Перейти к содержимому

Omarle Umm Gulsumun Nigahi

al-Fath

Recommended Posts

Dəfələrlə bu və digər forumlarda bəzi cahil insanların bu əhvalatı Əlinin Ömərlə yaxşı münasibətdə olduğunun sübutu kimi bizə göstəriblər. Amma onlar heç fikirləşmirlər ki, əgər bu səhih məlumatdırsa niyə o nə Buxaridə, nə Müslümdə, nə digər səhihlərdə, hətta müsnədlərin heç birində yoxdur?

Bu saxta məlumat bu kitablarda yazılıb:

1. Al Istiab cild 4 səh 492

2. Asad al Qaybah fi Marifathul Sahaba cild 5 səh 367

3. Tarix Bağdad cild 6 səh 182

4. Tarix Xamis cild 2 səh 384 Zikr Umm Kulsum

5. Təbəqət ibni Sa'd cild 8 səh 463 Zikr Umm Kulsum

6. Savaiq al Muhriqa səh 94

7. Zaxair al Akba səh 168 və 169

8. Asaaf al Ganin səh 162

9. Əl Isabə cild 4 səh 321.

Görək bunlar bu haqda nə yazırlar:

Əbu Ömar deyir: Ömər Əlinin qızını almaq istəyirdi, amma Əli dedi ki, o hələ çox cavandır (uşaqdır), amma Ömər təkid edirdi. Əli dedi ki, mən qızı sizin yanınıza göndərərəm, əgər o sizin xoşunuza gəlsə deyin: “mən razıyam”. Əli qızına bir parça verib dedi: “Bunu Ömərə .r və de: Bu mən sizə dediyim həmin şərfdir”. O Ömərə bu sözləri çatdırdı və Ömər dedi: “Atana de ki, mən qəbul edirəm”. Sonra Ömər əlini qızın belinə qoydu. O dedi: Siz bunu mənə edirsiz? Əgər xəlifə olmasaydız burnunuzu dağıdardım. O evə gedib atasına hər şeyi danışdı. Dedi ki, siz məni murdar bir insanın yanına göndərdiz. Əli dedi: O sənin ərindir. (Asad al Qaybah fi Marifathul Sahaba cild 5 səh 367)

Əl Isabə cild 4 səh 492-də də bu xəbər nəql olunub, amma balaca fərqlə. Üm Gülsüm Ömərə deyir: Əgər siz xəlifə olmasaydız mən sizin üzünüzə tüpürərdim.

Bu xəbərlərdən aydın görsənir ki, Üm Gülsün Ömərə nifrət edir və onu murdar hesab edir.

Zaxair al-Aqbada (səh 169) yazılıb:

Ömər Üm Gülsümlə evlənmək istədiyini Əliyə bildirdi. Əli dedi ki, söz verməkdən qabaq o evdəkilərlə məsləhət etməlidir. Əli Fatimənin uşaqlarını yığıb onlara Ömərin istədiyini dedi. Onlar hamısı razı oldular. Üm Gülsüm isə hələ çox balaca idi. Əli Üm Gülsümü xoş xəbərlə Ömərin yanına göndərdi. Ömər Üm Gülsümü görən kimi onu tutub qucaqladı və “Atan səni mənə verdi” dedi.

Yenə də, “Tarix Xamis” cild 2 səh 384 “Zikr Um Kulsum” və Zaxair al Akba səh 168 nəql olunub:

Ömər Üm Gülsümlə evlənmək istədiyini Əliyə bildirdi. Əli dedi ki, o hələ həddi-buluğa çatmayıb. Ömər dedi: “And olsun Allaha bu belə deyil, siz istəmirsiz ki, mən onunla evlənim. O həddi-buluğa çatmayıbsa onu mənim yanıma göndər, baxım.” Əli qızına bir paltar verib onu Ömərə göstərib “bu paltar nə üçündür?” soruşmasını istədi. O Ömərin yanına gələndə Ömər onun əlindən tutub zorla özünə tərəf dartdı. Üm Gülsüm onu rahat buraxmasını istədi. Ömər ona dedi: Sən çox cəlbedici qızsan. Get atana de ki, sən çox gözəlsən və o sənin haqda mənə düzünü deməyib. Bundan sonda Əli qızını Ömərə verdi.

Yenə də “Tarix Bağdad”dın 6-cı cild 182-ci səhifəsində oxuyuruq:

Ömərdən necə Əlinin qızı ilə evləndi soruşdular. Əli qızına dedi ki, o özünə yaxşı baxsın. O qızını Ömərin yanına göndərdi, Ömər onu belindən qucaqlayıb öpdü. Sonra dedi: “Get atana de ki, mən çox xoşbəxtəm”. Üm Gülsüm evə gələn kimi atasına “Ömər məni zorla qucaqlayıb öpdü və sizə xəbər göndərdi ki, o çox xoşbəxtdir”.

Savaiq al Muhriqa səh 280 və Asaaf al Ganin səh 162 biz oxuyuruq:

Ömər Əlinin qızını almaq istəyir. Əli isə deyir ki, o hələ çox gəncdir. Ömər Əlini pis vəziyyətdə qoyaraq minbərə qalxıb deyir: Allahım, mən Əlini pis vəziyyətə saldım, mən eşitmişəm ki, Peyğəmbər deyib: Qiyamət Günü ona xidmət edən ailələr yalnız mənim ailəmdən olacaq. Əlinin əmri ilə Üm Gülsüm hazırlanır və Ömərin yanına gedir. Ömər onu görəndə ayağa qalxdı, onu dizlərindən tutub öpdü və xeyir-dua verdi. O getmək istəyəndə Ömər onun ayağından tutub dedi: Atana de ki, mən razıyam. O evə qayıdıb olanları atasına danışdı və Əli onu Ömərə ərə verdi.

İndi də görək Təbəqət ibni Sa'd cild 8 səh 463 “Zikr Umm Kulsum”-da yazılana baxaq:

Ömər Əlidən Üm Gülsümü istəyir, Əli isə cavabında detir ki, ey ədalət sahibi o hələ körpədir. Ömər isə cavabında deyir: Bu düz deyil. Sən məndən uzaqlaşmağa çalışırsan. Buna görə də Əli əmr edir ki, Üm Gülsüm çimsin və şal geyinsin. Əli ona deyir: Get xəlifənin yanına və salamlarımı ona çatdır, de ki, əgər şalını xoşlasa özünə götürsün, əks halda geri qaytarsın. Üm Gülsüm Ömərin yanına gələndə o dedi: Allah səni və atanı saxlasın, bu mənim xoşuma gəldi.

Üm Gülsüm geri qayıtdı və atasına dedi ki, Ömər şalı açmadı, sadəcə mənə baxdı. Əli onu Ömərə ərə verir və onların Zeyd adlı uşağı olur.

Bu hədislərdən aydın olur ki, birincisi Üm Gülsüm hələ çox balaca, həddi-buluğa çatmamış bir qız idi və ikincisi də Əli onu Ömərə vermək istəmirdi, Ömər onu məcbur alır.

Bu hədislərin heç biri Əlinin Ömərə qarşı məhəbbətini, onun Ömər ilə qohum olmaq istəyini göstərmir. Əksinə bu hədislər həm Əlini həm də Öməri alçaldır!

Ничтожен ты или велик - причина тому... твой язык... /Носир Хисроу/

Ссылка на комментарий
Поделиться на других сайтах

Allah Omara lanat etsin! Onun hartarfli alcag oldugunu onsuz da bilirik!!! Allah giyamet gununun sahibidir!

Qaydaların 2.1 (Dini hərəkat, milli və dini dövlətlər liderlərini təhqir etmək xəlifələrdə bura aiddir) bəndini pozduğunuza görə reytinqiniz 20% artırılır.

Birdə deyim ki, Ömər bunu etməyib, bu cahillər tərəfindən ona atılan iftiradır!

Изменено пользователем al-Fath

HAGIGATAN BIZIM HADISLARIMIZ GALBLARI DIRILDIR!

Imam Mahammad Bagir (A), Biharul-Envar,/ 2/144</SPAN>

Ссылка на комментарий
Поделиться на других сайтах

Qəribə olan bilirsən nədir?

Siz ki əl-Hakimin "əl-Müstədrək" əsərini bu qədər sevirsiniz və onu əshab əs-səhihdən biri olduğunu iftixarla qəbul edirsiniz, lakin burada eyni hadisəni onun da "əl-Müstədrək" əsərində elə əs-Sadiqdən, rahiməhullah, rəvayət etdiyini qeyd etmirsiz. Eləcədə əl-Beyhəqi bunu "Sünən əl-Kubra" kitabında əl-Həsən bin əl-Həsən əl-Muctəbadan rəvayət etmişdir.

Bunun səhihliyi barədə müzakirə etmək belə dəyərsizdir. Çünki bunu şiə alimləri özləri belə təsdiq edirlər, bunu əl-Kuleyni, ət-Tabərsi, Əbul-Həsən əl-Amri, Əbu Nasr əl-Buxari və bir çoxları qeyd edirlər və əl-Məclisi də həmin bu rəvayətləri səhih saymışdır...

Lakin bütün bunlardan əlavə başqa məsələyə baxmaq lazımdır. Ömər Umm Kulsum ilə evlənmək istədikdə, Umm Kulsum hələ də uşaq idi. Yəni, hələ evlənmək üçün hazır deyildi və Hz. Əli onu uşaq olarkən Ömərin yanına göndərmişdi. Eləcədə Ömər də ona uşaq münasibəti göstərmişdi, çünki heç kəs o zaman hələ uşaqla evlənmək fikrində deyildi. Bundan bir-neçə il sonra artıq həddi-büluğa az qalmış Umm Kulsum ilə Ömərin nikahı bağlanır, lakin hələ də tam baliğə olmadığı üçün evlilik kamil olmur, bundan bir il sonra Umm Kulsum baliğə olduqdan sonra Ömər ilə evlənirlər.

Bu mesleni bir qeder aydinlashdirin. Heddi-buluga chatmayan qiz ushagyla nigah baglamaga icaze verilir??

Изменено пользователем Atella
Ссылка на комментарий
Поделиться на других сайтах

Allah Omara lanat etsin! Onun hartarfli alcag oldugunu onsuz da bilirik!!! Allah giyamet gununun sahibidir!

Qaydaların 2.1 (Dini hərəkat, milli və dini dövlətlər liderlərini təhqir etmək xəlifələrdə bura aiddir) bəndini pozduğunuza görə reytinqiniz 20% artırılır.

Birdə deyim ki, Ömər bunu etməyib, bu cahillər tərəfindən ona atılan iftiradır!

eziz qardasim sen Omerin kafirliyine $ubhemi edirsen? Allah size hidayet versun doqurdanda gunahgar bir bendesiniz Allah bizi fitne ve onun ehlinden qorusun Aminnnnn :)

reytinq 20% http://forum.bakililar.az/index.php?s=&amp...t&p=1740559

Изменено пользователем al-Fath
Ссылка на комментарий
Поделиться на других сайтах

Qəribə olan bilirsən nədir?

Siz ki əl-Hakimin "əl-Müstədrək" əsərini bu qədər sevirsiniz və onu əshab əs-səhihdən biri olduğunu iftixarla qəbul edirsiniz, lakin burada eyni hadisəni onun da "əl-Müstədrək" əsərində elə əs-Sadiqdən, rahiməhullah, rəvayət etdiyini qeyd etmirsiz. Eləcədə əl-Beyhəqi bunu "Sünən əl-Kubra" kitabında əl-Həsən bin əl-Həsən əl-Muctəbadan rəvayət etmişdir.

Mən Hakimin əsərini sevmirəm, ona münasibətim digər əhli-sünnət alimlərinə olan münasibətim kimidir. Onun bu əhvalatı qeyd etməsinin mətnini və yerini gətirsəz, onu araşdırıb sizə cavab verərəm.

