-
Публикации
211 -
Зарегистрирован
-
Посещение
Все публикации пользователя al-İslam
-
Əgər insan müsəlman idisə və 30 yaşında bunu tam dərk edib namaza başlayıbsa, o qəzalarını da qılmalıdır. Əgər insan ateist, xristian və s. idisə və Allaha inanıb islama gəlibsə onun qəzaları yoxdur. Mən biləni belədir. ASSALAMU ALEYKUM VER REHMETULLAHI BEREKATUH! meni daha bashqa shjey maraqlandirir! qezalarimin olduqunun ferqindeyem! butun shuurlu omrumu herbcilikde kecirmishem! coxlu allah bendesinie allahin verdiyi omurden mehrum etmishem( qarabaq savashinda).ve nedense ozumde bilmirem namaza daxili ehtiyac duydum ve bashladim!bu heyat ve vicdan ezabindan yoxsa bashqa bilinmeyen bir haldan olduqunu qoy ALLAH qerar versin!Indi kicik sehvlerle de olsa vaxtinda namazimdayam! Amma menim namazqildiqim mekan cox halda shaqliq evine tesaduf edir! ish yerim buradir! Sizin meslehetinize ehtiyacim var,cunki bunun haqda ferqli fikirler var! kimisi bu mekanin namaz ucun cox da arzuolunmaz yer olduqunu,insanlar qarshisinda namazin ozunureklam edilmesi kimi gorur! Sizce men namazi orada qilmaqla gunah etmirem ki? eyer qilmasam qezaya qalacaq! bunu da men istemirem!qilinan yer ise ickiden ve calqidan uzaq bir yer(qarderobdur)!cavabinizi gozleyirem!ALLAH RAZI OLSUN! Qardaş, Allah namazını qəbul etsin! Əlbəttə ki, qılmalısan, bunun heç bir eybi yoxdur. Namazı heç bir halda qəzaya vermək olmaz. Sadəcə çalış ki, qıldığın yer mübah olsun, həmin yerin sahibi buna icazə versin.
-
"Səhih Müslim"in elektron versiyasında əllərin qoyuluşu ilə bağlı hədislərdən sonra şərh edilir: Ellerin bağlanıp bağlanmıyacağı ihtilaflıdır....... Yine îbnû'l-Münzir î'nin rivayetine göre Abdullah b. Zübeyr, Hasan-ı Basrî ve îbni Sîrin (Radiyallahû anhûm) namazda ellerini yanlara salarlarmış. İmam Mâlik 'den meşhur olan rivayet de budur. Ona göre namaz uzun sürerse istirahat için sağ eli sol el üzerine koymak caizdir
-
Əvvəla lənətə layiq olan alim varsa o da ibn Teymiyyədir. İkincisi bu fətvada gülməli nə var? Bax burada zəfəran məsələsi yada düşür.
-
İslamda belə adda bir bayram yoxdur. Sadəcə Avropadan gələn və hansı mənsəbə qulluq etdiyi məlum olmayan şəxslərin qoyduğu günü qeyd etməkdənsə xanımlar Xanımının (s.ə.) mövlud günündə bunu qeyd etmək daha yaxşıdır. Amma burada bir əmma var ki, Xanımın (s.ə.) doğum günü Hicri tarixi ilə qeyd olunur, miladi yox. Məncə əsas qadınlara diqqət ayırmaqdır, bunun hansı tarixdə olması bir o qədər də önəm daşımır.
-
Əleykumus salam. "Sikkə vurulmaq" dedikdə qızılın pul halına gətirilməsi nəzərdə tutulur. Qadınların qızıllarının arasında məlum sikkələr varsa (imperial və s.) və hal-hazırda pul kimi işlədilirsə qızılın zəkatı verilməlidir. Bu iki hal olmadıqda, yəni sikkə halında olmasa və pul kimi istifadə olunmasa ona zəkat düşmür.
-
Bəli, al-Fath qardaşın dediyi kimidir. Müctehidlər belə fətva veriblər.
-
Bir il keçdi və biz bü gün martın 15-i, hicri 17 rəbbiul-əvvəldə əziz Peyğəmbərimizin (salləllahu aleyhi və alihi və salləm) mövludunu qeyd edirik. Bu gün həm də İmam Cəfərin (əleyhissalam) də mövlududur. Bütün müsəlmanlara mübarək olsun. Allahım, rəhmət göndər Muhammədə və onun pak Əhli-beytinə!
