Перейти к содержимому
Скоро Конкурс!!! Торопитесь!!! ×

Təzə xəbərlər


El Paso

Recommended Posts

Balakəndə öldürülən yaraqlının üzərindən Avstriya vətəndaşına məxsus pasport tapılıbBalaken_17.jpg Əməliyyat qrupu sənədin saxta olub-olmadığını araşdırır

Azərbaycan-Rusiya sərhədində öldürülən yaraqlının üzərindən Avstriya Avstriya vətəndaşına məxsus pasport tapılıb. Respublika Prokurorluğundan aldığımız məlumata görə, öldürülən silahlının üzərində daşıdığı yük çantasından şəxsiyyətini təsdiqləyən sənədlə yanaşı, silah-sursat, xəritə və qida məhsulları aşkar edərək götürülüb. Bununla belə, tibbi ekspertiza zamanı onun müsəlman olduğu məlum olub. Şəxsiyyət vəsiqəsində o, Salman Umdayev kimi qeyd olunub. Hazırda əməliyyat qrupu onun üzərindən tapılan sənədin saxta olub-olmadığını araşdırır.

Hadisənin baş vermə səbəblərini araşdıran hüquq-mühafizə orqanları yaraqlıların Azərbaycan tərəfə keçməsini ilkin olaraq bir versiya ilə əsaslandırırlar. İstintaq qrupunun gəldiyi ilkin qənaətə görə, mütəşəkkil cinayətkar dəstə Azərbaycan sərhədlərinə Şimali Qafqazda, eləcə də Dağıstanda son vaxtlar həyata keçirilən anti-terror əməliyyatları nəticəsində sığınacaq məqsədi ilə üz tutub. Hadisənin baş verdiyi Qubek dağı ətrafında axtarış tədbirləri gücləndirilib. "Darama" əməliyyatında rayon polis şöbəsinin əməkdaşları və Dövlət Sərhəd Xidmətinin hərbçiləri iştirak edir. Baş vermiş silahlı toqquşmadan sonra yaraqlılardan üçünün Rusiya istiqamətində qaçdığı, ikisinin isə Azərbaycan tərəfdə qaldığı bildirilir. Dəstə üzvlərinin tapılması istiqamətində təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən aldığımız məlumata görə, atışmada yaralanmış Sərhəd Qoşunlarının əsgəri 19 yaşlı Bəhruz Əsgər oğlu İsayevin vəziyyəti normallaşıb.

Xatırladaq ki, Balakən rayonunda Mahamlar kəndi istiqamətində 6-7 nəfərdən ibarət mütəşəkkil silahlı qrup sərhədi pozmağa cəhd göstərən zaman silahlılarla sərhədçilər arasında baş verən atışma nəticəsində sərhəd pozucularından biri məhv edilib, digəri isə yaralanıb. Silahlı dəstənin beş üzvü isə havanın qaranlıq, ərazinin isə dağlıq və meşəlik olmasından istifadə edərək hadisə yerindən qaça biliblər.

Onların izlənməsi zamanı silahlıların atıb qaçdığı səhra kisələrində xeyli miqdarda əl qumbaraları, hərbi sursat, dağlıq ərazidə uzun müddət qalmaq üçün nəzərdə tutulan ərzaq, geyim əşyaları və digər ləvazimatlar aşkarlanıb./ANS TV/

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

  • Ответы 361
  • Created
  • Последний ответ

Top Posters In This Topic

Top Posters In This Topic

Ölkəmizin Rusiyadakı səfirliyi “Çerkizov” bazarında çalışan həmvətənlərimizə kömək etmədib_55969.jpg Səfirliyin hüquqşünası məsələnin səfirliyin səlahiyyətindən kənar olduğunu bildirib

İyun ayın sonunda bağlanan Moskvadakı “Çerkizov” bazarında işləyən azərbaycanlı iş adamları bu gün Azərbaycanın Rusiyadakı səfirliyində olublar. Bu barədə ANS PRESS-ə bazarda ticarətlə məşğul olan azərbaycanlı iş adamı Saleh Mahmudov məlumat verib.

İş adamı bildirib ki, onları qarşılayan səfirliyin hüquqşünası bunun dövlətlərarası məsələ olduğunu deyib. Onun sözlərinə görə, hüquqşünas məsələnin səfirliyin səlahiyyətindən kənar olduğunu də əlavə edib.

Səfirlik nümayəndəsi biznesmenlərə səfirliyə yazılı formada müraciət etmələrini də məsləhət görüb.

S.Mahmudiv bildirib ki, artıq Çin dövləti vətəndaşlarının taleyi ilə bağlı işə qarışdıqdan sonra çinlilər bazarda qalmış mallarını çıxarmağa başlayıb.

Qeyd edək ki, artıq Çin və Qırğızıstan dövlət səviyyəsində öz vətəndaşalrının taleyi ilə bağlı məsələyə qarışıb. Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi “Çerkizov” bazarınıdakı vəziyyətlə bağlı bəyanatla çıxış edərək Rusiya tərəfini vətəndaşlarının və onların yüklərinin saxlanılması ilə bağlı məsələni ədalətli şəkildə həll etməyə çağırıb.

Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov isə bildirib ki, “Çerkizov” bazarınıda işlərini itirmiş Azərbaycan vətəndaşları yalnız onlara qarşı edilən hər hansı hüquq pozuntuları ilə bağlı Azərbaycanın Rusiyadakı səfirliyinə müraciət edə bilər.

Anar Məmmədov /ANS PRESS/

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

Kayserililər erməniləri evlərində qonaq saxlamaq istəyən həmyerlilərinə qarşı çıxıblarkAYSERLI_17.jpg Kayseri Təhsil Şöbəsinin katibi Dağlıq Qarabağ qaytarılmayacağı sürədə bunu etməyəcəklərini bildirib

Kayserililər Turkiyə-Ermənistan futbol oyunu zamanı bu şəhərə gələcək erməniləri evlərində qonaq etmək istəyən həmyerlilərinə qarşı çıxıblar. Bəzi vətəndaşlar hesab edir ki, bunun üçün ermənilər hazırkı mövqeyindən əl çəkməli, yəni Qarabağdan çıxmalı və soyqırım iddialarından əl çəkməlidirlər.

Kayseri Təhsil Şöbəsinin katibi Kamal Önder Türkiyə-Ermənistan matçının Kayseridə keçirilməsinə qarşı olmadığını, lakin ermənini evlərində qonaq saxlamacayaqlarını bildirib:

"Türkiyə-Ermənistan matçı Kayseridə keçirilə bilər. Bu, mümkündür. Bu, bizim şəhərimiz üçün önəmlidir. Amma başqa fikirlər səsləndi ki, biz Ermənistan azarkeşlərini evlərimizə qonaq kimi dəvət etməliyik. Biz qurum olaraq bu fikri bəyənmirik. Deyim ki, Kayseridə yaşayan erməni vətəndaşları var. Bizim kiminsə şəxsi həyatına qarışmaq fikrimiz yoxdur. Amma bizim kimisə evimizə qonaq kimi dəvət etmək kimi fikrimiz də yoxdur. Gəlib otellərdə qalarlar, oyunlarını keçirib çıxıb gedərlər. Qarabağda baş verən faciə olduğu halda və bu faciəni törədən bir ölkə prezidenti olduğu müddətdə biz belə bir insanları evimizə qonaq kimi dəvət edə bilmərik".

Qeyd edək ki, Türkiyə-Ermənistan cavab oyunu dünya çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 14-də keçiriləcək. İlk matç isə keçən il sentyabr ayında baş tutmuşdi. Həmin oyuna baxmaq üçün Türkiyə prezidenti Abdulla Gül İrəvana getmişdi. /ANS TV/

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

ATƏT-in baş katibi Azərbaycana səfərinin yekunlarına dair mətbuat konfransı keciribMarc_Perrin_de_Brichambaut.jpg Brişanbo: "İlham Əliyev müzakirələrin davam etdirilməsində çox maraqldır"

ATƏT-in baş katibi Mar Perrin De Brişanbo Azərbaycana səfərinin yekunlarına dair mətbuat konfransı kecirib. O bildirib ki, "Böyük səkkizlik"in İtaliyanın Akvila şəhərində Minsk qrupuna həmsədr dövlətlərin başcılarının birgə bəyanatında əksini t.n prinsiplər həm Bakı, həm də ki, İrəvanı qane edə bilməz və buna normal yanaşmaq lazımdır.

"İ. Ə-lə görüş zamanı mən özüm üçün qeyd etdim ki, o, bu müzakirələrin davam etdirilməsində çox maraqlıdır. Həmçinin, prezident Akvila şəhərində 3 həmsədr ölkənin başçısı tərəfindən aldığı dəstəkdən sonra Azərbaycanın maraqlarının nəzərə alınaraq mövcud çətinliklərə son qoyulacağına və sülh prosesində nəticələrin əldə olunacağına inanır",- deyə Bişambo bildirib.

O qeyd edib ki, Akvilada həmsədr ölkələrin başçılarının elan etdikləri prinsiplər tərəflər üçün kifayət qədər məqbul olmalıdır və tərəflərin hazırda etməli olduqları məsələ səslənən prinsiplərlə bağlı mövqelərini yaxınlaşdırmaqdır: "Bu prinsiplər hər iki tərəf üçün tamamilə məqbul hesab olunan prinsiplər sayıla bilməz. Onlar bu prinsiplərlə tam razı deyillər. Amma bu, hansısa bir anlaşmanın əsasıdır". /ANS TV/

Изменено пользователем El Paso

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

İranda vəziyyət yenidən gərginləşib, 15 nəfər həbs edilibiran_17_07.jpg Müsəvinin tərəfdarları cümə xütbəsini şüarlarla kəsib və Tehran Universitetində polislə qarşı-qarşıya gəlib

İranda müxalifət liderləri prezident seçkisindən sonra bu gün ilk dəfə birlikdə namaz qılıblar. Müsavinin tərəfdarları cümə xütbəsini şüarlarla kəsib və Tehran Universitetində polislə qarşı-qarşıya gəlib. CNNtürkün məlumatına görə, ən az 15 adam nəzarətə alınıb.

