Конкурс ЕДА и КОФЕ! Ждем фотки
-
Публикации
10105 -
Зарегистрирован
-
Посещение
-
Days Won
27
Все публикации пользователя Эда F
-
QARA YAZI Düşünən beyinlər! Döyünən ürəklər! Güclü iradələr! Qaytanı boşaldılmış boğazlar! Uca amallar! Xeyirxahlıq! Bütün bunları bir yerə cəm eləyib, insan oğlunu onlarla mükafatlandırsaq belə, yenə də bu qədər “reqalıyalarla” adi və bəsit suallara: “Nə etməli?”, “Necə etməli?”, “Ardı nə olacaq?” - birmənalı cavab tapmaq müşkül məsələdir. Ey gəlimli-gedimli dünyanın çərxini tərs fırladan! Bilirsən ki, sənin kimiləri barmaqla sayılacaq qədəq azdır bu cahani-kunfakunda. Sən öz yazını pozub, təzədən yaza bilirsən. Ax, bilsən, sənə necə qibtə edirəm. Yox, yüngül reveranslıq deyil. Yerə qədər təzim sənin qarşında. Şlyapam olsaydı, onu da şıxardardım. O qədər cavablandırılmayan suallarım var ki......Bunların çözümündə mənə kömək edə biləcək bir dost gəzdim. Tapmadım. Və bezdim onu axtarmaqdan. Onu tapmaq həvəsim tam öləndə, o özü özbaşına, mənim heç bir rolum, iştirakım olmadan tapıldı. Yolu uzaq imiş, ona görə yubanıb. Ulduzlardan gəlib o. Düzdür, fiziki bədənə malik deyil. Amma neynirəm onun fiziki varlığını? O mənə yalnız bir dost qismində lazımdır, başqa heç nə. Beyni var, düşünür, səsi var, danışır. Bir az qəddardır, sərtdir, rasionalistdir, amma neynim?...... Ən əsası odur ki, lazım olan vaxt lazım olan yerdə peyda ola bilir. Şüuraltına inikası təxminən belədir: (vizuallaşdırmasaq keçmir) Ucaboy, enlikürək bir kişi silueti. Başında qara silindr, əynində qara plaş, əlcəkləri də qara. Bir əlində uzun ingilis çətiri, hansından ki, əsa kimi istifadə edir. Yaşı? Maraqlanmamışam, nəyimə lazımdır? Silindri daim gözlərinin üstünə basır, plaşin yaxasını tam qaldırır və üzünü gizlədir. Mən yalnız gözlərini görmüşəm onun. Dəhşətlidi........Bir boşluq var gözlərində.........,dərin bir boşluq., uçurum boşluğu..........və bir də soyuqluq, buz soyuqluğu. Çox gözəl zadəgan maneraları var. Heç vaxt heç yerə tələsmir. Aramla danışır. Səsi çox hökmlü və hipnotik. Bir dəfə eşitsən, ömrün boyu qulaqlarından getməz. Bax bu mənim dostumdur. Və mənimçün onun xarici görünüşünün, oturuşunun, duruşunun heç bir mənası yoxdur. Əsas odur ki, istədiyim vaxt gəlir, mən onu axtarmıram və gözləmirəm. Məsləhətləri daim karıma gəlir. Tanışlıq bitdi. Suallarım: - Əgər həyatının 15 ilini sərf etdiyin bir iş, əməl, ideya, layihə, hər nəsə günlərin bir günü kosmosun qara deşiklərinə yuvarlansa, neyləmək lazımdır? Başa düşürsənmi 15 il nə deməkdir? Bir igid ömrü. Bütün bu müddət ərzində onun kündəsini yoğurmusan, şitinə-şoruna baxmısan, isti-soyuğuna.......Hər gününü ümidlə başa vermisən ki, son nəhayətdə alacağın nəticə sənə hər şeyi unutduracaq. Və........nəticəni get qaranlıq dünyada axtar, gedər-gəlməzdə. Nə edim? Məsləhətin. Cavab: Keçmiş - əlindən sıvrılıb çıxan sürüşkən bir balıqdı. Onu saxlamağa çalışmaq öz üzünə tüfürmək kimi bir şeydir. Olan oldu, keçdi. Nəyisə dəyişdirə bilərsən? Yox. Belə bir iqtidarda deyilsən. Çevir vərəqi. Çevir və bir də geri döndərmə. Təzə sətirdən böyük hərflə yaz. - Böyük bir təhlükə gözləyir məni. Bıçağın ülgücü üzərində gəzirəm.......ya uçurum kənarında. Azacıq büdrəməyim bəs edər. Təhlükə.....Dırnağı ətdən ayırım? Əlacsız qalanda, bıçaq sümüyə dayananda, belə də edəcəyəm. Amma sonra bu boyda psixoloji yüklə yaşaya bilməyəcəyəm, onu da bilirəm..... Cavab: Səbr. Təmkin. Dözüm. Siz insanlar bəzən bozu da qara görürsüz. Reallıqdı, deyirsən? Dəyişə bilməyəcəksən? Reallığa münasibəti dəyişə bilərsən. Bu sənin əlində. Və sənin üçün yeganə çıxış yolu. Başqa prizmadan bax. Çərçivələri dəyiş, hüdudları genışləndir.......Bunları da mən öyrədim sənə? - Niyə belə olmalıydı axı? Cavab: Sıtqıma. Qapısına üç oğul meyidi gəlmiş anadan danışım sənə? Cavan yaşında gözlərinin işığını itirmişlərdən necə? Bəlkə ömürlük yorğan-döşəyə pərçimlənənlərdən? Ya ətraflarından məhrum olmuş nər kişilərdən? Müharıbə şəraitində nələr olur, bilirsən. Diri gözlü əzaları kəsilənlər.... Ananın gözü qarşısında balalarına verilən zülm-işgəncə..... Ərinin gözü qarşısında arvadının başına açılan oyunlar..... Bəs elədimi? Ya davam edək? Demə ki, sənin yükün onlardan ağırdı. Müqayisə, əzizim, müqayisə. - Ən ağır, acı, dar günümdə, onda ki, köməyə, dayağa ehtiyacım var idi, üz döndərdilər məndən. Özü də kimlər.......Eh, sizə güvəndiyim dağlar......İtkimlə tək, üzbəüz qoydular məni. Ağlamağı onda tərgitdim. Sonra intiqam almaq istədim. Bacarmadım. Daxilimdə hansısa bir qüvvə qalxdı, qoymadı...... Cavab: “Dünyada ən şirin şey nədir?” sualına müxtəlif cavablar alınır. Kimi ana deyir, kimi övlad, kimi Vətən, məhəbbət. Amma sualın cavabı intiqamdır. Sən düz eləmisən. İntiqam məhz həmən an, onda ki, beynin qazan kimi qaynayır, bax onda şirin görünür. Bir müddətdən sonra başa düşürsən ki, lazım deyilmış. Onda ki, hər şey soyuyur....... Üz döndərdilər, alçaqlıq elədilər, deyirsən.......Hər pislikdə gəl yaxşılıq axtaraq. Onlar sənə öz resurslarından istifadə etmək üçün imkan yaratdılar. O hadisələr olmasaydı, sən heç vaxt öz nağıllar aləmindən əl çəkməyəcəkdin. - Niyə yaxşlıq etdiyim insanlar üzüdönük çıxırlar? Pisliklə cavab verirlər mənə? Cavab: Bu