Перейти к содержимому

Selefilerin Mescidle Bagli Bidatlari


al-Fath

Recommended Posts

Ben Baz deyir: “Keçmişdə oxşarı olmayan hər bir yenilik bidətdir” (“Fətavi muhimmə” Ben baz, №11, səh 31).

Sələfilərin məscidlərlə, xüsusi ilə də Məscidul-həram və Məscidun-nəbi ilə bağlı bidətlərinə nəzər salaq:

1. çox üca və çoxsaylı minarələrin tikilməsi;

2. çoxsaylı gümbəzlərin tikintisi, xüsusi ilə də Məscidun-nəbinin 21-ci qapısı üzərindəki 7 oxşar gümbəz;

3. qapı və divarların, tavanın müxtəlif naxışlarla zinətləndirilməsi;

4. məscidin qapı və divarlarının yazılması;

5. gecənin bir hissəsi Məscidun-nəbinin qapılarını bağlamaqla namaz qılanlara maneçilik;

6. qadinlara qəbir ziyarətini haram bildiyi halda gündə iki növbə onların Məscidun-nəbiyə buraxılması;

7. məscidlərin süni və rəngarəng xalçalarla döşənməsi, hansı ki, bu diqqəti dünyaya yönəldir;

8. çoxlu qəbirlər olan Məscidul-həramda və Məscidun-nəbidə namaz qılınması müfti İbn Bazın fətvalarına ziddir (“Töhfətul-ixvan”, Ben Baz, səh 68).

əgər dəqiq araşdırsaq məscidlə bağlı çox bidət üzə çıxar. Sadaladıqlarımız sələfilərin öz fiqhinə əsasən bidət sayılır. İndi onların öz kitablarından bəzi rəvayətləri nəzərinizə çatdıraq:

İbn Abbas nəql edir ki, peyğəmbər buyurdu: “Məscidlərin çox caldılmasını və genişləndirilməsini əmr etmirəm” (“Səlatul-mumin” əl-Qəhtani səh 498).

İbn Abbas müsəlmanların gələcəyindən xəbər verərək deyir: “Yəhudilər və məsihilər kimi məscidləri bəzəyib, qızıla tutacaqsınız” (“Səlatul-mumin” əl-Qəhtani səh 498).

Ömər ibn Xəttab da məscidlərin zinətləndirilməsini pisləmişdir. (Səhih Buxari, kitabus-səlati, səh 77 hədis 445).

Belə bir rəvayətdə var: “Peyğəmbər zamanı Məscidun-nəbinin divarı çiy kərpicdən, sütunları xurma ağacından, tavanı isə xrma budaqlarından idi. Əbu Bəkrin vaxtında da belə idi. Öçər ibn Xəttab əvvəlki şəkildə məscidi təzələdi. Amma Osman məscidi genişləndirib, divarları və sütunları rəngli daşlarla hördürdü, tavanı isə Hindistandan gətirilmiş xüsusi ağaclarla örtdü” (Səhih Buxari, kitabus-səlati, səh 77).

İbn Baz deyir: “İnsanlar evlərini gözəl tikdiyi bir vaxt qədim binalardan uzaq gəzir, belə məscidlərdə yığıncaq və namazdan çəkinirlər. Belə vaxtlarda xalqı məscidə rəğbətləndirmək üçün onu rəngli daşlardan tikmək olar, necə ki, Osman belə etdi” (“Səlatul-mumin” əl-Qəhtani səh 500).

Bu rəvayətlərin mötəbərliyini araşdırmadan sələfilərdən və İbn Bazdan soruşduq ki, nə üçün öz mötəbər kitablarına, Ömər və İbn Abbasın, həzrət peyğəmbərin qadağalarına əhəmiyyət vermirlər? Necə olur ki, başqalarını şirkdə və küfrdə ittiham edərkən dəlil göstərilən rəvayətlər sələfilərin öz bidətlərinin qarşısını almır? Necə ola bilər ki, xalqı məscidə rəğbətləndirmək üçün islamda olmayan, bidət işlərə yol verilə? Hansı ki, islam şəxsiyyətlərinə məqbərə tikilməsi, uçulmuş binaların təmiri birtərəfli qaydada bidət sayılır. Onların nəzərincə, Bəqidəki imam qəbirlərinin təmizlənməsi, Ühüd şəhidlərinin qəbirlərinin səliqəyə salınması bidət, şirk və küfrdür!

