Перейти к содержимому
Скоро Конкурс!!! Торопитесь!!! ×

MeysemTemmar

Members
  • Публикации

    519
  • Зарегистрирован

  • Посещение

Все публикации пользователя MeysemTemmar

  1. estegfirullah qardash menim ne gunahim Allah Teala Ummulmomin Aisheni Qurani Kerimde gunahkar oldugunu deyir Et-Tehrim Əgər ikiniz də Allaha tövbə etsəniz, yaxşı olar. Çünki hər ikinizin qəlbi günaha meyl etmişdir. Əgər ona qarşı bir-birinizə dəstək versəniz, bilin ki, Allah, Cəbrail və əməlisaleh möminlər onun dostu və yardımçısıdır. Bunlardan başqa mələklər də onun yardımçılarıdır
  2. MeysemTemmar

    Sehabeler

    gorurem senin yalanlariva konkret cavab vermedikce ozunden lap cixirsan.Men and ice bilerem ki sen dediyin sheyi ozun oxumamisan.Indi ise bir az seni teecube getirim.Cox guman ki sen bu dediyivi Elixanin kitabindan goturmusen.Amma orda tamam bashqa bir shey yazilib Buda hemin Nehcul Belage eger lazimdirsa verim axtar tap dediyin sozleri. Onlar ancaq zənnə qapılır və ancaq yalan uydururlar.
  3. MeysemTemmar

    Ehlibeyt Kimlerdir?

    Əhli-beyt" sözü lüğətdə "ev əhli" mə'nası verməsinə baxmayaraq, istilahi mə'nada İslam Peyğəmbərinin ailəsi, övladları məfhumunu daşıyır və yalnız xüsusi şəxslərə aid edilir. Bu şəxslərin kim olması Peyğəmbərin özündən nəql olunan onlarca rəvayətdə açıq-aşkar bəyan edilmişdir. http://enfal.de/muslim/muhtelif/indexana.htm 37- (...) Bize Muhammed b. Bekkâr b. Reyyân rivayet etti. (Dedi ki) : Bize Hassan (yâni İbni İbrahim) Saîd'den (bu zat İbni Mesruk'dur), o da Yezid b. Hayyan'dan, o da Zeyd b. Erkam'dan naklen rivayet etti. Zeyd şöyle demiş ; Onun yanma girdik ve kendisine : Gerçekten sen çok hayır gördün. Gerçekten Resûlüllah (Sallallahü Aleyhi ve Sellem) "m sohbe­tinde bulundun ve arkasında namaz kıldın... dedik. Ve râvi hadîsi, Ebû Hayyan'm hadîsi gibi nakletmiştir. Yalnız o şöyle demiştir : «Dikkat edin, ben sizin aranızda iki ağır yük bırakıyorum. Bun­ların biri Allah (Azze ve Celle)yn\n kitabıdır. O Allah'ın ipidir. Her kim ona tâbi olursa doğru yolda ve kim terkcderse delâlette olur.» Bu hadîsde şu ibare de vardır : «Bunun üzerine biz : __ Onun ehl-i beyti kimlerdir? Kadınları mı? dedik. Zeyd : __ Hayır! Allah'a yemin olsun! Hakikaten kadın zamanın bir kısmın­da erkekle beraber olur. Sonra onu boşar da, kadın babasına ve kavmine döner. Onun ebl-i beyti, aslı ve ondan sonra sadakadan mahrum olan asa-besidir.» dedi.»Resûlüllah (Sallallahü Aleyhi ve Sellemj'in Kitabullah ile ehl-i beyti hak­kında iki ağır yük tâbirini kullanması bunların sânı ve ehemmiyeti bü­yük olduğu içindir, Bazı ulemâya göre bu hususdaki amel ağır olduğu için bu tâbiri kullanmıştır. Sadakadan murad zekâttır. . Goründüyü kimi Səhih Muslimdə acıq aşkar deyilib əhli beytə qadınlar daxil deyil.
  4. ay sag ol onda yazanda bir az diqqetli yaz sehvlere yol verme!Peygmber(s) sunneti ise namazlarda eli aciq qilmaq idi.Qalan sheyler ise bosh sheydir!Namaz oyuncaq deyil ki onu 3-4 cur qilasan!
  5. a kishi bosh bosh ne danishirsan?Beyem sen Peygember(s) butun elediyini edirsen?Eger yox onda senin mentiqinle Allahin dushmenisen,cunki Allah Resuluunun sunnetlerini terk etmisen!
  6. MeysemTemmar

