-
Публикации
10105 -
Зарегистрирован
-
Посещение
-
Days Won
27
Все публикации пользователя Эда F
-
Сейчас скажу кое-что. Найдутся люди, кто будет смеяться надо мной. Что ж.....пожалуй, поделюсь. Мне одна старая женщина (она астролог, радиэстет) сказала, что там, указывая пальцем на Баку, хотят донести до нас, до нашего поколения важную информацию: С.Дали в одной из своих реинкарнаций родится в Баку. Другие его реинкарнации тоже известны. В Баку уже родился тот человек. Он рисует, и довольно успешно. (забыла фамилию). В его картинках чувствуется дух Дали. У той женщины был целый альбом с его работами. Тока вот у меня в голове не укладывается одна деталь: если учесть факт, что Дали скончался в 1989 г., а тот, другой, азербайджанец оболочкой , Дали душой уже родился, живет и творит, и совсем уж немолодой он, то выходит, он родился еще при жизни великого художника?? Неувязочка....
-
У ВВ вообще, на первом месте кроющий эффект. Маме в качестве антиейдж лучше обычные питательные брать (антивозрастные).
-
Мой от Lancome. UV Expert GN-Shield. На упаковке написано: protect, correct, cover. (защита, коррекция, маскировка). Ни слова об антивозрастной функции. Но в Юлином тексте указывается антиейдж эффект. Масло виноградной косточки, что входит в состав - это уже прекрасная защита и питание в том числе.
-
Саронг я понимаю как парео. У меня их много, разной расцветки. Люблю как слитные, так и раздельные купальники. Тут особо понравились вязаные. 1, 2, 5, 6, 7, 8 и последние ваще супер. Юль, спасибо тебе за твой труд. Улётные купальники, красочные такие. Хочу на моНе.)
-
YUXULARIMI KİMƏ DANIŞIM? O yuxularımı ki, orda küləklər yoxdur. Qum dənəcikləri arın-arxayın ucsuz-bucaqsız səhraların köksünü yandırmaqda davam edir...... Orda ki, nəhayətsiz ümmanlarım var, suyu bir ovuca siğar. O yuxularımı ki, pərdələri asılıb, amma pəncərələri yoxdur. Orda ki, məhəbbət nifrətə, nifrət məhəbbətə qarışıb və hamısı yumruq boyda ürəyin bir zərrəsində qərar tutub. O yuxularımı ki, orda pillələr səni həm qaldırır, həm endirir. Özü! Orda ki, ağaclar əvvəlcə solur, sonra başlayır bar verməyə. Və 10 ağacın barı bir real alçanın yerini vermir. O yuxularımı ki, orda əjdahalar gözəlləri ovlayıb öz qəsrlərində saçlarından asıb. Gözəllər gözləyir, gözləyir, igid şahzadələrdən isə səs-soraq yox...... Orda ki, bu igid cəngavərlər son nəhayətdə tapılıb gəlir və Misri qılıncı çıxarıb əjdahanın boynunu vurmaq istəyəndə, məlum olur ki,.........böyründən asılan tək bircə qınmış, qılınc özü yaddan çıxıb evdə qalıb. Və bu yerdə mən ayılıram.......Ayılıb ətrafıma boylanıram. Reallığın mənə bir şey vəd etmədiyini görüncə yenə gözlərimi bərk-bərk yumub yuxuya gedirəm........, yuuxumun davamını görmək üçün. O yuxularımı ki, saniyə saniyə ilə başdadaş gəlir. Reallıqda elə deyil amma. Reallıqda saniyəmin əyər-əskiyi var. Ya normativdən qısa (onda ki, xoşbəxtlik ilahəsi çaşıb qapımı döyür), ya da uzundur (onda ki, ayaqlarımı altıma yığıb, pəncərəaltıda otururam, qələm-kağızı götürüb özümü məşğul kimi göstərirəm. Gündüzlər bu boş məşğuliyyət o qədər də canyaxıcı görünmür. Pəncərə önündə daim mənzərələr bir-birini əvəz edir, insanlar qaynaşır və gözlərinə darıxmaq imkanı vermir. Amma gecələr......., gecələr fikrin uçur xəyallar dənizlərinə, əlvan yelkənlərin üzərinə......, miskin fəzanı baxışların eninə-uzununa şumlayır........, nə qədər Ayı bürcünü axtarmaq olar?!......). Daha xoşbəxtlik ilahəsini də otağımda qəbul etməyəcəyəm. Gəlir, mən onu otağıma dəvət edirəm. Daxil olur, səssizcə dayanıb, ətrafa nəzər salır. Burda nə görürsə, dönüb nəfəslikdən qaçır. Mən isə gedəni saxlamıram adətən. Ona görə daha onu çağırmayacağam. O yuxularımı ki, odun parçaları kimi böyür-böyürə düzüb, kəndirlə sarıyıram, Cırtdanın şələsi kimi kürəyimə alıb gedirəm. Alıram ki, bəlkə ağırlığını hiss eləyim, fiziki dünyanın ölçü vahidi ilə ona bir çəki meyarı bəxş edim və onların da reallaşmaqdan (zorən!!) qeyri bir çarəsi qalmasın və mən də onların nə vaxtsa reallaşacağına bu yolla inandırım özümü. O yuxularımı ki, orda soyuqluğu və möhtəşəmliyi ilə canları üşüdən bir mozaik görüntü var. Və bu mozaikanin parçaları məndən xəbərsiz gəlib bir-birini tapır, bir-birinin tuşunda dayanır və mənzərəni tamamlayır. Amma gerçəkliyimin parçalarını əlimdə çıraq günün günorta vaxtı gəzirəm, gəzirəm, yenə də tapa bilmirəm. Tapa bilmirəm ki, varlığımın dekorasiyasını tamamlayım. Hər parçamın sorağı bir dərədən gəlir, biri arandan, biri Turandan. O yuxularımı ki, dünyanın ən mükəmməl kaleydoskopu onlara həsəd aparardı. O qədər müxtəliflik, rəngarənglik, kolorit, zövq var ki..... Heyhat! Gözümü açan kimi bu kaleydoskopu