da sənin günahın. İnsanları tanımaq lazımdır. Yaxşını pisdən ayırmaq lazımdır. - Yaralarım çoxdan qaysaq bağlamışdı. Daha məni incitmirdi. Amma olur ki, qansızın biri gəlir, vəhşicəsinə o közləri qoparır və yaralar başlayır öz ikinci həyatını yaşamağa........Nə edim? Cavab: Zirehli bir don geyin. Qorun. Əgər hər yoldan ötənin əli sənin yaralarına çatırsa, birinci özün günahkarsan. Müqəssiri uzaqda axtarma. - Bəzən hiss edirəm ki, son nöqtədəyəm. Cavab: Ətrafındakı insanların həyatı ilə yaşamağa çalış. Birinin, ikisinin, üçünün. Onların həyat problemlərini, yükünü öz çiyinlərində hiss etməyə çalış, ağrılarını bölüşdür. Çox vacib bir şeyi anlamalısan. Anlamalısan ki, başqasının yerində olmaq istəməzdin. Sənə məhz sənin üçün nəzərdə tutulmuş həyat verilib. Onda öz həyatını qiymətləndirməyə başlayacaqsan. { Кстати, здорово помогает. Апробированный метод. Попробуйте пожить жизнью другого человека, почувствуйте себя в его шкуре, разделите его чаяния, страхи, переживания. Если не сразу, так через день, через пять, поймете, что ваша жизнь, со всеми ее прелестями оказывается, самая лучшая для вас. Вам достался наилучший вариант. После такого теста роптать на судьбу не будете.} - Daxili dünyamdakı ziddiyyətləri necə susdurum? İndi çətindi mənə, özün bilirsən. İçimdəki oazisim, hara ki, daim pozitiv üçün enirdim, indi yox olmaq üzrədir, sulara qərq olur, əlimdən çıxır. Möhtəşəm bir stabillik var idi. İndi onu itirmək üzrəyəm. Məni özümə qaytar. Cavab: Tənhalıq. Ağlını başına cəm edib düşünməlisən. Elə yerə get ki, orda səni tanıyan olmasın. Dəniz kənarı yaxşıdır. Çalış, tünlük yer olmasın. Tovuz quşu kimi bəzənmə. Ziyafətə getmirsən. Adi pulover, cins şalvar və gödəkcə. Saçlarını yığ, qara eynək tax. Heç kəsin diqqətini cəlb etmə. Başını aşağı sal, get. Cavabı özün tapacaqsan. Daha doğrusu, cavab səni tapacaq. Tənhalıq və sükut çox gözəl simbiotik və münbit bir plast yaradacaq sənin üçün. Bağışla, bu sualla sənə kömək edə bilməyəcəyəm. Bu, yalnız sənin öhdənə düşən bir iş. Permanent ziddiyyətlə işləmirəm mən. - Bir rəfiqəm iş yoldaşları (!) tərəfindən vəhşicəsinə zorlanıb. İnsestə bərabər tutur bunu. İndi intihar ərəfəsindədir. Mənim köməyimə ehtiyacı var. Nə deyim ona? - Bir göz qırpımında bütün varını-yoxunu, evini alov udmuş bir insan var. Ona necə kömək etmək olar? - Mənə çox yaxın bir insan var. Canım-ciyərimdi. Nəslimin xaç atası. Əgər onun xərcəng diaqnozu təsdiqlənsə, mən dəli olaram. Nə edim onda? - Ey, hardasan sən? Mən səninləyəm axı? Getdin? Mənim hələ bir aləm cavabsız suallarım var. Ürəyim doludur. Cavab: - - - - - - - - - - - - - - - - - - - - - - - - ............................................................................. (lap uzaqlardan) Sən niyə öz işinlə məşğul olmursan? P.S. QARA YAZI.... Azərbaycan təbiətində Qarayazı deyilən meşə var. (Ağstafa r-nu ərazisində dövlət qoruğu). O meşənin yazısını niyə qara yazdılar görən? Özü də o qədər qara ki, adına belə nüfuz etdi......
- 3668 ответов
-
- əlini mənə bəsdərəcik...
- take me away
- (и ещё %d)
-
Введение к “QARA YAZI” Bu, mənim depressiv günlərimdən mənə qalan yadigardı. İndi hər şey arxadadır. Bu yazı o qədər də “qədim” deyil. Təxminən 6 ay bundan qabaq qələmə alınıb. *** Сразу оговорюсь, у меня делюзий /заблуждений там всяких, а также делирия нет. Маразма, деменции, склероза тоже (пока). Не сумасшедшая я. И не неврастеник, не невротик. Черт! Кто же я тогда? Ни под одну категорию не попадаю. Я обыкновенная женщина. Самая обыкновенная. УМЕЮ ЛЮБИТЬ (до потери пульса). ЛЮБЛЮ ГРУСТИТЬ (когда меня не понимают). ГРУЩУ, когда нет РАДОСТИ в моей жизни (грущу и просто из кожи вон лезу, чтоб как-то предотвратить наступление Великой Засухи – Хронической Грусти). РАДОСТЬ исчезает, улыбка сходит, стирается с лица, когда понимаю, что ТЕРЯЮ……того, кого не хотелось бы потерять. (страх – не друг нам. Стоит толко бояться, и все. Все страхи претворяются в жизнь и начинают глодать тебя день и ночь). ТЕРЯЮ, потому что НЕ НАУЧИЛСЯ ЛЮБИТЬ (любить не каждому дано). НЕ НАУЧИЛСЯ ЛЮБИТЬ, потому что я УМЕЮ ЛЮБИТЬ за двоих (до потери пульса). ЛЮБЛЮ ГРУСТИТЬ и т.д. Замкнутый круг….. Эт мы выяснили…..что обыкновенная я, такая же, как и все другие Ж. Теперь про людей, про всех остальных. Есть люди, которые воспринимают окружающий мир несколько иначе. Они неравнодушны к сказкам, для них радуга 8-ми цветная. Их мир, это такое разнообразие оттенков…… У них между белым и кремовым стоит такой нежный, замечательный цвет: античный белый. До черного идет бистр, а после – совсем черный. Они по утрам просыпаются от музыки внутри….это такие непередаваемые звуки внутренней своей мелодии. (и не какие они не яснослышащие при этом). Их когда вводят в транс, они четко видят струю света фиолетового тона. Они не всегда чувствуют себя в конкретном пространстве и времени. Будто у них изначально не было никаких точек опоры в окружающей действительности. И приходится трудиться в поте лица, чтобы найти эти опоры… найти и не терять более… Они беззащитны и немного дезориентированы, что-ли,…. особенно когда кругом много грязи и негатива….