-
Публикации
10105 -
Зарегистрирован
-
Посещение
-
Days Won
27
Все публикации пользователя Эда F
-
нет, последовательность такая: кухня, стирка, уборка, детей со школы забрать, заниматься с ними, ночью вырубиться как убитая....., а он пойдет к другой, то есть пунктик "постель" вычеркиваем. ))
-
Он сам симпатичный, зато дегенерат. Дегенерат, потому что оставил прекрасную семью, троих здоровых детей. Какой была жена до него, это какое имеет отношение к семье, не понимаю?! Есть нормальные мужчины, которые сознательно женятся на проститутке со стажем. И ничего.... Нет, парень явно больной.
-
в кухне необязательно. Точно тебе говорю )) как готовит - это не ключевой момент. Постель, она должна быть умной, и кое-что еще, вернее еще 2 момента.
-
Уй да!! ))) скока у тебя щас работ? недостающие я тебе пришлю - все части тела сфоткаю ))) лишь бы тебя увидеть )))
- 1869 ответов
-
- не проходим мимо
- люб
-
(и ещё %d)
Теги:
-
ясно, у тебя сияние вокруг головы, как нимб ))
- 1869 ответов
-
- не проходим мимо
- люб
-
(и ещё %d)
Теги:
-
Меди, Чем прав. Увы..... Знаю такие случаи, когда мать ревнует сына. Да и моя тоже, по началу ревновала. Она когда видит, как я прихорашиваюсь, подходит и говорит: А ты знаешь, у меня тоже когда-то была хорошая фигура. Длинные волосы, лучше чем твои, густые ...
-
МИСС ГОЛОВОКРУЖЕНИЕ Тест был пройден: сегодня в 17:10 воздержусь ).
-
Вот оказывается какая я цаца ) Ты оказался(лась) на каком-то японском празднике. Кругом царили радость и веселье. Все гости носили различные маски. Кстати, тот предмет, что ты нес(ла) превратился в маску, изображавшую… Ама-но-дзаку . Поздравляю!) Вы являетесь древним демоном, проявляющимся в различных формах. Ама-но-Дзаку - это дух упрямства и порока. Очень злобный демон, обычно изображается в виде небольшого они (oni – огр, демон), который существует, чтобы мучить людей и срывать им планы. Иногда упоминается, что этот дух способен читать мысли людей, а так же влиять на скрытые желания, заставляя людей делать то, что они совершенно не хотят.Он описывается в более жестокой версии легенды «Принцесса Юрико» (Uriko-hime), в которой он съедает влюбленную принцессу в день ее свадьбы, надевает ее кожу, что бы притвориться принцессой, но в итоге его обман раскрывается и демона убивают.
-
Какой ужас. Будто нельзя было найти более цивилизованный способ.
-
Ариша, я тоже не видела. Дай ссылку. Тебя не выдам, обещаю ))
- 1869 ответов
-
- не проходим мимо
- люб
-
(и ещё %d)
Теги:
-
сверху лучше. И не забудь корону надеть ))
- 1869 ответов
-
- не проходим мимо
- люб
-
(и ещё %d)
Теги:
-
Ilgar Muradov - Bu dünyanı nağıl bilək http://youtu.be/k9uDM-YYrpg
-
Салам, ревнивец )) Как могу я, коренная бакинка, не любить свой город? ) .....