yerə yox,..... daşlara çırpıb sındırırlar ki, qəlpəsi ələ gəlməsin. O yuxularımı ki, orda rahiblər, rəssamlar, əlində eşq badəsi, ayağı yalın, üstü cır-cındır, bu fani dünyanı avara-sərgərdan gəzib dolaşan dərvişlər var. Dərvişlər öz eşq sərgüzəştlərini bütün çılpaqlığı ilə, utanıb-qızarmadan yerli-yataqlı rahiblərə danışır. Rahiblər rənc alıb-rəng verir bu həyasız, cılpaq məhəbbət hekayətlərinə. İlahiyyat ilmələri ilə toxunmuş bir həya donu geyindirir və onları əli yaratmaq üçün gicişən rəssamlara pıçıldayırlar. Rəssamlar bu məhəbbət qarışıq ilahiyyatdan və ya ilahi məhəbbətdən cuşa gəlir, rənglərini, fırçalarını qabağına töküb yaradır. Çəkir, çəkir.......və çəkdiklərini bəyənmir. Sonra əl atıb məhəbbətin ilahi libasını cırır, söküb bir küncə atır, onu çılpaqlaşdırır, yenidən əsl dərviş məhəbbəti cildinə salır. Və bu məhəbbətin vəhşi gözəlliyindən, çılpaq bədənindən, ağılları aparan ədəbsiz cəsarətindən bayılmaq dərəcəsinə gələn rəssam elə bir şah əsəri yaradır ki,.......o səmavi rəngləri və onların ahəngini yer üzündə görmədim mən. O rəngləri yalnız mənim yuxularımın rəngsaz rəssamı yaradır. Bunlar kosmik koloritdir və gerçəkliyin haləti çatmaz ona bənzər nəsə yaratmağa. Gözlərimi qapayıram və yuxularımın rəngli (oxu: əlvan) rənglərinin bu dünyamıza axmasının qarşısını aliram. Elə yuxularımı ki, onların fəzaları al qandır. Dərinləri, çökəkləri gözlərdəki sonsuzluğa meydan oxuyur. Sularındakı şəffaflığa, təmizliyə sahilindəki qamışlar bayatı deyir. Daşların hərəsi bir qaya parçası. Günəş isə hamı üçün eyni cür parlayır. Yaxını yaxındır, uzağı yaxından da yaxındır. Elə yuxularımı ki, səni ora buraxmaram....... Və gəlsən, qoymaram gedəsən. Elə yuxularımı ki, orda torpaqlar yiyəsizdir, meşələr ovçusuz. Ceyranlar tənbəl-tənbəl göy çəməndə otlayır, ağzini marçıldada-marçıldada. Orda ki........ Nə zəhər var, nə zəhərləyən. Nə ölən, nə öldürən. Nə gülən, nə güldürən. Şadlığa yasdı, daima nasazdı yuxularım. Nə cəllad var, nə məhbus. Nə əkən var, nə biçən. Nə ölənin yerinə keçən. Nə eniş, nə yoxuş. Nə diyirlənən, nə diyirlədən. Nə pay var, nə payıkəsilən. Heç nə! Heç nə yoxdur!! Orda yalnız bir sonsuzluq var. Məchulluqdan gələn və məchulluğa gedən bir yol. Kor bir yol. Ona görə sevirəm yuxularımı. Və bir kimsənin cəsarəti deyil onları mənim əlimdən alsın! P.S. Əgər yuxuda da mənə həqiqətin inikasını göstərəcək olsalar, niyə mən yatıram onda? Məni seçim qarşısında qoymaq istəyirlər: yuxu ya gerçəklik? Qorxmurlar ki, şələ-küləmi yığışdırıb yuxularıma köçməyə qərar verərəm?......Birdəfəlik və həmişəlik?! Ay idbarlar! Mənim yuxularım həqiqətin astarıdır!.......(pıçıltıyla: mənimlə getsəz, sizə yuxularimda dağ çiçəyinə bükülmüş müşk tapıb verərəm....,onda bir də mənə reallıq təklif etməzsiz. Etməzsiz! )
- 3668 ответов
-
- əlini mənə bəsdərəcik...
- take me away
- (и ещё %d)
-
Мне нравится только телосложение моего Маугли ). Я ему верна! )) Вот он, мой красавец: http://forum.bakililar.az/index.php?showtopic=92151
-
Не знаю, ЦеСнА, что со мной ?......Но она мне нравится. Нравится когда любит, нравится когда ненавидит. Обесцвечу глаза, обезличу тебя
-
Тут до меня был пост от юзера «Игра в классики», а после меня пост Хагани о том, что в науку тихим сапом что-то там вползает…..,кажется, кликушество низкопробное, как форма агрессивной саморекламы ). Надо же, все помню ).
-
Я агностик, если что. Вот ответ на все возможные вопросы: Если все должно иметь причину, то должен иметь причину и Бог…..!
-
Köhnə yazılarım burda bitdi. Yeniləri var, amma hələ kagız üzərindədir. Çap olunmayıb. Onların dili də başqadır, üslubu da......bir az sərt, bir az qaba, bir az daha mənə yaxın. Sərtliyimi qəbahət tutmayın (əgər dərc edəsi olsam). Necə varamsa, beləyəm. Belə də sevirəm insanları....belə də sevilirəm onlar tərəfindən. Məni başa düşən insanları ÖPDÜM.) (smayliçoklarım yoxdur, qaçıb məndən, heç kəsə öpüş göndərə bilmirəm)
- 3668 ответов
-
- əlini mənə bəsdərəcik...
- take me away
- (и ещё %d)
-
KOKTEYL RESEPTİ Sındırılmış büllur badənin cingiltisi -- 50 qr Narın üyüdülmüş qara istiot -- 25 qr Üfürülüb, sonra iynə batırılmış hava şarı (ölçüsü: dünya boyda, forması: ürək, rəngi: qırmızı) -- 13 qr Sobada yandırılmış gündəliyin son vərəqinin külü -- 8 qr Yazılmış, amma göndərilməmış məktubun ilk və son sətirləri -- 4 qr Deyilməmiş 3 kəlmə söz. Su lazım deyil, özü su salacaq. Hətta o qədər salacaq ki, artığı gözlərinizdən gedəcək. İnqredientlər əlavə olunduqdan sonra soyuducunun yuxarı gözündə 25 dəqiqə saxlamaq, sonra çeçələ barmağı içinə salıb yaxşıca qarışdırmaq və.....hazır. Любой fransız kokteyli, lap elə Briandın özü də qələt eləyir bunun yanında.)