Rəfsəncani xütbədə seçki barədə danışaraq seçki etirazlarında nəzarətə alınanların sərbəst buraxılmasını və hüquq çərçivəsində mətbuat azadlığına hörmət göstərilməsini istədi. Şahidlərinin ifadələrinə görə, xütbə əsnasında Tehran Universiteti xaricində də Musəvi təfərdarları toplanıb. Polis Musəvi tərəfdarlarına gözyaşardıcı qaz və dəyənəklərlə müdaxilə edib.

Qeyd edək ki, İranın keçmiş prezidenti Məhəmməd Hatəmi və Mir Hüseyn Musəvi Tehran universitetindəki namaza qatılıblar. Namaza isə başqa muxalifət lideri Haşim Rəfsəncani rəhbərlik edib.

Bununla da Musəvi seçkidən sonra ilk dəfə xalqın qarşısına çıxıb. İran polisi buna görə də namazda hər hansı nümayiş ola biləcəyi və "bəzi görüntülərin yaşana biləcəyi" barədə xəbərdarlıq edib.

Xatırladaq ki, İranda prezident seçkisi iyun ayının 12-də keçirilib. Seçkidə Mahmud Əhmədinejad qələbə qazanıb. Seçkidən sonra nəticələrə etiraz edən minlərlə adam küçələrə çıxıb. Seçkidən sonra İranın ali dini lideri Ayətulla Xomeyni seçkidə qanun pozuntusu olmadığını bildirmiş və nəticələri keçərli hesab etmişdi.

Baş vermiş nümayişlərdə isə ən azı 20 nəfər ölüb. /ANS PRESS/

Az?rbaycana, ?n ?ox V?t?np?rv?rlik Hissi ??k?n, Az?ri G?zlar?d?!

Bu M?nim, ??xsi Fikrimdi!

Ссылка на комментарий
Поделиться на других сайтах

  • 1 month later...

Politoloq: "Rusiya Azərbaycanı təhdid edir"

Oqtay Sadıqzadənin fikrincə, ruslar bu məsələdə Ermənistandan istifadə edirlər

«Ermənistan prezidenti Serj Sarkisyanın bu cür çıxış etməsində açıq-aşkar Rusiya faktoru görünür». Bu sözləri ANS PRESS-ə politoloq Oqtay Sadıxzadə Ermənistan prezidenti Serj Sarkisyanın sözlərini şərh edərkən bildirib. «Hər kəs bilir ki, Ermənistan Rusiyanın forpostudur. Bu dövlətin bütün zavodları, fabrikləri bu gün rus şirkətləri tərəfindən idarə olunur. Bu yolla Ermənistanın bütün borcları silinir. Ölkənin müstəqil siyasəti yoxdur»,- deyə o vurğulayıb.

Politoloq deyib ki, Rusiyanın özünün də bu ölkədə maraqları var: «Rusiya istəyir ki, bu ölkədə öz mövcudluğunu və siyasi təsirini saxlasın». O.Sadıxzadə düşünür ki, bu səbəbdən də Rusiya Ermnistanın əli ilə burada təhdid siyasəti .rır: «Azərbaycan müstəqil siyasət yeridir. Ölkəmiz son vaxtlar NATO ilə əməkdaşlıq edir, NATO-ya yaxınlaşır. Rusiya isə istəmir ki, Azərbaycan bu quruma yaxınlaşsın».

Politoloq vurğulayıb ki, bu məsələdə dünyada olan erməni lobbisinin də böyük təsiri var: «Son zamanlar Türkiyə -Ermənistan yaxnlaşmasının, sərhədlərin açılması ilə bağlı .rılan söhbətlərdə də erməni lobbisinin təsiri var».

O.Sadıqzadə bildirib ki, Azərbaycan bütün bunlara qarşı adekvat addımlar atmalıdır.

Qeyd edək ki, bu gün ermənilər separatçı Dağlıq Qarabağ rejiminin özünü “müstəqil” elan etməsinin 18-ci ildönümünü qeyd edirlər. Bu məqsədlə Ermənistan prezidenti Serj Sarkisyan işğal altındakı Azərbaycan torpaqlarına -Xankəndinə gedərək orada keçirilən mərasimə qatılıb. O, orada çıxış edərək Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin yalnız Dağlıq Qarabağ "xalqının" azad seçimi və razılığı nəticəsində mümkün olacağını bildirib.

Хочешь увидеть перемены?

Тогда Будь впереди перемен..!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

"Qarabağ münaqişəsinin sülh yolu həlli yalnız referendum nəticəsində mümkündür"

Bu bəyanatla Ermənistan prezidenti Serj Sarkisyan çıxış edib

"Qarabağ münaqişəsinin sülh yolu ilə həlli yalnız Dağlıq Qarabağ xalqının azad seçimi və razılığı nəticəsində mümkündür". Bu barədə Ermənistan prezidenti Serj Sarkisyanın separatçı Dağlıq Qarabağın "müstəqil" elan olunması münasibəti ilə keçirilən mərasimə ünvanladığı məktubunda bildirilir.

Serj Sarkisyan bildirib ki, Dağlıq Qarabağın "müstəqilliyi" 1991-ci ildə dekabrın 10-da keçirilən ümumxalq səsverməsi nəticəsində elan olunub.

Qeyd edək ki, bu güm separatçılar Dağlıq Qarabağın müstəqil elan olunmasının 18-ci ildönümünü qeyd edirlər. Bu məqsədlə keçirilən mərasimə qatımaq üçün Ermənistan prezidenti dünən işğal altındakı Azərbaycan torpaqlarına -Xankəndinə gedib.

Хочешь увидеть перемены?

Тогда Будь впереди перемен..!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Əhməd Davudoğlu: “Sərhədlərin açılmasından söhbət gedə bilməz”

"Prosesin hər mərhələsində Azərbaycanın maraqları qorunacaq"

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlərin bərpası ilə bağlı məsləhətləşmələrin bərpasından danışıb. ANS PRESS, Türkiyənin NTV telekkanalna istinadən xəbər verir ki, Əhməd Davudoğlu, Ermənistan rəsmiləri ilə razılaşdırılan iki protokol və diplomtik əlaqələrin bərpası prosesinin Türkiyənin regiona baxışının bir hissəsi olduğunu bildirib. Türkiyənin hədəfinin qonşu ölkələrlə yaxşı münasibət və Cənubi Qafqazda daimi və əhatəli sülh olduğunu deyən nazir, başladılan prosesin bu hədəf üçün əhəmiyyətli addım olduğunu qeyd edib. Prosesin hər mərhələsində Azərbaycanın maraqlarının qorunacağını deyən Əhməd Davudoğlu bunun, Azərbaycan-Ermənistan münasibətlərinə də müsbət təsir edəcəyinə ümidvar olduğunu bəyan edib. Xarici işlər naziri bu mərhələdə sərhədlərin açılmasının müzakirəsinin mümkün olmadığını da vurğulayıb.

Хочешь увидеть перемены?

Тогда Будь впереди перемен..!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Bloqqerlərin qısa sürən məhkəməsi...

adnan%20mehkeme.jpgMəhkəmə başa çatdıqdan sonra Emin Milli və Adnan Hacızadə maşına mindirilərkən onları gözləyənlər aksiya keçiriblər. Etirazçılar Səbail rayon məhkəməsi qarşısında «azadlıq» şüarları səsləndiriblər.

Məhkəmənin qarşısından keçən yolda bu müddət ərzində avtomobillərin hərəkəti müvəqqəti dayanıb.

Amma zorakılıq halı müşahidə olunmayıb.

Polislər isə çəkiliş .rmaq istəyən jurnalistləri itələyib, mane olublar. Bundan sonra aksiya sona çatıb.

Məhkəmənin içərisində jurnalistlərə telefon və foto.ratdan istifadəyə etməyə qoymayıblar. Fasilə müddətində də foto.ratdan yararlanmağa imkan olmayıb.

Ancaq zərərçəkən kimi tanınan “Livan” restoranının müdiri İlkin Əlizadə məhkəmənin gedişində mobil telefondan istifadə edirdi.

Məhkəmə qurtarandan sonra valideynlər dəmir barmaqlıqlar arasında olan gənclərlə görüşüblər.

Proses zamanı hakimin mikrofondan istifadə etməməsi və üstəlik yavaş danışması problem yaradırdı. Arxada oturanlar isə deyirdilər ki, nə hakimi, nə də vəkilləri eşidirlər.

Hakim prosesin keçirildiyi zalın Səbail rayon Məhkəməsində ən böyük zal olduğunu bildirib. Zalın sahəsi təxminən 50-60 kvadratmetr idi.