Bunun səhihliyi barədə müzakirə etmək belə dəyərsizdir. Çünki bunu şiə alimləri özləri belə təsdiq edirlər, bunu əl-Kuleyni, ət-Tabərsi, Əbul-Həsən əl-Amri, Əbu Nasr əl-Buxari və bir çoxları qeyd edirlər və əl-Məclisi də həmin bu rəvayətləri səhih saymışdır...

Bu xəbər hələ təkcə mətninə görə səhih deyil. Həmçinin onun raviləri arasında da zəif insanlar var.

Şiə alimləri deyəndə niyə hədis alimlərini qeyd edirsiz, məgər biz sizin kimi hədis əhliyik? Kuleyninin kitabı səhih deyil və o heç bir hədisə səhih deməyib. Məclisi isə öz hədislərinin bəzilərinə səhih desə də, keçmiş və müasir rical alimləri onların zəif olduqlarını sübut ediblər.

Lakin bütün bunlardan əlavə başqa məsələyə baxmaq lazımdır. Ömər Umm Kulsum ilə evlənmək istədikdə, Umm Kulsum hələ də uşaq idi. Yəni, hələ evlənmək üçün hazır deyildi və Hz. Əli onu uşaq olarkən Ömərin yanına göndərmişdi. Eləcədə Ömər də ona uşaq münasibəti göstərmişdi, çünki heç kəs o zaman hələ uşaqla evlənmək fikrində deyildi. Bundan bir-neçə il sonra artıq həddi-büluğa az qalmış Umm Kulsum ilə Ömərin nikahı bağlanır, lakin hələ də tam baliğə olmadığı üçün evlilik kamil olmur, bundan bir il sonra Umm Kulsum baliğə olduqdan sonra Ömər ilə evlənirlər.

İbn Hacər əl Məkki Səvaiqin 94-cü səhifəsində yazır:

Ömərin Ümm Gülsümü qucaqlayıb öpməsi haram deyil, çünki Ümm Gülsüm o vaxt həddi-buluğa çatmamışdı.

Sizin bəzi alimləriniz yazır ki, Ümm Gülsüm həddi-buluğa çatmayan körpə idi. Bəziləri ona (səqirə) körpə, bəziləri isə (səbiyə) süd əmər deyiblər. Amma helələri də var ki, Ümm Gülsümün hicrətin 6 ilində anadan olmasını və 17 ildə (11 yaşında) Ömərlə evlənməsini qeyd edirlər. Əgər bu belədirsə onda niyə Ömər (sizin dediyiniz kimi) hələ bir il onun həddi-buluğa çatmasını gözləyib, nəzərə alsaq ki, Peyğəmbərimiz (Buxarinin qeydinə görə) Aişə ilə onun 6 yaşı olanda nigah bağlayıb və onun 9 yaşı tamamlananda onunla yaşamağa başlayıb?!

Ümumiyyətlə bu xəbərlərin hansı səhihdir? Və ən əsası niyə heç kim Əlinin qızı Ümm Gülsümün adını qeyd etmir, axı Ümm Gülsüm künyədir, bəs bunun adı nədir?

Əmr ibn As Ömərə deyir: Ümm Gülsüm bintə Əbu Bəkr hələ balaca və həddi-buluğa çatmayan qızdır. Siz onunla çox kobutsuz, hətta biz sizdən qorxuruq. Əgər o qız hansısa məsələdə sizə qarşı olarsa siz onu kədərləndirməyin, çünki bu onun atası Əbu Bəkrə ağrı verər.

Tarix Kamil cild 3, səh 27

Bu rəvayətə əsasən Ömərin zövcəsi Əlinin qızı Ümm Gülsüm yox, Əbu Bəkrin qızı Ümm Gülsüm olub. Ümumiyyətlə tarixdə Ömərin bir neçə Ümm Gülsüm adlı zövcəsinin olması qeyd olunub. Bunlar:

1. Ümm Gülsüm Cəmilə bintə Asim bin Sabit – bu Asim bin Ömərin anasıdır. (Tarix Kamil cild 2 səh 251)

2. Ümm Gülsüm bintə Cərvilə Xuzema – onun adı Məleykə idi və o Zeyd bin Ömərin anasıdır. (Tarix Kamil cild 3 səh 22)

3. Ümm Gülsüm bintə Ukbə bin Əbi Məyyas – Zuhri deyir ki, cahilliyə vaxtı o Əmr bin Asın zövcəsi olub. O islamı qəbul edib Əmri tərk etdi. Onun qohumları rəsuləllahdan onu qaytarmasını istədikdə rəsuləllah onlara dedi ki, islamı qəbul etmiş heç bir qadın qayıtmayacaq. Əmr onda kafir idi, Ümm Gülsüm ona qayıtmadı və Ömər onunla evləndi. (“Şərh Buxari” Qastalani cild 4 səh 349)

4. Ümm Gülsüm bintə Rəhəb. (Sünən Əbi Davud və İbn Macə)

5. Ümm Gülsüm bintə Əbu Bəkr – anası Əsma bində Umaisdir. O həmçinin Mühəmməd bin Əbu Bəkrin anası idi (Aləm əl Nisə cild 4 səh 250). O 12-ci hicri ilində Əbu Bəkrin vəfatından sonra anadan olmuşdur (Tarix Təbəri cild 2 səh 50; Tarix Kamil cild 2 səh 161; Tarix Xəmis cild 2 səh 267; əl-İsabə səh 286). Əsma imam Əliyə ərə getmiş və onun qızı Ümm Gülsüm də onunla birgə Əlinin evinə getmişdir. (Malik Daulat “Hidayat əl Saud” səh 359)

Bu katablarda yazılıb ki, Ömər Aişədən Əbu Bəkrin qızı Ümm Gülsümü istədi və Aişə ona dedi ki, o hələ çox balacadır.

Tareekh Tabari Volume 5 page 2734, Dhikr Zawaj Umar:

Tareekh Kamil Volume 3 page 27 Dhikr Zawaaj Umar

al Bidaya wa al Nihaya Volume 7 page 139

Kanz al Ummal Volume 7 page 98

Ibn Qutaybah “al Maarif” page 76, Dhikr Aulad 'Abu Bakr

Riyadh al Nadira Volume 1 page 303, Dhikr Aulad Abu Bakr

Həmçinin hənəfi alimi, mufti Qulam Rəsul (Hasab aur Nasab cild 5 səh 216-217) yazır ki, bu əhvalat qondarmadır. O yazır ki, Ömər fiziki olaraq bu qızla evlənə bilməzdi (yəni ona daha qadın lazım deyil). Sonra yazır ki, əslində Ömər Ümm Gülsüm bintə Cərvəl ilə evlənib, Ümm Gülsüm bintə Əli ilə yox, amma sonradan kimlərsə bunu saxtalaşdırıblar!

post-25326-1210048201.jpg

Ничтожен ты или велик - причина тому... твой язык... /Носир Хисроу/

Ссылка на комментарий
Поделиться на других сайтах

Mən Hakimin əsərini sevmirəm, ona münasibətim digər əhli-sünnət alimlərinə olan münasibətim kimidir. Onun bu əhvalatı qeyd etməsinin mətnini və yerini gətirsəz, onu araşdırıb sizə cavab verərəm.

Sizin ikili standartlarınız məni təəccübləndirmir artıq. Prinsipial yerlərdə müəyyən hədisləri müdafiə etmək üçün əl-Hakimin tərəfini tutursunuz və onun necə güclü bir alim olduğundan danışırsınız (və mənim bunda heç bir şübhəm yoxdur), lakin sərf etməyən yerlərdə artıq əl-Hakimin sözlərinə deyil, hədislərin sənədlərinə baxmaq istəyirsiz. Buna nə ad verəcəyimi bilmirəm.

Bu xəbər hələ təkcə mətninə görə səhih deyil. Həmçinin onun raviləri arasında da zəif insanlar var.

Şiə alimləri deyəndə niyə hədis alimlərini qeyd edirsiz, məgər biz sizin kimi hədis əhliyik? Kuleyninin kitabı səhih deyil və o heç bir hədisə səhih deməyib. Məclisi isə öz hədislərinin bəzilərinə səhih desə də, keçmiş və müasir rical alimləri onların zəif olduqlarını sübut ediblər.

Mən deyirəm ki, sizin məşhur hədis aliminiz o hədislərin səhih olduğunu təsdiq edir. əl-Kuleyni özü də bunu qəbul edir, çünki əgər qəbul etməsəydi, o zaman bunun üçün ayrı bir bab açmazdı... Mən həmişə demişəm və indi də söyləyirəm ki, şiə tayfalarındakı hədis və ricəl elmi əhli-sünnətdən qat-qat sonralar ortaya çıxıb... həm də mövcud hədis elminiz belə etiqadınız kimi təzadlıdır.

Sizin bəzi alimləriniz yazır ki, Ümm Gülsüm həddi-buluğa çatmayan körpə idi. Bəziləri ona (səqirə) körpə, bəziləri isə (səbiyə) süd əmər deyiblər. Amma helələri də var ki, Ümm Gülsümün hicrətin 6 ilində anadan olmasını və 17 ildə (11 yaşında) Ömərlə evlənməsini qeyd edirlər. Əgər bu belədirsə onda niyə Ömər (sizin dediyiniz kimi) hələ bir il onun həddi-buluğa çatmasını gözləyib, nəzərə alsaq ki, Peyğəmbərimiz (Buxarinin qeydinə görə) Aişə ilə onun 6 yaşı olanda nigah bağlayıb və onun 9 yaşı tamamlananda onunla yaşamağa başlayıb?!

Ümumiyyətlə bu xəbərlərin hansı səhihdir? Və ən əsası niyə heç kim Əlinin qızı Ümm Gülsümün adını qeyd etmir, axı Ümm Gülsüm künyədir, bəs bunun adı nədir?

Bəzi-bəzi alimlər söyləməklə burada heç bir faktı dəyişmək mümkün deyildir. Hamı bilir ki, Umm Kulsum peyğəmbər, salləllahu aleyhi va səlləm, ölməmişdən əvvəl doğulmuşdur. Hz. Ömər isə Umm Kulsuma təxminən hicri 17ci ildə xatib olmuşdur. O zaman Umm Kulsumun ən azından 6 yaşı var idi və hələ də uşaq idi. Hz. Əlinin Umm Kulsumun hələ süd əmər olmasını söyləməsi bir mübaliğədir və bu ərəb dilində məşhurdur. Xatib olmaq isə o demək deyil ki, kimisə sevib ona vurulmaqdır. Sadəcə olaraq o dövrdə şərəfli ailənin qızları ilə evlənmək şərəf sayılırdı və Sad bin Əbi Vaqqasın məsləhəti ilə Ömər Əlidən Umm Kulsumu istəyir. Yəni, Umm Kulsum həddi büluğa çatdıqda, onunla evlənmək istəyir. Qaldı ki, Ömərin Umm Kulsum hələ uşaq olarkən onu öpməsi, bunda qəribə heç bir şey yoxdur. Yalnız qəlbi əyri olan, ağlına pis-pis şeylərdən başqa bir şey gəlməyən biri bunu bu şəkildə fikirləşər. Mən özüm mənə yaxın olan birini tanıyıram və onu mən hələ də uşaqlıqdan tanıyıram. Onunla kəndlərinə xalası gilə getmişəm. Xatırlayıram ki, onun hələ 18 yaşı olanda xalası qızının 6 yaşı var idi və xalası qızı onun qucağına gəlib oturardı və o da onun başını sığallayardı və öpərdi. Oğlanın 27 yaşı oldu və həmin xalası qızı 15 yaşına çatdıqda evləndilər....indi məsələ burasındadır ki, bütün bunlarda qəribə heç bir şey yoxdur. Qızlar artıq 11-12 yaşlarından yetkin və evliliyə hazır ola bilirlər. Təxminən 3 ay bundan əvvəl evimizə Təbrizli bir ailə gəlmişdi və onların qızını görəndə elə düşündüm ki, 16-17 yaşı olar. Lakin qızın 12 yaşı var idi. Həmin qız çox böyük və yetkin görsənirdi. Qızların isə oğlanlardan daha tez böyüməsi məlum bir şeydir...Ona görə də Hz. Ömərin Umm Kulsuma hələ uşaq vaxtı xatib olması və 11 yaşına çatdıqda onunla gərdəyə girməsində qəribə bir şey yoxdur və eləcədə Umm Kulsumu uşaq olarkən öpməsində də bir şey yoxdur. Çünki İslam şəriəti uşaqları öpməkdə heç bəis görmür...