- 3668 ответов
-
- əlini mənə bəsdərəcik...
- take me away
- (и ещё %d)
-
Qəliz də olsa həyatidir. )). Ona görə də qəbul edilən və gözəldir ).
- 3668 ответов
-
- əlini mənə bəsdərəcik...
- take me away
- (и ещё %d)
-
BƏXTƏVƏR Hadisələrin cərəyan etdiyi məkanın təsviri: Əsrarəngiz bir kənd mənzərəsi. Bir kənd həyatı və həyət. Adicə bir həyət. Daş ev, sütunlar, pillələr, həyətin bir başında it damı. O biri başında ot tayası, üstündə brezent, ona bitişik odun anbarı. Köhnə bir darvaza, açılanda cırıltısından qulaq tutulur. Çarhovuz, içində sudan başqa nə desən var. Həyətin ortasındakı otluqda əlvan bir xoruz şəstlə o baş-bu başa gedir, bir gözü ilə də öz zövcələrini – toyuqları izləyir ki, bu dişi canlılara bu fani dünyada etibar yoxdur. İt də tənbəl-tənbəl mürgü döyür özüyçün. Yəni bu adilik, sadəlik və bəsitlikdə bir nizam var. O da ondan ibarətdir ki, hər kəs, hər canlı öz yerini çox gözəl bilir bu düzümdə. Toyuq öz toyuqluğunda, xoruz xoruzluğunda və s.(İnsan cəmiyyətində belə deyil amma. Səd heyif. Adi kənd həyatı nizamınca da bulunmadıq). Bu gözəlliyin isə mənə heç bir dəxli yoxdur. Çünki beynimə və ruhuma tamam başqa hisslər hakim. ....Qara fikirlərə aludə.... Belimə dolanıb məni boğan bir əfi ilan. Adı – Qısqanclıq, İnamsızlıq. Heç sormazsan ruhumun nəymiş dərdi, Ahü-fəğanımı xəli tək sərdi..... Ürəyimin gildir-gildir axan qanının bu xəlinin üstündə aramsız cıgırlar açdığını görmək üçün.... O xəlinin hər ilməsi ağım, fəğanım mənim. Çəkil. Mən öz aləmimdəyəm. Sən isə... Eyvanda, qənşərində qəlyan, dirsəyinin altında mütəkkə, səhərin sərin mehini ciyərlərinə çəkib oturan sən. Qonaq gözləyən sən. Mənim daxilimdəki təlatümlərdən bixəbər sən. Məni, dostlarının gözündən iraq olum deyə ya çardağa, ya zirzəmiyə qovlayan sən. Ah, getmirəm oralara. Oralarda tənhalıq, məzar soyuqluğu, rütubət qoxusu və hörümçəklər var. Qorxuram. Niyə qoymursan burda, səninlə və dostlarınla birlikdə qalım? Niyə məni gözdən itirirsən? Niyə sən burda rahat istirahət etdiyin vaxt mən çardaqda ilbiz orkestrinə qulaq asıb, hörümçəyin toxuduğu toru seyr etməliyəm? Niyə? Nəsə dedin mənə? Yox, məndən heç nə gözləmə. Dostların üçün çay hazırlamayacağam. Özün et hər şeyi! Qoy dəmkeşi, aç nərdtaxtı, vur nərdi. Qonaq gözlə. Samovar çayına qonaq beş gələr, Çay üstündən çahari pənc ya şeş gələr. Mənsə getdim. Öz apartamentimə, hansı ki, çardaqda yerləşir,....ilbizlərin səsinə qulaq asmağa. Mən orda boş-bekar oturmayacağam. Özüm üçün bir nağıl yaradacağam. Bir kudu tapacam, bir siçovul, üç-dörd kərtənkələ, elə o qədər də siçan. Vəssəlam. Çatmayan balaca bir detal var. Düzdür, sehrli çubuq. Onu tapmaq asandır. Son ştrixlər: əynimdəki cındırları dəbdəbəli ziyafət donuna çevirəcəm, ayağımda da büllur başmaqlar. Ah, parıltım göz qamaşdıracaq. Sonra bu qiyafədə öz pajlarımla sənin hüzuruna gələcəm. Qabağında fırlanıb canını alacam, sonra sənə ürəkdən bir xudahafiz deyib, yaraşıqlı karetama əyləşib çıxıb gedəcəyəm. Hara? Sənə nə var, hara? Məqsədim? Məqsədim sənə göstərməkdir ki, bunca gözəlliyi zindanlarda qıfıl altında çürütmək olmaz. Sənə çatır ki, darıxıram mən?.... Gülürsən mənə? Yenə istehza, kinayə.... Məni başa düşmursən. Ah, sus! Yenədəmi məni çağırırsan? Yenədəmi fərmanlar, göstərişlər? Sus, səsin məni dəli edir. Sənin əvəzinə quşları dinlərdim. Dinmə, o səsini unutmaq üçün. Sussana, yerinə danışmaq üçün. Yazma, qələmini sındırmaq üçün. Baxsana. Gülağat bağında quşların ötər, Bülbül cilvəsindən dürrü-zər səpər. Bilirsənmi nə var? Hər şeyin günahı məndədir. Mən hər şeyi bağışlayıram sənə.....və bağışlayacam da. Bütün hoqqalarını. Yanımdan getməyini istəmirəm. Səndən uzaq olmağımı istəmirəm. İsti nəfəsinin başqasının əndamında dolaşmasını istəmirəm. Başqasıyla qol-boyun olmağını istəmirəm. Dözərəmmi ona? Mən səni yanımda görmək istərəm, Qolların üstündə qalmaq istərəm, İsti ağuşunda ölmək istərəm. Bəxtəvərsən. Qol götür oyna, avazın beş-beş gələr, Hədiyyədir, həyatım peşkəş gələr. Sənin bəxtəvərliyinə həyatını sənə peşkəş edənin özü də qibtə edir. Sadəcə, bəxtəvərliyini başa düşmürsən. Sevilməyən insanlara bax. Bu həyatda birtərəfli məhəbbət deyilən bir şey var. Amansız bir şey. Adamı iliklərinə qədər yandıran bir şey. Sən sevirsən, o isə yox. Və sənin məhəbbətini büküb arxa cibinə qoyardı, ya da siqaretinin külünü söndürərdi onunla. Bax, belə şeylər, əzizim. Ona görə Allahına şükür elə. Şükür elə ki, kiməsə lazımsan. Sevməyi bacarmırsan. Bunu da səninçün keçirəm. Sənə öyrədəcəm sevməyi. Öyrədəcəm ki, sən o duyğularını mənimlə (!) paylaşasan. Bəxtəvər.