***

Fasilədən sonra hakim həm müdafiə, həm də zərərçəkmişlərin vəsatətlərinin heç birini qəbul etməyib. Sentyabrın 16-da proses məhkəmə baxışı ilə davam edəcək.

emin%20mehkeme.jpgProsesdə gənclərin vəkilləri bir neçə vəsatət verib. Vəsatətlərdən biri işin ibtidai istintaqa qaytarılması ilə bağlı olub. Ancaq hakim bu vəsatəti təmin etməyib. İkinci vəsatət isə Emin Milli və Adnan Hacızadə haqqında seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı olub. Hakim bu vəsatətin də qəbul edilmədiyini bildirib və müşavirə otağına gedib.

Zərərçəkən qismində tanınan şəxslərin vəkili Zaur İbadov da vəsatət verib. Onun vəsatəti prosesin q.lı keçirilməsi ilə bağlı olub. Zaur İbadov mövqeyini belə əsaslandırıb ki, təqsirləndirilən şəxslər siyasətlə məşğuldur və bu məsələdə hansısa dövlət sirri açıla bilər. Ona görə də prosesin q.lı .rılmasına ehtiyac var. Bu vəsatətə hakim fasilədən sonra münasibət bildirəcək.

***

“Siyasi fəaliyyətlə məşğul olmaq o deməkdir ki, sən siyasi partiya üzvü olursan və siyasi vəzifə tutmaq üçün seçkilərdə namizədliyini irəli sürürsən. Biz siyasi partiya üzvü olmamışıq və siyasi fəaliyyətlə məşğul olmamışıq. Amma biz azad vətəndaş kimi sadəcə ictimai-siyasi məsələlərə dair fikir bildirmişik. Məsələn, Nyu-Yorkda referendum əleyhinə BMT qarşısında mitinq təşkil etmişəm. Yalnız avtoritar rejimlərdə siyasətdən sadəcə danışan adamlara siyasətçi deyirlər”.

Bunu məhkəmədə Emin Milli deyib.

İndi prosesdə fasilədir.

***

Sentyabrın 4-də Səbail rayon məhkəməsində gənc bloqqer Adnan Hacızadə və Emin Millinin məhkəməsi başlayıb.

Proses açıq keçirilir, bloqqerləri məhkəməyə gətiriblər.

Məhkəməni bir çox beynəlxalq təşkilatların nümayəndələri və diplomatlar izləyirlər. Amma onların əksəriyyətini zala buraxmayıblar. Məhkəmə zala əlavə stullar qoyulmasına imkan verməyib. Buna görə diplomatlar, əksər jurnalistlər və ictimaiyyət fəalları kənarda qalıblar. Sonra diplomatları zala buraxıblar.

Adnan Hacızadə və Emin Milli bu il iyulun 8-də “Lebanese” restoranında baş verən münaqişədən sonra həbs ediliblər. Onlar xuliqanlıqda və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham olunurlar.

Gənc fəallar ittihamları qəbul etmirlər və həbslərinin sifarişli olduğunu deyirlər.

Хочешь увидеть перемены?

Тогда Будь впереди перемен..!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Daşnaklar "erməni açılımı"na qarşı aclığa başlayırlar

Sentyabrın 15-i İrəvanın mərkəzi etiraz meydanına çevriləcək

Sentyabrın 15-dən Ermənistanın “Daşnaksütyun” partiyası İsveçrənin vasitəçiliyi ilə imzalanan Ermənistan-Türkiyə protokoluna qarşı təbliğat aksiyaları təşkil etmək niyyətindədir. Həmin gündən başlayaraq “Daşnaksütyun” Respublika meydanında, hökumət evinin qarşısında aclıq aksiyası, oturaq aksiya və imzatoplama aksiyası keçirəcəklər.

“Daşnaksütyun” partiyasının ali orqanının üzvü Artaşes Şahbazyan bildirib ki, bu günlərdə Respublika meydanı etiraz arenasına çevriləcək. “Aksiya iştirakçıları ictimaiyyətə öz əsaslarını təqdim edəcəklər. Biz bu sənədlərin yenidən hazırlanmasını tələb edəcəyik”, deyə Artaşes Şahbazyan qeyd edib.

Xatırladaq ki, Türkiyə və Ermənistan İsveçrənin vasitəçiliyi ilə “Diplomatik münasibətlərin qurulması barədə Protokol” və “İkitərəfli əlaqələrin inkişafı barədə Protokol” ətrafında məsləhətləşmələrin davam etdirilməsi barədə razılığa gəliblər. Bu barədə Türkiyə XİN-in məlumatında deyilir ki, siyasi məsləhətləşmələr altı həftə ərzində başa çatacaq və sonra iki ölkə parlamentinin müzakirəsinə veriləcək iki protokol imzalanacaq. Hər iki protokol ikitərəfli münasibətlərin normallaşması üçün əsas yaratmalıdır. Tərəflər protokolların parlamentlər tərəfindən təsdiqlənməsinə səy göstərəcəklər.

Qeyd edək ki, Ermənistan prezidenti Serj Sarkisyan oktyabrın 14-də Türkiyəyə səfər etməli və Türkiyə-Ermənistan futbol millilərinin cavab oyununu izləməlidir. Ankarada hesab edirlər ki, bu səfər iki ölkə arasında münasibətlərin normallaşdırılmasına yardım edəcək. Lakin Serj Sarkisyan rəsmi Ankara qarşısında şərt qoyur. O bəyan edib ki, Türkiyəyə yalnız sərhədlər açıldıqdan sonra səfər edə bilər.

Хочешь увидеть перемены?

Тогда Будь впереди перемен..!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Corc Buşa ayaqqabı atan jurnalist bu gün azadlığa çıxmalıdır

Müntəzir əz-Zeydi nümunəvi davranışına görə həbsdən vaxtından əvvəl buraxılır

Keçmiş ABŞ prezidenti Corc Buşa ayaqqabılarını atdığına görə həbs cəzası alan iraqlı jurnalist Müntəzir əz-Zeydi bu gün azadlığa çıxmalıdır. İraqın “Əl-Bağdadiyyə” telekanalının 29 yaşlı əməkdaşı 14 dekabr 2008-ci ild ətarixdə Corc Buş və Nuri əl-Malikinin Bağdadda keçirilən mətbuat konfransı zamanı ayaqqabılarını ABŞ prezidentinə atmışdı. O ayaqqabılarını atarkən belə demişdi: “Bu İraqda öldürülənlərin, dul və yetim qalanların vida öpüşüdür, it”.

Bu hadisədən sonra jurnalist həbs edildi və məsələ qalmaqallı şəkil aldı. Onun hərəkəti xarici ölkə liderinə qarşı rəsmi səfər zamanı təcavüzkar hərəkət kimi qiymətləndirilmişdi. Tək İraqda yox, eləcə də digər ərəb ölkələrində milli qəhrəmana çevrilmiş Müntəzir əz-Zeydinin müdafiəsinə 100-dən çox vəkil, eləcə də Səddam Hüseyin keçmiş müdafiəçisi Xəlil əd-Düleymi qalxmışdı.

İraqlı jurnalistlə bağlı məhkəmə prosesi fevralın 19-da başladı və martda hökm elan edildi-üç il müddətinə azadlıqdan məhrumetmə. 2009-cu ilin aprelində isə KİV-də müxbirin nümunəvi davranışına görə həbsdən vaxtından əvvəl azad ediləcəyi barədə məlumatlar yayıldı. Avqustun sonlarında onun azad ediləcəyi tarix də açıqlandı-14 sentyabr.

Хочешь увидеть перемены?

Тогда Будь впереди перемен..!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Kürdəmirdə XII-XIII əsrə aid şəhər tapılıb

Ərazidə saxsı qablar, muncuq və mis pullar aşkar edilib

Kürdəmir rayonunda XII-XIII əsrə aid şəhər qalıqlar tapılıb. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, qazıntı işləri rayonun Ərəbqubalı kəndi ərazisində .rılıb. Qazıntıya rəhbərlik edən tarix elmləri doktoru Qafar Cəbiyev şəhərin yandırıldığının ehtimal edildiyini bildirib. 50 kvadrat metr sahədə 2 metr dərinlikdə .rılan qazıntı işləri zamanı 300-ə tapıntı aşkarlanıb. Onların arasında saxsı qablar, muncuq, mis pullar və sairə olub.

Ərazidə qazıntı işlərinə Azərbaycan Milli Elmlər Akademiyasının 5 üzvi cəlb edilib. Qazıntıya rəhbərlik edən tarix elmləri doktoru Qafar Cəbiyevin sözlərinə görə, tapılan əşyalar laborator araşdırmalardan sonra Kürdəmir muzeyinə təhvil veriləcək.

Хочешь увидеть перемены?

Тогда Будь впереди перемен..!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Bu gün Abşeron və Cəlilabad rayonlarında hərraca 11 torpaq sahəsi çıxarılacaq

Abşeron rayonundakı ikisi sahibkarlıq fəaliyyəti, qalanları isə fərdi ev tikintisi üçün nəzərdə tutulub

Bu gün Pirəkəşkül-Qobustan bələdiyyəsi sentyabrın 14-də Abşeron rayonunda keçiriləcək növbəti müsabiqəyə səkkiz torpaq sahəsi çıxarmağı planlaşdırır. Abşeron rayon torpaq hərrac və müsabiqə komissiyasının məlumatına görə, bu sahələrin ikisi sahibkarlıq fəaliyyəti, qalanları isə fərdi ev tikintisi üçün nəzərdə tutulub.

Bu gün Cəlilabad rayonunda da növbəti torpaq müsabiqəsi keçiriləcək. Rayon torpaq hərrac və müsabiqə komissiyasının məlumatına görə, Cəlilabad şəhər, Ocaqlı və Qarazəncir kənd bələdiyyələri satışa hərəyə bir torpaq sahəsi çıxaracaqlar.

