Перейти к содержимому
Скоро Конкурс!!! Торопитесь!!! ×

Malik Eshter

Members
  • Публикации

    552
  • Зарегистрирован

  • Посещение

  • Days Won

    1

Все публикации пользователя Malik Eshter

  1. Əssəlamu aleyküm! Hörmətli Bacı və qardaşlar! Bizim təcvid mövzusunu tamamlamaq üçün bundan sonra bir-neçə dərslərimiz qalmışdır. İnşallah Allahın inayətilə onları da qurtarıb yeni mövzulara keçərik. Həcc ziyarəti ilə əlaqədar mən 1 aya yaxın müddətə Sizdən ayrılıram. Dualarınıza talibəm. İnşallah Həccdən qayıdandan sonra Sizinlə yenidən görüşərik. Allah amanında qalın.
  2. Tapşırıq: Aşağıdakı kəlmələri "iltiqayi sakineynin aradan qaldırılması" qaydasına diqqət yetirməklə oxuyun. Mətləb «بِئْسَ اسْمُ» ifadəsində olan «سْم» kəlməsinin "vəsl həmzəsi"ni atdıqdan sonra iki sakin hərf «لْ، سْ» bir-birinin kənarında qərar tutur. Tələffüzü asanlaşdırmaq üçün «لام» hərfinə kəsrə verilir və nəticədə həmin ifadə «بِئْسَ لِسْمُ» şəklində oxunur. Allah-taalanın köməkliyi ilə bura qədər «Qur`ani-kərimin rəvan oxunuş qaydaları» ilə tanış olduq. Әlamət və qaydaların yaddaşımızda düzgün həkk olunması, Qur`ani-kərimin hər bir surəsinin rəvan və səhvsiz oxunuşunu bacarmağımız üçün hər gün bu müqəddəs kitabımızın neçə səhifəsini diqqətlə hecalayıb oxumalıyıq.
  3. “İltiqayi sakineyn”in aradan qaldırılması Keçən dərslərdə öyrəndik ki, tənvin yazıda göstərilməyən lakin, tələffüzdə gətirilən sakin “nun” hərfidir. Tənvinli kəlmədən sonra əvvəli sakin və ya təşdidli hərflə başlayan digər bir kəlmə gələrsə, iki sakin hərf tələffüzdə bir-birinin yanında qərar tutacaq ki, buna “iltiqayi sakineyn” deyilir. “İltiqayi sakineyn”i aradan qaldırmaq üçün tənvinin “nun” hərfini tələffüzdə kəsrə ilə oxuyurlar. Məsələn: oxunar. لَهْوَنِ نْفَضُّوا yazılır, لَهْوًا نْفَضُّوا oxunur. بِرَحْمَةِنِ دْخُلُوا yazılır, بِرِحْمَةٍ دْخُلُوا oxunur. فِسْقُنِ لْيَوْمَ yazılır, فِسْقٌ لْيَوْمَ Qeyd: Bə`zi Qur`anlarda belə kəlmənin altında kiçik bir kəsrəli “nun” hərfi yazırlar: Məsələn: لَهْوَانِ نْفَضُّوا – بِرَحْمَةِنِ – دْخُلُو – فِسْقُنِ لْيَوْمَ