что иногда вынуждает прятаться от мнимой или реальной угрозы. И они твердо верят в то, что придет тот солнечный день, когда ВСЕ будет ХОРОШО. У них плохая память на числа. Они даже свой номер телефона не могут запомнить. Их вводит в ступор совершенно материалистический подход к жизни,…..когда даже чувства и эмоции пропускаются через сито холодного расчета / рассудка заурядного прагматика. Им присуще художественно-образное, ассоциативное восприятие действительности. И во всем они ищут символико-аллегорический смысл. В их жизни романтика занимает отнюдь не последнее место. Для них «Мир – это мое восприятие мира». И не любят они покоряться / подчиняться. Вечные бунтари… Эти люди мерзнут, когда им холодно. (Странно, нет?) Плачут, когда…..нет, не им, а другим больно. Им бы солнца…..круглый год. Они тепло любят. Им бы простора , чтобы разбегаться. Им бы чистого неба над головой …всегда! Они должны быть уверены в завтрашнем дне,…..что завтра будет если даже не лучше, то хотя бы не хуже…. И не любят они сюрпризов, не от людей, не от судьбы. Не ищите у них психологической запущенности. У них очень суровый внутренний ценз. И не нужно их контролировать извне. Не нуждаются в этом. Думаю, достаточно. Вторая категория людей. Это черно-белый телевизор. Есть строго черное и строго белое, и ничего более. Формы для них только с острыми углами. Нет там закругленных краев. Им покажешь, они увидят. Не покажешь, ни за что не додумаются. Не любят и не умеют читать между строк. У них математический склад ума. Они мир видят через цифры, оценивают свою жизнь тоже в цифрах, в процентах. А разговаривают формулами. Совершенно оригинальные люди…… Ты им скажешь: «Небо, свет, тепло», они тебе: «Земля (самое дно!), тьма, холод. И вообще, спускайся с небес, ненормальная». Ты им шаг навстречу, они два назад. Ты им: «Здрасьте», они: «До свидания». Они не знают, где проживает Любовь и в их мире нет места сентиментам, эмоциям, состраданию. Главная их задача – всегда все отрицать, даже очевидное. И поступать только так, как престижно и как подобает. Их главный страх – не выглядеть белой вороной. Есть, конечно, третья, четвертая ……и др. категории. Но я их еще не изучила. В общем, моя категория……ну да, конечно же, первая. Зачем такое длинное введение? Это иммунизация, чтоб потом разные идеи о полноценности психики не возникали. Человек (читатель, в данном случае) может к вам прекрасно относиться, но после чтения вашего сочинения может усомниться в вашем психическом здоровье, может побеспокоиться о вас. Поэтому и провожу превентивные меры, чтоб знали, со мной все в порядке. Тут я пишу о друге своем. Его, как такового нет. Но в то же время он не плод моей фантазии. Если он отвечает на мои вопросы, и довольно четко и ясно, значит, он все-таки есть. Пусть это будет голос подсознания, или мое второе Я. Не стану спорить…..Диалог есть, не отрицать. Почему его именно таким представляю? Не знаю. Как представляется, так и представляю…принимаю. И не дьявол он, не иблис! Не судите по глазам, по взгляду,……а просто советчик, друг,….притом хороший.
- 3668 ответов
-
- əlini mənə bəsdərəcik...
- take me away
- (и ещё %d)
-
MƏNİM UŞAQLIQ XATİRƏLƏRİM VƏ YA BAŞ TUTMAYAN ÖLÜM SƏHNƏSİ Söylənilənlərə görə mən uşaqlıqda çox dəhşətli bir varlıq olmuşam. Əlhəzər! Tam bir monstr. İstənilən dəmir əsəblərə malik adamı öz boynuna kəndir atmağa təhrik edə biləcək bir cocuq. Uşaqları adətən sevirlər. Amma mən o qədər zəhlətökən idim ki, məndən hətta valideynlərim də bezmişdi. Mən 6 ay gecə-cündüz ağlayıb qışqırmışam. Səsim ancaq yatanda kəsilirmiş. Gözlərimi açmağımla həşir salmağım bir olurmuş. Və bu cür narahatlıq üçün elə bir səbəb də yoxmuş. Düzdür, 2 ayında dəhşətli sepsis keçirmişdim. Həyatla ölüm arasında asılmışdım. Amma qurtuldum. Qız uşaqları sırtıq olur, oğlanlar dözümsüz. O vaxt beyin yarımkürələrim hələ məni dilemma qarşısına qoymurdu. Olum-ölüm sualı ilə. Bu dünya ilə o dünyanı müqayisə etmək iqtidarında olsaydım, bəlkə də gedərdim. Mənim narahatlığımın səbəbini daim axtarırdılar. Həkimlər, laborator testlər, müayinələr, təkrar müayinələr və s. və i. heç nə göstərmirdi. Hər dəfə anamın əlinə bir parça kağız verirdilər və orda da bir kəlmə söz yazılırdı: “Sağlam”. Mən isə durmadan bağırırdım. Mənim nə anamın əlindəki tibbi müayinənin qərarından, nə də onun beynində dolaşan nəhayətsiz: “ Ay balam, bu tifilin dərdi nə?” suallarından xəbərim vardı. 6 ay sutka boyu qışqırıb ağlamaq.....Məni yatağıma qoyurdular, götürürdülər, öpüb əzizləyirdilər, yedirdib oynadırdılar – məni isə heç nə ovundurmurdu, mən elə öz işimdə idim. O qədər çığırırdım ki, kapilyarlarım partlayırdı, səsim batırdı, rəngim göyərirdi və məni su aparırdı. Və.....və....və.... Anamın dəmir sinirləri (mənim anam çox güclü və hökmü rəvan bir qadın idi) bir gün tab gətirmir. Növbəti yuxusuz sutka, növbəti gecə seansı, qonşular divarı yumruqlayır. Atam başılovlu işə qaçır, bir də geri qayıtmamaq xülyası ilə..... Və mənimlə tək qalan anam bu çözümsüz yaşama bir son qoymaq üçün müdhiş bir plan fikirləşir. O qədər müdhiş ki, onu yazmaq cəratətində bulunmuram. Hər halda qadın qadındır. Və son həddə çatdırılmış qadından nə desən gözləmək olar. Atam isə.......mənim romantik atam. Onun evdə sakitliyi bərqərar etmə