Müsabiqəyə təqdim edilən həmin torpaq sahələrinin biri sahibkarlıq, ikisi isə həyətyanı istifadə üçün nəzərdə tutulur.

Хочешь увидеть перемены?

Тогда Будь впереди перемен..!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Qadınlar bir dəfə, kişilər isə beş-səkkiz dəfə sevirlər

Alimlər müəyyənləşdirib ki, kişilərdə ən güclü sevginin də ömrü dörd ildən artıq olmur

Alimlər müəyyən ediblər ki, “sevgi” adlanan hiss daha çox qadın cinsinin nümayəndələrinə aiddir. Qadınlar yalnız bir dəfə sevirlər. Kişilər isə həyatları boyu 5-8 qadına vurula bilərlər. Tədqiqatçılar bildirirlər ki, kişilərdə hətta ən romantik və güclü hisslər də dörd ildən uzun çəkmir.

Alimlər bunu onunla izah edirlər ki, kişilərdə gen səvviyəsində nəsil artırmaq tələbatı olur. Qadınlarda isə əsas məqsəd uşaqları tərbiyə etməkdir. Qadınların ailə qurmaq və onu saxlamaq arzusu da məhz bununla əsaslandırılır.

Alim Xeorxina Montemayor Flores hesab edir ki, sevgi ilə simpatiya, seksual həvəs və bağlılığı ayırmaq lazımdır. Vurğunluğun birinci mərhələsi kimyəvi birləşmələrin yaranmasına səbəb olur. Onlar beyində yaranır və neyronlarda cəmlənirlər. Bundan sonra kəllə beyininin badamcıq vəzi, talamus, hipotalamus və hipokampus kimi şöbələri fəallaşır. Bu sahələr insan emosiyasına cavab verir. Sadə dillə desək, vurulan adam sevdiyi obyektdən başqa nəsə fikirlərmək iqtidarında olmur.

Alimlərin fikrincə, ən güclü hissləri həyatda yalnız bir dəfə keçirmək mümkündür. Bu, əsl sevgidir. Sonrakılar isə yalnız seksual həvəs və bayağı bağlılıqdır.

Хочешь увидеть перемены?

Тогда Будь впереди перемен..!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

AŞ PA ədalətli mövqe tutmayıb

Mer seçkisi Qarabağ münaqişəsi ədalətli şəkildə başa çatdıqdan sonra keçirilməlidir

«AŞPA nümayəndəsinin mer seçkisi ilə bağlı tövsiyəsi haqq və ədalətin bərqərar olunması baxımından məqbuldur. Bu mənada biz dünya təcrübəsində uzun illərdir tətbiq olunan bu strukturun Azərbaycanda da tətbiqinə tərəfdarıq. Amma hər kəsə bəllidir ki, ölkəmizdə seçkinin ədalətli keçiriləcəyi şübhə altındadır». Bu sözləri ANS PRESS-ə Azərbaycan İslam Demokrat Partiyasının (AİDP) sədri hacı Tahir Abbaslı Azərbaycana səfəri zamanı Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi sədrinin səlahiyyətlərinin icraçısı Yan Mikallefin paytaxtda mer seçkisi ilə bağlı səsləndirdiyi təklifə münasibətini birdirərkən söyləyib.

AİDP sədri bu təklifi dəstəkləsə də, hazırkı durumda bunun reallaşdırılıması ilə bağlı fərqli fikirdədir: «Bu məsələ dəfələrlə cəmiyyətdə müzakirələrə səbəb olub. Əvvəllər də bir neçə dəfə səsləndirlən bu fikir müəyyən dəstək qazanıb. Xüsusilə də müxalifət partiyaları paytaxt rəhbərliyinin seçki yolu ilə seçilməsində israrlıdır».

AİDP sədri hesab edir ki, mer seçkisi ilə bağlı israrlı tövsiyələr verən AŞ PA-nın özü də Azərbaycanla bağlı məsələlərdə, xüsusilə də seçkilərin nəticələri ilə bağlı ədalətli mövqe tutmayıb: «Artıq 3-cü onillikdir müharibə şəraitində yaşayırıq. Amma bu təşkilat təcavüzkarla təcavüz olunan arasında ədalətli qərar verə bilmir. Bu mənada AŞ PA-a bizə göstərdiyi bu qayğı səmimi deyil. Məgər AŞ PA indiyə qədər Azərbaycanda keçirilən bütün seçkilərin şəffaf keçirilmədiyini görməyib? Təbii ki, görüb. Amma təssüf ki, təyinatlı seçkilərin “düzgün” keçirildiyini deyib, prosesi «demokratiyaya doğru bir addım» kimi qiymətləndiriblər. Sona qədər radikal mövqe tutmayıblar. Ona görə də bizim cəmiyyətimizdə AŞ PA-nın haqq-ədalət tərəfində olacağına dair inam qalmayıb».

T.Abbaslı hesab edir ki, mer seçkisində də hakimiyyət istədiyi şəxsin Bakı meri olmasını təmin edəcək və bir qədər çək-çevirdən sonra AŞPA həmin seçkinin nəticələrini müsbət qiymətləndirəcək: «Digər tərəfdən, AŞPA bu məsələdə heç də xalqımızın rifahının yaxşılaşmasını güdmür. Onlar bu məsələdə də daha çox regiondakı maraqlarını təmin etmək niyyətindədirlər».

AİDP sədri başqa bir məqama da toxunub: «Onu da nəzərə almaq lazımdır xalqımız seçki proseslərindən yorulub. Təsəvvür edin, son 5 ildə 2 seçki, həmçinin referendum keçirilib. Qarşıdan isə bələdiyyə və parlament seçkiləri gəlir. Əgər baş tutsa mer seçkisi 5-ci olacaq və bunun da həm dövlət üçün, həm də xalq üçün asan başa gəlmədiyi bəllidir. Heç kimə sirr deyil ki, hər bir seçki üçün yüz minlərlə vəsait xərclənir. Təbii ki, bu da xalqın rifahına mənfi təsir edir. Maddi problemlər bir yana, seçicilərin üzləşdikləri ədalətzliklərdən dolayı stressə düçar olduqlarını da nəzərə almaq lazımdır».

AİDP sədri təklif edir ki, Bakıda və digər iri şəhərlərdə mer seçkisi Qarabağ münaqişəsi ədalətli şəkildə başa çatdıqdan, yəni cəmiyyət sarsıntıdan çıxdıqdan sonra keçrilə bilər.

Хочешь увидеть перемены?

Тогда Будь впереди перемен..!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Bu gün Avropa Birliyində Cənubi Qafqaz ölkələri ilə bağlı debatlar başlayır

Xarici işlər nazirləri Azərbaycan, Gürcüstan və Ermənistanla əlaqələrin inkişafı yollarını axtaracaqlar

Avropa Birliyinin ümumi işlər və xarici əlaqələr üzlə nazirlər Şurası bu gün və sabah Avropanın enerji təhlükəsizliyi və Qafqaz ölkələri ilə əlaqələri müzakirə edəcək. Bu barədə məlumatı Avropa Birliyinin İsveç nümayəndəliyi yayıb.

Məlumatda deyilir ki, xarici işlər nazirləri Cənubi Qafqaz ölkələri-Azərbaycan, Gürcüstan və Ermənistanla əlaqələri müzakirə etmək niyyətindədirlər: “Bu ölkələrlə xüsusilə “Şərq tərəfdaşlığı” çərçivəsində əlaqələrin hansı şəkildə inkişaf etdirilməsi ilə bağlı debatların keçirilməsi nəzərdə tutulur. Bundan başqa, əməkdaşlığın hər bir ölkələdəki vəziyyətin ayrıca nəzərə alınması ilə inkişaf etdirilməsi ətrafında müzakirələr .rılacaq”.

Enerji təhlükəsizliyinə gəldikdə isə, görüşdə bu sahədə Avropa siyasətinin müxtəlif aspektlərindən söhbət açılmalıdır. O cümlədən, nazirlər diskussiya zamanı enerji sahəsində üçüncü ölkələrlə, xüsusilə, Ukrayna ilə əlaqə məsələsi də müzakirə olunacaq. Lakin bu məsələ debatların əsas mövzusu olmayacaq.

Хочешь увидеть перемены?

Тогда Будь впереди перемен..!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

ODKB sülhməramlı əməliyyatlara qoşulmaq istəyir

Təşkilat bununla bağlı BMT-yə müraciət edib

Sabah işə başlayacaq BMT Baş Assambleyası Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (ODKB) ilə əməkdaşlığın gücləndirilməsi məsələsini müzakirə edəcək. BMT-nin saytında yerləşdirilən məlumata görə, avqustun 11-də Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin təşkilatın bütün üzvlərinin adından (Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan) sessiyanın gündəliyinə bu məsələnin əlavə edilməsi ilə bağlı müraciət edib. Təşkilatın mətbuat katibi Vitali Struqovsun məlumatına görə, ilikn gündəlikdə bu məsələ artıq var.

Moskva hesab edir ki, Baş Assambleya BMT ilə ODKB arasında əməkdaşlıqla bağlı razılığı, BMT ilə NATO arasında imzalanmış 2008-ci il sentyabr qətnaməsinə analoji xüsusi qətnamə ilə dəstəkləyəcək. Bu razılıq ODKB-ə BMT-nin sülhməramlı və digər aksiyalarında iştirak etməyə imkan verəcək. Belə memorandumu BMT Təhlükəsizlik Şurası hazırlayır və onu hər iki təşkilatın Baş Assambleyası imzalayır.

