-
Публикации
211 -
Зарегистрирован
-
Посещение
Все публикации пользователя al-İslam
-
Qardaşım əlbəttə ki, heyvanla yaxınlıq edən kəs bədbəxtdir. Masturbasiya da haramdır. Amma mən kiməm ki, nəyisə zina sayam və ya saymayam? Bu əməllər zina olsaydı Allahın kitabında zinaya əmr edilən cəzalar bu əməl sahiblərinə qarşı da yerinə yetirilərdi. Mənim bildiyimə görə masturbasiyaya hədd düşmür. Heyvanla yaxınlığın cəzası isə bilmirəm nədi.
-
Qardaşım, yalnız vəhhəbilər masturbasiyanı məkruh hökmünə əsasən günahsız əməl sayırlar. Səhv etmirəmsə 4 məzhəb bu əməli haram hesab edir. Şiələrdə isə digər məzhəblərə nisbətən bu işə daha şiddətlə yanaşılır. Hətta "Üsuli Kafi"də İmam Sadiqdən (ə) nəql olunur: İnsan hər hansı bir yolla (qanunsuz yolla) inzal etsə (məni, sperma xaric etsə) zina hökmündədir. Bununla belə alimlərinə rəyinə əsasən bu əməl tam olaraq zina deyil. Mən bilən bu əməl üçün şərii hədd də düşmür axı. Əgər səhvim varsa xahiş edirəm düzəldəsən.
-
Молитвы: http://al-shia.ru/molitvi/molitva.htm
-
Aleykumus salam. Kişi müvəqqəti nikah (siğə) bağlayarkən xanımından icazə almağa borclu deyil (Necə ki, daimi nikah bağlayarkən icazə alması tələb olunmur). Sadəcə olaraq bəzi müctəhidlər fətva veriblər ki, kişi əhli-kitabla (yəhudi və ya xristian) siğə edərkən arvadından icazə almalıdır.
-
Самый надежные времена: http://www.islam.az/modules/afisha/index.php?Month=072008 http://islamiyyet.ucoz.ru/load/1-1-0-2 Например, сегодня: Субх 04:42 Солнце 06:24 Зохр 13:47 Аср 17:44 Магриб 21:28 Иша 22:35 Вы можете совершать субх с 04-42 до 06:24. А зохр с 13:47 до 21:28 и аср тоже так можете совершать. И магриба можете совершать с 21:28 до полночи (Полночь в http://islamiyyet.ucoz.ru/load/1-1-0-2) и иша тоже так. А есть богоугодные времена для аср и ишы. Вот это показано в таблицах.
-
1. Allah canını sağ eləsin. 2. İmam Xomeyni (r.ə.) sənə neyləyib ki? 3. 11 imam deyəndə ki, Mehdi (ə.f.) də imamlardandır və 12-ci ilə imamət tamam olur. 4. Cəfər Sadiqin (ə) fiqhi Kafidədir, Biharul-ənvardadır, Təhzibdədir, Vəsaildədir. Biz onun hədisləri ilə hökm veririk. Əgər İmamın (ə) müraciətlərini oxumaq istəyirsənsə "Üsuli Kafi"nin son cildlərinə müraciət elə.
-
1. Mən nə vaxt dedim ki, sən sələf alimlərinin fitvalarına uyursan? (Amma düz eliyirsən, insan psixologiyasına mənfi təsir göstərir 2. Mümkünsə göstərərdin şiə alimlərinin "biyabırçılıqları"nı. İkincisi də mən məsum imamlardan danışıram, Əhli-beyt imamlarından. 3. 11 yox, Peyğəmbərin (s) əmr etdiyi kimi 12 (Müslimə bax ). 4. Onda milliyətcə fars olan Əbu Hənifənin fətvaları da İran kopyasıdı ki...
-
Ay qardaş, Quranda Zeyd ibn Erqemden (r.a.) başqa adı çekilen sehabe yoxdur!
-
Huseynli_E qardaşım çox sağ ol, Allah razı olsun. Mən daha çox istifadə olunan və İrandan çevrilən cədvəllərə daha çox etimad edirəm. Bilmək olmur ki, bizim rəsədxana hansı sxemlə işləyir. Allah razı olsun!
-
Свидетельство «ашхаду анна Алийан валийуллах» не является частью азана и икамата, но с намерением приближения к Аллаху будет лучше, если после слов «ашхаду анна Мухаммадан расулуллах» это свидетельство произнесется. А перевод: Свидетельствую, что Али Вали Аллаха. Слово «Вали» имеет много значений, но в данном случае, произнесением этого свидетельства, признается право наследования Имамом Али, духовной и светской власти после Пророка Мухаммеда.