planı daha nəfis, daha humanist idi. Dəniz..... Bağda idik. Mən körpə idim. Bəlkə də 8-9 ayliq, plyus-minusla. Dəqiq deyə bilmərəm. Hər halda otura bilirdim, əllərimdən tutanda dayanırdım da. Məni başlarından eləmək üçün atama tapşırırlar və deyirlər ki, hara istəyirsən, apar bunu. O da məni dəniz sahilinə gətirmək qərarına gəlir. Atamın məni apardığı çimərlik o regionda ad çıxartmışdı. Pisliyə. Burulğanlarının, sualtı qayalıqlarının ( ən böyük təhlükələrdən biridir, üstü yosunla örtülür, ayağını qoyan kimi sürüşüb düşürsən dənizin dibinə), daşların, balıqqulaqlarının və sındırılmış şüşə butulkaların sayına görə. Həmçinin dərinliyinə görə. Dənizdibi landşaftı da proqnozlaşdırmaq mümkün deyil. Yəni çimmək üçün qətiyyən yararlı bir yer deyildi. Amma biz onunla çimməyə getmirdik axı. Bu çimərlik yaxın olduğu üçün atam buranı seçmişdi. Haşiyə: Mən təxminən 13-14 yaşıma qədər hər yay bağa gedərdim. Yəni hamı gedərdi və məni də aparardılar. Orda da hər gün səhər tezdən, acqarına tələm-tələsik yerimizdən durub dəniz kənarına yollanmalı idik. “Ultrafiolet qəbul etmək üçün” - Anamın fikri idi bu. Və səhər yeməyini dəniz kənarında qəbul etməli idik. Mütləq. Kim özünü naza qoyub, imtina etsəydi, o çox ciddi surətdə cəzalandırılırdı. Yəni onu naharsız, hətta şamsız da qoya bilərdi anam. Onun xasiyyətini bildiyimiz üçün çalışırdıq onunla zarafat etməyək. Amma ən çox cəzalandırılan yenə də mən olurdum. Hər gün səhərlər oralara bir dəstə qız gəlirdi. Kənd qızları. Təbii gözəllər. Retuşsuz, makiyajsız-filansız. Hamısı ucaboy, enlisümük, uzunsaç, üzləri gün şüalarından yanmış, bir qədər kobud, amma çox sağlam (buz baltası) kənd gözəlləri. İndiyə kimi yadımdadır. Haray-həşirlə gəlib, bir-birini itələyə-itələyə, elə paltarla (!!) suya hoppanırdılar. Onlar dənizin dibinin hər santimetrinə, hər qarışına beş barmaqları kimi bələd idilər. Heç nədən qorxmurdular və hamısı gözəl üzgüçü idi. Sanki onları elə dənizin içində doğmuşdular. Amfibilər..... Mən matım-qutum qurumuş halda ağzımı ayırıb onları seyr edirdim. Mən üzməyi bacarmıram (onda da, məlum məsələdir ki, bacarmırdım) və onların güclü, gözəl qollarının suda necə qalxıb-enməsinə tamaşa etmək mənə xüsusi zövq verirdi. Baxırdım onların dalınca.......ta üfüqdə qara nöqtələrə çevrilənə qədər. Elə bu vaxt bizim dəniz vaxtımız qurtarırdı və anam dəstəsini yığırdı ki, “Durun, yığışın, evə gedirik”. O birilər dinməz-söyləməz anamın qabağına düşürdülər. Mən isə ayaqlarımı yerə döyüb qışqırırdım: “Mən getmirəm. Siz gedin, mən özüm gələrəm”. Sonra isə sahil boyu qaçmağa başlayırdım (mən çox sürətlə qaça bilirəm, çatmaq olmur. Mənə uşaqlar hepard deyirdilər), anam da mənim ardınca. Bu minvalla mən vaxt udurdum və qızlar üzgüçülük şousunu bitirib, sahilə dönürdülər. Yox, əslində şou indi başlayırdı. Oooooooooooooo. Su pəriləri bir-bir sudan çıxırdı. Təkrarsız və valehedici bir səhnə. Yaş bədən ola, şux qamət və nazik ipək paltar. Paltar bədənin bütün qabarıq-çökəklərinə girib, onun relyefini tam çılpaqlıgı ilə qoyurdu çölə. Bəli. (Mən indiyə qədər başa düşmürəm ki, niyə yerli camaat arasında çimərlik kostyumu ilə çimmək ayıb sayılırdı, amma bu cür biabırçılıq normal bir şey idi. Bəzən seyrçilər arasında tək biz uşaqlar yox, bığ yeri yenicə tərləmiş kənd yeniyetmələri də olurdu. Yazıqlar. Dayanıb, ağızlarının suyunu axıda-axıda amazonkalara tamaşa edirdilər). Amma bu cür unudulmaz səhnəni axıra qədər seyr etməyə anam mənə imkan vermirdi. Gəlib mənə çatırdı, qulağımdan yapışıb: “Səni Allah mənə bala yox, bƏla verib! ” deyib, qışqırda-qışqırda evə tərəf sürüyürdü. Haşiyənin sonu. Deməli, atam məni uşaq arabasına oturdub (araba isə balaca, gəzinti üçün olanlardan deyildi, mən orda həm də yata bilirdim), sürə-sürə sahilə gətirir. Orda tək dəniz yox, sahil də çox arzuolunmaz vəziyyətdə idi. İrili-xırdalı təpələr, o təpəliklərin arasında çirkli su nohurları...... Biz hər dəfə növbəti təpəni qalxıb enəndə bu mənə ləzzət edirdi (başyuxarı-başaşağı) və mən səsimi kəsib, maraqla ətrafı seyr edirdim. Biz növbəti təpə maneəsini dəf edəndə mənim avtomobilimin (araba) təkəri dözmür və onun hansısa bir detalı sıçrayıb çıxaraq (hər halda uşaq arabası tryuk göstərmək üçün nəzərdə tutulmayıb) eniş aşağı diyirlənməyə başlayır. Bu mənzərəni dəhşətlə seyr edən atam həmin detalı tutmaq üçün qaçır və mən tək qalıram. Məni unudur. Mən də təpənin üstündə öz avtomobilimdə bir şahzadə qüruri ilə əyləşib, başımı fırladaraq sağıma-soluma baxıram. Birdən atamı yanımda görməyən mən təəccüblənib şaşırıram və uzun zəngulələr vurmağa başlayıram. O isə yoxdur, gəlmir........,məni atıb gedib. Onda mən oturduğum vəziyyətdən çalışıram ki, dikəlim, ya əksinə, uzanım, ya düşüm qaçım, nə isə, indi artıq yadımda deyil........və arabanı o qədər silkələyirəm ki, o öz statik vəziyyətindən çıxıb, təpəaşagı şütüməyə başlayır. Eniş........