Ничтожен ты или велик - причина тому... твой язык... /Носир Хисроу/

Ссылка на комментарий
Поделиться на других сайтах

Sələfilərin məscidlərlə, xüsusi ilə də Məscidul-həram və Məscidun-nəbi ilə bağlı bidətlərinə nəzər salaq:

Siz xırda bir məqamı unutdunuz...

Məsçidul Haram və Nübuvvət ətrafı, o iki şəhər və ətraflarında nə qədər tikili varsa 99%-i Osmanlı tikililəridir :)

Ərəblərə qalsaydı oraları nəinki tikər, hətta söküb yerinə otel tikərdilər :)

Gücsüz ədalət aciz, ədalətsiz güc zalımdır..

Ссылка на комментарий
Поделиться на других сайтах

6. qadinlara qəbir ziyarətini haram bildiyi halda gündə iki növbə onların Məscidun-nəbiyə buraxılması;

Qadinlara qebir ziyaretini kim haram eledi?...Zehmet olmasa delil getir!

قال القاضي عياض : أجمع العلماء على أن الإمامة لا تنعقد لكافر , وعلى أنه لو طرأ عليه الكفر انعزل , قال : وكذا لو ترك إقامة الصلوات والدعاء إليها , قال : وكذلك عند جمهورهم البدعة

Qadi İyad dedi: Alimlər bunun üzərində icma etdilər: “Kafir imamət vəzifəsini yerinə yetirə bilməz! Əgər onda küfr görülərsə (vəzifəsindən) uzaqlaşdırılar!”

Dedi: “Bunun kimi, namaz qılmağı və ona çağırışı tərk edərsə (uzaqlaşdırılar)”

Dedi: “Bunun kimi, çoxuna görə bidət səbəbilə də (uzaqlaşdırılar)” (Nəvəvi: Muslimin şərhi: 12/229)

Ссылка на комментарий
Поделиться на других сайтах

Qadinlara qebir ziyaretini kim haram eledi?...Zehmet olmasa delil getir!

Yazmışam axı, Ben Baz.

Hənbəli və şafeilər deyir: «Qəbir ziyarəti istər yaşlı, istərsə də gənc qadınlar üçün məkruhdur. Onların getməsi fəsada səbəb olsa, haramdır.» Hənəfi və malikilər isə belə deyir: «Evdən çıxması fəsad doğurmayan yaşlı qadınlar üçün ziyarət müstəhəbdir. Amma evdən çıxması fəsad doğuran gənc qadınlar üçün ziyarət haramdır.»(«Əl-fiqh ələl məzahibil-ərbəə», c. 1).

Bu ixtilafdan mə’lum olur ki, onların bu məsələ barədə yetərli dəlili yoxdur. Vəhhabilərin üz tutduğu müfti İbn Baz isə belə deyir: «Qadınlar üçün qəbir ziyarəti haramdır.» («Fətvalar məcmuəsi», Ben Baz, c. 13, s. 324). İbn Baz bu fətvasında qeyri mö’təbər bir rəvayəti dəlil göstərir: «Allahın Rəsulu (s) qəbir ziyarətinə gedən qadınlara lə’nət oxudu.» (Termizi, «Əl cənaiz», h. 1056).

Amma bu rəvayət bir neçə səbəbdən məqbul deyil:

Dörd sünni məzhəbinin heç biri bu rəvayətə istinad və əməl etmir.

«Səhihe-Buxari» və «Səhihe Müslim»də bu rəvayət nəql olunmur.