- 3668 ответов
-
- əlini mənə bəsdərəcik...
- take me away
- (и ещё %d)
-
ЧЕМ ЖЕ ОНИ ДУМАЛИ? Источник: Н.Непомнящий. «Люди-феномены». В истории медицины известны случаи, когда у пациентов, несмотря на катастрофические нелады с мозгом (вплоть до полного его отсутствия!), с умом все или почти все бывало в порядке! О подобного рода курьезах сообщали ученые, практикующие врачи, журналисты, парапсихологи. Последние – в связи с гипотезой о внемозговых носителях психики. В 1879 году страшную травму мозга получила женщина, служившая на мельнице. В работающий механизм случайно попал большой болт и выскочил оттуда, словно пуля, угодив женщине в лоб как раз у линии волос над правым глазом. Болт пробил череп, вмял кусочки кости внутрь и засел на глубине 10 см. Часть мозга была утрачена в момент несчастного случая, а также при операции по извлечению болта. Надежды на благоприятный исход было мало, и все женщина не только не потеряла сознания, но и не почувствовала недомогания: у нее даже не болела голова. Спустя 2 года врачи в последний раз осмотрели ее и признали абсолютно здоровой. После этого она прожила еще 42 года! Случаи, когда тяжелые травмы мозга не отражались на умственных способностях пострадавшего, имели место и в ХХ веке. Так, в 1952 году 60-летний Роберт Моллет упал с балкона четвертого этажа.. Во время операции ему удалили четвертую часть мозга. Врач, спасший ему жизнь, не гарантировал, что он будет говорить или хотя бы двигаться. Но произошло чудо. Роберт не только полностью выздоровел, но и прожил до 84 лет, занимаясь спортом и самостоятельно ведя дела в своей фирме. Бывает, удаление правого полушария мозга или даже его полное отсутствие никак не отражается на умственных способностях человека. Так, в 1957 году в Американской психологической ассоциации был заслушан доклад докторов Яна В. Брюэля и Джорджа В. Олби. Они успешно провели операцию, в результате которой пациенту пришлось удалить всю правую половину мозга. Больному исполнилось 39 лет, уровень его интеллектуального развития был выше среднего. К великому изумлению врачей, он быстро поправился и не утратил своих умственных способностей. Иногда в черепной коробке вместо мозга плещется водица. Профессор Хуфланд, известный немецкий специалист в области науки о мозге, провел посмертное вскрытие черепной коробки пациента, которого незадолго до кончины разбил паралич. До самой последней минуты больной сохранял свои умственные способности. Результат вскрытия привел профессора в замешательство, поскольку вместо мозга в черепной коробке умершего оказалось 300 гр.воды! Позволительно спросить: как и чем все эти люди думали?
-
))))). А что, мне нравится ))). Я не привыкла молчать не о своих симпатиях, не об антипатиях.)
-
ТЕРМИТЫ и МУРАВЬИ. ТЕЛЕКОММУНИКАЦИЯ И ТЕЛЕПОРТАЦИЯ. Источник: А.Прийма. «Мир наизнанку». Термитники – настоящие шедевры строительного искусства. Внутреннее устройство термитника удивительно хорошо приспособлено к многообразной и сложной жизни «государства» термитов. В глубине обиталища находятся «королевские апартаменты», внутри которых замурованы «король» и «королева» (самец и самка). Рабочие термиты содержат в чистоте как сами « апартаменты», так и их обитателей. Вопрос о причинах организованности труда термитов был поставлен уже давно, но никакого удовлетворительного ответа на него не было получено. Одна из величайших загадок природы так и осталась по сей день неразгаданной тайной, будоражащей умы биологов. Американский ученый А. Сандерсон входил в группу исследователей, которые занимались изучением жизни муравьев вида атта. Обитателей американских тропиков. «Атта придумали кое-что, в чем они нас опережают на голову – пишет Сандерсон – Это «кое-что» настолько невероятно, что почти не поддается нашей логике. Это - система сознательной телекоммуникации, а возможно, и вполне развитая система телепортации!» Учеными был поставлен эксперимент. Они возвели высокое препятствие на муравьиной тропе, засекли время и стали ждать. Внезапно, как из-под земли появился муравей-«полицейский» Еще через пару минут примчалось сразу несколько «полицейских». Они изучили преграду на дороге и, видимо, сообразили, что сами справиться не смогут. Неожиданно на дороге появилась фаланга «полицейских». Они быстро организовали из других муравьев бригады по очистке старой дороги и одновременно для прокладки нового обходного пути. Ученые провели сложные расчеты и пришли к выводу, что сообщение о возникновении затора на дороге поступило в муравейник с ошеломительной скоростью. Сандерсон: «Следовательно, у атта есть телекоммуникационная система. Они могут передавать информацию на расстояние в 2-3 мили, причем передача информации происходит с большой скоростью.» Следующее и еще более невероятное наблюдение вообще не поддается объяснению. Это возможность телепортации, или мгновенного перемещения того или иного тела на большие расстояния сквозь твердое вещество. Ученый называет этот феномен « мгновенным переносом» Матки атта – гигантские женские особи. Для защиты матки рабочие муравьи сооружают очень прочную камеру. Вскрыв такую камеру, Сандерсон и его коллеги пометили матку тонкой струйкой краски из пульверизатора. Пока камера оставалась прикрытой сбоку куском стекла, ничего не происходило. Матка продолжала бурно откладывать яйца. Однако стоило ученым прикрыть на несколько минут брезентом прозрачную стеклянную стенку камеры, как тут же происходило нечто небывалое. Брезент удалялся и сторону, и ученые, к собственному изумлению, обнаруживали, что камера пуста. Матка исчезла из нее! Дальнейшие многотрудные раскопки и поиски в том же самом гигантском муравейнике ошарашивали ученых. В нескольких десятках метров от места исчезновения матки обнаруживалась еще одна сверхпрочная камера, взявшаяся там невесть откуда. А в ней сидела та же самая матка со всеми своими «опознавательными знаками». Она великолепно чувствовала себя, принимала пищу и откладывала яйца!
