salahuddin
Members-
Публикации
87 -
Зарегистрирован
-
Посещение
Все публикации пользователя salahuddin
-
Sizin adilliyinizdə, təəssüb və qərəzdən uzaq olduğunuzda şübhə etmirəm. Siz bütün bunları nə şiə olduğunuz üçün,nə İbn Teymiyyəyə düşmən olduğunuz üçün söyləmirsiz, siz mövzunu dərindən anladığınız üçün və haqqı haqq batili də batil kimi gördüyünüz üçün belə edirsiz. )))
-
Dediyini dedin... biz də dediyimizi dedik! Mövzu da göz qarşısındadır...İbn Teymiyyənin, yoxsa sizin yalan danışdığınız ortadadır!
-
Birincisi İbn Teymiyyənin peyğəmbərin və övliayların qəbrini ziyarət etməyi haram etməsi barədə deyilən sözlər doğru deyildir. İbn Teymiyyə heç bir kitabında belə bir şeyi söyləməmişdir. İbn Teymiyyənin söylədiyi sözlər isə tam başqadır. İbn Teymiyyə deyir ki, peyğəmbərin - salləllahu aleyhi va səlləm - qəbrini ziyarət etmək üçün səfər etmək vaiz deyildir. Çünki ziyarət üçün səfər yalnız üç yerə aiddir. Məkkə, Mədinə və Qüds. Mədinədə isə ziyarət məscidə edilən ziyarət niyyəti ilə edilməlidir. Yoxsa məhz qəbri ziyarət etmək niyyəti ilə olmaz. Lakin əgər Mədinəni ziyarət edibsənsə, o zaman qəbri də ziyrət edə bilərsən və bunu heç kəs haram saymamışdır. Qaldı ki, əs-Subkinin İbn Teymiyyəyə atdığı iftiralar, az da olsa ədalət sahibi olan kəs bunların bir iftira olduğunu anlamalıdır. Hətta zamanımızın məşhur əşari şeyxi Said Ramadan əl-Buti deyir: biz radikal ifratçı kəslərin İbn Teymiyyənin, rahiməhullah, kafir olmasını iddia etməklərinə təəccüblənirik. Eləcədə onun Allahı "mücəssid" olaraq qəbul etməsi haqqında atılan iddialara da təəccüb edirik, mən əs-Subki və digərlərinin sitat gətirdikləri kimi İbn Teymiyyənin Allahı cism saymasına işarə edən hər hansı bir yazı və ya sözü tapmaq üçün çox üzun bir müddət və səylə axtardım, lakin ondan buna bənzər bir şey t. bilmədim. Tapdığım yeganə şey onun fətvalarında olan bu şəkildə olan sözləridir: "Həqiqətən Allahın, Özünün söylədiyi kimi Əli var, Özünün söylədiyi kimi Arşə istiva etmişdir və Özünün söylədiyi kimi Gözü vardır". Müəllif bu sözlərinə əlavə edir: "Mən Əbu əl-Həsən əl-Əşarinin sonuncu əsəri "əl-İbanə"yə baxdım və eynilə İbn Teymiyyənin söylədiyi sözləri tapdım..." ("Nədva əl-İtticəhət əl-Fiqr əl-İsləmi", s: 264-265) Əs-Subkinin İbn teymiyyəyə bu qədər düşmənçiliyi və onun haqqında bu qədər əsassız sözlər söyləməsi ümumiyyətlə alimin ədəbinə uyğun deyildir. Məhz buna görə də məşhur misirli qazi əl-İzz əl-Kənani deyir: "... o çox az ədəbə sahib, alimlik səmimiyyəti olmayan və Əhli-Sünnət və onun sıraları barəsində cahil olan birisidir." ("əl-İlən bi ət-Təvbix limən Zəmmə ət-Tarix", 94-95, əs-Saxavi) İbn Hacər əl-Məkkidən gətirdiyin sözlər isə kökündən dəyərsiz sözlərdir. Onun İbn teymiyyəyə nə qədər nifrət etdiyi hər kəsə məlumdur. Buna görə də elə məşhur hənəfi alimi Mulla Ali əl-Qari İbn Hacər əl-Məkkinin sözlərinə etiraz edərək deyir: Deyirəm: Allah onların ikisini də bu murdar xüsusiyyətdən və dəhşətli ittihamdan qorumuşdur. Kim Nədim əl-Bəri əş-Şeyx Abdullah əl-Ənsari əl-Hənbəlinin - qaddas Allahu Təalə sirrahu əl-cəllə - "Şərh Mənəzil əs-Sairin" kitabını oxuyarsa - və o, sufilərə görə Şeyxul-İslamdır - görəcək ki, onlar (İbn Teymiyyə və İbnul-Qayyim) əhli-sünnət val-cəmaətdəndir və hətta bu ümmətin övliyalarından olmuşlar. Adını çəkdiyimiz kitabda dediyi sözlər bunlardır: "Şeyxul-İslamın bu sözləri onun əhli-sünnətdəki mərtəbəsini və elm əhlindəki dəyərini göstərir və onun düşmənlərindən cəhmilərin ona atdıqları təşbih və təmsil kimi iftiralardan uzaqdır və hədis əhlinə və sünnilərə iftira atmaq onların adətidir. Eləcədə rafizilər onlara nasibiliklə iftira edir və nasibilər də onlara rafiziliklə iftira edirlər və mötəzilə isə onları haşəvilərin (müşəbbihə) davamçıları olmaqla ittiham edir. Bu isə Allah elçisini və səhabələrini yeni din çıxarmaqda ittiham edən peyğəmbər düşmənlərinin mirasıdır. Bu həm də hədis əhlinin və sünnət əhlinin peyğəmbərlərdən aldığı mirasdır ki, batil əhli onları həmişə zəmm olunmuş ləqəblərlə çağırıblar. Allah əş-Şafinin ruhunu şərəfləndirsin. Onu rafizilikdə ittiham etdikləri zaman dedi: "Əgər Muhammədin ailəsini sevmək rafizilikdirsə o zaman cinlər və insanlar şahid olsunlar ki, mən rafiziyəm." Allah şeyximiz Əbu əl-Abbas ibn Teymiyyədən razı olsun, beləki o demişdir: "Əgər Muhammədin səhabələrini sevmək nasibilikdirsə, o zaman cinlər və insanlar şahid olsunlar ki, mən nasibiyəm." Allah üçüncünü (İbnul-Qayyimi) bağışlasın! O, dedi: "Əgər Allahın sifətlərini isbat etmək və onları iftiraçıların hər bir təvilindən tənzih etmək təcsimdirsə, o zaman Rəbbim Allaha həmd olsun ki, mən mücəssiməyəm. Gətirin şahidlərinizi!" "Mirqah əl-Məfatih Şərhi Mişkət əl-Məsabih", 8/146-147 Sənin İbn Hacər əl-Əsqalanidən gətirdiyin sözlər isə onun haqqında bəzilərinin dediklərini "əd-Durar əl-Kəminə" kitabında qeyd etməsidir və bu, İbn Hacərin öz fikri deyildir. Onun öz fikri isə belədir: "Həmd olsun Allaha və salam olsun Onun seçdiyi qullarının üzərinə. Mən bu faydalı yazı ilə və bunu toplayanın qarşısına qoyduğu məqsədlər üçün yazdığı məcmu ilə qarşılaşdım və bunu yazan imamın necə dərin elmə sahib olduğunu, faydalı elmlərdə fərqləndiyini anladım, beləki alimlər buna görə onu yücəltmiş və şərəfləndirmişlər. Şeyx Taqi əd-Dinin imamlığının şöhrəti günəşdən də parlaqdır və onun "şeyxul-islam" ləqəbi təmiz və pak dillərdə günümüzə qədər gəlmişdir və sabah da dünən olduğu kimi davam edəcəkdir. Bunu onun dəyərindən cahil olan kəsdən və ya insafdan uzaq düşmüş birindən başqası inkar etməz. Belə düşünənlərin xətası nə qədər də böyükdür və yersiz sözləri nə qədər də çoxdur?! Yalnız Allahu Təalədən nəfslərimizin şərrindən qorunmağı diləyirik və dilimizin həsədindən Onu tərifləmək və ucaltmaqla qorunuruq. Əgər bu şəxsin imamlığına heç bir