Перейти к содержимому
Скоро Конкурс!!! Торопитесь!!! ×

Təzə xəbərlər


El Paso

Recommended Posts

Bakı və İrəvana Dağlıq Qarabağ üzrə yeni təkliflər variantı təqdim olunacaq lhamMedvedSarqsyan.jpg Həmsədrlərə Madrid sənədinin yenilənmiş variantını təqdim etmək tapşırılıb

Rusiya, ABŞ və Fransa Bakı və İrəvana Dağlıq Qarabağ üzrə son təkliflərin yenilənmiş variantını təqdim edəcək. ANS PRESS-in "RİA-Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə üç ölkə prezidentinin Dağlıq Qarabağ münaqişəsi üzrə birgə bəyanatında bildirilir.

"Biz vasitəçilərimizə Azərbaycan və Ermənistan prezidentlərinə 2007-ci il 29 noyabr tarixli Madrid sənədinin yenilənmiş variantını təqdim etməyi tapşırmışıq", - deyə Rusiya, ABŞ və Fransa liderlərinin birgə bəyanatında bildirilir.

"Biz Azərbaycan və Ermənistan prezidentlərini aralarında mövcud olan bəzi fikir ayrılıqlarını aradan qaldırmağa və hərtərəfli nizamlanma planının tərkibini təşkil edən bu əsas prinsiplərin razılaşdırılmasını başa çatdırmağa çağırırıq", - deyə Akvildə qəbul olunan birgə bəyanatda bildirilir.

Dmitri Medvedev, Barak Obama və Nikolya Sarkozi öz bəyanatlarında "Dağlıq Qarabağ münaqişəsinin əsas nizamlanma prinsiplərinin onlar tərəfindən razılaşdırılmasının başa çatdırılmasında Azərbaycan və Ermənistan rəhbərlərinə dəstək göstərmək" öhdəliklərini təsdiq ediblər. /ANS PRESS/

Изменено пользователем El Paso

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

  • Ответы 361
  • Created
  • Последний ответ

Top Posters In This Topic

Top Posters In This Topic

Dmitri Medvedev G8 sammitində kefli olub? (FOTOSESSİYA)medvedev-kefli.jpg "Böyük səkkizlik" sammiti zamanı "Frans Press" agentliyinin fotoqrafı onun bir neçə qəribə fotosunu çəkib

İtaliyanın Akvila şəhərində "Böyük səkkizlik" sammiti zamanı "Frans Press" agentliyinin fotoqrafı Dmitri Medvedevin bir neçə qəribə fotosunu çəkib. Fotolara baxarkən Rusiya prezidenti ayıq görünmür. ANS PRESS, RİA "Novıy reqion"-a istinadən xəbər verir ki, fotolar sammitin açılış günündə binanın çıxışında çəkilib.

Fotolarda İtaliyanın baş naziri Silvio Berluskoni, üzündə köməksizlik ifadəsi olan Rusiya prezidenti Dmitri Medvedevin çiyinlərindən tutur, Fransa prezidenti Nikola Sarkozi isə şübhəli şəkildə onlara doğru əyilir. Rusiya prezidentinin ayaqları isə qarışıq fiqurlar cızır. Arxa planda isə Almaniyanın kansleri Angela Merkel, təəccüblə baş verənləri izləyir.

Rusiya prezidentinin dəftərxanası isə fotoları şərh etməyib.

medvedev_pyaniy1.jpg

medvedev_pyaniy3.jpg

medvedev_pyaniy2.jpg

Canee) :wacko:

Изменено пользователем El Paso

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

İ. Ə. Serj Sarkisyanla görüşə razılıq verdi ilham_eliyev21.jpg Bu barədə məlumatı Minsk qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov verib

Azərbaycan prezidenti İ. Ə. Ermənistan prezidenti Serj Sarkisyan ilə iyulun 17-də Moskvada görüşməyə razılıq verib. Bu barədə məlumatı ATƏT-in Minsk qurupunun rusiyalı həmsədri Yuri Merzlyakov verib. “Biz ümid edirik ki, bu görüş Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında finiş nöqtəsinə çıxmağa kömək edəcək”, - deyə rusiyalı həmsədr bildirib.

Rusiyalı diplomatın sözlərinə görə, həmsədrlər hər iki prezidentlə görüşdən razı qalıblar. “Prezidentlərlə müzakirələr dolğun və konstruktiv keçib. Hər iki prezident növbəti görüşdən nəticə əldə etmək istəyir», - deyə Merzlyakov bildirib.

Fransalı həmsədr Bernar Fasye isə prezidentlər İ. Ə. və Serj Sarkisyanın 17 iyul görüşünün danışıqların bu mərhələsini bitirib, yeni müzakirə mövzusu açmağa kömək edəcəyinə ümid etdiyini vurğulayıb. «Biz ümid edir ki, prezidentllərdən ilin sonuna kimi nizamlanmanın baza prinsiplərinə aid razılıq əldə edcəyik. Onda bu əsl irəliləyiş olacaq. Bu irəliləyiş gələn ildən prinsiplərin baza razılaşmasına çevriləcəyinə şərait yaradacaq»./ANS PRESS/

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

Gürcüstanda "Borçalı türklərinin elat mədəniyyəti günü" qeyd olunacaqborcali_03783.jpg Tədbirin Gürcüstanda qeyd edilməsinə Mixail Saakaşvili səviyyəsində razılıq verilib

“Borçalı” cəmiyyəti iyulun 26-da Gürcüstanda keçiriləcək “Borçalı türklərinin elat mədəniyyəti günü” ilə bağlı hazırlıqları başa vurub. Bu xəbər Turana adı çəkilən qurumdan daxil olub.

Xəbərə görə, tədbirin Gürcüstanda qeyd edilməsinə Gürcüstan prezidenti Mixail Saakaşvili səviyyəsində razılıq verilib. “Məqsəd və amalımız iki xalq arasında dostluğun möhkəmlənməsinə, etimadsızlığı aradan qaldırmağa və Gürcüstan azərbaycanlılarının problemlərini həll etməyə nail olmaqdır”, - deyə xəbərdə tədbirin mahiyyətinə toxunulur.

Tədbirə qatılanların iyulun 25-də səhər saat 7:00-da “Bibiheybət” məscidinin yanından “Dostluq karvanı” avtobusları ilə Gürcüstana yola düşməsi, iyulun 26-da səhər Dmanisi rayonunda yaylağa qalxmaq mərasimilə tədbirlərə start verilməsi və elə həmin gün axşam arana enməklə tədbirin sona çatması nəzərdə tutulur./Turan/

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

Ermənistanda siyasi böhran davam edirtiqran10_07_09.jpg Eks-spiker Tiqran Torosyan AŞPA qətnamələrinin tam yerinə yetirilmədiyini bildirib

“Avropa Şurası Parlament Assambleyasının yay sessiyasında Ermənistanla bağlı qəbul etdiyi qətnamə ölkədə siyasi böhranın davam etdiyini göstərir”. “Novosti-Armenia”nın məlumatına görə, bu barədə Ermənistan Parlamentinin Avropaya inteqrasiya daimi komissiyasının üzvü, eks-spiker Tiqran Torosyan bildirib.

“AŞPA qətnaməsi göstərir ki, Ermənistanda siyasi böhran hələ də davam edir və bundan əvvəlki qətnamələr bu böhranı aradan qaldırmaq üçün bir növ yol xəritəsi hesab oluna bilər”, - deyə Torosyan bildirib.

Torosyan beynəlxalq təşkilatların sənədlərinin Ermənistanda lazımi formada qəbul olunmadığını və indiyədək Assambleyanın qəbul etdiyi qətnamələrin tam yerinə yetirilmədiyini də qeyd edib.

Onun sözlərinə görə, ölkədəki siyasi böhranı aradan götürmək üçün Ermənistan Avropa Şurasının üzvü kimi qətnamədə qoyulmuş məsələləri həyata keçirməlidir.