Əmr ibn As Ömərə deyir: Ümm Gülsüm bintə Əbu Bəkr hələ balaca və həddi-buluğa çatmayan qızdır. Siz onunla çox kobutsuz, hətta biz sizdən qorxuruq. Əgər o qız hansısa məsələdə sizə qarşı olarsa siz onu kədərləndirməyin, çünki bu onun atası Əbu Bəkrə ağrı verər.

Tarix Kamil cild 3, səh 27

Bu rəvayətə əsasən Ömərin zövcəsi Əlinin qızı Ümm Gülsüm yox, Əbu Bəkrin qızı Ümm Gülsüm olub. Ümumiyyətlə tarixdə Ömərin bir neçə Ümm Gülsüm adlı zövcəsinin olması qeyd olunub. Bunlar:

1. Ümm Gülsüm Cəmilə bintə Asim bin Sabit – bu Asim bin Ömərin anasıdır. (Tarix Kamil cild 2 səh 251)

2. Ümm Gülsüm bintə Cərvilə Xuzema – onun adı Məleykə idi və o Zeyd bin Ömərin anasıdır. (Tarix Kamil cild 3 səh 22)

3. Ümm Gülsüm bintə Ukbə bin Əbi Məyyas – Zuhri deyir ki, cahilliyə vaxtı o Əmr bin Asın zövcəsi olub. O islamı qəbul edib Əmri tərk etdi. Onun qohumları rəsuləllahdan onu qaytarmasını istədikdə rəsuləllah onlara dedi ki, islamı qəbul etmiş heç bir qadın qayıtmayacaq. Əmr onda kafir idi, Ümm Gülsüm ona qayıtmadı və Ömər onunla evləndi. (“Şərh Buxari” Qastalani cild 4 səh 349)

4. Ümm Gülsüm bintə Rəhəb. (Sünən Əbi Davud və İbn Macə)

5. Ümm Gülsüm bintə Əbu Bəkr – anası Əsma bində Umaisdir. O həmçinin Mühəmməd bin Əbu Bəkrin anası idi (Aləm əl Nisə cild 4 səh 250). O 12-ci hicri ilində Əbu Bəkrin vəfatından sonra anadan olmuşdur (Tarix Təbəri cild 2 səh 50; Tarix Kamil cild 2 səh 161; Tarix Xəmis cild 2 səh 267; əl-İsabə səh 286). Əsma imam Əliyə ərə getmiş və onun qızı Ümm Gülsüm də onunla birgə Əlinin evinə getmişdir. (Malik Daulat “Hidayat əl Saud” səh 359)

Elə yazmısan ki, sanki oxuyan elə düşünəcək ki, Amr bin əl-As öz sözləri ilə Ömərin evləndiyini təsdiq edir və sonra isə yazmısan ki, bəs bu mənbələrdə yazılıb ki, Ömər Əbu Bəkrin qızı Umm Kulsumu istədi və ona vermədilər. Özün yazın özünü inkar edirsən...özün görürsən ki, Ömər Əbu Bəkrin qızı ilə evlənməyib, evlənməyi istəməsi isə onunla evlənmək anlamına gəlmir. Heç bir yerdə də yazılmayıb ki, Ömər Əbu Bəkrin qızı Umm Kulsum ilə evlənmişdir. Sənin Amr bin əl-Asdan gətirdiyin hekayə isə yarımçıqdır, əgər sən əl-Kamil fit-Tarix əsərinə baxmaq imkanın varsa, göstərdiyin yerə get bir də bax və orada görəcəksən ki, Amr bin əl-As Ömərə məsləhət verir ki, Umm Kulsumun onu geri çevirməsinə qızmasın, çünki Umm Kulsum Ömərə demişdir ki, "mənim ona ehtiyacım yoxdur, çünki o kobuddur və qadınlara qarşı sərtdir"...Amr bin əl-Asda bunun əvəzində Ömərə nəsihət edir ki, bu işin üstünə düşməsin! İkincisi isə bu hekayə ümumiyyətlə sənəd cəhətindən munqatidir, yəni muttasil sənədi yoxdur.

Qaldı ki, Ömərin bir çox Umm Kulsum adında zövcələrinin olmasına, burada yazdıqların da təhrifdir...

1. Cəmilə bin Asim bin Sabitin kunyəsi Umm Kulsum deyil, Umm Asimdir və bunu İbn Abdilbərr və İbn əl-Əsir öz kitablarında qeyd edirlər.

2. Umm Kulsum bint Cərvilə Xuzeymə və bəli, həqiqətən də bu qadın Ömərin zövcəsi olmuşdur. Məlum olan isə budur ki, bint Cərvilə həyatda və kitablarda Umm Kulsum kunyəsi ilə deyil, Məlikə adı ilə məşhurdur.

3. Umm Kulsum bint Uqba, bu səhabə qadın İslamı qəbul etdikdən sonra Mədinədə Harisə bin Zeyd ilə evlənir, lakin Harisə şəhid olur. Daha sonra Zubeyr bin Avvama ərə gedir və ondan Zeynəb adında qızı olur, lakin Zubeyr onu boşayır. Daha sonra isə peyğəmbərin s.a.s. məsləhəti ilə Abdurrahmən bin Aufun təklifini qəbul etmişdir və Abdurrahmən bin Aufun ölümünə qədər onun zövcəsi olmuşdur. ibn Auf isə Ömərdən 10 il sonra ölmüşdür. Abdurrahmən bin Aufun ölümündən sonra Amr bin əl-Asa ərə getmişdir. əl-Qastalaninin "İrşad əs-Sari" əsərində isə Ömər deyil, Amr qeyd olunur, sonun "vav" hərfi vardır.

4. Umm Kulsum bint Rahab, bu qadının kim olduğunu tanımadım və onun haqqında Sunən ƏBu Davud ilə İbn Macəyə referens vermisən. Daha dəqiq yerlərini göstərsəydin, bilərdik. Lakin biz bilirik ki, Ömərin bu adda zövcəsi olmamışdır.

5. Umm Kulsum bint Əbi Bəkr...bu isə əsassızdır. Çünki biz bilirik ki, Hz. Ömər Əbu Bəkrin qızını istəyib, lakin Umm Kulsum razı olmayıb. Digər tərəfdən isə Umm Kulsum Əbu Bəkr öldükdən sonra doğulub, Ömər öləndə Umm Kulsum bint Əbi Bəkrin 9 ya da 10 yaşı var idi. Həqiqətdə isə Umm Kulsum bint Əbi Bəkrin heç bir zaman Ömərin zövcəsi olmayıb, o, Ubeydullah bin Talhanın zövcəsi olub və ondan Muhamməd, Zəkəriyya və Aişə adında üç uşağı olub.

Şiələrin böyük alimləri bu evliliyi qəbul edirlər və onlara görə guya Əli məcbur olub qızını verməyə və Əlini mukrih görürlər. Bəzi şiə alimləri isə deyirlər ki, guya Ömər Əlinin qızı Umm Kulsum ilə deyil, Yəhudilərin nəccar qəbiləsindən bir cin qız ilə evlənib. Guya Əli həmin cinə əmr edib ki, Umm Kulsumun cildini alsın və Ömərin yanına getsin. Başqaları isə iddia edirlər ki, guya həmin Umm Kulsum Əlinin qızı deyil, onun qulluqçusu olmuşdur...

Yəni, hara istəsən bu məsələni fırladan şiə alimləri vardır və bu, onların adətidir. Bu şiə əlimlərindən bir çoxu hələ peyğəmbərin, salləllahu aleyhi va səlləm, Fatimədən - radiyallahu anhə - başqa qızının olduğunu da inkar edirlər. Lə həulə va lə quvvətə illə billəh. Bu barədə hələ kitab belə yazıb isbat etmək istəyirlər ki, Ruqeyya, Umm Kulsum, Zeynəb peyğəmbərin, s.a.s. qızları olmamışdır...

Şiələrdə Əmin əl-İslam ləqəbi ilə tanınan ət-Tabərsi özünün "İləm əl-Vara bi İləm əl-Huda" kitabında (səh: 402) deyir:

وأما أم كلثوم فهي التي تزوجها عمر بن الخطاب وقال أصحابنا إنه عليه السلام إنما تزوجها منه بعد مدافعة كثيرة وامتناع شديد واعتلال عليه بشيء بعد شيء حتى ألجأته الضرورة إلى أن رد أمرها إلى العباس بن عبدالمطلب فزوجها إياه

"Lakin Umm Kulsum, Ömər bin əl-Xattaba ərə getmişdir. Bizim əshabımız dedi: Əli - aleyhis-sələm - onu çoxlu münaqişə, inkar və tərəddüddən sonra zərurət qarşılığında verdi və hətta bu işə Abbas bin Abdulmuttəlib qarışdı və o da ona ərə verdi..."

Şiələrin ən məşhur nəsəb və tarix alimlərindən biri İbn ət-Taqtaqi əl-Həsəni adı ilə məşhur olan Seyfuddin bin Muhamməd bin Tacəddin Əli belə bu evliliyi təsdiq edir. Bu məsələdə isə ən doğru sözlülər nəsəb alimləridir.

Sizin əl-Kafi kitabında isə deyir:

Əli ibn İbrahim öz atasından, o da İbn Əbi Umeyrdən, o isə Hişam bin Səlimdən, o da Hamməddən, o isə Zurarədən, o isə Əbu Abdullahdan Umm Kulsumun evliliyi barədə rəvayət edir. Əbu Abdullah dedi: "Bu, verdiyimiz bir fərcdir."

İndi sən mənə bu rəvayətin zəifliyini göstərə bilərsənmi?

Ссылка на комментарий
Поделиться на других сайтах

əl-Hakimin "Müstədrək" əsərindəki hədis:

حدثنا الحسن بن يعقوب وإبراهيم بن عصمة العدلان قالا ثنا السري بن خزيمة ثنا معلى بن راشد ثنا وهيب بن خالد عن جعفر بن محمد عن أبيه عن علي بن الحسين أن عمر بن الخطاب رضى الله تعالى عنه خطب إلى علي رضى الله تعالى عنه أم كلثوم فقال انكحنيها فقال علي إني أرصدها لابن أخي عبد الله بن جعفر فقال عمر أنكحنيها فوالله ما من الناس أحد يرصد من أمرها ما أرصده فأنكحه علي فأتى عمر المهاجرين فقال ألا تهنوني فقالوا بمن يا أمير المؤمنين فقال بأم كلثوم بنت علي وابنة فاطمة بنت رسول الله صلى الله عليه وسلم إني سمعت رسول الله صلى الله عليه وسلم يقول كل نسب وسبب ينقطع يوم القيامة إلا ما كان من سببي ونسبي فأحببت أن يكون بيني وبين رسول الله صلى الله عليه وسلم نسب وسبب هذا حديث صحيح الإسناد ولم يخرجاه

"əl-Müstədrək aləs-Səhih", 3/142 (4684)

Ссылка на комментарий
Поделиться на других сайтах

Salamlar.