-
Ахмед, это я написала: Qılınc kimi kəsən külək. Elə əsər ki, çəkisi yüngül, arıq sısqa canları götürüb aparar, gözləri toz-torpaqla doldurar, nəfəs çəkməyə qoymaz. Bu, məşhur Bakı xəzrisidir. Qədimlərdə İçəri şəhərin evləri küləyin nazına görə tikilirmiş. Xəzri tutan tərəfdə divarları ikidaş edərmişlər və pəncərə qoymazmışlar. Çünki dəli xəzrini yaxşı tanıyırdılar. Bir də gilavar var. Abşeronun gilavarı. İndi bu sözləri yazıram və burnumun ucu göynəyir o gilavarçun....., Abşeronun qızıl qumuyçun, ləpələrin sillələdiyi yalçın qayalarçun.......... Adamı dalağına qədər yandırardı gilavar. Belə küləkdə dəniz çox hiyləgər olurdu, aparırdı adamı. Gilavarda çimməzdik heç vaxt... Daşına-torpağına, xəzrinə-gilavarına qurban..... Bakı......, nəfəsinə qurban, küləkli nəfəsinə, xışıldayan, göynədən, yandıran nəfəsinə.. Пиши ты тоже пару слов про хэзри, гилавар и про золотой песок Апшеронский, про море наше. Знаю, что не любишь ветер, жаль....пиши про море. Это тебе: http://www.youtube.com/watch?v=oWfjq1jPs9g
-
Если человек послушный (белый/пушистый), любит и умеет жить под диктовку, плясать под чужую дудку, если он может насиловать себя - то, да, ему следует слушаться взрослых. Если он человек своенравный - то пусть поступает так, как велит ему сердце. Пусть найдет ее, любимую. Иначе страдания....до конца жизни, неудовлетворенность..
-
бу бойда смайлик олар, Гюля? )) К тому же, ОН у тебя беременный ))
-
(2-ci hissə) Mən küləyin qızıyam. Onsuz mənim damarlarımda qan da dayanır. Mənim zefirim qərbdən vurur, günbatandan. Yevr şərqdən – gündoğandan. Doğan günəşin şəfəqlərinə bələyir məni, mənsə o işıq selində mənalar axtarıram, yerdə tapmadıqlarımı bilirəm ki, işıqda tapacam. İşıq şəlaləsində çimdinmi heç? Notum cənubdan çalır, özü ilə qızmar səhraların isti nəfəsini gətirir. O nəfəs dibçəkdəki güllərimi yandırıb soldurub, bağlamışam pəncərələrimi. Bütün küləklərimin öz kraliçası var. Dəli hava axınının boynuna sapand atmaq ixtiyarı yalnız onlarda. Mənsə....mənsə seyrçiyəm. Mənə toxunmurlar. Ayağında cırıq çarıq, başında gün yandırmış köhnə örtük, beli bükük, əli çomaqlı qoca kimə lazımdır ki?... Bir də harpiyalar var. Şiddətli külək ilahələri. Gözəgörünməz.......sevmirlər onlar məni.......və incidirlər. Qısqanırlar...... Onların başım üzərindəki hər sivişini sezirəm. Məndən hər dəfə nəsə qoparıb aparırılar. Hənuz........mən acam!! Siz! Ey göydəkilər! Bunu neçə milyon dəfə deməliyəm ki, məni eşitsinlər və neçə milyon dəfə deməliyəm ki, anlasınlar. Böyük əksəriyyət daim yaşam və taleyindən narazı olub. Məmmuniyyətsizlik və təminsizlik bəlkə də bizi irəli itələyən bir qüvvə, bir amil, nizə ucu. Yəni doğrudanmı biz o qədər inert, primitiv biriyik ki, bizi bizləməsələr gedəsi deyilik? Sallaqxana qirmaqlarından asılıb dərisi soyulmuş cəmdəklər kimi milçək basa-basa qalacağıq? Yox! Min