dəlil olmasaydı və yalnız əl-Hafiz əş-Şəhir İlm əd-Din əl-Bərzəlinin "ət-Tarix" əsərində onun haqqında söylədiyi sözlər olsaydı, (bu belə kifayət edərdi: əl-Bərzəli deyir: ) "İnsanların Şeyx Taqi əd-Dinin cənazəsinə toplandığı kimi cənazəsinə toplanılmış başqa biri İslam tarixində mövcud olmamışdır." (əl-Bərzəli) bildirdi ki, İmam Əhmədin cənazəsinə minlərlə adam gəlmişdi və əgər Dəməşqdə yaşayanların sayı bağdaddakılar qədər olsaydı və ya ondan qat-qat çox olsaydı, heç kəs onun cənazəsində iştirak etməkdən geri qalmazdı. Üstəlik Bağdadda yaşayanların az bir hissəsindən başqa hamı İmam Əhmədin imamlığına etiqad edirdi, Bağdadın əmiri və xəlifəsi o zaman ona qarşı böyük hörmət və məhəbbət bəsləyirdi. Lakin İbn Teymiyyənin halı fərqli idi, o öləndə şəhərin əmiri yox idi və şəhərin fəqihlərinin çoxu ona qarşı təəssübkeş idilər, hətta o, qalada həbs edildiyi zaman ölmüşdü. Lakin bütün bunlara baxmayaraq onlardan heç kəs onun cənazəsində iştirak etməkdən, ona rahmət oxumaqdan və ona yas saxlamaqdan geri qalmadı, yalnız üç nəfərdən başqa və bu üç nəfər öz canlarına görə camaatın qəzəbindən qorxduqlarına görə cənazəyə gəlmədilər. Bu qədər böyük sayda insanın onun cənazəsində toplaşmasının səbəbi başqa bir səbəb deyildi, yalnız onun imamlığına və onun bərəkətinə inandıqları üçün ora toplaşmışdılar. Nə də sultan və ya başqası onları ora toplamamışdı. Peyğəmbərdən, salləllahu aleyhi va səlləm, səhih olaraq rəvayət olunmuşdur: "Siz Allahın Yer üzündəki şahidlərisiz." (Buxari və Muslim rəvayət etmişdir) Çox saylı alimlərdən ibarət bir camaat onu üsul və furuda ona qarşı inkar etdikləri şeylər səbəbi ilə Şeyx Taqi əd-Dinə qarşı çıxdı. Ona qarşı Qahirədə və Dəməşqdə çoxlu məclislər quruldu, lakin o zamanlar dövlət dairələrində ona qarşı güclü təəssüb sahibi kəslər olmasına baxmayaraq (İbn Teymiyyəyə etiraz edən) alimlərin heç birindən onun zındıq olması barədə heç bir şey gəlməmişdir və ya onun qanının halal olması barədə heç bir hökm verməmişdilər. O, Qahirədə və İskəndəriyyədə həbs olundu. Bütün bunlara baxmayaraq alimlərin hamısı onun elminin genişliyinə, şiddətli təqva və vəra sahibi, zühd sahibi olduğunu etiraf ediblər və onu səxavətli və şücaətli biri kimi, İslama kömək edən və Allahu Təalənin yoluna açıq və gizli şəkildə dəvət edən biri kimi vəsf ediblər. Bəs o zaman onun kafir olduğunu söyləyən və ona Şeyxul-İslam deyəni də kafir sayan birini necə inkar etməyək?! Halbuki, onu bu adla çağırmaqda heç bir küfr yoxdur və onun Şeyxul-İslam olmasında heç bir şübhə yoxdur. Onun inkar olunduğu bəzi məsələlər isə onun öz havasına tabe olaraq söylədiyi şeylər deyildi və ona qarşı dəlil gətirildikdən sonra o görüşü üzərində inad etməzdi. Onun kitabları mücəssimə əhlinə qarşı rəddiyələrlə doludur və bununla onlardan təbərru etmişdir. Bununla belə o bir insan idi və xəta etdiyi də, isabətli olduğu da olmuşdur. Onun isabətli olduğu görüşlərindən - və bunlar çoxunluq təşkil edir- faydalanmalıyıq və bunun səbəbi ilə ona rahmət oxumalıyıq. Xəta etdiyi gərüşlərində isə ona təqlid edilməz, əksinə bütün bunlarda o, üzr sahibidir. Çünki əsrinin imamları şəhadət edirdilər ki, bütün ictihad keyfiyyətləri onda toplanmışdı. Hətta ona qarşı ən qərəzli birisi və ona qarşı şərr yetirməyə ən çox can atanlardan biri belə - və bu Şeyx Kəmal əd-Din əz-Zəmləkənidir - onun bu müctəhidliyinə şahidlik etmişdir. Eləcədə Şeyx Sadr əd-Din ibn əl-Vəkil də buna şahidlik etmişdir və ondan başqa heç kəs İbn Teymiyyə ilə münazirə .ra bilmirdi. Ən qəribə hallardan biri də budur ki, bu şəxs insanlar içində rafizilər, hululiyyə və ittihadiyyə kimi bidət əhlinə qarşı ən şiddətlisi idi və onun bu barədə yazıları çoxdur və məşhurdur, onlar haqqındakı fətvaları sayıla bilməyən qədər çoxdur. Onun "kafir" sayıldığını eşitdikdə bu bidət əhlinin gözləri necə də sevinclə dolmuşdur və onu kafir görməyəni də kafir saydıqlarını gördükdə isə necə də özlərini xoşbəxt hiss etdilər!!! Elmə yiyələndiyini iddia edən birinin əqli varsa, bu şəxsin məşhur kitablarındakı sözləri üzərində düşünməsi və ya onun sözlərini nəql edən səmimi və sadiq kəslərin dilindən eşitməsi vacibdir və ondan gördüyü inkar olunmuş sözləri kənara qoymalı və nəsihət niyyətilə onlardan çəkindirməlidir. Onun isabət etdiyi məsələlərdə isə fəzilətlərinə görə tərifləməlidir, necəki başqa alimlərə göstərildiyi münasibət kimi. Əgər Şeyx Taqi əd-Dinin gözəl keyfiyyətlərindən heç biri olmasaydı, lakin yeganə olaraq, həm onunla razılaşanlar, həm də müxaliflərinin hamısının faydalandığı çox sayda faydalı kitabın sahibi Şeyx Şəms əd-Din ibn Qayyim əl-Cəvziyyənin onun şagirdi olması faktı bu adamın mənzilinin ucalığına bir dəlil kimi kifayət edərdi. Bəz o zaman əsrinin məşhur şafi imamlarının və digərlərinin, üstəlik hənbəlilərin onun elmin müxtəlif dallarında üstünlüyünə və mətnlərdəki məntuq və məfhumu anlamaqdakı fərqlənişinə şəhadət etməkləri necə? Bütün bunlara baxmayaraq ona kafir deyən və ya ona "şeyxul-islam" deyəni kafir görən birinin sözünə heç bir dəyər verilməməlidir. Bu məqamda ona etibar edilməz. Hətta bu sözünə görə haqqa geri dönənə qədər və doğruya könüllü qayıdana qədər onu rədd etmək lazımdır. Allah haqq söyləyir və doğru yola yönəldir. Allah bizə kifayət edər və O necə gözəl Vəkildir. Bunu söylədi və yazdı: Əhməd bin Əli bin Muhamməd bin Hacər əş-Şafi, Allah onu bağışlasın, Rəbiul-Əvvəl ayının doqquzu, 835-ci il. Həmidən lilləhi va musalliyən alə rasulihi Muhamməd və Alihi və musəllimən... "əd-Durar əl-Kəminə", səh: 145-146 eləcədə bax: "əl-Cəvahir vad-Durar", 2/734-736, İmam əs-Saxavi Sənə yuxarıda 90'dan chox aliminin adını çəkdim. Onlardan istədiyinə barmağını uzat və mən sənə həmin alimin İbn teymiyyə haqqındakı sözlərini gətirim!!! Mən bu alimləri boş yerə sənin üçün düzməmişəm...