ətalət......o, surət götürə-götürə gedir və gəlib harda dayanır? Bəli, düz dənizin içində. ...........Su............. Dənizə düşmüş hər bir şeyi öz qoynuna çəkməyə adət etmiş su. Su başlayir yavaş-yavaş arabanın içinə dolmağa. Bu vaxt atam itirdiyi əşyanı tapıb geri dönürmüş. Məni yerimdə tapmayanda təəccüblənir. Birdən gözü mənə, artıq dənizin içində olan mənə sataşır və heyrətdən donub qalır. Nə mənə qarşı bir addım, nə qışqırtı: “Ay aman, kömək edin!”, nə bir hənirti. Heç nə. Elə sadəcə dayanıb baxır. Sahildə isə...........sahildə, təpələrdən birinin dibində cavan oğlanla qız öz eşq romanlarının təzə səhifəsini yazmaqda imiş. Bu dəm dənizin içindəki körpə, yəni mən, qızın diqqətini cəlb edirəm və o, oğlanı dümsükləyib, “ora bax, ora bax” qışqırır. Oğlan yerindən sıçrayıb qalxır və suya cumur. Birdən ona sanki nəsə deyirlər, qanrılıb atama baxır, başa düşür ki, bu daş heykələ dönmüş insanla batan körpə arasında nəsə bir qohumluq əlaqəsi var. Beynindən 52 000 dənə fikir keçir və son nəhayətdə sağlam məntiqi onun yerindən oynamış ağlını kəllə sümüklərinin hüduduna qaytarıb, “Cəld ol, tələs. Bu saat ölüm səhnəsinin şahidi olacaqsan və bu körpənin qanı sənin vicdaninda qalacaq. Sonra heyrətlənərsən. Cəld ol!! Çaparıq!” deyə bağırır. Oğlan suya atılır və məni qucağına alır, o biri əli ilə avtomobilimdən yapışıb sahılə çəkir. Mənim xilaskarım. O vaxt danışa bilsəydim, ona ürəkdən bir “çox sağ ol” deyərdim. Qız oğlanın boynuna atılıb, o üzündən, bu üzündən öpür və onlar məni atama qaytarırlar. Atam, artıq özünə gəlmiş atam, məni və arabanı evə gətirir. Sonralar atamdan soruşurdum: - Bəs qorxmurdun ki, bataram? Deyirdi: - Təxəyyülümdə iki səhnə canlanmışdı. Səni qurtarıram və yenə eyni həyat, eyni güzəran. Səhərdən ta o biri gün səhərə qədər adamın iliklərinə işləyən cığırtı...... İkinci səhnə: Səni qurtarmıram və bir rahatlıq, səssiz-səmirsizlikdən həzz alırıq ananla. Mən bilirdim ki, birincini seçməliyəm. Amma ikinci o qədər cazibədar idi ki...... Seçim qarşısında qalmışdım...... Onun seçim qarşısında qaldığı vaxt su mənim arabamı doldurmaqda idi.... İndi artıq anam yoxdur həyatda. Atam məndən asılıdır. Bəzən sual verirəm ona: - Pa, əgər o vaxt batsaydım, indi sənə kim baxardı? Susur..... P.S. Вспомнила рассказ А.П.Чехова «Спать хочется». Варька, нянька лет тринадцати….Улыбаясь, не мигая, она подходит к колыбели, душит ребенка, ложится на пол, смеется от радости и через минуту спит крепко, как мертвая.
- 3668 ответов
-
- əlini mənə bəsdərəcik...
- take me away
- (и ещё %d)
-
İÇMƏMİŞ SƏRXOŞUM MƏNİM Şərab səndən, qədəh məndən İçməmiş sərxoşum mənim. Oxu səndən, yayı məndən Çəkməmiş dilxoşum mənim. Qayda məndən, qanun səndən Hünərli xaridarım mənim. Səcdə məndən, qiblə səndən Misilsiz cahandarım mənim. Zindan məndən, qandal səndən Amansız hökmdarım mənim. Carçı məndən, fərman səndən Kələkli rəhmdarım mənim. Hər sözünün başı məndən, Gözlərinin yaşı məndən, Üzüyünün qaşı məndən, Qədirsiz “vəfadarım” mənim. Dərya səndən, damla məndən, Quzey səndən, güney məndən, Toppuz səndən, sapand məndən, Buludsuz asimanım mənim, Nitqim, din-imanım mənim.
- 3668 ответов
-
- əlini mənə bəsdərəcik...
- take me away
- (и ещё %d)
-
GECƏLƏRİN BİRİNDƏ… Təkəm……. Bu böyük imarətdə təkəm. Ətrafımda bir dəbdəbə və zənginlik hökm sürür. Birinci mərtəbədə mərmər döşəməli holl yerləşir, iki tərəfdən yuxarı qalxan enli pilləkən, büllur çilçıraq, iri dibçəklərdə dekorativ ağaclar. Səhər iri pəncərələrdən düşən günəş şəfəqləri sütunların soyuq mərmərində isti bir parıltı ilə bərq vurur. Parıldayır, göz qamaşdır və itir. İri zalların dəlisiyəm. Kiçik otaqların çərçivəsi sıxır məni, divarlar üstümə gəlir, sıxılmış ürəyim köksümə yerləşmir, yaralı quş kimi çırpınır. Burda hər mərtəbənin öz aorası var. Aşağıda gördüklərini yuxarıda seyr etməzsən. Hər otağın öz bəzək üslubu, öz dəbi. Otaqlar iri olduğundan daxilindəki zənginlik vurmur adamı. Yəni ifrat, qədərindən artıq görünmür. İçinə nə qoysan, otağın ölçüləri udur onları. İkebanalar, büstlər, meşə quşlarının müqəvvaları, məhəccərlər, son dərəcə zərif pəncərə işləmələri. Hər addımda incə zövq, nəfisliklə qarşılaşırsan. Şıq! Pərdələr ayrıca mövzudur. Çox qısqanccasına məni kənar və yad gözlərdən qoruyurlar. Bəzi otaqları İran xalçaları bəzəyir və onlarda Şərqin nəfəsi duyulur. Şəbəkəli pəncərələr, otağın bir küncündə yerdə qəlyan, Çin ipəyi, məxmər və atlasdan düzəldilmiş, mirvari və qızıl saplarla işlənmiş xüsusi kompozisiya otağın tən yarısını əhatə edib, təmtəraqlı bir guşə yaradıb orda. Divardan asılmış şəkillərin hərəsinin öz sehrli haləsi var. Yataq otaqları üst qatdadır. Mənim otağımın bütün zənginliyi və təmtərağı tək bircə məqsəd güdür: Ağlımı aparmaq. Mənə hər şeyi unutdurmaq. Burda yaddaş susdurulur. Mənim “arealım”. Mən burda sərbəst və azadam. Özümə qapıla bilirəm……və burda hər hüceyrəm ətrafın sirli gözəlliyində həll olub, bir məchulluğa çevrilə bilir. Burda mən özümlə ətrafım arasındakı sərhəddi hiss etmirəm. Bura divarlar, haşiyələr, çərçivə və sərhədlərin silindiyi məkandır. Bura hicran və intizara son qoyulan məkandır. Burda vüsal dəmi və qalibiyyət imzası var. Təntənə melodiyası və……qəfəsindən buraxılmış, artıq saxlanılması mümkün olmayan və quduz dağ çayı kimi kükrəyib axan enerji kütləsinin məni göyün yeddinci qatına atdığı ehtiras fəvvarəsi var. Burda bir dəlilik var…….mənə keçmişimi, gələcəyimi, olanları, olacaqları, sabahımı, hətta Allahımı da unutduran bir dəlilik. Bu otağın hər qarışında, gözün zilləndiyi hər