Eks-spiker onu da qeyd edib ki, heç bir beynəlxalq təşkilat bu və ya digər ölkənin problemini həll etmir, sadəcə ona problemlərini görməyə kömək edir. Amma problemin həlli ölkənin özündən asılıdır. /ANS PRESS/

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

Bu gün Bakının bəzi rayonlarına suyun verilməsi qismən məhdudlaşdırılacaqsu-kran-09-07.jpg Bunun səbəbi, yeni metro tunellərinin tikintisi ilə əlaqədar su borularının ərazidən bir qədər kənarlaşdırılmasıdır

Bu gün paytaxtın bir sıra rayonlarının, əsasən Səbail, Nəsimi və Yasamal rayonlarının bir hissəsinə suyun verilməsi qismən məhdudlaşdırılacaq. Bu zərurət Bakı metropoliteninin 3-cü növbəsinin şimal sahəsinə daxil olan "Azadlıq prospekti" ilə "M.Müşfiq" stansiyaları arasında tunellərin tikintisi ilə əlaqədar, "Azərsu" Səhmdar Cəmiyyətinə məxsus diametri 900, 500, 200 mm olan su borularının ərazidən bir qədər kənarlaşdırılmasıdır. Elə bu səbəbdən də artıq bir neçə gündür metropolitenin əməkdaşları ilə birgə "Azərsu" ASC-nin nümayəndələri boruların yerdəyişmə prosesini davam etdirərək ərazidə söküntü işləri .rır. Belə ki, yeni su xətləri əraziyə gətirilərək quraşdırılıb. Köhnə xəttlər isə yeniləri ilə əvəzlənəcəyi günü gözləyir. "Azərsu"dan verilən məlumata görə su təhcizatının gecə saatlarında bərpa edilməsi gözlənilir. /ANS PRESS/

Изменено пользователем El Paso

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

Əfqanıstan və Pakistanda döyüşən 13 azərbaycanlının məhkəməsi başlayıbAgir_Cinayetler_Mehkeme.jpg Dəstə üzvləri Azərbaycan sülhməramlılarına qarşı da döyüşüblər

Ağır Cinayətlərə İşlər üzrə Məhkəmədə Əfqanıstan və Pakistanda qanunsuz silahlı birləşmələrdə ABŞ-la müttəfiq olan qoşunlara qarşı döyüşlərdə iştirak edən 13 Azərbaycan vətəndaşının məhkəməsi başlayıb.

АНС PRESS-in məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə bu gün cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Cinayət işi üzrə Şakir Xanbutov, Araz Kəngərli, Telman İsayev, Tural Sultanov, Cahangir Bağırov, Əyyub Zeynalov, Seymur Əhədov, Emil Mirzəyev, Ceyhun Sadıqov, Şahin Muxtarov, Kəbir Vəlibəyov, Rövşən Paşayev, Vüqar Vəkilov təqsirləndirilirlər.

Dəstə üzvləri 2008-ci ilin əvvəlindən başlayaraq müxtəlif tarixlərdə Pakistan və Əfqanıstana gedərək düşərgələrdə hərbi təlimlər keçiblər. Həmin ölkələrdə azərbaycanlı sülhməramlının daxil olduğu hərbi koalisiya qüvvələrinə qarşı döyüşüblər. Onlar ötən ilin sonunda həbs ediliblər.

Həbs edilənlər Azərbaycan CM-nin 12-ci (cinayət qanununun Azərbaycan ərazisindən kənarda törətdiklən cinayətlərə görə qüvvəsi), 279.1 (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə), 318.1, 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, yaxud zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə Azərbaycanın mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə), 228.1 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) üzrə ittiham olunurlar.

Məhkəmə baxışı iyulun 16-na təyin olunub.

Anar Məmmədov /ANS PRESS

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

ABŞ səfirliyi Hacızadə və Millinin işi ilə bağlı bəyanat yayıbBayraq_USA1.jpg Bəyanatda deyilir ki, adı çəkilən şəxslər naməlum şəxslər tərəfindən basqına məruz qalıb

ABŞ səfirliyi gənc fəallar Adnan Hacızadə və Emin Millinin həbsi ilə bağlı bəyanatla çıxış edib. Səfirliyin bəyanatında deyilir ki, adı çəkilən şəxslər naməlum şəxslər tərəfindən basqına məruz qalıb, saxlanılıb və istintaqa cəlb ediliblər. Eyni zamanda, onlara hücum edənlər sərbəst buraxılıb. «Biz həmçinin polisin vəkilləri onların yanına buraxmamasından və adekvat tibbi yardım göstərməməsindən narahatıq».

Bu məsələlər Azərbaycan hakimiyyəti və hüquq-mühafizə orqanları qarşısında qaldırılıb. «Biz bu istiqamətdə işi davam etdirəcəyik və Azərbaycan hakimiyyətini Hacızadə və Millini zəruri hüquqi və tibbi yardımla təmin etməyə çağırırıq. Biz həmçinin hakimiyyəti öz vətəndaşlarının hüquqlarına hörmət etməyə çağırırıq», deyə bəyanata qeyd edilib.

Xatırladaq ki, tanınmış politoloq Hikmət Hacızadənin oğlu, “Ol” Gənclər Hərəkatının təsisçilərindən olan Adnan Hacızadə və “Alumni Network” Gənclər Şəbəkəsinin nümayəndəsi Emin Milli barəsində Səbail rayon Məhkəməsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, A. Hacızadə və E. Milli iyulun 8-də axşam Səbail rayonu ərazisində yerləşən “Lebanes” restoranında tanımadıqları şəxslərin hücumuna məruz qalıblar. Onlar hadisə ilə əlaqədar Səbail RPİ-nin 9-cu polis bölməsinə müraciət ediblər. Polis onları və onlara hücum edən iki şəxsi araşdırma üçün bölməyə .rsa da, A. Hacızadə ilə E. Millini saxlayıb, digər iki şəxsi isə sərbəst buraxıb.

Onların barəsində Azərbaycan Cinayət Məcəlləsinin 221.2 (bir qrup şəxs tərəfindən törədilən xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb, istintaq .rılır. /Turan/

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını Madrid prinsipləri çərçivəsində görürCeymsSteyenberq.jpg Ceyms Staynberq: "Yaxın həftələr ərzində irəliyə doğru addımlamaq üçün əlavə tədbirlər görülməsinin mümkün olduğuna ümid edirik"

"ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanması mümkünlüyünü "Madrid prinsipləri" əsasında görür". ANS PRESS-in "Novosti-Armeniya"ya istinadən verdiyi xəbərə görə, bu bəyanatla şənbə günü İrəvanda Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyan ilə birgə keçirilən mətbuat konfransında ABŞ Dövlət Katibinin birinci müavini Ceyms Staynberq çıxış edib.

"İrəvana səfərədək biz Azərbaycanda olduq və prezident İlham Əliyev ilə görüşdük. Biz ümid edirik ki, hər iki tərəf münaqişənin həlli yolüunu "Madrid prinsipləri" əsasında görür. Biz həmsədrlərin əsasında və Rusiya, ABŞ və Fransa prezidentlərinin bu yaxınlardakı bəyanatını nəzərə alaraq Ermənistan və Azərbaycan prezidentlərinin qarşıda Moskvada gözlənilən görüşündə irəliləyişlərin ələdə olunması üçün imkanlar görürük", - deyə Staynberq bəyan edib.

Staynberq əlavə edib ki, tərəqqinin davam etdirilməsinə qərarlılığın olması hiss edilir: "Düşünürəm ki, bu, konstruktiv yanaşmadır. Biz regionu hər iki tərəfin bu istiqamətdə ciddi məqsədlərinin olması hisslərilə tərk edirik və yaxın həftələr ərzində irəliyə doğru addımlamaq üçün əlavə tədbirlərin görülməsinin mümkün olduğuna ümid edirik". /ANS PRESS/

Изменено пользователем El Paso

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

Türkiyə XİN-i prezidentlərin Dağlıq Qarabağ bəyanatından məmnundurahmet_davutoglu_0489242.jpg Bu barədə nazirliyin yazılı açıqlamasında deyilir

Türkiyə Xarici İşlər Nazirliyi ATƏT Minsk Qrupunun həmsədr dövlətləri ABŞ, Fransa və Rusiya dövlət başçılarının Dağlıq Qarabağ münaqişəsi barədə verdikləri bəyanatı məmnuniyyətlə qarşıladığını açıqlayıb. Türkiyə mətbuatının məlumatına görə, bu barədə nazirlikdən verilən yazılı açıqlamada bildirilir.

Açıqlamada həmçinin qeyd olunur ki, bu bəyanat ölkələrin xarici işlər nazirləri tərəfindən 2007-ci ilin noyabrında Madriddə Ermənistan və Azərbaycana təqdim edilmiş "Dağlıq Qarabağ Probleminin Həlli ilə bağlı baza prinsiplərinə əsaslanır.

"Hər iki tərəfin bu təməl prinsiplərə yanaşmasında fərqli nüansların olması təbiidir. Əhəmiyyətli olan, tərəflərin konstruktiv bir mövqedə olmasıdır. Həmsədrlərin məsələyə verdikləri əhəmiyyəti nəzərə alsaq, onlar bu təməl prinsiplər ətrafında görüşləri ən qısa zamanda tamamlamalı, istər Azərbaycan və Ermənistan, istərsə də bütün Cənub Qafqaz üçün illərdir qanayan bir yara olan bu münaqişəni sülhlə həll etməlidirlər", deyə yazılı açıqlamada deyilir.

Xatırladaq ki, Rusiya, ABŞ və Fransa prezidentləri Dağlıq Qarabağ münaqişəsi üzrə birgə bəyanat veriblər. "Biz vasitəçilərimizə Azərbaycan və Ermənistan prezidentlərinə 2007-ci il 29 noyabr tarixli Madrid sənədinin yenilənmiş variantını təqdim etməyi tapşırmışıq", - deyə Rusiya, ABŞ və Fransa liderlərinin birgə bəyanatında bildirilir.