  4. Kəlmənin qeyri-əsas və şəkilçi hissəsində yazılmadan oxunan hərflər Üçüncü şəxsin təkinə aid olan əvəzliyin (ـه ه) işba olunması nəticəsində əmələ gələn «واو» və «ياء» hərfləri yazılmadan oxunurlar. Burada ilk növbədə işba və üçüncü şəxsin təkinə aid olan əvəzliyin (ـه ه) mə`nasına diqqət yetirək. İşba: Qiraət istilahında hərəkəni doyurmaq və ya doldurmaq mə`nasındadır. Fəthədən “əlif məddi”, kəsrədən “ya məddi” və zəmmədən “vəv məddi” əmələ gəlməsi də bu qəbildəndir. Әrəb dilində üçüncü şəxsin təkinə aid olan «ـه ه» əvəzliyi kəlmənin axırında gəlir və bizim dildə olan «O» üçüncü şəxs əvəzliyinin mə`nasını verir. Məsələn: «لَهُ» (onun üçün), «فِيهِ» (onda). «ـه ه» əvəzliyi özündən əvvəlki hərf hərəkəli olduqda, işba olunur. Yə`ni, əgər «هاء» hərfinin hərəkəsi kəsrə «ـهِ هِ» olduqda “yə məddi”nə «هِى», zəmmə «ـهُ هُ» olduqda isə“vəv məddi”nə «هُو» çevrilir. Məsələn: بِهِ – لَهُ – مَالُهُ yazılır, بِهِى – لَهُو – مَالُهُو oxunur. Qeyd:Bə`zi Qur`anlarda işba nəticəsində əmələ gəlmiş “واو” və “ياء” hərflərini kiçik surətdə «هاء» hərfinin qarşısında yazmışlar. Məsələn:
  5. Yazılmadan oxunması vacib olan hərflər Qur`anda üç hərfə — «ا - و- ى»—rast gəlirik ki, onlar bə`zi kəlmələrdə yazılmadan oxunmalıdırlar. Bu hərflərin işlənmə yerlərini iki hissəyə bölmək olar: 1. Kəlmənin əsas və kök hissəsində yazılmadan oxunanlar; 2. Kəlmənin qeyri-əsas və şəkilçi hissəsində yazılmadan oxunanlar. Bu bəhsdə onlar haqda geniş söhbət açacaq, yazılış qaydaları və əlamətləndirilməsi ilə tanış olacağıq. Kəlmənin əsas və kök hissəsində yazılmadan oxunan hərflər Qeyd etdiyimiz kimi, «الف», «واو» və «ياء» hərfləri bə`zi kəlmələrdə yazılmadan oxunur. Belə kəlmələrdə bu üç «ا - و- ى» hərfin yazılmamasının müxtəlif səbəbləri vardır ki, burada onlardan yalnız birini gətirməklə kifayətlənirik: «Təkrarın qarşısını almaq üçün». Әrəb dilli xalqlar öz ilk yazı ədəbiyyatlarında bu üç «ا - و - ى» hərfin təkrarlanmasının qarşısını alırdılar. Hər hansı kəlmədə bu üç hərfdən biri təkrar olaraq yanaşı gəldikdə, onlardan birini yazmaqla kifayətlənirdilər. Məsələn: نَبِيِّينَ – يَسْتَوُونَ – تَرَاءَا – بَاؤُو Yuxarıdakı sözlər bu şəkildə yazılırdı: نَبِيِّنَ – يَسْتَوُنَ - تَرَا - بَاؤُ Düzgün qiraət etməkdən ötrü Qur`anı yenidən əlamətləndirdikdən sonra təkrardan qaçmaq üçün atılan bu hərflərin yerinə onların (ا - و – ى) kiçik şəklini əlavə etdilər. Məsələn:
  6. Əssəlamu aleykə! Bu tamamilə Azərbycan barəsində deyil ki? Bəzi qiyaməti inkar edənlər barəsindədir. Əsas siz ona sual verəydiz ki, biz şiələri müşrik və ya bidətçi bilirik bu düzgündürmü, ya yox? Burada hər kəs bilir ki, qiyaməti inkar edən şəxs kamil iman sahibi ola biləz. Burda problem yoxdur ki.
