Перейти к содержимому
Скоро Конкурс!!! Торопитесь!!! ×

Malik Eshter

Members
  • Публикации

    552
  • Зарегистрирован

  • Посещение

  • Days Won

    1

Все публикации пользователя Malik Eshter

  1. Yadınızdadırsa biz ötən dərslərimizdə sükün, təşdid, nunlanma(tənvin) dərslərini ilkin məlumatlanma kimi keçmişdik. Bu təcvid bəhsində onları bir daha təkrarlayıb və bu işarələrin təcvid qaydalarını gözdən keçirəcəyik. Sükün- demişdik ki hərəkəsi olmayan hərfə ( ساَكِين )sakin deyilir. Sakin hərfi göstərmək üçün “sükun” adlanan bu «» əlamətdən istifadə olunur. Bu əlamət şərti olaraq yüngül mə`nasını daşıyan «خفيف» “xəfif” kəlməsinin əvvəlindən götrülmüşdür və sakin hərfin hərəkəli və ya təşdidli hərflə müqayisədə xəfif və yüngül tələffüz olunmasını göstərir. Bu əlamət də «خفيف» “xəfif” kəlməsinin birinci hərfinin ixtisara salınmış formasıdır «». Bə`zi Qur`anlarda sakin hərfi göstərmək üçün «مُسَكَّن» “müsəkkən” (sakin olmuş) sözündəki «م» “mim” hərfinin əvvəlindən götürülmüş girdə əlamətdən istifadə olunmuşdur «». Әrəb dilində hərəkəsiz hərf çətin tələffüz olunduğu üçün özündən qabaqda olan hərəkəli hərfin vasitəsi ilə bir hecada oxunur
  2. Əssəlamu aleyküm əziz möminlər! Cüməniz mübarək olsun. Allah bizi hər zaman xeyir işlədə görüşdürsün.Yarım qalan işlərimizdə də müvəffəq etsin inşallah.
  3. Zəhmət çək hədisin mətnini və sənədini yaz.
  4. Ey İnsan bir qulaq as! Bilmirəm kimsən, kimliyinlə tanış deyiləm. Sən özünü islam sevən, Allah sevən və rəsuluna itaət edən sayırsansa səsini qaldırıb əxlaqsız-əxlaqsız söyüşlər söyərək küfrlər yazaraq müsəlmanları təhqir etmə. Bu hərəkətlərinlə onu yəqin biləsən ki, sən Rəsulullahı(s.a.a) tanımamısan və ona itaət etmirsən. Çünkü nə Rəsuləllahın(s.a.a) əxlaqı belə idi, nə Ömərin, nə də ki Əlinin. Ona görə Allah rəsuluna belə buyurub- İnnəkə ləəllə xulqin əzim!-(Peyğəmbər((s.a.a)) sən həqiqətən böyük bir əxlaq sahibisən. Özünü sələfi adlandıran və yü sünnü adlandıran kəs daşıdığı insanın yoluna, sünnəsinə hörmət qoyar. Sən bu əməllə heç kimə təbliğat edə bilməzsən. Bəhs etmək istəyirsən əgər, gəl səni dəvət edirəm əməlli-başlı elmi şəkildə kişi kimi bəhs edək.Quran və sünnə ilə.
  5. Onsuz da islama düşmənlik ednlər çoxdur.Gəlin Allaha yardım edək.Allahın dininə yardım edək. Cədəlləşmə və nizalaşmaqla heç nə etmək olmaz. Əgər mübahisə ediriksə də islam əxlaqına uyğun edək.Tutduğumuz yol Rəsuli-Əkrəmin yolu isə onun gözəl əxlaqının yolunu tutaq. Heç kimin qəlbini qırmadan, təəssübə və inada yol vermədən haqqın izharına çalışaq.
  6. Əziz müsəlman qardaş və bacılar! Hər bir müsəlmanın bir ortağ məntəqəsi var o da mübarək Qurani-kərim-dir. Hamınızı və özümü bu mübarək ayda ilahi təqvaya və aşağıda sədalanan mübarək əmrə riayət etmyə çağırıram. واطيعوا الله ورسوله ولا تنازعوا فتفشلوا وتذهب ريحكم واصبروا ان الله مع الصابرين ənfal-46 Allah və Onun Peyğəmbərinə itaət edin. Bir-birinizlə çəkişməyin, yoxsa qorxub zəifləyər və gücdən düşərsiniz. Səbr edin, çünki Allah səbr edənlərlədir!
  7. Fər-i mədd mövzusu(geniş şəkildə) 1) Məddi-münfəsil - Ayrı mədd (uzatma) Hərf-i məddən (aa-əlif, uu-vav, ii-kəsrə) sonra əgər ayrı bir kəlimədə Səbəbi-məddin (həmzə, sükun) həmzəsi gəlsə, bu zaman alınan məddə Məddi-münfəsil deyilir. bir kəlimə (Hərfi mədd) + ayrı kəlimə(Səbəbi-mədd(həmzə)) = Məddi-münfəsil Misal: 1 - tuubuuuu iləllah 2 - inniiii əxafu 3- yaaaa əyyuhə
  8. Fər-i mədd mövzusu(geniş şəkildə) Fər-i mədd - yəni məddin xırdalıqları 1) Məddi-müttəsil - Bitişik mədd (uzatma) Hərf-i məddən (aa-əlif, uu-vav, ii-kəsrə) sonra əgər Səbəbi-məddin (həmzə, sükun) həmzəsi gəlsə, bu zaman alınan məddə Məddi-müttəsil deyilir. Hərfi mədd + Səbəbi-mədd(həmzə) = Məddi-müttəsil Misal: 1 - Nisaaaaə 2 - Suuuui 3- Caaaaə
  9. Səbəbi-mədd 2 ədəddir 1) Həmzə - اَ اِ اُ ءَ ءِ ءُ 2) Sükun - _ْ_
  10. Biz əvvəlki dərsərdə mədd hərflərini xülasə şəklində vermişdik.Bu bölümdə isə geniş şəkildə izahına başlayacağıq. Mədd-uzatmaq deməkdir.2 növü var. 1) Mədd-i təbii (yəni təbii mədd) Bir hərfin önünə hərfi mədd gəlirsə ( ا و ي) gəlirsə, o hərf uzadılaraq oxunur اَعُوذُ نَاجِي رُوحِي kimi Təbii-mədd hərəkə uzunluğunun 2 qatı uzadılır.Yəni "bir əlif miqdarı"uzadılır. ص- sa صَا- saa 2. Fər-i mədd - Təbii mədd bir əlif miqdarı uzadıldığı halda fər-i mədd 2,3 və ya 4 əlif miqdarı uzadılabilir. Fər-məddin tətbiq olunması üçün 2 səbəb vardır. Buna səbəbi-mədd deyilir. (ardı gələn dərsdə)
  11. 1) Nun-i sakin- yəni sьkunlanmış nun Ьzərində hərəkə olmayan sьkunlu nuna deyilir. نْ 2) Mim-i sakin-yəni sьkunlanmış mim Ьzərində hərəkə olmayan sьkunlu mimə deyilir. مْ
  12. Çox sağ olun bacım. Sizin etdiyiniz dua o qeder mubarək oldu ki mən aylardir bura goz gəzdirmirdim və elə bilirdim ki bu movzunu oxuyan yoxdur.Anidən (ilahi inayətiylə0 baxdım ki siz bura öz gözəl sözlərinizi yazmısınız. Allah sizdən də razi olsun. Ve bizi Qurana telebe etsin inşallah. Davamı sabahdan etibarən başlayacaq inşallah!
  13. Malik Eshter