Dmitri Medvedev, Barak Obama və Nikolya Sarkozi öz bəyanatlarında "Dağlıq Qarabağ münaqişəsinin əsas nizamlanma prinsiplərinin onlar tərəfindən razılaşdırılmasının başa çatdırılmasında Azərbaycan və Ermənistan rəhbərlərinə dəstək göstərmək" öhdəliklərini təsdiq ediblər./ANS PRESS/

Изменено пользователем El Paso

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

ABŞ senatı separatçı rejimə yardım ayırmaqdan imtina edibkonqres_11_07_09.jpg Ermənistana ayrılan maliyyə yardımı isə azaldılıb

ABŞ Senatının Təxsisatlar Komitəsi 2010-cu maliyyə ili üçün xarici yardımlarla bağlı qanun layihəsini qəbul edib. Ermənistanın "Panarmenian" saytının məlumatına görə, layihənin "lehinə" 29, "əleyhinə" isə 1 senator səs verib.

Qanun layihəsində Ermənistana göstəriləcək yardımların miqdarı azaldılıb. Belə ki, ayrılan 30 milyon dollar ötən ilkindən 18 milyon azdır. Azərbaycana isə 22 milyon dollar ayrılacaq.

Separatçı Dağlıq Qarabağ rejiminə isə yardım edilməyəcək.

Amerikanın Erməni Assambleyasının icraçı katibi Brayn Arduni Senatda və Nümayəndələr Palatasında, Ermənistan və Dağlıq Qarabağa daha çox yardımın ayrılması üçün işlərin davan etdirələcəyini bildirib.

Məlumata görə, Azərbaycan və Ermənistana ayrılacaq hərbi yardımın həcmində paritet qorunacaq. 907-ci akta edilən düzəliş də qüvvədə qalıb.

Qanun layihəsi Nümayəndələr Palatası və Senatda müzakirə ediləcək. Sonra isə imzalanmaq üçün prezident Barak Obamaya göndəriləcək. /ANS PRESS/

Изменено пользователем El Paso

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

ABŞ dövlət katibinin müavini: "Ola bilsin ki, biz Qəbələ RLS-dən istifadə edək"RLS.jpg Ceyms Staynberq bu məsələni hələ Azərbaycan hökuməti ilə müzakirə etməyə imkanlarının olacağını qeyd edib

"ABŞ və Rusiya prezidentlərinin Moskvadakı görüşündə raket hücumundan müdafiə məsələsi üzrə əməkdaşlıq imkanları müzakirə olunub və bu istiqamətdə işi davam etdirmək qərara alınıb. Hesab edirəm ki, Qəbələ RLS istifadə üçün potensiala malikdir və ola bilər ki, biz ondan istifadə edək". ABŞ dövlət katibinin birinci müavini Ceyms Staynberq jurnalistlərin Qəbələ RLS-dən ABŞ və Rusiyanın birgə istifadəsi ilə bağlı sualını cavablandırarkən belə deyib. O, bu məsələni hələ Azərbaycan hökuməti ilə müzakirə etməyə imkanlarının olacağını qeyd edib. Ceyms Staynberq hələlik Rusiya ilə raket hücumundan müdafiə sahəsində əməkdaşlığın mümkünlüyü barədə müzakirələrin ilkin mərhələsində olduqlarını söyləyib. /ANS TV/

Изменено пользователем El Paso

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

İran Qərbə yeni təkliflər təqdim edəcəkManucehr_mottaki_11_07.jpg İran xarici işlər naziri hesab edir ki, layihə Qərblə danışıqlarda yaxşı əsas ola bilər

İran siyasət, təhlükəsizlik və beynəlxalq münasibətlər məsələləri üzrə Qərbə yeni təkliflər layihəsini təqdim etmək niyyətindədir. Gazeta.ru-nun məlumatına görə, bu barədə İran xarici işlər naziri Manuçöhr Mottaki bildirib.

"Layihə Qərblə danışıqlarda yaxşı əsas ola bilər. Bu layihədə təhlükəzlik, siyasət və beynəlxalq münasibətlər sahəsində İranın mövqeyi əks olunacaq", - deyə Mottaki bildirib. /ANS PRESS/

Изменено пользователем El Paso

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

Egemen Bağış: "1,5 milyard müsəlman Türkiyənin Avropa Birliyinə üzvlüyünü gözləyir"Egemen_Bagish-10-07.jpg "Əgər Türkiyə kimi bir ölkə ayrı-seçkiliyə məruz qalırsa, bu, milyardlarla insan üçün olduqca mənfi ismarış olacaq"

"Dünya müsəlmanları Türkiyənin Avropa Birliyinə üzvlüklə bağlı 50 illik müraciətlərinin nəticə verməsini Qərbin tolerantlığının nümunəsi kimi gözləyir". ANS PRESS, Türkiyənin "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin dövlət naziri Egemen Bağış, Xorvatiyanın Dubrovnik şəhərində "Reuters" agentliyinə açıqlamasında deyib. Onun sözlərinə görə, 1,5 milyard müsəlman, Türkiyənin Avropa Birliyinə üzvlük prosesini diqqətlə izləyir və dəyərləndirir. O bəyan edib ki, avropalı nümayəndələrlə hər görüşündə 1,5 milyard nəfərin təzyiqini çiyinlərində hiss edir.

Egemen Bağışın sözlərinə görə, Avropa Birliyi Türkiyəyə arxa çevirəcəyi halda, təkcə dünya müsəlmanları yox, eləcə də bütün insanlar Qərb tərəfindən kənara sıxışdırıldıqlarını hiss edəcəklər: "Əgər Türkiyə kimi bir ölkə ayrı-seçkiliyə məruz qalırsa, bu, milyardlarla insan üçün olduqca mənfi ismarış olacaq. Amma Türkiyənin Avropa Birliyinə züv olması bu insanlar üçün müasir dünyada yerlərinin olduğuna bir ümid işığına çevriləcək".

Egemen Bağış, Türkiyənin üzvlük müraciətinə müsbət cavab verilməməsini xarici düşmənçiliklə əlaqələndirib: "İnsanlar bilmədikləri şeylərdən qorxarlar. Təəssüf ki, türklərin böyük əksəriyyətinin müsəlman olması, yersiz narahatlıq yaradır". Dövlət naziri bəyan edib ki, Avropa Birliyinə üzv olacağı təqdirdə Türkiyənin bu təşkilatın yaradıcı ölkələrindən daha təsirli siyasət yürüdəcəyi təhlükəsini bəzi ölkələr qəbul etmək istəmir. Onun sözlərinə görə, Türkiyənin Avropaya olduğu qədər Avropanın da Türkiyəyə ehtiyacı var. Egemen Bağış bildirib ki, Türkiyə tamhüquqlu üzvlükdən başqa heç bir addımı qəbul etməyəcək.

Изменено пользователем El Paso

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

Türkmənistan "Nabukko" layihəsində iştirak etməyə hazırdırberdimuxamedov1.jpg Qurbanqulu Berdımuhəmmədov: "Qaz ehtiyatlarımız layihənin gerçəkləşdirilməsi üçün kifayətdir"

Türkmənistan prezidenti Qurbanqulu Berdımuhəmmədov hesab edir ki, ölkəsinin qaz ehtiyatları "Nabukko" layihəsinin reallaşdırılması üçün kifayətdir. ANS PRESS-in "RİA-Novosti"yə istinadən verdiyi xəbərə görə, dövlət başçısı Türkmənistanın "Nabukko" layihəsində iştirakı məsələsinə hökumətin geniş tərkibli iclasında toxunub.

Berdımuhəmmədov bildirib ki, hazırda Türkmənistanda satış üçün artıq qaz var. O xüsusilə qeyd edib ki, mövcud qaz həcmləri ölkə sərhədlərində potensial alıcılara satıla bilər.

"Bütün bunlar bu sahədə müxtəlif layihələrin, o cümlədən "Nabukko" layihəsinin reallaşdırılmasına imkan verir", -deyə Berdımuhəmmədov bildirib. /ANS PRESS/

Изменено пользователем El Paso

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllini nəzərdə tutan baza prinsiplərinin detallarını açıqlayıbBayraq_USA.jpg Bəyanatda bir daha qeyd olunur ki, Dağlıq Qarabağ münaqişəsi güc tətbiq edilmədən, ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır

Amerika Birləşmiş Ştatları (ABŞ) Dağlıq Qarabağ münaqişəsinin həllini nəzərdə tutan baza prinsiplərinin detallarını açıqlayıb. Bəyanatda bir daha qeyd olunur ki, Dağlıq Qarabağ münaqişəsi güc tətbiq edilmədən, ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır.

