Перейти к содержимому
Скоро Конкурс!!! Торопитесь!!! ×

Гарышга

Members
  • Публикации

    115
  • Зарегистрирован

  • Посещение

Все публикации пользователя Гарышга

  1. Sizin yazınızı oxuyanda məni bir az gülmək tutdu (tərbiyəsizliyin zirvəsinə qalxmağımdan irəli gələ bilər), həm də bir az təəsüfləndim.Çalışacam sizi sıralanma formasında( siz sevdiyiniz forma) ardıcıl başa salım. 1-Məni tərbiyəsizliyin zirvəsinə qalxmağım münasibətilə təbriklərinizi qəbul edir və sizə dərin təşəkkürlərimi bildirirəm.) (zəifliyinizi mən yox, özünüz sübut etdiniz) 2- Təhqir və tənqidi ayırmağı bacarsanız yaxşı olar. Mən yazdığım acı həqiqəti siz istəsəniz özünüz üçün maksimum səviyyədə TƏNQİD kimi qəbul edə bilərsiz. Orda TƏHQİR yoxdur. ( mən dedim axı azərbaycan dilini başa düşməkdə sizdə bir az problem var, bu da sübut) 3- Acı həqiqəti dedim və xətrinizə dəyə bilər ehtimalı ilə üzr istədim 4- Əsəblərimi sakitləşdirməyə ehtiyac yoxdur,əsəblərim çox sakitdir 5-'xanim sizin haqqda her shey indi aydin oldu' cümləsini sevincək yox, təəsüflə yazmışam. ( mənim yazdıqlarıma mənim yox sizin qərar verib mənim sevincək yazmağımı qeyd etdiyinizə görə növbəti dəfə sizə təşəkkür edirəm) 6- Sizin haqqınızda nəyisə aydınlaşdırmaq mənim üçün maraqsızdır. 7- Mənim yersiz sözlərimin sizdə mədəniyyətimin hüdudları haqda yaxşı təsəvvür oyatdığına görə sizə öz dərin minnətdarlığımı bildirirəm Qayıdaq mövzuya. 1-Qadının tam müsteqil olması günü-DÜNYANIN SONUDUR! və siz yazdığıniz "qadın hakimiyyətə gəlsə dünyanın sonu olacaq" cümlələri arasında fərqə diqqətlə diqqət yetirin 2-Quranda ,axirət gününün əlamətlərindən biri də, qadınların" hakimiyyətə gəlişi "göstərilib(matriarxiya) və siz yazdığınız "qadın hakimiyyətə gəlsə dünyanın sonu olacaq" cümlələri arasında fərqə diqqətlə diqqət yetirin 3- "tam müstəqil" və "əlamətlərindən biri" söz birləşmələrinə diqqətlə diqqət yetirin 4- Əgər yenə başa düşmədizsə fərqi,onda yardım istəyin. 5- Sizə uzun ömür,can sağlığı və uğurlar. HƏR HALDA HÖRMƏSİZLİYƏ QARŞI HÖRMƏTLƏ
  2. Allah bütün şəhidlərimizə rəhmət eləsin,içi sizin dayınız nəvəsi olmaqla! Mən indi sizə mənim hazır olub-olmadığımı anlatmağa çalışacam və yəqin ki, siz məni başa düşəcəksiniz. Mən 2005-ci ilin iyul ayında Əzizbəyov rayonu Hərbi Komisarlığı ərəfindən həqiqi hərbi xidmətə çağırıldım və getdim. Mən gedən günü təxminən 70 nəfərə yaxın adam çağırılmışdır. Avtobus gəldi və siyahı ilə bir bir adları çəkməyə başladılar. Adları çəkilənlər avtobusa minirdi. Yerdə 7 nəfər qaldıq siyahıda adlar qurtardı. Mən yaxınlaşdım zabitə ki, bəs mənim adım niyə çıxmadı.Adımı soruşdu və mən dedim. Yoxladı , tapmadı və mənə belə bir cavab verdi: " Əşşi bunlar hamısı "Niqodnı" kağızı çıxartdırırlar, siz gözdüyün saat 2-də siz gedəcəksiz" Mən ordakı təxminən 60-dan çox "Niqodnıya" baxdım,özümə yazığım gəldi. Mən hərbi and qəbul olunana qədər Şəki şəhərində oldum.