    Tercume

    Sağ tərəfdəki vərəqdə 1.Fars təqvimi - 1289 2.Rəqəm təqvimi - 1289 Bundan belə aydındır ki, bu vərəqlərdə təqvimlə bağlı nə isə var və bu ili də 1289 fars təqvimi ilə hesablasaq bu bizim tarixlə 1911-ci ilə dəlalət edir.Ehtimal ki, bu da kitabın çap olunduğu tarix sayıla bilər. Sol tərəfdəki hissəni də baxıb mümkün qədər tərcümə edəcəyəm...
  14. Malik Eshter

    Tercume

    Burada tövbə surəsinin 81-82-ci ayələrinin izahı buyurulmuşdur. 81- Savaştan geri kalan münafıklar, Resulullah'ın hilafına, onun savaşa gitmesine karşılık, oturup kalmalarıyla ferahladılar ve mallarıyla, canlarıyla Allah yolunda cihad etmekten hoşlanmadılar, üstelik "Bu sıcakta savaşa gitmeyin." dediler. De ki: "Cehennem ateşi daha sıcaktır." Keşke anlayabilselerdi. 82- Kazandıkları günahın cezası olarak, artık az gülsünler, çok ağlasınlar.(Əlmalılı Həmdi Yazır)
  15. Malik Eshter