    Sehabeler

    1.Bele bir shey NehculBelagede yoxdur yalan danishma!Eger subutn varsa hec olmasa hemin xutbenin adini ver baxaq! Qardash yadda saxla Imam Ali(e) shexsi isteyi yox idi imam Ali(e) her ne edirdise Allaha xatir edirdi.Bide sizin mentiqinize esasen onda ibniMulcem(len)hec bir sehv ish gormeyib beleki o shexsde nefsin qurbani olub imami qetle yetirib.
  7. RƏHMAN VƏ RƏHİM ALLAHIN ADI İLƏ __350___399_RAB.doc İslamın təlim-tərbiyə sistemində tərk edilməsi vacib buyurulan əsas məsələlərdən biri şərabdır. Şərab ərəb sözü olub, içki mənasını ifadə edir. Lakin bir termin kimi, şərab dedikdə məstedici içkilər nəzərdə tutulur. Biz bu kiçik yazıda öncə şərabın insan həyatına vurduğu ziyanlardan söhbət açacaq, sonra isə məsələni Quran və şəriət baxımından izah etməyə çalışacağıq.
  8. gorunduyu kimi hec kes Tovbe suresi 40 ayeni inkar elemir ,sadece bu ayeni duzgun basha dushmek lazimdir
  9. Әhli-sünnə qardaşlarımız Әbu Bəkrin bu xilafətə başqalarından daha layiqli və əfzəl olduğunu deyirlər. Bu ləyaqət və fəzilətin isbat olunması üçün onlar bə᾿zi dəlillərə istinad etmişlər. Biz bu dəlillərlə tanış olur, onları bir-bir təhlil və mülahizə edirik. Әhli-sünnə məzhəbləri ilk növbədə Әbu Bəkrin Peyğəmbər (s) hicrət edərkən onunla birlikdə olmasını və bu barədə müqəddəs Qur᾿ani-Kərimdə ayə nazil olmasını onun ən böyük fəzilətlərindən sayırlar. Onlar bu ayəni iftixar hissi ilə təkrar-təkrar oxuyur (Məşhur Misir qarisi mərhum Әbdül-basit Məhəmməd Әbdüssəməd bu ayəni bir məclisdə 5 dəfə qiraət edir) və ayədən aşağıdakı müsbət nöqtələri çıxarırlar: «Onu (Peyğəmbəri) kafirlər (Məkkədən) çıxardıqları zaman, iki nəfərdən biri olduğu halda Allah ona kömək etdi. O iki nəfər (Peyğəmbər və Әbu Bəkr) mağarada gizləndikləri zaman öz yoldaşına dedi: Qorxma Allah bizimlədir. Allah ona rahatlıq verdi və onu gözəgörünməz bir ordu ilə müdafiə etdi».Tovbe:40 1. Peyğəmbər (s) Әbu Bəkri özü ilə ona görə .rdı ki, özündən sonra xəlifə olacaq bir şəxs müşriklər tərəfindən öldürülməsin. 2. Allah-taala Özü Әbu Bəkri Qur᾿ani-Kərimdə Peyğəmbərə yoldaş adlandırmışdır. 3. Ayədə Peyğəmbər (s) Әbu Bəkrə «Allah bizimlədir» deyir. Bu isə Allahın Әbu Bəkrlə olmasını göstərir. 