  7. 7. Müəyyənlik bildirən «ال»“əlif-lam” şəmsi hərflərlə yanaşı işləndikdə Müəyyənlik bildirən «ال» “əlif-lam” iki hərfdən — “əlif” və “lam” hərflərindən — ibarətdir. Bu birləşmənin birinci tərəfi olan “əlif” “vəsl həmzəsi” sayılır vəikinci tərəfi olan “lam” isə əlifba hərfləri ilə yanaşı gəldikdə iki halda olur: 1. On dörd qəməri ع، ج، ب، ا، ك، ه، خ، و، ف، ح، ق، غ، م، ى - (عجبا كه خوف حقّ غمى) hərfləri ilə yanaşı gəldikdə izhar və aşkarolur. 2. Qalan on dörd şəmsi hərfləri ilə yanaşı gəldikdə isə, həmin hərfin özünə çevrilərək onunla birlikdə idğam olur. Belə yerlərdə “lam”ı sükun əlaməti olmadan, əvəzində ondan sonrakı hərfi təşdidli yazırlar. Məsələn:
  8. Kəlmələrin əvvəlində olan “vəsl həmzəsi”nin oxunma qaydası “Vəsl həmzəsi” hərf, isim və fe`lin başlanğıcında gəlir. Hərfdə: Müəyyənlik bildirən əlif-lamın «ال» həmzəsi həmişə fəthəli olur. Məsələn: oxunur.اَلْكِتَاب، اَلْقَمَر yazılır, الْكِتَاب، الْقَمَر İsmlərdə:Həmişə kəsrəli olur. Məsələn: oxunur. اِبْن اِسْم yazılır, ابْن، اسْم Fe`llərdə:Həmzədən sonrakı ikinci hərfə diqqət yetirməklə müəyyənləşir. Yə`ni, əgər həmin hərf fəthəli və kəsrəli olsa, bu həmzə də kəsrə ilə və əgər zəmməli olsa, bu da zəmmə ilə oxunur. Məsələn: افْتَحْ، اضْرِبْ، انْصُرْ yazılır, اِفْتَحْ، اِضْرِبْ، اُنْصُرْ oxunur. Bir neçə mətləb: 1. Bu beş fe`lin «اقْضُوا، ابْنُوا، امْشُوا، امْضُوا، ائْتُوا»ikinci hərfi, dəyişikliyə uğramazdan qabaq (اقْضِيُوا، ابْنِيُوا، امْشِيُوا، امْضِيُوا، ائْتِيُوا) zəmmə deyil, kəsrə olduğu üçün onların “vəsl həmzəsi” cümlənin əvvəlində gəldikdə kəsrə ilə oxunur. 2. Qeyd olunan bu ( اِئْتُوا، اِئْتُونِى، اِئْتِيَا،اِئْتِ، اِئْذَنْ ) kəlmələrdə işlənən sakin həmzə, bu kəlmələr özündən qabaqdakı sözlərə birləşdikdə «həmzə» şəklində, başlanğıcda gəldikdə isə «yә məddi» kimi oxunur: «اِيتُوا، اِيتُونِى، اِيتِيَا، اِيتِ، اِيذَنْ» 3. Sakin həmzə «اُؤْتُمِنَ» kəlməsində də özündən əvvəlki kəlməyə birləşdikdə «həmzə», özündən əvvəlki kəlməyə birləşmədikdə isə «vəv məddi» kimi «اُوتُمِنَ» oxunur. 6. Mədd hərfləri “vəsl həmzəsi”nin yanında Mədd hərfləri vəsl həmzəsinə çatdıqda, onlarla vəsl həmzəsindən sonra olan hərf arasında «iltiqayi sakineyn» yaranır (iki sakin hərf yanaşı gəlir). Çünki mədd hərfləri zatən sakindir və mə`lumdur ki, vəsl həmzəsindən sonra gələn hərf də həmişə sakin və ya təşdidli olur. Belə yerlərdə “iltiqayi sakineyn”i aradan qaldırmaq üçün “mədd hərf”ləri oxunmur. Məsələn: – فِى لْمَدِينَةِ ذُولْعَرْشِ yazılır, – فِلْمَدِ ينَةِ – ذُلْعَرْشِ oxunur. Tapşırıq:2 Aşağıdakı kəlmələri hecalamaqla oxuyun:
  9. Oxunmayan hərflər «2» 5. “Vəsl həmzəsi” iki kəlmənin arasında Әrəb dilində ilk hərfi sakin olan kəlmələrin tələffüzü çətin və ya qeyri-mümkündür. Məsələn: «نْصُرْ – هْبِطْ» Belə kəlmələrin tələffüzünü asanlaşdırmaq üçün «vəsl həmzəsi» adlanan hərəkəli “əlif” hərfindən istifadə olunur. Bu həmzəyə «birləşdirici həmzə» də deyilir. “Vəsl həmzəsi” cümlənin əvvəlində oxunur, amma iki kəlmənin arasında tələffüz olunmur. اُدْخُلُوا – يَاقَوْمِ ادْخُلُوا “Vəsl həmzəsi”ndən əlavə digər bir həmzə də vardır ki, ona “qət həmzəsi” deyilir. “Qət həmzəsi” cümlənin həm əvvəlində və həm dəortasında oxunur. Məsələn: اَرْسَلْنَا – لَقَدْ اَرْسَلْنَا Qeyd:Bə`zi Qur`anlarda “qət həmzəsi”nin üzərinə “həmzə” «أ» və “vəsl həmzəsi”nin üzərinə isə kiçik «صاد» “sad” «» hərfi qoyulur. Məsələn: Tapşırıq:1 Aşağıdakı kəlmələri hecalamaqla oxuyun.