Gorurem bu movzu bosh yere uzanmaqdadir. Salahuddinde hemisheki kimi, qatigin qara olmasinda israr edir. Ummu Gulsumun Omere ere getmekliyi ile Ehli-Sunne demek isteyir ki, Hz.Ali(e)-ile Omerin munasibetleri normal olub. Lakin biz Shieler bu hadisenin bash vermesini qebul etsek bele bu ishin(evlenmenin) zor ve tehdidi gucune bash vermesini deyirik. Buna subut olaraq hem oz menbelerimizden hem de Ehli-Sunne menbelerinden delillerimiz var.

salahuddin senin getirdiyin delillerde uzagi bu hadisenin bash vermesine subut ola biler. Eger bashqa revayetlere baxsaq gorerik ki, bu hadise zor ve tehdid gucune olub.

Ashagida ki, yazdiqlarini deqiqleshdirmek isterdim

Sizin əl-Kafi kitabında isə deyir:

Əli ibn İbrahim öz atasından, o da İbn Əbi Umeyrdən, o isə Hişam bin Səlimdən, o da Hamməddən, o isə Zurarədən, o isə Əbu Abdullahdan Umm Kulsumun evliliyi barədə rəvayət edir. Əbu Abdullah dedi: "Bu, verdiyimiz bir fərcdir."

Bu revayetin deqiqi menbeyi nedir?

əl-Hakimin "Müstədrək" əsərindəki hədis:

حدثنا الحسن بن يعقوب وإبراهيم بن عصمة العدلان قالا ثنا السري بن خزيمة ثنا معلى بن راشد ثنا وهيب بن خالد عن جعفر بن محمد عن أبيه عن علي بن الحسين أن عمر بن الخطاب رضى الله تعالى عنه خطب إلى علي رضى الله تعالى عنه أم كلثوم فقال انكحنيها فقال علي إني أرصدها لابن أخي عبد الله بن جعفر فقال عمر أنكحنيها فوالله ما من الناس أحد يرصد من أمرها ما أرصده فأنكحه علي فأتى عمر المهاجرين فقال ألا تهنوني فقالوا بمن يا أمير المؤمنين فقال بأم كلثوم بنت علي وابنة فاطمة بنت رسول الله صلى الله عليه وسلم إني سمعت رسول الله صلى الله عليه وسلم يقول كل نسب وسبب ينقطع يوم القيامة إلا ما كان من سببي ونسبي فأحببت أن يكون بيني وبين رسول الله صلى الله عليه وسلم نسب وسبب هذا حديث صحيح الإسناد ولم يخرجاه

"əl-Müstədrək aləs-Səhih", 3/142 (4684)

Buradda ne yazilib? Ve bu hedisi niye getirdin?

Ссылка на комментарий
Поделиться на других сайтах

Nardarani

İnanmıram ki, sən mövzunu axıra qədər oxumusan, çünki oxusaydın söhbətin nədən getdiyini anlayardın. Bu mövzunu açan sənin əqidə qardaşın Fath iddia edir ki, belə bir şey baş verməyib. Yəni, söhbət bundan gedir ki, Fath bu hadisənin olmasını inkar edir və mən də onun xətalı olduğunu izah etmişəm. İndi əgər lazımsız söhbətlər olmasa bu mövzu uzanmaz.

Qaldı ki, Hz. Əlinin öz qızını Ömərə hansı şəkildə verməsinə...mən deyirəm ki, bu məsələ sırf insanın şəxsi anlayışıdır. Mən deyirəm ki, Hz. Əli kifayət qədər mərd kişi olub ki, istənilən zalımın qarşısında öz qızının və peyğəmbər - salləllahu aleyhi va səlləm - nəvəsinin ırzını müdafiə edə bilərdi.

İslam şəriətindən anlaşılan budur ki, kafirə qız vermək olmaz, nə də münafiqə qız vermək olmaz. Hər ikisi də haramdır. Qadın bilərəkdən kafirə ərə gedərsə zina etmiş sayılır. Ona görə də Hz. Əli nə qədər də zərurət qarşısında qalsa da, sırf şəri mənada öz qızına zina etdirə bilməz. Aydındır? Yəni ki, heç bir kəsin haqqı yoxdur ki, öz həyatı üzərindəki təhlükəyə görə başqasının ırzını və ya canını hədər versin! Bunu Allahu Təalə qəbul etmir.

O zaman şiə gərək qəbul etsin ki, Hz. Ömər kafir və münafiq olmayıb. Hz. Ömər müsəlman biri olub. O zaman da anlaşılan bu olur ki, Hz. Ömər ilə Hz. Əli qardaş olublar.

Sənin məcburiyyət və təzyiq dediyinə mən təkid və inadkarlıq deyirəm. Sənin gətirdiyin dəlillərdə də bundan artıq bir şey yoxdur. Heç bir insan o şərəfə nail olmağı boş-boşuna əldən verməz, yəni peyğəmbər s.a.s nəsəbi ilə qohumluq qurmaq şərəfini heç kəs boş-boşuna əldən verməz...

Bu mənim məntiqimdir.

Ссылка на комментарий
Поделиться на других сайтах

salahuddin

Səndən 2-şeyi dəqiqləşdirməyini istəmişdim. Yəqin yadınnan çıxıb.

Bu mənim məntiqimdir.

Yazdıqlarını məntiqlə yox nəqli dəlillərlə möhkəmləndirsəydin sənə bərəkallah deyərdim!

İndi isə mənim məntiqimə və nəülimə qulaq ver.

Bəşər Tarixi həmişə siyasətçilərin və hökmdarların tərifinə məruz qalıb. Tarixə edilmiş zülmlər İslam Tarixindən də yan keçməyib. İslam ölkələri həmişə sünnü məzhəbindən olan şəxslərin hakimiyyəti altında olub. Və yaxud sünnülərə meyilli və ya onlarla əməkdaşlıqa edən insanlar təsiri altinda. Belə bir zamanda da İslam Tarixi yazılıb. Bu səbəbdən Şiənin əksinə əfsanələr Tarix kitablarında doludur. İslam Tarixində olan əfsanələrdən biri də Ömərin Ummu Gülsümü almaq məsələsidir.

salahuddin Şiə alimləri bu icdivac barədə müxtəlif fikirlər irəli sürmüşlər.

1. Bəziləri Həzrəti Zəhranın Ümmü Gülsüm adda qızının olmasını inkar etmişlər.

ليس لصديقة الطاهرة بنت غير السيدة زينب. و انّها تكنّا بأُمّ كلثوم. كما ذكرنا اليه بعض المحققين. و علي ايّ حال فإنّي اذهب بغير تردد اذا ان الصديقة الطاهرة الزهراء ليس عندها بنت تسمّي بأُم كلثوم

حياة سيدة النساء فاطمة الزهرا سلام الله عليها، ص 219

"Sidiqeyi Tahirənin Zeynəbdən başqa qızı olmayıb. Və onun künyəsi Ümmü Gülsüm olub. Bəzi mühəqqiqlər də bu fikirdədirlər. Hər halda mən tərəddüd etmədən deyirəm ki, Sidiqeyi Tahirənin Zeynəbdən başqa qızı olmayıb"

2. Bəziləri belə bir izdivacın olmasını inkar etmişlər.

Bu əqidə də olan alimlərdən Şeyx Müfidi və Nasir Hüseyn Al-Handini misal kimi göstərmək olar.

İndi sənə yəqin aydın oldu niyə Al-Fatih-də belə bir izdavacın olmamasını deyir.

3. Bəziləri belə bir izdivacın baş verməsini qəbul edir amma zor gücünə.

Bu barədə Seyid Murtəza (رضوان الله تعالي عليه ) özünün تنزيه الأنبياء kitabının 191 ci səhifəsində yazır:

أنّه ( عليه السلام ) ما أجاب عمر إلى انكاح بنته إلا بعد توعد وتهدد...

"İmam Əli(ə) ona müsbət cavab vermədi, lakin onun zor və təhdidindən sonra..."

O ki, qaldi Müstərdrəkdən getırdiyin hədisə

əl-Hakimin "Müstədrək" əsərindəki hədis:

حدثنا الحسن بن يعقوب وإبراهيم بن عصمة العدلان قالا ثنا السري بن خزيمة ثنا معلى بن راشد ثنا وهيب بن خالد عن جعفر بن محمد عن أبيه عن علي بن الحسين أن عمر بن الخطاب رضى الله تعالى عنه خطب إلى علي رضى الله تعالى عنه أم كلثوم فقال انكحنيها فقال علي إني أرصدها لابن أخي عبد الله بن جعفر فقال عمر أنكحنيها فوالله ما من الناس أحد يرصد من أمرها ما أرصده فأنكحه علي فأتى عمر المهاجرين فقال ألا تهنوني فقالوا بمن يا أمير المؤمنين فقال بأم كلثوم بنت علي وابنة فاطمة بنت رسول الله صلى الله عليه وسلم إني سمعت رسول الله صلى الله عليه وسلم يقول كل نسب وسبب ينقطع يوم القيامة إلا ما كان من سببي ونسبي فأحببت أن يكون بيني وبين رسول الله صلى الله عليه وسلم نسب وسبب هذا حديث صحيح الإسناد ولم يخرجاه

"əl-Müstədrək aləs-Səhih", 3/142 (4684)

salahuddin deyəsən axı Zəhəbinin bu hədiz barədə belə bir sözü var.

هذا منقطع

Beyhəqqidə deyib ki: هذا مرسل

Nardaranı...

Sözlərin aydındır və şiə alimlərinin bu barədə fərqli fikirləri məlumdur. Hətta sizlərdən bəzi alimlərə görə Hz. Ömərin evləndiyi Umm Kulsum deyil, onun timsalında olan bir cin olmuşdur. Lakin bəzi alimlərinizin fərqli görüş bildirməsi o demək deyil ki, istəyən kəs istədiyi görüşü qəbul edə bilər.

Həqiqətdə sizin şiə alimlərinizin bu məsələ öz aralarında ixtilaf etməsi və yaxud da bəzilərinin bunu inkar etməsi mənim üçün heç bir əhəmiyyət kəsb etmir. Çünki sizin bir çox şiə aliminiz var ki, ümumiyyətlə peyğəmbərimizin, salləllahu aleyhi va səlləm, Fatimədən başqa qızı olmadığını sübut edir və bunun üçün ayrı bir kitab belə yazıblar...

Bütün bunlarin göstərdiyi budur: "Təəssüb və ğuluv"

Qaldı ki, əl-Hakimin "Müstədrək" əsərindəki hədisə...bəli, hədisin sənədi qopuqdur!

Ссылка на комментарий
Поделиться на других сайтах

salahuddin

Sən bilməmiş olmarsan ki, bu rəvayətin səhih sənədi yoxdur. O ki, qaldı Peyəgəmbərin qızlarına. Bəli belə bir şeyi irəli sürənlər var. Bəziləridə Peygəmbərin Fatimədən başqa qızı olduğunu qəbul edir. Amma onların Osmanda ərdə olmasını yox. Bunlar "Təəssüb və ğuluv"

deyil Tarixin şıltaqlıgıdır.