4. Ayədə buyurulur ki, Allah-taala Әbu Bəkrə rahatlıq verdi. Qeyd olunan müsbət nöqtələri sıra ilə bir-bir nəzərdən keçirək: 1. Peyğəmbər (s) Әbu Bəkri özü ilə nə üçün .rdı? Әgər həqiqətən Peyğəmbər (s) Әbu Bəkri öz gələcək xəlifəsini qorumaq məqsədi ilə .rırdısa, bəs nə üçün digər xəlifələri, o cümlədən Ömər, Osman və Әlini özü ilə .rmadı? Xatırladırıq ki, əhli-sünnə məzhəbləri bu dörd xəlifəni eyni səviyyədə və heç bir fərq qoymadan qəbul edirlər. Әhli-sünnə məzhəblərinin əqidəsinə görə Peyğəmbər (s) heç bir kəsi xəlifə tə᾿yin etməmişdir. Müsəlmanlar hər bir şəxsi xəlifə seçərsə (icma), onun itaəti hamıya lazımdır. Bu əqidə ilə təhlil etdiyimiz fikir bir-birinə tamamilə ziddir. Әhli-sünnə tarixçisi Təbəri öz tarix kitabının 3-cü cildində yazır: «Әbu Bəkr həzrət Peyğəmbərin (s) evinə gəlib həzrəti soruşduqda, Әli ibn Әbu Talib, Peyğəmbərin (s) getdiyi yolu ona göstərdi. Әbu Bəkr sür᾿ətlə həzrətin dalınca yollanaraq yolda ona çatdı. Onlar birlikdə mağaraya getdilər...» Hətta bə᾿zi əhli-sünnə alimləri yazırlar ki, Peyğəmbər (s) Әbu Bəkrin müşriklərə xəbər verəcəyindən qorxub onu özü ilə .rdı. Məşhur əhli-sünnə alimi Şeyx Әbul Qasim ibni Səbbağ «Әn-nuru vəl-bürhan» kitabında Məhəmməd ibni İshaqdan, o isə Həssan ibni Sabitdən nəql edir: «Hicrətdən əvvəl ümrə ziyarəti üçün Məkkəyə getmişdim. Kafirlər Peyğəmbəri (s) və müsəlmanları söyür, incidirdilər.... Peyğəmbər (s) Әliyə əmr etdi ki, gecə onun yatağında yatsın. Sonra Әbu Bəkrin müşriklərə xəbər verəcəyindən qorxub onu da özü ilə götürüb mağaraya getdi...» 2. Allah-taalanın Qur᾿ani-Kərimdə Әbu Bəkrə Peyğəmbərin (s) yoldaşı deməsi heç bir fəzilət daşımır. Әrəb dilində yoldaş mə᾿nasını ifadə edən «sahib» kəlməsi Qur᾿ani-Kərimdə kafirlərin barəsində də dəfələrlə işlədilmişdir. Misir hökmdarının zindanında həbsdə olarkən Yusif peyğəmbərin digər iki cavan məhbusa «yoldaş» deməsi Qur᾿ani-Kərimdə belə ifadə olunur: «Ey mənim zindan yoldaşlarım, müxtəlif və çoxsaylı Allahlar (bütlər) yaxşıdır, yoxsa vahid və güclü Allah!?» (Yusif–39). Ayənin mə᾿nasından aydın olduğu kimi, bu iki cavan (padşahın aşpazı və şərab paylayanı) kafir və müşrik idilər. Lakin Qur᾿an onları Yusif peyğəmbərin yoldaşı kimi təqdim edir. Qur᾿ani-Kərim biri mö᾿min, digəri kafir olan iki nəfərin (iki qardaş olmaları ehtimal olunur) mübahisəsini Kəhf surəsində bəyan edərkən kafir şəxsi mö᾿min şəxsə «yoldaş» adlandırır: «Ona (kafir şəxsə) öz yoldaşı nəsihət edərək dedi: Səni torpaqdan, sonra nütfədən (sperma) yaradan, sonra səni kişi qərar verən Allaha kafir olursan?»Kehf:37 Gördüyünüz kimi bir şəxsin Peyğəmbər və ya mö᾿min bir şəxslə «yoldaş» olması ona heç bir fəzilət və üstünlük gətirməz. 