyi unutma. Qadın çayı da dəmləyib, ərinin üst-başından paıçığı təmizləməyə getdi. Sonra yadına düşdü ki, özünə çay süzüb, amma içməyib. Gedib çayı ğötürdü, soyumuşdu. Tullamağa heyfi gəldi, soyuq köhnə çayı başına çəkib, peçenyeləri aparıb yerinə qoydu. Onsuz da iştahı yox idi yeməyə. Amma acqarına dərman içdiyi üçün mədəsi ağrıyırdı, ürəyi də bulanırdı. Belə... indi həyət yoldaşı yeməyini bitirib, televizorun qabağına keçəcək. Ayaqlarını kətilə uzadıb, ta yatana qədər yapışıb qalacaq bura. O isə ərinin yanında oturub, xoşbəxt olduğuna, tam-dolğun ailə səadəti yaşadığına inandırmağa çalışacaq özünü. Bu, onun evdə olduğu gün idi. Işə getməmişdi bu gün. İşləyən vaxt bu elədiklərini, yəni evin işini eyni qayda ilə yerinə yetirir, amma 2-3 qat artıq sürətlə, işdən gələndən sonra. İşi də evdəki həyatından heç də az “maraqlı” deyildi. Uşaq xəstəxanasında infeksion şöbədə tibb bacısı işləyirdi. Bütün günü ağır xəstə uşaqlara dərman verir, iynə vurur, sistem köçürür, imalə edirdi. Bir dəqiqə boş vaxtı olmurdu, üstəlik də qorxurdu ki, birdən bir xəstəlik tutar, hər halda dörd tərəfi infeksiya idi... Bu qədər. Qul ekspluatasiyasının növbəti gününün sonunda, mətbəxdə sonuncu qaşığı yuyub yerinə qoyanda, nəhayət ki, adı düşdü yadına – Xədicə idi adı. Adətən, gün ərzində işin çoxluğundan adı çıxırdı yadından... PS. Çox maraqlı həyat tərzi var Xədicənin, adamın lap paxıllığı tutur... Sonra da soruşurlar ki, niyə qadınlar cəmiyyətin ictimai həyatında az iştirak edir? Niyə rəssam, alim, yazıçı, politoloq qadınlarımız azdır? Necə, necə? Cəmiyyətin nəyində... az iştirak edirlər? Politiloq nədi? Yazığın başı qazandan, süpürgədən ayılır bəyəm? Hələ bu uşaqsız ailə idi. Elə qadınlar var 2-3 uşaq tərbiyə edirlər, bütün bu işlərlə bahəm... Qəhrəman Qadın!!
  10. Son dərəcə maraqlı (hər gününü elə yaşa ki, sanki bütün həyatın boyu bu günə hazırlaşmısan) Budur, səhər açılır, gün başlayır. Onun həyatının növbəti günü, o birilərinin sırasından biri, heç nə ilə digərlərindən fərqlənməyəcək bir gün. Yox, lap belə demək də düzgün olmazdı. Fərqlənirdi, əlbəttə ki, fərqlənirdi. Dünən, məsələn, bozbaş bişirmişdisə, bu gün kotlet qızardacaqdı. Dünən ayın 14-ü idi, bu gün 15-i. Əlbət ki, fərqlər var idi, yalan danışmağa nə lüzum?! Amma bu gün digərlərinə nə qədər oxşasa da, onun həyatından idi və o, bu ğünü mütləq yaşamalıydı, lap canı çıxsaydı da..., özü də yerli-yataqlı, bütün təfsilatı ilə. Odur ki, tənbəl-tənbəl, böyük çətinliklə, sümüklərini şaqqıldadaraq, çarpayını cırıldadaraq yerindən qalxdı. “Nökər nədi, bekar nədi” dedi özünə. Çarpayı cırıldayırdı ona görə ki, köhnə idi, hay-hayı gedib, vay-vayı qalmışdı..., yox, heç vay-vayı da qalmamışdı. Çoxdan küçənin tinindəki zibilliyə tullanmağa namizəd idi, amma axı harda yatardılar tullasaydılar? Bu taxt onun cehizi idi, düz 25 il əvvəl alınmışdı atası tərəfindən. Çarpayını başa düşdük, şah Abbası taxtda görüb, bəs sümükləri niyə şaqqıldayırdı? Niyə də şaqqıldamasın? 