Ссылка на комментарий
Поделиться на других сайтах

əl-Beyhəqi "Sunən əl-Kubra" əsərində rəvayət edir:

أَخْبَرَنَا أَبُو الْحُسَيْنِ بْنُ بِشْرَانَ أَخْبَرَنَا دَعْلَجُ بْنُ أَحْمَدَ حَدَّثَنَا مُوسَى بْنُ هَارُونَ حَدَّثَنَا سُفْيَانُ بْنُ وَكِيعِ بْنِ الْجَرَّاحِ حَدَّثَنَا رَوْحُ بْنُ عُبَادَةَ حَدَّثَنَا ابْنُ جُرَيْجٍ أَخْبَرَنِى ابْنُ أَبِى مُلَيْكَةَ أَخْبَرَنِى حَسَنُ بْنُ حَسَنٍ عَنْ أَبِيهِ : أَنَّ عُمَرَ بْنَ الْخَطَّابِ خَطَبَ إِلَى عَلِىٍّ رَضِىَ اللَّهُ عَنْهُمَا أُمَّ كُلْثُومٍ رَضِىَ اللَّهُ عَنْهَا فَقَالَ لَهُ عَلِىٌّ إِنَّهَا تَصْغُرُ عَنْ ذَلِكَ فَقَالَ عُمَرُ رَضِىَ اللَّهُ عَنْهُ سَمِعْتُ رَسُولَ اللَّهِ -صلى الله عليه وسلم- يَقُولُ :« كُلُّ سَبَبٍ وَنَسَبٍ مُنْقَطِعٌ يَوْمَ الْقِيَامَةِ إِلاَّ سَبَبِى وَنَسَبِى فَأَحْبَبْتُ أَنْ يَكُونَ لِى مِنْ رَسُولِ اللَّهِ -صلى الله عليه وسلم- سَبَبٌ وَنَسَبٌ ». فَقَالَ عَلِىٌّ لَحَسَنٍ وَحُسَيْنٍ رَضِىَ اللَّهُ عَنْهُمَا : زَوِّجَا عَمَّكُمَا. فَقَالاَ : هِىَ امْرَأَةٌ مِنَ النِّسَاءِ تَخْتَارُ لِنَفْسِهَا. فَقَامَ عَلِىٌّ رَضِىَ اللَّهُ عَنْهُ مُغْضَبًا فَأَمْسَكَ الْحَسَنُ بِثَوْبِهِ وَقَالَ : لاَ صَبْرَ عَلَى هِجْرَانِكَ يَا أَبَتَاهُ قَالَ فَزَوَّجَاهُ. {ش} قَالَ الشَّافِعِىُّ رَحِمَهُ اللَّهُ وَزَوَّجَ الزُّبَيْرُ رَضِىَ اللَّهُ عَنْهُ ابْنَتَهُ صَبِيَّةً وَزَوَّجَ غَيْرُ وَاحِدٍ مِنْ أَصْحَابِ النَّبِىِّ -صلى الله عليه وسلم- ابْنَتَهُ صَغِيرَةً قَالَ وَلَوْ كَانَ النِّكَاحُ لاَ يَجُوزُ عَلَى الْبِكْرِ إِلاَّ بِأَمْرِهَا لَمْ يَجُزْ أَنْ يُزَوِّجَ حَتَّى يَكُونَ لَهَا أَمْرٌ فِى نَفْسِهَا.

"Sünən əl-Kubra", 7/185

Dar əl-Kutub əl-İlmiyyə, üçüncü nəşr, 1424

Əbul-Hüseyn bin Bişran İmam, Hafiz və mühəddisdir. Əl-Beyhəqinin şeyxi olmuşdur. Siqadır.

Dəaləc bin Əhməd, Xorasanın hədis imamlarından, məşhur zahid və fəqih. əd-Dəraqutni deyir: "Şeyxlərimiz arasında ondan sabitini görmədim."

Musa bin Harun, siqadır.

Sufyan bin Vaki bin Cərrah, Saduqdur. Lakin onun vərəqəsində onun özünə aid olmayan xətalı hədislər olmuşdur.

Rauh bin Ubadə, İmam Əhmədin Şeyxidir, siqadır.

İbn Cureyc, alimlər onun siqa olduğunda icma ediblər. Lakin alimlər eləcədə onun tədlis edən siqalardan olduğunda da icma ediblər. Amma İbn Cureycin bu rəvayəti məqbuldur və bunda şübhə ola bilməz. Bunun isə əsas iki səbəbi vardır.

1. Bunu İbn Cureyc "təsrih" şəklində rəvayət etmişdir, yəni "əxbərani" deyir. Alimlər isə İbn Cureycin tədlisindən danışarkən, onun müəyyən ravilərdən "ananə" ilə rəvayət etdiklərini və "qalə" sözü ilə dediklərini qəbul etmirlər.

İmam əz-Zəhəbi deyir:

الرجل في نفسه ثقة حافظ، لكنه كان يدلس بلفظ ( عن ) و ( قال )

"Özlüyündə siqa və hafiz biridir. Lakin "an" və "qalə" sözləri ilə tədlis edərdi."

"Siyər Aləm ən-Nubələ", 6/326

2. İbn Cureycin İbn Əbi Muleykədən rəvayətləri isə səhih və məqbuldur. Çnki əsasən Ata, Amr bin Dinar, Nafi və İbn Əbi Muleykı kimilərdən hətta "ananə" ilə belə rəvayət edərsə, onun onlardan rəvayətindən tədlis olmadığı bilinməkdədir. əl-Hafiz Əbu Hafs Amr bin Ali əl-Fəlləs (öl: hicri 249) deyir:

سمعت يحيى بن سعيد القطان، يقول : أحاديث ابن جريج، عن ابن أبي مليكة كلها صحاح، وجعل يحدثني بها، ويقول : ثنا ابن جريج قال : حدثني ابن أبي مليكة. فقال في واحد منها : عن ابن أبي مليكة. فقلت: قل حدثني . قال : كلها صحاح

"Yəhya bin Said əl-Qattanı belə deyərkən eşitdim: Deyir: "İbn Cureycin İbn Əbi Muleykədən hədislərinin hamısı səhihdir. Onundan eşidərək rəvayət etmişdir. dedi: "İbn Cureyc rəvayət etdi, dedi: Mənə ibn Əbi Muleykə rəvayət etdi. Bu rəvayətlərdən birində "an ibn Əbi Muleykə" dedi. Dedim: De: "həddəsəni", dedi: bütün hamısı səhihdir."

"əl-Cərh vat-Tadil", 1/241

İbn Əbi Muleykə isə şeyxeynin ravilərindən biridir. Məşhur tabii, İbn Zubeyrin qazisi olmuşdur. Siqadır.

Həsən ibn Həsəndən, o da atasından rəvayət edir.

Bu hədis həsəndir!

Изменено пользователем salahuddin
Ссылка на комментарий
Поделиться на других сайтах

Sənin "tarixin şıltaqlıqları" maskası ilə örtdüyün ğuluv və təəssübdür. Sizin alimləriniz öz etiqadlarına zid olan şeyləri qəbul etməkdən boyun qaçırırlar. O dərəcəyə çatıblar ki, mütəvatirən bilinən şeyləri də inkar edirsiz. Ümmətin mütəvatirən qəbul etdiyi məsələlərdən də biri budur ki, peyğəmbərimizin, salləllahu aleyhi va alə əlihi va səlləm, Siddiqə Fatimeyi Zəhradan - radiyallahu anhə - başqa da qızları olmuşdur və onların adları Umm Kulsum, Zeynəb və Ruqeyyadır.

İbn Macədəki rəvayət:

عن أم عطية قالت دخل علينا رسول الله صلى الله عليه وسلم ونحن نغسل ابنته أم كلثوم فقال اغسلنها ثلاثا أو خمسا أو أكثر من ذلك إن رأيتن ذلك بماء وسدر واجعلن في الآخرة كافورا أو شيئا من كافور فإذا فرغتن فآذنني فلما فرغنا آذناه فألقى إلينا حقوه وقال : أشعرنها إياه * ( صحيح ) - الارواء 129 : الأحكام ص 48 : وأخرجه البخاري ومسلم ( أشعرنها : ألبسنها والشعار : ثوب يلي لبدن . الحقو : موضع عقد الإزار في وسط الجسم وتطلق على الإزار

"bax: "Səhih Sünən İbn Macə", 1193

Muslimin Səhihində isə

من طريق أبي معاوية، عن عاصم الأحول، عن حفصة بنت سيرين، عن أم عطية قالت:

لما ماتت زينب بنت رسول الله -صلى الله عليه وآله وسلم- قال: اغسلنها وترا ثلاثا أو خمسا، واجعلن في الآخرة كافورا

Eləcədə bilinir ki, Osman r.a. Həbəşistana peyğəmbərin s.a.s qızı Ruqeyya ilə hicrət etmişdir. Eləcədə bilinir ki, Osmanın Bədr döyüşündən geri qalması peyğəmbərin s.a.s. qızı Ruqeyyanın xəstə olması səbəbi ilə idi. Ruqeyyadan Osmanın Abdullah adında oğlu da olmuşdur və bununla kunyələnmişdir.

Hətta peyğəmbərin s.a.s. qızı Zeynəbin müşrik olan Əbul-As ilə evlənməsi məşhurdur və Əbul-Asın əsir düşməsi və Zeynəbin onu Mədinədə himayəsi altına alması da məşhurdur. Zeynəbin qızının adı isə Uməməh bint Zeynəbdir və Səhiheyndə Əbu Qatadədən sabit olmuşdur ki, peyğəmbərimizin, salləllahu aleyhi va səlləm, nafilə namazlarında onu boynuna götürərdi və səcdə etdikdə düşürərdi və yenə qalxdıqda boynuna alardı.

بينا نحن على باب رسول الله -صلى الله عليه وآله وسلم- إذ خرج يحمل أمامة بنت أبي العاص بن الربيع وأمها زينب بنت رسول الله -صلى الله عليه وآله وسلم- وهي صبية فصلى وهي على عاتقه إذا قام حتى قضى صلاته يفعل ذلك بها .

وأخرج من طريق حماد بن سلمة عن علي بن زيد عن أم محمد عن عائشة أن رسول الله -صلى الله عليه وآله وسلم- أهديت له هدية فيها قلادة من جزع فقال: لأدفعنها إلى أحب أهلي إلي، فقالت النساء: ذهبت بها ابنة أبي قحافة، فدعا رسول الله -صلى الله عليه وآله وسلم- أمامة بنت زينت فأعلقها في عنقها .

Bütün bunlar tarixin şıltaqları deyildir. Bunların hamısı xəstəlikdir ki, insanların qəlblərinə düşüb...

Nardarani...

Qəribə bilirsən nədir? Biz Hz. Əli - radiyallahu anhu - haqqında gələn hər hansı bir zəif hədisin zəif olduğunu isbat etdikdə, bizə "təhrif əhli", "nasibi" və bir çox nalayiq sözlər deyirsən. Lakin özünüz mütəvatir xəbərləri inkar edirsiz, bəlkə sən özün inkar etmirsən, lakin sənin alimlərin bunu inkar edirlər...sonra da deyəndə ki, onlarda "ğuluv," təəssüb" və "xəstəlik var, deyirsən ki, "tarixin şıltaqlıqları" adı verirsen...Əcaib insanlarsız..insanı təəccübləndirməkdə ustasız...

Ссылка на комментарий
Поделиться на других сайтах

Bu xəbər hələ təkcə mətninə görə səhih deyil. Həmçinin onun raviləri arasında da zəif insanlar var.

Şiə alimləri deyəndə niyə hədis alimlərini qeyd edirsiz, məgər biz sizin kimi hədis əhliyik? Kuleyninin kitabı səhih deyil və o heç bir hədisə səhih deməyib. Məclisi isə öz hədislərinin bəzilərinə səhih desə də, keçmiş və müasir rical alimləri onların zəif olduqlarını sübut ediblər.

Mən deyirəm ki, sizin məşhur hədis aliminiz o hədislərin səhih olduğunu təsdiq edir. əl-Kuleyni özü də bunu qəbul edir, çünki əgər qəbul etməsəydi, o zaman bunun üçün ayrı bir bab açmazdı... Mən həmişə demişəm və indi də söyləyirəm ki, şiə tayfalarındakı hədis və ricəl elmi əhli-sünnətdən qat-qat sonralar ortaya çıxıb... həm də mövcud hədis elminiz belə etiqadınız kimi təzadlıdır.