Qeyd edək ki, ODKB 2004-cü ildən Baş Assambleyada müşahidəçi statusundadır. 2009-cu ilin 16 yanvarından isə ODKB üzv ölkələrin imzaladığı razılığa görə, təşkilat sülhməramlı əməliyyatlarda o cümlədən BMT-nin əməliyyatalarında iştirak edə bilər.

"Armenia Today" saytının məlumatına görə, Rusiya ODKB-nin gələcəkdəki əməliyyatlarının beynəlxalq aləmdə legitimləşdirilməsinə çalışır. Saytın yazdığına görə, əgər BMT, ODKB ilə razılığa gedərsə, "ODKB-nin sülhməramlı kontingentini" Dağlıq Qarabağ ərazisində yerləşdirməyə çalışacaq.

Allah Elemesin...

Изменено пользователем Эль Пасо

Хочешь увидеть перемены?

Тогда Будь впереди перемен..!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Bu ölkədə polisə və məmura pul təklif etmək olmaz

Günün ölkəsi -ABŞ

Amerika Birləşmiş Ştatları haqqında ümumi məlumat

Amerika Birləşmiş Ştatları dünyada ərazisinin böyüklüyünə görə 4-cü, əhalisinin sayına görə isə 3-cü yeri tutur. Ölkə Şimali Amerika materikində yerləşir. Şimaldan Kanada, cənubdan Meksika ilə həmsərhəddir. ABŞ federativ respublikadır. Paytaxtı Vaşinqton şəhəridir. Ərazisi 9,5 milyon kvadrat kilometrdir. Əhalisi 281 milyon nəfərdir. Mərkəz və şimal hissəsini ovalıqlar, düzənliklər, Appalaç dağları, qərb hissəsini Kordilyer dağlarının yüksək silsilələri tutur. Çayları, əsasən, Atlantik və Sakit Şimal Buzlu okeanlarına tökülür. Ən böyük çayı Missisipidir. Əhalisinin 78-84%-ni xristianlar, 2%-ni müsəlmanlar təşkil edir. Rəsmi dil ingilis dilidir, pul vahidi dollardır (1 dollar 100 sentə bərabərdir). ABŞ-da demək olar ki, bütün iqlim tiplərinə rast gəlmək olur: Alyaskadakı arktik və subarktikdən tutmuş, Havay adaları, Kaliforniya və Floridadakı tropik iqlimə qədər. Yayda temperatur +22 ilə +28 dərəcə arasında dəyişir. Sahilyanı rayonlarda orta illik yağıntının miqdarı 2000, ölkənin mərkəzi hissələrində 1000, səhra və yarımsəhra ərazilərdə 100 mm-ə qədər olur. Milli şüarları: «Biz Allaha inanırıq» («In God We Trust»).

Turistlərə məsləhət

ABŞ-da çaypulu xidmət sahəsindəki əlavə ödənişin qanuniləşdirilmiş formasıdır. Çaypulu vermə mədəniyyəti taksilərdə, aeroportlarda, mehmanxanalarda, restoranlarda geniş yayılıb. Ofisiant, taksi sürücüsünün bəxşişi hesabın 10-15%-nə bərabərdir. Polisə və məmura pul təklif etmək olmaz. Bu, cinayət hadisəsi kimi qiymətləndirilir.

Banklar bazar ertəsindən cümə gününədək saat 09:00-dan 15:00-dək işləyir.

Şopinq mərkəzləri və böyük univermaqlar bazar ertəsindən şənbəyədək saat 09:30-dan 21:30-dək (bəziləri 24 saat), bazar günləri isə 12:00-dan 17:00-dək işləyir. Şəxsi mağazalar fərdi qrafikə uyğun fəaliyyət göstərir. Mağazalar ya ticarət mərkəzlərində («moll»larda) kompakt halda, ya da məhəllə və rayonlarda yerləşir. Amerikadakı mağazaların hamısında qiymətlər vergilər nəzərə alınmadan qeyd olunur, yəni ödəməli olduğunuz məbləğdən 5-10% aşağı qiymət göstərilir. İldə bir dəfə, avqustun axırı, Texasda «vergisiz uikend» keçirilir.

Mətbəx

Amerika mətbəxi cəmiyyəti kimi internasionaldır: burada Çin, Meksika, Kuba, Rusiya restoranlarına rast gəlmək, ada və Mərakeş yeməklərindən dadmaq olar. Qiymətlər və xidmət də çox fərqlidir - orta məbləğ qəlyanaltıda $2-dan $100-a qədər və Nyu-Yorkun ən yaxşı restoranlarında $100-dan çoxdur (içkisiz). «İsveç stolu» təşkil olunan kafelərdə qiymətlər çox ucuzdur. Burada siz giriş pulunu verib məhdudiyyət olmadan istədiyiniz yeməyi seçə bilərsiniz. Bu, daha çox Las-Veqas və Orlandoda geniş yayılıb. Əksər restoranlarda siqaretçəkənlər üçün ayrıca zallar olur və bu bölgüyə ciddi əməl edilir. Milli mətbəx yeməklərin çoxkalorili olması və rahat hazırlanması ilə seçilir. Məşhur yeməkləri qabaqlı sup, donuz qabırğaları, içi doldurulmuş hinduşka, steyklər və burgerlərdir. Amerika «fast-food»un vətənidir. ABŞ McDonald`s, Burger King, KFC və başqa qəlyanaltıların müxtəlifliyinə görə dünyada birinci yerdədir. Burada içki çeşidi çox müxtəlifdir. Amerikalıların çay və qəhvə anlayışı bütün turistləri təəccübləndirir. Çayı soyuq və şəkərsiz, limonla və buzla və ya ingilissayağı açıq və südlü verirlər.

Gəzməli-görməli yerlər

Vaşinqtonda ABŞ prezidentinin rezidensiyası - Ağ ev, ABŞ-ın hərbi nazirliyi - Pentaqonun binası, dünyanın beş ən məşhur abidələrindən sayılan konqres binası - Kapitoliya yerləşir.

ABŞ-ın ən məşhur şəhərlərindən biri Nyu-Yorkda ölkənin əsas simvolu - Azadlıq heykəlini (Statue of Liberty) görmək olar.

Amerika kinematoqrafiyasının mərkəzi olan Hollivud Los-Ancelesdə yerləşir. Hollivud bulvarında möhtəşəm aktyorların adı yazılan 2000-dən çox ulduz var. Hər il 20 milyon turist bu ulduzlara baxmağa gəlir.

Disneylend - 11 min hektar ərazini əhatə edən Uolt Disney aləmi dünyanın ən məşhur dəniz parklarını, şəffaf akvarium-tuneli və bir çox başqa əyləncələri özündə cəmləşdirir. Dəniz heyvanlarının iştirakı ilə təşkil olunan müxtəlif şou və attraksionlar təkcə uşaqların yox, böyüklərin də marağına səbəb olur.

Arizonanın şimal-qərbində yerləşən Böyük Kanyon (Grand Canyon) qoruğu dünyanın ən böyük çay kanyonudur. Siz vertolyotla kanyonun üstündən ekskursiya edə, Koloradoda qayıqla üzə bilərsiniz.

Çikaqonun ən məşhur görməli yeri XIV əsrin və fransız impressionistlərinin rəsm əsərləriylə zəngin olan «Art İnstitute» muzeyidir. Muzeyin qarşısında hündürlüyü 41 metrə çatan Bukingem fəvvarəsinə tamaşa etmək olar. Məşhur Niaqara şəlaləsi Çikaqonun yaxınlığında yerləşir.

San-Fransiskonun simvolu - «Qızıl darvazalar» körpüsü dünyanın ən gözəl körpülərindəndir. Onun uzunluğu 2730 m-dir.

Şəhərin qədim hissəsində Ginnesin rekordlar kitabına düşən ən əyri küçəsini - Lombard striti (Lombard street) gəzmək olar.

Las-Veqas dünyanın kazino və şou-biznes mərkəzidir. İlin 310 günü günəşli və isti keçir. Buraya bütün ölkələrdən əyləncə, şənlik axtaran insanlar axışır. 24 saat kozino və restoranlar turistlərin qulluğunda durur.

Bayramlar

Bir çox xalqlarda olduğu kimi amerikalıların da milli bayramlarına Pasxa, Milad və Yeni il daxildir. Pasxa - İsa peyğəmbərin zühr etməsini əks etdirir. Baharın müxtəlif bazar günlərində qeyd olunan Pasxa xristianlar üçün ibadət etmə və ailənin bir yerə toplandığı gündür. Bir çox amerikalılarda pasxa yumurtalarının rənglənməsi və konfet paylanması adəti hələ də qalıb. Pasxanın səhəri ölkənin prezidenti Ağ evin çəmənliyində uşaqlarla birlikdə «pasxa yumurtalarını sürüşdürmə” bayramında iştirak edir. Milad - 25 dekabrda qeyd olunur və ABŞ-ın ən əsas bayramıdır. Ancaq əvvəllər, XVIII əsrə qədər milad bayramı Amerikada qadağan olunmuşdu. Burada da milad bayramı bütün ölkələrdə olduğu kimi keçirilir. Ənənəvi küknar ağacı, hədiyyələr, bayram süfrəsi və s. Yeni il - 1 yanvarda qeyd olunur, dost-tanışlar bir süfrə arxasında əyləşib bir-birlərinə səadət arzulayırlar. Amerikalıların bir sıra özünəməxsus bayramları da var. Ən önəmliləri 4 iyul Müstəqillik günü və noyabrın axırıncı cümə axşamına düşən Şükran günü sayılır. ABŞ-da qeyd olunan bayramlardan ən maraqlısı Helluindir (31 oktyabr). Bu gün hər evdə gözlər və ağız kəsilmiş içi boş balqabaq olmalıdır. Bayramın ən məşhur adətlərindən biri budur ki, uşaqlar karnaval paltarlarını geyinib, qapı-qapı gəzib şirniyyat istəyirlər. Əgər evin sahibi xəsis çıxsa, uşaqlar intiqam ala bilərlər. Bundan başqa, Martin Lüter Kinqin xatirə günü (15 yanvar), Prezidentlər günü, Əmək günü, Kolumb günü, Veteranlar günü və s. qeyd olunur.