45 yaşında da şaqqıldamayıb, bəs nə vaxt şaqqıldayacaq?! Allah artritin atasına min lənət eləsin, çox nankor mərəzdir, adamı şikəst eləyir. Nə isə, çətinliklə ayağa qalxıb, yerini yoxladı, görsün əzalarından orda ilişib qalan olmadı ki?... Yox, deyəsən, hamısı üstündədir. Sonra taxtın o başında fıshafısla yatan həyət, ...bağışlayın, həyat yoldaşına çəpəki bir nəzər saldı. Bütün gecəni parovoz kimi xoruldayıb, qoymamışdı onu yatmağa, həmişəki kimi. Əgər qonaq otağındakı divanın yayları (пружина) adamın kürəyini deşməsəydi, gecəni gedib, orda yatardı adam kimi. Bir azdan yoldaşı ayılıb, yeməyini yeyib, işə gedəcəkdi. O isə bu gün işləmirdi. Süzülmüş xalatını tez çiyninə atıb mətbəxə keçdi, elektrik çaydanını doldurub, şəbəkəyə qoşdu. Səhər yeməyi üçün tələb olunan nə vardısa, hamısını stolun üstünə düzdü. Çaydan qaynadı. Çay dəmləyib, həyət, pardon, ....həyat yoldaşını oyatmağa getdi. - Dur, ay İkram, gecikərsən. İkram adlandırılan yuxulu gözlərini güclə açıb soruşdu: - Saat neçədir? - 7-dir. 8 tamamda işdə olmalısan, dur. Yeməyin hazırdır. - Qoy 5 dəqiqə də yatım. - Yaxşı, yat. Eyvana çıxdı, paltarları yığıb qayıdana qədər 5 dəqiqə keçdi. - İkram, dursana! - Az, nə qışqırırsan? Dedim, qoy 5 dəqiqə yatım da... - 5 dəqiqə keçdi, dur, gecikərsən. - Sən get, özüm dururam. Qadın otaqdan çıxdı. Yığdığı paltarları stolun üstünə töküb, ütüləməyə başladı. Ütüləyə-ütüləyə fikrə daldı. Yoldaşının köynəkləri köhnəlmişdi, təzələrini almaq lazım idi, dəsmallar da artıq yararsız hala düşmüşdü. Eh, alınası o qədər şey vardı ki.... Bu qış mütləq özü üçün bir palto seçməli idi. Köhnənin daha geyilməlisi qalmayıb. Hələ uzunboğaz çəkmə..., cırılmışdı, təzəsi lazım idi. Bir də ayıldı ki, 15 dəqiqə keçib, həyət, .... sorry, həyat yoldaşı hələ də yatır. Tələsik otağa keçəndə, məlum oldu ki, bəli, kişi səhər yuxusunu görür, xorultusu yenə dünyanı alıb başına. Yorğanı onun üstündən çəkib, yerə atdı, vay-şivən qopartdı: - Ay İkraaam,heç bilirsən saat neçədir??! 8-ə 20 dəqiqə işləyib. Gecikdin sən! İkram hövlnak sıçrayıb yerindən durdu. - Az, başın batsın sənin, mən indi 40 dəqiqəyə çörəyimi yeyim, üzümü qırxım, geyinim ya dişlərimi yuyum? Mənim yolum da var axı. Mənim altımda X5 yoxdu ey, qonşumuz Səməd kimi. - Mən neynim? Çağırıram, durmursan. - Mırtıldanma. Tez ol, üzqırxanı-zadı qoy ora, gəlirəm. Ayaqqabılarımı da sil, dünən palçığa batmışdı küçədə. Çayımı süz, mən gələnə bir az soyusun. Qadın tez vanna otağına keçıb, diş fırçası ilə məcunu, üzqırxanı çıxardıb, güzgünün qabağına qoydu. Ötəri öz yorğun sifətinə də nəzər salmağa macal tapdı. Nə günə düşmüşdü... Gözlərinin altı torbalaşmış, rəngi solmuş,saçı ağarmışdı..., hələ qırışlar.... “Vaxtım olsaydı, bir özümə də baxardım” keçdi beynindən. Amma elə o fikir beynində də qaldı, çünki vaxtı heç zaman olmayacaqdı, bilirdi. Vaxtı da olsaydı, pulu olmayacaqdı. Özünə söz verdi ki, bir də güzgüyə baxmayacaq... heç vaxt. Həyət yoldaşının ayaqqabılarını silib qurtardı, kostyumunu