Həmin mənbələrdə Peyğəmbər (s) zamanı qadınların qəbir ziyarətinə getdiyini xəbər verən rəvayət nəql olunur. Bu rəvayətlərdən birində Aişə deyir: «Bir gecə Allahın rəsulu mənim yatdığımı güman edib evdən çıxdı. Mən onun ardınca gedib, Bəqi qəbiristanlığına döndüyünü və bir qədər durub dua etdiyini gördüm. Evdə ondan soruşdum ki, Bəqi əhlini mən necə ziyarət edim? O, mənə necə ziyarət etməyi (mətni) öyrətdi. («Səhihe Müslim», əl cənaiz, fəsil 35, s. 412, hədis 974).

Digər bir rəvayətdə nəql olunur: «Allahın Rəsulu (s) yoldan keçərkən qəbir kənarında bir qadının ağladığını gördü. Həzrət buyurdu ki, Allahdan qorx və səbirli ol. Qadın «çıx get, mənim düşdüyüm müsibətə sən düşməmisən» dedi. Peyğəmbəri tanımayan bu qadına onu tanıtdırdıqdan sonra Həzrətin evinə gedib üzr istədi. Həzrət buyurdu ki, səbir, dəyən zərərdən qabaqdır.» («Səhihe-Buxari», əl canaiz, s. 205, hədis 1283).

Bu rəvayət «Səhihe-Muslim»də də nəql olunmuşdur. Rəvayətlərdən mə’lum olur ki, Peyğəmbərin (s) dövründə qadınlar qəbir ziyarətinə gedər və ağlayarmışlar. Həzrət (s) bu ziyarəti qadağan etməmiş, sadəcə, qadınları səbirli olmağa çağırmışdır. Sünnə əhlinin kitablarında belə bir rəvayət də nəql olunur ki, Fatimeye Zəhra (s) atasının vaxtında və ondan sonra Həmzəni və Ühüd şəhidlərinin qəbrini ziyarət edər, namaz qılar, dua oxuyar və ağlayarmış.(«Əs-sunənul kubra, Əbddürrəzzaq, c. 3, s. 572 və c. 4, səh-131 və Müstədrəkül-hakim, c. 1, səh-533).

Yenə nəql olunur ki, Aişə Məkkədə qardaşının qəbrini ziyarət edirdi. («Müstədrəkül-hakim», c. 1, s. 376).

Başqa bir rəvayətdə nəql olunur ki, Aişə həzrət Peyğəmbərin (s) və Əbu-Bəkrin dəfn olunduğu hücrədə namaz qılar, dua oxuyarmış. Ömər orada dəfn olunduqdan sonra Aişə qəbirlər ilə özü arasında divar tikdirdi. O, deyir: «Hücrədə Ömər dəfn olanadək həmişə üzümü açıq qoyar, yüngül geyinərdim. Elə ki, Ömər dəfn olundu, divar tikilənədək tam örtündüm.» («Ət-tarixul-qəvim»,c. 1, s. 193).

Əhməd Hənbəl nəql edir ki, Aişə dedi: «Peyğəmbərin və atamın dəfn olunduğu hücrəyə girdikdə üzümü açar, düşünərdim ki, dəfn olunanlar ərim və atamdır. Amma Ömər orada dəfn olunduqdan sonra, and olsun Allaha, örtünməmiş o hücrəyə girmədim.» («Ət-tarixul-qəvim»,c. 1, s. 208).

Sünnə əhlinin nəql etdiyi rəvayətlərdən aydın olur ki, Aişə mütəmadi olaraq qəbir ziyarətində olarmış. Aişə, Ömər naməhrəm olduğu üçün qəbirlərlə özü arasında divar çəkdirmişdir.