-
http://islamiyyet.ucoz.ru/news/2008-10-27-78 Həzrət Əlidən (ə) nəql olunan rəvayətdə o, deyir ki, Həzrət Peyğəmbərdən (s) məsh olunanların nələr olduğunu soruşdum, o cavabında buyurdu: “Bunların sayı 13-dür və bu heyvanlardan ibarətdir: Fİl, ayı, donuz, meymun, ilan balığı, kərtənkələ, yarasa, ləvrən, əqrəb, hörümçək və dovşan...” (“Vəsailüş-şiə”, cild 16, səhifə 317). İmam Museyi Kazım (ə) buyurur: “Məsh olunanlar 13-dür: Fil, ayı, dovşan... Dovşan heyz, cənabət və s. qüsl edib təmizlənməyən bir qadın idi (Yəni o qadın dovşana çevrilmişdir). ” (“Vəsilüş-şiə”, cild 16, səhifə 317). İmam Sadiq (ə) buyurmuşdur: “Allah və elçisi məsh olunmuş bütün heyvanları haram qılmışdır” (“Üsuli-Kafi”, cild 6, səhifə 247). İmam Rza (ə) buyurur: “Dovşanın haram olunmasına səbəb budur ki, onlar da pişiklər kimidir. Pişiklər və vəhşi heyvanlar kimi pəncələri var. Buna görə onlar kimi sayılmışdır... Həmçinin qadınlar kimi heyz olur. Çünki o, məsh olunanlardandır” (“Vəsailüş-şiə”, cild 16, səhifə 316). Qeyd: “Məsh olunmuş” dedikdə İslamdan əvvəl bəzi insanların və ya ümmətlərin işlədikləri günahlara görə Allah tərəfindən cəza olaraq yuxarıda göstərilən bəzi heyvan cinslərinə çevirməsidir. Bu cəza İslam ümmətinə Həzrət Məhəmmədə (salləllahu aleyhi və alihi və salləm) xatir aradan qaldırılmışdır.
-
Bəli, qardaşım, bu böyük bəladır. Kimisə tənqid elədiyinə görə bir möminə "rafizi" deyirlər, amma Peyğəmbər (s) övladını vəhşicəsinə qətlə yetirənə, şərab içib, qumar oynayana "xətaları olan müsəlman". Eh...
-
@Jenerik@, "Siz insanlara yaxşı işlər görmələrini əmr etdiyiniz halda, özünüzü unudursunuz? Halbuki özünüz kitab (Tövrat) oxuyursunuz. Məgər (çirkin əməllərinizi) başa düşmürsünüz?" ("əl-Bəqərə", 44). Siz moderə irad tutursunuz, məgər özünüz az bu işləri görmüsünüz? Moder və ya digər elmli userlər heç kimə böhtan atmırlar, hər şeyi əsaslandırırlar. Elmi müzakirə normal insanlar üçün ixtilaf yaratmır. Bu vasitə ilə haqq aşkar olar. Amma böhtan.... yox... Siz məgər düzgün psotlar yazırsınız: http://forum.bakililar.az/index.php?showto...p;#entry1806358 Hekayə isə həqiqətən təsirlidir. Güclü olmaq üçün birləşməliyik.
-
Assalamu aleykum va rahmatullah ne qeder ki, biz qorxu altinda yashayiriq ister dovletde ister dunyada bizi meglub etmak hemishe asan olacaq. Men teklif edirem mezhebinden asili olmayaraq butun qardash ve bacilar birleshsinler. Muselman baci qardashlarimiz ve korpelerimiz hansilar ki, shehid oldular bu muharibede bize oz muselmanlig haqqlarini halal etmayacaklar!!!! ALLAH XATIRINE MEZHEBINDEN ASILI OLMAYARAQ BIRLESHEK.. Assalamu aleykum va rahmatullah Necə birləşək, elə hamı deyir birləşin, birləşib nə edək?
-
Hal-hazırda cəhalət bataqlığı içərisində olmağınız aydındır. Amma əvvəl şiə olduğunuz dövrdə əgər haqq yolunda olsaydınız heç vaxt Əhli-beyt (ə) yolunu qoyub, baş kəsənlərin yoluna gəlməzdiniz. Allah-Təala bütün Əhli-beyt şiələrini sabit əqidədəd qərar versin!