  10. 3. Cəm əlaməti olan əlif Sonu cəm əlaməti olan “vəv” hərfi ilə qurtaran fe`llərin axırında heç bir əvəzlik gəlmədikdə, cəm əlaməti olan “vəv” hərfi digər “vəv” hərfləri ilə dəyişik düşməsin deyə, həmin hərfdən sonra bir “əlif” yazılır. Məsələn: نَصَرُوا - فَرِحُوا - ءَامَنُوا - كَانُوا - صَبَرُوا - تَعْثَوْا Bu “əlif”ə “cəm əlaməti olan əlif”dən əlavə, “fariqə əlifi” də deyilir. Çünki, bu “əlif” cəmlik əlaməti olan “vəv” hərfini digər “vəv”lərdən fərqləndirir. 4. Vəv məddi altı kəlmədə Qur`anda altı kəlməyə rast gəlirik ki, onlar “vəv məddi” «اُو» ilə yazılır, amma oxunmur. Bu altı kəlmənin yazılış və oxunuş qaydası aşağıdakı kimidir: belə yazılır, belə oxunur. Bu kəlmələrin oxunuşu üçün heç bir qayda qeyd olunmamışdır. Qeyd:Bə`zi Qur`anlarda cəm əlaməti olan əlifin və bu altı kəlmənin “vəv” hərfinin üzərində bu iki hərfin tələffüz olunmamasına dəlalət edən kiçik bir dairə qoyulur Məsələn:
  11. 2. Әlif məddinin dayağı Bə`zi kəlmələrdə «و» və «ى» hərfi yazılır, amma «ا» kimi oxunur. Məsələn: صلوة yazılır صلاة oxunur موسىyazılır موسا oxunur Bə`zi Qur`anlarda düzgün oxunuş qaydalarına riayət edilsin deyə, bu iki hərfin üzərinə kiçik əlif qoyulur «». Bütün bu hallarda onlardan əvvəlki hərf fəthəli olduğundan, bu əlif özündən qabaq gələn fəthənin iki dəfə uzadılmasına səbəb olur. Burada da«و» və «ى» əlif məddi üçün dayaq hökmündə olur. Məsələn: Qeyd:Bə`zi Qur`anlarda əlif məddin dayağı olan və kəlmənin əvvəlində və ortasında gələn «يـ» hərfinin nöqtəsi yazılmır «». Məsələn:
  12. Oxunmayan hərflər «1» Qur`ani-kərimin bə`zi kəlmələrində yazılan, amma qiraətdə tələffüz olunmayan dörd hərfə rast gəlirik ki, onlar aşağıdakılardan ibarətdir: «ا - ل- و - ى» Burada həmin hərflərin işlənmə yerlərini aydınlaşdırmaqdan əlavə, onların görünüşü və yazılıb-oxunmamaqlarının səbəbi ilə də tanış olacaqsınız. 1. Həmzə dayağı Həmzə ilk ərəb yazı qrafikasında xüsusi forması olmayan hərflərdən olmuşdur. Kəlmənin əvvəlində «ا», ortasında və axırında isə öz hərəkəsinə və ya özündən əvvəlki hərfin hərəkəsinə uyğun olaraq «ا - و - ى» surətində yazılırdı. Әvvəlki dərslərdə qeyd olunduğu kimi, Qur`anın düzgün və asan oxunuşu üçün nöqtə və əlamətlər tə`yin olunduqdan sonra, həmzə üçün də bu «ء» forma müəyyənləşdirildi və onu yuxarıda göstərilən üç hərfin üzərində yerləşdirdilər «أ ؤ ئ». Bununla da, Qur`an oxuyanlar asanlıqla bu üç hərfin düzgün tələffüz qaydasına riayət edə bilirlər. Buna görə də müasir yazı qaydalarına uyğun olaraq, bu üç hərf (ا و ى) qeyd olunan yerlərdə yazıda göstərilsə də, qiraətdə tələffüz olunmur və həmzə dayağı sayılır. Məsələn: Qeyd: Bə`zi vaxtlar həmzə dayağı olan və kəlmənin əvvəlində və ortasında gələn «يـ» hərfinin nöqtəsi yazılmır «ئـ». Məsələn:
  13. Ardı: 4-İxfa İxfa — burada hərfləri “izhar” ilə “idğam” arasında olan müəyyən bir halda tələffüz etmək mə`nasındadır. “Nun sakin” və “tənvin” izhar və idğamda adları çəkilən hərflərdən başqa, yerdə qalan on beş hərfdən hər birinə çatdıqda ixfa olur. İxfa edən zaman dil “nun” hərfinin tələffüz yerinə yetişməmiş sonrakı hərf öz məxrəcinə yaxınlaşır. Bu halda səs ğunnə surətində iki hərəkə miqdarında davam edir və bu zaman yerdə qalan hərf asanlıqla tələffüz olunur. Bu qaydaya Azərbaycan dilinin bə`zi kəlmələrində də rast gəlmək olur. Məsələn insan, münsif, incil və bu kimi digər kəlmələrdə onların «n» hərfi tam şəkildə tələffüz olunmur. Belə yerlərdə də “naqis idğam”da olduğu kimi, “nun sakin” sükun əlaməti olmadan «ن», tənvin fəthə və tənvin kəsrədə fəthə və kəsrə bir-birinə bərabər olmayan surətdə, tənvin zəmmədə isə zəmmə əlaməti bir-birinin yanında yazılır . “Nun sakin” və “tənvin”in bu cür yazılışı “izhar”ın, qalan hərflərin təşdidsiz yazılması isə “idğam”ın olmamasını göstərdiyindən, mə`lumdur ki, qalan hallar ixfaya aid olacaqdır. Məsələn:
  14. “Nun sakin” və “tənvin”in müxtəlif formaları «2» 3-İqlab İqlab, burada “nun sakin” və “tənvin”in sakin “mim” hərfinə çevrilməsi mə`nasındadır. “Nun sakin” və ya “tənvin” «باء» hərfindən əvvəl gəldikdə, «م» “mim” hərfinə çevrilir və iqlab əmələ gəlir. (Burada, “mim” hərfi əmələ gəldiyindən ğunnə ilə tələffüz olunmalıdır.) Məsələn: اَنْبِيَآءُ – أَمَدًا بَعِيدًا – سَمِيعٌ بَصِيرٌ Qarilərə göstəriş olaraq bu yerdə “nun sakin”in sükun əlaməti yazılmır və onun yerinə kiçik “mim” hərfi qoyulur . Həmçinin tənvin olan yerlərdə həmin tənvinin bir fəthə və ya kəsrəsi atılır və əvəzində kiçik “mim” hərfi gətirilir . Məsələn: Qeyd: “Mim sakin” «باء» hərfindən əvvəl gəldikdə, ğunnə ilə tələffüz olunmalıdır. Bu səbəbdən də “mim” hərfinin sükun əlaməti yazılmır. Məsələn:
  15. “Nun sakin” və “tənvin” «يرملون » “yərməlun” hərflərinin göstərilən bu «م، ن، ل، ر» dörd hərfdən hər birinə çatdıqda idğam kamil surətdə olur. (Yə`ni “nun sakin” və “tənvin” oxunmur və tələffüzdə ondan heç bir əsər-əlamət qalmır.) Burada idğamın kamil olmasını göstərmək üçün həmin hərflərin üzərində təşdid əlaməti qoyulur: «مّ، نّ، لّ، رّ». Məsələn: İdğam «يرملون » “yərməlun” hərflərinin qalan bu iki hərfində «و، ى » naqis surətdə olur. (Yə`ni “nun sakin” və “tənvin”in tələffüzü idğam nəticəsində bütünlüklə aradan getmir və onun ğunnə haləti saxlanılır.) İdğamın naqis olmasını göstərmək üçün bu iki hərfi təşdidsiz yazırlar «و، ى». Məsələn: Tapşırıq: Aşığıdakı kəlmələri hecalamaqla oxuyun.