3. Peyğəmbərin (s) – Allah bizimlədir – deməkdə məqsədi nə idi? Әvvəla Allahın bir şəxslə olması onun haqq və fəzilət sahibi olmasına dəlalət etməz. İslam e᾿tiqadına görə Allah-taala yaxşı və pisliyindən asılı olmayaraq, bütün insanlarladır, onlara şax damarlarından belə yaxındır: «Görmürsən (bilmirsən) ki, Allah göydə və yerdə olanları bilir? Üç nəfər pıçıltı edərsə, dördüncü Allahdır (ki, onları eşidir). Beş nəfərdirlərsə, altıncısı Allahdır....»Mucadile:7 Әgər burada «Allah bizimlədir» kəlməsinin tərəfdarlıq mə᾿nasında olduğunu desək, yenə də mütləq bir fəzilət ortaya çıxmır. Belə ki, Әbu Bəkrin Peyğəmbərlə (s) hicrət etməsi sözsüz ki, müsbət bir əməl idi. Bu işdə Allahın onlarla olmağında şübhə yoxdur. Allahın onlarla olması Әbu Bəkrin şəxsiyyətinə görə yox, həmin işin əhəmiyyətinə görə idi. Hər hansı bir şəxs o zaman Peyğəmbərlə (s) birgə olsaydı, bu kəlmə ona da aid olardı. Bu o deməkdir ki, Allahın həmin zaman Әbu Bəkrin tərəfində olması ona mütləq bir fəzilət gətirmir və bütün zamanlarda belə olduğuna dəlalət etmir. 4. Ayənin sonunda «Allah ona rahatlıq verdi» cümləsində kim nəzərdə tutulur? Ayədə heç bir ad çəkilmədən «o» əvəzliyindən istifadə olunur, ilahi kömək və rahatlıqdan danışılır. Heç bir əlamət və izah olmadan əvəzliyi məhz Әbu Bəkrə aid etmək qrammatik qaydalarla uyğun gəlmir. Daha sonra buyurulan «və onu gözə görünməz bir ordu ilə müdafiə etdi» cümləsi açıq şəkildə göstərir ki, bu rahatlıq Peyğəmbərə (s) nazil olmuşdur. Şübhəsiz ki, Allah-taala gözəgörünməz bir ordu ilə Öz peyğəmbərini müdafiə etməsindən söhbət açır. Qarşıya belə bir sual çıxır: Peyğəmbərin (s) qeyd olunan rahatlığa, ilahi köməyə ehtiyacı var idimi? Cavab: Məqam və şəxsiyyətindən asılı olmayaraq, bütün insanların ilahi köməyə, çətinlik zamanı ruhi təskinliyə (Allah tərəfindən) ehtiyacı vardır. Qur᾿ani-Kərimin digər ayələri bu həqiqəti təsdiq edir: «Sonra Allah Öz təskinlik və rahatlığını Rəsuluna və mö᾿minlərə əta etdi....»Tovbe:26 Әhli-sünnə qardaşlarımızın bu ayədən istifadə edərək üzə çıxardıqları nöqtələri təhlil etdikdən sonra ayədə mövcud olan digər bir həqiqəti də aşkarlamaq yerinə düşərdi. Ayədə deyilir: O iki nəfər mağarada olarkən Peyğəmbər (s) öz yoldaşına (Әbu Bəkrə) dedi: Qorxma, Allah bizimlədir. Ayədə açıq şəkildə Peyğəmbərin (s) Әbu Bəkrə «qorxma» deməsi onun bu zaman qorxduğundan xəbər verir. Çünki, Peyğəmbərin qorxmayan bir şəxsə «qorxma» deməsi əbəs və mə᾿nasız görünür. «Allahın dostları (ona qəlbən bağlı olan kəslər) qorxu və qəmginlik bilməzlər»Yунис-62 Bu ayə Әbu Bəkrin nə dərəcədə Allah dostu olmasını çox gözəl bəyan edir.
  10. MeysemTemmar