-
Əhsən sənə...hər iki tərəfin də fikirlərini yazmısan və nəticə olaraq bunu söyləyirsən: "əhli-sünnət" sənsən, biz isə zəlalət əhliyik... İbn Teymiyyə haqqında isə danışmaq istəsən, məsləhət görərəm ki, ümumiyyətlə ağzını açmayasan. İbn Teymiyyəni əl-Mizzi, əz-Zəhəbi, İbn Kəsir, İbn Hacər, əs-Suyuti, əl-Hafiz əl-Bəzzar, İbn Nasir ad-Din əd-Dəməşqi, İbn Seyyid ən-Nəs, əl-Hafiz İbn Daqiq əl-İd, Qadi əl-Qudat İbn əl-Huriri, Mulla Ali əl-Qari, Muhamməd bin Abdilbərr əs-Subki, İbn Rəcəb əl-Hənbəli, əz-Zəmləkani, Bədr əd-Din əl-Aini, İbn Abdilhədi əl-Hənbəli, İbn Muflih, İbn Abd əd-Daim, İbn əl-Vani əl-Muəzzin, Şəms əd-Din İbn əl-Muhəndis, Şəms əd-Din Əbu Abdullah əl-Xazraci, Tacəddin Əbu Abdullah İbn Bərdəs, İbn ən-Nəqib əl-Qirməni, İbn əl-Munsafi əl-Həriri, Taqiəddin Əbul-Məali İbn Rafi, Şərəf əd-Din İbn Nuceyh, Nasir əd-Din İbn əs-Sayrafi, İbn Tulubuğa ibn Abdullah ət-Turki, İbn əl-Muhib əs-Samit, İbn Savvar əs-Subki, Şəms əd-Din Əbu Abdullah İbn Ceyş, İbn Şukr, İbn əl-Yunaniyyə əl-Balabəki, Əbul-Məhasin İbn Həmzə əl-Huseyni, İbn əl-Muncə ət-Tanuxi, Taqi əd-Din əl-Yunini, İbn əs-Sənəd əd-Diməşqi, Əbu Abdullah Muhamməd ibn Sad, Əsir əd-Din Əbu Həyyan əl-Əndəlusi, Tac əd-Din Əbul-Abbas əl-Humeyri, Şihəb əd-Din əl-Bəqai əş-Şafi, İbn Şeyx əl-Huzamiin əl-Vasiti, Şihəb əd-Din əl-Hisbani, Əbul-Abbas ibn Həcci, Şərəf əd-Din Əbul-Abbas İbn Qudamə əl-Maqdisi, Mufti Qadi əl-Qudat İbn Tarxan əl-Məlkəvi, Qadi əl-Qudat İbn Kəramə, əl-Hafiz ibn Bəkkar ən-Nəblusi, İbn Fadlilləh əl-Amri, Burhan əd-Din Əbu İshaq əz-Zuri, burhan əd-Din İbn əl-Muhib əs-Sadi, Məcd əd-Din Əbu İshaq İbn Qalanisi, Tacəddin əl-Fəzzari, Qadi əl-Qudat Burhan əd-Din İbn Cəmaə, Cəmal əd-Din İbn Yunus əl-Baləbəki, Nəcm əd-Din İbn Ulmi ət-Turki, Bədr əd-Din Əbu Muhamməd əl-Həsən ibn Həbib, İzzəddin Əbu Yalə İbn Şeyx əs-Sələmiyyə, Xalid əl-Mucavir, Salah əd-Din Əbus-said əl-Aləi, Nəcm əd-Din Əbul-Xeyr Said əd-Dəhli, Əbu Muhamməd Salman bin Abdulhamid əl-Qabuni, Sadr əd-Din Əbur-Rabi əl-Yasufi, Abdullah ibn əl-Muhib, Əbu Muhamməd Abdullah əl-Cəzari, Cəmal əd-Din Əbu Muhamməd əl-İskındəri, Əsəd əd-Din Əbul-Fərəc İbn Tulubuğa əs-Seyfi, əl-Hafiz Əbu Bəkr Abdurrahmən İbn əl-Fəxr, məşhur mühəddis əl-Hafiz Zeynuddin Əbul-Fədl əl-İraqi, İbn Abdulhaqq əl-Bəğdadi, Əmin əd-Din Əbu Muhamməd Abdulvahhab İbn əs-Sələr, Nur əd-Din Əbul-Həsən əl-Yunini, Alə əd-Din Əbul-Həsən ibn əl-Ləxam əl-Bali, Əbu Zeyd əz-Zubeydi, Alə əd-Din əl-Kindi, Şeyx əl-Hədis Zeyn əd-Din Ömər ibn Həbib, Sirac əd-Din Əbu Rislan əl-Bəlqini, Əbu Hafs ibn Nuceyh, Taqi əd-Din İbn Şaqir, Sirac əd-Din əl-Qabani, Zeynəddin Qadi əl-Mulhi, Kəmal əd-Din Əbu Yunus əl-Məraği, Şəms əd-Din Qur əs-Sənqar bin Abdullah əl-Mənsuri, Qadi əl-Qudat Cəmal əd-Din İbn Sirac əl-Qunavi, Şəms əd-Din Əbus-Sənə əl-Mənbici, əl-Hafiz Taqi əd-Din İbn Davud əd-Daquqi, Əbu Muzəffər əs-Sərməri, Əbu Bəkr ibn Sirac əd-Diməşqi, Əbu Bəkr ibn Ammar əs-Salihi, İbn Tərcim əl-Kinəni ər-Rahibi, Sadr əd-Din ibn əl-Vakil, əl-Hafiz əl-Bərzali və sufi şeyxlərindən Nədim əl-Bəri Abdullah əl-Ənsari və daha bir çox alim tərifləmiş, müctəhid və Şeyxul-İslam olduğuna şahidlik etmişdir... Bu qədər alimin qarşısına kimləri çıxarmaq istəyirsən? Hələ prob elə...
-
Əssəlamu aleykə! Əhli-sünnə alimi deyən zaman siz nəyi nəzədə tutursunuz. Sizi bir məzhəb, təriqət olaraq öz məzhəbinin tərkibinə daxil edən yoxdur. Nə olsun ki, sizin şəriətiniz Hənbəlilərə uyğundur. Amma əqidə etibarilə nə Əhli-Sünə məktəbi, nə də Əhli-Şiə məktəbi sizi qəbul etmir və etməyəcək də. Əhli-Sünnə alimi deyəndə sən nəyi nəzərdə tutursan? Sənə görə əş-Şavkani, əs-Sanani, Sıddıq Həsən Xan və digərləri Əhli-Sünnətdən deyil?
-
Çox yersiz söz yazmısan... Farslardan (onların münasibətlərinə, siyasətlərinə və hərəkətlərinə görə və İslam düşmənçiliklərinə görə) mənim də xoşum gəlməsə də ümumi anlamda bir millət haqqında bu şəkildə danışmaq doğru deyildir. Farslar tarix boyu İslama böyük alimlər veriblər. O alimlər ki, onların dəyərini ölçmək olmaz. Qaldı ki, indiki dövrdə İran...o dövlətə mən İslam düşməni kimi baxıram, lakin etiraf etmək lazımdır ki, bu İran bir çox sünni dövlətlərindən yaxşıdır. Mən əqidədən danışmıram...mən dövlətçilikdən və prinsiplərdən danışıram. Bu günləri İran digərləri kimi yatmır. Yaxın Şərqdə özünə yer edən yeganə dövlət İrandır. Sözün düzünü desəm bu məni sevindirir. Çünki onların regionda inkişafı iki şeyə gətirib çıxarır. 1. Regionda rəqabət yaranır və bu da texnoloji inkişaf üçün yaxşıdır. 2. İran nə qədər də inkişaf etsə də. gec-tez onların qurduqları müsəlmanlara qalacaqdır, inşə Allah...