  16. “Nun sakin” və “tənvin”in müxtəlif formaları «1» Әrəb xətti ilə tərtib edilmiş Qur`anlarda “nun sakin” və “tənvin”in yazılışına diqqət yetirsəniz, onların müxtəlif şəkillərdə olmasını görəcəksiniz: İndi isə onların qısa izahı ilə tanış olaq. “Nun sakin” və “tənvin” özündən sonra hansı hərfin gəlməsindən asılı olaraq dörd müxtəlif tələffüz formasının yaranmasına səbəb olur: 1-İzhar “Nun sakin” və “tənvin”in öz məxrəcindən adi və aşkar surətdə tələffüz edilməsinə «اظهار» “izhar” deyilir. “Nun sakin” və “tənvin” boğaz hərflərinə (ء، هـ، ع، ح، غ، خ) çatdıqda izhar oxunur. Bu surətdə qariyə göstəriş olaraq “nun sakin”i sükun əlaməti ilə və “tənvin”i isə öz adi şəklində yazırlar. (Tənvin fəthə və tənvin kəsrədə fəthə və kəsrə əlamətlərini bir səviyyədə, tənvin zəmməni isə adi qaydada göstərirlər.) . Məsələn: -İdğam İdğam — burada “nun sakin” və “tənvin”in özündən sonrakı hərfə çevrilməsi və həmin hərfin təşdidli oxunması mə`nasındadır. “Nun sakin” və “tənvin”«ي، ر، م، ل، و، ن) —«يرملون) “yərməlun” — hərflərinə çatdıqda idğam olunur. İdğam olunan yerlərdə “nun sakin” sükun əlaməti olmadan «ن», tənvin fəthə və tənvin kəsrədə fəthə və kəsrə əlamətləri bir-birinə bərabər olmayan surətdə, tənvin zəmmədə isə zəmmə əlamətini bir-birinin yanında yazırlar . “Nun sakin” və tənvinin bu cür yazılışı tələffüzün “izhar” qaydası əsasında olmamasına dəlalət edir.
  17. Əssəlamu aleykə! Allahın yer üzündə höccət göstərdiyi varlıqlar var ki, bunlardan qalanı höccət sayıla bilməz. Əgər kimsə Allahın kitabında və Rəsulun sünnəsində olmayan bir şeyi din yerinə yerinə yetirsə, bu bidətdir və sünnət sayıla bilməz.1000 il də yerinə yetirilmiş əməl olsa belə.
  18. Malik Eshter

    Lenet

    Əssəlamu aleykə! إِنَّ الَّذِينَ يَكْتُمُونَ مَا أَنزَلْنَا مِنَ الْبَيِّنَاتِ وَالْهُدَى مِن بَعْدِ مَا بَيَّنَّاهُ لِلنَّاسِ فِي الْكِتَابِ أُوْلَئِكَ يَلْعَنُهُمُ اللَّهُ وَيَلْعَنُهُمُ اللاَّعِنُونَ Allah-təala (c.c) Qurani-kərimin Bəqərə surəsinin 159-cu ayəsində buyurur- Kitabda insanlara aşkar etdiyimiz dəlillərdən sonra göndərdiyimiz nişanələri və doğru yol göstərən ayələrimizi gizlədən kimsələr Allahın lənətinə düçar olar və bütün lənət edə bilənlər də onlara lənət oxuyar. Burada Allah ümumi olaraq lənət edənlər kəliməsini işlətmişdir. Amma Bunun arxasında gələn 161-ci ayədə Allah lənət edənlərin xususi olaraq ayırmışdır. إِنَّ الَّذِينَ كَفَرُوا وَمَاتُوا وَهُمْ كُفَّارٌ أُوْلَئِكَ عَلَيْهِمْ لَعْنَةُ اللَّهِ وَالْمَلائِكَةِ وَالنَّاسِ أَجْمَعِينَ- Kafir olaraq küfrlərində israr edərək ölənlər, Allahın mələklərin və bütün insanların lənəti onların üzərinədir.