    Duzgun Destemaz

    NƏ ÜÇÜN DƏSTƏMAZ ALDIQDA, AYAQLARI YUMAMAQ-MƏSH ÇƏKMƏK LAZIMDIR? Sual: Nə üçün Əhli-sünnə məzhəbinin ardıcılları dəstəmaz alarkən, ayaqlarını yuyur, Əhli-beyt məzhəbinin ardıcılları isə məsh cəkirlər? Cavab: Bu suala cavab verməzdən əvvəl, bir neçə məsələyə diqqət yetirmək lazımdır: 1-Bütün müsəlmanlar (həm Əhli-sünnə, həm də Əhli-beyt məzhəblərinin ardıcılları) Allahın kitabına (Qurana) və Peyğəmbərin (s) sünnəsinə əməl etməyə çalışırlar. Allah-taala müqəddəs Quranda buyurur: يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا قُمْتُمْ إِلَى الصَّلَاةِ فَاغْسِلُوا وُجُوهَكُمْ وَأَيْدِيَكُمْ إِلَى الْمَرَافِقِ وَامْسَحُوا بِرُءُوسِكُمْ وَأَرْجُلَكُمْ إِلَى الْكَعْبَيْنِ "Ey iman gətirənlər! Namaza durduğunuz zaman üzünüzü və dirsəklərlə birlikdə əllərinizi yuyun. (Yaş əlinizlə) başınızı və hər iki bəndə (oynağa) qədər ayaqlarınızı məsh edin."Maidə surəsi, 5/6. Müsəlmanlar arasında mövcud olan ixtilaf və fikir ayrılığı isə onların hər hansı bir məsəsləni müxtəlif cür başa düşmələrindən irəli gəlir. Qeyd olunmuş ayə də o məsələlərdən biridir. 2-Hal-hazırda Əhli-sünnə məzhəbinin ardıcılları dəstəmazda ayağı yumağı vacib bilirlər. Fəxri Razi bu ayənin (فاغسلو وجوهكم) təfsirində belə yazır: "Dəstəmazda ayağı yumaq, yoxsa məsh etmək haqqında dörd nəzər söylənilib: A. Ayağı yumaq lazımdır; B. Məsh etmək lazımdır; C. Ya məsh etmək və yaxud yumaq lazımdır; D. Həm məsh etmək və həm də yumaq lazımdır; 3-Əhli-sünnə məzhəbinin rəvayətləri arasında əksər rəvayətlər yumağa dəlalət etsə də, bəzi rəvayətlər məsh çəkməyi lazım bilirlər. Təbəri öz təfsir kitabında bu barədə 10 hədis nəql edir ki, o hədislərin birində İbn Abbas deyir: الوضو غسلتان و مسحتان «Dəstəmaz iki yumaq (üz və əllər) və iki məshdən (baş və ayaqlar) ibarətdir».Təfsiri Təbəri, 6/82. Həmçinin, Ənəs, Əkrəmə, Şəbi, Amir və Qutadənin dediklərinə əsasən; -«Dəstəmazda ayaqları yumaq yox, məsh cəkmək lazımdır».Təfsiri Təbəri, 6/82. Dəstamaz barəsində istinad edilən ayə belədir: يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا قُمْتُمْ إِلَى الصَّلَاةِ فَاغْسِلُوا وُجُوهَكُمْ وَأَيْدِيَكُمْ إِلَى الْمَرَافِقِ وَامْسَحُوا بِرُءُوسِكُمْ وَأَرْجُلَكُمْ إِلَى الْكَعْبَيْنِ "Ey iman gətirənlər! Namaza durduğunuz zaman üzünüzü və dirsəklərlə birlikdə əllərinizi yuyun. (Yaş əlinizlə) başınızı və hər iki bəndə (oynağa) qədər ayaqlarınızı məsh edin."Maidə surəsi, 5/6. Əhli-sünnə alimlərinin fikrincə, «ارجلكم» sözü «وجوهكم» sözünə ətf olunmuşdur. Belə ki, «وجوه» - yəni üzlər yuyulmalı olduğu kimi, «ارجل» - yəni ayaqlar da yuyulmalıdır. Lakin, Əhli-beyt məzhəbi alimlərinin fikrincə, «ارجلكم» (ayaqlarınız) sözü, «رُءُوسِكُمْ» (başlarınıza) sözünə ətf olunur və «رُءُوسِ» (başlar) məsh olunduğu kimi, «ارجل» (ayaqlar) da məsh olunmalıdır. Onlar deyirlər ki, «ارجلكم» (ayaqlarınız) sözü «رُءُوسِكُمْ» (başlarınız) sözünün yanındadır və ərəb qrammatikasına əsasən, o, ən yaxın sözə - «رُءُوسِكُمْ» sözünə ətf olunmalıdır. Buna görə də ayaqlara məsh çəkilməlidir. Burada cavab verilməsi lazım olan bir sual meydana çıxır: Əgər Əhli-beyt məzhəbi alimlərinin dediyi kimi, «ارجلكم» (ərculəkum) sözü, «رُءُوسِكُمْ» (ruusikum) sözünə ətf olunmuşsa, bəs nəyə üçün məcrur yəni, "ərculikum" deyildir? Bu sualın cavabı ərəb qrammatikasıyla tanış olanlara məlumdur. Ərəb qrammatikasında iki növ ətf vardır: 1-Zahirə olunan ətf; 2-Məhəllə olunan ətf. Məlum olduğu kimi, «بِرُءُوسِكُمْ» (bi ruusikum) sözü, "وامسحوا" (vəmsəhu) felinin məfuludur (tamamlığıdır) və əvvəlində gələn "bi" şəkilçisi isə zaiddir. Həmçinin, bütün məfullar mənsub olmalıdır. Əgər, «بِرُءُوسِكُمْ» (bi ruusikum) sözü əvvəlinə "bi" şəkilçisi gəldiyi üçün zahirdə məcrurdursa, deməli, məhəllən mənsubdur. (Ərculəkum) «ارجلكم» sözü də onun məhəllinə ətf olaraq, onun kimi mənsub olmuşdur. Digər tərəfdən məşhur yeddi qari (Quran oxuyan alimlər), «ارجلكم» (ərculəkum) sözünün həm məcrur (yəni; ərculikum) və həm də mənsub (yəni; ərculəkum) kimi oxunmasını düzgün hesab etmişlər. Elə buna görə Davud İsfahani kimi bəzi sünni fəqihləri dəstamaz alarkən ayaqları həm yumağı və həm də məsh çəkməyi düzgün hesab edirlər. Bütün bunlardan əlavə, İslam Peyğəmbərinin (s) vəsiyyətinə əsasən, Onun Əhli-beyti (ə) bütün sahələrdə müsəlmanlar üçün qayıdış yeri kimi tanıtdırılmışdır ki, onlardan biri də müqəddəs Quranın müxtəlif ayələrinin izahından ibarətdir. Əhli-beytdən (ə) nəql olunmuş hədislərdə isə ayaqların yuyulmasına deyil, məsh çəkilməsinə göstəriş verilmişdir.
  11. MeysemTemmar