-
Elə düşünmə ki, millət çörəyi qulağına yeyir. Ay gözü kor məxluq, sən mənə dəlil gətirirsən ki, "Əshab əs-Səhih" kəliməsi Buxari və Muslimdən də başqaları üçün istifadə olunur. Mən isə deyirəm ki, bu heç də o demək deyil ki, "əshab əs-səhih" kəliməsi deyiləndə hər dəfə bütün "Səhih" sahibləri anlaşılır. Mən isə dedim ki, bir çox yerdə İbn Teymiyyə və digərləri "Əshab əs-Səhih" kəliməsini ekskluziv olaraq Buxari və Muslim üçün istifadə edirlər. Bunun üçün isə yuxarıda sənin üçün İbn Teymiyyədən sitat gətirdim. Bax yenə də gözünə sox bunları, bəlkə yaxşı gördün: قيل كل من روى عن ابن عمر إنما رواه هكذا فذكروا في أوله السؤال وفي آخره الوتر وليس فيه إلا صلاة الليل وهذا خالفهم فلم يذكر ما في أوله ولا ما في آخره وزاد في وسطه وليس هو من المعروفين بالحفظ والاتقان ولهذا لم يخرج حديثه أهل الصحيح البخاري ومسلم "Buna görə də Əhl əs-Səhih əl-Buxari və Muslim bu hədisi təxric etməmişdir." Məcmu əl-Fətava, 21/290 Burada isə demir ki, "Əhl əs-Səhih Kəl-Buxari və Muslim",..Burada bir başa təsdiq edir ki, "Əhl əs-Səhih" əl-Buxari və Muslim... Yenə "Şeyxeynin" şərtlərindən danışarkən "Səhiheyn" kəliməsi yerinə "Əshab əs-Səhih" kəliməsi istifadə edir: وأما [شرط البخاري ومسلم] فلهذا رجال يروي عنهم يختص بهم، ولهذا رجال يروي عنهم يختص بهم، وهما مشتركان في رجال آخرين. وهؤلاء الذين اتفقا عليهم عليهم مدار الحديث المتفق عليه. وقد يروي أحدهم عن رجل في المتابعات والشواهد دون الأصل، وقد يروي عنه ما عرف من طريق غيره ولا يروي ما انفرد به، وقد يترك من حديث الثقة ما علم أنه أخطأ فيه، فيظن من لا خبرة له أن كل ما رواه ذلك الشخص يحتج به أصحاب الصحيح وليس الأمر كذلك؛ Söhbəti nə qədər istəsən uzada bilərsən...Sözümüz sözdür. Başqalarının da "Əshab əs-Səhih" adlanması bizim dediyimizə xələl gətirməz. Çünki əl-Buxari və Muslim digər "əs-Səhih" adı ilə yazılan kitablar içində xasdır. ona görə də alimlər "muttəfiqun aleyh" dedikdə, əsasən Buxari və Muslimin üzərində ittifaq etdikləri hədisləri qəsd edirlər. Daha sonra الجامع kəliməsi ilə الجميع kəliməsi arasında elədiyim xətaya ilişmisən. Nə gözəl, SAHİBBin könlü açıldı, düşmənlərin qəlbinə fərəh doldu. ))) Ay bədbaxt, bu bəsit bir oxuma xətasıdır və belə xətalar olur! Səhih əsərlərdən danışarkən alimlər əsasən belə bir ayırım gətirirlər. Onların çoxu əl-Hakimin səhihini o qədər tənqid ediblər ki, adətən hökmlərində əl-Hakimin səhih hökmünə etibar olunmur. Qaldı ki, əl-Hakimdən də çox xəta edən digərlərini saysaq, sözümüz uzanar... Əsasən ən çox etibar olunan kitablar "Buxari və Muslim",...İbn Xuzeymənin "əs-Səhih" əsəri və İbn Hibbanın "əs-Səhih" əsəri...lakin son ikisi dediyim kimi güclü tənqid olunmuş kitablardır. Sənin anlamaq istəmədiyin bir şey vardır, o isə budur ki, bir söz həm ümumi anlamda, həm də xüsusi anlamda işlənə bilir. Məsələn Şeyx Abdurrahmən əl-Hərfi xütbəsində bu hədisi zikr edərkən deyir: ما أخرجه أصحاب الصحيح وغيرهما عن أَبَا هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ بَعَثَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ خَيْلا قِبَلَ نَجْدٍ فَجَاءَتْ بِرَجُلٍ مِنْ بَنِي حَنِيفَةَ يُقَالُ لَهُ ثُمَامَةُ بْنُ أُثَالٍ فَرَبَطُوهُ بِسَارِيَةٍ مِنْ سَوَارِي الْمَسْجِدِ فَخَرَجَ إِلَيْهِ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ مَا عِنْدَكَ يَا ثُمَامَةُ فَقَالَ عِنْدِي خَيْرٌ يَا مُحَمَّدُ إِنْ تَقْتُلْنِي تَقْتُلْ ذَا دَمٍ وَإِنْ تُنْعِمْ تُنْعِمْ عَلَى شَاكِرٍ وَإِنْ كُنْتَ تُرِيدُ الْمَالَ فَسَلْ مِنْهُ مَا شِئْتَ … ثم أمر النبي ـ صَلَّى اللَّهُ عَلَيْهِ وآله وَسَلَّمَ ـ ففك وثاقه فأغتسل ثم أسلم قالا : أَشْهَدُ أَنْ لا إِلَهَ إِلا اللَّهُ وَأَشْهَدُ أَنَّ مُحَمَّدًا رَسُولُ اللَّهِ .. ثم قال : وَإِنَّ خَيْلَكَ أَخَذَتْنِي وَأَنَا أُرِيدُ الْعُمْرَةَ فَمَاذَا تَرَى فَبَشَّرَهُ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَأَمَرَهُ أَنْ يَعْتَمِرَ فقال : لا يَأْتِي قُرَشِيًّا حَبَّةٌ مِنْ الْيَمَامَةِ فَلَمَّا قَدِمَ مَكَّةَ قَالَ لَهُ قَائِلٌ صَبَوْتَ قَالَ لا وَلَكِنْ أَسْلَمْتُ مَعَ مُحَمَّدٍ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَلا وَاللَّهِ لَا يَأْتِيكُمْ مِنْ الْيَمَامَةِ حَبَّةُ حِنْطَةٍ حَتَّى يَأْذَنَ فِيهَا النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ " حَتَّى قَالَ عُمَرُ : فَأَتَى الْيَمَامَةَ حَبَسَ عَنْهُمْ فَضَجُّوا وَضَجِرُوا فَكَتَبُوا تَأْمُرُ بِالصِّلَةِ " "Əshab əs-Səhih" və bu ikisindən başqalarının təxric etdiyi..." Əql sahibi hər kəsin anladığı budur ki, bu şeyxin əshab əs-səhih sözü ilə qəsd etdiyi Şeyxeyndir...başqa kimsə deyildir... Burada "əshab əs-Səhih" xüsusi mənada işlənmişdir. Çünki alimlər deyirlər ki, əhli-sünnət Buxari və Muslimin kitabları üzərində ittifaq etmişdir. Digər "Səhih" adı ilə verilən kitabların üzərində ittifaq yoxdur... Ona görə də "əshab əs-səhih" eləcədə ekskluziv olaraq Buxari və Muslim üçün işlənə bilər... Sənin əttökən söhbətlərin qurtarmayacaq da...Bədbəxtçiliyin həddi-hüdudu qalmamyıb. Boş-boş yerində oturub gəvələməyin belə mənasız sözlərindən xeyirlidir. Sənin nə qədər iki üzlü və saxtakar olduğunu burada mən sənə göstərim. Çünki sən ya özünü bilərəkdən qoyun yerinə qoymusan, ya da elə o rola yaraşan tərzdə yazılar yazırsan. Mən sənə dedim ki, bu rəvayəti ət-Tirmizidən Əbu Ali Mansur bin Abdullah rəvayət edir...yəni, sənə bu çatmadı. Mən demədim ki, "ət-Təhzib"də bunu əl-Xalidi rəvayət etmişdir, mən dedim ki, bu rəvayəti ümumiyyətlə o rəvayət edir. Ya səndə həqiqətən də çatışmamazlıq var, ya da özünü axmaq yerinə qoymusan. Mən də anlaya bilmirəm ki, sən necə "mənim dəlilim" və ya "sənin dəlilin" deyə bağırıb durursan... Mən ümumiyyətlə əl-Bidayə van-Nihayə əsərindən deyil, həmin rəvayətin özündən danışıram. İkincisi isə mən sənə dedim ki, rəvayət müxtəlif ləfzlərdə gəlir, bəzilərində ümumiyyətlə "Səhih" sözü işlənmir, bəzilərində isə "yəni musnəd əs-Səhih" sözü keçir və bunun zahirindən sözün raviyə aid olduğu anlaşılır. Lakin sən inadkarlıq edirsən ki, yox eee...mən "əl-Bidayə"də falan rəvayəti tapmışam, fsyooo..qurtardı getdi...bəlkə yığılışıb bu məqamı qeyd edəsiz? Çünki tapdığın böyük bir məqamdır. Yuxarıda dediklərim sənə bəs eləmədi ki, ət-Tirmiziyə aid edilən söz səhih deyildir. Sən istəyirsən ki, mən məhz əl-Bidayə van-Nihayədəki nəqlə cavab verim. O zaman qoy ona da cavab verim! İbn Kəsir "Əl-Bidayə" kitabında deyir: وروى ابن نقطة في تقييده عن الترمذي أنه قال صنفت هذا المسند الصحيح وعرضته على علماء الحجاز فرضوا به وعرضته على علماء العراق فرضوا به وعرضته على علماء خراسان فرضوا به ومن كان في بيته هذا الكتاب فكأنما في بيته نبي ينطق وفي رواية يتكلم "İbn Nuqta "ət-Təqyid" əsərində ət-Tirmizidən belə dediyini rəvayət edir....." əl-Bidayə van-Nihayə, 14/649 "əl-Bidayə" əsərini təhqiq edənlər ümumiyyətlə deyirlər ki, kitabın əslində "İbn Nuqta və onun "ət-Təqyid" kitabı deyil, əvəzində "ابن عطية في تفسيره" sözü keçir, yəni "İbn Atiyyə təfsirində"...Görünür ki, məxtutu köçürənlər bunda xəta ediblər, çünki əl yazmada sözlərdə bənzərlik vardır. Doğru olan isə "İbn Nuqta "ət-Təqyid" əsərində" olmalıdır...