  19. Tapşırıq:1. Aşığıdakı kəlmələri hecalamaqla oxuyun. Mətləb: Aşağıda göstərilən üç halda tənvin fəthədən sonra əlif gətirilməmişdir: 1. Girdə “ta” «ة» ilə qurtaran kəlmələrdə; Burada vəqf zamanı «ة» hərfi sakin «هْ» hərfinə çevrilir. Məsələn: «رَحْمَةً حَيَاةً » yazılır, vəqf zamanı isə «رَحْمَهْ حَيَاهْ » oxunur. 2. Әlif məddi «ياء» “yə” surətində yazılmış kəlmələrdə; Gələcək dərslərdə bunun səbəbləri aydınlaşdırılacaq. Məsələn: «هُدًى - ضُحًى» 3. Həmzə ilə qurtaran bə`zi kəlmələrdə. Bu barədə də gələcək dərslərdə söhbət açılacaq. Məsələn: «مَآءً - سَمَآءً» Tapşırıq:2. Aşağıdakı kəlmələri hecalamaqla oxuyun.
  20. Tənvin Bə`zi ismlərin axırına artırılan sakinli əlavə “nun” hərfinə «تنوين» “tənvin” deyilir. Әlavə “nun” hərfi kəlmənin kök hərflərindən olan “nun” hərfi ilə dəyişik düşməsin deyə, yazıda göstərilmir və əvəzində axırıncı hərfin hərəkəsi qoşalaşdırılmış şəkildə gətirilir . Qoşalaşdırılmış bu hərəkə (tənvin) “nun sakin” hərfini bildirmək üçündür ki, yazıda göstərilməyib, qiraətdə oxunur. Tənvinin üç növü vardır: 1. Tənvin fəthə . Məsələn: «رَحْمَةً» yazılır «رَحْمَةَنْ » oxunur 2. Tənvin kəsrə . Məsələn: «رَحْمَةٍ» yazılır «رَحْمَةِنْ » oxunur 3. Tənvin zəmmə . Məsələn: «رَحْمَةٌ» yazılır «رَحْمَةُنْ » oxunur Qeyd:Vəqf edən zaman sözlərin axırı «əlif məddi» surətində oxunsun deyə, tənvin fəthə ilə qurtaran kəlmələrdən sonra “əlif” hərfi gətirilir. Məsələn: «كِتَابًا» yazılır, vəqf zamanı isə «كِتَابَا» oxunur.
  21. İdğam Keçən dərsdə təşdid əlaməti ilə tanış olduq və öyrəndik ki, eyni hərf ardıcıl olaraq iki dəfə təkrar olunsa və birinci hərf sakin, ikinci hərf hərəkəli olsa, tələffüzü asanlaşdırmaq üçün birinci hərfi ikinci hərfdə «ادغام» “idğam” edirlər. İdğamın qiraət elmində mə`nası: «Bir hərfi digər hərfə daxil edən zaman birinci hərf tələffüz olunmur və onun əvəzində ikinci hərf təşdidlə oxunur.» Məsələn: قُلْ لِمَنْ “qul limən” şəklində yazılır və قُلِّمَنْ “qullimən” kimi oxunur. Qeyd:Birinci hərfə «مُدْغَمْ» “mudğəm” və ikinci hərfə «مُدْغَمٌ فِيه» “mudğəmun fih” deyilir. Bir-birində idğam olunan hərflər bir neçə qismdir: 1. İdğam bir kəlmədə olsa, “mudğəm” hərfi yazılmır və onun əvəzində “mudğəmun fih” hərfi təşdid əlaməti ilə göstərilir. Məsələn: رَبْ بُ → رَبُّ اِلْ → 2. İdğam, yanaşı gələn ayrı-ayrı kəlmələrdə olsa, “mudğəm” hərfi yazılır və belə hallarda Qur`an oxuyanlar şifahi olaraq həmin qaydaya əməl etməlidirlər. Məsələn: رَبِحَتْ تِجَارَتُهُمْ yazılır və رَبِحَتِّجَارَتُهُمْ oxunur اَلَمْ اَقُلْ لَكُمْ yazılır və اَلَمْ اَقُلَّكُمْ oxunur تَسْتَطِعْ عَلَيْهِ yazılır və تَسْتَطِعَّلَيْهِ oxunur
  22. Qeyd: nöqtə . kimi görünən kəlmə a p a r m a q sözüdür.Sadəcə olaraq burada düşməmişdir. Nədənsə yzaı yazılanda bu nöqtə kimi görünür.