-
Aleykumus salam. Qardaş, düzü mən biləni ayrı qalmaqla təlaq verilmiş hesab olunmur. Qadına təlaq səhih qaydada verilməlidir. Amma bu bir az başqa cür də ola bilər. Yaxşı olar ki, müctehidlərə müraciət edəsiniz. Məsələn Lənkəraninin (r.ə.) sual-cavab bölməsinə:http://lankarani.org
-
Nizami, sizin necə də üzünüz var danışırsınız? Rusiya Ermənistana 800 milyonluq silah ötürür, siz bizə Rusları müdafiə edirsiniz? «Rusiya, işğalçı Ermənistana onun hərbi büdcəsindən iki dəfə artıq məbləğdə yardım göstərməklə əslində vasitəçi yox, münaqişə tərəfinə çevrilir»
-
Qardaş düzü sualın cavabını bilmirəm. Amma Əli Şəriətinin "Həcc" adlı kitabında bu ayin haqda məlumatlar t. bilərsiniz: http://www.haqqyolu.org/kitabxana/read.php?id=20081103015525 Möhür torpaqdır. Şiə müsəlmanları namaz zamanı torpaq üzərində səcdəni caiz bilirlər. Bu haqqda ətraflı məlumat üçün: "Torpaq üzərinə səcdə və iki namazın ardıcıl qılınması", Seyyid Məhəmməd İbrahim əl-Müvəhhid əl-Qəzvini Nəyin üzərində səcdə etmək olar?
-
Qamət Süleymanov Azərbaycanda İslamın yayılmasına ən böyük zərbə vuran şəxslərdəndir...
-
Buraxın da bu uydurmaları... Sünnilər həmişə şiə məscidlərində rahat namaz qılırlar. İkincisi də siz niyə sünnilərin adından danışırsınız? "Əbu Bəkr" bağlanandan quyruğunuz qapı arasında qalıb?
-
İsrail sepatarçı və terrorçu dövlətdir. Amma Fələstinin vurulmasında Həmasın da günahı var.
-
Ay kişi sən camaatı uşaq yerinə qoymusan? 366-cı alay ABŞ-a aid idi? Yoxsa Pentaqon Xocalıya ordu yeritmişdi xəbərimiz yox idi?! Bəlkə Cənubi Qafqazdakı münaqişlərlə bağlı bəyanatın qəbul olunmasına maneə olan Rusiya deyildi? BMT-dəki səsvermədə Rusiya Azərbaycanın ziddinə səs vermədimi? İran isə müsəlman Azərbaycanını dəstəkləməyə cürət belə etmədi!!! Siz özünüzü aldada bilərsiniz, amma biz sizin kimi vətən xainlərinə aldanmarıq. yazdıqlarının hamısı cəfəngiyyatdır... 1-si yaz görüm bu bədnam 366 - cı alay əslində nə eləyib. Bilmirsinizsə bu forumda Uqo Caves adlı bir istifadəçi var heç olmasa onun təqdim elədiyi linkləri oxu bu barədə yazılmış nagılları yox. Sizin digər cefengiyyatınıza yazmaga həvəsli olmasam da gərək bunu nəzərüvə çatdıram : Martın 14-də keçirilmiş səsvermədə Tehran iştirak etməmişdi. Lakin sonradan İran diplomatları BMT-yə müraciət edərək qətnamənin lehinə olduqlarını bildiriblər. Bu barədə «Azadlıq» radiosuna Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim məlumat verib: «İranın BMT-dəki nümayəndəliyi təşkilatın katibliyinə müraciət edərək bildirib ki, onlar qətnamənin lehinə səs vermək əzmində olublar». Bununla belə, XİN rəsmisi deyir ki, İranın fikrini dəyişməsi «rəsmi olaraq səsvermənin nəticəsinə təsir etmir». Ona görə də Bakı ümid edir ki, gələcək səsvermələr zamanı Tehran mövqeyini vaxtında bildirəcək və həmin səs hesaba alınacaq. «Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət» adlı qətnamə Azərbaycanın ərazi bütövlüyünə dəstək verir. Sənəd işğal olunmuş bütün ərazilərdən Ermənistan qüvvələrinin tam, qeyd-şərtsiz çıxarılmasını tələb edir və məcburi köçkünlərin öz yurdlarına qayıtması üçün şərait yaradılmasını əks etdirir. BMT Baş Assambleyasında martın 14-də qəbul edilən bu qətnamənin lehinə 39, əleyhinə 7 ölkə səs verib, 100-ə yaxın ölkə isə bitərəf qalıb. Əvvəla qoyduğunuz link işləmədi. İkincisi fakt İran Azərbaycanın leyhinə səs vermədi. Sonradan hamı çox şey deyə bilər. Fakt-faktlığında qalır. İstər 366-cı alay, istər digər qırğınlar-bütün iğtişaşların səbəbkarı Rusiyadır! Mənə maraqlıdır ki, siz (əgər Rusiyanın rolunu inkar edirsinizsə) Ermənistanın Qarabağdan çəkilməməsinin səbəbkarı kimi hansı ölkəni görürsünüz? Kimdir Ermənistana dayaq verən? Ümumiyyətlə siz Qarabağın Azərbaycana məxsus olmasına inanırsınızmı?