səliqə ilə stulun başından asdı və getdi çay süzməyə. Çayla məşğul olarkən fikirləşdi ki, bunu gərək birinci edəydi, indi o gələnə soyumayacaq, vəssəlam da, mərəkə qopacaq. Başladı çayı stəkandan nəlbəkiyə, nəlbəkidən stəkana qovmağa ki, tez soyusun bir az. Hətta ağlından gic bir fikir də keçdi: “bəlkə kranı açım,bir az soyuq su alım bunun üstünə? Tərslıkdən qaynanmış soyuq suyum da yoxdur.” Hər şeyə hazır idi, təki ərinin donquldanmağını eşitməyəydi. O, lal-dinməz öz işini icra edərkən, İkram bütün vaxtı qoca arvad kimi deyinirdi. “Niyə məni gec durquzdun”dan tutmuş “İşdən lap zəhləm gedib day, nəçənnikimiz heyvanın biridir”, “3 gün bundan qabaq işdə karandaşımı itirmişəm, hələ də tapa bilmirəm”, “Bu hava da niyə belə pis keçır? Hava da mənim qəsdimə durub deyəsən, yağış elə hey sızıldayır, axı mənim çəkmələrim çatlayıb, su buraxır”-a qədər. Nəhayət, İkram yeməyini yedi. Əlbəttə, elə onda da üyüdüb-tökürdü – “yağ, deyəsən, qaxsıyıb. Pendir çox şordu. Bu şəkər tozunun heç şirnisi yoxdu ki?! Özü də deyəsən nəm çəkib, hara qoymuşdun bunu? Çaydan qəribə tam gəlir, yəqin sudandır. Su deyil ey, zəhərdir, zəhər! Sənə yüz dəfə demışəm, mənim qabağıma çatlaq nəlbəki qoyma! Çayı da deyəsən, dəmləmək əvəzinə qaynadıb horraya döndərmisən yenə də. Sən, 25 ilin arvadı, nə vaxt adam kimi çay dəmləməyi öyrənəcəksən, mən başa düşmürəm. Sənin kimi arvadla sağlam həyat tərzi keçirmək olmaz. Bura bax, naharımı da qoy mənim, işdə acından ölməyim. Nahar üçün evə gələsi deyiləm ki... Çörəyin içindən yenə də qəribə şeylər çıxır. Vicdansızlar bir dənə çörək də bişirə bilmirlər. Almaniyada heç bilirsən çörəyin neçə növü var? Almaniyada heç bilirsən, necə çörək bişirirlər?” Axır ki, həyət yoldaşı qarnını doldurub, öz mübarək qədəmlərini yataq otağına qoydu. Geyindi, saçını darayıb otaqdan çıxanda bir başmaq tayı çıxdı yolunun üstünə, ona bir təpik vurub, qeyzlə arvadının üzünə fırladı baxışlarını: - Ev deyil ey, xarabadı xaraba! Tələsik naharını qoltuğuna vurub, sağollaşmadan özünü eşiyə atdı. Ərinin qınağına qulaq asa-asa paltarları ütüləyib qurtardı qadın. Sonra yataq yerini yığıb, dolabı açdı, iri bir paket çıxartdı. Burda onların cırıq, deşilmiş, süzülmüş paltarları vardı. Əri qoymurdu onları tullamağa, “yama” deyirdi. Qadın oturub, başladı yamamağa. İşini qurtarıb, mətbəxə keçdi. Qətiyyən yemək istəmirdi, iştahı yox idi. Ümumiyyətlə, son vaxtlar bütün bədəni ağrıyırdı. Dişləri də pis gündə idi. Həkimə getməliydi, amma heç cür imkan tapa bilmirdi. Əhvalı da yaxşı deyildi. Permanent əzginlik, yorğunluq və depressiya özünü göstərirdi. Qabları yuyub, mətbəxdən çıxdı. Evləri təmizləməyə başladı. Mebellərdən hansına gücü çatırdısa, irəli çəkdi ki, arxasını və altını da təmizləyə bilsin. Sildi, süpürdü, tozsoranla xalçaların, divanın tozunu aldı, mebelləri sildi. Gözü çilçırağa sataşdı. Tozun içində idi. Tez bir tas su və əski parçası gətirdi. Ayağının altına kətil qoyub çıxdı və çilçırağı silməyə başladı. Evləri zatən kiçik, darısqal, tavan alçaq idi. Ona görə bir tək kətil bəs idi, əli çatırdı. (1-ci hissənin sonu)
