"Ağac bar gətirdikcə, başın aşağı salar!"-rəhmətlik atalarımızın sözü.
Pul, var-dövlət insanın əsl iç üzünü açır.
Burada əsas amil insanda İNSANLIĞIN olmasıdır.
Düşünürəm ki, pul insanı təbii ki, dəyişməlidir.
Ancaq yalnız yaxşılığa doğru.
O qədər pul-paranı heç kim özü ilə qəbirə .rmır.
Sultan Süleymana da qalmadı bu dünya.
Əmim rəhmətlik deyərdi ki, "Qızım, pul adamı cəhənnəmə də .ra bilər, cənnətə də!"
Yəni insan onda mövcud olan imkanları nisbətən kasıb adamların yanında fəxrlə nümaiş etdirə də bilər, kiməsə sadə geydiyinə görə lağ edə bilər, maşınsız gəzəni gülüb alçada bilər.
Ancaq eyni zamanda insan balasına istədiyi paltarı alabilməyən qonşuya kömək də edə bilər, kimsəsizlərə yardım göstərə bilər. 5-6 nəfəri Həccə göndərə bilər, Vətəninin xidmətində duranlara diqqət ayıra bilər....qısacası -İNSAN olaraq yaddaşlarda qala bilər.
Mən əminəm ki, məndə o cür imkanlar olsaydı, mən məclisdə olarkən, küçədə gəzərkən bunu heçkəs hiss etməzdi.
Sadəlik insanın yaraşığıdır.
Hörmətlə sadəcə mən.