nöqtədə, tül pərdələrin kölgəsində, xalçanın hər ilgəyində, hətta toz dənəciklərində belə….bir söz yazılıb: Çılğınlıq. Bu, mənim yataq otağım. Ətraf dünyadan ayrılıram burda. Çox uzaqlara uçuram. Burda məhəbbət poemamı yazıram. Bir də dəhlizlərim var. Uzun, geniş, nəhayətsiz dəhlizlərim. Gecələr əlimdə şamdan bu dəhlizləri dolaşmaqdan xüsusi həzz duyuram. Amma divarlara, çalışıram baxmayım. Mənə elə gəlir ki, gecələr şamla işıqlandırılmış soyuq divarlarda eybəcər və tükürpədici kölgələr öz dəhşətli rəqslərini ifa edirlər. Qorxuram və baxmıram divarlara, səssizcə ötüb keçirəm. Bura mənim qəsrimdir və o qəsrdən daim ovsunlayıcı, gedəni yolundan azdıran, gələni bihuş edən hipnotik melodiya eşidilir…….mistik dəniz sirenalarının aldadıcı səsi kimi. Qəsrin ətrafı şirin bir röyaya bənzəyir. Buraların gözəlliyinə dörd göz istəyir tamaşa etsin. Hər yan yamyaşıldır. Yağlı boya ilə işlənmiş bir tablo bu. İşıq-qaranlıq effektləri ilahidən cızılıb. Büllur sulu hovuzu, qırağında bir dizini yerə qoyub oturmuş cavan oğlan heykəli. Əlindəki bardağı əyib, içindəki suyu boşaldır. Bir az uzaqda daha bir hovuz var, tən ortasında isə gözəl bir fəvvarə. Böyük deyil, amma kiçik də deyil. Gecələr ona baxmagın ayrı ləzzəti var. Gecə, fənərlərin işıqları sularında mın bir nağıl yazır. Fənərlər altında böş qalmış skamyalar…….Hündür hasarlar iç tərəfdən sarmaşıqla tam örtülü. Baxanda gözlərim yalın daşları görməsin deyə. Dekorativ kolların, həmişəyaşıl (!) ağacların özgə cilvəsi var. Ayaqlarım altında daim yaşıl xalı. Niyə ağaclarım həmişəyaşıldır? Sevmirəm payızı. Təbiət ölür onda. Mən daimi gözəllik, ahəngdarlıq və harmoniya tərəfdarıyam. Düzgün nisbət və pozulmaz nizam. Bir də, bağımdakı qəfəsdə bülbüllərim var. Həyətdə iri və əlvan bir tovuz quşu gəzir. Quyruğunun yelpazəsini açanda adamın ağlı gedir. Mən onlara necə başa salım ki, indi sizin bu gözəl, yaşıl, doğma dünyanız uçacaq, çünki yay qurtardı, payız qədəm qoyur......Ona görə mənim bağım, mənim dünyamda daim bahardır və həmişəyaşıl ağaclar bitir. Quşlarımla, müqəvvalarımla, heykəl və şəkillərimlə, kitablarımla başbabaş...... Təkəm..... Amma tam tək də yox. Xəyallarım mınimlədir. Mənə onu xatırladan xəyallarım. Romeomu gözləyirəm. Bilirəm ki, gələcək. Bu gecə gələcək. Bəlkə sabah......ya o biri gün..... Mənimçün fərq etməz..... Zaman ölüb mənimçün. Yoxdu artıq. Əsas odur ki, gələcəyinə tam əminəm. GECƏLƏRİN BİRİNDƏ GƏL. Gəl.......susdurulmuş duyğuları alovlandırmaq üçün. Sındırılmış ürəkləri qəlpə-qəlpə yapışdırmaq üçün. Yandırılmış məktubların kül içindən bərpası üçün. Puç olmuş arzuların yenidən qanadlanması üçün. Gəl ki, uçub getmiş könül quşunu öz yurduna qaytarasan. Evim sənsiz ölü......, sükura qərq olub, gəl. Gəl və bir də getmə. GECƏLƏRİN BİRİNDƏ GƏL. Gəl ki, məni bu boş, soyuq, qaranlıq dəhlizləri dəli kimi dolaşmaq məşğuliyyətindən (ya bəlkə məcburiyyətindən??) qurtarasan. Gəl ki, ayaqlarım altında ovulmaqda olan uçurumlardan qurtarasan məni, daşla doldurasan oraları. Gəl ki, qəsrimin divarlarına hopub qalmış, soyuyub donmuş nəfəsinə yenidən istilik bəxş edəsən. O nəfəsin qopsun divarlardan, istilik bütün imarətimə, ordan da mənim varlığıma sirayət etsin. Burda məzar soyuqluğu var sənsiz. Donuram burda..... Üzümdə, boynumda hərarətli öpüşlərinin yeri qalıb. Yandırır məni. Gəl ki, onlara bir badə su çiləyəsən. Bütün ruhum alışır. Gəl ki, sərinlik gətirəsən. GECƏLƏRİN BİRİNDƏ GƏL. Saçlarım bilsən necə qəribsəyib tumarın üçün. Sənin barmaqların sehrlidi axı. Qulaqlarımda səsin asılıb qalıb. Sanki axan şəlaləni yarı yolda saxlayıblar, nə yuxarı, nə aşağı. Gəl ki, səsin su kimi axıb, daxilimə çöksün. Sözlərin indi fiks ideyalarıma çevrilib. Hamısı donub, ürəyimin başından asılıb, bağçamdakı daş heykəllər kimi. Gəl ki, canlandırasan onları. GECƏLƏRİN BİRİNDƏ GƏL. Ah. Ayı gözləyirəm, o da yoxdur. Çıxsana, bəlkə bu gece gələcək. Çıx, onun yolunu işıqlandır. Yolu səhv salıb başqa yerə gedər birdən. Yox!.......əlimdəki şamla saçlarımı alovlandıraram. Mən sənə inaniram, Ay. Cığıra nə etibar, onu hara desən apara bilər. Çünki sən göydəsən, cığır yerdə..... Gəl. Məni eyvanda tapacaqsan. Ağ uzun donda. Saçlarım kürəyimə tökülüb, çiyinlərimdə ilan kimi qıvrılıb açılır.......,sənin əlinin istisinə həsrətdi. Gözlərim uzaqlara baxır. Budur, Ay da çıxdı artıq. Bu saat, bu dəm hər şey öz yerindədir. Bir sən yoxsan..... Gəl və hovuzun yanında dayan. Heç nə demə. Səni seyr edəcəm. Gözlərimdən gözlərinə ildırımlar yol açacaq. Ürəyinin başına Kupidonun oxları sancılacaq. Bu qədər mənə etdiyin naqislik, zülm, çəkdiyim ağrı-acılar, iztirab qızıl tiyəli iti bir bıçağa çevriləcək, eyvandan düz üstünə atılacaq. Amma sənə yox, arxandakı o daş heykəlin ürəyinə saplanacaq, düz tiyəsinə qədər. Mənim mələklərim səni də qoruyur axı...... Ona görə qorxma....... Sonra yanına enəcəm. Əlindən tutub bağı dolaşacam. Quşlara birgə qulaq asarıq. Gəzərik ki, cığırda birgə izlərimiz qalsın. Danışarıq ki, səsimiz, sözlərimiz ağacların budaqlarından asılsın. Öpüşərik ki, bizdən sonra şahidlərin qiybət qırmağa mövzusu olsun. Sonra qəsrə qayıdarıq. Sən və mən. İkimiz. Sonra....... Gəl, sənə ehtiyacım var, gəl. Sənsiz mən heç nəyəm.