-
Əziz qardaşım, axı bunu kim deyir ki? Axı nəyə görə imamların sayı 4-dür? Məgər İslam tarixində müqayisəli hökm verən Əbu Hənifədən və yaxud Malikdən, ibn Hənbəldən, Şafidən layiqli kəslər olmayıb? Nəyə görə bu 4 imamdır ancaq? Bunu sübut edən şəriət dəlili varmı? Əbu Hənifənin İbn Useymindən elmli olduğunu sübut edə bilərsənmi? Məgər Əbu Hənifənin aciz qaldığı anlar olmayıbmı? Özün də bilirsən ki, dəfələrlə. Lazım gəlsə o biyabırçılığı da burada yerləşdirərəm (ixtilaf salmaq istəmirəm). Amma sən 12 imamın bir dəfə də olsun aciz qaldığına dair bir dənə də olsun dəlil göstərə bilməzsən!
-
Əssalamu aleykum, qardaşlar. Sualım namaz vaxtı ilə bağlıdır. Bu gün əksərən əhalinin istifadə etdiyi namaz vaxtları xarici ölkələrin saytları vasitəsilə çevrilən vaxtlardır. Lakin bir dəfə "Karvan" jurnalı əlimə keçdi və orada Şamaxı rəsədxanası tərəfindən Azərbaycan üçün hesablanan vaxtlarla istifadə edilən vaxtlar arasında kəskin fərq görünür. Məsələn: İrandan çevrilən: Sübh- 04:38 Gün çıxır- 06:21 Zöhr- 13:46 Əsr- 17:44 Məğrib- 21:31 İşa- 22:39 Şamaxı rəsədxanası: Sübh- 04:54 Gün çıxır- 06:22 Zöhr- 13:50 Əsr- 18:56 Məğrib- 21:26 İşa- 23:09 Göründüyü kimi Sübh namazında 16 dəqiqə, Zöhrdə 4, Məğribdə isə 5 dəqiqə fərq edir. Bunlar isə namazın batil olması üçün kifayətdir. Hətta əhli sünnə üçün əsr namazında 1 saat 12 dəqiqə fərq yaranır! (Şiələr əsri öz fəzilətli vaxtında qılmaq istəsələr belə əgər fəzilətli vaxtdan tez olsa səhv etmirəmsə namazın batil olmasına səbəb olmaz. Çünki zöhrdən məğribə qədər əsr namazının əda vaxtı hesab olunur). Qeyd olunan cədvəli http://imamhuseyn.org/namaz.htm saytı da dəstəkləyir. Həmçinin http://www.namazvaxti.info/namaz.php saytı da. İndi hansı daha doğru hesab olunur? Bizim rəsədxana şərii ölçüləri dəqiq şəkildə nəzərə alır yoxsa ...?
-
Təfsirlərə baxdım, amma məsələnin tam olaraq izahını tapmadım. Yaxşı olardı ki, özünüz göstərəsiniz.
-
İslamın Novruza münasibəti burada müzakirə olunub: http://forum.bakililar.az/index.php?showtopic=60854 İkincisi, ümumilikdə sizin hansı əqidədə olduğunuzu seçmək çətindir. Hər şeyə murdar kimi baxırsınız, amma bilmirsiniz ki, sizi Yaradan sizi tualetdəki sidiklə bir tutub. Deməli özünüz hər şeydən murdarsınız. Novruz bu xalqın, bu ölkənin min illərdir davam edən adətidir. Xoşunuza gəlmir Azərbaycan açıq ölkədir, ən qısa zamanda buranı tərk edə bilərsiniz. Onsuzda sizin kimi şəxslər bizi ancaq geriyə .rır. Bəli, bu ölkədə küçənin ortasında öpüşmə olmamalıdır. Mənə elə gəlir ki, heç bir özünə hörmət eliyən oğlan istəməz ki, anasının keçdiyi küçədə açıq seks baş versin. Nə isə bu millətin, xalqın öz adətləri var, bəyənməyən getsin Hollandiyayay eyni cinslər arasında baş verən murdarlıqlardan zövq alsın!
-
Məhrəm- ana, bacı, bibi, xala, nənə, övlad və s.