    Sacda Hara Olar?

    1-Əhli-beyt məzhəbi ardıcıllarının fikrincə, namazda səcdə, yerə (torpağa, daşa və s.) və yaxud yerdən çıxıb yeməli (və geyinməli) olmayan şeylərə edilməlidir. Onların daha üstünü isə torpaqdır. Çünki, səcdə etmək Allah qarşısında kiçilmək və ona hədsiz dərəcədə təzim göstərmək deməkdir. Namaz qılan insan özünün ən şərəfli üzvü olan alnını torpaq üzərinə qoymaqla məbuduna nəhayətsiz bəndəliyini göstərir. 2-Əhli-beyt məzhəbi ardıcılları möhürə səcdə etməyi, İslam peyğəmbərinin (s) və ilkin müsəlmanların torpağa, daşa və həsirə səcdə etmələri ilə əlaqələndirirlər. Məlum olduğu kimi o zaman ev və məscidlərin döşəməsi daş və torpaqdan olmuş, bə`zən isə üzərinə həsir sərilmişdir Bəzi yerlərdə mövcud olan qoyun dərisinədən isə oturmaq üçün istifadə edilirmiş. Təbii ki, belə bir şəraitdə möhürə ehtiyac duyulmamış və yerdə olan torpaq, daş, qum və həsir üzərində səcdə edilmişdir. Lakin, zaman ötdükcə bütün məscid və mənzillərin döşəmələri üzərinə pambıq və yun xalılar, palazlar sərilmiş və səcdə məsələsi problemə çevrilmişdir. Məhz buna görə də Əhli-beyt məzhəbi ardıcılları bir qədər pak torpağı möhür formasında düzəldib, namaz qılarkən onun üzərinə səcdə edirlər. Onlar bununla həm torpağa səcdə edir, həm də namazın lazımi şərtlərindən biri kimi, səcdə yerinin paklığına yəqin etmiş olurlar. 3-Əhli-beyt məzhəbi ardıcılları bu iddialarını subut etmək üçün Əhli-beyt imamlarından (ə) nəql olunan çoxlu hədislərə istinad edir və inanırlar ki, Peyğəmbər və onun səhabələri də daş və torpağa səcdə etmişlər. Biz burada yalnız təsdiq üçün Əhli-sünnə mənbələrində mövcud olan bəzi hədisləri göstərmək istəyirik. Bu hədislərlərdə Peyğəmbər (s) və səhabələrin necə səcdə etmələri bəyan olunmuş, paltar və əmmamənin bir hissəsinə səcdə etmək qadağan edilmişdir: A-Əhməd ibn Hənbəl öz «Müsnəd» kitabında belə rəvayət edir: «Cabir ibn Abdullah əl-Ənsari deyir: "Mən Peyğəmbərlə (s) birgə Zöhr namazını qılırdım. Hava isti olduğundan yerdən bir ovuc xırda daş götürür və soyutmaq üçün onu bir ovcumdan o biri ovcuma qoyurdum. Sonra həmin daşları qarşıma qoyub səcdə edirdim».Əl-Müsnəd, 2/327 Aydın məsələdir ki, əgər yerdən başqa bir şeyə səcdə etmək düzgün olsaydı, Peyğəmbərin (s) əhabələri də öz paltarlarına səcdə edər və isti daşları soyutmaq üçün bu qədər əziyyət çəkməzdilər. B-Rəvayət olunmuşdur ki, Peyğəmbər (s) səcdə edən zaman əmmaməsini alnının üstündən yuxarı çəkərdi. Ət-Təbəqatul-kubra, 1/151 C-Abdullah ibn-Abbas deyir: «Peyğəmbər (s) həsir üzərinə səcdə edirdi». Əl-Müsnəd, 1/269 Həmçinin, bu sözü təsdiq edən rəvayətlər, Ənəs ibn Malik, Ayişə, Ümmü Sələmə, Məymunə, Ümmü Səlim və Abdullah ibn Ömərdən də nəql olunmuşdur. Əhli-beyt məzhəbi ardıcıllarının bu barədə fikri ilə tanış olduqdan sonra iki məsələyə diqqət yetirmək lazımdır: 1.