kərə yox! Mənim bizlənməyə ehtiyacım yox idi. Mən özüm gedirdim. Başqalarının həyat təlatümlərindən, eniş-yoxuşundan heç nə deyə bilmərəm. Bəlkə onlara qısqırdıcı amillər lazım imiş?!...... Bilmirəm, yanlarında olmamışam, yanımda olmayıblar. Hənuz....... Mənim simurq quşum artıq Qıf dağının zirvəsini tərk edib. Yolundan səkdirilmiş atlılarım, dəliqanlı igidlərim məni axtarır. Çöməlib yolda, daşın üstündə nəfəsini dərmək üçün oturan qoca yolçudan məni sorurlar. Osa qəlyanını sümürüb dərin bir qüllab vurur, mənim yerimi onlara nişan verir. Sonrasa gözləri yaşarır, pəsdən “Yanıq Kərəmi” oxuyur. Zira cavab verməliyəm. Səhvlərim islah olunmalı. Gəlirlər.......Bir sürü atlı. Toz dumanı ərşə qalxıb. Buludlar qaçıb gizlənib. Amma.......günah məndə deyil əslində...... İt gəlib, örkən aparmış... Kilsələrdə oxunan osannaları alir qulağım. İlgimi çəkir çin olmuş insan arzularının pərvazlanan təntənəsi, onları müşayiət edən alqış sədaları. Amma bunların mənlə bir ilişikliyi yox ki......mənim arzularım camaxatanı tərk etməmiş, boğazı büzmə düyünçələrdə qalmış. Mənə o taxçaları yandırmaq təklif olunur......artıq. Niyə hər dəfə sakit gecələrdə, Ay göydən üzümüzə baxıb göz vuranda, şəhər yatanda, eyvana çıxıb siqaret püləmək təklifini rədd edirəm? Niyə ayağımın altında uyuyan şəhərdən, sayrışan ulduzlardan, gecənin ilğımından, damlarda gəzişən ləms pişiklərdən, ümumiyyətlə, qaranlıq romantikasından həzz ala bilmirəm, ilmə çəkə bilmirəm?? Toran qovuşanda gecənin zümzüməsini eşitmək olur. Eşidə bilmirəm. Niyə? Sən axı eşidirsən. ......mənsə.......mənsə yox. ......mən düşünürəm. Qanım tərsə axır damarlarımda. İndi bu dəm. Nədən? Nə qədər binar və mücərrəd fikirlər məngənəsində qalacam, görəsən? Umsundum. Həm sabahlarımın incilənməsindən, yeknəsəkliyin kəsif qoxusundan, həm anılarımın sərgilənməsindən – tək bir seyrçiyə: özümə. Xilqətin pürmüddəalığı (rəsmiyyətpərəstlik, чопорность) sıxır məni, həm də çox. Köhnə, yıpranmış, prozaik qafiyələrə təzə düzüm lazımdır. Sazaqlı qış günü yol boyu irəliləyən, küçənin kir-kəsafətinə bulaşmış qoca yolçu. Əbasının ətəklərini yığışdırır. İki tərəfdən, sağından, solundan, pəncərə pərdələrinin arxasından maraqla ona zillənən baxışları hiss edir.Nifrətlə nəzərlərini bu hər şeylə maraqlanan həyasızlara çevirir. Pəncərələr qapadılır. Tale, dolaşacağımız cığırların hər döngəsinə cələlər, duzaqlar düzmüş. Bax, ilişməyəsən....... Qorxu mütənasıbliyini hər küncündən asacağım odam. Təhtəlşüur səviyyəsinə qədər sürüşkən enişlər.......,amma çıxışlarım yox – bağlanmış. Mənsə.......mənsə tapacam, bir yol tapacam. Bir bu səyyaha bax. Nə qədər miskin, məzlum görkəmi var. Bir heçliyə, sonsuzluğa getdiyini bilir, amma yenə də sapınmır yolundan. Gedir, hey gedir... Mağaralarda çürüyən insan sümüklərini nişan veriblər ona. Onlardan ilac düzəldəcəkmiş. O