  23. Tapşırıq: Aşığıdakı kəlmələri hecalamaqla oxuyun. Qeyd:Təşdidli hərflərin tələffüzünə diqqət yetirsəniz mə`lum olar ki, iki hərfin— “təşdidli mim” və “təşdidli nun” hərflərinin tələffüzü digər təşdidli hərflərin tələffüzü ilə fərqlənir. “Təşdidli mim” və “təşdidli nun” hərflərini tələffüz edən zaman səs burun boşluğunda yayılır. Digər təşdidli hərflər isə ağız boşluğundan xaric olur. Qiraət elmində bu halətə «غُنَّه» “ğunnə” deyilir. “Ğunnə” burun boşluğundan xaric olan bir səsdir. Bu səs iki hərfə — «م» və «ن» hərflərinə məxsusudur. Әn kamil «غُنَّه» “ğunnə” bu iki hərf təşdidli olduqda və səs iki hərəkə miqdarında burun boşluğunda saxlandığı surətdə əmələ gəlir. Әgər “təşdidli mim” və “təşdidli nun” hərfləri olan yerlərdə ğunnənin bu halətinə riayət etsək, tilavətimiz düzgün və gözəl olacaqdır. Məsələn:
  24. Çox sağ ol bacım Allah sizdən də razı olsun. Yeni dərs Təşdid Hər hansı bir hərf iki dəfə bir-birinin ardınca təkrar olunsa — birincisi sakin və ikincisi hərəkəli — onun tələffüz edilməsi ağır olacaqdır. Çünki tələffüz zamanı dilimizi iki dəfə bir hərfin məxrəcinə .rmağa məcbur oluruq. Məsələn: مَدْ، دَ – ثُمْ، مَ Qoşa hərflərin tələffüzü zamanı yaranan bu çətinliyi aradan qaldırmaq üçün birinci hərf ikinci hərfdə idğam olunur. Nəticədə dil yalnız bir dəfə şiddətlə o hərfin tələffüz yerinə .rılır. (Dil o hərfin məxrəcinə .rılan zaman sükun halətində və o yerdən ayrılan zaman isə həmin hərfin hərəkəsində olur). Qoşa hərfləri göstərmək üçün bu əlamətdən istifadə olunur. Bu əlamətin adı «təşdid»dir. Bu əlamət «شِدَّ » "şiddə" kəlməsinin əvvəlində olan «شـ» "şin" hərfindən götürülmüşdür və həmin hərfin tələffüz zamanı şiddətlə ifadə olunmasına dəlalət edir. Bu əlaməti düzəltmək üçün «شـ » "şin" hərfinin çıxıntıları saxlanılmış, qalan hissələri isə atılmışdır «». Bu əlamət həmişə hərfin yuxarısında yerləşdirilir və üç hərəkədən (fəthə, kəsrə və zəmmə) biri ilə yanaşı işlədilir. Məsələn: مَدَّ – ثُمَّ
  25. Məsələn: Qeyd: Sükun əlaməti olan hərfə «ساكن» “sakin” deyilir. Mətləb: Sakin «و » “vəv” və «ياء » “yə”-hərfindən qabaq fəthə gələrsə, incə (diftonq) tələffüz edilməlidir. Diqqət yetirmək lazımdır ki, “vəv” hərfindən qabaqda gələn fəthə “o” və “yə” hərfindən qabaq gələn fəthə “e” səsi kimi tələffüz olunmamalıdır. Məsələn:
×
×
  • Создать...