«Səhihe-Buxari»də nəql olunur: «İmam Həsənin oğlu Həsən dünyasını dəyişdi. Onun xanımı qəbri başında xeymə qurub bir il bu xeyməni sökmədi...» («Əl-cənaiz», s. 212, hədis 329). Rəvayətdən mə’lum olur ki, ilkin İslam dövrlərində Peyğəmbərin (s) yaxınlarından olan bir qadın il boyu qəbir ziyarətində olurdu və bunu haram bilən, qadağan edən yox idi. Tarix boyu qadınların kişilər kimi həzrət Peyğəmbərin (s) ziyarətində olması göz qabağındadır. Hal-hazırda Məscidün-nəbidə qadınların ziyarəti üçün xüsusi yer ayırılmışdır. Sünni və şiə qadınlar tərəddüdsüz olaraq mə’sumların qəbrini ziyarət edir, ziyarətnamələr oxuyurlar. Ühüd şəhidləri də beləcə ziyarət olunmaqdadır. Qadınların qəbir ziyarətinə getməsini caiz bilməyən, onlara mane olan, «Peyğəmbər (s) belə qadınları lə’nətləyib» deyən vəhhabilərdən soruşmaq lazımdır ki, Həzrət (s) nə üçün bu işdə qızına və xanımına mane olmurdu? Yoxsa bu qadınların müxalif olduğu güman edilir? Mümkündürmü ki, həzrət Peyğəmbər (s) onun, Bəqidə dəfn olunanların, Ühüd şəhidlərinin ziyarətinə gələn qadınları lə’nətləsin? Heç vaxt! Allah müsəlmanları dar düşüncəli, tarix qarşısında kor dayanmış adamların bəlasından qorusun!

Ничтожен ты или велик - причина тому... твой язык... /Носир Хисроу/

Ссылка на комментарий
Поделиться на других сайтах

  • 4 weeks later...
Siz xırda bir məqamı unutdunuz...

Məsçidul Haram və Nübuvvət ətrafı, o iki şəhər və ətraflarında nə qədər tikili varsa 99%-i Osmanlı tikililəridir :)

Ərəblərə qalsaydı oraları nəinki tikər, hətta söküb yerinə otel tikərdilər :)

Səni bilmirəm amma mən Səudiyyədə olmuşam və Məscidul Həramın ətrafında artıq Osmanlı tikililəri demək olar ki qalmayıb.Hamısı oteldir.Mən Məkkənin sayılıb seçilən adamlarından soruşdum ki buranın(Hərəmin ətrafının) bir kavdrat metri neçəyədir o da cavabında fəxrlə "bir milyon dollar"dedi.

Selefiler Krallarının hər şeyini qoruyullar(maşınını,paltarlarını və s)amma İslam abidələrinə isə biganə yanaşırlar.Mən deyərdim ki bilərəkdən dağıdırlar.Ərəfat nə gündədir qardaşlar?Siz bunu istənilən həcilərdən soruşa bilərsiniz!Hələ mən Hira mağarasını demirəm.Vallahi sidik iyindən içəridə dayana bilmədim.Necə olur ki krallarınızın hər şeyini qoruyursunuz bu bidət deyil,amma Arəfatı qorumaq,peyğəmbərin həyatı ilə bağlı abidələri qorumaq bidətdir?Səudiyyədə olandan sonra həqiqətən də bunları ingilislərin yaratdığına heç bir şüphə etmədim!(Halbuki əvvəııər inanmırdım)

الحَمْدُ للهِ الَّذَي لاَ يَبْلُغُ مِدْحَتَهُ القَائِلُونَ، وَلاِ يُحْصِي نَعْمَاءَهُ العَادُّونَ، ولاَ يُؤَدِّي حَقَّهُ الُمجْتَهِدُونَ

Ссылка на комментарий
Поделиться на других сайтах

Səni bilmirəm amma mən Səudiyyədə olmuşam və Məscidul Həramın ətrafında artıq Osmanlı tikililəri demək olar ki qalmayıb.Hamısı oteldir.

1. Sən nikini dəyiş, qardaş, SAHİBƏZZAMAN yalnız Allahdır ki, Zamanın sahibi və əmr verənidir...

2. Sənin verdiyin fakt Əl Haramın ətrafına aiddir... İndi söhbət bu haqda getmir...

3. Xəvariclər ən sonra Kəbəni də HALAL edəcəklər... Bu haqda hədislər var...

Gücsüz ədalət aciz, ədalətsiz güc zalımdır..