ilacla ölümə qalib gələcəkmiş. Ölümlə ölümü diz çökdürəcəkmiş, ölümsüzlük qazanacaqmış....... Budur, enir mağaraya. Nə burnuna dolan üfunət qoxusu, nə də yuxarıdan sallanmış və qoluna-qıçına, saçlarına dolaşan çürüntülü şındırabənzərlər – nəmiş və zülmətlər krallığının iyrənc florası onu saxlaya bilmır yolundan. Gedir, hey gedir.... Heç başı üstündən o yan – bu yana uçan və qanadlarını onun üzünə çırpan qaranlıq həvariyunları (апостол) – yarasalar da, onlar da qorxutmur onu. Ayağının altında şaqqıltı ilə sınan insan sümükləri də...... O axtarır, arayır......, istədiyinə çatacaq, tapacaq və özüylə aparacaq, heç nə qorxutmur onu. Ah, bəxtəvər... Mənsə, mənsə ona həsədlə baxıram.. Hənuz...... Qadağalar bir sumbata kağızı, yara üzəri ilə sürüşən...... Mənsə, mənsə dözürəm. Məcburam......, yox, borcluyam. Başımın üstündən əsən küləklər. Məni heç vaxt o mağaraya yaxın düşməyə qoymamışlar.......orda ki, məqsəd gizlənib. Mən o mağaranı “laübaliliklə (бесцеремонность) qolboyun” adlandırdım. Mənə yalnız mağaranın ağzındakı üvəz kolunu iyləməyə icazə verilib. Hənuz........dənizlərim qovuşub da, dalğaları bir-birinə qarışmayıb ki...... Axan çaylarımın suyu tükənib də, şoran torpaqlarım qurumayıb ki.......... Başı qarlı zirvələrim heç kəsə əyilməyib ki........ Mən küləkdən güc aliram. Bir qədər umsuq olsam da, heç kəsi batinimə buraxmadım ki, ........butalarım açılmamış soldu, yad nəfəs götürmədim ki, ..........şirin yuxularıma acılar qatıldı,gecələr yatmadım ki, ..............nəğmələrimi kəsib, udumu sındırdılar, pəncərəmdən ağılar ucaltmadım ki, qara pərdələr asmadım ki........... Mən küləkdən güclüyəm. Hənuz......... .....................uzun gecələrimiz birgə keçirilməmiş, kəsik sözlər hıçqırtı səsində boğulmamış, başlar sinələrə əyilməmiş, busələr hədiyyə edilməmiş, saçlar qarışdırılmamış, vədlər verilməmiş,............sonra bu vədlərə inanılmamış, aldanılmamış, əməl edilməmiş..........,üzlər qızarmamış, yanaqlar allanmamış,......,qaşlar çatılmamış, qəzəb-kin alovunu püskürməmiş, gözlər heyrətdən böyüməmiş, göz yaşı çaylara qoşulmamış, dərd sinələri yarmamış,................olmamış – olunmamış, gəlməmiş – gətirilməmiş, deməmiş – deyilməmiş, etməmiş – edilməmiş, vurmamış, uçurulmamış, sındırılmamış, dağıdılmamış, öldürülməmiş, basdırılmamış, qeyb olmamış........ Son...., nəhayət....... – təlaş və məchulluq. Rüzgarsa əsir........O, hər şeyin FÖVQÜNDƏ. Aşırı həyat və gözəllik aludəçisi. Yorulub, usanıb, yol kənarındakı daşın üstündə oturub yenə....Yenə müştüyünü sümürüb, saqqalını sığallayıb, çuğulluq etmək fikrindədi. Mənim yerimi nişan verəcək indi kiməsə. Mənsə.....mənsə qorxmuram. Mən küləyin qızıyam. Küləkdir atam. Anam – torpaq. Onlar heç vaxt məndən imtina etməyəcək, üz döndərməyəcək, arxa çevirməyəcəklər. Mənsə.....
- 3668 ответов
-
- əlini mənə bəsdərəcik...