(34 gün) Sonra bizi hərbi hissəyə böldülər (Goran). Orda mən 14 gündən sonra "starşıy rota" yəni rota başçısı oldum və mənim tabeçilyimdə 22 əsgər var idi. əsgərlərə qarşı ədalətsizlik baş alıb gedirdi və mən həmişə çalışırdım ki, ədalətliliyi bərpa edim. ( bəzən,çox vaxt uduzurdum) Bizi tez tez döyüş bölgələrinə göndərirdilər ( Ağdam, Füzuli, Tər-Tər rayonlarına) Mən orda atışma zamanı bizim zabitlərin qaçıb gizlənməyini,ağlayan əsgərlər, bir güllənin atılmasına görə 2 manat alan zabitlər və s. ədlətsizliklər görürdüm və aciziydim. Atışanlar cəmi 4-5 nəfər idik,qalan əsgər və zabitlər başlarını səngərin altında gizlətməklə kifayətlənirdi,Bəli mən riski başa düşürdüm və nadan kimi qaçıb gizlənməkdənsə kişi kimi ölməyə üstünlük verirəm. Mən həmişə mənim tabeçiliyimdə olan əsgərlərə başa salmaq istəyirdim ki, bizim anamızı,bacımızı,yaxınlarımızı,millətimizi,vətəni biz qorumalıyıq.(təəsüf ki, bunu çoxu başa düşmürdü və vuruşmaqdan qorxurdular).Başa salmaq istəyirdim ki, qorxmayın,kişi kimi vuruşun,sabah ananızın,bacınızın sifıtinə necə baxacaqsınız.Başa salmaq istəyirdim ki,5 nəfər vuruşub, 15 nəfər qaçmaqla , 5 nəfər də öləcək( kişi kimi),15 nəfər də ( namərd kimi) və sonda düşmənlər gəlib bizim ana bacımıza sahib çxacaq.( orda daha qabarıq formada başa salırdım). Amma bir daha təəsüflər olsun ki, çoxu başa düşmək istəmirdilər mənim sözlərimi ( qorxurdular).Düzdür mərd oğullarımız da var,amma azlıqla heç nə edə bilmərik,amma yenə də 5 nəfər kimi kişi kimi vuruşmağa (öldürməyə,ölməyə) üstünlük verirəm! Kişi mərd olmalıdır,mənliyi olmalıdır,uduzanda da kişi kimi uduzmalıdır! Mənə elə gəlir ki, siz mənim hər zaman ( hətta uduzsaq belə) hazır olduğumu mənim geniş yazımdan başa düşdünüz. Uzun yazımla sizi yorduğuma görə üzr istəyirəm! HÖRMƏTLƏ
  3. Xanım sizin haqqda hər şey indi aydın oldu. Əgər siz Quranda ,axirət gününün əlamətlərindən biri də, qadınların" hakimiyyətə gəlişi "göstərilib(matriarxiya) yazıları ilə siz yazdığınız " qadın hakimiyyətə gəlsə dünyanın sonu olacaq" deyimləri arasında fərq görmürsüzsə, mən sizə yenə heç nə deyə bilmərəm. Xahiş edirəm inciməyin, amma sizin azerbaycan dilini başa düşməkdə bir az problemləriniz var.(üzr istəyirəm) Qəbahət yoxdu, yəqin ,səbəb xaricdə oxuduğunuzdan irəli gələ bilər . HÖRMƏTLƏ
  4. QUOTE (Cosmopolitan @ Dec 2 2007, 14:05 PM) Duz deyirsiz, Qurani yozmag olmaz. Amma choxlari mehz bele edir, oz primitiv fikirlerini desteklemek uchun. Etiraf edirem ki, Qurani oxumamisham, amma fikirleshirem ki, chox mutereggi kitabdir ve hech cur inana bilmerem ki, bu forumda bezilerinin iddia edildiyi kimi orda yazilsin ki, ‘qadin hakimiyyete gelse dunyanin sonu olacag’. Belke de yaniliram… Umid edirem uzun postla sizi yormadim Siz nəyisə deyirsiz,sonra səhv olduğunuzu başa düşüb,başqa fikir söyləyirsiz .Mənə elə gəlir ki, məhz siz yazmışdız ki, quranda yazılanları hərə bir cür yoza bilər və məni də yozuçu kimi qələmə verdiz.Mənim dediklərimə görə məhz siz qərar verib məni yozuçu kimi qələmə verirsizsə,sizə dərin minnətdarlığımı bildirirəm.))) O ki qaldı (bezilerinin (mənim) iddia edildiyi kimi orda yazilsin ki, ‘qadin hakimiyyete gelse dunyanin sonu olacag’). Əgər mən belə yazmışamsa sizə başqa heç nə deyə bilmərəm.)))