çünki İbn Atiyyə bunu təfsirində nəql etməmişdir. O zaman İbn Kəsir bunu bir başqa kitabdan nəql etmişdir və həmin kitab Muayyin əd-Din əl-Bağdadi ləqəbli İbn Nuqta adı ilə məşhur olan Əbu Bəkr Muhamməd bin Abdulğanidir. Onun kitabl isə "ət-Təqyid limarifəti Ruvatis-Sunən val-Əsənid" kitabıdır. Həmin kitabda isə sözü keçən rəvayət belədir: أخبرنا أبو سعد البناء أنبا علي بن حمزة الموسوي إجازة أنبأ نجيب بن ميمون الواسطي الأصل الأديب الهروي عن أبي علي منصور بن عبد الله بن خالد بن احمد بن خالد بن حماد الذهلي قال قال أبو عيسى محمد بن عيسى الترمذي رحمه الله صنفت هذا الكتاب يعني المسند الصحيح فعرضته على علماء الحجاز فرضوا به وعرضته على علماء العراق فرضوا به وعرضته على علماء خراسان فرضوا به ومن كان في بيته هذا الكتاب فكأنما كان في بيته نبي يتكلم "ət-Təqyid", səh: 99 İndi fikir ver...qırmızı ilə işarələdiyim ravi elə yuxarıda haqqında məlumat verdiyim Əbu Ali Mənsur bin Abdullah əl-Xalididir. Bir də rəvayətdə deyilir: "yəni əl-müsnəd əs-sahih"...bu isə ravinin öz əlavəsidir... Yenə də dediyim kimi, ət-Tirmizinin öz kitabını guya "səhih" adlandırması əsassızdır. Qaldı ki, sənin İbn Teymiyyəyə buna əsaslanaraq yalan aid etməyin, əslində isə bu sənin öz yalanını göstərir. Birinci ona görə ki, İbn Teymiyyə deyəndəki, bu hədisi "əshab əs-səhih" rəvayət etməmişdir, o zaman Tirmizinin bu "əshab əs-səhih" içində olmadığı anlaşılır. Çünki İbn Teymiyyə kitablarının heç bir yerində ət-Tirmizinin kitabına "Səhih" demir. Əksinə, sənə yuxarıda göstərdim ki, İbn Teymiyyə ət-Tirmizinin "əl-Cami" əsərini sünənlər arasında sayır və onu da əshabı sünəndən hesab edir. O zaman İbn Teymiyyə burada nədə yalan söyləmişdir? Yalan söyləyən yenə də sən olursan!!! Qaldı ki, hansı sa alimlərin ət-Tirmizinin kitabına "Səhih" adını aid etməkləri, bu heç bir şeyi dəyişdirməz...çünki, bu onların tərəfindən təsahüldür. Təsahül isə heç də onların savadsız olmaqlarına və yaxud da cahil olmaqları demək deyildir. Təsahül o anlamdadır ki, bu alimlər bu məsələyə xüsusi diqqət etməyiblər. Onlar üçün ət-Tirmizinin kitabının "əs-Səhih" adlanması o qədər də əhəmiyyət kəsb etməyib. ət-Tirmizinin özü isə heç cür öz kitabını "əs-Səhih" adlandıra bilməz, çünki ət-Tirmizi özü öz kitabına öz etirafı ilə zəif hədislər daxil etmişdir, o zaman necə ola bilər ki, öz kitabına "əs-Səhih" adı qoysun...?! Qaldı ki, hədisitayr haqqındakı söhbətinə, mən daha da əvvəl buna cavab verdim. Mənim əl-Hakimdən gətirdiyim rəvayət əz-Zəhəbinin kitabında var yoxsa yox? Mən rəvayətin yerinə referens vermişəm, indi sən özün həmin rəvayəti orada görürsən yoxsa yox? Əgər rəvayət orda varsa, o zaman sənin problemin nədir ki???? Yoxsa...elə boş-boş, mənasız söhbətlərə ilişməkdən xoşun gəlir? Yazıq...nə edə bilərsən ki, ağır psixotik vəziyyətdir... Yenə də qanmadığın məsələləri qabardırsan... Mən heç bir alimin səhih, həsən, zəif bölgüsünə etiraz etmirəm. İnsan anlamadığı zaman sağa-sola hər şeyi inkar edər. Mən bəsit elmi bir məsələni sənə çatdırmaq istədim, sənə içə o məsələ deyəsən "çatmır"...Quyu dərindir, atdığımız daş belə dibinə hələ çatmayıb... Qısa konkret sual: Məgər bütün zəif hədisləri cəm edib, onları "həsən li ğayrihi" dərəcəsinə çatdırmaq olar? Əgər olmazsa, o zaman hansı zəifləri olar, hansıları olmaz? Bu iki zəif arasındakı fərq nədir? Əgər sən bu suala cavab verə bilsən, o zaman anlaşılacaq ki, əslində sən bizim nə demək istədiyimizi anlamısan, sadəcə olaraq başqa cildlərə girmisən! mehmet Akifin sözü var: "Artıq iki üzlülərə hörmət etməyə başladım, çünki zamanımızda üzsüzlər çoxalıb!"
-
Allahdan sizə və bizə hidayət arzu edirəm. Necə deyərlər, oğru elə çığırdı ki, doğrunun bağrı çatladı...siz lap doğrunun qəbrini də çatladarsız. Sizinlə mübahisənin nə faydası...
-
O zaman məntiqdən belə çıxır ki, sən şərəfsizsən...Çünki mən deyəndə ki, peyğəmbərin s.a.s. nəslindən qız almaq şərəf olduğu üçün Ömər Umm Kulsumu aldı...siz mənim bu sözümdən öz məntiqinə görə Ömərin "şərəfsiz" olduğunu çıxardınız. İndi də sənin elə öz məntiqinlə belə çıxır ki, sən də şərəfsizsən. Razısan? Etiraz edəcəyin bir məqam var?
-
Bir xətadan qurtulmamış o birisini edir..indi də boş yerdən camaatı yalanla ittiham edir... Ona görə də deyiblər, utanmirsansa, nə edirsən et!
-
Kişi...kişi qırığı...sən məni məcbur edirsən ki, mən sənə yenidən sualımı təkrarlayım. Peyğəmbər - salləllahu aleyhi va səlləm - nəslindən bir qız almaq sənin üçün şərəf deyilmi? Boş-boş laflar yazma burda...Sözlərinin tonunu da bil! Sənə bu qədər ağır gəlir ki, peyğəmbər - s.a.s. - nəslindən bir qız almağın şərəf olub olmayacağını söyləyə bilmirsən? Nədən çəkinirsən? Yaz da cavabı...yaz ki, sonrasını görək... zəmanəyə baxırıq...o biri mövzuda ürəklə part-a-part "cavablar" yazan moderator, bir bəsit sualın qarşısında aciz qalıb. Nə gündəsən?! Ən azından şiə qardaşlarına yazığın gəlsin...özünü nə yerinə qoyduğuna bir bax, deyəcəyin sözün arxasında dura bilmirsənsə, ət bu işini çıx get bacardığın şeylərlə məşğul ol! Daha burda oturub bizim ətimizi tökmək nəyə lazım? Peyğəmbər nəslindən bir qız almaq sənin üçün şərəfdir, yoxsa yox?
-
Problem bundadır ki, sənə hələ də çatmayıb ki, əl-Beyhəqinin "Sunən əl-Kubra" əsərində iki rəvayət vardır. Sən digər rəvayətdən danışırsan, mən isə sənə bir başqa rəvayəti gətirmişəm yuxarıda. Sənə yuxarıda da demişdim ki, yazılanları yaxşı-yaxşı oxu! Sənin dediyin ravi mənim işarə etdiyim rəvayətin sənədində yoxdur.