- take me away
- (и ещё %d)
-
Mən küləyin qızıyam Üfüqlərdən boylanan sabahlara salam! O, varlığımda mənim. Bu günümdə, sabahımda, açılan qönçələrimdə, çapar atlarımın yalında, qartallarımın sərbəst uçuşunda, lələklərinin arasında,........... rəflərimdə, kitab səhifələrində, qapımın kandarında, qaşımın düyünündə..............o. Külək......... Məni öz inhisarında saxlamış. Mənsə onu rədd etmirəm və “yox” demirəm, çünki o – mücərrəd məchulluq, güc, möhtəşəmlik tərənnümü, mənsə......mənsə - zərrəcik. Onun sovurub apardığı on milyonlardan biri. Biz varlığımıza tapınıb, simvolizmə tabe olduğumuzca məsud oluruq. Həyatın cığırındakı addımlarımızın sayını artırırıq, onun daxılına tulladığımız qəpiklərin cingiltisini....... Üsyankarı eşafot gözləyib həmişə........yox, elə daxıl yaxşıdır.. Qılınc kimi kəsən külək. Elə əsər ki, çəkisi yüngül, arıq sısqa canları götürüb aparar, gözləri toz-torpaqla doldurar, nəfəs çəkməyə qoymaz. Bu, məşhur Bakı xəzrisidir. Qədimlərdə İçəri şəhərin evləri küləyin nazına görə tikilirmiş. Xəzri tutan tərəfdə divarları ikidaş edərmişlər və pəncərə qoymazmışlar. Çünki dəli xəzrini yaxşı tanıyırdılar. Bir də gilavar var. Abşeronun gilavarı. İndi bu sözləri yazıram və burnumun ucu göynəyir o gilavarçun....., Abşeronun qızıl qumuyçun, ləpələrin sillələdiyi yalçın qayalarçun.......... Adamı dalağına qədər yandırardı gilavar. Belə küləkdə dəniz çox hiyləgər olurdu, aparırdı adamı. Gilavarda çimməzdik heç vaxt... Daşına-torpağına, xəzrinə-gilavarına qurban..... Bakı......, nəfəsinə qurban, küləkli nəfəsinə, xışıldayan, göynədən, yandıran nəfəsinə.. Bir də burağan var (смерч) – dəniz üzərində olur, bir də qasırğa (торнадо) – quruda olur. Onlar mənimki deyil, yazmayacam onlardan. ----------------------------------- İldırımın tuş ünvanı.....qocaman palıdım.......niyə axı təpəlikdə tək bitdin?? Ətrafın əvvəldən “kimsəsiz” idi ya rüzgar təmizləmiş? Sənin kimi qocaman olmaq istəməzdim. Ətrafımın təmizlənilməsindən qorxuram.... Sənlə oxşarlığımız var, bilirsən? Sənin də illərlə bəslədiyini odun bir dilimi yalayıb aparır.... Yuva mənası mənasızlığa yuvarlanmış, bünövrələr uçurdulmuş, sultanlıqlar çökdürülmüş, şahlıqlar süquta uğramış, ...... “Nuşirəvanla bayquşların söhbəti” bütöv bir qurultaya çevrilmiş .................... Utan! ...cüzamlı yaralar xəstəsi kimi utan! Parabüzən qanadındakı qara xallardan allanıb qızarıb. Sən də utan! Ah, mücadilələr yazan qələmini alıb, iki parça edərdim, yazdığını tərsə oxuyardım, bir də yazmazdın. Sansaranın çərxinə paz salardım, burulğanına daş tökərdim, boğardım onu, bir də fırlanmazdı......,həyatımdakıları sənə yaşadardım. Gözlərimin bəbəklərində çürüyən qovğalar, həyatımın salxım-salxım misraları, suyuna ümid damızdırdığım gələcək, “inşallahlar”, “bismillahlar”...... Nə olmuş? Nağıllarımın qanadını kim qırmış? Hansı nakəs? Niyə kamım