Necə də boş boğazlığı sevirsizee. Bizim etiqadımız və hədis elmimiz təzadlıdır? Bunu siz deyirsiz? Siz bizi özünüzlə səhv salmayın, ay Səlahuddin! Biz sizin kimi hansısa kitabda qurana zidd olan bir hədis görərkən onun səhih kitabda mövcud olmasına baxmayaraq səhih saymırıq!

Həmçinin Kuleyninin onu və ya digər bir hədisi qəbul edib ona səhih deməsi bizin üçün dəlil sayılmır, siz bunu çox gözəl bilirsiz, buna gərə də xahiş edirəm mənimlə oyun oynamayın! Gəlin uşaq kimi yox, böyük və ağlı başında olan insan kimi söhbət edək. Əvvəla Kuleyni heç bir hədisi səhih adlandırmayıb və Kafi kitabının ön sözündə Kuleyni deyir: Mən bu kitabı bizim şiələrin istəyi ilə yazdım ki, onlar bundan bəhrələnsinlər. Hədislərin səhih və ya zəif olduğunu aid edə bilmədiyim üçün bunu üsul alimlərinin öhdəsinə buraxıram. O özü də Kafidə olan hədislərə şübhə ilə yanaşırdı, məhz buna görə də onları quranla tutuşdurmağı məsləhət görürdü.

Sizin bəzi alimləriniz yazır ki, Ümm Gülsüm həddi-buluğa çatmayan körpə idi. Bəziləri ona (səqirə) körpə, bəziləri isə (səbiyə) süd əmər deyiblər. Amma helələri də var ki, Ümm Gülsümün hicrətin 6 ilində anadan olmasını və 17 ildə (11 yaşında) Ömərlə evlənməsini qeyd edirlər. Əgər bu belədirsə onda niyə Ömər (sizin dediyiniz kimi) hələ bir il onun həddi-buluğa çatmasını gözləyib, nəzərə alsaq ki, Peyğəmbərimiz (Buxarinin qeydinə görə) Aişə ilə onun 6 yaşı olanda nigah bağlayıb və onun 9 yaşı tamamlananda onunla yaşamağa başlayıb?!

Ümumiyyətlə bu xəbərlərin hansı səhihdir? Və ən əsası niyə heç kim Əlinin qızı Ümm Gülsümün adını qeyd etmir, axı Ümm Gülsüm künyədir, bəs bunun adı nədir?

Bəzi-bəzi alimlər söyləməklə burada heç bir faktı dəyişmək mümkün deyildir. Hamı bilir ki, Umm Kulsum peyğəmbər, salləllahu aleyhi va səlləm, ölməmişdən əvvəl doğulmuşdur. Hz. Ömər isə Umm Kulsuma təxminən hicri 17ci ildə xatib olmuşdur. O zaman Umm Kulsumun ən azından 6 yaşı var idi və hələ də uşaq idi. Hz. Əlinin Umm Kulsumun hələ süd əmər olmasını söyləməsi bir mübaliğədir və bu ərəb dilində məşhurdur. Xatib olmaq isə o demək deyil ki, kimisə sevib ona vurulmaqdır. Sadəcə olaraq o dövrdə şərəfli ailənin qızları ilə evlənmək şərəf sayılırdı və Sad bin Əbi Vaqqasın məsləhəti ilə Ömər Əlidən Umm Kulsumu istəyir. Yəni, Umm Kulsum həddi büluğa çatdıqda, onunla evlənmək istəyir.

Siz bizə bir fakt göstərdiz ki, biz də onu dəyişək? Mən sizə almlərinizin bu haqda nəql etdikləri və biri-birindən ciddi sürətlə fərqlənən xəbərləri gətirib bunların hansının sizcə doğru olduğunu soruşdum. Siz isə buna cavab verməyərək bəlli olanları yazırsız.

Deyirsiz ki, Ömər onu sevdiyinə görə istəmirdi, o şərəfsiz idi və bu şərəfi əldə etmək üçün şərəfli bir ailədən (həddi buluğa catan qız tapmayıb) kiçik yaşlı bir qızla evlənməyi qərara aldi. Əli isə ona etiraz edərək deyir ki, o hələ kiçikdir və siz Səlahuddin deyirsiz ki, Əli mübaliğə edir. Bəlkə yazasız ki, Əli yalan danışır, necə ki bunu ona Ömər dedi! Çəkinməyin-deyin, onsuzda biz sizin əhlibeytə olan “məhəbbətinizdən” xəbərdarıq!

Mən sizə bir neçə sual vedim, zəhmət çəkin onları cavablandırın:

1. siz yazmışdız ki,

Bundan bir-neçə il sonra artıq həddi-büluğa az qalmış Umm Kulsum ilə Ömərin nikahı bağlanır, lakin hələ də tam baliğə olmadığı üçün evlilik kamil olmur, bundan bir il sonra Umm Kulsum baliğə olduqdan sonra Ömər ilə evlənirlər.

Sizin və alimlərinizin yazdığına görə Ümm Gülsüm hicrətin 6-cı ilində anadan olub və 17-ci hicri ilində Ömərə ərə gedib. Deməli ərə gedərkən onun 11 yaşı var idi və siz yazmısız ki, əvvəl Ömər onunla nişanlanıb (hərçənd buna heç bir sübut yoxdur) və 1 il sonra o həddi-buluğa çatanda onunla evlənib. İndi mən sizdən soruşmaq istəyirəm ki, niyə Ömər (sizin yazdığınıza görə) hələ bir və ya iki il onun baliğ olduğunu gözləyir, axı 9-10 yaşlı qız atrıq böyükdür və onunla evlənmək olar?!

2. Əgər Əlinin, künyəsi Ümm Gülsüm olan bir qızı var idisə bəs o qızın adı nə idi?

Qaldı ki, Ömərin Umm Kulsum hələ uşaq olarkən onu öpməsi, bunda qəribə heç bir şey yoxdur. Yalnız qəlbi əyri olan, ağlına pis-pis şeylərdən başqa bir şey gəlməyən biri bunu bu şəkildə fikirləşər.

Əvvəla Ümm Gülsümün (sizin xəbərlərə görə) o vaxt 9-10 yaşı var idi və o artıq uşaq deyildi. Ömər artıq bir qadını qucaqlayıb öpürdü! Həmçinin siz yazırsız ki, Ömərin bu qız uşağını öpməsində qəribə bir şey yoxdur və bunun pis bir iş olmasını yalnız qəlbi əyri olan deyər! Deməli Ümm Gülsümün qəlbi əyri idi ki, o Ömərə “Bunu mənə etdin? Əgər xəlifə olmasaydın sənin burnunu dağıdardım” və evə qayıdarkən atasına “Sən məni çox pis insanın yanına göndərdin və o mənə belə və belə etdi” - dedi.

Ona görə də Hz. Ömərin Umm Kulsuma hələ uşaq vaxtı xatib olması və 11 yaşına çatdıqda onunla gərdəyə girməsində qəribə bir şey yoxdur və eləcədə Umm Kulsumu uşaq olarkən öpməsində də bir şey yoxdur. Çünki İslam şəriəti uşaqları öpməkdə heç bəis görmür...

Təbərani “əl-Kəbir”-də səh 486 Məqil ibn Yəsərdən yazır:

Rəsuləllah deyib: Sizin üçün başınızdan xəncəl ilə zərbə almanız yaxşıdır, nəinki naməhrəm qadına əl vurmaq.

Ибн Нуяйм аль-Ханафи в «аль-Бахр аль-Рааиг» том 8 стр 219 пишет:

"Не позволено мужчине касаться лица женщины или рук, даже если нет никакого риска возжелания, потому что это - в принципе харам и нет никакой потребности, которая позволила бы это".

Аль-Навави аль Шаафи «аль-Маджму» 4/515 пишет:

"Не позволено касаться женщины любым путем."

Mühəmməd ibn Əhməd (Ulayş) əl Maliki “Mənh əl-Cəlil Şərh Muxtəsər Xəlil” kitabının cild 1 səh 223 yazır:

Naməhrəm qadının əlinə və ya üzünə əl vurmaq haramdır. Aişə deyir ki, Peyğəmbər heç vaxt qadından beyət alarkən onun əlini sıxmırdı, beyəti sözlə alırdı.

Siz Öməri müdafiə etmək üçün bizdə elə təsəvvür yaratmaq istəyirsiz ki, Ömər Ümm Gülsümdən xoşu gəlməsi üçün yox, sadəcə Ümm Gülsümün balaca qız uşağı olması üçün onu qucaqlayıb öpmüşdü. Bu sizin alimlərinizin nəqli ilə ziddiyyət təşkil edir:

“Tarix Xamis” cild 2 səh 384 “Zikr Um Kulsum” və Zaxair al Akba səh 168 nəql olunub:

Ömər Üm Gülsümlə evlənmək istədiyini Əliyə bildirdi. Əli dedi ki, o hələ həddi-buluğa çatmayıb. Ömər dedi: “And olsun Allaha bu belə deyil, siz istəmirsiz ki, mən onunla evlənim. O həddi-buluğa çatmayıbsa onu mənim yanıma göndər, baxım.” Əli qızına bir paltar verib onu Ömərə göstərib “bu paltar nə üçündür?” soruşmasını istədi. O Ömərin yanına gələndə Ömər onun əlindən tutub zorla özünə tərəf dartdı. Üm Gülsüm onu rahat buraxmasını istədi. Ömər ona dedi: Sən çox cəlbedici qızsan. Get atana de ki, sən çox gözəlsən və o sənin haqda mənə düzünü deməyib. Bundan sonda Əli qızını Ömərə verdi.

“Tarix Bağdad”dın 6-cı cild 182-ci səhifəsində oxuyuruq:

Ömərdən necə Əlinin qızı ilə evləndi soruşdular. Əli qızına dedi ki, o özünə yaxşı baxsın. O qızını Ömərin yanına göndərdi, Ömər onu belindən qucaqlayıb öpdü. Sonra dedi: “Get atana de ki, mən çox xoşbəxtəm”. Üm Gülsüm evə gələn kimi atasına “Ömər məni zorla qucaqlayıb öpdü və sizə xəbər göndərdi ki, o çox xoşbəxtdir”.

Əvvəl də qeyd etdiyim kimi bu xəbərlərin hətta mətni sünnəyə ziddir, buna görə də onlar batildir. Alimləriniz yazır ki, Əli qızına gözəl paltar geyirib Ömərin yanına göndərdi.

İndi baxın şəriət bu haqda nə deyir:

Səhih Müslüm (007) Həcc kitabında 3110 hədis yazılıb:

İbn Abbas dedi: Mən eşitdim ki, peyğəmbər dedi: Heç bir kişi məhrəm qadınla təklikdə qalmasın, bu yalnız onun yanında məhrəmi (atası, qardaşı və s.) olsa caizdir. Və heç bir qadın məhrəmsiz səfərə çıxmasın.

Ben Baz 'Al-Fataawaa ash-Shar'iyyah fil-Masaa'il il-'Asriyyah min Fataawaa 'Ulamaa' il-Balad il-Haraam', pp. 498-499 məhrəm olmayan kişi və qadın haqda yazır: Kişiyə naməhrəm qadınla təklikdə qalmaq caiz deyil. Çünki peyğəmbər (s) deyib: Kişi gərək qadınla təklikdə qalmasın, yalnız onun yanında məhrəmi varsa (Səhih Buxari və Müslümə əsasən). Peyğəmbər həmçinin deyib ki, kişi gərək qadınla təklikdə qalmasın, çünki onların üçüncüsü şeytandır (ət-Tirmizi və Əhməd).

Bəs necə olur ki, Əli öz qızını bəzəyib Ömərin yanına göndərir və ona deyir ki, bax gör, xoşuna gələr götür, gəlməsə qaytararsan?!

Bəlkə siz öz qızlarınızı belə ərə verirsiz, amma islamda bu haramdır! Bu rəvayət tam sünnətə ziddir, buna görə də batildir!