-
Я ничего отрицать или доказывать не собираюсь. Просто даю информацию для размышления, привожу примеры и данные о ситуациях, которые не поддаются логическому объяснению, ….где здравый смысл пасует. Источник: Ю.В.Мизун, Ю.Г.Мизун. «Тайны мирового разума и ясновидение». А.К. Манеев освещает роль биополя в процессе мышления. Он пишет: «В данной связи представляется удивительно глубокой мысль Гераклита о том, Что «сила мышления находится вне тела», то есть мышление базируется отнюдь не на физиологических отправлениях белковой телесной организации. Мозг можно рассматривать как БЛОК СЧИТЫВАНИЯ ИНФОРМАЦИИ, хранящейся в биополевой системе. Без нормального функционирования его эта информация словно не существует для человека, как это имеет место во время сна или обморочного состояния, выход из которых возвращает организм к нормальному статусу, демонстрирующему восстановление связи мозга с биополем (возвращение сознания).» Таким образом, биополе человека является инструментом мышления. Мозг же – это только СЧИТЫВАЮЩЕЕ УСТРОЙСТВО, позволяющее черпать информацию из биополя человека и информационного поля Вселенной. При этом мозг способен считывать с информационного поля Вселенной отнюдь не всю имеющуюся там информацию. Структура биополя человека и информационного (биологического) поля Вселенной не является дискретно-дифференцированной. Обеспечить голографический характер как биополя, так и информационного поля Вселенной может только волновая, полевая структура. Эта структура является непрерывной – континуальной. На любое воздействие моментально реагирует вся система. Вся информация о биообъектах моментально (а не постепенно!) поступает в информационное поле Вселенной. Отсюда эта информация может быть востребована, считана объектом, находящимся в любом месте Вселенной. Биополе человека, биополевой квант, является голограммой. Голограммой является и вся Вселенная. А. Мартынов пишет: « Каждый человек в меру своего интеллектуального и духовного развития имеет тесный контакт с информационным полем своего уровня, который во многом определяет его мировую линию жизни, или проще сказать – судьбу». Воспринимаемая нами информация из информационного поля является мыслью. Но какова при этом роль мозга? И.П. Шмелев пишет: «……физическая структура мозга не формирует психический акт, не порождает мыслительного движения, а лишь отображает уровень развертывания психического акта. Мозг не мыслит, ибо психический процесс вынесен за пределы этого органа.» Мозг, как и биополе и информационное поле Вселенной, устроен также по голографическому принципу. Об этом свидетельствует факт мгновенного узнавания. Человек, увидев знакомый ему предмет или лицо, сразу (именно сразу, а не постепенно) узнает его. Допустим, в одной из ячеек его памяти этот образ записан, где он и хранится. В других ячейках записаны тысячи др.образов. Поэтому когда вы встретили знакомого вам человека, вроде должно было бы идти в вашем мозгу сравнение образа, который находится перед вашими глазами, с тем большим количеством образов, которые записаны в вашей памяти. Вы должны, как будто перебирая фотографии, в какой-то момент установить, что одна из них соответствует увиденному вами сейчас образу. Ясно, что для такого последовательного сравнения, узнавания нужно определенное время, оно не может осуществиться в один миг, моментально. Но ведь процесс узнавания происходит действительно МОМЕНТАЛЬНО. Значит, он реализуется не путем последовательных сравнений и сопоставлений. Нужный образ, хранящийся в памяти, должен выплыть сразу, тут же. Такое возможно только в том случае, если информация о каждом хранящемся образе имеется везде, в каждой ячейке. Мировой разум располагает полным банком данных обо всем, что происходит во Вселенной в настоящее время, что происходило в прошлом и будет происходить в будущем. Этот банк данных и называется информационным полем Вселенной. В КАЖДОМ САМОМ МИНИМАЛЬНОМ КУСОЧКЕ ВЕЩЕСТВА ВО ВСЕЛЕННОЙ СОДЕРЖИТСЯ ВСЯ ЭТА ИНФОРМАЦИЯ. Поскольку в общем информационном поле содержится информация и о живом веществе, которая необходима для зарождения и развития жизни, то это поле еще называют биологическим полем Вселенной (!). Для того, чтобы в каком-либо месте Вселенной возникла жизнь, ее нет нужды заносить туда откуда- то, ей нет необходимости происходить из неживой материи. Жизнь не имеет ни начала, ни конца. ЖИВОЕ ПРОИСХОДИТ ТОЛЬКО ОТ ЖИВОГО. Жизнь происходит от биологического поля Вселенной (вот вам и квантовая биология). Она вспыхивает как костер там, где имеются необходимые для этого физико-химические условия. Если бы жизнь развивалась так, как нас учили, т.е. путем проб и ошибок, путем классической эволюции, то мы бы еще ходили на четвереньках. Такое развитие идет слишком медленно. Эволюция была направленной. Это значит, что кто-то толкал события в определенном, заранее выбранном направлении. Этот кто-то Мировой разум.