-
Sən qısa bir de görək, orada nə yazılıb? Ən azından mövzu xatirinə, hər kəs burada oxuya bilsin. Yəni izah elə görək nə yazılıb?
-
Ətin tökülsün! utanmırsan? yekə kişisən..bu nədir yazməsan? Mənim "əl-Müstədrək"dən gətirdiyimdə nə yalan vardır? Əməli başli bir şey yazmaq əvəzində məndə tutduğu səhvə bax! Öldürərsiz adamı... ))))
-
Attachmentin yanında bir dene de lupa qoyardın... nə deyir mufti Qulam Rəsul?
-
Ay kişi! Mənə burada "rəftar"dam söz açma. Sözlərin xoşuna gəlmirsə, cavab yazma! Mənə hədə qorxu da gəlmə! Adam balası kimi yazılara cavab ver! Mən öz elmimi deyə bilmərəm, lakin sənin səviyyənə bələd olmuşam. Əgər məsələyə cavab verə bilmirsənsə, qoy bilənlər gəlib cavab versin! Zəif hədislər? Allahın...səbr ver! Tutaq ki, sənə görə zəifdir. Ola bilsin ki, sən "üsuli"lərdənsən. Bunun heç bir əhəmiyyəti yoxdur. Mənim bildiyim budur ki, sizin "əxbari"lər də şiələr sayılırlar. Yoxsa onların şiə olmadığını mı söyləyəcəksən?! Məsələ burasındadır ki, bur murdar işlərlə elə sizin şiə qardaşlarınız məşğul olurlar. İşin mahiyyəti də burdadır. Sizin heç bir aliminizdən də görmədik ki, hər hansı bir kitabında onların bu sözünü inkar edib Aişə anamızı müdafiə etsin və həmin bu "əxbari"lərdən bəraət etsin! Belə bir şeyi də görməmişik... Ey ağıl dəryası! Mən deyirəm ki, Allahu Təalə keçmişi də, gələcəyi də bilir! Allahu Təalənin onları artıq "möminlərin anaları" adlandırması, onlar üçün verilmiş şərəfli bir tituldur. Çünki əgər "möminlərin əmiri" adlanmaq ən azından bir şərəf olduğu üçün, "möminlərin anaları" adlanmaq isə qat-qat böyük bir fəzilətdir. İkincisi isə, bu ayə onların peyğəmbər - salləllahu aleyhi va səlləm - zamanında olduqları statusu saxlayacaqlarına dəlalət edir. Çünki bu Quran bütün əsrlərə aiddir. Peyğəmbərin - salləllahu aleyhi va səlləm - ölümündən sonrakı zamana da aiddir. Əgər desəniz ki, burada "möminlərin anaları" sözü sadəcə olaraq onlarla evlənməyin haramlığına dəlalət edir. Bunun cavabı budur ki, bu hökmə daxildir, lakin sadəcə onunla məhdudlaşmaz. Çünki əgər sadəcə o olsaydı, Allahu Təalə onların möminlərə peyğəmbərdən sonra haram olduğunu bəyan edərdi. Lakin onlara xüsusi bir ad ilə müraciət etmişdir. Eləcədə onlara xüsus bir kontekstdə müraciət etmişdir, onlara yaxınlığa işarə edərək deyir: Peyğəmbər möminlərə onların özlərindən daha yaxındır. Zövcələri isə möminlərin analarıdır. Qohumlar Allahın yazısına görə bir-birlərinə möminlərdən və mühacirlərdən daha yaxındırlar. Senin Nuh ve Lutu buraya salmağın isə sənin anlayış səviyyəndən xəbər verir. Allahu Təalə onların küfrünü açıq şəkildə bəyan edib! İndi belke sen de aliminiz Meclisi kimi iddia edirsən ki, təthir ayəsini o kontekstə salanlar səhabələr olublar ki, Quranın mənasını təhrif etsinlər? Bəlkə sənə görə bunu elə Aişənin özü zakaz verib? Belə bir şeyə inanmağın məni təəccübləndirmir.. İkincisi isə ayədə onların pak olduğu ve ya mesum olduğu söylənilmir. Allahu Təalə Qurani Kərimdə bir çox yerdə bu tərzdə ayələr endirmişdir. Bu sənin savadsızlığını göstrərir. Çünki İslam da gələrkən, həmən kafir qadınlarla evlənməyi qadağan etmədi. Əksinə, bir çox səhabələrin zövcələri kafir idilər və iman gətirməmişdilər və İslam onların nikahını haram saymırdı. Lakin Hudeybiyyə sülhündən sonra ayə endi və kafir qadınları saxlamağı qadağan etdi. bir də sən deyəsən bizim Şəriət ilə əvvəlki şəriətlər arasındakı fərqi bilmirsən... Bir dənə fərq deyəcəm misal üçün. Əvvəlki ümmətlərə qənimət götürmək haram olduğu halda, bizlərə halal buyuruldu...
-
Deyirsən ki, heç kəs Aişəyə kafir deyə bilməz. Lakin sizin alimlərizin dilindən düşmür bu sözlər. Kitablarınız isə belə murdar sözlərlə doludur. Kitablarınızda bu barədə millətə dualar öyrdirsiz. Dualarınız da "Qureyşin iki bütününün qızlarına lənət" edirsiz... Alimləriniz, şeyxləriniz ona kafirə, nasibiyyə, himarə və başqa iyrənc adlar qoyurlar!!! Allah belələrinə lənət etsin!
-
Əlbəttə ki, peyğəmbərin - salləllahu aleyhi va səlləm - zövcəsi olmaq fəzilətin əlamətidir. Çünki Allahu Təalə peyğəmbərə - salləllahu aleyhi va səlləm - layiq olan kəsləri seçmişdir. Allahu Təalənin onlara "Möminlərin anaları" şəklində müraciət etməsi də bunun dəlilidir. digər tərəfdən isə elə Əhzab surəsində Allahu Təalə onları əhli-beyt adlandırır və onları pisliklərdən təmizləmək istədiyini bildirir. Qaldı ki, peyğəmbərin - salləllahu aleyhi va səlləm - kafir qadınla yaşaya biləcəyinə...belə bir şey mümkün deyildir. Çünki Allahu Təalə buyurur: Kafir qadınlarınızı kəbin altında saxlamayın, sərf etdiyiniz mehri tələb edin. Qoy onlar da sərf etdikləri mehri (sizdən) tələb etsinlər. Allahın hökmü budur. O sizin aranızda hökm verir. Allah Biləndir, Müdrikdir. Lut və Nuhun daha əvvəllər qadınlarının kafir olması əvvəlki şəriətlərə xasdır. Çünki bizim dinimiz isə bunu qadağan edir!
-
Buna munasibetimiz chox sadedir, chunki biz deyirik ki, sizin bele bir iddianiz chox savadsiz iddiadir. Peyghamberimiz s.a.s. hech bir zaman oz nikahi altinda kafir bir qadini saxlamaz. Chunki bu, Quranin nassi ile haramdir. Bele bir sheyi iddia eden kufre girmishdir.
-
Sənin hər bir etirazına cavab verildi. Nəyə cavab verilməyibsə qeyd et burada...Sənin çaldığın havaya görə oynamağa həvəsim yoxdur! Ortaya yalanı atan sizsiniz və sizin yalanlarınız isbat olunub, mövzunun da məqsədi bu idi...İndi ortaya bir şey çıxara bilməmisənsə, əsəbləşmək niyə lazımdır ki?!
-
Seninle ne uchun muzakire etmeliyem ki? Dushunceni artiq gorduk...Gozlerini bir qeder genish ach ve Sunen el-Kubradan revayet olunan hedisi yaxshi-yaxshi axtar... Sen yazilani oxumadan ortaya tullanma... Sherefsiz ele Omere sherefsiz deyendir. Aydindir?