Хочешь увидеть перемены?

Тогда Будь впереди перемен..!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Cüdoçumuz qızıl medal qazandı

Elmar Qasımov: "Bu qələbəni Qarabağ şəhidlərinin ruhuna həsr edirəm"

İrəvanda cüdo üzrə gənclər arasında keçirilən Avropa Çempionatında Azərbaycanın himni səslənib, bayrağı dalğalanıb. Cüdoçumuz Elmar Qasımov cəmi bir neçə saniyəyə rəqibinin üzərində təmiz qələbə çalaraq qızıl medala sahib olub. İdmançımız çexiyalı Lukaş Krpaleki məğlub edib. ANS-ə açıqlamasında Elmar Qasımov bildirib ki, qələbəsini Qarabağ şəhidlərinin ruhuna həsr edir.

Beləliklə, İrəvana gedən 5 cüdoçumuz elə 5 medalla vətənə dönür. Onlardan biri qızıl, biri gümüş ayarlıdır. Digərləri isə bürünc medallardır.

Qeyd edək ki, yarışda 81 kq çəki dərəcəsində mübarizə .ran həmvətənimiz Ramin Qurbanov dünən bürünc medal uğrunda mübarizədə ukraynalı Aleksandr Derkaçla qarşılaşıb. Görüşdən qələbə ilə ayrılan cüdoçumuz yarışın bürünc medalına layiq görülüb.

Yarışın ilk günündə tatami üzərinə çıxan İlqar Muşkiyev gümüş, Fəqan Eminoğlu və Rasim Əsədullayev isə bürünc medala layiq görülüb.

Хочешь увидеть перемены?

Тогда Будь впереди перемен..!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

adnan-emin.jpgİsveçli gənclər Adnan və Eminin həbsinə etiraz edirlər

İsveç parlamentinin müxtəlif fraksiyaları, eləcə də parlamentdə təmsil olunan partiyaların gənclər təşkilatları Adnan Hacızadə və Emin Millinin həbsinə etiraz ediblər.

İlham Ə-və ünvanladıqları məktubda 7 partiyanın nümayəndələri gənc bloqqerlərin həbsindən narahatlıqlarını bildirirlər. Bu həbsi ölkədə dissidentlərə qarşı dözümsüzlüyün tipik təzahürü adlandırırlar.

İsveçli gənclər A.Hacızadə və E.Millinin həbsinin siyasi motivli olduğunu bildirir, onları dərhal, qeyri-şərtsiz azad etməyə çağırırlar. Eyni zamanda, gənclərə qarşı qaldırılan bütün ittihamların dayandırılmasını və təqsirkarların cəzalandırılmasını istəyirlər.

Prezidentə ünvanlanan məktubun sonunda qeyd olunur ki, onlar bloqqerlərin məsələsini, həmçinin ölkədəki vəziyyəti diqqətlə izləyəcəklər.

Üç partiyanın - Sosial-Demokrat, Sol və Yaşıllar partiyalarının birgə bəyanatında Avropa Birliyinə prezidentlik edən İsveç hökumətindən A.Hacızadə və E.Millinin məhkəmə prosesinə müşahidəçi göndərməsi tələb olunur. Onlar Azərbaycanda insan haqlarının vəziyyətindən dərin narahatlıqlarını bildirirlər. Bəyanatda qeyd olunur ki, İsveç Azərbaycandakı hüquqsuzluğa göz yummamalıdır.

Xristian Demokrat və Liberal partiyalarının ayrı-ayrılıqda verdiyi bəyanatlarda da bu həbs pislənir.

Partiyalar İsveç hökumətindən tələb ediblər ki, Avropa Birliyinin sədri kimi gənc bloqqerlərin məhkəmə prosesini izləmək üçün Azərbaycana müşahidəçi göndərsin.

Adnan Hacızadə və Emin Milli bu il iyulun 8-də «Lebanese» restoranında baş verən münaqişədən sonra həbs ediliblər. Onlar xuliqanlıqda və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham olunurlar.

Gənc fəallar ittihamları qəbul etmirlər və həbslərinin sifarişli olduğunu deyirlər.

Изменено пользователем Эль Пасо

Хочешь увидеть перемены?

Тогда Будь впереди перемен..!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Rusiya Federasiyasının FTX - nin Sərhəd Qoşunlarının komandanı Viktor Trufanovun sözlərinə görə sentyabrın 15 - dən etibarən Abxaziya sahil sularını pozan Gürcüstana məxsus gəmiləri saxlayacaqdır...

Salt?kov-?edrin : Son vaxtlar yaman v?t?np?rv?rlikd?n d?m vururlar. Dey?s?n, v?t?nd? o?urluq ba? al?b gedir...

Ссылка на комментарий
Поделиться на других сайтах

  • 2 weeks later...

Portuqaliyada sosialistlər qələbə qazandı : İlkin nəticələrə görə, Xose Sokratesin sədrlik etdiyi Sosialist Partiyası (PS) seçkilərdə qələbə qazanıb. Portuqaliya telekanallrının veriyi xəbərə görə, seçkilərdə Sosialist partiyası (PS) 36%, İctimai Demokrat partiyası (PDS) yüzdə 26.3%, İctimai Demokrat mərkəzi-Xalq partiyası ittifaqı (CDS) 8.6%, Solçular Bloku (BE) 8.5%, Demokratik Birlik Koalisiyası isə (PCP-PEV) yüzdə 4.6% səs toplayıb.

Изменено пользователем nizami63

Salt?kov-?edrin : Son vaxtlar yaman v?t?np?rv?rlikd?n d?m vururlar. Dey?s?n, v?t?nd? o?urluq ba? al?b gedir...

Ссылка на комментарий
Поделиться на других сайтах

İran islam dünyasının 4-cü iqtisadi qüdrətidir : İnformasiya Agentliklərinin məlumatına görə İKT özünün son hesabatında bu təşkilata üzv 53 ölkənin iqtisadi vəziyyətlərini araşdırıb və İran 7,5%-lik ümummilli istehsal ilə islam dünyasının 4-cü iqtisadi qüdrəti seçilib.

İKT-nin iqtisadi hesabatı adlanan bu hesabat ildə bir dəfə yayılır.

Bu hesabata əsasən Türkiyə 15,9%-lik ümummilli istehsal payı ilə 1-ci yerdə durub. İndoneziya və S.Ərəbistanı müvafiq olaraq 11,1 və 10,5%-lik ümummilli istehsal payı ilə 2 və 3-cü yerlərdə durublar.

Salt?kov-?edrin : Son vaxtlar yaman v?t?np?rv?rlikd?n d?m vururlar. Dey?s?n, v?t?nd? o?urluq ba? al?b gedir...

Ссылка на комментарий
Поделиться на других сайтах

Çində Kommunist partiyasının 60 illiyi qeyd edilir

Oktyabrın 1-də Çində Kommunist partiyasının hakimiyyətə gəlişinin və Çin Xalq Respublikasının yaranmasının 60 illiyi qeyd edilir.

Pekində böyük hərbi parad keçirilib. Minlərlə polis və hərbçi paytaxtın mərkəzini bağlayıb. Hərbi paradda Çinin Xalq Azadlığı ordusu son silahlarını, o cümlədən qitələrarası ballistik raketlərini, tank və hücumçu vertolyotlarını nümayiş edib.

Salt?kov-?edrin : Son vaxtlar yaman v?t?np?rv?rlikd?n d?m vururlar. Dey?s?n, v?t?nd? o?urluq ba? al?b gedir...

Ссылка на комментарий
Поделиться на других сайтах

Социалисты победили на парламентских выборах в Греции

Salt?kov-?edrin : Son vaxtlar yaman v?t?np?rv?rlikd?n d?m vururlar. Dey?s?n, v?t?nd? o?urluq ba? al?b gedir...

Ссылка на комментарий
Поделиться на других сайтах

Bursada etiraz aksiyası keçirilib

Oktyabrın 11-də Türkiyənin Bursa şəhərində Türkiyə-Ermənistan matçı zamanı şəhər valisinin Azərbaycan bayraqlarını stadiona buraxmamaq qərarına etiraz olaraq stadion qarşısında etiraz aksiyası keçirilib.

ANSPRESS-in məlumatına görə mitinqdə Azərbaycandan gələn bir qrup adamla yanaşı, Türkiyə vətəndaşları da iştirak edib.

Aksiya iştirakçıları Ermənistan-Türkiyə münasibətlərinin yaxşılaşdırılmasıyla bağlı protokol və iki ölkə arasında sərhədlərin açılmasına da etiraz ediblər.

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Azərbaycanı tək qoymaqdan söhbət də gedə bilməz

Türkiyənin Azərbaycanı tək qoymasından söhbət də gedə bilməz.

Bunu isə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu TRT kanalına müsahibəsində deyib.

O bildirib ki, Azərbaycanın taleyi ilə Türkiyənin taleyi ayrılmaz şəkildə bir-birilə bağlıdı bu həmişə belə olacaq.