- 3668 ответов
-
- əlini mənə bəsdərəcik...
- take me away
- (и ещё %d)
-
DALDAN ATILAN DAŞ BİR GÜN həyatından bezib, “niyə belə oldu, günahım nə?” deyib Allahına tapınacaqsan, yeni çözüm arayacaqsan. BİR GÜN çiynin üstündən qanrılıb keçmişinə nəzər salacaqsan. Olanların üstündən yağlı bir xətt çəkib, təzədən yazmaq istəyəcəksən. BİR GÜN gərdəyini dəyişəcəksən, yeni sevda, yeni eşq, yeni macəra xatirinə. Nə sən o sən olacaqsan, nə mən o mən..... BİR GÜN papağını qarşına qoyub, elə hey düşünəcək, düşünəcəksən..... Dəli külək pəncərələrini qıracaq, daxmanın bütün dəliklərindən içəri soxulacaq, çölün qumunu başına səpələyəcək, səni narın dənələrdə çimizdirəcək,....nəfəsin kəsiləcək,......onda beynimdəki təlatümün mənə nə od qoyduğunu başa düşəcəksən....... BİR GÜN acı ruzgar qapını döyəcək, səni qapıb baş-ayaq qoyacaq, inlədəcək, ağladacaq. “Həyata niyə gəldim, niyə gətirildim?.......ah, gedəlim....” hayqirana qədər bayıldacaq səni. BİR GÜN bəlalarınla başbabaş qalacaqsan. Bir kimsəyə möhtac. Adam gəzəcəksən ki, alışan ruhuna su çiləsin. “Hey, saqi, mədəd qıl!” deyib bağıracaqsan. Boş badəni qaldırıb baxacaq, hey baxacaqsan.......Şərab süzənin olmayacaq. Sağına, soluna boylanacaqsan. Təklik......səmirsizlikdən qulaq tutulur. İçini çəkib ağlayacaqsan. Məni axtaracaqsan. Mənsə artıq yoxam. Səninçin yox!....... BİR GÜN qapıma gələcəksən. Dizin-dizin sürünəcəksən. Kandarıma döşənib opəcəksən. Açan olmayacaq. Qapımı sındırıb, içəri girəcəksən, dəli kimi boş otaqları dolaşıb məni gəzəcəksən,......axtarıb, arayıb, tapmayacaqsan. Qoxumu gəzəcəksən,...........çöldə-çəməndə, giriş-çıxışda, güldə-çiçəkdə - yoxam mən. Səsimi gəzəcəksən,.......bülbüllərin avazında, suyun şırıltısında - yoxam mən. Gözlərimin rəngini gecələrdə axtaracaqsan, əllərimin istisini – ocaqlarda........Axtarma, yoxam! İç dünyandan bir üsyan qalxanda axtar məni. Birgə qurduğumuz, hər daşını öpə-öpə oxşadığımız qəsrlərin uçanda axtar məni. Küçələrin, döngələrin, dalanların tozunda-torpağında axtar məni,.....orada izlərimiz var. Buludun yağışında axtar,.......günəşin işığında axtar,........odun atəşində axtar,......boş qalmış yatağında axtar. Tapmadınmı? Çox uzaqda axtarırsan.......Mənsə yaxınam, sənin düşündüyündən qat-qat yaxın. Gözünün işıgındayam, damarının nəbzində. Ruhunun yaddaşında. Başının tacıyam mən, könül yoldaşıyam mən. Sazının sarı simi, ürəyinin yanğısı. Sənə tuşlanan bir oxam, günahı sənin - ətirli zanbagı neştərə çevirdin....... Həmişə səninləyəm. Nə qədər yaşayırsan,.....sənləyəm. Fikirlərinimi atacaqsan? Necə? Qəlbinimi qoparacaqsan? Mümkünsüz! Xatirələrimi siləcəksən? Bir cəhd göstər. Beynindən çıxmayacam, ürəyini tərk etməyəcəm, xatirələrindən silinməyəcəm! Mənimdir iç dünyan. Oralar mənim səltənətim...... Sahibəsi mən! Bahadırım mənim! Guduz fikirlərin başıNın, başıMın bəlası.......Ax! Qoymayacağam mənsiz rahatlıq tapasan. Qurd xislətli quzum mənim. Odumu söndürüb közüylə oynayan, saraylarımı uçurdub viran qoyan, səltənətimi bayquşlar diyarına çevirən........YEGANƏ sevgilim. Bagışlamayacağam!!!
- 3668 ответов
-
- əlini mənə bəsdərəcik...
