-
Публикации
552 -
Зарегистрирован
-
Посещение
-
Days Won
1
Все публикации пользователя Malik Eshter
-
İlk sual! Şübhəsiz ki, mömin kişi və qadınları (dinlərdən döndərmək üçün) bəlaya düçar edən, sonra da tövbə etməyən kimsələri cəhənnəm əzabı və yandırıb-yaxın atəş əzabı gözləyir.(Buruc surəsi-10-cu ayə) Burada iki əzab yan-yana gəlmişdir. 1.Cəhənnəm əzabı 2.Yandırıb-yaxın atəş əzabı Demək ki, ayrı-ayrı şeylərdir. 2-cinin anlamı aydındır.Bəs onda Cəhənnəm əzabı nə deməkdir? İstərdim ki ilk öncə bunun nə anlama gəldiyi barədə sizin fikrinizi öyrənim.Sonra isə ayənin haqqını verməyə çalışaq.
-
Bismillahir Rəhmanir Rəhim! Əssəlamu aleyküm əziz mömin bacı və qardaşlar! Hrə bir möminin də bildiyi kimi QURAN İNSAN üçün nazil omuşdur.Quran ləfzi bir kəs mənası Qiyamətə qədər nazil olan kitabın adıdır.Əgər sən Qurana nazil olarsan Quran da sənə nazil olar.Biz əgər Quranı universitet illərindən adət etdiyimiz diplom işləri, kurs işləri, elmi işlər kimi rəf kitabı olmaqdan çıxarsaq və Qurana yeni bir gözlə, yeni bir baxışlarla baxsaq nələr anlayacağıq nələr. Qardaşlar o zaman işlər 180 dərəcə dəyişir.Məgər illərlə bizim anladığımız ayələr tamamən başqa bir anlam daşıyırmış. Bunun üçün də mən bu qərara gəlib Təfsir anlamında bəzi müşkül ayələrlə əlaqəli sual-cavab guşəsi açmaq qərarına gəldim.Sizdən də xahişim də budur ki Quran ayələri ilə anlamadığımız, ağlımızda sual işarəsi kimi duran ayələri bir-birimizdən soruşub cavab axtaraq və yardımlaşaq. Əlbət ki, heç bir insan bu ayənin anlamı sadəcə olaraq budur deyə bilməz.Çünkü ayələr anlam yükümlüdür. Allahu Təala (c.c) ayələrə o qədər anlamlar yükləyib ki, bir insan ömrü ona yetməz, min insan ömrü ona yetməz ki, onu anlasın. Sadəcə bizlərin üzərinə düşən odur ki, ayələrin haqqını verərək, usuluna uyğun, böyük alimlərin ayələr üzərində sərf etdiyi əməyi tapdalamadan öyrənək.
-
Allah səndən razı olsun.Davam etdir.
-
Allah səndən razı olsun.Davam etdir.
-
Xususen de 1960-1980 ci illerde Turkiye hakimiyyeti choxlu kommunist qirdi, yoxsa Turkiyede indi eqide baximdan kommunistler choxluqda idi. Sen gəl mövzunu qarışdırma.Qurana və Mühəmməd Peyğəmbərə(s.ə.s) atdığın böhtanları cavablandır.