Ağ evin mətbuat xidmətinin yaydığı məlumatda 2007-ci ildə Madriddə Rusiya, ABŞ və Fransanın xarici işlər nazirlərinin təklif etdiyi prinsiplərin əsas mahiyyəti açıqlanıb. Bu prinsiplərin Helsinki son aktına, gücün tətbiq edilməməsi, ərazi bütövlüyü, bərabər hüquq, eyni zamanda öz müqəddəratını həll etmək hüququna əsaslanır. Ağ evin mətbuat xidməti Madrid prinsiplərinin konkret maddələrini də açıqlayıb.

1. Dağlıq Qarabağ ətrafında olan rayonların Azərbaycanın nəzarətinə qaytarılması,

2. Dağlıq Qarabağa keçid statusu verməklə onun təhlükəsizliyi və özünü idarə etməsinə təminat verilməsi,

3. Ermənistanla Dağlıq Qarabağı birləşdirən dəhlizin yaradılması,

4. Dağlıq Qarabağın yekun statusunu müəyyən edəcək hüquqi səlahiyyəti olan arzunu ifadə etmək hüququ,

5. Bütün qaçqın və köçkünlərin münaqişədən əvvəl yaşadıqları ərazilərə qayıtmaq hüququ,

6. Sülhməramlı əməliyyatları nəzərdə tutan beynəlxalq təhlükəsizlik təminatının verilməsi.

Ağ evin bəyanatında deyilir ki, baza prinsiplərinin Ermənistan və Azərbaycan tərəfindən dəstəklənməsi həm iki ölkə, həm də region üçün əhatəli sülhün, sabitliyin və firavanlığın yaranmasına səbəb olacaq.

Qeyd edək ki, İtaliyada «Böyük səkkizlər» sammitində birgə bəyanatla çıxış edən Amerika prezidenti Barak Obama, Fransa prezidenti Nikolya Sarkozi və Rusiya prezidenti Dmitri Medvedev Azərbaycan və Ermənistanı bu iki ölkə arasında mövcud olan son fikir ayrılıqlarını aradan qaldırmağa və yekun razılaşma əldə etməyə səsləyiblər. Bəyanatda deyilir ki, Ermənistanla rəsmi Bakı 2007-ci il Madrid prinsiplərinə uyğun razılaşmaya nail olmalıdır. Qeyd edək ki, ABŞ, Fransa və Rusiya ATƏT-in Minsk qrupunun həmsədrləri olaraq münaqişə tərəfləri arasında vasitəçilik edirlər. /ANS TV/

Изменено пользователем El Paso

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

Ölkədə çörəyin qiyməti qalxa bilər?Bugda.jpgKənd Təsərrüfatı Nazirliyi ölkəyə gətirilən taxılın idxal rüsumlarının artırılması üçün hökumətə müraciət edib

«Azərbaycana idxal olunan buğdaya tətbiq edilən gömrük rüsumları artırıla bilər». Kənd kənd təsərrüfatı naziri İsmət Abasov bununla bağlı hökumətə müraciət edildiyini bildirib. Onun sözlərinə görə, burada məqsəd yerli istehsalçıların mənafeyini qorumaq, eləcə də ölkədə istehsal edilən ərzaq buğdasının satışını təmin etməkdir.

İstehsal olunan buğdanın satışında problemlər olduğunu deyən nazir ölkəyə gətirilən ərzaq buğdasına onun dəyəri qədər idxal rüsumlarının qoyulmasını vacib sayır: «Hazırda xaricdən Azərbaycana gətirilən buğdanın 1 tonu şərti 250 ABŞ dolları olduğu halda, gömrük rüsumları 100% tətbiq olunduqda bu, 500 dollara başa gələcək».

Amma sahibkarlar xaricdən taxıl almaqda maraqlıdır. İsmət Abasovun sözlərinə görə, ilin birinci yarısında ölkəyə 600 min tona qədər taxıl gətrilib. Bunun 100 min tondan çoxu taxıl idxalına əlavə dəyər vergisinin tətbiqindən sonra gətirilib. Xaricdən ölkəyə taxılın kiloqramı 25 qəpiyə başa gəlib. Yerli taxıl bundan 2-3 dəfə ucuz satılsa da, çörəkbişirmə müəssisələri əsasən idxal taxılına üstünlük verir. İsmət Abasovun sözlərinə görə, taxıl idxalına qoyulan rüsumların artırılması çörəyin bahalaşması üçün ciddi əsas ola bilməz.

Kənd təsərrüfatı naziri fermerlərə taxılı maya dəryərindən aşağı qiymətə satmağa tələsməməyi məsləhət görüb. Onun sözlərinə görə, yaxın vaxtlarda hökumət fermerlərin satış probleminin həlli istiqamətində ciddi tədbirlər görəcək. İsmət Abasov digər kənd təsərrüfatı məhsullarına- bostan və meyvə -tərəvəz idxalına da rüsumların artırılmasını vacib saydığını vurğulayıb. /ANS TV/

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

Nabucco-məhəbbət, intriqa və savaş hekayəsinabukko_ashk.jpg Qaz kəməri layihəsi öz adını Verdinin məşhur "Nabucco" operasından götürüb

"Nabucko" layihəsi ən kritik mərhələlərindən birindədir. Bütün dünyanın gözü Ankaradadır. Bu gün Türkiyənin paytaxtında hökumətlərarası razılaşmaya imza atılacaq. Görəsən, Nabucco layihəsi nədir və niyə bu qədər əhəmiyyətlidir? Layihənin tarixçəsi isə belədir...

Verdinin dünyada məşhur Nabucco Operası... Verdi, dörd pərdəlik bu əsərində Miladdan əvvəl 586-cı ildə Kral Nabukadnezarın dövründə yəhudilərin Qüdsdən sürgün edilməsini izah edib. Verdinin bu operası bu gün Avropa Birliyinin etibarlı enerji qaynaqlarına ümidini bağladığı təbii qaz boru xətti layihəsinə adını verib. 7 ildir dünyanın gündəmindəki layihənin hekayəsi ilə o məşhur operanın hekayəsinin yolları kəsişib... Eşq, intriqa və döyüşün hekayəsi...

Avropa Birliyinin enerji nazirləri 2003-cü ildə Vyanada toplaşanda ortaq gündəm təbii qaz məsələsində Rusiyadan asılılıq idi... Yalnız Rusiyanın təyin etdiyi qiyməti qəbul etmə zəruriliyi deyil, Rusiyanın qazı siyasi şantaj olaraq istifadə etməsi də narahat edən məqamlar arasında idi.

Nazirlər saatlarla danışdılar, müzakirə etdilər və Avropa ölkələrinə alternativ bir xəttdən və alternativ bir qaynaqdan qaz tədarük edilməsi məsələsində razılığa gəldilər. Eyni axşam Vyanada Verdinin "Nabucco" operasını izlədilər və layihənin adını qoydular: "Nabucco təbii qaz boru xətti layihəsi."

Yola Xəzər bölgəsi və Yaxın Şərqin təbii qaz ehtiyatlarını Avropa bazarlarına çatdırılması üçün çıxdılar. Bu nöqtədə Türkiyənin strateji mövqeyi təyinedici oldu. Etibarlı enerjinin yolunun Türkiyədən keçməsinə qərar verildi.

3 min 300 kilometrlik boru xəttinin az qala yarısı, 1558 kilometrlik hissəsi Türkiyə torpaqlarından keçəcək, bəsləmə xəttləriylə birlikdə bu rəqəm 2000 kilometrə çatacaq. Məhz buna buna görə Türkiyə ən kritik ortaqlardan biridir.

Yaxın Şərq və Xəzər bölgəsindən gələcək qaz Türkiyədəki səfərini Bolqarıstan sərhədində tamamlayacaq. Bolqarıstan, Rumıniya və Macarıstandan keçərək Avstriyanın paytaxtı Vyanaya çatacaq.

Xəttin 392 kilometri Bolqarıstandan, 457 kilometri Rumıniyadan, 388 kilometri Macarıstandan, 46 kilometri isə Avstriyadan keçəcək. Hədəf 30 milyard kub metr təbii qazın daşınmasıdır.

Layihənin xərci ilk illərdə 4.1 milyard avro hesablandı. Ancaq dünya dəmir polad qiymətlərində bir dövr yaşanan artım bu rəqəmi də artırdı. Hesablar dəyişdi. Bu gün xərc 7.9 milyard avro hesablanıb.

Layihə ortaqları:

-BOTAŞ (Türkiyə)

- RWE (Almaniya)

- OMV (Avstriya)

- MOL (Macarıstan)

- Bulgargaz (Bolqarıstan)

- Transgaz (Rumıniya)

Layihəyə RWE şirkətiylə ortaq olan Almaniya tranzit keçid ölkəsi olmadığı halda ortaq olan tək ölkədir. Nabucco xəttinin əvvəlcə Azərbaycan və Türkmənistan təbii qaz qaynaqları ilə doldurulması planlaşdırılıb. Daha sonra isə İraq, İran, Misir və Rusiyanın da xətti qazla doldurması gözlənilir.