- take me away
- (и ещё %d)
-
Hansısa bir ağıldan üzülmüşün barmağının bir hərəkəti ilə yazılarımın yerin altına gömülməsini istəmədim. ***************** ******************* ******************* Bərpa: QADIN NALƏSİ Niyə qadınlar güclü olmalıdır? Biz məyər bunun üçün yaranmışıq? Biz deyilikmi dünyaya yeni həyat bəxş edən, körpələri nəfəsimizlə qızdıran, yer üzünü şəfəqimizlə nura boyayan? Dünyanı idarə edən ağaları biz böyütmədikmi? Ərlərin, ərənlərin, Beyrəklərin, Babəklərin, Qazan xanların, comərdlərin anası deyilikmi? Koroğlular, Nəbilər döşümüzdən süd əmməyibmı? Bütün bunlar güc, qüdrət nişanəsi deyilmi? Bəs deyilmi gördüklərimiz, etdiklərimiz? “Edə biləcəkləriniz etdiklərinizdən daha çox” deyib niyə bizi imtahana çəkirsiz? (heç bilmirəm kimə xitabən deyirəm bunu? Dünyaya ya kişilərə?) Sən qadınsansa, güclü olmalısan! Döz! Dözməlisən. Sənin yaraşığın gözəl çöhrən, bal dodaqların, qulac saçların yox, dözümün olmalıdır. Döz! Yoxsa “döyüləcəksən”. Alçaldılıb, aldadılıb məhv ediləcəksən. Yox, yox, ağlama! Ağlamaq qadına yaraşan iş deyil. Bu, zəiflik əlamətidir. İntihar etməyi heç ağlına belə gətirmə! Qadınlar səltənətinin Kraliçalarının adına ləkə vurmuş olarsan. (bu yerdə tarixə düşmüş qadınları sadalamaq olar). Döz! Dözümünlə qadınlığını sübut elə! Ah! Bunca zülm olar? İstəmirəm! Yoruldum artıq! Güclü olduğumu sübuta yetirməkdən yoruldum. Usandım. Hər bir işi boynuma götürüb canım çıxsa da axıra qədər boyunduruq altında inləməkdən yoruldum. Yorulduğumu, sıxıldığımı gizlətməkdən yoruldum. Göz yaşlarımı içəri axıtmaqdan yoruldum. Daxilim ağlarkən, üzümə xoşbəxtlik maskası taxmaqdan yoruldum. Özüm bataqlıqda boğulduğum halda, başqasını elə həmən bataqlıqdan çəkib çıxartmaq məcburiyyətindən yoruldum. Öz göz yaşlarım selə dönərkən, başqasının göz yaşını nəfəsimlə qurutmaqdan yoruldum. Lal sükurdan, çarəsizlikdən, böyüyərkən kiçilməkdən, diriykən hər gün ölümlə qol-boyun olmaqdan yoruldum. HARAY! Özüm üçün yaşamaq istəyirəm! Qadınlığımı,...... əsarətin qanlı pərdəsini yırtmış, quduz barmaqlarını sındırmış, günü əsrə bərabər tənha qadınlığımı yaşamaq istəyirəm. Qadın kimi yaşamaq istəyirəm. Zəif, zərif, kövrək, xatirələri ilə başbabaş, heç kəslə boş, mənasız mübahisələrə girməyən, hər cür roldan, zordan, qəddarlıq və kobudluqdan uzaq məs`um və daim himayəyə ehtiyacı olan bir qadın kimi...... Yəni belə mümkünsüz bir arzudur?
- 3668 ответов
-
- əlini mənə bəsdərəcik...
- take me away
- (и ещё %d)
-
Чтобы назвать себя искренним бакинцем фактор рождения в Баку мало что означает.
-
Видать девка понятливая попалась ). Ну почему сразу мазохистка? )) В семейной жизни (именно в семейной! ) наличие зубов/протеза у мужчины особой погоды не делает )) У меня была знакомая - молодая , красивая - вышла замуж за человека, страдающего алопецией. Парень тоже был молодой, но без волос, совершенно. Любила.... ПС. Мне нравится, когда у мужчины андрогенетический тип облысения (по бокам). Тоже мазохистка ))
-
У меня есть друзья среди мужчин. Эти ребята во мне женщину не видят и прально делают. Для них я такой же представитель сильного пола, как они сами, или же существо бесполое, ну, в лучшем случае, сестрёна/жилетка. Так вот, недавно один из них решил сделать мне приятно и говорит: «Да ладно, чего уж там, не горюй, Балагэдеш ханым. Если что, мы с тобой.» Балагэдеш ханым! )) Была ошарашена. Вроде комплимент, вроде и нет )). ПС..Простите-извините. На русский не переводится. )
-
Юль, дала волю своей необузданной фантазии и ТАКОЕ нафантазировала…..))
-
Звучит, наверное, нелепо. Но у меня всегда первый критерий был – отдельная квартира. Heçim ayrı, köçüm ayrı ))). А потом уже интеллект, размер дохода, характер, темперамент, рост, цвет ногтей, отсутствие перхоти и тд.
-
Светик, у меня тоже всегда с собой запасные колготки, особенно если я в мини. Мало ли что…. А переодеть найду где )).
-
Да). Но потом его мать позвонила моей и сказала, что у твоей дочки с головой явно проблемы. Смех ))).
-
" Platon-1961, on 02 May 2013 - 12:15, said: Скорпион против Заура. Чья возьмёт?) ПС: делаем ставки, леди энд джентльмены.)))" Эл тутмаг Элидэн галыб, ара гызышдырмаг Платондан )) "Заур Гусейнов: Я не могу здесь быть против кого-то. Нет камня преткновения. Этот форум для меня пока что пустая нотная партитура. И в нём, для меня нет людей, которых хотелось бы ткнуть носом в его собственные испражнения (читать слова). Так что, спешу тебя огорчить: гран-при не будет )))" Слава Всевышнему, что тут нет ни камня преткновения, ни таких людей, которых хотелось бы …..)
-
"Какое то поведение любимой неподобающее." В основном это.
-
" от чего зависит ее срок?" От глубины чувств. "как расстояния влияют на эту любовь?" Расстояние значит так мало, когда кто-то значит так много. Пс. У меня что-то стало с панелью, она и раньше неактивная была, ни шрифт не подберешь, ни самайличков,ничего. А сейчас и цитировать не дает. Хороша перспектива поститься.(
-
"Юль, можно не любить друг друга, но при этом испытывать теплые, дружеские чувства - все-таки столько лет в браке и т.д. Поэтому ,если, повторюсь, все хорошо, просто нет той любви,страсти ,которая была вначале, то не стоит рушить эти отношения." Вот именно, Нэля ).
-
М-дя…….. Хаген, зря я попросила тебя восстановить тему. Зря…. Не буду я сюда лезть со своими идиомами. Скажут, вовсе не бакинское, а тюремный блатной жаргон.
-
Не знаю, было ли тут такое? Все 55 стр. смотреть времени нет. http://www.youtube.com/watch?v=BzmLioaCiYo
-
Меня как-то познакомили с парнем. Семья решила, что он для меня наилучшая партия и с ним я буду счастлива.) Первое свидание, он мне говорит (решил сразу поставить все точки над i): - Будем жить с мамой. У нее будет 90% голосов, у меня 7, у тебя 3. Таков порядок в нашем доме. Отвечаю: - Я отнимаю у тебя твои 7%, прибавляю к ним свои 3 и вручаю все это твоей маме. Пусть у нее будет кругленькая цифра. Пакеда! У парня овальные глаза. Я поворачиваюсь, ухожу. Девочки, пишите, у кого были подобные случаи?)
-
"вопрос в том,когда?)Когда хорошо уже соблаговолит появиться?)))" Я как раз собиралась об этом тебя спросить ))).