Əhli-beyt məzhəbi ardıcıllarının fikrincə, səcdə yalnız yerə olmalıdır. Əhli-sünnə məzhəbi isə yerdən əlavə paltar, xalça və s. şeylərə də səcdə etməyi düzgün hesab edirlər. 2. Bütün müsəlmanlar səcdəni aləmlərin Rəbbi üçün sonsuz təzim və ehtiram əlaməti kimi başa düşürlər. Buna görə də xalça və səccadəyə səcdə etmək onlara ibadət etmək sayılmadığı kimi, möhürə (daha doğrusu möhür üzərində) səcdə etmək də ona ibadət etmək sayıla bilməz. Sadəcə olaraq, namaz qılan insan alnını möhür üzərinə qoyaraq yenə də Allah üçün səcdə etmiş olur. Deməli, möhürə səcdə etməklə möhür üçün səcdə etmək arasındakı böyuk fərqə diqqət yetirmək lazımdır. وَ السَّلاَمُ عَلَى مَنِ اتَّبَعَ الْهُدَى “Doğru yola tabe olanlara salam olsun”
  12. Ne olsun?Muhemmed ibni EbuBekrde EbuBekrin oglu idi amma bacisi Aisheden ferqli olaraq imam Ali(e) dushmeni yox dostu idi!
  13. Самопознание значит познание заложенных внутри качеств и талантов, их познание и применение на пути Аллаха. Для этого надо познать свое начало, нынешнее положение и свой конец. Имам Али (а) сказал: «Да простит Аллах того, кто знает, откуда он, где он и куда направляется». Есть много методик нахождения себя. Ислам предлагает путь ирфана (урфана). Тот, кто удостаивается, пройти этот путь или некоторые его стадии, называется ариф, т.е. «познавший». Ислам, для познания мира и истины, использует три метода, которые заключаются в следующем: 1) чувства, важнейшими из которых являются зрение и слух; 2) разум и интеллект, которые в ограниченной мере способны познать истину; 3) откровение, которое является средством связи избранных с другим миром. Чувство и разум характерны для всех. Люди могут использовать эти два метода в познании мира, а также в понимании шариата. Третий метод характерен для тех, кто заслужил особое внимание Бога, явными примерами которого являются Пророки. Про эти методы упоминают аяты Корана. Например, про чувство и разум сказано: «Аллах вывел вас из чрева ваших матерей в тот миг, когда вы ни о чем не ведали. Затем Он наделил вас слухом, зрением, сердцами, - быть может, вы будете благодарны» (16:78). Слово аф’идатун в арабском языке является множественным числом слова фуад, слова сам’ун - слух, и абсар - зрение символизируют человеческий разум и интеллект. Человек должен использовать слух, зрение и разум во благо и тем самым быть благодарным. Человек пути, для познания мира и религиозных доктрин, использует чувство, но в большинстве случаев чувственные познания являются основанием для решения разума. Он также использует свой разум для познания Бога, Его атрибутов и действий.
  14. ABDULEZIZ222,Burhan iddia elediniz ki bu shexs shiyelerin boyuk alimi olub.SAHIBB qardashda isbat eledi ki bu cur insan olmayib ve bu ucuz,yalanci bir tebligatdir.Sizin bu delillere qarshi bir sozunuz var ya yox?
  15. SAHIBB qardash seni xosh gorduk forumda Allah seni hifz elesin!Melumetin ise heqiqetende cox deyerlidir Allah razi olsun.
  16. MeysemTemmar