Nabucconu ən yaxından izləyən ölkələrdən biri isə ABŞ-dır... Həm yaxından izləyir, həm də Avropa ölkələrinin Rusiyadan asılılıqdan qurtuluşunu dəstəkləyir. ABŞ bu 7 illik müddətdə tez-tez son nöqtəyə gələn layihənin önünü açmaq üçün dövrəyə girdi. Anlaşılmazlıqları aradan qaldırmada kritik rol oynadı. /ANS PRESS/

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

Bakı-Quba-Rusiya sərhədi yolunda ağır qəza (Yenilənib)polis_2_iyun.jpg Beton arakəsmələrə çırpılan avtomobil bir neçə yerə parçalanıb, iki nəfər ölüb, bir adam yaralanıb

Ötən axşam saat 22 radələrində yeni inşa edilmiş Bakı-Quba-Rusiya sərhədi beton yolunun 130,5 kilometrliyində dəhşətli qəza baş verib. ANS PRESS-in bölgü müxbirinin məlumatına görə, Nabrandan Bakıya gələn BMW markalı avtomobil yolun kənarındakı beton arakəsmələrə çırpılıb. Zərbə o qədər güclü olub ki, maşın bir neçə yerə bölünüb və ön hissəsi 50 metr kənara uçub. Hadisə nəticəsindən iki nəfər ölüb, bir nəfər isə xəsarət alıb. Həlak olanlar Bakının Yasamal rayon sakini 17 yaşlı Məmmədov Samir Nağı oğlu və paytaxtın Sabunçu rayonunun 21 yaşlı sakini Əli Vahid oğlu Aşirovdur.Avtomobilin sürücüsü,Bakının Sabunçu rayon sakini 22 yaşlı Zaur Qubad oğlu Bəndəliyev isə xəsarət alıb.

Hadisə yeri Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsinin əməkdaşları tərəfindən müayinə edilib. Şöbənin müstəntiqi Hikmət Kərimov ANS PRESS-ə bildirib ki,Zaur Bəndəliyev və Əli Aşirov Nabrandan birlikdə qayıdırmış. Onların qonşusu Samir Məmmədov isə ailəsi ilə birlikdə olub. Lakin onların maşınında yer olmadığı üçün Samir, Zaur Bəndəliyevin idarə etditi avtomobillə qayıtmalı olub. Onun valideynləri isə digər avtomobillə arxadan gəlirlərmiş və qəzaya, eləcə də 17 yaşlı övladlarının dəhşətli ölümünə şahid olublar.

Hadisəyə ilkin səbəb kimi olduqca yüksək sürət və sürücünün yuxulaması göstərilir. Faktla bağlı Cinayət Məcəlləsinin 263.3 (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olması) maddəsi ilə cinayət işi başlanacaq. Qəza nəticəsində həlak olanların meyitləri Dəvəçidəki meyitxanadadır. Xəsarət alan sürücü Zaur Bəndəliyev isə Dəvəçi rayon Mərkəzi xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. /ANS PRESS/

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

"İndevor" şattlının buraxılması yenə baş tutmadıindevor-start-13-10.jpg Kanaveral boğazında tufan səbəbilə start bir sutkalığa təxirə salınıb

Amerikanın NASA kosmik agentliyi, "İndevor" kosmik şattlının buraxılmasını Kanaveral boğazında tufan səbəbilə yenidən təxirə salıb. Start bu gün yerli vaxtla saat 18.51-də (Bakı vaxtı ilə saat 03.51) baş tutmalıydı. Lakin təyin olunmuş vaxta 8 dəqiqə qalmış, start bir sutka müddətinə təxirə salınıb. ANS PRESS, İTAR-TASS-a istinadən xəbər verir ki, şattlın buraxılmasına növbəti cəhd iyulun 14-də ediləcək.

Xatırladaq ki, "İndevor"un buraxılması artıq bir aydır ki, təxirə salınır. O, Beynəljalq Kosmik Stansiyaya 7 nəfərdən ibarət heyəti çatdırmalıdır və onlar Yaponiyanın elmi modulunun montajını başa çatdırmalıdırlar.

Изменено пользователем El Paso

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

Bu gün "Nabukko" layihəsi ilə bağlı hökumətlərarası saziş imzalanacaqqaz_kemeri-tikinti-12-07.jpg "Əsrin sövdələşməsi" adlandırılan sənədi layihədə iştirak edəcək altı ölkədən beşi imza atacaq

Xəzər hövzəsi qazının Rusiyadan yan keçməklə Avropaya nəqlini nəzərdə tutan "Nabukko" layihəsi ilə bağlı hökumətlərarası saziş bu gün Ankarada imzalanacaq. Türkiyədə "əsrin sövdələşməsi" adlandırılan sənədi layihədə iştirak edəcək altı ölkədən beşi imzalayacaq. Sazişə Türkiyə, Avstriya və Macarıstanın baş nazirləri, eləcə də Bolqarıstan və Rumıniyanın energetika nazirləri imza atacaq. Layihədə iştirak edən Almaniya isə tranzit ölkə olmadığı üçün sazişi imzalamayacaq. Ümumilikdə sazişin imzalanması mərasimində təxminən 30 ölkənin rəsmiləri, eləcə də Avropa Komissiyasının sədri Joze Manuel Barrozu iştirak edəcək.

Dəyəri 7,9 milyard dollar qiymətləndirilən "Nabukko" layihəsi təbii qazın Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Macarıstan, Rumıniya və Avstriya vasitəsilə nəqlini nəzərdə tutur. O, artıq inşa edilmiş və ildə 31 milyard kubmetr qazın nəqli üçün nəzərdə tutulan Bakı-Tiflis-Ərzurum qaz kəmərinin davamı kimi qiymətləndirilir. Qaz kəmərinin üçdən ikisi və 3300 kilometri Türkiyə ərazisindən keçəcək. "Nabukko" layihəsi, xüsusilə, onun qazla doldurulması ilə bağlı danışıqlar artıq bir neçə ildir .rılır. 2009-cu ildə Rusiya və Ukrayna arasında qaz münaqişəsi yaranandan sonra danışıqlar daha da intensivləşdirilib. Qaz kəmərinin tikintisinə 2010-cü ildə başlanılması, qaz nəqlinə isə 2014-cü ildə start verilməsi planlaşdırılır. /ANS PRESS/

Изменено пользователем El Paso

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

Həmsədrlər prezidentlərin görüşündən irəliləyiş gözləməkdə davam edirmety_brayza_20_04_09.jpg M.Brayza hesab edir ki, son zaman baş verən hadisələr qismən nikbinlik yaradır

Azərbaycan və Ermənistan prezidentlərin iyulun 17-də Moskvada keçiriləcək görüşündən nə gözləyidimizi demək çətindir. Amma regiona səfərimiz zamanı həm İlham Əliyev, həm də Serj Sarkisyan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında konstruktivlik nümayiş etdiriblər.

PanARMENIAN –nın məlumatına görə, bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Metyu Brayza bildirib.

Onun sözlərinə görə, son zaman baş verən hadisələr qismən nikbinlik yaradır.

“Biz Sankt-Peterburq görüşü ilə müqayisədə Moskva görüşündən irəliləyiş gözləyirik”, - deyə amerikalı diplomat qeyd edib. /ANS PRESS

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

Bu gün "Daşnaksütyun" partiyası Madrid prinsiplərinə etiraz olaraq İrəvanda aksiya keçirəcəkirevan13.jpg Aksiya İrəvanda Xarici İşlər Nazirliyinin binası qarşısında olacaq

Ermənistanda “Daşnaksütyun” partiyası bu gün Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair Madrid prinsiplərinə etiraz olaraq İrəvanda Xarici İşlər Nazirliyinin qarşısında aksiya keçirəcək. “Armtoday” saytının məlumatına görə, analoji aksiyaların bü gün dünyanın digər ölkələrində də keçirilməsi nəzərdə tutulub.

Partiyanın məlumatınada deyilir ki, bu gün erməni xalqı yeni tarixi sınağın astanasındadır. ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin prezidentlərinin sonuncu bəyanatı Qarabağ "xalqının" öz müqqəddəratını təyinetmə hüququnu tapdalayır və Dağlıq Qarabağ Respublikasının mövcud olması faktını şübhə altına alır.