pərvazlanıb uçub məndən? Bəlkə həddimi aşmışdım, çox qatı istəmişdim? Sən ver, mən su qatıb duruldaram. Oxxx, dabanlarımın altında qalıb xırçıldayan nə? Ətrafıma səpələnib günün şüalarında 52 000 rənglə bərq vuran bu büllur qırıntıları gözlərimi deşir, dəli bir şəhvətlə mənə nələrsə pıçıldayır və nəyisə xatırlamağa çağırır. Anladım, anladım......nəymiş bu. Yerə çırpılıb çiliklənmiş arzular, qanadlı, dimdikli, büzdümlü, canlı arzular. İndi sərt, kələ-kötür qırıntıları ayaqlarımı kəsir, qana bulayır. Susuram... Susalım da, başımız dinc olsun. Deviantı nə gözləyir?? Heç kəs bu vacib girdə orqanın üzülməsini istəməz. Susalım da, qoruyalım onu. Səsini güngörməzinə qoyanların yolu uzun, səyahəti darıxdırıcı da olsa, rahat olar........ayağına da daş toxynmaz. Amma mənim zəhlətökən səsim həmin yerdə qalmaq istəmir. Mən üsyankaram.. Hər səhvimin altından qol çəkməyə hazıram. Edəcəyim səhvlərimi almayın məndən. Nə haqqınız var? Mənimdir onlar. Hələ çox səhvlərim olacaq həyatda. Mənə bu günlə yaşamağı öyrətdilər. Həyat. ..ondan başqa öyrətmənim yox. Gələcək üçün tədarük tökməyi birdəfəlik yadırğadım..,yəni tərgitdilər mənə. Axınla axmağın üstünlüklərini anlatdılar – “palaza bürün, elnən sürün”. (mənim də bürünüb sürünməkdən zəhləm gedib həmişə). Mən, ümumiyyətlə, çox çalışqan tələbəyəm, hər şeyi öyrənirəm, özu də çox tez. Pisi lap tez öyrənirəm. Mənə bir az arsızlıq, bir az qəddarlıq, bir az da vicdansızlıq öyrətdilər. Çünki heç nədən qorxmamaq üçün gərək bir az anormal olasan, bu halətə də bütöv vicdanla buluşmaq caiz deyil. Gərək vicdanın bir az kəm ola. Mə bunu böyük məmmuniyyətlə elədim. Vicdanımın bir parasını qoparıb dişləırimin altına qoydum. Mənə heç nə lazım deyil. Heç vicdan da. Mən küləkdən doğulmuşam. Bu halətlə xoşuna gəlirəmmi?.. Bir az kəm, bir az kəsir. Dodaqlarımdan öpməyə qoymayacam səni heç vaxt. Dodaqlarım yalnız sözlərimin. Öpüş haqqı onların. Bir də Bakının küləyinin... Küləkdən heç nə gizlətmirəm. Sarır məni, qucur, götürüb çöllü-biyabana aparır....apara da bilər. Mən onun qızıyam. Məni küləklərimlə təkbətək burax. Həyatımın küləkləriylə. Qızılı xəzəli apar, payızıma dəymə. Tənha vaxtlarımda qapımı döyən tək bircə o olmuşdu. Zaman modusu kimi yox, qaçılmazlıq kimi yox, əlahiddə bir şey kimi. Mənə olunan növbəti həmlə kimi yox, bir təşəbbüs kimi. Ona görə sevdim payızı.......3 aylıq. Sonra getdi həyatımdan....və unutdum. Deyəcəksən, vəfasızam? Yox, belə deyil. Əgər hər həyatımdan gedəni xatırlasaydım, indi özüm də öz həyatımı tərk etmiş olardım. Məni bir dəfə qazanıb, bir dəfə itirmək olar. Mən sızanaq deyiləm, gəlim-gedim. Mən küləyin qızıyam. Külək olur qədər, pərişan – mən də varam, durur qədər dayanacaq, vurur qədər vuranam, yıxıb aşıran. Adımı göylərdən aldım, taleyimi küləkdən. (1-ci hissənin sonu)
- 3668 ответов
-
- əlini mənə bəsdərəcik...
- take me away
- (и ещё %d)