  5. Bilirsiz xanım siz nədənsə bizim (sizin və mənim) müzakirə etdiyimiz mövzudan qaçmaq istəyirsiniz)) Siz mənə deyin konkret, sizin statistikanızda "inkişaf etmiş ölkələr" və "müsəlman ölkələrinin idarə etdiyi ölkələr" arasına HİV xəstəliyinin çox yayılmasının statistik nisbəti varmı? "müsəlman ölkələrinin idarə etdiyi ölkələr"də savadsızlığın olmağını mən etiraf edirəm ( ümumilikdə).Amma mənə elə gəlir ki , "düzgünolmayan" savaddansa, "düzgün" savadsızlıq yaxşıdır,amma əlbəttə ki, "düzgün" savadlılıq lap yaxşıdır!(əladır).İndi başa düşün , mən hər dəfə bunu ortalığa atamağımın səbəbi bu idi. Səbrli olduğunuza və məni başa saldığınıza görə sizə təşəkkür edirəm)) Sizin əminliklə 1- inkishaf etmish olkelerde demografiyanin ashagi dushmesi problemi yoxdur deməyiniz mənə xoş gəldi.)) Təkrarən statiskavıza nəzər salmağı sizdən xahiş edirəm.) Deyirəm bəlkə həmin ölkələr "müsəlman ölkələrinin idarə etdiyi ölkələrdən" DONAR kimi istifadə etməsidir səbəb? )) Nəysə xanım, görürəm siz "inkişaf etmiş ölkələrin" .rdığı "gözəl həyat tərzi (avropalaşma)" siyasətinin ( hipnozunun) təsiri altına düşmüsüz. ( üzr isəyirəm, bu da zəifliyi göstərir) Seçin o həyat tərzini və yaşayın.)) Allah köməyiniz olsun. HÖRMƏTLƏ
  6. Nədənsə siz bu siyahıda "müsəlman kişilərinin idarə etdiyi ölkələrin" siyahısını sadalamadınız.Sizin sadaladığınız ölkələr sırasında "müsəlman kişilərinin idarə etdiyi ölkələrin" adını görmədim.Siz yaxşısı budur Avropa və Şimali Amerika və "müsəlman kişilərinin idarə etdiyi ölkələrin" bu HİV xəstəliyinin yayılma statisikasına nəzər yetirəsiniz.O ki qaldı yanlış məlumatla mənim insanları çaşdırmağıma,siz çaşmayın və azad düşüncənizlə tam müstəqil olun.) O ki, qaldı sizin 2-ci məni anlatma cavabınıza, mən heç nə başa düşmədim, yəqin mən də "müsəlman kişilərinin idarə etdiyi ölkələrdən" birinin vətəndaşı kimi "savadsızam". )) Əgər artım səviyyəsinə görə məni başa salmaq istədinizsə, onda görürəm statistikanı çox sevirsiz və buyurun "müsəlman kişilərinin idarə etdiyi ölkələrində" və sizin "inkişaf etmiş ölkələrdə" əhalinin artım səviyyəsinin statistikasına nəzər yetirin.) İnkişaf etmiş ölkələrdə insan artımı problemini yəqin sizin kimi azad düşüncələrilə tam müstəqil qadınlarımız həll edəcək. Nədənsə mənim sadaladığım meyarlardan siz yalnız 2-ni cavablandırmaq istədiniz ( HİV və artım). Sizə azad düşüncə ilə tam müstəqillik arzusu ilə.....) HÖRMƏTLƏ
  7. Да знаю что такое театр,кажется армяни изабрели. а так у меня нет юмористично охоты, а на счет серёзной беседы, вы слабак (не обижайтесь)..а слабаками я не разговариваю ( серёзно)... ну когда мне будет весело я вас сам найду ..
  8. Gözəl cavabdır! Sənin tanımadığıın insanla davranışın mənim xoşuma gəldi! Sonra da ki, həmişə hazıram başa düşməyə niyəsini.