Xatırladaq ki, Rusiya, ABŞ və Fransa prezidentləri Qarabağ münaiqşəsinin həlli ilə bağlı bəyanatla çıxış ediblər. Bəyanata görə, tezliklə tərəflərə Madrid prinsiplərinin yenilənmiş versiyası təklif ediləcək. Əldə edilmiş razılıqlara əsasən, Dağlıq Qarabağ Azərbaycanın nəzarəti altına keçəcək, Dağlıq Qarabağa müvəqqəti status veriləcək, Ermənistanla Dağlıq Qarabağ arasında dəhliz olacaq, Dağlıq Qarabağ ətrafı 5 rayondan erməni qoşunları çıxarılacaq və dəhliz kimi nəzərdə tutulan 2 rayonda 5 il müddətinə erməni qoşunları qalacaq. Bütün qaçqınlar vətənlərinə qayıdacaq. /ANS PRESS/

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü zamanı heç bir sənəd imzalanmayacaq lhamMedvedSarqsyan.jpg Bu barədə Rusiya prezidentinin köməkçisi Sergey Prixodko məlumat verib

Azərbaycan, Ermənistan və Rusiya prezidentləri iyulun 18-də Moskvada keçiriləcək görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə edəcəklər. ANS PRESS-in “RİA-Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya prezidentinin köməkçisi Sergey Prixodko məlumat verib.

"Belə bir görüş məlum olduğu kimi iyulun 18-də Kremldə baş tutacaq. Görüş zamanı hər hansı bir sənədin imzalanması planlaşdırılmır”,- deyə o bildirib.

Xatırladaq ki, 2008-ci il martında BMT Baş Assambleyası Ermənistan Silahlı Qüvvələrinin işğal olunmuş Azərbaycan ərazisi olan Dağlıq Qarabağdan çıxarılması barədə qətnamə qəbul edib. Həmin sənəddə bu ərazilərin Azərbaycana məxsus olduğu təsdiq edilib. Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk Qrupunun həmsədrləri olan Rusiya, Fransa və ABŞ sənədin “əleyhinə” səs vermişdi. /ANS PRESS/

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

"Daşnaksütyun" partiyası etiraz aksiyasını ləğv edibirevan13.jpg Buna səbəb, 168 nəfərin ölümü ilə nəticələnən təyyarə qəzasıdır

Ermənistanda “Daşnaksütyun” partiyası İrəvanda keçirilməsi nəzərdə tutulan etiraz aksiyasını İranda Caspian Airlines aviaşirkətinə məxsus TU-154 təyayrəsinin qəzaya uğraması ilə bağlı olaraq ləğv edib. Bu barədə “Novosti-Armeniya” agentliyi xəbər verib.

Xatırladaq ki, partiya iyulun 15-də Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair Madrid prinsiplərinə etiraz olaraq İrəvanda Xarici İşlər Nazirliyinin qarşısında aksiya keçirməli idi. Analoji aksiyaların dünyanın digər ölkələrində də keçirilməsi nəzərdə tutulurdu.

Partiyanın məlumatında deyilirdi ki, erməni xalqı yeni tarixi sınağın astanasındadır. ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin prezidentlərinin sonuncu bəyanatı Qarabağ "xalqının" öz müqqəddəratını təyinetmə hüququnu tapdalayır və Dağlıq

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

ATƏT-in Baş katibi bu gün Bakıda görüşlərə başlayırBrishambo-14-07.jpg O, görüşlərində Bakıda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və Azərbaycanda demokratikləşmə prosesləri ilə bağlı müzakirələr .racaq

Ötən gün Azərbaycana rəsmi səfərə gələn ATƏT-in Baş katibi Mark Perren de Brişambo, bu gün Bakıda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və Azərbaycanda demokratikləşmə prosesləri ilə bağlı müzakirələr .racaq.

Mark Perren de Brişambo jurnalistlərə bildirib ki, Azərbaycan prezidenti İ. Ə. və ölkə rəhbərliyindəki digər şəxslərlə görüşlər keçirəcək. O, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesindən razı qaldığını açıqlayıb və bildirib ki, Azərbaycan və Ermənistan prezidentlərinin hər görüşündə irəliləyiş müşahidə olunur: "Yəqin ki, yaxın günlərdə Moskvada Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə prosesin inkişafını görəcəyik". Baş katib deyib ki, ATƏT-in Minsk Qrupunun ABŞ, Rusiya və Fransadan olan həmsədrləri bunun üçün böyük səylər göstərir. /ANS PRESS/

Изменено пользователем El Paso

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

Atəşkəs iki istiqamətdə pozulubesger-30-05.jpg Düşmən cavab atəşilə susdurulub

Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 15-də və 16-da atəşkəs rejimini iki istiqamətdə pozub. Erməni ordusu saat 18.10-dan 18.20-dək Ermənistanın Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, iyulun 16-da saat 08.20-dən 08.25-dək isə Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin məlumatına görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur./ANS PRESS/

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

"İndevor" şattlı start götürdüIndevor-uchdu.jpg Şattl, Beynəlxalq Kosmik Stansiyaya avadanlıq və yeddi astronavtı çatdırmalıdır

"İndevor" şattlı ABŞ-ın Florida ştatındakı Kanaveral burnundan Beynəlxalq Kosmik Stansiyaya doğru start götürüb. 127-ci missiya şattlı Beynəlxalq Kosmik Stansiyaya avadanlıq və yeddi astronavtı çatdırmalıdır. Astronavtlardan Tim Kopra orada qalacaq və yapon Koiti Vakatunu əvəz edəcək.

Astronavtlar 16 gün ərzində Beynəlxalq Kosmik Stansiyada Yaponiyanın "Kibo" tədqiqat modulunun seqmentini təmir etməli, açıq Kosmosda eksperimentlər üçün meydançanı genişləndirməli və stansiyaya texniki baxış keçirməlidirlər. Onlar açıq Kosmosa beş dəfə çıxacaqlar.

Xatırladaq ki, "İndevor", bir aydan artıqdır ki, start götürə bilmirdi. Şattlın iyunun 13-də buraxılacağı bildirilsə də, o vaxtdan müxtəlif səbəblərdən start bir neçə dəfə təxirə salınmışdı. /ANS PRESS/

Изменено пользователем El Paso

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

Balakəndə əsgərlərlə naməlum şəxslər arasında atışma baş veribSerhed1.jpgSərhəd Qoşunlarının əsgəri yaralanıb, bir silahlı qətlə yetirilib

Azərbaycanın Balakən rayonunda atışma baş verib. ANS PRESS-in məlumatına görə, atışma nəticəsində Azərbaycan Sərhəd Qoşunlarının əsgəri Bəhruz Əsgər oğlu İsayev ayağından güllə yarası alıb.

Balakən rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə bu gün səhər saatlarında Dağıstanla sərhəddə yerləşən dağlıq ərazidə baş verib. İlkin məlumata görə, əsgərə atəş açan naməlum şəxslər 6-7 nəfər olub. Onlardan birinin qətlə yetirildiyi, digərinin isə yaralandığı bildirilir. Naməlum şəxslər qaçıb gizlənə biliblər.

Kəmalə Məmmədova/ANS PRESS/

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

Moskvada prezidentlərin ikitərəfli və üçtərəfli görüşü olacaqilh_med_serj16_07_.jpgÜçtərəfli görüşdə Rusiya prezidenti Dmirti Medvedevin iştirakı nəzərdə tutulub

Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin görüşündən bir gün əvvəl İlham Əliyev və Serj Sarkisyan ikitərəfli görüş keçirəcəklər. RİA Novosti-nin məlumatına görə, bu barədə Kremlin mətbuat xidmətindən bildiriblər.

“İyulun 17-də Moskvada Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yollarını müzakirə edəcəklər. Bunun nəticəsi olaraq iyulun 18-də Rusiya prezidenti Dmirti Medvedevin iştirakı ilə üçtərəfli formada görüş olacaq”, - deyə Kremldən bildiriblər.

Rusiya prezidentinin köməkçisi Sergey Prixodkanın daha əvvəl verdiyi məlumata görə, üçtərəfli görüş Kremldə keçiriləcək və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə baza prinsipləri müzakirə olunacaq. Onun sözlərinə görə, görüşün sonunda hansısa sənədin imzalanması planlaşdırılmır.

Qeyd edək ki, ötən həftə Rusiya prezidenti münaqişənin nizamlanması üçün yaxşı şans olduğunu bildirib. ATƏT–in Minsk qrupunun həmsədrləri isə 2010 –cu ilin əvvəlinə qədər Qarabağ münaqişəsinin nizamlanmasında razılıq əldə etməyə ümid edirlər.

Xatırladaq ki, bu, prezidentlərin altıncı görüşü olacaq. Bundan əvvəlki görüş iyunun 4-də Sankt-Peterburqda baş tutub. /ANS PRESS/

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

Ağsu və Şamaxı rayonlarında güclü yanğın baş veribyangin1.jpgOtlaq sahələrini və biçilmiş taxıl zəmilərini əhatə edən yanğın meşəyə keçib

Bu gün axşam saatlarında Ağsu və Şamaxı rayonlarında güclü yanğın baş verib. Ağsu rayon sakinlərinin ANS PRESS-ə verdiyi məlumata görə, yanğın əsasən rayonun Gədəli kəndi ərazisində geniş sahəni bürüyüb. Həmçinin rayon ərazisindəki Cavanşir gölünün ətrafı yanır. Yanğının 80-100 hektar ərazini əhatə etdiyi vurğulanır.