Sibt ibn Cövzi əl Hənəfi “Tədqirətul Xüffas əl-Umma” kitabının 321-ci səhifəsində yazır:

Mənim babam öz kitabında yazır ki, Əli öz qızını Ömərə göndərdi və Ömər onu qucaqlayıb öpdü. And olsun Allaha ki, bu alçaq və murdar bir hərəkətdir, hətta əgər o qız qul olsaydı belə. Ola da bilər ki, Ömər bunu etməyib, həmçinin alimlərin icmasına əsasən naməhrəm qadına əl vurmaq qadağandır. Belə halda bu rəvayəti necə Ömərə aid edə bilərlər?

Eləcədə əl-Beyhəqi bunu "Sünən əl-Kubra" kitabında əl-Həsən bin əl-Həsən əl-Muctəbadan rəvayət etmişdir.

Özünüzdə bilirsiz ki, bu rəvayət zəifdir. Birincisi mətninə görə, çünki digər səhih hədislərə ziddir. İkincisi isə ravilərinə görə. Bu rəvayətin ravilərindən biri Əbu Süfyan bin Vəqiyədir. əl Füsulun müəllifi Əllamə Hüriri deyir ki, Əbu Süfyan bin Vəqiyə zəifdir. İbn Hacər Əsqalani deyir zəifdir. Nəsai deyir ki, etibarlı deyil, həmçinin deyir ki, imam Əbu Davud ondan hədis nəql etmirdi (“Tadheeb al İtidal” cild 4 səh 124). İmam Zəhəbi deyir: İmam Buxari deyib ki, insanlar Əbu Süfyan bin Vəqiyə haqda yaxşı söz demirlər. Əbu Zuriyə deyir ki, xalq onu yalançı adlandırır, İbn Əbi Xatim deyir ki, onun hədisləri düz deyil. (“Mizan əl itidal” cild 2 səh 173)

Bu alimlər Əbu Süfyan bin Vəqiyəni zəif sayırlarsa deməli bu rəvayət də səhih sayıla bilməz.

post-25326-1210443825.jpg

Изменено пользователем al-Fath

Ничтожен ты или велик - причина тому... твой язык... /Носир Хисроу/

Ссылка на комментарий
Поделиться на других сайтах

Elə yazmısan ki, sanki oxuyan elə düşünəcək ki, Amr bin əl-As öz sözləri ilə Ömərin evləndiyini təsdiq edir və sonra isə yazmısan ki, bəs bu mənbələrdə yazılıb ki, Ömər Əbu Bəkrin qızı Umm Kulsumu istədi və ona vermədilər. Özün yazın özünü inkar edirsən...özün görürsən ki, Ömər Əbu Bəkrin qızı ilə evlənməyib, evlənməyi istəməsi isə onunla evlənmək anlamına gəlmir. Heç bir yerdə də yazılmayıb ki, Ömər Əbu Bəkrin qızı Umm Kulsum ilə evlənmişdir. Sənin Amr bin əl-Asdan gətirdiyin hekayə isə yarımçıqdır, əgər sən əl-Kamil fit-Tarix əsərinə baxmaq imkanın varsa, göstərdiyin yerə get bir də bax və orada görəcəksən ki, Amr bin əl-As Ömərə məsləhət verir ki, Umm Kulsumun onu geri çevirməsinə qızmasın, çünki Umm Kulsum Ömərə demişdir ki, "mənim ona ehtiyacım yoxdur, çünki o kobuddur və qadınlara qarşı sərtdir"...Amr bin əl-Asda bunun əvəzində Ömərə nəsihət edir ki, bu işin üstünə düşməsin! İkincisi isə bu hekayə ümumiyyətlə sənəd cəhətindən munqatidir, yəni muttasil sənədi yoxdur.

Qaldı ki, Ömərin bir çox Umm Kulsum adında zövcələrinin olmasına, burada yazdıqların da təhrifdir...

1. Cəmilə bin Asim bin Sabitin kunyəsi Umm Kulsum deyil, Umm Asimdir və bunu İbn Abdilbərr və İbn əl-Əsir öz kitablarında qeyd edirlər.

2. Umm Kulsum bint Cərvilə Xuzeymə və bəli, həqiqətən də bu qadın Ömərin zövcəsi olmuşdur. Məlum olan isə budur ki, bint Cərvilə həyatda və kitablarda Umm Kulsum kunyəsi ilə deyil, Məlikə adı ilə məşhurdur.

3. Umm Kulsum bint Uqba, bu səhabə qadın İslamı qəbul etdikdən sonra Mədinədə Harisə bin Zeyd ilə evlənir, lakin Harisə şəhid olur. Daha sonra Zubeyr bin Avvama ərə gedir və ondan Zeynəb adında qızı olur, lakin Zubeyr onu boşayır. Daha sonra isə peyğəmbərin s.a.s. məsləhəti ilə Abdurrahmən bin Aufun təklifini qəbul etmişdir və Abdurrahmən bin Aufun ölümünə qədər onun zövcəsi olmuşdur. ibn Auf isə Ömərdən 10 il sonra ölmüşdür. Abdurrahmən bin Aufun ölümündən sonra Amr bin əl-Asa ərə getmişdir. əl-Qastalaninin "İrşad əs-Sari" əsərində isə Ömər deyil, Amr qeyd olunur, sonun "vav" hərfi vardır.

4. Umm Kulsum bint Rahab, bu qadının kim olduğunu tanımadım və onun haqqında Sunən ƏBu Davud ilə İbn Macəyə referens vermisən. Daha dəqiq yerlərini göstərsəydin, bilərdik. Lakin biz bilirik ki, Ömərin bu adda zövcəsi olmamışdır.

5. Umm Kulsum bint Əbi Bəkr...bu isə əsassızdır. Çünki biz bilirik ki, Hz. Ömər Əbu Bəkrin qızını istəyib, lakin Umm Kulsum razı olmayıb. Digər tərəfdən isə Umm Kulsum Əbu Bəkr öldükdən sonra doğulub, Ömər öləndə Umm Kulsum bint Əbi Bəkrin 9 ya da 10 yaşı var idi. Həqiqətdə isə Umm Kulsum bint Əbi Bəkrin heç bir zaman Ömərin zövcəsi olmayıb, o, Ubeydullah bin Talhanın zövcəsi olub və ondan Muhamməd, Zəkəriyya və Aişə adında üç uşağı olub.

1. Mən sizə mənbəni Tarix Kamil cild 3, səh 27 göstərmişəm, siz isə mənə başqa mənbədən bunun belə olmamasını deyirsiz.

2. Siz bir balaca saxtakarlığa yol vermisiz. Bu məlumatı götürdüyünüz yerdə yazılıb ki, bint Cərvilə Xuzeymənin adı Məleykə olub, Umm Kulsum isə sadəcə onun künyəsi idi. Amma mən deyirəm ki, o elə Ümm Gülsüm kimi də tanınırdı.

Əhli-sünnət imamlarından olan Şah Vəliyullah Dəhləvi “İzalasul Xifa” kitabının cild 1 səh 373 yazır:

Ömər öz xilafəti vaxtı axşamların birində bir neçə qadını öz zövcəsi Ümm Gülsün bintə Cəvəlin yanına göndərdi ki, onlar onun saçına boya qoymaqda ona kömək etsinlər

5. Burada isə çox maraqlı bir şey yazılb. Deməli əvvəlcə Ömər Əbu Bəkrin qızı Ümm Gülsümü istəyib və Aişəyə müraciət edib. Rədd cavabını alarkən isə Saad ibn Vəqqas ona Əlinin qızı Ümm Gülsümü istəməyi məsləhət görüb, yəni o olmasın, bu olsun!

İndi isə bir qədər araşdırma .raq, görək bu 2 Ümm Gülsüm kimlərdir:

Əsma bintə Umais Cəfər Təyyarın zövcəsi idi. Sonra o Əbu Bəkrə ərə getdi və onun iki uşağı oldu oğlan və qız. Qızın adı Ümm Gülsüm idi. Sonra o Həzrət Əliyə ərə getmiş və onun qızı Ümm Gülsüm də onunla birgə Əlinin evinə getmişdir. Bu həmin Ümm Gülsümdür ki, Ömərə ərə getmiş və onun evində olaraq cavan vəfat etmişdir. Onların uşaqları olmamışdır. (Malik Daulat “Hidayat əl Saud” səh 359)

Ə bə deyirdiz ki, Ömərin Əbu Bəkrin qızı ilə evlənməsi haqda heç kəs yazmayıb hii?

Göründüyü kimi Əsma öz qızı Ümm Gülsümlə Əlinin evinə köçür və Ümm Gülsümü Əlinin qızı kimi qəbul edirlər. Hictərin 17-ci ilində onun 5 yaşı var idi və o həqiqətən (səqirə) uşaq idi. Və Ömər həmin bu 5 yaşlı qız ilə evlənmək istəyirdi.

Kənz Ümmal cild 7 səh 98 yazılıb:

Ömər Ümm Gülsüm bintə Əbu Bəkr ilə evlənmək istədi və bu haqda Aişəyə müraciət etdi. Aişə dedi ki, o hələ çox kiçikdir, amma mən onu axtararam. Ümm Gülsüm Aişənin yanına gəlib dedi: Eşidmişəm siz məni Ömərə ərə vermək istəyirsiz. O qəddar insandır, mənə isə cavab, bu həyatı sevən birisi lazımdır və əgər siz məni ona versəz mən Rəsuləllaha şikayət edəcəyəm. Aişə Əmr ibn Ası çağırıb ona Ömərlə danışmasını xahiş etdi. Əmr Ömərə dedi: Eşitmişəm siz evlənmək istəyirsiz. Ömər dedi: Bəli. Əmr dedi: Kimdir o? Ömər dedi: Ümm Gülsüm bintə Əbu Bəkr. Əmr dedi: O hələ uşaqdır və hər gün atası üçün ağlayacaq. Omər dedi: Sizi Aişə göndərib?

Həmin şey Tareekh Tabari Volume 5 page 2734, Dhikr Zawaj Umar:

Tarix Xəmis cild 2 səh 239 Zikr Zavaac Umar yazır:

Ümm Gülsüm Əbu Bəkrin qızı idi və o kiçik qız uşağı idi. Onun anası xristian idi. Əbu Bəkr vəfat edərkən o hamilə idi və Ümm Gülsümü onun vəfatından sonra dünyaya gətirib. O böyüyərkən Ömər ibni Həttab onu Aişədən istədi və o qəbul etdi, amma Ümm Gülsüm bintə Əli onun istəyini rədd etdi və Aişə buna razı oldu.

Həmin şey Ibn Quteybə əl Maarif səh 76, Zikr Aulad Əbu Bəkr:

Həmin şey Riyad əl Nadira cild 1 səh 303, Zikr Aulad Əbu Bəkr:

Mən başa düşə bilmirəm ki, necə olur ki, 55 yaşlı Ömər 5 yaşlı qızla evlənmək istəyir və Aişə onun bacısının kiçik yaşlı olmasına baxmayaraq buna razılıq verir?

Həmçinin əhli-sünnət alimləri Ümm Gülsüm bintə Əbu Bəkrin hicrətin 12-cı ilində anadan olmasını qeyd edirlər. Ümm Gülsüm bintə Əlinin isə hicrətin 6-cı ilində. Bunlardan Ömər yalnız Ümm Gülsüm bintə Əbu Bəkri qucağına alıb onu opə bilərdi, çünki bütün məlumatlarda deyilir ki, o kiçik qız uşağı idi. Ümm Gülsüm bintə Əlinin isə o vaxt artıq 11 yaşı var idi və o həddi-buluğa çoxdan çatmış idi.