    Tercume

    bes kim bunu tercume ede biler? men hardan bunu orgene bilerem? Əssəlamu aleykə qardaş! Səhv etmirəmsə bu bir quran ayəsinin nazil olma səbəbidir. Qaləllahu təala (azzə və cəllə) - Əziz və cəlil olan Allah dedi- Quran ayəsi - Qul naru cəhənnəmə əşəddu harrən ləv kanu yəfqəhuunə fəlyadhəkuu qalilən vəl yabku kəsiran cəzaən bima kanu yaksibun- (Ey Peyğəmbər) de ki, Cəhənnəmin odu (onların) elədiklərinə cəza olaraq çox istidir, əgər bunu dərk etsəydilər az gülər, çox ağlayardılar. (Haşiyə- bu mənim hərfi tərcüməmdir, əgər xətam varsa bağışlayın.Allahu aləm) Sonra müəllif bunun ardınca ayənin nazil olma səbəbini rəvayət olaraq açıqlayır. Ardı var...
  16. Əssəlamu aleyküm! Əziz müsəlman bacı və qardaşlar. Ərəb dili dərslərinə qaldığımız yerdən davam edirik inşallah! Təcvid! 3.İşba hərfi Ərəb dilində 3-cü şəxs əvəzliyi mənasında olan hə (ه) hərfindən əvvəl və sonra gələn hərflər hərəkəli (sukunsuz) olub, özü isə qısa "i" və "u" (هُُ ُ ) saitli olarsa, işba ilə (yəni dolğun şəkildə, uzun "u" və uzun i saitli) oxunur. Misallar: اِنَّهُ- innəhuu رَبِّهِ-rabbihii
  17. Xahiş edirəm cahil bir insanın məntiqi ilə hərəkət etməyin.Allahın bir şeylə bağlı hökmü vardısa insan kimdi ki onu öz maraqlarına və istəyinə uyğun təhrif etsin. Ola bilər ki insan hər hansı bir məqamda o hökmü dərk etməsin.Amma zamanla ona aydın olur ki, onun fikri naqis və qusurludur.
  18. Malik Eshter

    Pirler.

    Bütpərəstlik indi də var.Amma siz hər hansı bir şəfaət edən Allah dostunu əgər Allahlaşma adlandırırsınızsa yəqin ki sizin məntiqiniz kökündən yanlış yerə doğru gedir.
  19. Malik Eshter

    Pirler.

    1.Qurani-Kərimdə ölüm 3 kəlimə ilə anladılır. 1.Mövt-Nəfsin ölümü 2.Təvəffa-Vəfat etmə 3.Subur-Yox olub aradan getmə Müqəddəs kitabımız mövt və təvəffinin mövcud olduğunu, suburun isə mümkün olmadığını bizə söyləmişdir.Furqan14- Bu gün siz bir kərə ölüm çağırmayın bir ölüm sizə yetməz, ölümləri çağırın.Burada müşrikin insana arzuladığı o ölümdən söhbət gedir ki, (subur) bu da yox olmadır.Qurani-kərimdə bunun mümkünsüzlüyünü vurğulayır. Demək ki insanın nəfsi mövtü daddığı zaman ruhu da təvəffa edir.Təvəffa sahibinə vəfa göstərən deməkdir.Demək ruh inna lillahi ve inna ileyhi raciun dakı kimi sahibinə qayıdır və onun əmri dairəsindədir.Bu baxımdan ey insan söylə görüm şəfaət necə mümkün olmaya bilər. Sizin məntiqiniz subur məntiqidir. 2.Çağırmaq ərəb dilində dəa kəliməsi ilə ifadə olunur. Bu da dua sözünün kök mənasıdır.Biz pirlərıə gedərkən həmin insanı çağırmırıq, həmin insanın Allahdan dua etməsini istəyirik.Bu zaman həmin şəfaət dua məqamındadır. Və həmin kəsi də biz, sizin kimi (bəzi dünyapərəstələr də həmçinin) ölü saymırıq.Çünkü mütləq ölüm yoxdur.- Furqan 34.
  20. Malik Eshter

    Pirler.