-
Ay kişi sən camaatı uşaq yerinə qoymusan? 366-cı alay ABŞ-a aid idi? Yoxsa Pentaqon Xocalıya ordu yeritmişdi xəbərimiz yox idi?! Bəlkə Cənubi Qafqazdakı münaqişlərlə bağlı bəyanatın qəbul olunmasına maneə olan Rusiya deyildi? BMT-dəki səsvermədə Rusiya Azərbaycanın ziddinə səs vermədimi? İran isə müsəlman Azərbaycanını dəstəkləməyə cürət belə etmədi!!! Siz özünüzü aldada bilərsiniz, amma biz sizin kimi vətən xainlərinə aldanmarıq.
-
Siz mənə müxalifət qəzetlərindən link verməyin. Söhbəti başqa yerə yönəltməyin, mnəim suallarıma cavab verin.
-
Nizami 63, mən sizin yazılarınızı digər forumlarda da oxumuşam. Sizin hədsiz "Rusiya" və "İran" məhəbbətinizi yaxşı bilirəm. Sizin bu xəstəliyinizi tam anlamasam da Vətən sevgisinin az olması ilə əlaqələndirirəm. Rusiyanın az qala rəsmi şəkildə Qarabağı müstəqil tanımasının astanasında olduğumuz vaxtda siz hələ də israrla fikri başqa yerə yönəldirsiniz. Rusiya haqqında çox danışa bilərəm. Amma mövzu İrandandır. Mən İran xalqını Azərbaycanın düşməni hesab etmirəm. Amma İran dövlətçiliyi Azərbaycanın düşmənidir. 1- İran bu gün Ermənistanı enerji ilə təmin etməyə son qoysa Ermənistan dizi üstə çökər. Bəs bunu niyə etmir? 2- İran müstəqilliyimizin ilk illərində daim Azərbaycanın hava sərhədlərini pozaraq bizə hədə-qorxu gəlirdi. Bizim ağır vəziyyətimizdən faydalanırdı, niyə? 3- İran müsəlmanları kafir zülmündən xilas olmağa çağırır, ABŞ və İsraillə mübarizə .rır. Bununla paralel, Xocalıda saysız-hesabsız insanı vəhşicəsinə qətlə yetirən, namusuna təcavüz edən Rusiya dövləti ilə sıx əməkdaşlıq edir, niyə? (Ola bilər ki, Rusiya dövləti rəsmi şəkildə bunları etməyib, lakin fərmanı o verib. İmam Hüseynin (ə) öldürülməsində Yezid iştirak etməyib, amma fərmanı o verib, ona görə də İslam ümməti birinci Yezidi lənətləyir).
-
http://www.islamicfinder.org/world.php ünvanına daxil olub istədiyiniz ölkə və şəhər üçün namaz vaxtlarını götürün. Əgər şiə məzhəbindənsinizsə sübh namazına 11, məğrib namazına 17 dəqiqə əlavə edin (Yaxşı olar ki, ehtiyata əsasən bir az da gözləyəsiniz). Qeyd edim ki, imsak sübh namazının, iftar isə məğrib namazının vaxtıdır.
-
Mən demədim ki, kim hara düşəcək... Söhbət ondan gedir ki, Həzrət Aişə çox böyük günahlar edib, bu danılmazdır! Amma zinakar söhbətini qatmayın! Bir gün peşiman olacaqsınız!