-
SƏN AĞLASAN, MƏN NEYLƏRƏM? Kişinin gözlərini nəm görməyim gərək, Ağlar könül sirdaşına tən olmayım gərək. Yalvarıb yaxar da. Yanında qalmayım gərək. Tək qal.... Söylə, gözlərinin yaşını silməz olsam, neylərsən mənə? Getsən, yola sallam, Gəlsən, qarşılaram, Oxşayıb əzizlərəm. Kömək dilə, əllərimi uzadaram. Tut, sıx barmaqlarımı sınana qədər. Sıx, səsimi də çıxartmaram...... Sənin güc nümayişinə dözərəm...... Hər nə etsən, hər nə desən, dözərəm. Amma ağlayana qoşulub ağlamaram. Ürəyimin tikanları biz-bizdi, di gəl, sızlamaram. Bozlamaram. Yenə də gül gətirdin mənə? Bilirsən axı, xoşlamıram. Gülün ömrü çox qısa olur. Nə qədər qulluq etsəm də, 3-5 günə ölüb gedəcək. Gözəlliyin gözümün qarşısında solmasına baxa bilmirəm axı..... Nə qədər demişəm sənə, mənə gül gətirmə. Eşidirsən? Heç gülün öləziməsini müşahidə etmisən? Buta açılıb ləçəklənir, qısa ömrünü başa vurur, sonra yenə bükülüb buta şəklini alır (ya bəzən heç almır da) və........bitdi. Bax bunu görə bilmirəm. Bu mənə çox yaxın bir adamımın qollarım üstündə çırpınıb, can vermə səhnəsini xatırladır. O vaxt da belə aciz idim. Saxlaya bildimmi, qaytara bildimmi onu? Yox. Sənə belə bir durum tanışdımı? Dəhşətdən gözlərin orbitindən çıxıb, harasa alın tərəfə meyllənib, ayaqların sanki yerdən üzülüb, ağzını açıb var gücünlə qışqırmaq istəyirsən ki, bəlkə içindəki qoru-alovu söndürəsən....... Amma səsin çıxmır. Kədərin səsini udub. Tam! Heç kəsə səssiz qışqırmaq arzulamazdım. Müdhiş bir şey! ( Həyatımda 3 dəfə səssiz-səmirsiz qışqırdım. İki dəfə sevdiklərim qucağımda keçinəndə, bir dəfə də əməliyyat zamanı. Narkozun təsiri vaxtından tez qurtarıb, yaramı necə tikdiklərini diri gözlü müşahidə edəndə. Atalar üçdən deyib. Düşünürəm, üçü bağlamışam. Təkrarlanmaz bir daha ). Və ilk dəfə onda öz acizliyimi başa düşdüm. Başa düşdüm ki, bir heçəm mən. Və ilk dəfə onda özünənifrətin nə olduğunu anlatdılar mənə. Nifrət! Acizliyimə nifrət! Qollarım arasında çabalayan, son dəqiqələrini yaşayan o isti vücudun bir daha əlimdən tutmayacağına, gözümün içinə baxıb gülümsəməyəcəyinə, mənimlə bir gedib-gəlməyəcəyinə inanmağa başladım artıq. Bu inamıma nifrət! Bəlkə yox? Bəlkə hələ gec deyil? Bəlkə ümid var? Bəlkə.......,bəlkə..........Bəlkələrə nifrət! İlk dəfə onda ürəyimə şübhə toxumu səpildi. Anladım ki, mən taleyin əlində balaca bir marionetkayam, başqa bir şey yox...... Qollarıma ip bağlayıb oynadır məni. İlk dəfə onda daxilimdə dəli bir sual doğdu: Yaşamın mənası nə??? Və indinin özünə qədər hər gün bu zəhləmgetmiş sualı özümə verməkdəyəm...... Beynimin bir yarımkürəsi: “Sənin heç bir günahın yoxdur. Özünü suçlama və s. və il.” pıçıldayanda, digər yarımkürə var gücüylə bağırırdı: “Niyə o getdi, sən qaldın? Bəlkə sən daha çox layiq idin getməyə?” Niyə?........ Bəlkə.......Niyə?......Bəlkə.......Bu iki kəlməni görən gözüm yoxdu. Silərdim onları..... Bagışla, haşiyəm çox uzun alındı. Anlaşıldımı? Gül gətirmə......heç vaxt! De, mənimçün dərdiyin qönçə gülləri əllərində qoysam, neylərsən mənə? Qorqud boylarındakı igidləri xatırlarsan mənə. Boy-buxunun onlara tən. Koroğlunun dəli domrullarını xatırlarsan. Zindan dalı dağlayanları......Qolu zorlu, at belində, qılınc oynadan pəhləvanları........ Üç öpüb bir dişləyən, yad kənizlə arasına şəmşir qoyan, başqasına gözünün ucuyla da baxmayan, ömrünün sonunadək tək sevgisini paylaşan.......Onlardanmısan? Bilirəm ki, yox. Niyə onda məndən 100% itaət tələb edirsən? Bozlaram bozlar kimi, Ağlaram ağlar kimi, Od diyarım su altında, Yağmurum sızlar kimi. SƏN AĞLASAN, MƏN NEYLƏRƏM? Mən də qoşulum, ağlayımmı? Bacarmıram axı........Həm də...... Axı gözlərimin giləsindəsən, Axan göz yaşıma qoşulub getsən, Surətini məndən qoparıb getsən, Bil ki, ürəyimin tişəsindəsən. Səni buraxmaram. Gözlərimi yumaram, səni itirməməkçin. Göz yaşımı silərəm ki, axıb getməyəsən. Bu SƏNSİZ dünyada SƏNLİ günlər yaradaram. Son. Bilirsən, öyrəşmişəm artıq sənsiz yaşamağa. Səni o qədər düşündüm ki, artıq sən mənimçün efemer bir şey deyilsən, canlı bir varlıqsan. Səni özümçün yaratmışam. Pisi odu ki, hara getdim, qabanbasma gəlirsən dalımca. Əvvəl yox idin, həsrətində idim. İndi də əl çəkmirsən. Səndən can qurtarmaq namümkün bir şey. Ona görə elə düşünmə ki, məni özündən məhrum eləmisən. Məni orda-burda axtarma. Əgər hər şey dediyin kimidirsə, əgər lazım idimsə sənə, itirməyəydin məni. Ya da yarat məni. Yenidən. Obrazımı yarat.......və sev onu. Mən səni yaradıb sevən kimi. Bir gün gələr, obrazlarımızı görüşdürərik. Buralarda yox. Burda olmaz. Astralda. Bir-birimizə uzanan yollar, cığırlar, aksonlar, qollar onlar. Kəsmə o qolları. Ax, unutdum artıq. Nədən başlamışdım? Əvət: SƏN AGLASAN, MƏN NEYLƏRƏM? Sənin gözlərinin nəmi mənimçün ölümdən betər....... Çox sevdim........................ (əslində sənə demək istədiyim tək bu 2 kəlmə idi. Qalanları sadəcə onun əlavəsi, dairəsi, sütunları, gövdəsi........nə bilim, daha nələri, nələri. Bu 2 kəlməni yüksəklərə qaldırmaq üçün.)
- 3668 ответов
-
- əlini mənə bəsdərəcik...