Əsasən otlaq sahələri, biçilmiş taxıl zəmiləri və bir fermanın otlaq sahəsini əhatə edən yanğın meşəyə də keçib. Yanğının əhatə dairəsinin getdikcə genişləndiyi və dağlara da keçdiyi bildirilir.

Hadisə yerinə rayon polis şöbəsinin, yanğından mühafizə xidmətinin əməkdaşları cəlb olunub. Yanğını söndürmək üçün hətta qonşu rayonlardan da bir neçə yanğınsöndürən gətirilib. Yanan əraziyə helikopter gətirilsə də, yanğını söndürmək mümkün olmayıb. Yanğının baş vermə səbəbləri də məlum deyil.

Ağsu Rayon Polis Şöbəsindən ANS PRESS-ə bildirilib ki, yanğın Ağsu ərazisini deyil, Şamaxı rayonunun ərazisini əhatə edib.

Şamaxı Rayon Polis Şöbəsindən verilən məlumata görə isə, Şamaxı rayonu ərazisində yanğın kiçik ərazini əhatə edib və burada əsasən biçilməmiş ot sahələri yanıb. Yanğın əsasən kəndin otlaq sahəsi olan Qaranohur adlanan ərazidə baş verib. «Amma Ağsu rayonu ərazisində yanğın geniş sahədədir»,- deyə Şamaxı Polis Şöbəsindən bildirilib.

Röya Rəfiyeva /ANS PRESS/

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

Dövlət Sərhəd Xidməti sərhəddə baş vermiş atışma barədə məlumat yayıbSerhed.jpgSilahlı dəstə üzvləri havanın qaranlıq, ərazinin dağlıq, meşəlik olmasından istifadə edərək hadisə yerindən qaça biliblər

Dövlət Sərhəd Xidməti bu gün sərhəddə baş vermiş atışma barədə rəsmi məlumat yayıb. Xidmətin mətbuat mərkəzindən ANS PRESS-ə verilən məlumata görə, bu gün saat 03:00-radələrində DSX-nin Zaqatala sərhəd dəstəsinin xidməti ərazisində Azərbaycanın Rusiya ilə sərhədi yaxınlığında, Balakən rayonu Mahamalar kəndi istiqamətində səyyar sərhəd xidmətinin təşkil etmiş sərhəd növbətçisi tərfindən 6-7 nəfər naməlum şəxsdən ibarət mütəşəkkil silahlı dəstənin Azərbaycanın Dövlət sərhəddini pozmaq cəhdinin qarşısı alınıb.

Mütəşəkkil silahlı dəstənin üzvləri tərəfindən sərhəd naryadına qarşı odlu silah tədbiq edilməsi nəticəsində sərhəd naryadının üzvü əsgər Bəhruz Əsgər oğlu İsayev yaralanıb.

Cavab atəşi nəticəsində silahlı dəstə üzvlərindən biri - hazırda şəxsiyyəti dəqiqləşdirilən xarici ölkə vətəndaşı zərərsizləşdirilib. Digər dəstə üzvü isə yaralanıb. Silahlı dəstə üzvləri havanın qaranlıq, ərazinin dağlıq meşəlik olmasından istifadə edərək hadisə yerindən qaça biliblər.

Əraziyə dərhal DSX-nin çevik bölmələri cəlb edilib. Silahlı dəstə üzvlərinin izlənilməsi zamanı onların atıb qaçdıqları səhra kisələrində xeyli miqdarda əl qumbaraları, hərbi sursat, dağlıq ərazidə uzun müddətli qalmaq üçün təyinatlı olan ərzaq, geyim əşyaları, digər ləvazimat və avadanlıqlar aşkar olunaraq götürülüb.

Baş vermiş hadisə ilə bağlı Baş Prokurorluq, Daxili İşlər və Milli Təhlükəsizlik Nazirliklərinə məlumat verilib. Faktla bağlı Respublika Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 29, 120 (qəsdən adamöldürməyə cəhd etmə), 228 (qanunsuz olaraq, odlu sihal gəzdirmə) və 318 (dövlət smərhəddini qanınunsuz keçmə) maddələri ilə cinayət işi başlanılıb.

Mütəşəkkil silahlı dəstənin digər üzvlərinin aşkar edilərək yaxalanması üzrə birgə axtarış tədbirləri davma etdirilir. /ANS PRESS/

Изменено пользователем El Paso

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

Norveçdə yazılan tarix - CANLI-FOTOLAR

article_1247773633.gif"Qarabağ" Ağdamın işğal günündə erməni dığalarına qələbə mesajı verəcək!

Fanat: Bu gün Avropa Liqasının ikinci təsnifat mərhələsinin oyunlarına start verildi. Azərbaycanı turnirdə təmsil edəcək ölkə kubokunun qalibi "Qarabağ" mübarizəyə bu mərhələdən başladı. Ağdam təmsilçisi Norveçin "Rusenborq"la qarşılaşdı. Komandamız ilk oyununu səfərdə keçirdi və cavab matçı üçün əlverişli hesab əldə etdi.

"Qarabağ" Avropanın güclü komandalarından biri ilə səfərdə heç-heçə oynadı. İndi səfər oyununda komandamızı istənilən hesablı qələbə qane edir. "Qarabağ" "Rusenborq"u tarixi bir gündə qəbul edəcək. Cavab matçının keçirildiyi gün - 23 iyul "Qarabağ"ın təmsil etdiyi Ağdam rayonunun erməni separatçıdarı tərəfindən işğal günüdür. Həmin gün təmsilçimiz qələbə qazanmaqla erməni işğalçılarına qələbə mesajı vermiş olacaq. /fanat.az

Изменено пользователем vetendash1

Non est Azerbaijan sine Karabagh!

Ссылка на комментарий
Поделиться на других сайтах

İ. Ə. Serj Sarkisyanla görüşü başlayıbIlham_Eliyev_15.07.jpg Prezidentlərin görüşdə hər hansı razılıq əldə etməsi gözlənilmir

Azərbaycan prezidenti İ. Ə-lə Ermənistan prezidenti Serj Sarkisyanın görüşü başlayıb. Prezidentlər Moskvada President Oteldə bir araya gəliblər.

ANS PRESS-in "Haberler.com"a istinadən verdiyi xəbərə görə, prezidentlərin görüşdə hər hansı razılıq əldə etməsi gözlənilmir. Ə-lə Sarkisyan görüşdən sonra nəticələr barədə mətbuata açıqlama da verməyəcəklər.

İ.Ə-lə S.Sarkisyan sabah Rusiya prezidenti Dmitri Medvedevin iştirakı ilə üçtərəfli görüş keçirəcəklər.

Rəsmi Kremldə verilən açıqlamada bildirilir ki, prezidentlər altıncı dəfədir görüşürlər. Həmçinin, Moskvanın tərəflərə hər hansı təzyiq göstərməmək siyasəti yürütdüyü bildirilib.

Azərbaycan torpaqlarının 20 faizi Ermənistanın işğalı altındadır. Dağlıq Qarabağda ilk atəşkəs müqaviləsi 1994-cü ildə imzalanıb. Rusiya, ABŞ və Fransanın həmsədrlik etdiyi ATƏT-in Minsk Qrupu 15 ildir ki, münaqişənin həllinə çalışır. /ANS PRESS/

Изменено пользователем PRIKOLISTKA

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

Azərbaycana keçən erməni əsgəri: "Ermənistandan, oranın vətəndaşlığından imtina edirəm"Ermeni_herbicisi_17.jpg Karen Harutunyan ANS-ə eksklüziv müsahibəsində belə deyib

Ermənistan ordusundakı dözülməz vəziyyətə tab gətirməyərək Azərbaycan tərəfinə keçən erməni əsgər Karen Harutunyan artıq Bakıya gətirilib. Karen Harutunyan iyulun 15-i axşam saatlarında Gədəbəy rayonu ərazisində Azərbaycan tərəfinə keçib.