-
Məndə olan məlumata görə (Məlumatı "Dini araşdırmalar mərkəzi"ndən almışam) sizin qeyd etdiyiniz kimi mağazalarda satılan "qiblənamə"lər şimal və cənub qütblərini göstərir. Əgər satıcı sizə ağ əqrəbin istiqamət üzrə olduğunu deyibsə ağ əqrəbin göstərdiyi istiqamətdən 27 dərəcə sağa dönməlisiniz. Amma bu məndə olan məlumatdır. Əgər qardaşlarda başqa bir məlumat varsa bildirsinlər.
-
http://islamiyyet.ucoz.ru/news/2008-07-09-60 Son zamanlar bir sıra şəxslər öz yeni bəyanatları ilə 14 əsrlik İslam ümmətinin illərdir yekdil olaraq qəbul etdiyi hökmləri rədd edir, buna “bidət” adı verirlər. Bu “bəyanatlar” əsasən Quran oxuyub, namaz qılıb, zikr edib və s. ibadətləri icra etməklə onun savabını ölü şəxsə bağışlamaqla bağlıdır. Özlərini əhli sünnətə aid edən bu şəxslər Əhli-beyt şiələrinin bu əməlini pisləyir, hətta irəliyə gedərək “şirk” adlandırırlar. Lakin əslində sünnilər heç də bu əməli rədd etməmişlər. Bunu sübut etmək üçün məşhur əhli-sünnə alimi İbn Həcər əl-Əsqalaninin (1372-1449) “Qəbir aləmi” adlı əsərinə müraciət edib, kiçik bir təhqiqat .rdım. Kitabda bir qayda olaraq bərzəx həyatı ilə bağlı olan suallara cavab verilir. Bu kitabda 3-cü sualda belə vurğulanır: “Ölü üçün sədəqə vermə, qul azad etmə, qurban kəsmə və vəqf olaraq bir şey bağışlamanın savabı ölüyə çatırmı? Cavab: Əhli-sünnət alimlərinin əksəriyyəti hesab etmişlər ki, ölü üçün sədəqə verməyin savabı ölüyə çatır və ona fayda verir. Bidətçilərdən bəziləri əhli sünnədən ayrıldılar və belə dedilər: “Ölən şəxs üçün öz etdiyindən başqa heç nə fayda verməz”. Həmçinin ölü üçün sədəqənin faydalı olması səhih hədislərlə sabitdir. Bununla əlaqəli hökmlər Buxari və Müslimdə göstərilib. Hətta Müslimdə İbn Mübarəkdən nəql olunan rəvayətdə deyilir ki, bu barədə ixtilaf yoxdur. Ölü üçün edilən digər əməllərdən: qul azadı, qurban yaxud da vəqf də sədəqə kimidir və fayda baxımından sədəqə ilə fərqi yoxdur. Elə alimin verdiyi cavabdan görünür ki, həqiqətən belə iddialar edən şəxs əhli sünnədən çıxmışdır və bidətçidir. Həmin sualın cavabında İbn Həcər vurğulayır: Əhli sünnət alimləri bədənlə yerinə yetirilən ibadətlər mövzusunda ixtilaf etmişlər. Sələfdən və hənəfilərdən bəziləri Əhməd ibn Hənbəldən gələn bir rəvayətə əsaslanaraq ölü üçün yerinə yetirilən ibadətlərin ölüyə fayda verməsinin səhih olduğunu təsdiq ediblər. Buxari və Müslimdə Aişədən gələn hədisdə Peyğəmbər (s) belə buyurmuşdur: “Kim üzərində oruc borcu olaraq ölərsə vəlisi onun borcunu tutsun”. İbn Abbasdan gələn rəvayətdə isə deyilir: Peyğəmbərin (s) hüzuruna bir şəxs gəldi və dedi: “Rəsulullah, mənim anam bir aylıq oruc borcuyla öldü, mən onun orucunu tutummu?”. Peyğəmbər (s) buyurdu: “Bəli, qəza et” (əl-Kafü əş-Şafi fi təhric əhadisil-kəşşaf). İbn Həcər hətta bütün mətləbləri açıqlamaq üçün digər əhli sünnə alimlərinin fitvalarını da dəlil kimi göstərmişdir: İbn Həmdən əl-Hənbəli “Rəayə” adlı kitabında ölüyə fayda versin deyə Allaha yaxınlaşmaq üçün edilən bütün əməllərin ölüyə fayda verəcəyini açıqlamışdır. Bu əməl istər maddi olsun, istər bədəni, fərqi yoxdur. Sədəqə, qul azadı, Quran oxuma, həcc, namaz kimi bütün əməllərin ölüyə fayda verəcəyi deyilmişdir Bu məqamdə İbn Həcər “Səhih” kitablarından bu hədisi sitat gətirir: Əbu Qətadə bir şəxsin iki dinarlıq borcuna zamin oldu. Daha sonra zamin olduğu o şəxs öldükdə Əbu Qətadə ona aid borcu ödədikdə Peyğəmbər (s) buyurdu: “Bax indi onun dərisinə sərinlik verdin”. İbn Həcərin bərzəx aləmi ilə bağlı 4-cü sualı belə olur: Quran oxumağın savabı ölüyə çatırmı? Cavab: Mən bu məsələdə Hənbəli məzhəbinin hökmünü üstün tuturam: Oxuyan şəxs ölü üçün niyyət edib oxumağa başlayanda Quran ölüyə fayda verir və savabı da ona çatır. Məqaləni bu yerdə sonlamaq məncə daha da məqsədə uyğundur. Göründüyü kimi hər hansı bir gözəl əməli yerinə yetirib ölüyə bağışlamaq mümkündür. Bütün bunlar göstərir ki, bu barədə İslam məzhəbləri arasında ixtilaf yoxdur. Bir neçə radikal qruplaşmanın fikri isə 14 əsrlik icma üçün maraqlı olmamalıdır.
