Перейти к содержимому

12


Abu Sufyan ordusu

Recommended Posts

Quranda on iki ededine chox rast gelmek olur. Ashaqidakilar menim naqis aqlimla rast geldiklerim ve bildiklerimdir. Sizlerden de bildiklerinizi bolushmeyi rica edirem.

Ссылка на комментарий
Поделиться на других сайтах

Yadınıza salın ki, Musa öz qövmü üçün su istədikdə, Biz ona: “Əsanı daşa vur!” –dedik. (O, əsanı daşa vuran kimi) ondan (daşdan) on iki çeşmə fışqırdı, hər kəs öz çeşməsini tanıdı. (Sonra onlara: ) “Allahın verdiyi ruzidən yeyin-için, fəqət yer üzündə öz həddinizi aşaraq fəsad törətməyin!” (söylədik).(2-60)

Allah İsrail oğullarından əhd almışdı. Biz onlardan (özlərinə) on iki nəzarətçi (vəkil) göndərmişdik. Allah buyurmuşdu: “Mən sizinləyəm. Əgər namaz qılsanız, zəkat versəniz, peyğəmbərlərimə iman gətirib onlara kömək etsəniz, Allaha (Allah yolunda) gözəl bir borc (sədəqə) versəniz, əlbəttə, günahlarınızın üstünü örtər və sizi (ağacları) altından çaylar axan cənnətlərə daxil edərəm. Lakin bundan sonra sizdən hər kəs (əhdi pozaraq) küfr edərsə, o artıq doğru yoldan azmış olar!”(5-12)

Biz onları (İsrail oğullarını) on iki qəbiləyə - ümmətə böldük. Camaatı (Tih səhrasında) ondan (Musadan içməyə) su istədiyi zaman ona: “Əsanı daşa vur!” – deyə vəhy etdik. (Əsanı daşa vuran kimi) ondan on iki çeşmə qaynayıb axmağa başladı. Hər qəbilə özünün su içəcəyi yeri bildi. Biz buludları onların üstündə kölgəlik etdik, onlara qüdrət halvası və bildirçin endirdik. Onlara: “Sizə ruzi olaraq verdiyimiz pak nemətlərdən yeyin!” dedik. Onlar (naşükür olmaqla, əmrlərimizi yerinə yetirməməklə) Bizə deyil, ancaq özlərinə zülm edirdilər!(7-160)

Ссылка на комментарий
Поделиться на других сайтах

Həqiqətən, Allah yanında ayların sayı göyləri və yeri yaratdığı gündən bəri Allahın Kitabında on ikidir. Onların dördü (rəcəb, zülqədə, zülhiccə və məhərrəm) haram aylardır. Bu, doğru dindir (İbrahim və İsmailin gətirdikləri dinin doğru hesabı və hökmüdür). Ona görə də həmin aylarda özünüzə zülm etməyin. Müşriklərin hamısı sizinlə vuruşduqları kimi, siz də onlarla vuruşun və bilin ki, Allah müttəqilərlədir!(9-36)

Bir zaman Yusif atasına demişdir: "Atacan! Mən (yuxuda) on bir ulduz və Günəşlə ayı gördüm. Gördüm ki, onlar mənə səcdə (təzim) edirlər".(12-4)

Yusif a.s. ozunude sayanda 12 qardash olurlar.

Ulduzlar barede bele bir aye var:

Suyun və qurunun zülmətində (yolunuzu) düz getmək üçün ulduzları sizin üçün yaradan da Odur. Biz bu ayələri anlayan bir camaat üçün bu cür ətraflı izah etdik.(6-97)

Yollarını ulduzlar vasitəsilə t.rlar.(16-16)

And içirəm yanıb sönən ulduzlara.(81-15)

Изменено пользователем Abu Sufyan ordusu
Ссылка на комментарий
Поделиться на других сайтах

Ashaqidaki ayelerde ise tefsire gore 12 ededine rast gelmek olur:

(Ey hacılar!) Sayı bəlli olan günlərdə (Mina dağında) Allahı yada salın (təkbirlə zikr edin). Tələsərək iki gündə (zülhiccənin on birinci və on ikinci günlərində Minadan Məkkəyə) qayıdana heç bir günah gəlməz. Eləcə də yubanana (zülhiccənin on üçüncü günü Minada qalana) heç bir günah tutulmaz. Bu (günah tutulmaması), müttəqilərə aiddir. Allahdan qorxun və Onun yanında (hüzurunda) toplanacağınızı bilin!(2-203)