    Sehabeler

    صحيح الترمذى ج 2 ص 209- روى بسنده عن عمرو بن ابى سلمة ربيب النبى (ص) قال: لمّا نزلت هذه الآيه على النبى (ص) «انّما يريد الله ليذهب عنكم الرّجس اهل البيت و يطهّركم تطهيرا» فى بيت ام سلمة فدعا فاطمة و حسناً و حسيناً فجلّلهم بكساء و على (ع) خلف ظهره فجلّلهم بكساء ثم قال: اللّهمّ هولاء اهل بيتى فاذهب عنهم الرجس و طهّرهم تطهيراً قالت ام سلمة: و انا معهم يا نبىَّ الله؟ قال: انت على مكانك و انت على خير. Перевод: В книге «Сахих» /том 2, стр. 209/ Термези привел хадис с передатчиками, восходящими к Амр ибн Аби Саламе Рабибу (сыну жены Пророка Ислама). Он говорит, что когда был ниспослан аят «Татхир» в доме Ум Саламы, посланник Аллаха позвал к себе Фатиму, Хасана и Хусейна (мир им всем!), затем накрыл их своей накидкой, а Али (ДБМ) был за Пророком. После того, как Пророк накрыл их всех накидкой, он изволил сказать следующее: «О, Аллах, они мое семейство, очисти же их очищением!». Ум Салама говорит: «Я сказала: «О, Пророк Аллаха! Я тоже с ними?» Посланник Аллаха изволил сказать: «Ты оставайся при своем положении, и ты в добре».
  17. yazilarin mene tanish gelir bu forumda evveler yazirdin?
  18. ozun oxumusansa buyur bizide melumatlandirGorek bu Musevi kimdir,harda anadan olub,ustadlari kim olub,atasinin adi ne olub ve sair
  19. axmaq muqaise ve misal!Bezi Allaha aid olan xusiyyetler var ki Allah Teala hemin xususiyeti oz bendelerine vermishdi.Misal ucun olunu diriltmek yalniz Allaha aid olan bir xusuiyyetdir.Amma Isa(e) Allahin izni ile oluleri dirildib.Salavat qaldiqda ise Ebu Davudda bashqa bir hedis var.
  20. MeysemTemmar

    Sacda Hara Olar?

    qardash shiye fiqhine gore musetheb namazlari ayaq uste,mashinda,gemide,teyyarede mohursuz qilmaq olar
  21. deyirsen o barede movzu acaq?Qardash bilmirem senin nece yashin var amma cox primitiv sohbetler .rirsan!Movzunun adi Abdullah Seba deyil Huseyn Musevidir.Eger sende oz eqide qardshinla bu barede eyni fikirdesense onda suallara cavab vere bilersen! Сообщение #1 Al-Fath qardash qesheng suallar qoyub buyur cavabiniz gozleyirik
  22. Ayatullah Qəzvini bu cür insanın olub olmadiğıni araşdırıb və nəticə bu olub ki belə bir insan olmayıb!
  23. MeysemTemmar

    Sacda Hara Olar?

    a bala sənə min dəfə demişəm ki boş boş şeylər yazma!Bəyəm sünnədə turk xalcasına səcdə eləmək var?Ya mescidin minarələrini ucaltmaq var?
  24. MeysemTemmar

    Falçılar

    Məlahətnən işiniz olmasın qonşumdur Hətta yaxınlardan bir nəfər yanına getmişdi başdan ayağa fırıldaq.
  25. Qardash sen getirdiyin shey nagildir.Orda hemin dediyin alimi heyatindan demek olar ki hecne yoxdur.Senden bide sorushuram hemin alimin shekli,cixishlari,doguldugu kuce,ev,ustadlari kim olub?
×
×
  • Создать...