-
Sənin "tarixin şıltaqlıqları" maskası ilə örtdüyün ğuluv və təəssübdür. Sizin alimləriniz öz etiqadlarına zid olan şeyləri qəbul etməkdən boyun qaçırırlar. O dərəcəyə çatıblar ki, mütəvatirən bilinən şeyləri də inkar edirsiz. Ümmətin mütəvatirən qəbul etdiyi məsələlərdən də biri budur ki, peyğəmbərimizin, salləllahu aleyhi va alə əlihi va səlləm, Siddiqə Fatimeyi Zəhradan - radiyallahu anhə - başqa da qızları olmuşdur və onların adları Umm Kulsum, Zeynəb və Ruqeyyadır. İbn Macədəki rəvayət: عن أم عطية قالت دخل علينا رسول الله صلى الله عليه وسلم ونحن نغسل ابنته أم كلثوم فقال اغسلنها ثلاثا أو خمسا أو أكثر من ذلك إن رأيتن ذلك بماء وسدر واجعلن في الآخرة كافورا أو شيئا من كافور فإذا فرغتن فآذنني فلما فرغنا آذناه فألقى إلينا حقوه وقال : أشعرنها إياه * ( صحيح ) - الارواء 129 : الأحكام ص 48 : وأخرجه البخاري ومسلم ( أشعرنها : ألبسنها والشعار : ثوب يلي لبدن . الحقو : موضع عقد الإزار في وسط الجسم وتطلق على الإزار "bax: "Səhih Sünən İbn Macə", 1193 Muslimin Səhihində isə من طريق أبي معاوية، عن عاصم الأحول، عن حفصة بنت سيرين، عن أم عطية قالت: لما ماتت زينب بنت رسول الله -صلى الله عليه وآله وسلم- قال: اغسلنها وترا ثلاثا أو خمسا، واجعلن في الآخرة كافورا Eləcədə bilinir ki, Osman r.a. Həbəşistana peyğəmbərin s.a.s qızı Ruqeyya ilə hicrət etmişdir. Eləcədə bilinir ki, Osmanın Bədr döyüşündən geri qalması peyğəmbərin s.a.s. qızı Ruqeyyanın xəstə olması səbəbi ilə idi. Ruqeyyadan Osmanın Abdullah adında oğlu da olmuşdur və bununla kunyələnmişdir. Hətta peyğəmbərin s.a.s. qızı Zeynəbin müşrik olan Əbul-As ilə evlənməsi məşhurdur və Əbul-Asın əsir düşməsi və Zeynəbin onu Mədinədə himayəsi altına alması da məşhurdur. Zeynəbin qızının adı isə Uməməh bint Zeynəbdir və Səhiheyndə Əbu Qatadədən sabit olmuşdur ki, peyğəmbərimizin, salləllahu aleyhi va səlləm, nafilə namazlarında onu boynuna götürərdi və səcdə etdikdə düşürərdi və yenə qalxdıqda boynuna alardı. بينا نحن على باب رسول الله -صلى الله عليه وآله وسلم- إذ خرج يحمل أمامة بنت أبي العاص بن الربيع وأمها زينب بنت رسول الله -صلى الله عليه وآله وسلم- وهي صبية فصلى وهي على عاتقه إذا قام حتى قضى صلاته يفعل ذلك بها . وأخرج من طريق حماد بن سلمة عن علي بن زيد عن أم محمد عن عائشة أن رسول الله -صلى الله عليه وآله وسلم- أهديت له هدية فيها قلادة من جزع فقال: لأدفعنها إلى أحب أهلي إلي، فقالت النساء: ذهبت بها ابنة أبي قحافة، فدعا رسول الله -صلى الله عليه وآله وسلم- أمامة بنت زينت فأعلقها في عنقها . Bütün bunlar tarixin şıltaqları deyildir. Bunların hamısı xəstəlikdir ki, insanların qəlblərinə düşüb... Nardarani... Qəribə bilirsən nədir? Biz Hz. Əli - radiyallahu anhu - haqqında gələn hər hansı bir zəif hədisin zəif olduğunu isbat etdikdə, bizə "təhrif əhli", "nasibi" və bir çox nalayiq sözlər deyirsən. Lakin özünüz mütəvatir xəbərləri inkar edirsiz, bəlkə sən özün inkar etmirsən, lakin sənin alimlərin bunu inkar edirlər...sonra da deyəndə ki, onlarda "ğuluv," təəssüb" və "xəstəlik var, deyirsən ki, "tarixin şıltaqlıqları" adı verirsen...Əcaib insanlarsız..insanı təəccübləndirməkdə ustasız...
-
əl-Beyhəqi "Sunən əl-Kubra" əsərində rəvayət edir: أَخْبَرَنَا أَبُو الْحُسَيْنِ بْنُ بِشْرَانَ أَخْبَرَنَا دَعْلَجُ بْنُ أَحْمَدَ حَدَّثَنَا مُوسَى بْنُ هَارُونَ حَدَّثَنَا سُفْيَانُ بْنُ وَكِيعِ بْنِ الْجَرَّاحِ حَدَّثَنَا رَوْحُ بْنُ عُبَادَةَ حَدَّثَنَا ابْنُ جُرَيْجٍ أَخْبَرَنِى ابْنُ أَبِى مُلَيْكَةَ أَخْبَرَنِى حَسَنُ بْنُ حَسَنٍ عَنْ أَبِيهِ : أَنَّ عُمَرَ بْنَ الْخَطَّابِ خَطَبَ إِلَى عَلِىٍّ رَضِىَ اللَّهُ عَنْهُمَا أُمَّ كُلْثُومٍ رَضِىَ اللَّهُ عَنْهَا فَقَالَ لَهُ عَلِىٌّ إِنَّهَا تَصْغُرُ عَنْ ذَلِكَ فَقَالَ عُمَرُ رَضِىَ اللَّهُ عَنْهُ سَمِعْتُ رَسُولَ اللَّهِ -صلى الله عليه وسلم- يَقُولُ :« كُلُّ سَبَبٍ وَنَسَبٍ مُنْقَطِعٌ يَوْمَ الْقِيَامَةِ إِلاَّ سَبَبِى وَنَسَبِى فَأَحْبَبْتُ أَنْ يَكُونَ لِى مِنْ رَسُولِ اللَّهِ -صلى الله عليه وسلم- سَبَبٌ وَنَسَبٌ ». فَقَالَ عَلِىٌّ لَحَسَنٍ وَحُسَيْنٍ رَضِىَ اللَّهُ عَنْهُمَا : زَوِّجَا عَمَّكُمَا. فَقَالاَ : هِىَ امْرَأَةٌ مِنَ النِّسَاءِ تَخْتَارُ لِنَفْسِهَا. فَقَامَ عَلِىٌّ رَضِىَ اللَّهُ عَنْهُ مُغْضَبًا فَأَمْسَكَ الْحَسَنُ بِثَوْبِهِ وَقَالَ : لاَ صَبْرَ عَلَى هِجْرَانِكَ يَا أَبَتَاهُ قَالَ فَزَوَّجَاهُ. {ش} قَالَ الشَّافِعِىُّ رَحِمَهُ اللَّهُ وَزَوَّجَ الزُّبَيْرُ رَضِىَ اللَّهُ عَنْهُ ابْنَتَهُ صَبِيَّةً وَزَوَّجَ غَيْرُ وَاحِدٍ مِنْ أَصْحَابِ النَّبِىِّ -صلى الله عليه وسلم- ابْنَتَهُ صَغِيرَةً قَالَ وَلَوْ كَانَ النِّكَاحُ لاَ يَجُوزُ عَلَى الْبِكْرِ إِلاَّ بِأَمْرِهَا لَمْ يَجُزْ أَنْ يُزَوِّجَ حَتَّى يَكُونَ لَهَا أَمْرٌ فِى نَفْسِهَا. "Sünən əl-Kubra", 7/185 Dar əl-Kutub əl-İlmiyyə, üçüncü nəşr, 1424 Əbul-Hüseyn bin Bişran İmam, Hafiz və mühəddisdir. Əl-Beyhəqinin şeyxi olmuşdur. Siqadır. Dəaləc bin Əhməd, Xorasanın hədis imamlarından, məşhur zahid və fəqih. əd-Dəraqutni deyir: "Şeyxlərimiz arasında ondan sabitini görmədim." Musa bin Harun, siqadır. Sufyan bin Vaki bin Cərrah, Saduqdur. Lakin onun vərəqəsində onun özünə aid olmayan xətalı hədislər olmuşdur. Rauh bin Ubadə, İmam Əhmədin Şeyxidir, siqadır. İbn Cureyc, alimlər onun siqa olduğunda icma ediblər. Lakin alimlər eləcədə onun tədlis edən siqalardan olduğunda da icma ediblər. Amma İbn Cureycin bu rəvayəti məqbuldur və bunda şübhə ola bilməz. Bunun isə əsas iki səbəbi vardır. 1. Bunu İbn Cureyc "təsrih" şəklində rəvayət etmişdir, yəni "əxbərani" deyir. Alimlər isə İbn Cureycin tədlisindən danışarkən, onun müəyyən ravilərdən "ananə" ilə rəvayət etdiklərini və "qalə" sözü ilə dediklərini qəbul etmirlər. İmam əz-Zəhəbi deyir: الرجل في نفسه ثقة حافظ، لكنه كان يدلس بلفظ ( عن ) و ( قال ) "Özlüyündə siqa və hafiz biridir. Lakin "an" və "qalə" sözləri ilə tədlis edərdi." "Siyər Aləm ən-Nubələ", 6/326 2. İbn Cureycin İbn Əbi Muleykədən rəvayətləri isə səhih və məqbuldur. Çnki əsasən Ata, Amr bin Dinar, Nafi və İbn Əbi Muleykı kimilərdən hətta "ananə" ilə belə rəvayət edərsə, onun onlardan rəvayətindən tədlis olmadığı bilinməkdədir. əl-Hafiz Əbu Hafs Amr bin Ali əl-Fəlləs (öl: hicri 249) deyir: سمعت يحيى بن سعيد القطان، يقول : أحاديث ابن جريج، عن ابن أبي مليكة كلها صحاح، وجعل يحدثني بها، ويقول : ثنا ابن جريج قال : حدثني ابن أبي مليكة. فقال في واحد منها : عن ابن أبي مليكة. فقلت: قل حدثني . قال : كلها صحاح "Yəhya bin Said əl-Qattanı belə deyərkən eşitdim: Deyir: "İbn Cureycin İbn Əbi Muleykədən hədislərinin hamısı səhihdir. Onundan eşidərək rəvayət etmişdir. dedi: "İbn Cureyc rəvayət etdi, dedi: Mənə ibn Əbi Muleykə rəvayət etdi. Bu rəvayətlərdən birində "an ibn Əbi Muleykə" dedi. Dedim: De: "həddəsəni", dedi: bütün hamısı səhihdir." "əl-Cərh vat-Tadil", 1/241 İbn Əbi Muleykə isə şeyxeynin ravilərindən biridir. Məşhur tabii, İbn Zubeyrin qazisi olmuşdur. Siqadır. Həsən ibn Həsəndən, o da atasından rəvayət edir. Bu hədis həsəndir!