Ermənistanın Müdafiə Nazirliyinin 549 saylı əlahiddə motoatıcı alayının əsgəri, 19 yaşlı İrəvan sakini Karen Harutyunyan bu gün ANS-ə müsahibəsində bildirib ki, o, orduda ondan tələb edilən rüşvəti vermədiyi üçün edilən işgəncələrə dözməyib, xidməti yerini tərk etmək qərarına gəlib və beləliklə, sərhədi keçərək Azərbaycan əsgərlərinə təslim olub:

"İndi Ermənistanda vəziyyət olduqca pisdir. Ölkə əhalisi çox acınacaqlı yaşayır. Maddi imkan aşağı səviyyədədir. İş yerləri demək olar ki, yoxdur. Bu da vəziyyətin pis olmasına daha da şəriat yaradır. Xalq indiki rəhbərlik -Serj Sarkisyan və Seyran Ohanyanın rəhbərliyi altında yaşamaq istəmir. Orada, yəni İrəvanda hər gün rəhbərlik əleyhinə mintinqlər keçirilir. Mən nə o xalqın nümayəndəsi, nə də o dövlətin əsgəri olmaq istəmirəm. Ermənistandan, oranın vətəndaşlığından imtina edirəm. Mən Azərbaycan rəsmilərindən xahiş edirəm ki, məni 3-cü ölkəyə göndərsinlər". /ANS PRESS/

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

«Erməni hərbçisini asanlıqla tanıdım» Ermeni_tutan_17.jpg Karen Arutunyanı tutan 14 yaşlı azərbaycanlı ANS-ə danışıb

"Erməni əsgər biz tərəfə keçəndən sonra əlləri ilə su içmək istədiyini dedi. Məndə ona çayı göstərdim ki, buradan iç". Bunu iyul ayının 15-də Azərbaycan tərəfə keçən erməni əsgər Karen Arutunyanı tutan 14 yaşlı Fariz Nəbiyev ANS-ə müsahibəsində deyib.

"Erməninin əynində zolaqlı bir jaket, sinəsində xaç var idi. Atam bizə öyrətmişdi və həm də televizorda görmüşdük ki, ermənilərin forması başqa cür olur. Mənim əlimdə çomaq var idi. O mənə "mən haçam haçam" deyə sözlər deyirdi". 14 yaşlı kənd sakini ermənini kəndə gətirəndən sonra isə ona bir necə nəfər də kömək edib. Məktəbli erməni əsirin üstündə axtarış .rıb. Onun üzərindən mobil telefon, bloknot və bir şəkil çıxıb. Əsirə yemək verəndən sonra isə o, Azərbaycan hərbçilərinə təhvil verilib.

Xatırladaq ki, Karen Arutunyan iyulun 15-də saat 20:30 radələrində Gədəbəy rayonunun Mormor kəndi ərazisindən Azərbaycan tərəfinə keçib. /ANS TV/

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

Ermənilərin növbəti yalanıfloristler_0432.jpg Azərbaycan İrəvanda keçirilən “Brabion - sülh çiçəyi” festivalında iştirak edib?

İyulun 6-da Ermənistanın paytaxtı İrəvan şəhərində Rusiya, Gürcüstan, Türkiyə, İran, Ermənistan nəbatatçılarının iştirakı ilə beynəlxalq “Brabion- sülh çiçəyi” festivalı keçirilib. Ermənilərin “Erkramas” qəzeti və eləcə də “Mir” televiziyasının verdiyi məlumata görə, festivalda Azərbaycanı Ayrat Nadrov adlı nəbatatçı təmsil edib və hətta bildirib ki, festivalın atmosferi onun çox xoşuna gəlib. “Biz bura dost səfəri etmişik. Bizi çox yaxşı qarşıladılar”. O qeyd edib ki, bu, onun Ermənistana ilk səfəridir və o, belə bir festivalda ilk dəfədir ki, çıxış edir.

Nəbatatçılar Opera və Balet Teatrının bağçasında iki saat ərzində müxtəlif kompozisiyalar təşkil etməli imişlər.

Tədbirin təşkilatçıları erməni şirkəti - "Brabion Flora Servis" və İnterflora adlı türk şirkəti olub. Festivalın açılış mərasimində Ermənistanı “Avroviziya-2009” mahnı müsabiqəsində təmsil edən İnqa və Anuş Arşakyan çıxış ediblər.

Festival ərəfəsində hətta təşkilatçılardan biri Aşot Çobanyan bildirib ki, səfər çərçivəsində erməni tərəfi Ermənistanda əsirlikdə olan azərbaycanlı hərbçi ilə Azərbaycan nümayəndə heyətinin görüşünə şərait yaratmağı da planlaşdırır.

Tədbir çərçivəsində 60 erməni əsgəri dağlardan gül yığaraq festival iştirakçısı olan ölkələrin birinci xanımlarına göndərməli imiş.

Məlumatı dəqiqləşdirmək üçün Ayrat Nadrov adlı şəxsin kimliyi və onun həqiqətən də Azərbaycanı təmsil etməsi ilə maraqlandıq. Peşəkar nəbatatçının şəxsi internet saytında yerləşdirilən emali vasitəsilə onunla əlaqə saxladıq. Nəbatatçı suallarımıza bir qədər gec cavab versə də, cavabları ermənilərin növbəti yalanını üzə çıxardı. Belə ki, A. Nadirov hazırda Rusiyanın Moskva şəhərində yaşayır və təşkilata sadəcə olaraq peşəkar nəbatatçı kimi dəvət olunub. Amma özünün bildirdiyinə görə festivala Azərbaycandan bir nəfər dəvət olunsa da, həmin şəxs Ermənistana getməkdən imtina edib. Bu səbəbdən festivalın təşkilat komitəsi A. Nadrova müraciət edib.

"Mənə deyilənə görə, onlar Azərbaycandan nəbatatçı dəvət ediblər, amma son anda o, imtina edib. Bu səbəbdən festivala iki gün qalmış mən dəvət edilmişəm. Belə ki, mənim köküm Azərbaycandandır (əcdadlarım Bakıdandır). Festival dövlət səviyyəsində keçirilməyib. Bu şəxsi firmadır və mütəmadi olaraq belə gül bayramları təşkil edir və müxtəlif ölkələrdən qonaqlar, nəbatatçılar dəvət olunur. Məni də dəvət etdilər".

Aytən Həmidova /ANS PRESS/

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

Nalbandyan: "Qaçqınların Qarabağa qayıtması müzakirə edilmir"edvard_nalbandyan-06-05.jpg Ermənistan XİN-i hesab edir ki, bu məsələ Qarabağ münaqişəsinin tam həllindən sonra müzakirə edilə bilər

Qaçqınların qayıtması məsələsi yalnız Dağlıq Qarabağ münaqişəsinin tam həllindən sonra müzakirə olunacaq. "Panorama" saytının məlumatına görə, bu barədə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Dağlıq Qarabağda Xankəndində separatçı rejimin rəhbərliyi ilə görüşündən sonra bildirib.

"Mən artıq bu barədə danışmışam və yenidən təkrarlaya bilərəm ki, qaçqınların Qarabağa qayıtması ilə bağlı hər hansı müzakirələr .rılmır. Bu məsələyə yalnız Qarabağ probleminin tam həllindən sonra geniş şəkildə, yəni 400 min qaçqının məsələsi ilə bağlı qayıtmaq olar" deyə Nalbandyan Madrid prinsiplərində qaçqınların öz doğma torpaqlarına qayıtması ilə bağlı bəndə münasibət bildirərkən deyib. /ANS PRESS/

Изменено пользователем El Paso

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

Edvard Nalbandyan: «Madrid prinsipləri sadəcə təkliflərdir»edvard_nalbandyan-06-05.jpg «Təkliflərdən da bəziləri hazırda müzakirə olunur, bəziləri isə yox»

«Madrid prinsipləri sadəcə təkliflərdir və onlardan da bəziləri hazırda müzakirə olunur, bəziləri isə yox». Bu bəyənatla qondarma Dağlıq Qarabağ separatçı rejiminin rəhbəri Bako Saakyanla görüşündə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan çıxış edib.

Erməni nazir hazırda məcburi köçkünlərin Qarabağa qayıtması məsələsinin də müzakirə olunmadığını bildirib. «Bu məsələnin müzakirəsinə yalnız problemin ümumi həllinə nail olduqdan sonra qayıtmaq olar»,- deyə Edvard Nalbandyan vurğulayıb.

Xatırladaq ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Dağlıq Qarabağın statusu məsələsinə münasibət bildirərkən bu məsələnin yalnız Azərbaycanın məcburi köçkünlərinin öz torpaqlarına qayıtdıqdan sonra müzakirə mövzusu ola biləcəyini vurğulamışdı. Prezident İlham Əliyev isə Böyük Britaniyada çıxışı zamanı erməni tərəfinin işğalçılıq siyasətinin heç vaxt Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınması ilə nəticələnməyəcəyini anlamalı olduğunu demişdi: «Dağlıq Qarabağ heç vaxt müstəqil olmayacaq. Bunu gözləmək gülüncdür- Azərbaycanın daxilindəki 60 minlik əhalinin yaşadığı bir ərazi müstəqil dövlət ola bilməz». /ANS TV/

Изменено пользователем El Paso

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Гость
Ответить в тему...

×   Вы вставили отформатированное содержимое.   Удалить форматирование

  Only 75 emoji are allowed.

×   Ваша ссылка была автоматически встроена.   Отобразить как ссылку

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

Загрузка...
×
×
  • Создать...