  11. Как раз недавно опять всплыла тема о том, кто все-таки первичнее, нужнее и ценнее, у кого прав больше, у кого меньше, кто по дефолту цаца, пот.что посчастливилось родиться с колокольчиком, почему у женщ. мозги набекрень, вечно не то говорит, не то делает, суется куда не просят, руку поднимешь, визжит как… и ваще, зачем она не сгинет в тартарары, если уж все беды человечества и войны на Земле связаны с ее именем?.... иланбадынагеден.. уххххх.., слабая!. Где ж она, почему ее не видно в значимых сферах, в эконом.структурах? Почему ее нет за круглым столом? Почему ее так мало на полит.арене, в парламенте? За штурвалом самолета тоже вроде ее не видать…(а какие она стэхи пишет…мама моя, это же …это ж полынь! блинтус! взгляникакнехорошо..) Ась?? Чем она занимается? несовершенная? Детей воспитывает? Ой не смешите, дети уж как-нибудь сами., если уж имели наглость родиться. - - - - - - - - - - - Миром управляют сильные мира сего. И за каждым сильным м. стоит нежно хрупкая, сильная в своей слабости Ж. ой банальные фразы пошли., но приходится повторять и повторять, а как по другому достучаться? Истина где-то затерялась. щас кто-то наступит на нее грязным сапогом и хрясь!. Любите нас. И не мучайте, о неблагодарные! Оставьте нам тыл, и будет кому вам дверь открывать.., по ночам. можно и без букета. (мы то, что у вас за спиной. , мы –крылья ваши, не забывайте). Нейсе.. читай нижеслед.
  12. Я редко когда пишу под музыку., разве только "Саундтрек " мой. Османлы творила под звуки танго, напр. Пишу по ночам. ,проблемы с концентрацией вним., потому мне требуется гробовая тишина. У меня импульсы слуховому нерву не воспринимаются как позыв к творчеству.(прости, Господи! знаю, громко сказала). Периодически включается художественно-образное мышление, тогда я хожу с блокнотом, потому как перед глазами палитра открывается, картинки.. Я плохо слышу, но вижу отменно. Н.Мамедов считает, что музыка обладает привилегией избавленности от смысла. Может это и послужило причиной? Не знаю. Знаю только, что музыка не рычаг для меня., не раздевает/не оголяет. Могу послушать, набраться флюидов, потом в тишине сотворить что-нить такое., выплеснуть на бумагу, что накопилось.
  13. уффффффф. урейим дюшдю. думала, другое видел в детстве, по многу, в живую..- тут малость подзависла. не шути со мной так.. )
  14. тоцно так же.) нуженни? лучше б ты меня убила..) можно шекербурой по башке..)
  15. кохне гурдам..) я давно живу, Вести )
  16. а йатмаг имеет несколько вариантов перевода. напр. нече ил вериблер, йатыр. если посмотреть в контексте просто ятмаг со словом джигер не сопровождали бы. короче так: джаным-джигерим. мен ичеридейем. сабах разборкаду. геджен хейре галсын, йани тебе придется долгие ночи коротать без меня. берк севирем, берк опурем, берк олурем - буду не скоро, не скучай. гор башывы нейнен гатырсан.
×
×
  • Создать...