-
Elece de Mehemmed peygember ushaqliqda tacir ailesi ile seyahete tez-tez chixdiqindan mushahide etmek hissi onda guclu olmushdur. Ele bu sebebdende Quranin bezi maddelerinde Chin ve Hindistan medeniyyetinden insanliqa aid olan elmi melumatlara rast gelirik. Ikinci terefden Quranin esli var ya yox bele sual altindadir. Saxla düşən var.Əvvəla Tarix kitablarında Mühəmməd Peyğəmbər (ə.s)-ın 2 dəfə ticarət etməsi barədə məlumat var. Və bu sərhədlərin də Suriyadan uzağa olmaması da məlumdur. Quranın əsli olub olmaması barədə məlumatı da sən nə cür təsdiq edə bilərsən ki? Bir kərə sən Allahı qəbul etmirsən. Haradandir o fakt ki quran onun dediyi kimi kochurulub + onun olumunden sonra. Diger terefden eger Mehemmed peygember qurana bele onem verirdise neye gore Yazili vesiyyet qoymamishdir ki quran yaziya alinsin. Bu suallarin cavablari meni maraqlandirir. İlk öncə sən yenə kor gözünü aç və Peyğəmbər tarixini(siyərləri) yaxşı oxu.Hələ Peyğəmbərin öz sağlığında Qurani Kərimin katibləri (yazıya alanlar) və hafizləri (yadda saxlayanlar) var idi. Bunlar Əbu Musa əl-Əşari, Hz.Əli(ə.s), Osman ibn Əfvan, Übeyy, İbn Məsud,Zeyd, Əbu Dərda və sairləri idi. Məşhur tarixçi alim Zərkeşi ozünün Əl-burhan adlı əsərinin 1-ci cildinin, 242-243-cü səhifələrində qeyd edir ki, bu adları sadalanan 7 şəxs Hz.Peyğəmbərin sağlığında vəhi əzbərləyib hifz edib, yazıya alaraq Hz.Peyğəmbərə təqdim etmişlər.
-
Təcvid 1)HƏRF-İ MƏDD: Keçən bəhslərdən də gördüyümüz kimi kəlimə olaraq "uzatma hərfi" deməkdir. Uzatma hərfləri üç ədəddir. Bunlar: a) Vav - و b) Yə - ي c) Əlif - ا a) VAV HƏRFİ :Bəs vav hərfi nə zaman hərfi mədd (uzatma hərfi ) olur? - Vav hərfi sakin (hərəkəsiz) olub özündən öncəki hərfin hərəkəsi də dammə (ُ_) olarsa, o zaman vav, hərf-i mədd olar və bir əlif miqdarı uzadılır.Misallar كَانُوا ، كَفَرُوا ،مُتُوا ،جُوا ،قُوا quu, cuu, mutuu, kəfəruu, kanuu b) YƏ HƏRFİ: "Yə" hərfi nə zaman hərfi mədd olur? "Yə" hərfi sakin(hərəkəsiz) olub, özündən əvvəlki hərfin hərəkəsi "kəsrə" olarsa o zaman "Yə " hərfi , hərfi mədd olur. Yəni digər bir deyişlə "Yə " hərfi bir əlif miqdarı uzadılaraq oxunur. Misallar فِي، لِي، سِي، طِي، غِي، مِي mii, ğii, tii, sii, lii, fii c)ƏLİF HƏRFİ-əlif hərfi də sakin (hərəkəsiz) olub özündən əvvəlki hərf "fəthə" َ_ olarsa , hərfi mədd olar. Əlif də bir əlif miqdarı uzadılaraq oxunar.Misallar مَا، كَا، جَا، بَا baa, caa, kaa, maa
-
Yeni dərs! Təcvid(gözəlləşdirmək) Ərəb dilində danışan adamlarla Quran oxuyanlar arasında fərq təcviddədir. Təcvid və tərtil Qurana xasdır. Təcvid qaydalarını bilməyənlər Quranı natamam oxumuş sayılırlar. Əlifbanı öyrəndikdən sonra ikinci əsas vəzifəmiz təcvidi öyrənməkdir. Bu da əsas etibarilə oxunuş qaydalarından ibarətdir. Adından da göründüyü kimi oxunuşun gözəlləşdirilməsinə xidmət edir. İnşallah bu dərsləri də əvvəlki kimi müvəffəqiyyətlə bitirərik. İnayət Allahdandır!
-
Allah sizdən razı olsun.Amin! Dualarınıza talibəm!