Xatırla ki, o zaman həvarilərə (İsanın on iki əshabəsinə): “Mənə və peyğəmbərimə iman gətirin!” – deyə əmr etmişdim. Onlar isə: “Bizim (Sənə və peyğəmbərinə) itaətkar kəslər olmağımıza şahid ol!” – deyə cavab vermişdilər.(5-111)

(Yusif) bu iki nəfərdən nicat t.cağını yəqin etdiyi kimsəyə (şərabpaylayana) dedi: “Ağanın yanında məni də yada sal!” Lakin Şeytan ona ağasının yanında (Yusifi) yada salmağı unutdurdu və buna görə də o (Yusif) bir neçə (yeddi və ya on iki) il zindanda qaldı.(12-42)

Sən (on iki yaşında ikən tayfadan olan bir yəhudi ilə mübahisə edən) bir nəfəri (bir qibtini) vurub öldürdün. Sonra Biz səni (Mədyənə qaçırtmaqla) o qəmdən qurtardıq. Biz səni bir çox sınaqlardan keçirtdik (cürbəcür bəlalara, möhnətlərə düçar edib hamısından salamat qurtardıq). İllərlə Mədyən əhli içində (Şüeybin yanında) qaldın. Sonra da müəyyən olunmuş vaxta (qırx yaşına) gəlib çatdın, Ya Musa!(20-40)

Onda Musaya belə vəhy etdik: “Əsanla dənizə vur!” (Musa əsasını dənizə vuran kimi) o dərhal yarıldı (İsrail oğullarının soyuna müvafiq olaraq on iki hissəyə bölündü) və hər hissə böyük (uca) bir dağ kimi oldu.(26-63)

Onlar (möminlər) bir alış-veriş, yaxud bir əyləncə gördükləri zaman səni ayaq üstə (minbərdə xütbə oxuduğun halda) qoyub ona tərəf cumdular. (Ya Peyğəmbər!) De: “Allah dərgahında olan savab əyləncədən də, ticarətdən də xeyirlidir. Allah ruzi verənlərin ən yaxşısıdır!” (Bir dəfə Muhəmməd əleyhissəlam minbərdə cümə namazı xütbəsi oxuduğu zaman Şamdan ərzaqla yüklənmiş bir karvanın gəldiyini xəbər verən təbil səsləri eşidilmişdi. O vaxt Mədinə əhalisi qıtlıqdan möhkəm əziyyət çəkirdi. Bunu eşidən camaat Peyğəmbəri tərk edərək karvanın qabağına qaçmışdı. Məsciddə cəmi on iki adam qalmışdı. O zaman bu ayə nazil olub cümə xütbəsi və namazı bitməmiş məsciddən çıxıb getməyin məqbul hərəkət olmadığına işarə edilmişdir).(62-11)

Ссылка на комментарий
Поделиться на других сайтах

Maraqlı mövzudur. Bir dənə də mən bir şeyi qeyd etmək istəyirəm. Yasin surəsinin 12-ci ayəsinin sonuna diqqət yetirək:

Həqiqətən, ölüləri dirildən, onların (dünyada) nə etmiş olduqlarını və qoyub getdiklərini yazan Bizik. Biz hər şeyi hesaba alıb açıq-aydın Kitabda (lövhi-məhfuzda) təsbit etmişik.

Düzdür, tərcümələrin əksəriyyəti bu kəliməni bir az fərqli verir, amma ərəbisinə diqqət yetirək:

yasin.jpg

"Mubin" sözü "aşkar" deməkdir, "imam" sözü isə məncə elə "imam" deməkdir. Ayənin 12-ci olması daha da maraqlıdır.

P.S. Bu yaxında dostum hansısa türk kanalından verilən dini verilişdə bu ayə haqda gedən söhbətə baxmışdı. Deyir onlar dedilər bu ayədə ("imamin mubin" kəliməsində) kimdənsə (konkret şəxsdən) söhbət gedir, amma onu biz də bilmirik ki, kimdir.

Ссылка на комментарий
Поделиться на других сайтах

  • 1 year later...

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Гость
Ответить в тему...

×   Вы вставили отформатированное содержимое.   Удалить форматирование

  Only 75 emoji are allowed.

×   Ваша ссылка была автоматически встроена.   Отобразить как ссылку

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

Загрузка...
×
×
  • Создать...