  9. Hörmətli forum iştirakçıları, bu mövzunu açmaqda əsas məqsəd Bizim, Azerbaycan-ermenistan münasibetlerine dair fikir mübadilelerinin .rılmasına xidmət edir! Gəlin bu münasibətləri diqqətlə izləyək və müzakirə edək. Sizin fikrinizcə biz müharibəyə hazırıqmı? HÖRMƏTLƏ
  10. Хорен, признаюсь ,у вас здорово получается политическое обращение к админу ))) тоже юмористично) Комон Хорен комон))) Посмеши и удиви нас с политическо-юмористично обращениями ))))
  11. ой, не надо его так))) Он такой чувствительныйй и юмористичный))) Наверно он раньше в цирке работал)))))) Оййй я больш не могу)))) Хорену приветян)))))))))
  12. Вы проиграли Хорен ))))) Если ваш "великий" народ узнает что вы гав гав гаварите ( ой извините меня ради вашего царя Авра.. Арва... Артавдзе)))) что Основано 189 год до н. э, то они вас убют))) Великая Армения ( по нашему Зыррамания) основано тогда когда было основано МИР))) Да я слышал про эту комедию)) Но всетаки смешно))))) Ну же немного веселее Хорен))))
  13. Какой же вы единомысленный Хорен))) давайте рассказывайте нам еще анекдотов))) Расскажите нам анектод "от море до море" ))) будет интресно)) Свами не соскучешь))) Хорен ки Хорен)))))))))
  14. Чувствы да а вот "желании" нет ))) А так вы армяни всегда правы))) А беда именно в том.)) Продалжаем смеятся))) Во скажите мне Хорен, Адам и Ева тоже были армянами?))))) Ой я больше не могу ))))) Ну смейтесь же вы тоже))))
  15. Уважаемый, думаю когда вы писали-- Нет наверное все таки тряпка, тот , кто боится что бы его понимали!))) , вам не очень то смешно было и смеяяс отвечали.)) ( метод устаревший))). А так он писав вам сообшение ,может незнает урускийй язых, просто свои чувствы и желании к вам на родном языке отправил.)) а на счет А в мерику обязательно съезжу поздравить земляков и родню с признанием геноцида и независимости Гарабаха, есть такая поговорка ,Когда собака лает ей кусочик мясо кидают что бы она замалчала..))) ( извиняюсь за выражение)) Можете поздравить своих)) Ну и как вам Ку-ку?)))))) С УВАЖЕНИЕМ
  16. Когда нас спрашывают з границей от куда вы, с перва мы отвечаем з Азербайджана, а когда не узнают сразу же начинаем страна НЕФТЬя,ОЙЛ и тд...Это означает что пока нечем гардится. Можно гардится только природой и природнами ресурсами... я не буду похитрится, лично я пока НЕ горжусь что я азербайджанец. А так сами себе можем гордится. Самая лучшая хитрость это--ПРАВДА! С УВАЖЕНИЕМ
  17. Bir milləti (mədəni yolla) məhv etmək istəyirsizsə,onun DİLİNİ unutdurun! HÖRMƏTLƏ
  18. Gəlin dünya ölkələrinin bu işdə təcrübəsinə nəzər salaq.Məsələn, görəsən İngiltərə American,Avstraliya,Canada.... bu ölkələr bir-birlərinin filmlərini (cizgi,sənədli,bədii) tərcümə edirlər? və yaxud da slavyan ölkələri, Rusiya,Ukrayna,Belorusiya,Slovakiya...? Əlbəttə ki, İngiltərə ,Canada ....və Amerika qarşılıqlı olaraq öz filmlərini tərcümə etmirlər.(çünkü fərq çox azdır,səlist formada başa düşülür və yeni nəsil üçün də heç ehtiyac yoxdur). O biri tərəfdən Rusiya , Ukrayna və Belorusiya filmlərini qarşılıqlı tərcümə edirlər (çünkü fərq çoxdur,səlist formada başa düşülmür və yeni nəsilin ehtiyacı var). Bəs bizdə türkdilli ölkələrdə(Türkiyə,Azərbaycan,Türkmənistan,Özbəkistanda.....) necə olmalıdır?.Azərbaycan Türkiyədən başqa digər türkdilli ölkələrinin filmlərini tərcümə edir (çünkü fərq çoxdur). O ki qaldı Azərbaycan Türkiyə filmlərinin qarşılıqlı tərcüməsinə,BƏLİ mən də bu qərarla razıyam və düşünürəm düzgün qərardı.Azərbaycan-Türkiyə filmləri tərcümə olunmalıdır! ( düzdür fərq çox deyil,amma çox az da deyil və səlist formada başa düşülmür).Qoy TÜRK qardaşlarımız da bizdən inciməsin.TÜRKİYƏ-AZƏRBAYCAN qardaş ölkələrdi və olacaqdir ! Şəxsən mən "Əzgin" formada başa düşməkdənsa ,səlist formada başa düşməyin əlehdarıyam! HÖRMƏTLƏ
  19. "Природа" против "общества". мдаа...)) думаю "обществе" не быть против "природы"..) С УВАЖЕНИЕМ
  20. Как вы представляете себе конец света? Как это произойдет? Axirət gününü necə təsəvvür edirsiz? Həmin gün necə olacaq?