Bu siyasət 2007-ci ildən başlayıb.

Fevraldan etibarən isə ictimaiyyətə məlumat verilməyə başlanıb.

O gündən bu yana Azərbaycan və Ermənistan prezidentləri beş dəfə görüşüblər.

Bəs 17 il ərzində neçə dəfə görüşüblər, gəlin bir ona da baxaq.

6 - 7 ay ərzində 5 dəfə görüşmək niyə baş verdi, bölgədə nə dəyişdi?

Dəyişən Türkiyənin həyata keçirdiyi diplomatik həmlələrdir.

Bu baxımdan da biz hərtərəfli barışıq deyəndə Azərbaycanın işğal altındakı torpaqlarını əhatə edən bir tənzimləməyə işarə edirik, deyə Davudoğlu bildirib.

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Beynəlxalq aləm İranın nüvə sahəsində beynəlxalq öhtəlikləri yerinə yetirməsini sonsuz gözləyə bilməz.

Dünya İranı sonsuz gözləyə bilməz

Bunu Birləşmiş Ştatların dövlət katibi Hillari Klinton deyib.

Hillari Klinton Londonda Böyük Britaniyanın xarici işlər naziri Devid Milibendlə görüşdən sonra bu yaxınlarda Cenevrədə İranla .rılmış çoxtərəfli danışıqları əməli başlanğıc adlandırıb, amma qeyd edib ki, indi hərəkət lazımdı.

Devid Milibendsə deyib ki, dünyayla normal münasibətlər qurmaq üçün indi İranın yaxşı imkanı var.

Beynəlxalq aləm hesab edir ki, İran gizlicə nüvə silahı üzərində işləyir.

Tehran ittihamı rədd edir.

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Türkiyə Azərbaycan-Ermənistan münaqişəsini diqqətdə saxlayacaq

Ermənistan işğal etdiyi torpaqlardan çıxmayınca yaxşı münasibətlər mümkün deyil.

Bunu Türkiyənin baş nazir Rəcəb Tayyib Ərdoğan "Türkiyə ilə Ermənistan arasında imzalanan protokolları şərh edərkən deyib.

Ərdoğan qeyd edib ki, bu imza və mərasim xarakterli bir addımdır.

Biz Ermənistanla problemləri danışıqlar yoluyla həll etmək istəyirik və əslində bunun başlanğıcını qoyduq.

İndi isə xahişimiz budur ki, Azərbaycanla Ermənistan da öz aralarındakı münaqişəni bu cür həll etsinlər.

Ərdoğan daha sonra qeyd edib ki, dünən Ermənistanla imzalanmış protokolları Türkiyə parlamenti də təstiqləməlidi, amma Böyük Millət Məclisi burda

Azərbaycan-Ermənistan münaqişəsini diqqətdə saxlamalı olacaq.

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Hillari Klinton Şimali İrlandiya siyasətçiləri ilə görüşür

Avropaya səfərə yollanan Amerikanın dövlət katibi Hillari Klinton bu gün Şimali İrlandiya siyasətçiləri ilə görüşür. Onun Şimali İrlandiya məclisində Olsterdə sülh prosesini dəstəkləyəcəyinə dair çıxış edəcəyi gözlənilir.

Xanım Klinton bu gün Rusiyaya da gedəcək.

Sabah onun Rusiyanın xarici işlər naziri Sergey Lavrov və prezident Dmitri Medvedevlə görüşü nəzərdə tutulur.

Başlıca müzakirə mövzusu Əfqanıstan, İran, Şimali Koreya və Yaxın Şərqdə vəziyyətdir.

Klinton qeyri-hökumət və ictimai təşkilatların fəalları ilə də görüşəcək.

Çənşənbə günü dövlət katibi Kazana səfər edəcək.

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

«Razılaşma həm iki ölkə arasında barışığa gətirib çıxaracaq»

Avropa Şurasının Baş Katibi Torbyörn Yaqland Ermənistanla Türkiyə arasında razılaşmaya dair bəyanat yayıb. Bəyanatda deyilir ki, bu razılaşma həm iki ölkə arasında barışığa gətirib çıxaracaq, həm də ümumumilikdə Cənubi Qafqaz regionunda sabitliyi möhkəmləndirəcək tarixi addımdır.

Bəyanatda deyilir ki, bu razılaşma həm iki ölkə arasında barışığa gətirib çıxaracaq, həm də ümumumilikdə Cənubi Qafqaz regionunda sabitliyi möhkəmləndirəcək tarixi addımdır.

«Heç kəsin şübhəsi yoxdur ki, bu razılaşmaların tam şəkildə tətbiqi üçün zamana və tərəflərin davamlı öhdəliyinə ehtiyac var»- deyə bəyanatda bildirilir.

Baş Katib, həmçinin Avropa Şurasının Ermənistan və Türkiyə hökumətləri ilə tam əməkdaşlıq çərçivəsində bu prosesə dəstək verməyə hazır olduğunu da qeyd edir.

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Bloqqerlərin məhkəməsi davam edəcək

Oktyabrın 13-də gənc bloqqerlər – Emin Milli və Adnan Hacızadənin məhkəməsi davam edəcək. Bu gün ittiham tərəfinin şahidləri ifadə verəcək.

Gənclər iyulun 8-də «Lebanese» restoranında baş verən münaqişədən sonra həbs ediliblər.

Onlar xuliqanlıqda və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham olunurlar.

Gənc fəallar ittihamları qəbul etmirlər və həbslərinin sifarişli olduğunu deyirlər.

Bu arada Emin Millinin anasına oğlunun ad günü ərəfəsində onunla görüşməyə icazə verilməyib.

Gözdüyək, görək nə fikrə gəldi İƏ...

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Bloqqerlərin məhkəməsi təxirə salındı

B39C94C8-ADB7-4AAD-8F4E-61C3A478818C_w397.jpg

Gənc bloqqerlər - Emin Milli və Adnan Hacızadənin oktyabrın 13-nə təyin olunmuş məhkəməsi təxirə salındı. Buna səbəb prosesdə iştirak etmək üçün xəbərdarlıq edilən «Lebanese» restoranının sahibəsi Şahzeynəb Rüstəmova və zərərçəkənlərin məhkəməyə gəlməməsi idi.

Bundan başqa, Səbail rayon 9-cu polis bölməsinin məsul köməkçisi, şahid kimi dindirilməli olan Sənan Məmmədov da məhkəmədə iştirak etmirdi.

Hakim isə bildirdi ki, Şahzeynəb Rüstəmova və zərərçəkənlərə bir daha rəsmi məlumat göndəriləcək ki, növbəti məhkəmə prosesinə gəlsinlər, çünki onların prosesdə iştirakı vacibdir.

VƏKİLLƏR ETİRAZLARINI BİLDİRDİLƏR

Bloqqerlərin vəkilləri prosesin uzanmasına etirazlarını bildirərək, hakimdən zərərçəkənlərin prosesə məcburi gətirilməsi barədə qərar çıxarmasını istədilər. Hakim isə zərərçəkənlər Babək Hüseynov və Vüsal Məmmədovun nümayəndələrinin də məhkəmədə olmadığını əsas gətirərək dedi ki, əgər onlar növbəti prosesə də qatılmasalar, həmin iclasda məcburi gətirilmə məsələsinə baxılacaq.

Prosesdən sonra Emin Milli və Adnan Hacızadəyə valideynlərilə görüşməyə icazə veridi. Təxminən 45 dəqiqəlik görüşdən sonra valideynlər AzadlıqRadiosuna dedilər ki, övladları saxlanma şəraitindən şikayətlənmirlər. Amma bloqqerlər məhkəmə prosesini «tamaşa» adlandırıblar.

«YUXARIDA HANSISA SSENARiST OTURUB YAZIR»

Valideynlər özləri isə hələ də onlara övladları ilə davamlı görüş verilməməsindən və prosesin uzadılmasından narazıdırlar. Adnan Hacızadənin atası Hikmət Hacızadə:

- Bir balaca davaya görə iki aydır məhkəmə gedir. Nəyə görə məhkəmə iki həftə sonraya təxirə salındı? Bu iki həftəyə nə olacaq? Yuxarıda hansısa ssenarist oturub yazır, hansısa səhifə xoşuna gəlmir, cırır təzədən yazır.

Emin Millinin valideynləri isə hətta oktyabrın 14-ü oğullarının ad günündə belə onunla görüşə icazə verilməməsindən şikayətçidirlər.

Emin Milli və Adnan Hacızadə iyulun 8-də «Lebanese» restoranında baş verən münaqişədən sonra həbs ediliblər. Onlar xuliqanlıqda və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham olunurlar.

Gənc fəallar ittihamları qəbul etmirlər və həbslərinin sifarişli olduğunu deyirlər.

Prosesdə zərərçəkənlər kimi tanınan Babək Hüseynov və Vüsal Məmmədov isə ifadələrində deyiblər ki, iyulun 8-də «Lebanese» restoranında Emin Milli və Adnan Hacızadə, həmçinin onlarla bir masada oturanlar söyüş söyüblər. Onlar buna etiraz edəndə dava düşüb və həmin masada oturanlar Vüsal Məmmədovla Babək Hüseynova hücum ediblər.

Bloqqerlərin növbəti məhkəməsi oktyabrın 27-nə təyin olunub.