- take me away
- (и ещё %d)
-
EŞQİMİN BUTASI Məhəbbətin əlində gül-çiçəkmi olur ya qılıncmı? Qılınc oynadan məhəbbətim mənim. Bilirəm, deyəcəksən, səninlə hər şey ayrı cürdür. Başqaları kimi deyilsən Gül-çiçəyi də sevmirsən. Amma sən öyrətdin mənə böylə haləti.......Belə deyildim mən. Çox kövrək idim və bütün qadınlar kimi istədiyim tək yeganə bir şey sevilmək idi. Sevilmək və əlimdən tutub hara aparsalar, ora da getmək. Başımı kiminsə enli sinəsinə qoyub, şirin ahlarla-oflarla günümü başa vurmaq. Kiminsə boynundan asılıb öz qayğılarımın hamısını onun üstünə yıxmaq, müştərək işlərimiz üçün məsuliyyət boyunduruğunu ona həvalə etmək. “Mənim yerimə də düşün” deyib, əlimi yelləyib, öz sevimli kresloma yayılmaq, telefon qulagımda, gözlərim ya kitabda, ya monitorda. Bütün günü geyinib-bəzənib-düzənib ayna qabağında fırlanmaq və başıma yağdırılan komplimentlərdən həzz almaq. Vəssalam. Başqa bir şey istəmirdim. Heç arzusunda da deyildim. Amma qoymadın özümçün cızdığım həyatı yaşamağa. “Meşşanlıq bu! ” bağırdın və əlinə ağır bir külüng götürüb mənim o yüngül/zərif/nağıl dünyamı alt-üst etdin. Sındırıb dağıtdın. İlahi, necə də sevirsən vurub-yıxıb-uçurtmağı. Dünyamı dağıtmağın azmış kimi, hələ bir özün də çıxıb getdin. Məni viranələr içində tək-tənha buraxdın. Şaşırdım. Göz yaşlarım selə döndü. Bəs mən sənsiz necə yaşayacam? Öyrəşmişəm axı sənə.......Həmişə yanımda olub qolumdan tutmusan. İsti nəfəsini daim üzümdə, boynumda hiss eləmişəm. Sənsiz ölərəm, getmə.......... – deyəndə, çiynin üstündən mənə etinasız bir nəzər salıb: Sən? Sən ölməzsən. Heç nə olmaz sənə. Özün bir yol tapıb yaşayacaqsan. Sənə yerini göstərmək lazımdır. İndi bilərsən qədrimi. – deyib də getdin. Heç ardınca qışqırdığım sözləri də eşitmədin. Ardınca isə ƏCLAF qışqırmışdım. Getdin və mənə bu sənsiz dünyada necə yaşamağın yollarını belə öyrətmədin. Qansız! “Özün yol taparsan...” Buna bir bax. Və mən də bir yol tapdım.........O cür kövrək, həssas, sadəlövh qalsaydım, həyat udardı məni. Dəyişildim.....Sən dəyişdirdin məni. Və indi özüm-özümü tanıya bilmirəm.........Ancaq güzgüyə baxanda bilirəm ki, bu mənəm. Canım, indi heç sən də tanıya bilmirsən məni. Bax, bu mənə ləzzət eləyir. Yadındamı əvvəlki itaətim? Qılıncını göyə qaldıranda, günəşin işartısı şıltaq-şıltaq poladında bərq vuranda, bu şəfəqi düz gözlərimə tuşlayıb “Bayıl ! ” deyirdin mənə, bayılırdım. Deyirdin, nagıllara məftunam. Mənim nağıl həvəskarı olmadığımı eşidəndə, qaşqabağını töküb, başını dizlərim üstünə qoyurdun. Mənə nağıl danış, dastan aç – deyirdin. Axı bacarmıram. Bacararsan. Öyrənərsən. Danış! Xoş sonluqlu nağıl istəyirəm. Müharibənin qan-qadasını, axıtdığım qanları unutmaq üçün. Başla! Doğurdan da danışırdım. Uydururdum və danışırdım. Ən qəribəsi odur ki, alınırdı da. Və sevdim nagılları.........Çünki sən belə istəyirdin və sən sevirdin onları. Saçlarına düşən dəni görəndə, zamanın alnında qırışlar cızdıgını seyr edəndə, ürəyimi nisgil kotanı şumlayanda, əlimi uzadıb saçına tumar çəkmək istəyəndə “Yum gözlərini !” deyirdin mənə, “Görmə!”, mən də yumurdum. Yumurdum ki, görməyim. Mən axı elə bilirdim, sən zamandan güclüsən, heç vaxt qocalmayacaqsan. Öz qocalmağıma razı olardım, amma səninkinə yox. Beləcə özümü aldatmaqdan bir nəşə duyurdum. Qolu bağlı qulun idim.....fikirlərimə hakim. Nə niza eyləyəlim...........istədiyini edirdin, dediyini deyirdin. Dözürdüm. Hər şiltağına. Köhlən atını sinəmdə o baş-bu baş çapırdın....... Heç şikayət eşitmişdinmi məndən? Şikayətimin bir ünvanı var idi: Gündəliklərim. İndi gündəlik yazmıram daha. O əvvəllər idi. İndi yaza bilmirəm. O, mənə sanki həyatım üçün hesabat verirmiş kimi görünür. Kimin qabağında hesabat verməliyəm? Yaradanınmı? O, məni məndən yaxşı tanıyır. Mənim cızma-qarama ehtiyacı yox. Ya öz qarşımda hesabat verim? 5 illik plan, öhtəçilik və s...... Axı mən də özüm-özümü.......çox gözəl tanıyıram. Nə isə, atdım bu işi. Hərdən toz basmış gündəliklərimi götürüb baxıram. Saralmış səhifələrində səni axtarıram........Bilirsən, o qədər qəddarsan ki, hətta gündəliyimi də tərk etmisən. Vəfasızım mənim...... Atacam onları. Onlardan köhnəliyin qoxusu gəlir. Ya da yox, o qədər saxlayacam ki, səhifələr özləri çürüsün.........,sonra basdıracam onları. Başdaşı da qoyacam, üstünün epitafiyası ilə. Təxminən bu cür: “Burda eşqim basdırılıb. Xəyallarımın ən şirini, duyğularımın ən acısı......” EŞQİMİN BUTASI. Göylərin lacivərd ətəklərindən süzülən ilahi işığında mənə göndərilən bir sirli-sehrli qonaq. Allahın bəlası. MƏN SƏNİ QƏBUL EDİRƏM!!!
- 3668 ответов
-
- əlini mənə bəsdərəcik...