Ссылка на комментарий
Поделиться на других сайтах

1. Sən nikini dəyiş, qardaş, SAHİBƏZZAMAN yalnız Allahdır ki, Zamanın sahibi və əmr verənidir...

2. Sənin verdiyin fakt Əl Haramın ətrafına aiddir... İndi söhbət bu haqda getmir...

3. Xəvariclər ən sonra Kəbəni də HALAL edəcəklər... Bu haqda hədislər var...

İlk öncə kimin nikində nəsə yazılıbsa bu o demək deyil ki həmin şəxs mütləq olaraq o nikin həqiqi mənasının sahibidir.

İkincisi hər şey Allahındır və Allah sahib olduqlarını hər hansısa bəndəsinə verir.Məsələn Yer üzü Allahındır amma Allah öz yaratdıqlarından kimisə ora sahib qərar verir.Nə isə bu uzun söhbətdi!Sahibuzzaman yazmağım mənim Sahibuzzaman olmağım demək deyil.Hər halda "əmməllər niyyətlərə bağlıdır".Bu qədər bilsən bəsdir!

Qardaş sən deyirsən ki

Məsçidul Haram və Nübuvvət ətrafı, o iki şəhər və ətraflarında nə qədər tikili varsa 99%-i Osmanlı tikililəridir

Mən də deyirəm ki o əvvəl idi!Mən Ərəbistanın ən böyük şəhərlərinin hamısını səyahət etmişəm!İnid sənnən öyrənmiyəcəm ki!Gedərsən görərsən!

Xəvariclər elə oraları idarə edənlər və bizlə forumda spor edənlərdir dəəəəə!

الحَمْدُ للهِ الَّذَي لاَ يَبْلُغُ مِدْحَتَهُ القَائِلُونَ، وَلاِ يُحْصِي نَعْمَاءَهُ العَادُّونَ، ولاَ يُؤَدِّي حَقَّهُ الُمجْتَهِدُونَ

Ссылка на комментарий
Поделиться на других сайтах

Səni bilmirəm amma mən Səudiyyədə olmuşam və Məscidul Həramın ətrafında artıq Osmanlı tikililəri demək olar ki qalmayıb.Hamısı oteldir.Mən Məkkənin sayılıb seçilən adamlarından soruşdum ki buranın(Hərəmin ətrafının) bir kavdrat metri neçəyədir o da cavabında fəxrlə "bir milyon dollar"dedi.

Selefiler Krallarının hər şeyini qoruyullar(maşınını,paltarlarını və s)amma İslam abidələrinə isə biganə yanaşırlar.Mən deyərdim ki bilərəkdən dağıdırlar.Ərəfat nə gündədir qardaşlar?Siz bunu istənilən həcilərdən soruşa bilərsiniz!Hələ mən Hira mağarasını demirəm.Vallahi sidik iyindən içəridə dayana bilmədim.Necə olur ki krallarınızın hər şeyini qoruyursunuz bu bidət deyil,amma Arəfatı qorumaq,peyğəmbərin həyatı ilə bağlı abidələri qorumaq bidətdir?Səudiyyədə olandan sonra həqiqətən də bunları ingilislərin yaratdığına heç bir şüphə etmədim!(Halbuki əvvəııər inanmırdım)

resulullahin(saas)emanetine xeyanet edenlerden bele sheyleri gozlemek tebii haqqidir insanlarin!

Vahabilerin Allahi menem,Bunu onlarin alimi tesdiq edir.

"İbtalut-Tə`vilat li Əxbaris-Sifat" adlanır. Kitabın muəllifi Abu Ya`lə b. Muhamməd b. Huseyn b. Muhamməd b. Əl-Fərradır. Bu kitabin 143-cü səhifəsində olan bir hədisi nəzərinizə çatdırmaq istəyirəm.

Qatadə Ikrimədən, Ikrimə İbn Abbasdan rəvayət edir: Rasulallah buyurdu:
"Rəbbimi üzü tüksüz, sallanmış qıvrım saçları olan bir cavan oğlan surətində yaşıl bağda gördüm"
.

Ссылка на комментарий
Поделиться на других сайтах

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Гость
Ответить в тему...

×   Вы вставили отформатированное содержимое.   Удалить форматирование

  Only 75 emoji are allowed.

×   Ваша ссылка была автоматически встроена.   Отобразить как ссылку

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

Загрузка...
×
×
  • Создать...