Sizin əl-Kafi kitabında isə deyir:

Əli ibn İbrahim öz atasından, o da İbn Əbi Umeyrdən, o isə Hişam bin Səlimdən, o da Hamməddən, o isə Zurarədən, o isə Əbu Abdullahdan Umm Kulsumun evliliyi barədə rəvayət edir. Əbu Abdullah dedi: "Bu, verdiyimiz bir fərcdir."

İndi sən mənə bu rəvayətin zəifliyini göstərə bilərsənmi?

Əvvəl siz göstərin, bu hədisin harasında Əlinin qızı Ümm Gülsüm yazılıb və sonrada onun Ömərə verilməsini də göstərərsiz! Mən bunları hədisdə görmədim. Mən bu hədisdə Ömərin adını görmürəm. Necə olur ki, siz bunu məhz Ömərin Ümm Gülsümlə evlənməsinə bağlayırsız? Ümm Gülsüm adında bir çox əhlibeytdən olan imamların qızlarına deyilirdi. Ümumiyyətlə bizim etiqada görə Ümm Gülsün Zeynəbin künyəsidir. Həmçinin bəzi alimlər qeyd ediblər ki, Əbu Bəkrin qızı Ümm Gülsümü Əli böyüdüb və Ömər Əlini məcbur edib ki, o qızı ona ərə versin. Bütün bunları nəzərə alaraq biz deyə bilərik ki, Ömərə ərə gedən (əgər olubsa) Əbu Bəkrin qızı və Əlinin böyütdüyü Ümm Gülsümdür.

əl-Hakimin "Müstədrək" əsərindəki hədis:

حدثنا الحسن بن يعقوب وإبراهيم بن عصمة العدلان قالا ثنا السري بن خزيمة ثنا معلى بن راشد ثنا وهيب بن خالد عن جعفر بن محمد عن أبيه عن علي بن الحسين أن عمر بن الخطاب رضى الله تعالى عنه خطب إلى علي رضى الله تعالى عنه أم كلثوم فقال انكحنيها فقال علي إني أرصدها لابن أخي عبد الله بن جعفر فقال عمر أنكحنيها فوالله ما من الناس أحد يرصد من أمرها ما أرصده فأنكحه علي فأتى عمر المهاجرين فقال ألا تهنوني فقالوا بمن يا أمير المؤمنين فقال بأم كلثوم بنت علي وابنة فاطمة بنت رسول الله صلى الله عليه وسلم إني سمعت رسول الله صلى الله عليه وسلم يقول كل نسب وسبب ينقطع يوم القيامة إلا ما كان من سببي ونسبي فأحببت أن يكون بيني وبين رسول الله صلى الله عليه وسلم نسب وسبب هذا حديث صحيح الإسناد ولم يخرجاه

"əl-Müstədrək aləs-Səhih", 3/142 (4684)

Bu hədis sizin hədis elminizə görə zəifdir, çünki bu hədisdə cəmi 3 ravinin adı çəkilir. Bu zəncir imam Baqir (ə) qurtarır. Ümid edirəm ki, siz imam Baqirin Öməri görməsini iddia etməyəcəksiz və sizdən çox xahiş edirəm mən “bunlar sizin siğə imamlarınızdır” sözünü yazmayın. Bu hədisi şiə yox, əhli-sünnət alimi nəql edir və bu nə bizim üçün, nə də sizin üçün dəlil deyil.

İbn Qutəybə əl Maarif kitabının səh 70 yazır:

Həzrət Əlinin bütün qızları Həzrəti Aqil və Həzrəti Abbasın oğullarında ərdə idilər, yalnız Ümmül Həsən və Fatimədən başqa.

Əvvəla nəsə Ümm Gülsümün adı gözümə dəymir. Sonrası isə elə sizin hədislərə əsasən seyyidə qadını seyid olmayan kişiyə ərə vermək olmaz.

Birdə ki, lap elə təfəvvür edək ki, Əlinin Ümm Gülsüm adında qızı olub və həmçinin təsəvvür edək ki, onun lap 30 yaşı olub (yəni həddi-buluğz çatıb), yenə də Əli Ömərə öz qızını verməzdi, çünki bu peyğəmbərin sünnətinə ziddir!

Soruşursuz ki, niyə? Niyəsini indi başa salaram:

Sünnən Nəsai cild 6 səh 62 “Nigah kitabı” və Ər-Riyad əl Nadira cild 2 səh 128 yazılıb:

Əbu Bəkr və Ömər ikisidə Peyğəmbərin qızı Fatimə ilə evlənmək üçün onu Rəsuləllahdan istəmişlər, amma Rəsuləllah: “O hələ çox gəncdir” – deyə onlara rədd cavabı vermişdir.

post-25326-1210444296.jpg

Peyğəmbər onlara rədd cavabı, amma Əliyə razılıq verdi. Deməli Fatimə Əbu Bəkr və Ömər üçün çox gənciydi, çünki onlar artıq onun üçün qoca idilər, amma Əli əsl ona uyğun olan və yaraşan yaşda idi.

Bu insident Ömərlə Ümm Gülsümün əhvalatı ilə lap uygun gəlir. 55 yaşlı Ömər və 5 yaşlı Ümm Gülsüm. Buna görə də əgər Ümm Gülsüm Əlinin qızı olsaydı, o peyğəmbərin etdiyi kimi Ömərin istəyini rədd edərdi.

Изменено пользователем al-Fath

Ничтожен ты или велик - причина тому... твой язык... /Носир Хисроу/

Ссылка на комментарий
Поделиться на других сайтах

Özünüzdə bilirsiz ki, bu rəvayət zəifdir. Birincisi mətninə görə, çünki digər səhih hədislərə ziddir. İkincisi isə ravilərinə görə. Bu rəvayətin ravilərindən biri Əbu Süfyan bin Vəqiyədir. əl Füsulun müəllifi Əllamə Hüriri deyir ki, Əbu Süfyan bin Vəqiyə zəifdir. İbn Hacər Əsqalani deyir zəifdir. Nəsai deyir ki, etibarlı deyil, həmçinin deyir ki, imam Əbu Davud ondan hədis nəql etmirdi (“Tadheeb al İtidal” cild 4 səh 124). İmam Zəhəbi deyir: İmam Buxari deyib ki, insanlar Əbu Süfyan bin Vəqiyə haqda yaxşı söz demirlər. Əbu Zuriyə deyir ki, xalq onu yalançı adlandırır, İbn Əbi Xatim deyir ki, onun hədisləri düz deyil. (“Mizan əl itidal” cild 2 səh 173)

Bu alimlər Əbu Süfyan bin Vəqiyəni zəif sayırlarsa deməli bu rəvayət də səhih sayıla bilməz.

Seninle ne uchun muzakire etmeliyem ki? Dushunceni artiq gorduk...Gozlerini bir qeder genish ach ve Sunen el-Kubradan revayet olunan hedisi yaxshi-yaxshi axtar...

Sen yazilani oxumadan ortaya tullanma...

Sherefsiz ele Omere sherefsiz deyendir. Aydindir?

Siz nə danışırsız e? Müzakirə etmək istəmirsizsə yaxşı yox, sizi saxlayan yoxdur. Amma edirsizsə düzgün edin, mənimlə söz güləşdirməyin.

Mən gözlərimi açıb o rəvayətə baxmışam, indi siz də gözünüzü açıb o rəvayət haqda hənəfi alimi, müfti Qulam Rəsulun dediyinə baxın:

post-25326-1210763767.jpg

Birdə ki, mənim yazdığımdan bir şeyi seçib ona mız qoymayın. Cavab verirsizsə hamısına cavab verin!

Ничтожен ты или велик - причина тому... твой язык... /Носир Хисроу/

Ссылка на комментарий
Поделиться на других сайтах

Attachmentin yanında bir dene de lupa qoyardın... nə deyir mufti Qulam Rəsul?

Attaça basın açılsın, sonra kursoru onun üstündə bir qədər saxlayın, aşağıda şəkili böyüdən işarə çıxacaq.

2. Attaça basın açılsın, sonra onu kompüterinizdə "Save" edin və sonra onu açıb istədiyiniz qədər böyüdün.

Ничтожен ты или велик - причина тому... твой язык... /Носир Хисроу/

Ссылка на комментарий
Поделиться на других сайтах

Sən qısa bir de görək, orada nə yazılıb? Ən azından mövzu xatirinə, hər kəs burada oxuya bilsin. Yəni izah elə görək nə yazılıb?

Görünür siz mənim yazdıqlarımı diqqətlə oxumursuz, mən orada yazılanı yazmışam və kitabın sürətini də gətirmişəm.

Bu rəvayətin ravilərindən biri Əbu Süfyan bin Vəqiyədir. əl Füsulun müəllifi Əllamə Hüriri deyir ki, Əbu Süfyan bin Vəqiyə zəifdir. İbn Hacər Əsqalani deyir zəifdir. Nəsai deyir ki, etibarlı deyil, həmçinin deyir ki, imam Əbu Davud ondan hədis nəql etmirdi (“Tadheeb al İtidal” cild 4 səh 124). İmam Zəhəbi deyir: İmam Buxari deyib ki, insanlar Əbu Süfyan bin Vəqiyə haqda yaxşı söz demirlər. Əbu Zuriyə deyir ki, xalq onu yalançı adlandırır, İbn Əbi Xatim deyir ki, onun hədisləri düz deyil. (“Mizan əl itidal” cild 2 səh 173)

Ничтожен ты или велик - причина тому... твой язык... /Носир Хисроу/

Ссылка на комментарий
Поделиться на других сайтах

Problem bundadır ki, sənə hələ də çatmayıb ki, əl-Beyhəqinin "Sunən əl-Kubra" əsərində iki rəvayət vardır. Sən digər rəvayətdən danışırsan, mən isə sənə bir başqa rəvayəti gətirmişəm yuxarıda. Sənə yuxarıda da demişdim ki, yazılanları yaxşı-yaxşı oxu!

Sənin dediyin ravi mənim işarə etdiyim rəvayətin sənədində yoxdur.

Ссылка на комментарий
Поделиться на других сайтах

  • 2 weeks later...

Salam salahuddin. Bir müddət burda yox idim, sizə cavab verə bilmirdim.

Deməli deyirsiz ki, "Sunən əl-Kubra" əsərində iki rəvayət var? Əvvəla o yazdığınız rəvayətin tərcüməsini də yazın (mən sizin yadınıza salmalıyam ki, tərcüməsiz materialların forumda yerləşdirilməsi qadağandır?!), sonra o rəvayətin səhih olduğunu sübut edin. Amma bunlardan əvvəl mənim yuxarıda yazdıqlarımı cavablandırın, daha adətinizə görə o yazılarda bir mız tapıb ona ilişməyin.

Əslinə qalsa bu rəvayəti heç yoxlamaq da lazım deyil, çünki yuxarıda mən bu haqda olan rəvayətlərin saxta olduqlarını və hətta bir neçə sünni aliminin bunu təsdiqlədiyini yazmışam. Siz isə səhih olmayan kitabdan bir rəvayət tapıb, digər rəvayətləri rədd edirsiz və bizə bu rəvayətin səhih olduğunu sübut etməyə çalışırsız. Yəgin özünüz də başa düşürsüz ki, bir çox rəvayətə zidd olan bir rəvayət qəbul oluna bilməz.

Həmçinin:

Şeyx Subki Zaxair əl Ukbə, "Itrət Fatimə", səh 39 yazır ki, digər zövcəsi olan kişiyə Fatimənin qızları ilə evlənmək haramdır.

post-25326-1211788556.jpg

Изменено пользователем al-Fath

Ничтожен ты или велик - причина тому... твой язык... /Носир Хисроу/

Ссылка на комментарий
Поделиться на других сайтах

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Гость
Ответить в тему...

×   Вы вставили отформатированное содержимое.   Удалить форматирование

  Only 75 emoji are allowed.

×   Ваша ссылка была автоматически встроена.   Отобразить как ссылку

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

Загрузка...
×
×
  • Создать...