- take me away
- (и ещё %d)
-
В общем, я им горжусь очень. Поединок: http://www.zabit-samedov.com/ru/news/1-2011-04-28-11-46-27/37-mustang.html
-
Мне нравится Маугли. Нравится как спортсмен. Белорусский спортсмен азерб.происхождения. Его спортивные достижения впечатляют. Раньше я скрупулезно следила за его карьерой . Всегда радуюсь его победам. КраССавец, да и только! Обожаю его поединки. А как он ликует, радуется своей победе. Ведь победа ему дается тяжелым трудом. Ему всего 29! Правда, выглядит старше. Он по жизни очень спокойный, уравновешенный, миролюбивый человек. Но на ринге это реальный зверь, полный агрессии. К женскому полу не безразличен. Правда, с годами, по мере роста популярности все меньше и меньше читаешь о его похождениях. Чертовски красив! Королева, смотри какое у него сильное прекрасное тело. А вот лицо…..не очень. У него слишком утонченные, аккуратные черты для мужчины. Мне нравятся его волчьи глаза и взгляд гипнотический, обворожительный. Да и андрогенетическая алопеция тоже нравится. Имя Забит Самедов Прозвище «Маугли» Гражданство Грузия Национальность азербайджанец Проживание Беларусь, Минск Дата рождения 21 июня 1984 года Рост 183 см Вес 95 кг Стиль муай-тай, кикбоксинг Любительская и профессиональная карьеры Самедова развивались параллельно. По любителям он в 2000 году завоевал кубок мира по тайбоксингу (WAKO), а в 2001 году стал чемпионом Европы по муай-тай (IFMA). Как профессионал Забит выступал в шоу московской промоутерской компании «Арбат» (около 30 боёв), в 2002–2003 годах выиграл несколько турниров по кикбоксингу. Выиграл кубок «Арбата» («Выживание») в 2003 году, как и кубок «Кристалла» («16 лучших СНГ») в 2004. Значительным событием стала его победа в 2004 году на любительском чемпионате мира по тайбоксингу (WAKO). В 2005 году Самедов завоевал первый титул среди профессионалов, став чемпионом Европы по кикбоксингу (WBKF) в категории до 93 кг. Важнее самого титула стало то, что достался он в бою с авторитетным украинским бойцом Максимом Неледвой. Позже успешно отстоял титул Европы. Особенно успешным стал для Самедова 2006 год. Сначала, весной, он стал победителем обоих любительских чемпионатов мира по муай-тай (WMF и IFMA) в категории до 86 кг. С августа месяца начала осуществляться мечта Забита — выступать в К-1. Поочерёдно он выиграл два «рейтинговых» турнира в Венгрии и Латвии, а в суперфайте в рамках чешского турнира победил канадского ветерана Майкла МакДональда. В 2007 году Самедов успел выиграть ещё один турнир во Франции и засветиться на японской арене в Йокогаме, победив Цуйоши Накасако. 11 августа в Лас Вегасе состался уже традиционный турнир из серии K-1 WORLD GP 2007, где Забит «Маугли» Самедов в финале уступил Дагу Вини, хотя не был согласен с решением судей, и по этой причине был назначен матч-реванш в Амстердаме, в котором Забит одержал победу. 9 февраля 2008 года в Будапеште соперником Забита был бразилец Витор Миранда. 3-раундовый бой решением судей завершился победой Самедова. Таким образом, «Маугли» получил право драться в финальной стадии, которая проходила в апреле в Амстердаме. 13 июля 2008 года (K-1 WORLD GP 2008) в Тайване Забит побил миллионера из Лос-Анджелеса — Рэя Сефо. Рэй Сефо старше Забита на 14 лет , к тому же новозеландец был тяжелее на 22 килограмма, но все же грамотная тактика привела «Маугли» к успеху. Его скорость в сочетании с резкими ударами обеих рук заслуживает восхищения. Большинство его боев заканчивались нокаутами. В конце сентября в Сеуле (K-1 WORLD GP 2008 IN SEOUL FINAL16) побеждает Фабиано Да Силву. 23 мая белорусский боец Забит Самедов стал победителем официального отборочного турнира K-1 World Grand Prix 2009, прошедшего в польском городе Лодзь. Эта победа позволила Забиту войти в число участников сентябрьского турнира в Корее K-1 WGP Final16. Отзывов о нем тьма: Забит Самедов — боец что надо. Красавчик, очень уважаю его. Он в добавку к своим бойцовским качествам ещё и редкий патриот. Обратите внимание, у него на шортах постоянно с одной стороны флаг Беларуси, а с другой - флаг Азербайджана. Часто выступает под двумя флагами: азербайджанским и белорусским. Даже вино не любит (а из Грузии), к спиртному вообще равнодушен. Никогда не стеснялся громких заявлений. В одном из интервью, после поражения от Бадра Хари, помнится, назвал себя одним из немногих бойцов в К–1, которые не используют допинга. Фармацевтикой не увлекается, даже витаминов не пьет (эт плохо). В свободное от тренировок время играет футбол. «На одной из тренировок, к слову, удалось подсмотреть любопытную деталь. Пропитанную потом майку спарринг–партнера Самедова украшала надпись, очень много говорящая о тех, кто варится в кухне смешанных единоборств, и заключавшую в себе немало философской мудрости. Train hard or go home — говорили буквы. В вольном переводе это значит: работай на совесть или иди домой. Каждому бы перед глазами такую табличку повесить...»
-
Olur. Mən qaynadıram. Səbəb? Səbəb obyektsizliyidir. Heç kəslə hesablaşmadan sevgimi görkəmdən-görkəmə salıram. Bunu vənə çox görən birisi yoxdur çünki. Belə yaxşıdı.....
- 3668 ответов
-
- əlini mənə bəsdərəcik...
- take me away
- (и ещё %d)
-
Свет, ты когда что-то пишешь, прежде чем отправить, сохраняй его у себя. У меня десятки раз пропадали сообщения, и нич, заново копировала ). Тут надо быть предусмотрительным). Безумно жаль, что пропали твои мысли ((. Конечно, я б поняла тебя ...и поддержала бы.
-
Obyektsiz bir sevgim var. Bilirsənmi nə üstünlük yaşadıb mənə?? “Tutdu qatıq, tutmadı ayran” frazeması qaynatsan da qarışası deyil ona. Bax belə.....
- 3668 ответов
-
- əlini mənə bəsdərəcik...
- take me away
- (и ещё %d)