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Türkiyənin Bakıdakı səfirliyi Azərbaycan ictimaiyyətinə müraciət edir

Ermənistanın işğal etdiyi Azərbaycan torpaqları azad edilmədən Türkiyə və Ermənistan arasında sərhədlərin açıqlması müzakirə mövzusu ola bilməz. Türkiyənin Bakıdakı səfirliyinin oktyabrın 12-də yaydığı bəyanatda belə deyilir.

Bəyanatda qedy olunur ki, səfirlik Türkiyə və Ermənistan arasında oktyabrın 10-da protokolların imzalanmasından sonra, Azərbaycan mediasında Türkiyə-Ermənistanh sərhədlərinin açıqlması haqda, təəssüf hissi ilə qarşılayır. Bu üzdən Azərbaycan ictimaiyyətinin nəzərinə çatdırmaq istəyir ki,

"Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğnanın da dəfələrlə qeyd elədiyi kimi, Qarabağın işğalı sonrasında bağlanan Türkiyə-Ermənistan sərhədi Azərbaycanın torpaqlarının işğalına son verilməyincə açılmayacaq və bu, müzakirə mövzusu da ola bilməz.

Byanatda vurğulanır ki, "Xarici İşlər naziri Ahmed Davutoğlunun da dediyi kimi, heç bir münasibətlər Türkiyə-Azərbaycan əməkdaşlığından vacib ola bilməz. Türkiyə-Ermənistan sərhədinin açıqlması uzun müddətli prosesdir və bundan ötrü Dağlıq Qarabağ və Azərbaycan işğal altındakı torpaqlarının azad edilməsi tələb olunur".

Türkiyənin Azərbaycandakı səfirliyinin bəyanatında sonda bildirilir ki, "qardaş Azərbaycan xalqının Türkiyəyə güvənməsini, yanlış və məqsədli xəbərlərə etibar etməməsini gözləyirik".

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Dəmir yolunda da qiymətlə arta bilər

«Azərbaycan Dəmir Yolları» QSC sərnişindaşıma üzrə mövcud tariflərin artırılması təklifi ilə Tarif Şurasına müraciət edib.

«.-Economics»in məlumatına görə, bunu səhmdar cəmiyyətinin sədri Arif Əsgərov bildirib.

«Bu gün dəmir yolu sərnişindaşımada ən aşağı qiymətlərlə işləyir. Hazırda dəmir yolunda sərnişindaşımada orta qiymət 3 manatdır və dəmir yolu başqa nəqliyyat vasitələri ilə müqayisədə bir neçə dəfə ucuzdur», - deyə A.Əsgərov vurğulayıb.

A.Əsgərov onu da vurğulayıb ki, sərnişindaşımada qiymətlərin aşağı olması həm vaqonların saxlanılması, həm də təhlükəsizliyinə mənfi təsir göstərir.

A.Əsgərov qiymət artımının nə qədər olacağını isə konkretləşdirməyib.

Get tullan burdan... Metronun yol haqqını qaldırdıqları az deyil, üstəlik demir yoluna cumublar...

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Azərbaycan-Rusiya matçında dava düşdü (YENİLƏNİB)

Azarkeşləri sakitləşdirmək üçün işə polis və xüsusi təyinatlılar qarışmalı olub

Tofiq Bəhramov adına Respublika Stadionunda yerli və rusiyalı azarkeşlər arasında dava düşüb. ANS PRESS müxbirinin hadisə yerindən verdiyi xəbərə görə, stadionun 25 və 28-ci sektorlarında qarışıqlıq yaranıb. Dava oyunun 35-ci dəqiqəsinə təsadüf edib.

İş o yerə çatıb ki, məsələyə polis əməkdaşları və xüsusi təyinatlılar qarışmalı olub. Verilən məlumata görə, azarkeşlər bir-birinə şüşə qabları və s. əşyalar atırlar.

Davaya səbəb ruslar olub. Belə ki, onlar 25-ci sektora tərəf fişəng atıb. Fişənglərin ikisi azərbaycanlı azarkeşlərin yer aldığı bu sektorda açılıb. Bir müddət sonra rusiyalı azarkeşlər pivə şüşələrini atmağa başlayıb.

ANS PRESS müxbirinin verdiyi məlumata görə, dava nəticəsində bir neçə rusiyalı azarkeş yaralanıb. Hazırda 25 və 28-ci sektorlar arasında xüsusi təyinatlılar yerləşdirilib. Qeyd edək ki, 25 sektorda azərbaycanlı azarkeşlər, 28-ci sektorda isə ruslar yer alıb.

Rusiya mətbuatının yaydığı məlumatda isə davanın başqa səbəb üzündən baş verdiyi bildirilir. Rusiya Futbol İttifaqının (RFİ) mətbuat katibi Andrey Malosolovun sözlərinə görə, qarşıdurmaya səbəb rusiyalı azarkeşlərin paltarlarının qurşağa qədər soyunması olub və bu, azərbaycanlı azarkeşlərinin xoşuna gəlməyib.

Onu da qeyd edək ki, RFİ nümayəndəsi fasilə zamanı rusiyalı azarkeşlərin yanına gedib və onlarla söhbət edib. Bundan sonra 28-ci sektorda nisbi sakitlik yaranıb.

Eee... Bu olmadı ki...

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Rusiya Ermənistana satdığı qazı ucuzlaşdırır

Rusiyanın Qazprom şirkəti Ermənistan satacağı qazın qiymətinin gələn il ucuzlaşdıracaq. Qazprom Ermənistan satdığı qazın min kubmetrinin qiymətini aprel ayında 110 dolalrdan 154 dolalra qaldırmışdı və glən ildən 200 dollar olacağını bəyan eləmişdi.

Amma Qazpromun ermənistan nümayəndələyindən bildiriblər ki, indi tərəflər arasında danışıqlar gedir və gələn ilin aprelindən min kubmetr rus qazının qiymətinin 200 yox, 180 dollar olması mümkündür.

Uzun illər Qazprom Ermənistandakı qaz təhcizatını inhisara almışdı. Ancaq bu ilin əvvəlindən İrandan Ermənistana alternativ qaz kəməri çəkilib və Ermənistan gələn ildən İrandan daha çox qaz almağı planlaşdırır.

Aha deyəsən Rusiya dövləti nədənsə ehtiyatlanmaq istəyir) Kim çox çörək versə (ABŞ - Rusiya F.) Erməni onun əlində

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

FİFA Azərbaycan bayrağının yığışdırılması tələbini izah eləyib

FİFA oktyabrın 14-dəki Türkiyə-Ermənistan oyununda Azərbaycan bayraqlarının stadiona buraxılmaması tələbini izah eləyib.

FİFA-dan (Dünya Futbol Federasiyaları Assosiasiyası) BBC-yə bildiriblər ki, Bursa rəsmiləri özləri təşkilata xəbər veriblər ki, dünya çempionatının seçmə oyununda Azərbaycan bayrağının açılması cəhdləri olacaq.

Məlumatda deyilir ki, bu xəbərdarlıqdan sonra FİFA futbola siyasi müdaxilənin əleyhinə olmasina dair öz barismaz mövqeyini, provokativ və aqressiv hərəkətlərin qarsisinin alinmasi ilə bagli təhlükəsizlik qaydalarini Türkiyə Futbol Fedarasiyasına xatırladıb.

Və xahiş edib ki, stadiondakı hər hansi Azərbaycan bayragi dərhal müsadirə edilsin.

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Türkiyə İraq qazını Avropaya çatdıracaq

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan və İraqlı həmkarı Nuri Əl Maliki enerji sahəsində əməkdaşlıq, kürd yaraqlılarıyla birgə mübarizə, Dəclə və Fərat çaylarının suyunun paylaşılmasıyla bağlı sazişlərə imza atıblar. Ümumilikdə Türkiyə baş nazirinin 8 nazirlə birgə Bağdada səfəri çərçivəsində 44 saziş imzalanıb.

Sazişlərdən biri də İraq qazının Türkiyə ərazisiylə Avropaya tranziti haqda anlaşma memarandumudur.

İraqın şimalında məskunlaşan PKK yaraqlılarının Türkiyəyə davamlı terror hücumları üzündən Türkiyə və İraq arasındakı münasibətlər keçmişdə gərgin olub. 2003-cü ildə İraqın işğalından sonra qurulan yeni Bağdad rejimiylə Ankaranın əlaqələri son vaxtlar genişlənir. İki ölkə arasındakı ticarət dövriyyəsi ildə 5 milyard dolları keçir.

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

İsrail Türkiyə səfirini nazirliyə çağırıb

İsrail rəhbərliyi Türkiyə səfirini Xarici İşlər nazirliyinə çağırıb. Buna səbəb Türkiyənin dövlət televiziyası ilə yayımlanan görüntülər olub. Görüntülərdə uşağı öldürən israillinin təsvir olunduğu bildirilir.

İsrailin XİN Avidqor Liberman deyib ki, bu cür kadrların nümayişi İsrailə qarşı ədavətə təhrik edir.

Türkiyə tərəfi hadisəylə bağlı hələlik şərh verməyiblər.

Ötən həftə Türkiyə İsrail pilotlarının da iştirak edəcəyi beynəlxalq hərbi təlimləri təxirə salıb.

İki ölkə arasında münasibətlər bu ilin əvvəlində Qəzza zolağında əməliyyatlar başlayandan sonra pisləşib. Hərbi əməliyyatlar zamanı yüzlərlə fələstinli ölüb.

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Гость
Ответить в тему...

×   Вы вставили отформатированное содержимое.   Удалить форматирование

  Only 75 emoji are allowed.

×   Ваша ссылка была автоматически встроена.   Отобразить как ссылку

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

Загрузка...
×
×
  • Создать...