-
Yazdıqlarını məntiqlə yox nəqli dəlillərlə möhkəmləndirsəydin sənə bərəkallah deyərdim! İndi isə mənim məntiqimə və nəülimə qulaq ver. Bəşər Tarixi həmişə siyasətçilərin və hökmdarların tərifinə məruz qalıb. Tarixə edilmiş zülmlər İslam Tarixindən də yan keçməyib. İslam ölkələri həmişə sünnü məzhəbindən olan şəxslərin hakimiyyəti altında olub. Və yaxud sünnülərə meyilli və ya onlarla əməkdaşlıqa edən insanlar təsiri altinda. Belə bir zamanda da İslam Tarixi yazılıb. Bu səbəbdən Şiənin əksinə əfsanələr Tarix kitablarında doludur. İslam Tarixində olan əfsanələrdən biri də Ömərin Ummu Gülsümü almaq məsələsidir. salahuddin Şiə alimləri bu icdivac barədə müxtəlif fikirlər irəli sürmüşlər. 1. Bəziləri Həzrəti Zəhranın Ümmü Gülsüm adda qızının olmasını inkar etmişlər. ليس لصديقة الطاهرة بنت غير السيدة زينب. و انّها تكنّا بأُمّ كلثوم. كما ذكرنا اليه بعض المحققين. و علي ايّ حال فإنّي اذهب بغير تردد اذا ان الصديقة الطاهرة الزهراء ليس عندها بنت تسمّي بأُم كلثوم حياة سيدة النساء فاطمة الزهرا سلام الله عليها، ص 219 "Sidiqeyi Tahirənin Zeynəbdən başqa qızı olmayıb. Və onun künyəsi Ümmü Gülsüm olub. Bəzi mühəqqiqlər də bu fikirdədirlər. Hər halda mən tərəddüd etmədən deyirəm ki, Sidiqeyi Tahirənin Zeynəbdən başqa qızı olmayıb" 2. Bəziləri belə bir izdivacın olmasını inkar etmişlər. Bu əqidə də olan alimlərdən Şeyx Müfidi və Nasir Hüseyn Al-Handini misal kimi göstərmək olar. İndi sənə yəqin aydın oldu niyə Al-Fatih-də belə bir izdavacın olmamasını deyir. 3. Bəziləri belə bir izdivacın baş verməsini qəbul edir amma zor gücünə. Bu barədə Seyid Murtəza (رضوان الله تعالي عليه ) özünün تنزيه الأنبياء kitabının 191 ci səhifəsində yazır: أنّه ( عليه السلام ) ما أجاب عمر إلى انكاح بنته إلا بعد توعد وتهدد... "İmam Əli(ə) ona müsbət cavab vermədi, lakin onun zor və təhdidindən sonra..." Nardaranı... Sözlərin aydındır və şiə alimlərinin bu barədə fərqli fikirləri məlumdur. Hətta sizlərdən bəzi alimlərə görə Hz. Ömərin evləndiyi Umm Kulsum deyil, onun timsalında olan bir cin olmuşdur. Lakin bəzi alimlərinizin fərqli görüş bildirməsi o demək deyil ki, istəyən kəs istədiyi görüşü qəbul edə bilər. Həqiqətdə sizin şiə alimlərinizin bu məsələ öz aralarında ixtilaf etməsi və yaxud da bəzilərinin bunu inkar etməsi mənim üçün heç bir əhəmiyyət kəsb etmir. Çünki sizin bir çox şiə aliminiz var ki, ümumiyyətlə peyğəmbərimizin, salləllahu aleyhi va səlləm, Fatimədən başqa qızı olmadığını sübut edir və bunun üçün ayrı bir kitab belə yazıblar... Bütün bunlarin göstərdiyi budur: "Təəssüb və ğuluv" Qaldı ki, əl-Hakimin "Müstədrək" əsərindəki hədisə...bəli, hədisin sənədi qopuqdur!
-
Nardarani İnanmıram ki, sən mövzunu axıra qədər oxumusan, çünki oxusaydın söhbətin nədən getdiyini anlayardın. Bu mövzunu açan sənin əqidə qardaşın Fath iddia edir ki, belə bir şey baş verməyib. Yəni, söhbət bundan gedir ki, Fath bu hadisənin olmasını inkar edir və mən də onun xətalı olduğunu izah etmişəm. İndi əgər lazımsız söhbətlər olmasa bu mövzu uzanmaz. Qaldı ki, Hz. Əlinin öz qızını Ömərə hansı şəkildə verməsinə...mən deyirəm ki, bu məsələ sırf insanın şəxsi anlayışıdır. Mən deyirəm ki, Hz. Əli kifayət qədər mərd kişi olub ki, istənilən zalımın qarşısında öz qızının və peyğəmbər - salləllahu aleyhi va səlləm - nəvəsinin ırzını müdafiə edə bilərdi. İslam şəriətindən anlaşılan budur ki, kafirə qız vermək olmaz, nə də münafiqə qız vermək olmaz. Hər ikisi də haramdır. Qadın bilərəkdən kafirə ərə gedərsə zina etmiş sayılır. Ona görə də Hz. Əli nə qədər də zərurət qarşısında qalsa da, sırf şəri mənada öz qızına zina etdirə bilməz. Aydındır? Yəni ki, heç bir kəsin haqqı yoxdur ki, öz həyatı üzərindəki təhlükəyə görə başqasının ırzını və ya canını hədər versin! Bunu Allahu Təalə qəbul etmir. O zaman şiə gərək qəbul etsin ki, Hz. Ömər kafir və münafiq olmayıb. Hz. Ömər müsəlman biri olub. O zaman da anlaşılan bu olur ki, Hz. Ömər ilə Hz. Əli qardaş olublar. Sənin məcburiyyət və təzyiq dediyinə mən təkid və inadkarlıq deyirəm. Sənin gətirdiyin dəlillərdə də bundan artıq bir şey yoxdur. Heç bir insan o şərəfə nail olmağı boş-boşuna əldən verməz, yəni peyğəmbər s.a.s nəsəbi ilə qohumluq qurmaq şərəfini heç kəs boş-boşuna əldən verməz... Bu mənim məntiqimdir.