-
Həzrət Aişə iki dünya xanımı Fatimədən (s.ə.) də elmli idi? Ümmul mömininin elmli olmasına şübhəm yoxdur, çünki o Peyğəmbər (s) zövcəsi idi və təbii ki, ev əhli kimi dini hökmləri bilirdi. Söhbət ondan gedir ki, Həzrət Aişə bildiklərini olduğu kimi çatdırırdımı? Əlbəttə ki, yox. Belə olmasaydı o, "ictihad edib" Həzrət Əli (ə) ilə müharibəyə girməzdi, Quranın hökmünə qarşı çıxmazdı! Nə isə ümumiyyətlə zənn etmirəm ki, qardaşlar Həzrət Aişənin həqiqətən bu hərəkətə yol verdiyini iddia etsinlər. Ola bilər ki, hədisin məntiqə sığmadığını göstərmək istəyiblər. Həmçinin də lap elə nəyəsə töküb vermək olsun, bu nə biabırçı iddiadır. İndi (üzr istəyirəm) camaat naməhrəmlərin sayını çoxaltmaq üçün özünü inək yerinə qoymalıdır?
-
Ay Allah, gör biz nəyi müzakirə obyektinə çevirmişik?! Əhalinin heç 5% təşkil etməyən ruslara görə rus dili qəbul oluna bilər? İkincisi də artıq dərəcədə xahiş edirəm, öz ana dilində yaza bilməyənlər Azərbaycan hökümətini müzakirə obyektinə çevirməsinlər, özümüz bilərik. Azərbaycan xalqını öz əsarəti altında saxlayan, torpaqlarımızı bölüşdürün rusun dili mənim nəyimə lazımdır? Rus özü ingilis dili qarşısında mübarizə .ra bilmir, heç! Bizim dilimiz üstün dildir, biz qazaxlar kimi deyilik, rus dilini önə keçirək, erməni deyilik ki, rusun qulu olaq. Rus türkün qulu olsun, rus türk oğlunun dilində danışsın. Deyəsən forumdaki ermənilər düz deyir, bu vətənpərvərliklə Qarabağı ancaq Ermənistanın tərkib hissəsi görərsiniz! Sonra da dövləti qınayırsınız. Dövlət neyləsin? Xalq öz torpağını almaq istəmir, dövlətin nə əlacı var ki? Siz hələ rusun qulu olmağa davam eliyin, yaxşı oğlanlar həmişə tapılar! :lol:
-
Allah Ehli-beyt (e) dostlarından razı olsun, qardaşım.
-
Sizə kim deyir ki, hər söhbətə fikir verin. Rus dili bir də Azərbaycana qayıtmayacaq və getdikcə unudulacaq. Şəxsən mənim fikrimcə məktəblərdə rus dilinin tədrisi nəinki azaldılmalı, həm də yığışdırılmalıdır. Çünki bu milli mənafe məsələsidir. Nə qədər ki, Rusiya dövləti Azərbaycanın ərazi bütövlüyünü şübhə altında qoyur (rəsmi və ya qeyri-rəsmi şəkildə) biz də onlara qarşı daxildən tədbirlər görməliyik. Ümumilikdə ruslar həqiqətən çox münaqişəli millətdirlər. Məsələn, İngiltərə illərlə Hindistanı, Avstraliyanı və s. ölkələri müstəmləkəsi altında saxlamışdır. Lakin bu gün bu ölkələr arasında çox gözəl (səmimi) dostluq münasibətləri var. Lakin ruslar özlərini nədənsə yuxarıdan .rır, keçmiş SSRİ dövlətlərinə daim düşmən münasibəti ilə yanaşırlar. Amma biz iki kəmər ilə onlara zərbə vurmuşuq. Nə vaxtsa rus da səltənətdən enəcək, elə onda ona növbəti zərbəni endirmək lazımdır.