    йаники,мечид кими? ............................................. Чюнки мечид озю-озлюйюнде мюсалманлары бир эдир!ДЮздюр? ................................................................................ ..... садече олараг,пирлер мюайен йерлерде йерлешдийинден,ора бютюн олкелерин Мюсалманлары гелир,ве бу бирлик дахада гючлю олар! ...................................................................... Мен сени дюз баша дюшдюм?. ..................................................................... ............................................................... Амма созюн не кесп этдийини бир даха,баша дюшмедим! Pir - dünyadan getmiş bir vəli bir bəndənin, övliyanın (Allah dostunun) qəbri üzərində tikilmiş türbə və ya məqbərəyə deyilir.İnsanlar pirlərə övliyalardan (Allaha yaxınlıqları xatirinə) maddi və mənəvi xəstəliklərindən şəfa tapmaq üçün gəlirlər.Və burada o insanın Allaha olan imanı daha da artır və güclənir. Bu da Allahın birliyinə və varlığına olan imanı gücləndirir. Və bəli həm də o mənada ki insanlar Allaha olan acziyyəti (acizliyi) baxımından yenə bir ocağa yığışır və bir daha Allaha olan etiqadını cəm şəkildə büruzə verib birləşirlər. Haşiyə- şəfaət bir anlama "dua" deməkdir.Rəsuli-Əkrəm(s.a.s)dən öncədən də olan sünnədən biz bilirik bir möminin digər mömin qardaşı üçün dua etməsi, bağışlanmasını istəməsi savab və müstəhəbbi əməldir.Xüsuysən də övliya (Allah dostları) bu məqamda xüsusi mərtəbəyə sahibdir.
  21. Malik Eshter

    Pirler.

    Əssəlamu aleyküm! Bismillahir rəhmanir Rəhim Həmd Allaha məxsusdur. Pir kəliməsi türkcə bir kəlimədir.Bir mənasındadır.Bu bir etimolji məsələdir.Buna subut olaraq Pirallahı adasının adını göstərmək olar.O da "bir Allah" anlamına gəlir. Dini anlamına gəldikdə Pirlərin anlamı sadəcə olaraq Allahın birliyinə xidmət etməlidir.Yəni pirə gedib şəfaət istəyən insan bu şəfaətin bilvasitə(həmin insan), bilavasitə Allah tərəfindən olduğunu bilməlidir. Və rəhmətullahi və bərəkatuhu!
  22. Əssəlamu aleykə! Ey Allahın bəndəsi. “Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın!” (Ali-İmran 3:101). Burada Allahın ipinin nəyə əsasən din və quran olduğunu mənim üçün aydınlaşdırıb yazmağınızı sizdən xahiş edirəm.Və yaxud da ayədə keçən "həblullah" nə anlamı daşıyır? Çünkü Qurani Kərimlə(Kəlimətullahla) bağlı hər bir verdiyimiz izaha görə məsuliyyət daşıyırıq.
  23. Əssəlamu aleyküm! Əziz müsəlman bacı və qardaşlar. Ərəb dili dərslərinə qaldığımız yerdən davam edirik inşallah! Təcvid! Biz bundan əvvəlki dərsdə mədd hərfləri barədə bir giriş vermişdik.Mədd bəhsi genişdir, inşallah sonrakı dərsdə onu tam şəkildə izah etməyə çalışacağıq. 2.Hərf-lin(yumşaq tələffüzü olan hərflər) Vav "(و)" və Ya "(ي)" hərflərinin 1) sükünu olarsa; 2) Əvvəlində "ə" saiti gələrsə; bu halda hər ikisi hərfi-lin adlanır və xüsusi yumşaqlıqla tələffüz olunur. Ya-hərfi şəyun- شَيْءٌ xəyrun-خَيْرٌ vəylun-وَيْلٌ ________________________________ Vav hərfi qaumun - قَوْمٌ naumun - نَوْمٌ yaumə - يَوْمَ xaufun - خَوْفٌ
  24. Qardaşım çox-çox üzr istəyirəm ki, gec cavab yazdım.Gərək məni bağışlayasan. Türkiyənin çox dəyərli islam alimi, müfəssir, şair, ədib və yazıçı Mustafa İslamoğlu öz təfsirində bu kəliməni belə yorumlamışdır: "Cəhənnəm" kəliməsinin əsli "gohinnam"-dır.Sami (ivrit və ərəb dilləri) dil ailəsində istifadə olunur. Cəhənnəm kəliməsinin kök mənasında "od" deyilən bir şey yoxdur. Odla əlaqəsizdir. Bu sözün kök mənası çuxur və uçurumdur.Dibsiz quyudur. O zaman cəhənnəm əhlini ilk növbədə bir uçuruma düşmə, dibsiz quyuya yuvarlanma əzabı gözləyir. Zatən Qurani Kərimdə "sonra onu (insanı, elədiklərindən dolayı) aşağıların aşağısı (əsfələ safilin) etdik" ayəsi də buna işıq tutur. Məncə bu izah daha tətmin edici izahdır.
×
×
  • Создать...