-
Yeni dərs Ləfzi cəlalə (ləfzətullah-yəni Allah kəliməsi )ərəb dilində belə اللهyazılır. Buradakı lam hərfi də şəmsi lamdır. Şəddələnərək oxunur. Əgər özündən əvvəlki hərfin hərəkəsi fəthə və ya dammə olarsa, qalın , kəsrə olarsa o zaman Alah kəliməsindəki lam hərfi incə oxunur. الله -اللَّهُم allahummə-allah بِاللهِ-الله allah-billəhi
-
Şəmsi hərfə misallar Damməli halı-Kəsrəli halı-Fəthəli halı- Hərf ط-الطَّرْفُ-الطِّفْلِ-الطُّورُ ətturu- əttıflu- attarfə-ta ر-الرَّحْمَنُ-الرِّبَا-الرُّبُعُ ərrubuu- ərriba- ərrahmənu- ra ت - التَّوَّابُ - التِّجَارَةِ - التُّرَابِ ətturabi - ətticarəti - əttəvvabu - tə
-
Qəməri hərfə misallar Damməli halı-Kəsrəli halı-Fəthəli halı- Hərf أ - الأَرْضَ - الإِبِلِ - الأُخْتُ əl-uxtu - əlibili - əlardə - ə ب - الْبَارِئُ - الْبِغَاءِ - الْبُرُوجِ əlburuuci - əlbiğaai - əlbaariu - b غ - الْغَارِ - __ -الْغُرَابِ əlğurabi- __________ - əlğari - ğ
-
Yeni dərs Qəməri və Şəmsi lam! Ərəb dilində ال əl (ingilis dilindəki the kimi)-isimlərin başına gələrək müəyyənlik ifadə edir.Buradakı lam hərfi bəzən özündən sonrakı hərflə şəddələnərək işlədilir, bəzən də açıq şəkildə oxunur. Lam-dan sonra ء ب غ ح ج ك و خ ف ع ق ي م ه-hərflər işlədilərsə lam açıq oxunur.Lakin bundan sonra qalan hərflər işlədildiyi zaman şəddələnərək oxunur. Bu göstərilən hərflər qəməri hərflər sayılır. Qəməri hərfə misal اَلْوَاحِدُ-əl-vahidu-burada vav qəməri hərfdir. Şəmsi hərfə misal اَلْشُكْرُ-əl-şukru __ əşşukru oxunur.
-
Yeni dərs Bizim öyrəndiyimiz 28 hərfdən ayrı ərəb dilində bir hərf vardır. Bu hərfi bəzi dil alimləri əlifbaya daxil etməmişdir. Çünkü bu hərf deyil, hərf birləşməsi (liqatur) sayılır. Yəni ل+ا=لا- lam və əlif hərflərinin birləşməsindən ibarətdir və la kimi tələffüz olunur. Misallar sonda- ortada - müstəqil لا - ثَلاثَةًٌ - كَلاَّ kəlla - səlasətun - la
-
Tənvin(nunlanma) işarəsinin təkrarı Un(2 dammə) - İn(iki kəsrə)- Ən(iki fəthə)- Hərf ء - إَنْشَاءً - مَاءٍ - شَيْءٌ şey"un - maain - inşaaən - ə (həmzə) ب - عَجَبًا - هَلَبٍ - خُشُبٌ xuşubun - hələbin - acəbən - b ة - هُمَزَةً - هُمَزَةٍ - مُؤْصَدَةٌ mu"sadətun-huməzətin-huməzətən - t ح - صَالِحًا - لَوْحٍ - نُوحٌ nuuhun - lavhin - saalihən- h
-
Şəddə (şiddətləndirmə) işarəsinin təkrarı Damməli-Kəsrəli-Fəthəli تُبَّعٍ-لِحُبِّ-رَبُّكَ rabbukə- lihubbi- tubbəin حُجَّتَهُمْ-سُجِّرَتْ-حِجُّ hiccu- succirət- huccətəhum تَبَدَّلَ-تُحَدِّثُ-سَنَشُدُّ sənəşuddu-tuhəddisu- təbəddələ