  21. Öz düşüncəsinə,idealarına və prinsiplərinə uyğun yaşamaq imkanı--XAOSDUR!Bəli insan məhdudlaşdırılır və hansısa çərçivəyə salınmalıdır.(o cümlədən kişilər də) Sadəcə olaraq qadınların məhdudlaşdırılmağı və çərçivəyə salınması kişilərə nisbətdə geniş olmalıdır.O ki,qaldı müstəqillik və azad düşüncənin bir-birinə bağlılığına,təsəvvür edin ki, hər kəs öz düşündüyünü müstəqil formada həyata keçirir.Yəqin ki, razılaşarsız ki, bu da xoşagəlməz olar. O ki qaldı QURANda yazılanların istənilən tərəfə yozulmasına,qeyd etmək istəyirəm ki,mən qeyd etdiyim anlamın yozulmağa ehtiyacı yoxdur. Siz elə dediniz ki,kişilərin idarəetdiyi müsəlman ölkələri,mən fikirləşdim yalnız bu ölkələri kişilər idarə edir,qalan ölkələri qadınlar idarə edir."Kişilərin idarə etdiyi MÜSƏLMAN ölkələri"ndə yoxsulluğun,münaqişələrin,insan hüquqlarının kobud pozulmasının,vətəndaş müharibələrinin "baş alıb getməsinin" əsas səbəbi də sizin qeyd ediyiniz "inkişaf etmiş ölkələrin" bu ölkələrə dolayı yolla təsirindən irəli gəlir.Etiraf edirəm ki,bu da "Kişilərin idarə etdiyi MÜSƏLMAN ölkələri"nin "savadsızlığından" irəli gəlir ki, "inkişaf etmiş ölkələr" onlara dolayı yolla təsir göstərir. Qadınların "tam sərbəst" olduğu "inkişaf etmiş " və "demokratik": ölkələr dedikdə nədənsə bu ölkələrdə əhalinin artım səviyyəsinin ildən-ilə aşağı düşməsi,QİÇS kimi təhlükəli xəstəliyin bu ölkələrdə sürətlə yayılması,bu ölkələrdə ailələrin tez-tez dağılmasının dəb halına düşməsi,fahişəlik (üzr istəyirəm),nədənsə "inkişaf etmiş ölkələrinin" "Kişilərin idarə etdiyi MÜSƏLMAN ölkələrindən" DONAR ölkə kimi istiadə etməsi......... yadıma düşür. Son zamanlar bu sadaladıqlarım Azərbaycanımıza da qədəm qoyub.Yəqin biz də "düzgün inkişaf" edirik.Çünkü, qadinlarımız da avropasayağı müstəqillik axtarırlar.Verdik o MÜSTƏQİLLİYİ sizə, gedin azad düşüncənizlə tam müstəqilliyinizi edin. ALLAH köməyimiz olsun! HÖRMƏTLƏ
  22. Hörmətli Elxan bəy,diqqətinizə görə sizə təşəkkür edirəm.Mən bunu bilmirdim və daha bir şey öyrəndim.Mənə elə gəlir ki, bu məlumatın ictimaiyyətə çaldırılması yaxşı olardı. HÖRMƏTLƏ
  23. Вообщем и так понятно....на предудущию фразу придумываем рифму и пишем..)) Проснулся Сегодня Рано Я...
  24. Признаюсь, я не хотел признаваться
×
×
  • Создать...