-
Bunu dəqiq bilirsən? Yəni ən çox camaatı olan məsçidlərdən dəqiq adlarla yaza bilərsən? Ən çox camaat deyəndə ki, sən yəqin ki, əhli sünnə məscidlərini nəzərdə tutursan. "Şəhidlik", "İlahiyyat" məscidlərində olsam da ölçməmişəm, amma yəqin ki, onlar düz olar. Çünki onlar son bir neçə ildə tikiliblər. "Əbu Bəkr" məscidinin qibləsi də eləcə. Elə zahirdən baxanda onların bir qədər mayili durduqlarını görmək mümkündür (yəni düzdür). Amma tam yəqinə çatmaq üçün ölçə bilərsiniz. Həmçinin sizin alimlərin qiblə ilə bağlı fitvasını bilmirəm, bəlkə sizdə istənilən məscidin qibləsinə dayanmaq kafi hesab olunur və s.
-
Алиев: "Пусть армяны будуть считать своих копеек" Ну, как быть рабом России? У нас есть армия что бы организовать парад. А у вас этого есть? Вас зашишает Россия. Даже вы свою язык забыли, везде ро рускии ))))) Когда наш флаг будет волноваться в Ереване тогда вы будете понимать кто Алиев, кто сын Кочеряна (Саркисян )
-
Qurani-Kərimdə buyurulur:“Əgər bilmirsinizsə, zikr əhlindən soruşun!” (“əl-Ənbiya”, 7). Bu barədə çoxlu rəvayətlər nəql olunmuşdur. Onlarda göstərilir ki, “zikr əhli” dedikdə məqsəd Peyğəmbərin (salləllahu aleyhi və Alihi və salləm) Əhli-beyti (əleyhimüssaləm) nəzərdə tutulur. Belə ki, xəlifə Məmunun təşkil etdiyi məclisdə İmam Rza (ə), “Biz zikr əhliyik” deyə buyurduqda, məclisdə iştirak edən müxalif alimlər ona etiraz edib dedilər: “Zikr əhli” dedikdə yəhudilər və məsihilər, “Zikr” dedikdə isə “Tövrat” və “İncil” nəzərdə tutulur. İmam Rza (ə) cavabında buyurdu: “Bu necə ola bilər?! Necə rəvadır ki, Allah-Təala müsəlmanlara bilmədikləri şeylərdə yəhudi və məsihilərə müraciət etməyi əmr etsin?! Halbuki, əgər müsəlman bir şəxs onlara müraciət etsə, onda deyərlər ki, “Bizim dinimiz haqqdır və İslamdan fəzilətlidir”. Bununla da bizi öz dinlərinə çağıracaqlar”. Məmun İmamdan soruşdu: “Öz müddəanızı sübut edəcək bir Quran ayəsi mövcuddurmu?”. İmam buyurdu: “Bəli, zikr Rəsuli-əkrəm, biz isə onun əhliyik. Quranda buyurulur: “Ey iman gətirənlər, Allah sizə tərəf zikr göndərmişdir. O, Bizim aşkar və bəyanedici ayərəmizi sizə izah edib oxuyan bir rəsuldur”. Şəhristani möminlərin əmirindən, həmçinin İmam Sadiqdən “Biz zikr əhliyik” deyə nəql edir. Bəzi rəvayətlərdə qeyd olunur ki, Allah-Təala mühüm mətləbləri Qurani-Kərimdə qısa şəkildə bəyan etmiş və onların geniş şəkildə şərh olunmasında insanları Əhli-beytə doğru yönəltmişdir ki, heç vaxt onlardan ehtiyacsız olduqlarının güman etməsinlər. Nəticədə onlara sarılaraq Əhli-beytin (ə) vilayəti olan həqiqi saədətə nail olsunlar. Ayətullah Dəstğeyb “Böyük günahlar”, 1-ci cild. http://islamiyyet.ucoz.ru/news/2008-07-05-58