-
BisMilləhir Rəhmanir Rəhim! Səlamun aleyküm əziz müsəlman qardaş və bacılar! Bir müddət forumda olmadığım üçün üzrxahlıq istəyirəm və haqqınızı halal etmənizi rica edirəm. Dərslərimizə qaldığımız yerdən davam edəcəyik inşallah! Sükün(cəzm) işarəsinin təkrarı sonda-ortada- sonda يَأْ- يَأْمَنُ -يَشَأْ yəşə"- yə"mənu - yə" تُبْ -تُبْتُ - يَتُبْ yətub"-tub"tu-tub" بِِِثْ -فَلَبِثْتَ -نَحْنَثْ nəhnəs- fələbistə- bis
-
Dammə - i وُزِنَ- رُزِقَ -ذُكِرَ- تُرِكَ -كُشِفَ-قَرُبَ qarubə-kuşifə-turika-zukira-ruziqa-vuzinə Uzun uu يَقُولُ- يَقُومُ- يَكُونُ -اَعُوذُ- نَاظِرُونَ- مُسْلِمُونَ muslimuunə-naziruunə-əuuzu-yəkuunu-yəquumu-yəquulu
-
Təkrar Kəsrə - i وَرِمَ- وَرِثَ- اَزِفَ -حَسِبَ- شَهِدَ- رَكِبَ rakibə-şəhidə-hasibə-əzifə-vərisə-vərimə Uzun ii رَامِي -رَجِِي -خَالِدِينَ- قِيدَ -زِيدَ- عَامِي aamii-ziidə-qiidə-xalidiinə-racii-ramii
-
Əssəlamu aleykə! Allah Senden de razi olsun Qardaş. İnşallah bu barədə dərslərimiz davam edir və yenə qardaşın dediyi kimi suallrı gözləyirəm.
-
Kəsrə - i وَرِمَ- وَرِثَ- اَزِفَ -حَسِبَ -شَهِدَ -رَكِبَ rakibə- şəhidə-həsibə-əzifə-vərisə-vərimə Uzun ii رَامِي- رَجِِي- خَالِدِينَ- قِيدَ -زِيدَ- عَامِي aamii-ziidə-qiidə-xalidiinə-racii-ramii
-
Təkrar Fəthə-ə اَفَلَ- دَرَجَ -رَدَعَ- وَرَدَ- وَزَنَ -دَرَكَ dərakə -vazənə- varadə -radəə -dəracə -əfələ Uzun aa دَامَ -رَامَ -زَادَ- زَارَ- قَالَ- شَانَ şaanə- qaalə -zaara -zaadə- raamə- damə
-
Əssəlamu aleykə əziz qardaş və bacılar! Biz bu hərflərlə əlaqəli bölümün əsas hissəsini Allahın izni ilə bitirdik. Bundan sonrakı dərslər əsasən 2 hissəyə bölünəcək; 1) Qrammatika 2) Təcvid və qiraət Biz bəzən 1-ci hissədən bəzən də 2-ci hissədən dərslər keçəcəyik. Bunun da səbəbi odur ki, bu dərslər paralel .rılmasa Quran oxumaq mümkün deyildir. Tövfiq və İnayət Allahdandır!
-
Açıq və yuvarlaq "tə" hərfi (ت-ة) Yuxarıda gördüyünüz "tə"hərfi iki formada işlənir.Açıq tə cümlənin hər yerində rahat istifadə edilə bilir. Yuvarlaq tə isə əsasən cümlənin sonunda və ismin müənnəsliyi (qadın cinsini bildirmək) üçün işlədilir. طََالِبَةٌ-talibətun فَاطِمَةُ-Fatimətu كَلِمَةٌ-kəlimətun
-
ي-ilə birlikdə işlənməsi; Misallar: سَيِّئٌ-səyyiun بَادِئٌ-badiun Son ən əsas variantı: Burada həmzə müstəqil variantı ilə(yəni əlif, vav və yə-siz olaraq) işlənir və bütün hərəkələr onun üzərinə qoyulur. جَزَاءٌ-cəzaun مَاءٌ-maun دُعَاءٌ-duaun شَيْءٌ-şəyun
